Məhkəmə qərarları › İş №1(101)-77/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-77/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-77/2022 26.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs və nümayəndəsi - Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7, müdafiəçilər - Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5, Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi6 və Müdafiəçi4, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi7, Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, "KREDO" Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, azərbaycan-rus dilləri üzrə tərcüməçi X4 iştirakı ilə, xx xxxxxx 1983-cü ildə İmişli rayonunun Çahar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 313, 32.4, 313, 320.1, 320.2, 32.3, 29, 126.2.2, 32.3, 29, 126.2.3, 32.3, 315-ci maddələri maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən, qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2019-cu il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmiş və Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 313, 32.4,313, 320.1, 320.2-ci maddələri ilə cəza təyininə dair müddəalar hökmdən xaric edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X30 küçəsi, ev 121, mənzil 19-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 29 aprel 2020-ci il tarixdə hazırkı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.2 və 128-ci maddələri ilə, xx xxxxxx 1991-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2018-ci il tarixdən hesablanmış, Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsi, ev 57 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 02 may 2020-ci il tarixdə hazırkı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.2 və 128-ci maddələri ilə, xx xxxxxx 1986-cı ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsi, ev 57 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 24 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 25 aprel 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.2, 128 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1983-cü il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkum olunmamış, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 50 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 24 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 25 aprel 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.2, 128 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1988-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış, 25 aprel 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 27 aprel 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.2 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1980-cı il tarixdə İmişli rayonunun Muradxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, A.Səhhət küçəsində yerləşən fərdi evdə yaşamış, 24 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 25 aprel 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.2 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1993-cü il tarixdə Gürcüstan Respublikasının Qori şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7şamış, 29 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 01 may 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə təqsirləndirilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada həbsdə saxlanılan Təqsirləndirilən şəxs2, Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3, habelə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmü ilə məhkum olunmuş Şahid11 və Şahid10 ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Daxili nəzarət və audit şöbəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sifarişlə həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən saxlamlığa az ağır zərər vurma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs1 2020-ci ilin yanvar ayının sonlarında təqsirləndirildiyi başqa cinayət işi üzrə zərərçəkmiş şəxslə barışığın əldə edilməsinə Zərərçəkmiş şəxs mane olduğunu, sonuncunun keçiriləcək məhkəmə proseslərində iştirakının qarşısını almaq üçün ona xəsarət yetirilməsini istədiyini, bunun müqabilində 4000 manat pulun, eləcə də Zərərçəkmiş şəxs yaşayış və iş yeri barədə məlumatların qrupun digər üzvü Təqsirləndirilən şəxs4 tərəfindən veriləcəyini Təqsirləndirilən şəxs2 bildirmiş, sonuncu, cinayətkar razılaşmaya əsasən bunlarla bağlı telefonla qardaşı Təqsirləndirilən şəxs3 məlumat vermiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 tanışları - Şahid11, Şahid10, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4 ilə birlikdə 19 mart 2020-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “20 yanvar” metrostansiyası yaxınlığında görüşmüş, əvvəlcədən razılaşdıqları kimi Şahid11, Şahid10 və Təqsirləndirilən şəxs6 qrupun üzvü Təqsirləndirilən şəxs5 idarə etdiyi “Range Rover” markalı, Rusiya Federasiyasının X104 AB nömrə nişanlı, Təqsirləndirilən şəxs3 isə qrupun digər üzvü Təqsirləndirilən şəxs4 idarə etdiyi “Chevrolete Cruze” markalı, **-VP-*** dövlət nömrə nişanlı avtomobillərlə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X31 küçəsində yerləşən 399 saylı binanın yaxınlığına gəlmiş, bundan sonra aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Şahid11 həmin tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin binanın qarajından çıxarkən şübhə doğurmaması və sürücünün diqqətini yayındırmaq üçün əli ilə işarə edib avtomobili saxlatdıraraq avtomobilin sol qabaq şüşəsindən Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən bir dəfə, Şahid10 isə qəsdən bir neçə dəfə yumruqla zərbə vuraraq sonuncuya sol göz almasının kontuziyası, buynuz qişanın zədədən sonrakı eroziyası, hifema, sol gözün ağlı qişasına qansızma, sol göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması ilə müşaiyət olunan sol orbitanın aşağı divarının almacıq-əng birləşməsinin sınığı, burun belinin qançır xəsarətlərindən ibarət zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuş, bundan sonra bütün iştirakçılar hadisə yerindən uzaqlaşıb Abşeron rayonu, Saray qəsəbəsində fəaliyyət göstərən “Saray Petrol” yanacaq doldurma məntəqəsinin qarşısına gəlmiş, orada Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 məxsus 4.000 manat pulu Təqsirləndirilən şəxs6 təqdim etdikdən sonra, sonuncu özünə 900 manat götürməklə, Şahid11 1.000 manat, Şahid10 700 manat, Təqsirləndirilən şəxs3 500 manat, Təqsirləndirilən şəxs5 900 manat vermişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə təqsirləndirilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada həbsdə saxlanılan Təqsirləndirilən şəxs2, habelə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sifarişlə bıçaqla sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən saxğlamlığa yüngül zərər vurma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, Təqsirləndirilən şəxs1 2020-ci ilin mart ayının sonlarında təqsirləndirildiyi başqa cinayət işi üzrə zərərçəkmiş şəxslə barışığın əldə edilməsinə Zərərçəkmiş şəxs yenidən mane olduğunu, sonuncunun keçiriləcək məhkəmə proseslərində iştirakının qarşısını almaq üçün ona xəsarət yetirilməsini istədiyini, bunun müqabilində əlavə olaraq 1600 manat pulun, eləcə də Zərərçəkmiş şəxs yaşayış və iş yeri barədə məlumatların qrupun digər üzvü Təqsirləndirilən şəxs4 tərəfindən veriləcəyini Təqsirləndirilən şəxs2 demiş, sonuncu, cinayətkar razılaşmaya əsasən bunlarla bağlı telefonla qardaşı Təqsirləndirilən şəxs3 məlumat vermiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 cinayətin icra edilməsi üçün Zərərçəkmiş şəxs yaşayış, iş yeri və hərəkət qrafiki barədə məlumatları qrupun digər üzvü Təqsirləndirilən şəxs7 bildirmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs7 22 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 399 saylı binanın qarajına daxil olaraq orada sonuncunun gəlməsini gözləmiş, Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilli qarajda saxladıqdan sonra qarajdakı liftin qarşısında dayanan zaman Təqsirləndirilən şəxs7 həmin gün saat 21:30-da bıçaqla Zərərçəkmiş şəxs sol yan nahiyəsindən bir dəfə zərbə vuraraq ona sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş, bundan sonra Təqsirləndirilən şəxs3la birlikdə qrupun digər üzvü Təqsirləndirilən şəxs4 yaşadığı ünvan 8 ünvanın qarşısında görüşmüş, orada Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 aldığı 1600 manat puldan 600 manatını özünə götürmüş, 1000 manatını isə Təqsirləndirilən şəxs7 vermişdir. Bundan başqa, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs6 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,671 qram çəkidə narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, A.Səhhət küçəsində yerləşən fərdi tikilinin qarşısına daşımış, istintaq orqanının əməliyyat tapşırığına əsasən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 aprel 2020-ci il tarixdə saat 23:30da Təqsirləndirilən şəxs6 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, A.Səhhət küçəsində yerləşən fərdi tikilinin qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sol yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 2,671 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan əlavə, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,574 qram təmiz çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla yaşadığı ünvan 9 ünvanının qarşısına daşımış, istintaq orqanının əməliyyat tapşırığına əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 aprel 2020-ci il tarixdə saat 10:05-də Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 9 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sağ yan cibinin üstündə olan kiçik cibdən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 2,574 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs4 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısının İİ bəndinə daxil edilən külli miqdarda - 2,988 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla ünvan 10 ünvanda fəaliyyət göstərən «Bazarstore» ticarət mərkəzinin yaxınlığına daşımış, istintaq orqanının əməliyyat tapşırığına əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 aprel 2020-ci il tarixdə saat 14:00-da Təqsirləndirilən şəxs4 ünvan 10 ünvanda fəaliyyət göstərən «Bazarstore» ticarət mərkəzinin yaxınlığına saxlanılaraq həmin Baş İdarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 2,988 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs5 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,994 qram çəkidə narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 11 saylı evin qarşısına daşımış, istintaq orqanının əməliyyat tapşırığına əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 aprel 2020-ci il tarixdə saat 15:00da Təqsirləndirilən şəxs5 yaşadığı evin qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sol yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 2,994 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan əlavə, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs7 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4,772 qram təmiz çəkidə psixotrop maddə metamfetamini əldə edib, həmin psixotrop maddələri ayrılıqda çəkiləri 2,379 qram və 2,393 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərə bölərək üzərində saxlamaqla yaşadığı ünvan 11 ünvanın qarşısına daşımış, istintaq orqanının əməliyyat tapşırığına əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 aprel 2020-ci il tarixdə saat 19:50-də Təqsirləndirilən şəxs7 yaşadığı ünvan 11 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd şəffaf sellofan bükümdə ayrılıqda çəkiləri 2,379 qram və 2,393 qram olmaqla ümumilikdə külli miqdarda - 4,772 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 qarşı elan olunmuş ittihamlar üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığına az ağır və yüngül dərəcəli zərər vurma cinayətlərini törətmələri faktları öz təsdiqini tapsa da, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayətlərinin törədilməsində təqsirliliyi sübuta yetirilmədi, həmçinin Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 onlardan aşkar olunmuş narkotik vasitəni və psixotrop maddələri satış məqsədi ilə deyil, öz istifadələri üçün şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz əldə etmə, saxlama və daşıma cinayətlərini törətmələri təsdiq olundu. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədi və ona ibtidai istintaq zamanı təzyiqlər olduğu üçün polis əməkdaşlarının dedikləri ilə razılaşdığını, ona verilən bütün sənədlərə imza etdiyini bildirdi. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsinə görə, hadisə baş verən vaxt o, həbsdə olmuş, həmin iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün təcridxanada onunla bir kamerada saxlanılan Mirafiqlə danışmışdır. Mirafiq də «ağsaqqalları göndərərik, işləri yoluna qoyar» sözlərini demişdir. O, sakitçiliklə razılıq əldə olmasını istəmiş, hadisələrin bu cür sonluqla nəticələnməsini istəməmişdir. Həmçinin sonradan ikinci dəfə də o, Zərərçəkmiş şəxs xəsarət yetirilməsini istəməmiş, sadəcə Heybətlə danışıqlar aparıb sülh yolu ilə məsələləri bitirməyi tapşırmışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 məsələni danışıqlar yolu ilə həll etmək istədiklərini, Zərərçəkmiş şəxs tanıdığını, özünün qanuni yolla işə qəbul olunduğunu, lakin sonradan Heybətin onunla birlikdə işləmək istəmədiyini bildirərək, ərizə yazıb işdən çıxmağı ona təklif etdiyini, onun isə bununla razılaşmadığını, Təqsirləndirilən şəxs3 əvvəlcədən tanımadığını, Heybətin vurulmasına görə peşman olduğunu, indi həbsdə olan uşaqları bu işə cəlb etməkdə məqsədinin Heybətin razılığının alınması olduğunu, mehribançılıq olsun deyə, həmin uşaqlardan xahiş etdiyini, Namiq hərbidə xidmətdə olduğu üçün, həmçinin şirin dili, danışıq qabiliyyəti olduğu üçün onu bu məsələyə cəlb etdiyini, istintaq zamanı əvvəlcə ona da 234-cü maddə verdiklərini, lakin o, Kürdəxanıdan təcridxanadan gətirildiyini bildirəndən sonra həmin ittihamı onun üzərindən götürdüklərini bildirdi. İfadələri arasında ziddiyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Həmin ifadələrində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, o, 2006-2013-cü illər ərzində Dövlət Sosial Müdafiə Fondunun Səbail Rayon Şöbəsində məsləhətçi və hüquqşünas, 2013-2015-ci illər ərzində isə Suraxanı rayon Şöbəsində baş məsləhətçi işləmişdir. Sonradan öz istəyi ilə bağlı işdən azad olunmuşdur. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Belə ki, onun barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respubliksı CM-in 32.3, 29,126.2.2, 32.3, 29,126.2.3, 178.3.2, 29,178.3.2, 32.4, 313, 320.1, 320.2 və 32.3, 315.2-ci maddələri ilə cinayət işi üzrə ibtidai istintaq aparılmış və həmin iş üzrə həbs edilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılmış və hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun icraatındadır. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsinə görə, Zərərçəkmiş şəxs təxminən 2019-cu ilin yanvar ayından etibarən tanımışdır. Belə ki, 2019-cu ilin yanvar ayının 20-də X13 keçirdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit şöbəsinin icra və əmək intizamına nəzarət sektorunun müdiri vəzifəsinə elan edilmiş müsabiqədə iştirak etmiş və həmin müsabiqədən uğurla keçmişdir. Həmin vaxt orada 4 namizəd iştirak etsə də, yeganə o, həmin müsabiqədən keçmişdir. X39 Mərkəzindən həmin Nazirliyə ünvanlanmış məktubla bağlı Daxili nəzarət və Audit Şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs qəbulunda olmuşdur. Həmin şəxslə ilk dəfə görüşmüş, onu qəbul edib müsabiqədən keçdiyini deyərək onunla işləməkdən məmnun olacağını bildirmiş və demişdir ki, barəsində kadrlar şöbəsinə müsbət rəy verəcəkdir. Bundan bir neçə gün sonra həmin sektordan Cəmil Kərimov zəng edərək bildirmişdir ki, həmin yerə başqa namizəd vardır, o, imtina ərizəsi yazmalıdır. Cəmil Kərimovu təxminən 2006-cı ildən Dövlət Sosial Müdafiə Fondunda işlədiyi müddətdən tanımış, Cəmil fondun özündə məsləhətçi işləmişdir. Hazırda isə Daxili Nəzarət və Audit şöbəsində məsləhətçi işləyir. O, Cəmil Kərimovun zəngindən sonra bildirmişdir ki, müsabiqədən keçən tək namizədir və imtina etməyəcəkdir. Daha sonra Cəmil bildirmişdir ki, əgər o, imtina ərizəsi yazmasa, Zərərçəkmiş şəxs bildirmişdir ki, bu zaman onun işlədiyi dövrdə hər hansı qanun pozuntularının olması ilə bağlı faktlar aşkar edib toplanmış materialı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərəcəkdir. İmtina etməmiş və təxminən 1 ay sonra eşitmişdir ki, DSMF-nin Abşeron rayon Şöbəsindən anası X5 2009-cu ildə təyin olunmuş yaş ilə əlaqədar pensiyanın verilməsində qanunsuzluq aşkar edildiyindən toplanmış material Zərərçəkmiş şəxs göstərişi ilə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Hətta sonradan həmin iş üzrə anası təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan olunmuş və qeyd etdiyi kimi həmin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, anasına şərti cəza təyin edilmiş və işdən azad olunmuşdur. Sonradan məlum olmuşdur ki, anası barəsində toplanmış material Zərərçəkmiş şəxs göstərişi ilə Cəmil Kərimov tərəfindən toplanmışdır. Ona görə də artıq həm Zərərçəkmiş şəxsla, həm də Cəmil Kərimovla münasibətləri pisləşməyə başlamışdır. Hətta dəfələrlə Cəmil Kərimovla onun yaşadığı evin yaxınlığında görüşüb xahiş etmişdir ki, onunla olan prinsipini ailəyə qatmasınlar, lakin Cəmil Kərimov hər dəfə demişdir ki, bu onluq deyil, göstərişi Zərərçəkmiş şəxs vermişdir. Nəhayət, 2019cu ilin iyul ayında Cəmil Kərimovla münasibətləri elə bir həddə çatmışdır ki, qisas almaq qərarına gəlmişdir. Nəticədə tanışı X44 Kərimovu əlində olan tikinti zamanı istifadə olunan su nizamlayıcısı ilə başından vurmuş və həmin faktla bağlı toplanmış materiallar əsasında Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cinayət işi başlanmış, həmin iş üzrə hər ikisi həbs olunmuş və daha sonra cinayət işi üzrə əməl Bakı şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.1-ci maddəsinə tövsif olunmuş və cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Həmin cinayət işi 2020-ci ilin fevral ayında baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və iş məhkəmə baxışındadır. Həmin iş üzrə Cəmil Kərimov zərərçəkmiş şəxs qismində tanınmışdır. Cəmil Kərimovdan barəsində olan şikayətini geri götürmək üçün dəfələrlə valideynlərini, dayılarını, yaxın dostlarını onun yanına göndərsə də, Cəmil Kərimov həmişə bildirmişdir ki, heç bir şikayəti yoxdur, sadəcə şikayəti geri götürməsinə Zərərçəkmiş şəxs icazə verməmişdir. Belə ki, X40 İmanovun işçisidir. Daha sonra yaxınlarını Zərərçəkmiş şəxs yanına göndərsə də, heç bir nəticəsi olmamışdır. Faktiki olaraq artıq Zərərçəkmiş şəxsla müasibətləri pis mənada pik həddə çatmışdır. Belə ki, Heybət həm müsabiqədən keçməyinə baxmayaraq işə götürməmiş, həm anasının barəsində toplanmış materialları araşdırılması üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərmiş, hansı ki, nəticədə həm anasının barəsində şərti cəza təyin olunmuş, həm də işdən azad olunmuşdur. X33 Kərimova təsir göstərərək, sonuncunun barəsində olan şikayətini geri götürməsinə maneçilik törətmişdir. Bütün bu sadaladığı hallar onda Zərərçəkmiş şəxs qarşı aqressiya-qisas hissi yaratmışdır. Sonradan 2020-ci ilin yanvar ayının sonlarında bu barədə hazırda onunla eyni kamerada həbs olunaraq saxlanılan Təqsirləndirilən şəxs2 ilə danışıb işi üzrə zərərçəkmiş şəxsin razılıq ərizəsi vermədiyini demişdir. Bu zaman Mirafiq ondan nə səbəbə zərərçəkənin ərizəsini geri götürmədiyini soruşduqda bildirmişdir ki, icazə verməyən Zərərçəkmiş şəxsdur, onunla danışmaq lazımdır. Söhbət zamanı Mirafiq bildirmişdir ki, o, bu məsələni qardaşı Nurlan vasitəsi ilə həll edə bilər, yəni Mirafiqin deməsinə görə, qardaşının yüksək vəzifədə işləyən şəxslərə çıxışı vardır, onların vasitəsi ilə Zərərçəkmiş şəxs xahiş etdirə bilər. Təxminən 2020-ci ilin fevral ayının əvvəllərinə kimi heç bir nəticə olmamışdır. Açığı çalışmışdır ki, cinayət işi baxılması üçün məhkəməyə göndərilməsin. Lakin buna nail ola bilməmişdir. Ona görə də, Mirafiqlə söhbət edərkən ona demişdir ki, Zərərçəkmiş şəxs onsuz da acıqlıdır, əgər onun işinin yüngülləşməsində hər hansı köməklik etmirsə, yəni Cəmil Kərimova şikayət ərizəsinin geri götürülməsində təsir etmirsə, Heybəti döydürməklə qisasını alacaqdır. Bu zaman Mirafiq ona demişdir ki, qardaşı Nurlanla danışıb məlumat verəcəkdir. Sonradan Mirafiq danışanda bildirmişdir ki, qardaşı Nurlanla danışmış və adam tapıb Heybəti döydürə biləcəyini demiş, sadəcə Heybətin kim olması, harada yaşaması, nə işlə məşğul olması, hansı avtomobili idarə etməsi barədə məlumat verilməsini xahiş etmişdir. Mirafiq bildirmişdir ki, guya onun qardaşının tapdığı şəxs Elçin adında şəxs vardır, həmin şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs döyüləcəkdir. Sonradan məlum olmuşdur ki, sən demə bu cinayəti birbaşa törədən məhz Nurlan və onun tapdığı adamlar olmuşdur. Həbsdə olduğu müddətdə ən çox danışıb əlaqə saxladığı şəxs məhz Təqsirləndirilən şəxs4 olmuşdur. Bəhruzla uzaq qohum və çox yaxın münasibətdə olmuşlar. Ona görə də 2020-ci ilin fevral ayının əvvəllərində Bəhruzla telefonla danışan zaman ona Zərərçəkmiş şəxs qisas alacağını və onu «cəzalandıracağını» demişdir. Həmçinin Bəhruza bildirmişdir ki, bundan ötrü adam da tapmışdır. Həmin şəxslə görüşüb ona bir qədər cib xərcliyi versin. Eləcə də, Bəhruzun telefon nömrəsini Mirafiq vasitəsi ilə Nurlana vermişdir ki, zəng edib Bəhruzla görüşsün. Bundan sonra Nurlan Bəhruzla görüşmüş və ondan 1 və ya 2 dəfə xırda məbləğdə pul almışdır. Təxminən 2020-ci ilin mart ayının 18-də bir nəticə olmadığını görüb Bəhruzla danışmış və demişdir ki, Nurlana bir aydan çoxdur ki, Zərərçəkmiş şəxs döyülməsini sifariş etsə də, heç bir nəticə olmamışdır. Nurlan nəinki sifarişi icra etmiş, hətta Heybətin yaşadığı evin yerini belə öyrənə bilməmişdir. Ona görə də Bəhruza demişdir ki, 4.000 manat pul düzəltsin və Nurlanla görüşüb ona Zərərçəkmiş şəxs yaşadığı evin yerini göstərsin və idarə etdiyi avtomobilin nömrəsini Nurlana versin. Belə ki, Bəhruz bütün bu məlumatları onsuz da onun işi ilə bağlı bilmişdir. Çünki həbs edilməmişdən əvvəl bir neçə dəfə Zərərçəkmiş şəxsla onun iş yerində görüşən zaman Bəhruz yanında olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs qohumunun yas mərasimində iştirak etmək üçün onun yaşadığı evin yaxınlığına mərasim evinə gedərkən Heybətin yaşadığı binanı Bəhruza göstərmişdir Bu səbəbdən də Bəhruzla Nurlan birlikdə görüşüb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının yanına getmiş, orada olarkən Bəhruz Heybətin idarə etdiyi avtomobilin markasını və nömrəsini Nurlana demiş, həmçinin daha sonra birlikdə Heybətin yaşadığı evin yaxınlığına gedərək həm yaşadığı binanı, həm də hər gün binanın hansı istiqamətindən və saat neçədə işə getməsi barədə məlumatları vermişdir. Bundan sonra isə Nurlan özü tanımadığı şəxsləri tapmış və daha sonra 19 mart 2020-ci il tarixdə səhər saatlarında Nurlan Bəhruzla zəngləşib digər şəxslərlə birlikdə «20 Yanvar» dairəsinin yaxınlığında görüşmüşlər. Bəhruz bir daha həm ünvanı dəqiq göstərmək üçün, həm də Zərərçəkmiş şəxs döyüldükdən sonra pulu vermək üçün, həm də döyülmə anını şəxsən görüb ona demək üçün Nurlan və digər şəxslərlə görüşmüş, Nurlanla Bəhruz sonuncunun idarə etdiyi «Chevrolet» markalı avtomobillə, qalan şəxslər isə başqa «Range Rover» markalı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı «Simfoniya» şadlıq sarayının yaxınlığına getmişlər. Daha sonra Nurlanın tapdığı şəxslərdən iki nəfəri Zərərçəkmiş şəxs yaşadığı binanın qarajından özünə məxsus «Toyota Prius» markalı avtomobillə 19 mart 2020-ci il tarixdə səhər saatlarında çıxıb işə getmək istəyərkən avtomobili saxlatmış və bir neçə yumruq zərbəsi vuraraq oranı tərk etmişlər. Bütün bu məlumatları sonradan Bəhruzdan və Nurlandan əldə etmişdir. Belə ki, 19 mart 2020-ci il tarixdə səhər saatlarında Bəhruza zəng edib əlaqə saxlayan zaman nə olduğunu soruşmuş, həmin vaxt Bəhruz da, Nurlan da məsələnin həll olunduğunu bildirmişlər. Bununla da bilmişdir ki, Heybəti döymüşlər. Açığı o, Nurlandan və Bəhruzdan xahiş etmişdir ki, döyülmə anını kənardan dayanıb görsünlər. Ona görə də telefonla danışan zaman Nurlan Heybətin döyüldüyünü öz gözləri ilə gördüyünü bildirmişdir. Özü Bəhruza və Nurlana demişdir ki, Heybəti elə döysünlər ki, ölüm olmasın, sadəcə elə döysünlər ki, xəstəxanalıq olsun. Sonradan Bəhruzla bu barədə danışdıqda o, özü də Zərərçəkmiş şəxs döyüldüyünü gördüyünü demişdir. Onun etibarnamə əsasında idarə etdiyi «Range Rover» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili tutulduqdan sonra satışa çıxarmış və satışı ilə Bəhruz məşğul olmuşdur. Onsuz da Bəhruz özü də avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Bəhruzun deməsinə görə, həmin avtomobili 22.300 ABŞ dollarına satmışdır. Yəni faktiki olaraq onun Bəhruzda 35.000 manata yaxın pulu olmuşdur. Bəhruzla danışan zaman ondan xahiş etmişdir ki, pulu ilə həm avtomobil alveri etsin, həm də dediyi halda lazımi şəxslərə və ya elə onun özünə pul gətirib versin. Həmçinin yanına sovqat da alıb gətirdikdə həmin puldan istifadə etsin. X34 verdiyi 4.000 manat pul da həmin avtomobilin satışından əldə olunan pul olmuşdur. Bəhruzun mobil telefon nömrəsi ***-***-**-** olmuşdur. Bəhruzla Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslər üçün nəzərdə tutulmuş şəhər nömrəsi ilə əlaqə saxlamışdır. Həmin telefon nömrəsi ***-***-**-** və ya ***-***-**-** olmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 19 mart tarixdə döyüldükdən sonra yaxınları Cəmil Kərimovun yaşadığı evə gedib ondan ərizəsini geri götürməyi xahiş etsələr də, yenə bir nəticə olmamışdır. Bu zaman yenidən Mirafiqlə söhbət edərkən ona demişdir ki, onun 4.000 manat pulu getsə də, ortada bir şey yoxdur, Cəmil Kərimov ərizəsini geri götürməmişdir, pulunu geri qaytarsınlar. Bu zaman Mirafiq demişdir ki, heç bir problem yoxdur, yenidən lazımi adamlarla danışar, lazım gələrsə Heybəti yüngül formada bıçaqlayarlar. O da, etiraz etməmiş, hətta demişdir ki, belə olarsa, verdiyi 4.000 manatı istəməz. Həmçinin bu işə görə əlavə pul verməyəcəyini demiş, Mirafiq də razılaşmışdır. Bu söhbət 2020-ci ilin aprel ayının ortalarında olmuş, lakin bu söhbətin nəticəsini bilməmiş, çünki Təqsirləndirilən şəxs2 kamerası dəyişdirilmiş və ayrı kameralarda saxlanılmışlar. Yəni faktiki olaraq Zərərçəkmiş şəxs vurulmasının nəticəsi və ümumiyyətlə kim tərəfindən vurulmasını bilməmişdir (Cild 2, iş vərəqi 266-272, cild 4, iş vərəqi 44-46, cild 7, iş vərəqi 187-188). Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 29 aprel 2020-ci il tarixdə videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxs qismində dindirilərkən də ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir (Cild 3, iş vərəqi 56-61). Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, onu istintaq zamanı məcbur edərək və ona təsir, təzyiq göstərərək ifadələrə imza etdirmişlər. Əslində isə, onun ittiham olunduğu cinayətlərin törədilməsində heç bir rolu olmamışdır. O, qardaşı Nurlanla danışanda, Vüsalın onunla işi olduğunu, həmin şəxslərlə görüşüb işi mehribanlıqla yoluna qoymaq lazım olduğunu bildirmişdir. Onun qalan söhbətlərdən məlumatı olmamışdır. O, Vüsaldan və qardaşı Nurlandan başqa, hazırkı iş üzrə həbs olunmuş digər şəxsləri tanımır və onlarla heç bir söhbəti olmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, o, qardaşı Nurlanla danışanda ona işi mehribanlıqla yoluna qoyulmasını demişdir. Nurlanla pul söhbəti etməmiş, kiminsə pul təklif edəcəyini deməmişdir. İstintaq zamanı əvvəlcə ona da 234-cü maddəni vermişlər, lakin o, Kürdəxanıdan təcridxanadan gətirildiyini bildirəndən sonra həmin ittihamı onun üzərindən götürmüşlər. Lakin onu idarəyə gətirəndə üstünə baxış keçirməmişlər. O, Heybətin hansı cinayət işi üzrə şahid və ya zərərçəkmiş şəxs qismində tanındığını bilməmişdir. Əvvəllər o, Təqsirləndirilən şəxs1lə bir kamerada qalmış, Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə aparılmamışdan 2 gün əvvəl onları ayırmışlar. Həmin vaxt da o, pul verilməsindən xəbəri olmadığını bildirmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Həmin ifadələrində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Belə ki, onun barəsində Azərbaycan Respubliksı CM-in 181.3.2-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə ibtidai istintaq aparılmış və həmin iş üzrə həbs edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılmış və hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun icraatındadır. Zərərçəkmiş şəxs birlikdə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımışdır. 2019-cu ilin dekabr ayının sonlarından Təqsirləndirilən şəxs1lə bir kamerada qalmağa başlamış, elə də normal münasibəti olmamış, sadəcə salam-sağ ol olmuşdur. 2020-ci ilin yanvar ayının ortalarında Vüsal barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə baxışının aparıldığını, həmin iş üzrə zərərçəkmiş şəxsin şikayət etdiyini və dəfələrlə öz tanışlarının onun yanına barışmaq üçün göndərməsinə baxmayaraq həmin şəxsin barışmadığını bildirmişdir. Vüsal ona həmin şəxsin adının Cəmil olduğunu, Cəmilə də rəisi Heybət adlı şəxsin barışmaq üçün icazə vermədiyini bildirmişdir. Vüsal ona Heybətin cəzalandırılmalı olduğunu və Heybət cəzalandırıldıqdan sonra Cəmilin qorxub barışıq ərizəsi verəcəyini bildirmişdir. Vüsal ondan bu işdə kömək etməyini istəmişdir. Bu barədə qardaşı Nurlana deyə biləcəyini və onun vasitəsi ilə həll edə biləcəyini bildirmişdir. Bu zaman Vüsal ona bu işin qarşılığında pul da verəcəyini bildirmiş, lakin dəqiq nə qədər verəcəyini bildirməmişdir. Bundan sonra Nurlana zəng edərək onunla bir kamerada qalan Vüsalın ona zəng edəcəyini və bir məsələdə ondan kömək alacağını bildirib, çalışıb Vüsala kömək etməsini söyləmişdir. Bundan sonra Nurlanın əlaqə nömrəsini Vüsala vermiş və onlar öz aralarında danışıb razılaşmışlar. Vüsalın türmədən kənarda bütün işlərini Bəhruz adlı qohumu görmüşdür. Vüsal Nurlana bütün məlumatları Bəhruz vasitəsi ilə ötürürmüşdür. Bildiyinə görə, Bəhruz Vüsalın xalası oğludur. Lakin Nurlan 2020ci ilin mart ayına qədər Vüsalın istəyini yerinə yetirə bilməmiş, yəni o, Heybətə heç bir xəsarət yetirib onun gözünü qorxuda bilməmişdir. Sonradan Vüsalın barəsində istintaq edilən cinayət işi məhkəməyə göndərildiyi üçün Vüsalın Heybətə olan qəzəbi daha da artmış, Heybəti döydürməklə ondan qisasını alacağını bildirirmişdir. Vüsal ondan yenidən Nurlanla danışmağını və bu işdə ona köməklik etməyini istəmişdir. O, Nurlanla danışmış və Nurlan ona adam tapıb Heybəti döydürə biləcəyini, sadəcə Heybətin kim olması, harada yaşaması, nə işlə məşğul olması, hansı avtomobili idarə etməsi barədə məlumat verilməsini xahiş etmişdir. Nurlan ona bu işi tanışlarının görəcəyini bildirmişdir. Yenidən Vüsalla danışmış və Nurlanla Bəhruzu əlaqələndirməsini söyləmişdir. Bundan sonra X24 əlaqələndirmiş və onlar birlikdə Vüsalın istəyini həyata keçirməli olmuşlar. Sonradan ona məlum olmuşdur ki, bu cinayəti birbaşa törədən məhz qardaşı Nurlan və onun tapdığı adamlar olmuşdur. Nurlan öz tanışları vasitəsi ilə Heybəti döydürmüşdur. Sonradan 19 mart 2020-ci il tarixdə Vüsal özü də ona Nurlanın Bəhruzla birlikdə deyiləni etdiklərini, yəni Heybəti döydüklərini bildirmişdir. Sonradan öyrənmişdir ki, Bəhruz Vüsalın göstərişi ilə Heybətin vurulması üçün Nurlana 4.000 manat pul vermişdir. Daha sonra Vüsal ona yaxınlarının Cəmilin evinə getdiyini və Cəmilin hələ də barışıq üçün ərizə vermədiyini bildirmişdir. Vüsal ona demişdir ki, 4.000 manat pulu getsə də, ortada heç bir şey yoxdur, Cəmil Kərimov ərizəsini geri götürməmişdir. Vüsal Heybətin döyülməsinin heç bir xeyri olmadığını və Nurlana verdiyi 4.000 manatı geri qaytarmasını ya da işi axıra qədər görməsini bildirmişdir. Bu zaman Nurlanla danışıb ona məsələni izah edəcəyini bildirmişdir. Vüsal bildirmişdir ki, Heybətin əl çəkməsi üçün lazım gələrsə, Heybəti yüngül formada bıçaqlayarlar, belə olacağı halda verdiyi 4.000 manatı geri istəməyəcəyini də bildirmişdir. Bundan sonra Nurlana zəng edərək, Vüsal verilən işin sona qədər görülmədiyini və verdiyi 4000 manat pulu geri istədiyini bildirmişdir. O, Nurlana demişdir ki, ya Vüsalın verdiyi sifarişi axıra qədər yerinə yetirsin, ya da ki, onun 4.000 manatını geri qaytarsın. Bundan sonra Nurlan ona Vüsala narahat olmamasını söyləməyini və verdiyi sifarişi dəqiqliklə yerinə yetirəcəyini bildirmişdir. O, bu zaman Nurlana demişdir ki, Vüsal Heybətin əl çəkməsi üçün lazım gələrsə Heybəti yüngül formada bıçaqlanmasını istəyir. Nurlan ona öz razılığını bildirdikdən sonra bu barədə Vüsala demişdir. Bu söhbət 2020-ci ilin aprel ayının ortalarında aralarında olmuşdur. Lakin bu söhbətin nəticəsini bilməmiş, çünki onunla Vüsalın kamerası dəyişdirilmiş və ayrı kameralarda saxlanılmışlar. Faktiki olaraq Zərərçəkmiş şəxs vurulmasının nəticəsi və ümumiyyətlə, kim tərəfindən vurulmasını bilməmişdir (Cild 3, iş vərəqi 25-29, cild 4, iş vərəqi 11-15, cild 7, iş vərəqi 71-73). İş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 sərbəst ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq edərək, Zərərçəkmiş şəxs döyülməsi və bıçaqlanması ilə bağlı sifarişin məhz Təqsirləndirilən şəxs1 tərəfindən verildiyini bildirmişdir (Cild 3, iş vərəqi 224-227). Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, qardaşı Mirafiqlə əlaqə saxlamış, həmin vaxt Mirafiq Vüsalla bir kamerada qalmışdır. Kamerada onlar öz aralarında danışmış, sonradan Mirafiq ona necə, nə cür etmək lazım olduğunu danışmışdır. O da, çöldə Vüsalın onun yaxın dostu olan Bəhruzla görüşmüşdür. Bəhruzdan Heybətin harada yaşadığını soruşmuş və onun yerini öyrənmişdir. Buna görə də o, narkotiklə bağlı verdiyi ifadədən başqa, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Bəhruzdan o, yalnız pul almışdır. Birinci cinayətə görə 4.000 manat, ikinci cinayətə görə isə 1600 manat pul almışdır. Narkotiklə bağlı verilən ittihamı isə o, ümumiyətlə qəbul etmir. Belə ki, saxlanıldığı gün səhər saat doqquza işləmiş qardaşı gəlib onu evindən durğuzmuş və Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində işləyən Mirhatəm adlı şəxsin onu gözlədiyini bildirmişdir. O, yataqdan durub qonaq otağına keçmiş və Mirhatəmin orada oturduğunu görmüşdür. Mirhatəm onun qardaşının dostu olmuş, həm də əvvəllər onlarla qonşuluqda yaşamışdır. O, nə məsələ olduğunu soruşmuş, Mirhatəm bir cinayətlə bağlı idarəyə getməli olduqlarını demişdir. İş materiallarında guya narkotik vasitənın onun cibində olduğu və hardansa tapdığı yazılmışdır. O, həmin yazılanlarla aşağıdakılara görə razılaşmır: Birincisi, səhər saat doqquza işləmiş o, evdə yatmış vəziyyətdə olmuşdur, həmin vaxt narkotiki çöldən haradan tapa bilərdi? İkincisi, Mirhatəmi evdə görən zaman o, ev paltarında olmuş, sonra isə gedib əynini dəyişib idarəyə getmişdir. Əgər həmin vaxt onda həqiqətən də narkotik olmuşdursa, o, təbii ki, həmin narkotiki cibinə qoyub Baş idarəyə getməzdi. Üçüncüsü, Mirhatəmin Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində işlədiyini bildiyi halda, nəyə görə üzərində narkotiklə onun qabağına çıxmalıdır. O, səhər saat doqquza işləmiş tutulmuş, üstündən iki gün keçdikdən sonra isə onun tutulması rəsmiləşdirilmişdir. Ona üstünə narkotik vasitə qoyulmayacağı bildirilsə də, sonradan narkotiki onun boynuna qoymuşlar. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs3 bildirdi ki, razılığa görə, onlar əvvəlcə gedib Heybətlə mehribanlıqla Vüsaldan şikayət etməməsi barədə söhbət etməyi fikirləşmişlər. Lakin sonradan Heybətin şikayətini geri götürmədiyini görüb aldıqları pulun müqabilində onu döyməyi qərara almışlar. Bu məqsədlə onlar Heybətlə söhbət etməyə getmişlər, lakin Heybət söyüş söydüyünə görə onu döymüşlər. Heybətlə söhbət etməyə Təqsirləndirilən şəxs6 ilə getmişdir. Birinci dəfə Heybət döyüləndə, o, Bəhruzla maşında olmuş və pulları da Bəhruzdan almışlar. Pulu Saraya gəldikdən sonra bölmüşlər. Pul beş nəfər arasında bölünmüş, ona birinci dəfə 500 manat, ikinci dəfə isə təxminən 400-500 manat çatmışdır. İkinci dəfə də Heybətlə şikayətini götürməsi üçün söhbət etməyə getmiş, Heybət şikayətini geri götürmədiyi üçün aralaraında söz-söhbət yaranmış və Heybəti vurmuşlar. Onun üzərində narkotik vasitə olmamışdır. Üzərində şəxsi axtarış Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində aparılmışdır. Sonra videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Həmin vaxt heç yerə şikayət etməmişdir. O, ümumiyyətlə heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, istintaq vaxtı o, ekspertizaya da aparılmış, lakin qanından narkotik aşkar olunmamışdır. Tutulandan üç gün sonra onu əməliyyatçıların otağına qaldırmışlar və ona narkotik qəbul etməsini, həmin narkotiki tapdığını bildirməsi deyilmiş, bütün bunları deməsə belə, onlar üçün heç bir fərqi olmadığını, amma narkotiki tapmasının izahatında yazılmalı olduğunu bildirmişlər. O da, göstərilən təzyiqlər nəticəsində yazılan sənədlərə imza etmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Həmin ifadələrində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin əvvəllərində tanımışdır. Vüsalın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini bilmiş, çox yaxın münasibəti olmasa da, bir neçə dəfə sosial müavinət məsələləri ilə bağlı danışmaqla ünsiyyətdə olmuşdur. Lakin sonradan ona məlum olmuşur ki, Təqsirləndirilən şəxs1 həbs edilmiş, ancaq konkret nə üçün həbs edildiyini bilməmişdir. Vüsal həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasında olan zaman təxminən 2020-ci ilin yanvar ayında istifadə etdiyi ***-***-**-** nömrəli mobil nömrəyə zəng edərək onunla əlaqə saxlamağa başlamışdır. Vüsalla hər dəfə telefonla danışdıqda ondan nəyə görə tutulduğunu və azadlığa çıxması üçün nə köməklik edə biləcəyini soruşmuşdur. Danışıqlarının birində Vüsal əvvəllər işlədiyi işi ilə əlaqədar tutulduğunu bildirmişdir. Vüsal həbsi ilə bağlı geniş məlumat verməsə də, ancaq bildirmişdir ki, əvvəllər işlədiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Heybət adlı şəxs tərəfindən aparılmış yoxlamaların nəticəsi ilə bağlı tutulmuş və hazırda da həmin şəxsə görə azadlığa çıxa bilməmişdir. Həmçinin ondan xahiş etmişdir ki, ona bu işdə kömək etsin. Vüsaldan konkret nə ilə bağlı köməklik etmək istədiyini soruşanda demişdir ki, onun məhkəməsində Heybət iştirak edəcək və işi çətinləşdirəcəkdir, yəni Heybətin məhkəmə prosesində iştirakı azadlığa çıxmasının qarşısını alır. Buna görə də, Heybət elə döyülməli və ya ona elə xəsarət yetirilməlidir ki, məhkəməyə gedə bilməsin. Bir sözlə Vüsal ona izah etmişdir ki, ya özü, ya da ki, başqası vasitəsi ilə Heybəti elə döydürməlidir ki, xəstəxanaya yerləşdirilsin və məhkəmədə iştirak edə bilməsin. Həmin vaxt Vüsala konkret heç nə deməsə də, ancaq söz vermişdir ki, bu iş üçün adam tapacaqdır. Təxminən 2020-ci ilin mart ayının ortalarında Vüsal ona yenidən zəng edib bildirmişdir ki, 2020-ci ilin mart ayının 19-da məhkəmə prosesi olacaq və işi sürətləndirsin, yəni ya özü, ya da ki, başqası vasitəsi ilə ona köməklik etsin. Vüsala bu işi icra edə biləcək münasib adam axtardığını bildirmişdir. 18 mart 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olduğu vaxtı Təqsirləndirilən şəxs1 ona zəng edərək növbəti günü, yəni 19 mart 2020-ci il tarixdə məhkəməsi olacağını və təcili ona bu işdə kömək etməli olduğunu bir daha bildirmişdir. Həmçinin Vüsal ona demişdir ki, bu iş üçün, yəni onun sifarişi ilə Heybətin xəstəxanalıq olması üçün 4.000 manat pul verəcəkdir. Yəni görmüşdür ki, Vüsal daha səbr edə bilmir və konkret olaraq Heybətin döyülməsini istəyir. Vüsala demişdir ki, onun sifarişini yerinə yetirməyə razıdır, ancaq Heybətin harada yaşadığını bilmir. Vüsal ona bildirmişdir ki, narahat olmasın, bu işdə onun yaxın adamı Bəhruz lazımi köməklik edəcəkdir. Yəni Vüsal bildirmişdir ki, Bəhruz onun çox yaxın adamıdır və bütün işlərini Bəhruza etibar edir. Yəni, Bəhruz ona ünvanın tapılmasında və sair işlərdə köməklik edəcək və işin sonunda pulu da Bəhruz verəcəkdir. Bundan sonra Vüsal Bəhruzun hazırda xatırlamadığı mobil telefon nömrəsini ona verib demişdir ki, Bəhruzla əlaqə saxlasın. 2020-ci ilin mart ayının 18də Vüsalın verdiyi həmin mobil nömrəyə öz istifadəsində olan telefonla zəng edib Bəhruzla danışmış və nömrəsini Vüsaldan aldığını bildirmişdir. Bəhruzla danışanda görmüşdür ki, Bəhruz məsələdən məlumatlıdır, yəni Vüsalın onunla olan söhbətindən xəbəri vardır. Bəhruz ona Baki şəhəri, Nəsimi rayonu ərazisində “20 yanvar” metro stansiyasının yaxınlığında olduğunu və həmin yerə getməyini bildirmişdir. Ora gəldikdə Bəhruzla görüşmüş və Bəhruzun idarə etdiyi avtomaşına əyləşərək birlikdə Heybət adlı şəxsin işlədiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanına getmişlər. Orada Bəhruz onu yaxınlıqda yerləşən dayanacağa aparıb “Toyoto Prius” markalı **-TC- *** qeydiyyat nişanlı avtomobili göstərək həmin avtomobilin Heybətə məxsus olduğunu demişdir. Bundan sonra Bəhruzla birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisinə getmiş və orada “Sinfoniya” restoranı ilə üzbəüz yerləşən yeni tikili binanı göstərərək Heybət adlı şəxsin həmin binada yaşadığını, hər gün səhər saat 08:05-də evdən çıxaraq işə getdiyini bildirmişdir. Bundan sonra Bəhruz onu metronun “20 yanvar” stansiyasının yaxınlığına qaytarıb orada düşürmüş və o, yaşadığı Saray qəsəbəsinə getmişdir. Bundan sonra həmin gün axşam radələrində yaşadığı ünvana yaxınlıqda yaşayan, torpaq alqı-satqısı ilə əlaqədar tanıdığı Təqsirləndirilən şəxs6la əlaqə saxlayaraq məsələ ilə bağlı məlumat verimiş və qeyd olunan işi görməyə, yəni Vüsalın sifarişinə uyğun olaraq pul müqabilində Heybət adlı şəxsi döyüb xəstəxanalıq etmək üçün adam lazım olduğunu bildirmişdir. Həmçinin Zaura demişdir ki, Vüsala Heybət adlı şəxsin döyülməsi və məhkəməyə gedə bilməməsi lazımdır və bunun üçün 4.000 manat pul verir. Yəni, bu pul qarşılığında ya özləri bu işi görməli, ya da bu işi pul qarşılığında edəcək adam tapmalıdırlar. Bir sözlə Zaurla razılaşmışlar ki, münasib adam tapsa, ona xəbər etsin. Həmin gün, yəni 18 mart 2020-ci il tarixdə axşam saatlarında Zaur zəng edərək adam tapdığını və 2020-ci ilin mart ayının 19-da səhər saat 07 radələrində gəlib onu evdən götürəcəklərini bildirmişdir. O da, öz növbəsində axşam Bəhruza zəng edərək adam tapıldığını və səhər gəlib onu götürəcəklərini bildirmişdir. 19 mart 2020-ci il tarixdə səhər saatlarında Zaur ona zəng edib bildirmişdir ki, onlara gəlir. Həyətə düşəndə görmüşdür ki, Zaur “Rang Rover” markalı Rusiya Federasiyası dövlət nömrə nişanlı avtomobillə evin yanına gəlmişdir. Zaurun avtomaşınına yaxınlaşaraq arxa salona əyləşmiş və görmüşdür ki, Zaurdan başqa maşında üç nəfər adam vardır. Avtomaşına minəndən sonra Zaur orada olan şəxsləri ona və onu həmin şəxslərə təqdim etmiş və bilmişdir ki, maşın idarə edən şəxsin adı Fariz, avtomaşında əyləşən şəxslərdən birinin adı Sərxan və digərinin adı isə İsamuddindir. Həmçinin bildirmişlər ki, sifarişi Sərxanla İsamuddin icra edəcəklər. Onlara demişdir ki, Bəhruza zəng etməli, çünki həm Bəhruz ünvanı daha yaxşı tanıyır, həmdə görəcəkləri işin sonunda veriləcək olan pul da Bəhruzdadır. Bəhruza zəng edərək ona metronun “20 yanvar” stansiyasının yaxınlığına gəlməsini bildirmişdir. Birlikdə metronun “20 yanvar” stansiyasının yaxınlığına gəlmiş və orda Bəhruzun idarə etdiyi qara rəngli “Chervolite Cruze” markalı avtomobilə əyləşib Farizgilə demişdir ki, olduğu avtomaşının arxasınca gəlsinlər. Yəni iki avtomaşın olmaqla Heybətin qaldığı Bakı şəhəri, Binəqədi rayonu, Axundov küçəsinə “Sinfoniya” restoranının qarşısına gəlmişlər. Heybətin yaşadığı binanın qarşısında olanda saat təxminən 08 radələri olmuşdur. Heybətin avtomobillə çıxacağı qarajı göstərmiş, həmçinin Zaur ona demişdir ki, Bəhruzdan işi görmələri üçün beh verməsini tələb etsin. O da, Bəhruzdan 500 manat beh pul alıb Zaura vermişdir. “Rang Rover” markalı avtomobili idarə edən Fariz, Sərxan və İsamuddini düşürdükdən sonra Zaurla birlikdə oradan getmiş və Saray qəsəbəsində gözləyəcəklərini bildirmişlər. O isə, Bəhruzla birlikdə Heybətin qarajdan çıxdığı yerdən bir qədər kənarda dayanaraq onları müşahidə etməyə başlamışdır. Saat təxminən 08:05 radələrində Heybətin idarə etdiyi avtomobilin qarjadan çıxdığını, həmin vaxt Sərxanın avtomobilə yaxınlaşaraq sürücüyə yumruq atdığını, daha sonra isə İsamuddinin sürücüyə bir-iki yumruq vurduğunu, həmçinin Heybət olduğunu bildiyi şəxsin avtomobili sürərək oradan uzaqlaşdığını görmüşdür. Yəni, onun gördüklərini Bəhruz da görmüşdür. Daha sonra oradan uzaqlaşmış, Bəhruz onu düşürmək üçün Masazır qəsəbəsinə gətirəndə yolda Təqsirləndirilən şəxs1 Bəhruza zəng etmişdir. Bəhruz Vüsala məsələnin həll edildiyini, yəni Heybətin döyüldüyünü bildirmiş və Vüsalla danışmaq üçün telefonu onu vermişdir. O da, Bəhruzun dediklərini təsdiq edərək Heybətin döyüldüyünü, yəni sifarişin yüksək səviyyədə icra olunduğunu Vüsala bildirmişdir. Vüsal isə ona demişdir ki, narahat olmasın, zəhmətlərinin qarşılığını Bəhruz verəcəkdir. Vüsalla danışandan sonra Bəhruz əlavə 3500 manat pulu da Masazır dairəsində ona vermişdir. Bundan sonra o, yaşadığı Saray qəsəbəsinə getmiş və orada yerləşən “Saray Petrol”un qarşısında Zaurgillə görüşmüşdür. Orada 3500 manat pulu Zaura vermiş, Zaur həmin puldan 500 manat ona, 1000 manat Sərxana, 700 manat İsamuddinə, 900 manat Farizə vermiş və ilkin verilən 500 manat behlə birlikdə 900 manat da Zaurun özünə qalmışdır. Bundan sonra yaşadığı evə getimiş və nə Zaurla, nə də digər şəxslərlə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsinə görə, 24 aprel 2020-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı evin qarşısında olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, onun cinayət törətməkdə şübhəli olduğunu deyərək həmin Baş idarəyə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmiş və hüquqlarını müdafiə etmək məqsədilə dövlət hesabına vəkil dəvət edilmişdir. Bundan sonra Azərbaycan Respubikası CM-in 127.2.1, 127.2.2 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli olduğu üçün tutulmuşdur. Daha sonra şübhəli şəxs qismində polis orqanına gətirildiyinə görə üzərində şəxsi axtarış keçirilməcəyini bildirmişlər. Vəkilinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman həmin gün səhər evdən çıxarkən yerdən tapıb əynində olan göy rəngli cins şalvarının sağ yan cibin üstündə yerləşən kiçik cibdə saxladığı içərisində ağ rəngli kristalşəkilli maddə olan bir ədəd bükümü, eləcə də üzərində olan bir ədəd “Xiomi” markalı mobil telefonu, bir ədəd siqaret qutusunu, bir ədəd kibrit qutusunu və 20 manat pulu təqdim etmişdir. Bir ədəd siqaret qutusu, bir ədəd kibrit qutusu və 20 manat pul özünə qaytarılmış, təqdim etdiyi bir ədəd bükümə baxış zamanı içərisindən ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Həmin maddə qablaşdırılaraq götürülmüş, qablaşdırmanın üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin maddənin tərkibini və çəkisini müəyyən etmək üçün ekspertiza tədqiqatına göndəriləcəyi izah edilmiş və bundan sonra üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, doğru tərtib edildiyi üçün imzalarla təsdiq etmişdir. Üzərindən aşkar edilmiş həmin bükümü 24 aprel 2020-ci il tarixdə səhər evdən çıxan zaman tapmışdır. Həmin bükümün içərisində nə olduğunu bilməmişdir. Ümumiyyətlə heç vaxt narkotik vasitə və psixotrop maddədən istifadə etməmişdir. Həmin maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs3 istintaqa verdiyi əlavə ifadəsində bildirmişdir ki, ilkin ifadəsində o, yalandan bıçaqlanma hadisəsi barədə heç bir xəbəri olmadığını demişdir. Onsuz da Heybəti yumruqla vurduqlarına görə cinayət məsuliyyətinə cəlb edildiyindən, həmin bıçaqlanma hadisəsinin də müəyyən olunarsa, cəzanın ağır olacağından qorxduğundan, eləcə də qardaşı Təqsirləndirilən şəxs2 adını çəkməmək üçün həmin hadisədən xəbəri olmadığını bildirmişdir. Əslində isə, 19 mart 2020-ci il tarixdə Heybət adlı şəxs yumruqla vurulduqdan sonra qardaşı Mirafiq ona Bakı İstintaq Təcridxanasından zəng edərək Vüsalın gördükləri işdən narazı qaldığını bildirmişdir. Mirafiq ona demişdir ki, Vüsal Heybətin ərizəni geri çəkdirmədiyini bildirmişdir. Vüsal Mirafiqdən ya verdiyi 4000 manat pulu geri qaytarmalarını, ya da həmin işi qaydasında görmələrini tələb etmişdir. Yəni Vüsal demişdir ki, Heybət əgər yumruqla başa düşmürsə, onda onu daha ağır formada cəzalandırmaq lazımdır. O da, qardaşına məsələni yoluna qoymağa çalışacağını bildirmişdir. Bundan sonra 2020ci ilin aprel ayının ortalarında hazırda xatırlamadığı tanışından bu işi görə biləcək qiyabi tanıdığı Namiq adlı şəxsin hazırda xatırlamadığı mobil nömrəsini götürərək onunla əlaqə saxlamış və görüşmək istədiyinni demişdir. Namiq də onunla razılaşmış və Namiqlə aprel ayının ortalarında Sumqayıt şəhəri Xəzər qəsəbəsində “Ləman” mebel salonunun qarşısında görüşmüşdür. Namiqə işlə bağlı məlumat vermiş, həmçinin həmin şəxsin mart ayında bir dəfə də yumruqla vurulduğunu bildirmişdir. Namiqə demişdir ki, yumruqla vurulmasına baxmayaraq həmin adam yenə də ərizəsini geri götürməmiş, ona görə də bu dəfə bir az bərk döymək lazımdır. Namiq də onunla razılaşmış və Namiqə 1000 manat da pul verəcəyini bildirmişdir. Namiqlə bir az söhbət edərkən fikirləşmişdir ki, yenə də Vüsal Heybətin yaxşı döyülmədiyini bəhanə edəcək və pulu qaytarmasını tələb edəcəkdir. Ona görə də fikrini dəyişib Namiqə Heybət adlı şəxsi yüngül bıçaqlamaq lazım olduğunu bildirmişdir. Namiq də onunla razılaşmış və Namiqə çox ağır xəsarət yetirməyin lazım olmadığını, sadəcə qorxutmaq üçün bir-iki yüngül bıçaq vurmaq lazım olduğunu və bıçaqladıqdan sonra 1000 manat pulu verəcəyini bildirmişdir. Bundan sonra Namiqlə birlikdə idarə etdiyi “Meqano” markalı **- PE-*** qeydiyyat nişanlı avtomobillə Heybətin yaşadığı Binəqədi rayonu ərazisində yerləşən “Sinfoniya” restoranının qarşısında olan binanın yanına gəlmişlər. Heybətin yaşadığı binanı və binanın altında avtomobil qarajını göstərib Heybətin hər gün işdən çıxdıqdan sonra saat 19-21 radələrində özünə məxsus “Toyota Prius” markalı **-TC-*** qeydiyyat nişanlı avtomobillə evə gəldiyini bildirmişdir. Bundan başqa o, Heybət adlı şəxsin fotoşəklini də Namiqə göstərmişdir. Həmin fotoşəkili də ona Bəhruz göndərmişdir. Namiq ona məsələni bir-iki günə həll edəcəyini bildirmişdir. Bundan sonra Namiqi Sumqayıt şəhərində “Daş bazarı” deyilən yerdə düşürmüşdür. 22 aprel 2020-ci il tarixdə Namiqlə danışanda o, bu gün məsələni həll edəcəyini demiş, buna görə özü də Bakı şəhərinə gəlmiş və Namiqdən xəbər gözləmişdir. Həmin gün saat 21 radələrində Namiq ona zəng edərək Heybət adlı şəxsə bir dəfə bıçaqla vurduğunu bildirmişdir. Həmin zaman Yasamal rayonu ərazisində olmuş və Namiqə Yasamala gəlməsini bildirimişdir. Belə ki, Bəhruza zəng edərək Heybəti yumruqla vuran uşaqların tutulduğunu və təcili 1600 manat pul lazım olduğunu bildirmişdir. Bəhruz da ona yaşadığı Yasamal rayonu ərazisinə binanın qabağına gəlib pulu götürə biləcəyini demişdir. Bəhruzla yaşadığı binanın qarşısında görüşmüş və Bəhruzdan 1600 manat pulu almışdır. Bundan sonra Namiqlə həmin yerdə görüşmüş və 1000 manat pulu ona vermişdir. Taksi ilə Sumqayıt şəhərinə gəlmiş və yolda mindikləri taksini də dəyişmişlər ki, birdən kimsə arxalarınca gələr. Sumqayıt şəhərinə çatdıqda Namiqdən ayrılaraq evinə getmişdir. Yolda olan zaman Bəhruza zəng edərək, Vüsalla əlaqə saxlayaraq ona “oğlandır” deməsini istəmişdir. O, bununla Vüsala məsələnin həll edildiyini bildirmək istəmişdir. Bundan sonra 24 aprel 2020-ci il tarixdə o, polis əməkdaşları tərəfindən saxlanılmışdır (Cild 1, iş vərəqi 191-197, cild 2, iş vərəqi 38- 44, cild 3, iş vərəqi 30-34, cild 4, iş vərəqi 61-67, cild 7, iş vərəqi 141-145). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs3 Heybətin vurulması ilə bağlı ifadələrin düzgün olmadığını, həmin ifadələrin təzyiqlər altında verildiyini, ikinci epizodla bağlı eyni qaydada Namiqlə danışıb Heybətlə mehribançılıqla söhbət etməyi razılaşdığını, birinci hadisədən təxminən bir ay sonra ikinci hadisənin baş verdiyini, yenə də qardaşı Mirafiqin ona zəng edərək, Heybətin şikayətini geri götürmədiyini və yeni bir adam tapıb görüşmək lazım olduğunu bildirdiyini, o da, Namiqi tapdığını, Namiqin də eyni qaydada gedib Heybətlə görüşdüyünü, özünün isə kənarda durub gözlədiyini, Namiqin Heybətə yaxınlaşaraq Vüsal barəsində olan işlə bağlı gəldiyini bildirdiyini, Heybətin isə yenə söyüş söyərək Namiqi təhqir etdiyini, buna görə də Namiqin bir dəfə bıçaqla Heybəti vurduğunu bildirdi. Məhkəmədə həmçinin müəyyən edildi ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 27 aprel 2020-ci il tarixdə videoçəkiliş aparılmaqla əlavə dindirilrkəən ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir (Cild 2, iş vərəqi 238-243). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılarkən zaman o, sərbəst ifadəsində göstərdiyi xüsasatları hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir (Cild 3, iş vərəqi 159-163). İş materiallarından görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında videoçəkiliş aparılmaqla üzləşdirmə keçirilərkən, Təqsirləndirilən şəxs3 sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək təsdiq etmişdir (Cild 3, iş vərəqi 8-14). Həmçinin cinayət işinə əlavə edilmiş protokola əsasən, istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə keçirilmiş və həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs3 sərbəst ifadəsində göstərdiyi halları qardaşı Təqsirləndirilən şəxs2 üzünə bildirmiş, sonuncu da, onun dediklərini təsdiq etmişdir (Cild 3, iş vərəqi 237-241). Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs4 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs1 sinif yoldaşıdır, Vüsal həbsdə olduğu müddətdə onun yanına təcridxanaya gedib-gəlmişdir. Cəmillə Vüsalın arasında düşmənçilik olmuşdur. Vüsal həbsdə olduğu müddətdə Cəmilgilin həyətinə onların barışmaları üçün çox gedib-gəlmiş, lakin Cəmil razılaşmamışdır. X42 cənub bölgəsindən olduğunu, orada bir seyid olduğunu, həmin seyidin vasitəsilə bəlkə razılığa gələ biləcəklərini söyləmiş, onlara seyidin evini göstərməyi xahiş etmişdir. 18 mart 2020-ci il tarixdə o, barışığa gedəcək şəxslərlə getmiş və evin yerini göstərmişdir. Sonrakı gün səhər-səhər Nurlan ona zəng edərək, gecə olduğu üçün göstərdiyi evin yerinin yadından çıxdığını, ağsaqqalla bir yerdə olduğunu deyərək, gəlib evin yerini təkrar göstərməyi xahiş etmişdir. Nurlanla o, bir maşında olmuş, arxalarınca da başqa bir maşın gəlmişdir. Nurlan ona demişdir ki, ağsaqqal o biri maşındadır. Onlar danışmağa getmiş, lakin nə danışdıqlarını və necə danışdıqlarını o, görməmişdir. Sonra oradan çıxıb ayrılmışlar. Sonradan onu Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları həbs etmiş, ona həmin idarədə təzyiqlər göstərmişlər. O, özü ümumiyyətlə heç vaxt narkotik vasitə qəbul etməmişdir, 37 yaşı var və narkotik vasitənin nə olduğunu bilmir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs4 göstərdi ki, Vüsalla bir sinifdə oxumuş və münasibətləri yaxşı olmuşdur. Lakin Vüsalın qarşısında onun heç bir öhdəliyi olmamışdır. O, təcridxanaya Vüsalın yanına tez-tez görüşə getmişdir. Həmin görüşlərin birində Vüsal ona cənub bölgəsindən bir seyid olduğunu, onun evinin yerini göstərməyi demiş, bu zaman «ağsaqqal» deyiləndə Heybət nəzərdə tutulmuş və fikirləşmişlər ki, bəlkə Heybətə deyilsə, sonuncu da Cəmilə deyər, iş yoldaşı kimi Cəmil Heybətin sözünü eşidər. Razılığa görə o, telefonla zəng edib Vüsala ondan edilmiş xahişin yoluna qoyduğunu bildirəcəyinə söz vermişdir. Vüsal həmin xahişin yerinə yeririlməsi üçün kiməsə nəsə verəcəyini vəd etməmişdir. Lakin Vüsal lazım olanda, təcridxanadan ona zəng edib kiməsə pul verməyi tapşırdığı hallar olmuş, o da, Vüsalın söznə əsasən həmin pulları vermişdir. O, baş vermiş hadisəni, yəni Heybətin döyülməsini və ya bıçaqlanmasını öz gözü ilə görməmişdir. Onun üzərində şəxsi axtarış polis əməkdaşları tərəfindən idarəyə aparıldığı gün yox, səhərisi günü keçirilmişdir. Onu aprelin 24-də Vüsalgilin evindən çıxarkən tutmuşlar, ayın 25-də isə üzərində şəxsi axtarış aparılmışdır. Onun üzərinə baxış keçirilərkən dövlət hesabına təyin edilmiş vəkil iştirak etmiş, həmin vəkil onun hüquqlarını müdafiə etməmiş, sadəcə olaraq demişdir ki, sənədləri imzala, məhkəməyə çıxarıq, ondan sonra hər şeyi qaydasına qoyacağıq. Ona sənədləri imzaladandan sonra oxuyanda bilmişdir ki, həmin sənədlər narkotiklə bağlıdır. Ondan narkotik vasitə aşkar olunmamışdır, onun qoluna qandal vuran tanımadığı polis işçisi əlini salıb cibindən narkotik vasitəni çıxarmış və demişdir ki, bu sənindir, soruşanda deyərsən ki, onu tapmışam. O, tutulandan 4-5 gün sonra bilmişdir ki, yaxın qohumları onun üçün vəkil tutmuşlar. İstintaq zamanı ona müqavilə əsasında tutulmuş vəkildən imtina etməsi təklif olunmuş, əks halda vəziyyətinin yaxşı olmayacağı bildirilmiş, buna görə də o, dövlət hesabına ona vəkil təyin olunduğunu bildirərək, müqavilə ilə vəkildən imtina etmişdir. O, 24 aprel 2020-ci ildə tutulmuş, may ayının 4-də isə onu Kürdəxanıya təcridxanaya keçirmişlər. İfadələri arasında ziddiyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Həmin ifadələrində Təqsirləndirilən şəxs4 göstərmişdir ki, həmyerlisi Təqsirləndirilən şəxs1 uşaqlıdan tanımış, uşaqlıqları bir yerdə keçmiş, hazırda da dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs1 2008-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin Suraxanı Rayon Şöbəsində işləmişdir. 2015-ci ildə Nazirlikdə rəhbərlik dəyişəndən sonra Təqsirləndirilən şəxs1 işində yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir. Təqsirləndirilən şəxs1 2019-cu ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinə işə qəbulla bağlı keçirilmiş müsabiqəni qazansa da işə qəbul edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 işlədiyi dövrdə qanun pozuntularına yol verməsi və həmçinin anası Firəngül Əliyevaya saxta pensiya düzəltməsi barədə materiallar toplanaraq Baş Prokurorluq Yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və həmin idarədə araşdırma aparılmışdır. Həmin ərəfədə Vüsal özünün, həm də anasının barəsində materialların toplanmasında səbəbkar kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyində işləyən Zərərçəkmiş şəxs və onun Cəmil adlı işçisini gunahlandırmışdır. 2019-cu ilin avqustun əvvəllərində Təqsirləndirilən şəxs1 İlham adlı tanışı Heybətin işçisi Cəmili döydüyünə görə Təqsirləndirilən şəxs1 İlham adlı şəxslə birlikdə həbs edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs1 anası cinayət məsuliyyətinə cəlb edilimiş və məhkəmənin hökmü ilə barəsində iki il azadığın məhdudlaşdırılması cəzası verilmişdir. Təqsirləndirilən şəxs1 həbsdə olan müddətdə Cəmildən bağışlanmasını istəsə də, sonuncu onunla barışmamış və Vüsal da bunun səbəbini Zərərçəkmiş şəxs buna mane olmasında görmüşdür. Təqsirləndirilən şəxs1 barəsində bir müddət istintaq aparılandan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilimişdir. Təqsirləndirilən şəxs1 işi məhkəməyə göndəriləndən sonra, sonuncu yenə də Cəmillə barışıqlara cəhd etmiş, lakin Cəmil onunla barışmadığından və bunun səbəbkarının Zərərçəkmiş şəxs olduğunu düşündüyündən, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qisas almaq və onu «cəzalandırmaq» qərarına gəlmişdir. Təqsirləndirilən şəxs1 həbs olunandan sonra yaxın adamı kimi onunla həbsdə saxlanma yerindən demək olar ki, hər gün telefonla əlaqə saxlamışdır. Təxminən 2020-ci ilin fevral ayının əvvəllərində növbəti danışıqların birində Təqsirləndirilən şəxs1 zəng ediləcəyini, həmin şəxsin kriminal ünsürlərin vasitəsi ilə Zərərçəkmiş şəxs «cəzalandıracaq» şəxs olduğunu bildirib, həmin şəxslə görüşüb cibxərci pul verməyini istəmişdir. Elə həmin gün axşam tərəfi sonu 80-08 olan nömrədən istifadəsində olan ***-***-**-** nömrəyə zəng edilmiş və telefonda danışan şəxs Təqsirləndirilən şəxs1 dediyi adam olduğunu bildirib, metronun «Əcəmi» stansiyasının qarşısına görüşə dəvət etmişdir. Həmin şəxsin dediyi yerə getmiş və ilk dəfə gördüyü, sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs3 ilə görüşmüşdür. İlk görüş zamanı Nurlan özünü ona öz adı ilə deyil, «Elçin» kimi təqdim etmişdir. Söhbət zamanı Nurlan adını demədiyi qardaşının Təqsirləndirilən şəxs1lə birlikdə İstintaq Təcridxanasında bir yerdə olduğunu, Təqsirləndirilən şəxs1 ondan Zərərçəkmiş şəxs izləməsini və onu döydürməsini, yəni onu «cəzalandırmağını» istədiyini bildirmişdir. Daha sonra Nurlan pulu olmadığını və onun üçün nə qədər pul verə biləcəyini soruşmuş, o da, üzərində az pul olduğunu bildirib, ona 100 manat pul vermişdir. Bundan başqa hər hansı bir mövzuda aralarında danışıq olmamış və onlar ayrılmışlar. Bundan təxminən 4-5 gün sonra Nurlanın zəngi ilə yenidən «Əcəmi» metrostansiyasının qarşısında görüşmüş və Nurlanın istəyi üzrə ona 50 manat pul vermişdir. Bundan bir müddət sonra, təxminən martın 18-də Təqsirləndirilən şəxs1 onunla əlaqə yaradıb Nurlana bir aydan çox müddətdir Zərərçəkmiş şəxs döydürməyi sifariş etdiyini, lakin sonuncunun bu günədək Zərərçəkmiş şəxs yaşadığı evin yerini belə öyrənə bilmədiyini, məsuliyyətsizlik etdiyini bildirib, Nurlanla görüşüb ona 4000 manat pul verməyini və sifarişin yerinə yetirilməsi üçün Zərərçəkmiş şəxs yaşadığı evin yerini, idarə etdiyi avtomobilin nömrəsini Nurlana verməyini tapşırmışdır. Əvvəlcədən Vüsalın işi ilə bağlı Zərərçəkmiş şəxs harada yaşadığını, hansı avtomobili idarə etdiyini, hər gün saat neçədə, haradan avtomobillə çıxıb işə getdiyini bildiyindən Təqsirləndirilən şəxs1 bunu ondan istəmişdir. O da, etiraz etməmiş və həmin gün saat 16:00 radələrində Nurlan onunla əlaqə saxlayıb onu «Nizami» metrostansiyasının yaxınlığına görüşə dəvət etmiş, o, idarə etdiyi «Chevrolet Cruze» markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə dediyi yerə gedib Nurlanla görüşmüşdür. Həmin görüş zamanı Nurlan ona Vüsalın ona Zərərçəkmiş şəxs etdiklərinin əvəzi olaraq qisas almaq istədiyini, döydürmək, xəsarət yetirmək istədiyini bildirib, ondan Zərərçəkmiş şəxs yaşadığı evin yerini göstərməsini tələb etmişdir. Bundan sonra o, Nurlanı idarə etdiyi avtomobillə birlikdə Heybət adlı şəxsin işlədiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanına getmişlər. Orada Nurlanı yaxınlıqda yerləşən dayanacağa aparıb, «Toyota Prius» markalı **-TC-*** qeydiyyat nişanlı avtomobili göstərək, həmin avtomobilin Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir. Bundan sonra Nurlanı Binəqədi rayonu ərazisindəki «Simfoniya» şadlıq sarayı ilə üzbəüz yerləşən binaya aparmış və Zərərçəkmiş şəxs yaşadığı binanın, hər gün avtomobili ilə çıxdığı qarajın yerini Nurlana göstərmiş və ona Zərərçəkmiş şəxs hər gün tezdən saat 08:05-də idarə etdiyi avtomobillə qarajdan çıxdığını bildirmişdir. Nurlan binanın olduğu yeri dəqiqləşdirəndən sonra metronun «20 yanvar» stansiyasına aparmış və ora çatandan sonra Nurlanla razılaşmışlar ki, ertəsi gün sübh tezdən görüşüb ilkin olaraq 500 manat pul verəcəyini, öz gözləri ilə Heybətin döyülməsini görəndən sonra isə Təqsirləndirilən şəxs1 bu barədə xəbər verməklə əlavə 3500 manat verəcəkdir. Ertəsi gün sübh tezdən saat 07:00 radələrində Nurlan zəng edib onu «20 yanvar» metrostansiyasının yaxınlığına dəvət etmişdir. Evdən sifarişin yerinə yetirlməsi üçün vəd edilən 4000 manat pulu götürüb idarə etdiyi avtomobillə «20 yanvar» stansiyasının yaxınlığına gedib «Velotrek» Ticarət Mərkəzinin qarşısında Dərnəgül şossesi istiqamətində yolun sağında Nurlanla görüşmüşdür. Həmin zaman Nurlan yolda tək dayanmış, avtomobili saxlayandan sonra Nurlan avtomobilə əyləşib avtomobili Zərərçəkmiş şəxs yaşadığı binaya tərəf idarə etməyini istəmişdir. O da, bundan sonra avtomobili bir qədər sürətlə idarə edib oradan uzaqlaşmışdır. Artıq keçmiş K.Marks körpüsünün yaxınlığına çatanda Nurlan avtomobili yavaş idarə etməyini, Zərərçəkmiş şəxs döyəcək şəxslərin arxalarınca gəldiyini bildirib avtmomobilin sürətini azaltmağı tələb etmişdir. Nurlanın istəyi üzrə sürəti azaltmış və bundan sonra arxalarınca gələn avtomobilin Rusiya Federasiyası qeydiyyat nişanlı «Range Rover» markalı avtomobil olduğunu görmüşdür. Bundan sonra irəlidə o, arxada isə «Range Rover» markalı avtomobil hərəkəti davam etdirmişlər. Təxminən saat 07:45 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonundakı «Simfoniya» şadlıq sarayı ilə üzbəüz yerləşən məhəlləyə girmişlər. Məhəllədə sağ tərəfdəki hündür mərtəbəli yaşayış binasının birinci mərtəbəsində «Al market»i keçdikdən sonra avtomobili saxlamış, arxasında gələn «Range Rover» markalı avtomobil isə bir qədər irəli gedib sol tərəfə dönüb dayanmışdır. Bundan sonra Nurlan «Range Rover» markalı avtomobilə əyləşən tanımadığı, Zərərçəkmiş şəxs döyməli olan şəxslərə ilkin ödəniş olaraq 500 manat pul verməli olduğunu bildirib həmin pulu ondan almış və avtomobildən enib «Range Rover» markalı avtomobilə əyləşmişdir. Bir neçə dəqiqədən sonra Nurlan geri qayıtmış və avtomobildə əyləşmişdir. Nurlan geri qayıdandan sonra avtomobili idarə edib qaraja çatmamış sağ tərəfdə yerləşən binanın qarşısında dayanmışdır ki, müşahidə edib Zərərçəkmiş şəxs avtomobili ilə qarajdan çıxanda sifariş verilən şəxslər tərəfindən onun necə döyülməsini öz gözləri ilə görsün. Bir neçə dəqiqədən sonra «Range Rover» markalı avtomobildən iki nəfər şəxsin endiyini və birgə binanın qarajının çıxış hissəsinə tərəf getdiyini görmüşdür. Hər iki şəxs qarajın çıxış hissəsində dayanıb siqaret çəkməyə başlamış və təxminən 5 dəqiqə sonra qarajın qapısı açılmış, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil qarajdan çıxmışdır. Bu zaman həmin avtomobilə Nurlanın tanışı olan, onun tanımadığı, «Range Rover»dən enib gözləyən şəxslərdən biri Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sürücü tərəfdən yaxınlaşmış və bir neçə saniyədən sonra sürücü istiqamətində yumruq atdığını görmüşdür. Bundan dərhal sonra ikinci şəxs də avtomobilə yaxınlaşıb ardıcıl zərbələr yetirməyə başlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs avtomobili sürətlə idarə edib oradan uzaqlaşdığını, Zərərçəkmiş şəxs vuran şəxslərin isə hərəsinin bir tərəfə qaçışdığını görmüşdür. Zərərçəkmiş şəxs avtomobili gedəndən dərhal sonra qorxudğu üçün avtomobilini işə salıb oradan uzaqlaşmışdır. Nurlan da onunla bilrlikdə olmuş və birbaşa Nurlanın istəyi üzrə Masazıra getmişlər. Yolda Təqsirləndirilən şəxs1 daim zəng etdiyi nömrədən zəng gəldiyini görəndən sonra bu barədə Nurlana bildirmiş, Nurlan da telefonu alıb özü Vüsalla danışmış və Vüsala məslənənin həll olunduğunu, tapşırığını yerinə yetirildiyini, Zərərçəkmiş şəxs vurulduğunu bildirmişdir. «Masazır dairəsi» nə çatdıqdan sonra avtomobildə vəd edilən pulun qalan 3500 manatını Nurlana vermiş və bundan sonra Nurlan avtomobildən enib getmişdir. O isə, şəhərə qayıtmışdır. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 əlaqə saxlayıb o tərəfdən Zərərçəkmiş şəxs vurulubvurulmadığını, yəni bunu şəxsən görüb-görmədiyini soruşmuşdur. O da, Vüsala bunu qismən təsdiq etmiş, yəni vurulduğunu gördüyünü, lakin hansı dərəcədə vurulduğunu bilmədiyini bildirmişdir. Bundan sonra baş verən proseslərdən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs4 istintaqa verdiyi ifadəsində daha sonra göstərmişdir ki, təxminən iki gün əvvəl yaşadığı evin yaxınlığından yerdən bir ədəd şəffaf selofanda «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin tapmışdır. Özü psixotrop maddə və ya narkotik vasitə qəbul edən olmasa da, həmin maddənin nə olmasını bilmiş və həmin maddənin başqa şəxsin ələ keçməməsi üçün, bundan istifadənin qarşısını almaq məqsədi ilə qərara gəlmişdir ki, tapdığı metamfetamini cibinə qoysun və sonradan münasib yerdə zibilliyə atsın. Buna görə də tapdığı içində metamfetamin olan selofan bağlamanı əynindəki gödəkçənin cibinə qoymuş, lakin sonradan yadından çıxdığı üçün həmin bağlamanı ata bilməmişdir. 24.04.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra şübhəli şəxs qismində tutulub müdafiəçimin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən üzərində şəxsi axtarış aparılacağı təqdirdə həmin maddənin aşkar ediləcəyini görüb öz səmimiyyətini göstərmək məqsədi ilə həmin maddəni gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə müvafiq qaydada qablaşdırılaraq möhürləndikdən sonra zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra üzərində şəxsi axtarış və götürmə protoklu tərtib edilmiş, həmin protokolda qeyd edilənlərlə müdafiəçi ilə birlikdə tanış olduqdan sonra heç bir etriazı olmadığı üçün düzgünlüyü tərəfindən və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, iş vərəqi 230-235, cild 2, iş vərəqi 65- 70, cild 4, iş vərəqi 82-86, cild 7, iş vərəqi 165-167). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs4 polis əməkdaşları tərəfindən tutulandan sonra ona təzyiqlər göstərildiyini, buna görə də onlar nə yazıblarsa, hamısını imzaladığını, Mirafiqlə Nurlanın qardaş olduqlarını BMCMİ-də 2-3 gün qaldıqdan sonra bildiyini, Heybətin döyülməsini görmədiyini, Nurlandan başqa heç kimi tanımadığını, Nurlana Heybətin evini və iş yerini göstərdiyini, Vüsalın maşınını özünün satdığını və Vüsalın 30.000 manat pulunun onda olduğunu, Vüsalın ona sonu 80 rəqəmi ilə bitən nömrədən zəng olunacağını və zəng vuran şəxsə 4000 manat pul vermək lazım olduğunu bildirdiyini, Nurlanla maşında gedəndə, sonuncunun maşını yavaş sürməyi tapşırdığını və arxadakı maşında ağsaqqalın gəldiyini bildirdiyini, lakin onun həmin ağsaqqalı görmədiyini və belə bir adam olub-olmamasını bilmədiyini ifadəsinə əlavə etdi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs4 25 aprel 2020-ci il tarixdə videoçəkiliş aparılmaqla əlavə dindirilərkən ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir (Cild 2, iş vərəqi 84-91). Həmçinin iş materiallarına əlavə edilmiş protokola əsasən, Təqsirləndirilən şəxs4 ifadəsi yerində yoxlanılarkən, o, sərbəst ifadəsində göstərdiyi xüsasatları hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir (Cild 3, iş vərəqi 164-167). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs1 arasında videoçəkiliş aparılmaqla üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək təsdiq etmişdir (Cild 3, iş vərəqi 1-7). Həmçinin cinayət işində olan protokola əsasən, Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs3 arasında da üzləşdirmə keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs4 sərbəst ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs3 üzünə qarşı bildirmişdir (Cild 3, iş vərəqi 217-223). Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs6 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulduğu gün o, axşam evdə olmuş, atası rəhmətə getdiyinə görə başı qarışıq olmuşdur. Nurlan ona zəng edərək kömək lazım olduğunu, görüşüb söhbət etmək istədiyini bildirmişdir. Onun da başı qarışıq olduğu üçün dostu Farizə zəng eləmiş və onu Sumqayıta çağırmışdır. Onlar Sumqayıta gəlmiş və Nurlanla danışmışlar. Fariz sonradan Sərxana zəng edib danışmış və gedib hansısa işi yoluna qoymaq lazım olduğunu bildirmişdir. Daha sonra o, ehtiyacı olduğu üçün Nurlandan 900 manat pul almışdır. Səhər tezdən qapının döyüldüyünü görüb yuxudan oyanmış, kim olduğunu soruşduqda, heç kim cavab verməmişdir. Sonra polis işçiləri mətbəxin pəncərəsini sındırıb içəri girmişlər. Bu zaman anası 102 xidmətinə zəng vurmuşdur. Polis işçiləri içəri girəndən sonra onu tutmuş və üstünü yoxlamışlar. Lakin onun üsğtündən heç nə aşkar olunmamışdır. Oradan onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. O, tutulduqdan sonra heç bir yerə şikayət etməmişdir, ekspertizadan keçməmişdir. Narkotik vasitələrdən onun məlumatı yoxdur. Sadəcə olaraq, polis işçiləri həmin narkotikləri qəbul etməsə, evindən iki kq narkotik çıxaracağını deyərək ona təzyiq göstərdiklərindən, məcbur qalıb narkotiklərin özünə məxsus olmasını istintaqda bildirmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs6 bildirdi ki, o, Nurlanı bir seyid kimi tanımışdır. Hadisədən qabaq Nurlan ona bir nəfər olduğunu, onunla görüşüb danışmaq lazım olduğunu deyərək, nə ziyan dəyibsə, ödənilərək barışıq əldə edilməsində iştirak etməyi xahiş etmişdir. Həmin vaxt onun atası rəhmətə gedib başı qarışıq olduğundan həmin məsələni həll etməyi Farizdən xahiş etmişdir. Farizin zəng elədiyi adamları o, tanımamışdır və Farizin həmin şəxslərlə nə danışdığını bilməmişdir. Nurlanın ona təklifi yalnız danışıb rahatlıqla razılığa gəlmək olmuşdur. Onu Sumqayıt şəhər polis idarəsi cinayət axtarış şöbəsinin əməliyyatçıları saxlamışlar. Polislər onu tutanda üstünə və maşınına baxış keçirmişlər. Sonra onu Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə aparmışlar və ora çatan kimi ondan Vüsalı və Bəhruzu tanıyıb-tanımadığını soruşmuşlar, o da, tanımadığını bildirmişdir. Daha sonra polis işçiləri Farizin adını çəkəndə, Farizi tanıdığını və dostu olduğunu bildirmişdir. Baş idarəyə gətiriləndən iki dəqiqə sonra onun üstünə baxış keçirmişlər. Sonra da ona demişlər ki, narkotiki qəbul etməlisən, o da, təzyiqlərə dözməyərək narkotikin özünə məxsus olduğunu demişdir. Hadisə günü Farizlə səhər saat 8-də işə getməmişdən əvvəl görüşmüşdür. Həmin işə görə ona pul verilməsindən xəbəri olmamışdır. İfadələri arasında ziddiyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs6 göstərmişdir ki, 18 mart 2020-ci il tarixdə axşam saatlarında yaşadığı Saray qəsəbəsində olarkən tanışı Nurlan özünün sonu 02-25-lə bitən mobil nömrəsindən onun ***-***-**-** mobil nömrəsinə zəng edərək «tema», yəni bir mövzu olduğunu deyib, danışıq zamanı bildirmişdir ki, özünün bir nəfər içəridə, yəni həbsdə olan Vüsal adlı yaxın tanışı var. Onun məhkəmə prosesi gedir, həmin məhkəmə prosesinə şahid qismində çağırılan bir nəfər Heybət adlı şəxs var, əgər Heybət məhkəmədə iştirak etsə, həbsdə olan tanışının məhkəmə işi çətinləşəcəkdir, ona görə də tanışı Vüsal tapşırmışdır ki, nəyin bahasına olursa olsun, qeyd edilən şahidin məhkəməyə gəlməsinə mane olmaq üçün onu vurub, döyüb xəsarət yetirmək lazımdır ki, xəstəxanaya müraciət etsin, məhkəməyə gələ bilməsin. Nurlan ondan bu məsələni həll etmək üçün adam tapa biləcəyini soruşmuş, həm də bildirmişdir ki, bu məsələni Vüsalın sifarişi ilə həll edə bilsə, ortada bir nəfər Bəhruz adlı şəxs də var ki, qazanc olaraq 4000 manat pul da təklif edib, yəni ortada pul da vardır. O da, maraqlanaram demiş və bundan sonra bu barədə tanıdığı Farizin ***-***-**-** mobil nömrəsinə zəng edib onunla görüşmək istədiyini və Nurlanın ona dediyi məsələni danışmış, həmin Heybət adlı adamın vurulması məsələsinə görə ortada pul da olduğunu deyəndən sonra Fariz də razılaşmış və bu məsələni həll etmək üçün özünün tanıdığı iki nəfəri də götürüb yanına gələcəyini bildirmişdir. O da, bundan sonra Nurlana zəng edib demişdir ki, məsələ həll olunur, gəlib onu götürəcəklər. 19 mart 2020-ci il tarixdə səhərə yaxın saat 06-07 radələrində Fariz öz idarə etdiyi «Rang Rover» markalı avtomobillə yanında da iki nəfər gətirib yanına gəlmiş və o, həmin maşına oturmuşdur. Farizin yanındakı həmin şəxsləri tanımamış, əvvəllər görməmiş, adlarını da həmin vaxt bilmişdir ki, birinin adı Sərxan, digərinin adı İsamuddindir. O, məsələnin nə olması barədə Nurlanın dediyi kimi onlara da danışmış və həmin maşınla gedib Saray qəsəbəsində yaşadığı evinin yanından yolun kənarında dayanıb onları gözləyən Nurlanı da avtomobilə götürmüşlər. Belə ki, Nurlana zəng edib bildirmişdir ki, evdən çıxsın, Bakı şəhərinə həmin adamı vurmaq məsələsi ilə bağlı gedirlər. Nurlan da avtomobilə əyləşmiş və avtomobildə Nurlan özü ona, Farizə, Sərxan və İsamuddin adlı şəxslərə Vüsalın tapşırdığı bu məsələni bir daha izah etmişdir. Maşındakı şəxsləri Nurlana təqdim etmiş və Nurlan da onlarla tanış olmuşdur. Nurlana bildirmişdir ki, tanışı Vüsal adlı şəxsin bu sifarişini Farizin gətirdiyi Sərxanla İsamuddin icra edəcəklər. Nurlan da demişdir ki, Bəhruza zəng etməlidir, çünki həm Bəhruz ünvanı daha yaxşı tanıyır, həm də görəcəkləri işin sonunda veriləcək olan pul da Bəhruzdadır. Nurlan Bəhruza zəng edərək ona metronun “20 yanvar” stansiyasının yaxınlığına gəlməsini bildirmişdir. Birlikdə metronun “20 yanvar” stansiyasının yaxınlığına gəlmiş və orada Nurlan onlar olan maşından düşüb Bəhruzun idarə etdiyi qara rəngli “Chervolite Cruze” markalı avtomobilə əyləşmiş və demişdir ki, onun əyləşdiyi Bəhruzun maşının arxasınca gəlsinlər. Bundan sonra iki maşın olmaqla Heybətin qaldığı Bakı şəhəri, Binəqədi rayonu, Axundov küçəsinə “Sinfoniya” restoranının qarşısına gəlmişlər. Heybətin yaşadığı binanın qarşısında olanda saat təxminən 08 radələri olmuşdur. Nurlan Heybətin avtomobillə çıxacağı qarajı göstərmiş, həmin vaxt Bəhruzdan işi görmələri üçün beh verməsini istəmişdir. Nurlan da Bəhruzdan 500 manat beh alıb ona vermişdir. Bundan sonra Nurlan Sərxan və İsamuddin adlı şəxslərə bir daha izah edib bildirmişdir ki, vurulmalı olan şəxs Heybət adlı şəxsdir, binanın qarajından sonu qeydiyyat nömrəsi 987 olan, səhv etmirsə «Toyota» markalı avtomobillə çıxacaqdır. Sərxan və İsamuddini binanın qarajı qarşısında düşürmüş, Nurlan yenidən Bəhruzun maşınına qayıtmış və bir az kənarda maşında dayanıb baxmaq üçün gözləmişlər. Sərxan və İsamuddin isə həmin Heybət adlı şəxsi vurmaq üçün binanın qarajına tərəf piyada getmişlər. Fariz isə maşını bir qədər aralı sürüb saxlamış, Farizlə maşında olmuşdur. Açığı, onar istəməmişlər ki, onu və Farizi həmin hadisə törədiləcək yerdə kimsə görsün. Ona görə də özü Farizə yalandan demişdir ki, zəng edib Sərxana desin ki, biz artıq burada gözləyə bilmirik, ətrafda Post Patrul avtomobili görünür, ona görə də çıxıb Saray qəsəbəsinə qayıdırlar. Fariz də zəng edib bu barədə Sərxana bildirmiş və bundan sonra o və Fariz birlikdə həmin avtomobillə Saray qəsəbəsinə qayıtmış, orada «Saray Petrol» yanacaqdoldurma məntəqəsinin yanında dayanıb Sərxanla İsamuddini gözləməli olmuşlar. Hələ «Saray Petrol» yanacaqdoldurma məntəqəsinin yanına çatmağa az qalmış Sərxan Farizə zəng edib demişdir ki, özləri həmin şəxsi vurmuşlar. Fariz də demişdir ki, «Saray Petrol» yanacaqdoldurma məntəqəsinin yanındadırlar, gəlin bura. Təxminən 20 dəqiqə sonra Sərxanla İsamuddin onlar olan yerə qayıdıb gəlmişlər. Onlardan təxminən 5-10 dəqiqə sonra isə Nurlan da həmin yerə gəlmişdir. Həmin vaxt Nurlan 3500 manat pulu çıxarıb ona vermiş, o da, həmin puldan əvvəlki behlə birgə 900 manatı özünə götürmüş, 500 manatı Nurlana, 1000 manatı Sərxana, 700 manatı İsamuddinə, 900 manatı Farizə vermişdir. Bundan sonra o və Nurlan Farizlə sağollaşıb ayrılmış və Saray qəsəbəsinə hərəsi öz evinə getmişlər. Bundan sonra artıq həmin hadisə ilə bağlı heç kimlə danışmamış və görüşməmişdir. 23 aprel 2020-ci il tarixdə gecə saat 23-24 radələrində yaşadığı evin qarşısında olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, onun cinayət işi üzrə şübhəli olduğunu bildirərək, həmin İdarəyə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Orada olan zaman hüquqlarını müdafiə etmək məqsədilə dövlət hesabına vəkil dəvət edilmişdir. Bundan sonra o, Azərbaycan Respubikası CM-in 127.2.1, 127.2.2 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli olduğu üçün tutulmuşdur. Daha sonra şübhəli şəxs qismində polis orqanına gətirildiyinə görə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Vəkilinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılan zaman təxminən iki gün qabaq Sumqayıtda Şəmil adlı şəxsdən öz istifadəsi üçün aldığı və həmin vaxt əynindəki ağ rəngli cins şalvarının sol yan cibində saxladığı içərisində «kokos» adı ilə tanınan narkotik maddə heroin olan bir ədəd selofan paketi və bir ədəd kibrit qutusunu, şalvarının sağ yan cibində olan «Rothmans» markalı siqaret qutusunu və özünün 25 manat şəxsi pulunu çıxarıb təqdim etmişdir. 25 manat pulu, bir ədəd siqaret qutusu və bir ədəd kibrit qutusu ona qaytarılmış, təqdim etdiyi sellofan paketdə olan narkotik vasitə heroin isə aşkar edilərək götürülüb kağız zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırmanın üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin maddənin tərkibini və çəkisini müəyyən etmək üçün ekspertizaya göndəriləcəyi izah edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, doğru tərtib edildiyi üçün imzası ilə təsdiq etmişdir. Həmin narkotik maddə heroini iki gün qabaq Sumqayıtda Şəmil adı ilə tanıdığı şəxsdən özü çəkmək üçün 50 manata almış, heç kimə satmaq, vermək fikri olmamışdır. Özü təxminən 5-6 ay olar ki, narkotik maddə heroin qəbul edir (Cild 1, iş vərəqi 156-161, cild 2, iş vərəqi 09-15, cild 4, iş vərəqi 101-104, cild 7, iş vərəqi 52-55). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs6 həmin ifadələri təsdiq etmədiyini, onları polis əməkdaşlarının təzyiqləri altında verdiyini, əvvəllər narkotik vasitə heroindən istifadə etdiyini və həmin heroini tanımadığı şəxslərdən aldığını bildirdi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs6 istintaq zamanı 27 aprel 2020-ci il tarixdə videoçəkiliş aparılmaqla əlavə dindirilərkən ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (Cild 2, iş vərəqi 254-259). Cinayət işinə əlavə olunmuş protokola əsasən, Təqsirləndirilən şəxs6 ifadəsi yerində yoxlanılarkən, Təqsirləndirilən şəxs6 sərbəst ifadəsində göstərdiyi halları hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir (Cild 3, iş vərəqi 151-154). Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs5 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən gün o, evdə olmuşdur. Bu zaman dostu Zaur ona zəng edərək bir məsələ olduğunu və söhbət etmək istədiyini bildirmişdir. O, Zaurla görüşmüş, söhbət zamanı Zaur bir nəfər dostları olduğunu, onun məhkəməsinin getdiyini və həmin işdə zərərçəkmiş şəxs olan Heybət adlı şəxslə danışıb şikayətçi olmaması barədə razılığa gətirmək lazım olduğunu söyləmişdir. O da, Zaurla razılaşmış və dostu Sərxana zəng edərək həmin məsələ ilə bağlı onunla da danışmışdır. Hadisə günü isə o, Sərxanı və İsamuddini gətirib Heybətgilin evinin yanında düşürmüş, özü isə çıxıb getmişdir. Sonra bilmişdir ki, onlar Heybətlə mübahisə ediblər və Heybəti yumruqla vurublar. Əvvəldən Zaurun dediyinə görə, həmin işə görə onlara şirinlik verməyə boyun olmuşlar və bilmişdir ki, ortalıqda 4000 manat şirinlik kimi pul vardır. Sonra onlar maşınla Saray qəsəbəsinə tərəf gəlmiş, orada həmin pulu aralarında bölmüşlər. Həmin puldan ona 900 manat pul çatmışdır. Təqsirləndirilən şəxs5 ifadəsinə görə, tutulduğu gün Sumqayıt şəhərində yaşadığı 9 mkr-da uşağa yemək almaq üçün mağazaya düşmüş, orada 8-9 nəfər polis işçisi onu tutmuşlar. Onun üstünə baxış keçirmişlər, lakin heç nə aşkar olunmamışdır. Sonra polis işçiləri onu Baş Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə aparmışlar. Orada polis işçiləri tərəfindən ona təzyiqlər edilmiş, onu ailə üzvləri ilə təhdid etmişlər ki, üzərindən narkotik vasitə aşkar olunduğunu etiraf etsin. Onu hədələdiklərinə və ailə üzvləri ilə təhdid etdiklərinə görə məcbur olub sənədlərə imza etmişdir. Əslində isə, ittihamda göstərilən narkotik vasitələr ona məxsus deyildir, həmin narkotiklərə onun heç bir aidiyyatı yoxdur. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs5 ifadəsinə görə, onu görüşə Zaur çağırmış, Nurlanla da onu Zaur tanış etmişdir. Heybəti o, əvvəllər tanımamış, Heybətlə söhbət etmək üçün o, Sərxanı çağırmışdır. Hadisə baş verməmişdən qabaq söhbət zamanı onlara demişlər ki, onların işi Heybəti yola gətirməkdir. Heybətin yerini onlara Bəhruzgil göstərmişdir. Həmin vaxt Bəhruz maşından düşmədiyi üçün o, Bəhruzu görməmişdir. Onların olduğu maşını o, idarə etmiş, maşında ondan başqa Nurlan və Sərxan olmuşdur. Bəhruz isə həmin vaxt öz maşınını idarə etmişdir. O, Sərxangili hadisə yerində maşından düşürəndən sonra Saraya getmişdir. Sonradan söhbət zamanı Sərxan demişdir ki, Heybət söyüş söydüyü üçün İsamuddinlə onu vurmuşlar. Hadisə baş verəndən sonra onlara 4000 manat şirinlik vermişlər. O, aprelin 25-də səhər tutulmuşdur. Narkotikə görə polis işçiləri tərəfindən ona təzyiqlər edilmiş, polislərin özləri narkotiki onun cibinə qoymuş, sonra isə videoçəkiliş vaxtı cibindən narkotik çıxarmışlar. Həmin polis işçisinin dəqiq kim olduğunu deyə bilmir. Videoçəkilişin nə vaxt olduğunu o, dəqiq xatırlamır. İfadələri arasında ziddiyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq edildi. Həmin ifadələrində Təqsirləndirilən şəxs5 göstərmişdir ki, Bakı şəhərinə gəldikdən bir müddət sonra kokos-heroini falqada yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etməyə başlamışdır. Rusiya Federasiyasının Krasnodar şəhərində paltar satışı ilə məşğul olan zaman orada Zülfüqar adlı tanışı olmuş, məhz Təqsirləndirilən şəxs6, səhv etmirsə Zülfüqarın xalası oğludur. Ona görə də Zaur Krasnodar şəhərinə gəldikdə, onunla tanış olmuşdur. Bakıya gəlməmişdən əvvəl Zülfüqardan Zaurun telefon nömrəsini almış, Zaurun telefon nömrəsi ***-***-**-** olmuşdur. Bakı şəhərinə gəldikdən sonra təxminən bir həftə sonra Zaurla zəngləşərək Bakı şəhəri «20 Yanvar» dairəsinin yaxınlığında görüşüb orada olan çayxanalardan birində çay içmişlər. 2020-ci ilin mart ayının 18-də axşam saatlarında Zaur istifadəsində olan ***- ***-**-** saylı nömrəyə özünə məxsus ***-***-**-** saylı nömrədən zəng edərək «tema» olduğunu, yəni bir nəfəri döymək lazım olduğunu, hətta bu işə görə pul da veriləcəyini deyərək, görüşmək lazım olduğunu bildirmişdir. O isə, tanışları olduğunu, onlarla danışıb əlavə məlumat verəcəyini demişdir. Bundan sonra tanışı Şahid11 istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək Zaurun ona dedikləri barədə qısaca məlumat verib «tema» olduğunu, buna görə də pul da veriləcəyini deyib görüşməyi təklif etmişdir. Sərxan isə tanışı İsamuddinlə birgə gələcəyini bildirmişdir. O, etiraz etməmiş və yenidən Zaura zəng edib ona bu barədə məlumat vermişdir. Həmin vaxt Xırdalan şəhərində «Kapital Bank»-ın yaxınlığında tanış qızın yanında olmuş və ona görə də Sərxana demişdir ki, həmin yerə gəlsinlər və orada gözləyəcəkdir. Sərxanı təxminən bu hadisədən 10 gün əvvəldən Razin qəsəbəsində yaşayan Pərviz adında «Baba» ləqəbli şəxsin vasitəsi ilə tanımış, aralarında normal münasibətlər olmuşdur. Həmçinin İsamuddini də Sərxanın vasitəsi ilə tanımış, hər ikisi ilə bu hadisəyə qədər, səhv etmirsə 2-3 dəfə görüşmüşdür. Zaur ona bu barədə təklif etdikdən sonra bu işi görə biləcək başqa tanışları olmadığı üçün Sərxana zəng etmişdir. Sərxan və İsamuddin hər ikisi idmançı görkəmli uşaqlar olduğundan onlara zəng etmişdir. Bundan sonra 19 mart 2020-ci il tarixdə təxminən gecə saat 02 radələrində Sərxan İsamuddinin idarə etdiyi «X47» markalı avtomobillə yanına gəlmişlər. Xırdalan şəhərində yerləşən «Kapital bank»ın filialının yaxınlığına çatdıqda avtomobili orada olduğu üçün İsamuddin avtomobilini onun avtomobilinin yanında saxlamışdır. Bundan sonar Sərxan tək avtomobildən düşüb yanına gəlib qabaqda əyləşmişdir. Söhbət zamanı Sərxana qısaca məlumat verib demişdir ki, tanışı Zaur adında şəxs vardır, həmin şəxs bildirmişdir ki, bir nəfəri döymək lazımdır və bunun müqabilində pul veriləcəkdir, açığı özü Sərxana demişdir ki, temanın konkret olaraq necə olmasından məlumatsızdır. Ona görə də Zaurla görüşmək lazımdır, onun avtomobili ilə gedəcəklər. Bundan sonra Sərxan avtomobildən düşmüş və İsamuddinlə birlikdə avtomobilinə minmişlər. Həmin vaxt o, bir daha bildirmişdir ki, Sərxana dediyi temanın dəqiq olaraq nə tema olduğunu özü də bilmir, ona görə də tanışı Zaurun yanına getmək və onunla görüşmək lazımdır, həmin Zaur hər şeyi izah edəcəkdir. Zaurun evini dəqiq tanımamış, telefonla danışaraq gəldiklərini Zaura dedikdə, o, telefonla ünvanı başa salmış, o da, ünvan barədə Sərxana demiş və nəhayət Zaurun evinin yanına gəlmişlər. Keçmiş «Qafqaz» universiteti tərəfdən yeni açılmış yolla Saray qəsəbəsinə getmişlər. Təxminən gecə saat 03 radələrində Saray qəsəbəsində məhəllələrdən birində Zaurun ona dediyi yerə çatdıqda avtomobili saxlamışdır. Zaura zəng etmiş və təxminən 10-15 dəqiqə sonra Zaur gəlmiş və avtomobilinə arxa tərəfdə əyləşmişdir. Avtomobildə olarkən onları tanış etmiş, daha sonra Zaur bildirmişdir ki, onun Saray qəsəbəsində yaşayan Nurlan adında bir nəfər tanışı var, Nurlanın Bakı İstintaq Təcrixdanasında həbs olunmuş qohumu vardır. Hansı ki, həmin qohumunun 19 mart 2020-ci il tarixdə məhkəmədə işi olacaqdır. Nurlan bildirmişdir ki, həbs olunmuş qohumunun işi üzrə bir nəfər şahid vardır, həmin şəxs də şahid qismində 19 mart 2020-ci il tarixdə keçiriləcək prosesdə iştirak edəcəkdir. Lakin Nurlanın deməsinə görə, elə etmək lazımdır ki, həmin şəxs məhkəmə prosesində iştirak etməsin. Ona görə də Zaur bildirmişdir ki, bu səbəbdən Nurlanla görüşmək lazımdır. Hətta Zaur demişdir ki, bundan ötrü Nurlan pul da vəd etmişdir. Buna görə də Zaur öz telefonu ilə Nurlana zəng etmiş və görüşmək üçün Nurlanın yaşadığı Saray qəsəbəsində yerləşən digər bir məhəlləyə getmişlər. Təxminən 1 saat sonra Nurlan da gəlib avtomobilində arxa tərəfdə əyləşmişdir. Bu dəfə Zaur onları Nurlanla tanış etmiş və söhbət zamanı Nurlan bildirmişdir ki, onun Vüsal adında qohumu vardır, həmin Vüsal adlı şəxs həbs olunmuş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Nurlanın deməsinə görə, 19 mart 2020-ci il tarixdə Vüsalın barəsində növbəti məhkəmə prosesi olacaqdır. Hansı ki, həmin prosesə Heybət adlı bir nəfər şəxs gəlib şahid qismində ifadə verəcəkdir. Lakin Vüsal ona zəng edib bildirmişdir ki, nə olursa-olsun, elə etmək lazımdır ki, Heybət adlı şəxs məhz 19 mart tarixində keçiriləcək məhkəmə prosesində iştirak etməsin. Çünki həmin şəxslə Vüsalın münasibətləri çox pisdir, əgər həmin şəxs məhkəmə prosesində iştirak edərsə, Vüsalın işi daha də çətinləşəcəkdir. Bu zaman Sərxan təklif etmişdir ki, həmin şəxslə görüşüb başa salsınlar ki, məhkəmə prosesinə gəlməsin. Lakin Nurlan bildirmişdir ki, guya həmin şəxs sözlə başa düşməyəcək, lazımdır ki, ona bir-iki yumruq vurulsun və o, aldığı xəsarətdən həmin gün xəstəxanaya müraciət etsin, nəticədə başı qarışsın və məhkəməyə getməsin. Həmçinin Nurlan bildirmişdir ki, bu məsələ həllini taparsa o, xəcalətlərindən çıxacaq, yəni pul verəcəkdir. Söhbət zamanı Nurlan bildirmişdir ki, ortada cəmi 3.500 manat pul vardır. Nurlan əlavə olaraq bildirmişdir ki, həmin şəxs hər gün səhər saat 08 radələrində yaşadığı evdən özünə məxsus avtomobillə çıxıb işə gedir. Bu zaman Sərxan Nurlana demişdir ki, heç bir problem yoxdur, özü bunu həll edəcəkdir. Eləcə də Sərxan həmin şəxsin harada yaşadığını və hansı avtomobili idarə etdiyini soruşduqda, Nurlan bildirmişdir ki, bir nəfər Bəhruz adında tanışı vardır, həmin şəxs Heybət adlı şəxsin yaşadığı ev və idarə etdiyi avtomobillə bağlı məlumat verəcəkdir. Ona görə də Nurlan həmin şəxsə zəng etmiş və telefonla danışdıqdan sonra Nurlan bildirmişdir ki, həmin şəxslə görüşmək üçün «20 Yanvar» dairəsinin yaxınlığına getmək lazımdır. Artıq təxminən səhər saat 07 radələri olmuşdur. Onlar Bəhruz adlı şəxslə görüşmək üçün hamı birlikdə idarə etdiyi avtomobildə «20 Yanvar» dairəsinin yaxınlığına getmiş və təxminən 15-20 dəqiqə sonra metronun «20 Yanvar» stansiyasının yaxınlığında Dərnəgül şossesi istiqamətində yolun sağında dayanmışlar. Təxminən 15 dəqiqədən sonra qara rəngli «Chevrolet» markalı, lakin dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil gəlib avtomobilinin arxasında saxlamışdır. Nurlan həmin avtomobili görüb Bəhruz olduğunu bildirmiş və avtomobildən tək düşüb Bəhruzun idarə etdiyi avtomobildə ön tərəfdə əyləşmiş, düşərkən bildirmişdir ki, o, həmin avtomobillə Heybət adlı şəxsin yaşadığı binanın yaxınlığına gedəcəkdir, ona görə də həmin avtomobilin arxasınca gəlməyi təklif etmişdir. Nəticədə Bəhruzun idarə etdiyi avtomobil qabaqda, onun idarə etdiyi avtomobil isə arxada olmaqla Dərnəgül şossesi istiqamətində hərəkətə başlamışlar. Təxminən səhər saat 08 radələrində Bəhruzun idarə etdiyi avtomobil Binəqədi rayonunda yerləşən «Simfoniya» şadlıq sarayı ilə üzbəüz yerləşən məhəlləyə girmişdir. Onlar da Bəhruzun arxasınca məhəlləyə girmişlər. Həmin vaxt məhəllədə sağ tərəfdə yeni hündür mərtəbəli bina olmuş, hansı ki, həmin binanın birinci mərtəbəsində «Al market» marketi yerləşmişdir. Onlar «Al market»i keçmiş və yeni tikilinin sonuna yaxın Bəhruz avtomobilini saxlamış, o isə, bir qədər irəli gedib sol tərəfə dönüb avtomobili saxlamışdır. Açığı istəməmişdir ki, hadisə yerində avtomobili çox görünsün, ona görə də, avtomobili bir qədər irəli sürüb aralıda saxlamışdır. Bundan sonra Nurlan onun avtomobilinə gələrək minib bildirmişdir ki, Bəhruzun deməsinə görə, həmin şəxs səhər saat 08:05-də Bəhruzun avtomobilini saxladığı binanın qarajından özünə məxsus sonu 987 rəqəmi ilə bitən qara rəngli «Toyota Prius» markalı avtomobillə çıxacaqdır. Nurlan məlumat verdikdən sonra avtomobildən düşmüş və yenidən Bəhruzun idarə etdiyi avtomobilə əyləşmişdir. Sərxan qolunda olan özünə məxsus qol saatına baxıb artıq vaxtdır demiş və avtomobildən düşmüşdür. Onun ardınca İsamuddin də yerə düşmüş, aralarında olan danışığa əsasən o və Zaur avtomobildə gözləməli olmuş, məsələ həll olunduqdan sonra yenidən avtomobillə oradan uzaqlaşmalı olmuşlar. Lakin Sərxan və İsamuddin avtomobildən düşdükdən 3-5 dəqiqə bir qədər aralıda post-patrul xidmətinə məxsus avtomobilin keçidiyini gördükdə, Zaur ona demişdir ki, İsamuddinə zəng edib desin ki, post-patrul maşını vardır, ona görə də oradan çıxıb gedir, məsələni həll etdikdən sonra Saray qəsəbəsində yerləşən «Saray petrol»un yanında görüşsünlər. Həmin vaxt Sərxanın telefonu avtomaşınında qaldığı üçün İsamuddinə zəng etmiş və bu barədə məlumat verərək hadisə yerini tərk etmişlər. Bundan təxminən 30-40 dəqiqə sonra artıq «Saray petrol»un yanında olarkən İsamuddin ona öz telefonu ilə zəng etmiş və danışdıqda görmüşdür ki, zəng edən Sərxandır. Onlara demişdir ki, Saray qəsəbəsində «Saray petrol»un yanında onları gözləyir, həmin yerə gəlsinlər. Bir neçə dəqiqə sonra Sərxan və İsamuddin avtomobillə yanlarına gəlmişlər. Hər ikisi avtomobilə arxa tərəfdən əyləşmiş və vurduqlarını demişlər. Lakin gələnə qədər Zaur ona guya onların vurmadığını dediyindən, o da, öz növbəsində bildirmişdir ki, «bəs deyirlər vurulmayıb». Sərxan isə «onu deyən qələt edir» deyib yenidən vurduqlarını bildirmişlər. Hətta həmin vaxt İsamuddin də Heybəti vurduğunu bildirmişdir. Aralarında söhbət olan vaxt Nurlan da taksi ilə gəlmiş, Nurlan da Sərxanın və İsamuddinin Heybət adlı şəxsi vurduqlarını öz gözləri ilə gördüyünü bildirdiyindən bu məsələ bağlanmışdır. Nəticədə öz cibindən 3.500 manat pul çıxarıb Zaura vermiş, Zaur həmin puldan 500 manatını Nurlana qaytarmışdır. 1.000 manat sayıb ona vermiş, o isə, həmin pulu Sərxana vermişdir. 700 manat sayıb ona vermiş, o isə, həmin pulu İsamuddinə vermiş, 900 manat pulu ona vermiş, qalan 900 manat pulu isə özünə götürmüşdür. Bundan sonra İsamuddinlə Sərxan avtomobildən düşüb İsamuddinin avtomobili ilə oranı tərk etmişlər. Zaur və Nurlan isə piyada düşüb çıxıb getmişlər. O da, öz avtomobili ilə yaşadığı evə gəlmişdir. Bundan sonra Sərxan, İsamuddin, Nurlan və Zaurla görüşməmişdir. Həmçinin bir daha bu mövzu barədə hər hansı söhbət olmamışdır. Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsinə görə, tutulduğu gün, yəni 25 aprel 2020-ci il tarixdə səhər saatlarında zibil atmağa gedərkən yaxınlıqda bir ədəd selofan büküm görmüş və kokosdan istifadə etdiyi üçün həmin bükümə baxan kimi onun içərisində olan maddənin kokos olduğunu görmüş və ona görə də həmin bükümü götürüb üzərində saxlamışdır. Fikirləşmişdir ki, onsuz da pul verib alır, elə götürüb üzərində saxlasın, lazım olduqda, istifadə etsin. Bundan sonra yaşadığı evə getmiş və günorta saatlarında evdən aşağı düşərkən yaşadığı binanın qarşısında mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər bildirmişlər ki, o, bir nəfər şəxsin bir neçə şəxs tərəfindən birlikdə döyülməsində şübhəli bilindiyi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməlidir. O, etiraz etməmiş və polislərlə birgə həmin idarəyə gəlmişdir. İdarədə hüquqlarının qorunması üçün vəkil təqdim olunmuş və daha sonra o, AR CM-in 127.2.1, 127.2.2 və 127.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmağı ilə bağlı sənədləşmə aparılmışdır. Daha sonra onun üzərinə vəkilin və onu saxlayan polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində saxladığı həmin bir bükümdə olan narkotik vasitə heroini çıxarıb polislərə təqdim etmişdir. Şəxsi axtarış zamanı da bildirmişdir ki, həmin bükümü tapmışdır. Sonda şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və doğruluğu imzalarla təsdiq olunmuşdur (Cild 2, iş vərəqi 179-183, 205-211, cild 4, iş vərəqi 124-126, cild 7, iş vərəqi 141-145). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs5 həmin ifadələri qismən təsdiq etdiyini, narkotiklə bağlı hissəni ümumiyyətlə təsdiq etmədiyini, həmin ifadəni polis əməkdaşlarının təzyiqləri altında verdiyini, saxlanılarkən onda heç bir narkotik və psixotrop maddə olmadığını bildirdi. Məhkəmədə həmçinin müəyyən edildi ki, istintaq zamanı Təqsirləndirilən şəxs5 27 aprel 2020-ci il tarixdə videoçəkiliş aparılmaqla əlavə dindirilərkən ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (Cild 2, iş vərəqi 232-237). Cinayət işində olan protokola əsasən, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs5 ifadəsi yerində yoxlanılarkən, Təqsirləndirilən şəxs5 sərbəst ifadəsində göstərdiyi halları hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir (Cild 3, iş vərəqi 155-158). Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs7 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ittiham aktında qeyd olunan ifadələri ilə qismən razıdır. O, həmin ifadələrdə yalnız narkotiklə bağlı yazılanları qəbul etmir. Hadisə baş verən gün Nurlan ona Heybətlə söhbət edib şikayətini geri götürməsi barədə ərizə vermək lazım olduğunu və Heybəti razı salmalı olduğunu bildirmişdir. O da, Nurlanın təklifi ilə razılaşmışdır. Nurlan ona Heybətin yaşadığı binanın yerini göstərmiş, həmçinin nə vaxt işə getdiyini və neçədə gəldiyini bildirmişdir. Hadisə günü o, Heybətlə söhbət etməyə cəhd göstərmiş, lakin Heybət ona qarşı söyüş söydüyü üçün üstündə olan bıçaqla onu vurmuşdur. Sonra bu söhbətə görə Nurlan ona 1000 manat pul vermişdir. Polis əməkdaşları onu qonşusunun yanında tutmuş, onun yanında üstünə baxış keçirmişlər, lakin onun üstündən heç bir şey aşkar olunmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs7 narkotik vasitəni təzyiqlər nəticəsində məcbur qalıb boynuna götürdüyünü, tutulan şəxslərdən yalnız Nurlanı tanıdığını, sonuncunun onunla əlaqə saxlayıb bir nəfərlə söhbət etmək lazım olduğunu bildirdiyini, Heybəti bıçaqla vuracağı ilə bağlı Nurlanla söhbəti olmadığını, Heybəti bıçaqla vurmağına görə peşman olduğunu, üstündə bıçaq götürəcəyi barədə Nurlanın məlumatı olmadığını, Heybətin evinin yerini ona Nurlanın göstərdiyini, onu aprelin 29-da saat 5-dən sonra tutduqlarını bildirdi. İfadələri arasında ziddiyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Həmin ifadələrində Təqsirləndirilən şəxs7 göstərmişdir ki, 2014-cü ildən 2019-cu ilə qədər müddətli və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, hərbidə snayper vəzifəsində qulluq etmişdir. 2019-cu ildə hərbi hissəni, xidmət yerini özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə 400 manat cərimə cəzasına məhkum olunmuş, cəriməni 2019-cu ildə tam ödəyib qurtarmışdır. Hərbidən sonra mebel ustası kimi çalışmağa başlamışdır. 2020-ci ilin aprel ayının ortalarında, dəqiq günü yadında deyil, saat təxminən 16 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrəsinə özünü Nurlan adı ilə təqdim edən bir nəfər zəng etmiş və telefonda salamlaşıb görüşmək, vacib bir məsələ ilə bağlı danışmaq istədiyini bildirmişdir. Nurlan adlı həmin şəxsi əvvəllər heç vaxt tanımamış, heç bir şəxsi münasibəti olmamışdır. Nurlan onun mobil nömrəsini hansısa bir tanımadığı şəxsdən öyrənib götürdüyünü bildirmişdir. Nurlanı tanımasa da, onunla görüşmək və söhbət etmək təklifini rədd etməmişdir.Həmin vaxt Sumqayıt şəhərində Xəzər qəsəbəsi adlanan ərazidə olmuş və Nurlan onunla görüşmək üçün gəlməsini bildirmiş, görüş yeri olaraq şosse yolun kənarını, «Ləman» mebel salonunun yaxınlığını təyin etmişlər. Həmin yerə getmiş, təxminən 15 dəqiqə keçəndən sonra Nurlan adlı şəxs öz idarə etdiyi, markasını və nömrəsini dəqiq xatırlamadığı, səhv etmirsə «Reno» markalı avtomobillə gələrək özünün Nurlan olduğunu bildirmişdir. Nurlan həmin yerə tək gəlmiş, söhbət zamanı Nurlan bildirmişdir ki, özünün bir nəfər həbsdə olan Vüsal adlı yaxın tanışı vardır, onun hansısa məhkəmədə prosesi gedir, həmin məhkəmə prosesinə iştirak edən bir nəfər Heybət adlı şəxs onun həbsdə olan tanışı Vüsalın məhkəmə işini çətinləşdirir, ona görə də tanışı Vüsalın tapşırığı ilə həmin Heybət adlı şəxsin məhkəməyə gəlməsinə mane olmaq üçün onu bir neçə yumruqla vurmaq, döyüb xəsarət yetirmək lazımdır ki, məhkəmədə iştirak edə bilməsin. Nurlan ona təklif etmişdir ki, həmin Heybət adlı şəxsi bir-iki yumruqla vurub qorxutsun, buna görə ona 1000 manat pul verəcəkdir. O, maddi çətinliyi olduğu üçün Nurlanın bu təklifi ilə razılaşmışdır. Razılıq verəndən sonra söhbət əsnasında Nurlan söhbətin məzmununda bir qədər dəyişiklik edib demişdiri ki, ümumiyyətlə bir müddət əvvəl də Heybət adlı şəxsi vurub döydürmüş, lakin nəticəsi o qədər də yaxşı olmamış, belə ki, Heybət adlı şəxsi yaxşı qorxuya sala bilməyib, ona görə də, ona bıçaqla ikiüç dəfə çox da ağır olmayan xəsarət yetirilməsi daha məsləhət olar. Bunu deyib Nurlan ona təklif etmişdir ki, həmin Heybət adlı şəxsə onu ciddi şəkildə qorxuya salmaq üçün bıçaqla iki-üç dəfə yüngül zərbə vurub xəsarət yetirsin. O da, artıq əvvəldən Nurlanın yumruqla vurma barədə təklifinə razılıq verdiyi üçün sonradan onun bıçaqla vurma barədə təklifinə etiraz etməmiş, yəni razılaşmalı olmuş, çünki artıq əvvəldən razılıq vermişdir. Nurlan bildirmişdir ki, hadisəni törədəndən sonra 1000 manatı təqdim edəcəkdir. Bundan sonra Nurlan bıçaqla vurmalı olduğu həmin şəxsin yaşadığı ünvanı, yeri dəqiq göstərmək üçün onu özü ilə gəldiyi həmin avtomobillə Bakı şəhəri, 7-ci mikrorayon ərazisinə aparmışdır. Nurlan orada, səhv etmirsə «Simfoniya» adlı restronın yanında olan yeni tikili binanı və onun altındakı parkinq, yəni avtomobillərin qaraj yerinə giriş-çıxış yerini göstərib izah edərək bildirmişdir ki, bıçaqla vurmalı olduğu Heybət adlı şəxs hər gün işdən axşam saat təxminən 19 radələrində çıxır, həmin saatda işi qurtarsa da Heybət adlı şəxs özü bir qədər işdən gec çıxır ki, pik saatına da düşməsin, bir sözlə axşam saat 21-də idarə etdiyi «Toyota Prius» markalı sonu 987 ilə bitən avtomobillə həmin binanın yeraltı qarajına daxil olur. Nurlan bildirmişdir ki, həmin şəxs elə qarajdakı lift vasitəsi ilə mənzilinə qalxır. Nurlan həmin Heybət adlı şəxsin və onun idarə etdiyi avtomobilin fotoşəkillərini də göstərmişdir. Bu koordinatları Nurlan bildirəndən sonra Nurlana demişdir ki, yaxın bir-iki gün ərzində həmin hadisəni imkan, fürsət düşən kimi edəcəkdir. Bundan sonra Nurlan onu yenə öz idarə etdiyi avtomobillə Sumqayıt şəhərinə gətirib «Daş bazarı» adlanan yerdə düşürmüşdür. Bir-iki gün sonra Nurlan zəng edib həmin şəxsi vurmaq üçün gedib-getmədiyini, yaxud vurub-vurmadığını soruşub maraqlanmışdır. O da, demişdir ki, narahat olmasın, məsələni həll edəcəkdir. Təxminən 4-5 gün sonra həmin hadisəni törətmək üçün, səhv etmirsə 22 aprel 2020-ci il tarixdə saat təxminən 18-19 radələrində Sumqayıt şəhərindən çıxıb Bakı şəhərinə 7-ci mikrorayon ərazisinə Nurlanın göstərdiyi həmin binanın həyətinə gəlmişdir. Nurlanın dediyi həmin Heybət adlı şəxsi vurmaq üçün özü ilə bir ədəd bıçaq da götürmüş, bıçağı şalvarının arxa tərəfinə kəmərə keçirmişdir. Həmin binanın həyətinə gəlib binanın blokuna daxil olaraq oradan pilləkanla mənfi 2-ci mərtəbəyə düşmüş, liftə özü minməmişdir ki, müşahidə kamerası ola bilər, kameraya düşməsin. Həmin binanın qarajına iki giriş-çıxış yeri olmuş, biri mənfi 1-ci mərtəbəyə, o biri isə mənfi 2-ci mərtəbəyə aid olmuşdur. Nurlanın göstərdiyi giriş-çıxış yeri mənfi 2-ci mərtəbəyə aid olduğu üçün məhz həmin mərtəbəyə enmişdir. Orada təxminən bir saat ərzində Heybət adlı şəxsin «Toyota Prius» markalı sonu 987 nömrə ilə bitən avtomobilinin gəlməsini gözləmişdir. Həmin vaxt üzünə ağ rəngli tibbi maska da taxmış, ümumiyyətlə həmin yerə elə tibbi maskada gəlmişdir. Bunu bir o qədər də tanınmamaq üçün etmişdir. Saat 21:15-də həmin avtomobilin qarajın giriş-çıxış yerinə gəlməsini görmüşdür. Həmin avtomobil tünd göy, qaraya yaxın rəngdə olmuşdur. Sürücü olan şəxs avtomobili giriş-çıxış yerinə çatıb nədənsə saxlamış, yəni qaraja daxil olmazdan əvvəl giriş yerində avtomobil bir qədər təxminən 15 dəqiqə ərzində dayanmışdır. Əvvəlcə bir qədər şübhələnmiş, elə güman etmişdir ki, həmin şəxs çox güman ki, onu vurmaq üçün gəlməyindən xəbər tutmuş, yəqin ki, ehtiyat etmiş, ona görə gözləyir, bəlkə də bu barədə bildiyi üçün kiməsə xəbər verir və sair. Yəni ağlına bu kimi fikirlər gəldiyi üçün bir neçə saniyə ərzində oradan çıxıb getmək, yəni hadisəni heç törətməmək barədə düşünmüşdür. Elə bu fikir ağlına gələrkən həmin sürücü avtomobili hərəkətə gətirib qarajın içinə daxil olmuş və sürərək onun gözlədiyi lift tərəfdə deyil, binanın o biri baş tərəfinə gedərək həmin yerdəki liftin yaxınlığında saxlamışdır. O da, artıq məqam olduğunu düşünərək bıçaqla vurma barədə planını reallaşdırmaq üçün iti addımlarla həmin yerə tərəf addımlamışdır. Heybət adlı şəxs avtomobildən düşərək liftə tərəf yaxınlaşmış və liftin düyməsini basıb çağırmış, o da, həmin bir neçə saniyə ərzində Heybətin dayandığı yerə yaxınlaşıb əvvəlcə liftin kənarındakı pilləkan olan yerə tərəf keçmişdir ki, şalvarının arxasından bıçağını çıxarsın. Belə də etmiş, çox qısa müddət ərzində bıçağını əlinə götürüb liftlə üzbəüz dayanmış Heybət adlı şəxsin arxasına keçmiş və liftin qapısı açıldığı anda cəld həmin bıçaqla Heybətin arxa tərəfindən, yəni arxadan sağ budunun üst tərəfinə bir dəfə bıçaqla vuraraq iti addımlarla cəld pilləkanla yuxarıya qalxmışdır. Xatırlayır ki, bıçaq vurduğu anda həmin şəxs qışqıraraq bir qədər yerə doğru da əyilib çökmüşdür. O isə, pilləkanla mənfi 2-ci mərtəbədən mənfi 1-ci mərtəbəyə, oradan isə 1-ci mərtəbəyə qalxıb blokun qapısından binanın həyətinə çıxmış və iti addımlarda həmin ərazidən uzaqlaşmışdır. Ətrafdakı yaşayış binalarının və məhlələrin arası ilə gedib təxminən 4-5 məhlə keçəndən sonra hadisədə istifadə etdiyi bıçağı ətrafa, hazırda xatırlamadığı yerə tullamışdır. Həmin bıçaq özünün əvvəldən daima istifadə etdiyi şəxsi bıçağı olmuşdur. Həmin ərəfədə Nurlana zəng edib dediyi qaydada hadisəni etdiyini, yəni həmin şəxsi bıçaqla vurduğunu bildirmişdir. Təxminən 10-15 dəqiqədən sonra Nurlan «Opel» markalı, bildiyinə görə taksi olan bir avtomobillə yaxınlıqdakı «Araz» market ticarət mağazasının yanına gəlib maşından düşərək onunla görüşmüş və hadisəyə görə təşəkkür edib bildirmişdir ki, əyləş, birlikdə gedək pulunu versin. Hadisəni törətməzdən əvvəl həmin gün Heybət adlı şəxsi vurmaq üçün qeyd edilən ünvana gedərkən Nurlana bu barədə demiş və bildirmişdir ki, yaxınlıqda olsun və hadisədən sonra görüşsünlər. Ona görə Nurlan yaxınlıqda olmuşdur. O və Nurlan həmin avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində köhnə «ət bazarı» kimi tanınan yerin yaxınlığındakı bir məhəlləyə getmiş və hər ikisi avtomobildən düşmüşlər. Nurlan ona 1000 manat pulu gətirəcəyini deyib harasa getmiş, təxminən 15-20 dəqiqə sonra qayıdıb gələrək özü ilə gətirdiyi 1000 manat pulu hadisəni törətdiyinə görə vermişdir. Həmin pulu Nurlandan götürüb qəbul etmiş, bundan sonra Nurlan və o, elə həmin taksi ilə Sumqayıt şəhərinə getmişlər. Belə ki, Nurlan onu Sumqayıtda düşürməli, o isə evə getməli olmuşdur. Sumqayıt şəhərinin girişində Nurlan və o, həmin taksi avtomobilindən düşüb digər bir tanımadığı taksi avtomobilinə əyləşib getmişlər. Taksi avtomobilini dəyişmişlər ki, birdən şübhələnib arxalarınca gələn olar. Sumqayıtda «daş bazarı» adlanan yerdə Nurlanla sağollaşaraq ayrılmış və öz yaşadığı evə getmişdir. Nurlan da həmin taksi avtomobili ilə özünün yaşadığı Saray qəsəbəsinə getmişdir. Bu hadisədən sonra Nurlanla onun bir daha heç bir əlaqəsi və danışığı, görüşü olmamışdır. Təqsirləndirilən şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsinə görə, 29 aprel 2020-ci il tarixdə axşam saatlarında yaşadığı Corat qəsəbəsində evinin qarşısında olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, onun cinayət işi üzrə şübhəli olduğunu deyərək, onu həmin idarəyə dəvət etmişlər. O da, polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Orada olan zaman hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuş, heç bir etiraz etməmişdir. Bundan sonra qeyd etdiyi cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra şübhəli şəxs qismində üzərinə şəxsi axtarış keçiriləcəyini bildirilmiş və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərindəə şəxsi axtarış aparılan zaman təxminən üç gün əvvəl yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsində evinin yaxınlığında küçədə yerdən tapıb götürdüyü və həmin vaxt əynindəki idman gödəkçəsinin sağ yan cibində saxladığı içərisində «şüşə» adı ilə tanıdığı psixotrop maddə metamfetamin olan iki ədəd selofan bükümləri, həmçinin özünün bir ədəd qara rəngli «Samsung» markalı mobil telefonunu və 3 manat şəxsi pulunu çıxarıb təqdim etmişdir. 3 manat pul özünə qaytarılmış, təqdim etdiyi hər birinin içində metamfetamin olan iki ədəd selofan bükümlər isə götürülüb kağız zərfə qoyularaq qablaşdırılmışdır. Həmçinin mobil telefonu da iş üzrə əhəmiyyət kəsb etdiyi bildirilərək götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış və götürmə parılması barədə protokol tərtib edilmiş və protokol ucadan oxunmuş, doğru tərtib edildiyi üçün imzalarla təsdiq etmişdir. Həmin metamfetamin olan bükümləri sadəcə özü istifadə etmək üçün götürüb üstündə saxlamış, kiməsə satmaq, vermək fikri olmamışdır. Aludəçisi olmasa da, hərdən həmin maddədən çəkib istifadə etmişdir. Sonra bir ara tullamaq fikri olsa da tullamamış, heç istifadə də etməmiş, eləcə gödəkçənin cibində qalmışdır (Cild 3, iş vərəqi 103-109, cild 3, iş vərəqi 181-188, cild 7, iş vərəqi 90-91). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs7 həmin ifadələri qismən təsdiq etdiyini, psixotrop maddə ilə bağlı hissəni ümumiyyətlə təsdiq etmədiyini, həmin maddənin ona məxsus olmadığını və ifadəni polis əməkdaşlarının təzyiqləri altında verdiyini bildirdi. Cinayət işində olan protokola əsasən, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs7 ifadəsi yerində yoxlanılarkən, Təqsirləndirilən şəxs7 sərbəst ifadəsində göstərdiyi xüsasatları hadisə yerində əyani şəkildə göstərməklə bir daha təsdiq etmişdir (Cild 3, iş vərəqi 228-234). Həmçinin məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs7 ibtidai istintaq zamanı 04 may 2020-ci il tarixdə videoçəkiliş aparılmaqla əlavə dindirilərkən ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir (Cild 4, iş vərəqi 161-165). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs7 Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, bu zaman Zərərçəkmiş şəxs onu tanıyaraq, 22 aprel 2020-ci il tarixdə bıçaqla ona xəsarət yetirən şəxsin məhz Təqsirləndirilən şəxs7 olduğunu bildirmişdir (Cild 3, iş vərəqi 134-136). Cinayət işində olan protokola əsasən, istintaq zamanı Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs7 arasında üzləşdirmə keçirilmiş və həmin istintaq hərəkəti zaman Nurlanı Bəşirov ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs7 üzünə qarşı bildirmiş, sonuncu da, Təqsirləndirilən şəxs3 dediklərini təsdiq etmişdir (Cild 4, iş vərəqi 157-160). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, X31 küçəsi, 399 saylı binada yaşayır. 2020-ci il mart ayının 19-da səhər saat 08:05 radələrində həmişə olduğu işə getmək məqsədilə yaşadığı mənzildən çıxmış və binanın zirzəmisindəki qarajda saxladığı «Toyota Prius» markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib işə yola düşmüşdür. Təxminən 2-3 metr hərəkət etdikdən sonra bir nəfər tanımadığı şəxsin yaxınlaşıb əli ilə işarə etdiyini görmüş, avtomobili saxlayıb özü tərəfdən şüşəni aşağı salmışdır. Bu zaman həmin şəxs ona sifətinin sol gicgah nahiyəsindən bir yumruq zərbəsi vurub aşağı əyilmiş, həmçinin başqa bir tanımadığı şəxs onun sol gicgah nahiyəsindən əlində olan küt alətlə bir neçə dəfə vurub hadisə yerindən ayrı-ayrı istiqamətə uzaqlaşmışlar. O, avtomobilin sürətini artırıb bir neçə metr getmiş, sonra maşını saxlayıb yerə düşmüşdür. Bu zaman həmin iki nəfərin artıq oradan qaçıb getdiklərini görmüşdür. Birinci şəxsin sifətini görsə də, arxadan gələn ikinci şəxsin sifətini görməmiş və əlində olan alətin nə olduğunu bilməmişdir. Sonradan hadisə barədə DİN-in 102 xidmətinə zəng etmiş, özü isə Zərifə Əliyeva adına xəstəxanaya gedib ilkin tibbi yardım alaraq bir gün orada qalmışdır. Daha sonra onun barəsində müvafiq ekspertiza təyin olunmuş və aldığı xəsarətin az ağır olduğu məlum olmuşdur. Bundan sonra başlanmış cinayət işi üzrə iki nəfər həbs olunmuş və məlum olmuşdur ki, onu vuran şəxslər Şahid11 və Şahid10 olmuşlar. Həmin şəxsləri tanımadığı üçün onların kiminsə sifarişi əsasında ona xəsarət yetirdiklərini fikirləşmiş və həmin vaxt onun işçisi Cəmil Kərimovun sifarişlə döyülməsi ilə bağlı başlanmış cinayət işi üzrə həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 şübhələnməyə başlamışdır. Əvvəlcə bu məlum olmasa da, sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 sifarişi əsasında bir neçə şəxs tərəfindən bu cinayət ona qarşı törədilmişdir. Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərdi ki, 22 aprel 2020-ci il tarixdə axşam saat 21:30 radələrində yaşadığı binanın zirzəmisinə yenə də idarə etdiyi «Toyota Prius» markalı avtomobillə gəlmiş, düşməzdən əvvəl təxminən 10-15 dəqiqə avtomobilin içərisində telefonla danışmış, avtomobildən düşəndə ətrafda hər hansı şəxsi görməmişdir. Maşını binanın zirzəmisində həmişə saxladığı yerdə saxlayaraq liftə yaxınlaşaraq düyməsini basmışdır. Bu zaman ondan sağ tərəfdə bir nəfərin dayandığını və ona tərəf hərəkət etdiyini görmüşdür. Həmin şəxs onun arxa tərəfindən keçib liftin yaxınlığında yerləşən araya keçmiş, ona görə də əhəmiyyət verməmişdir. Bu zaman liftin qapısı açılmış, həmin şəxs geri qayıdıb ona yaxınlaşaraq sol ayağının yuxarı oturacaq hissəsindən əlində olan bıçaqla bir dəfə vurmuşdur. O, qışqırıb liftə girərək geri çevrilmiş və həmin şəxsin qaçdığını görmüşdür. Sonra liftlə yaşadığı 5-ci mərtəbəyə qalxmış və dərhal DİN-in 102 xidmətinə və təcili tibbi yardımın 103 xidmətinə zəng etmişdir. Bundan sonra 5-ci Polis Bölməsinin əməkdaşları gəlib ondan ərizə almışlar. Daha sonra o, əvvəlcə 1 saylı X35 gedib qeydiyyatdan keçmiş, lakin müvafiq həkim olmadığı üçün «Mediland» hospitalına getmişdir. Bu hadisə ilə bağlı yenə də Təqsirləndirilən şəxs1 və onun yaxın ətrafından şübhələnmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1lə münasibətləri barədə bildirdi ki, Vüsalı 2019-cu ilin yanvar ayında onun şöbəsinə işə qəbulla bağlı keçirilmiş müsabiqədə iştirak etdikdən sonra görmüşdür. Həmin vaxt onu qəbul edib ümumi söhbət aparmış və bir neçə şəxsin müsabiqədən keçdiyini deyib, əmri verilərsə, birgə işləməkdə problem olmadığını demişdir. Sonradan nazirin müvafiq əmri ilə başqa şəxs işə götürülmüş, Vüsal işə götürülməməsinin səbəbkarı kimi onu görmüşdür. Vüsal bundan sonra da onunla bağlı digər tanışlarının adından yalan ərizələr yazmağa başlamışdır. Həmin şəxslərlə danışdıqda məlum olmuşdur ki, onları öyrədən şəxs Vüsaldır. Ona görə də Vüsalla görüşmüş və ona izah etmişdir ki, onun işə götürülməməsinin səbəbkarı o, deyildir. Odur ki, bu ərizələrdən imtina etsin, onun barəsində şər-böhtan xarakterli ərizələr yazmasın. Vüsal isə bu barədə məlumatların ona onun şöbəsindən verildiyini demişdir. Bu ərəfədə Vüsalın yaxınlarının saxta pensiya alması barədə müraciətlər daxil olmuşdur. Ona görə də sonradan Təqsirləndirilən şəxs1 anasının, atasının və yaxın qohumlarının saxta əsaslarla pensiya alması barədə materiallar onun göstərişi əsasında şöbənin əməkdaşları tərəfindən araşdıralaraq, aidiyyəti üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Hətta Təqsirləndirilən şəxs1 anası cinayət məsuliyyətinə cəlb edilərək barəsində şərti cəza təyin olunmuşdur. Ona görə də, başına gələn hadisələrlə bağlı Təqsirləndirilən şəxs1 şübhələnmişdir. Zərərçəkmiş şəxs ona qarşı cinayət əməlləri törətmiş Təqsirləndirilən şəxs1lə və digər təqsirləndirilən şəxslərlə barışmadığını və onları bağışlamadığını bildirərək, onların qanuna müvafiq şəkildə cəzalandırılmasını məhkəmədən xahiş etdi. Cinayət işində olan və məhkəmədə tədqiq olunmuş protokollara əsasən, istintaq zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, bu zaman Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir (Cild 4, iş vərəqi 148-153). Həmçinin istintaq zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs7 arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs7 üzünə qarşı deməklə bir daha təsdiq etmiş, sonuncu isə, Zərərçəkmiş şəxs dediklərini təsdiq etmişdir (Cild 4, iş vərəqi 154-156). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, 18 mart 2020ci il tarixdə gecə tanışı Təqsirləndirilən şəxs5 ona zəng edərək «tema» olduğunu bildirmiş və görüşməyi təklif etmişdir. O, maşını olmadığı üçün tanışı Şahid10 zəng edərək Xırdalan şəhərinə getməyi xahiş etmişdir. Artıq 19 mart 2020-ci il tarixdə gecə saat 01 radələrində İsamuddin “Lada Granta” markalı maşını ilə gəlib onu götürmüş və Xırdalan şəhərinə yola düşmüşlər. Yolda olarkən İsamuddinə demişdir ki, ortaq tanışı Fariz zəng edib «tema» olduğunu bildirmiş, buna görə Xırdalana gedirlər. İsamuddinlə çox vaxt bir yerdə olmuş və İsamuddin Farizi də ona görə tanımışdır. Gecə saat 02 radələrində Xırdalan şəhərində yerləşən «Kapital bank»ın yaxınlığında Farizin avtomobilini görmüş və İsamuddin maşını Farizin avtomobilinin arxasında saxlamışdır. O, avtomobildən düşüb Farizin maşınına qabaqda əyləşmişdir. Həmin vaxt Fariz tək olsa da, avtomobilə mindikdən sonra arxaya bir nəfər minmişdir. Həmin şəxsi üzdən tanımış, lakin adını bilməmiş və çox vaxt onu Farizin yanında görmüşdür. Fariz bildirmişdir ki, Zaur adlı şəxs vardır, həmin şəxslə görüşmək lazımdır və «tema»nın nə olduğunu Zaur deyəcəkdir. Ona görə də, maşından düşərək İsamuddinin yanına gəlmiş, onun avtomobilindən telefonunu götürüb İsamuddinə Farizin avtomobili ilə gedəcəklərini bildirmişdir. Həmin vaxt avtomobildə dörd nəfər olmuşlar. Fariz öz telefonu ilə Zaura zəng etmiş və Saray qəsəbəsinə gedib Zaurla görüşməyi qərara almışlar. Bundan sonra Fariz avtomobili idarə edərək Saray qəsəbəsinə getmişlər. Gecə saat 03 radələrində Saray qəsəbəsində məhəllələrdən birində Fariz avtomobili saxlayaraq, Zaura zəng etmiş və təxminən 10-15 dəqiqə sonra Zaur gəlib Farizin avtomobilinə arxa tərəfdə əyləşmişdir. Zaur bildirmişdir ki, onun Saray qəsəbəsində yaşayan Nurlan adlı bir tanışı vardır, Nurlanın bir qohumu Bakı İstintaq Təcrixdanasında həbsdədir. Həmin qohumunun 19 mart 2020-ci il tarixdə məhkəmədə işi olacaqdır. Nurlan ona bildirmişdir ki, həbs olunmuş qohumunun işi üzrə bir nəfər şahid 19 mart 2020-ci il tarixdə keçiriləcək prosesdə iştirak etməlidir. Lakin Nurlanının deməsinə görə, elə etmək lazımdır ki, həmin şəxs məhkəmə iclasına gedə bilməsin. Ona görə də Zaur bildirmişdir ki, Nurlan adlı şəxslə görüşmək lazımdır. Hətta Zaurun sözlərinə görə, bundan ötrü Nurlan pul da vəd etmişdir. Buna görə də Zaur öz telefonu ilə Nurlana zəng etmiş və görüşmək üçün Nurlanın yaşadığı Saray qəsəbəsində yerləşən digər bir məhəlləyə getmişlər. Təxminən 1 saat sonra Nurlan da gəlib Farizin avtomobilində arxa tərəfdə əyləşmişdir. Söhbət zamanı Nurlan bildirmişdir ki, onun Vüsal adlı qohumu vardır, həmin Vüsal Bakı İstintaq Təcridxanasında saxlanılır. Nurlanın deməsinə görə, 19 mart 2020-ci il tarixdə Vüsalın növbəti məhkəmə prosesi olacaqdır və həmin prosesdə Heybət adlı bir nəfər şahid qismində ifadə verməlidir. Lakin Vüsal ona zəng edib bildirmişdir ki, nə olursa olsun, elə etmək lazımdır ki, həmin Heybət 19 mart tarixdə keçiriləcək məhkəmə prosesində iştirak etməsin. Çünki həmin şəxslə Vüsalın münasibətləri çox pisdir və əgər həmin şəxs məhkəmə prosesində iştirak edərsə, Vüsalın işi daha da çətinləşəcəkdir. Nurlan bildirmişdir ki, həmin şəxs sözlə başa düşməyəcəkdir, lazımdır ki, bir-iki yumruq vurulsun və aldığı xəsarətə başa qarışsın, həmin gün xəstəxanaya müraciət etsin, nəticədə məhkəmə prosesinə getməsin. Hətta Nurlan demişdir ki, məsələ həllini taparsa, o, xəcalətlərindən çıxaraq onlara pul verəcəkdir. Nurlanın sözlərinə görə, həmin Heybət hər gün səhər saat 8 radələrində yaşadığı evdən özünə məxsus avtomobillə çıxıb işə gedir. Bu zaman o, Nurlana heç bir problem olmadığını, həmin işi özünün həll edəcəyini bildirmişdir. Artıq beynində qurmuşdur ki, həmin şəxsin binadan çıxdığı yerdə dayanıb idarə etdiyi avtomobili guya söz soruşmaq adı ilə saxlatdırıb, elə şüşəni aşağı edən kimi üzünə bir-iki zərbə vurub oradan qaçacaqdır. O, həmin şəxsin harada yaşadığını və hansı markalı avtomobil idarə etdiyini soruşduqda, Nurlan bir nəfər Bəhruz adında tanışı olduğunu, həmin şəxsin Heybətin yaşadığı ev və idarə etdiyi avtomobillə bağlı məlumat verəcəyini söyləmişdir. Sonra Nurlan həmin şəxsə zəng etmiş və telefonla danışıb görüşmək üçün «20 Yanvar» dairəsinin yaxınlığına getmək lazım olduğunu bildirmişdir. Həmin vaxt artıq səhər saat 07 radələri olmuşdur. Onlar Bəhruzla görüşmək üçün hamısı Farizin idarə etdiyi avtomobildə «20 Yanvar» dairəsinin yaxınlığına getmiş, 15-20 dəqiqə sonra qara rəngli «Chevrolet» markalı avtomobil gəlib Farizin avtomobilinin arxasında saxlamışdır. Nurlan həmin avtomobili görüb Bəhruz olduğunu bildirmiş və tək düşüb Bəhruzun idarə etdiyi avtomobildə ön tərəfdə əyləşmişdir. Nurlan düşərkən bildirmişdir ki, o, həmin avtomobillə Heybət adlı şəxsin yaşadığı binanın yaxınlığına gedəcəkdir, ona görə də, onlara həmin avtomobilin arxasınca gəlməyi təklif etmişdir. Nəticədə Bəhruzun idarə etdiyi avtomobil qabaqda, Farizin avtomobili isə arxada olmaqla Dərnəgül şossesi istiqamətində hərəkətə başlamışlar. Səhər saat 08 radələrində Bəhruzun idarə etdiyi avtomobil, onun ardınca da onların olduğu Farizin idarə etdiyi maşın «Simfoniya» şadlıq sarayı ilə üzbəüz yerləşən məhəlləyə girmişlər. Məhəllədə yeni hündürmərtəbəli bina olmuş, həmin binanın birinci mərtəbəsində «Al market» yerləşmişdir. Yeni tikilinin sonuna yaxın Bəhruz avtomobilini saxlamış, Fariz isə bir qədər irəli gedib dönərək maşını saxlamışdır. Bundan sonra Nurlan Farizin avtomobilinə minib bildirmişdir ki, Bəhruzun deməsinə görə, həmin şəxs 08:05-də Bəhruzun avtomobilini saxladığı binanın qarajından özünə məxsus sonu 987 rəqəmi ilə bitən qara rəngli «Toyota Prius» markalı maşınla çıxacaqdır. O, beynində plan qurmuşdur ki, həmin şəxsin binadan çıxdığı yerdə dayanıb idarə etdiyi avtomobili guya söz soruşmaq adı ilə saxlatdırıb elə şüşəni aşağı edən kimi üzünə bir-iki zərbə vurub oradan qaçsın. Nurlan məlumat verdikdən sonra o, Farizin avtomobilindən düşmüş və yenidən Bəhruzun idarə etdiyi avtomobilə əyləşmişdir. Qolunda olan özünə məxsus qol saatına baxdıqda görmüşdür ki, artıq saat 07:55-dir. Ona görə də, qolundakı saatı çıxarıb cibinə qoymuş və maşından düşmüşdür. Onun ardınca İsamuddin də yerə düşmüş, İsamuddin onun yanında olmaq istədiyini, birdən başqa problem ola biləcəyini demişdir. Aralarında olan danışığa əsasən Fariz, Zaur və Farizin tanışı avtomobildə gözləməli və onlar məsələni həll etdikdən sonra yenidən Farizin avtomobili ilə oradan uzaqlaşmalı olmuşlar. Avtomobildən düşdükdə telefonunu bilərəkdən maşında saxlamışdır. İsamuddinlə birgə binanın qarajının çıxış hissəsinə tərəf gəlmiş və yolda olarkən o, İsamuddinə demişdir ki, avtomobil qarajdan çıxdıqda yaxınlaşıb saxladacaq və sürücü tərəfindən şüşəni aşağı salıb Heybətə yumruqla zərbə endirəcəkdir. İsamuddin də onun ardından Heybətə bir neçə zərbə endirəcəyini demişdir. O, İsamuddinlə hərəyə bir siqaret yandırıb gözləməyə başlamışlar. Həmin vaxt orada təxminən 10 metr aralıda bir yaşlı xadimə və onun yanında bir yaşlı kişi olmuş, həyəti təmizləmişlər. Təxminən 5 dəqiqə sonra İsamuddinə zəng gəlmiş, bu anda görmüşdür ki, qarajın qapısı açılmış və ona deyilən qara rəngli 987 nömrəli avtomobil qarajdan çıxmışdır. İsamuddinin kiminlə və nə danışdığını bilmədən dərhal həmin avtomobilə yaxınlaşmış və əli ilə «bir dəqiqə» işarəsini göstərərək, şüşəni aşağı salmasını xahiş etmişdir. Heybət adlı şəxs avtomobilin sürücü tərəfdən olan şüşəsini aşağı salan kimi avtomobilə həmin tərəfdən yaxınlaşıb sol əli ilə yumruqla üzünə bir yumruq zərbəsi vurmüşdür. Zərbə Heybətin sifətinin sol tərəfinə dəymiş və həmin vaxt sağ cibinə qoyduğu qol saatı yerə düşdüyündən əyilib saatı yerdən götürmüşdür. Bu zaman İsamuddin də avtomobilə yaxınlaşıb Heybətə 2-3 yumruq zərbəsi vurmuşdur. Artıq İsamuddinə «bəsdir» deyib qaçmağı tələb etmişdir. Əvvəlcədən aralarında olan danışığa əsasən Farizin avtomobilinə minməli olmuşlar. Ona görə də həmin istiqamətdə qaçmış və bu zaman İsamuddin ona «ora yox» deyə bildirsə də məhəl qoymamış və bir qədər qaçdıqdan sonra görmüşdür ki, orada Farizin avtomobili yoxdur. Ona görə də, bir-iki məhəllə yenə qaçmış və yolun kənarında bir neçə taksi dayandığını görərək onlardan «Mersedes E» markalı avtomobilə qabaq tərəfdə əyləşmiş və Razin qəsəbəsinə sürməyi xahiş etmişdir. Həmçinin İsamuddinə zəng etmək üçün taksi sürücüsündən telefonunu istəmişdir. Sürücü telefonu vermiş və o, İsamuddinə zəng edib hara getdiyini və nə etməli olduqları soruşmuşdur. O, isə taksi ilə Xırdalan şəhərinə getdiyini bildirərək onun da oraya getməyini tələb etmişdir. Nəticədə o, taksi sürücüsündən Xırdalan şəhərinə sürməyi xahiş etmişdir. Hər ikisi ayrı-ayrılıqda Xırdalan şəhərinə getmiş və İsamuddinin avtomobilinin yanında görüşərək avtomobilə minmişlər. Orada olarkən İsamuddin bildirmişdir ki, onun yanına olarkən ona zəng etmiş şəxs Fariz olmuşdur və həmin vaxt məhəllədə post-patrul xidmətinə məxsus avtomobil olduğu üçün onlar oranı tərk edəcəklərini demişlər. Məhz bu səbəbdən də İsamuddin ona «ora yox» deyə bildirmişdir. Telefonu Farizin avtomobilində qaldığı üçün İsamuddin özü Farizə zəng etmiş və o, Farizlə danışıb harada olduğunu soruşmuşdur. Fariz isə onlara Saray qəsəbəsinə getməyi demişdir. Onlar da Saray qəsəbəsinə doğru getmiş və qırmızı rəngli yanacaqdoldurma mənətəqəsinin yaxınlığında yolun kənarında Farizin avtomobilini görüb yanında saxlamışlar. Hər ikisi Farizin avtomobilinə arxa tərəfdən minmişlər. O, avtomobilə minən kimi vurduqlarını demiş, lakin Fariz bildirmişdir ki, «bəs deyirlər vurulmayıb». O isə, Farizə «onu deyən qələt edir» deyib, yenidən Heybəti vurduqlarını demişdir. Hətta həmin vaxt İsamuddin də onun kimi Heybəti vurduğunu bildirmişdir. Nurlan da öz gözləri ilə bunu gördüyünü bildirdiyindən, cibindən pul çıxarıb 3.000 manat olduğunu bildirmiş və həmin pulu Zaura verərək səhər «Simfoniya» şadlıq sarayının yaxınlığında olarkən Bəhruzun avtomobilindən düşüb Farizin avtomobilinə minən zaman Zaura əvvəlcədən 500 manat da verdiyini demişdir. Bundan sonra Zaur həmin puldan 1.000 manat sayıb Farizə, Fariz isə ona vermişdir. Həmçinin Zaur 700 manat sayıb Farizə vermiş, Fariz isə İsamuddinə vermişdir. Bundan sonra İsamuddinlə avtomobildən düşmüş və İsamuddinin avtomobili ilə oranı tərk etmişlər. Bir daha bu mövzu barədə aralarında hər hansı söhbət olmamışdır. İbtidai istintaq zamanı Şahid11 videoçəkiliş aparılmaqla əlavə dindirilərkən 23 aprel 2020ci il tarixdə verdiyi ifadəsini bir daha təsdiq etmişdir (Cild 2, iş vərəqi 244-249). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 işin halları barədə Sərxan Babayevin məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. İbtidai istintaq zamanı Şahid10 videoçəkiliş aparılmaqla əlavə dindirilərkən 23 aprel 2020ci il tarixdə verdiyi sərbəst ifadəsini bir daha təsdiq etmişdir (Cild 2, iş vərəqi 250-253). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, özünə məxsus “Chevrolet Cruz” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Həmişə yaşadığı binanın qarşısında avtomobililə dayanıb müştəri gözləmişdir. 19 mart 2020-ci il tarixdə səhər saat təxminən 07:20-də həmişə olduğu kimi müştəri gözləyərkən, avtomobildən düşüb siqaret çəkməyə başlamışdır. Saat 08 radələrində birdən görmüşdür ki, üzbəüz binanın qarajının çıxışının qarşısında tanımadığı iki nəfərdən biri “Toyota Prius” markalı avtomobilin sürücüsünə avtomobilin sürücü tərəfdən pəncərəsindən zərbə vurub qaçmışdır. Zərbə vuran şəxs binanın arxasına tərəf qaçmış, o birinin hansı tərəfə qaçdığını görə bilməmişdir. Həmin şəxs qəfildən sürücünün sifətinə zərbə vurmuşdur. “Toyota Prius” markalı avtomobilin sürücüsü avtomobili onu vurduqdan sonra sürmüş və daha sonra avtomobili onun yanında saxlamışdır. Həmin şəxslər qaçıb oradan getmişlər. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs avtomobildən çaş-baş formada düşmüş, onun sol göz nahiyəsindən xəsarət aldığını görmüşdür. O, Heybətdən onu vuran şəxsi tanıyıbtanımadığını soruşmuş, Heybət isə onu vuran şəxsi tanımadığını, həmin şəxslərdən birinin avtomobili saxlatdırdığını, arxadan gələn tanımadığı şəxsin isə əlindəki küt alətlə sol gicgah nahiyəsinə zərbə vurduğunu bildirmişdir. Heybət bundan sonra çıxıb getmişdir. Hadisəni təxminən 50 metr uzaqlıqdan gördüyü üçün həmin şəxslərin əlində nəsə olduğunu görə bilməmiş, həmçinin digər əlamətlərini xatırlamır. Lakin həmin tarixdə günorta orada işləyən 80 saylı Mənzil istismar sahəsinin xadiməsi, əslən Şəki rayonundan olan qadınla söhbət edəndə həmin qadın ona demişdir ki, Heybətə avtomobildə yaxınlaşaraq vuran şəxsi və yanındakı şəxsi görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 ibidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs6 tanıdığını və onun müəyyən edilərək saxlanılmasında əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirdi. Şahidin ifadəsinə görə, şəxsi axtarış zamanı Zaurdan 2 qramdan artıq narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı Zaur narkotikdən özünün istifadə etdiyini, aşkar olunmuş narkotik vasitəni yerdən tapdığını göstərmişdir. Verilən sualları cavablandıran Şahid3 Zaurun başqa cinayət işi üzrə adı keçdiyindən istintaq tərəfindən onun müəyyən edilib istintaqa təqdim olunması barədə əməliyyat tapşırığı daxil olduğunu, onların Təqsirləndirilən şəxs6 müəyyyənləşdirib istintaqa təqdim etdiklərini, Zauru Saray qəsəbəsində təxminən saat 11 radələrində saxladıqlarını, həmin vaxt onun Şahid1la birlikdə olduğunu, Zaurun saxlanılmasında nə Abşeron, nə də ki, Sumqayıt polisindən heç kimin iştirak etmədiyini, narkotik vasitənin şəffaf selofan bükümdə əynindəki şalvarın sol yan cibindən aşkar olunduğunu, Zauru küçədə saxladıqlarını, əməliyyat qrupunun rəhbərinin Şahid1 olduğunu, saxlanılan vaxt şərait olmadığı üçün şəxsi axtarışın idarədə keçirildiyini, saxlanılan vaxtı Zaurun yanında heç kim olmadığını, Zauru saxlamağa gedərkən öz şəxsi maşını ilə getdiyini və maşını özünün idarə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitənin polis işçiləri tərəfindən qoyulması barədə Zaurun dediklərinin heç bir əsası olmadığını və yalan olduğunu, əməliyyat tədbirindən öncə onlarda Zaurun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olmadığını və sonradan da belə bir məlumat əldə edə bilmədiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 2020-ci il aprel ayının axırlarında Zaur Cəlilinin saxlanılması barədə əməliyyat tapşırığı daxil olmuş və o, şöbənin baş əməliyyat müvəkkili Şahid3la birlikdə Zaurun təxmini ola biləcəyi yerə müəyyən etmişlər. Onlar Saray qəsəbəsinə getmişlər. Hadisədən çox müddət keçdiyinə görə müəyyən detallar yadından çıxsa da, xatirindədir ki, onlar Zaura yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, həmin şəxs də özünün Təqsirləndirilən şəxs6 olduğunu təsdiq etmişdir. Ona barəsində əməliyyat tapşırığı daxil olması barədə məlumat verilmiş və birlikdə baş idarəyə getməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs6 buna etiraz etməmiş və onu Baş idarəyə gətirmişlər. İdarəyə gəldikdə Zaur üzərində narkotik vasitə heroin olduğunu bildirmiş və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs6 cibində saxladığı bir büküm narkoik vasitə heroini təqdim etmişdir. Verilən sualları cavablandıran Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Zauru Saray qəsəbəsində saat 23 radələrində saxladıqlarını, şəxsi axtarışın isə Baş idarədə keçirildiyini, Zaurun üzərində olan siqareti, pulu və narkotik vasitəni təqdim etdiyini, saxlanılarkən Zaurun onlara heç bir müqavimət göstərmədiyini, aşkar olunmuş narkotik vasitənin polis işçiləri tərəfindən qoyulması barədə Zaurun dediklərinin yalan olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid8 Yaqub oğlu ifadəsində bildirdi ki, başqa bir cinayət işinin istintaqı ilə əlaqədar onlara Bəhruz adlı şəxsin müəyyən edilib istintaqa təqdim olunması barədə əməliyyat tapşırığı daxil olmuşdur. Həmin tapşırıqla əlaqədar ondan və əməliyyat müvəkkili Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar tərəfindən Bəhruz adlı şəxs müəyyən olunmuş və onu Baş idarəyə dəvət etmişlər. İdarədə Bəhruzun üzərində şəxsi axtarış keçirilərkən bir büküm metamfetamin, pul və telefon aşkar olunaraq götürülmüşdür. Sualları cavablandıran Şahid8 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Bəhruzu Nəsimi rayonu ərazisində «Nəsimi bazarı» adlanan yerin ətrafında saxladıqlarını, həmin yerdə onun üzərinə baxış keçirilmədiyini, Bəhruzu saxladıqdan sonra gətirib istintaqı aparan müstəntiqə təqdim etdiklərini, onun üzərində şəxsi axtarışın videoçəkilişlə aparıldığını, lakin çəkilişin kim tərəfindən aparıldığını xatırlamadığını, Bəhruzun narkotik və psixotrop maddələri əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə onda məlumat olmadığını, Bəhruzu idarəyə hansı maşınla apardıqlarını xatırlamadığını, Bəhruzu nahardan sonra saxladıqlarını, lakin saat neçədə bunu etdiklərini unutduğunu, təxminən 20-30 dəqiqəyə idarəyə çatdıqlarını, üzərindən aşkar olunmuş psixotrop maddənin polis işçiləri tərəfindən qoyulması barədə Bəhruzun dediklərinin heç bir əsası olmadığını və yalan olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkil Yaqubov X10 Əhmədovun müəyyən edilərək saxlanılması və üzərində şəxsi axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid8 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 23 aprel 2020-ci il tarixdə istintaqı aparılan başqa cinayət işi ilə əlaqədar Fariz adlı şəxsin müəyyən edilərək istintaqa təqdim edilməsi ilə bağlı əməliyyat tapşırığı daxil olmuşdur. Ondan və iş yoldaşı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və 25 aprel 2020-ci il tarixdə onlar Təqsirləndirilən şəxs5 Binəqədi rayonu ərazisində yaşadığı ünvanın qarşısında müəyyən edərək saxlamışlar. Sonra Farizi Baş idarəyə dəvət etmişlər və orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Fariz əynindəki gödəkçənin cibindən bir ədəd şəffaf selofan bükümü təqdim edərək, onun içərisində narkotik vasitə heroin olduğunu və zibil atan zaman yerdən taparaq üzərində saxladığını bildirmişdir. Verilən suallara cavabında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Farizi mənzilində yox, yaşadığı ünvanın qarşısında saat 15 radələrində saxladıqlarını, narkotikdən başqa Farizin üzərində müəyyən məbləğdə pul və mobil telefonlar olduğunu, pulun ona qaytarıldığını, lakin mobil telefonların əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq götürüldüyünü, Farizin onlara qarşı heç bir müqavimət göstərmədiyini, aşkar olunmuş narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması barədə Farizin dediklərinin yalan olduğunu, aşkar edilmiş narkotik vasitənin qablaşdırılaraq götürüldüyünü və sonradan ekspertizaya göndərildiyini, sonra şəxsi axtarış barədə protokol tərtib olunduğunu və iştirakçıların protokolu imzaladıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid9 ifadəsində göstərdi ki, Baş idarədə istintaqı aparılan cinayət işi ilə əlaqədar Namiq adlı şəxsin müəyyən edilərək saxlanılması ilə bağlı əməliyyat tapşırığı daxil olmuş, həmin şəxsin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs7 olduğu müəyyən edilmişdir. Bundan sonra o, iş yoldaşı Şahid4 birlikdə Təqsirləndirilən şəxs7 olması ehtimal olunan Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmişlər. 29 aprel 2020-ci il tarixdə axşam saat radələrində onlar Təqsirləndirilən şəxs7 yaşadığı ünvanın qarşısında müəyyən edərək saxlamışlar. Sonra onu Baş İdarəyə dəvət etmişlər və Təqsirləndirilən şəxs7 etiraz etməyərək onlarla birlikdə gəlmişdir. Baş İdarədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs7 üzərində şəxsi axtarış aparılmış, bu zaman Namiq əynindəki idman şalvarının cibində olan 1 ədəd mobil telefonu, əynindəki gödəkçənin cibindən 2 ədəd şəffaf selofan bükümləri təqdim etmişdir. Həmin bükümlərə baxış zamanı ağ rəngli, kristal halında psixotrop maddə metamfetaminə bənzər maddələrin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs7 həmin maddələrin psixotrop maddə metamfetamin olduğunu təsdiq etmiş və bir neçə gün əvvəl yaşadığı ünvanın yaxınlığında küçədə yerdən tapdığını və istifadə etmək üçün götürüb özündə saxladığını bildirmişdir. Sonra aşkar olunmuş 2 ədəd selofan bükümlər qablaşdırılmış, mobil telefon əhəmiyyət kəsb etdiyi üçün götürülmışdür. Daha sonra şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sualları cavablandıran Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs7 Corat qəsəbəsində yaşadığı ünvanın qarşısında saxladıqlarını, həmin yerdə onun üzərinə baxış keçirilmədiyini, onun üzərində Baş idarədə şəxsi axtarış aparıldığını və bunun videogörüntülərinin olduğunu, Namiqin narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda məlumat olmadığını, Namiqin guya üzərindən aşkar olunmuş psixotrop maddələrin polis işçiləri tərəfindən qoyulması barədə ifadəsinin yalan olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkil Şahid4 Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 müəyyən edilərək saxlanılması və üzərində şəxsi axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarları Şahid2 və Şahid9 ifadələri ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, Baş idarədə istintaqı aparılan başqa bir cinayət işi ilə bağlı Nurlan adlı şəxsin müəyyən edilib istintaqa təqdim olunması barədə onlara əməliyyat tapşırığı daxil olmuşdur. Həmin tapşırığın icrası ilə əlaqədar əməliyyat qrupu yaradılmış və ondan başqa qrupa iş yoldaşı Şahid7 da daxil edilmişdir. Əməliyyat tədbirləri nəticəsində onlar tərəfindən Nurlan adlı şəxs müəyyən olunmuş və həmin şəxsin Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir. Onlar Nurlanı yaşadığı ünvanın qarşısında müəyyən edib saxlayaraq Baş idarəyə gətirmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs3 psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Proses iştirakçılarının suallarını cavablandıran Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, aşkar olunmuş metamfetaminin selofana bükülmüş vəziyyətdə olduğunu, şəxsi axtarışın müstəntiq tərəfindən keçirildiyini, lakin hansı müstəntiqin keçirdiyini xatırlamadığını, Nurlanı Baş idarəyə şəxsi avtomobili ilə gətirdiklərini, tədbir zamanı iki nəfər polis əməkdaşı olduqlarını, Nurlanın onlara heç bir müqavimət göstərmədiyini, Baş idarəyə çatana qədər Nurlanın onların nəzarəti altında olduğunu və maşının arxa oturacağında yanında bir nəfər əməkdaşla oturduğunu, Nurlanı yaşadığı binanın yaxınlığında səhər saatlarında saxladıqlarını, idarəyə gətiriləndən sonra Nurlanın vəkillə təmin olunduğunu və yalnız bundan sonra üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarışın günün birinci yarısında aparıldığını, saxlanılan vaxt onun üst-başına baxmadıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkil Şahid7 Təqsirləndirilən şəxs3 müəyyən edilərək saxlanılması və üzərində şəxsi axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid6 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs4 onun bacısının həyat yoldaşıdır. Bəhruz tutulduqdan sonra onun maşını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanılmışdır. Bir gün müstəntiq ona zəng edərək gəlib Təqsirləndirilən şəxs4 maşınını oradan götürməyi təklif etmiş, o da, müstəntiqin təklifindən sonra Bəhrüzün maşınını idarənin həyətindən sürüb aparmışdır. Şahid Vüsal Cəfərovun ifadəsinə görə, polis əməkdaşları Bəhruzu tutub aparanda onun maşınını da onunla birlikdə Baş idarəyə aparmışlar. Həmin maşın təxminən 5-6 ay Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin həyətində saxlanılmışdır. O, Bəhruzun harada və necə saxlanıldığını bilməmiş, yalnız Bəhruz tutulandan bir gün sonra bu barədə məlumat almışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs6 onun oğludur. Zaur tutulduğu gün axşam saat 10-11 arası onların həyət qapısı döyülmüş və o, qapıya yaxınlaşıb kim olduğunu soruşmuşdur. Qapını döyən şəxs ona Zaurun lazım olduğunu bildirmiş və o, qapını açan kimi gələn şəxslər içəri keçmişlər. Gələn şəxslər mülki formada olmuş və polis işçiləri olduğunu bildirmişlər. Həmin vaxt Zaur hamamda olduğu üçün o, hamamın qapısına yaxınlaşıb oğlunun paltarını vermiş və gələn şəxslərin onu soruşduqlarını bildirmişdir. Bu vaxt polis işçiləri qapını açdırıb Zauru da özləri ilə aparmışlar. Ona görə də hesab edir ki, paltarları Zaura özü verdiyinə görə onun cibində narkotik olması mümkün deyildir. Həmin vaxt gələn polis işçilərinin sayı təxminən 7-8 nəfər, bəlkə də daha çox olmuşdur. Gələn polis işçiləri ona özlərini təqdim etməmiş, yalnız Zaurun onlara lazım olduğunu bildirib aparmışlar. Məhkəmə-tibbi ekspertizasının 21 mart 2020-ci il tarixli 510 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol göz almasının kontuziyası, buynuz qişasının zədədən sonrakı eroziyası, hiferma, sol gözün ağlı qişasına qansızma, sol göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması ilə müşaiyət olunan sol orbitanın aşağı divarının almacıqəng birləşməsinin sınığı, burun belinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün MOM-nə müraciət etdiyi 19.03.2020-ci il tarixdə əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 19.03.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasıyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni küt əşya ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilərdi (Cild 1, iş vərəqi 36-37). Məhkəmə-tibbi ekspertizasının 30 aprel 2020-ci il tarixli 87/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası aşkar edildi. Qeyd olunan kəsilmiş-deşilmiş yara deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, bıçağın tiyəsi ilə yetirilə bilərdi, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 22.04.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aiddir (Cild 3, iş vərəqi 146-149). Məhkəmə kimyəvi ekspertizasının 24 aprel 2020-ci il tarixli 6/540 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş...” yazıları və imzalar olan zərfdəki təmiz çəkisi 2,574 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - üzərində “Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş...” yazıları və imzalar olan zərfdəki təmiz çəkisi 2,998 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - üzərində “şəxsi axtarış və götürmə prosesi zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs6 üzərindən aşkar edilmiş…” yazıları və imzalar olan zərfdə təmiz çəkisi 2,671 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Cild 1, iş vərəqi 236-240). Məhkəmə kimyəvi ekspertizasının 25 aprel 2020-ci il tarixli 6/545 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs5 üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,994 qram olan maddə kustar üsulla narkotik vasitə heroindir (Cild 2, iş vərəqi 184-187). Məhkəmə kimyəvi ekspertizasının 30 aprel 2020-ci il tarixli 6/597 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs7 üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,379 qr və 2,393 qr, ümumi təmiz çəkisi 4,772 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (Cild 3, iş vərəqi 122-127). İbtidai istintaq orqanının 04 may 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 aşkar edilmiş 2,574 qram çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,524 qramı, Təqsirləndirilən şəxs4 aşkar edilmiş 2,998 qram çəkidə psixotrop maddə metamfetaminin 2,948 qram qalığı, Təqsirləndirilən şəxs6 aşkar edilmiq 2,671 qram çəkidə narkotik vasitə heroinin 2,621 qram qalığı, Təqsirləndirilən şəxs5 aşkar edilmiş 2,994 qram çəkidə narkotik vasitə heroinin 2,894 qram qalığı və Təqsirləndirilən şəxs7 aşkar edilmiş 4,772 qram çəkidə psixotrop maddə metamfetaminin 4,572 qram qalığı iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 4, iş vərəqi 166-168). Ambulator məcburi narkoloji ekspertizasının 17.08.2020-ci il tarixli 2252 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs5 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 6, iş vərəqi 1-2). Ambulator məcburi narkoloji ekspertizasının 17.08.2020-ci il tarixli 2247 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 6, iş vərəqi 3-4). Ambulator məcburi narkoloji ekspertizasının 17.08.2020-ci il tarixli 2237 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 6, iş vərəqi 5-6). Ambulator məcburi narkoloji ekspertizasının 17.08.2020-ci il tarixli 2235 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs7 psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs7 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs7 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində profilaktik qeydiyyata alınması məsləhət görülür (Cild 6, iş vərəqi 7-8). Ambulator məcburi narkoloji ekspertizasının 17.08.2020-ci il tarixli 2240 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs6 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə ediləməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 6, iş vərəqi 9-10). Cinayət işində olan baxış keçirilməsi haqqında 19 mart 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Rahim oğlunun döyülərək xəsarət alması hadisəsi ünvan 14 yeni tikilmiş binanın qaraj hissəsinin çıxışında baş vermişdir (Cild 1, iş vərəqi 6-8). Baxış keçirilməsi haqqında 22 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Rahim oğlunun bıçaqla vurularaq xəsarət alması hadisəsi ünvan 14 ünvanda yerləşən 3 korpuslu 16 mərtəbəli yeni tikilmiş yaşayış binasının lift qapısının çıxışında baş vermişdir (Cild 1, iş vərəqi 99-102). Şəxsi axtarış və götürmə keçirilməsi barədə 24 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs6 23 aprel 2020-ci il tarixdə saat 23:30-da yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, A.Səhhət küçəsində yerləşən fərdi tikilinin qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf selofan bükümdə külli miqdarda 2,671 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə keçirilməsi telefonla videoçəkiliş aparılmaqla həyat keçirilmiş və həmin görüntülər bir ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Həmin DVD disk maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir (Cild 1, iş vərəqi 147-149). Şəxsi axtarış və götürmə keçirilməsi barədə 24 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 24 aprel 2020-ci il tarixdə saat 10:05-də yaşadığı ünvan 9 ünvanın qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki şalvarın sağ yan cibinin üstündə olan kiçik cibdən bir ədəd şəffaf selofan bükümdə külli miqdarda 2,574 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə keçirilməsi telefonla videoçəkiliş aparılmaqla həyat keçirilmiş və həmin görüntülər bir ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Həmin DVD disk iş üzrə maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir (Cild 1, iş vərəqi 180-183). Şəxsi axtarış və götürmə keçirilməsi barədə 24 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 24 aprel 2020-ci il tarixdə saat 14:00-da Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi, 29 ünvanında yerləşən «Bazar store» ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə külli miqdarda 2,988 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə keçirilməsi telefonla videoçəkiliş aparılmaqla həyat keçirilmiş və həmin görüntülər bir ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Həmin DVD disk iş üzrə maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir (Cild 1, iş vərəqi 214-217). Şəxsi axtarış və götürmə keçirilməsi barədə 25 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 oğlu 25 aprel 2020-ci il tarixdə saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 11 saylı evin qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki gödəkçənin sol yan cibindən bir ədəd şəffaf selofan bükümdə külli miqdarda 2,994 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə keçirilməsi telefonla videoçəkiliş aparılmaqla həyat keçirilmiş və həmin görüntülər bir ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Həmin DVD disk iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir (Cild 2, iş vərəqi 157-159). Şəxsi axtarış və götürmə keçirilməsi barədə 29 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs7 29 aprel 2020-ci il tarixdə saat 19:50-də ünvan 11 ünvanın qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki gödəkçəsinin sağ yan cibindən ayrılıqda təmiz çəkiləri 2,379 qram və 2,393 qram olmaqla 2 ədəd şəffaf selofan bükümlərdə ümumilikdə külli miqdarda 4,772 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə keçirilməsi telefonla videoçəkiliş aparılmaqla həyat keçirilmiş və həmin görüntülər bir ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Həmin DVD disk iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir (Cild 3, iş vərəqi 100-102). Cinayət işində olan diskə baxış keçirilməsi haqqında 06 iyul 2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 03 iyul 2020-ci il tarixli 9880 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış keçirilmişdir. Diskdə aşkar edilmiş fayllara baxış keçirən zaman fayllarda iş üzrə əhəmiyyətli heç bir məlumat aşkar edilməmişdir. Bir ədəd CD disk saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 5, iş vərəqi 104-106). Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 16 iyul 2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 13 iyul 2020-ci il tarixli, BKC/LGL-10952/20 nömrəli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış keçirilmişdir. Diskdə aşkar edilmiş fayllara baxış keçirən zaman fayllarda iş üzrə əhəmiyyətli heç bir məlumat aşkar edilməmişdir. 1 ədəd disk saxlanılması üçün iş materiallarına əlavə edilmişdir (Cild 5, iş vərəqi 214-216). Cinayət işinə əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 03 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 31 avqust 2020-ci il tarixli, AZF/LGL-8483/20 nömrəli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış keçirilmişdir. Diskdə aşkar edilmiş fayllara baxış keçirən zaman fayllarda iş üzrə əhəmiyyətli heç bir məlumat aşkar edilməmişdir. Bir ədəd CD disk saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 5, iş vərəqi 255-257). İş materiallarına əlavə edilmiş 07 sentyabr 2020-ci il tarixli 6/83-200040212-1220 nömrəli tapşırığa cavab məktubundan görünür ki, Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 aşkar edilmiş 2,574 qram çəkidə, Təqsirləndirilən şəxs4 aşkar edilmiş 2,998 qram çəkidə və Təqsirləndirilən şəxs7 aşkar edilmiş 4,772 qram çəkidə psixotrop maddə metamfetaminləri, eləcə də Təqsirləndirilən şəxs6 aşkar edilmiş 2,671 qram çəkidə və Təqsirləndirilən şəxs5 aşkar edilmiş 2,994 qram çəkidə narkotik vasitə heroinlərin satışı məqsədilə əldə etmələri müəyyən edilsə də, onların əvvəllər narkotik vasitə və psixotrop maddələr satdığı şəxslərin şəxsiyyətlərinin müəyyən edilərək istintaqa təmin edilməsi mümkün olmamışdır. Həmçinin qeyd edilən şəxslər tərəfindən narkotik vasitə və psixotrop maddələri kimdən, nə vaxt, hansı şəraitdə əldə etmələrinin müəyyən olunması istiqamətlərdə əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Hazırda qeyd olunan istiqamətlərdə əməliyyat-axtarış tədbirləri davam etdirilir (Cild 5, iş vərəqi 258-261, 263). Elektron məhkəmə sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 28.06.2009-cu il təvəllüdlü X28 və 07.01.2015-ci il təvəllüdlü X17, Təqsirləndirilən şəxs2 himayəsində 30.04.2009-cu il təvəllüdlü X8, 04.07.2010-cu il təvəllüdlü X2 və 04.02.2012-ci il təvəllüdlü X6, Təqsirləndirilən şəxs3 himayəsində 07.10.2009-cu il təvəllüdlü X11, 18.04.2011-ci il təvəllüdlü X12 və X3, Təqsirləndirilən şəxs4 himayəsində 16.12.2014-cü il təvəllüdlü X9, Təqsirləndirilən şəxs6 himayəsində 07.05.2012-ci il təvəllüdlü X19 və 22.02.2014-cü il təvəllüdlü X29, Təqsirləndirilən şəxs7 himayəində 12.08.2015-ci il təvəllüdlü X20 olmaqla yetkinlik yaşına çatmayan uşaqları vardır. Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 məhkumluğu barədə məlumat yoxdur, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs6 müvafiq olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətdiklərinə görə məhkum olunsalar da, onların məhkumluqları ödənilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə məhkum edilmişlər (cild 5, iş vərəqi 198-212). İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmündən görünür ki, Şahid11 və Şahid10 hazırkı iş üzrə təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs qarşı ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sifarişlə həyatı üçün təhlükəli olmayan və CM-nin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurma vurma cinayətini törətdiklərinə görə, müvafiq olaraq Şahid11 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Şahid10 isə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 6, iş vərəqi 205- 211). Məhkəmə baxışı zamanı 02 noyabr 2021-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 vəsatət qaldıraraq, cinayət işinin materiallarında hüquqlarını müdafiə etdiyin şəxsin saxlanılıb üzərində şəxsi axtarış keçirilməsi vaxtı ilə ona ittiham verilmiş psixotrop maddənin aşkar olunması vaxtı arasında ciddi ziddiyyətlər olduğunu bildirmişdir. Müdafiəçinin vəsatətinə görə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 götürülməsi iddia edilən psixotrop maddə ekspertiza tədqiqatına 24 aprel 2020-ci il tarixdə vaxt etibarı ilə onun üzərində şəxsi axtarış aparılmamışdan qabaq təqdim edilmişdir. Müdafiəçi öz vəsatətini əsaslandırmaq üçün Məhkəmə Ekspertizası Mərkəzindən vəkil sorğusu əsasında əldə etdiyi 25 yanvar 2021-ci il tarixli 68 saylı və 15 fevral 2021-ci il tarixli 135 saylı məktubların sübutlar siyahısına daxil edilərək digər sübutlarla yanaşı araşdırılmasını xahiş etmişdir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi2 məhkəmə iclasında vəsatətlər qaldıraraq, onların hüquqlarını müdafiə etdikləri şəxslərə münasibətdə də oxşar ziddiyyətlərin olduğunu bildirmiş, Müdafiəçi2 Məhkəmə Ekspertizası Mərkəzindən aldığı 01 dekabr 2021-ci il tarixli 9013 saylı məktubu məhkəməyə təqdim edərək araşdırılmasını xahiş etmişdir. Həmçinin Müdafiəçi1 Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış keçirilməsinə dair 24 aprel 2020-ci il tarixli protokolun sübutlar siyahısından xaric edilməsi barədə vəsatət qaldırmışdır. Müdafiə tərəfinin qaldırdığı həmin vəsatətlərlə əlaqədar məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə 14 yanvar 2022-ci il tarixdə müvafiq sorğu göndərilmiş və həmin sorğuya 27 yanvar 2022-ci il tarixdə 53 saylı məktubla cavab verilmişdir. Həmin cavab məktubuna 24 aprel 2020-ci il tarixli 6/540 saylı və 25 aprel 2020-ci il tarixli 6/545 saylı məhkəmə kimyəvi ekspertizası rəyləri üzrə tərtib olunmuş aktların surətləri əlavə edilmişdir. Məhkəmədə müdafiə tərəfinin qaldırdıqları vəsatətlər iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv şəkildə araşdırıldı. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilməsinə dair 24 aprel 2020-ci il tarixli protokola əsasən, onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsinə 24.04.2020-ci il tarixdə saat 13:14-də başlanılmış, saat 13:26-da videoçəkiliş protokolun tərtib edilməsi məqsədilə dayandırılmış, saat 13:30-dan 13:50-dək isə protokol tərtib edilmişdir. Halbuki, Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci il tarixli 53 saylı məktubu ilə məhkəməyə daxil olmuş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair» 24 aprel 2020-ci il tarixli aktın surətindən görünür ki, ekspert G.Hümmətova tərəfindən 24 aprel 2020-ci il tarixdə DİN BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid3 tədqiqat üçün DİN-nin «Zərflər üçün № 6» möhürü ilə möhürlənmiş halda 3 ədəd zərfdə metamfetaminə və heroinə bənzər maddələr qəbul edilmişdir. Akta əsasən, həmin tədqiqat obyektləri aşağıdakı şəxslərə aid olmuşdur: 1) Təqsirləndirilən şəxs3 – 2,574 qram (zərf № 1); 2) Təqsirləndirilən şəxs4 – 2,998 qram (zərf № 2); 3) Təqsirləndirilən şəxs6 – 2,671 qram (zərf № 3). Tərtib olunmuş aktdan görünür ki, hər üç tədqiqat obyektləri 24.04.2020-ci il tarixdə saat 13:00-da ekspert tərəfindən tədqiqata qəbul edilmiş, hər 3 obyektdən müvafiq olaraq 0,05 qram nümunə götürülərək, 24.04.2020-ci il tarixdə saat 16:00-da qalıq kütlələr geri qaytarılmışdır. Göründüyü kimi, şəxsi axtarış keçirilməsinə dair protokolda qeyd olunmuş vaxtlara əsasən, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmasına saat 13:14 dəqiqədə başlanılsa da, bundan əvvəl, yəni saat 13:00-da Təqsirləndirilən şəxs3 götürüldüyü iddia edilən 2,574 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər maddə ekspertiza tədqiqatına təqdim edilmişdir. Eyni ziddiyyət Təqsirləndirilən şəxs4 münasibətdə də mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış keçirilməsinə dair 24 aprel 2020-ci il tarixli protokola əsasən, onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsinə 24.04.2020-ci il tarixdə saat 15:30-da başlanılmış, saat 15:40-da isə videoçəkiliş protokolun tərtib edilməsi məqsədilə dayandırılmış, saat 15:50-dən saat 16:10-dək isə protokol tərtib edilmişdir. Halbuki, Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair» 24 aprel 2020-ci il tarixli aktın surətindən görünür ki, ekspert G.Hümmətova tərəfindən Təqsirləndirilən şəxs4 aid olması qeyd edilmiş 2,998 qram çəkidə metamfetaminə bənzər maddə 2 №-li zərfdə saat 13:00-da tədqiqata qəbul edilmiş, ondan 0,05 qram nümunə götürülərək, 24.04.2020-ci il tarixdə saat 16:00da qalıq kütlə geri qaytarılmışdır. Həmçinin qeyd etmək lazımdır ki, iş materiallarında olan 24 aprel 2020-ci il tarixli raporta əsasən, keçirilmiş müvafiq tədbirlər nəticəsində Təqsirləndirilən şəxs4 24.04.2020-ci il tarixdə saat 14:00-da ünvan 15 ünvanında yerləşən «BazarStore» marketin qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmişdir (cild 1, iş vərəqi 198). Göründüyü kimi, raportda və şəxsi axtarış keçirilməsinə dair protokolda qeyd olunmuş vaxtlara əsasən, Təqsirləndirilən şəxs4 saat 14:00-da saxlanılıb onun üzərində şəxsi axtarış aparılmasına saat 15:30 dəqiqədə başlanılsa da, bundan əvvəl, yəni saat 13:00-da Təqsirləndirilən şəxs4 götürüldüyü iddia edilən 2,998 qram psixotrop maddə metamfetaminə bənzər maddə ekspertiza tədqiqatına təqdim edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs5 münasibətdə də oxşar ziddiyətin mövcud olması müəyyən edildi. Belə ki, Təqsirləndirilən şəxs5 üzərində şəxsi axtarış keçirilməsinə dair 25 aprel 2020-ci il tarixli protokola əsasən, onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsinə 25.04.2020-ci il tarixdə saat 17:28-də başlanılmış, saat 17:40-da isə videoçəkiliş protokolun tərtib edilməsi məqsədilə dayandırılmış, saat 17:45-dən saat 18:00-dək isə protokol tərtib edilmişdir. Halbuki, Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair» 25 aprel 2020-ci il tarixli aktın surətindən görünür ki, ekspert Zemfira Məmmədova tərəfindən 25 aprel 2020-ci il tarixdə DİN BMCMİ-nin əməliyyat müvəkkili Şahid7 tədqiqat üçün zərfdə heroinə bənzər maddə kütləsi qəbul edilmişdir. Akta əsasən, həmin tədqiqat obyektinin çəkisi 2,994 qram olmuş və saat 17:00-da tədqiqat üçün qəbul edilərək, üzərindən 0,1 qram nümunə götürüldükdən sonra həmin tarixdə saat 18:00-da qalıq qalan kütlə geri qaytarılmışdır. Göründüyü kimi, şəxsi axtarış keçirilməsinə dair protokolda qeyd olunmuş vaxtlara əsasən, Təqsirləndirilən şəxs5 üzərində şəxsi axtarış aparılması saat 17:28 dəqiqədə başlanılsa da, bundan əvvəl, yəni saat 17:00-da Təqsirləndirilən şəxs5 götürüldüyü iddia edilən 2,994 qram narkotik vasitə heroinə bənzər maddə ekspertiza tədqiqatına təqdim edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 şəxsi axtarışları zamanı psixotrop maddələrin və narkotik vasitənin aşkar edilməsi, həmin maddi sübutların rəsmiləşdirilməsi ilə bağlı əməliyyatistintaq tədbirləri yuxarıda sadalanan prosessual pozuntularla həyata keçirilmişdir. Bu səbəbdən, şəxsi axtarışlar zamanı onlardan aşkar olunması iddia edilən psixotrop maddələrin və narkotik vasitənin özlərinə məxsus olmaması və onlara heç bir aidiyyətinin olmaması, həmin psixotrop maddələri və narkotik vasitəni guya yaşadıqları ünvanların yaxınlığında yerdən tapmaları və götürüb ciblərində saxlamaları barədə ilkin izahatlarını və ibtidai istintaq zamanı verdikləri ifadələrini polis əməkdaşlarının təzyiqləri altında vermələri barədə adları çəkilən təqsirləndirilən şəxslərin məhkəmədə gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Bununla əlaqədar, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə 24 aprel 2020-ci il tarixli protokollar, həmçinin Təqsirləndirilən şəxs5 üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə 25 aprel 2020-ci il protokol mümkün olmayan sübutlar kimi qiymətləndirilərək, CPM-nin 125.2-ci maddəsinin tələbinə əsasən, sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilməlidir. Həmçinin yuxarıda qeyd olunan səbəblərə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müəyyən edilərək saxlanılmaları və üzərində şəxsi axtarışların keçirilməsində əməliyyat qrupunun üzvləri olmuş polis əməkdaşlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələr də həmin şəxsi axtarış və götürmə aparılması haqqında protokollarla bağlı olduğundan, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş məhkəmənin digər vəzifəsi şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaqdan ibarətdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsinin tələbinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125-ci maddəsində qeyd olunmuşdur ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə Həmin Məcəllənin 145-ci maddəsinin tələblərinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 şəxsi axtarışları zamanı psixotrop maddələrin və narkotik vasitənin aşkar edilməsi, həmin maddi sübutların rəsmiləşdirilməsi ilə bağlı əməliyyat-istintaq tədbirləri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmışdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini istintaqa məlum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə, cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Göstərilənləri ümumiləşdirərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2 və 42-ci maddələrinin rəhbər tutaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib daşıyaraq saxlama epizodları üzrə verilmiş ittihamlar ümumi ittihamdan xaric edilməklə, təqsirliliyi sübuta yetirilmədiyinə görə həmin hissədə adları çəkilən şəxslərə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müvafiq olaraq 2,574 qram və 2,998 qram psixotrop maddə metamfetaminin, Təqsirləndirilən şəxs5 isə 2,994 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktı üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanılan yuxarıda qeyd olunmuş maddi sübutların ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi, eləcə də onların üzərilərində şəxsi axtarışlar keçirilməsinin videogörüntülərini əks etdirən 3 (üç) ədəd DVD disklər həmin materiallara əlavə edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 üzərində şəxsi axtarışlar cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun şəkildə keçirilmiş və onların üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən adları çəkilən şəxslərə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşımaları və saxlamalarına dair verilmiş ittihamlar məhkəmədə öz təsdiqini tapmadı. Belə ki, məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin onlara məxsus olmadığını və polis əməkdaşlarının təzyiqləri nəticəsində onları boynuna aldıqlarını bildirsələr də, ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs6 ondan aşkar olunmuş narkotik vasitə heroini tutulmamışdan iki gün qabaq Sumqayıtda Şəmil adı ilə tanıdığı şəxsdən özü çəkmək üçün 50 manata aldığını, heç kimə satmaq və vermək fikri olmadığını, özünün tutulmamışdan təxminən 5-6 ay qabaq narkotik maddə heroin qəbul etməyə başladığını bildirmişdir. Eyni zamanda, məhkəmədə Təqsirləndirilən şəxs7 da aşkar olunmuş psixotrop maddənin ona məxsus olmadığını və polis əməkdaşlarının təzyiqləri nəticəsində boynuna götürdüyünü bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində şəxsi axtarış aparılan zaman aşkar edilmiş «şüşə» kimi tanıdığı psixotrop maddəni tutulmamışdan təxminən üç gün əvvəl yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsində evinin yaxınlığından tapdığını və üzərində saxladığını bildirmişdir. Həmçinin adları çəkilən şəxslər barəsində təyin olunaraq keçirilmiş məhkəmə narkoloji ekspertizasının rəylərindən görünür ki, Təqsirləndirilən şəxs6 narkomaniya xəstəliyi aşkar olunmuş, Təqsirləndirilən şəxs7 müayinə zamanı belə xəstəlik müəyyən olunmasa da, onun tərəfindən psixotrop maddə metamfetamindən istifadə etmə halları mövcud olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 müəyyən edilərək saxlanılmaları və Baş idarədə onların üzərinə şəxsi axtarışlar keçirilməsində iştirak etmiş polis əməkdaşları həmin şəxsləri başqa cinayət törətmələri barədə istintaq orqanı tərəfindən daxil olmuş əməliyyat tapşırıqları əsasında saxladıqlarını, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 satış məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə nə onlarda, nə də Baş idarədə hər hansı məlumatın olmadığını bildirdilər. Bütün qeyd olunanları nəzərə alan məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 onlardan aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədilə əldə edib daşıması və saxlaması barədə hər hansı sübut mövcud deyildir, məhkəmə baxışı zamanı da bu cür sübutlar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 şəxsi axtarışları zamanı onların üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamlar satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma kimi həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Bununla belə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş bütün sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 Zərərçəkmiş şəxs sağlamlığına az ağır və yüngül dərəcəli zərər vurma cinayətlərinin törədilməsində iştirakı tam təsdiq olunur. Qeyd olunan cinayət əməllərinin hüquqi tövsifi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Belə ki, iş üzrə Dövlət ittihamçısı1 məhkəmə çıxışları mərhələsində ittiham nitqi ilə çıxış edərkən, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməllərinin törədilməsində icraçı kimi yox, cinayətlərin təşkilatçısı kimi, digər təqsirləndirilən şəxslərin isə qeyd olunan cinayət əməllərinin icraçısı kimi deyil, köməkçisi kimi iştirak etdiklərini bildirərək, onların hər birinin əməlinin Cinayət Məcəlləsinin Ümumi hissəsində iştirakçılığa görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrə istinad etməklə tövsif olunmasını təklif etdi. Məhkəmə kollegiyası dövlət ittihamçısının qaldırdığı vəsatəti müzakirə edərək və iş üzrə məhkəmədə tədqiq olunmuş bütün sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə vəsatət təmin olunmalıdır: Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.2-ci maddəsinin tələbinə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayət Məcəlləsinin 32.3-cü maddəsində göstərilir ki, cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33-cü maddəsinin tələbinə görə, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs 19 mart 2020-ci il tarixdə az ağır dərəcəli bədən xəsarəti bilavasitə hazırkı işdən ayrıca icraata cinayət işi ayrılmış Şahid11 və Şahid10 tərəfindən, 22 aprel 2020-ci il tarixdə yetirilmiş yüngül dərəcəli bədən xəsarəti isə bilavasitə Təqsirləndirilən şəxs7 tərəfindən yetirilmişdir. Hər iki cinayət əməli Təqsirləndirilən şəxs1 tərəfindən təşkil edilmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 birinci epizod üzrə az ağır dərəcəli xəsarət yetirilməsi faktı ilə bağlı, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə ikinci epizod üzrə yüngül dərəcəli bədən xəsarəti yetirilməsi faktı ilə bağlı cinayət əməllərinin törədilməsinə köməklik etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sifarişlə həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurma, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurma cinayətlərinin törədilməsinə görə Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,127.2.1, 32.3,127.2.2 və 32.3,128-ci maddələri ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1, 32.5,127.2.2 və 32.5,128-ci maddələri ilə, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs7 cinayət əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham öz təsdiqini tapmadığından, həmin hissədə onların əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma kimi, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, qeyd olunan əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinin tələbinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur (maddə 25.2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,127.2.1, 32.3,127.2.2 və 32.3,128-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1, 32.5,127.2.2 və 32.5,128-ci maddələri ilə, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1, 32.5,127.2.2 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmsını onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61.1.8-ci maddəsinə əsasən, cinayətin öz qulluq və ya ictimai borcunu yerinə yetirən şəxsə qarşı törədilməsi təqsirləndirilən şəxslərin hər birinə münasibətdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.3,128-ci maddəsi ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 CM-nin 32.5,128-ci maddəsi ilə, Təqsirləndirilən şəxs7 CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsi ilə bağlı aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamlardan görünür ki, Zərərçəkmiş şəxs qarşı həmin cinayət əməli 22 aprel 2020-ci il tarixdə törədilmişdir və həmin vaxtdan vaxtdan hökm çıxarılan tarixədək iki ildən çox müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 32.3,128-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 CM-nin 32.5,128-ci maddəsi ilə, Təqsirləndirilən şəxs7 isə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə onlara cəza təyin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs6 ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəza təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin olunmalıdır. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 126.2.2, 32.3,29,126.2.3, 32.3,315-ci maddələri ilə Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, azadlıqdan məhrum etmə cəzasının əvvəlinin 16 avqust 2019-cu il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin 18 dekabr 2018-ci il tarixdən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Hər iki təqsirləndirilən şəxs barəsində çıxarılmış məhkəmənin yekun aktları qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı ilə qəti olaraq təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına və Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə hesab edir ki, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında hazırkı hökmlə təyin edilmiş cəzalara qismən toplama yolu ilə birləşdirilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəti cəzalar təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları ümumi rejimli, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası isə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəza çəkmə müəssisəsində, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün isə ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 ibtidai həbs müddətləri cəzaçəkmə müddətlərinə daxil edilməli, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı 24 aprel 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs5 cəzasının başlanğıcı 25 aprel 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs7 cəzasının başlanğıcı isə 29 aprel 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixlərdə adları çəkilən şəxslər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışlar. Həmçinin Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı ilə 16 avqust 2019-cu il tarixdən, Təqsirləndirilən şəxs2 isə Bakı Ağır Cinayətlər məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə 18 dekabr 2018-ci il tarixdən azadlıqdan məhrum etmə növündə cəza çəkmələri nəzərə alınmalı, onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı qeyd olunan tarixlərdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza çəkmələri ilə əlaqədar barələrində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs6 aşkar edilmiş 2,671 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 2,621 qramı və Təqsirləndirilən şəxs7 aşkar edilmiş 4,772 qram çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 4,572 qramı hökm qanuni qüvvəsini alandan sonra məhv edilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müvafiq olaraq 2,574 qram və 2,998 qram psixotrop maddə metamfetaminin, Təqsirləndirilən şəxs5 isə 2,994 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktları üzrə cinayəti törətmiş şəxs (şəxslər) müəyyən edilməmiş qaldığı üçün və həmin epizodlar üzrə hissədə adları çəkilən şəxslərə bəraət verildiyi üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanılan yuxarıda qeyd olunmuş maddi sübutların ekspertiza tədqiqatlarından sonra qalıq qalan müvafiq olaraq 2,524 qram, 2,948 qram psixotrop maddə metamfetamin və 2,894 qram narkotik vasitə heroin, eləcə də həmin maddi sübutların götürülməsinin videogörüntülərini əks etdirən 3 (üç) ədəd DVD disk həmin materiallara əlavə edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 üzərilərində şəxsi axtarış və götürmə aparılması videogörüntülərinin əks olunduğ 2 ədəd DVD disk, Şahid11, Şahid10, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs4 videoçəkiliş əsasında dindirilmələrinin, eləcə də Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında videoçəkiliş aparılmaqla keçirilmiş üzləşdirmələrin əks olunduğu 11 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 337 (üç yüz otuz yeddi) manat təşkil edir. Həmin vəsaitin 109 (yüz doqquz) manat hissəsi Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 aşkar olunduğu bildirilən narkotik vasitə və psixotrop maddələrə aid məhkəmə kimyəvi ekspertizasının 24 aprel 2020-ci il tarixli 6/540 nömrəli, hər biri 114 (yüz on dörd) manat hissəsi isə Təqsirləndirilən şəxs5 aid 25 aprel 2020-ci il tarixli 6/545 nömrəli və Təqsirləndirilən şəxs7 Mürsəl oğluna aid 30 aprel 2020-ci il tarixli 6/597 nömrəli rəyi üzrə müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 narkotik vasitə və psixotrop maddələr aşkar edilməsi faktı üzrə onlara bəraət verildiyindən, adları çəkilən təqsirləndirilən şəxslər həmin məhkəmə məsrəflərindən azad edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 törətdiyi əməllər CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyindən və adları çəkilən şəxslər aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrə görə təqsirli bilindiklərindən, onlara münasibətdə müəyyən edilmiş 36 (otuz altı) manat 33 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs6, 114 (yüz on dörd) manat ekspertiza xərci isə Təqsirləndirilən şəxs7 Mürsəl oğlundan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmədə müəyyən edildi ki, ambulator məhkəmə-narkoloji ekspertizasının 17.08.2020-ci il tarixli 2252 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs5 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 barəsində narkomaniyadan müalicə növündə tibbi xatarkterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin ambulator məcburi narkoloji ekspertizasının 17.08.2020-ci il tarixli 2240 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs6 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə ediləməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs6 barəsində də narkomaniyadan müalicə növündə tibbi xatarkterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs7 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, həmin şəxslərdən yalnız Təqsirləndirilən şəxs7 əvvəllər narkotik vasitələrdən istifadə halları halları olduğundan, adı çəkilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması, xüsusi müsadirə olunması üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2.4, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,127.2.1, 32.3,127.2.2 və 32.3,128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.3,127.2.1 və 32.3,127.2.2-ci maddələri ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.3,128-ci maddəsi ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplama yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həmin cəzanın başlanğıcı 16 avqust 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1, 32.5,127.2.2 və 32.5,128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.3,128-ci maddəsi ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 13 il müddətə azadıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplama yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının başlanğıcı 18 dekabr 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1, 32.5,127.2.2-ci və 32.5,128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.3,128-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının başlanğıcı 24 aprel 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, həmin maddə ilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1, 32.5,127.2.2-ci və 32.5,128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 32.3,128-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs4 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının başlanğıcı 24 aprel 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddə ilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1, 32.5,127.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs6 Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5.127.2.2-ci maddələri ilə 3 (üç) il müddətə, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs6 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs6 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının başlanğıcı 24 aprel 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.3.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs6 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının başlanğıcı 25 aprel 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.3.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs5 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs7 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs7 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs7 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının başlanğıcı 29 aprel 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs7 ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs6 aşkar edilmiş 2,671 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 2,621 qramı və Təqsirləndirilən şəxs7 aşkar edilmiş 4,772 qram çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 4,572 qramı hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin; - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müvafiq olaraq 2,574 qram və 2,998 qram psixotrop maddə metamfetaminin, Təqsirləndirilən şəxs5 isə 2,994 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktları üzrə cinayət törətmiş şəxs (şəxslər) müəyyən edilmədiyindən və həmin epizodlar üzrə hissədə adları çəkilən şəxslərə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Bununla əlaqədar, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanılan yuxarıda qeyd olunmuş maddi sübutların ekspertiza tədqiqatlarından sonra qalıq qalan müvafiq olaraq 2,524 qram, 2,948 qram psixotrop maddə metamfetamin və 2,894 qram narkotik vasitə heroin, eləcə də həmin maddi sübutların götürülməsinin videogörüntülərini əks etdirən 3 (üç) ədəd DVD disk həmin materiallara əlavə edilsin; - Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 üzərilərində şəxsi axtarış və götürmə aparılması videogörüntülərinin əks olunduğ 2 ədəd DVD disk, Şahid11, Şahid10, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs4 videoçəkiliş əsasında dindirilmələrinin, eləcə də Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında videoçəkiliş aparılmaqla keçirilmiş üzləşdirmələrin əks olunduğu 11 ədəd CD disklər hazırkı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 36 (otuz altı) manat 33 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs6, 114 (yüz on dörd) manat ekspertiza xərci isə Təqsirləndirilən şəxs7 Mürsəl oğlundan tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 narkotik vasitə və psixotrop maddələr aşkar edilməsi faktı üzrə bəraət verildiyindən, adları çəkilən şəxslər məhkəmə məsrəflərindən azad edilsin. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması, xüsusi müsadirə olunması üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar