Məhkəmə qərarları › İş №1(101)-770/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-770/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-770/2023 19.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X2 və X1, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X3, X6 və Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni təkrarən əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 06 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən 50 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qaya Üstü adlanan ərazidə özünü şübhəli apardığına görə Daxili İşlər Nazirliyinin X12 Alayının 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə gətirilmiş və həmin polis bölməsində üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd şəffaf rəngli polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,153 qram, 0,185 qram, 0,202 qram olmaqla, ümumi təmiz çəkisi 0,540 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr- xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 03 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,491 qram, 0,274 qram, 0,263 qram olmaqla, ümumi təmiz çəkisi 1,028 qram olan ağ rəngli kristallardan ibarət maddə kütlələri- xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində olan qəhvəyi rəngli çantanın içərisindən 01 ədəd 1 ml həcmli şprisdə 0,35 ml həcmində məhlul- narkotik vasitə heroin məhlulu, həmin heroinin quru maddəsinin çəkisi 0,014 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 13 sentyabr 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi «Tayqa» marketin yaxınlığında istintaqa məlum olmayan özünü ona “Dayı” ləqəbi ilə təqdim edən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs tərəfindən, aralarında olan razılaşmaya əsasən, sonuncudan 20 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 14 sentyabr 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi «Tayqa» marketin yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, X10 küçəsi 52 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmiş və həmin polis bölməsində üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı onun əynindəki qara rəngli idman şalvarının sağ qabaq cibində olan sellofan paketin içərisindən 01 ədəd şəffaf rəngli polietilen bükümdə külli miqdarda təmiz çəkisi 4,76 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 03 ədəd şəffaf rəngli polietilen bükümlərdə külli miqdarda təmiz çəkiləri 11,851 qram, 9,080 qram, 1,789 qram olmaqla, ümumi təmiz çəkisi 22,72 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr- xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. İşin halları: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə baxış keçirilən zaman üzərindəki çantadan hərəsindən 1 çert (yəni bir dəfəlik istifadə üçün nəzərə tutulan büküm) olmaqla, narkotik vasitə olan heroin və metamfetamin aşkar olunmuş, elan edilmiş ittiham üzrə həmin epizodla bağlı istintaq orqanına verdiyi ifadəni təsdiq etmişdir. O, həmin heroin və metamfetamini şəxsi istifadəsi üçün 50 manat müqabilində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində olan tanımadığı şəxsdən almış, satmaq niyyəti olmamışdır. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Bundan başqa, o, dəqiq xatırlamadığı tarixdə gecə saat 03:00 radələrində Bakı şəhəri, Binəqədi rayonunda Bətulə adlı xanımla görüşdükdən sonra marketdən daxil olmuş, oradan çıxıb taksi sifariş edərək evə getmək istədiyi zaman polis əməkdaşları onu səslədiyindən yaxınlaşmış, şübhəli olduğu deyilərək 5-ci Polis Bölməsinə aparılmışdır. Polis əməkdaşları tərəfindən içərisində narkotik vasitə olan siqaret qutusu ona təqdim edilərək videoçəkiliş aparılmış, videoçəkiliş zamanı həmin kütlənin özünə məxsus olduğunu bildirmişdir. Həqiqətdə isə onun üzərində heç nə olmamışdır. O, gündəlik narkotik vasitə olan 0,3-0,4 qram çəkidə heroin istifadə etmiş, həmin vasitələri Maştağa və Zabrat qəsəbələrindən almışdır. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq edilməmişdir. O, latın qrafikası ilə oxuya bilmir. Təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini cinayət işini yekunlaşdırılan vaxt oxumuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə olmaqla, sonuncu dəfə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. 06 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən 50 manat müqabilində şəxsi istifadəsi üçün 03 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin, 03 ədəd siqaretin gümüşü kağızına bükülmüş formada psixotrop maddə olan metamfetamini almış və 01 ədəd 1 mllik şprisdə məhlul halında heroini az-az istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində «Qaya Üstü» kimi tanınan yerin yaxınlığında olan zaman Daxili İşlər Nazirliyinin X12 Alayının 8-ci Patrul Bölüyünün 2 nəfər əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək ad və soyadını soruşub şəxsiyyətini təsdiq edən sənədini istədikdə həmin vaxt müvafiq sənəd üzərində olmadığından, habelə cibində psixotrop maddəmetamfetamin və narkotik vasitə-heroin olduğundan, o, tez bir zamanda oradan yayınmaq istəmiş, lakin polis əməkdaşları ondan şübhələnib Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə dəvət etdikdə etiraz etmədən birlikdə həmin polis bölməsinə getmişdir. Orada şəxsiyyəti müəyyən olunub hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində psixotrop maddə-metamfetamin olan 03 ədəd bükümü, şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə-heroin olan 03 ədəd bükümü və üzərində olan qəhvəyi rəngli çantanın içərisində 01 ədəd 1 ml-lik şprisin içərisindəki məhlul halında narkotik vasitəheroini çıxararaq masanın üzərinə qoymuş və həmin bükümlərin içərisində aşkarlanan maddənin psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin və şprisin içərisindəki məhlulunda narkotik vasitə olan heroin olduğunu, həmin metamfetamin və heroini Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirdikdən sonra aşkarlananlar qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu A.Gəraybəyli küçəsində «Tayqa» marketin yanında tanımadığı, özünü “Dayı” ləqəbi ilə təqdim edən şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün 01 ədəd sellofan paketə bükülməklə şəffaf lentlə yapışdırılmış, içərisində 01 ədəd sellofan paketə bükülmüş ağ rəngli psixotrop maddə olan metamfetamin və 03 ədəd şəffaf sellofan paketin içərisində narkotik vasitə olan heroin alıb əynindəki qara rəngli idman şalvarının sağ qabaq cibinə qoyaraq ehtiyacı olduğu halda istifadə etməsi məqsədilə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində «Tayqa» marketin yanında olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb narkotik vasitələrin istifadəsi və daşınmasında şübhəli olduğunu bildirib Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət etdikdə etiraz etmədən həmin polis bölməsinə getmiş, orada şəxsiyyəti müəyyən olunub hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ qabaq cibinin içərisində saxladığı 01 ədəd sellofan paketə bükülməklə şəffaf lentlə yapışdırılmış, içərisində 01 ədəd sellofan paketə bükülmüş psixotrop maddə olan metamfetamini və 03 ədəd şəffaf sellofan paketin içərisində narkotik vasitə olan heroini çıxararaq masanın üzərinə qoyduqdan sonra həmin bükümlərin içərisində aşkar edilən maddənin psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğunu, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində «Tayqa» marketin yanında tanımadığı, özünü “Dayı” ləqəbi ilə təqdim edən şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirdikdən sonra aşkarlananlar qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. 14 sentyabr 2022-ci il tarixdə saat 03:00 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs, o və digər polis əməkdaşı Şahid2la birgə Bakı şəhəri, Binəqədi rayonu, Gəraybəyli küçəsində saxlanılaraq 5-ci Polis Bölməsinə dəvət edilmiş, həmin bölmədə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 01 ədəd bükümdə metamfetamin və 02 və ya 03 ədəd bükümdə heroini idman şalvarının cibindən çıxarıb özünəməxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs barəsindəki məlumat onun narkotik vasitələrdən istifadə edib daşıması və satışı ilə məşğul olması haqqında olmuşdur. Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən hər hansı zorakılıq edilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. O, Daxili İşlər Nazirliyinin X12 Alayının 8-ci Patrul Bölüyündə polis nəfəri kimi etdiyi vaxt Bakı şəhəri Sabunçu rayonu “Qayaüstü” deyilən ərazidə digər polis əməkdaşı Şahid3 ilə birgə xidmət apararkən Təqsirləndirilən şəxs özündə olmadığını görüb şübhələnərək yaxınlaşmış, şəxsiyyətini təsdiq edən sənəd üzərində olmadığına görə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə sonuncunu dəvət etmişlər. Həmin bölmədə videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan çəki və miqdarını dəqiq xatırlamadığı narkotik vasitəyə və psixotrop maddəyə bənzər bükümləri könüllü olaraq təqdim etmiş, Təqsirləndirilən şəxs həmin maddələri üzərində gəzdirmə səbəbini bilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Şahid4 ifadəsində göstərdiklərini həqiqi olduğunu bildirib təsdiqləmişdir. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid3 ifadəsində Şahid4 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən “Mirvaleh” adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitəni saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-5; 6) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 03:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi, “Tayqa” marketin yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 7) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdə saat 03:00 dəqiqədən hesablanmışdır. (Cild 1, iş vərəqə 24, 25) xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin inzibati binasında xidməti iş otağında həmin Polis Bölməsinin əməkdaşları Şahid1 və Şahid2 iştirakları ilə videoçəkiliş aparılmaqla keçirilmiş istintaq hərəkəti zamanı hüquq və vəzifələr izah olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ qabaq cibindən 01 ədəd şəffaf rəngli polietilen bükümü çıxaraq təqdim etmiş, həmin bükümün içərisində 01 ədəd şəffaf rəngli polietilen bükümdə metamfetamin və 03 ədəd şəffaf rəngli polietilen bükümdə heroinin olduğunu, 13 sentyabr 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi «Tayqa» marketin yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 20 (iyirmi) manat pul müqabilində aldığını bildirdikdən sonra aşkarlananlar qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 174 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (Cild 1, iş vərəqə 37-39; 109-110) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-2196/2022 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul olunmaqla, həmin bölmənin rəisi, polis mayoru Cavid İsmayılzadə tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 14 sentyabr 2022-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 51- 53) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5171 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs (imza)...” üç-imza, tərtib etdi: N.Məmmədli imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 03 (üç) ədəd bükümlərdə təmiz çəkiləri 11,851 qram, 9,080 qram, 1,789 qram olmaqla, ümumi təmiz çəkisi 22,72 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 4,76 qram olan, ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqə 56-57) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 66-67) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1062/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(001)-25/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 14 yanvar 2023-cü il tarixdən hesablanmaqla, 20 gün müddətinə uzadılmışdır. (Cild 1, iş vərəqə 84- 88; 346-350) xx.xx.2022-ci il tarixli “Maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 11,851 qram, 9,080 qram, 1,789 qram olmaqla, ümumi təmiz çəkisi 22,72 qram qəhvəyi rəngli maddə kütlələri olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin, 01 ədəd bükümdə təmiz çəkisi 4,76 qram ağ rəngli kristalşəkilli kütlə olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 22,57 qram narkotik vasitə-heroin və 4,71 qram psixotrop maddə-metamfetamin saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə məsul saxlanca verilmişdir. (Cild 1, iş vərəqə 111-112) xx.xx.2022-ci il tarixli “Cinayət işlərinin birləşdirilməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə olan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. (Cild 1, iş vərəqə 115-117) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs şübhəli hərəkətlərinə görə həmin gün saat 09:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Qaya üstü” adlanan inzibati ərazidə saxlanılıb Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə dəvət edilmişdir. (Cild 1, iş vərəqə 124) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdə saat 09:30 dəqiqədən hesablanmışdır. (Cild 1, iş vərəqə 138; 139) xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və xx.xx.2022-ci il tarixli “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin inzibati binasında xidməti iş otağında X12 Alayının 8-ci Patrul Bölüyünün əməkdaşları Şahid3 və Şahid4 iştirakları ilə videoçəkiliş aparılmaqla keçirilmiş istintaq hərəkəti zamanı hüquq və izah olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli toz halında olan heroini, 03 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəklində metamfetamini və üzərində olan qəhvəyi rəngli çantadan istifadə üçün hazırlanmış 01 ədəd şprisdə narkotik maddəni təqdim etdikdən sonra aşkarlananlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 241 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (Cild 1, iş vərəqə 152-153, 211) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4843 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 241” dairəvi möhür əksi və “...T. şəxs Təqsirləndirilən şəxs (imza), imzalar, tərtib etdi: N.Babanlı-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 03 (üç) ədəd bükümlərdə təmiz çəkiləri 0,153 qram, 0,185 qram və 0,202 qram olmaqla, ümumi təmiz çəkisi 0,540 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 03 (üç) ədəd bükümlərdə təmiz çəkiləri 0,491 qram, 0,274 qram və 0,263 qram olmaqla, ümumi təmiz çəkisi 1,028 qram olan ağ rəngli, kristallardan ibarət maddə kütlələri xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 01 (bir) ədəd 1 ml həcmli şprisdə 0,35 ml həcmində məhlul narkotik vasitə heroin məhluludur, həmin heroinin quru maddəsinin çəkisi 0,014 qramdır, heroin məhlul halında olduğu üçün digər maddələrlə müqayisəli tədqiqatının aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqə 162-164) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 176-178) xx.xx.2022-ci il tarixli, 4(008)-746/2022 nömrəli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. (Cild 1, iş vərəqə 203-207) xx.xx.2022-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 208-210) xx.xx.2022-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə narkotik vasitə olan heroin, 03 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 01 ədəd 1 ml həcmli şprisdə 0,35 ml həcmində məhlul narkotik vasitə heroin məhlulu maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,968 qram (qalıqlar 0,471 qram, 0,254 qram, 0,243 qram) psixotrop maddə olan metamfetamin, qalıq qalmış 0,480 qram (qalıqlar 0,133 qram, 0,165 qram, 0,182 qram) narkotik vasitə olan heroin və 01 ədəd 1 ml həcmli şprisdə 0,35 ml həcmində məhlul saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin məsul saxlancına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 220- 221) xx.xx.2022-ci il tarixli “Cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs götürülmüş mobil telefonlarda iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır. (Cild 1, iş vərəqə 243) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-603/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. (Cild 1, iş vərəqə 250-256) Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 061-19863-1222 nömrəli məktubundan görünür ki, “Dayı” adlı şəxsin olduğu yeri müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olsa da, konkret olaraq kimlərə narkotik vasitə və yaxud psixotrop satması müəyyən edilməmişdir. (Cild 1, iş vərəqə 257) xx.xx.2022-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 259-260) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə aadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən, üzərində 05 ay 20 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən 05 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2015-ci il tarixdə cəza müddəti bitmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 274- 276) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli, 7735 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 288- 289) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli, 3412 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətləri dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur. Gerilik əlamətləri aşkar olunmadı. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanlarına görə etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin öz hərəkətləri idarə etmək qabiliyyətinə malikdir. (Cild 1, iş vərəqə 292-294) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokollar və ona əlavə edilmiş CD disklər, ekspert rəyləri, maddi sübut və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 295-310) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini lakin qrafikalı əlifba ilə oxuya bilmədiyindən, məhkəməyədək icraat zamanı verdiyi ifadələri oxumadan imzalaması ilə əlaqələndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi qismən cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində xx.xx.2022-ci il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olmasını səmimi olaraq etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddənin olmadığını, həmin gün keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətindən əvvəl polis əməkdaşları tərəfindən təqdim etməsi üçün içərisində narkotik vasitə olan siqaret qutusunun ona təqdim edilərək videoçəkilişin aparıldığını, o da həmin kütlənin özünə məxsus olduğunu dediyini ifadəsində bildirmişdir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd sellofan bükümü könüllü olaraq cibindən çıxarıb təqdim etmiş, həmin sellofan bükümün içərisində 01 ədəd bükümdə metamfetaminə bənzər və 03 ədəd bükümdə heroinə bənzər maddələr aşkarlanmışdır. Həmin maddələr qablaşdırılıb möhürləndikdən sonra ekspertizaya təqdim edilmiş, müvafiq ekspert rəyi ilə həmin maddələrin metamfetamin və heroin olduğu müəyyənləşmişdir. Qeyd edilən xüsusatla bağlı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 da məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd sellofan bükümün içərisində 01 ədəd bükümdə metamfetamin və 03 ədəd bükümdə heroini müvafiq istintaq hərəkəti zamanı könüllü olaraq təqdim etdiyini, ona videoçəkiliş zamanı nümayiş etdirməsi üçün hər hansı siqaret qutusunda kütləni vermədiklərini bildirmişlər. Məhkəmə tərəfindən həmin diskə baxış zamanı Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan siqaret qutusunun təqdim olunması müəyyən edilməmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs həmin videoçəkiliş zamanı siqaret qutusunu təqdim etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində xx.xx.2022-ci il tarixdə polis əməkdaşları Şahid2 və Şahid1 tərəfindən saxlanılmadığını desə də, cinayət işinin materiallarının 4-6-cı vərəqlərində olan “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan, 7-ci vərəqində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:00 radələrində polis əməkdaşları Şahid2 və Şahid1 tərəfindən saxlanılaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparılmışdır. Habelə, xx.xx.2022-ci il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirərkən müəyyən edilmişdir ki, həmin istintaq hərəkətində Şahid2 və Şahid1 iştirak etmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusat öz təsdiqini tapmamış, digər mötəbər sübutlarla tam təkzib edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olmasını Təqsirləndirilən şəxs mübahisələndirməmiş, bu, təqsirləndirilən şəxs, həmin şahid ifadələri, istintaq hərəkəti protokolları və əlavələrinə əsasən işin mübahisəsiz halıdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddələrin aşkarlanması ilə bağlı məhkəmə şahid ifadələrini, istintaq hərəkəti protokollarını və əlavələrini təhlil edib belə qərara gəlir ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verərək məsuliyyətdən yayınmağa çalışmışdır. Odur ki, məhkəmə həmin hissədə Təqsirləndirilən şəxs verdiyi ifadəni həqiqətə uyğun olmayan hesab edir. Həmçinin, məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 02 (iki) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolların məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən tam səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini, habelə etiraf etdiyi hissədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları sübut kimi qəbul edir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni təkrarən əldə edib saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - narkotik vasitə olan heroin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar, həmin Siyahıların 67-ci bənində əsasən isə psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq olduqda isə külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən, şəxsi istehlak miqdarında narkotik vasitə olan heroinin istifadəsi təmiz halda ən çoxu 0,15 qram qeyd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanıldıqdan sonra üzərinə baxış keçirilən zaman xırda bükümlərə bükülmüş 03 ədəd bükümdə 0,491 qram, 0,274 qram və 0,263 qram olmaqla, ümumi təmiz çəkisi 1,028 qram olan metamfetamin və 03 ədəd bükümdə 0,153 qram, 0,185 qram və 0,202 qram olmaqla, ümumi təmiz çəkisi 0,540 qram olan heroin və quru maddəsinin çəkisi 0,014 qram olan 01 ədəd 1 ml həcmli şprisdə 0,35 ml həcmində heroin məhlulu aşkarlanmışdır. Məhkəmə aşkar olunmuş maddələrlə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan metamfetaminin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 6,85 dəfə, heroinin ümumi təmiz çəkisi isə 3,6 dəfə çoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanıldıqdan sonra üzərinə baxış keçirilən zaman 01 ədəd bükümdə 4,76 qram olan metamfetamin və 03 ədəd bükümdə 11,851 qram, 9,080 qram və 1,789 qram olmaqla, ümumi təmiz çəkisi 22,72 qram olan heroin aşkarlanmışdır. Məhkəmə qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan metamfetaminin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 31,73 dəfə, heroinin ümumi təmiz çəkisi isə 151,46 dəfə çoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməyə görə məhkum edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs rəsmi iş yerinin olmadığını, hər hansı yerdə işləmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs işləmədiyi təqdirdə onun üzərindən xx.xx.2022-ci il tarixdə şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 6,85 dəfə çox metamfetaminin və 3,6 dəfə çox heroinin, həmin tarixdən yalnız 1 həftə sonra, yəni xx.xx.2022-ci il tarixdə onun üzərindən şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 31,73 dəfə çox metamfetaminin və 151,46 dəfə çox heroinin aşkarlanması, aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin növünün və çəkisinin müxtəlifliyi, xırda bükümlərə bükülməsi, habelə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 061-19893-1222 nömrəli məktubuna əsasən, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatın mövcudluğu Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün deyil, satış məqsədilə təkrarən üzərində əldə edib saxlamaqla daşıması nəticəsinə gəlməyə məhkəmə üçün kifayət qədər əsas verir. Həmçinin, məhkəmə bir halı da qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqlcadan əlbir olan bir qrup şəxs tərəfindən həmin cinayət əməlini törətməklə ittiham irəli sürülmüşdür. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən, cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbirliyi, yəni əvvəlcədən razılıq, əlbirliklə nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmə müəyyən olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 061-19893-1222 nömrəli məktubunundan görünür ki, “Dayı” ləqəbli şəxs əməliyyat-axtarışları tədbirləri nəticəsində aşkarlanmamışdır. “Dayı” ləqəbli şəxsin soyadı, adı və ya atasının adı, sair anket məlumatları barədə məlumat göstərilmədən, qabaqcadan əlbirlik dəqiq müəyyən edilmədən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan “Dayı” ləqəbli şəxslə qabaqcadan əlbirliklə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, ittiham həmin hissədə əsaslı deyil. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Beləliklə, Təqsirləndirilən şəxs hər iki şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin çəkilərinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, xırda bükümlərə bükülməsinə, narkotik vasitə və psixotrop maddələrinin növ və say müxtəlifliliyinə, onun narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına əsasən, cinayət işində olmaqla, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilməli, ona irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş əməl çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamda Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar törədilməsinin təqsirləndirləndirən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi qeyd olunmuşdur. Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin növünü, çəkisini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, şübhəli şəxs kimi tutulduğu müddət çıxılıb qəti olaraq 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, hazırki cinayət işi üzrə irəli sürülmüş ittiham birinci iş üzrə hökm çıxarılmazdan törədilmiş cinayətlə bağlıdır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən, tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 03 gün şübhəli şəxs qismində tutulmuş, daha sonra barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1062/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizasları ilə əlaqədar Təqsirləndirilən şəxs 184 (bir yüz səksən dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,968 qram psixotrop maddə olan metamfetamin, qalıq qalmış 0,480 qram narkotik vasitə olan heroin və 01 ədəd 1 ml həcmli şprisdə 0,35 ml həcmində məhlul, həmin heroinin quru maddəsinin çəkisi 0,014 qram heroin, həmçinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 22,57 qram narkotik vasitə olan heroin və 4,71 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X8 xx.xx.2022-ci il tarixli, 7735 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilən 11 (on bir) ay 29 (iyirmi doqquz) gün hissəsi Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 07 (yeddi) il ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla ona qəti olaraq 07 (yeddi) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 07 (yeddi) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 184 (yüz səksən dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,968 qram psixotrop maddə olan metamfetamin, qalıq qalmış 0,480 qram narkotik vasitə olan heroin və 01 ədəd 1 ml həcmli şprisdə 0,35 ml həcmində məhlul, həmin heroinin quru maddəsinin çəkisi 0,014 qram heroin, həmçinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 22,57 qram narkotik vasitə olan heroin və 4,71 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar