Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-769/2022 14.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu, ünvan 3 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımış, həmçinin qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa İran İslam Respublikasının vətəndaşı kimi məlum olan “Mərifət” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda 2145 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 130 qram çəkidə psixotrop maddə metamfetamin və milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı və 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı olmaqla ümumilikdə 02 ədəd soyuq silah bıçağı əldə edərək gəzdirmiş, gələcəkdə satışını həyata keçirməsi üçün ayrıayrı hissələrə böldüyü altı ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 240 qram, 470 qram, 480 qram, 490 qram, 100 qram və 270 qram olmaqla, ümumilikdə 2050 qram çəkidə narkotik vasitə heroini, bir ədəd sellofan bükümdə təmiz çəkisi 130 qram çəkidə psixotrop maddə metamfetamini narkotik vasitələr və psixotrop maddələrin satışında miqdarını çəkmək üçün istifadə etdiyi bir ədəd elektron tərəzini və 2 ədəd soyuq silahı idarə etdiyi “Kia Cerato” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilində, 95 qram çəkidə narkotik vasitə heroini əynindəki qəhvəyi rəngli gödəkçənin sağ iç cibində gizlətməklə saxlayıb daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən 06 noyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri Sabunçu rayonu Eldar Xəlilov küçəsi 1 nömrəli binanın həyətində saxlanılıb ünvan 5 ünvanında yerləşən Bakı Şəhər Baş Polis İdarəsinə gətirildikdən sonra onun barəsində şəxsi axtarış və idarə etdiyi avtomobilinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən əynindəki qəhvəyi rəngli gödəkçənin sağ iç cibindən bir ədəd sellofan bükümdə 95 qram narkotik vasitə heroin, “Kia Cerato” markalı, 10-RR- 607 dövlət qeydiyyat nişanlı avtomobilin salonundan altı ədəd sellofan bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 240 qram, 470 qram, 480 qram, 490 qram, 100 qram və 270 qram olmaqla, ümumilikdə 2050 qram çəkidə narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 130 qram olan psixotrop maddə metamfetamin və 2 ədəd soyuq silah hesab edilən bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, o, 2004-cü ildə X3 ilə ailə həyatı qurmuş, birgə nikahlarından övladları xx.xx.2005-ci il təvəllüdlü X6 dünyaya gəlmiş, Könül Axundzadə ilə 2006-cı ildə boşanmışdır. 2008-ci ildə X7 ilə ailə həyatı qurmuş, birgə nikahlarından övladları xx.xx.2012-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. O Səadət Rzayeva ilə təxminən 6 ildir ki, rəsmi boşansa da faktiki olaraq sonuncu ailəsi yəni, həm həyat yoldaşı Səadət həm də oğlu Rza onun himayəsində olmuşdur. Bundan başqa qızı Nuray da onun himayəsindədir, bu şəxslərin hər bir ehtiyacını özü qaşılamışdır. O təxminən iki ildir ki, anket məlumatlarında göstərdiyi ünvanda kirayədə tək yaşayır. O tutulmamışdan bir il əvvələ kimi çörək satışı ilə məşğul olmaqla qazanc əldə etmişdir. Ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddə qəbul etmir. Tutulmazdan qabaq təxminən bir ildir ki, qazanc əldə etmək məqsədilə bu narkotik vasitə və psixotrop maddələrin satışı İlə məşğul olmuşdur. Belə ki, o İran islam Respublikasının vətəndaşı olan “Mərifət” kimi tanıdığı şəxsi hazırda adlarını xatırlamadığı ortaq tanışları vasitəsilə qiyabi olaraq tanımış, həmin şəxslə heç vaxt görüşməmiş, yalnız mobil telefonunda olan yadında olmayan iran nömrəsi ilə “watshapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayıb danışmışdır. Mərifətlə ilk tanış olduğu vaxtlarda həyat yoldaşı Səadət xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün sonuncuya lazım olan tibbi dərmanlarla bağlı bir neçə dəfə Mərifətə müraciət edib həmin dərmanları İrandan ucuz qiymətə Bakıya gətizdirmişdir. Həmin vaxtdan onun Mərifətlə yaxın münasibətləri yaranmış, Mərifətin ona etdiyi hörmətə görə o da həmin şəxsə hörmətlə yanaşırmış. Sonradan yəni təxminən tutulmazdan bir il öncə Mərifət ona təklif etmişdir ki, onun maddi vəziyyəti yaxşı olmadığından Bakıda satılması məqsədilə ona narkotik vasitələr təşkil etsin, o da həmin maddələri satışı məqsədilə sonradan Mərifətin deyəcəyi yerlərə qoysun. O ilk əvvəl Mərifətlə razılaşmasa da sonradan ona köməklik etməsini xatırladıb ona götürməyi üçün təşkil edəcəyi narkotik vasitələri sadəcə Mərifətin dediyi yerlərə qoymağı istədiyini bildirmişdir. O da həm Mərifətin sözünü yerə salmamaq həm də xəstə həyat yoldaşına, övladlarına baxmaq üçün maddi vəziyyətini düzəltmək məqsədi ilə Məriftlə razılaşmışdır. Bu işinin müqabilində Mərifət ona pul verəcəkmiş, Beləliklə, tutulmazdan qabaq sonuncu dəfə beş ay əvvəl aralarında təxminən bir-iki ay müddət olmaqla üç-dörd dəfə Mərifət onun götürməyi üçün onda aşkar ediləndən daha az miqdarlarda narkotik vasitə heroin təşkil etmiş yəni, həmin malları Bakı şəhərində müxtəlif yerlərə qoymuş və ya qoydurmuş. O da Mərifətin ona iran nömrəsi ilə votçap vasitəsilə zəng vurub yönləndirməsindən sonra sonuncunun təsvir etdiyi yerlərə atılmış narkotik vasitəni bükümlərdə götürmüş, bundan sonra həmin malları çəkilərini dəqiq müəyyən etmək üçün aldığı elektron tərəzi vasitəsilə çəkib Mərifətin dediyi formada hissələrə bölərək yenə də dediyi Bakı şəhərində olan müxtəlif yerlərə qoyurmuş. Beləliklə, bu hərəkətlərinin müqabilində Mərifət ona bir dəfəyə 2.500 manat pul ödənişi edir, yəni, eyni qaydada həmin pulu müəyyən yerə qoyaraq götürməyini təşkil edirmiş. O da asan yolla bu formada qazanc əldə etdiyini görüb bütün təkliflərinə razı olmuşdur, Sonuncu dəfə Mərifət 03 noyabr 2021-ci il tarixdə onunla votçap vasitəsilə əlaqə saxlayıb Bakı şəhəri Qaradağ rayonu Lökbatan dairəsi yaxınlığında olan yolun kənarında “90 km/saat” surət həddi müəyyən edilmiş yol nişanın dirəyinin altına tutulduğu zaman üstündən çıxan təxminən iki kiloqramdan çox narkotik vasitə heroin və yüz qramdan çox olan metamfetamini qoyub həmin malları götürməyini təşkil etmişdir. O da Mərifətin növbəti dəfə deyəcəyi yerə qoymaq üçün həmin malları götürüb etibarnamə əsasında idarə etdiyi “KİA CERATO” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoyub gizlətməklə özüylə daşımışdır. Onu da demişdir ki, o həmin avtomobili tutulmazdan təxminən bir il yarım öncə Elçin adlı şəxsdən hissə-hissə ödəniş şərti ilə almış, həmin müddətdə də yalnız bu avtomobili özü sahiblik edərək istifadə etmişdir. 06 noyabr 2021-ci il tarixdə Mərifət ona həmin mallardan 100 qram heroini bir bükümdə üstündə götürməyini, ona həmin malı başqasına satılması üçün dediyi yerə qoymalı olduğunu bildirmişdir. O da Mərifətlə razılaşıb 100 qram miqdarda heorinİ şəffaf sellofana bükübdə özündə saxlamış, yəni əynindəki qəhvəyi rəngli gödəkçənin döş iç cibinə qoyub gizlətmişdir. Həmin günü saat təxminən 18:10 radlərində kirayədə yaşadığı evin yaxınlığında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində dayanmışdır. Bu vaxt onun həmkəndlisi Şahid4 ilə təsadüfən görüşmüş, bu zaman Mübarizlə salamlaşıb ümumi söhbətləşməyə başlamışlar. Mübarizin onda olan narkotik vasitə və ya psixotrop maddələrdən heç bir məlumatı yox imiş. Mübarizin bu məsələyə ümumiyyətlə aiddiyyəti yox imiş. O cinayət məsuliyyətinə cəlb edilməməyi üçün bu barədə Mübarizə həmçinin, başqa bir şəxsə heç bir şey deməmişdir. O Mübarizi Zabrat qəsəbəsində qonşuluqdan tanıyır, Mübarizlə münasibətləri normal olsa da o Bakıxanov qəsəbəsində kirayədə tək yaşadığı vaxtdan Mübarizlə əlaqəsi zəifləmişdi, buna görə də Mübarizi az-az görürmüş. Həmin günü təxminən saat 18:30 radələrində Mübarizlə dayandıqları yerə 03 nəfər mülki geyimli şəxslər gəlib onlara yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet həmçinin, maddələrin yəni, narkotik vasitə və psixotrop maddələrin olması ilə bağlı polis əməkdaşlarında məlumat olduğunu bildirdikdə o polis əməkdaşlarına üzərində və ona məxsus həmin avtomobildə heroin və metamfetamin olmasını demişdir. Bundan sonra polis əməkdaşları onu və özünə məxsus “Kia Cerato’’ markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilini, həmçinin onunla birlikdə olduğu üçün Mübarizi Bakı Şəhər Baş Polis İdarəsinə gətirmişlər. İdarədə olan zaman hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilərək şübhəli şəxs qismində tutulmağı haqqında qərar qəbul edilmiş və tutulmasıyla bağlı hüquq və vəzifələri ona izah edilmişdir. Daha sonra barəsində video çəkiliş aparılmaqia vəkili və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində olan qəhvəyi rəngli gödəkçəsinin sol döş cibindən 1 ədəd özünə məxsus qara rəngli “Samsung" markalı mobil telefonu və bildirdiyi kimi avtomobilində olan narkotik vasitələrdən götürüb cibinə qoyub gizlətdiyi bir ədəd şəffaf sellofana bükülmüş içərisində el arasında “kakos” deyilən narkotik vasitə heroini əynindəki qəhvəyi rəngli gödəkçənin sağ döş iç cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları bundan sonra şəxsi axtarışı davam etdirmiş və üzərindən başqa qanunsuz maddə və ya predmet aşkar edilməmişdir. Sonra həmin aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, heroinin qablaşdırmasının üzəri və tərtib edilmiş protokol, o, vəkili və burada iştirak etmiş digər şəxslər tərəfindən imzalanmaqla düzgünlüyü təsdiq edilmişdir. Narkotik vasitə heroinin haradan və kimdən alınması soruşulduqda o polis əməkdaşlarına olduğu kimi yəni, İran İslam Respublikası vətəndaşı “Mərifət" kimi tanıdığı şəxsdən aldığını bildirmişdir. Əlavə olaraq, özünə məxsus “Kia Cerato” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilində arxa oturacağın üstündə içərisində təxminən 2-2,5 kg narkotik vasitə heroin və 100 qramdan artıq patı və ya şüşə kimi tanınan psioxatrop maddə metamfetamin, avtomobilin baqaj hissəsindən narkotik vasitələri çəkmək üçün istifadə etdiyi elektron tərəzi, həmçinin ovda istifadə etdiyi ona xatırlamadığı şəxs tərəfindən 6-7 ildi ki, hədiyyə kimi verilmiş 02 ədəd bıçaq olduğunu da bildirmişdir. Avtomobilinə də o, müdafiəçisi və digər iştirakçılarla birlikdə onun yazılı əirzəsi əsasında razılığından sonra baxış keçirildikdə avtomobilinin salonunda yəni, arxa oturacağın üzərindən içərisində 06 ədəd sellofan bükümdə ümumi çəkisi təxminən iki kiloqramdan artıq olan kakos kimi tanınan narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə təxminən 100 qramdan çox olan şüşə və ya patı kimi tanınan psixotrop maddə metamfetaminin hamısının üzərində müxtəlif rəngli yazıları ola ağ rəngli böyük sellofana qoyulmuş formada təqdim etmişdir. Həmin malara baxış keçirilmişdir. Bundan sonra avtomobilinin baqaj hissəsindən narkotik vasitə və psixotrop maddələri çəkmək üçün istifadə etdiyi göy rəngli elektron tərəzini, həmçinin ona çoxdandı hədiyyə verilmiş ovda istifadə etdiyi dəstəyi zoğalı rəgdə olan 01 ədəd, dəstəyi qara və qızılı rənglərdən ibarət 01 ədəd olmaqla ümumilikdə iki ədəd bıçağı təqdim etmişdir. Bundan sonra baxış davam etdirilmiş və avtomobilindən dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əlavə əşya və ya maddə aşkar edilməmişdir. Avtomobilinə baxış zamanı təqdim etdiyi maddə və əşyalar sellofan paketə müvafiq qaydada qablaşdırılmışdır. Həmin qablaşdırmanın üzəri, bu barədə tərtib edimiş protokol, o, vəkili, həmçinin digər iştirakçılar tərəfindən imzalanmaqla düzgünlüyü təsdiq edilmişdir. Ümumiyyətlə o saxlanılan, Polis İdarəsinə gətirilən həmçinin, qeyd edilən axtarış və baxış keçirilən zaman ona heç bir fiziki və psixoloji təsir göstərilməmiş, əksinə onunla çox nəzakətlə davranmışlar. Onu da qeyd etmişdir ki, o sonuncu dəfə Mərifətə bildirmişdir ki, bundan sonra o ümumiyətlə götürməyi üçün Bakı şəhərinin müxtəlif yerlərinə qoyulmasını təşkil etdiyi heç bir narotik vasitə və psixotrop maddələri götürməyəcəkdir, bu onun sonuncu işi olacaqdı. Buna görə də o bütün malı və elektron tərəzini avtomobilində saxlamışdır ki, bunların hamısını Mərifətin dediyi yerə qoyub bunlardan canını birdəfəlik qurtarsın və bundan sonra bu işlə məşğul olmasın. Onun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 08 noyabr 2022-ci il tarixdə onun, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə tutulana qədər faktiki olaraq yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Rezidens 2” yaşayış kompleksinin 1-ci blokunun yeddinci mərtəbəsində olan 39 saylı mənzildə yazılı ərizəsiylə razılığından sonra axtarış və götürmə istintaq hərəkəti aparılarkən həmin mənzildə girişdən sağ tərəfdə yerləşən qonaq otağında olan divan kreslonun qarşısında qoyulmuş kiçik masanın üstündən üzərində patı yəni, metamfetamin izi olan ona məxsus 01 ədəd gümüşü kağız yəni, siqaret falqası və gümüşü kağızla yəni, siqaret falqası ilə bükülmüş 1 Azərbaycan manatlığı, həmçinin üzərində yaşıl rəngli qələmlə onun tərəfindən yazılan vərəq götürülmüşdür. Həmin istintaq hərəkəti keçirilərkən qeyd etdiyi kimi hazırda da bildirmişdir ki, o tutulmazdan təxminən bir gün əvvəl ona maraqlı gəldiyindən əvvəllər heç vaxt narkotik vasitə və psixotrop maddə istifadə etməsə də avtomobilindən aşkar edilmiş patı yəni, metamfetamindən kiçik hissəni həmin siqaret falqasının üzərində qoyub alışqan vasitəsilə altından astaca qızdırmış, falqanın üzərində ərimiş patını qabaqcadan falqa ilə bükdüyü bir manatlıq vasitəsilə burnuna çəkmək istəsə də ürəyi bulandığı üçün bunu mumiyyətlə bilməmişdir, sonradan həmin falqanın üzərində patı qaldı və bunu stolun üzərinə qoymuş, həmin vaxt ondan başqa heç kim yox idi, ümumiyyətlə o tək yaşadığından heç kim gəlmir, onun narkotik vasitələrin satışı ilə məşğul olmağından yaxın və tanışlarından heç kimin xəbəri yox imiş. Bundan başqa evində axtarış aparılan zaman qeyd etdiyi masanın üzərindən aşkar edilərək götürülmüş vərəqin üzərində yazılmış rəqəmlərlə bağlı soruşulduqda da həmin rəqəmlərin əldə etdiyi narkotikin satışından əldə ediləcək pulları yazdığını bildirmişdir. Həmin vərəqi də o yazmışdır. Belə ki, təxminən tutulmazdan bir gün əvvəl Mərifət ona zəng vurub vərəqə müxtəlif ədədlər yazılmasını bunun narkotiki satışı ilə bağlı olmasını bildirmiş, o da Mərifətin dediyi rəqəmləri burada qeyd etmiş, hesablamanı Mərifət özü aparırmış, həmin rəqəmlərin konkret olaraq nəyi ifadə etməsini dəqiq bilmir, yəni hansı malın satışından hansı məbləğdə pullar əldə edilməsi ona məlum deyil. Onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satış məqsədilə qeyd etdiyi kimi Mərifət adlı şəxsdən üzünü görmədən sadəcə yönləndirməsi ilə almışdır. Sonradan bu malları hissə-hissə olmaqla Mərifətin dediyi yerlərə qoyaraq başqa şəxslərə satılmasını təşkil edəcəkmiş. Bu hətəkətlərinin müqabilində Mərifət ona dəqiq miqdarını bilmədiyi pulu Bakı şəhəri ərazisinə bilmədiyi lakin əvvəlcədən ona deyəcəyi yerə qoyaraq götürməyini təşkil etməklə ona ödəniş edəcəkmiş. Bütün bu proseslərin gedişində Mərifət də daxil olmaqla götürdüyü malları həmin yerlərə qoyan, həmçinin onun qoyduğu yerlərdən götürən, bundan başqa ona çatası pulları götürdüyü yerə qoyan heç bir şəxsi tanımır və görməmişdir. Yalnız Mərifət adlı şəxsin isə üzünü görməsə də həmin şəxslə votçap vasətəsilə danışmışdır. Onda aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin, həmçinin bundan qabaq götürdüyü narkotik vasitılərin Mərifət tərəfindən haradan əldə edilməsi ona məlum deyil, bu barədə Mərifət də ona heçnə deməmişdi. Bunların İrandan göndərilməsi və Azərbaycandan əldə edilməsi, harada istehsal olunmasından xəbəri yoxdur. Törətdiyi əməldən səmimi peşmandır, onsuzda üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrlə bağlı işi sonuncudur, bir daha belə əməllərə yol verməyəcəkdir. Ona istifadəsində olan ********** saylı mobil telefon nömrəsi vasitəsilə ötürülən məlumatlarla bağlı verilmiş şullara cavab olaraq bildirmişdir ki, o **********01 saylı mobil telefon nömrəsini təxminən bir il yarım müddətdir ki, istifadə edir. Ona sualda təqdim edilmiş sms mətnləri ilə tanış olmuşdur. Həmin smsləri ona ondan narkotik vasitə və psixotrop maddə almaq istəyən şəxslər yazmışlar. Lakin həmin şəxslərin yəni, **********70. **********90, **********03, **********52, **********88 və **********66 telefon nömrələrinin sahibini və həmin nömrələri istifadə edən şəxsləri xatırlamır, həmin şəxslər haqqında heç bir məlumat yadında deyil. Bu yazışmalarda olan “kola” və “k”, “torpağ”, “ağartı” ifadələr el arasında kakos adlanan heorini, “dash”, “pencere” kimi ifadələr el arasında patı adlandırılan metamfetamini, “gojerti” el arasında ot adlandırılan marixuananı, “teker” el arasında M40 adlandırılan metadon nəzərdə tutur. Bu sözlər jarqon dilində bir qədər gizli saxlamaq məqsədilə seçilmiş sözlərdir. Həmin sözlərin qarşısında olan rəqəmlər isə qramı və yaxud çeti yəni, bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş bükümü ifadə edir. Onu da demişdir ki, M40 yəni, metadon və göyərti yəni, marixuana onluq olmamış, onda belə narkotik və psxatrop maddə olmamışdır. Bu sonuncularla bağlı smslər təsadüfən, səhvən ona yazılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xidmət etdikləri idarəyə daxil olmuş əməliyyat məlumatından onlara məlum olmuşdur ki, xx xxxx 1976-cı il təvəllüdlü ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri üzərində və idarə etdiyi “KİA Cerato” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşıyır, həmin narkotik vasitə və psixotrop maddələrin Bakı şəhəri ərazisində satışını təşkil edir. Həmin şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, maddi sübutların, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməklə aşkar və gizli üsullarla müvafiq əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi və bu məqsədilə əməliyyat qrupunun yaradılması üçün müvafiq qaydada baş idarə rəhbərliyinə məruzə edildildikdən sonra əməliyyat qrupunun yaradılması və qeyd edilən məqsədlə Təqsirləndirilən şəxs ətrafında aşkar və gizli üsullarla təxirəsalınmaz əməliyyat-axtarış təbdirlərinin keçirilməsi, sonuncunun olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq Təqsirləndirilən şəxs olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra o, Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 və əməliyyat müvəkkili polis kapitanı Şahid2, İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis baş leytenantı Emil Əliyevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna daxil olan əməliyyat müvəkkillərinin tədbir zamanı görəcəyi hərəkətlər müəyyən edildikdən sonra keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək 06 noyabr 2021- ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 1 nömrəli binanın həyətində Təqsirləndirilən şəxs və həmin vaxt yanında olan xx xxxx 1971-ci il təvəllüdlü ünvan 8 ünvanında qeydiyyatda olan Şahid4 saxlanılmış, Şahid4 və Təqsirləndirilən şəxs, həmçinin sonuncunun idarə etdiyi “KİA Cerato" markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil Baş İdarəyə gətirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs və Şahid4 paltarında, əşyalarında, bədənində və ya Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud cinayət təqibi üçün əhəmiyyət kəsb edən digər əşyaların və cinayətin İzlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı rəhbərliyə məruzə olunduqdan sonra gətirilmiş şəxslər narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarından təhqiqatçı tərəfindən Şahid4 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilməklə hüquq və vəzifələri izah edildikdən sonra üzərlərində şəxsi axtarış aparılması, həmçinin sonuncunun idarə etdiyi qeyd edilmiş avtomobilə baxış keçirilməsi barədə qərar qəbul edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs barəsində təhqiqatçı tərəfindən o və əməliyyat qrupunun digər iştirakçıları, həmçinin Aydının müdafiəçisinin iştirakı ilə video çəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Həmin istintaq hərəkəti zamanı əvvəlcə bütün İştirakçılara və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş və bu zaman Təqsirləndirilən şəxs əvvəlcə əynindəki qəhvəyi rəngli gödəkçənİn sağ döş cibindən özünə məxsus olduğunu bildirdiyi qara rəngli “Samsung” markalı mobil telefonu və həmin gödəkçəsinin sağ iç cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddəni təqdim edərək masanın üzərinə qoyub həmin maddənin “kakos” yəni, heroin olmasını, bu maddəni saxlanılmazdan üç gün öncə “Mərifət” adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, bu maddəni Mərifətin telefon zəngindən sonra Aydına bildirəcəyi yerə qoyacağını, həmin maddə deyiləcək yerə qoyulduqdan sonra Mərifətlə zəngləşərək bu maddəni lazımi yerə çatdıracağı halda Aydına bunun müqabilində pul verəcəyini, həmin maddəni qazanc məqsədi İlə almasını, Mərifət adlı şəxsin dediyi hərəkətləri etdikdən sonra Aydına pul verəcəyini vəd verməsini, üzərindən aşkar edilmiş narkotik vasitənin böyük yəni, təxminən 2-2,5 kiloqram çəkidə olan hissəsi idarə etdiyi “Kia Cerato” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa oturacağının üzərində olmasını bildirib həmin avtomobilə baxış keçirilməsinə etirazının olmamasını, Aydınla birlikdə saxlanılan Şahid4 Aydının əldə edərək saxladığı külli miqdarda narkotik vasitəyə heç bir aidiyyətinin olmamasını, Şahid4 bu mədələrdən ümumiyyətlə xəbərinin olmamasını qeyd etmişdir. Şəxsi axtarış davam etdirilərkən Aydının üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş 01 (bir) ədəd sellofan bükümdəki narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb müvafiq möhür əksi ilə möhürlənərək götürülmüş, maddənin qablaşdırıldığı zərfin üzəri, daha sonra şəxsi axtarışın keçirilməsi barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs, müdafiəçisi, o və digər iştirakçılar tərəfindən imzalanaraq düzgünlüyü təsdiq edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs polis idarəsinə gətirilərkən və idarədə olduğu müddətdə, barəsində şəxsi axtarış keçirilən zaman hər hansı bir fiziki və ya mənəvi təyziq edilməməsini, heç bir etirazının olmamasını bildirmişdir. Bundan sonra Şahid4 barəsində təhqiqatçı Emil Quliyev tərəfindən o və əməliyyat qrupunun digər iştirakçıları, həmçinin Aydının müdafiəçisinin iştirakı ilə video çəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Həmin istintaq hərəkəti zamanı əvvəlcə bütün iştirakçılara və Şahid4 hüquq və vəzifələri izah edilməklə sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və yaxud psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid4 əynindəki qara rəngli gödəkçənİn sol yan cibindən özünə məxsus olduğunu bildirdiyi qara rəngli “Xiaomi” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Şahid4 cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Şahid4 polis idarəsinə gətirilərkən və idarədə olduğu müddətdə, həmçinin Aydının barəsində şəxsi axtarış keçirilən zaman hər hansı bir fiziki və ya mənəvi təyziq edilməməsini, onda hər hansı bir narkotik vasitə, psixotrop maddə olmadığını, həmin maddələrlə heç bir bağlılığının olmamasını bildirmişdir. Şəxsi axtarış keçirilməsi İlə bağlı protokol tərtib edilməklə düzgünlüyü Şahid4, müdafiəçisi o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirib bununla bağlı ərizə vermişdir. Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasının həyətində süni işıqlandırma şəraitində videoçəkilişlə Təqsirləndirilən şəxs sahibi olduğu “Kia Cerato” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçisi, o və əməliyyat qrupuna daxil olan digər şəxslərin iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs avtomobilində dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya, narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, Aydın avtomobilində köhnədən qalma neçə illərdir ki, bıçaqlarının, bundan başqa elektron tərəzisinin və “kakos” adlanan yəni, heroin narkotik vasitəsinin olmasını bildirmiş, Təqsirləndirilən şəxs həmin əşyaların təqdim edilməsi təklif edildikdən sonra sonuncu avtomobilə yaxınlaşaraq sağ arxa qapını açıb arxa oturacağın üzərindən müxtəlif rəngli yazılar olan ağ rəngli paketi götürərək avtomobilin mühərrik örtüyünün üzərinə qoymuş, həmin paketin içərisində 6 (altı) ədəd şəffaf sellofan bükümdə olan tünd qəhvəyi rəngdə narkotik vasitə heroinə oxşar maddə, 1 (bir) ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddələrin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı 1 (bir) ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddəni göstərərək bunun avtomobilində çoxdan qalmasını adının patı yəni, metamfetamin olmasını bildirmişdir. Qeyd etdiyi əlavə əşyaların təqdim edilməsi Təqsirləndirilən şəxs təklif edildikdən sonra 02 ədəd bıçağı təqdim edərək həmin əşyaları da avtomobilin mühərrəkin örtüyünün üzərinə qoydu. Bundan sonra şifahi sorğu əsasında avtomobilindən aşkar edilmiş paketin içərisində 6 (altı) ədəd şəffaf sellofan bükümdə olan tünd qəhvəyi rəngdə maddələrin “kakos” yəni, heorin, 1 (bir) ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli maddələrin isə “patı” yəni, metamfetamin olmasını, avtomobilində aşkar edilmiş tərəzidən narkotik vasitə və psixotrop maddələrin çəkilməsi üçün istifadə etdiyini, bıçaqların çoxdan ona hədiyyə verilməsini, həmin bıçaqları bir neçə il bundan qabaq ovda istifadə etməsini, aşkar edilmiş maddələrin İran İslam Respublikasının vətəndaşı "Mərifət” adlı şəxsdən almasını, sonuncunun onunla qiymət söhbəti etmədiyini, həmin şəxsin telefon vasitəsilə bu maddələri bilmədiyi şəxsə çatdırmaq üçün deyəcəyi yerə qoyacağı təqdirdə bu hərəkətlərinin müqabilində ona bilmədiyi miqdarda pul göndərəcəyini, həmin maddələri qazanc əldə etmək məqsədilə əldə etməsini, bir ildir ki, bu işlə yəni, narkotik vasitə və psixotrop maddələrin satışı məşğul olmasını, lakin ilk dəfədir ki, hazırkı qədər çox miqdarda narkotik maddələri ona verilməsini, özünün əvvəllər və hazırda heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə davam etdirildiyi zamanı dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış həmçinin cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman hər hansı bir fiziki və ya psixi təyziq edilməməsini bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi baxış keçirilmiş avtomobildən götürülmüş üzərində müxtəlif rəngli yazılar olan ağ rəngli paketin içərisindən aşkar edilmiş 6 (altı) ədəd şəffaf sellofan bükümdə olan tünd qəhvəyi rəngdə narkotik vasitə heroinə oxşar maddələrin hər bükümü yenidən şəffaf sellofan paketə qoyulmaqla ümumilikdə böyük şəfaf sellofan paketə, həmçinin 01 (bir) ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddə ayrılıqda şəffaf paketə qoyulmuş, qeyd edilən maddələrlə yanaşı aşkar edilmiş 02 ədəd bıçaq öz qoruyucu parça qabına qoyulmuş vəziyyətdə, 01 ədəd göy rəngli elektron tərəzi ilə birlikdə üzərində müxtəlif rəngli yazılar olan ağ rəngli paketə qoyularaq tamlığının pozulmaması üçün yapışqan lentlə bağlanıb qablaşdırılmış, həmin qablaşdırmanın üzərinə yapışqan lent vasitəsilə yapışdırılmış qablaşdırılmaya daxil olan vərəqin üzəri, həmçinin istintaq hərəkətinin keçirilməsi barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs, müdafiçisi və digər bütün iştirakçılar tərəfindən imzalanlmaqla düzgünlüyü təsdiq edilmiş, heç bir etiraz və yaxud vəsatət daxil olmamışdır. Qeyd edilən əməliyyat-axtarış tədbirləri keçirilən zamanı Təqsirləndirilən şəxs və Şahid4 saxlanılarkən, polis idarəsinə gətirilən və həmin şəxslərin barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılan, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməklə cinayət təqibi üçün əhəmiyyət kəsb edən əşyalar götürələn zaman ümumiyyətlə həmin şəxslərə qarşı heç bir fiziki, psixi və yaxud mənəvi təyziq göstərilməmişdir. 06 noyabr 2021 -ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı saxlanılmaqla Bakı Şəhər Baş Polis İdarəsinə gətirilmiş Təqsirləndirilən şəxs müdafiəçisinin, onun və əməliyyat qrupuna daxil olan digər polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı Aydının üzərindən, idarə etdiyi avtomobildən külli miqdarda narkotik vasitə heroinə, psixotrop maddə metamfetaminə bənzər maddələr, 02 ədəd bıçaq həmçinin, cinayət təqibi üçün əhəmiyyət kəsb edən elektron tərəzi götürülməklə müvafiq qaydada qablaşdırılmışdı. Bundan sonra 08 noyabr 2021 -ci il tarixdə Təqsirləndirilən şəxs, müdafiəçisi, o və əməliyyat qrupuna daxil olan Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 iştirakları ilə Aydının faktiki yaşadığı və özünün göstərdiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən "Bakıxanov Rezidens 2” yaşayış kompleksinin 1-ci blokunun yeddinci mərtəbəsində yerləşən 39 saylı mənzildə videoçəkilişlə axtarış aparılarkən Təqsirləndirilən şəxsla yanaşı bütün iştirtakçıların hüquq və vəzifələri izah edildikdən sonra Aydına dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir predmet, narkotik vasitə və ya psixotrop maddə, həmçinin cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya olduğu təqdirdə bu əşyaların təqdim edilməsi təklif edilsə də Təqsirləndirilən şəxs qeyd edilən predmetlərin yaşadığı mənzildə olmadığını bildirdikdə axtarış hərəkəti davam etdirilmiş və mənzilin hər bir hisssəsində axtarış aparılmışdır. Həmin mənzilin girişdən sol tərəfə irəlilədikdə mətbəxtdən sağda yerləşən qonaq otağında olan divan kreslonun qarşısındakı kiçik masanın üstündən üzərində narkotik vasitə və ya psixotrop maddəyə bənzər sarımtıl rəngli ərimiş maddə izi olan 01 ədəd gümüşü kağız və gümüşü kağızla bükülmüş 1 Azərbaycan manatlığı, həmçinin üzərində yaşıl rəngli qələmlə müxtəlif rəqəmlərdən ibarət ədədlər yazılmış 01 ədəd A4 formalı vərəq aşkar edilmişdi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin əşyalarla bağlı bildirmişdir ki, gümüşü kağızın üzərindəki izlər “şüşə” yəni, psixotrop maddə metamfetaminin izləridir, Aydın həmin maddəni kağızın üzərinə qoyub yandıran vasitəsilə qızdırıb əridərək gümüşü kağızla bükülmüş 1 Azərbaycan manatlığı vasitəsilə nəfəs yoluna çəkib qəbul etmək istəsə də bunu edə bilməmişdir. Bundan başqa götürülmüş A4 formalı vərəqin üzərində Aydının tərəfindən yazılan ədədlər saxlanılarkən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrin satışından əldə ediləcək pul məbləğləridir. Həmin istintaq hərəkəti zamanı axtarış davam etdirilərkən əlavə olaraq cinayət təqibi üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir predmet aşkar edilməmişdir. Bu istintaq hərəkəti zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən aşkar edilərək götürülmüş üzərində narkotik vasitə və ya psixotrop maddəyə bənzər sarımtıl rəngli ərimiş maddə izi olan 01 ədəd gümüşü kağız və gümüşü kağızla bükülmüş 1 Azərbaycan manatlığı, həmçinin üzərində yaşıl rəngli qələmlə müxtəlif rəqəmlərdən ibarət ədədlər yazılmış 01 ədəd A4 formalı vərəq götürülərək müvafiq qaydada qablaşdırılmış, bu barədə tərtib edilmiş protokol və qablaşdırılmaların üzəri digər iştirakçılarla yanaşı onun da tərəfindən imzalanmaqla düzgünlüyü təsdiq edilmişdir. Həmin istintaq hərəkəti Təqsirləndirilən şəxs razılığı əsasında zamanı videoçəkliş aparılmaqla keçirilmiş, Aydm Məmmədova ümumiyyətlə hər hansı bir fizki və yaxud psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xidmət etdikləri idarəyə daxil olmuş əməliyyat məlumatından onlara məlum olmuşdur ki, xx xxxx 1976-cı il təvəllüdlü ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri üzərində və idarə etdiyi “KİA Cerato” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşıyır, həmin narkotik vasitə və psixotrop maddələrin Bakı şəhəri ərazisində satışım təşkil edir. Həmin şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, maddi sübutların, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməklə aşkar və gizli üsullarla müvafiq əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi və bu məqsədilə əməliyyat qrupunun yaradılması üçün müvafiq qaydada baş idarə rəhbərliyinə məruzə edildildikdən sonra əməliyyat qrupunun yaradılması və qeyd edilən məqsədlə Aydm Məmmədovun ətrafında aşkar və gizli üsullarla təxirəsalınmaz əməliyyat-axtarış təbdirlərinin keçirilməsi, olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra o, Cinayət Axtarışı İdarəsinin İdarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3, əməliyyat müvəkkili polis mayoru Şahid1, İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis baş leytenantı Emil Əliyevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna daxil olan əməliyyat müvəkkillərinin tədbir zamanı görəcəyi hərəkətlər müəyyən edildikdən sonra keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək 06 noyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 1 nömrəli binanın həyətində Təqsirləndirilən şəxs və həmin vaxt yanında olan xx xxxx 1971 -ci il təvəllüdlü ünvan 8 ünvanında qeydiyyatda olan Şahid4 saxlanılmış, Şahid4 və Təqsirləndirilən şəxs, həmçinin sonuncunun idarə etdiyi “KİA Cerato” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil Baş İdarəyə gətirilmişlər. Daha sonra Təqsirləndirilən şəxs və Şahid4 paltarında, əşyalarında, bədənində və ya Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud cinayət təqibi üçün əhəmiyyət kəsb edən digər əşyaların və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı rəhbərliyə məruzə olunduqdan sonra gətirilmiş şəxslər narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarından təhqiqatçı tərəfindən Şahid4 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilməklə hüquq və vəzifələri izah edildikdən sonra üzərlərində şəxsi axtarış aparılması, həmçinin sonuncunun idarə etdiyi qeyd edilmiş avtomobilə baxış keçirilməsi barədə qərar qəbul edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs barəsində təhqiqatçı tərəfindən o və əməliyyat qrupunun digər iştirakçıları, həmçinin Aydının müdafiəçisinin iştirakı ilə video çəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdı. Həmin istintaq hərəkəti zamanı əvvəlcə bütün iştirakçılara və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş və bu zaman Təqsirləndirilən şəxs əvvəlcə əynindəki qəhvəyi rəngli gödəkçənin sağ döş cibindən özünə məxsus olduğunu bildirdiyi qara rəngli “Samsung” markalı mobil telefonu və həmin gödəkçəsinin sağ iç cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddəni təqdim edərək masanın üzərinə qoyub həmin maddənin “kakos” yəni, heroin olmasım, bu maddəni saxlanılmazdan üç gün öncə “Mərifət” adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, bu maddəni Mərifətin telefon zəngindən sonra Aydına bildirəcəyi yerə qoyacağını, həmin maddə deyiləcək yerə qoyulduqdan sonra Mərifətlə zəngləşərək bu maddəni lazımi yerə çatdıracağı halda Aydına bunun müqabilində pul verəcəyini, həmin maddəni qazanc məqsədi ilə almasını, Mərifət adlı şəxsin dediyi hərəkətləri etdikdən sonra Aydına pui verəcəyini vəd verməsini, üzərindən aşkar edilmiş narkotik vasitənin böyük yəni, təxminən 2-2,5 kiloqram çəkidə olan hissəsi idarə etdiyi “Kia Cerato” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa oturacağının üzərində olmasını bildirib həmin avtomobilə baxış keçirilməsinə etirazının olmamasını, Aydınla birlikdə saxlanılan Şahid4 Aydının əldə edərək saxladığı külli miqdarda narkotik vasitəyə heç bir aidiyyətinin olmamasını, Şahid4 bu mədələrdən ümumiyyətlə xəbərinin olmamasını qeyd etdi. Şəxsi axtarış davam etdirilərkən Aydının üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş 01 (bir) ədəd sellofan bükümdəki narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb müvafiq möhür əksi ilə möhürlənərək götürülmüş, maddənin qablaşdırıldığı zərfin üzəri, daha sonra şəxsi axtarışın keçirilməsi barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs, müdafiəçisi, o və digər iştirakçılar tərəfindən imzalanaraq düzgünlüyü təsdiq edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs polis idarəsinə gətirilərkən və İdarədə olduğu müddətdə, barəsində şəxsi axtarış keçirilən zaman Aydına hər hansı bir fiziki və ya mənəvi təyziq edilməməsini, heç bir etirazının olmamasını bildirmişdir. Bundan sonra Şahid4 barəsində təhqiqatçı Emil Quliyev tərəfindən o və əməliyyat qrupunun digər iştirakçıları, həmçinin Aydının müdafiəçisinin iştirakı ilə video çəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdı. Həmin istintaq hərəkəti zamanı əvvəlcə bütün iştirakçılara və Şahid4 hüquq və vəzifələri izah edilməklə sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və yaxud psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdi. Bu təklifdən sonra Şahid4 əynindəki qara rəngli gödəkçənin sol yan cibindən özünə məxsus olduğunu bildirdiyi qara rəngli “Xiaomi” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdu. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Şahid4 polis idarəsinə gətirilərkən və idarədə olduğu müddətdə, həmçinin Mübarizin barəsində şəxsi axtarış keçirilən zaman hər hansı bir fiizki və ya mənəvi təyziq edilməməsini, Mübarizdə hər hansı bir narkotik vasitə, psixotrop maddə olmadığını, həmin maddələrlə heç bir bağlılığının olmamasını bildirmişdir. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilməklə düzgünlüyü Şahid4, müdafiəçisi o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığım bildirib bununla bağlı ərizə vermişdir. Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasının həyətində süni işıqlandırma şəraitində videoçəkilişlə Təqsirləndirilən şəxs sahibi olduğu "Kia Cerato” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçisi, o və əməliyyat qrupuna daxil olan digər şəxslərin iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs avtomobilində dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya, narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, Aydın avtomobilində köhnədən qalma bıçaqlarının, bundan başqa elektron tərəzisinin və “kakos” adlanan yəni, heroin narkotik vasitəsinin olmasını bildirmiş, Aydına həmin əşyaların təqdim edilməsi təklif edildikdən sonra sonuncu avtomobilə yaxınlaşaraq sağ arxa qapını açıb arxa oturacağın üzərindən müxtəlif rəngli yazılar olan ağ rəngli paketi götürərək avtomobilin mühərrik örtüyünün üzərinə qoymuş, həmin paketin içərisində 6 (altı) ədəd şəffaf sellofan bükümdə olan tünd qəhvəyi rəngdə narkotik vasitə heroinə oxşar maddə, 1 (bir) ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddələrin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı 1 (bir) ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddəni göstərərək bunun avtomobilində çoxdan qalmasını adının patı yəni, metamfetamin olmasını bildirmişdir. Qeyd etdiyi əlavə əşyaların təqdim edilməsi Təqsirləndirilən şəxs təklif edildikdən sonra o, 02 ədəd bıçağı təqdim edərək həmin əşyaları da avtomobilin mühərrəkin örtüyünün üzərinə qoymuşdur. Bundan sonra şifahi sorğu əsasında avtomobilindən aşkar edilmiş paketin içərisində 6 (altı) ədəd şəffaf sellofan bükümdə olan tünd qəhvəyi rəngdə maddələrin “kakos” yəni, heorin, 1 (bir) ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli maddələrin isə “patı” yəni, metamfetamin olmasını, avtomobilində aşkar edilmiş tərəzidən narkotik vasitə və psixotrop maddələrin çəkilməsi üçün istifadə etdiyini, bıçaqların çoxdan ona hədiyyə verilməsini, həmin bıçaqları bir neçə il bundan qabaq ovda istifadə etməsini, ondan aşkar edilmiş maddələrin İran islam Respublikasının vətəndaşı "Mərifət” adlı şəxsdən almasını, sonuncunun onunla qiymət söhbəti etmədiyini, həmin şəxsin telefon vasitəsilə bu maddələri bilmədiyi şəxsə çatdırmaq üçün deyəcəyi yerə qoyacağı təqdirdə bu hərəkətlərinin müqabilində bilmədiyi miqdarda pul göndərəcəyini, həmin maddələri qazanc əldə etmək məqsədilə əldə etməsini, bir İldir ki, bu işlə yəni, narkotik vasitə və psixotrop maddələrin satışı məşğul olmasını, lakin ilk dəfədir ki, hazırki qədər çox miqdarda narkotik maddələrin verilməsini, özünün əvvəllər və hazırda heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə davam etdirildiyi zamanı dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış həmçinin cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman hər hansı bir fiziki və ya psixi təyziq edilməməsini bildirmiş, idarə etdiyi baxış keçirilmiş avtomobildən götürülmüş üzərində müxtəlif rəngli yazılar olan ağ rəngli paketin içərisindən aşkar edilmiş 6 (altı) ədəd şəffaf sellofan bükümdə olan tünd qəhvəyi rəngdə narkotik vasitə heroinə oxşar maddələrin hər bükümü yenidən şəffaf sellofan paketə qoyulmaqla ümumilikdə böyük şəfaf sellofan paketə, həmçinin 01 (bir) ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddə ayrılıqda şəffaf paketə qoyulmuş, qeyd edilən maddələrlə yanaşı aşkar edilmiş 02 ədəd bıçaq öz qoruyucu parça qabına qoyulmuş vəziyyətdə, 01 ədəd göy rəngli elektron tərəzi ilə birlikdə üzərində müxtəlif rəngli yazılar olan ağ rəngli paketə qoyularaq tamlığının pozulmaması üçün yapışqan lentlə bağlanıb qablaşdırılmış, həmin qablaşdırmanın üzərinə yapışqan lent vasitəsilə yapışdırılmış qablaşdırılmaya daxil olan vərəqin üzəri, həmçinin istintaq hərəkətinin keçirilməsi barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs, müdafiçisi və digər bütün iştirakçılar tərəfindən imzalanlmaqla düzgünlüyü təsdiq edilmiş, heç bir etiraz və yaxud vəsatət daxil olmamışdır. Qeyd edilən əməliyyat-axtarış tədbirləri keçirilən zaman Təqsirləndirilən şəxs və Şahid4 saxlanılarkən, polis idarəsinə gətirilən və həmin şəxslərin barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılan, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməklə cinayət təqibi üçün əhəmiyyət kəsb edən əşyalar götürələn zaman ümumiyyətlə həmin şəxslərə qarşı heç bir fiziki, psixi və yaxud mənəvi təyziq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində şahidlər Ağaəli Ələkbərov və Şahid2 ifadələrində bildirdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid4 istintaqa verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Mahiyyəti üzrə bildirmişdir ki, o Təqsirləndirilən şəxs əvvəllər yaşadığı Zabrat qəsəbəsində həmkəndlisi kimi uzun müddətdir ki, tanıyır, münasibətləri hər zaman yaxşı olmuşdur, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır, Aydın uzun müddətdir ki, Zabrat qəsəbəsində yaşamır, buna görə də onunla az hallarda təsadüfən görüşürmüş, Aydının son vaxtlar nə işlə məşğul olması ona məlum deyilmiş. 06 noyabr 2021 -ci il tarixdə saat 18 radələrində o Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində şəxsi işləriylə əlaqədar olan zaman təsadüfən tanışı Aydını görüb salamlaşaraq hal-əhval tutub söhbətləşməyə başlamışdır. Bir neçə dəqiqə keçdikdən sonra o Aydınla söhbət etdiyi zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim etdib onlarla birlikdə baş idarəyə getməli olduqlarını bildirmişlər. O da etiraz etməyib razılaşmışdır. Bundan sonra polis əməkdaşları Aydını və onu, həmçinin Aydının idarə etdiyi yaxınlıqda dayanmış “Kia Cerato” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili baş idarəyə gətirmişlər. Bundan sonra hüquq və vəzifələri ona izah olunmaqla hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxsla birgə olduğundan barəsində araşdırma aprıldığı üçün o da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. Ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrlə heç bir bağlılığı olmadığı üçün həqiqətin üzə çıxması məqsədilə polis əməkdaşlarının araşdırma aparmasına heç bir etiraz etməmişdir. Daha sonra yenidən hüquq və vəzifləri ona izah edilərək müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və yaxud dövriyyəsi qadağan edilmiş həmçinin, iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya varsa bunu təqdim etməyi təklif edilmiş, o da üzərində qeyd edilənlərdən heç birinin olmamasını, onun narkotikə heç bir aidiyyətinin olmamasını bildirmiş və əynindəki gödəkçənin cibindən özünə məxsus olan “Xiomi” markalı mobil telefonu təqdim etmişdir. İstintaq hərəkəti davam etdirilərək onun üzəri polis əməkdaşları tərəfindən tamamilə yoxlanılmış və ondan heç bir narkotik vasitə, psixotrop maddə və yaxud dövriyyəsi qadağan olunan hər hansı bir maddə aşkar edilməmişdir. Bundan sonra onun və müdafəçisinin iştirakı ilə mobil telefonuna baxış keçirilmiş və mobil telefonunda da iş üçün əhəmiyyət kəsb edən narkotik vasitələrlə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs və o polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilən, burada saxlanılan və üzərində axtarış aparılan zaman heç bir fiziki və psixi təyziqə məruz qalmamışdır. Verilmiş suala cavab olaraq bildirmişdir ki, onun heç bir narkotik vasitəylə bağlılığı yoxdur, o heç vaxt bu işlə məşğul olmamışdır. Aydının da narkotik vasitə və ya psixotrop maddələri əldə edib satışı ilə məşğul olmasını bilməmişdir. Aydında da belə maddələrin olmasından xəbəri olmamış, sadəcə Aydınla təsadüfən görüşüb söhbət edirmiş, bu baxt polis əməkdaşları onlara yaxınlaşıb hər ikisi polis idarəsinə gətirilmiş, ondan heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Aydın və ya başqa bir şəxs sonuncuda belə maddələrin olmasını ona deməmişdi. Aydının avtomobilindən aşkar edilmiş maddələr və əşyalardan da xəbəri olmamış, bunların ona heç bir aidiyyəti yoxdur. Aydının narkotik vasiləri əldə etməsində, daşınmasında və yaxud satışında onun heç bir rolu olmamışdır. O təsadüfən Aydının yanında olduğu üçün polis əməkdaşlarının dəvəti ilə polis idarəsinə gətirilmişdir. O heç bir vaxt narkotik vasitə və ya psixotrop maddə əldə etməmiş, bu maddələrdən istifadə etməmiş və bu maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Şahid qismində dindirilmiş X9 istintaqa verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, həyat yoldaşı X8, övladları 2011-ci il təvəllüdlü Xanimana Salarlı, 2012-ci il təvəllüdlü Nəsir Salarlı ilə brlikdə 2013-cü ildən yaşayır. Özü təxminən 20 ildir ki, evlərin təmiri işi ilə məşğul olmaqla qazanc əldə edir. X1 uşaqlıq yaşlarından Zabrat qəsəbəsi Engels küçəsində olan qonşluq münasibətlərindən tanıyır. Aydınla heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Aydın təxminən 15 ildir ki, artıq həmin küçədə yaşamır, harada yaşamasını dəqiq bilmir. Aydının təxminən 5-6 aydır ki, narkotik vasitə heroinin satışı ilə məşğul olması ona məlum imiş. O özü də son 5-6 aydır ki, kakos kimi tanınan heroindən istifadə edir. O istifadə etdiyi həmin malların hamısını Aydından almış, o Zabrat qəsəbəsində gəzən söhbərdən eşitmişdir ki, Aydın həmin narkotikdən təşkil edə bilər. O özü də təxminən 5-6 ay bundan əvvəldən başlamaqla 4-5 gündən təxminən ümmilikdə 40- 50 dəfə Aydının istifadəsində olan ********** telefon nörməsi ilə istifadəsində olan ********** saylı mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlayıb Aydının dediyi müxtəlif yerlərdə yolüstü yəni, adətən Zabrat qəsəbəsi ərazisində görüşüb bir dəfə istifadə üçün nəzərdə tutulmuş narkotikin bir çetinə 20 manat ödəniş etməklə həmin malları Aydından alırmış. O adətən Aydından hər dəfə bir büküm alırmış. Sonra aldığı həmin malı 4-5 hissəyə bölüb demək olar hər gün işə gedən zaman və işdən qayıdanda yaşadığı evin həyətində siqaret falqasına töküb həmin falqanı zajiqalka vasitəsilə yüngül qızdırır, həmin prosesdə çıxan tüstünü isə manatlıq əskinasdan hazırladığı turubuçka vasitəsilə ağızdan nəfəs yoluma çəkib qəbul edirmiş. Bundan məsələdən ailə üzvləri və ya başqa şəxslərin məlumatı yox imiş. O sonuncu dəfə təxminən 20-25 gün bundan qabaq Aydından yaşadığı məhəllədə qeyd etdiyi heorindən bir dəfə istifadə üçün nəzərdə tutulmuş miqdarda yəni, bir büküm alıb 20 manat pulu Aydına vermiş, sonra aldığı malı dediyi qaydada 4-5 gün müddətində hissə-hissə bölərək qəbul etmişdir. Hazırda o da heç bir heroin və ya başqa narkotik vaitə, psoxatrop maddə yoxdur. O heç vaxt bu malların satışı ilə məşğul olmamış, Aydın ona həmin narkotikdən başqasına verməsi və ya satılması üçün verməmişdir. O Aydından aldığı narkotiki yalnız özü istifadə etmişdir. Ona verilmiş şullara cavab olaraq bildirmişdir ki, o Aydının külli miqdarda narkotikin satışı ilə məşğul olamasını bilirmiş. Belə ki, Zabrat qsəbəsində yaşayan narkomanları məhz elə Aydın malla təmin edir. Lakin Aydından aşkar edilmiş narkotik vasitənin külli miqdarda olması ona dəqiq məlum deyilmiş. Sadəcə onu bilirmiş ki,Aydına nə vaxt o və ya digər şəxs tərəfindən narkotiklə bağlı müraciət olunsa həmin vaxt Aydın problemsiz şəkildə istənilən qədər narkotik təşkil edə bilir. Lakin Aydından aşkarlanan narkotikin ona heç bir aidiyyəti yoxdur. Cinayət işinin 1-ci cildinin 83-86-cı vərəqlərində məhkəmə-kimyəvi ekspertizasının 07 noyabr 2021-ci il tarixli 6/4935 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kağız paketə qablaşdırılmış bir ədəd sellofan bükümdə təmiz çəkisi 95 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Cerato” markalı 10 RR-607 dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar edilərək götürülmüş, bir ədəd sellofan torbanın içərisində altı ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 240, 470, 480, 490, 100 və 270 qram ümumi təmiz çəkisi 2050 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin avtomobildən aşkar edilərək götürülmüş digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 130 qram olan ağ rəngli kristal maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Həmin heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadığından yeddi ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqdim edilmiş yeddi ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponetlərinə görə eynilik təşkil edir. Heroin və metamfetamin kimyəvi tərkiblərinə görə müxtəlif olduğundan onlar arasında müqayisəli tədqiqat aparılması mümkün deyil. Cinayət işinin 2-ci cildinin 15-16-cı vərəqində olan məhkəmə-soyuq silah ekspertizasının 03 dekabr 2021-ci il tarixli 3/1841 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Cerato” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı bıçaqdır, soyuq silah hesab edilir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir, həmçinin tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Cinayət işinin 2-ci cildinin 19-20-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2021 -ci il tarixli 6/5071 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2021 -ci il tarixdə yaşadığı mənzildən aşkar edilərək götürülmüş, tədqiqata təqdim edilmiş bir ədəd falqa kağızının üzərində psixotrop maddə- metamfetaminin izləri aşkar edilmişdir. Metamfetamin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs Məmədrza oğlundan 06 noyabr 2021 -ci il tarixdə aşkar edilmiş (6/4935 nömrəli rəy) psixotrop maddə-metamfetamin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Bir ədəd bir manatlıq əskinazda psixotrop maddələrə məxsus izlər aşkar edilməmişdir. Cinayət işinin 2-ci cildinin 42-43-cü vərəqlərində olan məhkəmə-xətşunaslıq ekspertizasının 13 dekabr 2021-ci il tarixli 4/1656 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdə yaşadığı mənzildən aşkar edilərək götürülmüş sonuncunun bildirdiyi kimi üzərində narkotik vasitə və psixotrop mədələrin satışından əldə ediləcək pul məbləğlərini göstərilən tədqiqata təqdim edilmiş A4 formalı vərəq üzərindəki “9276, 37626, 29376, 47500” rəqəmləri, “76876” rəqəmlərindəki “686” rəqəmləri, “3631” rəqəmi, “=2519” rəqəmlərindəki “29” rəqəmi, “2319” rəqəmlərindəki “219” rəqəmi, “5250, 3000” rəqəmləri Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Həmin vərəq üzərindəki “28350” rəqəmləri, “76876” rəqəmlərindəki “7” rəqəmi, “2519” rəqəmlərindəki “51” rəqəmləri, “2319” rəqəmlərindəki “3” rəqəmi tədqiqat üçün yararsız olduğundan həmin rəqəmlərin Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Cinayət işinin 2-ci cildinin 85-86-cı vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 27 dekabr 2021-ci il tarixli 5317 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstələyinin əlamətləri aşkar olunmamışdır, narkomaniya xəstələyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 49-50-ci vərəqlərində olan 06 noyabr 2021 -ci il tarixli Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, barəsində axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sağ döş cibindən özünə məxsus olduğunu bildirdiyi qara rəngli “Samsung” marklı mobil telefonu və həmin gödəkçəsinin sağ iç cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə hesab edilən heroinə oxşar maddəni təqdim edərək masanın üzərinə qoyub həmin maddənin “kakos” olmasını, həmin maddəni üç gün bundan qabaq “Mərifət” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin şəxsin bu maddəni telefon zəngindən sonra bilmədiyi yerə qoyacağını, həmin şəxsin qiymətlə bağlı heç bir söhbət etmədiyini, həmin maddə “Mərifət”-in deyəcəyi yerə qoyulduqdan sonra zəngləşərək ona bunun müqabilində pul veriləcəyini, həmin maddəni qazanc məqsədi ilə almasını, "Mərifət” adlı şəxsin dediyi hərəkətləri etdikdən sonra ona pul verəcəyini vəd verməsini, üzərindən aşkar edilmiş narkotik vasitənin böyük hissəsi yəni, təxminən 2-2,5 kiloqram çəkidə maddənin onun sahibi olduğu “Kia Cerato” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa oturacağının üzərində olmasını, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmamasını, onunla birlikdə saxlanılan Şahid4 özünün əldə edərək saxladığı külli miqdarda narkotik vasitəyə bənzər maddələrə heç bir aidiyyətinin olmamasını, Şahid4 bu maddələrdən xəbərinin olmamasını bildirmişdir. Aşkar olunmuş 01 (bir) ədəd sellofan bükümdəki narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “zərflər üçün” 215 saylı möhürü ilə möhürlənərək götürülmüş, qablaşdırmanın üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi Rəşad Abdıyev və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs polis idarəsinə gətirilərkən və idarədə olduğu müddətdə, həmçinin onun barəsində şəxsi axtarış keçirilən zaman ona hər hansı bir fiiziki və ya mənəvi təziq edilməməsi, o və müdafiəçisi tərəfindən aşkar edilmiş maddə ilə bağlı bağlı ekspertiza təyin edilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 57-59-cu vərəqlərində olan 06 noyabr 2021 -ci il tarixli Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Cerato” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirib bu barədə ərizə vermiş, bundan sonra Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasının həyətində süni işıqlandırma şəraitində 06 noyabr 2021-d il saat 22:45-dən başlayaraq videoçəkilişlə Təqsirləndirilən şəxs sahibi olduğu “Kia Cerato” markalı, 10-RR- 607 dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçisi və digər şəxslərin iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs avtomobilində dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya, narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, sonuncu avtomobilində köhnədən qalma neçə illərdir ki, onda olan bıçaqlarının, bundan başqa tərəzisinin və “kakos” adlanan narkotik vasitənin olmasını bildirmiş, ona həmin əşyaların təqdim edilməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşaraq sağ arxa qapını açıb arxa oturacağın üzərində müxtəlif rəngli yazılar olan ağ rəngli paketi götürərək avtomobilin mühərrik örtüyünün üzərinə qoymuş, həmin paketin içərisində 6 (altı) ədəd şəffaf sellofan bükümdə olan tünd qəhvəyi rəngdə narkotik vasitə hesab edilən heroinə oxşar maddə, 1 (bir) ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddələrin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı 1 (bir) ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddəni göstərərək bunun avtomobilində çoxdan qalmasını adının patı yəni, metamfetamin olmasını bildirmişdir. Qeyd edilən əlavə əşyaların təqdim edilməsi Təqsirləndirilən şəxs təklif edildikdən sonra o, 01 ədəd göy rəngli elektron tərəzini, 01 ədəd zoğalı rəngli dəstəyi, 01 ədəd qara və qızılı rəngli dəstəyi olan ümumilikdə 02 ədəd bıçağı təqdim edərək həmin əşyaları da avtomobilin mühərrəkin örtüyünün üzərinə qoymuşdur. Bundan sonra şifahi sorğu əsasında o avtomobilindən aşkar edilmiş paketin içərisində 6 (altı) ədəd şəffaf sellofan bükümdə olan tünd qəhvəyi rəngdə narkotik vasitə hesab edilən heroinə oxşar maddələrin “kakos”, 1 (bir) ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddələrin isə “patı” olmasını, tərəzidən aşkar edilmiş maddələri çəkilməsi üçün istifadə etdiyini, bıçaqların çoxdan ona hədiyyə verilməsini, həmin bıçaqları bir neçə il bundan qabaq ovda istifadə etməsini, ondan aşkar edilmiş maddələrin İran islam Respublikasının vətəndaşı "Mərifət” adlı şəxsdən almasını, sonuncunun onunla qiymət söhbəti etmədiyini, həmin şəxsin telefon vasitəsilə həmin maddələri bilmədiyi şəxsə çatdırmaq üçün deyəcəyi yerə qoyacağı təqdirdə bunun müqabilində ona dəqiq bilmədiyi miqdarda pul göndərəcəyini, həmin maddələri qazanc əldə etmək məqsədilə almasını, bir ildir ki, bu işlə məşğul olmasını, lakin hazırki qədər çox miqdarda maddələri ilk dəfədir ki, yaxın zamanda ona verilməsini, özünün əvvəllər və hazırda narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bir daha bildirdikdən sonra avtomobilin salonuna, baqaj hissəsinə baxış keçirilmiş, lakin dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı əşya aşkar edilməmişdir.Təqsirləndirilən şəxs sahibi olduğu avtomobildən götürülmüş üzərindən müxtəlif rəngli yazılar olan ağ rəngli paketin içərisindən aşkar edilmiş 6 (altı) ədəd şəffaf sellofan bükümdə olan tünd qəhvəyi rəngdə narkotik vasitə hesab edilən heroinə oxşar maddələrin hər bükümü yenidən şəffaf sellofan paketə qoyulmaqla ümumilikdə böyük şəfaf sellofan paketə qoyulmuş, həmçinin 01 (bir) ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə ayrılıqda şəffaf paketə qoyulmuş, qeyd edilən maddələrlə yanaşı aşkar edilmiş 02 ədəd bıçaq öz qoruyucu parça qabına qoyulmuş vəziyyətdə həmçinin 01 ədəd göy rəngli elektron tərəzi ilə birlikdə üzərində müxtəlif rəngli yazılar olan ağ rəngli paketə qoyularaq yapışqan lentlə bağlanıb qablaşdırlmış, həmin qablaşdırmanın üzərinə Təqsirləndirilən şəxs, müdafiəçisi və digər bütün iştirakçılar tərəfindən İmzalanmaqla düzgünlüyü təsdiq edilmişdir. Cinayət işinin 1-ci cildinin 149-152-ci vərəqlərində olan 08 noyabr 2021 -ci il tarixli Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, müdafiəçisi, əməliyyat qrupuna daxil olan Cinayət Axtarışı İdarəsinin İdarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 və əməliyyat müvəkkili Ağaəli Ələkbərovun iştirakları ilə Təqsirləndirilən şəxs faktiki yaşadığı və özünün göstərdiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Rezidens 2” yaşayış kompleksinin 1 -ci blokunun yeddinci mərtəbəsində yerləşən 39 saylı mənzildə videoçəkilişlə axtarış aparılarkən Təqsirləndirilən şəxsla yanaşı bütün iştirtakçıların hüquq və vəzifələri izah edildikdən sonra sonuncuya dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir predmet, narkotik vasitə və ya psixotrop maddə, həmçinin cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya olduğu təqdirdə bu əşyaların təqdim edilməsi təklif edilsə də Təqsirləndirilən şəxs qeyd edilən predmetlərin yaşadığı mənzildə olmadığını bildirdikdə axtarış hərəkəti davam etdirilmiş və mənzilin hər hisssəsində axtarış aparılmışdır. Həmin mənzilin girişdən sol tərəfə irəlilədikdə mətbəxtdən sağda yerləşən qonaq otağında olan divan kreslonun qarşısındakı kiçik masanın üstündən üzərində narkotik vasitə və ya psixotrop maddəyə bənzər sarımtıl rəngli ərimiş maddə izi olan 01 ədəd gümüşü kağız və gümüşü kağızla bükülmüş 1 Azərbaycan manatlığı, həmçinin üzərində yaşıl rəngli qələmlə müxtəlif rəqəmlərdən ibarət ədədlər yazılmış 01 ədəd A4 formalı vərəq aşkar edilmişdi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin əşyalarla bağlı bildirmişdi ki, gümüşü kağızın üzərindəki izlər “şüşə” yəni, psixotrop maddə metamfetaminin izləridir, o həmin maddəni kağızın üzərinə qoyub yandıran vasitəsilə qızdırıb əridərək gümüşü kağızla bükülmüş 1 Azərbaycan manatlığı vasitəsilə nəfəs yoluna çəkib qəbul etmək istəsə də bunu edə bilməmişdir. Bundan başqa götürülmüş A4 formalı vərəqin üzərində onun tərəfindən yazılan ədədlər saxlanılarkən ondan tutulduğu zaman aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrin satışından əldə ediləcək pul məbləğlərinin göstəricisidr. Həmin istintaq hərəkəti zamanı axtarış davam etdirilərkən əlavə olaraq cinayət təqibi üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir predmet aşkar edilməmişdir. Bu istintaq hərəkəti zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən aşkar edilərək götürülmüş üzərində narkotik vasitə və ya psixotrop maddəyə bənzər sarımtıl rəngli ərimiş maddə izi olan 01 ədəd gümüşü kağız və gümüşü kağızla bükülmüş 1 Azərbaycan manatlığı, həmçinin üzərində yaşıl rəngli qələmlə müxtəlif rəqəmlərdən ibarət ədədlər yazılmış 01 ədəd A4 formalı vərəq götürülərək müvafiq qaydada qablaşdırılmış, bu barədə tərtib edilmiş protokol və qablaşdırıİmaların Təqsirləndirilən şəxs, müdafiəçisi ilə yanaşı digər bütün iştirakçılar tərəfindən imzalanmaqla düzgünlüyü təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan disklərə məhkəmə iclasında baxış keçirilmişdir. Disklərdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 1-ci cildinin 217-221-ci vərəqlərində olan protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində üzərində **********01 saylı mobil telefon nömrəsi olan “Samsung” markalı mobil telefona baxış keçirilən zaman ********** və ********** saylı mobil telefon nömrələri arasında watshapp ani mesajlaşma proqramı vasitəsilə edilmiş cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar yəni, narkotik vasitə və psixotrop maddələrin satışı, həmçinin odlu silahın satışı ilə bağlı olması ehtimal edilən yazışmalar, eləcə də qanunsuz olaraq narkotik vasitələrin satışında istifadə olunması ehtimal edilən "xxxx" ASC-yə məxsus “**********241922’' saylı İlqar İmani adlı şəxsin adına olan plastik kartın fotoşəkili müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 24-37-ci vərəqlərində olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarix AZF/LGL -34244/21 saylı müşayiət məktubları ilə göndərilməklə iş materiallarına əlavə edilmiş diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan **********01 saylı mobil telefon nömrəsi ilə digər mobil telefon nömrələri ilə cinayət təqibi üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunlu smslər müəyyən edilmişdir: xx-xx-2021 22:33:05 **********70 **********01 Gagul imkan var gagana bir dash gret eliyasan xx-xx-2021 22:33:36 **********70 **********01 Gagam menim 2 dana kola ena adelni, birda yari pancara alave elada xx-xx-2021 22:35:32 **********70 **********01 Getur sez diyacam mesajmi ohudun xx-xx-2021 21:33:26 **********70 **********01 Adin gagashimsan pati gret elada,yada yari ver veziyat pisti xx-xx-2021 00:07:44 **********70 **********01 Gagul dash iki yarİm olsun xx-xx-2021 22:14:37 **********70 **********01 Gagul men cihtim zabratan,orda gezdiyaram seni,gagul iki yarim dash birda 3 kola xx-xx-2021 23:19:12 **********70 **********01 Gagul taksidayam danisha bilmiram yarida dash olar geturmay?egar olar duzalta yarida dash 04- 10-2021 21:13:05 **********70 **********01 Gagul seni gadanalaram.utandim sene demay imkan varsa bir tika dash gret eliya bilarsan,egar imkan ehtusa prablem ehtu xx-xx-2021 13:44:55 **********70 **********01 Gagam menim bir haishim var yash olmasin kola imkan dahilində xx-xx-2021 20:17:45 **********70 **********01 Gagul 7 kola bir olsun 4 kola bir 2 kola bir,birda bir kaset teker xx-xx-2021 00:20:37 **********70 **********01 Gagam menim dashtan birdanada yari adelna duzalda bilarsan? xx-xx-2021 22:33:38 **********01 1.1.**********70 Gagam menim 2 dana k 04-2021 22:35:33 **********01 **********70 Getur sez diyacam me 04-2021 21:33:27 **********01 **********70 Adin gagashimsan jşat 05-2021 23:37:38 **********01 **********70 Gagam menim 5 daygiy xx-xx-2021 00:07:45 **********01 **********70 Gagul dash iki yarim xx-xx-2021 00:20:38 **********01 **********70 Gagam menim dashtan xx-xx-2021 20:17:46 xx-xx-2021 **********01 **********70 Gagul 7 kola bir ols xx-xx-2021 23:18:34 **********90 **********01 Dayi qadan alaram uzurlu bil narahat eleyirem daniwmadin qadan alaram men cox pis vezyetde qalmiwam ustelik de qadan alaram 3 4 nefer meni gozleyilerde 04-2021 13:10:56 **********90 **********01 bu vezyetden cixar bu defede men senin bawini uca ederemde İQtorpaq 5aqarti el tut qadan alaram sabahdan negd iwleyek soz siqaret pulumda yoxduda dayi xx-xx-2021 17:14:10 **********90 **********01 Dayi qadan alaram imkanın catirsa 35dene ele 25verim 10deneni saba allah qoysa goruwende verim xx-xx-2021 22:08:17 **********90 **********01 Dayi qadan alaram imkan varsa 6ayri elemey olar xx-xx-2021 21:41:40 **********52 **********01 Ataw torpaq bir jari atdelni 05-2021 18:57:08 **********90 **********01 dayi utandim sene demeye qadan alaram menim vezyetim pisdi elimde ne vardi cixdi sende 1 2gun olmadi duwdum prablemlere gelim daniwarug qadan alaram dedi ylerimin pulu negdidi amma senin komeyine ehtiyacim var mene gucun çatan qeder heresinen ver elimde maya eleyim her gelende 50.100verecem borcumnan 05-2021 21:37:38 **********90 **********01 Dayi qadan alaram 13 kola 4aqarti allaha emanet sag salamat gel dayi xx-xx-2021 21:10:21 **********90 **********01 Dayi gelirem yoldayam qadan alaram onu yari yari eleye bilersen qurban sene 05-2021 01:53:30 **********90 **********01 Dayi necsen qurban sene yatmamisan senide narahat elyirem bu vaxti alinirsa 2dene pencere gelimde 05-2021 19:41:47 **********90 **********01 Axwamun xeyir dayi necesen qurban sene dayi eger imkan varsa gelim mene 10 kola 5pati ver isteyir qadindi tipin biridi deyir rovwen getir verimde pulu bele vermir bu gun tapib nomremi her gun goturen adamdi ona gore dedim sene dayi gucun catirsa de gelim mende soz verem her gun buna verdiyimin 50sin borcum nan verim senin etdiyini itirsem allah meni coreye catdirmaz sen sozunu demisem amma yene dedim de belke axrinci defede meni batagligdan cixarasan dayim xx-xx-2021 22:29:02 **********90 **********01 Dayi qadan alaram senide narahat eleyirem uzurlu bilde qadan alaram allah qoysa saat necede gelersen xanima deyim vezyeti pisdi ona gore soruwdum xx-xx-2021 16:42:18 **********03 **********01 Emican sene quzu keserem pyl duzelmedi deye 1 dene hazirlayin gelirem xx-xx-2021 17:37:29 **********52 **********01 GOJERTİ ALİNDİ 08-2021 22:07:49 1.1.**********88 1.1.**********01 6k,ve 1 pati = 150man xx-xx-2021 21:32:32 **********52 **********01 LAZİMDİSA KART VARSA VURUM OTUZUDA xx-xx-2021 00:12:28 **********66 **********01 Salam Qerdeş necesen.Zeng eledimki hal ehvaluvu soruşum görüm necesen.Hemdeki marağlı bir iş var idi 5 DENE, 100-Diy. xx-xx-2021 01:08:50 **********20 **********01 Aydin emi xaiş elirem heç olmasa 1-2 qram jgati verde lazımdı vallah yada 100 manatdıg patı ver negd.kakının pulun sabah bütöv getirim xx-xx-2021 20:08:54 **********01 **********88 300 man oldı pul qa İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ifadəsini, CPM-in 144-146-cı maddəsinə əsasən isə şərh olunan şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1 ci cildinin 25, 141-145-ci vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 211-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. Himayəsində 1 nəfər azyaşlı uşağının olması və əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 06 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 326,00 (üç yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar-Bakı Şəhər BPİ-nin Təchizat Şöbəsinə təhvil verilmiş 2144,72 qram təşkil edən narkotik vasitə heroin və 129,95 qram təşkil edən psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminin izləri aşkar edilmiş bir ədəd falqa kağızı məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, üzərində narkotik vasitə və psixotrop maddələrin satışından əldə ediləcək pul məbləğləri yazılmış “A4” formalı vərəq, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli AZF/LGL-34244/21 saylı müşayiət məktubu ilə göndərilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd bir manatlıq əskinaz Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 06 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 326,00 (üç yüz iyirmi altı) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Bakı Şəhər BPİ-nin Təchizat Şöbəsinə təhvil verilmiş 2144,72 qram təşkil edən narkotik vasitə heroin və 129,95 qram təşkil edən psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminin izləri aşkar edilmiş bir ədəd falqa kağızı məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, üzərində narkotik vasitə və psixotrop maddələrin satışından əldə ediləcək pul məbləğləri yazılmış “A4” formalı vərəq, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli AZF/LGL-34244/21 saylı müşayiət məktubu ilə göndərilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd bir manatlıq əskinaz Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov