Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-769/2024 22.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər – Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxx 1983-cü ildə Lənkəran rayonu, Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 09 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1971-ci ildə Lerik şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Lerik şəhəri, A.Əsədullayev küçəsi, ev 41di qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 09 may 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 09 may 2023-cü il tarixdə şəxsiyyəti məlum olmayan «Aryan» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində, bir qismini isə üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə qurudulmuş marixuanadan 32,21 qramını Təqsirləndirilən şəxs2 pay vermiş, 09 may 2023-cü il tarixdə saat 20:30-da Azərbycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Astara magistral avtomobil yolunun 47-ci km-də stasionar postun yaxınlığında saxlanılaraq, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 17 ünvanında yerləşən Qaradağ rayon Polis idarəsinin 11-ci Polis bölməsinə gətirilmiş, həmin bölmənin inzibati binasında videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə onun üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 31,04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli idman gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 32,21 qram olan bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən 1 ədəd polietilen torbanın içərisində 5 ədəd bağlamada təmiz çəkiləri 3100 qram, 2000 qram, 500 qram, 350 qram və 220 qram, ümumi təmiz çəkisi 6233,25 qram olan bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, ümumilikdə tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 09 may 2023-cü il tarixdə saat 20 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 20:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-RL- *** dövlət qeydiyyat nişanlı avtomobildə Azərbycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Astara magistral avtomobil yolunun 47-ci km-dəki stasionar postun yaxınlığında saxlanılaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 17 ünvanında yerləşən Qaradağ RPİ-nin 11-ci Polis bölməsinə gətirilmiş, həmin bölmənin inzibati binasında videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə onun üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli idman gödəkçəsinin sol yan cibindən təmiz çəkisi 32,21 qram olan bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 09 may 2023-cü il tarixdə Ələt qəsəbəsinə marixuana dalınca getmişdir. Oradan marixuananı götürəndə onları saxlayan polis əməkdaşlarını görmüşdür. Onlar marixuananı götürüb gələndə yolda həmin polis əməkdaşları tərəfindən saxlanılmışlar. Onları polis postunda saxlamışlar, polis işçiləri qapını açmış, mülki geyimdə şəxslər maşına minmişlər. Oradan polis idarəsinə gətirmişlər və orada onları döymüşlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, narkotik vasitəni sosial şəbəkə vasitəsi ilə sifariş vermiş, 500 qram narkotik vasitə marixuana almaq barədə razılaşmışlar. Həmin şəxs narkotiki qoyduğu yeri, yəni ünvanı onun mobil telefonuna atmışdır. O isə, narkotikin pulunu iki gün əvvəl ödəmişdir. Narkotik vasitəni qoyulduğu yerdən götürmək üçün o, Ruslanla birlikdə Ələt qəsəbəsinə getmişdir. Polis bölməsində tutulan vaxt o, görmüşdür ki, orada olan şəxslər onları tutan polis işçiləridir. Narkotik vasitələrin hamısı böyük bir torbanın içərisində olmuşdur. Polis işçiləri onları “Qaradağ" postunda saxlamışlar. Narkotik vasitələri götürmək üçün gedərkən Ruslana bir dostu ilə görüşməli olduğunu, həmin dostunun ona şirniyyat verəcəyini, onu götürməyə getdiyini demişdir. Həmin vaxt onun üstündə əlavə narkotik vasitə olmamışdır. O, əvvəlcədən 500 qram marixuana almaq istəmiş, lakin həmin yerdən narkotiki götürərkən 6 kq-dan artıq marixuana aşkar olunmuşdur. Həmin narkotik vasitələr olan torbanı o, Ruslanın maşınına qoymuşdur. 11-ci Polis bölməsində olarkən ona təsir və təzyiq olunmuşdur. Onları mülki formada olan təxminən 15-20 nəfər saxlamışdır. Saxlanıldıqdan sonra polis işçiləri onların qollarına qandal vurmuş və Ruslanın maşını ilə birbaşa 11-ci Polis bölməsinə aparmışlar. O, Ruslana narkotik vasitə verməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2023-cü ilin aprel ayının axırlarından taksi sürücüsü kimi tanıyır. Onunla normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs2 avtomobili ilə Bakı şəhəri ərazisində müxtəlif ünvanlara getmişdir. Narkotik vasitə aludəçisi olduğu üçün çox vaxt Bakı şəhərində narkotik vasitə almışdır. Lakin son zamanlar narkotik vasitə satan şəxslər ona narkotik vasitə vermədikləri üçün sosial şəbəkə vasitəsi ilə narkotik almağı qərara almışdır. 2022-ci ilin axırlarında “instaqram” sosial şəbəkəsində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Aryan adlı şəxslə tanış olmuşdur. Tanışlıq ərəfəsində həmin şəxs ona bildirmişdir ki, nə vaxt istəsə, Bakı şəhərində ona narkotik vasitənin hər növündən, yəni heroin, metamfetamin və qurudulmuş marixuana ilə təmin edə bilər. O, Aryan adlı şəxsdən sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayıb bir neçə dəfə kiçik həcmlərdə narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Həmin narkotik vasitəni özü istifadə etmişdir. Sonuncu dəfə narkotik vasitə alan zaman Aryan adlı şəxsə aldığı marixuananın pulunu verə bilməmişdir. 09 may 2023-cü il tarixdə səhər saatlarında Aryan onun mobil telefonuna “WhatsApp” proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna mesaj yazaraq, həmin gün narkotik vasitə göndərəcəyini bildirmişdir. Həmin gün günorta saatlarında Aryan ona “WhatsApp” proqramı vasitəsi ilə narkotik vasitəni Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisinə gətirildiyi və onun həmin narkotik vasitəni götürməsi barədə mesaj göndərmişdir. Aryandan narkotik vasitənin hansı növü olduğunu soruşduqda, narkotik vasitənin qurudulmuş marixuana olduğunu öyrənmişdir. Bundan sonra o, taksi sürücü Ruslana zəng vuraraq onu Qaradağ rayonu, Ələt qəsəbəsinə aparıb təkrar Bakı şəhərinə qaytarmasını söyləyib 50 manata gediş haqqı ilə razılığa gəlmişdir. Təqsirləndirilən şəxs2la Bakı şəhərində görüşüb onun idarə etdiyi “Toyota Prius” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Ələt qəsəbəsinə sürdürmüşdür. Ruslana narkotik vasitə götürmək üçün Ələt qəsəbəsinə getdiyini deməmişdir. Ələt qəsəbəsində olarkən Aryana “WhatsApp” proqramı vasitəsi ilə mesaj yazaraq narkotik vasitənin yerini öyrənmişdir. Avtomobili narkotik vasitə saxlanıldığı yerin yaxınlığına sürdürüb yolun kənarında saxlatdırmışdır. Avtomobildən düşüb təqribən 25-30 metr yoldan qırağa tərəf getmiş və yerdə daşların arasında bir ədəd polietilen torba qoyulduğunu görmüşdür. Həmin torbanı götürüb içərisinə baxdıqda orada 7 ədəd büküm olduğunu görmüşdür. Aryanın iki bağlamada narkotik vasitəni onun üçün pay qoyduğunu söylədiyindən torbadan iki büküm götürüb cibinə qoymuşdur.Torbanı götürüb Ruslanın idarə etdiyi avtomobilə yaxınlaşıb arxa yük yerini açmağı ona bildirmişdir. Ruslan arxa yük yerini açdıqdan sonra o, torbanı yük yerinə qoyub avtomobildə qabaq sağ oturacaqda oturmuşdur. Avtomobilə əyləşdikdən sonra Ruslana 50 manat pulu gediş haqqına görə vermişdir. Ruslan ondan polietilen torbada nə olduğunu soruşduqda, o, onunla mobil telefonla əlaqə saxlayan İran vətəndaşı olan şəxsin ona şirniyat və iki bükümdə narkotik vasitə olan marixuana göndərdiyini söyləmişdir. Sonra isə əynindəki gödəkçənin sol yan cibindən iki ədəd içərisində marixuana olan bükülü çıxararaq, bükülünün birini Ruslana vermişdir. Digərini isə yenidən cibinə qoymuşdur. Ruslan avtomobili idarə edib Bakı şəhərinə istiqamət götürmüşdür. Geri qayıdarkən yolda Ruslan avtomobilə 20 manat məbləğində yanacaq vurdurmuşdur. Qaradağ rayonu ərazisindən keçən Bakı-Astara magistral avtomobil yolunun stasionar postun yaxınlığında polis əməkdaşları Ruslanın idarə etdiyi avtomobilə “saxla” işarəsi vermişlər. Ruslan avtomobili yolun sağına verib saxlamışdır. Polis əməkdaşları özlərini təqdim edərək onların narkotik vasitənin dövriyyəsində şübhəli olduqlarını bildirərək Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmişlər. Polis bölməsində inzibati otaqların birində onlara üzərilərinə və avtomobildə baxış keçiriləcəyi bildirildikdən sonra hüquqlarını müdafiə etmək üçün vəkil dəvət etmişlər. Onunla Ruslanın üstlərində şəxsi axtarış biri-birilərinin yanında iştirakçılar, vəkillər daxil olmaqla bir yerdə keçirilmiş, üzərilərində nə varsa, çıxarıb masanın üzərinə qoylması təklif olunmuşdur. Həmin vaxt o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları Ruslanın üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxt Ruslan əynində olan idman gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitəni çıxaarıb masanın üzərinə qoymuşdur. Aşkar edilmiş narkotik vasitələr ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bütün hərəkətlər videoçəkilişlə qeydə alınmışdır. Bundan sonra Ruslanın idarə etdiyi avtomobilə baxış keçirlərkən avtomobilin yük yerindən polietilen torbada olan beş bağlamada narkotik vasitə marixuana aşkar edilib götürülmüşdür. O, polis əməkdaşlarına həmin narkotik vasitəni İran vətəndaşı ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona deyilən yerdən götürərək Ruslanın idarə etdiyi avtomobilə qoyduğunu söyləmişdir. Həmin fakt da polis əməkdaşı tərəfindən rəsmiləşdirilmişdir. Ruslanla zəngləşərək Bakı şəhərindən Ələt qəsəbəsinə və oradan geri Bakı şəhəprinə qayıtmaq üçün razılığa gəldikləri zaman ona narkotik vasitə gətirmək üçün Ələt qəsəbəsinə getdiyini söyləməmişdir. Yalnız Ələt qəsəbəsində torpaq yolda düşüb gedərək narkotik vasitəni qoyulduğu yerdən götürüb qayıtdıqdan sonra ona demişdir ki, mobil telefonla əlaqə saxladığı İran vətəndaşı ona şirniyyat və iki büküm narkotik vasitə göndərmişdir. Narkotik vasitənin bir bükümünü Ruslana pay vermiş, digər bükümü isə özündə saxlamışdır. Polis əməkdaşları tərəfində saxlanılaraq Qaradağ RPİ-nin 11-ci polis bölməsinə gətirilib üzərinə və Ruslanın idarə etdiyi “Toyota Prius” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı özünü İran İslam Respublikası vətəndaşı kimi adlandıran Aryan adlı şəxslə “Whats App” proqramı vasitəsi ilə əlaqə saxlayaraq onun dediyi yerdən götürərək ona deyiləcək şəxslə görüşərək verməli olduğunu o, söyləmişdir. Polis əməkdaşları onu Ruslanla bir yerdə saxlayıb bölməyə gətirdikdən sonra ikisinin də üzərində bir yerdə baxış keçirmişlər. Onun dediyi sözlər tərtib edilmiş protokola hər ikisinin adından yazılmışdır. Lakin həqiqətdə Ruslan onun Ələt qəsəbəsinə nə məqsədlə getdiyini bilməmişdir. Həmişəki kimi o, Ruslanın idarə etdiyi avtomobilə müştəri kimi oturmuş və Ələt qəsəbəsinə gedərək geri qayıtmağı ona söyləmişdir. Ələt qəsəbəsində avtomobildən düşüb narkotik vasitəni qoyulduğu yerdən götürüb geri qayıdaraq əlindəki bir ədəd polietilin torbanı avtomobilin yük yerinə qoyduqdan sonra Ruslan ondan torbada nə olduğunu soruşduqda, ona torbada şirniyyat olduğunu söyləmişdir. Narkotik vasitənin bir bükümünü istifadə etmək üçün Ruslana verib, digərini özündə saxlamışdır (Cild 2, iş vərəqi 64-67). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 dindirmə protokollarındakı imzaların ona məxsus olduğunu, həmin ifadələrin düzgün olmadığını, polis işçilərinin təhdidi altında həmin ifadəni oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 09 may 2023-cü il tarixdə Ramil zəng edib onu Ələtə aparmağı xahiş etmiş, o da, 50 manat pul qarşılığında razılaşmışdır. Onlar idarə etdiyi maşınla Ələtə getmiş, Ramil maşını saxladıb harasa getmiş, geri qayıdıb gələndə yükü olduğunu, buna görə baqajı açmağı xahiş etmişdir. O da, maşının baqajını açmış, Ramil özü ilə gətirdiyi torbanı baqaja qoymuşdur. Yolda onları mülki geyimdə olan polis işçiləri postda saxlamışlar. Sonra onları maşına mindirib polis bölməsinə aparmışlar və orada onları döymüşlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, o, istintaq zamanı dindirilsə də, həmin ifadəni təzyiq altında vermişdir. O, əvvəllər narkotik vasitələrdən istifadə etmiş və buna görə bir dəfə məhkum olunmuşdur. Hadisə günü o, Ramilin xahişi ilə sonuncunu Ələtə aparmış, orada 10 dəqiqə gözlədikdən sonra Ramil əlində bağlı bir paketlə qayıtmışdır. O, torbada nə olduğunu soruşmuş, Ramil şirniyyat olduğunu bildirmişdir. Postda saxlanılarkən isə Ramil maşında narkotik vasitələr olduğunu söyləmişdir. Polis işçiləri əvvəlcə Ramili aparmış, üstündən təxminən 40 dəqiqə keçdikdən sonra isə onu aparmışlar. Polis bölməsində onları döymüşlər. Üstlərinə baxış keçirilərkən videoçəkiliş aparılmışdır. Ramil ona pay kimi narkotik vasitə verməmişdir. Ələtdə maşına qayıtdıqdan sonra da Ramil ona narkotik verməmişdir. O, təzyiq altında olduğu üçün istintaq zamanı o cür ifadə vermişdir. Ələtə gedərkən Ramil onu betonzavod tərəfə sürdürmüş, geri qayıdarkən əlində torba olmuş, sonradan polis bölməsində açılarkən torbada 4-5 bağlama narkotik olduğunu görmüşdür. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” minik markalı **- RL-*** dövlət qeydiyyat nişanlı avtomobil arvadının mülkiyyətindədir. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs1 2023-cü ilin aprel ayının axırlarından idarə etdiyi avtomobilə müştəri qismində əyləşdiyi vaxtdan tanımış, həmin ərəfələrdə Ramili müştəri kimi bir neçə dəfə Bakı şəhərində müxtəlif ünvanlara aparıb gətirmişdir. Ramil həmişə onun yol haqqını bütünlüklə ödəmişdir. Ramillə normal münasibəti olmuşdur. 09 may 2023-cü il tarixdə günorta saatlarında Ramil onun istifadəsində olan ***-***-**-** mobil telefonuna öz istifadəsində olan ***-***-**-** telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsi ilə zəng vurub bildirmişdir ki, Qaradağ rayonu, Ələt qəsəbəsinə gedib, yenidən Bakı şəhərinə qayıtmalıdır. Gediş haqqı olaraq onunla tanışlıq münasibətinə görə hörmət edib 50 manata razılaşmışdır. Bundan sonra o, Ramillə Bakı şəhərində görüşmüş, idarə etdiyi “Toyota Prius” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ramilin dediyi ünvana, yəni Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətinə hərəkətə başlamış, yol gedərkən Ramil “WhatsApp” proqramı vasitəsi ilə kiminləsə danışmışdır. Ələt qəsəbəsinə çatdıqda Ramil avtomobili şose yolunun kənarında torpaq yolda saxlatdıraraq avtomobildən düşüb torpaq yolla harasa getmişdir. Aradan on dəqiqə keçməmiş geri qayıdıb avtomobilin yük yerini açmağı söyləyərək, əlində olan bir ədəd torbanı avtomobilin yük yerinə qoymuşdur. Ramil avtomobilə əyləşdikdən sonra ona 50 manat gediş haqqı pul vermiş, o, Ramildən polietilen torbada nə olduğunu soruşduqda, Ramil bildirmişdir ki, mobil telefonla onunla əlaqə saxlayan İran İslam Respublikası vətəndaşı olan şəxs ona şirniyyat və iki bükümdə narkotik vasitə olan marixuana göndərmişdir. Avtomobilin yük yerində qoyduğu polietilen torbada iran şirniyyat vardır. Sonra Ramil əynindəki gödəkçənin sol yan cibindən iki ədəd içərisində marixuana olan bükülü çıxararaq bükülünün birini ona vermiş, digərini isə yenidən cibinə qoymuşdur. O, avtomobili idarə edib Bakı şəhərinə istiqamət götürmüş, geri qayıdarkən yolda Ramilin verdiyi 50 manat pulun 20 manatına avtomobilə yanacaq doldurmuş və yenidən Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Astara magistral avtomobil yolunun stasionar postun yaxınlığında polis əməkdaşları onun idarə etdiyi avtomobilə “saxla” işarəsi vermiş, o, idarə etdiyi avtomobili yolun sağına idarə edib saxlamışdır. Polis əməkdaşları özlərini təqdim edərək onların narkotik vasitənin dövriyyəsində şübhəli olduqlarını bildirərək Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmişlər. O, həmin vaxt başa düşmüşdür ki, Ramilin avtomobilə qoyduğu polietilen kisədə şirniyyat yox, narkotik vasitə vardır. Ramil onu Ələt qəsəbəsinə və oradan geri Bakı şəhərinə aparmaqda məqsədi narkotik vasitə əldə etmək olmuşdur. Polis bölməsində inzibati otaqların birində onlara üzərlərində və avtomobildə baxış keçiriləcəyi bildirildikdən sonra hüquqlarını müdafiə etmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. O və Ramil ərizə yazıb bildirmişdir ki, maddi imkanları olmadığı üçün dövlət hesabına hüquqlarını müdafiəsi üçün vəkil istəyirlər. Bundan sonra ona Bakı şəhər 22 saylı Vəkil Bürosunun vəkili Nizami Canıyev təqdim edilmiş, o, bu barədə heç bir şikayətinin olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmağı barədə hüquq vəzifələri ona izah edilməklə yazılı bildiriş verilmişdir. Onların üstündə şəxsi axtarış keçirilərkən üstlərində nə varsa çıxarıb masanın üzərinə qoymaqları təklif olunmuşdur. Həmin vaxt Ramil əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları Ramildən 1 ədəd bükümün içərisində nə olduğu soruşulduqda o, həmin bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu söylədi. Bundan sonra polis əməkdaşları Ramilin üzərinə şəxsi axtarış keçirdilər. Həmin vaxt Ramilin əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd Redmi modelli mobil telefon və 66 manat nağd pul aşkar edilmiş, aşkar edilmiş narkotik vasitə 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı o, özü əynində olan boz rəngli idman gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümü, əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** nömrəsi olan Samsung markalı mobil telefonu, 30 manat nağd pulu və həmin idman şalvarının sağ yan cibindən idarə etdiyi avtomobilin açarını masanın üzərinə qoymuşdur. Polis əməkdaşları ondan bükümdə nə olmasını soruşduqda onlara bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə marixuana vardır. Həmin büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, həmin protokola o, özü Ramil, müdafiəçilər və polis əməkdaşları imza etmişlər. Bütün hərəkətlər videoçəkilişlə qeydə alınmışdır. Bundan sonra onun idarə etdiyi avtomobilə baxış keçirlərkən avtomobilin yük yerindən polietilen torbada olan beş bağlamada narkotik vasitə-marixuana aşkar edilib götürülmüş, Ramil polis əməkdaşlarına həmin narkotik vasitəni iran vətəndaşı ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona deyilən yerdən götürərək onun idarə etdiyi avtomobilə qoyduğunu söyləmiş, həmin fakt da polis əməkdaşları tərəfindən rəsmiləşdirilmişdir. O, narkotik vasitələrin istifadəçisi olduğunu, hətta narkotik vasitə əldə etdiyinə görə əvvəllər məhkum olunduğunu və narkomaniyadan müalicə də aldığını, lakin heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, Ramillə zəngləşərək Bakı şəhərindən Ələt qəsəbəsinə və oradan geri Bakı şəhərinə qayıtmaq üçün razılığa gəldiyi zaman Ramilin narkotik vasitə gətirmək üçün Ələt qəsəbəsinə getdiyini bilmədiyini bildirmişdir. Yalnız Ələt qəsəbəsində Ramil torpaq yolda düşüb harasa gedib qayıtdıqdan sonra ona demişdir ki, mobil telefonla əlaqə saxladığı iran vətəndaşı ona şirniyyat və narkotik vasitə göndərmişdir. Polis əməkdaşları onun idarə etdiyi avtomobili saxlayıb narkotik vasitələrin dövriyyəsində onlardan şübhələndiklərini söylədikləri zaman başa düşmüşdür ki, avtomobilin yük yerində Ramilin qoyduğu polietilen torbada şirniyyat yox, narkotik vasitə vardır. O, verilən suallara cavab olaraq bir daha bildirirmişdir ki, o, əvvəlcədən Ramilin Ələt qəsəbəsinə narkotik vasitə götürmək üçün getdiyini bilməmiş, sadəcə olaraq Ramil ona taksi kimi müraciət etmişdir. O da 50 manat müqabilində Ramili Ələt qəsəbəsinə aparıb gətirməyə razılaşmışdır. Ramil də Ələt qəsəbəsində həmin o, 50 manat pulu ona vermiş və o puldan 20 manat benzin tökmüşdür. Əgər onların aralarında olan razılaşmaya əsasən 100 manat alacaqdırmışsa Ramil ona 50 yox 100 manat verərdi. Sadəcə olaraq polis əməkdaşları tərəfindən tutularkən onu Ramillə əlbirlikdə ittiham etmişlər və bunu etiraf etmək təzyiq göstərmişlər. O və Ramil də qorxduqları üçün üzərlərində şəxsi axtarış aparılarkən əlbir olduqlarını guya onun da bu işdə Ramilə kömək etdiyini qeyd eləmişlər. Əslində isə onlar Qaradağ RPİ-nin 11-ci polis bölməsinə gətirilib üzərlərinə və idarə etdiyi “Toyota Prius” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar olunmuş narkotik vasitə-qurudulmuş marixuananı İran İslam Respublikası vətəndaşı Aryan adlı şəxslə Ramillə “Whats App” proqramı vasitəsi ilə əlaqə saxlayaraq onun dediyi yerdən götürdüyünü o, yox Ramil demişdir.O, Ramilin Ələt qəsəbəsinə nə məqsədlə getdiyini bilməmişdir. Həmişəki kimi Ramil onun avtomobilinə müştəri kimi oturmuş və Ələt qəsəbəsinə gedərək geri qayıtmağını ona söyləmişdir. Ələt qəsəbəsində Ramil avtomobildən düşüb harasa gedərək geri qayıdaraq əlindəki bir ədəd polietilin torbanı avtomobilin yük yerinə qoyduqdan sonra Ramil ona demişdir ki, torbada şirniyyat və iki büküm narkotik vasitədir. Narkotik vasitənin bir bükümünü Ramil ona istifadə üçün vermişdir. Digər bükümü isə Ramil özündə saxlamışdır (Cild 2, iş vərəqi 76-79). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs2 dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, saxlanılarkən onun üstündə marixuana olmadığını, narkotik vasitəni onun üstünə polislərin qoyduqlarını, postda onları saxlayanda polis işçiləri tərəfindən döyüldüyünü, istintaq vaxtı müdafiəçisinə döyülməyi ilə bağlı heç nə demədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkli Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamış, onları həmin gün keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Qaradağ rayonu ərazisindəki postun yaxınlığında həmin şəxslərin olduğu maşını saxlamış və onları maşınla birlikdə 11-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində həmin şəxslərin hər ikisinin üzərinə baxış keçirilmiş, onların hər ikisinin üzərindən narkotik vasitə marixuana aşkar olunmuşdur. Sorğu zamanı Ruslan üzərindən aşkar olunmuş marixuananı ona Ramilin verdiyini bildirmişdir. Ramil də bunu təsdiq etmiş, əlavə olaraq Ramil bildirmişdir ki, Ruslanın idarə etdiyi maşının saxlanc yerinə də narkotik vasitə qoymuşdur, həmin narkotikləri təqdim edə bilər. Sonra onlar Ruslanın idarə etdiyi maşına baxış keçirmiş, saxlanc yerindən 5 ədəd bükümlərdə külli miqdarda narkotik vasitə marixuana aşkar olunmuşdur. Həmin narkotik vasitələr də təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Verilən sualları cavablandıran Şahid1 əməliyyat məlumatının ona daxil olduğunu, əməliyyat qrupunda üç nəfərin – o, İftixar və Miryusifin iştirak etdiyini, saxlanılarkən və polis bölməsində olarkən həmin şəxslərə qarşı heç bir fiziki və ya psixoloji təsir və təzyiq olunmadığını, guya polis əməkdaşları tərəfindən döyülmələri ilə bağlı deyilənlərin onlara qarşı böhtan olduğunu, şəxsi axtarış və avtomobilə baxış keçirilməsində müdafiəçilərin də iştirak etdiklərini, əməliyyat tədbiri zamanı təxirəsalınmaz hal olduğu üçün şəxslərin güdülməsi və telefonların dinlənilməsi aparılmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkklləri Şahid2 və X2 09 may 2023-cü il tarixdə günorta radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncunun idarə etdiyi avtomaşınla saxlanılıb Qaradağ RPİ, 11-ci Polis şöbəsinə gətirilmələri, onların üzərinə şəxsi axtarış, həmçinin avtomobilə baxış zamanı külli miqdarda narkotik vasitə marixuananın aşkar olunub götürülməsi ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etdiyini bildirərək, həmkarları Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan 23 iyun 2023-cü il tarixli üzləşdirmə protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrini təsdiq edərək törədilmiş cinayət əməlinə münasibətdə bir-birini ifşa etmişlər (cild 1, iş vərəqi 246-249). İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 09 may 2023-cü il tarixli protokoldan və “Toyota Prius” markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılması haqqında 10 may 2023-cü il tarixli protokoldan, həmçinin protokollara əlavə edilmiş iki ədəd DVD disklərə baxış protokollarından görünür ki, həmin istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə, Təqsirləndirilən şəxs2 əynindəki boz parçadan olan idman gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə, həmçinin “Toyota Prius” markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən beş ədəd bağlamalarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib götürülmüşdür (cild 1, iş vərəqi 54-56, 61-62). Məhkəmə bioloji-ekspertizasının 10 may 2023-ci il tarixli 7/674 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Toyota Prius” markalı yazısı və imzalar olan ağ rəngli sintetik torbada 5 (beş) ədəd selofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 3100 qram, 2000 qram, 500,0 qram, 220,0 qram, ümumi çəkisi 6170 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdimata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd selofan bağlamada təmiz çəkisi 32,21 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdimata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi...» yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd selofan bağlamada təmiz çəkisi 31,04 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir (cild 1, iş vərəqi 74-78). Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 3841 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 17-18). Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 3854 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 19-20). Məhkəmə ambulator psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1802 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməli dövründə hər hansı bir pisixi xəstələk və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 21-22). Məhkəmə ambulator psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1872 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 23-24). İbtidai istintaq orqanının 11 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 aşkar edilmiş təmiz çəkisi 31,04 qram olan bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 aşkar edilmiş təmiz çəkisi 32,21 qram olan bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, «Toyota Prius» markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində müəyyən edilib götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 3100 qram, 2000 qram, 500,0 qram, 220,0 qram olmaqla, ümumi çəkisi 6170 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan 30,84 qram, 32,01 qram və 6169 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana Bakı şəhəri, Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 164-166). İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 12/30/458 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşamış, ərazi üzrə müsbət xarakterizə olunur, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır (cild 1, iş vərəqi 227, 232). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məhkumluğuna dair Baş idarədən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədə adı qeyd olunan şəxs xx.xx.1988-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, eyni ad və soyada malik Təqsirləndirilən şəxs1dur, məhz həmin şəxs axırıncı dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 288.3 və 315-ci maddələri ilə təqsirli bilinərək 1 il 7 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin məktuba əsasən hazırkı iş üzrə təqsirləndirilən şəxs - 28 iyul 1983-cü ildə Lənkəran rayonu, Girdəni kəndində doğulmuş Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (Cild 1, iş vərəqi 210-211, cild 2, iş vərəqi 80). Təqsirləndirilən şəxs2 məhkumluğuna dair Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, şəxs axırıncı dəfə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən cəzası 1 ilə endirilmiş və xx.xx.2017-ci ildə cəzanın sonu ilə azad olunmuşdur (Cild 1, iş vərəqi 208-209). Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək, 09 may 2023-cü il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən qollarına qandal vurulub döyüldüklərini, sosial şəbəkə vasitəsi ilə 500 qram narkotik vasitə marixuana almaq barədə sifariş verdiyini, polis işçiləri tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını, əvvəlcədən 500 qram marixuana almaq istədiyini, lakin həmin yerdən narkotiki götürərkən 6 kq-dan artıq marixuana aşkar olunduğunu, 11-ci Polis bölməsində olarkən ona təsir və təzyiq olunduğunu bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, 09 may 2023-cü il tarixdə Ramilin ona zəng edib Ələtə getməyi xahiş etdiyini, bu zaman ona şirniyyat göndərildiyini dediyini, yolda onları mülki geyimdə olan polis işçilərinin postda saxladıqlarını və polis bölməsinə aparıb orada döydüklərini, istintaq zamanı ifadəni təzyiq altında verdiyini, Ramilin yalnız postda saxlanılarkən maşına narkotik vasitələr qoyduğunu söylədiyini, Ramilin ona pay kimi narkotik vasitə vermədiyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin gətirdikləri dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışlar videoçəkiliş altında müdafiəçilərinin iştirakı ilə keçirilmişdir. Həmin istintaq hərəkətləri zamanı onların özləri üzərlərində saxladıqları bir bükümdə olan narkotik vasitələri heç bir kənar təsir olmadan polis əməkdaşlarına təqdim etmişlər, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əlavə olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşının yük yerinə də külli miqdarda narkotik vasitə qurudulmuş marixuana yerləşdirdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarışda iştirak etmiş şübhəli şəxslərin, onların müdafiəçilərinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkiliş altında «Toyota Prius» markalı 99 RL868 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı yük yerindən bir ədəd selofan torbada 5 ədəd bağlamada külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilkin izahatlarında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərlərindən aşkar edilmiş narkotik vasitələrin özlərinə məxsus olduğunu, əlavə olaraq Təqsirləndirilən şəxs1 avtomobilin yük yerindən aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olduğunu bildirmiş, həmin halı digər Təqsirləndirilən şəxs2 da təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinə görə, polis əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ RPİ-nin 11-ci Polis bölməsinə gətirilib üzərinə və Ruslanın idarə etdiyi “Toyota Prius” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı özünü İran İslam Respublikası vətəndaşı kimi adlandıran Aryan adlı şəxslə “Whats App” proqramı vasitəsi ilə əlaqə saxlayaraq onun dediyi yerdən götürərək ona deyiləcək şəxslə görüşərək verməli olduğunu söyləmişdir. Narkotik vasitənin bir bükümünü istifadə etmək üçün Ruslana verib, digər bükümünü özündə saxlamışdır. İttihamda qeyd olunan narkotik vasitələrin özünə məxsus olmalarını polis əməkdaşlarının fiziki təzyiqləri və onları döymələri nəticəsində etiraf etmələri barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə gətirdiyi dəlillərlə bağlı isə qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı həmin hallar da yoxlanılmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, adları çəkilən şəxslərin saxlanılması və üzərinə şəxsi axtarışlar, həmçinin avtomaşına baxış keçirilməsində iştirak etmiş polis əməkdaşları Şahid1, İxtiyar Rüstəmov və Miryusif Seyidov məhkəmə iclasında bununla bağlı verilmiş suallara cavab olaraq saxlanılarkən şübhəli şəxslərə qarşı qarşı hər hansı fiziki və ya psixoloji təsir və təzyiq göstərilmədiyini, guya polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı deyilənlərin onlara qarşı böhtan olduğunu bildirdilər. Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gətirdikləri həmin dəlilin yoxlanılması məqsədilə onların saxlanıldığı Bakı İstintaq təcridxanasına sorğular göndərilmiş, xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə daxil olmuş tibbi kitabçalardakı qeydlərdən görünür ki, onların tibbi müayinəsi zamanı döyülməyə xarakterik xəsarət izləri aşkar olunmamış, həmçinin hər iki təqsirləndirilən şəxs hər hansı şikayəti olmadıqlarını bildirmişlər. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətləri qismən etiraf edərək, əməllərindən peşman olduğunu bildirmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadələr verməsini onların məsuliyyətlərini yüngülləşdirmək və ya məsuliyyətdən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış çoxsaylı sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 avtomobildən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı həmin narkotik vasitələrin özünə məxsus olması, onları adını bildiyi Aryan adlı İran vətəndaşından sonradan ona deyiləcək ünvanlara qoymaq məqsədilə əldə etdiyini səmimi etiraf etməsini, onun həmin narkotik vasitənin bir qismini hazırkı iş üzrə Təqsirləndirilən şəxs2 pay kimi verməsini və sonuncunun da həmin gün qeyd olunan maddi sübutla yaxalanmasını, həmçinin şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus beş ayrı-ayrı bağlamalara qablaşdırılmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsini və narkotik vasitənin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs2 münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzaların başlanğıcı 09 may 2023-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılırlar. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 09 may 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3841 nömrəli və xx.xx.2023-cü il tarixli 3854 nömrəli rəylərini əsas tutaraq hesab edir ki, müayinə zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edildiyindən, onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Bakı şəhəri, Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və ekspertiza təqdiqatından sonra qalıq qalan 6169 qram, 32,01 qram, 30,84 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli; - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə zamanı, həmçinin sonuncunun idarə etdiyi “Toyota Prius” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 78 (yetmiş səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 39 (otuz doqquz) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə Bakı şəhəri, Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və ekspertiza təqdiqatından sonra qalıq qalan 30,84 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 32,01 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və “Toyota Prius” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6169 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin; - təqsirləndirilən şəxslər Ramil Məmmədovun və Təqsirləndirilən şəxs2 şəxsi axtarışı, həmçinin avtomobilə baxış və götürmə zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 39 (otuz doqquz) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-769/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-769/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver