Məhkəmə qərarları › İş №1(101)-770/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-770/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-770/2020 21.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası 08 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə saat 19 radələrində qohumu Təqsirləndirilən şəxs2 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs nikaha girməyə məcbur etmək məqsədi ilə qrupun üzvü Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel Omeqa” markalı, **-TM-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyatov küçəsində yerləşən “Ellada” şadlıq sarayının yanına gələrək, orada Zərərçəkmiş şəxs yerini müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs1 avtomobilini saxlayıb Humaya yaxınlaşaraq Zərərçəkmiş şəxs bədənindən yapışıb həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib ona üst alveol qövsünün sağdan İ dişinin hissəvi sınması ilə müşaiyət olunan üst dodağın yumşaq toxumasının əziyi, selikli qişasının və üst damağın qansızması, üz nahiyyəsinin sıyrıqları, sağ saidin, sol saidin sağ diz oynağının sağ budun, sağ baldırın, sol diz oynağının və sol baldırın qançırları, sağ əlin kəsilmiş yaraları, sol əlin V barmağının əzilmiş yarası ilə müşaiyət olunan dərəcələrinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid bədən xəsarəti yetirib iradəsinə zidd olaraq avtomobilin salonuna salmaqla Təqsirləndirilən şəxs1 avtomobili idarə edib Bakı şəhəri, Xəzər rayonu ərasizinə “Koroğlu” metrostansiyasının çıxışına gələrək tanışı X8 avtomobili idarə etməsini tapşıraraq, özü avtomobilin arxa oturacağına əyləşib Zərərçəkmiş şəxs tutub saxlamış, Nicat İbrahimov isə avtomobili idarə edib Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə gəlmiş, orada gözləyən qrupun digər üzvü Təqsirləndirilən şəxs2 həmin avtomobilə arxa oturacaqda əyləşib başqa yerə aparılması üçün Zərərçəkmiş şəxs əlini yapışqan lentlə bağlayaraq tutub saxlamış, daha sonra Təqsirləndirilən şəxs1 tanışı X9 ilə mobil telefonla zəngləşərək avtomobilində yaranmış nasazlıq səbəbindən öz avtomobili ilə Sabunçu rayonu, Maştağa qəsəbəsinə gəlməsini tapşırmış və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə zorla oraya gələn Coşqun Əhədzadənin “Mersedes” markalı dövlət nömrəsi istintaqa məlum olmayan qara rəngli avtomobilinin arxa oturacağına əyləşdirmiş, Nicat İbrahimov isə “Opel Omeqa” markalı, ** TM *** dövlət nömrə nişanlı avtomobili sürüb apardıqdan sonra, digər qrup üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 qohumu Şahid1 İsmayıllı rayonunun Diyallı kəndindəki fərdi yaşayış evinə aparıb saxlayaraq adam oğurluğu cinayətini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs təxminən 5 ildən çoxdur ki, tanıyır. Onlar bir-birini sevmiş, lakin, Humayın ailəsi onların evlənmələrinə razılıq verməmişlər. Onun valideynləri müxtəlif vaxtarda dörd dəfə el adəti ilə Zərərçəkmiş şəxs ailəsindən istəmək üçün elçi getmiş, lakin, Humayın ailəsi, əsasən də Humayın anası onunla evlənməsinə razılıq verməmişdir. Lakin, onlar bir-birini sevdikləri üçün evlənmək fikrindən daşınmamışlar. Hətta ilk dəfə elçi gedərkən Humayın anası onun evinin olmamasını bəhanə gətirdiyi üçün onlar razılaşmışlar ki, o, əvvəlcə özü üçün ev tikdirsin. Bundan sonra o, evi tikməyə başlamışdır. Humay onu evi tikməyə tələsdirmişdir. Lakin, həmin vaxt o, əsgər getdiyi üçün ev yarımçıq qalmışdır. Əsgərlikdən sonra Humayla danışmağa davam etmiş, anası isə Humayın onunla danışmağını qadağan etsə də, onlar gizli danışmışlar. O, artıq evi tikib hazır etmiş, Humay da gəlib kənardan tikdiyi evə baxmışdır. O, evi tikib qurtarandan sonra Humay anasına onunla ailə qurmaq istəməsini desə də, anası Tamam yenə də razılıq verməmişdir. Humay anasını özü razı salacağını demişdir. Humayın razılığı ilə o, yenə elçilərini göndərsə də, anası Tamam razılıq verməyib, Humayın onunla əlaqəsinin olmamasını və guya onu istəməməsini səbəb gətirib, Humayı başqa imkanlı qohumuna ərə verəcəyini bildirmişdir. Humayın evinə göndərdiyi elçilikdən təxminən 1 həftə sonra, təqribi xx xxxx 2019-cu il tarixdə Humayla birlikdə “20 yanvar” metrosunun yaxınlığında görüşüb Humayın sənədlərini götürmək üçün birlikdə “Bakı Rabitə Nəqliyyat” kollecinə getmişlər. Daha sonra Humay və rəfiqsi Ramilə ilə birlikdə «28 may» metrostansiyasına gələrək oradan da şəhərdə biraz gəzib oturub yemək yemişlər. Humayın rəfiqəsi Ramilə də onlarla olmuşdur. Sonradan Ramilə onlardan ayrılmışdır. O, Humayla birlikdə metronun “Ulduz” stansiyasına getmişdir. Humay onsuz qala bilmədiyini, anasının isə onu ərə verdiyi oğlanla da evlənmək istəmədiyini bildirmişdir. Onlar birlikdə qoşulub qaçmağa razılaşmışlar və bundan sonra Humayın anası məcbur olub onların evlənməyinə razılıq verəcəkmiş. Bu səbəbdən də, xx.xx.2019-cu il tarixdə də Humay onunla könüllü olaraq evlənmək məqsədi ilə qoşulub getməyə razılıq vermişdir. Onlar Humayla əvvəlcədən razılaşdıqları kimi xx xxxx 2019-cu il tarixdə Sabunçu rayonunda yerləşən «Ellada» şadlıq sarayının yaxınlığında görüşməliymişlər. Danışdıqları vaxt Humay həmin yerə avtobusla gəlib, onun idarə etdiyi avtomobilə əyləşmişdir. Onlar avtomobillə “20 Yanvar” metrosu istiqamətində hərəkətdə olan zaman avtomobildə nasazlıq yarandığından avtomobili aparıb Maştağa qəsəbəsində saxlayıb, açarı buferin altına qoyub, qohumu Nicata zəng edərək avtomobili oradan götürməsini tapşırmışdır. Rayon uzaq olduğundan nasaz maşınla getmək istəməmişdir. Maşında Humayla ondan başqa kimsə olmamışdır. O da Humayla 80 manata taksi ilə razılaşıb ikisi birlikdə İsmayıllı rayonuna qohumu Xəyalgilin evinə getmişlər. Onlar İsmayıllıya çatanda gecə saat 00-00 radələri olmuş və taksini gedəcəkləri evdən biraz uzaqda saxlayıb ora piyada getmişlər. Qohumugilə qonaq kimi getmişlər və Humayı da sevdiyi qız kimi onlara təqdim etmişdir. Qohumları onları qonaq kimi qəbul etmişlər. İsmayıllıda yaşayan qohumlarına əvvəlcədən onlara gələcəklərini deməmişdir. İsmayıllı rayonunda olan zaman Humay anası Tamamla telefonda danışdıqda, anası Humaydan aralarında hər hansı bir münasibət olubolmamasını soruşmuşdur. Humay da aralarında heç bir münasibət, yəni, intim münasibət olmadığını bildirdikdə anası Tamam qayıdıb gəlmələrini və onların evlənməyinə razılaşdığını dediyindən, həmçinin, o da öz ailəsi ilə əlaqə saxlayıb, atası ilə danışan zaman atası ona Humayın ailəsi ilə razılaşdıqlarını və Bakıya gəlməyini tapşırdığından Xəyal qonşuda yaşayan taksini çağırmış və taksiylə o, Humayla birlikdə Xırdalan şəhərində yaşayan qohumu Xalidənin evinə gəlmişlər. Həmin ərəfədə onun istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Saat 15 radələrində Xalidənin evində olan zaman Humayı Xalidəyə təhvil verib, oradan çıxaraq “28 may” metrostansiyasına getmişdir. Humayla Bakıya qayıdanda Humayın qohumugilə gələcəklərini bildiklərindən anası, dayısı, yoldaşı, onun babası, qardaşı da oraya gəlmişlər. Babası ordan getməsini, özlərinin danışıb həll edəcəklərini, hər şeyin qaydasında olduğunu bildirmişdir. O, Humaya heç bir zor tətbiq etməmiş və ona xəsarət yetirməmişdir. Onu qohumlarına təhvil verərkən də onda heç bir xəsarət olmamışdır. Humay qaldıqları evdə köynəyi tər olduğu üçün dəyişib,evdə olan arvad qohumunun köynəyini geyinmişdir. Bakıya qayıdanda əynində nə olmasını xatırlamır. Gərək ki, elə qonaq qaldıqları evdə geyindiyi köynəklə gəlmiş, öz köynəyi tərli olduğundan onu geyinməmişdir. Rayondan qayıdanda ayağında nə ayaqqabı olmasını xatırlamır. xx xxxxxx 2019-cu ilə qədər də evində olmuşdur. Həmin müddət ərzində də əlaqələri olmuşdur. xx.xx.2019-cu il tarixdə atası ona zəng edərək onu polis idarəsinə çağırdıqlarını bildirmişdir. Həmin vaxt Humayın ondan şikayət etdikləri ona məlum olmuşdur. Onun qohumları Coşqun, Tərlan və Nicat Humayın qaçırılmasında iştirak etməmişlər. Həmin qohumları o, ev tikərkən evin tikilməsində ona kömək etdiklərindən Humay onları da tanımışdır. Humayın ailəsindən gizli də telefonu olmuş, həmin telefonla onunla danışmışdır. Həmin yazışmalarda rayona getmələri barədə danışmamışlar. Onlar rayona gedəndə Humayın qohumları onların evinə hücum çəkmişlər, nənəsi xəsarət də almış, lakin, nənəsi şikayət etməmiş, ekspertizaya da getməmişdir. Humayın anası istintaq dövründə barışığa gəlmələri üçün 10.000 manat pul almışdır. Həmin pulu onun vəkilinin iştirakı ilə almışdır. Tərlan hadisə günü onlarla olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, hadisə günü avtomobiln qapısı açıq olmuş, yəni, kilidə qoyulmamış, qapını Humay özü sərbəst açıb maşına əyləşmişdir. Həmin gün Humay ona qarşı küskün olmuşdur. Onun nənəsi Humayın xalasına zəng edib onların evlənməyi ilə bağlı söhbət etdiyindən, Humay buna narazılığını bildirmişdir. Yəni Humayın həmin xalasıgillə münasibətləri yaxşı olmadığından nə üçün nənəsinin ona zəng edib bu mövzuda danışdığını irad bildirmişdir. Buna görə də qohumlarının yanında onu biabır etdiyini demişdir. Hadisə gününə qədər bu səbəbə görə aralarında küsülülük olmuşdur. Təxminən 1 həftə əvvəlcədən Humayla görüşmələri barədə danışdıqlarından o, həmin yerə getmiş, Humay da avtobusla oraya gəlmişdir. Ancaq, həmin bir həftə ərzində danışmamışlar. Humay onu işə tək buraxmadıqlarını dediyindən, onlar həmin ərəfədə görüşməmişlər. X3 gedəcəklərini deməmişdir. O, Humayla taksidə gedərkən yalnız Nicatla telefonla əlaqə saxlamış, rayona çatanda isə qardaşı ilə danışmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 98-101-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «...Humaya yaxınlaşan zaman onunla söhbət etmək istədiyimi dedim. Bu zaman o, yol kənarında söhbət etməyimizi mənə dedi. Mən buna razı olmadım və onu təkidlə avtomobilə əyləşib mənimlə söhbət etməsini dedim. Lakin Humay razılaşmadı, bu zaman mən onun belindən və əlindən tutaraq avtomobilimin yanına gətirdim və arxa qapını açaraq avtomobilimə əyləşdirdim. Avtomobildə olan zaman mən Humaya bildirdim ki, ona əlimi belə vurmayaraq təzyiq göstərməyəcəyəm və onu evlənmək üçün qaçırdıram. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadəsini qismən təsdiq edir. Həmin ifadəni ondan təzyiq altında almışlar. O, indi məhkəməyə verdiyi ifadəsini təsdiq edir. O, Humayı həmin gün təqib edib onu avtobusdan düşəndən sonra əlindən, belindən tutub zorla maşına əyləşdirməmiş, həmin gün onun yanında heç kəs olmamışdır. Tərlan, Coşqun həmin gün orada olmamış, avtomobildə Humay və ondan başqa heç kəs olmamışdır. Humay avtomobilin şüşəsini sındırmamışdır. Onu polis əməkdaşları döymüşlər. Polis əməkdaşlarının adlarını və soyadlarını bilmir, görsə tanıya bilməz. Ona işgəncə verilməsi ilə əlaqədar heç yerə şikayət etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə həmin hadisə günü o, Buzovna qəsəbəsində yaşayan tanışı Ramiz adlı şəxsin bağında olmuşdur. Belə ki, o, həmin şəxsin bağında işləmişdir. Həmin gün o, saat 09-30-da işə getmişdir. O, polis əməkdaşları tərəfindən tutulan zaman Sabunçu RPİnin 12-ci PŞ-nin əməkdaşları tərəfindən döyüldükdən sonra, onu Sabunçu RPİ-nin İŞ-nə təhvil vermişlər. Onun üzərində xəsarət izləri də olmuş, lakin onun tələbinə baxmayaraq onu ekspertizaya göndərməmişlər. Onu beş nəfər döymüşdür. Onu gəlib saxlayıb apararkən hətta onu əmisinin həyətində döyməyə başlamışlar. İndi də bir qulağı eşitmir. Onu həyətdə döyərkən telefona çəkildiyini görüb polislər telefonu da almışlar. Onu döyən şəxslərin adlarını, digər anket məlumatlarını bilmir. Görsə də onu döyən şəxsləri indi tanıya bilməz. O, ilkin dindirmə zamanı Təqsirləndirilən şəxs1 zəngi əsasında xx.xx.2019cu il tarixdə saat 19 radələrində Maştağa qəsəbəsinə gəlməyini və avtomobildə Elturanın sevdiyi Humay adlı qızı tutub saxlamağı, əlini yapışqan lentlə bağlamağı və sonradan Coşqunla görüşüb onun avtomobili ilə İsmayıllı rayonuna qaçıraraq aparmaqları barədə ifadələrini təsdiq etmir və o, tutulan zaman işgəncələrin şokunda olduğu üçün, tərtib edilmiş sənədləri oxumadan imza edib təsdiq etmişdir. Birinci dəfə ondan ifadə alınanda vəkili olmamış, ikinci dəfə o, sərbəst ifadə verəndə onun vəkili olmuşdur. Əslində isə həmin hadisədə o, iştirak etməmiş, Zərərçəkmiş şəxs da tanımamışdır. Elturanla əmi oğlu kimi həmişə münasibətləri yaxşı olmuşdur. Onun vaxtı olanda həmişə gedib Elturanın tikdirdiyi evin tikilməsinə də kömək etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 3-cü cild 215-218-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: xx xxxx 2019-cu il tarixdə əmisi oğlu Təqsirləndirilən şəxs1 təxminən saat 17:30 radəsində ona məxsus ***-***-**-** nömrəsinə zəng etmiş və harada olduğunu soruşmuşdur. Bu zaman o Elturana bildirmişdir ki, yaşadığı Xəzər rayonundakı evə gedir. Həmin zaman Elturan ona demişdir ki, “tez gəl Maştağa yoluna”. O da bundan sonra onun dediyi yerə, yəni, Xəzər rayonundan Sabunçu rayonu Maştağa qəsəbəsi istiqamətinə getmişdir. Bu zaman o Eituranı Maştağa qəsəbəsində yol kənarında gözləmişdir və o, idarə etdiyi Opel markalı avtomobillə onun yanına gəlmişdir. O həmin zaman avtomobilə qabaq oturacaqda əyləşmişdir və görmüşdür ki, avtomobilin arxa oturacağında Elturanın sevdiyi Zərərçəkmiş şəxs vardır. Bu zaman Elturan ona demişdir ki, o, Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə qaçırmışdır. Həmin zaman Elturandan Humayı aparacağı yeri soruşsa da, o bu barədə ona deməmişdir. Bundan sonra o, avtomobili idarə edərək Maştağa qəsəbəsində ərazisində olarkən Elturan bibisinin kürəkəni Coşquna zəng etmiş və onu da Maştağa qəsəbəsinə çağırmışdır. Bundan təxminən 1 saat sonra Coşqun idarə etdiyi qara rəngli, «Mersedes» markalı avtomobillə Maştağa qəsəbəsinə gəlmiş və onlar görüşmüşlər. Həmin zaman Elturan Coşquna bildirmişdir ki, Humayı qaçırmış saxlamağa yer axtarır. Bundan sonra Elturanın avtomobili yaxşı işləmədiyi üçün yol kənarında avtomobili saxlamışdır və qohumu X13 ilə əlaqə saxlamışdır və avtomobili yol kənarından götürməsini tapşırmışdır. Sonra isə o, Elturan və Humay Coşqunun avtomobilinə əyləşmişlər. Həmin zaman avtomobili Coşqun idarə etmişdir. O və Elturan avtomobildə arxa oturacaqda əyləşmişlər. Humay isə onların ortasında əyləşmişdir. Onlar Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Elturan Humayı aparmağa yer axtarırmış. Humay avtomobildə olan zaman səs küy salmağa başlamış, o və Coşqun Elturana bildirmişdir ki, qızın razılığı yoxdur. Buna görə də o, avtomobildə səs-küy salır. Həmin zaman isə Elturan demişdir ki, Humay ondan inciklidi deyə avtomobildə səs-küy salır. Sonra isə Elturan Coşquna demişdir ki, onları İsmayıllı rayonuna aparsın, belə ki, onun İsmayıllı rayonunda xalası Məlahət yaşayır. Onlar həmin vəziyyətdə yəni Zərərçəkmiş şəxs yol boyu yolda polis eləcə də əhalinin sıx olan yerində səs-küy sala-sala səhərə yaxın təxminən saat 05 radəsində İsmayıllı rayonunun Diyallı kəndinə gəlmişlər. Onlar Diyallı kəndində yaşayan bibisi Məlahətin evinə gəldikdən sonra Humayı Elturan evdə olan otaqların birinə aparmış və bundan təxminən 1-2 saat sonra o Coşqun ilə birlikdə Bakı şəhərinə qayıtmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Humayın anası Elturanın ailəsi ilə razılaşmış və onlara demişdir ki, Elturan qızı gətirib təhvil versin və toyların etsinlər. Sonradan isə bilmişdir ki, həmin günü yəni xx xxxx 2019-cu il tarixdə axşam saatlarında X19 şəhərində yaşayan qohumlarına gətirib təhvil vermişdir. Təqsirləndirilən şəxs1 Humayı anası vermədiyi üçün evlənmək məqsədi ilə onu xx.xx.2019-cu ii tarixdə qaçırmış və bundan sonra onun yanına gələrək bu barədə demişdir. Bundan sonra o, Coşqunu çağırmış və onlar birlikdə Coşqunun avtomobili ilə Humayı İsmayıllı rayonuna aparmışlar. Coşqunun avtomobilində o və Elturan arxa otracaqda əyləşmişlər. Həmin zaman Humay isə onların arasında əyləşmişdir. Humayı aralarında əyləşdirməkdə məqsədləri onun avtomobildən düşüb qaçmaması olmuşdur. Humayı Elturanın avtomobilindən Coşqunun avtomobilinə əyləşdirən zaman Humay müqavimət göstərməsin deyə Elturanın avtomobilində o Humayın əlini tutmuş, Elturan isə yapışqan lentlə Humayın əlini bağlamışdır. Bundan sonra, Humay avtomobildən düşəndə əlini bir-birinə sürtərək yapışqan lenti açmış və özü sərbəst şəkildə Elturanla birlikdə adımlayıb Coşqunun avtomobilinə əyləşmişdir. Onlar Coşqunun avtomobili ilə İsmayıllı rayonuna gedəndə Humay səs-küy salsa da o, Elturan eləcə də avtomobili idarə edən Coşqun ona qarşı heç bir fiziki güc və zor tətbiq etməmişlər. O törətdiyi cinayət əməlinə görə polis əməkdaşları tərəfindən axtarıldığını bilirmiş, lakin, Təqsirləndirilən şəxs1 tutulduqdan sonra onun vəkili Müdafiəçi1 ona Elturanın atası Emilin vasitəsi ilə söz göndərmişdir ki, ortalıqda görsənməsin. O da vəkil Müdafiəçi1 sözünə görə istintaqdan gizlənməyə başlamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadəni təsdiq etmir. İfadənin sonunda olan əlyazma və imza ona məxsus olsa da, həmin imzanı ona məcbur edib imzalatmışlar. Polis əməkdaşları həmin ifadəni ona işgəncə verib, almışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 4 ildən çox olar ki, tanıyır. Belə ki, Bakı şəhəri “20 yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Rabitə və Nəqliyyat Kolleci”də təhsil aldığı zaman qrup yoldaşı Əsmərin vasitəsi ilə onu tanımışdır. Təqsirləndirilən şəxs1la tanış olduğu müddətdə münasibətləri yaxşı olmuşdur. Elturan kollecdə təhsil aldığı müddətdə qrup yoldaşlarının yanına gəlib-getmişdir. Hərdən-bir o, qrup yoldaşları ilə birlikdə çay içərkən Elturan da həmin masada əyləşmişdir. Həmin vaxtlar Elturan ona telefon nömrəsini vermişdir. Onlar arada bir telefonla danışıb yazışmış, həmçinin sosial şəbəkədə yazışmaları, videogörüntü ilə əlaqələri olmuşdur. O, Elturanla dost kimi danışmışdır. Onun Elturana qarşı sevgi münasibətləri olmamışdır. Lakin, Elturan onunla ciddi olduğunu və evlənəcəyini bildirmişdir. Bir neçə dəfə Elturan ailə üzvlərini onlara elçiliyə göndərmiş, lakin, Elturana qarşı sevgi və istəyi olmadığı üçün ailəsi razı olmamışdır. Onun anası hər dəfə ondan Elturanla ailə qurmaq istəyib-istəmədiyini soruşduqda, o, hər dəfə bundan imtina etmiş, Elturanı sevmədiyini bildirmişdir. O, Elturana ərə getməyə razı olmamışdır. Tələsərək, düşünülməmiş qərar vermək istəməmişdir. Getgedə Elturanın xasiyyəti ilə onun xasiyyətinin tutmadığını anlamışdır. Lakin, Elturanla dost kimi danışmağa davam etmişlər. Elturan hərbi xidmətə getdikdən sonra arabir telefon vasitəsi ilə də danışmışlar. Elturan hərbi xidmətini başa vurub gəldikdən sonra onunla heç bir münasibəti olmamış, nə də görüşməmişlər. Elturan onun tanımadığı telefon nömrələri ilə ona zəng etmişdir. Elturan hər dəfə ona zəng edib onunla danışmaq istədiyini bildirsə də, o, Elturanla danışmaq istəməyib, onu telefonunda "qara siyahı"-ya salıb hər dəfə telefonu söndürmüşdür. Elturan xidmətdən qayıtdıqdan sonra da ailə üzvləri onlara elçi gəlmişlər. Bu dəfə də ailəsi o, Elturanı istəmədiyindən onu verməmişlər. O, özü də Elturanın ailə üzvlərinə Elturanı istəmədiyini, onunla Elturan arasında heç bir evlilikdən söhbət gedə bilməyəcəyini demişdir. Bütün bunlara baxmayaraq xx.xx.2019-cu il tarixdə Elturanın ailə üzvləri yenidən onlara elçi gəlmişlər. Valideynləri yenə də ondan ərə getmək istəyib-istəməməsini soruşmuş və o, onlara yox cavabı verəndən sonra, onlar həmin yox cavabını Elturanın qohumlarına bildirmişlər. xx.xx.2019-cu il tarixdə təxminən saat 19:30 radələrində o, işdən evə gələn zaman Sabunçu rayonu, Sabunçu qəsəbəsi "Ellada" şadlıq sarayının qarşısında avtobusdan düşüb evə gedərkən Elturan qarşısını kəsərək onunla söhbət etmək istədiyini bildirmişdir. O, hər gün eyni avtobusla evə getmir. Elturanın nə üçün həmin vaxt orada olduğunu bilmir. Əvvəlcədən Elturanla orada görüş təyin etməmişlər. O, Elturana danışmaq istəmədiyini bildirərkən Elturan onun qolundan tutaraq onu idarə etdiyi avtomobilə zorla əyəşdirmək istəyərkən, o, Elturana müqavimət göstərmişdir. Elturan onun avtomobilə əyləşməməyini görüb onu sürüyə-sürüyə avtomobilə tərəf aparanda o, qışqırmağa başlamışdır. Bu vaxt Elturan onun başına bir neçə zərbə vurmuş, həmçinin başını maşına vurmuş, həmin vaxt da dişi qırılmışdır. Maşına onu güclə mindirəndə orada Elturandan başqa bir nəfər oğlanında olduğunu hiss etmişdir. Onu Elturan güclə avtomobilə əyələşdirmiş və həmin yerdən uzaqlaşmışlar. Elturan avtomobili idarə edən zaman o, əli ilə qapını açmaq istəsə də qapı bağlı olduğundan açılmamışdır. Elturan onu məcburi avtomobilə mindirdikdən sona avtomobildə bir qədər dartışmışlar. Həmin vaxt üzərində olan ağ rəngli köynəyi cırılmışdır. O, avtomobilin arxa sağ yan şüşəsini əli ilə sındırmaq istəmiş, lakin, sındıra bilmədiyi üçün ayaq zərbələri ilə şüşəni sındırmış və avtomobilin şüşəsi üzərinə düşdüyü üçün hər iki əl nahiyyəsindən xəsarətlər almışdır. Avtomobilin şüşəsini yolun hansı istiqamətində sındırmağını xatırlamır. Əli qanadığından əynində olan şalvar və kofta da qan olmuşdur. Elturan avtomobili şəhərin müxtəlif yerlərinə sürdükdən sonra «Koroğlu» metrosunun yanında Nicat adlı şəxsi oradan götürmüşdür. Bundan sonra avtomobili Nicat idarə etməyə başlamışdır. Nicat avtomobili idarə edərkən, Elturan arxada onun yanında əyləşmişdir. Elturan onun səs-küy salmağını görüb başına və ayaq nahiyyələrinə yumruqla vurmağa başlamış və sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 zəng edərək, dediyi dərmanı və skoçu gətirməyini tapşırmışdır. Telefon danışığı olan zaman, Elturan danışdığı şəxsin adını Tərlan demiş, ona Elturanın Tərlanla danışdığı aydın olmuşdur. Avtomobillə hərəkətdə olduqları zaman yolüstü tanımadığı ərazidən Tərlanı da avtomobilə mindirmişlər. Tərlan Elturanın telefonla göstərişinə əsasən skoç və dərman gətirmişdir. Həmin zaman Tərlan arxada onun sol tərəfində, Elturan isə sağda əyləşmişdir. Bundan sonra Tərlan və Elturan köməkləşib onun əllərini və ayaqlarını skoçla bağlamışlar. Avtomobil hərəkətdə olan zaman avtomobili idarə edən Nicat insanların çox olduğu yerdən, eləcə də polis əməkdaşlarının yanından keçən zaman avtomobildə mahnıya yüksək səs vermişdir ki, onun səsini eşidən olmasın. Lakin, o, yenədə bərk qışqırmağa çalışmış və avtomobildə arxa şüşə sınıq olduğu üçün, onun səsi küçədə eşidilmişdir. Elturan bu barədə Tərlan və Nicata müraciət edərək, bu maşınla rayona getməyin təhlükəli olduğunu və onu başqa maşına mindirmək lazım olduğunu bildirmişdir. Elturanın avtomobilnidə heç bir nasazlıq olmamış, o, avtomobilin şüşəsini sındırdığı üçün başqa maşınla getməli olmuşlar. Sonra tanımadığı ərazidə, səhf eləmirsə hansısa körpünün üstündə qaranlıq vaxtı avtomobili saxlayıb onu avtomobildən düşürüb zorla başqa bir avtomobilə əyləşdirmişlər. Həmin avtomobili sonradan adını bildiyi Coşqun adlı şəxs idarə etmişdir. Nicat isə əvvəlki avtomobili sürüb çıxıb getmişdir. Yenə də Tərlan arxada onun sol tərəfində, Elturan isə sağda əyləşmişdir. Onlar onu ikisi də bərk tutmuş və tərpənməyə qoymamışlar. Elturan yolda avtomobildə də ona bıçaq dirəmişdir ki, səs salsa onu öldürəcək. Tərlan və Elturan gecə saatlarında onu Coşqunun idarə etdiyi avtomobillə İsmayıllı rayonuna aparmışlar. Əvvəl ona hansı rayona getdiklərini deməmişdir. O, yenə də qışqırmağa davam etmiş və belə olan halda İsmayılllı rayonuna gedəndə yolda, onun qışqırmağının qarşısını almaq üçün Elturan dəsmala dərman töküb zorla burnuna tutmuşdur. Həmin dərman onun burnuna dəydiyinə görə o, az qala huşunu itirmiş, lakin, onlara ürəyi bulandığı üçün qusmaq istədiyini demişdir. Elturan dəsmalı ağzından aralamış, lakin, hər dəfə o, səsini çıxaranda, Elturan həmin dəsmalı onun ağzına tutmuşdur. İsmayıllı rayonuna çatanda bir yoxuş yol olmuş, Coşqun həmin yolu qalxmaq istəməmiş, lakin, Elturan Coşqunu həmin yolu qalxmağa məcbur etmişdir. Coşqun həmin yolla qalxıb, bir evin yaxınlığında saxlamışdır. X28 adlı qohumunun evinə aparmışlar. Həmin evdə Elturanın nənəsi, qardaşı da olmuşlar. Həmçinin ev sahibi Xəyal, bir qadın və iki uşaq da olmuşdur. İsmayıllıda evdə olanların hamısı Elturanın onu zorla qaçırdığını bilmişlər. Onun köynəyi cırılmış və qan olduğuna görə ona geyinməyi üçün bir köynək vermişlər. Onun köynəyini isə tualetə atmışlar. Bakıya gələrkən də həmin kofta ilə gəlmişdir. Onun ayaqqabısı birinci maşında düşüb qalmış və rayona çatanda onun ayağında ayaqqabı olmamışdır. Bakıya gələndə ona rezin bir ayaqqabı vermişlər, onu geyinib Bakıya gəlmişdir. Orada Elturanın nənəsi, qardaşı ona müxtəlif hədə-qorxular gələrək, onu Elturana ərə getməyə razı salmağa çalışmışlar. Elturanın xalası kimi tanıdığı, adını bilmədiyi qadın Elturana aparıb onun üzünü açmağını bildirmişdir. Bundan sonra Elturan onu başqa bir otağa aparmış və Elturan əvvəl əlində olan bıçaqla onu hədələyib barışıq ərizəsinə imza atmağa məcbur etmiş, lakin, o, heç bir kağıza imza atmamışdır. Elturan da vəziyyəti belə görüb ona yaxın durmamışdır. Daha sonra Elturan telefonu ona uzadaraq anası ilə danışmağını istəmişdir. Elturanın anası Lamiyə ilə telefonla danışarkən o, oğlu Elturandan şikayət etməməyini xahiş etmişdir. Bundan sonra Elturan anası Tamamın onlarla barışdığını və şikayətinin olmadığı üçün Xırdalan şəhərinə gedəcəklərini bildirmişdir. Səhərə yaxın X7 çıxıb getmişlər. Taksi sifariş edərək, o, Elturan, ev sahibi Xəyal, Elturanın nənəsi taksiyə əyləşərək İsmayıllı rayonundan Elturanın bibisi Xalidənin yaşadığı Abşeron rayonu, Xırdalan şəhərinə getmişlər. Xalidənin evinə çatdıqdan 1-2 saat sonra orada olan Elturanın babası Rasim Elturana oradan çıxıb getməyi tapşırmışdır. Elturan evdən çıxıb getmiş və bundan sonra Xalidə telefonla anasına zəng edib, telefonu ona uzatmışdır. O, anası ilə danışaraq harada olduğunu demişdir. Təxminən bir saat sonra anası Tamam, bacısı Aytəkin, qardaşı Tahir, xalası Bəsti və xalası oğlu Aydın Xalidənin evinə gəlib onu oradan götürmüşlər. Onlar oradan çıxandan sonra Elturanın ona qarşı etdiklərini anasına demiş və elə həmin gündə anası onu Sabunçu RPİ-nin 13-cü PBnə aparmış və o, orada ərizə yazmışdır. O, əynində olan cins şalvarı polis idərəsinə vermiş, hazırda həmin şalvarın harada olmasını bilmir. O, əvvəllər Tərlanı tanımamışdır. Təqsirləndirilən şəxslərlə barışıq əldə etməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Elturanın onunla evlənməyə razılıq olması üçün ev tikməsi barədə ifadəsi düz deyil. Onların belə bir razılaşmaları olmamışdır. xx.xx.2019-cu il tarixdə o, Elturanla razılaşıb könüllü olaraq İmsayıllı rayonuna ailə qrumaq üçün qoşulub qaçmamış, bu yalandır. Elturan onun istəyi və razılığı olmadan onu qaçırmışdır. Onun Ramilə adlı rəfiqəsi var, lakin, hadisədən 1 həftə əvvəl Elturanla və Ramilə ilə üçünün bir yerdə oturub yemək yemələri yadına gəlmir. O, həyətə əlini yumaq üçün düşəndə Elturan onunla çıxıb, ona ağacdan alma dərib vermişdir. O, sonra şəkil çəkmək üçün Elturanın bunu qəsdən etdiyini başa düşmüşdür. Tualet də həyətdə olmuş, o, həyətə düşəndə Elturan da onunla düşmüşdür. Onun Elturanla sosial şəbəkədə videgörüntülü əlaqələri olmuş, lakin, həmin videogörüntülərdə olanlar onun Elturana sevgi münasibəti olmasını təsdiq etmir, o, Elturanla zarafatlaşmış, lakin o, Elturanı sevməmiş və bu barədə Elturana dəfələrlə desə də Elturan ondan əl çəkməmişdir. O, ailəsi ilə danışa bilməmiş, telefonda danışmaq istəyən kimi Elturan cəld telefonu söndürmüşdür. İsmayıllıdan qayıdanda o, səhər yemək yeməmiş, digərlərinin səhər yeməyi yeyib-yemədiklərini bilmir. İsmayıllıdan qayıdanda o, avtomobildə Elturanın vurub dişini də sındırdığını demiş, lakin, onun dediklərini taksi sürücüsünün eşidib-eşitməməsini bilmir. Elturanın ailəsi istintaq zamanı onun ailəsi ilə barışığa cəhd etməmiş, əksinə onu şantaj edib televiziyaya verib onu biabır edəcəklərini bildirmişlər. Valideynlərinin Elturanın vadlideynlərindən 10.000 manat pul almaları barədə onun məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. X23 danışmalarını bilmişdir. Hətta təxminən 3 il əvvəl Elturanın anası, nənəsi onlara elçiliyə gəlmişlər, lakin, o, qızı Humaydan soruşduqda, Humay həmin oğlanı sevmədiyini dediyindən, onlar razılıq verməmişlər. Belə ki, Humay Elturanın normal davranmamasına görə ondan uzaqlaşmışdır. Hadisədən təqribən 15 gün əvvəl də yenə Elturanın anasıgil onlara elçiliyə gəlmişlər, lakin, yenə də Humay yox dediyindən, onlar Elturangilin qohumlarına razılıqları olmadığını bildirmişlər. O, Humayı verməməyinə Elturanın evinin olmamasını heç vaxt əsas gətirməmişdir. Ümumiyyətlə, Humay ona Elturanı istəmədiyini demişdir. Qızı Humay rəsm kursunda işləyir. İşi ilə evin arası təxminən 15 dəqiqəlik yoldur. xx.xx.2019-cu il tarixdə saat 19 radələrində qızı Humay işdən çıxdıqdan sonra telefonla danışarkən işdən çıxıb evə gəldiyini bildirmişdir. Həmin gün saat 19:30 radələrinə qədər Humay gəlib çıxmadığı üçün digər qızı Humayın mobil telefon nömrəsinə zəng etmiş, lakin ona zəng çatmamışdır. Bir neçə dəfə yenə zəng olunsa da Humaya zəng çatmamışdır. O, DİN-nin 102 xidmətinə zəng edərək qızının itməsi barədə məlumat vermişdir. Sonra o, Humayın qrup yoldaşı adını xatırlamadığı qıza zəng vurduqda, Humayın qrup yoldaşı Elturanın Humayın dalıyca gəzdiyini, güya onu sevdiyini demiş, lakin Humayın harada olmasını bilməmişdir. O, Humayı Elturanın oğurladığını başa düşmüşdür. O, Elturanın ünvanını həmin qızdan soruşmuş və qız da Elturanın ünvanını ona başa salmışdır. Bundan sonra o, Sabunçu RPİ-nin 13-cü PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları dərhal Elturanın yaşadığı ünvana getmişlər. O, bacısı Bəsti, onun əri Cəfər, oğlu Aydın və onun oğlu Tahirlə birlikdə taksi ilə Elturanın evinə getmiş və ora çatdıqda polis əməkdaşlarının da ora çatdıqlarını görmüşlər. Elturanın anası və atası Elturanın harada olmasını bilmədiklərini deyib, 102 xidmətinə zəng vurub polis əməkdaşları çağırmışlar. Ora Xəzər RPİ-nin əməkdaşları gəlib onları aparıb izahatları alınmışdır. xx.xx.2019-cu il tarixdə saat 19 radələrində 13-cü PB-nin əməkdaşı onlara zəng edərək Elturanın qızı Humayı İsmayıllı rayonundan gətirib Xırdalan şəhərinə Xalidə adlı qohumunun evinə aparmasını demişdir. Onlar polis əməkdaşları ilə birlikdə Xırdalan şəhərinə getmişlər. Elturanın babası Rasim, nənəsi Zenfira, adlarını xatırlamadığı başqa qohumları orada olmuşlar. O, evə girdikdə Humayın üzünün cızıq-cızıq, dişinin qırıq, çənəsi partlaq, dodağının üstünün şişmiş vəziyyətdə olmasını görmüşdür. Humay onu görən kimi qusub qaytarmışdır. Həmin vaxt Humayın əlləri açıq olmuşdur. Nə üçün qızını bu hala salmalarını Elturanın qohumlarına irad bildirmişdir. Xalidəgil bir hadisədir olub deyərək Elturandan şikayət etməmələrini və barışıq olmasını istəmişdir. O, bu cür vəhşilikdən sonra onlarla barışmayacağnı demişdir. Sonra o, qızı Humayı da götürüb 13-cü PŞ-nə gedərək orada şikayət yazıb, izahat vermişdir. Elturanla Humayın əvvəllər danışmasını bilmiş, lakin sonradan Humay Elturanın normal davranmamasına görə ondan uzaqlaşmışdır. Ümumiyyətlə, Humay ona Elturanı istəmədiyini demişdir. İstintaqa təqdim edilmiş şəkillərdəki onun qızı Humaydır və nə zaman hansı şəraitdə həmin şəkillərin çəkilməsi ona məlum deyil. İsmayıllı rayonundan qayıdandan sonra Humay ona Elturanın onu zorla döyə-döyə qaçırdığını və həmin vaxt onun tək olmadığını demişdir. Elturana Nicat, Tərlan və Coşqun adlı qohum və tanışları köməklik etmişlər. Xalidə ilə uzaq qohumluqları olsa da qohum kimi yaxın münasibəti yoxdur. Təqsirləndirilən şəxs1 ailəsindən 10.000 manat pul almış, həmin pulu qaytarmaq fikri yoxdur. Onun qızına nə qədər zərər vurub, dişini sındırıb,müxtəlif xəsarətlər yetirmişlər, qohum-qonşu yanında onu biabır etmişlər. Ona görə onun qızına dəymiş fiziki, mənəvi ziyana görə onlar maddi cəhətdən cavabdehlik daşıdığını hesab edir. O, əvvəllər Təqsirləndirilən şəxs2 tanımamışdır. Nicat və Coşqun adlı şəxsləri də tanımamışdır. Bir dəfə iyul ayının 30-da ona zəng gəlmiş və Humay onu gəlib aparmasını deyən kimi telefon söndürülmüşdür. Məhkəmənin sonrakı iclaslarında Şahid7 proses iştirakçılarının suallarına cavab verərək bildirmişdir ki, dəqiq yadında qalmasa da, lakin ona elə gəlir ki, Humay hadisədən təxminən 10 gün sonra ekspertizaya getmişdir. Polis Bölməsi Humayın ekspertizaya getməsi üçün göndərişi gec verdiyinə görə Humay da ekspertizaya gec getmişdir. Humayda xəsarət olduğu halda onu xəstəxanaya aparmamış, qız uşağı olduğu üçün onu xəstəxanaya aparsa, stres keçirə biləcəyini fikirləşmişdir. Humayı o, və digər ailə üzvlərindən heç kəs döyməmiş, Humay hadisə vaxtı xəsarətlər almışdır. Humay ona əvvəllər Elturanla komputer vasitəsilə danışdığını demiş, lakin, sonra Elturanın normal adam olmadığını, psix olduğunu və ondan xoşu gəlmədiyini bildirmişdir. Sonuncu dəfə onlara elçilər gələndə Humay Elturanı istəmədiyini, onlara uyğun adam olmadıqlarını bildirmişdir. Hadisə günü Humay evdən çıxanda ayaqqabı geyinmiş, lakin, Xalidənin evindən aparanda ayağında rezin «şəpşəplər» olmuşdur. Humay Elturana müqavimət göstərəndə ayaqabıların ayağından çıxdığını, həmin «şəpşəplər» i ona İsmayıllıda verdiklərini ona bildirmişdir. Humay ona heç vaxt yalan danışmamışdır. Elturanın Humayı ağzından vurması nəticəsində bir sağlam dişi qırılmış və digər dişləri isə zədə almışdır. Humay qırılan dişini düzəltdirməmiş, dişinə görə Humayı həkimə aparmamışdır. Humayın mualicəsi evdə olmuşdur. Xəsarət yerlərinə maz çəkmiş, xəsarətə görə həkimə aparmamışdır. İsmayıllıdan gələndən sonra qızının xəsarətlərinə görə 102-yə zəng etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qardaşı Rafiqin qız nəvəsidir. Zərərçəkmiş şəxs onun əri Cabbarın bacısı qızıdır. Onun Elturanın 5 ildir ki, Humay adlı bir qızı sevməsi barədə məlumatı olmuşdur. xx.xx.2019-cu il tarixdə səhər saatlarında Elturanın anası Lamiyə ona zəng vuraraq Elturanın Humayla birlikdə evlənmək üçün İsmayıllı rayonuna qaçmalarını, lakin, Humayın anasının buna razı olmadığını deyib, bir neçə dəfə elçi getsələr də Tamamın qızı onlara vermədiyini bildirmişdir. Həmçinin, Lamiyə ona X2 Bakı şəhərinə qayıtmaq istədiklərini və məsələni Humayın anası Tamamla danışıb sakit formada həll etmək istədiklərini bildirib, bu işdə əri Cabbarla danışıb razılıq olması üçün köməklik etməsini ondan xahiş etmişdir. O, Tamamın mobil nömrəsini alaraq, ona zəng edib X11 rayonunda olmasını, narahat qalmamasını və Xırdalana gəlmələri üçün icazə verməsini xahiş edib, Tamamında Xırdalana onun evinə gələ biləcəyini bildirmişdir. Əri ona Tamama zəng etməyini dediyi üçün, o da Tamama zəng edib Humayla Elturanın onlara gələcəklərini demişdir. Humayın anası ilə onun əri ata bir ana ayrı bacı-qardaşdırlar. Əri ilə Tamam qohum olsalar da bir-birlərinə gediş-gəlişləri olmamışdır. Tamam əsas qızı Humayın sağsalamat Bakıya qayıtmasını, qızını evə aparacağını, sonra qızı Humayın razılığı olarsa ədəb-ərkanla qızının oğlan evinə köçməsinə razılıq verəcəyinə söz verərərək, and da içmişdir. O, 2-3 saat sonra Elturanla Humayın onların Xırdalandakı evlərinə gələcəklərini Tamama demişdir. Təxminən 3 saat sonra Elturan, Humay və Elturanın nənəsi Zenfira xanım onlara gəlmişlər. Həmin vaxt əri Cabbar da evdə olmuşdur. Bir müddət sonra qardaşı Rafiq də onlara gəlmidir. Bir az sonra Humayın anası Tamam, adını bilmədiyi qardaşı, Tamamın adını bilmədiyi bacısı və Aydın adlı bacısı oğlu da onlara gəlmişlər. Tamam Humaydan aralarında ər-arvad münasibəti olub-olmadığını soruşduqda, Humay da heç bir münasibətləri olmadığını bildirmişdir. Tamam qohumları ilə evə girdikdə biraz səs-küy salmışlar. Bu zaman o, Tamamgilə qohum evinə gəldiklərini, sakitçiliklə məsələni həll etmək lazım olduğunu bildirmişdir. Sonra Humayın böyük bacısı da ora gəlmişdir. Bundan sonra Tamam Humayı götürüb aparmışdır. Təxminən 20 gün sonra isə ona məlum olmuşdur ki, Humay Elturandan onu zorla qaçırması barədə polisə şikayət etmişdir. Humay onların evinə gələrkən Elturanın onu zorla qaçırmasını deməmişdir. Humayın əynində olan paltarları onun yadında deyil. Humayın saçının uzun və ya qısa olmasını xatırlamır. O, Humayı həmin gün ilk dəfə görmüşdür. Elturanın babası Rafiq də onlarda olmuş, hətta Humay Elturanın babası ilə də görüşmüşdür. Humay Elturanın babası ilə səmimi danışmışdır. Elturan Humayın anasıgil onlara gəlməmişdən əvvəl çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 doğma qardaşıdır. Təqsirləndirilən şəxs2 isə atasının əmisi oğludur. Zərərçəkmiş şəxs ilə Elturan 5 ildən artıq müddətdə bir-birilərini sevmişlər. İlk dəfə o, Humayı 2016-cı ildə görmüşdür. Belə ki, həmin vaxt Elturan əsgərlikdən məzuniyyətə gəlmişdir. O, evin həyətindən çıxarkən Humayın qardaşı Elturanın avtomobilində oturduğunu görmüşdür. Ailə üzvlərinə də bu barədə demiş, hətta arvadı Xəyalə də çıxıb Humayla tanış olub söhbət etmişlər. Hətta bir dəfə Elturan əsgərlikdə olarkən Humay onlara sovqat gətirib, onu Elturana göndərmələrini demişdir. Humay dəfələrlə Elturanı ailə üzvlərini onlara elçi göndərib, ailələrin tanış olmasına və nişanlanmalarına məcbur etmişdir. Humayın anası Elturanın ayrıca evi olsa evlənmələrinə razı olacağını bildirmişdir. Bu səbəbdən Elturan əsgərlikdən qayıtdıqdan sonra yaşadıqları həyətdə özünə ev tikdirməyə başlamış və evin tikintisi ilə bağlı həmişə Humayla məsləhətləşmişlər. Sonuncu dəfə isə 2019-cu ilin yay aylarının əvvəllərində Elturan tez bir zamanda evi tam tikib qurtarmağa tələsmişdir. Əgər Humayla evlənməsə Humayın anası Tamam Humayı başqa qohumuna ərə verəcəkmiş. Hadisədən təxminən 1 həftə əvvəl o nənəsi Zenfira ilə birgə Humaygilin evinə elçiliyə getmişlər. Elturan da onlarla getmişdir. Onları Humayın anası və bacısı qarşılamışdır. X20 münasibətindən xəbəri olmadığını deyib, heç bir münasibətlərinin olmadığını əsas gətirərək Elturanla Humayın evlənməsinə razılıq verməmişdir. X21 bir-birlərini sevdiklərini, Humaya görə Elturanın ev də tikdirməsini və daim Elturanla Humayın “instaqram” vasitəsi ilə danışdıqlarını demişlər. Lakin, Humayın anası Tamam razı olmamışdır. Həmin elçilikdən sonra Elturan ona Humayın ona evi tikib qurtarandan sonra, əgər anası yenə də onu verməsə onunla qoşulub evlənmək üçün qaçacağını dediyini bildirmişdir. Bundan sonra nənəsi Zenfira Humayın xalasına zəng vuraraq onun Tamam xanıma Humayla Elturanın bir-birini sevdiklərini, onların evlənmələrinə razılıq verməsini başa salmasını demişdir. xx.xx.2019-cu il tarixdə o, işdə olan zaman saat 20:40 radələrində anası Lamiyə ona zəng vurub Humayın anasının qızının yoxa çıxmasına görə Elturanı axtardığını və Elturanın başına oyun açacağını bildirdiyini demişdir. Həmin vaxt o, Hövsanda yaşayan nənəsi Gülzarı da götürüb evə aparmışdır. Evə çatanda əvvəllər tanımadığı, sonradan Humayın qardaşı olmasını bildiyi Tahir adlı şəxs onun üstünə hücum çəkib, bacısının harada olduğunu soruşmuşdur. Bir qədər sonra Sabunçu RPİ-nin polis əməkdaşları gəlib, Elturanın harada olmasını soruşmuşlar. O, Elturanın harada olmasını bilmədiyini demişdir. Elturana zəng vursa da, ona zəng çatmamışdır. Həmin vaxt Humayın ailə üzvləri onun ailə üzvlərinin üzərinə hücum çəkmişlər. Onlar 102 xidmətinə məlumat verdikdən sonra Tamamı və Tahiri oradan uzaqlaşdırmışlar. Bundan sonra onlar Elturanı axtarmağa başlayıb, bir-bir qohumlara zəng vurmuşlar. Yekunda anasının xalası oğlu Xəyal zəng edərək Elturanın Humayla birlikdə onların İsmayıllı rayonu, Diyallı kəndində yaşadığı evində olmasını demişdir. Bu səbəbdən o, nənəsi Zenfira ilə birlikdə taksi ilə Diyallı kəndinə getmişlər. Nənəsini düşürtdükdən sonra o, özü Bakıya qayıtmışdır. Onun Elturanın əvvəlcədən Humayı qaçırıb İsmayıllı rayonuna aparacağından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qardaşı Şahid4 nəvəsidir. Zərərçəkmiş şəxs isə Elturanın sevdiyi qız kimi tanımışdır. Humayın ailəsini isə 30-40 il əvvəldən tanımışdır. xx.xx.2019-cu il tarixdə saat 09 radələrində Elturanın anası Lamiyə ona zəng vuraraq Elturanın Humayla qoşulub ailə qurmaq üçün qaçmalarını bildirmiş və Humaygilin ailəsi də onun köhnə tanışları olduğundan, Humayın xalası Töhvəni tanıdığından onunla danışıb razılıq əldə etməyini ondan xahiş etmişdir. O da qardaşı qızı Lamiyənin xahişi ilə Humayın xalası Töhvəyə zəng vurub Elturanla Humayın qaçdıqlarını bildirdikdə, Töhvə bu barədə məlumatsız olduğunu deyib, 15 ildir ki, bacısı Tamamla danışmadığını, küsülü olduğunu bildirmişdir. O da bu barədə Lamiyəyə bildirmişdir. Sonra Lamiyə ona Elturanla Humayın bacısı Xalidənin Xırdalan şəhərindəki evinə gələcəklərini, bu səbəbdən onun da oraya gəlməyini istəmişdir. Bundan sonra o, Xalidənin evinə getmişdir. Ora çatdıqda Humayın qardaşı arvadı Zenfira ilə birlikdə orada olmasını və çay içmələrini görmüşdür. O, Humaya yaxınlaşıb nə düşündüyünü soruşmuş, Humay isə ona heç bir söz deməmişdir. Onlar Humayın anasının gəlməsini gözləmişlər. Bir müddət sonra Humayın anası Tamam, Tamamın adını bilmədiyi bacısı, onun oğlu Aydın və 1 nəfər mülki geyimdə olan polis əməkdaşı Xalidəgilə gəlmişlər. Tamam evə çatan kimi səs-küy qaldıraraq, onun ünvanına utanmaz deyərək, nə üçün bacısına zəng edib bu barədə məlumat verdiyini ona irad bildirmişdir. O da Tamamın bacısını uzun illərdir tanıdığı üçün zəng vurduğunu, zəng vurmaqla onun qızını alçaltmaq məqsədi olmadığını Tamama izah etməyə çalışmışdır. Tamam daha sonra qızı Humayı da götürüb qohumları ilə birlikdə çıxıb getmişdir. Humayı həmin evdə gördükdə onun üzündə, qolunda hər hansı bir xəsarət izləri görməmişdir. Humay özüdə bu barədə heçnə deməmişdir. Elturanın qızı qaçırması barədə əvvəlcədən məlumatı olmamışdır. Humayı Xalidənin evinə kimin gətirməsini görməmiş, o, gələndə Humay orada olmuşdur. O, təqsirləndirilən şəxs Tərlanı Xalidənin evində görməmişdir. Hadisənin şahidi olmamış, hadisə barədə eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun xalası nəvəsidir. O, ailəsi ilə İsmayıllı rayonu, Diyallı kəndində yaşayır. xx.xx.2019-cu il tarixdə evdə olan zaman təxminən gecə saat 02 radələrində evin həyətindən səs eşidib bayıra çıxıb baxdıqda, qohumu Elturanın yanında bir qızla gəldiyini görmüşdür. Elturan onları evində qonaq etməyini ondan istəmiş və yanındakı xanımın isə nişanlısı olmasını bildirmişdir. Elturanla Humay onlara gələndə evdə o, arvadı və 2 azyaşlı uşaqları olmuşlar. O, Elturandan Humayı nə üçün Bakı şəhərindəki qohumlarının evinə deyil, onun evinə gətirməsini soruşmamışdır. Həmin gecəni yatmamışlar və saat 4-də xalası Zemfira gəlmişdir. Yəni, onların gəlişindən bir saat sonra Elturanın nənəsi, yəni, xalası Zemfira da gəlmişdir. Elturanla Humay onlara gələndən sonra oturub çay içib, yemək yemişlər. Zemfira xalası ona Elturanın sevdiyi həmin qızı Bakı şəhərindən onlara gətirdiyini dedikdən sonra o qızın qaçırıldığını bilmişdir. xx.xx.2019-cu il tarixdə səhər vaxtı xalası Zemfiranın mobil telefonuna zəng gəlmiş və telefonla danışdıqdan sonra sevinərək Bakıya gedəcəklərini və barışıq olacağını demişdir. Bundan sonra o, qonşusu Şahid3 çağırıb qonaqları Bakı şəhərinə aparmasını demiş və Azad da razılaşmışdır. Bundan sonra, özünün də Bakı şəhərində işi olduğundan o da həmin avtomobillə Bakı şəhərinə getmişdir. Avtomobildə qabaq oturacaqda o, arxada xalası Zemfira, Elturan və Humay əyləşmiş və onlar Xırdalan şəhərinə getmişlər. Xırdalan şəhərində Elturanın qohumu Xalidə adlı şəxsin evinə getmişlər. Orada Elturan, Humay və Zemfira xala avtomobildən düşmüş və Elturanın babası Rafiq dayı ilə görüşdükdən sonra Azadla birlikdə oradan çıxıb getmişlər. xx.xx.2019-cu il tarixdə gecə saatlarında Elturanın onun evinə hansı avtomobillə gəldiyini görməmişdir. Onların həyətində olan tualetə Humayın koftasının atılmasını bilmir. Humay onlara gələndən sonra onun yoldaşının koftasını geyinmiş və Bakıya gələndə də həmin kofta ilə gəlmişdir. O, Humayın bədəni üzərində xəsarət izlərini görməmişdir. O, Tərlanı həmin gün görməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 dediklərini təsdiqləyərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. O, ailəsi ilə birlikdə İsmayıllı rayonu, Diyallı kəndində yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2019-cu il tarixdə səhər saatlarında qonşusu Şahid1 onu çağıraraq Bakı şəhərindən qonaqları olduğunu bildirib, qonaqlarını avtomobili ilə Bakı şəhərinə aparmağını demişdir. O, Xəyalın qonaqlarını yol haqqı olaraq 50 manata apara biləcəyini demiş və bu qiymətə razılaşmışlar. Sonra idarə etdiyi “VAZ 21012” markalı “**-BG-***” dövlət nömrə nişanlı avtomobili ilə Xəyalı, qohumları Elturanı, xalası Zemfiranı və bir nəfər də şəxsiyyəti ona sonradan məlum olan Humay adlı qızı Xırdalan şəhərinə aparmışdır. Sonra isə Xəyalla birlikdə İsmayıllı şəhərinə qayıtmışlar. Avtomobildə olarkən Elturanın Humayla münasibəti normal olmuş və onlar söhbət etmişlər. Elturanın Humay adlı sevdiyi qızı İsmayıllı rayonu, Diyallı kəndinə qonşusu Xəyalın evinə qaçıraraq gətirməsindən onun məlumatı olmamış və bu barədə Xəyal ona bildirməmişdir. Xəyalla sadəcə qonaqları olması və onları Bakı şəhərinə aparmaq barədə danışmışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Yolda gələrkən cəmi bir yerdə avtomobili saxlamış və Elturanla Humay bir yerdə maşından düşüb su alıb qayıtmışlar. Xəyalla onun heç bir qohumluq əlaqələri yoxdur. Xəyalın arvadının ailəsi onun qonşusudur. Xırdalan qəsəbəsinə çatanda hamı maşından könüllü düşmüşdür. İstər maşında, istərsə də maşından düşərkən maşından düşənlər arasında heç bir narazılıq görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qızı Lamiyənin oğludur. Zərərçəkmiş şəxs əvvəllər görməmiş və tanımamışdır. xx.xx.2019-cu il tarixdə yaşadığı evdə olarkən ailə üzvləri Elturanın sevgilisi Humay adlı qızla bir-birinə qoşulub ailə qurmaq üçün İsmayıllı rayonuna qaçdıqlarını bildirmişlər. Belə ki, Humayın anasıgilə bir neçə dəfə elçi getsələr də razılıq verilmədiyindən özləri könüllü qoşulub qaçmışlar. Sonra isə Humayın anası ilə özləri danışmış və anası onlara Bakıya qayıtmalarını, məsələni həll edərək, razılıq verəcəyini bildirmişdir. Həmin vaxt onun ailə üzvləri Humayla Elturanın Bakıya qayıtmalarını bildirmiş və ondan hara qayıtmaları barədə məsləhət aldıqda, o, Elturanla Humayın onun bacısı Xalidənin Xırdalan şəhərindəki evinə gəlmələrini demişdir. xx.xx.2019-cu il tarixdə o da Xırdalan şəhərinə, bacısı Xalidənin evinə getmişdir. Evdə Xalidə, onun əri Cabbar, Elturan və Humay olmuşlar. Humay ona yaxınlaşıb onunla görüşmüşdür. Humay onunla səmimi görüşmüşdür. O da gözaydınlığı vermişdir. Hətta o, Humaya onlara toy edəcəyini, onları Naxçıvana da apraracağını demişdir. Humay isə hər şeyin anasından asılı olmasını və anası nə desə onun olacağını demişdir. Bir müddət sonra ora bir neçə nəfərlə Humayın anası Tamam hikkəli, narahat halda gəlmişdir. Səs-küy saldıqdan sonra qızı Humayı da götürüb çıxıb getmişdir. Bundan təxminən 20 gün sonra o, Humayın polisə şikayət etdiyini və Elturanın zorla adam qaçırması ilə ittiham edilərək tutulduğunu eşitmişdir. Xalidənin evində Humayı gördükdə xəsarət izlərini o, görməmişdir. Humayın anası Tamam həddindən artıq əsəbi olmuşdur. O, Elturanın qızı nə üçün Bakı şəhərində olan qohumlarının evinə deyil, İsmayıllıda olan qohumunun evinə apardığını bilmir. Humayın əynində, üst başında nə paltar olmasını xatırlamır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid10 ifadəsindən görünür ki, o, Şahid4 dediklərini təsdiqləyərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 oğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 dostu Samirin bacısı oğlu kimi tanıyır, digər təqsirləndirilən şəxsi tanımamışdır. xx xxxx 2019-cu il tarixdə təxminən saat 12-13 radələrində dostu Samirin atası Şahid4 ona zəng edərək onu öz avtomobili ilə Xırdalan şəhərinə aparmağını və nəvəsi Elturanın sevdiyi qızı qaçırdığını bildrimişdir. O, Şahid4 Xırdalan şəhərinə bacısı Xalidənin evinə aparmışdır. O, həyətdə oturmuş, Rafiq müəllim isə evə daxil olmuşdur. Təxminən 1 saat sonra Xalidənin evinə bir neçə qadın və kişi gəlmişlər. O, sonradan həmin şəxslərin Humayın anası, bacısı, qardaşı və digər şəxslər olduğunu bilmişdir. Onları əvvəllər tanımamışdır. Təxminən yarım saat sonra Humayla anası həyətə çıxıb bir az söhbət etmiş, sonra Humay, anası və Humayın anası ilə gələn şəxslər çıxıb getmişlər. Humayın anası onun qolundan tutmuşdur. Humay evdən çıxanda Humayın üz-gözündə xəsarət olub-olmamasına fikir verməmişdir. Humayın əynində deyəsən qəhvəyi rəngdə köynək və şalvar olmuşdur. Orada mülki geyimdə polis nəfərləri də olmuşdur. O, həyətdə oturan zaman içəridən səs-küy gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Hadisəyə qədər təqsirləndirlən şəxsləri tanımamışdır. xx xxxx 2019-cu il tarixdə axşam tərəfi saat təxminən 19:30 radələrində anası ona zəng edərək Humay işdən çıxdıqdan sonra zəng edib evə gəldiyini bildirsə də hələ gəlib çıxmadığını, telefonuna da zəng çatmadığını demişdir. O, dərhal evə gəlmişdir. Evdə ona Humayın telefonundan bir dəfə bacısı Aytəkinə zəng gəldiyini və dərhal da telefonun söndürüldüyünü, sonradan artıq Humaya zəng çatmadığını bildirmişlər. Onlar narahat olub 102-yə zəng edib bu barədə məlumat vermiş, sonra isə Sabunçu RPİ-nin 12-ci PB-nə gedərək ərizə yazmışlar. Valideynləri ilk növbədə Təqsirləndirilən şəxs1 Humayı qaçırmasından şübhələndiklərini bildirdiyindən Təqsirləndirilən şəxs1 yaşağıdı evə gedib maraqlandıqda onlar bu barədə məlumatlarının olmadığını bildirmişlər. Onlar Elturangilin evində olarkən Elturanın qohumları 102-yə zəng etmiş və bir az keçmiş Təqsirləndirilən şəxs1 evinə polis əməkdaşları gəlib onları Xəzər RPİ-nə aparıb izahatlarını alıb buraxmışlar. Onlar oradan 12-ci PB-nə gəlib, səhərə qədər orada qalmışlar. xx xxxx 2019cu il tarixdə saat 19 radələrində 12-ci PB-dən Turab adlı əməkdaş zəng edərək Təqsirləndirilən şəxs1 Humayı İsmayıllı rayonundan Xırdalan şəhərinə qohumu Xalidə adlı qadının evinə gətirdiyini bildirmişdir. Bundan sonra o, anası, xalası oğlu X15, polis əməkdaşları Şahid12 və digərinin adını xatırlamadığı 2 nəfər polis ilə birlikdə Xırdalan şəhərinə Elturanın qohumu Xalidə adlı qadının evinə getmişlər. Elturanın babası Rasim, nənəsi Zenfira da orada olmuşlar. Ora gedəndə Humay ağlamışdır. O, Humayın qollarında qaralmış izlər, dişinin sındığını, üz-gözündə, dodağında xəsarət izləri olduğunu görmüşdür. Onlar Humayı belə görəndə anası Humayı nə üçün bu hala salmalarını soruşmuşdur. Humayın ayağında rezin “şəp-şəplər» olmuşdur. Humayın üz-gözündə olan xəsarətləri, dişinin qırılmasını orada olan hər kəs, hətta onlarla gedən polis əməkdaşları da görüb pis olmuşlar. Sonradan Humay əllərinin qaralmasını onunla izah etmişdir ki, Humayın əllərini və ayaqlarını skoçla bağlamışlar. Həmin vaxt onlar təcili tibbi yardıma zəng etməmiş, oradan Polis əməkdaşları ilə PB-nə gəlmişlər. Bundan sonra Humayı oradan götürüb 12-ci PB-nə gətirmişlər və orada Humaydan izahat alınmışdır. Dəfələrlə Polis şöbəsində onlar tibb müayinəsi üçün onlara göndəriş verilməsini və hadisə yerində olan videogörüntüləri əldə etmələrini xahiş etsələr də heç bir nəticə olmadığından sonradan xalası oğlu Aydınla birlikdə hadisə yerindən videogörüntüləri götürüb kompüterdən telefona çəkmişlər. Həmin videogörüntüləri işə əlavə olunması üçün Polis Bölməsinə vermişlər. Dəqiq yadında deyil, lakin, hesab edir ki,videogörüntüdə Elturanın və Humayın üzü görünmüşdür. Kamerada tarixə və saata fikir verməmiş, tarix və saat düz olmaya da bilər. Kamera görüntülərinə baxmış və görüntülərdə Elturan maşından düşüb qızı zorla maşına mindirmişdir. Ona elə gəlir ki, görüntülərdə maşında kimsə başqa bir nəfər də olmuşdur. Videokameradan görüntünü onun telefonuna köçürmüş və sonra bacısının telefonuna köçürdüyünə görə, indi onun telefonunda həmin görüntü yoxdur. Həmçinin, bir müddətdən sonra bacısı Humay tibbi müayinə olunmuşdur. Polis Şöbəsinən göndərişi gec verdiklərinə görə, Humayı ekspertizaya gec aparmışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid8 bildirmişdir ki, Humay ona Elturanın Humayı tək qaçırmadığını və onların bir neçə nəfər olduğunu bildirmişdir. Humayla Elturan arasında sevgi münasibətlərinin olması barədə məlumatı olmamışdır. Elturangilin bacısına elçi gəlmələrini bilməmişdir. Bacısı ilə aralarında pərdə olduğundan Humay ona Elturan barədə heç vaxt heç nə deməmiş, ümumiyyətlə, Humay şəxsi özəl məlumatlarını heç vaxt ona bildirməmişdir. Hadisəyə qədər o, Elturanı tanımamışdır. Sonradan anasının ona deməsinə görə Elturan Humayı sevmiş, lakin, qarşılığı olmamışdır və Humay Elturanı sevməmişdir. Elçilikdə də o, olmamış, bu barədə ona deməmişlər. Elturanın Humayla münasibətləri barədə məlumatı olmamışdır. Barışığa görə onun ailəsinin Elturanın ailəsindən pul almaları barədə məlumatı yoxdur. Səhv etmirsə Elturanın qohumu bir qadın zəng edib X11 rayonunda olduqlarını demişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xalası qızıdır. Humay hadisə günü işdən evə gəlmədiyindən xalası Tamam polisə məlumat verdiyindən o da Humayın ailə üzvləri ilə birgə Polis Bölməsinə getmişdir. Bir nəfər xalası Tamama zəng edib əgər qızı sonradan onlara qaytaracaqsa gəlib aparmalarını demişdir. Xalası da qızı geri almaq məqsədi ilə razı olmuşdur. Humayın Xırdalan şəhərinə Elturanın qohumunun evinə gətirilməsini biləndən sonra xalası Tamamgillə o, Humayın qardaşı Tahir, iki nəfər polis əməkdaşı ilə birlikdə Xırdalan şəhərinə Elturanın Humayı gətirdiyi evə getmişlər. Həmin vaxt Humayın qollarında, ayağında skoç izləri və sifətində, qollarında qızartılar və göyərtilər olmuşdur. Eləcə də dişi sınmış, dodağı şişmiş vəziyyətdə olmuşdur. Humay bildirmişdir ki, onu zorla, döyə-döyə aparmışlar, Elturan onun başını maşına vurub, bu zaman onun dişi qırılmış və Humayın başında da şiş olmuşdur. Humay onları görən kimi ağlayıb, onların üstünə qaçmış və yıxılmış, bu zaman o, Humayı tutmuşdur. Humayın əynində boz rəngli kofta olmuşdur. Humay onu zorla aparan zaman əynində olan köynəyinin qan olub, cırıldığını bildirmişdir. Humayın vəziyyəti fiziki cəhətdən də, psixi cəhətdən də pis olmuşdur. Onlar təcili yardım çağırmamışlar, polislər özlərinin həll edəcəklərini bildirmişlər. Humayın Xırdalan şəhərinə gətirildiyi evdə təxminən 3-4 nəfər kişi, 3-4 nəfər də qadın olmuşdur. O, müstəntiq Nicat Əliyevin yanında olmuş və müstəntiq tərəfindən dindirilmişdir. O, nəyə görə onun dindirilməsini təsdiq edən protokolun cinayət işinə əlavə edilməməsini bilmir. O, Elturangilin evinə Tamam xalasıgil tərəfdən kimlərin getməsini bilmir, o, həmin evə getməmişdir.Elturanın dəfələrlə Humaya elçi göndərməyi barədə onun məlumatı olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X22-Təcrübi və Tədris Birliyinin eksperti X5 ifadəsində göstərmişdir ki, 30 ildir işləyir. Rəy verilməzdən əvvəl daxil olmuş qərarın təsviri hissəsi, qoyulan suallar tam oxunur sonra rəy verilir. Ekspertizaya qərar Sabunçu RPİ-dən daxil olmuşdur. Rəydə Sumqayıt ŞPİ-dən daxil olmasının göstərilməsi mexaniki səhvdir. Qoyulan suallar ətrafında müvafiq cavablar verilir. Bədən üzərində xəsarətlərin dərəcəsini təyin edərkən əsasnaməyə əsalanırlar. Bu növ işlərdə cinsi pozuntunun olması, təbii və qeyri-təbbi yolla cinsi əlaqəda olması yoxlanılır. Bu iş üzrə hansı sualların qoyulması dəqiq yadında deyil. Ekspertiza komissiya şəklində aparılıb. Rəyin yekun hissəsində yüngül dərəcəli xəsarət yazılıbsa əsasnaməyə əsasən elə rəy verilmişdir. Rəydə olan üst dodağın şişkinliyinin ölçüləri göstərilməklə qançır olması yüngül xəsarət sayılır. Dişin hissəvi sınması yüngül xəsarətə aiddir. Belə xəsarətlərlə əmək qabiliyyətinin neçə faiz itirilməsini deyə bilmir. Qoyulan suallara cavab verilmişdir. Bütün xəsarətləri cəm halında dəyərləndirib qənaətə gələrək, yüngül dərəcəli xəsarət olduğu müəyyən edilmişdir. Qərarda hər bir xəsarətə ayrı-ayrılıqda rəy verilməsi göstərilsəydi, hər bir xəsarətə ayrı rəy verilərmiş. Əsasnəməyə uyğun rəy vemişlər. Bu iş üzrə verilən rəydə xəsarətlər yüngül xəsarətlər olmuşdur. Zərərçəkmiş şəxs zorla qaçırılması zamanı onun əl-ayaqla şüşəni vurub sındırması nəticəsmndə xəsarət almasını deyə bilmir. Qərarda qoyulan suallara konkret cavab verilir. Hadisə xx xxxx 2019-cu il tarixdə olmuş, zərərçəkmiş şəxs ilk dəfə 01 avqustda müayinə olunmuşdur. Onlara qədər zərərçəkmiş şəxs həkimə müraciət etməsi barədə deməmişdir. Əgər zərərçəkmiş şəxs həkimə müraciət etdiyi barədə desəydi, bu barədə sorğu göndərib həmin yerdən arayış alarmışlar. Zərərçəkmiş şəxsdə olan xəsarətlərin bir qismi 8-10 gün müddətinə, ağızda şişin olması daha çox vaxta keçə bilən xəsarətlər olmuşdur. Onlar gördükləri xəsarətə baxıb rəy verirlər. Zərərçəkmiş şəxs olan xəsarətlər yüngül xəsarətlərə aid olmuşdur. xx xxxxxx 2019-cu il tarixli, 424 №-li canlı şəxsin ekspertizasının rəyində qeyd edilən nəticəni tam təsdiq edərək göstərir ki, Zərərçəkmiş şəxs iki dəfə, yəni, 01 avqust və xx xxxxxx 2019-cu il tarixdə canlı müayinə olunmuşdur. Zərərçəkmiş şəxs İ dişinin hissəvi sınması ilə müşaiyət olunan üst dodağın yumşaq toxumasının əziyi, selikli qişasının və üst damağın qansızması, üz nahiyyəsinin sıyrıqları, sağ saidin, sol saidin sağ diz oynağının sağ budun, sağ baldırın, sol diz oynağının və sol baldırın qançıriarısol əlin V barmağının əzilmiş yarası bərk küt əşyanın təsirindən əmələ gəlmişlər. Sağ əlin kəsilmiş yaraları kənarı və ucu iti alətin təsirindən əmələ gəlmişlər. Xəsarətlərin əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixinə uyğun gəlmiş və dərəcələrinə görə ümumilikdə sağlamlığı qısa müddətdə pozan sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Həmçinin, onlar belə nəticəyə gəlmişlər ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X22-Təcrübi və Tədris Birliyinin eksperti X17 ifadəsində göstərmişdir ki, ekspertizanın keçirilməsi barədə rəydə olan tarix mexaniki səhv ola bilər. Qeydiyyat jurnalında rəyin keçirilməsi barədə tarix dəqiq göstərilmişdir. Ekspertizanın başlanması və qurtarması tarixi qeydiyyyat jurnalında göstərilir. Məhkəmə Tibbi Ekspertizasının təyin edilməsi haqqında qərar Sabunçu RPİ-nin İstintaq Şöbəsinin 13-cü PB-nin tədqiqaitçısı Turab Yusubov tərəfindən göndərilsə də, rəydə mexaniki səhv olaraq Sumqayıt ŞPİ-nin 13-cü PB-si yazılmışdır. Zərərçəkmiş şəxs bir neçə xəsarət olmuşdur. Xəsarətlərə ümumi rəy verilmişdir. Qızlıq pərdəsində heç bir dəyişiklik olmamışdır. Humayın özünün deməsinə görə də məlumat almışlar. Humay bir neçə şəxs tərəfindən zorla qaçırılmasını demişdir. Zərərçəkmiş şəxs xəsarətləri yüngül dərəcəli xəsarətlərə aid olmuşdur. Xəsarətin dərəcəsində metodiki göstərişə əsaslanırlar. Şişkinlik, əzik, qansızma və s. olsa belə yüngül dərəcəli xəsarət sayılır. Belə xəsarətlərə kompleks qiymətləndirmə edirlər. Bu növ xəsaərtlərlə bağlı həkimə müraciət etmək vətəndaşın istəyidir. Bunu əsas meyar kimi götürmürlər. Bu növ xəsarətlərlə zərərçəkmiş şəxsin dərhal təcili tibbi yardıma ehtiyacının olub-olmaması onun öz fikridir. 424 №-li canlı şəxsin ekspertizasının rəyində qeyd edilən nəticəni tam təsdiq edir. Zərərçəkmiş şəxs iki dəfə, yəni, 01 avqust və xx xxxxxx 2019-cu il tarixdə canlı müayinə olunmuşdur. Zərərçəkmiş şəxs İ dişinin hissəvi sınması ilə müşaiyət olunan üst dodağın yumşaq toxumasının əziyi, selikli qişasının və üst damağın qansızması, üz nahiyyəsinin sıyrıqları, sağ saidin, sol saidin sağ diz oynağının sağ budun, sağ baldırın, sol diz oynağının və sol baldırın qançırı, sol əlin V barmağının əzilmiş yarası bərk küt əşyanın təsirindən əmələ gəlmişlər. Sağ əlin kəsilmiş yaraları kənarı və ucu iti alətin təsirindən əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixinə uyğun gəlib və dərəcələrinə görə ümumilikdə sağlamlığı qısa müddətdə pozan sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Həmçinin belə nəticəyə gəlmişlər ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin özü tərəfindən yetirilməsi inandırıcı deyil. Stomatoloqun dəvət olunmasına ehtiyac olmamış, çünki həmin xəsarətə onlar rəy verə bilirsə stomatoloqa ehtiyac olmur. Zərərçəkmiş şəxs dişinin sınması özünün dediyi qaçırıldığı tarixə uyğun gəlir. Onlar vətəndaşdan detallı şəkildə izahat almır, təxminən hadisə barədə soruşurlar. Onlar gördükləri xəsarətə baxıb rəy verirlər. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 27-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin məsul növbətçisi, polis kapitanı İsmayıl Şahbazovun xx xxxx 2019-cu il tarixli raportundan görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 20:46-da DİN-nin 102 xidmətinə vətəndaş Şahid7 zəng edərək qızı Zərərçəkmiş şəxs saat 19 radələrində iş yerindən çıxmasını, evə gəlib çıxmaması və telefonuna zəng çatmaması barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 33-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisənin baş verdiyi yer ünvan 4 ünvanında yerləşən “Ellada Palace” şadlıq sarayının qarşısı, avtomobil yolunun kənarıdır. Baxış zamanı hadisə ilə əlaqədar hər hansı sübut əhəmiyyətli hal müəyyən edilməmişdir. Hadisə yerinə yaxın ictimai iaşə obyektlərində video-müşahidə kameraları mövcuddur. Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilərək, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 1-ci cild 40-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X22-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli, 424 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs üst alveol qövsünün sağdan İ dişinin hissəvi sınması ilə müşaiyət olunan üst dodağın yumşaq toxumasının əziyi, selikli qişasının və üst damağın qansızması, üz nahiyyəsinin sıyrıqları, sağ saidin, sol saidin sağ diz oynağının sağ budun, sağ baldırın, sol diz oynağının və sol baldırın qançırları sol əlin V barmağının əzilmiş yarası bərk küt (küt kənarlı) əşyanın(əşyaların təsirindən əmələ gəlmişdirlər. Sağ əlin kəsilmiş yaraları kənarı və ucu iti alətin təsirindən əmələ gəlmişdirlər. Qeyd edilən xəsarətlər əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixinə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığı qısa müddətdə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X6 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs qeyri-təbii yolla arxa keçəcəkdən əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Qeyd edilən xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, bu xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. Cinayət işinin 1-ci cild 87-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyatov küçəsinə saat 21:38 radələrində idarə etdiyi “Opel-Omeqa” markalı avtomobillə gələrək avtomobili yolun kənarında saxlayaraq, sonra avtomobildən düşərək avtomobilin arxasına tərəf qaçaraq gedir. Daha sonra isə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məcburi qaydada dartışdıraraq avtomobilin arxa sağ qapısını açıb Zərərçəkmiş şəxs avtomobilin içinə otuzdurur və oradan avtomobili idarə edərək uzaqlaşır. Cinayət işinin 1-ci cild 160-166-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs qaçırılaraq aparıldığı İsmayıllı rayonu, Diyallı kəndində yaşayan Şahid1 yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı həmin evdən iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən hər hansı dəlil, predmet aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 231-232-ci vərəqələrində olan xx xxxxxxx 2019-cu il traiixli Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nicat Əliyevin ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. Cinayət işinin 3-cü cild 174-175-ci vərəqələrində olan Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru İlqar İsmayılovun xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş X10 ərizəsi əsasında Zərərçəkmiş şəxs qohumları tərəfindən xəsarət alması ilə bağlı toplanmış material üzrə sonuncunun şikayəti olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 4-cü cild 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2019-cu il tarixli “İnstaqram” sosial şəbəkəsindən çıxarılmış mesaj mətinlərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “instaqram” sosial şəbəkəsində «humay-tehmezova» adlı profillə digər adı görünməyən profil arasında qarşılıqlı dialoq formasında mesajlar vardır və həmin mesajlarda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında bir-birini sevmələrini, bir-biri üçün darıxmaları, Elturanın elçi gəlməsi, evin mebellərinin müzakirəsi, otaqların sayının müzakirəsi, Elturanın Humaydan şəkil atmasını istəməsi və görüntülü danışmaq istəməsi barədə, Humayın anası ilə danışıb onu evlənmələrinə razı salmaqla bağlı danışıqlar, ayrılmaq istəməmələri barədə, Humayın tez evlənmək istəməsini bildirməsi, Elturanı itirməkdən qorxması, anasının Elturanla danışmasını deməsinə görə Humayla dalaşması və telefonun əlindən alınacağı barədə, Elturanla evlənməsə anası dediyi adamla da evlənməyəcəyinə söz verməsi, lakin, Elturana qoşulub qaçmayacağını bildirməsi məzmununda yazışmalar vardır. Cinayət işinin 4-cü cild 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2019-cu il tarixli “İnstaqram” sosial şəbəkəsində qeydə alınmış videogörüntülü zənglərə aid görüntülər olan DVD diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında videogörüntü ilə danışıqlar aparılmışdır. Cinayət işinin 4-cü cild 108-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdıırlmış xx xxxxx 2020-ci il tarixli “xxxxxxx” MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 adına ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 adına isə ***-***-**-** saylı nömrələr vardır. Diskdə olan 2-ci “pdf” faylında Təqsirləndirilən şəxs1 adına olan ***-***-**-** mobil nömrəsinin xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək olan müddətdə anten şəbəkələrinin yerləri müəyyən edilmiş və xx.xx.2019-cu il tarixdə saat 22:29:21 radələrində anten dairəsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsində; xx.xx.2019-cu il tarixdə saat 23:33:13-də anten dairəsi Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, dalan 1, ev 9 A ünvanında; xx.xx.2020-ci il tarixdə saat 00:13:24-də anten dairəsi Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, dalan 1, ev 9 A ünvanında; xx.xx.2020-ci il tarixdə saat 01:38:00-da Bakı şəhəri, Moskva prospekti 73 ünvanında; xx.xx.2019-cu il tarixdə, saat 01:54:40-da Bakı şəhəri, Binəqədi rayonu, Bilcəəri qəsəbəsi, Sumqayıt şosesində; xx.xx.2019-cu il tarixdə 06:05 radəsində telefonun şəbəkəsi aktiv olmuş və həmin vaxt anten dairəsi İsmayıllı rayonu, Diyallı kəndində yerləşir. Diskdə olan 3-cü “pdf” formatlı faylda Təqsirləndirilən şəxs1 adına olan ***-***-**-** mobil nömrəsinin xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək olan müddətdə anten şəbəkəsi yerləri müəyyən edilmiş və xx.xx.2019-cu il tarixdə Buzovna qəsəbəsi ərazisində aktiv olmuş və həmin qəsəbədə müxtəlif anten dairələrinə qoşulmuşdur. Diskdə olan 4-cü “pdf” formatlı faylda Təqsirləndirilən şəxs1 adına olan ***-***-**-** mobil nömrəsinin xx.xx.2019cu il tarixindən xx.xx.2019-cu il tarixinədək olan müddətdə anten şəbəkəsi yerləri müəyyən edilmiş və xx.xx.2019-cu il tarixdə Buzovna qəsəbəsi ərazisində aktiv olmuş və həmin qəsəbədə müxtəlif anten dairələrinə qoşulmuşdur. Cinayət işinin 4-cü cild 120-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxxxxxx” MMC-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 6078 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 adına qeydiyyatda nömrə yoxdur. Təqsirləndirilən şəxs1 adına “xxxxxxxx” MMC-də ***-***-**-** mobil nömrəsi qeydiyyatdadır. Cinayət işinin 4-cü cild 135-165-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli “xxxxxxx” MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, “xxxxxxx” MMC-də Təqsirləndirilən şəxs1 adına ***-***-**-**, ***-***-**-** və ***-***-**-** (daşınmış nömrə) saylı, Təqsirləndirilən şəxs2 Elturan oğlunun adına ***-***-**-**, ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələr vardır. 2-ci “pdf" faylında Təqsirləndirilən şəxs1 adına olan ***-***-**-** saylı nömrənin xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək olan müddətdə anten şəbəkələrinin yerləri qeydə alınmışdır. Həmin siyahıdan görünür ki, qeyd edilən tarixlərdə həmin nömrə Sabunçu rayonu və Nizami rayonu ərazilərində müxtəlif ünvanlarda anten şəbəkələrinə qoşulmaqla aktiv olmuşdur. 3-cü “pdf’ formatlı faylda Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** nömrəsinin xx.xx.2019-cu il tarixində aktiv olduğu müddətdə anten şəbəkəsi yerləri göstərilmiş və həmin nömrə xx.xx.2019-cu il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində aktiv olmuş və həmin qəsəbədə müxtəlif ünvanlarda anten dairələrinə qoşulmuşdur. 4-cü “pdf" formatlı faylda Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** nömrəsinin xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək olan müddətdə anten şəbəkəsi yerləri göstərilmiş və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixdə saat 21:51 radələrindək nömrə aktiv olmuş və Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində aktiv olmuş və həmin qəsəbədə müxtəlif ünvanlarda anten dairələrinə qoşulmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** nömrəsinin anten dairəsi xx.xx.2019-cu il tarixdə saat 19:13:33 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 2C-də; saat 19:13:42 və 20:19:13-də Xəzər TKQ, ATS 453 Buzovnada; 20:19:21, 20:36:18-20:44:22-də, 21:11:17- 21:21:00-da Sabunçu rayonunda qeydə alınmışdır. 5-ci “pdf" formatlı faylda Təqsirləndirilən şəxs1 adına olan ***-***-**-** saylı (daşınmış nömrə) “xxxxxxx” abonent nömrəsinin xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək olan müddətdə anten şəbəkələrinin yerləri göstərilmiş və xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixdə saat 21:48 radəsinədək həmin nömrə aktiv olmuş və qeyd edilən tarixlərdə Xəzər rayonu, Buzovna qəsəbəsi ərasizində, Bakıxanov qəsəbəsində, Maştağa qəsəbəsində, Nərimanov rayon ərazisində müxtəlif ünvanlarda anten şəbəkələrinə qoşulmaqla aktiv olmuşdur. Cinayət işinin 1-ci cild 235-236-cı vərəqələrində olan xx xxxxxxx 2019-cu il tarixli Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nicat Əliyevin ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərara əsasən X13 barəsində axtarış elan edilmişdir. Cinayət işinin 4-cü cild 11-12-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nicat Əliyevin ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərara əsasən X9 barəsində axtarış elan edilmişdir. Cinayət işinin 4-cü cild 227-229-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nicat Əliyevin xx xxx 2020ci il tarixli cinayət işinin materiallarından yeni cinayət işinin ayrılması haqqında qərarından görünür ki, ********* saylı cinayət işinin materiallarından X9 və X13 barəsində Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə yeni, ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqisirli bilməyərək göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs zorla qaçırmamış, Humay könüllü olaraq onun maşınına özü sərbəst əyləşmiş və o, Humaya qarşı zorakılıq hərəkətləri etməmişdir. Həmçinin, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs qaçırılmasında iştirak etmədiyini, ümumiyyətlə, hadisə günü, yəni, xx.xx.2019-cu il tarixdə hadisə yerində olmadığını, Buzovna qəsəbəsində Ramiz adlı tanışının bağ evində olduğunu, ibtidai istintaq vaxtı yanlış ifadələrini təzyiq altına vermişdir. Polis əməkdaşları tərəfindən işkəncəyə məruz qalması barədə məhkəmədə həmçinin Təqsirləndirilən şəxs1 da bildirmişlər. Lakin, onlara təzyiq edən şəxsləri tanımırlar və adlarını da bilmirlər, onları görsələr də tanıya bilməzlər. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2000-ci il tarixli qərarın, X4 Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən işkəncəyə məruz qalıb-qalmamalarını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq qərar çıxarılaraq icra olunması üçün prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Sabunçu rayon prokurorluguna göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Amil Yaqubovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmaları faktına dair C-362/20 nömrəli yoxlama materialı üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə müvafiq olaraq cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlləri inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib onların həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxslərin güman etdiyi cəzalarını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə Humayla görüşdüyü vaxt Humayla birlikdə qoşulub qaçmağa razılaşmışlar və bundan sonra Humayın anası məcbur olub onların evlənməyinə razılıq verəcəkmiş. Bu səbəbdən də, xx.xx.2019-cu il tarixdə də Humay onunla könüllü olaraq evlənmək məqsədi ilə qoşulub getməyə razılıq vermişdir. Lakin, cinayət işinin 2-ci cild 145-256-cı vərəqələrində olan Humayla Elturan arasında «İnstaqram» sosial şəbəkəsində baş vermiş sms-yazışmalardanda görünür ki, Elturan israrla Humayı qaçmağa razı salmağa istəsə də, Humay isə əsla qaçmayacağını bildirərək etiraz etmişdir. Cinayət işinin 1-ci cild 98-101-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs1 özü göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Humay yol kənarında söhbət etmələrini desə də, o, buna razı olmayıb, Humayı təkidlə avtomobilə əyləşib onunla söhbət etməsini desə də, Humay razılaşmadığından, o Humayın belindən və əlindən tutaraq avtomobilin yanına gətirərək, arxa qapını açaraq avtomobiliə əyləşdirmişdir. Cinayət işinin 3-cü cild 215-218-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «... xx xxxx 2019-cu il tarixdə Elturan mənə zəng edib tez Maştağa yoluna gəlməyimi demişdir. Ora gəlib avtomobilə qabaq oturacaqda əyəşdim və gördüm ki, avtomobilin arxa oturacağında Zərərçəkmiş şəxs var. Bu zaman Elturan mənə dedi ki, o, Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə qaçırmışdır… Humay avtomobildə olan zaman səs küy salmağa başladı… və bu zaman mən və Coşqun Elturana bildirdik ki, qızın razılığı yoxdur…Humay müqavimət göstərməsin deyə Elturanın avtomobilində o Humayın əlini tutmuş, Elturan isə yapışqan lentlə Humayın əlini bağlamışdır... Zərərçəkmiş şəxs yolboyu yolda polis, eləcə də əhalinin sıx olan yerində səs-küy sala-sala səhər yaxın təxminən 05 radələrində İsmayıllı rayonunun Diyalı kəndinə gəldik. ... » Məhkəmənin iclasında məhkəmənin təşəbbüsü ilə hadisə yerindən olan görüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx xxxx 2019-cu il tarixdə üzərində “Ədiloğlu” yazılmış binaya çatmamış, səkinin qarşısında avtomobil yolunun kənarında boz rəngli naməlum markalı və nömrəli avtomaşın dayanmışdır. Həmin avtomobildən sükan arxasında olan şəxsin düşərək, avtomobilin arxa tərəfinə keçdiyi müşahidə olunur. Avtomobildən düşən şəxs avtomaşının arxasında səkidə bir nəfər qadın cinsindən olan şəxsi məcburi qaydada dartışdıraraq avtomobilin arxa sağ qapısı tərəfindən əyləşdirməyə çalışır, lakin, qız müqavimət göstərərək əlindən çıxmağa çalışsa da, həmin şəxs yenidən qıza zor tətbiq edib dartışdıraraq maşının arxa sağ oturacağına əyləşdirərək, özü avtomobilin qabaq sol qapısını açıb, sürücü oturacağına əyləşib maşını idarə edərək oradan uzaqlaşır. Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X22-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli, 424 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət izləri vardır, yəni dişinin hissəvi sınması, üst dodağın yumşaq toxumasının əziyi, selikli qişasının və üst damağın qansızması, üz nahiyyəsinin sıyrıqları, sağ saidin, sol saidin sağ diz oynağının sağ budun, sağ baldırın, sol diz oynağının və sol baldırın qançıriarı,sol əlin V barmağının əzilmiş yarası müşahidə olunur. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, hadisə vaxtı o, Elturana müqavimət göstərəndə onun ayaqqabısı birinci maşında düşüb qalmış və İsmayıllı rayonuna çatanda artıq onun ayağında ayaqqabı olmamış, buna görə də Bakıya gələndə ona rezin bir ayaqqabı, yəni, «şəpşəplər» vermişlər, onu geyinib Bakıya gəlmişdir. Məhkəmə iclasında ifadə vermiş Şahid7 da Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halı təsdiq edərək bildirmişdir ki, hadisə günü Humay evdən çıxanda ayaqqabı geyinmiş, lakin, Xalidənin evindən Humayı aparanda ayağında rezin «şəpşəplər» olmuş, Humay Elturana müqavimət göstərəndə ayaqabılarının ayağından çıxdığını, həmin «şəpşəplər» i ona İsmayıllıda verdiklərini ona demişdir. Həmçinin, cinayət işinin 1-ci cild 33-36-cı vərəqələrində olan xx xxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokola əlavə edilmiş fotocədvəldə də Zərərçəkmiş şəxs ayağında rezin «şəpşəplər» olduğu müşahidə edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə həmin hadisə günü o, Buzovna qəsəbəsində yaşayan tanışı Ramiz adlı şəxsin bağında olmuşdur. Lakin, cinayət işinin 4cü cild 135-165-ci vərəqələrində olan “xxxxxxx” MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** nömrəsinin anten dairəsi xx.xx.2019-cu il tarixdə saat 20:19:21, 20:36:18-20:44:22-də, 21:11:17-21:21:00-da hadisənin baş verdiyi Sabunçu rayonunda qeydə alınmışdır. Qeyd etmək lazımdır ki, ibtidai istintaq dövründə araşdırmanı aparmış müstəntiq naməlum səbəblərdən demək olar ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxın qohumlarının və tanışlarının dindirilməsinə üstünlük vermiş, iş üzrə sübut əhəmiyyəti daşıyan şəxslərin ifadələrinə istinad etməmişdir. Belə ki, məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş X15 zərərçəkmiş şəxsin hadisədən sonra həyacanlı olaraq ağlaması, bədəni üzərində xəsarət izlərinin olması barədə danışaraq göstərmişdir ki, bu barədə ibtidai istintaqı aparan müstəntiqə ifadə vermişdir. Lakin məlum olmayan səbəblərdən həmin dindirmə protokolu cinayət işinin materiallarına alavə edilməmişdir. Müstəntiq tərəfindən məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısına əksəriyyəti Təqsirləndirilən şəxs1 yaxın qohumlarına üstünlük vermiş və məhkəmədə dindirilmiş sonuncuya yaxın olan şahidlər: Şahid1, Şahid4, Şahid5, Şahid9 və Şahid11 istər məhkəmə baxışında, istərsə də ibtidai istintaq dövründə ifadə verərkən hadisədən sonra güya Zərərçəkmiş şəxs həyacanlı olmadığını, bədəni üzərində heç bir xəsarət izlərini görmədiylərini bildirərək, təqsirləndirilən şəxslərin lehinə ifadələr vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə dindirilmiş həmin şahidlərin ifadələri təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən uzaqlaşmalarına yönəldilmiş və cinayət işi üzrə əhəmiyyətli sübut növü hesab edilə bilməzlər. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməmələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Elturan və Təqsirləndirilən şəxs2lar qeyriləri ilə qabaqcadan əlbir olan qrup şəkilində fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs evinə yollandığı halda məcburi, yəni iradəsinə zidd olaraq özünün idarə etdiyi avtomaşına oturtmaqla,ona müxtəlif bədən xəsarətləri yetirməklə, sonradan Təqsirləndirilən şəxs2 gətirdiyi skoç və dərman preparatından istifadə edərək zərərçəkmiş şəxsin əl-qolunu, ayaqlarını bağlamaqla, onu keyləşdirici dərman vasitəsilə nəfəs yollarını tutmaqla, qanunsuz olaraq başqa yerə aparıb saxlamaqla adam oğurluğu cinayətini törətmişlər. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 poğlu və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 134-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 daxil olmuş xx xxxxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 195-ci vərəqəsində olan Xəzər RİH Başçısının Buzovna qəsəbəsi inzibati ərazi dairəi üzrə nümayəndəliyindən daxil olmuş xx xxxxxxxx 2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilir. Cinayət işinin 1-ci cild 220-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx xxxxxxxx 2019cu il tarixli, 6731 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 4-cü cild 180-182-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2317 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 həmin dövrdə, yəni xx xxxx 2019-cu il tarixdə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan zaman elan olunmuş ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 intellektual-amnestik imkanları normaya uyğundur. Fərdi psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi faəliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Emosionallıq, eqosentrizm, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Emosional iradi sferasında hərəkət və davranışı iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs1 özündən uydurmağa, başqalarının təsiri aldında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmadı, lakin situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs1 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, o, etdiyi hərəkətlərin xüsusiyyətlərini və intelektual inkişafı nəzərə alınmaqla o, etdiyi hərəkətlərin xarakterini və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs1 hadisələr baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional halından, intellektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 3-cü cild 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 daxil olmuş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 4-cü cild 87-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikas Psixiatriya X14 Şəxsindən daxil olmuş xx xxxxx 2020-ci il tarixli, 3005 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. ( CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları.) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası CM-nin 34.8-ci maddəsinin tələblərini nəzərə alır. Belə ki, həmin maddəyə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər Cinayət Məcəlləsi ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsi vətəndaşların azadlıq hüqununu təmin edir. Həmin Məcəllənin 9-cu maddəsində Cinayət mühakimə icraatının əsas prinsip və şərtələrin təyinatı insan və vətəndaş hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin edir. Məhkəmə xüsusilə vurğulayır ki, təyin edilməli olan cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, təqsirləndirilən şəxslərin islah olunma məqsədlərini təmin etməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 62-ci vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 109-110-cu vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(008)-357/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 3-cü cild 177-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli axtarışda olanın tutulması barədə protokoldan və cinayət işinin 3-cü cild 187-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 3-cü cild 230- 233-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(008)-103/2020 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs zorla avtomobilə əyləşdirilərək oğurlanmasını özündə əks etdirən görüntülər olan CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia verilməmişdir. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs zorla avtomobilə əyləşdirilərək oğurlanmasını özündə əks etdirən görüntülər olan CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar