Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-770/2022 29.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1971-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 237.2.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) toxumlarını yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi tikilmiş evin ikinci mərtəbəsində olan otaqda qanunsuz olaraq külli miqdarda əkib kultivasiya edib yetişdirdikdən sonra onların hissələrini toplayıb qurudaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 601,072 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana emal edib hazırlayaraq yaşadığı evində saxlamış, bundan başqa həmin ünvanda qanunsuz olaraq tərkibində narkotik maddələr olan 33 ədəd plastik dibçəkdə, yaş vəziyyətdə ümumi çəkisi 7,220 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri əkib yetişdirərək onları külli miqdarda kultivasiya etmiş və 16.09.2021-ci il tarixdə, saat 12 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında yerləşən fərdi tikilmiş evin ikinci mərtəbəsində sol tərəfdəki otaqda ev şəraitində istilik və işıqlandırma sistemi qurulmuş kiçik istixanada 01 ədəd sellofan torbada ümumilikdə 7,220 qram çəkidə 33 ədəd dibçəkdə xüsusi qaydada aqro-qulluq edilmiş yaş çətənə şitilləri, həmin otağa girişdən sol tərəfdə tərkiblərinə görə eynilik təşkil edən 02 ədəd sellofan torbada, ayrılıqda təmiz çəkisi 590,0 qram və 11,072 qram olmaqla külli miqdarda 601,072 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, 01 ədəd bənövşəyi rəngli kağız paketdə 07 ədəd plasmas və 01 ədəd kiçik şüşə qabda ümumi təmiz çəkisi 4,27 qram, digər bənövşəyi rəngli kağız paketin içərisində 01 ədəd ağ rəngli kağız bükülüdə təmiz çəkisi 1,77 qram qara rəngli qabda, 01 ədəd qırmızı rəngli və 01 ədəd qəhvəyi rəngli kağız bükülüdə ümumi təmiz çəkisi 1,37 qram narkotik təbiətli narkotik vasitələrə aid olmayan çətənə (kannabis) bitkisi toxumları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 237.2.2 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, “Azərsun”un bazasında anbardar işləmişdir. İlk dəfə 1991 -ci ildə marixuana, sonra tiryək, sonra heroindən istifadə etmişdir. 2006-cı ildən hər gün metodon suyu içmişdir. Polis tərəfindən saxlanılan günədək metodon suyu içmiş və arada bir marixuana istifadə etmişdir. OLK adlı saytdan nə lazımdırsa sifariş verib ödənişi kartla ödəyib səbətə atmaq mümkün olmuş və beləcə sifarişə uyğun olaraq alınan vasitə 20-21 gün ərzində ünvana gəlmişdir. 2021-ci ilin may ayında yaşadığı ünvanın yaxınlığındakı poçtdan paketdə toxumları əldə etmişdir. Təxminən 4 ədəd qutuda ümumilikdə 25 ədəd kannabis toxumu olmuşdur. Toxumlardan birini eksperiment üçün əkmiş, yaşadığı evin ikinci mərtəbəsində öz otağında kağız stəkanda dibçək kimi düzəlmiş, həmin toxuma qulluq etmiş və kannabis şitili böyütmüşdür. Həmin şitilə qulluq etmişdir. Hər gün suvarmış və dibinə azacıq peyin əlavə etmişdir. Aqrekola deyilən bir şey olmuşdur. Həmin vasitəni alıb kannabisin torpağına tökmüşdür. Beləcə həmin şitil böyümüş və şitilin gövdəsindən yarpağı torpağa düşdükcə digər şitillər yetişmişdir. O, həmin kannabis şitilinin yarpaqlarını sellofan torbaya yığaraq saxlamışdır. Kannabisin qurumuş yarpaqları və çör çöpləri gərəksiz bir şeydir. Onun əsas istifadə edilən hissəsi qozasıdır. O, kannabisin yarpaqlarını iki ədəd sellofan torbaya yığıb saxlamışdır ki, lazım olsa çəkər, lazım olmasa da atar. 16 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onun külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli olduğunu bildirmişlər. Polislər onu barəsində əməliyyat tədbirləri keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onun razılığı əsasında evinə baxış keçirmişlər. Baxış zamanı onun yaşadığı evin ikinci mərtəbəsində olan otağına daxil olmuşlar. Otaqda əkib becərdiyi 33 ədəd çətənə şitilləri, 1 ədəd sellofan torbada və 1 sellofan paketdə qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi, 1 ədəd narkotik vasitə istifadə etmək üçün xüsusi kağız parçası, çətənə toxumlarının qabları və 2 ədəd çətənə toxumu olan kağız qutu qablaşdırılıb götürülmüşdür. Həmin toxumları İspaniyadan OLK saytından sifariş edərək 300 manat əldə etmişdir. Bundan sonra onu BNMİ-nə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı ona bildirilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən sübut əhəmiyyəti kəsb edən heç bir əşya aşkar edilməmişdir. O, narkotik vasitə satmamışdır. Tərəzini özü üçün saxlamış, əkdiyi vasitələrin yarpaqlarını yığanda çəkib özündə saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, özü istifadə etmək məqsədilə əkib-becərməsinə dair ifadəsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini özünümüdafiə xarakterli ifadə və ağır ittihamdan yayınmağa cəhd kimi qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 sentyabr 2021-ci il tarixdə DİN-nin BNMİ-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməsində, istifadəsində və külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edərək, dövriyyəsi ilə məşğul olmasında şübhəli olunması barəsində məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs müəyyən olunaraq ifşa olunması istiqamətində onun tərəfindən DİN-nin BNMİ-nin rəhbərliyinə raportla məruzə edilərək, BNMİ-də tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3, BNMİnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və o, bilavasitə əməliyyat məlumatında göstərilən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 13 ünvanının yaxınlığına getmişlər. 16 sentyabr 2021-ci il tarixdə təxminən saat 11:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 13 ünvanında dayanıb gözləyən zaman, həmin tarixdə saat təxminən 12:00 radələrində xarici əlamətlərində əməliyyat məlumatında göstərilən şəxsin xarici əlamətləri ilə eynilik daşıyan bir nəfər şəxsin özünü şübhəli apardığını və göstərilən ünvanın yaxınlığında tək olduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsin ad və soyadını soruşmuşlar. Həmin şəxs adının İlqar, soyadının isə Mədətov olmasını bildirəndə, onlar İlqarı barəsində əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra sonuncunun öz razılıq ərizəsi əsasında yaşadığı mənzilə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzilə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs hüquqları izah olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsində yerləşən otaqda əkdiyi 33 ədəd çətənə şitilləri, 1 sellofan torbada və 1 sellofan paketdə qurudulmuş marixuana, 1 sellofan torbada elektron tərəzi, 1 ədəd narkotik çəkmək üçün xüsusi kağız parçası, əkdiyi çətənə kollarının toxumlarının qabları və 2 ədəd içərisində çətənə kolu toxumları olan kağız qutu aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilmiş və hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 13 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmamış və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı nə onun tərəfindən, nə də, digər polis əməkdaşları tərəfindən heç bir zor və ya heç bir hədə qorxu tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş aqronom Şahid4 da şahid Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və baxış zamanı aşkar edilmiş şitillərin hamısına aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 17 sentyabr 2021-ci il tarixli 7/944 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” sözləri yazılmış birinci kağız paketdə skoçla bağlanmış bir ədəd sellofan torbada təmiz çəkisi 590,0 qram və üzərində “Mədətov iiqar Fikrət oğlunun yaşadığı ünvandan aşkar edilmiş...” sözləri yazılmış ikinci kağız paketdə şəffaf sellofan paketdə təmiz çəkisi 11,072 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 1.2.İki ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər.
1. Təqdim olunmuş şitillər inkişafının ilkin fazasında olduğu üçün onlarla müqayisəli tədqiqat aparılmadı.
2. Tədqiqata təqdim olunmuş birinci kağız paketdə skoçla bağlanmış bir ədəd polietilen torbada 33 (otuz üç) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 7,220 qram bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir.
3. Tədqiqata təqdim olunmuş ikinci kağız paketdə bir ədəd bənövşəyi rəngli kağız paketdə 07 (yeddi) ədəd plastmas və bir ədəd şüşə kiçik qabda ümumi çəkisi 4,27qram, digər bənövşəyi rəngli kağız paketin içərisində bir ədəd ağ rəngli kağız bükülüdə təmiz çəkisi 1,77 qram, qara rəngli qabda, bir ədəd qırmızı rəngli və bir ədəd qəhvəyi rəngli kağız bükülüdə ümumi çəkisi 1,37 qram bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir.
4. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. 4.1. Tərəzinin üzərində bitki hissəciklər olmadığına görə marixuanalarla müqayisəli tədqiqat aparılmadı.
5. Təqdim olunmuş bir ədəd kağız paketdə olan ağ rəngli, yumru formada dənələr narkotik vasitələrə aid deyildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 13.12.2021-ci il tarixli, 5072 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizanın 29.11.2021-ci il tarixli, 2806 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 16.09.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 16 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 13-də yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zamanı evinin 2-ci mərtəbəsində yerləşən xüsusi şərait qurulmuş otaqda plastik dibçəklərdə əkilmiş 33 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar olunmuş, bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibləri yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. Cinayət işinə əlavə edilmiş “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi” haqqında 17 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsindəki sol tərəfdə olan otaqda ev şəraitində istilik və işqılandırma sistemi qurulmuş kiçik istixanada ümumilikdə 7,220 qram çəkidə 33 ədəd dibçəkdə xüsusi qaydada aqro qulluq edilmiş yaş çətənə şitillərinin, 02 ədəd sellofan torbada 590,0 qram və 11,072 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, 01 ədəd elektron tərəzinin, 01 ədəd şüşə kiçik qabda ümumi təmiz çəkisi 4,27 qram, 01 ədəd bənövşəyi rəngli kağız paketin içərisində bir ədəd ağ rəngli kağız bükülüdə təmiz çəkisi 1,77 qram, qara rəngli qabda bir ədəd qırmızı rəngli və bir ədəd qəhvəyi rəngli kağız bükülüdə ümumi təmiz çəkisi 1,37 qram narkotik təbiətli narkotik vasitələrə aid olmayan çətənə (kannabis) bitkisi toxumlarının aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana və çətənə bitkilərinin külli miqdarda olması, narkotik vasitə qurudulmuş marixuananın 2 ədəd sellofan torbada olması, evdən 1 ədəd elektron tərəzinin aşkar edilməsi onun həmin narkotik vasitələri və narkotik təbiətli çətənə bitkilərini kultivasiya edərək satış məqsədi ilə yaşadığı ünvanda saxlaması qənaətinə gəlməyə əsas verir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 237.2.2 və 237.2.3-cü maddələri ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməni (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama), Cinayət Məcəlləsinin 237.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsini, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi isə eyni əməllərin külli miqdarda törədilməsini nəzərdə tutur. Təqsirləndirilən şəxs verilmiş ittihama görə, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 601,072 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana emal edib hazırlayaraq yaşadığı evində saxlamış və onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Bundan başqa ittihama görə Təqsirləndirilən şəxs təkrarən həmin ünvanda qanunsuz olaraq tərkibində narkotik maddələr olan 33 ədəd plastik dibçəkdə, yaş vəziyyətdə ümumi çəkisi 7,220 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri əkib yetişdirərək onları külli miqdarda kultivasiya etmişdir. Həmin əməl isə Cinayət Məcəlləsinin 237.2.2 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.2-ci maddəsi Cinayət Məcəlləsinin 234-cü maddəsində deyil, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş əməlin təkrar törədilməsini nəzərdə tutur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan “təkrarən” söz ifadəsi və “237.2.2” rəqəm ifadəsi çıxarılmalı və Təqsirləndirilən şəxs əməlləri yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzib edilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İqar Mədətov qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 14.05.2001ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 126.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 10.11.2003-cü ildə Binəqədi Rayon məhkəməsinin 17.10.2003-cü il tarixli qərarı ilə 01 il 03 ay 26 gün vaxtından əvvələ şərti azad edilmişdir. Qüvvədə olan Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsində göstərilmiş ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzam çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunurlar. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə ayrı-ayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 600,972 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, 33 ədəd 7,220 qram çəkidə çətənə bitkisinin şitilləri, 7,41 qram çəkidə çətənə bitkisinin toxumları və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 600,972 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, 33 ədəd 7,220 qram çəkidə çətənə bitkisinin şitilləri, 7,41 qram çəkidə çətənə bitkisinin toxumları və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən, hakim: Azər Paşayev