Məhkəmə qərarları › İş №1(101)-77/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-77/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-77/2023 01.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, X8, X14 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X9 və X13, müdafiəçilər: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi7, Müdafiəçi6, Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi5 və Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Əmikişi oğlu, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20 Məmməd oğlu, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs26 və Zərərçəkmiş şəxs29 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, Yataqxana 10, 2-ci Paralel küçəsi, məhəllə 9, ev 44-də qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Yeni massiv, nömrəsiz fərdi evdə yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-829/2023 saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.2.1 və 232.2.2-ci maddələri ilə, xx xxxxxxxx 1995-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Beyləqan rayonu Mil qəsəbəsində qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Kərpic Zavod ərazisi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə, xx xxxx 1996-cı ildə Naxçıvan MR Şərur rayonunun Siyaqut kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-714/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 04 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Naxçıvan MR, Şərur rayonunun Siyaqut kəndində qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.2.1 və 232.2.2-ci maddələri ilə, xx xxxxxx 1992-cü ildə Naxçıvan MR, Şərur rayonunun Siyaqut kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Naxçıvan MR, Şərur rayonunun Siyaqut kəndində qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə, xx xxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, «Trion Tred» şirkətində sürücü vəzifəsində işləyən, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, 28-ci məhəllə ev 8-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli talama məqsədi ilə 3 may 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri Sabunçu rayonu, İİ Zabrat qəsəbəsi, İstixana kombinatı, Zərkənd yaşayış massivi, nömrəsiz fərdi evinə pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan çarpayının alt hissəsindən 5000 manat nağd pulu, paltar dolabından 8000 manat dəyərində qızıl-zinət əşyalarını, eyni zamanda içərisində 300 manat dəyərində 50 qəpikliklər olan şüşə balonu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 xeyli miqdarda, 13300 (on üç min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 2019-cu ilin sentyabr ayının 5-də, saat 20 radələrində Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evinə pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağından məzənnə ilə 8585 manat təşkil edən 5050 ABŞ dolları və 3332 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs10 xeyli miqdarda, 11917 (on bir min doqquz yüz on yeddi) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 6 oktyabr 2019-cu il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs20 Məmməd oğluna məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zərkənd yaşayış massivində yerləşən fərdi evin pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan paltar dolabından ümumi dəyəri 300 manat olan 1 ədəd qızıl aralığı, dəyəri 200 manat olan 1 ədəd qızıl boyunbağını, dəyəri 300 manat olan 1 cüt sırğanı, hər birinin dəyəri 250 manat, ümumi dəyəri 500 manat olan 2 ədəd qızıl üzüyü, hər birinin dəyəri 200 manat, ümumi dəyəri 400 manat olan 2 ədəd qızıl qolbağı, dəyəri 200 manat olan 1 ədəd qol saatını və dəyəri 100 manat olan bijuteriya dəstini gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs20 Məmməd oğluna 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 31 yanvar 2020-ci il tarixində, saat 20 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsi, Yeni yaşayış massivində yerləşən fərdi evinə pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq dəyəri 2000 manat olan bir ədəd qızıl komplekti, bir ədəd qızıl sepi, üç ədəd qızıl üzükləri, eyni zamanda 10 manat dəyərində pul qabını və içərisində olan 50 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 2060 (iki min altmış) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 8 fevral 2020-ci il tarixində, saat 20 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evinə pəncərəni sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan dəmir seyfin içərisindən ümumi dəyəri 9000 manat olan qızıl-zinət əşyalarını, eyni zamanda həmin dövrə olan məzənnə ilə 340 manat təşkil edən 200 ABŞ dolları məbləğində nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 xeyli miqdarda, 9340 (doqquz min üç yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib özgə əmlakını gizli yolla talama cinayətinin törədilməsində bilavasitə iştirak etməyən, lakin, cinayətin törədilməsinə fəal yardım etmiş tanışları Təqsirləndirilən şəxs6 köməyindən istifadə edərək özgə əmlakını gizli yolla talama məqsədi ilə bacanağı Zərərçəkmiş şəxs4 yaşadığı evdə heç kimin olmaması barədə verdiyi məlumat əsasında 18 may 2020-ci il tarixində, saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şirvani küçəsində yerləşən 9B saylı fərdi evin həyətyanı sahəsinin qapısının açıq olmasından istifadə edərək içəri keçərək, fərdi evin plastik pəncərəsinin dəmir barmaqlığını dartıb qırıb, pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq oradan yataq otağındakı dolabda olan qızıl qabından 1 ədəd, ümumi dəyəri 3500 (üç min beş yüz) manat olan 585 əyarlı qızıl sep və klon dəstini, 1 ədəd dəyəri 1500 (bir min beş yüz) manat olan 585 əyarlı qızıl qolbağı, 1 cüt dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl sırğanı, 2 ədəd ümumi dəyəri 1000 (bir min) manat olan 585 əyarlı qızıl qadın üzüklərini, 1 ədəd dəyəri 850 (səkkiz yüz əlli) manat olan qızıl kiçi üzüyünü, 2 ədəd ümumi dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl uşaq qolbaqlarını, 2 ədəd ümumi dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl uşaq boyunbağlarını, ümumi dəyəri 700 (yeddi yüz) manat olan 5 cüt gümüş sırğaları, 2 ədəd gümüş klonu, 1 ədəd gümüş qolbağı, 4 ədəd gümüş üzükləri, döşəyin alt hissəsindən həmin dövrə olan məzənnə ilə 170 manat təşkil edən 100 ABŞ dolları və 1300 (bir min üç yüz) manat nağd pulları, həmçinin digər yataq otağında olan çarpayının alt hissəsindəki sandığın içərisindən 1 ədəd dəyəri 850 (səkkiz yüz əlli) manat olan 585 əyarlı qızıl boyunbağını, 1 cüt, ümumi dəyəri 500 (beş yüz) manat olan 585 əyarlı qızıl sırğanı gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 12470 (on iki min dörd yüz yetmiş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 25 avqust 2020-ci il tarixində, saat 2 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi, Q.Bayramov küçəsində yerləşən evin həyətyanı sahəsinin hasarının üzərindən aşaraq fərdi evə daxil olub, fərdi evin plastik pəncərəsinin dəmir barmaqlığını linglə qırıb, pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq yataq otağındakı kiçik dolabdan 1 ədəd 750 əyarlı dəyəri 1500 manat olan qızıl klonla birlikdə qızıl sepi, 1 ədəd 583 əyarlı dəyəri 500 manat olan boyunbağını, 1 dəst 583 əyarlı ümumi dəyəri 1000 manat olan göy rəngli adi qaşları olan qızıl üzük və sırğanı, 1 dəst 583 əyarlı ümumi dəyəri 1000 manat olan ağ rəngli adi qaşları olan qızıl üzük və sırğanı, 1 ədəd 583 əyarlı ümumi dəyəri 1000 manat olan adi yaşıl və ağ rəngli qaşları olan qızıl qadın üzüyünü, 1 ədəd 583 əyarlı dəyəri 500 manat olan qırmızı rəngli qaşları olan qızıl qadın üzüyünü, 1 ədəd 583 əyarlı ümumi dəyəri 500 manat olan yaşıl rəngli, kənarları ağ rəngli xırda qaşları olan qızıl qadın üzüyünü, 1 ədəd 583 əyarlı dəyəri 500 manat olan qaşsız qızıl kişi üzüyünü, 1 ədəd 583 əyarlı ümumi dəyəri 1500 manat olan ağ rəngli xırda qaşları olan qızıl kişi üzüyünü, ümumi dəyəri 500 manat olan qarışıq gümüş zinət əşyalarını və 50 manat nağd pulu, fərdi evin dəhlizində olan dolabın içərisindən 1 ədəd ümumi dəyəri 2000 manat olan içərisində «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisi» sözləri yazılmış kişi qol saatını gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 10550 (on min beş yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 sentyabr 2020-ci il tarixində saat 18 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən evin həyətyanı sahəsinin hasarının üzərindən fərdi evin plastik pəncərəsinin dəmir barmaqlığını linglə qırıb, pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabından «Efe» markalı 750 əyarlı ümumi çəkisi 36,5 qram, dəyəri 7800 (yeddi min səkkiz yüz) manat olan qızıl dəstini (1 ədəd üzük, 1 ədəd sırğa, 1 ədəd qolbaq və 1 ədəd klon), «Royam» Zərgərliyə məxsus 750 əyarlı çəkisi 4,8 qram, dəyəri 2300 (iki min üç yüz) manat olan qızıl nişan üzüyünü, «Bernard H.Mayer» markalı dəyəri 3500 (üç min beş yüz) manat olan qızıl korpuslu qol saatını, «Aqua Marine» markalı, 750 əyarlı çəkisi 4,3 qram, dəyəri 2700 (iki min yeddi yüz) manat olan qaşlı qızıl üzüyünü, «Efe» markalı 750 əyarlı çəkisi 6,2 qram, dəyəri 1400 (bir min dörd yüz) manat olan qızıl üzüyünü, 1 ədəd 750 əyarlı çəkisi 17,2 qram, dəyəri 3000 (üç min) manat olan «Şopart» qızıl qolbağı və 500 (beş yüz) manat nağd pulları gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 21200 (iyirmi bir min iki yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 23 noyabr 2020-ci il tarixində, saat 18 radələrində Zərərçəkmiş şəxs17 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic Zavodu ərazisində yerləşən fərdi evə pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 280 manat olan qəpik pulları gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs17 280 (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 28 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs18 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavodu ərazisində yerləşən fərdi evə pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 900 manat olan 3 ədəd qızıl boyunbağını, dəyəri 500 manat olan 1 ədəd nişan üzüyünü, dəyəri 500 manat olan 1 cüt qızıl sırğanı və dəyəri 200 manat olan 1 ədəd uşaq üçün qızıl qolbağı gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs18 2100 (iki min bir yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 2020-ci ilin dekabr ayının 8-də saat 19 radələrində Zərərçəkmiş şəxs22 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən yeni inşa etdirdiyi fərdi yaşayış evinin zirzəmisinin qapısının kilidini sındıraraq saxlanc yerinə qanunsuz olaraq daxil olub, otaqlarda quraşdırılmış ümumi dəyəri 1200 manat olan, hər biri 300 manat olmaqla 4 ədəd istilik radiatorlanni gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs22 1200 manat maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 10 dekabr 2020-ci il tarixində saat 17 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu Məhəmmədi qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evinin pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağındakı dolabdan 3200 manat nağd pulu və bir ədəd 500 manat dəyərində qızıl boyunbağını gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 3700 (üç min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 25 dekabr 2020-ci il tarixdə saat 2 radələrində Zərərçəkmiş şəxs27 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən bağ evinin giriş qapısının üzərində olan dəmir qıfılı əvvəlcədən özü ilə götürdüyü dəmir linglə sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 500 manat dəyərində bir ədəd markası məlum olmayan elektrik generatorunu, 250 manat dəyərində bir ədəd markası məlum olmayan elektrik su nasosunu və 100 manat dəyərində mebel taxtalarını gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs27 850 manat maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 3 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs19 məxsus Abşeron rayonu Məmmədəli kəndi, Yeni yaşayış massivində yerləşən fərdi evin pəncərəsinin dəmir barmaqlığını çıxardıb, pəncərəni sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan dolabın çəkməcəsindən ümumi dəyəri 3000 (üç min) manat olan 1 dəst 750 əyarlı üzərində klon olan boyunbağı, bir ədəd qaşsız üzük və qaşsız sırğadan ibarət komplekti, 1 dəst 585 əyarlı sadə qaşları olan üzük və sırğadan ibarət komplekt, 1 cüt 585 əyarlı sadə ağ qaşları olan halqa formalı sırğanı, 1 cüt 585 əyarlı yarpaq formalı qaşsız sırğanı, 1 ədəd 585 əyarlı kitab formalı kulonu, 1 ədəd qaşsız kişi üzüyünü və 600 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs19 3600 (üç min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 4 fevral 2021-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs29 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını özündə olan dəmir parçası ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında olan mücrünün içərisindəki 1 ədəd 7 qram çəkidə 583 əyarlı 400 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 3 qram çəkidə 583 əyarlı 250 manat dəyərində qızıl qadın üzüyünü, 1 cüt 3 qram çəkidə 583 əyarlı 200 manat dəyərində qızıl sırğanı, qonaq otağında olan 1 ədəd 500 manat dəyərində «LG» markalı plazma televizoru gizli talayıb Zərərçəkmiş şəxs29 1350 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi 19 fevral 2021-ci il tarixdə saat 20:30 radələrində Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs28 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olub oradan bir ədəd beş briliant qaşlı 650 manat dəyərində nişan üzüyünü, bir ədəd bir briliant qaşlı 800 manat dəyərində nişan üzüyünü, bir dəst üzük, sırğa, qolbaq və boyunbağıdan ibarət 3650 manat dəyərində qızıl komplekti, bir ədəd 250 manat dəyərində qızıl boyunbağını, iki ədəd hər birinin dəyəri 200 manat, ümumi dəyəri 400 manat olan qızıl boyunbağılarını, bir ədəd 200 manat dəyərində qızıl boyunbağını, üç ədəd hər birinin dəyəri 500 manat, ümumi dəyəri 1500 manat olan qızıl qolbaqları, üç ədəd hər birinin dəyəri 250 manat, ümumi dəyəri 750 manat olan qızıl üzükləri, bir ədəd 500 manat dəyərində mirvari qolbağı və bir ədəd 500 manat dəyərində mirvari qoyunbağını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs28 9000 (doqquz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 26 fevral 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Nəzərov küçəsində yerləşən fərdi evinə plastik pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq yataq otağından «MR-27» markalı yivsiz ********* nömrəli, 20 kalibrli ov tüfəngini talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla odlu silahı talamışdır. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 9 mart 2021-ci il tarixdə saat 19 radələrində X3 məxsus Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 2ci Sahədə yerləşən fərdi evinə pəncərəsini sıxıb açıb içəri qanunsuz daxil olaraq yataq otağından ümumi dəyəri 300 manat olan 8 ədəd gümüş sırğanı, ümumi dəyəri 150 manat olan 5 ədəd gümüş üzüyü, ümumi dəyəri 200 manat olan 3 ədəd gümüş sepi, ümumi dəyəri 200 manat olan 2 ədəd gümüş qolbağı və ümumi dəyəri 215 manat olan bir cüt qızıl sırğanı gizli talayıb zərərçəkmiş X3 1065 (bir min altmış beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 9 mart 2021-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi evinə pəncərəsinin dəmir barmaqlığını qırıb plastik pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq yataq otağından 450 manat nağd pulu, 1 ədəd dəyəri 800 manat olan qızıl üzüyü, 1 ədəd dəyəri 300 manat olan qızıl bilərziyi və 20 manat dəyərində qəpik pulları gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 1570 (bir min beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 18 mart 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi evə pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq oradan 4000 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs16 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 19 mart 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs15 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi evə pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq oradan həmin günə olan məzənnə ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları və 150 manat nağd pulları, dəyəri 10950 (on min doqquz yüz əlli) manat təşkil edən bir ədəd 132 ekran, markası istintaqa məlum olmayan televizoru, 1 ədəd markası istintaqa məlum olmayan feni, 1 ədəd «Samsung» markalı televizoru, bir ədəd «Playstation 4» oyun aparatını, iki ədəd oyun aparatının pultlarını, bir ədəd «Nomi» markalı notbuku, bir ədəd qadın üçün 43 qramlıq qızıl boyunbağını, bir ədəd qızıl qulaqlığı, bir ədəd qızıl qalstuk sancağını, üç dəst gümüşü, bir ədəd «Casio» markalı qadın saatını, 2015-ci il «Avropa oyunları» medalını və bir ədəd suvenir hədiyyəni gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs15 14500 (on dörd min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 21 mart 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs13 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavodu ərazisində yerləşən fərdi evə pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq oradan bir ədəd markası istintaqa məlum olmayan, dəyəri 1400 manat olan notbuk kompyuterini gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs13 1400 (bir min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 22 mart 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi evə pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq oradan ümumi dəyəri 800 manat olan bir ədəd üzük və bir cüt sırğa dəstini, dəyəri 700 manat olan bir ədəd nişan üzüyünü, dəyəri 150 manat olan bir ədəd uşaq qızıl boyunbağısını, dəyəri 200 manat olan bir ədəd qızıl boyunbağını, dəyəri 500 manat olan bir ədəd qızıl üzüyü və 1650 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs14 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 17 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən evin həyətyanı sahəsinin hasarının üzərindən fərdi evin plastik pəncərəsinin dəmir barmaqlığını linglə qırıb, pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabından «Efe» markalı 750 əyarlı ümumi çəkisi 36,5 qram, dəyəri 7800 (yeddi min səkkiz yüz) manat olan qızıl dəstini (1 ədəd üzük, 1 ədəd sırğa, 1 ədəd qolbaq və 1 ədəd klon), «Royam» Zərgərliyə məxsus 750 əyarlı çəkisi 4,8 qram, dəyəri 2300 (iki min üç yüz) manat olan qızıl nişan üzüyünü, «Bernard H.Mayer» markalı dəyəri 3500 (üç min beş yüz) manat olan qızıl korpuslu qol saatını, «Aqua Marine» markalı 750 əyarlı ümumi çəkisi 4,3 qram, dəyəri 2700 (iki min yeddi yüz) manat olan qaşlı qızıl üzüyünü, «Efe» markalı 750 əyarlı, çəkisi 6,2 qram, dəyəri 1400 (bir min dörd yüz) manat olan qızıl üzüyünü, 1 ədəd 750 əyarlı, çəkisi 17,2 qram, dəyəri 3000 (üç min) manat olan «Şopart» qızıl qolbağı və 500 (beş yüz) manat nağd pulları gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 21200 (iyirmi bir min iki yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə 23 noyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs24 Rüstam oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub pəncərənin dəmir barmaqlığını açmaqla evdən 1 ədəd 500 manat dəyərində «LG» markalı televizoru, 1 ədəd 350 manat dəyərində «Bosch» markalı ət çəkən maşını, 3 ədəd ümumilikdə 200 manat dəyərində «Vitek» «Telad « və «Bosch» markalı ütüləri, 2 ədəd hər birinin dəyəri 30 manat olan «Bosch» və «Vitek» markalı saç fenlərini, 2 ədəd hər birinin dəyəri 140 manat oian biri qara, digəri göy rəngli kişi parça gödəkçələrini, 3 ədəd ümumilikdə 80 manat dəyərində kişi parça köynəklərini, 3 ədəd hər birinin dəyəri 30 manat olan yataq dəstini, 40 ədəd hər birinin dəyəri 5 manat olan ümumilikdə 200 manat dəyərində kişi alt paltarlarını, 1 ədəd 45 manat dəyərində dreli, 1 ədəd 35 manat dəyərində təmir üçün açar dəstini, 1 ədəd 100 manat dəyərində dəri əl çantasını, 1 ədəd 80 manat dəyərində nərd taxtasını, 2 ədəd hər birinin dəyəri 30 manat olan mis suvenirləri, 13 cüt hər birinin dəyəri 20 manat olan ümumilikdə 260 manat dəyərində kişi ayaqqabılarını və bir ədəd 9 qramlıq 450 manat dəyərində qızıl boyunbağını gizli talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs24 2790 (iki min yeddi yüz doxsan) manat məbləğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədilə 5 noyabr 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs21 kirayə yaşadığı Abşeron rayonu Digah kəndi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış sahəsinin pəncərəsindəki dəmir barmaqlığı qıraraq, pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olub, oradan sonuncuya məxsus 1 ədəd 50 manat dəyərində «Nokia» markalı mobil telefonu, 1 ədəd 100 manat dəyərində «Flay» markalı mobil telefon aparatını və 500 manat nağd pulu gizli talayıb Zərərçəkmiş şəxs21 ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədilə 5 noyabr 2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs26 kirayə yaşadığı Abşeron rayonu Digah qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış sahəsinin pəncərəsindəki dəmir barmaqlıqları qıraraq, pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 1020 manat nağd pulu, hər biri 50 manat olmaqla 4 ədəd kişi qol saatını, 1 ədəd 400 manat dəyərində «Samsung A 50» markalı mobil telefonu və 80 manat dəyərində 1 cüt gümüş sırğa və üzüyü gizli talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs26 ümumilikdə 1700 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədilə 10 dekabr 2020-ci il tarixdə saat 2 radələrində Zərərçəkmiş şəxs25 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin zirzəmisinin plastik pəncərəsini sındırmaq yolu ilə saxlanc yerinə qanunsuz daxil olub oradan 1800 manat dəyərində 1 ədəd «Volf markalı kombi istilik sistemi aparatını gizli talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs25 1800 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi 5 fevral 2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu Digah kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs23 Natiq oğluna məxsus fərdi yaşayış evinin dəmir barmaqlıqlarını həmin vaxt həyətdə olan dəmir parçası ilə yerindən çıxararaq evin plastik pəncərəsini sıxıb açma yolu ilə mənzilə qanunsuz daxil olaraq mənzilin yataq otağında olan güzgülü dolabın siyirtməsindən 1150 manat nağd pulu, qonaq otağında olan bir ədəd 600 manat dəyərində markası məlum olmayan televizoru, mətbəxdən bir ədəd 120 manat dəyərində stolüstü qaz sobasını və 450 manat dəyərində markası məlum olmayan videokameranı gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs23 Natiq oğluna 2320 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi iiə tanışı Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 3 mart 2021-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavodu ərazisində yerləşən fərdi evin pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq dəhlizdə olan bir ədəd dəyəri 700 manat olan «Samsung» markalı, eyni zamanda zal otağında olan bir ədəd dəyəri 1500 manat olan «Sony» markalı televizorları gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs12 2200 (iki min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgə əmlakını gizli talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 6 oktyabr 2019-cu il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs20 Məmməd oğluna məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zərkənd yaşayış massivində yerləşən fərdi evin pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan paltar dolabından dəyəri 300 manat olan 1 ədəd qızıl aralığı, dəyəri 200 manat olan 1 ədəd qızıl boyunbağını, dəyəri 300 manat olan 1 cüt sırğanı, hər birinin dəyəri 250 manat, ümumi dəyəri 500 manat olan 2 ədəd qızıl üzüyü, hər birinin dəyəri 200 manat, ümumi dəyəri 400 manat olan 2 ədəd qızıl qolbağı, dəyəri 200 manat olan 1 ədəd qol saatını və dəyəri 100 manat olan bijuteriya dəstini gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs20 Məmməd oğluna 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgə əmlakını gizli yolla talama cinayətinin törədilməsində bilavasitə iştirak etməyən, lakin, cinayətin törədilməsinə fəal yardım etmiş tanışları Təqsirləndirilən şəxs6 köməyindən istifadə edərək özgə əmlakını gizli talama məqsədi ilə bacanağı Zərərçəkmiş şəxs4 yaşadığı evdə heç kimin olmaması barədə verdiyi məlumat əsasında 18 may 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şirvani küçəsində yerləşən 9B saylı fərdi evin həyətyanı sahəsinin qapısının açıq olmasından istifadə edərək içəri keçərək, fərdi evin plastik pəncərəsinin dəmir barmaqlığını dartıb qırıb, pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq oradan yataq otağındakı dolabda olan qızıl qabından 1 ədəd ümumi dəyəri 3500 (üç min beş yüz) manat olan 585 əyarlı qızıl sep və klon dəstini, 1 ədəd dəyəri 1500 (bir min beş yüz) manat olan 585 əyarlı qızıl qolbağı, 1 cüt dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl sırğanı, 2 ədəd ümumi dəyəri 1000 (bir min) manat olan 585 əyarlı qızıl qadın üzüklərini, 1 ədəd dəyəri 850 (səkkiz yüz əlli) manat olan qızıl kişi üzüyünü, 2 ədəd ümumi dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl uşaq qolbaqlarını, 2 ədəd ümumi dəyəri 700 (yeddi yüz) manat olan, 585 əyarlı qızıl uşaq boyunbağlarını, 5 cüt ümumi dəyəri 700 (yeddi yüz) manat olan 5 cüt gümüş sırğaları, 2 ədəd gümüş klonu, 1 ədəd gümüş qolbağı, 4 ədəd gümüş üzükləri, döşəyin alt hissəsindən həmin dövrə olan məzənnə ilə 170 manat təşkil edən 100 ABŞ dolları və 1300 (bir min üç yüz) manat nağd pulları, həmçinin digər yataq otağında olan çarpayının alt hissəsindəki sandığın içərisindən 1 ədəd dəyəri 850 (səkkiz yüz əlli) manat olan 585 əyarlı qızıl boyunbağını, 1 cüt ümumi dəyəri 500 (beş yüz) manat olan 585 əyarlı qızıl sırğanı gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 12470 (on iki min dörd yüz yetmiş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 26 fevral 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Nəzərov küçəsində yerləşən fərdi evinə plastik pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq yataq otağından «MR-27» markalı yivsiz, ********* nömrəli, 20 kalibrli ov tüfəngini talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla odlu silahı talamışdır. Təqsirləndirilən şəxs4 özgə əmlakını gizli talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 6 oktyabr 2019-cu il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs20 Məmməd oğluna məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zərkənd yaşayış massivində yerləşən fərdi evin pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan paltar dolabından dəyəri 300 manat olan 1 ədəd qızıl aralığı, dəyəri 200 manat olan 1 ədəd qızıl boyunbağını, dəyəri 300 manat olan 1 cüt sırğanı, hər birinin dəyəri 250 manat, ümumi dəyəri 500 manat olan 2 ədəd qızıl üzüyü, hər birinin dəyəri 200 manat, ümumi dəyəri 400 manat olan 2 ədəd qızıl qolbağı, dəyəri 200 manat olan 1 ədəd qol saatını və dəyəri 100 manat olan bijuteriya dəstini gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs20 Məmməd oğluna 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib özgə əmlakını gizli yolla talama cinayətinin törədilməsində bilavasitə iştirak etməyən, lakin, cinayətin törədilməsinə fəal yardım etmiş tanışları Təqsirləndirilən şəxs6 köməyindən istifadə edərək özgə əmlakını gizli yolla talama məqsədi ilə bacanağı Zərərçəkmiş şəxs4 yaşadığı evdə heç kimin olmaması barədə verdiyi məlumat əsasında 18 may 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şirvanı küçəsində yerləşən 9B saylı fərdi evin həyətyanı sahəsinin qapısının açıq olmasından istifadə edərək içəri keçərək, fərdi evin plastik pəncərəsinin dəmir barmaqlığını dartıb qırıb, pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq oradan yataq otağındakı dolabda olan qızıl qabından 1 ədəd ümumi dəyəri 3500 (üç min beş yüz) manat olan 585 əyarlı qızıl sep və klon dəstini, 1 ədəd dəyəri 1500 (bir min beş yüz) manat olan 585 əyarlı qızıl qolbağı, 1 cüt dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl sırğanı, 2 ədəd ümumi dəyəri 1000 (bir min) manat olan 585 əyarlı qızıl qadın üzüklərini, 1 ədəd dəyəri 850 (səkkiz yüz əlli) manat olan qızıl kiçi üzüyünü, 2 ədəd ümumi dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl uşaq qolbaqlarını, 2 ədəd ümumi dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl uşaq boyunbağlarını, ümumi dəyəri 700 (yeddi yüz) manat olan 5 cüt gümüş sırğaları, 2 ədəd gümüş klonu, 1 ədəd gümüş qolbağı, 4 ədəd gümüş üzükləri, döşəyin alt hissəsindən həmin dövrə olan məzənnə ilə 170 manat təşkil edən 100 ABŞ dolları və 1300 (bir min üç yüz) manat nağd pulları, həmçinin digər yataq otağında olan çarpayının alt hissəsindəki sandığın içərisindən 1 ədəd dəyəri 850 (səkkiz yüz əlli) manat olan 585 əyarlı qızıl boyunbağını, 1 cüt ümumi dəyəri 500 (beş yüz) manat olan 585 əyarlı qızıl sırğanı gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 12470 (on iki min dörd yüz yetmiş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs5 özgə əmlakını gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 3 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs19 məxsus Abşeron rayonu Məmmədəli kəndi, Yeni yaşayış massivində yerləşən fərdi evin pəncərəsinin dəmir barmaqlığını çıxardıb, pəncərəni sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan dolabın çəkməcəsindən dəyəri 3000 (üç min) manat olan 1 dəst 750 əyarlı üzərində klon olan boyunbağı, bir ədəd qaşsız üzük və qaşsız sırğadan ibarət komplekti, 1 dəst 585 əyarlı sadə qaşları olan üzük və sırğadan ibarət komplekt, 1 cüt 585 əyarlı sadə ağ qaşları olan halqa formalı sırğanı, 1 cüt 585 əyarlı yarpaq formalı qaşsız sırğanı, 1 ədəd 585 əyarlı kitab formalı kulonu, 1 ədəd qaşsız kişi üzüyünü və 600 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs19 3600 (üç min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 3 mart 2021ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavodu ərazisində yerləşən fərdi evin pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq dəhlizdə olan bir ədəd dəyəri 700 manat olan «Samsung» markalı, eyni zamanda zal otağında olan bir ədəd ümumi dəyəri 1500 manat olan «Sony» markalı televizorları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs12 2200 (iki min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs6 özgə əmlakını gizli talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 bacanağı Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şirvani küçəsində yerləşən 9B saylı fərdi evdə olmamasını bildirməklə, özgə əmlakının talanmasında bilavasitə iştirak etmədən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 18 may 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şirvanı küçəsində yerləşən 9B saylı fərdi evin həyətyanı sahəsinin qapısının açıq olmasından istifadə edərək içəri keçərək, fərdi evin plastik pəncərəsinin dəmir barmaqlığını dartıb qırıb, pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq oradan yataq otağındakı dolabda olan qızıl qabından 1 ədəd ümumi dəyəri 3500 (üç min beş yüz) manat olan 585 əyarlı qızıl sep və klon dəstini, 1 ədəd dəyəri 1500 (bir min beş yüz) manat olan 585 əyarlı qızıl qolbağı, 1 cüt ümumi dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl sırğanı, 2 ədəd ümumi dəyəri 1000 (bir min) manat olan 585 əyarlı qızıl qadın üzüklərini, 1 ədəd ümumi dəyəri 850 (səkkiz yüz əlli) manat olan qızıl kişi üzüyünü, 2 ədəd ümumi dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl uşaq qolbaqlarını, 2 ədəd ümumi dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl uşaq boyunbağlarını, ümumi dəyəri 700 (yeddi yüz) manat olan 5 cüt gümüş sırğaları, 2 ədəd gümüş klonu, 1 ədəd gümüş qolbağı, 4 ədəd gümüş üzükləri, döşəyin alt hissəsindən 100 ABŞ dolları və 1300 (bir min üç yüz) manat nağd pulları, həmçinin digər yataq otağında olan çarpayının alt hissəsindəki sandığın içərisindən 1 ədəd dəyəri 850 (səkkiz yüz əlli) manat olan 585 əyarlı qızıl boyunbağını, 1 cüt ümumi dəyəri 500 (beş yüz) manat olan 585 əyarlı qızıl sırğanı gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 12470 (on iki min dörd yüz yetmiş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmələrinə kömək etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.2.1 və 232.2.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər müxtəlif yerlərdə işləyərək maddi ehtiyaclarını qarşılamışdır. Sonradan özünə iş tapa bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Oğurluqları əsasən tək, həmçinin tanışları Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ilə birlikdə Sabunçu və Abşeron rayonu ərazilərində yerləşən fərdi evlərdən etmişdir. 3 may 2019-cu il tarixdə saat 22 radələrində yaşadığı evdən çıxmış və Bakı şəhəri Sabunçu rayonu, İİ Zabrat qəsəbəsi, Zərkənd yaşayış massivinə gəlmişdir. Orada fərdi yaşayış evlərin birinin işığının sönülü olduğunu görmüşdür. Evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan tullanıb həyətə daxil olmuş və evin mətbəxinin pəncərəsini üzərində götürdüyü vintaçan ilə açaraq evə daxil olmuşdur. Evi gəzdikdən sonra yataq otağında olan çarpayının alt hissəsindən nağd pul, paltar dolabından qızıl-zinət əşyalarını və içərisində 50 qəpikliklər olan şüşə balonu aşkar etmişdir. Nağd pulu, qızıl-zinət əşyaları və şüşə balonu götürdükdən sonra evdən çıxmışdır. Öz evində nağd pulları saymış və çarpayının altından götürdüyü pulun sayının 5000 manat, şüşə balonda olan 50 qəpiklik pulun isə 300 manat olduğunu görmüşdür. Həmin günün səhəri qızıl zinət əşyalarını «Moskva» Univermağında tanımadığı qızıl alqısatqısı ilə məşğul olan şəxslərə xatırlamadığı qiymətə satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra 5 sentyabr 2019-cu il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxıb Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivinə gəlmişdir. Orada fərdi yaşayış evlərindən birinin işığının sönülü olduğunu görmüş və kənarda dayanaraq evdə heç kimin olmadığına əmin olmuşdur. Sonra hasardan həyətə daxil olmuş, evin pəncərəsini üzərində götürdüyü vintaçan ilə açıb evə daxil olmuşdur. İlk əvvəl evi gəzmiş və evin yataq otağında olan dolabda olan pulları götürmüş və yaşadığı evə getmişdir. Evə getdikdən sonra nağd pulları saymış və bu zaman 5050 ABŞ dolları, eyni zamanda 3332 manat pul olduğunu görmüşdür. Əldə etdiyi qazancı isə öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra 6 oktyabr 2019-cu il tarixdə saat 16 radələrində tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə görüşüb, birlikdə oğurluq etmək üçün Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zərkənd yaşayış massivinə getmişlər. Orada oğurluq etmək üçün boş ev axtarmış və evlərdən birində heç kimin olmamasını müəyyən etmişlər. Bir müddət orada dayanıb, evdə heç kimin olmadığını dəqiqləşdirmişlər. Saat 17 radələrində Zaminlə o, hasardan aşaraq həyətə daxil olmuşdur. Firuz isə gələn olacağı halda onlara məlumat vermək üçün çöldə dayanmışdır. Özləri ilə götürdükləri vintaçan ilə plastik pəncərəni sıxaraq açmış və içəri keçmişlər. Zaminlə birlikdə evdə axtarış aparmış və evin yataq otağında olan dolabdan qızıl-zinət əşyaları taparaq götürmüşlər. Daha sonra daxil olduqları yerdən çıxıb getmişlər. Oğurluq etdikləri evdən uzaqlaşdıqdan sonra qızıl-zinət əşyalarına baxış keçirtmişlər. Bu zaman fərdi evdən 1 ədəd qızıl aralıq, 1 ədəd qızıl boyunbağı, 1 cüt sırğa, 2 ədəd qızıl üzük, 2 ədəd qızıl qolbaq, 1 ədəd qol saatı və bijuteriya dəsti olduğunu görmüşlər. Götürdükləri qızıl-zinət əşyalarını Neftiçlər metrostansiyasının yaxınlığında yerləşən qızıl alqı-satqısı dükanına xatırlamadığı qiymətə satmış, bijuteriya dəstini isə tullamışdır. Əldə etdiyi qazancı öz aralarında bərabər şəkildə bölmüş və ehtiyaclarına xərcləmişlər. 31 yanvar 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxıb Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsinə gəlmişdir. Orada fərdi yaşayış evlərindən birinin işığının sönülü olduğunu görüb, evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə daxil olmuşdur. Evin yataq otağının pəncərəsini özü ilə götürdüyü dəmir linglə açıb evə daxil olmuşdur. İlk əvvəl evi gəzmiş və evin yataq otağından bir ədəd qızıl komplekt, bir ədəd qızıl sep, üç ədəd qızıl üzük, eyni zamanda içərisində 50 manat olan pul qabını tapmışdır. Tapdığı qızıl-zinət əşyalarını və pul qabını özü ilə götürərək evdən çıxmış və yaşadığı evə getmişdir. Həmin günün səhəri qızıl-zinət əşyalarını Neftçilər metrostansiyasının yaxınlığında yerləşən qızıl alqı-satqısı dükanına satmışdır. Əldə etdiyi qazancı öz ehtiyaclarına xərcləmişdir. 8 fevral 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxıb Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivinə gələrədk fərdi yaşayış evlərindən birinin işığının sönülü olduğunu görmüşdür. Evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə daxil olmuş, evin yataq otağının pəncərəsini özü ilə götürdüyü dəmir linglə açıb evə daxil olmuşdur. İlk əvvəl evi gəzmiş və evin yataq otağında seyf olduğunu görmüşdür. Onun qapısını qırıb açmış və içərisindən müxtəlif qızıl-zinət əşyalarını və 200 ABŞ dolları pulu götürərək evdən çıxmışdır. Həmin günün səhəri qızıl-zinət əşyalarını Elçin və Həsən adlı qızıl alqı-satqısı ilə məşğul olan şəxslərə xatırlamadığı qiymətə satmışdır. Əldə etdiyi qazancı ehtiyaclarına xərcləmişdir. 18 may 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olduğu zaman uşaqlıq dostu Təqsirləndirilən şəxs4 özünə məxsus olan 055 *** ** ** mobil telefon nömrəsindən həmin zaman istifadə etdiyi 055 *** ** ** mobil telefon nömrəsinə zəng edərək əvvəldən tanıdığı Əli adlı şəxsin ona zəng etdiyini, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şirvani küçəsində yaşayan qohumu Fərmanın ailə üzvlərinin onlarda olduğunu, yaşadığı evlərin boş olduğunu, Fərmanın avtomobilini satdığını və avtomobilin pulunun evində olduğunu dediyini bildirərək, həmin evə daxil olaraq oğurluq etməyi təklif etmişdir. O, Zaminlə razılaşmış və yaşadığı məhlədə onunla görüşmüşdür. Zaminlə görüşdüyü zaman Firuzun da orada olduğunu görmüşdür. Bundan sonra Firuz, Zamin və o, Əlinin dediyi ünvana getmişlər. Ünvana çatdıqdan sonra ətrafa nəzər salmış və heç kimin olmadığını görmüşdür. Bundan sonra Zamin və o, həyətin çöl qapısının açıq olubolmamasını yoxlamışlar. Qapının açıq olduğunu gördükdən sonra Firuza çöldə dayanaraq gəlib-gedən şəxslərə nəzarət etməyi, gələn şəxs olduğu halda məlumat verməsini tapşırmışlar. Bundan sonra Zaminlə o, açıq qapıdan həyət daxil olmuş və həyətə baxan plastik pəncərənin önünə yaxınlaşmışlar. Pəncərənin önündə olan dəmir barmaqlıqları əli ilə dartaraq yerindən çıxartmışdır. Dəmir barmaqlığı çıxartdıqdan sonra pəncərəni sıxaraq açmış və ilk əvvəl o, arxası ilə isə Zamin evə daxil olmuşdur. Evə daxil olduqdan sonra daxil olduğu otağın mətbəx olduğunu görüb evin içərisinə keçmişlər. Bir neçə metr irəli getdikdən sonra sol tərəfdə olan yataq otağına keçmiş və orada axtarış aparmağa başlamışlar. Axtarış apardıqları zaman yataq otağının qapısının sol tərəfindəki dolabdan 1 ədəd sep və klon dəsti, 2 ədəd klon, 2 ədəd qolbaq, 6 cüt qızıl sırğa, 6 ədəd qadın üzükləri, 1 ədəd kişi üzüyü, 2 ədəd uşaq qolbaqları, 2 ədəd uşaq boyunbağları olduğunu görüb onları götürmüşlər. Daha sonra yenidən axtarış aparmışlar və bu zaman çarpayının üzərində olan döşəyin alt hissəsindən bir ədəd xarici pasportun arasında pullar olduğunu görmüşdür. Həmin pulları da götürdükdən sonra evin digər otaqlarında da axtarış aparmışlar. Lakin oradan oğurlaya biləcəkləri heç bir dəyərli əşya tapa bilməmişlər. Bundan sonra daxil olduqları qaydada evdən çıxmışlar və oradan yaşadıqları məhlədən bir neçə küçə aralıda yerləşən, yaşayış olmayan və qardaşı X5 məxsus evə getmişlər. Orada oğurladıqları zinət əşyalarına, həmçinin pulara baxmışlar. Pula baxdığı zaman 100 ABŞ dolları və 1300 manat pul olduğunu görmüşlər. Pulları Zamin, Firuz və o, aralarında tam şəkildə bölmüşlər. Oğurladıqları zinət əşyalarını isə oğurluq etdikləri günün səhəri Sumqayıt şəhərində yerləşən «Karvan» Ticarət Mərkəzindəki qızıl alqı-satqısı məntəqəsinə aparmışlar. Zinət əşyalarını müxtəlif şəxslərə təqdim edərək satmaq istədiklərini bildirmişlər. Orada zinət əşyalarını satdıqları zaman zinət əşyalarından sırğalardan 5 cütünün, klonlardan 2 ədədinin, qolbaqlardan 1 ədədinin və üzüklərdən 4 ədədinin gümüş olduğunu bildirmişlər. Onlar qızıl zinət əşyalarını ümumilikdə 1000 manata satmışlar və «Karvan» Ticarət Mərkəzindən çıxaraq Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərinə qayıtdıqları zaman gümüş zinət əşyalarını xatırlamadığı yerə tullamışdır. Əldə etdikləri 1000 manat pulu isə o, Firuz, Zamin və Əli aralarında tam bərabər şəkildə bölərək öz ehtiyacları üçün xərcləmişlər. 24 avqust 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evin yaxınlığında yerləşən və Nazim adlı şəxsə məxsus olan fərdi evdə heç kimin olmadığına əmin olduqdan sonra gecə saatlarında gələrək fərdi evə daxil olmağı qərara almışdır. 25 avqust 2020-ci il tarixdə saat 2 radələrində yaşadığı evdən çıxmış və Nazim adlı şəxsin yaşadığı evin yaxınlığına gəlmişdir. Orada dayanaraq bir neçə dəqiqə ətrafa nəzər yetirmiş və heç kimin olmadığına bir daha əmin olmuşdur. Bundan sonra qonşuluqda yerləşən fərdi evin həyətyanı sahəsinin hasarına qalxmış və hasarın üzəri ilə gedərək Nazim adlı şəxsin həyətinə düşmüşdür. Fərdi evin plastik pəncərəsinin dəmir barmaqlığını özü ilə götürdüyü linglə qıraraq yerə qoymuşdur. Daha sonra plastik pəncərəni sıxaraq açmış və evə daxil olmuşdur. Daxil olduğu otağın yataq otağı olduğunu görüb orada axtarış aparmış və yataq otağındakı kiçik dolabdan zinət əşyaları və pul olduğunu görüb onları götürmüşdür. Daha sonra evin digər otağına baxış keçirtmiş və orada qiymətli əşya tapa bilmədiyi üçün otaqdan çıxmışdır. Otaqdan dəhlizə çıxdığı zaman dolab olduğunu görüb oranı da axtarmış və orada bir ədəd qol saatı olduğunu görüb onu da götürmüşdür. Daha sonra daxil olduğu kimi fərdi evdən çıxmışdır. Evdən çıxdıqdan sonra hasara qalxmağın çətin olduğunu görmüş və həyətdən taxta stol olduğunu görüb onu götürmüşdür. Həmin stolu hasarın yanına qoymuş və onun üzərinə çıxaraq hasara qalxmışdır. Oradan çölə çıxmış və yaşadığı evə getmişdir. Yaşadığı evin həyətində oğurladığı əşyalara baxış keçirtmişdir. Bu zaman Nazim adlı şəxsə məxsus fərdi evdən 1 ədəd klonu ilə birlikdə sep, 2 ədəd klonu ilə birlikdə boyunbağı, ümumilikdə 5 ədəd qadın üzükləri, 2 cüt sırğalar, 2 ədəd kişi üzükləri, 50 manat nağd pul və 1 ədəd içərisində «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah Rəisi» sözləri yazılmış saat olduğunu görmüşdür. 50 manat pulu öz ehtiyaclarına xərcləmiş, içərisində «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah Rəisi» sözləri yazılmış saatı özünə götürmüşdür. Zinət əşyalarını isə «Laçın» Ticarət Mərkəzində qızıl alqı-satqısı ilə məşğul olan tanımadığı müxtəlif şəxslərə satmışdır. Zinət əşyalarını satdığı zaman oğurladığı klonu olan boyunbağı və üzüyün, həmçinin bir cüt sırğa ilə birlikdə böyunbağının gümüş olduğu müəyyən edildiyi üçün sata bilməmiş və onları tullamışdır. Digər qızıl-zinət əşyalarını isə 1500 manata satmışdır. Əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. 17 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Orxanla Bakı şəhəri Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, yeni yaşayış massivində yerləşən «Ramin» marketə getmişlər. Yolla getdikləri zaman marketin yaxınlığında yerləşən fərdi evin işıqlarının sönülü olduğunu görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Bir müddət kənarda dayanaraq evdə heç kimin olmadığına əmin olduqdan sonra yaşadığı evə getmiş və oradan mantirovka götürüb geri qayıtmışdır. Qayıtdıqdan sonra Orxana orada dayanaraq ətrafa nəzarət etməsini tapşırmişdir. Daha sona özü fərdi evə daxil olmaq istədiyi evin yanında olan boş torpaq sahəsinə hasardan tullanaraq daxil olmuşdur. Həmin torpaq sahəsi ilə daxil olmaq istədiyi evin arasında olan hasarın üzərinə çıxaraq irəli getmişdir. Hasarın üzərindən evdən gətirdiyi mantirovka ilə pəncərənin dəmir barmaqlığını qırmış, daha sonra pəncərəni sıxıb açaraq içəri daxil olmuşdur. Daxil olduğu otağın zal otaqı olduğunu görüb, orada axtarış aparmış, lakin, heç bir dəyərli əşya tapmadığı üçün digər yataq otağına keçmişdir. Axtarış zamanı həmin otaqın dolabında olan zinət əşyaları və nağd pulları götürüb, digər otağa keçmiş, lakin, orada qiymətli əşya tapa bilməmişdir. Bundan sonra daxil olduğu qaydada evdən çölə çıxmış və oradan yaşadığı məhləyə gəlmişlər. Məhlədə oğurladığı əşyalara baxış keçirtmişlər. Baxış zamanı 4 ədəd üzük, 1 ədəd sırğa, 2 ədəd qolbaq, 1 ədəd üzərində klon olan sep, 1 ədəd saat və 500 (beş yüz) manat nağd pul olduğunu görmüşlər. Pulları Orxanla öz arasına bölmüşdür. Zinət əşyalarını isə səhəri günü, Sumqayıt şəhərində yerləşən «Karvan» Ticarət Mərkəzində qızıl alqı-satqısı məntəqələrinə ümumilikdə 1800 manata satmışlar. Əldə etdikləri pulları Orxanla öz arasında bərabər şəkildə bölmüşdür. 23 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavodu ərazisinə gələrək oğurluq etmək üçün fərdi ev axtarmağa başlamışdır. Fərdi evlərdən birinin işıqlarının sönülü olduğunu görmüş, heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan aşaraq həmin evin həyətinə daxil olmuşdur. Fərdi evin mətbəxinin pəncərəsini açaraq içəri içəri keçmiş və evdə axtarış aparmışdır. Qızıl-zinət əşyası tapa bilmədiyi üçün fərdi evin zal otağında olan dolabda şüşə balon olduğunu, balonun içərisində isə qəpik pulların olduğunu görüb onları götürmüşdür. Daxil olduğu yerdən çıxaraq getmişdir. Oğurladığı pulları sayaraq 280 manat olduğunu görmüş və həmin pulu öz ehtiyaclarına xərcləmişdir. 28 noyabr 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavodu yaşayış massivinə gəlmiş və oğurluq etmək üçün fərdi ev axtarmağa başlamışdır. Fərdi evlərdən birinin işıqlarının sönülü olduğunu görüb evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan aşaraq fərdi evin həyətinə daxil olmuşdur. Fərdi evin pəncərəsini açaraq içəri daxil olub evdə axtarış aparmış, oradan 3 ədəd qızıl boyunbağı, 1 ədəd nişan üzüyü, 1 cüt qızıl sırğa və 1 ədəd uşaq qızıl qolbağı tapmışdır. Tapdığı qızıl-zinət əşyalarını götürərək evdən çıxmışdır. Həmin qızıl-zinət əşyalarını hadisənin səhəri günü Sumqayıt şəhərinə aparmış və orda olan «Karvan» TM-dəki qızıl alqı-satqısı dükanlarına satmışdır. Əldə etdiyi qazancı şəxsi ehtiyaclarına xərcləmişdir. 8 dekabr 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxmış və Abşeron rayonu Məhəmmədli qəsəbəsinə gələrək fərdi yaşayış evlərindən birinin işığının sönülü olduğunu görmüşdür. Evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə tullanmış və evin zirzəmisinin qapısının kilidini özü ilə gətirdiyi dəmir linglə qıraraq açmışdır. Daha sonra içəri keçərək baxış keçirtmiş və bu zaman fərdi evin boş olduğunu, içəridə 4 ədəd radiator olduğunu görüb, həmin radiatorları götürmək qərarına gəlmişdir. Radiatorları bir-bir həyətə yığdıqdan sonra sonra, hasardan keçirdərək yolun kənarına yığmış və yoldan keçən taksi saxlamışdır. Radiatorları taksiyə yükləyərək yaşadığı evə gətirmişdir. Hadisənin səhəri günü radiatorları Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Rus» bazarı kimi tanınan bazarda tanımadığı şəxsə xatırlamadığı qiymətə satmışdır. Əldə etdiyi qazancı şəxsi ehtiyaclarına xərcləmişdir. 10 dekabr 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxmış və Abşeron rayonu Məhəmmədli qəsəbəsi, Yeni yaşayış massivinə gələrək fərdi yaşayış evlərindən birinin işığının sönülü olduğunu görmüşdür. Evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan tullanıb həyətə daxil olmuşdur. Evin pəncərəsini üzərində götürdüyü vintaçan ilə açaraq içəri keçmişdir. İlk əvvəl evi gəzmiş və evin yataq otağında olan dolabda olan pulları və bir ədəd qızıl boyunbağını götürmüşdür. Daha sonra evdən çıxmış və yaşadığı evə getmişdir. Evə getdikdən sonra nağd pulları saymış və bu zaman 3200 manat pul olduğunu görmüşdür. Götürdüyü bir ədəd qızıl boyunbağını hadisənin səhəri günü Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yerləşən qızıl alqı-satqısı dükanına xatırlamadığı qiymətə satmışdır. Əldə etdiyi qazancı şəxsi ehtiyaclarına xərcləmişdir. 25 dekabr 2020-ci il tarixdə saat 2 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsinə gəlmişdir. Orada evlərdən birində yaşayış olmadığını müəyyən etmiş və evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşıb fərdi evin həyətinə daxil olmuşdur. Daha sonra evin giriş qapısının qıfılını özü ilə gətirdiyi dəmir linqlə sındıraraq qapını açmış və evə keçmişdir. Evdən 1 ədəd markasını xatırlmadığı elektrik generatorunu, 1 ədəd markasını xatırlamadığı su nasosunu və mebel taxtalarını götürüb qapıdan çölə çıxmışdır. Götürdüyü əşyaları həmin günü saat 10 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində səyyar dəmir yığanlara 50 manat satmışdır. Əldə etdiyi pulu ehtiyaclarına xərcələmişdir. 3 yanvar 2021-ci il tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs5 ilə görüşmüş və birlikdə oğurluq etmək üçün Abşeron rayonu Məmmədli kəndi, Yeni yaşayış massivinə getmişdir. Evlərdən birində heç kimin olmadığını müəyyən etikdən sonra həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bir müddət orada dayanaraq evdə heç kimin olmadığını dəqiqləşdirmişdir. Saat 17 radələrində Əkbərlə hasardan aşaraq həyətə daxil olmuşlar. Həyətdən tapdıqları dəmir parçası ilə dəmir barmaqlığı çıxartmış, daha sonra vintaçan ilə plastik pəncərəni sıxaraq açmış və içəri keçmişdir. Əkbərlə birlikdə evdə axtarış aparmış və evin yataq otağında olan dolabın çəkməcəsindən qızıl-zinət əşyaları və nağd pul tapıb götürmüş və daha sonra daxil olduğu yerdən çıxaraq getmişdir. Oğurluq etdiyi evdən uzaqlaşdıqdan sonra qızıl-zinət əşyalarına baxış keçirtmiş və bu zaman evdən 1 dəst üzərində klon olan boyunbağı, bir ədəd üzük və qaşsız sırğadan ibarət komplekt, 1 dəst üzük və sırğadan ibarət komplekt, 1 cüt halqa formalı sırğa, 1 cüt yarpaq formalı qaşsız sırğa, 1 ədəd kitab formalı kulon, 1 ədəd kişi üzüyü olduğunu, nağd pulun isə 600 manat olduğunu görmüşlər. Pulu Əkbərlə aralarında bərabər şəkildə bölmüşlər. Götürdükləri qızıl-zinət əşyalarını isə hadisənin səhəri günü Neftiçlər metrostansiyasının yaxınlığında yerləşən qızıl alqı-satqısı dükanına xatırlamadığı qiymətə satmışdır. Əldə etdiyi qazancı öz aralarında bərabər şəkildə bölmüş və ehtiyaclarına xərcləmişlər. 4 fevral 2021-ci il tarixdə axşam saatlarında dostu Əkbərin «Niva» markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobilini sürmək üçün ondan götürmüşdür. Saat təxminən 21 radələrində Abşeron rayonu Məmmədli kəndində tanımadığı ara küçələrin birində avtomobili saxlayıb düşmüşdür. Bir qədər gəzdikdən sonra qaranlıq yerdə işıqları yanmayan ev görmüş və həmin evdə heç kimin olmadığını düşünüb oğurluq etmək qərarına gəlmişdir. Evdə heç kimin olmadığına əmin olduqdan sonra evin hasarını aşaraq fərdi evin həyətinə düşmüşdür. Özü ilə götürdüyü dəmir parçası ilə evin pəncərəsinin dəmir barmaqlığını sındırmış və həmin dəmir parçası ilə plastik materialdan olan pəncərəni açaraq içəri keçmişdir. Evin otaqlarında axtarış aparmış və bu zaman yataq otağında olan əşyaların arasında mücrü olduğunu görmüşdür. Həmin mücrünün içərisinə baxış keçirtmiş və oradan 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızl qadın üzüyü, 1 cüt qızıl sırğa olduğunu görüb onları götürmüşdür. Bundan sonra digər otağa keçmiş və evin zal otağında «LG» markalı plazma televizor olduğunu görüb onu götürərək pəncərədən çölə çıxartmışdır. Fərdi evin hasarından aşaraq Əkbərə məxsus «Niva» markalı avtomobillə yaşadığı evə getmişdir. Yaşadığı evin həyətindən götürdüyü televizoru gizlətmiş və səhəri günü satmaq üçün «Tap.az» sosial şəbəkəsində satışa qoymuşdur. Qızıl-zinət əşyalarını isə 5 fevral 2021-ci il tarixdə Bakı şəhəri Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva ticarət mərkəzinin yaxınlığında xatırlamadığı yerdə tanımadığı şəxsə ehtiyacı olduğu üçün satılıq qızılları olduğunu bildirərək ümumilikdə 300 manata satmışdır. Təqribən 2-3 gün sonra «Tap.az» sosial şəbəkəsi vasitəsi ilə tanımadığı şəxsə oğurladığı «LG» markalı televizoru 250 manata satmışdır. Əldə etdiyi pulları ehtiyaclarına xərcləmişdir. 19 fevral 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayon Məmmədli kəndinə gələrək oğurluq etmək üçün ev tapmaq məqsədi ilə orada piyada gəzmişdir. Gəzdiyi zaman fərdi evlərdən birinin işığının yanmadığını görmüşdür. Evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətinə daxil olmuşdur. Özü ilə götürdüyü mismarçıxardan alətlə evin plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı çıxardıb kənara qoymuş, plastik pəncərəni açıb həmin fərdi yaşayış evinə daxil olmuşdur. Evin yataq otağından dolabın içində paltarların arasında bir qızıl boyunbağı tapmışdır. Həmin boyunbağını götürmüş və daxil olduğu yerdən çıxaraq yaşadığı evə gəlmişdir. Oğurladığı boyunbağını hadisənin səhəri günü Memar Əcəmi metrostansiyasmm yaxınlığında olan Moskva ticarət mərkəzinin qarşısındakı «Qold №01» adlı qızıl alqı-satqısı dükanına 540 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. 26 fevral 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olduğu zaman uşaqlıqdan tanıdığı Təqsirləndirilən şəxs3 ona məxsus olan 077 *** ** ** mobil telefon nömrəsinə zəng etmişdir. Telefon danışığı zamanı Firuz onların qonşuluğunda yaşayan şəxsin evindən getməsini gördüyünü, hazırda həmin evin boş olduğunu bildirərək həmin evə daxil olaraq oğurluq etməyi təklif etmişdir. O, Firuzun təklifini qəbul etmiş və çıxıb sonuncunun yaşadığı evin yanında gəlmişdir. Orada Firuzla görüşmüş və o, dediyi evin yaxınlığına getmişdir. Ünvana çatdıqdan sonra ətrafa nəzər salmış və heç kimin olmadığını görmüşdür. Bundan sonra Firuza çöldə dayanaraq gəlib-gedən şəxslərə nəzarət etməyi, gələn şəxs olduğu halda məlumat verməsini tapşırmış və hasardan aşaraq həyətə keçmişdir. Evin plastik pəncərəsini açaraq içəri daxil olmuş və evdə qiymətli əşyalar axtarmağa başlamışdır. Axtarış apardığı zaman yataq otağında ov tüfəngi, eyni zamanda güllələrini tapmışdır. Bundan sonra digər otaqlarda da axtarış aparmış, ancaq qiymətli əşya tapa bilməmişdir. Bu səbəbdən tüfəngi və güllələrini götürərək evdən çıxmış və Firuzun yanına yaxınlaşmışdır. Orada Firuza evdən yalnız ov tüfəngini tapa bildiyini bildirərək silahı özünə götürəcəyini demişdir. Firuz onunla razılaşmış və o, silahı özü ilə aparmışdır. Silahı saxlamağa yeri olmadığı üçün tanışı Zeynalabidinə vermiş və ona bir neçə günə götürəcəyini demişdir. Zeynalabidin ondan silahı haradan əldə etdiyini soruşmuşdur. O, silahı tanışının ona verdiyini, bir neçə günə götürəcəyini bildirmişdir. Zeynalabidin etiraz etməmiş və silahı evə qoyacağını, lazim olduğu zaman götürə biləcəyini ona bildirmişdir. Bundan sonra o, silahı ondan götürməmiş və Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları törətdiyi əməllərə görə onu tutmuşlar. Zeynalabidinə ona verdiyi tüfəngin oğurluq olması barədə məlumat verməmiş, ona silahı tanışının hədiyyə olaraq verdiyini bildirərək bir neçə gün saxlamasını xahiş etmişdir. 9 mart 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxmış və Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahəyə gələrək oğurluq etməyə qərar vermişdir. Orada fərdi yaşayış evlərindən birinin işığının sönülü olduğunu görüb, evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə daxil olmuşdur. Evin pəncərəsini sıxaraq açıb içəri keçmiş və evdə axtarış aparmışdır. Evin yataq otağından 9 cüt sırğa, 5 ədəd üzük, 3 ədəd sep, 2 ədəd qolbaq tapmışdır. Həmin zinət əşyalarını götürüb, daxil olduğu yerdən çıxıb getmişdir. Hadisənin səhəri günü oğurladığı zinət əşyalarını Nizami rayonu ərazisində yerləşən qızılalqı satqısı dükanına aparmış, orada sırğalardan birinin qızıl, digər zinət əşyalarının isə gümüş olduğunu öyrənmişdir. Bundan sonra zinət əşyalarını ümumilikdə 150 manata satmış və əldə etdiyi qazancı ehtiyaclarına xərcləmişdir. 9 mart 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı evdən çıxıb Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinə gəlmiş və oğurluq etmək üçün ev axtarmışdır. Orada fərdi yaşayış evlərindən birinin işığının sönülü olduğunu görüb, evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə daxil olmuşdur. Evin pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındırmış, pəncərəni sıxaraq açmaqla evə daxil olmuşdur. Evdə axtarış apardıqdan sonra yataq otağından içərisində qəpik pullar olan balonu tapmış və onu götürmüşdür. Daha sonra evdə yenidən axtarış aparmış və yataq otağından tapdığı 450 manat nağd pul, bir ədəd qızıl üzük və bir ədəd qızıl bilərzik götürüb evdən çıxmış və yaşadığı evə getmişdir. Həmin günün səhəri qızıl zinət əşyalarını Nizami rayonu ərazisində yerləşən qızıl alqısatqısı dükanına satmış, əldə etdiyi qazancı ehtiyaclarına xərcləmişdir. 18 mart 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivinə gəlmiş və oğurluq etmək üçün fərdi ev axtarmağa başlamışdır. Fərdi evlərdən birinin işıqlarının sönülü olduğunu görüb, evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan aşaraq fərdi evin həyətinə daxil olmuşdur. Fərdi evin pəncərəsini açaraq içəri daxil olmuş və evdə axtarış aparmışdır. Evdən pul tapıb götürərək çıxmış və oradan uzaqlaşmışdır. Sonradan pulları saydığı zaman 4000 manat olduğunu görmüşdür. Həmin pulu da ehtiyacları üçün xərcləmişdir. 19 mart 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivinə gəlmiş və oğurluq etmək üçün fərdi evi axtarmağa başlamışdır. Fərdi evlərdən birinin işıqlarının sönülü olduğunu görüb, evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan aşaraq fərdi evin həyətinə daxil olmuşdur. Fərdi evin pəncərəsini açaraq içəri daxil olmuş və evdə axtarış aparmışdır. Oradan 2000 ABŞ dolları, 150 manat nağd pul, iki ədəd televizor, 1 ədəd fen, bir ədəd «Playstation 4» oyun aparatı, iki ədəd oyun aparatının pultları, bir ədəd «Nomi» markalı nootbuk, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qulaqlıq, bir ədəd qızıl qalstuk sancağı, üç dəst gümüş zinət əşyalarını, bir ədəd «Casio» markalı qadın saatı, 2015-ci il «Avropa oyunları» medalı, bir ədəd suvenir tapmışdır. Götürdüyü pulları və qızılları ciblərinə qoymuş, digər əşyaları isə torbalara yığaraq evinə aparmışdır. Əşyaları evin yaxınlığında gizlədərək evə keçmişdir. Həmin günün səhəri qızıl-zinət əşyalarını Neftçilər prospektində yerləşən lombardlara, digər əşyaları isə Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Rus» bazar kimi tanınan bazara apararaq satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 21 mart 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavodu ərazisinə gəlmiş və oğurluq etmək üçün fərdi ev axtarmağa başlamışdır. Fərdi evlərdən birinin işıqlarının sönülü olduğunu görüb, evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan aşaraq fərdi evin həyətinə daxil olmuşdur. Fərdi evin pəncərəsini açaraq içəri daxil olmuşdur. Evdə qızıl-zinət əşyası tapa bilmədiyi üçün fərdi evdə olan bir ədəd notebook götürərək daxil olduğu yerdən çıxaraq getmişdir. Oğurladığı notebooku hadisənin səhəri günü Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Rus» bazarında, tanımadığı şəxsə 200 manata satmışdır. 22 mart 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivinə gəlmiş və oğurluq etmək üçün fərdi ev axtarmağa başlamışdır. Fərdi evlərdən birinin işıqlarının sönülü olduğunu görüb, evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan aşaraq fərdi evin həyətinə daxil olmuşdur. Evin yataq otağının pəncərəsini açaraq içəri daxil olmuş və evdə axtarış aparmışdır. Otaqlardan birindən bir ədəd qızıl üzük sırğa dəsti, bir ədəd qızıl üzük, bir ədəd qızıl uşaq boyunbağısı, bir ədəd qızıl boyunbağı və 300 manat nağd pul tapıb götürmüşdür. Daha sonra digər otağa keçərək axtarış aparmış və oradan 1350 manat nağd pul və bir ədəd qızıl üzük tapıb götürmüş və daxil olduğu yerdən çıxaraq getmişdir. Həmin günün səhəri qızıl-zinət əşyalarını Neftçilər prospektində yerləşən lombardlara gedərək satmışdır. Satışdan əldə etdiyi pulları, eyni zamanda oğurladığı ümumilikdə 1650 manat nəğd pulu öz ehtiyacları üçün xərcləmişdir. Oğurladığı qızıl-zinət əşyalarını, həmçinin bir sıra məişət əşyalarını satarkən oğurluq olduğunu bildirməmiş, əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satdığını demişdir. Şübhə yaratmamaq üçün qızıl-zinət əşyalarını müxtəlif şəxlərə satmışdır. Zərərçəkmiş şəxs6 məxsus fərdi evdən oğurluq hadisəsini tək, Zərərçəkmiş şəxs5 məxsus fərdi evdən oğurluq hadisəsini Təqsirləndirilən şəxs2 iştirakı ilə törətmişdir. Əməllərindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.2.1 və 232.2.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, maddi imkansızlıq ucbatından qardaşı Təqsirləndirilən şəxs4 Firuz oğlu və tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Sabunçu rayonu ərazisində yerləşən həyət evlərindən oğurluq etmişdir. İlk dəfə 6 oktyabr 2019-cu il tarixdə saat 16 radələrində qardaşı Təqsirləndirilən şəxs4 ilə birlikdə tanışları Təqsirləndirilən şəxs1 ilə görüşmüş, birlikdə oğurluq etmək üçün Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zərkənd yaşayış massivinə getmişlər. Orada oğurluq etmək üçün boş ev axtarmış və evlərdən birində heç kimin olmadığını müəyyən etmişlər. Buna əmin olduqdan sonra saat 17 radələrində Zaminlə Nazim hasardan aşaraq həyətə daxil olmuş, o isə gələn olacağı halda onlara məlumat vermək üçün çöldə dayanmışdır. Bir neçə dəqiqə sonra Zaminlə Nazim daxil olduqları yerdən çıxaraq geri qayıtmış və oradan çıxıb getmişlər. Hadisə yerindən uzaqlaşdıqdan sonra qızıl-zinət əşyalarına baxış keçirtmişlər. Bu zaman fərdi evdən 1 ədəd qızıl aralıq, 1 ədəd qızıl boyunbağı, 1 cüt sırğa, 2 ədəd qızıl üzük, 2 ədəd qızıl qolbaq, 1 ədəd qol saatı və bijuteriya dəsti olduğunu görmüşlər. Götürdükləri qızıl-zinət əşyalarını hadisənin səhəri günü Nazim Neftçilər metrostansiyasının yaxınlığında yerləşən qızıl alqı-satqısı dükanına xatırlamadığı qiymətə satmış, bijuteriya dəstini isə tullamışdır. Əldə etdiyi qazancı öz aralarında bərabər şəkildə bölmüş və ehtiyaclarına xərcləmişlər. Bundan sonra 18 may 2020-ci il tarixdə saat 15:30 radələrində yaşadığı evdə olduğu zaman uşaqlıq dostu Təqsirləndirilən şəxs6 onun 055 *** ** ** mobil telefonuna zəng etmişdir. Telefona cavab verdiyi zaman Əli bacanağı Fərmanın evinin boş olduğunu, Fərmanın avtomobilini satdığını və avtomobilin pulunun evində saxladığını deyərək oradan oğurluq etməyi təklif etmişdir. O, Əli ilə razılaşıb danışığını yekunlaşdırdıqdan sonra Əlinin təklifi ilə bağlı qardaşı Zaminə məlumat vermişdir. Zamin tanışları Nazimin həmin zaman istifadə etdiyi 055 *** ** ** mobil telefon nömrəsinə zəng etmiş və Əlinin dediyi həmin evə daxil olaraq oğurluq etməyi təklif etmişdir. Nazim Zaminlə razılaşmış və bir neçə dəqiqə sonra yaşadıqları məhlədə onunla görüşmüşlər. Nazimlə görüşdükdən sonra qardaşı Zamin, o və Nazim birlikdə Fərmangilin evinə getmişlər. Ünvana çataraq ətrafda heç kimin olmadığından əmin olduqdan sonra Nazimlə Zamin həyətin çöl qapısının açıq olubolmamasını yoxlamışlar. Qapının açıq olduğunu gördükdən sonra Nazim ona çöldə dayanaraq gəlib-gedən şəxslərə nəzarət etməyi, gələn olduğu halda məlumat verməsini tapşırmışdır. Bundan sonra Nazimlə Zamin açıq qapıdan həyət daxil olub, həyətə baxan plastik pəncərənin önünə yaxınlaşmışlar. Nazim pəncərənin önündə olan dəmir barmaqlıqları əli ilə dartaraq yerindən çıxarmışdır. Dəmir barmaqlığı çıxartdıqdan sonra pəncərəni sıxaraq açmış və ilk əvvəl Nazim, arxası ilə isə Zamin evə daxil olmuşlar. Bir müddətdən sonra Nazimlə Zamin geri qayıtmış və oradan uzaqlaşaraq Nazimin yaşadığı məhlədən bir neçə küçə aralıda yerləşən, yaşayış olmayan və Nazimin qardaşı X5 məxsus evə getmişlər. X22 götürdüyü əşyalara baxış keçirmiş və bu zaman həmin fərdi evdən 1 ədəd sep və klon dəsti, 2 ədəd klon, 2 ədəd qolbaq, 6 cüt qızıl sırğa, 6 ədəd qadın üzükləri, 1 ədəd kişi üzüyü, 2 ədəd uşaq qolbağı, 2 ədəd uşaq boyunbağları, eyni zamanda 100 ABŞ dolları və 1300 manat pul götürdüklərini görmüşdür. Pulları Nazim, Zamin və o, aralarında bərəbər şəkildə bölmüşlər. Oğurladıqları zinət əşyalarını isə oğurluq etdiyi günün səhəri Sumqayıt şəhərində yerləşən «Karvan» Ticarət Mərkəzindəki qızıl alqı-satqı məntəqəsinə aparmışlar. Zinət əşyalarını müxtəlif şəxslərə satmaq üçün təqdim etmişlər. Orada zinət əşyalarını satdığı zaman zinət əşyalarından sırğalardan 5 cütünün, klonlardan 2 ədədinin, qolbaqlardan 1 ədədinin və üzüklərdən 4 ədədinin gümüş olduğunu bildirmişlər. Onlar qızıl-zinət əşyalarını ümumilikdə 1000 manata satandan sonra Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərinə qayıtdıqları zaman gümüş zinət əşyalarını xatırlamadığı yerə tullamışlar. Əldə etdikləri 1000 manat pulu isə o, Zamin, Nazim və Əli aralarında tam bərabər şəkildə bölmüşlər. Əldə etdiyi gəlirləri pulu şəxsi ehtiyacları üçün xərcləmişlər. Sumqayıt şəhərində yerləşən «Karvan» Ticarət Mərkəzindəki qızıl alqısatqısı məntəqəsindəki qızıl alan şəxslərin heç birini tanımır. Zərərçəkmiş şəxs4 evindən oğurladıqları qızıl-zinət əşyalarını satdığı şəxslərin heç biri onlardan qızılların oğurluq olub-olmamasını soruşmamış, həmçinin bu barədə həmin şəxslərə məlumat verməmişlər. Bundan sonra 26 fevral 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evin yaxınlığında dayandığı zaman qonşuluqda yaşayan Qəhrəman adlı şəxsin evindən çıxıb getdiyini görmüşdür. Bir müddət evi izlədikdən sonra evdə heç kimin olmadığına əmin olmuşdur. Dərhal tanışı Nazimin 077 *** ** ** mobil telefon nömrəsinə zəng edərək sonuncuya qonşuluqda yaşayan şəxsin evindən getməsini gördüyünü, hazırda həmin evin boş olduğunu bildirmiş və həmin evdən oğurluq etməyi təklif etmişdir. Nazim onunla razılaşmışdır. Bir müddət sonra yaşadığı evin yaxınlığında Nazimlə görüşmüş və Qəhrəman adlı şəxsin evinin yaxınlığına getmişlər. Ünvana çataraq ətrafa nəzər saldıqdan sonra heç kimin olmadığından əmin olmuşlar. Bundan sonra Nazim ona çöldə dayanaraq gəlib-gedəb şəxslərə nəzarət etməyi, gələn şəxs olduğu halda məlumat verməsini tapşırmış və hasardan aşaraq həyətə keçmişdir. Həyətə keçdikdən bir neçə dəqiqə sonra Nazim geri qayıtmış və evdən qiymətli əşya tapa bilmədiyini, bir ədəd güllələri ilə birlikdə tüfəng tapdığını deyərək tüfəngi ona göstərmişdir. Nazim ona tüfəngi özünə götürəcəyini demişdir. O, Nazimlə razılaşmış və Nazim silahı götürərək oradan getmişdir. Başqa heç bir evdən oğurluq etməmişdir. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs qismindən dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, son vaxtlar özünə iş tapa bilmədiyindən maddi ehtiyac içində yaşamış və bu səbəbdən də oğurluq etmək qərarına gəlmişdir. Oğurluqları əsasən tək, həmçinin tanışları Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Sabunçu və Abşeron rayonu ərazilərində yerləşən fərdi evlərdən etmişdir. 5 noyabr 2020-ci il tarixdə təxminən 20 radələrində Abşeron rayonu Digah kəndindən evinə gedən zaman təsadüfən yolun qırağında boş ev görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin evin həyətinə tullanıb evin ətrafına baxmış və evdə heç kim olmadığından əmin olmuşdur. Yerdən götürdüyü dəmir parçası ilə pəncərənin qarşısında olan dəmir barmaqlığı aralamış və pəncərəni açıb evə daxil olmuşdur. Evə daxil olub evi axtarmağa başlamış, yataq otağına daxil olub orada qiymətli əşya olub-olmamasına baxmış, lakin, heç nə tapa bilməmişdir. Daha sonra orada olan dolabı açmış və bir ədəd «Nokia», bir ədəd «Fly» markalı mobil telefonları tapmışdır. Mobil telefon aparatlarını götürdükdən sonra qara rəngli parça materialından olan çantanın içərisinə baxış keçirtmişdir. Baxış zamanı çantanın içərisində pul və bir ədəd pasport olduğunu görmüş və çantanı da götürərək çıxmışdır. Yolda çantanın içərisində olan pulu saymış və 500 manat olduğunu müəyyən etdikdən sonra içərisində pasport olan çantanı və iki ədəd mobil telefonu yol kənarına tullamışdır. Bundan sonra 5 noyabr 2020-ci il tarixdə təxminən 21 radələrində Abşeron rayonu Digah kəndindən evinə gedən zaman təsadüfən yolun qırağında boş ev görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin evin həyətinə tullanıb ətrafa baxdıqdan sonra evdə heç kim olmadığından əmin olmuşdur. Yerdən götürdüyü dəmir parçası ilə pəncərənin qarşısında olan dəmir barmaqlığı aralamış və pəncərəni açıb evə daxil olmuşdur. Evdə qiymətli əşyalar axtarmağa başlamışdır. Otaqların birində dolabın içərisindən 1020 manat nağd pulu, «Samsung» markalı mobil telefonu, 4 ədəd qol saatlarını, bir dəst gümüş və sırğa dəstini götürüb oradan çıxıb getmişdir. Oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Telefonu, qol saatlarını və gümüş dəsti Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Rus» bazarı kimi tanıdığı bazarda tanımadığı şəxsə 150 manat satmış və əldə etdiyi pulları şəxsi ehtiyyaclarına xərcləmişdir. 2021-ci ilin noyabr ayının əvvəlində axşam saatlarında Abşeron rayonu Mehdiabad qəsəbəsinə getmiş, orada gəzdiyi zaman hasarı qırmızı olan evin işıqlarının yanmadığını görmüşdür. Eevdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan tullanıb fərdi evin həyətyanı sahəsinə keçmişdir. Evin birinci mərtəbəsindəki dəmir barmaqlığı yerdən tapdığı dəmir alətlə sındırıb evin içinə keçmiş və həmin evin birinci mərtəbəsindən «LG» markalı televizor, ət çəkən maşın, ütü, 2 ədəd saç qurutmaq üçün fen, kişi gödəkçələri, kişi köynəkləri, yataq dəsti, kişi üçün alt paltarları, bir ədəd drel, açar dəsti, əl çantası, nərd taxta, mis suvenir götürmüşüdür. Götürdüyü əşyaları evdən tapdığı torbalara yığaraq evdən çıxartmışdır. Daha sonra onları hissə-hissə hasardan keçirdərək yolun kənarına toplamışdır. Əşyaları bir yerə topladıqdan sonra yoldan taksi saxlatmış və onları taksiyə yükləyərək yaşadığı evə gətirmişdir. Hadisənin səhəri günü həmin əşyaları Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Sabunçu» bazarı kimi tanınan bazarda tanımadığı şəxslərə xatırlamadığı qiymətə satmışdır. Bundan sonra 10 dekabr 2020-ci il tarixdə saat 2 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsinə getmiş, bir qədər gəzdikdən sonra üç mərtəbəli ev görmüşdür. Evin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan aşaraq fərdi evin həyətinə daxil olmuşdur. Daha sonra fərdi evin zirzəmisinin plastik pəncərəsinin şüşəsini sındıraraq içəri keçmiş və ətrafa baxış keçirtmişdir. Baxış keçirtdiyi zaman orada bir ədəd kombi aparatı olduğunu görmüş və həmin aparatı pəncərədən çölə çıxartmışdır. Çölə çıxdıqdan sonra kombi aparatını hasardan çıxartmış və yoldan taksi saxlatmışdır. Taksi ilə kombi aparatını yaşadığı fərdi evə gətirərək gizlətmişdir. Saat 10 radələrində isə həmin kombi aparatını yenidən taksi ilə Abşeron rayonu Mehdiabad qəsəbəsinə gətirmiş və orada səyyar qaydada metal qəbul edən şəxslərə 150 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 17 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində tanışı Nazimlə Bakı şəhəri Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, yeni yaşayış massivində yerləşən «Ramin» marketə getmişdir. Yolla getdikləri zaman marketin yaxınlığında yerləşən fərdi evin işıqlarının sönülü olduğunu görmüşlər. İşığın yanmadığını görüb həmin evə daxil olaraq oğurluq etmək qərarına gəlmişlər. Bir müddət kənarda dayanaraq ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmişlər. Heç kimin olmadığına əmin olduqdan sonra Nazim yaşadığı evə getmiş və oradan dəmir ling götürərək geri qayıtmışdır. Qayıtdıqdan sonra ona kənarda dayanaraq ətrafa nəzarət etməyini tapşırmışdır. Daha sona Nazim daxil olmaq istədiyi evin yanında olan boş torpaq sahəsinə hasardan tullanaraq daxil olmuşdur. Həmin torpaq sahəsi ilə daxil olmaq istədiyi evin arasında olan hasarın üzərinə çıxaraq irəli getmişdir. Bir müddət sonra Nazim hasardan aşaraq çölə çıxmış və birlikdə Nazimin yaşadığı məhləyə getmişlər. Məhlədə oğurladıqları əşyalara baxış zamanı 4 ədəd üzük, 1 ədəd sırğa, 2 ədəd qolbaq və 1 ədəd üzərində klon olan sep, 1 ədəd saat və 500 (beş yüz) manat nağd pul olduğunu görmüşlər. Pulları Nazimlə birlikdə öz aralarında bölmüşlər. Zinət əşyalarını isə oğurluq hadisəsinin səhəri günü, Sumqayıt şəhərində yerləşən «Karvan» Ticarət Mərkəzində qızıl altı-satqısı məntəqələrinə ümumilikdə 1800 manata satmışlar. Əldə etdikləri pulu Nazimlə öz aralarında bölmüşlər. 5 fevral 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri Sabunçu rayonu ərazisindən Abşeron rayonu, Digah qəsəbəsi ərazisinə gəlmiş, həmin ərazidə gəzərək həyət evlərinə baxmışdır. Təxminən saat 19 radələrinədək Digah qəsəbəsi ərazisində gəzərək oğurluq etmək üçün münasib ev axtarmışdır. Bu zaman bir evin qapısının bağlı olduğunu və işıqların yanmadığını görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün yaşıl darvazalı bir evin hasarından aşaraq həyətinə daxil olmuşdur. Evin pəncərələri dəmir barmaqlıqlarla örtülü olmuşdur. O, həyətdən tapdığı dəmir parçası ilə evin pəncərəsinin dəmir barmaqlıqlarını yerindən çıxarmış və həmin pəncərəni sıxıb açaraq oradan mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra evdə qiymətli əşya və pul axtarmağa başlamışdır. Bu zaman yataq otağında olan güzgülü dolabın siyirməsindən 1150 manat nağd pul taparaq götürmüşdür. Daha sonra evin zal otağından markasını xatırlamadığı televizoru götürmüşdür. Bundan sonra mətbəxə daxil olaraq mətbəx mebelinin üzərindən qaz sobasını götürmüşdür. Evə gəldiyi kimi pəncərədən çıxmışdır. Əvvəlcə əlindəki televizoru və qaz peçini yerə qoyduqdan sonra özü pəncərədən çıxmışdır. Bundan sonra həmin əşyaları da götürərək taksiyə əyləşib Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisinə getmişdir. Həmin günü, yəni 5 fevral 2021-ci il tarixdə o, qaz peçinin işləmədiyini görüb həmin qaz peçini yaşadığı evin yaxınlığında yerləşən zibil qutusuna atmışdır. Evdən götürdüyü markasını xatırlamadığı televizoru həmin günün səhəri Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Sabunçu» bazarına apararaq orada tanımadığı şəxsə 50 manata satmışdır. Televizorun satışından əldə etdiyi 50 manat pulu və evdən götürdüyü 1150 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 3 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavodu ərazisində tanışı Əkbərlə görüşmüş və birlikdə oğurluq etmək üçün fərdi ev axtarmağa başlamışlar. Fərdi evlərdən birinin işıqlarının sönülü olduğunu görüb, Əkbərlə birlikdə hasardan aşaraq həmin fərdi evin həyətinə daxil olmuşlar. Daha sonra fərdi evin pəncərəsini açaraq içəri daxil olmuş və evdə axtarış aparmışlar. Evdə qızıl-zinət əşyası tapa bilmədikdə evdən iki ədəd televizor götürmüşlər. Televizordan birini Əkbər, birini isə o, evdən çölə çıxararaq aparmışlar. Televizorları yaşadığı fərdi evdə gizlətmiş və hadisənin səhəri gün Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Rus» bazarına aparmışlar. Orada televizorları tanımadıqları şəxsə 150 manata satmış və pulu bərabər şəkildə öz aralarında bölmüşlər. Oğurladığı əşyaları satarkən özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığını demişdir. Əməllərindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, son dövrlər özünə iş tapa bilmədiyindən və imkansızlıq ucbatından oğurluq etmək qərarına gəlmişdir. Qardaşı Təqsirləndirilən şəxs3, tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 ilə birlikdə Sabunçu rayonunda həyət evlərindən oğurluq etmişlər. 6 oktyabr 2019-cu il tarixdə saat 16 radələrində qardaşı Təqsirləndirilən şəxs3 ilə birlikdə tanışları Təqsirləndirilən şəxs1 ilə görüşmüş və birlikdə oğurluq etmək üçün Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zərkənd yaşayış massivinə getmişlər. Orada oğurluq etmək üçün boş ev axtarmış və evlərdən birində heç kimin olmadığını müəyyən etmişlər. Bir müddət orada dayanaraq evdə heç kimin olmadığını dəqiqləşdirmişlər. Saat 17 radələrində onunla Nazim hasardan aşaraq həyətə daxil olmuş, Firuz isə gələn olacağı halda onlara məlumat vermək üçün çöldə dayanmışdır. Özləri ilə götürdükləri vintaçan ilə plastik pəncərəni sıxaraq açıb içəri keçmişlər. Nazimlə birlikdə evdə axtarış aparmışlar və evin yataq otağında olan dolabdan qızıl-zinət əşyaları taparaq götürmüşlər. Daha sonra daxil olduqları yerdən çıxaraq getmişlər. Oğurluq etdikləri evdən uzaqlaşdıqdan sonra qızıl-zinət əşyalarına baxış keçirtmişlər. Bu zaman fərdi evdən 1 ədəd qızıl aralıq, 1 ədəd qızıl boyunbağı, 1 cüt sırğa, 2 ədəd qızıl üzük, 2 ədəd qızıl qolbaq, 1 ədəd qol saatı və bijuteriya dəsti olduğunu görmüşlər. Götürdükləri qızıl-zinət əşyalarını hadisənin səhəri günü Nazim öz şəxsiyyət vəsiqəsi ilə Neftçilər metrostansiyasının yaxınlığında yerləşən qızıl alqı-satqısı dükanına xatırlamadığı qiymətə tanımadığı şəxslərə satmış və həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Bijuteriya dəstini isə tullamışlar. Əldə etdikləri pulları öz aralarında bərabər şəkildə bölmüşlər. Bundan sonra 18 may 2020-ci il tarixdə saat 15:30 radələrində yaşadığı evdə olduğu zaman uşaqlıq dostu Təqsirləndirilən şəxs6 qardaşı Təqsirləndirilən şəxs3 055 *** ** ** mobil telefonuna zəng etmişdir. Qardaşı telefonla danışdıqdan sonra Əlinin zəng edərək bacanağı Fərmanın ailəsinin onların evinə qonaq gəldiyini, həmin evin boş olduğunu, Fərmanın avtomobilini satdığını və avtomobilin pulunun evində olduğunu deyərək oradan oğurluq etməyi təklif etdiyini bildirmişdir. O, qardaşı Firuza etiraz etməmiş və dərhal özünə məxsus olan mobil telefonla Nazimin həmin zaman istifadə etdiyi 055 *** ** ** mobil telefon nömrəsinə zəng etmişdir. Telefona cavab verdiyi zaman Nazimə həmin evə daxil olaraq oğurluq etməyi təklif etmişdir. Nazim onunla razılaşdıqdan sonra yaşadıqları məhlədə Nazimlə görüşmüşlər. Görüşdükdən sonra qardaşı Firuz, o və Nazim birlikdə Fərmangilin evinə getmişlər. Ünvana çataraq ətrafda heç kimin olmadığına əmin omuşlar. Bundan sonra Nazimlə o, həyətin çöl qapısının açıq olub-olmamasını yoxlamışlar. Qapının açıq olduğunu gördükdən sonra Firuza çöldə dayanaraq gəlib-gedən şəxslərə nəzarət etməyi, gələn şəxs olduğu halda məlumat verməsini tapşırmışlar. Bundan sonra Nazimlə açıq qapıdan həyətə daxil olmuşlar və həyətə baxan plastik pəncərənin önünə yaxınlaşmışlar. Nazim pəncərənin önündə olan dəmir barmaqlıqları əli ilə dartaraq yerindən çıxarmışdır. Dəmir barmaqlığı çıxartdıqdan sonra pəncərəni sıxaraq açmış və ilk əvvəl Nazim, arxası ilə isə o, evə daxil olmuşlar. Evə daxil olduqdan sonra otağın mətbəx olduğunu görmüş və evin içərisinə keçmişlər. Bir neçə metr irəli getdikdən sonra sol tərəfdə otaq olduğunu görüb həmin otağa keçmişlər. Daxil olduqları otağında axtarış aparmağa başlamışlar. Axtarış apardıqları zaman yataq otağının qapısının sol tərəfindəki dolabdan Nazim 1 ədəd sep və klon dəsti, 2 ədəd klon, 2 ədəd qolbaq, 6 cüt qızıl sırğa, 6 ədəd qadın üzükləri, 1 ədəd kişi üzüyü, 2 ədəd uşaq qolbaqları, 2 ədəd uşaq boyunbağları olduğunu görüb onları götürmüşdür. Daha sonra yenidən axtarış aparmışlar və bu zaman çarpayının üzərində olan döşəyin alt hissəsindən bir ədəd xarici pasportun arasında pullar olduğunu görmüşlər. Həmin pulları da götürdükdən sonra evin digər otaqlarında da axtarış aparmışlar. Lakin oradan oğurlaya biləcəkləri heç bir dəyərli əşya tapa bilməmişlər. Bundan sonra daxil olduqları qaydada evdən çıxmışlar və oradan yaşadıqları məhlədən bir neçə küçə aralıda yerləşən, yaşayış olmayan və Nazimin qardaşı X5 məxsus evə getmişlər. Orada oğurladıqları zinət əşyalarına, həmçinin pullara baxmışlar. Bu zaman 100 ABŞ dolları və 1300 manat pul olduğunu görmüşlər. Pulları Nazim, Firuz və o aralarında bərabər şəkildə bölmüşlər. Oğurladıqları zinət əşyalarını isə oğurluq etdikləri günün səhəri Sumqayıt şəhərində yerləşən «Karvan» Ticarət Mərkəzindəki qızıl alqı-satqısı məntəqəsinə aparmışlar. Zinət əşyalarını hərəsini bir şəxsə təqdim etmişlər və satmaq istədiklərini bildirmişlər. Orada zinət əşyalarını satdıqları zaman zinət əşyalarından sırğalardan 5 cütünün, klonlardan 2 ədədinin, qolbaqlardan 1 ədədinin və üzüklərdən 4 ədədinin gümüş olduğunu bildirmişlər. Onlar qızıl zinət əşyalarını ümumilikdə 1000 manata satandan sonra Bakı şəhərinə qayıtmışlar. «Karvan» Ticarət Mərkəzindəki qızıl alqı-satqısı məntəqəsindəki qızıl alan şəxslərin heç birini tanımamış, həmin şəxslərin heç biri onlardan qızılların oğurluq olub-olmamasını soruşmamış, onlar da qızılların oğurluq olması barədə onlara məlumat verməmişlər. Bakı şəhərinə qayıtdıqları zaman gümüş zinət əşyalarını xatırlamadığı yerə tullamışlar. Əldə etdikləri 1000 manat pulu o, Firuz, Nazim və Əli aralarında bərabər şəkildə bölmüşlər. Pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yük avtomobil sürücüsüdür. Ailəlidir. Maddi imkansızlığı ucbatından oğurluq etmək qərarına gəlmişdir. Oğurluqları tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Sabunçu rayonu ərazilərində yerləşən fərdi evlərdən etmişdir. 3 yanvar 2021-ci il tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə görüşmüş və oğurluq etmək üçün birlikdə Abşeron rayonu Məmmədli kəndi, Yeni yaşayış massivinə getmişlər. Orada oğurluq etmək üçün boş ev axtarmış və evlərdən birində heç kimin olmamasını müəyyən etmişlər. Bir müddət evi müşahidə etdikdən sonra evdə heç kimin olmadığından əmin olmuşlar. Saat 17 radələrində Nazimlə hasardan aşaraq həyətə daxil olmuş, həyətdən tapdıqları dəmir parçası ilə dəmir barmaqlığı çıxartmışlar. Daha sonra vintaçan ilə plastik pəncərəni sıxaraq açmış və içəri keçmişlər. Nazimlə birlikdə evdə axtarış aparmışlar. Evin yataq otağında olan dolabın çəkməcəsindən qızıl-zinət əşyaları və nağd pul taparaq götürmüşlər. Bundan sonra daxil olduqları yerdən çıxıb getmişlər. Oradan uzaqlaşdıqdan sonra qızıl-zinət əşyalarına baxış keçirmiş və bu zaman fərdi evdən 1 dəst üzərində klon olan boyunbağı, bir ədəd üzük və qaşsız sırğadan ibarət komplekt, 1 dəst üzük və sırğadan ibarət komplekt, 1 cüt halqa formalı sırğa, 1 cüt yarpaq formalı qaşsız sırğa, 1 ədəd kitab formalı kulon, 1 ədəd kişi üzüyü, nağd pulun isə 600 manat olduğunu görmüşlər. Götürdükləri qızıl-zinət əşyalarını hadisənin səhəri günü Neftçilər metrostansiyasının yaxınlığında yerləşən qızıl alqı-satqısı dükanına xatırlamadığı qiymətə satmışlar. Qızılları satan zaman həmin qızılları alan şəxslərə qızılın özlərinə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişlər. Qızılları şəxsiyyət vəsiqələrini təqdim edərək satmışlar. Əldə etdikləri qazancı öz aralarında bərabər şəkildə bölmüşlər. Pulu şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan sonra 3 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavodu ərazisində tanışı Orxanla görüşmüş və birlikdə oğurluq etmək üçün fərdi ev axtarmağa başlamışlar. Fərdi evlərdən birinin işıqlarının sönülü olduğunu görüb Orxanla birlikdə hasardan aşaraq həmin evin həyətinə daxil olmuşlar. Daha sonra fərdi evin pəncərəsini açaraq içəri daxil olmuşlar. Evdə axtarış apardıqdan sonra qızıl-zinət əşyası tapa bilməmişlər. Bundan sonra evdən iki ədəd televizor götürmüşlər. Televizordan birini Orxan, birini isə o, evdən götürərək çölə çıxarıb aparmışlar. Televizorları Orxan yaşadığı fərdi evdə gizlətmişlər və hadisənin səhəri gün Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Rus» bazarına aparmışlar. Orada televizorları tanımadıqları şəxsə 150 manata satmışlar. Əldə edilmiş pulu bərabər şəkildə öz aralarında bölmüşlər. Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladığı əşyaları satdığı şəxsləri tanımır, həmin şəxslərə əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Başqa heç bir yerdən oğurluq etməmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Həyat yoldaşı Arzu əvvəllər bir dəfə uşaq salmış və hazırda yenidən hamilədir. Qeyd edilən halları nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X10 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 onun uşaqlıq dostlarıdır. Təqsirləndirilən şəxs1 isə yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsindən tanıyır. Zərərçəkmiş şəxs4 isə bacanağıdır. 2020-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs4 avtomobilini satdığını eşidib, bu barədə dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 demişdir. Sonuncular Fərmanın yaşadığı evdən pulu oğurlamaq istədiklərini demişlər. O, Firuz və Zaminə oğurluqla məşğul olmadığını bildirmişdir. Sonuncular onlarla birlikdə oğurluğa getməyəcəyini, sadəcə bacanağıgilin evi boş olduğu zaman onlara məlumat verməyi xahiş etmişlər. Bundan sonra o, Zamin və Firuza razılıq vermiş və bacanağıgilin evinin boş olması barədə məlumat aldıqdan sonra onlara məlumat verəcəyini demişdir. 18 may 2020-ci il tarixdə saat 15 radələrində işlərini bitirib yaşadığı evə qayıtdıqda baldızı Əfsanənin onların evində olduğunu görüb, sonuncunun evində heç kimin olmadığını güman etmişdir. Bu səbəbdən özünə məxsus mobil telefonla Firuza məxsus 055 *** ** ** mobil telefon nömrəsinə zəng etmişdir. Ona baldızı Əfsanənin onların evində olduğunu və evlərinin boş olduğunu bildirərək evə daxil ola biləcəklərini demişdir. Bu hadisədən bir neçə saat sonra yenidən Firuzla əlaqə saxlamış və Firuz evə daxil olduqlarını, pul tapmadıqlarını, yalnız qızıl-zinət əşyalarını tapdıqlarını deyərək qızılları satdıqdan sonra xəbər edəcəklərini bildirmişdir. Həmin günün səhəri Firuz onunla əlaqə saxlamış və Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində, yaşadığı evin yaxınlığında görüş təyin etmişdir. Görüşdüyü zaman Zaminin də Firuzun yanında olduğunu görmüşdür. Onlarla görüşdükdən sonra ona 250 manat vermişlər və bacanağı Fərmanın evindən oğurluğu Nazimlə birlikdə törətdiklərini, fərdi evdən 1 ədəd sep və klon dəsti, 2 ədəd klon, 2 ədəd qolbaq, 6 cüt qızıl sırğa, 6 ədəd qadın üzükləri, 1 ədəd kişi üzüyü, 2 ədəd uşaq qolbaqları, 2 ədəd uşaq boyunbağları taparaq oğurladıqlarını, həmin qızıl-zinət əşyalarını 1000 manata satdıqlarını, həmin pulu isə öz aralarında bərabər şəkildə böldüklərini, onun payına isə 250 manat pul düşdüyünü bildirmişlər. O, pulu götürmüş və şəxsi ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin mart ayının sonlarında Firuzun, Zaminin, Nazimin, eyni zamanda onların tanışları Əkbər və Orxan adlı şəxslərin oğurluq cinayətləri törətmələri ilə əlaqədar tutulduqlarını öyrənmişdir. Evdən oğurlanmış qızıl-zinət əşyalarının satılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 etdikləri digər oğurluq hadisələrindən xəbəri olmamışdır. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 5 mart 2021-ci ildə ailə üzvləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan anasının evinə qonaq getmiş və bir neçə gün orada qalmışdır. 9 mart 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı evə qayıtmış, evə daxil olduğu zaman evdən 8 ədəd ümumi dəyəri 300 manat olan gümüş sırğaların, 5 ədəd ümumi dəyəri 150 manat olan gümüş üzüklərin, 3 ədəd ümumi dəyəri 200 manat olan gümüş seplərin, 2 ədəd ümumi dəyəri 200 manat olan gümüş qolbaqların yerində olmadığını aşkar etmişdir. Evdən oğurluq hadisəsi olduğunu başa düşmüş, lakin, bu barədə polisə müraciət etməmişdir. 8 aprel 2021-ci il tarixində yaşadığı fərdi evdə qızıl sırğalarını axtararaq tapa bilməmişdir. Qızıl sırğasının da oğurlandığını müəyyən etdikdən sonra bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermiş və daha sonra Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Fərdi evindən baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1065 (bir min altmış beş) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 9 mart 2021-ci il tarixdə saat 19:15 radələrində ailə üzvləri ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən «Taxi» marketin yaxınlığında yaşayan qohumunun evinə qonaq getmiş və saat 22:20 radələrinədək orada oturduqdan sonra yaşadığı evə qayıtmışdır. Evə daxil olduğu zaman fərdi evin dağınıq vəziyyətdə olduğu, yataq otağında olan dolabdan 450 manat nağd pulun, 1 ədəd dəyəri 800 manat olan qızıl nişan üzüyünün, 1 ədəd dəyəri 300 manat olan qızıl bilərziyin və 20 manat dəyərində qəpik pulların yerində olmadığını aşkar etmişdir. Oğurluq olduğunu başa düşmüş və Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1570 (bir min beş yüz yetmiş) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Əmikişi oğlu ifadəsində göstərdi ki, 26 fevral 2021-ci il tarixdə gündüz saatlarında yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Nəzərov küçəsində yerləşən fərdi evdən şəxsi işləri ilə əlaqədar çıxmışdır. Ailə üzvləri də onunla birlikdə çıxaraq qohumunun evinə getmişdir. Saat 20 radələrində yaşadığı evə qayıtdığı zaman fərdi evin pəncərəsinin açıq olduğunu görmüş və dərhal evə keçərək baxış keçirmişdir. Evin yataq otağında olan dolabdan bir ədəd «MR-27» markalı, ********* nömrəli qoşa lüləli ov tüfənginin, həmin şkafda olan bir ədədinin qiyməti 1 manat olan 20 ədəd patronun və içərisində 50 manat dəyərində qəpik pullar olan balonun yerində olmadığını aşkar etmişdir. Dərhal bu barədə Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında izahatı alınmış və yaşadığı fərdi evə baxış keçirilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1500 (bir min beş yüz) manat maddi ziyan dəymişdir. Evindən oğurlanmış «MR-27» markalı, ********* nömrəli ov tüfəngini 2011-ci il tarixdə 1500 manata almışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 18 may 2020-ci il tarixdə saat 17:05-də işdə olduğu zaman həyat yoldaşı Şahid1 ona zəng edərək bacısıgildən evə gəldiyi zaman pəncərənin dəmir barmaqlığının qırıldığını və evdə oğurluq olduğunu bildirmişdir. O, dərhal dostu Fəridə zəng etmiş və evlərindən oğurluq olduğunu bildirərək onların evinə getməsini xahiş etmiş və özü də yaşadığı evə yollanmışdır. Evə çatdıqdan sonra hansı əşyaların oğurlandığını soruşmuş, baxış zamanı evin yataq otağındakı dolabda saxladığı qızıl qabından 1 ədəd ümumi dəyəri 3500 (üç min beş yüz) manat olan 585 əyarlı qızıl sep və klon dəstinin, 1 ədəd ümumi dəyəri 1500 (bir min beş yüz) manat olan 585 əyarlı qızıl qolbağın, 1 cüt ümumi dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl sırğanın, 2 ədəd ümumi dəyəri 1000 (bir min) manat olan 585 əyarlı qızıl qadın üzüklərinin, 1 ədəd ümumi dəyəri 850 (səkkiz yüz əlli) manat olan qızıl kiçi üzüyün, 2 ədəd ümumi dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl uşaq qolbaqlarının, 2 ədəd ümumi dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl uşaq boyunbağlarının, ümumi dəyəri 700 (yeddi yüz) manat olan 5 cüt gümüş sırğaların, 2 ədəd gümüş klonun, 1 ədəd gümüş qolbağının, 4 ədəd gümüş üzüklərinin, döşəyin alt hissəsindən 100 ABŞ dolları və 1300 (bir min üç yüz) manat nağd pullarının, həmçinin anasının yataq otağında olan çarpayının alt hissəsindəki sandığın içərisindən 1 ədəd dəyəri 850 (səkkiz yüz əlli) manat olan 585 əyarlı qızıl boyunbağının, 1 cüt ümumi dəyəri 500 (beş yüz) manat olan 585 əyyarlı qızıl sırğanın oğurlandığı məlum olmuşdur. Bundan sonra dostu Fərid Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermiş və Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları onların evinə gəlmişlər. Baş vermiş hadisə nəticəsində ona təqribən 12470 (on iki min dörd yüz yetmiş) manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsi ilə bağlı bacanağı Təqsirləndirilən şəxs6 və onun tanışlarından şübhələnmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində tikinti materiallarının satışı dükanını icarə əsasında işlədir. Hər gün səhər saatlarında evdən çıxaraq işə gedir və axşam saatlarında geri qayıdır. 17 sentyabr 2020-ci il tarixdə saat 07:00 radələrində evdən çıxaraq Zabrat qəsəbəsində işlədiyi dükana getmişdir. Saat 16:00 radələrində ailə üzvləri onunla əlaqə saxlayaraq yaxınlıqda yaşayan atasının evinə getdiklərini bildirmişlər. Saat 20:00 radələrində işdən çıxdıqdan sonra o da atasıgilin evinə getmiş və saat 21:30 radələrində atasıgildən çıxaraq təqribən 21:40-da yaşadığı evə çatmışdır. Evə çatdığı zaman zal otağın plastik pəncərəsinin dəmir barmaqlığının qırıldığını, pəncərənin isə sıxılaraq açıldığını görmüş və oğlurluq baş verdiyini anlamışdır. Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları onların evinə gəlmişlər. Evə baxış keçirilmiş və bu zaman naməlum şəxslərin zal otağın plastik pəncərəsindən evə daxil olduqlarını, yataq otağını, eyni zamanda uşaq otağını dağınıq vəziyyətə saldıqlarını, həmçinin yataq otağındakı paltar dolabından «Efe» markalı 750 əyarlı ümumi çəkisi 36,5 qram, dəyəri 7800 (yeddi min səkkiz yüz) manat olan qızıl dəstini (1 ədəd üzük, 1 ədəd sırğa, 1 ədəd qolbaq və 1 ədəd klon), «Royam» Zərgərliyə məxsus 750 əyarlı ümumi çəkisi 4,8 qram, dəyəri 2300 (iki min üç yüz) manat olan qızıl nişan üzüyünü, «Bernard H.Mayer» markalı dəyəri 3500 (üç min beş yüz) manat olan qızıl korpuslu qol saatını, «Aqua Marine» markalı 750 əyarlı ümumi çəkisi 4,3 qram, dəyəri 2700 (iki min yeddi yüz) manat olan qaşlı qızıl üzüyünü, «Efe» markalı 750 əyarlı çəkisi 6,2 qram, dəyəri 1400 (bir min dörd yüz) manat olan qızıl üzüyünü, 1 ədəd 750 əyyarlı çəkisi 17,2 qram, dəyəri 3000 (üç min) manat olan «Şopart» qızıl qolbağı və 500 (beş yüz) manat nağd pulları oğurladıqlarını müəyyən etmişlər. Bundan sonra ərizə ilə Sabunçu RPİnin 15-ci PB-nə müraciət etmiş və bununla bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona 21200 (iyirmi bir min iki yüz) manat maddi ziyan dəymişdir. Yaşadığı evdən 20700 (iyirmi min yeddi yüz) manat dəyərində qızıl-zinət əşyaları və 500 manat nağd pul oğurlanmışdır. Mövqeyi Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 21 avqust 2020-ci cil tarixdə saat 10 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxaraq Qusar rayonunun Xuray kəndinə getmişdir. Orada olduğu zaman, yəni 25 avqust 2020-ci il tarixdə saat 8 radələrində qonşuluqda yaşayan İldırım adlı şəxs onun mobil telefonuna zəng edərək evindən oğurluq olduğunu bildirmişdir. Dərhal Bakı şəhərinə qayıtmış və yolda olduğu zaman digər qonşusu Həsən Piriyevlə telefonla danışmışdır. Sonuncu hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verdiyini, hadisənin 24 avqust 2020-ci il tarixindən 25 avqust 2020-ci il tarixinə keçən gecə baş verdiyini bildirmişdir. Qusar rayonundan Bakı şəhərinə çatmış və yaşadığı evdə olduğu zaman polis əməkdaşları ilə birlikdə evinə və evin həyətyanı sahəsinə baxış keçirtmişlər. Bu zaman naməlum şəxs və ya şəxslərin hasardan aşaraq həyətə daxil olduqlarını, evin pəncərəsinin dəmir barmaqlığını sındırıb qırdıqlarını, daha sonra pəncərənin kilidini əyib açaraq içəri keçdiklərini və evin dəhlizində olan dolabın içərisindən 1 ədəd dəyəri 2000 manat olan, içərisində «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisi» sözləri yazılmış kişi qol saatını, yataq otağında olan kiçik dolabdan 1 ədəd 750 əyarlı dəyəri 1500 manat olan qızıl klonla birlikdə qızıl sepi, 1 ədəd 583 əyarlıq dəyəri 500 manat olan boyunbağını, 1 dəst 583 əyarlıq dəyəri 1000 manat olan göy rəngli adi qaşları olan qızıl üzük və sırğanı, 1 dəst 583 əyarlı dəyəri 1000 manat olan ağ rəngli adi qaşları olan qızıl üzük və sırğanı, 1 ədəd 583 əyarlı dəyəri 1000 manat olan adi yaşıl və ağ rəngli qaşları olan qızıl qadın üzüyünü, 1 ədəd 583 əyarlı dəyəri 500 manat olan qırmızı rəngli qaşları olan qızıl qadın üzüyünü, 1 ədəd 583 əyarlı dəyəri 500 manat olan yaşıl rəngli, kənarları ağ rəngli xırda qaşları olan qızıl qadın üzüyünü, 1 ədəd 583 əyarlı dəyəri 500 manat olan qaşsız qızıl kişi üzüyünü, 1 ədəd 583 əyarlı dəyəri 1500 manat olan ağ rəngli xırda qaşları olan qızıl kişi üzüyünü, dəyəri 500 manat olan qarışıq gümüş zinət əşyalarını və 50 manat nağd pulu oğurladıqlarını müəyyən etmişlər. Odur ki, bu barədə ərizə ilə Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət etmişdir. Hadisə nəticəsində ona 10550 manat maddi ziyan dəymişdir. Mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 31 yanvar 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsində yaşayan köhnə qonşusu Vəfagilə getmişdir. Onlarda bir müddət oturduqdan sonra saat 21 radələrində yaşadığı evə qayıtmışdır. Evə daxil olduğu zaman naməlum şəxs və ya şəxslərin evə daxil olduqlarından şübhələnmiş və evə baxış keçirtmişdir. Yataq otağının pəncərəsinin açıq olduğunu görüb evdən oğurluq olduğuna əmin olmuş və dərhal evə baxış keçirtmişdir. Bu zaman fərdi evin yataq otağında olan dolabdan bir ədəd qızıl komplekti, bir ədəd qızıl sepi, üç ədəd qızıl üzükləri, eyni zamanda 10 manat dəyərində pul qabını və içərisində olan 50 manat nağd pulun yerində olmadığını görmüşdür. Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları evlərinə gələrək birlikdə evə baxış keçirmişlər. Hadisə barədə Sabunçu RPİ-nin 15-ci PB-yə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 2060 (iki min altmış) manat maddi ziyan dəymişdir. Mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, 8 fevral 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxaraq qohumunun toyunda iştirak etmək üçün Bakı şəhəri Çobanzadə küçəsində yerləşən şadlıq evlərindən birinə getmiş və axşam saatlarında yaşadığı evə qayıtmışdır. Evə daxil olduğu zaman zal otağın plastik pəncərəsinin açıq olduğunu görmüş və oğurluq olmasından şübhələnmişdir. Evə baxış keçirtdiyi zaman evin yataq otağında olan seyfin qapısının açarının əl çantasından götürülərək açıldığını, orada olan iki ədəd, ümumi dəyəri 4500 manat olan burma qızıl boyunbağının, bir ədəd dəyəri 500 manat olan qızıl qolbağın, bir ədəd dəyəri 500 manat olan korona naxışlı qızıl kişi üzüyünün, bir ədəd dəyəri 1000 manat olan qadın üçün brilliant üzüyün, bir dəst dəyəri 2000 manat olan brilliant komplekt üzük və sırğanın, bir ədəd dəyəri 500 manat olan qadın üçün qızıl üzüyün, həmçinin 200 ABŞ dolları nağd pulunun yerində olmadığını görmüşdür. Azərbaycan Respublikası DİNnin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları evlərinə gəlmiş və birlikdə evə baxış keçirmişlər. Sonra ərizə yazaraq Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 9340 (doqquz min üç yüz qırx) manat maddi ziyan dəydiyini bildirmişdir. Mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, 3 may 2019-cu il tarixdə saat 18 radələrində ailə üzvləri ilə birlikdə qohumunun evinə qonaq getmiş və saat 23 radələrində yaşadığı evə qayıtmışdır. Evin həyətinə daxil olduğu zaman mətbəxin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş və oğurluq olmasını düşünərək evə baxış keçirtmişdir. Bu zaman evin yataq otağının dağınıq vəziyyətdə olduğunu, çarpayının alt hissəsində gizlətdiyi 5000 manat nağd pulun, həmçinin paltar dolabında olan ümumi dəyəri 8000 manat olan müxtəif qızıl zinət əşyalarının və 300 manat dəyərində qəpik pulların yerində olmadığını aşkar etmişdir. Evdən oğurluq olduğuna əmin olduqdan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermiş, eyni zamanda Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 13300 (on üç min üç yüz) manat maddi ziyan dəymişdir. Mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, 5 sentyabr 2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxaraq qohumugilə getmiş, 6 sentyabr 2019-cu il tarixdə saat 7 radələrində yaşadığı evə qayıtmışdır. Evə daxil olduğu zaman evin plastik pəncərəsinin açıq olduğunu görmüş və oğurluq olmasından şübhələnmişdir. Evə baxış keçirtdiyi zaman fərdi evin yataq otağındakı dolabda saxladığı 5050 ABŞ dolları və 3332 manat nağd pulun yerində olmadığını aşkar etmişdir. Bundan sonra 102-yə zəng edib hadisə barədə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona 11917 (on bir min doqquz yüz on yeddi) manat maddi ziyan dəymişdir. Mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, 10 dekabr 2020-ci il tarixdə saat 16:50-də ailə üzvləri ilə birlikdə baldızıgilin evinə qonaq getmişdir. Təqribən üç saatdan sonra yaşadıqları evə qayıtmışlar. Evə daxil olduqları zaman evin dağınıq vəziyyətdə, yataq otağının pəncərəsinin isə açıq vəziyyətdə olduğunu görmüşdür. Evə baxış keçirərkən yataq otağındakı dolabda olan bir ədəd dəyəri 500 manat olan qızıl boyunbağının və 3200 manat nağd pulun yerində olmadığını aşkar etmişlər. Bundan sonra oğurluq olduğunu anlamışlar və baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişlər və Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət etmişlər. Oğurluq nəticəsində ona 3700 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, 16 mart 2021-ci il tarixdə ailə üzvləri ilə birlikdə bayramı birlikdə keçirmək üçün Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən digər evlərinə getmişlər. 23 mart 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən bağ evində onlarla qonşu olan Tofiq adlı şəxs zəng etmiş və evin ikinci mərtəbəsinin pəncərəsinin açıq olduğunu bildirmişdir. O, atası ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən bağ evlərinə gəlmiş, evə daxil olduqları zaman evin dağınıq vəziyyətdə olduğunu görmüşlər. Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları bağ evlərinə gələrək onlarla birlikdə evə ilkin baxış keçirmiş, evdə olan bir ədəd dəyəri 1400 manat olan «Toshiba» markalı nootbookun yerində olmadığını aşkar etmişlər. Bununla bağlı ərizə azaraq Sabunçu RPİ-nin 15-ci PBnə müraciət etmişdir. Hadisə nəticəsində ona 1400 (bir min dörd yüz) manat manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki, 22 mart 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı evdən ailə üzvləri ilə birlikdə çıxaraq Goranboy rayonuna getmiş, bir gün qaldıqdan sonra 23 mart 2021-ci il tarixində təqribən saat 19 radələrində yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən fərdi evinə gəlmişdir. Evə daxil olduğu zaman evin dağınıq vəziyyətdə, yataq otağının pəncərəsinin isə açıq olduğunu görmüş və oğurluq baş verdiyini anlamışdır. Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları evlərinə gəlmiş və birlikdə evə baxış keçirmişlər. Baxış zamanı evdə olan dəyəri 800 manat olan bir ədəd qızıl üzük sırğa dəstinin, dəyəri 700 manat olan bir ədəd qızıl nişan üzüyünün, dəyəri 150 manat olan bir ədəd qızıl uşaq boyunbağısının, dəyəri 200 manat olan bir ədəd qızıl boyunbağının, 300 manat nağd pulun, digər otaqdan isə 1350 manat nağd pulun və dəyəri 500 manat olan bir ədəd qızıl üzüyün yerində olmadığını müəyyən etmiş və ərizə yazaraq Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona 4000 (dörd min) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərdi ki, 19 mart 2021-ci il tarixdə gündüz saatlarında yaşadığı evdən çıxaraq şəxsi işləri ilə əlaqədar getmiş və saat 22 radələrində evə qayıtmışdır. Fərdi evin plastik pəncərəsinin açıq olduğunu görmüş və oğurluq olduğunu başa düşmüşdür. Evə baxış keçirən zaman evin dağınıq vəziyyətdə olduğunu, evdən 2000 ABŞ dolları və 150 manat nağd pulları, dəyəri 10950 (on min doqquz yüz əlli) manat təşkil edən bir ədəd 132 ekran, markası istintaqa məlum olmayan televizoru, 1 ədəd markası istintaqa məlum olmayan feni, 1 ədəd «Samsung» markalı televizoru, bir ədəd «Playstation 4» oyun aparatını, iki ədəd oyun aparatının pultlarını, bir ədəd «Nomi» markalı notbuku, bir ədəd qadın üçün 43 qramlıq qızıl boyunbağını, bir ədəd qızıl qulaqlığı, bir ədəd qızıl qalstuk sancağını, üç dəst gümüşü, bir ədəd «Casio» markalı qadın saatını, 2015-ci il «Avropa oyunları» medalını və bir ədəd suvenir hədiyyənin yerində olmadığını müəyyən etmişdir. Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları evlərinə gəlmişlər. Onlarla birlikdə evə baxış keçirtdikdən sonra ərizə və izahat yazaraq Sabunçu RPİ-nin 15ci PB-nə müraciət etmişdir. Baş vermiş hadisə zamanı ona 14500 (on dörd min beş yüz) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərdi ki, 18 mart 2021-ci il tarixdə saat 9 radələrində yaşadığı evdən çıxaraq şəxsi işləri ilə əlaqədar getmiş və saat 20 radələrində evə qayıtmışdır. Bu zaman fərdi evin arxa tərəfindəki otağın plastik pəncərəsinin açıq olduğunu görmüş və oğurluq olduğunu başa düşmüşdür. Evə baxış keçirən zaman evin dağınıq vəziyyətdə olduğunu, fərdi evdə olan 4000 manat nağd pulun yerində olmadığını aşkar etmişdir. Bundan sonra yenidən evində gəzmiş və bu zaman evdə olan «Playstation» markalı oyun aparatının naməlum şəxsin evə daxil olduğu otaqda yerləşən çarpayının üzərinə qoyduğunu görmüşdür. Daha sonra Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları evlərinə gəlmişlər. Onlarla birlikdə evə baxış keçirtdikdən sonra ərizə və izahat yazaraq Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət etmişdir. Oğurluq nəticəsində ona 4000 (dörd min) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərdi ki, 2020-ci ilin noyabr ayının sonlarında 3-4 gün ərzində yaşadığı evdə olmamışdır. Həmin müddətdə oğrular fərdi evə plastik pəncərəsini sıxıb açaraq daxil olmuş, evin yataq otağında olan dolabdakı qadın çantasının içərisindən 3 ədəd qızıl boyunbağını, 1 ədəd nişan üzüyünü, 1 cüt qızıl sırğanı, 1 ədəd uşaq qızıl qolbağını oğurlamışdılar. O, oğurluq hadisəsini aşkar etdikdən sonra polisə şikayət etməmişdir. 15 aprel 2021-ci il tarixində «Xəzər Xəbər» verilişində bir neçə şəxsin Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsindən silsilə oğurluqlar etdiyini öyrənmiş və şikayət etmək qərarına gəlmişdir. 17 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları evlərinə gələrək birlikdə evə baxış keçirtdikdən sonra ərizə və izahat yazaraq Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət etmişdir. Oğurluq nəticəsində ona 2100 (iki min bir yüz) manat maddi ziyan dəymiş, 3 ədəd qızıl boyunbağının ümumi dəyəri 900 manat, 1 ədəd nişan üzüyünün dəyəri 500 manat, 1 cüt qızıl sırğanın dəyəri 500 manat, 1 ədəd uşaq qızıl qolbağın dəyəri isə 200 manat olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərdi ki, 3 yanvar 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb qohumunun evinə getmiş və saat 18:50 radələrində yaşadığı evə qayıtdığı zaman otaqlardan birinin pəncərəsinin açıq olduğunu görüb oğurluq olmasından şübhələnmişdir. Evə baxış keçirtdiyi zaman uşaq yataq otağının dağınıq vəziyyətdə olduğunu, həmin otaqdan üzərində klon olan boyunbağı, qaşsız üzük, qaşsız sırğadan ibarət bir ədəd, ümumi dəyəri 3000 (üç min) manat olan 1 dəst 750 əyarlı üzərində klon olan boyunbağı, bir ədəd qaşsız üzük və qaşsız sırğadan ibarət komplekti, 1 dəst 585 əyarlı sadə qaşları olan üzük və sırğadan ibarət komplekt, 1 cüt 585 əyarlı sadə ağ qaşları olan halqa formalı sırğanı, 1 cüt 585 əyarlı yarpaq formalı qaşsız sırğanı, 1 ədəd 585 əyarlı kitab formalı kulonu, 1 ədəd qaşsız kişi üzüyünü və 600 manat nağd pulun yerində olmadığını aşkar etmişlər. Bundan sonra evindən oğurluq edildiyini anlamış və Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 4900 (dörd min doqquz yüz) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onlara qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 Məmməd oğlu ifadəsində göstərdi ki, 6 oktyabr 2019-cu il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxmış və gecə saatlarında işlərini yekunlaşdıraraq geri qayıtmışdır. Evə daxil olduqda yataq otağının pəncərəsinin açıq olduğunu görmüş, ancaq evin dağınıq olmamasına görə oğurluq olmasından şübhələnməmişdir. 11 oktyabr 2019-cu il tarixində evdə olan bir ədəd aralığın, bir ədəd boyunbağının, bir cüt sırğanın, iki ədəd üzüyün, iki ədəd qolbağın, bir ədəd saatın və bijuteriya dəstlərinin yoxa çıxması səbəbindən oğurluq olduğunu anlamış və Azərbaycan Respublikası DİN-in 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 2000 (iki min) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonunun Digah kəndində yeni massivdə kirayədə yaşayır. İş yeri isə Mehdiabad qəsəbəsində yerləşir. 5 noyabr 2020-ci il tarixdə evdən çıxaraq işə getmiş, evdə heç kim olmamışdır. Həmin günü saat 21 radələrində evə gələrkən evin yataq otağında olan paltarların dağınıq vəziyyətdə olduğunu, otağın pəncərəsinin açıq, qarşısında olan dəmir barmaqlığın isə yerindən qoparılaraq qarıldığını görmüşdür. Bundan sonra evdən oğurluq olduğunu başa düşmüş və həyat yoldaşı Xatirəyə zəng edərək evdə qiymətli əşya olub-olmamasını soruşmuşdur. Həyat yoldaşı Xatirə isə evdə qiymətli əşya olmadığını, yalnız mobil telefonlar olduğunu bildirmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Məlumat verdikdən sonra evə yenidən nəzər salmış və bu zaman yaşadığı evdən 1 ədəd 50 manat dəyərində «Nokia» markalı mobil telefonu, 1 ədəd 100 manat dəyərində «Flay» markalı mobil telefon aparatını və 500 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərdi ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ailəsi ilə birlikdə kirayə yaşayır. Abşeron rayonu Mehdiabad qəsəbəsi, Yeni məhəllədə atasına məxsus torpaq sahəsində özünə bir mərtəbəli ev tikdirmişdir. Hadisə ərəfəsində evin tikintisi davam etdiyindən yaşayış olmamış və tez-tez evə gedərək nəzarət etmişdir. 12 dekabr 2020-ci il tarixdə həmin evə getdiyi zaman həyətyanı sahənin darvazasının və fərdi evin plastik pəncərəsinin açıq olduğunu görmüş və dərhal fərdi evə keçərək baxış keçirmişdir. Bu zaman evdə olan 4 ədəd, hər birinin dəyəri 300 manat, ümumi dəyəri 1200 manat olan istilik sisteminin radiatorlarının yerində olmadığını görmüş və oğurluq olduğunu başa düşmüşdür. Azərbaycan Respublikası DİN-in 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 1200 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərdi ki, 5 fevral 2021-ci il tarixdə saat 18:30 radələrində yaşadığı Abşeron rayonu Digah kəndində yerləşən nömrəsiz fərdi evdən çıxaraq Bakı şəhəri Xətai rayonu, Neapol küçəsində yaşayan atasıgilin evinə qonaq getmiş və saat 23:30 radələrində yaşadığı evə qayıtmışdır. Evə çatdığı zaman evin arxa pəncərəsinin dəmir barmaqlığının sındırılmış vəziyyətdə olduğunu görmüş və oğurluq hadisəsinin baş verdiyini anlamışdır. Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verdikdən sonra evə baxış keçirdikdə, evdən 1150 manat nağd pulun, 1 ədəd 600 manat dəyərində televizorun, 1 ədəd 120 manat dəyərində elektrik sobasının və 1 ədəd 450 manat dəyərində «Samsung» markalı videokamera aparatının yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 2320 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərdi ki, 5 noyabr 2020-ci il tarixdə saat 19:30 radələrində gəlini və nəvələri ilə birgə yaxınlıqda yaşayan qızının evinə getmişdir. Saat 21:30 radələrinədək orada oturmuş və daha sonra çıxaraq öz yaşadığı evə gəlmişdir. Fərdi evin həyətyanı sahəsinin darvazasının bağlı olduğunu görüb hasardan aşaraq həyət keçmişlər və darvazanı açmışlar. Daha sonra fərdi evə keçmiş və bu zaman fərdi evin dağınıq vəziyyətdə olduğunu görmüş və evdən oğurluq olduğunu başa düşmüşdür. Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat verdikdən sonra fərdi evə baxış keçirmiş və bu zaman fərdi evdən 1020 manat nağd pulun, 4 ədəd hər birinin dəyəri 50 manat, ümumi dəyəri 200 manat olan 4 ədəd yeni kişi qol saatlarının, bir ədəd 400 manat dəyərində «Samsung A50» markalı mobil telefon aparatının, bir cüt 80 manat dəyərində gümüş sırğa və üzük dəstinin oğurlandığını müəyyən etmişdir. Oğurluq zamanı ona 1700 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ifadəsində göstərdi ki, 2 fevral 2021-ci il tarixdə ailə üzvləri ilə birlikdə Bakı şəhəri Sabunçu rayonunda yaşayan qaynı xəstə olduğu üçün onlara getmiş və 5 fevral 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Abşeron rayonu Məmmədli kəndində yerləşən evinə qayıtmışdır. Həyətə daxil olduqda evin pəncərəsinin dəmir barmaqlığının sındırılmış vəziyyətdə yerə atıldığını görmüş və dərhal evə içəri daxil olmuşdur. Bu zaman otaqlarda olan əşyaların dağıdılmış vəziyyətdə olduğunu görüb, oğurluq olduğunu başa düşmüşdür. Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat verdikdən sonra fərdi evinə baxış keçirtmişdir. Bu zaman evin zal otağında olan 1 ədəd dəyəri 500 manat olan «LG» markalı televizorun, yataq otağında saxladığı mücrünün içərisindən isə 1 ədəd dəyəri 400 manat olan 7 qram çəkidə 583 əyarlı qızıl boyunbağının, 1 ədəd dəyəri 250 manat olan 3 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyününü, 1 cüt dəyəri 200 manat olan 3 qram çəkidə 583 əyarlı qızıl sırğanın yerində olmadığını müəyyən etmişdir. Hadisə nəticəsində ona 1350 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs12 ifadəsindən görünür ki, 1 mart 2021-ci il tarixdə yaşadığı evdən çıxaraq Lerik rayonuna getmiş, ailəsinin tək qalmaması üçün onları Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yaşayan qardaşının evinə aparmışdır. 4 mart 2021-ci il tarixdə saat 10:30 radələrində Lerik rayonundan qayıdaraq yaşadığı evə getmişdir. Fərdi evin həyətyanı sahəsinə daxil olduğu zaman evin yataq otağının pəncərəsinə quraşdırdığı dəmir barmaqlığı sındırılmış vəziyyətdə olduğunu görüb oğurluq olmasını başa düşmüşdür. Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermiş və polis əməkdaşları fərdi evinə gələrək evə baxış keçirtmişdir. Baxış zamanı dəhlizdə quraşdırılmış 700 manat dəyərində 1 ədəd «Samsung» markalı televizorun, eyni zamanda zal otaqda quraşdırılmış 1500 manat dəyərində 1 ədəd «Sony» markalı televizorun yerində olmadığını aşkar etmişdir. Bundan sonra Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2200 (iki min iki yüz) manat maddi ziyan dəymişdir. Evindən oğurlanmış «Samsung» markalı televizorun qiyməti 700 manat, «Sony» markalı televizorun qiyməti isə 1500 manat olmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs17 ifadəsindən görünür ki, 22 noyabr 2020-ci il tarixdə yaşadığı evdən ailə üzvləri ilə birlikdə çıxaraq Tovuz rayonuna getmiş və orada iki gün qalmışdır. 24 noyabr 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evin həyətyanı sahəsinə daxil olduğu zaman mətbəxin pəncərəsinin açıq olduğunu görmüşdür. Dərhal evə daxil olub baxış keçirtmiş və evin əşyalarının yerində olduğunu, zal otaqda olan dolabın içərisində saxladığı, içərisində təqribən 300 manat dəyərində 50 qəpiklər yığdığı şüşə balonun yerində olmadığını görmüş və evindən naməlum şəxslərin oğurluq etdiyini anlamışdır. Lakin əhəmiyyətli ziyan dəymədiyi üçün ilk əvvəl polisə şikayət etməmişdir. Sonradan həmin ərazidən oğurluq etmiş bir neçə şəxsin saxlanıldığını öyrənərək şikayət etməyi qərarlaşdırmışdır. Bu səbəbdən Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət etmiş, ərizəsi əsasında izahatı alınmış və yaşadığı evə baxış keçirilmişdir. Şüşə balonun içərisində olan pulları oğurluq hadisəsi baş verməmişdən bir neçə gün əvvəl saymış və orada təqribən 300 manat dəyərində 50 qəpiklik pullar olduğunu müəyyən etmişdir. Nəticədə ona təqribən 300 (üç yüz) manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs24 ifadəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi ev ona məxsusdur, lakin ailəsi və övladları ilə birlikdə Rusiya Federasiyasının Novosibirsk şəhərində yaşayır. Azərbaycan Respublikasına gec-gec gəlir. 2020-ci ilin noyabr ayının əvvəlində həyat yoldaşı Sevda İbrahimova bacısının onkoloji xəstə olması səbəbindən Rusiyadan Azərbaycana gəlmiş və 4 noyabr 2020-ci il tarixində bacısının yaşadığı Göygöl rayonuna getmişdir. 23 noyabr 2020-ci il tarixdə o, Rusiyada olduğu vaxtı onun mobil telefonuna zəng vuran qonşusu evdən oğurluq olduğunu bildirmişdir. O, qaynı Fikrətə bu barədə məlumat verdikdən sonra sonuncu, ona məxsus evə getmiş və bu zaman evdən 1 ədəd 500 manat dəyərində «LG» markalı televizoru, 1 ədəd 350 manat dəyərində «Bosch» markalı ət çəkən maşını, 3 ədəd ümumilikdə 200 manat dəyərində «Vitek» «Telad « və «Bosch» markalı ütüləri, 2 ədəd hər birinin dəyəri 30 manat olan «Bosch» və «Vitek» markalı saç fenlərini, 2 ədəd hər birinin dəyəri 140 manat oian biri qara, digəri göy rəngli kişi parça gödəkçələrini, 3 ədəd ümumilikdə 80 manat dəyərində kişi parça köynəklərini, 3 ədəd hər birinin dəyəri 30 manat olan yataq dəstini, 40 ədəd hər birinin dəyəri 5 manat olan ümumilikdə 200 manat dəyərində kişi alt paltarlarını, 1 ədəd 45 manat dəyərində dreli, 1 ədəd 35 manat dəyərində təmir üçün açar dəstini, 1 ədəd 100 manat dəyərində dəri əl çantasını, 1 ədəd 80 manat dəyərində nərd taxtasını, 2 ədəd hər birinin dəyəri 30 manat olan mis suvenirləri, 13 cüt hər birinin dəyəri 20 manat olan ümumilikdə 260 manat dəyərində kişi ayaqqabılarını və bir ədəd 9 qramlıq 450 manat dəyərində qızıl boyunbağının oğurlandığını müəyyən etmişlər. Hadisə barədə Abşeron RPİ-nə məlumat vermişlər. Oğurluq hadisəsi nəticəsində ona 2790 (iki min yeddi yüz doxsan) məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs25 ifadəsindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində özünə üç mərtəbəli bağ evi tikdirmiş, evin təmir işləri tam başa çatdırılmadığı üçün orada yaşayış olmamışdır. Evin həyətyanı sahəsi dörd tərəfdən mişar daşları ilə əhatə olunmuşdur. Həftədə bir dəfə həmin evə gəlib nəzarət etmişdir. 13 dekabr 2020-ci il tarixdə evə gəldiyi zaman, evin zirzəmisinin pəncərəsinin sındırılmış vəziyyətdə olduğunu aşkar etmiş və evdən oğurluq edildiyini başa düşmüşür. Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra fərdi evə baxış keçirmiş və oradan 1 ədəd dəyəri 1800 manat olan «Volv» markalı kombi istilik sistemi aparatının oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində ona 1800 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs27 ifadəsindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbsində özünə bir mərtəbəli bağ ev tikdirmiş, həmin ev dörd tərəfdən mişar daşları ilə əhatə olunmuşdur. Yay mövsümündə ailəsi birlikdə həmin bağ evində yaşamış, qış aylarında bağ evində yaşamasa da, həftədə bir dəfə həmin evə gedərək nəzarət etmişdir. Sonuncu dəfə 20 dekabr 2020-ci il tarixdə bağ evinə gedərək ora nəzarət etmiş və hər şeyin qaydasında olduğunu görmüşdür. xx.xx.2020-ci il tarixdə bağ evinə gəldiyi zaman evin dəmir giriş qapısının qıfılının sındırılmış vəziyyətdə aşkar etmiş və oğurluq olduğunu başa düşmüşdür. Evə baxış keçirtdiyi zaman bağ evindən 01 ədəd, ümumi dəyəri 500 manat olan, markasını bilmədiyi elektrik generatorunun, 01 ədəd, ümumi dəyəri 250 manat olan, markasını bilmədiyi elektrik su nasosunun və 100 manat dəyərində mebel taxtalarının yerində olmadığını aşkar etmiş və hadisə ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 850 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs28 ifadəsindən görünür ki, 19 fevral 2021-ci il tarixdə səhər saat 08 radələrində isə o, yuxudan durmüş və saat 09 radələrində yaşadığı evdən işə getmək üçün həyat yoldaşı Milana ilə çıxmış, çıxdığı zaman isə yaşadığı evin və həyətin qapısını açarla bağlamışdır. O və həyat yoldaşı evdən çıxandan sonra evdə ailə üzvlərindən heç kəs olmamışdır. Həmin günü yəni 19 fevral 2021-ci il tarixdə saat 22 radələrində həyat yoldaşı Milana ilə yaşadığı evə gələrək içəri daxil olmuşdur. Evə daxil olduğu zaman yaşadığı evin qonaq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu, pəncərənin üzərində olan dəmir barmaqlığın sındırılaraq kənara qoyulduğunu görmüşdür. Bundan sonra evdən oğurluq olduğunu baş düşmüş və fərdi evə baxış keçirtmişdir. Bu zaman fərdi evin yataq otağından ona məxsus 01 ədəd, ümumi dəyəri 650 manat olan, üzərində beş ədəd brilliant qaşı olan qızıl nişan üzüyünün, 01 ədəd, ümumi dəyəri 800 manat olan, üzərində bir ədəd brilliant qaşı olan qızıl nişan üzüyünün ümumi dəyəri 3650 manat olan, üzük, sırğa, qolbaq və boyunbağıdan ibarət qızıl dəst, 01 ədəd, ümumi dəyəri 250 manat olan qızıl boyunbağının, 01 ədəd, ümumi dəyəri 200 manat olan qızıl boyunbağının, 01 ədəd, ümumi dəyəri 200 manat olan qızıl boyun bağının, evin digər yataq otağındakı paltar dolabındakı dəsmalların arasında saxladıqları qəhvəyi rəngli plastmas qabın içindən isə 03 ədəd, hər birinin dəyəri 500 manat, ümumi dəyəri 1500 manat olan qızıl qolbaqların, 03 ədəd, hər birinin dəyəri 250 manat, ümumi dəyəri 750 manat olan qızıl üzüklərin, 01 qolbaqdan və 01 boyunbağından ibarət, hər birinin dəyəri 500 manat, ümumi dəyəri 1000 manat olan 02 mirvari dəstlərinin yerində olmadığını müəyyən etmişdir. Bundan sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 9000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 18 may 2020-ci il tarixində, saat 15:00 radələrində yaşadığı evdən çıxaraq qonşuluqda yaşayan bacısı Türkan Həsənovanın evinə getmişdir. Orada oturduğu zaman bacısının həyat yoldaşı Əli evə gəlmiş, yeməyini yemiş və evdən çıxıb getmişdir. Əli getdikdən sonra bacısı Türkan çay süzmüş və onlar içmək istədiyi zaman Əli yenidən geri qayıtmışdır. Əlinin getməyi ilə gəlməyi təqribən 5-10 dəqiqə çəkmişdir. Əli qayıtdıqdan sonra onun mobil telefonuna bir neçə dəfə zənglər gəlmişdir. Bu zaman bacısı Türkan Əlidən ona kimin zəng etdiyini soruşmuş, bu zaman Əli dostlarının zəng etdiyini bildirmişdir. Bir müddət də bacısıgildə oturduqdan sonra çıxıb evə getmişdir. Saat 17:00 radələrində evlərinin həyətinə daxil olan zaman evin pəncərəsinin dəmir barmaqlığının sındırılmış vəziyyətdə olduğunu görmüş və dərhal həyat yoldaşı Fərmana zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Fərmanın dostu Fərid onlara gəlmiş, sonuncu evə daxil olmuş və bu zaman naməlum şəxs və ya şəxslərin evə daxil olduğunu, evi dağıtdıqlarını bildirmişdir. Bu hadisədən sonra o, evə baxış keçirtmiş və baxış zamanı evin yataq otağındakı dolabda saxladığı qızıl qabından 1 ədəd, ümumi dəyəri 3500 (üç min beş yüz) manat olan 585 əyyarlı qızıl sep və klon dəstinin, 1 ədəd, ümumi dəyəri 1500 (bir min beş yüz) manat olan 585 əyyarlı qızıl qolbağın, 1 cüt, ümumi dəyəri 700 (yeddi yüz) manat olan 585 əyyarlı qızıl sırğanın, 2 ədəd, ümumi dəyəri 1000 (bir min) manat olan 585 əyyarlı qızıl qadın üzüklərinin, 1 ədəd, ümumi dəyəri 850 (səkkiz yüz əlli) manat olan qızıl kiçi üzüyünün, 2 ədəd, ümumi dəyəri 700 (yeddi yüz) manat olan, 585 əyyarlı qızıl uşaq qolbaqlarının, 2 ədəd, ümumi dəyəri 700 (yeddi yüz) manat olan, 585 əyyarlı qızıl uşaq boyunbağlarının, 5 cüt, ümumi dəyəri 700 (yeddi yüz) manat olan 5 cüt gümüş sırğaların, 2 ədəd gümüş klonun, 1 ədəd gümüş qolbağı, 4 ədəd gümüş üzüklərin, döşəyin alt hissəsindən 100 ABŞ dolları və 1300 (bir min üç yüz) manat nəğd pulların, həmçinin anasının yataq otağında olan çarpayının alt hissəsindəki sandığın içərisindən 1 ədəd, ümumi dəyəri 850 (səkkiz yüz əlli) manat olan, 585 əyyarlı qızıl boyunbağının, 1 cüt, ümumi dəyəri 500 (beş yüz) manat olan, 585 əyyarlı qızıl sırğanın oğurladıqlarını görmüşdür. Bir müddət sonra həyat yoldaşı Fərman evə gəlmiş, o, sonuncuya oğurlanmış əşyaların siyahısını bildirmişdir. Bundan sonra Fərmanın dostu Fərid Azərbaycan Respublikası DİN-in 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Məlumat əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları onların evinə gəlmişlər və o, ərizə ilə polisə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zabrat qəsəbəsində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır. Zabrat qəsəbəsindəki «Araz» marketin yanında avtoyuma məntəqəsinin qarşısında Nazimlə təsadüfən görüşmüş, söhbət əsnasında Nazim idarə etdiyi «Niva» markalı avtomobildən qara rəngli sellofana bükülmüş vəziyyətdə iri bükülünü ona verərək bükülünün içərisində silah olduğunu və həmin silahı saxlamasını xahiş etmişdir. O, həmin avtoyuma məntəqəsində sellofanı idarə etdiyi avtomobilin yük yerinə qoymuş və sellofanın içərisinə baxdıqda orada 01 ədəd çexolda silah və bir neçə ədəd patronların olduğunu görmüşdür. O, silahın yanındakı patronları gördükdə Nazimə zəng vuraraq silah və patronların kimə məxsus olmasını soruşmuş, Nazim isə ona verdiyi silah və patronları sonuncuya tanışının verdiyini və bir müddət onda qaldıqdan sonra götürəcəyini bildirmişdir. O, da həmin sellofana bükülmüş silahı avtomobillə yaşadığı evə gətirmiş və evin həyətində yerləşən pilləkanın altına qoymuşdur. Təqsirləndirilən şəxs1 uzun müddət tanıdığından onun oğurluq etməsi ağlına gəlməmiş və sonuncunun oğurluqla məşğul olduğu barədə heç bir məlumatı olmamışdır. Həmin silahın sənədlərinin olmadığını bilmişdir. Nazim xahiş etdiyi üçün qeyd edilən əşyaları saxlamaq qərarına gəlmişdir. Həmin silahdan istifadə etməmiş, Təqsirləndirilən şəxs1 verdiyi formada həmin silahı evdə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təqribən 2015-ci il tarixindən Bakı şəhəri, Q.Qarayev prospekti 28-də yerləşən qeyri-yaşayış sahəsində qızıl alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla heç bir formada münasibəti və ya əlaqəsi olmamışdır. Belə ki, təqribən 2020-ci ilin may ayında, səhər saatlarında işlədiyi dükanda olduğu zaman sonradan Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs dükana gəlmiş, sırğanın bir tayını və bir ədəd üzük təqdim etmiş və onları satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 qızılların kimə məxsus olmasını soruşduqda sonuncu həmin qızılların anasına məxsus olduğunu, sırğanın bir tayını itirdiklərini, bu səbəbdən satmaq istədiyini bildirmişdir. O, qızıla baxış keçirtmiş və onu tərəzidə çəkmiş, çəkisinin 5 qram olduğunu müəyyən etmişdir. Qeyd edilənləri müəyyən etdikdən sonra 270 manat pul ödəyə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 qiymətlə razılaşmış və bundan sonra ondan şəxsiyyətini təsdiq edən sənədi verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş və o, qızılla birlikdə şəxsiyyət vəsiqəsini şəkilini çəkmişdir. Daha sonra ona 270 manat ödəmiş və Təqsirləndirilən şəxs1 pulu götürərək çıxıb getmişdir. Qızılların alğısatqısı ilə bağlı qeydiyyat dəftəri yoxdur. Qızılları aldığı zaman satıcının şəxsiyyət vəsiqəsi ilə birlikdə qızılların şəkilini çəkib özündə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təqribən 2019-cu il tarixdən Bakı şəhəri Q.Qarayev prospekti 14/29-da yerləşən qeyri-yaşayış sahəsində qızıl alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Belə ki, 23 fevral 2021-ci il tarixində gündüz saatlarında sonradan Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs dükana gəlmiş, bir cüt sırğa təqdim edərək satmaq istədiyini bildirmişdir. O, qızıl sırğaya baxdıqdan sonra onun kimə məxsus olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs1 sırğanın anasına məxsus olduğunu, anasının ağır xəstəlikdən əziyyət çəkdiyini, müalicə üçün qızılı satmaq istədiyini bildirmişdir. O, bundan sonra həmin qızılı tərəzidə çəkmiş və çəkisinin 6,67 qram olduğunu müəyyən edərək qızılı 450 manata ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşmış və bundan sonra ondan şəxsiyyətini təsdiq edən sənədi verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş və o, qızılla birlikdə şəxsiyyət vəsiqəsini şəkilini çəkmiş və ona 450 manat ödəmişdir. Təqsirləndirilən şəxs1 pulu götürdükdən sonra xəstəliklə əlaqədar ehtiyac olduğu halda başqa qızıllarıda satmağın mümkün olubolmadığını soruşmuşdur. O, heç bir problemin olmadığını bildirmiş və bundan sonra Təqsirləndirilən şəxs1 çıxaraq getmişdir. Bu hadisədən bir müddət sonra, yəni 13 mart 2021-ci il tarixində, səhər saatlarında Təqsirləndirilən şəxs1 yenidən işlədiyi dükana gəlmiş və bir ədəd üzük təqdim edərək onu da satmaq istədiyini bildirmişdir. O, qızıl üzüyə baxış keçirib tərəzidə çəkmiş və qızılın 4,61 qram olduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 həmin üzüyə görə 280 manat verə biləcəyini bildirdikdə sonuncu onunla razılaşmışmışdır. Sonra Təqsirləndirilən şəxs1 şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş, qızılla birlikdə həmin şəxsiyyət vəsiqəsinin şəkilini çəkdikdən sonra sonuncuya 280 manat ödəmişdir. Təqsirləndirilən şəxs1 yenidən onun yanına 24 mart 2021-ci il tarixində, gündüz saatlarında gəlmişdir. O, bir ədəd sep və klon təqdim etmiş, anasını kimya terapiyaya aparmalı olduğunu bildirərək sep və klonu təcili satdığını bildirmişdir. O, sep və klona baxış keçirib tərəzidə çəkdiyi zaman qızılın çəkisinin 2,54 qram olduğunu görmüş və həmin üzüyə görə 130 manat verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşmışdır. Təqsirləndirilən şəxs1 şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş və o, qızılla birlikdə şəxsiyyət vəsiqəsinin şəkilini çəkib sonuncuya 130 manat ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onun yanına gəlməmiş və qızıl satmamışdır. Qızılların alışı və satışı ilə bağlı qeydiyyat dəftəri olmamış, qızılları aldığı zaman satan şəxsin şəxsiyyət vəsiqəsi ilə birlikdə qızılların şəkilini çəkərək özündə saxlamış, həmin şəkilləri ibtidai istintaq zamanı təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, təqribən 2018-ci il tarixindən ünvan 2 ünvanında qızıl alqı-satqısı dükanını işlədir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla heç bir formada münasibəti və ya əlaqəsi olmamışdır. Belə ki, təqribən 13 sentyabr 2019-cu il tarixində, səhər saatlarında işlədiyi dükanda olduğu zaman sonradan Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs dükana gəlmiş, bir ədəd sep, bir ədəd sırğa və bir ədəd üzük təqdim etmiş və onu satmaq istədiyini bildirmişdir. O, qızıllara baxdıqdan sonra onların kimə məxsus olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs1 qızılların anasına məxsus olduğunu, anasının ağır xəstəlikdən əziyyət çəkdiyini, müalicə üçün qızılları satmaq istədiyini bildirmişdir. O, bundan sonra həmin qızılları tərəzidə çəkmiş və çəkisinin 40 qram olduğunu müəyyən edərək qızılları 1900 manata ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşmış və bundan sonra o, alqı-satqı qəbzi yazmışdır. Həmin qəbzdə Təqsirləndirilən şəxs1 anket məlumatlarını qeyd etmiş və sonuncu qəbzin sonunda malın özünə məxsus olduğunu, qeyri-qanuni olmadığını, bununla bağlı cavabdehlik daşıması ilə bağlı qeydlə tanış olaraq imzalamışdır. Daha sonra o, Təqsirləndirilən şəxs1 1900 manat pulu ödəmiş və sonuncu pulu götürərək getmişdir. Dükanda qızılların alınması, onların qiymətləndirilməsi, eyni zamanda ödənişi ilə bağlı müvafiq qeydlər aparılan dəftəri olmuş, qızılı aldıqları zaman orada müvafiq qeydiyyat aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, təqribən 4-5 il olarki Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsində qızıl alqı-satqısı dükanını işlətmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla heç bir formada münasibəti və ya əlaqəsi olmamışdır. Belə ki, 31 oktyabr 2020-ci il tarixində, səhər saatlarında işlədiyi dükanda olduğu zaman sonradan Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs dükana gələrək bir ədəd sırğa təqdim etmiş və satmaq istədiyini bildirmişdir. Qızılın kimə məxsus olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 qızılın anasına məxsus olduğunu, anasının ağır xəstəlikdən əziyyət çəkdiyini, müalicə üçün qızılları satmaq istədiyini bildirmişdir. O, bundan sonra həmin qızılları tərəzidə çəkmiş, çəkisinin 4,7 qram olduğunu müəyyən edərək Təqsirləndirilən şəxs1 qızılı 250 manata ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşmış və bundan sonra o, alqı-satqı dəftərində qəbz yazmışdır. Həmin qəbzdə Təqsirləndirilən şəxs1 anket məlumatlarını qeyd etmiş və o, qəbzin sonunda malın özünə məxsus olduğunu, qeyriqanuni olmadığını, bununla bağlı cavabdehlik daşıması ilə bağlı qeydlə tanış olaraq imzalamışdır. Daha sonra o, Təqsirləndirilən şəxs1 250 manat pul ödəmiş və sonuncu pulu götürərək getmişdir. Bu hadisədən uzun müddət sonra, yəni 07 mart 2021-ci il tarixində, gündüz saatlarında dükanda olduğu zaman Təqsirləndirilən şəxs1 yenidən yanına gələrək bir ədəd qırıq sep təqdim etmiş və onu anasının xəstəliyi ilə əlaqədar satmaq istədiyini bildirmişdir. O, qızıla baxdıqdan sonra onu «lom» kimi ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 razılaşdıqdan sonra qızılı tərəzidə çəkmiş, qızılın çəkisinin 1,5 qram olduğunu müəyyən etmiş və 82 manat ödəyə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşdıqdan sonra alqı-satqı dəftərində qəbz yazmışdır. Həmin qəbzdə Təqsirləndirilən şəxs1 anket məlumatlarını qeyd etmiş və o, qəbzin sonunda malın özünə məxsus olduğunu, qeyri-qanuni olmadığını, bununla bağlı cavabdehlik daşıması ilə bağlı qeydlə tanış olaraq imzalamışdır. Daha sonra o, Təqsirləndirilən şəxs1 82 manat pulu ödəmiş və sonuncu pulu götürərək getmişdir. Qızılların alışı və satışı ilə bağlı qeydiyyat dəftəri olmamışdır. Qızılları aldığı zaman satan şəxsin şəxsiyyət vəsiqəsi ilə birlikdə qızılların şəkilini çəkərək özündə saxlamış və həmin şəkilləri ibtidai istintaq zamanı təqdim etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, təqribən 4-5 il olarki Bakı şəhəri Nizami rayonu, Neftçilər prospektində qızıl alqı-satqısı dükanı işlədir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. 12 yanvar 2020-ci il tarixində, səhər saatlarında işlədiyi dükanda olduğu zaman Təqsirləndirilən şəxs1 dükana gələrək bir ədəd klonla birlikdə sep təqdim etmiş və onu satmaq istədiyini bildirmişdir. O, qızıllara baxdıqdan sonra onların kimə məxsus olduğunu soruşmuş, Təqsirləndirilən şəxs1 qızılların anasına məxsus olduğunu, anasının ağır xəstəlikdən əziyyət çəkdiyini, müalicə üçün qızılları satmaq istədiyini bildirmişdir. O, bundan sonra həmin qızılları tərəzidə çəkmiş və çəkisinin 2,08 qram olduğunu müəyyən edərək qızılları 126 manata ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşmış və bundan sonra o, alqı-satqı dəftərində qəbz yazmışdır. Həmin qəbzdə Təqsirləndirilən şəxs1 anket məlumatlarını qeyd etmiş və o, qəbzin sonunda malın özünə məxsus olduğunu, qeyri-qanuni olmadığını, bununla bağlı cavabdehlik daşıması ilə bağlı qeydlə tanış olaraq imzalamışdır. Daha sonra o, Təqsirləndirilən şəxs1 126 manat pul ödəmiş və sonuncu pulu götürərək getmişdir. Bu hadisədən uzun müddət sonra, yəni 19 may 2020-ci il tarixində, gündüz saatlarında dükanda olduğu zaman Təqsirləndirilən şəxs1 yenidən yanına gələrək iki ədəd üzük və iki ədəd qolbaq təqdim etmiş və onları anasının xəstəliyi ilə əlaqədar satmaq istədiyini bildirmişdir. O, qızıllara baxış keçirtmiş və tərəzidə çəkmiş, üzüklərin 2,6 qram, qolbaqların isə 5 qram olduğunu müəyyən etmişdir. Üzüklərə görə 158 manat, qolbaqlara görə isə 240 manat ödəyə biləcəyini bildirmişdir və Təqsirləndirilən şəxs1 onunla razılaşmışdır. Alqı-satqı dəftərində qəbz yazmış, həmin qəbzdə Təqsirləndirilən şəxs1 anket məlumatlarını qeyd etmiş və sonuncu qəbzin sonunda malın özünə məxsus olduğunu, qeyri-qanuni olmadığını, bununla bağlı cavabdehlik daşıması ilə bağlı qeydlə tanış olaraq imzalamışdır. Daha sonra o, Təqsirləndirilən şəxs1 ümumilikdə 398 manat pulu ödəmiş və sonuncu pulu götürərək getmişdir. Qızılların alışı və satışı ilə bağlı qeydiyyat dəftəri olmamışdır. Qızılları aldığı zaman satan şəxsin şəxsiyyət vəsiqəsi ilə birlikdə qızılların şəkilini çəkib özündə saxlamış və həmin şəkilləri ibtidai istintaq zamanı təqdim etmişdir. İşin 1-ci cildinin 214-220-ci vərəqlərindəki protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış, o, istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları bir daha hadisə yerlərində əyani olaraq göstərib həmin xüsusatları təsdiq etmişdir. İşin 11-ci cildinin 228-229-cu vərəqlərindəki protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs5 ifadəsi yerində yoxlanılmış, o, istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları bir daha hadisə yerlərində əyani olaraq göstərib həmin xüsusatları təsdiq etmişdir. İşin 11-ci cildinin 221-222-ci vərəqlərindəki protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış, o, istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları bir daha hadisə yerlərində əyani olaraq göstərib həmin xüsusatları təsdiq etmişdir. İşin 1-ci cildinin 223-224-cü vərəqlərindəki protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılmış, o, istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları bir daha hadisə yerlərində əyani olaraq göstərərək həmin xüsusatları təsdiq etmişdir. İşin 11-ci cildinin 225-227-ci vərəqlərindəki protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs4 ifadəsi yerində yoxlanılmış, o, istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları bir daha hadisə yerlərində əyani olaraq göstərib həmin xüsusatları təsdiq etmişdir. İşin 11-ci cildinin 177-198-ci vərəqlərindəki protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərini onların üzünə qarşı bir daha bildirmişdir. İşin 11-ci cildinin 199-208-ci vərəqlərindəki protokoldan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs6 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı həm Təqsirləndirilən şəxs3, həm də Təqsirləndirilən şəxs4 ifadələrində qeyd etdiklərini Təqsirləndirilən şəxs6 üzünə qarşı bir daha bildirmişdir. İşin 1-ci cildinin 139-cu vərəqləsindəki protokoldan görünür ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğurladığı və Zərərçəkmiş şəxs3 Əmikişi oğluna məxsus olan 1 ədəd 20 kalibrli «MR-27» markalı, ********* nömrəli qoşa lüləli ov tüfəngi götürülmüş və bununla bağlı müvafiq protokol tərtib edilmişdir. İşin 12-ci cildinin 269-270-ci vərəqlərindəki protokoldan görünür ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs1 satdığı qızılın çəkilmiş şəkil götürülmüş və bununla bağlı müvafiq protokol tərtib edilmişdir. Qeyd edilən şəkil sübut əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 12-ci cildinin 289-290-cı vərəqlərindəki protokoldan görünür ki, ibtidai istintaq zamanı Şahid5 işlətdiyi qızılların alqı-satqısı dükanının qeydiyyat dəftərinə baxış keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs1 13 sentyabr 2019-cu il tarixində dükana 40 qram çəkidə qızıl satdığı, qarşılığında 1900 manat pul aldığı müəyyən edilmişdir. Qeydiyyat dəftərinin müvafiq səhifəsinin surəti çıxarılmaqla protokola əlavə edilmişdir. Qeyd edilən sənəd sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 12-ci cildinin 262-265-ci vərəqlərindəki protokoldan görünür ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Təqsirləndirilən şəxs1 satdığı qızılın çəkilmiş ümumilikdə altı ədəd şəkil götürülmüş və bununla bağlı müvafiq protokol tərtib edilmişdir. Qeyd edilən şəkillər sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 12-ci cildinin 275-277-ci vərəqlərindəki protokoldan görünür ki, ibtidai istintaq zamanı Şahid7 işlətdiyi qızılların alqı-satqısı dükanının qeydiyyat dəftərinə baxış keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs1 31 oktyabr 2020-ci il tarixdə dükana 4,7 qram çəkidə bir ədəd sırğa satdığı, qarşılığında 250 manat, 7 mart 2021-ci il tarixdə isə «lom» qızıl satdığı, qarşılığında 82 manat pul aldığı müəyyən edilmişdir. Qeydiyyat dəftərinin müvafiq səhifəsinin surəti çıxarılmaqla protokola əlavə edilmişdir. Qeyd edilən sənəd sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İşdəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Hazırda isə onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-829/2023 saylı başqa bir cinayət işi vardır. İşdəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamə, hökmün surəti və məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-714/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 04 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Şəhəri Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. İşdəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İşdəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamə və sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs5 Xətai Rayon Məhkəməsinin 4 dekabr 2008ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 152-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 9 iyul 2009-cu il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin hökmü dəyişdirilərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən qəti 1 (bir) il 4 (dörd) ay 6(altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 oktyabr 2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən cəzası 4 (dörd) ay 6 (altı) günə endirilmiş və 14 noyabr 2009-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs5 Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2700 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan sonra Əsədov X7 Rayon Məhkəməsinin 3 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 326.1, 326.2-ci maddələri ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 2700 manat cərimə cəzalarına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2014-cü il tarixli hökmü ilə cəzası 3 (üç) il müddətinə endirilmiş, 20 iyun 2016-cı il tarixində «28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.2ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. İşdəki qəbzin surəti və Sabunçu rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs5 ona təyin edilmiş 2.700 manat cərimə cəzasının 700 manatını ödəmiş, «28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən qalan 2.000 manat hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs5 məhkumluqları Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən ödənilmişdir. İşdəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs6 Tərtər Hərbi Məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə təqsirli bilinib 700 manat cərimə cəzasına məhkum edilmiş və 18 aprel 2016-cı il tarixində cəriməni tam ödəmişdir. Təqsirləndirilən şəxs6 məhkumluğu Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən ödənilmişdir. İşin 2-ci cildinin 19-21-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 mart 2021-ci ildə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 36-38-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 29 mart 2021-ci ildə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 53-55-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 29 mart 2021-ci ildə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 165-168,179-180-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 29 mart 2021-ci ildə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkə şübhəli şəxs qismində tutulmuşdur. İşin 3-cü cildinin 68-70-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 29 mart 2021-ci ildə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 5-ci cildinin 43-45-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs6 29 aprel 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki Sabunçu Rayon Məhkəməsinin qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 barələrində həbs qətimkan tədbirləri seçilmişdir. İşin 2-ci cildinin 170-199-cu vərəqlərindəki Sabunçu Rayon Məhkəməsinin qərarlarından görünür ki, 19 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti 21 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. İşin 13-cü cildinin 18-206-cı vərəqlərindəki qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitmiş və onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 13-cü cildinin 207-255-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Şahid3 götürülmüş Təqsirləndirilən şəxs1 satdığı qızılın çəkilmiş şəkili, Şahid5 işlətdiyi qızılların alqı-satqısı dükanının qeydiyyat dəftərindən çıxarılmış surəti, Şahid4 götürülmüş Təqsirləndirilən şəxs1 satdığı qızılın çəkilmiş altı ədəd şəkli, Şahid7 işlətdiyi qızılların alqı-satqısı dükanının qeydiyyat dəftərindən çıxarılmış surətləri, Şahid6 işlətdiyi qızılların alqı-satqısı dükanının qeydiyyat dəftərindən çıxarılmış surətləri, Zərərçəkmiş şəxs3 Əmikişi oğlunun adına verilmiş şəhadətnamənin surəti və X4 Sistemindən çıxarış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğurladığı bir ədəd bir ədəd Rusiya istehsalı olan «Baikal» markalı «MP-27-EM-1C» modelli 20 kalibrli qoşa lüləli ov tüfəngi və bir ədəd üzərində «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi» yazıları olan qol saatı maddi sübut kimi tanınmış, ov tüfəngi və qol saatı saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, digər maddi sübutlar isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşdəki Zərərçəkmiş şəxs6 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, ona dəymiş 10.550 manat maddi və 7.000 manat mənəvi ziyanın təqsirləndirilən şəxslərdən tutulması barədə qərar qəbul edilməsini xahiş edir. İşdəki Zərərçəkmiş şəxs9 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, ona dəymiş 10300 manat ziyanın təqsirləndirilən şəxslərdən tutulması barədə qərar qəbul edilməsini xahiş edir. İşdəki Zərərçəkmiş şəxs7 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, ona dəymiş 2.060 manat ziyanın təqsirləndirilən şəxs X1 tutulması barədə qərar qəbul edilməsini xahiş edir. İşdəki Zərərçəkmiş şəxs8 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, ona dəymiş 9.340 manat ziyanın təqsirləndirilən şəxs X1 tutulması barədə qərar qəbul edilməsini xahiş edir. İşdəki Zərərçəkmiş şəxs10 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, ona dəymiş 11.800 manat ziyanın Təqsirləndirilən şəxs1 tutulması barədə qərar qəbul edilməsini xahiş edir. İşdəki Zərərçəkmiş şəxs12 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. İşdəki Zərərçəkmiş şəxs19 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onlara qarşı heç bir şikayəti yoxdur, gələcəkdə bu işlə bağlı heç bir iddiası və tələbi olmayacaq. İşdəki Zərərçəkmiş şəxs4 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. İşdəki Zərərçəkmiş şəxs3 Əmikişi oğlunun təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdəki Zərərçəkmiş şəxs20 Məmməd oğlunun təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. İşdəki CMS - «Azemis» Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 18 iyul 2016-cı il təvəllüdlü Məhəmməd Ələsgərov və 10 aprel 2021-ci il təvəllüdlü Səma Ələsgərova adlı iki azyaşlı uşaqları vardır. İşdəki CMS - «Azemis» Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs6 himayəsində 6 dekabr 2016-cı il təvəllüdlü Damla Həsənzadə və 22 fevral 2018-ci il təvəllüdlü Dəfnə Həsənzadə adlı iki azyaşlı uşaqları vardır. X23 Plaza klinikası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs5 həyat yoldaşı X2 8 aprel 2023-cü il tarixdə 5-6 həftəlik hamiləlik qeydə alınmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.2.1 və 232.2.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 CMin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs5 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs6 CM-in 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 təqsirlərini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.2.1 və 232.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əməlləri CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs5 əməlləri CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs6 əməlləri CM-in 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə tövsif edilməli, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Təqsirləndirilən şəxs3 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun məhkumluğu məhkəmə tərəfindən ağırlaşdırıcı hal kimi nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs5 yoldaşının hamilə olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs6 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.2.1 və 232.2.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, o, cəzsını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 1 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 1 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.2.1 və 232.2.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən hazırki cəza ilə Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 4 (dörd) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 2 (iki) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla qismən toplanılmaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 1 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 1 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən halları - cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, həyat yoldaşının hamilə olmasını, cəmi iki epizodda iştirak etməsini, onun tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın nisbətən az məbləğ təşkil etməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs5 təqsirli bilindiyi yuxarıda qeyd edilən maddələrlə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 1 (bir) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilən cəzaya hesablanmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, CMin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətində Təqsirləndirilən şəxs5 üzərinə saat 00:00-dan saat 07:00-dək yaşayış yeri olan Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, 28-ci məhəllə ev 8-i tərk etməmək, Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs6 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən 29 aprel 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 5 (beş) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 1 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə zərərçəkmiş şəxslərin mülki iddialarını müzakirə edib nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs6 mülki iddiası qismən, digərlərinin mülki iddiaları isə tam təmin edilməlidir. Belə ki, Zərərçəkmiş şəxs6 məxsus bir ədəd ümumi dəyəri 2000 manat olan, içərisində «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisi» sözləri yazılmış kişi qol saatı onun özünə qaytarılacağından bu məbləğ onun mülki iddiasından çıxılmalı, ona 7.000 manat məbləğində mənəvi ziyanın vurulmasını təsdiq edən heç bir sənəd təqdim etmədiyindən həmin hissədə təmin edilməməlidir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs6 xeyrinə 8.550 manat, Zərərçəkmiş şəxs9 xeyrinə 10.300 manat, Zərərçəkmiş şəxs7 oğlunun xeyrinə 2.060 manat, Zərərçəkmiş şəxs8 xeyrinə 9.340 manat, Zərərçəkmiş şəxs10 xeyrinə isə 11.800 manat pul tutulmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınaraq Sabunçu RPİ-yə təhvil verilmiş bir ədəd Rusiya istehsalı olan «Baikal» markalı, «MP-27-EM-1C» modelli, 20 kalibrli, qoşa lüləli ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs3 Əmikişi oğluna qaytarılmalı, bir ədəd üzərində «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi» yazıları olan qol saatı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs6 qaytarılmalı, cinayət işinin materiallarına əlavə edilmiş Şahid3 götürülmüş Təqsirləndirilən şəxs1 satdığı qızılın çəkilmiş şəkili, Şahid5 işlətdiyi qızılların alqı-satqısı dükanının qeydiyyat dəftərindən çıxarılmış surəti, Şahid4 götürülmüş Təqsirləndirilən şəxs1 satdığı qızılın çəkilmiş altı ədəd şəkili, Şahid7 işlətdiyi qızılların alqı-satqısı dükanının qeydiyyat dəftərindən çıxarılmış surətləri, Şahid6 işlətdiyi qızılların alqı-satqısı dükanının qeydiyyat dəftərindən çıxarılmış surətləri, Zərərçəkmiş şəxs3 Əmikişi oğlunun adına verilmiş şəhadətnamənin surəti və X4 Sistemindən çıxarış isə iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birindən 15 (on beş) manat, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 hər birindən 5 (beş) manat olmaqla dövlət nəfinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən etmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.2.1 və 232.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 232.2.1 və 232.2.2ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.2.1 və 232.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 232.2.1 və 232.2.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki cəza ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 4 (dörd) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 2 (iki) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs4 üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 1 (bir) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilən cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs5 üzərində qəti olaraq 10 (on) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətində Təqsirləndirilən şəxs5 üzərinə saat 00:00-dan 07:00-dək yaşayış yeri olan Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, 28ci məhəllə ev 8-i tərk etməmək, Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs5 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 29 aprel 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 5 (beş) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs6 üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs6 mülki iddiası qismən, digərlərinin mülki iddiaları isə tam təmin edilsin. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs6 xeyrinə 8.550 manat, Zərərçəkmiş şəxs9 xeyrinə 10.300 manat, Zərərçəkmiş şəxs7 oğlunun xeyrinə 2.060 manat, Zərərçəkmiş şəxs8 xeyrinə 9.340 manat, Zərərçəkmiş şəxs10 xeyrinə isə 11.800 manat pul tutulsun. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan bir ədəd Rusiya istehsalı olan «Baikal» markalı, «MP-27-EM-1C» modelli, 20 kalibrli, qoşa lüləli ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs3 Əmikişi oğluna qaytarılsın. Bir ədəd üzərində «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi» yazıları olan qol saatı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs6 qaytarılsın. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid3 götürülmüş Təqsirləndirilən şəxs1 satdığı qızılın çəkilmiş şəkili, Şahid5 işlətdiyi qızılların alqı-satqısı dükanının qeydiyyat dəftərindən çıxarılmış surəti, Şahid4 götürülmüş Təqsirləndirilən şəxs1 satdığı qızılın çəkilmiş altı ədəd şəkili, Şahid7 işlətdiyi qızılların alqı-satqısı dükanının qeydiyyat dəftərindən çıxarılmış surətləri, Şahid6 işlətdiyi qızılların alqı-satqısı dükanının qeydiyyat dəftərindən çıxarılmış surətləri, Zərərçəkmiş şəxs3 Əmikişi oğlunun adına verilmiş şəhadətnamənin surəti və X4 Sistemindən çıxarış isə iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birindən 15 (on beş) manat, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 hər birindən 5 (beş) manat olmaqla dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar