Məhkəmə qərarları › İş №1(101)-770/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-770/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-770/2024 12.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X68, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkilləri X28, X37, Müdafiəçi6, Müdafiəçi3, Müdafiəçi5, Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3, zərərçəkmiş hüquqi şəxs “X62” ASC-nin nümayəndəsi X53, zərərçəkmiş hüquqi şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndələri Nümayəndə1 və X11 iştirakları ilə xx xxxxxxx 2002-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, subay, orta təhsilli, hadisə vaxtı “Gesco” özəl mühafizə idarəsində mühafizəçi patrul sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Günəhir kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 181.3.2, 181.3.3, 186.2.2, 228.2.1, 228.2.2, 229.2.1, 32.5, 229.2.1 və 32.5, 229.2.2-ci maddələri ilə, xx xxx 2001-ci il tarixdə Qəbələ rayonu, Həzrə kəndində anadan olmuş, subay, orta təhsilli, “3-cü mikrorayon bazarı” deyilən yerdə motosiklet təmiri sexində usta işləmiş, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Həzrə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, X126 küçəsi, bina 31, mənzil 69 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.4, 32.5, 29, 120.2.7, 32.5, 29, 120.2.11, 32.5, 181.3.2, 32.5, 181.3.3, 32.5, 186.2.2, 228.2.1, 229.2.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Döneritto” kafesində kuryer işləmiş, əvvəllər məhkum olunmamış, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsi, ev 39, mənzil 35-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Zavod yolu” küçəsi, ev 5-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.4, 32.5, 29, 120.2.7, 32.5, 29, 120.2.11, 32.5, 181.3.2, 32.5, 181.3.3, 32.5, 186.2.2, 228.2.1, 32.5, 229.2.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 2000-ci il tarixdə Goranboy rayonu, Tatarlı kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Goranboy rayonu, Tatarlı kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 1(101)-462/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkümluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.4, 32.5, 29, 120.2.7, 32.5, 29, 120.2.11, 32.5, 181.3.2, 32.5, 181.3.3, 32.5, 186.2.2, 228.2.1 və 32.5, 229.2.1-ci maddələri ilə, xx xxxx 1986-cı il tarixdə Ağcabədi rayonu, Qiyamadınlı kəndində anadan olmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Tərtər Hərbi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli hökmü ilə əməlində cinayət tərkibi olmadığından, cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.3-cü, 62, 69.3-cü maddələrinə əsasən aylıq pul təminatından 20% dövlət nəfinə tutulmaqla 01 il 11 ay 22 gün hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 7-1(098)-25/2024 nömrəli qərarı ilə, 8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.7-ci bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs5 Şirvan Apellyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 1-1(106)-01/2021 nömrəli hökmü ilə ona təyin edilmiş, aylıq pul təminatından 20% dövlət nəfinə tutulmaqla 01 il 11 ay 22 gün hərbi xidmət üzrə məhdudlaşdırma cəzasından azad edilmiş, məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə xx xxxx 1974-cü il tarixdə Ağcabədi rayonu, Qiyamadınlı kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Qiyamadınlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 32.5, 229.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 digər şəxslərin təhrikçiliyi və köməkçiliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini təmir etməklə hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxsin qanunsuz olaraq döyüş sursatını hazırlaması cinayətinin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etməklə, habelə cinayətin alətini, cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, həmçinin də cinayət yolu ilə ələ keçirilmiş əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etməklə təkrarən köməkçi qismində iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq təkrarən odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib, saxlayıb, biri-birinə verərək daşımaqla üzərlərində gəzdirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib öz qulluq borcunu yerinə yetirən şəxsə qarşı silah tətbiq edib özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlıqları üçün təhlükəli olan zorakılıqla bağlı basqın edərək zərərçəkmiş şəxslərə ağır dərəcəli bədən xəsarətləri yetirməklə onların sağlamlıqlarına ağır zərər vurmuş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etməklə və zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş, digər şəxslərin köməkçiliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib ümumi təhlükəli üsulla, quldurluqla və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zərərəçəkmiş şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində ümumi təhlükəli üsulla, quldurluqla və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar iki zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, tanışı X29 ilə N-cü ilin yanvar ayının ilk günlərində “WhatsApp” proqramı vasitəsi ilə söhbət edərkən, Ruhlan İsmayılov söhbət əsnasında atası Təqsirləndirilən şəxs6 ilə birlikdə 30 oktyabr 2022-ci il tarixdə Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndində olarkən qohumu Təqsirləndirilən şəxs5 təhriki əsasında sonuncuya məxsus 1937-ci ilin nümunəsi olan 9 mm kalibrli “Minta 37” markalı 112033 №-li odlu silah hesab olunan tapançanın sınmış vurucu iynəsini yenisini hazırlayaraq yerinə qoymaqla məhv etmə xüsusiyyətini tam bərpa etmək barədə razılaşdıqlarını, tapancanı atası Təqsirləndirilən şəxs6la birlikdə Təqsirləndirilən şəxs5 əldə edib daşıyaraq gətirib özünün yaşadığı Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanında saxladığını, yəni qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə cinayətlərində Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşdiklərini bildirmişdir. X63 Qudrətova da həmin cinayətin birgə törədilməsi üçün qrupa üzvlüyə daxil olmağı təklif etmiş və N-cü ilin yanvar ayının əvvəllərində həmin odlu silahı qanunsuz olaraq təmir etmək məqsədilə ilə əldə etmək, daşımaq, saxlamaq və üzərlərində gəzdirməklə təmir etmək barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs6 məlumatı və razılığı ilə Təqsirləndirilən şəxs1 Ruhlan İsmayılovla birlikdə eyni məqsədlə tapancanı əldə edib biri - birinə verərək üzərlərində gəzdirməklə, sonuncunun istifadəsində olmuş “Opel Vectra” markalı **-GA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə daşımaqla və yaşadığı Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanında saxlamaqla, şəxsən özünün xüsusi fəallıq göstərək yaşadığı Binə qəsəbəsində axtarıb tapdığı tornaçı kimi fəaliyyət göstərən Şahid25 tapancanın komplekt hissəsi olmasını gizlədib “Hindistan motosikletinin detalı” kimi təqdim edərək aldadıb vurucu iynəni sifariş etmişdir. Təqsirləndirilən şəxs1 Ruhlan İsmayılovla birlikdə vurucu iynəni N-cü ilin yanvar ayının 21 yaxud 22-sində əldə etməklə həmin tarixdə sonuncunun yaşadığı Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanında yenisi ilə, habelə tapancanın köhnə yayını birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr bazarı” deyilən yerdə istintaqa məlum olmayan mağazadan əldə etdikləri yeni yayla əvəz etmişlər. Ruhlan İsmayılov tapançanı artıq təmir etdiklərini və atəşə yararlı vəziyyətə gətirməklə hazıradıqlarını Təqsirləndirilən şəxs6 bildirmiş, sonuncu isə öz növbəsində təmir dövründə, yəni 2022-ci ilin dekabr – N-cü ilin yanvar ayları ərzində mütəmadi olaraq odlu silahın təmirinin və hazırlanmasının gedişi (vurucu iynənin və yayın yenilənməsi, silahın boyanması və sair) ilə bağlı Ruhlan İsmayılovdan ***-***-**-** saylı nömrə üzərindən qeydiyyatdan keçirdiyi “Whatsapp” mobil telefon tətbiqi vasitəsilə əldə etdiyi məlumatları, habelə təmirin gedişini əks etdirən fotoşəkilləri Təqsirləndirilən şəxs5 və sonuncunun da təmir müqabilində tələb edəcəyi “xidmət haqqı”nı verməyə hazır olması barədə vədlərini Ruhlan İsmayılova ötürmüş, həmçinin silahı tam hazır vəziyyətə gətirmək üçün vurucu iynədən əlavə silahın yayının da dəyişdirilməsinin zəruriliyi barədə və digər məsləhətlərini, göstərişlərini və məlumatlarını həm Ruhlan İsmayılova və sonuncu vasitəsi ilə Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs5 verməklə, eləcə də odlu silahın təmirdən sonra əldə edilməsi, təhvil verilənədək ona sahiblik və istifadə edilməsi ilə bağlı məlumatları çatdırmışdır. 22 və 23 yanvar N-cü il tarixlərdə Ruhlan İsmayılov odlu silahı komplekt hissələri ilə birlikdə saxladığı Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanında sürtmə üsulla paslanmış hissələrini təmizləyib qara rənglə boyayaraq silaha yeni görkəm vermiş, bundan sonra Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən kimsəsiz çöllük sahəyə gəlib silahın sazlığını yoxlamaq məqsədilə içərisinə bir ədəd döyüş sursatı hesab edilməyən səs-siqnal patronunu yerləşdirib atəş açmış, odlu silahın yaralı olduğunu görüb bu barədə atası Təqsirləndirilən şəxs6 məlumat vermişdir. Təqsirləndirilən şəxs6 isə bu barədə 24 yanvar N-cü il tarixdə “Whatsapp” mobil telefon tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs5 məlumatlandırdıqdan X92un tapancanı Ağcabədi rayonuna səfər edəcəyi vaxt özü ilə aparıb şəxsən Təqsirləndirilən şəxs5 təhvil verəcəyini bildirmişdir. Lakin Ruhlan İsmayılov odlu silah olan tapançanı 04 mart N-cü il tarixədək özündə saxlamaqla Təqsirləndirilən şəxs5 çatdıra bilməmiş və 04 mart N-cü il tarixdə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı Ruhlan İsmayılovun gizləndiyi Bakı şəhəri Səbail rayonu X64 küçəsi bina 19 mənzil 2 ünvanında baxış keçirilərkən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 digər şəxslərlə, o cümlədən X29, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə edib, saxlayıb, biri-birinə verərək daşımaqla üzərlərində gəzdirmiş, Təqsirləndirilən şəxs5 təhrikçiliyi, Təqsirləndirilən şəxs6 köməkçiliyi ilə X29 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq odlu silahı və onun komplekt hissəsini hazırlamaqla təmir etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 04 fevral N-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “çay evi 900” adlanan yerdə Ruhlan İsmayılovun ona Xəzər rayonu Qala qəsəbəsində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus verilənlərin ötürülməsinin asinxron vasitələrinə (ATM-ə) pul vəsaitlərini yerləşdirən inkassatorlara üzərlərində gəzdirdikləri odlu silahlarla atəş açıb qəsdən öldürərək külli miqdarda özgə (Bankın) əmlakını basqın etməklə ələ keçirmək və aralarında bərabər bölmək barədə etdiyi təklifini qəbul edib Ruhlan İsmayılovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, bu məqsədlə birlikdə həmin bankomatı və ətraf ərazini davamlı olaraq güdərək oraya gəliş və gediş yollarını, bankomata pul yerləşdirmək üçün neçə nəfər inkassatorun gəldiyi, neçə nəfərin silahlı olduğu, avtomaşının harada dayandığı, pulu hansı qaydada dəyişdirdikləri və sair kimi zəruri məlumatları öyrənməklə öz aralarında gündəlik olaraq planın icrası ilə bağlı məsləhətləşmələr aparmışlar. Təqsirləndirilən şəxs1 cinayətin törədilməsi zamanı istifadə etmək məqsədilə Ruhlan İsmayılovun ona verdiyi 01 avqust 2021-ci ildə Behzad adlı istintaqa məlum olmayan şəxsdən 1300 manata satın aldığı odlu silah hesab edilməyən Türkiyə istehsallı 9 mm kalibrli “BLOW TR 92D” modelli, nömrəsi silinmiş səs-siqnal tapançası ilə silahlanmışdır. Ruhlan İsmayılov isə 01 ədəd 366 TKM kalibrli Kalaşnikov konstruksiyalı “AKS-366 Lankaster 03” modelli, “17VCO-7696” №-li sürgülü yivsiz ov tüfəngini əldə etmək məqsədilə öz adından ünvan 6 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus ov dükanına müraciət etmiş, habelə plana uyğun olaraq hadisə yerində iz qoymamaq məqsədilə X12 mülkiyyətində olmaqla etibarnamə əsasında Ruhlan İsmayılova etibar edilmiş “Opel Vectra” markalı avtomobilin **-GA-*** dövlət qeydiyyat nişanını çıxarıb yerinə sonuncunun tanışı Şahid1 aldıqları cinayətdən xəbərsiz olan X20 məxsus “Vaz2103” markalı avtomobilin **-BC-*** dövlət qeydiyyat nişanlarını bağlamış, eləcə də, basqın zamanı öz aralarında rol bölgüsü aparıb, hadisə yerindən qaçış planı tərtib etmişlər. Sonrakı tarixlərdə, yəni N-cü ilin fevral ayının 10 - 13 aralığında Ruhlan İsmayılov birlikdə yaşadığı və intim münasibətdə olduğu, həmçinin onların "xxxx" ASC-yə məxsus külli miqdarda pul vəsaitlərini ələ keçirmək məqsədi ilə silahlı basqın cinayətinə hazırlaşdıqlarını bilən Təqsirləndirilən şəxs4 ilə birlikdə ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Bravo” hipermarketin içərisində quraşdırılmış “X62” ASC-yə məxsus ATM-ə təxminən 300.000 - 400.000 manat pul vəsaitlərinin yerləşdirilməsinə şahid olub bu barədə Təqsirləndirilən şəxs1, sonuncunun dostu Təqsirləndirilən şəxs3 və əvvəllər şərikli motosiklet təmir sexi işlətdiyi tanışı Təqsirləndirilən şəxs2 da məlumat verərək birlikdə “X62” ASC-yə məxsus ATM-ə pul yerləşdirilməsinin kasetlə deyil, əllə həyata keçirildiyi üçün bu prosesin daha çox vaxt aparmasını, “X62” ASC-yə məxsus inkassator avtomaşının gəlməsini gözləyərkən hipermarketin qarşısıdakı dayanacaqda avtomobili saxlayıb içərisindən şübhə yaratmadan günlərlə müxtəlif banklara məxsus inkassator avtomaşlarının güdülməsinin, habelə hipermarketin içərisində ətrafda çoxlu sayda insanların davamlı hərəkət etməsi səbəbindən “X62” ASC-yə məxsus inkassatorların hərəkətlərinin diqqət çəkmədən kənardan müşahidə edilməsinin mümkünlüyü və sair kimi əlverişli məqamları, Təqsirləndirilən şəxs4 həmin ATM-ə basqın təşkil edəcəkləri halda nəticəsinin uğurlu olacağı barədə verdiyi həvəsləndirici məlumatları nəzərə alaraq müzakirələr aparıb, o cümlədən basqın zamanı atəş açacaqları halda güllələrin ətrafda olan sıx insan kütləsinə, hipermarketə və quraşdırılmış digər banklara məxsus ATM-lərə dəyərək müxtəlif insan tələfatına, əmlakın zədələnməsi və ya məhv olmasına səbəb ola biləcəyindən ibarət ictimai təhlükəli nəticələri qabaqcadan dərk edib, əslində bu kimi ciddi ajiotaj yaranacağı halda onların hadisə yerindən maneəsiz qaçışlarına müsbət təsir edəcəyini öz aralarında birgə müzakirə edib şüurlu surətdə buna yol verməklə 14 fevral N-cü il tarixdə daha çox pul ələ keçirmək məqsədi ilə Qala qəsəbəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomata hazırladıqları silahlı basqın cinayətindən könüllü olaraq qəti imtina edərək cinayətkar planlarını ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Bravo” hipermarketə istiqamətləndirməklə hipermarketin içərisində quraşdırılmış “X62” ASC-yə məxsus ATM-ə pul vəsaitlərini yerləşdirən inkassatorları üzərlərində gəzdirdikləri odlu silahlarla atəş açıb qəsdən öldürərək külli miqdarda özgə (Bankın) əmlakını basqın etməklə ələ keçirmək barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə qeyd olunan cinayətlərin törədilməsində onlara kömək edəcəklərini vəd etmişlər. Qrup üzvlərinin hamısının ümumi razılığı əsasında rol bölgüsünə uyğun olaraq cinayətin bilavasitə Ruhlan İsmayılov və Təqsirləndirilən şəxs1 tərəfindən törədiləcəyi, Təqsirləndirilən şəxs4 onları daim yeni motivəedici məlumatlarla cinayətə hazırlıq və icrası zamanı qarşıya çıxacaq maneələri aşkar edib qrup üzvlərinə məlumat verməsi, odlu silahın, cinayət törətmiş şəxslərin gizlənməsini təmin etməsi, Təqsirləndirilən şəxs3 hadisədən dərhal sonra sosial şəbəkələrdə yayılan xəbərlər barədə, eləcə də hüquqmühafiz orqanlarının planları, hansı ərazilərdə axtarışlar aparmaları, araşdırmanın hansı istiqamətdə aparılması və sair bu kimi məlumatları toplamaqla Təqsirləndirilən şəxs1 və Ruhlan İsmayılova ötürərək onların gizlənmələrinə, bu üsulla hadisə yerindən qaçışlarına kömək etməli, basqında iz qoymamaq və cinayətin izlərini məhv etmək məqsədi ilə hadisə yerindən qaçmaq üçün istifadəsi nəzərdə tutulmuş Ruhlan İsmayılovun “Opel Vectra” markalı avtomobilinin ban nömrələrinin silinməsi, kapotunun açılmaması üçün kilidinin sıradan çıxarılması, dövlət qeydiyyat nişanlarını çıxarıb üzəriX122un basqından xəbərsiz olan tanışı Şahid1 aldığı **-BC-*** dövlət qeydiyyat nişanının bağlanılması, basqından sonra X44 Qudrətovla birlikdə həmin avtomobillə hadisə yerindən uzaqlaşaraq ikinci təyinat nöqtəsində saxlayacaqları ikinci avtomobil və üzərinə bağlamaq üçün ikinci saxta qeydiyyat nömrə nişanı əldə etməyi, bir neçə gün avtomobil elan saytlarında axtarış etmələrinə baxmayaraq ikinci əlverişli avtomobil əldə edə bilmədikdə isə X44 Qudrətovla birlikdə “Opel Vectra” markalı avtomobillə hadisə yerindən əvvəlcə ikinci təyinat nöqtəsinə, orada avtomobilin üzərindəki **-BC-*** qeydiyyat nişanını çıxarıb yerinə ikinci saxta qeydiyyat nişanı bağladıqdan sonra bu yolla Təhlükəsiz Şəhər kameralarından gizlənməklə birbaşa qabaqcadan təyin etdikləri Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsinə gedən istiqamətdə Dəmiryolçular küçəsindən təxminən 1,5 kilometr içəridə kimsəsiz əraziyə getməyi, orada avtomobili yandırıb cinayətin izlərini məhv etdikdən sonra silahlar və cinayət yolu ilə əldə etdikləri pullarla birlikdə Binə qəsəbəsi istiqamətdə piyada hərəkət edərək yoldan keçən hər hansı təsadüfi taksi ilə Təqsirləndirilən şəxs4 olduğu Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanına getməyi, bundan sonra cinayət yolu ilə əldə etdikləri pul vəsaitlərinin şifrələri “X62” ASC tərəfindən bilindiyinə görə həmin pulların dövriyyədə istifadə olunacağı halda ifşa olunmalarından ehtiyat etdikləri üçün Ruhlan İsmayılovun hadisədən sonra şəhərdə şübhə yaratmadan hərəkət edə bilməsi və cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini içərisində gizlədib daşıyaraq özünün tanıdığı istintaqa məlum olmayan əlaqələri vasitəsilə konvertasiya edə bilməsi məqsədi ilə Təqsirləndirilən şəxs2 eyni ünvana gələrək “BMW X5” markalı avtomobilini onların istifadəsinə verməyi, Təqsirləndirilən şəxs4 bir neçə gün həmin ünvanda X45 Qudrətovu, cinayət alətlərini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini gizlətməyi, hadisədən bir neçə gün sonra Qəbələ rayonuna gedərək orada gizlənmələri üçün Təqsirləndirilən şəxs2 öz adına lakin dəyəri cinayət yolu ilə əldə olunmuş vəsait hesabına ödənilməklə “Mercedes Benz E class” markalı avtomobilin satın alınmasını təşkil etməsi, əldə etdikləri vəsaitin Ruhlan İsmayılov və Təqsirləndirilən şəxs1 arasında bərabər bölünməsi, X73 Məmmədova etdiyi köməyə görə əldə olunacaq pul vəsaitlərinin məbləğindən asılı olaraq 10.000 – 20.000 manat arası pul verilməsi, həmçinin planın uğursuzluqla nəticələnmiş ola biləcəyi ehtimalında isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la görüşməsi və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1, cinayətin alətini, cinayətin izlərini gizlətməsi, cinayətin hər iki icraçısının öz mobil telefonlarını məhv edərək Təqsirləndirilən şəxs3 mobil telefonu vasitəsilə biri-biriləri ilə əlaqə yaratmaları barədə ümumi razılıq əldə olunmuşdur. Təqsirləndirilən şəxs4 üçün ələ keçiriləcək pul vəsaitindən hissə nəzərdə tutulmasa da o, Ruhlan İsmayılovun ona külli miqdarda pul vəsaiti ələ keçirdikdən sonra birlikdə yaşayıb həmin pulları xərcləyəcəkləri və maddi cəhətdən imkanları artdıqdan sonra cinsi azlığın nümayəndəsi olduğuna görə illər əvvəl ondan üz döndərmiş ailə üzvləri, yaxınlarının peşman olub onun ayağına gələcəkləri barədə vədlərini özünü “həyatda sındırılmış” kimi hiss etdiyi üçün qisas almağa fürsət kimi qiymətləndirmiş və Ruhlan İsmayılovun qrupa qoşulmaq barədə dəvətini qəbul etmişdir. Silahlı basqın cinayətində Ruhlan İsmayılovun istifadə etməsi məqsədi ilə 16 fevral N-cü il tarixdə sonuncu Təqsirləndirilən şəxs1la birlikdə ünvan 6 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus ov dükanına gedərək Təqsirləndirilən şəxs1 müraciəti əsasında onun adına 575 №-li şəhadətnamə ilə sənədləşdirilmiş, lakin 3600 manat dəyəri Ruhlan İsmayılovun özü tərəfindən ödənilmiş 01 ədəd 366 TKM kalibrli Kalaşnikov konstruksiyalı “AKS-366 Lankaster 03” modelli, “17VCO-7696” №-li sürgülü yivsiz ov tüfəngi və onun 100 ədəd döyüş sursatı hesab edilməyən 366 TKM (9,5 mm) kalibrli ştat patronlarını əldə etmişlər. Növbəti günlərdə ümumi razılaşdırılmış plana uyğun olaraq silahlı basqın cinayətində Təqsirləndirilən şəxs1 tərəfindən istifadə edilməsi planlaşdırılmış odlu silah hesab edilməyən Türkiyə istehsallı 9 mm kalibrli “BLOW TR 92D” modelli, №-si silinmiş səssiqnal tapançasından açılan atəşin ölümcül olması, yəni canlı hədəfi məhv etmək qabiliyyətinə malik olması məqsədi ilə qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məsləhət, məlumatlarından ibarət köməkçilikləri əsasında X105 Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək birlikdə sonuncunun işlədiyi Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən “3-cü mikrorayon bazarı” adlandırılan yerdə yerləşən motosiklet təmir sexində, həmin sexdə istifadəsi nəzərdə tutulmuş elektrik mişarından istifadə etməklə qeyd olunan tapançadan atəş üçün nəzərdə tutulmuş və təyinatı idman məşqlərində səsli siqnal vermək olduğuna görə döyüş sursatı hesab edilməyən 15 ədəd səs - siqnal patronunun gilizlərinin daxilinə kustar üsulla barıt komponenti və uc hissəsinə isə 6,82 mm diametrli yumru formalı, kustar üsulla düzəldilmiş metal güllə yerləşdirərək ilkin təyinatını dəyişdirib 15 ədəd döyüş sursatı hesab edilən patron hazırlamışlar. Bundan sonra qrup üzvləri X74 Məmmədov birlikdə hazırladıqları döyüş sursatı hesab edilən patronları əldə edib biri – birinə verərək üzərilərində gəzdirməklə qısa müddət təmir sexində saxladıqdan X92 istifadəsində olmuş “Opel Vectra” markalı **-GA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə həmin patronları yaşadığı ünvan 8 ünvanda qrupun digər üzvü Təqsirləndirilən şəxs4la birlikdə döyüş sursatı hesab edilən patronları əldə edib biri – birinə verərək saxlamışlar. Plana əsasən, 19 fevral N-cü il tarixdə saat 20 radələrində Ruhlan İsmayılov qrupun üzvü Təqsirləndirilən şəxs1la məsləhətləşərək basqında iz qoymamaq və cinayətin izlərini məhv etmək məqsədi ilə hadisə yerindən qaçmaq üçün istifadəsi nəzərdə tutulmuş “Opel Vectra” markalı avtomobili ban nömrələrini silmək üçün qrupun digər üzvü Təqsirləndirilən şəxs2 işlədiyi motosiklet təmir sexinə aparmış, Təqsirləndirilən şəxs2 işlətdiyi sexi və oradakı elektrik mişarını Ruhlan İsmayılovun istifadəsinə verməklə, həmçinin cinayətdən xəbərsiz olan qardaşı Şahid16 Ruhlan İsmayılova kömək etməsini tapşırmaqla cinayətkar plan üzrə basqında istifadəsi nəzərdə tutulmuş avtomobilin ban nömrələrinin Ruhlan İsmayılov tərəfindən silinməsinə köməklik etmiş, Ruhlan İsmayılov isə avtomobilin ban nömrələrini kəsərək silmişdir. Bundan sonra plana uyğun olaraq, 25 fevral N-cü il tarixdə saat 02:30 radələrindən saat 05:30 radələrinə qədər qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məsləhət, məlumatları əsasında Ruhlan İsmayılov qrupun digər üzvü Təqsirləndirilən şəxs2la Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” biznes mərkəzinin yanında görüşərək birlikdə cinayətin törədilməsi zamanı istifadə edilməsi planlaşdırılmış ikinci saxta avtomobil qeydiyyat nişanı əldə etmək məqsədilə Bayıl qəsəbəsi boyunca sahibsiz avtomobil axtarmışlar, lakin tapa bilmədikdə Ruhlan İsmayılov bu barədə Təqsirləndirilən şəxs1 bildirib məsləhətləşmiş və Təqsirləndirilən şəxs1 sahibsiz avtomobillərin Bakı kəndlərində ola biləcəyini və həmin yerlərdə axtarmaq lazım olduğunu bildirdiyinə görə X105 Məmmədovla Bayıl qəsəbəsində nömrə axtarışlarını dayandırıb həmin tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1la birlikdə Xəzər rayonu, Qala qəsəbəsində axtarışa başlayaraq etibarnamə ilə Şahid18 məxsus olan “Mercedes Benz 190” markalı avtomobilin mühərriki “Stansiya Qala” adlanan ərazidəki avtomobil təmir sexinin içərisinə yerləşdirilib təmir edildiyi üçün avtomobilin özünün sexin kənarında nəzarətsiz qaldığını müşahidə edərək üzərindəki **-OH-*** dövlət qeydiyyat nişanını gecə vaxtı qaranlıq hava şəraitində talamağa qərar vermiş və bu məqsədlə Ruhlan İsmayılov 26 fevral N-cü il tarixdə saat 01 radələrində həmin sexin kənarında dayanmış “Mercedes Benz 190” markalı avtomobilin üzərindəki **-OH-*** dövlət qeydiyyat nişanını açaraq ələ keçirmişdir. Plan üzrə hazırlıq hərəkətləri tamamlandıqdan sonra 26 fevral N-cü il tarixdə saat 12 radələrində X63 Qudrətovla birlikdə “Opel Vectra” markalı avtomobilin üzərindəki **-GA-*** dövlət qeydiyyat nişanını çıxarıb yerinə **-BC-*** qeydiyyat nişanını bağlayara avtomobili birbaşa ünvan 7 ünvanında yerləşən “Bravo” hipermarketin qarşısındakı dayanacağa gətirib dayandırmış və hər gün eyni qaydada başlarına papaq (dimdikli) qoyub sifətlərinə tibbi maska taxaraq şəxsiyyətlərini mümkün qədər gizlətməklə, Ruhlan İsmayılov “AKS- 366 Lankaster 03” modelli yivsiz ov tüfəngi ilə, Təqsirləndirilən şəxs1 isə Ruhlan İsmayılovun ona verdiyi sandıqçasında 12 ədəd döyüş sursatı hesab edilən patron yerləşdirilmiş “BLOW TR 92D” modelli səs-siqnal tapançası ilə silahlanaraq davamlı olaraq ATM-lərin quraşdırıldığı otağa açılan hipermarketin əsas girişini müşahidə etməklə, o cümlədən də özlərinə mövqe seçməklə, hadisəni törətdikdən sonra daha rahat hərəkət etmələri üçün daha detallı üsullar hazırlamaqla 04 mart N-cü il tarixə kimi cinayətkar basqını törətmək üçün “X62” ASC-yə məxsus inkassatorların gəlməsini və əlverişli məqamı gözləməyə başlamışlar. Bununla həm də, Ruhlan İsmayılov və Təqsirləndirilən şəxs1 təkrarən qanunsuz olaraq döyüş sursatı hesab edilən patronları əldə edib hipermarketin ərazisində üzərilərində gəzdirməklə daşıyıb, hipermarketin dayanacağında dayandırdıqları “Opel Vectra” markalı avtomobilin içərisində saxlayaraq biri - birinə vermişlər. Müşahidə yerində giriş – çıxışlar, insanların hərəkətini nəzərə almaqla X45 Qudrətovun birgə tərtib etdikləri bilavasitə cinayətin icra prosesinə yönəlmiş plana əsasən, basqın zamanı Təqsirləndirilən şəxs1 hipermarketin ATM-lərin quraşdırıldığı otağın giriş qapısından daxil olduqdan sonra həmin hissədə mövqe tutub inkassator - sürücünün gəlməsini gözləməli, gəldiyi halda isə atəş açıb onu qəsdən öldürməli, Ruhlan İsmayılov isə giriş qapısından daxil olduqdan sonra ikinci şüşəli qapının yaxınlığında mövqe tutub inkassator – mühafizəçini “banka məxsus nağd pul vəsaitlərinin silahlı mühafizəsini təşkil etmək”dən ibarət xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar atəş açıb qəsdən öldürməli, bundan sonra inkassator - kassiri məcbur edib bankomatı açdıraraq həm kasetlərdə olan pulları, həm də inkassatorların özləri ilə gətirdikləri pulları ələ keçirdikdən sonra atəş açıb inkassator-kassiri öldürməli olmuşlar. İnkassator avtomaşının gəlməsini gözlədikləri dövrdə X65 İbrahimovun istifadəsində olan X25 məxsus **********9 saylı virtual mobil nömrə üzərindən qeydiyyatdan keçmiş “WhatsApp” proqramı vasitəsilə mütəmadi əlaqə saxlayaraq güdmə prosesində qarşıya çıxan hər xırda məsələ ilə bağlı Təqsirləndirilən şəxs4 məlumatlandırıb məsləhət verməsini xahiş etmiş və cinayətkar plan üzrə növbəti addımını Təqsirləndirilən şəxs4 verdiyi məlumat və məsləhətlərinə uyğun seçmişdir. Təqsirləndirilən şəxs4 müəyyən məlumatları Ruhlan İsmayılova söyləməklə sonuncuda cinayəti törətməyə motivasiya yaratmış, habelə bilavasitə güdmə prosesində Ruhlan İsmayılova nə zaman silahlı hücum etməsi, hansı halda daha uğurlu olacağı və daha çox pul ələ keçirə biləcəkləri kimi məsləhətlər vermişdir. 04 mart N-cü il tarixdə saat 09:33-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı X21 idarə etdiyi “Toyota Prius” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını ilə əvvəlcə Bakı şəhəri, Xətai rayonu ərazisində “Zığ dairəsi” deyilən yerdə Ruhlan İsmayılovla görüşüb birlikdə həmin taksi avtomaşını ilə ünvan 7 ünvanında yerləşən “Bravo” hipermarketin qarşısına gəlmiş, plana uyğun olaraq Təqsirləndirilən şəxs1 9 mm kalibrli “BLOW TR 92D” modelli səs-siqnal tapançasını əynində olan qara rəngli gödəkcənin, Ruhlan İsmayılov isə “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini əynində olan göy rəngli uzun gödəkcənin altında gizlətməklə, həmçinin başlarına papaq (dimdikli) qoyub sifətlərinə tibbi maska taxaraq şəxsiyyətlərini mümkün qədər gizlətməklə “X62” ASC-yə məxsus inkassatorların gəlməsini gözləmişlər. Plana uyğun olaraq həmin gün saat 10 radələrində Təqsirləndirilən şəxs1 “WhatsApp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs3 mövqelərini tutduqları və inkassatorları gözlədikləri barədə məlumat verərək ona ayıq - sayıq olmasını, basqını törədəndən sonra dərhal sosial şəbəkələrdə hadisə barədə, xüsusilə də onların ifşa olunub-olunmamaları, hüquq-mühafizə orqanlarının mümkün istiqamətləri barədə xəbərləri izləyib ona məlumat ötürməsini tapşırmış, Təqsirləndirilən şəxs3 isə plan üzrə rol bölgüsünə əsasən ona tapşırılmış həmin köməkçi hərəkətlərin icrası barədə tapşırığı qəbul etmişdir. Həmin gün saat 12:15 radələrində “X62” ASC-yə məxsus “X119” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı zirehli avtomaşının gələrək hipermarketin qarşısında dayandığını, avtomobildə olan “X62” ASC-nin Nağd vəsaitlərin idarə edilməsi şöbəsinin Mərkəzi xəzinə bölməsinin baş inkassator - kassiri xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-nin əməkdaşı, inkassator - mühafizəçi xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Sahib oğlunun avtomobildən enərək əllərində pulla dolu çanta ilə hipermarketə daxil olduqlarını görüb tərtib olunmuş planın icrası ilə əlaqədar əvvəlcə Təqsirləndirilən şəxs1, onun ardınca isə Ruhlan İsmayılov avtomobildən enib üzərlərində qeyd olunan silahları gəzdirməklə hipermarketə əsas girişdən daxil olaraq qabaqcadan seçilmiş mövqelərini tutmuşlar. Bu zaman Zərərçəkmiş şəxs2 hipermarketin əsas giriş qapısından daxildə sol tərəfdə quraşdırılmış “X62” ASC-yə məxsus ATM-in təkrar dövriyyə kasetlərində olan 17.400 ABŞ dolları və 10.395 manat, depozit kasetində isə 6,440 manat və 100 ABŞ dolları pul vəsaitlərini özü ilə gətirdiyi çantanın içərisində olan külli miqdarda, yəni 290.000 manat və 20.000 ABŞ dolları məbləğində pul vəsaitləri ilə əvəz etməyə başlamış, Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2 təhlükəsizliyini təmin etmək məqsədilə onun yaxınlığında dayanıb ətrafın müşahidəsini aparmış, Səhmdar Cəmiyyətdə inkassator - sürücü işləyən Zərərçəkmiş şəxs3 isə təlimata uyğun olaraq ona təhkim edilmiş “X119” markalı avtomobildə mağazanın qarşısında Samir Şeydayevi və Zərərçəkmiş şəxs1 gözləmişdir. Plana əsasən hər biri öz mövqeyini tutduqdan sonra razılaşdıqları kimi əvvəlcə Ruhlan İsmayılov inkassator - mühafizəçini öldürmək məqsədilə əynindəki gödəkçənin altında gizlətdiyi “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini çıxarıb atəş üçün hazır vəziyyətə gətirən anda mühafizəçinin artıq bunu görüb duyuq düşdüyünü başa düşərək dərhal başı ilə inkassator - mühafizəçiyə atəş açması üçün öz mövqeyində gözləyən Təqsirləndirilən şəxs1 işarə vermiş, Təqsirləndirilən şəxs1 saat 12:17-də əynindəki gödəkcənin altında gizlətdiyi 9 mm kalibrli “BLOW TR 92D” modelli səs-siqnal tapançasını çıxarıb silah tətbiq etməklə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə öz qulluq borcunun yerinə yetirən zərərçəkmiş şəxslərin həyatı və sağlamlıqları üçün təhlükəli olan zorakılıqla bağlı basqın edib mühafizəni təmin edən Zərərçəkmiş şəxs1 arxadan yaxınlaşaraq tapancanı sonuncunun baş nahiyyəsinə tuşlayaraq onu xidməti vəzifəsini yerinə yetirməsi və quldurluqla əlaqədar, eləcə də girişçıxışda və ATM bankomatların qarşısında müxtəlif xidmətlərdən istifadə edən çoxsaylı şəxslərin olmasına əhəmiyyət vermədən ümumi təhlükəli üsulla qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək məqsədilə bir dəfə atəş açmış, lakin Zərərçəkmiş şəxs1 bir qədər kənara çəkilməsi səbəbi ilə güllənin hədəfdən yayınaraq qarşıda quraşdırılmış "xxxx" ASC-yə məxsus ATM-in monitoruna dəyməsi, növbəti atəşi açmaq istəyərkən silahın tətiyinin ilişdiyini və atəşin açılmadığını, habelə Zərərçəkmiş şəxs1 ona qarşılıq vermək üçün xidməti Makarov konstruksiyalı “PM” modelli AP-3129 №-li tapançasını çıxarmaq istədiyini, Zərərçəkmiş şəxs2 döşəməyə yıxılaraq onun ayaqlarını tutub saxlamağa çalışdığını görüb, əlindəki tapancanın korpusu ilə Zərərçəkmiş şəxs2 sifət nahiyyəsinə bir dəfə zərbə endirərək sonuncuya alt çənə nahiyəsinin səthi əzilmiş yarasından ibarət sağlamlığa zərər vurmayan xəsarət yetirməklə müqavimətini qırıb öz rolunu tamamlamadan hadisə yerindən çölə qaçmağa məcbur olmuşdur. Ümumi cinayətkar niyyətə uyğun olaraq hipermarketin ikinci daxili giriş qapısının yanında dayanmış Ruhlan İsmayılov başlanmış qəsdinin davamı olaraq üzərində gəzdirdiyi “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini hazır vəziyyətə gətirib iki və daha çox şəxsi qəsdən öldürmək məqsədi ilə təxminən 4-5 metr məsafədən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olduğu səmtə tuşlayaraq həmin vaxt ətrafda çoxlu sayda hipermarketə gəlmiş alıcılar, habelə digər şəxslərin olmasına baxmayaraq güllələrin həmin şəxslərə, hipermarketə və quraşdırılmış digər banklara məxsus ATM-lərə dəyərək müxtəlif insan tələfatına, əmlakın zədələnməsi və ya məhv olmasına səbəb ola biləcəyindən ibarət ictimai təhlükəli nəticələri qabaqcadan dərk edib görərək şüurlu surətdə buna yol verməklə ardıcıl olaraq atəşlər açıb Zərərçəkmiş şəxs1 sağlamlığa ağır zərərvurmaya aid ağciyərin və onurğanın travması ilə müşayiət olunan, sol kürək nahiyəsini dəlib keçərək sağ kürək nahiyəsindən çıxan bir ədəd odlu silah yarasından ibarət xəsarətlər yetirməklə sonuncunu qəsdən öldürmüş, Zərərçəkmiş şəxs2 sağlamlığa ağır zərərvurmaya aid sağ ağciyərin aşağı payının zədələnməsi, bilateral travmatik pnevmotoraks, sağ tərəfli Vİİİ-İX qabırğaların sınıqları, İX döş fəqərəsinin sınığı ilə müşayiət olunan döş qəfəsinin dəlib keçən bir ədəd odlu silah yarasından ibarət xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs2 yerdə hərəkətsiz qaldığını görüb öldüyünü zənn etmiş, habelə atəş açdığı güllələr “Bravo” hipermarketin şüşələrinə, alıcılar üçün nəzərdə tutulmuş dolaba, “X62” ASC-yə məxsus ATM-ə dəymiş, bundan sonra isə “X62” ASC-yə məxsus ATM-in qarşısında döşəmə üzərində içərisində 16.835 manat və 20.100 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 34.170 manat) ümumilikdə 51.005 manat məbləğində pul olan çantanı götürüb hipermarketin çölünə qaçaraq ümumi razılaşdırılmış planın davamı olaraq hipermarketin qarşısında inkassator - sürücü Zərərçəkmiş şəxs3 içərisində olduğu “X119” markalı avtomobilə yaxınlaşıb əlindəki “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini sonuncunun oturduğu istiqamətdə tuşlayaraq bir neçə dəfə atəş açmasına baxmayaraq atəşlərdən birinin avtomobilin sağ qabaq qanadına, digərinin isə sağ qabaq qapının metal hissəsindən dəlib girib sürücünün baş nahiyyəsi istiqamətində avtomobilin daxilində sol metal gövdəyə dəyməsi, həmçinin Zərərçəkmiş şəxs3 avtomobili cəld hərəkətə gətirib hadisə yerindən kənarlaşdığına görə öz iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs3 qəsdən öldürə bilməyib tutulacağından ehtiyatlandığı üçün “Opel Vectra” minik markalı avtomobilinə əyləşməklə həmin maşınla, Təqsirləndirilən şəxs1 isə saat 12:23-də “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı Şahid20 idarə etdiyi “Mercedez Benz E 220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını ilə “Koroğlu” metrostansiyasına, oradan isə istintaqa məlum olmayan “manatlıq” adlandırılan təsadüfi taksi avtomaşını ilə hadisə yerindən uzaqlaşmışlar. Qeyd olunan hadisə nəticəsində Ruhlan İsmayılovun atəş açdığı güllələrin Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Bravo” hipermarketin şüşələrinə dəyərək sındırıb məhv etməsi və alıcılar üçün nəzərdə tutulmuş dolaba dəyərək zədələməsi nəticəsində şirkətə 12.556 manat, “X62” ASC-yə məxsus ATM-ə və “X119” markalı avtomobilə dəyərək zədələməsi nəticəsində banka müvafiq olaraq 2.500 manat və 1.690 manat, cəmi 4.190 manat, həmçinin Təqsirləndirilən şəxs1ov atəş açdığı güllənin "xxxx" ASC-yə məxsus ATM-in monitoruna dəyərək zədələməsi nəticəsində banka 1.670 manat olmaqla, ümumilikdə 18.416 manat məbləğində qəsdən maddi ziyan vurulmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs1 yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə qayıtmış, Təqsirləndirilən şəxs3 sosial şəbəkələrdə hadisə barədə yayılmış məlumatlarla tanış olaraq bu barədə saat 14:37-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə çağırış etmiş, saat 14:41-də isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 zəng edərək plan üzrə gizlənmək və cinayətin izlərini gizlətmək məqsədi ilə onunla görüşməyə gələcəyini bildirib saat 14:58-də “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı X22 idarə etdiyi “Opel Astra” markalı, **- EF-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını ilə tanışı Səbuhi Qubanovun kuryer kimi işlədiyi Suraxanı rayonu Zığ şosesi ilə İlham Şükürov küçələrinin kəsişməsində yerləşən “Döneritto” adlı restoranın qarşısına gedərək Təqsirləndirilən şəxs3la görüşüb birlikdə “Bravo” hipermarketdə törədilmiş silahlı basqın barədə sosial şəbəkələrdə yayılmış xəbərlərlə tanış olaraq müzakirə aparmışlar. Həmçinin gödəkçəsinin altında gizlətdiyi “BLOW TR 92D” modelli səs-siqnal tapançasını içərisindəki döyüş sursatı hesab edilən 11 ədəd patronla birlikdə Təqsirləndirilən şəxs3 nümayiş etdirərək hadisə vaxtı həmin silahdan növbəti atəşin açılmadığını, gilizin silahın içərisində qalmış ola biləcəyini bildirib Təqsirləndirilən şəxs3 tapancanın içərisindəki gilizi çıxarmaq, sonra isə cinayətin izlərini məhv etmək məqsədi ilə mobil telefonunu sındırmaq üçün onu kimsəsiz bir yerə aparmasını xahiş etmişdir. Əvvəlcədən hazırlanmış tərtibə uyğun olaraq, köməklik göstərmədə ifadə olunan, yəni cinayəti törətmiş şəxsi və cinayətin alətini, cinayətin izlərini gizlətməyi qabaqcadan vəd vermiş Təqsirləndirilən şəxs3 vədinə uyğun olaraq kömək etmək məqsədi ilə Təqsirləndirilən şəxs1la birlikdə istifadəsində olan mopedlə “BLOW TR 92D” modelli səs-siqnal tapançasını, döyüş sursatı hesab edilən 11 ədəd patronu təxminən 3 kilometr aralıda yerləşən “Tatar qəbiristanlığı”na daşımış və orada onun ətrafı müşahidə altında saxlaması ilə Təqsirləndirilən şəxs1 tapancanın içərisində ilişmiş gilizi çıxarmağa çalışsa da bacarmamış, daha sonra Təqsirləndirilən şəxs1la birlikdə istifadəsində olan mopedlə döyüş sursatı hesab edilən patronları ünvan 10 ünvansız fərdi yaşayış evinin qarşısına daşımış və orada onun ətrafı müşahidə altında saxlaması ilə Təqsirləndirilən şəxs1 cinayətin izlərini məhv etmək məqsədi ilə istifadəsində olmuş “Xiomi Redmi” markalı mobil telefon cihazını, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini daş parçası ilə əzərək sındırdıqdan sonra birlikdə döyüş sursatı hesab edilən patronları Suraxanı rayonu Zığ şosesi ilə İlham Şükürov küçələrinin kəsişməsində yerləşən “Döneritto” adlı restoranın qarşısına daşımışlar. Plana uyğun olaraq Ruhlan İsmayılov istifadəsində olmuş mobil telefonu məhv edib cinayət barədə qabaqcadan məlumatı olmayan tanışı Şahid4 müvəqqəti istifadə üçün əldə etdiyi “Samsung A10” markalı mobil telefonda saat 18:01-də “WhatsApp” proqramını aktivləşdirmiş və qrupun digər üzvü Təqsirləndirilən şəxs3 ifşa etməmək məqsədi ilə sonuncunun istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəni “.” kimi qeyd edərək saat 18:06-da özünün müvəqqəti istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs3 zəng edib həm Təqsirləndirilən şəxs3, həm də sonuncunun yanında olan Təqsirləndirilən şəxs1la basqından sonrakı ümumi vəziyyəti müzakirə edərək Təqsirləndirilən şəxs1 yaşadığı evə getməməsi və ertəsi gün saat 08:00-da Təqsirləndirilən şəxs3 yaşadığı ünvanın qarşısında üçü birlikdə görüşməkləri barədə ümumi razılığa gəlmişlər. Daha sonra Təqsirləndirilən şəxs3 saat 18:08-də istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı Şahid21 idarə etdiyi “Kia Rio” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını ilə Təqsirləndirilən şəxs1 yola salmışdır. Təqsirləndirilən şəxs1 gizlənərkən şübhə yaratmaması məqsədilə saat 19 radələrində işlədiyi “Gesco” mühafizə şirkətinin Xəzər rayonu, Qala qəsəbəsində yerləşən inzibati binasına gedib müəssisənin rəhbəri X58 işdən çıxmaq istəyini bildirdikdə sonuncu Təqsirləndirilən şəxs1 gödəkcəsinin altında gizlədilmiş əşyanın olmasını görüb maraqlanarkən həmin əşyanın 9 mm kalibrli “BLOW TR 92D” modelli səs-siqnal tapançası olmasını aşkar edərək müəssisənin digər əməkdaşlarının köməyi ilə Təqsirləndirilən şəxs1 tərksilah edib saxlamaqla bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişdir. Hadisədən X92 isə əvvəlcə Təqsirləndirilən şəxs1 yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozuna qayıdacağını zənn edərək sonuncunun yaşadığı ünvanın yaxınlığına gəlib təxminən yarım saat gözlədikdən sonra istifadəsində olan “Opel Vectra” markalı avtomobili Binə qəsəbəsində tanımadığı yaşayış evlərinin qarşısında saxlayaraq, habelə cinayətin izlərini itirmək məqsədi ilə avtomobilin üzərindəki **-BC-*** qeydiyyat nişanını çıxarıb **-OH-*** dövlət qeydiyyat nişanı ilə birlikdə avtomobilin içərisinə tullamaqla və avtomobilin özünə aid **-GA-*** dövlət qeydiyyat nişanını özü ilə götürməklə istintaqa məlum olmayan təsadüfi taksi avtomaşını ilə saat 13:30 radələrində qabaqcadan onu, cinayət alətlərini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini yaşadığı ünvanda gizlətməyi vəd vermiş qrup üzvü Təqsirləndirilən şəxs4 yanına - ünvan 11 ünvanına qayıtmış, lakin yolda olarkən Təqsirləndirilən şəxs1 yaxalanacağı halda hüquq mühafizə orqanlarının əməkdaşlarını plan üzrə onların gizlənməli olduqları həmin ünvana gətirə biləcəyi ehtimalını nəzərə alaraq qabaqcadan ümumi razılaşdırılmış gizlənmə planından kənara çıxıb saat 13:27-də “Whatsapp” proqramı vasitəsilə tanışı, cinsi azlıq nümayəndəsi Şahid4 zəng edərək kirayədə yaşadığı ünvan 12 ünvanında gecələmək istəyinin mümkün olub - olmadığını soruşub müsbət cavab aldıqdan sonra ünvan 11 ünvanına daxil olub cinayətin törədilməsində istifadə etdiyi “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini, cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini, həmçinin həmin ünvanda saxladığı “Minta 37” markalı 112033 №-li və Makarov konstruksiyalı PM modelli BK-4016K №-li odlu silah hesab olunan tapançaları, kustar üsulla hazırladıqları 03 ədəd döyüş sursatı hesab edilən patronları, 01 ədəd döyüş sursatı hesab edilən 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomat patronu, çoxlu sayda döyüş sursatı hesab edilməyən 366 TKM kalibrli patronlar, səs-siqnal patronları, ov patronları, qırma və barıt nümunələrini çantaya toplamış, rol bölgüsünə əsasən cinayət törətmiş şəxsi, cinayətin törədilmə alətini, cinayətin izlərini və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini gizlətməyi qabaqcadan vəd verməklə ondan xəbər gözləyən qrupun digər üzvü Təqsirləndirilən şəxs2la əlaqə saxlamış və saat 15:10 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan “BMW X5” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ruhlan İsmayılovun yaşadığı ünvana gəlib sonuncunu avtomobilin çöldən görüntüsü məhdudlaşdırılmış arxa sağ oturacağında əyləşdirərək gizlətməklə çantasındakı odlu silahlar, döyüş sursatları, cinayət yolu ilə ələ keçirilmiş pul vasitələri ilə birlikdə əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirməklə saat 16:10 radələrində ünvan 12 ünvanına gətirmiş və orada gizlənməsinə köməklik göstərmişdir. Həmin tarixdə saat 20:30 radələrində keçirilmiş istintaq - əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olan qrupun üzvü X7 gizləndiyi Səbail rayonu H.Z.Tağıyev küçəsi ev 19 mənzil 2 ünvanında baxış keçirilərkən oradan cinayətin törədilməsində istifadə edilmiş “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngi, cinayət yolu ilə əldə edilmiş 51.005 manat məbləğində pul vəsaitləri, “Minta 37” markalı 112033 №-li və Makarov konstruksiyalı PM modelli BK-4016K №-li odlu silah hesab olunan tapançalar, kustar üsulla hazırlanmış 03 ədəd döyüş sursatı hesab edilən patronlar, 01 ədəd döyüş sursatı hesab edilən 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomat patronu, çoxlu sayda döyüş sursatı hesab edilməyən 366 TKM kalibrli patronlar, səs-siqnal patronları, ov patronları, qırma və barıt nümunələrini aşkar edilərək qanunamüvafiq qaydada götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 digər şəxslərlə, o cümlədən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etmələri, habelə cinayət törətmiş şəxsi, cinayətin alətini, cinayətin izini, cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, həmçinin də cinayət yolu ilə ələ keçirilmiş əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçilikləri ilə X29 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib ümumi təhlükəli üsulla, quldurluqla və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində ümumi təhlükəli üsulla, quldurluqla və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar iki zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etmələri, habelə cinayət törətmiş şəxsi, cinayətin alətini, cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, həmçinin də cinayət yolu ilə ələ keçirilmiş əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçilikləri ilə X29 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib quldurluq, yəni öz qulluq borcunun yerinə yetirən şəxslərə silah tətbiq edib özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlıqları üçün təhlükəli olan zorakılıqla bağlı basqın edərək zərərçəkmiş şəxslərə ağır dərəcəli bədən xəsarətləri yetirməklə onların sağlamlıqlarına ağır zərər vurmuş, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etmələri, habelə cinayət törətmiş şəxsi, cinayətin alətini, cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, həmçinin də cinayət yolu ilə ələ keçirilmiş əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçilikləri ilə X29 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etməklə və zədələməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmuş, X29, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib təkrarən qanunsuz olaraq döyüş sursatını əldə etmiş, başqasına vermiş, saxlamış, daşımış və gəzdirmiş, X29 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq döyüş sursatının hazırlanması cinayətinin törədilməsinə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə təkrarən məsləhətlər, göstərişlər və məlumatlar verməklə yardım edib, habelə cinayətin alətini gizlətməyi, eləcə də cinayət yolu ilə ələ keçirilmiş əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs2 digər şəxslərin köməkçiliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq döyüş sursatını hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq döyüş sursatını əldə edib, saxlayıb, biri – birinə verərək daşımaqla üzərlərində gəzdirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etməklə və zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma, habelə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib quldurluq, yəni öz qulluq borcunu yerinə yetirən şəxsə qarşı silah tətbiq edib özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlıqları üçün təhlükəli olan zorakılıqla bağlı basqın edərək zərərçəkmiş şəxslərə ağır dərəcəli bədən xəsarətləri yetirməklə onların sağlamlıqlarına ağır zərər vurma, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib ümumi təhlükəli üsulla, quldurluqla və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zərərəçəkmiş şəxsi qəsdən öldürmə, yəni qəsdən həyatdan məhrum etmə və qabaqcadan əlbir olan bir qrup şəxs qismində ümumi təhlükəli üsulla, quldurluqla və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar iki zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmə cinayətlərinin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla yardım etməklə, habelə cinayət törətmiş şəxsi, cinayətin alətini, cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, həmçinin də cinayət yolu ilə ələ keçirilmiş əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, N-cü ilin fevral ayının 10 - 13 aralığında onun əvvəllər şərikli motosiklet təmir sexi işlətdiyi tanışı X29 özünün birlikdə yaşadığı və intim münasibətdə olduğu Təqsirləndirilən şəxs4 ilə birlikdə ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Bravo” hipermarketin içərisində quraşdırılmış “X62” ASC-yə məxsus ATM-ə təxminən 300.000 - 400.000 manat pul vəsaitlərinin yerləşdirilməsinə şahid olub bu barədə ona, özünün tanışı Təqsirləndirilən şəxs1 və sonuncunun dostu Təqsirləndirilən şəxs3 da məlumat verərək birlikdə “X62” ASC-yə məxsus ATM-ə pul yerləşdirilməsinin kasetlə deyil, əllə həyata keçirildiyi üçün bu prosesin daha çox vaxt aparmasını, “X62” ASC-yə məxsus inkassator avtomaşının gəlməsini gözləyərkən hipermarketin qarşısıdakı dayanacaqda avtomobili saxlayıb içərisindən şübhə yaratmadan günlərlə müxtəlif banklara məxsus inkassator avtomaşlarının güdülməsinin, habelə hipermarketin içərisində ətrafda çoxlu sayda insanların davamlı hərəkət etməsi səbəbindən “X62” ASC-yə məxsus inkassatorların hərəkətlərinin diqqət çəkmədən kənardan müşahidə edilməsinin mümkünlüyü və sair kimi əlverişli məqamları, Təqsirləndirilən şəxs4 həmin ATM-ə basqın təşkil edəcəkləri halda nəticəsinin uğurlu olacağı barədə verdiyi həvəsləndirici məlumatları nəzərə alaraq müzakirələr aparıb, o cümlədən basqın zamanı atəş açacaqları halda güllələrin ətrafda olan sıx insan kütləsinə, hipermarketə və quraşdırılmış digər banklara məxsus ATM-lərə dəyərək müxtəlif insan tələfatına, əmlakın zədələnməsi və ya məhv olmasına səbəb ola biləcəyindən ibarət ictimai təhlükəli nəticələri qabaqcadan dərk edib, əslində bu kimi ciddi ajiotaj yaranacağı halda onların hadisə yerindən maneəsiz qaçışlarına müsbət təsir edəcəyini öz aralarında birgə müzakirə edib şüurlu surətdə buna yol verməklə 14 fevral N-cü il tarixdə daha çox pul ələ keçirmək məqsədi ilə Qala qəsəbəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomata hazırladıqları silahlı basqın cinayətindən könüllü olaraq qəti imtina edərək cinayətkar planlarını ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Bravo” hipermarketə istiqamətləndirməklə hipermarketin içərisində quraşdırılmış “X62” ASC-yə məxsus ATM-ə pul vəsaitlərini yerləşdirən inkassatorları üzərlərində gəzdirdikləri odlu silahlarla atəş açıb qəsdən öldürərək külli miqdarda özgə (Bankın) əmlakını basqın etməklə ələ keçirmək barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə qeyd olunan cinayətlərin törədilməsində onlara kömək edəcəklərini vəd etmişlər. Qrup üzvlərinin hamısının ümumi razılığı əsasında rol bölgüsünə uyğun olaraq cinayətin bilavasitə Ruhlan İsmayılov və Təqsirləndirilən şəxs1 tərəfindən törədiləcəyi, Təqsirləndirilən şəxs4 onları daim yeni motivəedici məlumatlarla cinayətə hazırlıq və icrası zamanı qarşıya çıxacaq maneələri aşkar edib qrup üzvlərinə məlumat verməsi, odlu silahın, cinayət törətmiş şəxslərin gizlənməsini təmin etməsi, Təqsirləndirilən şəxs3 hadisədən dərhal sonra sosial şəbəkələrdə yayılan xəbərlər barədə, eləcə də hüquqmühafiz orqanlarının planları, hansı ərazilərdə axtarışlar aparmaları, araşdırmanın hansı istiqamətdə aparılması və sair bu kimi məlumatları toplamaqla Təqsirləndirilən şəxs1 və Ruhlan İsmayılova ötürərək onların gizlənmələrinə, bu üsulla hadisə yerindən qaçışlarına kömək etməli, basqında iz qoymamaq və cinayətin izlərini məhv etmək məqsədi ilə hadisə yerindən qaçmaq üçün istifadəsi nəzərdə tutulmuş Ruhlan İsmayılovun “Opel Vectra” markalı avtomobilinin ban nömrələrinin silinməsi, kapotunun açılmaması üçün kilidinin sıradan çıxarılması, dövlət qeydiyyat nişanlarını çıxarıb üzəriX122un basqından xəbərsiz olan tanışı Şahid1 aldığı **-BC-*** dövlət qeydiyyat nişanının bağlanılması, basqından sonra X44 Qudrətovla birlikdə həmin avtomobillə hadisə yerindən uzaqlaşaraq ikinci təyinat nöqtəsində saxlayacaqları ikinci avtomobil və üzərinə bağlamaq üçün ikinci saxta qeydiyyat nömrə nişanı əldə etməyi, bir neçə gün avtomobil elan saytlarında axtarış etmələrinə baxmayaraq ikinci əlverişli avtomobil əldə edə bilmədikdə isə X44 Qudrətovla birlikdə “Opel Vectra” markalı avtomobillə hadisə yerindən əvvəlcə ikinci təyinat nöqtəsinə, orada avtomobilin üzərindəki **-BC-*** qeydiyyat nişanını çıxarıb yerinə ikinci saxta qeydiyyat nişanı bağladıqdan sonra bu yolla Təhlükəsiz Şəhər kameralarından gizlənməklə birbaşa qabaqcadan təyin etdikləri Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsinə gedən istiqamətdə Dəmiryolçular küçəsindən təxminən 1,5 kilometr içəridə kimsəsiz əraziyə getməyi, orada avtomobili yandırıb cinayətin izlərini məhv etdikdən sonra silahlar və cinayət yolu ilə əldə etdikləri pullarla birlikdə Binə qəsəbəsi istiqamətdə piyada hərəkət edərək yoldan keçən hər hansı təsadüfi taksi ilə Təqsirləndirilən şəxs4 olduğu Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanına getməyi, bundan sonra cinayət yolu ilə əldə etdikləri pul vəsaitlərinin şifrələri “X62” ASC tərəfindən bilindiyinə görə həmin pulların dövriyyədə istifadə olunacağı halda ifşa olunmalarından ehtiyat etdikləri üçün Ruhlan İsmayılovun hadisədən sonra şəhərdə şübhə yaratmadan hərəkət edə bilməsi və cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini içərisində gizlədib daşıyaraq özünün tanıdığı istintaqa məlum olmayan əlaqələri vasitəsilə konvertasiya edə bilməsi məqsədi ilə Təqsirləndirilən şəxs2 eyni ünvana gələrək “BMW X5” markalı avtomobilini onların istifadəsinə verməyi, Təqsirləndirilən şəxs4 bir neçə gün həmin ünvanda X45 Qudrətovu, cinayət alətlərini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini gizlətməyi, hadisədən bir neçə gün sonra Qəbələ rayonuna gedərək orada gizlənmələri üçün Təqsirləndirilən şəxs2 öz adına lakin dəyəri cinayət yolu ilə əldə olunmuş vəsait hesabına ödənilməklə “Mercedes Benz E class” markalı avtomobilin satın alınmasını təşkil etməsi, əldə etdikləri vəsaitin Ruhlan İsmayılov və Təqsirləndirilən şəxs1 arasında bərabər bölünməsi, X73 Məmmədova etdiyi köməyə görə əldə olunacaq pul vəsaitlərinin məbləğindən asılı olaraq 10.000 – 20.000 manat arası pul verilməsi, həmçinin planın uğursuzluqla nəticələnmiş ola biləcəyi ehtimalında isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la görüşməsi və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1, cinayətin alətini, cinayətin izlərini gizlətməsi, cinayətin hər iki icraçısının öz mobil telefonlarını məhv edərək Təqsirləndirilən şəxs3 mobil telefonu vasitəsilə biri-biriləri ilə əlaqə yaratmaları barədə ümumi razılıq əldə olunmuşdur. Təqsirləndirilən şəxs4 üçün ələ keçiriləcək pul vəsaitindən hissə nəzərdə tutulmasa da o, Ruhlan İsmayılovun ona külli miqdarda pul vəsaiti ələ keçirdikdən sonra birlikdə yaşayıb həmin pulları xərcləyəcəkləri və maddi cəhətdən imkanları artdıqdan sonra cinsi azlığın nümayəndəsi olduğuna görə illər əvvəl ondan üz döndərmiş ailə üzvləri, yaxınlarının peşman olub onun ayağına gələcəkləri barədə vədlərini özünü “həyatda sındırılmış” kimi hiss etdiyi üçün qisas almağa fürsət kimi qiymətləndirmiş və Ruhlan İsmayılovun qrupa qoşulmaq barədə dəvətini qəbul etmişdir. Silahlı basqın cinayətində Ruhlan İsmayılovun istifadə etməsi məqsədi ilə 16 fevral N-cü il tarixdə sonuncu Təqsirləndirilən şəxs1la birlikdə ünvan 6 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus ov dükanına gedərək Təqsirləndirilən şəxs1 müraciəti əsasında onun adına 575 №-li şəhadətnamə ilə sənədləşdirilmiş, lakin 3600 manat dəyəri Ruhlan İsmayılovun özü tərəfindən ödənilmiş 01 ədəd 366 TKM kalibrli Kalaşnikov konstruksiyalı “AKS-366 Lankaster 03” modelli, “17VCO-7696” №-li sürgülü yivsiz ov tüfəngi və onun 100 ədəd döyüş sursatı hesab edilməyən 366 TKM (9,5 mm) kalibrli ştat patronlarını əldə etmişlər. Növbəti günlərdə ümumi razılaşdırılmış plana uyğun olaraq silahlı basqın cinayətində Təqsirləndirilən şəxs1 tərəfindən istifadə edilməsi planlaşdırılmış odlu silah hesab edilməyən Türkiyə istehsallı 9 mm kalibrli “BLOW TR 92D” modelli, №-si silinmiş səssiqnal tapançasından açılan atəşin ölümcül olması, yəni canlı hədəfi məhv etmək qabiliyyətinə malik olması məqsədi ilə qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məsləhət, məlumatlarından ibarət köməkçilikləri əsasında X105 Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək birlikdə sonuncunun işlədiyi Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən “3-cü mikrorayon bazarı” adlandırılan yerdə yerləşən motosiklet təmir sexində, həmin sexdə istifadəsi nəzərdə tutulmuş elektrik mişarından istifadə etməklə qeyd olunan tapançadan atəş üçün nəzərdə tutulmuş və təyinatı idman məşqlərində səsli siqnal vermək olduğuna görə döyüş sursatı hesab edilməyən 15 ədəd səs - siqnal patronunun gilizlərinin daxilinə kustar üsulla barıt komponenti və uc hissəsinə isə 6,82 mm diametrli yumru formalı, kustar üsulla düzəldilmiş metal güllə yerləşdirərək ilkin təyinatını dəyişdirib 15 ədəd döyüş sursatı hesab edilən patron hazırlamışlar. Bundan sonra qrup üzvləri X74 Məmmədov birlikdə hazırladıqları döyüş sursatı hesab edilən patronları əldə edib biri – birinə verərək üzərilərində gəzdirməklə qısa müddət təmir sexində saxladıqdan X92 istifadəsində olmuş “Opel Vectra” markalı **-GA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə həmin patronları yaşadığı ünvan 8 ünvanda qrupun digər üzvü Təqsirləndirilən şəxs4la birlikdə döyüş sursatı hesab edilən patronları əldə edib biri – birinə verərək saxlamışlar. Plana əsasən, 19 fevral N-cü il tarixdə saat 20 radələrində Ruhlan İsmayılov qrupun üzvü Təqsirləndirilən şəxs1la məsləhətləşərək basqında iz qoymamaq və cinayətin izlərini məhv etmək məqsədi ilə hadisə yerindən qaçmaq üçün istifadəsi nəzərdə tutulmuş “Opel Vectra” markalı avtomobili ban nömrələrini silmək üçün qrupun digər üzvü Təqsirləndirilən şəxs2 işlədiyi motosiklet təmir sexinə aparmış, Təqsirləndirilən şəxs2 işlətdiyi sexi və oradakı elektrik mişarını Ruhlan İsmayılovun istifadəsinə verməklə, həmçinin cinayətdən xəbərsiz olan qardaşı Şahid16 Ruhlan İsmayılova kömək etməsini tapşırmaqla cinayətkar plan üzrə basqında istifadəsi nəzərdə tutulmuş avtomobilin ban nömrələrinin Ruhlan İsmayılov tərəfindən silinməsinə köməklik etmiş, Ruhlan İsmayılov isə avtomobilin ban nömrələrini kəsərək silmişdir. Bundan sonra plana uyğun olaraq, 25 fevral N-cü il tarixdə saat 02:30 radələrindən saat 05:30 radələrinə qədər qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məsləhət, məlumatları əsasında Ruhlan İsmayılov qrupun digər üzvü Təqsirləndirilən şəxs2la Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” biznes mərkəzinin yanında görüşərək birlikdə cinayətin törədilməsi zamanı istifadə edilməsi planlaşdırılmış ikinci saxta avtomobil qeydiyyat nişanı əldə etmək məqsədilə Bayıl qəsəbəsi boyunca sahibsiz avtomobil axtarmışlar, lakin tapa bilmədikdə Ruhlan İsmayılov bu barədə Təqsirləndirilən şəxs1 bildirib məsləhətləşmiş və Təqsirləndirilən şəxs1 sahibsiz avtomobillərin Bakı kəndlərində ola biləcəyini və həmin yerlərdə axtarmaq lazım olduğunu bildirdiyinə görə X105 Məmmədovla Bayıl qəsəbəsində nömrə axtarışlarını dayandırıb həmin tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1la birlikdə Xəzər rayonu, Qala qəsəbəsində axtarışa başlayaraq etibarnamə ilə Şahid18 məxsus olan “Mercedes Benz 190” markalı avtomobilin mühərriki “Stansiya Qala” adlanan ərazidəki avtomobil təmir sexinin içərisinə yerləşdirilib təmir edildiyi üçün avtomobilin özünün sexin kənarında nəzarətsiz qaldığını müşahidə edərək üzərindəki **-OH-*** dövlət qeydiyyat nişanını gecə vaxtı qaranlıq hava şəraitində talamağa qərar vermiş və bu məqsədlə Ruhlan İsmayılov 26 fevral N-cü il tarixdə saat 01 radələrində həmin sexin kənarında dayanmış “Mercedes Benz 190” markalı avtomobilin üzərindəki **-OH-*** dövlət qeydiyyat nişanını açaraq ələ keçirmişdir. Plan üzrə hazırlıq hərəkətləri tamamlandıqdan sonra 26 fevral N-cü il tarixdə saat 12 radələrində X63 Qudrətovla birlikdə “Opel Vectra” markalı avtomobilin üzərindəki **-GA-*** dövlət qeydiyyat nişanını çıxarıb yerinə **-BC-*** qeydiyyat nişanını bağlayara avtomobili birbaşa ünvan 7 ünvanında yerləşən “Bravo” hipermarketin qarşısındakı dayanacağa gətirib dayandırmış və hər gün eyni qaydada başlarına papaq (dimdikli) qoyub sifətlərinə tibbi maska taxaraq şəxsiyyətlərini mümkün qədər gizlətməklə, Ruhlan İsmayılov “AKS- 366 Lankaster 03” modelli yivsiz ov tüfəngi ilə, Təqsirləndirilən şəxs1 isə Ruhlan İsmayılovun ona verdiyi sandıqçasında 12 ədəd döyüş sursatı hesab edilən patron yerləşdirilmiş “BLOW TR 92D” modelli səs-siqnal tapançası ilə silahlanaraq davamlı olaraq ATM-lərin quraşdırıldığı otağa açılan hipermarketin əsas girişini müşahidə etməklə, o cümlədən də özlərinə mövqe seçməklə, hadisəni törətdikdən sonra daha rahat hərəkət etmələri üçün daha detallı üsullar hazırlamaqla 04 mart N-cü il tarixə kimi cinayətkar basqını törətmək üçün “X62” ASC-yə məxsus inkassatorların gəlməsini və əlverişli məqamı gözləməyə başlamışlar. Bununla həm də, Ruhlan İsmayılov və Təqsirləndirilən şəxs1 təkrarən qanunsuz olaraq döyüş sursatı hesab edilən patronları əldə edib hipermarketin ərazisində üzərilərində gəzdirməklə daşıyıb, hipermarketin dayanacağında dayandırdıqları “Opel Vectra” markalı avtomobilin içərisində saxlayaraq biri - birinə vermişlər. Müşahidə yerində giriş – çıxışlar, insanların hərəkətini nəzərə almaqla X45 Qudrətovun birgə tərtib etdikləri bilavasitə cinayətin icra prosesinə yönəlmiş plana əsasən, basqın zamanı Təqsirləndirilən şəxs1 hipermarketin ATM-lərin quraşdırıldığı otağın giriş qapısından daxil olduqdan sonra həmin hissədə mövqe tutub inkassator - sürücünün gəlməsini gözləməli, gəldiyi halda isə atəş açıb onu qəsdən öldürməli, Ruhlan İsmayılov isə giriş qapısından daxil olduqdan sonra ikinci şüşəli qapının yaxınlığında mövqe tutub inkassator – mühafizəçini “banka məxsus nağd pul vəsaitlərinin silahlı mühafizəsini təşkil etmək”dən ibarət xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar atəş açıb qəsdən öldürməli, bundan sonra inkassator - kassiri məcbur edib bankomatı açdıraraq həm kasetlərdə olan pulları, həm də inkassatorların özləri ilə gətirdikləri pulları ələ keçirdikdən sonra atəş açıb inkassator-kassiri öldürməli olmuşlar. İnkassator avtomaşının gəlməsini gözlədikləri dövrdə X65 İbrahimovun istifadəsində olan X25 məxsus **********9 saylı virtual mobil nömrə üzərindən qeydiyyatdan keçmiş “WhatsApp” proqramı vasitəsilə mütəmadi əlaqə saxlayaraq güdmə prosesində qarşıya çıxan hər xırda məsələ ilə bağlı Təqsirləndirilən şəxs4 məlumatlandırıb məsləhət verməsini xahiş etmiş və cinayətkar plan üzrə növbəti addımını Təqsirləndirilən şəxs4 verdiyi məlumat və məsləhətlərinə uyğun seçmişdir. Təqsirləndirilən şəxs4 müəyyən məlumatları Ruhlan İsmayılova söyləməklə sonuncuda cinayəti törətməyə motivasiya yaratmış, habelə bilavasitə güdmə prosesində Ruhlan İsmayılova nə zaman silahlı hücum etməsi, hansı halda daha uğurlu olacağı və daha çox pul ələ keçirə biləcəkləri kimi məsləhətlər vermişdir. 04 mart N-cü il tarixdə saat 09:33-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı X21 idarə etdiyi “Toyota Prius” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını ilə əvvəlcə Bakı şəhəri, Xətai rayonu ərazisində “Zığ dairəsi” deyilən yerdə Ruhlan İsmayılovla görüşüb birlikdə həmin taksi avtomaşını ilə ünvan 7 ünvanında yerləşən “Bravo” hipermarketin qarşısına gəlmiş, plana uyğun olaraq Təqsirləndirilən şəxs1 9 mm kalibrli “BLOW TR 92D” modelli səs-siqnal tapançasını əynində olan qara rəngli gödəkcənin, Ruhlan İsmayılov isə “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini əynində olan göy rəngli uzun gödəkcənin altında gizlətməklə, həmçinin başlarına papaq (dimdikli) qoyub sifətlərinə tibbi maska taxaraq şəxsiyyətlərini mümkün qədər gizlətməklə “X62” ASC-yə məxsus inkassatorların gəlməsini gözləmişlər. Plana uyğun olaraq həmin gün saat 10 radələrində Təqsirləndirilən şəxs1 “WhatsApp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs3 mövqelərini tutduqları və inkassatorları gözlədikləri barədə məlumat verərək ona ayıq - sayıq olmasını, basqını törədəndən sonra dərhal sosial şəbəkələrdə hadisə barədə, xüsusilə də onların ifşa olunub-olunmamaları, hüquq-mühafizə orqanlarının mümkün istiqamətləri barədə xəbərləri izləyib ona məlumat ötürməsini tapşırmış, Təqsirləndirilən şəxs3 isə plan üzrə rol bölgüsünə əsasən ona tapşırılmış həmin köməkçi hərəkətlərin icrası barədə tapşırığı qəbul etmişdir. Həmin gün saat 12:15 radələrində “X62” ASC-yə məxsus “X119” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı zirehli avtomaşının gələrək hipermarketin qarşısında dayandığını, avtomobildə olan “X62” ASC-nin Nağd vəsaitlərin idarə edilməsi şöbəsinin Mərkəzi xəzinə bölməsinin baş inkassator - kassiri xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-nin əməkdaşı, inkassator - mühafizəçi xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Sahib oğlunun avtomobildən enərək əllərində pulla dolu çanta ilə hipermarketə daxil olduqlarını görüb tərtib olunmuş planın icrası ilə əlaqədar əvvəlcə Təqsirləndirilən şəxs1, onun ardınca isə Ruhlan İsmayılov avtomobildən enib üzərlərində qeyd olunan silahları gəzdirməklə hipermarketə əsas girişdən daxil olaraq qabaqcadan seçilmiş mövqelərini tutmuşlar. Bu zaman Zərərçəkmiş şəxs2 hipermarketin əsas giriş qapısından daxildə sol tərəfdə quraşdırılmış “X62” ASC-yə məxsus ATM-in təkrar dövriyyə kasetlərində olan 17.400 ABŞ dolları və 10.395 manat, depozit kasetində isə 6,440 manat və 100 ABŞ dolları pul vəsaitlərini özü ilə gətirdiyi çantanın içərisində olan külli miqdarda, yəni 290.000 manat və 20.000 ABŞ dolları məbləğində pul vəsaitləri ilə əvəz etməyə başlamış, Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2 təhlükəsizliyini təmin etmək məqsədilə onun yaxınlığında dayanıb ətrafın müşahidəsini aparmış, Səhmdar Cəmiyyətdə inkassator - sürücü işləyən Zərərçəkmiş şəxs3 isə təlimata uyğun olaraq ona təhkim edilmiş “X119” markalı avtomobildə mağazanın qarşısında Samir Şeydayevi və Zərərçəkmiş şəxs1 gözləmişdir. Plana əsasən hər biri öz mövqeyini tutduqdan sonra razılaşdıqları kimi əvvəlcə Ruhlan İsmayılov inkassator - mühafizəçini öldürmək məqsədilə əynindəki gödəkçənin altında gizlətdiyi “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini çıxarıb atəş üçün hazır vəziyyətə gətirən anda mühafizəçinin artıq bunu görüb duyuq düşdüyünü başa düşərək dərhal başı ilə inkassator - mühafizəçiyə atəş açması üçün öz mövqeyində gözləyən Təqsirləndirilən şəxs1 işarə vermiş, Təqsirləndirilən şəxs1 saat 12:17-də əynindəki gödəkcənin altında gizlətdiyi 9 mm kalibrli “BLOW TR 92D” modelli səs-siqnal tapançasını çıxarıb silah tətbiq etməklə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə öz qulluq borcunun yerinə yetirən zərərçəkmiş şəxslərin həyatı və sağlamlıqları üçün təhlükəli olan zorakılıqla bağlı basqın edib mühafizəni təmin edən Zərərçəkmiş şəxs1 arxadan yaxınlaşaraq tapancanı sonuncunun baş nahiyyəsinə tuşlayaraq onu xidməti vəzifəsini yerinə yetirməsi və quldurluqla əlaqədar, eləcə də girişçıxışda və ATM bankomatların qarşısında müxtəlif xidmətlərdən istifadə edən çoxsaylı şəxslərin olmasına əhəmiyyət vermədənümumi təhlükəli üsulla qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək məqsədilə bir dəfə atəş açmış, lakin Zərərçəkmiş şəxs1 bir qədər kənara çəkilməsi səbəbi ilə güllənin hədəfdən yayınaraq qarşıda quraşdırılmış "xxxx" ASC-yə məxsus ATM-in monitoruna dəyməsi, növbəti atəşi açmaq istəyərkən silahın tətiyinin ilişdiyini və atəşin açılmadığını, habelə Zərərçəkmiş şəxs1 ona qarşılıq vermək üçün xidməti Makarov konstruksiyalı “PM” modelli AP-3129 №-li tapançasını çıxarmaq istədiyini, Zərərçəkmiş şəxs2 döşəməyə yıxılaraq onun ayaqlarını tutub saxlamağa çalışdığını görüb, əlindəki tapancanın korpusu ilə Zərərçəkmiş şəxs2 sifət nahiyyəsinə bir dəfə zərbə endirərək sonuncuya alt çənə nahiyəsinin səthi əzilmiş yarasından ibarət sağlamlığa zərər vurmayan xəsarət yetirməklə müqavimətini qırıb öz rolunu tamamlamadan hadisə yerindən çölə qaçmağa məcbur olmuşdur. Ümumi cinayətkar niyyətə uyğun olaraq hipermarketin ikinci daxili giriş qapısının yanında dayanmış Ruhlan İsmayılov başlanmış qəsdinin davamı olaraq üzərində gəzdirdiyi “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini hazır vəziyyətə gətirib iki və daha çox şəxsi qəsdən öldürmək məqsədi ilə təxminən 4-5 metr məsafədən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olduğu səmtə tuşlayaraq həmin vaxt ətrafda çoxlu sayda hipermarketə gəlmiş alıcılar, habelə digər şəxslərin olmasına baxmayaraq güllələrin həmin şəxslərə, hipermarketə və quraşdırılmış digər banklara məxsus ATM-lərə dəyərək müxtəlif insan tələfatına, əmlakın zədələnməsi və ya məhv olmasına səbəb ola biləcəyindən ibarət ictimai təhlükəli nəticələri qabaqcadan dərk edib görərək şüurlu surətdə buna yol verməklə ardıcıl olaraq atəşlər açıb Zərərçəkmiş şəxs1 sağlamlığa ağır zərərvurmaya aid ağciyərin və onurğanın travması ilə müşayiət olunan, sol kürək nahiyəsini dəlib keçərək sağ kürək nahiyəsindən çıxan bir ədəd odlu silah yarasından ibarət xəsarətlər yetirməklə sonuncunu qəsdən öldürmüş, Zərərçəkmiş şəxs2 sağlamlığa ağır zərərvurmaya aid sağ ağciyərin aşağı payının zədələnməsi, bilateral travmatik pnevmotoraks, sağ tərəfli Vİİİ-İX qabırğaların sınıqları, İX döş fəqərəsinin sınığı ilə müşayiət olunan döş qəfəsinin dəlib keçən bir ədəd odlu silah yarasından ibarət xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs2 yerdə hərəkətsiz qaldığını görüb öldüyünü zənn etmiş, habelə atəş açdığı güllələr “Bravo” hipermarketin şüşələrinə, alıcılar üçün nəzərdə tutulmuş dolaba, “X62” ASC-yə məxsus ATM-ə dəymiş, bundan sonra isə “X62” ASC-yə məxsus ATM-in qarşısında döşəmə üzərində içərisində 16.835 manat və 20.100 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 34.170 manat) ümumilikdə 51.005 manat məbləğində pul olan çantanı götürüb hipermarketin çölünə qaçaraq ümumi razılaşdırılmış planın davamı olaraq hipermarketin qarşısında inkassator - sürücü Zərərçəkmiş şəxs3 içərisində olduğu “X119” markalı avtomobilə yaxınlaşıb əlindəki “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini sonuncunun oturduğu istiqamətdə tuşlayaraq bir neçə dəfə atəş açmasına baxmayaraq atəşlərdən birinin avtomobilin sağ qabaq qanadına, digərinin isə sağ qabaq qapının metal hissəsindən dəlib girib sürücünün baş nahiyyəsi istiqamətində avtomobilin daxilində sol metal gövdəyə dəyməsi, həmçinin Zərərçəkmiş şəxs3 avtomobili cəld hərəkətə gətirib hadisə yerindən kənarlaşdığına görə öz iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs3 qəsdən öldürə bilməyib tutulacağından ehtiyatlandığı üçün “Opel Vectra” minik markalı avtomobilinə əyləşməklə həmin maşınla, Təqsirləndirilən şəxs1 isə saat 12:23-də “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı Şahid20 idarə etdiyi “Mercedez Benz E 220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşı ilə “Koroğlu” metrostansiyasına, oradan isə istintaqa məlum olmayan “manatlıq” adlandırılan təsadüfi taksi avtomaşını ilə hadisə yerindən uzaqlaşmışlar. Qeyd olunan hadisə nəticəsində Ruhlan İsmayılovun atəş açdığı güllələrin Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Bravo” hipermarketin şüşələrinə dəyərək sındırıb məhv etməsi və alıcılar üçün nəzərdə tutulmuş dolaba dəyərək zədələməsi nəticəsində şirkətə 12.556 manat, “X62” ASC-yə məxsus ATM-ə və “X119” markalı avtomobilə dəyərək zədələməsi nəticəsində banka müvafiq olaraq 2.500 manat və 1.690 manat, cəmi 4.190 manat, həmçinin Təqsirləndirilən şəxs1ov atəş açdığı güllənin "xxxx" ASC-yə məxsus ATM-in monitoruna dəyərək zədələməsi nəticəsində banka 1.670 manat olmaqla, ümumilikdə 18.416 manat məbləğində qəsdən maddi ziyan vurulmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs1 yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə qayıtmış, Təqsirləndirilən şəxs3 sosial şəbəkələrdə hadisə barədə yayılmış məlumatlarla tanış olaraq bu barədə saat 14:37-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə çağırış etmiş, saat 14:41-də isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 zəng edərək plan üzrə gizlənmək və cinayətin izlərini gizlətmək məqsədi ilə onunla görüşməyə gələcəyini bildirib saat 14:58-də “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı X22 idarə etdiyi “Opel Astra” markalı, **- EF-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını ilə tanışı Səbuhi Qubanovun kuryer kimi işlədiyi Suraxanı rayonu Zığ şosesi ilə İlham Şükürov küçələrinin kəsişməsində yerləşən “Döneritto” adlı restoranın qarşısına gedərək Təqsirləndirilən şəxs3la görüşüb birlikdə “Bravo” hipermarketdə törədilmiş silahlı basqın barədə sosial şəbəkələrdə yayılmış xəbərlərlə tanış olaraq müzakirə aparmışlar. Həmçinin gödəkçəsinin altında gizlətdiyi “BLOW TR 92D” modelli səs-siqnal tapançasını içərisindəki döyüş sursatı hesab edilən 11 ədəd patronla birlikdə Təqsirləndirilən şəxs3 nümayiş etdirərək hadisə vaxtı həmin silahdan növbəti atəşin açılmadığını, gilizin silahın içərisində qalmış ola biləcəyini bildirib Təqsirləndirilən şəxs3 tapancanın içərisindəki gilizi çıxarmaq, sonra isə cinayətin izlərini məhv etmək məqsədi ilə mobil telefonunu sındırmaq üçün onu kimsəsiz bir yerə aparmasını xahiş etmişdir. Əvvəlcədən hazırlanmış tərtibə uyğun olaraq, köməklik göstərmədə ifadə olunan, yəni cinayəti törətmiş şəxsi və cinayətin alətini, cinayətin izlərini gizlətməyi qabaqcadan vəd vermiş Təqsirləndirilən şəxs3 vədinə uyğun olaraq kömək etmək məqsədi ilə Təqsirləndirilən şəxs1la birlikdə istifadəsində olan mopedlə “BLOW TR 92D” modelli səs-siqnal tapançasını, döyüş sursatı hesab edilən 11 ədəd patronu təxminən 3 kilometr aralıda yerləşən “Tatar qəbiristanlığı”na daşımış və orada onun ətrafı müşahidə altında saxlaması ilə Təqsirləndirilən şəxs1 tapancanın içərisində ilişmiş gilizi çıxarmağa çalışsa da bacarmamış, daha sonra Təqsirləndirilən şəxs1la birlikdə istifadəsində olan mopedlə döyüş sursatı hesab edilən patronları ünvan 10 ünvansız fərdi yaşayış evinin qarşısına daşımış və orada onun ətrafı müşahidə altında saxlaması ilə Təqsirləndirilən şəxs1 cinayətin izlərini məhv etmək məqsədi ilə istifadəsində olmuş “Xiomi Redmi” markalı mobil telefon cihazını, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini daş parçası ilə əzərək sındırdıqdan sonra birlikdə döyüş sursatı hesab edilən patronları Suraxanı rayonu Zığ şosesi ilə İlham Şükürov küçələrinin kəsişməsində yerləşən “Döneritto” adlı restoranın qarşısına daşımışlar. Plana uyğun olaraq Ruhlan İsmayılov istifadəsində olmuş mobil telefonu məhv edib cinayət barədə qabaqcadan məlumatı olmayan tanışı Şahid4 müvəqqəti istifadə üçün əldə etdiyi “Samsung A10” markalı mobil telefonda saat 18:01-də “WhatsApp” proqramını aktivləşdirmiş və qrupun digər üzvü Təqsirləndirilən şəxs3 ifşa etməmək məqsədi ilə sonuncunun istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəni “.” kimi qeyd edərək saat 18:06-da özünün müvəqqəti istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs3 zəng edib həm Təqsirləndirilən şəxs3, həm də sonuncunun yanında olan Təqsirləndirilən şəxs1la basqından sonrakı ümumi vəziyyəti müzakirə edərək Təqsirləndirilən şəxs1 yaşadığı evə getməməsi və ertəsi gün saat 08:00-da Təqsirləndirilən şəxs3 yaşadığı ünvanın qarşısında üçü birlikdə görüşməkləri barədə ümumi razılığa gəlmişlər. Daha sonra Təqsirləndirilən şəxs3 saat 18:08-də istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı Şahid21 idarə etdiyi “Kia Rio” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını ilə Təqsirləndirilən şəxs1 yola salmışdır. Təqsirləndirilən şəxs1 gizlənərkən şübhə yaratmaması məqsədilə saat 19 radələrində işlədiyi “Gesco” mühafizə şirkətinin Xəzər rayonu, Qala qəsəbəsində yerləşən inzibati binasına gedib müəssisənin rəhbəri X58 işdən çıxmaq istəyini bildirdikdə sonuncu Təqsirləndirilən şəxs1 gödəkcəsinin altında gizlədilmiş əşyanın olmasını görüb maraqlanarkən həmin əşyanın 9 mm kalibrli “BLOW TR 92D” modelli səs-siqnal tapançası olmasını aşkar edərək müəssisənin digər əməkdaşlarının köməyi ilə Təqsirləndirilən şəxs1 tərksilah edib saxlamaqla bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişdir. Hadisədən X92 isə əvvəlcə Təqsirləndirilən şəxs1 yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozuna qayıdacağını zənn edərək sonuncunun yaşadığı ünvanın yaxınlığına gəlib təxminən yarım saat gözlədikdən sonra istifadəsində olan “Opel Vectra” markalı avtomobili Binə qəsəbəsində tanımadığı yaşayış evlərinin qarşısında saxlayaraq, habelə cinayətin izlərini itirmək məqsədi ilə avtomobilin üzərindəki **-BC-*** qeydiyyat nişanını çıxarıb **-OH-*** dövlət qeydiyyat nişanı ilə birlikdə avtomobilin içərisinə tullamaqla və avtomobilin özünə aid **-GA-*** dövlət qeydiyyat nişanını özü ilə götürməklə istintaqa məlum olmayan təsadüfi taksi avtomaşını ilə saat 13:30 radələrində qabaqcadan onu, cinayət alətlərini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini yaşadığı ünvanda gizlətməyi vəd vermiş qrup üzvü Təqsirləndirilən şəxs4 yanına - ünvan 11 ünvanına qayıtmış, lakin yolda olarkən Təqsirləndirilən şəxs1 yaxalanacağı halda hüquq mühafizə orqanlarının əməkdaşlarını plan üzrə onların gizlənməli olduqları həmin ünvana gətirə biləcəyi ehtimalını nəzərə alaraq qabaqcadan ümumi razılaşdırılmış gizlənmə planından kənara çıxıb saat 13:27-də “Whatsapp” proqramı vasitəsilə tanışı, cinsi azlıq nümayəndəsi Şahid4 zəng edərək kirayədə yaşadığı ünvan 12 ünvanında gecələmək istəyinin mümkün olub - olmadığını soruşub müsbət cavab aldıqdan sonra ünvan 11 ünvanına daxil olub cinayətin törədilməsində istifadə etdiyi “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini, cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini, həmçinin həmin ünvanda saxladığı “Minta 37” markalı 112033 №-li və Makarov konstruksiyalı PM modelli BK-4016K №-li odlu silah hesab olunan tapançaları, kustar üsulla hazırladıqları 03 ədəd döyüş sursatı hesab edilən patronları, 01 ədəd döyüş sursatı hesab edilən 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomat patronu, çoxlu sayda döyüş sursatı hesab edilməyən 366 TKM kalibrli patronlar, səs-siqnal patronları, ov patronları, qırma və barıt nümunələrini çantaya toplamış, rol bölgüsünə əsasən cinayət törətmiş şəxsi, cinayətin törədilmə alətini, cinayətin izlərini və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini gizlətməyi qabaqcadan vəd verməklə ondan xəbər gözləyən qrupun digər üzvü Təqsirləndirilən şəxs2la əlaqə saxlamış və saat 15:10 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan “BMW X5” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ruhlan İsmayılovun yaşadığı ünvana gəlib sonuncunu avtomobilin çöldən görüntüsü məhdudlaşdırılmış arxa sağ oturacağında əyləşdirərək gizlətməklə çantasındakı odlu silahlar, döyüş sursatları, cinayət yolu ilə ələ keçirilmiş pul vasitələri ilə birlikdə əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirməklə saat 16:10 radələrində ünvan 12 ünvanına gətirmiş və orada gizlənməsinə köməklik göstərmişdir. Həmin tarixdə saat 20:30 radələrində keçirilmiş istintaq - əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olan qrupun üzvü X7 gizləndiyi Səbail rayonu H.Z.Tağıyev küçəsi ev 19 mənzil 2 ünvanında baxış keçirilərkən oradan cinayətin törədilməsində istifadə edilmiş “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngi, cinayət yolu ilə əldə edilmiş 51.005 manat məbləğində pul vəsaitləri, “Minta 37” markalı 112033 №-li və Makarov konstruksiyalı PM modelli BK-4016K №-li odlu silah hesab olunan tapançalar, kustar üsulla hazırlanmış 03 ədəd döyüş sursatı hesab edilən patronlar, 01 ədəd döyüş sursatı hesab edilən 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomat patronu, çoxlu sayda döyüş sursatı hesab edilməyən 366 TKM kalibrli patronlar, səs-siqnal patronları, ov patronları, qırma və barıt nümunələrini aşkar edilərək qanunamüvafiq qaydada götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 digər şəxslərlə, o cümlədən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə X29 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib ümumi təhlükəli üsulla, quldurluqla və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsi qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi və qabaqcadan əlbir olan bir qrup şəxs qismində ümumi təhlükəli üsulla, quldurluqla və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar iki zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi, quldurluq, yəni öz qulluq borcunun yerinə yetirən şəxslərə silah tətbiq edib özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlıqları üçün təhlükəli olan zorakılıqla bağlı basqın edərək zərərçəkmiş şəxslərə ağır dərəcəli bədən xəsarətləri yetirməklə onların sağlamlıqlarına ağır zərər vurması, ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etməklə və zədələməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurması cinayətlərinin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla yardım etməklə, habelə cinayət törətmiş şəxsi, cinayətin alətini, cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, həmçinin də cinayət yolu ilə ələ keçirilmiş əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmiş, X29, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq döyüş sursatını əldə etmiş, başqasına vermiş, saxlamış, daşımış və gəzdirmiş, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 köməkçiliyi ilə X29 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq döyüş sursatı hazırlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 12,025 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla ünvan 13 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 04 mart N-cü il tarixdə saat 16:55-də ünvan 13 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 05 ədəd bükümdə ayrı-ayrılıqda 3,336 qram, 2,205 qram, 2,173 qram, 2,186 qram və 2,125 olmaqla ümumilikdə külli miqdarda 12,025 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq döyüş sursatını əldə edib, saxlayıb, biri – birinə verərək daşımaqla üzərlərində gəzdirmiş, qabaqcadan əlbir olan bir qrup şəxsin qanunsuz olaraq döyüş sursatını hazırlaması, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etməklə və zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurması, habelə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib quldurluq, yəni öz qulluq borcunu yerinə yetirən şəxsə qarşı silah tətbiq edib özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlıqları üçün təhlükəli olan zorakılıqla bağlı basqın edərək zərərçəkmiş şəxslərə ağır dərəcəli bədən xəsarətləri yetirməklə onların sağlamlıqlarına ağır zərər vurması, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib ümumi təhlükəli üsulla, quldurluqla və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zərərəçəkmiş şəxsi qəsdən öldürmə, yəni qəsdən həyatdan məhrum etmə və qabaqcadan əlbir olan bir qrup şəxs qismində ümumi təhlükəli üsulla, quldurluqla və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar iki zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmə cinayətlərinin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla yardım etməklə, habelə cinayət törətmiş şəxsi, cinayətin alətini, cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, həmçinin də cinayət yolu ilə ələ keçirilmiş əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, N-cü ilin fevral ayının 10 - 13 aralığında tanışı X29 özünün birlikdə yaşadığı və intim münasibətdə olduğu Təqsirləndirilən şəxs4 ilə birlikdə ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Bravo” hipermarketin içərisində quraşdırılmış “X62” ASC-yə məxsus ATM-ə təxminən 300.000 - 400.000 manat pul vəsaitlərinin yerləşdirilməsinə şahid olub bu barədə tanışı Təqsirləndirilən şəxs1, ona və əvvəllər şərikli motosiklet təmir sexi işlətdiyi tanışı Təqsirləndirilən şəxs2 da məlumat verərək birlikdə “X62” ASC-yə məxsus ATM-ə pul yerləşdirilməsinin kasetlə deyil, əllə həyata keçirildiyi üçün bu prosesin daha çox vaxt aparmasını, “X62” ASC-yə məxsus inkassator avtomaşının gəlməsini gözləyərkən hipermarketin qarşısıdakı dayanacaqda avtomobili saxlayıb içərisindən şübhə yaratmadan günlərlə müxtəlif banklara məxsus inkassator avtomaşlarının güdülməsinin, habelə hipermarketin içərisində ətrafda çoxlu sayda insanların davamlı hərəkət etməsi səbəbindən “X62” ASC-yə məxsus inkassatorların hərəkətlərinin diqqət çəkmədən kənardan müşahidə edilməsinin mümkünlüyü və sair kimi əlverişli məqamları, Təqsirləndirilən şəxs4 həmin ATM-ə basqın təşkil edəcəkləri halda nəticəsinin uğurlu olacağı barədə verdiyi həvəsləndirici məlumatları nəzərə alaraq müzakirələr aparıb, o cümlədən basqın zamanı atəş açacaqları halda güllələrin ətrafda olan sıx insan kütləsinə, hipermarketə və quraşdırılmış digər banklara məxsus ATM-lərə dəyərək müxtəlif insan tələfatına, əmlakın zədələnməsi və ya məhv olmasına səbəb ola biləcəyindən ibarət ictimai təhlükəli nəticələri qabaqcadan dərk edib, əslində bu kimi ciddi ajiotaj yaranacağı halda onların hadisə yerindən maneəsiz qaçışlarına müsbət təsir edəcəyini öz aralarında birgə müzakirə edib şüurlu surətdə buna yol verməklə 14 fevral N-cü il tarixdə daha çox pul ələ keçirmək məqsədi ilə Qala qəsəbəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomata hazırladıqları silahlı basqın cinayətindən könüllü olaraq qəti imtina edərək cinayətkar planlarını ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Bravo” hipermarketə istiqamətləndirməklə hipermarketin içərisində quraşdırılmış “X62” ASC-yə məxsus ATM-ə pul vəsaitlərini yerləşdirən inkassatorları üzərlərində gəzdirdikləri odlu silahlarla atəş açıb qəsdən öldürərək külli miqdarda özgə (Bankın) əmlakını basqın etməklə ələ keçirmək barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 isə qeyd olunan cinayətlərin törədilməsində onlara kömək edəcəklərini vəd etmişlər. Qrup üzvlərinin hamısının ümumi razılığı əsasında rol bölgüsünə uyğun olaraq cinayətin bilavasitə Ruhlan İsmayılov və Təqsirləndirilən şəxs1 tərəfindən törədiləcəyi, Təqsirləndirilən şəxs4 onları daim yeni motivəedici məlumatlarla cinayətə hazırlıq və icrası zamanı qarşıya çıxacaq maneələri aşkar edib qrup üzvlərinə məlumat verməsi, odlu silahın, cinayət törətmiş şəxslərin gizlənməsini təmin etməsi, Təqsirləndirilən şəxs3 hadisədən dərhal sonra sosial şəbəkələrdə yayılan xəbərlər barədə, eləcə də hüquqmühafiz orqanlarının planları, hansı ərazilərdə axtarışlar aparmaları, araşdırmanın hansı istiqamətdə aparılması və sair bu kimi məlumatları toplamaqla Təqsirləndirilən şəxs1 və Ruhlan İsmayılova ötürərək onların gizlənmələrinə, bu üsulla hadisə yerindən qaçışlarına kömək etməli, basqında iz qoymamaq və cinayətin izlərini məhv etmək məqsədi ilə hadisə yerindən qaçmaq üçün istifadəsi nəzərdə tutulmuş Ruhlan İsmayılovun “Opel Vectra” markalı avtomobilinin ban nömrələrinin silinməsi, kapotunun açılmaması üçün kilidinin sıradan çıxarılması, dövlət qeydiyyat nişanlarını çıxarıb üzəriX122un basqından xəbərsiz olan tanışı Şahid1 aldığı **-BC-*** dövlət qeydiyyat nişanının bağlanılması, basqından sonra X44 Qudrətovla birlikdə həmin avtomobillə hadisə yerindən uzaqlaşaraq ikinci təyinat nöqtəsində saxlayacaqları ikinci avtomobil və üzərinə bağlamaq üçün ikinci saxta qeydiyyat nömrə nişanı əldə etməyi, bir neçə gün avtomobil elan saytlarında axtarış etmələrinə baxmayaraq ikinci əlverişli avtomobil əldə edə bilmədikdə isə X44 Qudrətovla birlikdə “Opel Vectra” markalı avtomobillə hadisə yerindən əvvəlcə ikinci təyinat nöqtəsinə, orada avtomobilin üzərindəki **-BC-*** qeydiyyat nişanını çıxarıb yerinə ikinci saxta qeydiyyat nişanı bağladıqdan sonra bu yolla Təhlükəsiz Şəhər kameralarından gizlənməklə birbaşa qabaqcadan təyin etdikləri Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsinə gedən istiqamətdə Dəmiryolçular küçəsindən təxminən 1,5 kilometr içəridə kimsəsiz əraziyə getməyi, orada avtomobili yandırıb cinayətin izlərini məhv etdikdən sonra silahlar və cinayət yolu ilə əldə etdikləri pullarla birlikdə Binə qəsəbəsi istiqamətdə piyada hərəkət edərək yoldan keçən hər hansı təsadüfi taksi ilə Təqsirləndirilən şəxs4 olduğu Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanına getməyi, bundan sonra cinayət yolu ilə əldə etdikləri pul vəsaitlərinin şifrələri “X62” ASC tərəfindən bilindiyinə görə həmin pulların dövriyyədə istifadə olunacağı halda ifşa olunmalarından ehtiyat etdikləri üçün Ruhlan İsmayılovun hadisədən sonra şəhərdə şübhə yaratmadan hərəkət edə bilməsi və cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini içərisində gizlədib daşıyaraq özünün tanıdığı istintaqa məlum olmayan əlaqələri vasitəsilə konvertasiya edə bilməsi məqsədi ilə Təqsirləndirilən şəxs2 eyni ünvana gələrək “BMW X5” markalı avtomobilini onların istifadəsinə verməyi, Təqsirləndirilən şəxs4 bir neçə gün həmin ünvanda X45 Qudrətovu, cinayət alətlərini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini gizlətməyi, hadisədən bir neçə gün sonra Qəbələ rayonuna gedərək orada gizlənmələri üçün Təqsirləndirilən şəxs2 öz adına lakin dəyəri cinayət yolu ilə əldə olunmuş vəsait hesabına ödənilməklə “Mercedes Benz E class” markalı avtomobilin satın alınmasını təşkil etməsi, əldə etdikləri vəsaitin Ruhlan İsmayılov və Təqsirləndirilən şəxs1 arasında bərabər bölünməsi, X73 Məmmədova etdiyi köməyə görə əldə olunacaq pul vəsaitlərinin məbləğindən asılı olaraq 10.000 – 20.000 manat arası pul verilməsi, həmçinin planın uğursuzluqla nəticələnmiş ola biləcəyi ehtimalında isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la görüşməsi və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1, cinayətin alətini, cinayətin izlərini gizlətməsi, cinayətin hər iki icraçısının öz mobil telefonlarını məhv edərək Təqsirləndirilən şəxs3 mobil telefonu vasitəsilə biri-biriləri ilə əlaqə yaratmaları barədə ümumi razılıq əldə olunmuşdur. Təqsirləndirilən şəxs4 üçün ələ keçiriləcək pul vəsaitindən hissə nəzərdə tutulmasa da o, Ruhlan İsmayılovun ona külli miqdarda pul vəsaiti ələ keçirdikdən sonra birlikdə yaşayıb həmin pulları xərcləyəcəkləri və maddi cəhətdən imkanları artdıqdan sonra cinsi azlığın nümayəndəsi olduğuna görə illər əvvəl ondan üz döndərmiş ailə üzvləri, yaxınlarının peşman olub onun ayağına gələcəkləri barədə vədlərini özünü “həyatda sındırılmış” kimi hiss etdiyi üçün qisas almağa fürsət kimi qiymətləndirmiş və Ruhlan İsmayılovun qrupa qoşulmaq barədə dəvətini qəbul etmişdir. Silahlı basqın cinayətində Ruhlan İsmayılovun istifadə etməsi məqsədi ilə 16 fevral N-cü il tarixdə sonuncu Təqsirləndirilən şəxs1la birlikdə ünvan 6 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus ov dükanına gedərək Təqsirləndirilən şəxs1 müraciəti əsasında onun adına 575 №-li şəhadətnamə ilə sənədləşdirilmiş, lakin 3600 manat dəyəri Ruhlan İsmayılovun özü tərəfindən ödənilmiş 01 ədəd 366 TKM kalibrli Kalaşnikov konstruksiyalı “AKS-366 Lankaster 03” modelli, “17VCO-7696” №-li sürgülü yivsiz ov tüfəngi və onun 100 ədəd döyüş sursatı hesab edilməyən 366 TKM (9,5 mm) kalibrli ştat patronlarını əldə etmişlər. Növbəti günlərdə ümumi razılaşdırılmış plana uyğun olaraq silahlı basqın cinayətində Təqsirləndirilən şəxs1 tərəfindən istifadə edilməsi planlaşdırılmış odlu silah hesab edilməyən Türkiyə istehsallı 9 mm kalibrli “BLOW TR 92D” modelli, №-si silinmiş səssiqnal tapançasından açılan atəşin ölümcül olması, yəni canlı hədəfi məhv etmək qabiliyyətinə malik olması məqsədi ilə qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məsləhət, məlumatlarından ibarət köməkçilikləri əsasında X105 Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək birlikdə sonuncunun işlədiyi Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən “3-cü mikrorayon bazarı” adlandırılan yerdə yerləşən motosiklet təmir sexində, həmin sexdə istifadəsi nəzərdə tutulmuş elektrik mişarından istifadə etməklə qeyd olunan tapançadan atəş üçün nəzərdə tutulmuş və təyinatı idman məşqlərində səsli siqnal vermək olduğuna görə döyüş sursatı hesab edilməyən 15 ədəd səs - siqnal patronunun gilizlərinin daxilinə kustar üsulla barıt komponenti və uc hissəsinə isə 6,82 mm diametrli yumru formalı, kustar üsulla düzəldilmiş metal güllə yerləşdirərək ilkin təyinatını dəyişdirib 15 ədəd döyüş sursatı hesab edilən patron hazırlamışlar. Bundan sonra qrup üzvləri X74 Məmmədov birlikdə hazırladıqları döyüş sursatı hesab edilən patronları əldə edib biri – birinə verərək üzərilərində gəzdirməklə qısa müddət təmir sexində saxladıqdan X92 istifadəsində olmuş “Opel Vectra” markalı **-GA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə həmin patronları yaşadığı ünvan 8 ünvanda qrupun digər üzvü Təqsirləndirilən şəxs4la birlikdə döyüş sursatı hesab edilən patronları əldə edib biri – birinə verərək saxlamışlar. Plana əsasən, 19 fevral N-cü il tarixdə saat 20 radələrində Ruhlan İsmayılov qrupun üzvü Təqsirləndirilən şəxs1la məsləhətləşərək basqında iz qoymamaq və cinayətin izlərini məhv etmək məqsədi ilə hadisə yerindən qaçmaq üçün istifadəsi nəzərdə tutulmuş “Opel Vectra” markalı avtomobili ban nömrələrini silmək üçün qrupun digər üzvü Təqsirləndirilən şəxs2 işlədiyi motosiklet təmir sexinə aparmış, Təqsirləndirilən şəxs2 işlətdiyi sexi və oradakı elektrik mişarını Ruhlan İsmayılovun istifadəsinə verməklə, həmçinin cinayətdən xəbərsiz olan qardaşı Şahid16 Ruhlan İsmayılova kömək etməsini tapşırmaqla cinayətkar plan üzrə basqında istifadəsi nəzərdə tutulmuş avtomobilin ban nömrələrinin Ruhlan İsmayılov tərəfindən silinməsinə köməklik etmiş, Ruhlan İsmayılov isə avtomobilin ban nömrələrini kəsərək silmişdir. Bundan sonra plana uyğun olaraq, 25 fevral N-cü il tarixdə saat 02:30 radələrindən saat 05:30 radələrinə qədər qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məsləhət, məlumatları əsasında Ruhlan İsmayılov qrupun digər üzvü Təqsirləndirilən şəxs2la Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” biznes mərkəzinin yanında görüşərək birlikdə cinayətin törədilməsi zamanı istifadə edilməsi planlaşdırılmış ikinci saxta avtomobil qeydiyyat nişanı əldə etmək məqsədilə Bayıl qəsəbəsi boyunca sahibsiz avtomobil axtarmışlar, lakin tapa bilmədikdə Ruhlan İsmayılov bu barədə Təqsirləndirilən şəxs1 bildirib məsləhətləşmiş və Təqsirləndirilən şəxs1 sahibsiz avtomobillərin Bakı kəndlərində ola biləcəyini və həmin yerlərdə axtarmaq lazım olduğunu bildirdiyinə görə X105 Məmmədovla Bayıl qəsəbəsində nömrə axtarışlarını dayandırıb həmin tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1la birlikdə Xəzər rayonu, Qala qəsəbəsində axtarışa başlayaraq etibarnamə ilə Şahid18 məxsus olan “Mercedes Benz 190” markalı avtomobilin mühərriki “Stansiya Qala” adlanan ərazidəki avtomobil təmir sexinin içərisinə yerləşdirilib təmir edildiyi üçün avtomobilin özünün sexin kənarında nəzarətsiz qaldığını müşahidə edərək üzərindəki **-OH-*** dövlət qeydiyyat nişanını gecə vaxtı qaranlıq hava şəraitində talamağa qərar vermiş və bu məqsədlə Ruhlan İsmayılov 26 fevral N-cü il tarixdə saat 01 radələrində həmin sexin kənarında dayanmış “Mercedes Benz 190” markalı avtomobilin üzərindəki **-OH-*** dövlət qeydiyyat nişanını açaraq ələ keçirmişdir. Plan üzrə hazırlıq hərəkətləri tamamlandıqdan sonra 26 fevral N-cü il tarixdə saat 12 radələrində X63 Qudrətovla birlikdə “Opel Vectra” markalı avtomobilin üzərindəki **-GA-*** dövlət qeydiyyat nişanını çıxarıb yerinə **-BC-*** qeydiyyat nişanını bağlayara avtomobili birbaşa ünvan 7 ünvanında yerləşən “Bravo” hipermarketin qarşısındakı dayanacağa gətirib dayandırmış və hər gün eyni qaydada başlarına papaq (dimdikli) qoyub sifətlərinə tibbi maska taxaraq şəxsiyyətlərini mümkün qədər gizlətməklə, Ruhlan İsmayılov “AKS- 366 Lankaster 03” modelli yivsiz ov tüfəngi ilə, Təqsirləndirilən şəxs1 isə Ruhlan İsmayılovun ona verdiyi sandıqçasında 12 ədəd döyüş sursatı hesab edilən patron yerləşdirilmiş “BLOW TR 92D” modelli səs-siqnal tapançası ilə silahlanaraq davamlı olaraq ATM-lərin quraşdırıldığı otağa açılan hipermarketin əsas girişini müşahidə etməklə, o cümlədən də özlərinə mövqe seçməklə, hadisəni törətdikdən sonra daha rahat hərəkət etmələri üçün daha detallı üsullar hazırlamaqla 04 mart N-cü il tarixə kimi cinayətkar basqını törətmək üçün “X62” ASC-yə məxsus inkassatorların gəlməsini və əlverişli məqamı gözləməyə başlamışlar. Bununla həm də, Ruhlan İsmayılov və Təqsirləndirilən şəxs1 təkrarən qanunsuz olaraq döyüş sursatı hesab edilən patronları əldə edib hipermarketin ərazisində üzərilərində gəzdirməklə daşıyıb, hipermarketin dayanacağında dayandırdıqları “Opel Vectra” markalı avtomobilin içərisində saxlayaraq biri - birinə vermişlər. Müşahidə yerində giriş – çıxışlar, insanların hərəkətini nəzərə almaqla X45 Qudrətovun birgə tərtib etdikləri bilavasitə cinayətin icra prosesinə yönəlmiş plana əsasən, basqın zamanı Təqsirləndirilən şəxs1 hipermarketin ATM-lərin quraşdırıldığı otağın giriş qapısından daxil olduqdan sonra həmin hissədə mövqe tutub inkassator - sürücünün gəlməsini gözləməli, gəldiyi halda isə atəş açıb onu qəsdən öldürməli, Ruhlan İsmayılov isə giriş qapısından daxil olduqdan sonra ikinci şüşəli qapının yaxınlığında mövqe tutub inkassator – mühafizəçini “banka məxsus nağd pul vəsaitlərinin silahlı mühafizəsini təşkil etmək”dən ibarət xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar atəş açıb qəsdən öldürməli, bundan sonra inkassator - kassiri məcbur edib bankomatı açdıraraq həm kasetlərdə olan pulları, həm də inkassatorların özləri ilə gətirdikləri pulları ələ keçirdikdən sonra atəş açıb inkassator-kassiri öldürməli olmuşlar. İnkassator avtomaşının gəlməsini gözlədikləri dövrdə X65 İbrahimovun istifadəsində olan X25 məxsus **********9 saylı virtual mobil nömrə üzərindən qeydiyyatdan keçmiş “WhatsApp” proqramı vasitəsilə mütəmadi əlaqə saxlayaraq güdmə prosesində qarşıya çıxan hər xırda məsələ ilə bağlı Təqsirləndirilən şəxs4 məlumatlandırıb məsləhət verməsini xahiş etmiş və cinayətkar plan üzrə növbəti addımını Təqsirləndirilən şəxs4 verdiyi məlumat və məsləhətlərinə uyğun seçmişdir. Təqsirləndirilən şəxs4 müəyyən məlumatları Ruhlan İsmayılova söyləməklə sonuncuda cinayəti törətməyə motivasiya yaratmış, habelə bilavasitə güdmə prosesində Ruhlan İsmayılova nə zaman silahlı hücum etməsi, hansı halda daha uğurlu olacağı və daha çox pul ələ keçirə biləcəkləri kimi məsləhətlər vermişdir. 04 mart N-cü il tarixdə saat 09:33-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı X21 idarə etdiyi “Toyota Prius” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını ilə əvvəlcə Bakı şəhəri, Xətai rayonu ərazisində “Zığ dairəsi” deyilən yerdə Ruhlan İsmayılovla görüşüb birlikdə həmin taksi avtomaşını ilə ünvan 7 ünvanında yerləşən “Bravo” hipermarketin qarşısına gəlmiş, plana uyğun olaraq Təqsirləndirilən şəxs1 9 mm kalibrli “BLOW TR 92D” modelli səs-siqnal tapançasını əynində olan qara rəngli gödəkcənin, Ruhlan İsmayılov isə “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini əynində olan göy rəngli uzun gödəkcənin altında gizlətməklə, həmçinin başlarına papaq (dimdikli) qoyub sifətlərinə tibbi maska taxaraq şəxsiyyətlərini mümkün qədər gizlətməklə “X62” ASC-yə məxsus inkassatorların gəlməsini gözləmişlər. Plana uyğun olaraq həmin gün saat 10 radələrində Təqsirləndirilən şəxs1 “WhatsApp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs3 mövqelərini tutduqları və inkassatorları gözlədikləri barədə məlumat verərək ona ayıq - sayıq olmasını, basqını törədəndən sonra dərhal sosial şəbəkələrdə hadisə barədə, xüsusilə də onların ifşa olunub-olunmamaları, hüquq-mühafizə orqanlarının mümkün istiqamətləri barədə xəbərləri izləyib ona məlumat ötürməsini tapşırmış, Təqsirləndirilən şəxs3 isə plan üzrə rol bölgüsünə əsasən ona tapşırılmış həmin köməkçi hərəkətlərin icrası barədə tapşırığı qəbul etmişdir. Həmin gün saat 12:15 radələrində “X62” ASC-yə məxsus “X119” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı zirehli avtomaşının gələrək hipermarketin qarşısında dayandığını, avtomobildə olan “X62” ASC-nin Nağd vəsaitlərin idarə edilməsi şöbəsinin Mərkəzi xəzinə bölməsinin baş inkassator - kassiri xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-nin əməkdaşı, inkassator - mühafizəçi xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Sahib oğlunun avtomobildən enərək əllərində pulla dolu çanta ilə hipermarketə daxil olduqlarını görüb tərtib olunmuş planın icrası ilə əlaqədar əvvəlcə Təqsirləndirilən şəxs1, onun ardınca isə Ruhlan İsmayılov avtomobildən enib üzərlərində qeyd olunan silahları gəzdirməklə hipermarketə əsas girişdən daxil olaraq qabaqcadan seçilmiş mövqelərini tutmuşlar. Bu zaman Zərərçəkmiş şəxs2 hipermarketin əsas giriş qapısından daxildə sol tərəfdə quraşdırılmış “X62” ASC-yə məxsus ATM-in təkrar dövriyyə kasetlərində olan 17.400 ABŞ dolları və 10.395 manat, depozit kasetində isə 6,440 manat və 100 ABŞ dolları pul vəsaitlərini özü ilə gətirdiyi çantanın içərisində olan külli miqdarda, yəni 290.000 manat və 20.000 ABŞ dolları məbləğində pul vəsaitləri ilə əvəz etməyə başlamış, Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2 təhlükəsizliyini təmin etmək məqsədilə onun yaxınlığında dayanıb ətrafın müşahidəsini aparmış, Səhmdar Cəmiyyətdə inkassator - sürücü işləyən Zərərçəkmiş şəxs3 isə təlimata uyğun olaraq ona təhkim edilmiş “X119” markalı avtomobildə mağazanın qarşısında Samir Şeydayevi və Zərərçəkmiş şəxs1 gözləmişdir. Plana əsasən hər biri öz mövqeyini tutduqdan sonra razılaşdıqları kimi əvvəlcə Ruhlan İsmayılov inkassator - mühafizəçini öldürmək məqsədilə əynindəki gödəkçənin altında gizlətdiyi “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini çıxarıb atəş üçün hazır vəziyyətə gətirən anda mühafizəçinin artıq bunu görüb duyuq düşdüyünü başa düşərək dərhal başı ilə inkassator - mühafizəçiyə atəş açması üçün öz mövqeyində gözləyən Təqsirləndirilən şəxs1 işarə vermiş, Təqsirləndirilən şəxs1 saat 12:17-də əynindəki gödəkcənin altında gizlətdiyi 9 mm kalibrli “BLOW TR 92D” modelli səs-siqnal tapançasını çıxarıb silah tətbiq etməklə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə öz qulluq borcunun yerinə yetirən zərərçəkmiş şəxslərin həyatı və sağlamlıqları üçün təhlükəli olan zorakılıqla bağlı basqın edib mühafizəni təmin edən Zərərçəkmiş şəxs1 arxadan yaxınlaşaraq tapancanı sonuncunun baş nahiyyəsinə tuşlayaraq onu xidməti vəzifəsini yerinə yetirməsi və quldurluqla əlaqədar, eləcə də girişçıxışda və ATM bankomatların qarşısında müxtəlif xidmətlərdən istifadə edən çoxsaylı şəxslərin olmasına əhəmiyyət vermədənümumi təhlükəli üsulla qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək məqsədilə bir dəfə atəş açmış, lakin Zərərçəkmiş şəxs1 bir qədər kənara çəkilməsi səbəbi ilə güllənin hədəfdən yayınaraq qarşıda quraşdırılmış "xxxx" ASC-yə məxsus ATM-in monitoruna dəyməsi, növbəti atəşi açmaq istəyərkən silahın tətiyinin ilişdiyini və atəşin açılmadığını, habelə Zərərçəkmiş şəxs1 ona qarşılıq vermək üçün xidməti Makarov konstruksiyalı “PM” modelli AP-3129 №-li tapançasını çıxarmaq istədiyini, Zərərçəkmiş şəxs2 döşəməyə yıxılaraq onun ayaqlarını tutub saxlamağa çalışdığını görüb, əlindəki tapancanın korpusu ilə Zərərçəkmiş şəxs2 sifət nahiyyəsinə bir dəfə zərbə endirərək sonuncuya alt çənə nahiyəsinin səthi əzilmiş yarasından ibarət sağlamlığa zərər vurmayan xəsarət yetirməklə müqavimətini qırıb öz rolunu tamamlamadan hadisə yerindən çölə qaçmağa məcbur olmuşdur. Ümumi cinayətkar niyyətə uyğun olaraq hipermarketin ikinci daxili giriş qapısının yanında dayanmış Ruhlan İsmayılov başlanmış qəsdinin davamı olaraq üzərində gəzdirdiyi “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini hazır vəziyyətə gətirib iki və daha çox şəxsi qəsdən öldürmək məqsədi ilə təxminən 4-5 metr məsafədən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olduğu səmtə tuşlayaraq həmin vaxt ətrafda çoxlu sayda hipermarketə gəlmiş alıcılar, habelə digər şəxslərin olmasına baxmayaraq güllələrin həmin şəxslərə, hipermarketə və quraşdırılmış digər banklara məxsus ATM-lərə dəyərək müxtəlif insan tələfatına, əmlakın zədələnməsi və ya məhv olmasına səbəb ola biləcəyindən ibarət ictimai təhlükəli nəticələri qabaqcadan dərk edib görərək şüurlu surətdə buna yol verməklə ardıcıl olaraq atəşlər açıb Zərərçəkmiş şəxs1 sağlamlığa ağır zərərvurmaya aid ağciyərin və onurğanın travması ilə müşayiət olunan, sol kürək nahiyəsini dəlib keçərək sağ kürək nahiyəsindən çıxan bir ədəd odlu silah yarasından ibarət xəsarətlər yetirməklə sonuncunu qəsdən öldürmüş, Zərərçəkmiş şəxs2 sağlamlığa ağır zərərvurmaya aid sağ ağciyərin aşağı payının zədələnməsi, bilateral travmatik pnevmotoraks, sağ tərəfli Vİİİ-İX qabırğaların sınıqları, İX döş fəqərəsinin sınığı ilə müşayiət olunan döş qəfəsinin dəlib keçən bir ədəd odlu silah yarasından ibarət xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs2 yerdə hərəkətsiz qaldığını görüb öldüyünü zənn etmiş, habelə atəş açdığı güllələr “Bravo” hipermarketin şüşələrinə, alıcılar üçün nəzərdə tutulmuş dolaba, “X62” ASC-yə məxsus ATM-ə dəymiş, bundan sonra isə “X62” ASC-yə məxsus ATM-in qarşısında döşəmə üzərində içərisində 16.835 manat və 20.100 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 34.170 manat) ümumilikdə 51.005 manat məbləğində pul olan çantanı götürüb hipermarketin çölünə qaçaraq ümumi razılaşdırılmış planın davamı olaraq hipermarketin qarşısında inkassator - sürücü Zərərçəkmiş şəxs3 içərisində olduğu “X119” markalı avtomobilə yaxınlaşıb əlindəki “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini sonuncunun oturduğu istiqamətdə tuşlayaraq bir neçə dəfə atəş açmasına baxmayaraq atəşlərdən birinin avtomobilin sağ qabaq qanadına, digərinin isə sağ qabaq qapının metal hissəsindən dəlib girib sürücünün baş nahiyyəsi istiqamətində avtomobilin daxilində sol metal gövdəyə dəyməsi, həmçinin Zərərçəkmiş şəxs3 avtomobili cəld hərəkətə gətirib hadisə yerindən kənarlaşdığına görə öz iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs3 qəsdən öldürə bilməyib tutulacağından ehtiyatlandığı üçün “Opel Vectra” minik markalı avtomobilinə əyləşməklə həmin maşınla, Təqsirləndirilən şəxs1 isə saat 12:23-də “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı Şahid20 idarə etdiyi “Mercedez Benz E 220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşı ilə “Koroğlu” metrostansiyasına, oradan isə istintaqa məlum olmayan “manatlıq” adlandırılan təsadüfi taksi avtomaşını ilə hadisə yerindən uzaqlaşmışlar. Qeyd olunan hadisə nəticəsində Ruhlan İsmayılovun atəş açdığı güllələrin Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Bravo” hipermarketin şüşələrinə dəyərək sındırıb məhv etməsi və alıcılar üçün nəzərdə tutulmuş dolaba dəyərək zədələməsi nəticəsində şirkətə 12.556 manat, “X62” ASC-yə məxsus ATM-ə və “X119” markalı avtomobilə dəyərək zədələməsi nəticəsində banka müvafiq olaraq 2.500 manat və 1.690 manat, cəmi 4.190 manat, həmçinin Təqsirləndirilən şəxs1ov atəş açdığı güllənin "xxxx" ASC-yə məxsus ATM-in monitoruna dəyərək zədələməsi nəticəsində banka 1.670 manat olmaqla, ümumilikdə 18.416 manat məbləğində qəsdən maddi ziyan vurulmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs1 yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə qayıtmış, Təqsirləndirilən şəxs3 sosial şəbəkələrdə hadisə barədə yayılmış məlumatlarla tanış olaraq bu barədə saat 14:37-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə çağırış etmiş, saat 14:41-də isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 zəng edərək plan üzrə gizlənmək və cinayətin izlərini gizlətmək məqsədi ilə onunla görüşməyə gələcəyini bildirib saat 14:58-də “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı X22 idarə etdiyi “Opel Astra” markalı, **- EF-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını ilə tanışı Səbuhi Qubanovun kuryer kimi işlədiyi Suraxanı rayonu Zığ şosesi ilə İlham Şükürov küçələrinin kəsişməsində yerləşən “Döneritto” adlı restoranın qarşısına gedərək Təqsirləndirilən şəxs3la görüşüb birlikdə “Bravo” hipermarketdə törədilmiş silahlı basqın barədə sosial şəbəkələrdə yayılmış xəbərlərlə tanış olaraq müzakirə aparmışlar. Həmçinin gödəkçəsinin altında gizlətdiyi “BLOW TR 92D” modelli səs-siqnal tapançasını içərisindəki döyüş sursatı hesab edilən 11 ədəd patronla birlikdə Təqsirləndirilən şəxs3 nümayiş etdirərək hadisə vaxtı həmin silahdan növbəti atəşin açılmadığını, gilizin silahın içərisində qalmış ola biləcəyini bildirib Təqsirləndirilən şəxs3 tapancanın içərisindəki gilizi çıxarmaq, sonra isə cinayətin izlərini məhv etmək məqsədi ilə mobil telefonunu sındırmaq üçün onu kimsəsiz bir yerə aparmasını xahiş etmişdir. Əvvəlcədən hazırlanmış tərtibə uyğun olaraq, köməklik göstərmədə ifadə olunan, yəni cinayəti törətmiş şəxsi və cinayətin alətini, cinayətin izlərini gizlətməyi qabaqcadan vəd vermiş Təqsirləndirilən şəxs3 vədinə uyğun olaraq kömək etmək məqsədi ilə Təqsirləndirilən şəxs1la birlikdə istifadəsində olan mopedlə “BLOW TR 92D” modelli səs-siqnal tapançasını, döyüş sursatı hesab edilən 11 ədəd patronu təxminən 3 kilometr aralıda yerləşən “Tatar qəbiristanlığı”na daşımış və orada onun ətrafı müşahidə altında saxlaması ilə Təqsirləndirilən şəxs1 tapancanın içərisində ilişmiş gilizi çıxarmağa çalışsa da bacarmamış, daha sonra Təqsirləndirilən şəxs1la birlikdə istifadəsində olan mopedlə döyüş sursatı hesab edilən patronları ünvan 10 ünvansız fərdi yaşayış evinin qarşısına daşımış və orada onun ətrafı müşahidə altında saxlaması ilə Təqsirləndirilən şəxs1 cinayətin izlərini məhv etmək məqsədi ilə istifadəsində olmuş “Xiomi Redmi” markalı mobil telefon cihazını, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini daş parçası ilə əzərək sındırdıqdan sonra birlikdə döyüş sursatı hesab edilən patronları Suraxanı rayonu Zığ şosesi ilə İlham Şükürov küçələrinin kəsişməsində yerləşən “Döneritto” adlı restoranın qarşısına daşımışlar. Plana uyğun olaraq Ruhlan İsmayılov istifadəsində olmuş mobil telefonu məhv edib cinayət barədə qabaqcadan məlumatı olmayan tanışı Şahid4 müvəqqəti istifadə üçün əldə etdiyi “Samsung A10” markalı mobil telefonda saat 18:01-də “WhatsApp” proqramını aktivləşdirmiş və qrupun digər üzvü Təqsirləndirilən şəxs3 ifşa etməmək məqsədi ilə sonuncunun istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəni “.” kimi qeyd edərək saat 18:06-da özünün müvəqqəti istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs3 zəng edib həm Təqsirləndirilən şəxs3, həm də sonuncunun yanında olan Təqsirləndirilən şəxs1la basqından sonrakı ümumi vəziyyəti müzakirə edərək Təqsirləndirilən şəxs1 yaşadığı evə getməməsi və ertəsi gün saat 08:00-da Təqsirləndirilən şəxs3 yaşadığı ünvanın qarşısında üçü birlikdə görüşməkləri barədə ümumi razılığa gəlmişlər. Daha sonra Təqsirləndirilən şəxs3 saat 18:08-də istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı Şahid21 idarə etdiyi “Kia Rio” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını ilə Təqsirləndirilən şəxs1 yola salmışdır. Təqsirləndirilən şəxs1 gizlənərkən şübhə yaratmaması məqsədilə saat 19 radələrində işlədiyi “Gesco” mühafizə şirkətinin Xəzər rayonu, Qala qəsəbəsində yerləşən inzibati binasına gedib müəssisənin rəhbəri X58 işdən çıxmaq istəyini bildirdikdə sonuncu Təqsirləndirilən şəxs1 gödəkcəsinin altında gizlədilmiş əşyanın olmasını görüb maraqlanarkən həmin əşyanın 9 mm kalibrli “BLOW TR 92D” modelli səs-siqnal tapançası olmasını aşkar edərək müəssisənin digər əməkdaşlarının köməyi ilə Təqsirləndirilən şəxs1 tərksilah edib saxlamaqla bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişdir. Hadisədən X92 isə əvvəlcə Təqsirləndirilən şəxs1 yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozuna qayıdacağını zənn edərək sonuncunun yaşadığı ünvanın yaxınlığına gəlib təxminən yarım saat gözlədikdən sonra istifadəsində olan “Opel Vectra” markalı avtomobili Binə qəsəbəsində tanımadığı yaşayış evlərinin qarşısında saxlayaraq, habelə cinayətin izlərini itirmək məqsədi ilə avtomobilin üzərindəki **-BC-*** qeydiyyat nişanını çıxarıb **-OH-*** dövlət qeydiyyat nişanı ilə birlikdə avtomobilin içərisinə tullamaqla və avtomobilin özünə aid **-GA-*** dövlət qeydiyyat nişanını özü ilə götürməklə istintaqa məlum olmayan təsadüfi taksi avtomaşını ilə saat 13:30 radələrində qabaqcadan onu, cinayət alətlərini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini yaşadığı ünvanda gizlətməyi vəd vermiş qrup üzvü Təqsirləndirilən şəxs4 yanına - ünvan 11 ünvanına qayıtmış, lakin yolda olarkən Təqsirləndirilən şəxs1 yaxalanacağı halda hüquq mühafizə orqanlarının əməkdaşlarını plan üzrə onların gizlənməli olduqları həmin ünvana gətirə biləcəyi ehtimalını nəzərə alaraq qabaqcadan ümumi razılaşdırılmış gizlənmə planından kənara çıxıb saat 13:27-də “Whatsapp” proqramı vasitəsilə tanışı, cinsi azlıq nümayəndəsi Şahid4 zəng edərək kirayədə yaşadığı ünvan 12 ünvanında gecələmək istəyinin mümkün olub - olmadığını soruşub müsbət cavab aldıqdan sonra ünvan 11 ünvanına daxil olub cinayətin törədilməsində istifadə etdiyi “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini, cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini, həmçinin həmin ünvanda saxladığı “Minta 37” markalı 112033 №-li və Makarov konstruksiyalı PM modelli BK-4016K №-li odlu silah hesab olunan tapançaları, kustar üsulla hazırladıqları 03 ədəd döyüş sursatı hesab edilən patronları, 01 ədəd döyüş sursatı hesab edilən 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomat patronu, çoxlu sayda döyüş sursatı hesab edilməyən 366 TKM kalibrli patronlar, səs-siqnal patronları, ov patronları, qırma və barıt nümunələrini çantaya toplamış, rol bölgüsünə əsasən cinayət törətmiş şəxsi, cinayətin törədilmə alətini, cinayətin izlərini və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini gizlətməyi qabaqcadan vəd verməklə ondan xəbər gözləyən qrupun digər üzvü Təqsirləndirilən şəxs2la əlaqə saxlamış və saat 15:10 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan “BMW X5” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ruhlan İsmayılovun yaşadığı ünvana gəlib sonuncunu avtomobilin çöldən görüntüsü məhdudlaşdırılmış arxa sağ oturacağında əyləşdirərək gizlətməklə çantasındakı odlu silahlar, döyüş sursatları, cinayət yolu ilə ələ keçirilmiş pul vasitələri ilə birlikdə əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirməklə saat 16:10 radələrində ünvan 12 ünvanına gətirmiş və orada gizlənməsinə köməklik göstərmişdir. Həmin tarixdə saat 20:30 radələrində keçirilmiş istintaq - əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olan qrupun üzvü X7 gizləndiyi Səbail rayonu H.Z.Tağıyev küçəsi ev 19 mənzil 2 ünvanında baxış keçirilərkən oradan cinayətin törədilməsində istifadə edilmiş “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngi, cinayət yolu ilə əldə edilmiş 51.005 manat məbləğində pul vəsaitləri, “Minta 37” markalı 112033 №-li və Makarov konstruksiyalı PM modelli BK-4016K №-li odlu silah hesab olunan tapançalar, kustar üsulla hazırlanmış 03 ədəd döyüş sursatı hesab edilən patronlar, 01 ədəd döyüş sursatı hesab edilən 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomat patronu, çoxlu sayda döyüş sursatı hesab edilməyən 366 TKM kalibrli patronlar, səs-siqnal patronları, ov patronları, qırma və barıt nümunələrini aşkar edilərək qanunamüvafiq qaydada götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs3 digər şəxslərlə, o cümlədən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə X29 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib ümumi təhlükəli üsulla, quldurluqla və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsi qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi və qabaqcadan əlbir olan bir qrup şəxs qismində ümumi təhlükəli üsulla, quldurluqla və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar iki zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi, quldurluq, yəni öz qulluq borcunun yerinə yetirən şəxslərə silah tətbiq edib özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlıqları üçün təhlükəli olan zorakılıqla bağlı basqın edərək zərərçəkmiş şəxslərə ağır dərəcəli bədən xəsarətləri yetirməklə onların sağlamlıqlarına ağır zərər vurması, ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etməklə və zədələməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurması cinayətlərinin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla yardım etməklə, habelə cinayət törətmiş şəxsi, cinayətin alətini, cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, həmçinin də cinayət yolu ilə ələ keçirilmiş əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmiş, X29, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq döyüş sursatını əldə etmiş, başqasına vermiş, saxlamış, daşımış və gəzdirmiş, X29 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq döyüş sursatının hazırlanması cinayətinin törədilməsinə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə birlikdə məsləhətlər, göstərişlər və məlumatlar verməklə yardım edib, habelə cinayətin alətini gizlətməyi, eləcə də cinayət yolu ilə ələ keçirilmiş əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz külli miqdarda – 16,823 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla ünvan 25 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs3 04 mart N-cü il tarixdə saat 21:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 23:40-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 04 ədəd şəffaf sellofan bükümdə ayrılıqda çəkiləri 5,016 qram, 3,605 qram, 5,091 qram və 3,111 qram olmaqla, ümumilikdə külli miqdarda 16,823 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 N-cü ilin fevral ayının 10-13 aralığında birlikdə yaşadığı və intim münasibətdə olduğu tanışı X29 ilə birlikdə ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Bravo” hipermarketin içərisində quraşdırılmış “X62” ASC-yə məxsus ATM-ə təxminən 300,000 - 400,000 manat pul vəsaitlərinin yerləşdirilməsinə şahid olmuş və bu barədə Ruhlan İsmayılov tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və sonuncunun dostu Təqsirləndirilən şəxs3 da məlumat verərək birlikdə “X62” ASC-yə məxsus ATM-ə pul yerləşdirilməsinin kasetlə deyil, əllə həyata keçirildiyi üçün bu prosesin daha çox vaxt aparmasını, “X62” ASC-yə məxsus inkassator avtomaşının gəlməsini gözləyərkən hipermarketin qarşısıdakı dayanacaqda avtomobili saxlayıb içərisindən şübhə yaratmadan günlərlə müxtəlif banklara məxsus inkassator avtomaşlarının güdülməsinin, habelə hipermarketin içərisində ətrafda çoxlu sayda insanların davamlı hərəkət etməsi səbəbindən “X62” ASC-yə məxsus inkassatorların hərəkətlərinin diqqət çəkmədən kənardan müşahidə edilməsinin mümkünlüyü və sair kimi əlverişli məqamları, Təqsirləndirilən şəxs4 həmin ATM-ə basqın təşkil edəcəkləri halda nəticəsinin uğurlu olacağı barədə verdiyi həvəsləndirici məlumatları nəzərə alaraq müzakirələr aparıb, o cümlədən basqın zamanı atəş açacaqları halda güllələrin ətrafda olan sıx insan kütləsinə, hipermarketə və quraşdırılmış digər banklara məxsus ATM-lərə dəyərək müxtəlif insan tələfatına, əmlakın zədələnməsi və ya məhv olmasına səbəb ola biləcəyindən ibarət ictimai təhlükəli nəticələri qabaqcadan dərk edib, əslində bu kimi ciddi ajiotaj yaranacağı halda onların hadisə yerindən maneəsiz qaçışlarına müsbət təsir edəcəyini öz aralarında birgə müzakirə edib şüurlu surətdə buna yol verməklə 14 fevral Ncü il tarixdə ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Bravo” hipermarketin içərisində quraşdırılmış “X62” ASC-yə məxsus ATM-ə pul vəsaitlərini yerləşdirən inkassatorları üzərlərində gəzdirdikləri odlu silahlarla atəş açıb qəsdən öldürərək külli miqdarda özgə (Bankın) əmlakını basqın etməklə ələ keçirmək barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə qeyd olunan cinayətlərin törədilməsində X45 Qudrətova kömək edəcəklərini vəd etmişlər. Qrup üzvlərinin hamısının ümumi razılığı əsasında rol bölgüsünə uyğun olaraq cinayətin bilavasitə Ruhlan İsmayılov və Təqsirləndirilən şəxs1 tərəfindən törədiləcəyi, Təqsirləndirilən şəxs4 onları daim yeni motivəedici məlumatlarla cinayətə hazırlıq və icrası zamanı qarşıya çıxacaq maneələri aşkar edib qrup üzvlərinə məlumat verməsi, odlu silahın, cinayət törətmiş şəxslərin gizlənməsini təmin etməsi, Təqsirləndirilən şəxs3 hadisədən dərhal sonra sosial şəbəkələrdə yayılan xəbərlər barədə, eləcə də hüquqmühafiz orqanlarının planları, hansı ərazilərdə axtarışlar aparmaları, araşdırmanın hansı istiqamətdə aparılması və sair bu kimi məlumatları toplamaqla Təqsirləndirilən şəxs1 və Ruhlan İsmayılova ötürərək onların gizlənmələrinə, bu üsulla hadisə yerindən qaçışlarına kömək etməli, basqında iz qoymamaq və cinayətin izlərini məhv etmək məqsədi ilə hadisə yerindən qaçmaq üçün istifadəsi nəzərdə tutulmuş Ruhlan İsmayılovun “Opel Vectra” markalı avtomobilinin ban nömrələrinin silinməsi, kapotunun açılmaması üçün kilidinin sıradan çıxarılması, dövlət qeydiyyat nişanlarını çıxarıb üzəriX122un basqından xəbərsiz olan tanışı Şahid1 aldığı **-BC-*** dövlət qeydiyyat nişanının bağlanılması, basqından sonra X44 Qudrətovla birlikdə həmin avtomobillə hadisə yerindən uzaqlaşaraq ikinci təyinat nöqtəsində saxlayacaqları ikinci avtomobil və üzərinə bağlamaq üçün ikinci saxta qeydiyyat nömrə nişanı əldə etməyi, bir neçə gün avtomobil elan saytlarında axtarış etmələrinə baxmayaraq ikinci əlverişli avtomobil əldə edə bilmədikdə isə X44 Qudrətovla birlikdə “Opel Vectra” markalı avtomobillə hadisə yerindən əvvəlcə ikinci təyinat nöqtəsinə, orada avtomobilin üzərindəki **-BC-*** qeydiyyat nişanını çıxarıb yerinə ikinci saxta qeydiyyat nişanı bağladıqdan sonra bu yolla Təhlükəsiz Şəhər kameralarından gizlənməklə birbaşa qabaqcadan təyin etdikləri Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsinə gedən istiqamətdə Dəmiryolçular küçəsindən təxminən 1,5 kilometr içəridə kimsəsiz əraziyə getməyi, orada avtomobili yandırıb cinayətin izlərini məhv etdikdən sonra silahlar və cinayət yolu ilə əldə etdikləri pullarla birlikdə Binə qəsəbəsi istiqamətdə piyada hərəkət edərək yoldan keçən hər hansı təsadüfi taksi ilə Təqsirləndirilən şəxs4 olduğu Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanına getməyi, bundan sonra cinayət yolu ilə əldə etdikləri pul vəsaitlərinin şifrələri “X62” ASC tərəfindən bilindiyinə görə həmin pulların dövriyyədə istifadə olunacağı halda ifşa olunmalarından ehtiyat etdikləri üçün Ruhlan İsmayılovun hadisədən sonra şəhərdə şübhə yaratmadan hərəkət edə bilməsi və cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini içərisində gizlədib daşıyaraq özünün tanıdığı istintaqa məlum olmayan əlaqələri vasitəsilə konvertasiya edə bilməsi məqsədi ilə Təqsirləndirilən şəxs2 eyni ünvana gələrək “BMW X5” markalı avtomobilini onların istifadəsinə verməyi, Təqsirləndirilən şəxs4 bir neçə gün həmin ünvanda X45 Qudrətovu, cinayət alətlərini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini gizlətməyi, hadisədən bir neçə gün sonra Qəbələ rayonuna gedərək orada gizlənmələri üçün Təqsirləndirilən şəxs2 öz adına lakin dəyəri cinayət yolu ilə əldə olunmuş vəsait hesabına ödənilməklə “Mercedes Benz E class” markalı avtomobilin satın alınmasını təşkil etməsi, əldə etdikləri vəsaitin Ruhlan İsmayılov və Təqsirləndirilən şəxs1 arasında bərabər bölünməsi, X73 Məmmədova etdiyi köməyə görə əldə olunacaq pul vəsaitlərinin məbləğindən asılı olaraq 10.000 – 20.000 manat arası pul verilməsi, həmçinin planın uğursuzluqla nəticələnmiş ola biləcəyi ehtimalında isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la görüşməsi və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1, cinayətin alətini, cinayətin izlərini gizlətməsi, cinayətin hər iki icraçısının öz mobil telefonlarını məhv edərək Təqsirləndirilən şəxs3 mobil telefonu vasitəsilə biri-biriləri ilə əlaqə yaratmaları barədə ümumi razılıq əldə olunmuşdur. Təqsirləndirilən şəxs4 üçün ələ keçiriləcək pul vəsaitindən hissə nəzərdə tutulmasa da o, Ruhlan İsmayılovun ona külli miqdarda pul vəsaiti ələ keçirdikdən sonra birlikdə yaşayıb həmin pulları xərcləyəcəkləri və maddi cəhətdən imkanları artdıqdan sonra cinsi azlığın nümayəndəsi olduğuna görə illər əvvəl ondan üz döndərmiş ailə üzvləri, yaxınlarının peşman olub onun ayağına gələcəkləri barədə vədlərini özünü “həyatda sındırılmış” kimi hiss etdiyi üçün qisas almağa fürsət kimi qiymətləndirmiş və Ruhlan İsmayılovun qrupa qoşulmaq barədə dəvətini qəbul etmişdir. Silahlı basqın cinayətində Ruhlan İsmayılovun istifadə etməsi məqsədi ilə 16 fevral N-cü il tarixdə sonuncu Təqsirləndirilən şəxs1la birlikdə ünvan 6 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus ov dükanına gedərək Təqsirləndirilən şəxs1 müraciəti əsasında onun adına 575 №-li şəhadətnamə ilə sənədləşdirilmiş, lakin 3600 manat dəyəri Ruhlan İsmayılovun özü tərəfindən ödənilmiş 01 ədəd 366 TKM kalibrli Kalaşnikov konstruksiyalı “AKS-366 Lankaster 03” modelli, “17VCO-7696” №-li sürgülü yivsiz ov tüfəngi və onun 100 ədəd döyüş sursatı hesab edilməyən 366 TKM (9,5 mm) kalibrli ştat patronlarını əldə etmişlər. Növbəti günlərdə ümumi razılaşdırılmış plana uyğun olaraq silahlı basqın cinayətində Təqsirləndirilən şəxs1 tərəfindən istifadə edilməsi planlaşdırılmış odlu silah hesab edilməyən Türkiyə istehsallı 9 mm kalibrli “BLOW TR 92D” modelli, №-si silinmiş səssiqnal tapançasından açılan atəşin ölümcül olması, yəni canlı hədəfi məhv etmək qabiliyyətinə malik olması məqsədi ilə qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məsləhət, məlumatlarından ibarət köməkçilikləri əsasında X105 Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək birlikdə sonuncunun işlədiyi Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən “3-cü mikrorayon bazarı” adlandırılan yerdə yerləşən motosiklet təmir sexində, həmin sexdə istifadəsi nəzərdə tutulmuş elektrik mişarından istifadə etməklə qeyd olunan tapançadan atəş üçün nəzərdə tutulmuş və təyinatı idman məşqlərində səsli siqnal vermək olduğuna görə döyüş sursatı hesab edilməyən 15 ədəd səs - siqnal patronunun gilizlərinin daxilinə kustar üsulla barıt komponenti və uc hissəsinə isə 6,82 mm diametrli yumru formalı, kustar üsulla düzəldilmiş metal güllə yerləşdirərək ilkin təyinatını dəyişdirib 15 ədəd döyüş sursatı hesab edilən patron hazırlamışlar. Bundan sonra qrup üzvləri X74 Məmmədov birlikdə hazırladıqları döyüş sursatı hesab edilən patronları əldə edib biri – birinə verərək üzərilərində gəzdirməklə qısa müddət təmir sexində saxladıqdan X92 istifadəsində olmuş “Opel Vectra” markalı **-GA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə həmin patronları yaşadığı ünvan 8 ünvanda qrupun digər üzvü Təqsirləndirilən şəxs4la birlikdə döyüş sursatı hesab edilən patronları əldə edib biri – birinə verərək saxlamışlar. Plana əsasən, 19 fevral N-cü il tarixdə saat 20 radələrində Ruhlan İsmayılov qrupun üzvü Təqsirləndirilən şəxs1la məsləhətləşərək basqında iz qoymamaq və cinayətin izlərini məhv etmək məqsədi ilə hadisə yerindən qaçmaq üçün istifadəsi nəzərdə tutulmuş “Opel Vectra” markalı avtomobili ban nömrələrini silmək üçün qrupun digər üzvü Təqsirləndirilən şəxs2 işlədiyi motosiklet təmir sexinə aparmış, Təqsirləndirilən şəxs2 işlətdiyi sexi və oradakı elektrik mişarını Ruhlan İsmayılovun istifadəsinə verməklə, həmçinin cinayətdən xəbərsiz olan qardaşı Şahid16 Ruhlan İsmayılova kömək etməsini tapşırmaqla cinayətkar plan üzrə basqında istifadəsi nəzərdə tutulmuş avtomobilin ban nömrələrinin Ruhlan İsmayılov tərəfindən silinməsinə köməklik etmiş, Ruhlan İsmayılov isə avtomobilin ban nömrələrini kəsərək silmişdir. Bundan sonra plana uyğun olaraq, 25 fevral N-cü il tarixdə saat 02:30 radələrindən saat 05:30 radələrinə qədər qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məsləhət, məlumatları əsasında Ruhlan İsmayılov qrupun digər üzvü Təqsirləndirilən şəxs2la Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” biznes mərkəzinin yanında görüşərək birlikdə cinayətin törədilməsi zamanı istifadə edilməsi planlaşdırılmış ikinci saxta avtomobil qeydiyyat nişanı əldə etmək məqsədilə Bayıl qəsəbəsi boyunca sahibsiz avtomobil axtarmışlar, lakin tapa bilmədikdə Ruhlan İsmayılov bu barədə Təqsirləndirilən şəxs1 bildirib məsləhətləşmiş və Təqsirləndirilən şəxs1 sahibsiz avtomobillərin Bakı kəndlərində ola biləcəyini və həmin yerlərdə axtarmaq lazım olduğunu bildirdiyinə görə X105 Məmmədovla Bayıl qəsəbəsində nömrə axtarışlarını dayandırıb həmin tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1la birlikdə Xəzər rayonu, Qala qəsəbəsində axtarışa başlayaraq etibarnamə ilə Şahid18 məxsus olan “Mercedes Benz 190” markalı avtomobilin mühərriki “Stansiya Qala” adlanan ərazidəki avtomobil təmir sexinin içərisinə yerləşdirilib təmir edildiyi üçün avtomobilin özünün sexin kənarında nəzarətsiz qaldığını müşahidə edərək üzərindəki **-OH-*** dövlət qeydiyyat nişanını gecə vaxtı qaranlıq hava şəraitində talamağa qərar vermiş və bu məqsədlə Ruhlan İsmayılov 26 fevral N-cü il tarixdə saat 01 radələrində həmin sexin kənarında dayanmış “Mercedes Benz 190” markalı avtomobilin üzərindəki **-OH-*** dövlət qeydiyyat nişanını açaraq ələ keçirmişdir. Plan üzrə hazırlıq hərəkətləri tamamlandıqdan sonra 26 fevral N-cü il tarixdə saat 12 radələrində X63 Qudrətovla birlikdə “Opel Vectra” markalı avtomobilin üzərindəki **-GA-*** dövlət qeydiyyat nişanını çıxarıb yerinə **-BC-*** qeydiyyat nişanını bağlayara avtomobili birbaşa ünvan 7 ünvanında yerləşən “Bravo” hipermarketin qarşısındakı dayanacağa gətirib dayandırmış və hər gün eyni qaydada başlarına papaq (dimdikli) qoyub sifətlərinə tibbi maska taxaraq şəxsiyyətlərini mümkün qədər gizlətməklə, Ruhlan İsmayılov “AKS- 366 Lankaster 03” modelli yivsiz ov tüfəngi ilə, Təqsirləndirilən şəxs1 isə Ruhlan İsmayılovun ona verdiyi sandıqçasında 12 ədəd döyüş sursatı hesab edilən patron yerləşdirilmiş “BLOW TR 92D” modelli səs-siqnal tapançası ilə silahlanaraq davamlı olaraq ATM-lərin quraşdırıldığı otağa açılan hipermarketin əsas girişini müşahidə etməklə, o cümlədən də özlərinə mövqe seçməklə, hadisəni törətdikdən sonra daha rahat hərəkət etmələri üçün daha detallı üsullar hazırlamaqla 04 mart N-cü il tarixə kimi cinayətkar basqını törətmək üçün “X62” ASC-yə məxsus inkassatorların gəlməsini və əlverişli məqamı gözləməyə başlamışlar. Bununla həm də, Ruhlan İsmayılov və Təqsirləndirilən şəxs1 təkrarən qanunsuz olaraq döyüş sursatı hesab edilən patronları əldə edib hipermarketin ərazisində üzərilərində gəzdirməklə daşıyıb, hipermarketin dayanacağında dayandırdıqları “Opel Vectra” markalı avtomobilin içərisində saxlayaraq biri - birinə vermişlər. Müşahidə yerində giriş – çıxışlar, insanların hərəkətini nəzərə almaqla X45 Qudrətovun birgə tərtib etdikləri bilavasitə cinayətin icra prosesinə yönəlmiş plana əsasən, basqın zamanı Təqsirləndirilən şəxs1 hipermarketin ATM-lərin quraşdırıldığı otağın giriş qapısından daxil olduqdan sonra həmin hissədə mövqe tutub inkassator - sürücünün gəlməsini gözləməli, gəldiyi halda isə atəş açıb onu qəsdən öldürməli, Ruhlan İsmayılov isə giriş qapısından daxil olduqdan sonra ikinci şüşəli qapının yaxınlığında mövqe tutub inkassator – mühafizəçini “banka məxsus nağd pul vəsaitlərinin silahlı mühafizəsini təşkil etmək”dən ibarət xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar atəş açıb qəsdən öldürməli, bundan sonra inkassator - kassiri məcbur edib bankomatı açdıraraq həm kasetlərdə olan pulları, həm də inkassatorların özləri ilə gətirdikləri pulları ələ keçirdikdən sonra atəş açıb inkassator-kassiri öldürməli olmuşlar. İnkassator avtomaşının gəlməsini gözlədikləri dövrdə X65 İbrahimovun istifadəsində olan X25 məxsus **********9 saylı virtual mobil nömrə üzərindən qeydiyyatdan keçmiş “WhatsApp” proqramı vasitəsilə mütəmadi əlaqə saxlayaraq güdmə prosesində qarşıya çıxan hər xırda məsələ ilə bağlı Təqsirləndirilən şəxs4 məlumatlandırıb məsləhət verməsini xahiş etmiş və cinayətkar plan üzrə növbəti addımını Təqsirləndirilən şəxs4 verdiyi məlumat və məsləhətlərinə uyğun seçmişdir. Təqsirləndirilən şəxs4 müəyyən məlumatları Ruhlan İsmayılova söyləməklə sonuncuda cinayəti törətməyə motivasiya yaratmış, habelə bilavasitə güdmə prosesində Ruhlan İsmayılova nə zaman silahlı hücum etməsi, hansı halda daha uğurlu olacağı və daha çox pul ələ keçirə biləcəkləri kimi məsləhətlər vermişdir. 04 mart N-cü il tarixdə saat 09:33-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı X21 idarə etdiyi “Toyota Prius” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını ilə əvvəlcə Bakı şəhəri, Xətai rayonu ərazisində “Zığ dairəsi” deyilən yerdə Ruhlan İsmayılovla görüşüb birlikdə həmin taksi avtomaşını ilə ünvan 7 ünvanında yerləşən “Bravo” hipermarketin qarşısına gəlmiş, plana uyğun olaraq Təqsirləndirilən şəxs1 9 mm kalibrli “BLOW TR 92D” modelli səs-siqnal tapançasını əynində olan qara rəngli gödəkcənin, Ruhlan İsmayılov isə “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini əynində olan göy rəngli uzun gödəkcənin altında gizlətməklə, həmçinin başlarına papaq (dimdikli) qoyub sifətlərinə tibbi maska taxaraq şəxsiyyətlərini mümkün qədər gizlətməklə “X62” ASC-yə məxsus inkassatorların gəlməsini gözləmişlər. Plana uyğun olaraq həmin gün saat 10 radələrində Təqsirləndirilən şəxs1 “WhatsApp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs3 mövqelərini tutduqları və inkassatorları gözlədikləri barədə məlumat verərək ona ayıq - sayıq olmasını, basqını törədəndən sonra dərhal sosial şəbəkələrdə hadisə barədə, xüsusilə də onların ifşa olunub-olunmamaları, hüquq-mühafizə orqanlarının mümkün istiqamətləri barədə xəbərləri izləyib ona məlumat ötürməsini tapşırmış, Təqsirləndirilən şəxs3 isə plan üzrə rol bölgüsünə əsasən ona tapşırılmış həmin köməkçi hərəkətlərin icrası barədə tapşırığı qəbul etmişdir. Həmin gün saat 12:15 radələrində “X62” ASC-yə məxsus “X119” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı zirehli avtomaşının gələrək hipermarketin qarşısında dayandığını, avtomobildə olan “X62” ASC-nin Nağd vəsaitlərin idarə edilməsi şöbəsinin Mərkəzi xəzinə bölməsinin baş inkassator - kassiri xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-nin əməkdaşı, inkassator - mühafizəçi xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Sahib oğlunun avtomobildən enərək əllərində pulla dolu çanta ilə hipermarketə daxil olduqlarını görüb tərtib olunmuş planın icrası ilə əlaqədar əvvəlcə Təqsirləndirilən şəxs1, onun ardınca isə Ruhlan İsmayılov avtomobildən enib üzərlərində qeyd olunan silahları gəzdirməklə hipermarketə əsas girişdən daxil olaraq qabaqcadan seçilmiş mövqelərini tutmuşlar. Bu zaman Zərərçəkmiş şəxs2 hipermarketin əsas giriş qapısından daxildə sol tərəfdə quraşdırılmış “X62” ASC-yə məxsus ATM-in təkrar dövriyyə kasetlərində olan 17.400 ABŞ dolları və 10.395 manat, depozit kasetində isə 6,440 manat və 100 ABŞ dolları pul vəsaitlərini özü ilə gətirdiyi çantanın içərisində olan külli miqdarda, yəni 290.000 manat və 20.000 ABŞ dolları məbləğində pul vəsaitləri ilə əvəz etməyə başlamış, Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2 təhlükəsizliyini təmin etmək məqsədilə onun yaxınlığında dayanıb ətrafın müşahidəsini aparmış, Səhmdar Cəmiyyətdə inkassator - sürücü işləyən Zərərçəkmiş şəxs3 isə təlimata uyğun olaraq ona təhkim edilmiş “X119” markalı avtomobildə mağazanın qarşısında Samir Şeydayevi və Zərərçəkmiş şəxs1 gözləmişdir. Plana əsasən hər biri öz mövqeyini tutduqdan sonra razılaşdıqları kimi əvvəlcə Ruhlan İsmayılov inkassator - mühafizəçini öldürmək məqsədilə əynindəki gödəkçənin altında gizlətdiyi “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini çıxarıb atəş üçün hazır vəziyyətə gətirən anda mühafizəçinin artıq bunu görüb duyuq düşdüyünü başa düşərək dərhal başı ilə inkassator - mühafizəçiyə atəş açması üçün öz mövqeyində gözləyən Təqsirləndirilən şəxs1 işarə vermiş, Təqsirləndirilən şəxs1 saat 12:17-də əynindəki gödəkcənin altında gizlətdiyi 9 mm kalibrli “BLOW TR 92D” modelli səs-siqnal tapançasını çıxarıb silah tətbiq etməklə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə öz qulluq borcunun yerinə yetirən zərərçəkmiş şəxslərin həyatı və sağlamlıqları üçün təhlükəli olan zorakılıqla bağlı basqın edib mühafizəni təmin edən Zərərçəkmiş şəxs1 arxadan yaxınlaşaraq tapancanı sonuncunun baş nahiyyəsinə tuşlayaraq onu xidməti vəzifəsini yerinə yetirməsi və quldurluqla əlaqədar, eləcə də girişçıxışda və ATM bankomatların qarşısında müxtəlif xidmətlərdən istifadə edən çoxsaylı şəxslərin olmasına əhəmiyyət vermədənümumi təhlükəli üsulla qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək məqsədilə bir dəfə atəş açmış, lakin Zərərçəkmiş şəxs1 bir qədər kənara çəkilməsi səbəbi ilə güllənin hədəfdən yayınaraq qarşıda quraşdırılmış "xxxx" ASC-yə məxsus ATM-in monitoruna dəyməsi, növbəti atəşi açmaq istəyərkən silahın tətiyinin ilişdiyini və atəşin açılmadığını, habelə Zərərçəkmiş şəxs1 ona qarşılıq vermək üçün xidməti Makarov konstruksiyalı “PM” modelli AP-3129 №-li tapançasını çıxarmaq istədiyini, Zərərçəkmiş şəxs2 döşəməyə yıxılaraq onun ayaqlarını tutub saxlamağa çalışdığını görüb, əlindəki tapancanın korpusu ilə Zərərçəkmiş şəxs2 sifət nahiyyəsinə bir dəfə zərbə endirərək sonuncuya alt çənə nahiyəsinin səthi əzilmiş yarasından ibarət sağlamlığa zərər vurmayan xəsarət yetirməklə müqavimətini qırıb öz rolunu tamamlamadan hadisə yerindən çölə qaçmağa məcbur olmuşdur. Ümumi cinayətkar niyyətə uyğun olaraq hipermarketin ikinci daxili giriş qapısının yanında dayanmış Ruhlan İsmayılov başlanmış qəsdinin davamı olaraq üzərində gəzdirdiyi “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini hazır vəziyyətə gətirib iki və daha çox şəxsi qəsdən öldürmək məqsədi ilə təxminən 4-5 metr məsafədən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olduğu səmtə tuşlayaraq həmin vaxt ətrafda çoxlu sayda hipermarketə gəlmiş alıcılar, habelə digər şəxslərin olmasına baxmayaraq güllələrin həmin şəxslərə, hipermarketə və quraşdırılmış digər banklara məxsus ATM-lərə dəyərək müxtəlif insan tələfatına, əmlakın zədələnməsi və ya məhv olmasına səbəb ola biləcəyindən ibarət ictimai təhlükəli nəticələri qabaqcadan dərk edib görərək şüurlu surətdə buna yol verməklə ardıcıl olaraq atəşlər açıb Zərərçəkmiş şəxs1 sağlamlığa ağır zərərvurmaya aid ağciyərin və onurğanın travması ilə müşayiət olunan, sol kürək nahiyəsini dəlib keçərək sağ kürək nahiyəsindən çıxan bir ədəd odlu silah yarasından ibarət xəsarətlər yetirməklə sonuncunu qəsdən öldürmüş, Zərərçəkmiş şəxs2 sağlamlığa ağır zərərvurmaya aid sağ ağciyərin aşağı payının zədələnməsi, bilateral travmatik pnevmotoraks, sağ tərəfli Vİİİ-İX qabırğaların sınıqları, İX döş fəqərəsinin sınığı ilə müşayiət olunan döş qəfəsinin dəlib keçən bir ədəd odlu silah yarasından ibarət xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs2 yerdə hərəkətsiz qaldığını görüb öldüyünü zənn etmiş, habelə atəş açdığı güllələr “Bravo” hipermarketin şüşələrinə, alıcılar üçün nəzərdə tutulmuş dolaba, “X62” ASC-yə məxsus ATM-ə dəymiş, bundan sonra isə “X62” ASC-yə məxsus ATM-in qarşısında döşəmə üzərində içərisində 16.835 manat və 20.100 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 34.170 manat) ümumilikdə 51.005 manat məbləğində pul olan çantanı götürüb hipermarketin çölünə qaçaraq ümumi razılaşdırılmış planın davamı olaraq hipermarketin qarşısında inkassator - sürücü Zərərçəkmiş şəxs3 içərisində olduğu “X119” markalı avtomobilə yaxınlaşıb əlindəki “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini sonuncunun oturduğu istiqamətdə tuşlayaraq bir neçə dəfə atəş açmasına baxmayaraq atəşlərdən birinin avtomobilin sağ qabaq qanadına, digərinin isə sağ qabaq qapının metal hissəsindən dəlib girib sürücünün baş nahiyyəsi istiqamətində avtomobilin daxilində sol metal gövdəyə dəyməsi, həmçinin Zərərçəkmiş şəxs3 avtomobili cəld hərəkətə gətirib hadisə yerindən kənarlaşdığına görə öz iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs3 qəsdən öldürə bilməyib tutulacağından ehtiyatlandığı üçün “Opel Vectra” minik markalı avtomobilinə əyləşməklə həmin maşınla, Təqsirləndirilən şəxs1 isə saat 12:23-də “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı Şahid20 idarə etdiyi “Mercedez Benz E 220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşı ilə “Koroğlu” metrostansiyasına, oradan isə istintaqa məlum olmayan “manatlıq” adlandırılan təsadüfi taksi avtomaşını ilə hadisə yerindən uzaqlaşmışlar. Qeyd olunan hadisə nəticəsində Ruhlan İsmayılovun atəş açdığı güllələrin Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Bravo” hipermarketin şüşələrinə dəyərək sındırıb məhv etməsi və alıcılar üçün nəzərdə tutulmuş dolaba dəyərək zədələməsi nəticəsində şirkətə 12.556 manat, “X62” ASC-yə məxsus ATM-ə və “X119” markalı avtomobilə dəyərək zədələməsi nəticəsində banka müvafiq olaraq 2.500 manat və 1.690 manat, cəmi 4.190 manat, həmçinin Təqsirləndirilən şəxs1ov atəş açdığı güllənin "xxxx" ASC-yə məxsus ATM-in monitoruna dəyərək zədələməsi nəticəsində banka 1.670 manat olmaqla, ümumilikdə 18.416 manat məbləğində qəsdən maddi ziyan vurulmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs1 yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə qayıtmış, Təqsirləndirilən şəxs3 sosial şəbəkələrdə hadisə barədə yayılmış məlumatlarla tanış olaraq bu barədə saat 14:37-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə çağırış etmiş, saat 14:41-də isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 zəng edərək plan üzrə gizlənmək və cinayətin izlərini gizlətmək məqsədi ilə onunla görüşməyə gələcəyini bildirib saat 14:58-də “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı X22 idarə etdiyi “Opel Astra” markalı, **- EF-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını ilə tanışı Səbuhi Qubanovun kuryer kimi işlədiyi Suraxanı rayonu Zığ şosesi ilə İlham Şükürov küçələrinin kəsişməsində yerləşən “Döneritto” adlı restoranın qarşısına gedərək Təqsirləndirilən şəxs3la görüşüb birlikdə “Bravo” hipermarketdə törədilmiş silahlı basqın barədə sosial şəbəkələrdə yayılmış xəbərlərlə tanış olaraq müzakirə aparmışlar. Həmçinin gödəkçəsinin altında gizlətdiyi “BLOW TR 92D” modelli səs-siqnal tapançasını içərisindəki döyüş sursatı hesab edilən 11 ədəd patronla birlikdə Təqsirləndirilən şəxs3 nümayiş etdirərək hadisə vaxtı həmin silahdan növbəti atəşin açılmadığını, gilizin silahın içərisində qalmış ola biləcəyini bildirib Təqsirləndirilən şəxs3 tapancanın içərisindəki gilizi çıxarmaq, sonra isə cinayətin izlərini məhv etmək məqsədi ilə mobil telefonunu sındırmaq üçün onu kimsəsiz bir yerə aparmasını xahiş etmişdir. Əvvəlcədən hazırlanmış tərtibə uyğun olaraq, köməklik göstərmədə ifadə olunan, yəni cinayəti törətmiş şəxsi və cinayətin alətini, cinayətin izlərini gizlətməyi qabaqcadan vəd vermiş Təqsirləndirilən şəxs3 vədinə uyğun olaraq kömək etmək məqsədi ilə Təqsirləndirilən şəxs1la birlikdə istifadəsində olan mopedlə “BLOW TR 92D” modelli səs-siqnal tapançasını, döyüş sursatı hesab edilən 11 ədəd patronu təxminən 3 kilometr aralıda yerləşən “Tatar qəbiristanlığı”na daşımış və orada onun ətrafı müşahidə altında saxlaması ilə Təqsirləndirilən şəxs1 tapancanın içərisində ilişmiş gilizi çıxarmağa çalışsa da bacarmamış, daha sonra Təqsirləndirilən şəxs1la birlikdə istifadəsində olan mopedlə döyüş sursatı hesab edilən patronları ünvan 10 ünvansız fərdi yaşayış evinin qarşısına daşımış və orada onun ətrafı müşahidə altında saxlaması ilə Təqsirləndirilən şəxs1 cinayətin izlərini məhv etmək məqsədi ilə istifadəsində olmuş “Xiomi Redmi” markalı mobil telefon cihazını, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini daş parçası ilə əzərək sındırdıqdan sonra birlikdə döyüş sursatı hesab edilən patronları Suraxanı rayonu Zığ şosesi ilə İlham Şükürov küçələrinin kəsişməsində yerləşən “Döneritto” adlı restoranın qarşısına daşımışlar. Plana uyğun olaraq Ruhlan İsmayılov istifadəsində olmuş mobil telefonu məhv edib cinayət barədə qabaqcadan məlumatı olmayan tanışı Şahid4 müvəqqəti istifadə üçün əldə etdiyi “Samsung A10” markalı mobil telefonda saat 18:01-də “WhatsApp” proqramını aktivləşdirmiş və qrupun digər üzvü Təqsirləndirilən şəxs3 ifşa etməmək məqsədi ilə sonuncunun istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəni “.” kimi qeyd edərək saat 18:06-da özünün müvəqqəti istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs3 zəng edib həm Təqsirləndirilən şəxs3, həm də sonuncunun yanında olan Təqsirləndirilən şəxs1la basqından sonrakı ümumi vəziyyəti müzakirə edərək Təqsirləndirilən şəxs1 yaşadığı evə getməməsi və ertəsi gün saat 08:00-da Təqsirləndirilən şəxs3 yaşadığı ünvanın qarşısında üçü birlikdə görüşməkləri barədə ümumi razılığa gəlmişlər. Daha sonra Təqsirləndirilən şəxs3 saat 18:08-də istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “BOLT" mobil tətbiqində taksi sifariş verərək əvvəllər tanımadığı Şahid21 idarə etdiyi “Kia Rio” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını ilə Təqsirləndirilən şəxs1 yola salmışdır. Təqsirləndirilən şəxs1 gizlənərkən şübhə yaratmaması məqsədilə saat 19 radələrində işlədiyi “Gesco” mühafizə şirkətinin Xəzər rayonu, Qala qəsəbəsində yerləşən inzibati binasına gedib müəssisənin rəhbəri X58 işdən çıxmaq istəyini bildirdikdə sonuncu Təqsirləndirilən şəxs1 gödəkcəsinin altında gizlədilmiş əşyanın olmasını görüb maraqlanarkən həmin əşyanın 9 mm kalibrli “BLOW TR 92D” modelli səs-siqnal tapançası olmasını aşkar edərək müəssisənin digər əməkdaşlarının köməyi ilə Təqsirləndirilən şəxs1 tərksilah edib saxlamaqla bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişdir. Hadisədən X92 isə əvvəlcə Təqsirləndirilən şəxs1 yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozuna qayıdacağını zənn edərək sonuncunun yaşadığı ünvanın yaxınlığına gəlib təxminən yarım saat gözlədikdən sonra istifadəsində olan “Opel Vectra” markalı avtomobili Binə qəsəbəsində tanımadığı yaşayış evlərinin qarşısında saxlayaraq, habelə cinayətin izlərini itirmək məqsədi ilə avtomobilin üzərindəki **-BC-*** qeydiyyat nişanını çıxarıb **-OH-*** dövlət qeydiyyat nişanı ilə birlikdə avtomobilin içərisinə tullamaqla və avtomobilin özünə aid **-GA-*** dövlət qeydiyyat nişanını özü ilə götürməklə istintaqa məlum olmayan təsadüfi taksi avtomaşını ilə saat 13:30 radələrində qabaqcadan onu, cinayət alətlərini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini yaşadığı ünvanda gizlətməyi vəd vermiş qrup üzvü Təqsirləndirilən şəxs4 yanına - ünvan 11 ünvanına qayıtmış, lakin yolda olarkən Təqsirləndirilən şəxs1 yaxalanacağı halda hüquq mühafizə orqanlarının əməkdaşlarını plan üzrə onların gizlənməli olduqları həmin ünvana gətirə biləcəyi ehtimalını nəzərə alaraq qabaqcadan ümumi razılaşdırılmış gizlənmə planından kənara çıxıb saat 13:27-də “Whatsapp” proqramı vasitəsilə tanışı, cinsi azlıq nümayəndəsi Şahid4 zəng edərək kirayədə yaşadığı ünvan 12 ünvanında gecələmək istəyinin mümkün olub - olmadığını soruşub müsbət cavab aldıqdan sonra ünvan 11 ünvanına daxil olub cinayətin törədilməsində istifadə etdiyi “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngini, cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini, həmçinin həmin ünvanda saxladığı “Minta 37” markalı 112033 №-li və Makarov konstruksiyalı PM modelli BK-4016K №-li odlu silah hesab olunan tapançaları, kustar üsulla hazırladıqları 03 ədəd döyüş sursatı hesab edilən patronları, 01 ədəd döyüş sursatı hesab edilən 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomat patronu, çoxlu sayda döyüş sursatı hesab edilməyən 366 TKM kalibrli patronlar, səs-siqnal patronları, ov patronları, qırma və barıt nümunələrini çantaya toplamış, rol bölgüsünə əsasən cinayət törətmiş şəxsi, cinayətin törədilmə alətini, cinayətin izlərini və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini gizlətməyi qabaqcadan vəd verməklə ondan xəbər gözləyən qrupun digər üzvü Təqsirləndirilən şəxs2la əlaqə saxlamış və saat 15:10 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan “BMW X5” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ruhlan İsmayılovun yaşadığı ünvana gəlib sonuncunu avtomobilin çöldən görüntüsü məhdudlaşdırılmış arxa sağ oturacağında əyləşdirərək gizlətməklə çantasındakı odlu silahlar, döyüş sursatları, cinayət yolu ilə ələ keçirilmiş pul vasitələri ilə birlikdə əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirməklə saat 16:10 radələrində ünvan 12 ünvanına gətirmiş və orada gizlənməsinə köməklik göstərmişdir. Həmin tarixdə saat 20:30 radələrində keçirilmiş istintaq - əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olan qrupun üzvü X7 gizləndiyi Səbail rayonu H.Z.Tağıyev küçəsi ev 19 mənzil 2 ünvanında baxış keçirilərkən oradan cinayətin törədilməsində istifadə edilmiş “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngi, cinayət yolu ilə əldə edilmiş 51.005 manat məbləğində pul vəsaitləri, “Minta 37” markalı 112033 №-li və Makarov konstruksiyalı PM modelli BK-4016K №-li odlu silah hesab olunan tapançalar, kustar üsulla hazırlanmış 03 ədəd döyüş sursatı hesab edilən patronlar, 01 ədəd döyüş sursatı hesab edilən 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomat patronu, çoxlu sayda döyüş sursatı hesab edilməyən 366 TKM kalibrli patronlar, səs-siqnal patronları, ov patronları, qırma və barıt nümunələrini aşkar edilərək qanunamüvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə edib, saxlayıb, biri-birinə verərək daşımaqla üzərlərində gəzdirmiş, qabaqcadan əlbir olmuş bir qrup şəxsi sövdələşmə və digər üsullarla qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini təmir etməklə hazırlamağa sövq edərək həmin cinayətinin törədilməsində təhrikçi qismində iştirak etmişdir. Belə ki, 30 oktyabr 2022-ci il tarixdə günorta saatlarında dayısı Təqsirləndirilən şəxs6 övladı X29 ilə birlikdə Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndində X13 məxsus olan evin həyətində olarkən Təqsirləndirilən şəxs5 dayısına özündə Macarıstan dövlətində istehsal olunmuş 1937-ci ilin nümunəsi olan 9 mm kalibrli “Minta 37” markalı 112033 №-li odlu silah hesab olunan tapançanın olduğunu, yaşadığı Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndində yerləşən evlərində saxladığını, tapancanın vurucu iynəsinin sındığını bildirib onu təmir etməyi xahiş edərək qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxsi odlu silahı, onun komplekt hissələri olan vurucu iynəsi ilə yayını hazırlamağa və təmir etməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs6 tələbi ilə həmin gün axşam saat 21 radələrində Təqsirləndirilən şəxs5 tapancanı təmir etdirmək niyyəti ilə qanunsuz olaraq saxladığı yerdən - yaşadığı evdən götürüb üzərində gəzdirməklə daşıyıb Adil İsmayılova məxsus evin həyətinə gətirmiş, əvvəlcə Təqsirləndirilən şəxs6, sonuncu isə öz növbəsində oğlu Ruhlan İsmayılova təqdim edərək, silahın təmir üçün yararlı olub-olmamasının müayinəsini aparmasını tapşırmışdır. Ruhlan İsmayılov silahın təmir olunmasının mümkün olmasını bildirdikdən sonra Təqsirləndirilən şəxs5 dayısı Təqsirləndirilən şəxs6 və dayısı X83 həmin odlu silahı təmir etmək məqsədilə ilə əldə edilməsi, gizli yolla Ağcabədi rayonundan Bakı şəhərinə daşımaları, saxlamaları və üzərlərində gəzdirməklə Ruhlan İsmayılovun tanıdığı şəxslərlə birlikdə təmir etməsi barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər. Cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs6 X83 birlikdə Macarıstan dövlətində istehsal olunmuş 1937-ci ilin nümunəsi olan 9 mm kalibrli “Minta 37” markalı 112033 №-li odlu silah hesab olunan tapançanı 30 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs5 qəbul edib təmir etmək niyyəti ilə qanunsuz olaraq əldə etməklə istintaqa məlum olmayan şəraitdə Bakı şəhərinə daşımış, daha sonra həmin silahı Ruhlan İsmayılov kirayədə yaşadığı Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanında saxlamışdır. Ruhlan İsmayılov Ncü ilin yanvar ayının ilk günlərində tanışı Təqsirləndirilən şəxs1 ilə “WhatsApp” proqramı vasitəsi ilə söhbət edərkən, söhbət əsnasında Təqsirləndirilən şəxs5 təhriki əsasında atası Təqsirləndirilən şəxs6 ilə birlikdə sonuncuya məxsus “Minta 37” markalı 112033 №-li odlu silah hesab olunan tapançanın sınmış vurucu iynəsini yenisini hazırlayaraq yerinə qoymaqla məhv etmə xüsusiyyətini tam bərpa etmək barədə razılaşdıqlarını, tapancanı atası Təqsirləndirilən şəxs6la birlikdə Təqsirləndirilən şəxs5 əldə edib daşıyaraq gətirib özünün yaşadığı Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanında saxladığını, yəni qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə cinayətlərində Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşdiklərini bildirmiş, həmçinin Təqsirləndirilən şəxs1 da həmin cinayətin birgə törədilməsi üçün qrupa üzvlüyə daxil olmağı təklif etmiş və N-cü ilin yanvar ayının əvvəllərində həmin odlu silahı qanunsuz olaraq təmir etmək məqsədilə ilə əldə etmək, daşımaq, saxlamaq və üzərlərində gəzdirməklə təmir etmək barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs6 məlumatı və razılığı ilə X63 Qudrətovla birlikdə eyni məqsədlə tapancanı əldə edib biri - birinə verərək üzərlərində gəzdirməklə, özünün istifadəsində olmuş “Opel Vectra” markalı **-GA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə daşımaqla və yaşadığı Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanında saxlamaqla, Təqsirləndirilən şəxs1 xüsusi fəallıq göstərək yaşadığı Binə qəsəbəsində axtarıb tapdığı tornaçı kimi fəaliyyət göstərən Şahid25 tapancanın komplekt hissəsi olmasını gizlədib “Hindistan motosikletinin detalı” kimi təqdim edərək aldadıb vurucu iynəni sifariş etmişdir. Təqsirləndirilən şəxs1 Ruhlan İsmayılovla birlikdə vurucu iynəni N-cü ilin yanvar ayının 21 yaxud 22-sində əldə etməklə həmin tarixdə sonuncunun yaşadığı Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanında yenisi ilə, habelə tapancanın köhnə yayını birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr bazarı” deyilən yerdə istintaqa məlum olmayan mağazadan əldə etdikləri yeni yayla əvəz etmişlər. Ruhlan İsmayılov tapançanı artıq təmir etdiklərini və atəşə yararlı vəziyyətə gətirməklə hazıradıqlarını Təqsirləndirilən şəxs6 bildirmiş, sonuncu isə öz növbəsində təmir dövründə, yəni 2022-ci ilin dekabr – N-cü ilin yanvar ayları ərzində mütəmadi olaraq odlu silahın təmirinin və hazırlanmasının gedişi (vurucu iynənin və yayın yenilənməsi, silahın boyanması və sair) ilə bağlı Ruhlan İsmayılovdan ***-***-**-** saylı nömrə üzərindən qeydiyyatdan keçirdiyi “Whatsapp” mobil telefon tətbiqi vasitəsilə əldə etdiyi məlumatları, habelə təmirin gedişini əks etdirən fotoşəkilləri Təqsirləndirilən şəxs5 və sonuncunun da təmir müqabilində tələb edəcəyi “xidmət haqqı”nı verməyə hazır olması barədə vədlərini Ruhlan İsmayılova ötürmüş, həmçinin silahı tam hazır vəziyyətə gətirmək üçün vurucu iynədən əlavə silahın yayının da dəyişdirilməsinin zəruriliyi barədə və digər məsləhətlərini, göstərişlərini və məlumatlarını həm Ruhlan İsmayılova və sonuncu vasitəsi ilə Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs5 verməklə, eləcə də odlu silahın təmirdən sonra əldə edilməsi, təhvil verilənədək ona sahiblik və istifadə edilməsi ilə bağlı məlumatları çatdırmışdır. 22 və 23 yanvar N-cü il tarixlərdə Ruhlan İsmayılov odlu silahı komplekt hissələri ilə birlikdə saxladığı Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanında sürtmə üsulla paslanmış hissələrini təmizləyib qara rənglə boyayaraq silaha yeni görkəm vermiş, bundan sonra Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən kimsəsiz çöllük sahəyə gəlib silahın sazlığını yoxlamaq məqsədilə içərisinə bir ədəd döyüş sursatı hesab edilməyən səs-siqnal patronunu yerləşdirib atəş açmış, odlu silahın yaralı olduğunu görüb bu barədə atası Təqsirləndirilən şəxs6 məlumat vermişdir. Təqsirləndirilən şəxs6 isə bu barədə 24 yanvar N-cü il tarixdə “Whatsapp” mobil telefon tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs5 məlumatlandırdıqdan X92un tapancanı Ağcabədi rayonuna səfər edəcəyi vaxt özü ilə aparıb şəxsən Təqsirləndirilən şəxs5 təhvil verəcəyini bildirmişdir. Lakin Ruhlan İsmayılov odlu silah olan tapançanı 04 mart N-cü il tarixədək özündə saxlamaqla Təqsirləndirilən şəxs5 çatdıra bilməmiş və 04 mart N-cü il tarixdə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı Ruhlan İsmayılovun gizləndiyi Bakı şəhəri Səbail rayonu X64 küçəsi bina 19 mənzil 2 ünvanında baxış keçirilərkən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs5 digər şəxslərlə, o cümlədən X29, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə edib, saxlayıb, biri-birinə verərək daşımaqla üzərlərində gəzdirmiş, sövdələşmə və digər üsullarla X29 ilə Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib Təqsirləndirilən şəxs6 köməkçiliyi ilə qanunsuz olaraq odlu silahı və onun komplekt hissəsini təmir etməklə hazırlaması cinayətinin törədilməsinə sövq edərək həmin cinayətinin törədilməsində təhrikçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs6 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə edib, saxlayıb, biri-birinə verərək daşımaqla üzərlərində gəzdirmiş, qabaqcadan əlbir olan bir qrup şəxsin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini təmir etməklə hazırlaması cinayətinin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etməklə, habelə cinayətin alətini, cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, həmçinin də cinayət yolu ilə ələ keçirilmiş əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs6 30 oktyabr 2022-ci il tarixdə günorta saatlarında övladı X29 ilə birlikdə Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndində qardaşı X13 məxsus olan evin həyətində olarkən bacısı övladı Təqsirləndirilən şəxs5 ona özündə Macarıstan dövlətində istehsal olunmuş 1937-ci ilin nümunəsi olan 9 mm kalibrli “Minta 37” markalı 112033 №-li odlu silah hesab olunan tapançanın olduğunu, yaşadığı Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndində yerləşən evlərində saxladığını, tapancanın vurucu iynəsinin sındığını bildirərək onu təmir etməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs6 tələbi ilə həmin gün axşam saat 21 radələrində Təqsirləndirilən şəxs5 tapancanı təmir etdirmək niyyəti ilə qanunsuz olaraq saxladığı yerdən - yaşadığı evdən götürüb üzərində gəzdirməklə daşıyıb Adil İsmayılova məxsus evin həyətinə gətirmiş, əvvəlcə Təqsirləndirilən şəxs6, sonuncu isə öz növbəsində oğlu Ruhlan İsmayılova təqdim edərək, silahın təmir üçün yararlı olubolmamasının müayinəsini aparmasını tapşırmışdır. Ruhlan İsmayılov silahın təmir olunmasının mümkün olmasını bildirdikdən sonra Təqsirləndirilən şəxs6 övladı Ruhlan İsmayılov və bacısı oğlu Təqsirləndirilən şəxs5la həmin odlu silahı təmir etmək məqsədilə ilə əldə edilməsi, gizli yolla Ağcabədi rayonundan Bakı şəhərinə daşımaları, saxlamaları və üzərlərində gəzdirməklə Ruhlan İsmayılovun tanıdığı şəxslərlə birlikdə təmir etməsi barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər. Cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs6 X83 birlikdə Macarıstan dövlətində istehsal olunmuş 1937-ci ilin nümunəsi olan 9 mm kalibrli “Minta 37” markalı 112033 №-li odlu silah hesab olunan tapançanı 30 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs5 qəbul edib təmir etmək niyyəti ilə qanunsuz olaraq əldə etməklə istintaqa məlum olmayan şəraitdə Bakı şəhərinə daşımış, daha sonra həmin silahı Ruhlan İsmayılov kirayədə yaşadığı Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanında saxlamışdır. Ruhlan İsmayılov N-cü ilin yanvar ayının ilk günlərində tanışı Təqsirləndirilən şəxs1 ilə “WhatsApp” proqramı vasitəsi ilə söhbət edərkən, söhbət əsnasında atası Təqsirləndirilən şəxs6 ilə birlikdə qohumu Təqsirləndirilən şəxs5 təhriki əsasında sonuncuya məxsus “Minta 37” markalı 112033 №-li odlu silah hesab olunan tapançanın sınmış vurucu iynəsini yenisini hazırlayaraq yerinə qoymaqla məhv etmə xüsusiyyətini tam bərpa etmək barədə razılaşdıqlarını, tapancanı atası Təqsirləndirilən şəxs6la birlikdə Təqsirləndirilən şəxs5 əldə edib daşıyaraq gətirib özünün yaşadığı Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanında saxladığını, yəni qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə cinayətlərində Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşdiklərini bildirmiş, həmçinin Təqsirləndirilən şəxs1 da həmin cinayətin birgə törədilməsi üçün qrupa üzvlüyə daxil olmağı təklif etmiş və N-cü ilin yanvar ayının əvvəllərində həmin odlu silahı qanunsuz olaraq təmir etmək məqsədilə ilə əldə etmək, daşımaq, saxlamaq və üzərlərində gəzdirməklə təmir etmək barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs6 məlumatı və razılığı ilə X63 Qudrətovla birlikdə eyni məqsədlə tapancanı əldə edib biri - birinə verərək üzərlərində gəzdirməklə, özünün istifadəsində olmuş “Opel Vectra” markalı **-GA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə daşımaqla və yaşadığı Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanında saxlamaqla, Təqsirləndirilən şəxs1 xüsusi fəallıq göstərək yaşadığı Binə qəsəbəsində axtarıb tapdığı tornaçı kimi fəaliyyət göstərən Şahid25 tapancanın komplekt hissəsi olmasını gizlədib “Hindistan motosikletinin detalı” kimi təqdim edərək aldadıb vurucu iynəni sifariş etmişdir. Təqsirləndirilən şəxs1 Ruhlan İsmayılovla birlikdə vurucu iynəni N-cü ilin yanvar ayının 21 yaxud 22-sində əldə etməklə həmin tarixdə sonuncunun yaşadığı Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanında yenisi ilə, habelə tapancanın köhnə yayını birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr bazarı” deyilən yerdə istintaqa məlum olmayan mağazadan əldə etdikləri yeni yayla əvəz etmişlər. Ruhlan İsmayılov tapançanı artıq təmir etdiklərini və atəşə yararlı vəziyyətə gətirməklə hazıradıqlarını Təqsirləndirilən şəxs6 bildirmiş, sonuncu isə öz növbəsində təmir dövründə, yəni 2022-ci ilin dekabr – N-cü ilin yanvar ayları ərzində mütəmadi olaraq odlu silahın təmirinin və hazırlanmasının gedişi (vurucu iynənin və yayın yenilənməsi, silahın boyanması və sair) ilə bağlı Ruhlan İsmayılovdan ***-***-**-** saylı nömrə üzərindən qeydiyyatdan keçirdiyi “Whatsapp” mobil telefon tətbiqi vasitəsilə əldə etdiyi məlumatları, habelə təmirin gedişini əks etdirən fotoşəkilləri Təqsirləndirilən şəxs5 və sonuncunun da təmir müqabilində tələb edəcəyi “xidmət haqqı”nı verməyə hazır olması barədə vədlərini Ruhlan İsmayılova ötürmüş, həmçinin silahı tam hazır vəziyyətə gətirmək üçün vurucu iynədən əlavə silahın yayının da dəyişdirilməsinin zəruriliyi barədə və digər məsləhətlərini, göstərişlərini və məlumatlarını həm Ruhlan İsmayılova və sonuncu vasitəsi ilə Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs5 verməklə, eləcə də odlu silahın təmirdən sonra əldə edilməsi, təhvil verilənədək ona sahiblik və istifadə edilməsi ilə bağlı məlumatları çatdırmışdır. 22 və 23 yanvar N-cü il tarixlərdə Ruhlan İsmayılov odlu silahı komplekt hissələri ilə birlikdə saxladığı Bakı şəhəri Xətai rayonu Hətəm Allahverdiyev küçəsi ev 47/3 ünvanında sürtmə üsulla paslanmış hissələrini təmizləyib qara rənglə boyayaraq silaha yeni görkəm vermiş, bundan sonra Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən kimsəsiz çöllük sahəyə gəlib silahın sazlığını yoxlamaq məqsədilə içərisinə bir ədəd döyüş sursatı hesab edilməyən səs-siqnal patronunu yerləşdirib atəş açmış, odlu silahın yaralı olduğunu görüb bu barədə atası Təqsirləndirilən şəxs6 məlumat vermişdir. Təqsirləndirilən şəxs6 isə bu barədə 24 yanvar N-cü il tarixdə “Whatsapp” mobil telefon tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs5 məlumatlandırdıqdan X92un tapancanı Ağcabədi rayonuna səfər edəcəyi vaxt özü ilə aparıb şəxsən Təqsirləndirilən şəxs5 təhvil verəcəyini bildirmişdir. Lakin Ruhlan İsmayılov odlu silah olan tapançanı 04 mart N-cü il tarixədək özündə saxlamaqla Təqsirləndirilən şəxs5 çatdıra bilməmiş və 04 mart N-cü il tarixdə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı Ruhlan İsmayılovun gizləndiyi Bakı şəhəri Səbail rayonu X64 küçəsi bina 19 mənzil 2 ünvanında baxış keçirilərkən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs6 digər şəxslərlə, o cümlədən X29, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə edib, saxlayıb, biri-birinə verərək daşımaqla üzərlərində gəzdirmiş, Təqsirləndirilən şəxs5 təhrikçiliyi ilə X29 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq odlu silahın və onun komplekt hissəsinin təmir etməklə hazırlanması cinayətinin törədilməsinə məsləhətlər, göstərişlər və məlumatlar verməklə yardım edib, habelə cinayətin alətini gizlətməyi, eləcə də cinayət yolu ilə ələ keçirilmiş əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş itihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hədə-qorxu altında bu cinayəti törətdiyi üçün özünü elan olunmuş ittiham üzrə təqsirli bilmir. 01 yanvar N-cü il tarixdə əsgərlikdən tərxis olunub evə qayıtmışdır. O, 1 həftə sonra peşə liseyində bir yerdə oxuduğu tanışı Ruhlan İsmayılovla görüşmüşdür. Ruhlan İsmayılov ov üçün silah almaq istədiyini, lakin ruhi xəstə kimi X4 3 gün yatılı olaraq müalicə aldığından onun adına silah verilmədiyini demiş və ondan xahiş etmişdir ki, silahı onun adına alsın. O, razılaşmış və onlar ov dükanına getmiş, Ruhlan İsmayılov onun adına 3.600 manatlıq avtomat silah almışdır. Avtomat silahın pulunu Ruhlan İsmayılov ödəmiş və silah Ruhlan İsmayılovda qalmışdır. 2-3 həftə sonra, yəni Ncü ilin fevral ayında Ruhlan İsmayılov ona yaxınlaşıb “Bravo” marketə hücum barədə planından bəhs etmiş və ona köməklik etməyini istəmişdir. O, səhəri gün ona kömək etməyə razılıq vermiş və Ruhlan İsmayılov “Bravo” planını ona danışmışdır. Plana əsasən Ruhlan İsmayılov “Bravo” marketdə mühafizəçi və kassirə atəş açarkən o kassadan 400.000 manat pulu götürəcəkmiş və “Qala” Qəsəbəsinə gedib maşını yandıracaqmışlar, sonra isə Zığ qəsəbəsində Ruhlan İsmayılovun evinə gedəcəkmişlər. O, təxminən 18-20 fevral N-cü il tarixlərində fikrindən dönmüş və Ruhlan İsmayılova bu hücumda iştirak etməyəcəyini bildirmişdir. O, hücumdan çəkindiyi üçün imtina etmək qərarına gəlmişdir. Lakin Ruhlan İsmayılov ona kömək etmədiyi təqdirdə onu öldürməklə və ailəsinə zərər verməklə hədə-qorxu gəlmiş və onun planından məlumatı olduğu üçün ona kömək etmək məcburiyyətində olduğunu demişdir. O, Ruhlan İsmayılovla adətən maşında plandan danışdıqlarından və o onu bir neçə dəfə evinə yola saldığından ünvanını bilirmiş. Buna görə Ruhlan İsmayılov onu və ailəsini öldürməklə ona hədə-qorxu gəlmişdir. Onun ailəsi Binə ərazisində yaşayır, X113 qəsəbəsində yaşayır. O, Hüquq- Mühafizə Orqanlarına məlumat verməkdən qorxurmuş. O, məcburiyyət qarşısında Ruhlan İsmayılova kömək etməyə başlamışdır. Onlar ona görə sırf “Unibank”-a girmişdir ki, yeganə bu bankda çanta vasitəsilə gətirib əl ilə yükləyirlər. Onlar silahları hazır etmişlər. Ncü ilin fevral ayından etibarən “Bravo” marketi izləməyə başlamışlar. Onlar “Bravo” marketə hücuma taksi ilə getmişlər. Kiçik silah Ruhlan İsmayılovun üzərində imiş, lakin avtomat silahı “Bravo” marketin həyətindəki “Opel” markalı maşında saxlayırmışlar. 04 mart N-cü il tarixdə “Unibank”-ın əməkdaşı gəlmişdir. Bu vaxt Ruhlan İsmayılov böyük silahı özünə götürüb balaca silahı ona vermişdir. “Bravo” marketə birinci o, ikinci də Ruhlan İsmayılov daxil olmuşdur. Lakin avtomatı çıxararkən mühafizəçi silahı gördüyündən plan dəyişmiş və Ruhlan İsmayılov başını hərəkət etdirərək ona işarə etmişdir ki, ilk atəşi o çəksin. O, qorxusundan silahı çıxarıb tətiyi iki dəfə dalbadal basıb bilərəkdən mühafizəçiyə yox, göyə atəş açmışdır. İlk atəş ATM-in bankomatına dəymiş, ikinci atəş isə silah tutulduğundan açılmamışdır. X92 atəş açmış və bu zaman o marketdən qaçmış, Ruhlan İsmayılov isə bir nəfəri öldürüb, bir nəfəri yaralayıb pulları götürərək marketdən çıxmışdır. “Bravo” marketə girərkən Ruhlan İsmayılovun ona verdiyi balaca silah səs silahı imiş, səs siqnalı verən silah imiş ki, həmin silah da Ruhlan İsmayılova məxsus silah imiş. Səs siqnalı verən silahı da Ruhlan İsmayılov daşıyırmış. Ruhlan İsmayılov marketə hücum zamanı silahı ona vermişdir. Ruhlan İsmayılov “Bravo” marketdə başı ilə işarə edib qışqırmışdır ki, atəş açsın. X92 2 nəfəri vurmuşdur. O, atəş açarkən Ruhlan İsmayılov “Bravo” marketin ikinci qapı girişində imiş, o isə birinci girişdə imiş. O, atəşi atıb qaçmış və qaçarkən silah üstündə qalmışdır. Ruhlan İsmayılov atəş açanda o qaçmışdır. O, Ruhlana zəng etsə də, o zənglərə cavab verməmişdir. O, plana uyğun “Qala” qəsəbəsinə getmiş, lakin Ruhlan orada yox imiş. Buna görə o taksiyə minərək Binə ərazisinə gəlmişdir. Binə qəsəbəsində evə gəlib paltarlarını dəyişmiş və Suraxanı rayonunda Təqsirləndirilən şəxs3 işlədiyi “Dönərxanaya” gəlmişdir. Təqsirləndirilən şəxs3la orta məktəbdə biryerdə oxumuşlar. Hücum hadisəsəindən sonra o Təqsirləndirilən şəxs3 yanına gəlib hər şeyi danışmışdır. Təqsirləndirilən şəxs3 ona əvvəlcədən kömək təklif etməmişdir. Təqsirləndirilən şəxs3 sifarişləri apararkən o onun motosikletində oturub lazımi yerlərdə düşüb öz işlərini görmüşdür. O, Təqsirləndirilən şəxs3 xəbərlərdəki videonu göstərib hadisəni onların törətdiyini, Ruhlan İsmayılovun hədəqorxusu altında bu cinayəti törətdiyini demişdir. Yəni Təqsirləndirilən şəxs3 plan daxilində olmamış və o özü onun yanına getmişdir. O, Təqsirləndirilən şəxs3 silahını da göstərmiş və ondan kömək istəmişdir. Təqsirləndirilən şəxs3 silahı görüb qorxduğuna görə ona kömək etməyə başlamışdır. Bu vaxt Təqsirləndirilən şəxs3 Tatar qəbristanlığı tərəfə sifariş almış və o da onunla bir yerdə getmişdir. O, qəbristanlığa gedərək silahı düzəltməyə çalışmış, o silahı düzəldə bilməyib üzərində saxlayaraq yenidən Təqsirləndirilən şəxs3 Suraxanı rayonunda yerləşən “Dönərxana”-sına qayıtmışdır. Sonra Dədə-Qorqud tərəfə sifariş veriləndə o həmin məkana gedib telefonunu sındırmışdır. Sonra Təqsirləndirilən şəxs3 ona telefon tətbiqi vasitəsilə öz yerinə taksi sifariş vermişdir. O, Təqsirləndirilən şəxs3 Suraxanı rayonunda yerləşən “Dönərxana”-sına qayıdanda həbs olunmuşdur. Təqsirləndirilən şəxs3 Suraxanı rayonunda yerləşən dönərxanasındakı iş yerində polis əməkdaşları silahı üzərində tutmuşlar. Planı həyata keçirmək üçün Ruhlan İsmayılov silah almışdır. O, Ruhlan İsmayılovun planı reallaşdırmaq üçün başqa nələr etdiyini bilmir. Tapança, maşın, telefon nömrələri, patronu kimin təchiz etdiyini bilmir. Sadəcə avtomat onun adına olmuşdur. O, hadisə gününə kimi Ruhlan İsmayılovun əlində «Makarov» tipli tapança görməmişdir. Plana əsasən pulun yarısı onun, yarısı isə Ruhlana qalacaqmış. Plana əsasən Ruhlan İsmayılov pulları qara bazarda yuyacaqmış, lakin hansı şəkildə edəcəyini ona deməmişdir. Hücumdan sonra harda qalacaqlarını planlamamışlar. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarzə İdarəsində təzyiq altında ifadə vermiş, çünki ondan silahı hardan aldığını soruşanda o heçnə etiraf etməmiş və ona təzyiq göstərilmişdir. O, istintaq zamanı suallara cavab verərkən “Blow TR 92 D” markalı sihalın harda alınmasını bilmədiyini demişdir. Lakin polis əməkdaşları ona inanmamışlar və silahın alındığı ünvanı etiraf etməyi üçün ona təzyiq göstərmişlər. O, basqın zamanı istifadə edəcəkləri silahları bilirmiş, o sadəcə həmin silahların hardan alındığını bilmirmiş. Silah Ruhlanın üzərində olmuş və Ruhlan hadisə vaxtı silahı ona vermişdir. Plana əsasən o marketdə heç kimə atəş açmayacaqmış, o yalnız çöldən marketə müdaxilə olarsa həmin şəxsə atəş açmalı imiş. Ruhlan İsmayılovun onunla olan planında əvvəl “Kapital Bank”-a basqın etmək istəyirmiş. Ruhlan İsmayılov “Kapital Bank”-a adını bilmədiyi bir tanışı ilə hücum edəcəkmiş. X92 öyrənmişdir ki, “Kapital Bank”-a pul kasetlə gəlir, çanta ilə yox. Bu planı alınmadığından onunla olan planı qurmuşdur. Ruhlan İsmayılov ona “Kapital Bank”-a hücum üçün seçdiyi tanışından etibarı olmadığı üçün imtina edib onunla hücuma hazırlaşdığını demişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, ibtidai istintaq zamanı ifadəsinin bəzi hissələrini təzyiq altında vermişdir. O, bir dəfə atəş açmış və boşa güllə atmışdır. Çünki o atəş açarkən məqsədi kimisə vurmaq deyilmiş. O, Ruhlan İsmayılovla 2 həftə “Bravo” marketə müşahidə aparmışlar. İbtidai istintaq zamanı kiçik silahın harda əldə edildiyini bilmədiyini demiş və buna görə ona təzyiq göstərilmişdir. Ruhlan İsmayılov ona demişdir ki, “Unibank”-da 400.000 manat pul vəsaiti vardır. Ölən şəxsə onun yox, Ruhlan İsmayılovun açdığı güllə dəymişdir. Silahı aldıqdan sonra silah ancaq Ruhlan İsmayılovda olmuşdur. Yəni silahı Ruhlan İsmayılov daşıyırmış. X93 hazırlamış, plana əsasən “Bravo” marketə girib 400.000 manat götürüb çıxacaqmışlar. Əslində plana görə o hücum zamanı lazım deyilmiş və gözlənilməz hal baş verərdisə o hərəkətə keçəcəkmiş. O, təqsirləndirilən şəxslərdən sadəcə Təqsirləndirilən şəxs3 tanıyır, digər təqsirləndirilən şəxsləri tanımır. Planda sadəcə o Ruhlan İsmayılov var imiş, digər təqsirləndirilən şəxslər planda yox imiş. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarzə İdarəsində 2 həftə saxlanılıb BİT-ə aparılmışdır. O, məhkəməyə çıxarıldıqdan 4-5 gün sonra BİT-ə aparılmışdır. “Bravo” marketdə Ruhlan İsmayılovla onun arasında məsafə yaxın olduğundan rahat əlaqə saxlayırmışlar. Plana əsasən Ruhlan İsmayılov mühafizəçi və kassirə atəş açarkən o kassadan 400.000 manat pulu götürəcəkmiş. Onlar marketin qarşısında avtomatı çıxararkən mühafizəçi avtomatı gördüyündən plan dəyişmiş və o da atəş açmışıdr. Ruhlan İsmayılov N-cü ilin fevral ayında ona hücum planını təklif etmişdir. X8 hücum planını danışmasından əvvəl almışlar. Ruhlan İsmayılov avtomatı ov üçün aldığını bildirdiyindən o heçnədən şübhələnməmişdir. O, Təqsirləndirilən şəxs3 başqa digər təqsirləndirilən şəxsləri və bu cinayət hadisələrində olan rollarını bilmir. Hücum baş verəndən sonra Təqsirləndirilən şəxs3 hadisəni bilmişdir. Təqsirləndirilən şəxs3 hücumda iştirak etməmişdir. Ruhlan İsmayılov heç vaxt ona digər təqsirləndirilən şəxslərin adlarını çəkməmişdir. O, mühafizəçi və kassirlə yaxın məsafədə dayanmışdır. O, kassir və mühafizəçi ilə yaxın məsafədə olduğundan atəş açaraq onları vura bilərmiş. Təqsirləndirilən şəxs3 5 ildir ki tanıyır. Onun məhkəmədə verdiyi ifadə doğrudur. O, istintaq zamanı yox, məhkəmədə rahat ifadə vermişdir. O, Baş Prokurorluğa aparılmamış, o ifadələrini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində vermişdir. Müstəntiq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələrək ondan ifadə alırmış. Ruhlan ona Təqsirləndirilən şəxs2 hansı avtomobili sürdüyünü demişdir. O, Təqsirləndirilən şəxs2 heç vaxt görməmiş, o onu sadəcə Ruhlanın ona danışdıqlarından tanıyır. Ruhlanla o hadisədən 3 gün əvvəl Təqsirləndirilən şəxs2 dəvət edib qəniməti 3 yerə böləcəklərini vəd etməmişlər. Təqsirləndirilən şəxs2 onları Qəbələyə aparmayacaqmış, Təqsirləndirilən şəxs2 maşın almayacaqmışlar. Bu ifadələr doğru deyil, təsdiq etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 147-156, 2-ci cild 164-171, 6-cı cild 113-117, 8-ci cild 121-126-cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: «... o, ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli hesab edərək ifadələrində bildirmişdir ki, Ruhlan əvvəlcə Qala qəsəbəsində, təxminən 3 il əvvəl Zığ qəsəbəsində öz dostu İbrahim adlı şəxslə birlikdə kirayədə yaşamağa başlamışdır. Ruhlanın deməsinə görə birlikdə yaşadıqları üçün İbrahim onun tapancası olduğunu, onların birlikdə “Bravo” supermarketdə “X62”na məxsus bankomatda pul dəyişən inkassatorlara silahlı basqın edəcəyini əvvəlcədən bilmiş, hətta fala baxa bildiyinə görə Ruhlan İbrahimə bu basqının nəticəsinə dair fala da baxdırmış və sonuncu “hər şeyin yaxşı olacağını” demişdir. ...Təxminən yanvar ayının ortalarında Ruhlan ona öz dostu Turqut adlı oğlanla birlikdə iki aydır əvvəlcə “Qala” qəsəbəsində yerləşən dördyol deyilən yerin yaxınlığındakı “Al market”in qarşısında quraşdırılmış “Kapital Bank”a məxsus bankomatda pul dəyişən inkassatorlara hücum etmək istədiklərini, həm Turqutda, həm də onda hərəsinin özünün tapancasının olduğunu, inkassatorlara tapanca ilə basqın edərək pulları ələ keçirmək istədiklərini, lakin mühafizəçinin üzərində tapanca olduğuna görə ehtiyat etdikləri üçün avtomat tipli silah əldə etmək istədiklərini, özünün hərbi xidmətə yararsız olduğu üçün həmin növ silahı əldə edə bilmədiyini bildirmişdir. Ruhlan avtomat axtardığını deyəndə onun ağlına Şubani qəsəbəsində hərbi xidmətdə olarkən “milli ordu”dan “silah anbarı”na ezam olunmuş baş leytenant Elşad adlı tanımadığı hərbi qulluqçu gəlmişdir, belə ki, o, Elşadın iki dəfə ayrı-ayrı vaxtlarda mülki vətəndaşlara 7000 və 8000 manat müqabilində anbarda saxlanılan AKS-U74 tipli avtomatları satdığına görə hərbi polis tərəfindən saxlanılaraq Kəlbəcər rayonuna göndərildiyini eşitmiş, lakin həmin şəxsi tanımamış və heç vaxt əlaqəsi olmamışdır. O, Elşadı axtarıb tapa biləcəyinə arxayın olduğu üçün Ruhlana da bu barədə bildirmişdir. Daha sonra Ruhlan avtomat tipli silahı onun adına əldə etməyi təklif etmiş və bunun müqabilində özünə çatacaq puldan ona 10.000 manat pul verəcəyini vəd vermişdir. Beləliklə, onun əvvəlcə cinayətdəki rolu məhz adına silah alınmasından ibarət olmuşdur. O, razılıq verəndən sonra Ruhlan ondan şəxsiyyət vəsiqəsini alıb silah üçün sənədləri toplayacağını bildirmişdir. ...Onlar Turqutun yerinə onun Ruhlanla birlikdə həmin “Kapital Bank”a məxsus bankomata silahlı basqın təşkil etməsi barədə danışıb razılaşmışlar. Ruhlanın deməsinə görə basqında hərəsinə təxminən 200 min manat pul çatmalı imiş. O, Ruhlanla əlbir olandan sonra bu cinayət barədə qabaqcadan kimlərin məlumatlı olduğunu soruşmuş, Ruhlan da ona tanışı, birlikdə şəhərdə motosiklet təmiri qarajı işlətdiyi Azər adlı oğlanın və birlikdə kirayədə yaşayan İbrahimin məlumatlı olduğunu, lakin onlara heç bir pul çatmayacağını bildirmişdir. Ruhlan cinayəti törətmək üçün öz silahını ona verəcəyini, özünə isə avtomat təşkil edəcəyini, silahı yaşadığı evdə saxladığını bildirmişdir. Həmin gün evdə olarkən Ruhlan ona ilk dəfə “Blow TR 92D” markalı silahın fotoşəkilini göndərərək hadisə vaxtı onun istifadəsində məhz həmin silahın olacağını bildirmişdir. ...Ruhlan cinayəti törədəndən sonra gedib Turqutu da öldürəcəyini, çünki Turqut hadisədən xəbər tutan kimi ondan qisas almaq üçün onu öldürməyə çalışacağını demişdir. Sonrakı tarixlərdə Ruhlanın təklifi ilə “Kapital Bank”da dəyişdirilən pulun miqdarı az olduğuna görə Əhmədli qəsəbəsində yerləşən “Bravo” marketin içindəki “X62”-a məxsus bankomatda pul dəyişən inkassatorları güdməyə başlamışlar, Ruhlanın deməsinə görə “X62”ın inkassatorları hər dəfə təxminən 300-400 min manat pul gətirərək əl ilə pulları terminaldakı kasetlərə yükləmişlər. ...Ruhlan planı “Qala”dan “Bravo”ya keçirəndən sonra onlara ikinci avtomobil lazım olacağını demiş və bu məqsədlə öz tanışı “BMVV X5” markalı avtomobili olan Təqsirləndirilən şəxs2 bu işə cəlb edəcəyini bildirmiş, hətta Azərlə birlikdə həmin “Bravo” marketə gedib bankomatda pul olub-olmadığını yoxlamaq məqsədilə “X62” bankomatından pul çıxarmışdır. Həmin vaxt Ruhlanın deməsinə görə Azər məsələdən agah olmamış, lakin 2-3 gün sonra o, Ruhlanla birlikdə “Bravo”nun yaxınlığında kimsəsiz bir sahə aşkar etdikdən sonra Azərə məsələni, yəni basqını açıb danışmış və Azərin də avtomobil ilə “Bravo”nun yaxınlığında aşkar etdikləri həmin yerdə qabaqcadan gözləməli olduğunu, onlar hadisə yerindən çıxan kimi həmin yerə çatıb öz avtomobilini yandırdıqdan sonra oradan Azərin idarə etdiyi “BMVV X5” markalı avtomobil ilə qaçmalı olduğunu izah etmiş, Azər imtina edəndə hətta o, Ruhlandan Azərin avtomobilini onlara hadisə zamanı istifadə etmək üçün verməsini istəmiş, lakin Ruhlan bu barədə Azərlə danışanda Azər bundan da imtina etmişdir. Bu imtinalardan sonra Ruhlan hadisəni törədib Zığ dairəsində yerləşən evinə qayıdandan sonra yolda Azərə zəng edəcəyi və Azərin gəlib özünün “BMVV X5” markalı avtomobilini onun istifadəsinə verəcəyi, əvvəlcə avtomobili idarə edərək aparıb Azəri iş yerində, sonra onu Binə qəsəbəsində yaşadığı evdə qoyacağı, sonra həmin avtomaşınla gedib “qara bazar”da ələ keçirilən pulları “təmizləyəcəyi”, sonra isə Azərin avtomobilini özünə qaytarıb Azərin adına “Mercedes Benz E” markalı avtomobil alıb onunla ikisi Qəbələ rayonuna gedəcəyi barədə Azərlə razılaşdıqlarını demişdir. O, Ruhlanın Qəbələ rayonunu nə üçün seçdiyini bilməmiş, həmçinin, onun Azərə hansı məbləğdə pul veriləcəyi barədə Ruhlanla aralarında danışıq olmamış, sadəcə Ruhlan Azərin etibarlı olduğuna görə “iş”ə cəlb etdiyini demişdir. ...Sonrakı günlərdə Ruhlan avtomobilinin ban və mühərrik nömrələrini laqonda aparatı ilə kəsmiş və 26 fevral N-cü il tarixdə “Opel” markalı avtomobili aparıb Əhmədli qəsəbəsində yerləşən “Bravo” marketin qarşısındakı dayanacaqda saxlamış və hadisə gününə qədər hər gün saat 11 radələrindən saat 17 radələrinə qədər Ruhlan ilə birlikdə gedib avtomaşının içərisində əyləşərək “X62”a məxsus inkassator avtomaşının gəlməsini gözləmişlər. Avtomobilin açarları Ruhlanda olmuşdur. Lakin hadisə gününə qədər qeyd edilən inkassator avtomaşını oraya gəlmədiyinə və pul dəyişmə əməliyyatı olmadığına görə cinayət planı baş tutmamışdır. Onlar hər gün oradan ayrılanda avtomobili dayanacaqda saxlamışlar, çünki nömrələr “lipa” olduğuna görə hərəkət etməyə ehtiyat etmişlər. Həmçinin, geri qayıdanda tapancanı Ruhlan özü ilə götürür, avtomat isə arxa ayaqaltıda qoyub üzərinə göy rəngli gödəkçəni atmışlar. ...Plana görə Ruhlan mühafizəçini öldürməli, o isə çöldən gələcək sürücünü öldürməli, kassiri isə qorxudub pulları ələ keçirməli imişlər, kassiri öldürmək planda olmamışdır. Ruhlan avtomatı çıxaranda mühafizəçi gördüyü üçün Ruhlan başı ilə ona hücum etməsini işarə etmiş, o da dərhal tapancanı çıxarıb sağ əlində tutaraq mühafizəçini nişan alaraq birinci atəşi açmışdır, lakin hədəfdən yayınmışdır. Həmin vaxt kassir yerə yıxılaraq onun sol ayağından tutaraq dartmağa çalışmış, o da tapancanın qundağı ilə kassirin başından bir dəfə möhkəm zərbə endirmiş və özünü itirdiyinə görə hadisə yerindən uzaqlaşmaq məqsədilə “Bravo”dan çıxmışdır. Bu zaman Ruhlan avtomatdan mühafizəçi və kassirə tərəf ardıcıl atəş açırmış. ...O, Səbuhiyə də hadisə barədə sosial şəbəkələrdə yayılmış fotonu göstərərək cinayəti Ruhlanla törətdiklərini etiraf etmişdir. Ümumiyyətlə, Səbuhi Ruhlanı ona görə tanımış, arada üçünün birlikdə görüşləri də olmuşdur. O, Səbuhi ilə çox yaxın olduğuna görə hələ “10,000 məsələsi” olanda bu barədə Səbuhiyə danışmış, sonrakı tarixlərdə Ruhlanla birlikdə cinayəti törətmək barədə razılaşanda da Səbuhiyə bu barədə danışmışdır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolları təzyiq altında imzalamışdır. O, elan olunmuş ifadələrini təsdiq etmir. Məhkəmədə verdiyi ifadəni təsdiq edir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona təzyiq göstərilmişdir. O, təzyiq gördüyünü bildirsə də heç bir tədbir görülməmişdir. O, təzyiq görməyi ilə bağlı heç bir orqana müraciət etməmiş, çünki o düşünmüşdür ki, müstəntiq onun bədəni üzərindəki xəsarət izlərini görür və ona təzyiq olunduğunu bilir. O, təzyiq görməyi barədə müstəntiqə də heçnə deməmişdir. O, BİT-ə daxil olarkən işgəncə görməyi barədə məlumat vermiş, bədəni üzərində də xəsarət izləri var imiş. Bədənində olan xəsarətlərlə bağlı ekspertizaya göndərilməmişdir. Elan olunmuş cinayət işinin 5-ci cild 38-45-ci vərəqələrində olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokola və protokoldakı imzaya əsasən təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. O, elan olunmuş ifadəni təsdiq etmir. Məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ifadəsində göstərmişdir ki, o, cinsi azlığı nümayəndəsidir və bu cinayət əməlində rolu bununla bağlıdır. Buna görə də o həyat hekayəsini başdan danışmaq istəyir. Onun 4 yaşı olan zaman atası və anası boşanmışlar. Ondan sonra heç vaxt o anasını görməmişdir. Sonra atası ailə qurmuş və o ögey anasıyla yaşamağa başlamışdır. Anasıyla aralarında olan münasibət soyuq imiş. Həmin dövrlərdə o özündə fərqliliklərin, problemlərin olduğunu hiss etsə də ögey anasına bunu deyə bilmirmiş. O, cinsi azlığın nümayəndəsi olduğu üçün problemlər yaşamağa başlamışdır. Beləliklə o bu problemlərini gizlətməyə davam etmişdir. 16 yaşı olanda o Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinə qəbul olmuş və Bakı şəhərinə köçmüşdür. Təhsil aldığı vaxt o 4 il Yasamal rayonunda yerləşən Memarlıq və İnşaat Universitetinin yataqxanasında yaşayırmış. Rayonda yaşayanda o elə zənn edirmiş ki, dünyada yalnız o belədir, çünki rayonda olan dost-tanışlarından heç kəsdə belə bir problemə rast gəlməmişdir. Lakin Bakı şəhərinə gələndən sonra görmüşdür ki, o tək deyil, ondan başqa da cinsi azlığın nümayəndəsi olan insanlar da var. 2017-ci ildə o artıq iki il imiş ki, Bakıya gəlmişdir. Onda Sumqayıt şəhərindən olan Vüsal Cəfərov adlı bir oğlanla dost kimi tanış olmuş və bir neçə dəfə görüşmüşdür. 2017-ci ilin may ayında Vüsal ona demişdir ki, əsgərliyə gedir. Vüsal onu Sənan adlı bir oğlanla tanış etmiş və demişdir ki, o əsgərlikdə olan dövrdə onunla bağlı məlumat əldə etmək istəsə Sənandan soruşsun. Vüsal Naxçıvan MR-nın Naxçıvan şəhərində hərbi xidmətə yola düşmüşdür. Vüsal əsgərliyə getdikdən 1 ay sonra Sənan ona demişdir ki, Vüsalın ayağına iynə batıb və ayağı qanqren olub və Vüsal Bakı şəhərinə gətirilərək xəstəxanada müalicə alır. 1 həftə keçdikdən sonra Sənan ona demişdir ki, Vüsal artıq intihar etmişdir. Vüsal ona çox əziz imiş, buna görə də onun intiharı onun həyatındakı ilk itki imiş. Bu xəbərdən sonra o həyatında çox böyük travma yaşamışdır. Onun intiharından sonra iki il müddətində o depressiya və stres yaşamış, heç kəslə tanış olmamışdır. Analığı onun bu depressiyasını görüb nə baş verdiyini bir neçə dəfə soruşmuşdur. Vüsalın intiharı onda travma kimi qalmışdır. 2019-cu ildə “İnstaqram” sosial şəbəkəsində “lgbt” saytında o elan paylaşmışdır ki, yeni bir nəfərlə tanış olsun. Çünki o artıq Vüsalı unutmaq istəyirmiş. Həmin vaxt Ruhlan İsmayılov həmin saytdan ona yazmış və onlar tanış olmuşlar. O, Ruhlana keçmişdə həyatında baş verənlər, ailəsinin dağılması, Vüsalın itkisi haqqında danışmışdır. Həmin zaman Ruhlan ona çox psixoloji dəstək göstərmiş, dinləmə qabiliyyəti çox yaxşı imiş. Bütün şəxsi problemləri barədə ona psixoloji dəstək göstərərək deyirmiş ki,”unudarsan, mən hər zaman sənin yanındayam, sənə maddi və mənəvi cəhətdən hər zaman dəstək olacam”. Yəni Ruhlan hər zaman yanında olduğunu ona hiss etdirirmiş. 2019-cu ildə o sonuncu kurs olanda Memarlıq və İnşaat Universitetinin yataqxanası təmirə bağlanmış və o ordan çıxmalı olmuşdur. O, Yasamal rayonunda kirayə evə köçmüşdür. Yataqxananın aylıq ödənişi 40 manat olduğundan o həmişə həmin pulu ödəsə də ancaq kirayənin pulu yüksək imiş deyə artıq onun ödənişini çatdıra bilmirmiş. Buna görə də dərsdən sonra “Tarqovıy”-da yerləşən “Mozarella” restoranında qabyuyan işləməyə başlamışdır ki, kirayə pulunu ödəyə bilsin. 2019-cu ilin mart ayında “karona virusa” görə restoran bağlanmış və o işsiz qalmışdır. Beləliklə, onda maddi baxımdan çətinliklər yaranmış, artıq evin kirayəsini verə bilmirmiş. Həmin vaxt Ruhlan ona maddi dəstək olmağa başlamışdır. Bir neçə dəfə kirayənin pulunu verdikdən sonra Ruhlan demişdir ki, o da ayrı evə köçmək istəyir, ona ev tutub bir yerdə yaşasınlar. 2019-cu ilin ortalarında təhsilini bitirdiyinə görə onu rayondan əsgərliyə çağırmışlar. Lakin Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti onun cinsi azlığın nümayəndəsi olduğunu bilib bildirmişlər ki, o əsgərliyə gedə bilməz. O, atasıgilə də məcbur qalıb demişdir ki, əsgərliyə gedə bilməz. Səbəbini soruşduqda isə o məcburiyyət qarşısında qalaraq cinsi azlığın nümayəndəsi olduğunu demişdir. Onda ailəsi ondan imtina edərək demişlər ki, artıq gəlməsin, ölsə daha yaxşı imiş, ailəsinin statusuna xələl gətirmişdir. Həmin vaxt o intihar qərarı vermiş, pasportunu və tələbə biletini cırıb atmışdır. Həmin vaxt Ruhlan onun yanına gəlmişdir. O, Ruhlana onunla əlaqəsinin kəsilməli olduğunu, artıq yaşamaq istəmədiyini, valideyinləriylə əlaqəsinin kəsildiyini deyərək vidalaşmışdır. İntihar etmək üçün dənizin sahilinə getmiş, atılmaq istədiyi məqamda Ruhlan ona mesaj yazaraq intihar etməməyini, ona ev tutacağını, ona maddi və mənəvi cəhətdən dəstək olacağını, istəsə işləməyib evdə oturacağını, yemək bişirib ev işləri ilə məşğul olacağını, kirayə pulunu özünün ödəyəcəyini demişdir. O, intihar etməmiş və Ruhlanla 3 il bir yerdə yaşamışdır. Evi tutduqdan sonra 1 il Ruhlan işləmiş, sonra qaraj açmaq istədiyi üçün işdən çıxmışdır. İşlədiyi 1 il müddətində Ruhlan 6000-7000 manata yaxın pul yığmışdır. Sonra Ruhlan özünə qaraj açmış və bir neçə ay işlədikdən sonra demişdir ki, alver zəifdir, reklam edərək işi böyütmək üçün ona pul lazımdır və kredit götürməlidir. Ruhlan kredit üçün müraciət etsə də, Ruhlanın rəsmi iş yeri olmadığına görə ona heç bir bank kredit verməmişdir. Ruhlanın ailə üzvlərinin tanışı-qonşusu sələmə pul verirmiş, Rulan sələmçilərdən 5 000 manat sələmə pul götürmüşdür. 5 000 manatın da aylıq faizi 500 manat imiş. Rulan hər ay 500 manat faizə pul verirmiş, lakin sələm hələ də 5 000 manat olaraq qalırmış. Ruhlan bir neçə ay beləcə faizə pul vermiş, lakin Ruhlan sonra demişdir ki, işləri yolunda getmir, qazancı azdır. Ruhlan ödənişi 1 gün gecikdirəndə sələm verən qonşusu Ruhlanın anasının yanına gəlib dalaşırmış. Ruhlan da anasına qarşı çox həssas imiş, ona görə Ruhlan demişdir ki, o ölüm olsa belə, pulu tapıb sələmçiyə verməlidir. Sonra Ruhlan sələmçiyə pul vermək üçün 3 500 manat kredit götürmüşdür. Beləliklə Ruhlanın borcları yığılmış, artıq borc 10 000 manata yaxınlaşırmış. Sonra Ruhlan demişdir ki, o borcları verə bilmir, ya nəsə bir iş görməlidir, ya da intihar edəcəkdir. 2022-ci ilin ortalarında Ruhlanın Turqut adlı dostu ona demişdir ki, “Qala” adlanan ərazidə bankomat var, Ruhlanın borcları çox olduğu üçün Turqutun təşkilatçılığı ilə bankomatı güdüb basqın edərək pulları götürüb həyatlarını dəyişə bilərlər. Bu bir fikir olaraq Ruhlanın beynində formalaşmış, lakin Ruhlan bunu etmirmiş və taksi, kuryer kimi işlərlə məşğul olurmuş. Ruhlan sonra demişdir ki, Dəyanət Qüdrətov adlı dostu əsgərlikdən gəlib, onun gəlişini qeyd etməyə gedirlər. Bu vaxta qədər o Dəyanətin adını eşitməmiş, tanımırmış. Dəyanətin gəlişini qeyd etdikdən sonra yenidən Ruhlan Dəyanətlə kafedə görüşmüşdür. Sonra Ruhlan ona demişdir ki, Dəyanətə güvənir, onu çoxdan tanıyır və etibar edir, Dəyanətin onun dar məqamında gəlməsi çox yaxşıdır, beynində olan bəzi planları reallaşdıra bilər. Ruhlan demişdir ki, “Qalada” olan planı Turqutla yox, Dəyanətlə həyata keçirəcək və Dəyanətlə bu haqda danışıb, o bu işi həyata keçirməkdə ona kömək edəcək. Sonra Ruhlan və Dəyanət razılaşdırmışlar ki, bu işi törətməmişdən əvvəl gedib oraya baxmaq lazımdır ki, neçə nəfər gəlir, kimlər gəlir və bundan sonra hücum zamanı necə gedəcəklərini planlaşdıracaqlar. 2022-ci ilin fevral ayının ortalarında Ruhlan demişdir ki, Dəyanətlə gedib oraya baxmışlar, lakin orada məktəb var, çoxlu uşaqlar var, yəni ora təhlükəlidir, orada maşının içində ağızda maska olanda çox diqqət çəkəcəklər. Bu səbəbdən Ruhlan və Dəyanət basqından imtina etmişlər. Sonra yeni il ərəfələrində onlar Bravo marketə alış-veriş etməyə getmiş, onlar marketdən çıxan zaman görmüşlər ki, Unibankın bankomatının qarşısında kassirlər pul dəyişirlər. Bu Ruhlanın beynində qalmış və maşına minən zaman yolda ona demişdir ki, “Gör nə qədər puldur, belə bir fürsət ola, adam bütün borclarını verər, bütün həyatını dəyişər”. Ruhlan bunları sözgəlişi demişdir. Sonra ona demişdir ki, “Qala”-da olan planı ləğv etmişlər, «Bravo» mağazasına keçirlər, «Bravo» mağazasında olan bankomatı güdməyə başlayacaqlar. O, Ruhlanın “Qalada” olan planına tam razılıq vermirmiş, bəzən deyirmiş ki, etməsin, o da işləsin, bir yerdə borcları ödəyərlər. Amma «Bravo» planına keçəndə o konkret olaraq Ruhlana bildirmişdir ki, etməsin, çox təhlükəlidir, onu tutarlar. Ruhlan isə ona demişdir ki, onu heç vaxt tuta bilməyəcəklər, əgər onu tutmağa cəhd etsələr, orada intihar edəcək. O, Ruhlanın beynində intihar fikrinin olmasını, təslim olmaq fikri olmadığını, əgər tutulsa intihar edəcəyini bilə-bilə bu məlumatı hüquq mühafizə orqanlarına verə bilməzmiş, yəni onun intiharına səbəb ola bilməzmiş. Ruhlanın ona görə intihar etməsi fikri ilə yaşamaq istəmirmiş. Vüsalın intiharından sonra ikinci dəfə də Ruhlanın da intiharı ilə üzləşmək istəmirmiş. Ruhlan ona planı fərqli demişdir. Ruhlan ona demişdir ki, «Bravo» hadisəsini törətdikdən sonra burada qala bilməz, gedib İsmayıllı rayonunda yaşayacaq və heç bir yerdə işə girib işləyə bilməyəcəyi üçün, rayonda istifadə etmək məqsədilə, qarajda olan ləvazimatlarını sataraq ov silahı alacaq. Ona silahı rayonda ov etmək məqsədilə aldığını söyləmiş və «Bravo» basqınında istifadə etmək üçün aldığını deməmişdir. Hətta o Ruhlana demişdir ki, «Bravo» basqınında silah işlətməsin və Ruhlan ona demişdir ki, silah sənədlə adına olduğu üçün basqında silahdan istifadə etməyəcək. Ruhlan əvvəl «Bravo»ya gedəndə Unibankın əməkdaşlarının bankomata pul yerləşdirməsini və pulların çox olduğunu görmüş, ona görə də Unibankın maşınının gəlməsini gözləyirmiş. Ruhlan evdə planı ona danışanda demişdir ki, “Bravo” marketə gedib güdəcək, Unibankın maşınının gəlməsini gözləyəcək. Plana əsasən Ruhlan bank əməkdaşı gələndə səs siqnal silahını Dəyanətə verəcək, Dəyanət səs siqnal silahı ilə atəş açacaq və camaatı qorxudacaq, lakin güllə atmayacaq, sadəcə partlayış olacaq və hər kəs təslim olacaq, Ruhlan da gedib pulları götürəcək, Ruhlan mühafizəçinin üzərindəki silahı alacaq, plana əsasən mühafizəçi müqavimət göstərmədən silahı verəcək, çünki həmin şəxs də bankın işçisidir, öz həyatını riskə atıb ona müdaxilə etməyəcək və səs siqnal silahı ilə bir dəfə atəş açan kimi dərhal təslim olacaq, pulları da, silahı da ona verəcəkdir. Ruhlan ona planının belə olduğunu demişdir. Ruhlan ona basqını törətdikdən sonra Qəbələyə yox, İsmayıllı rayonuna gedəcəyini demişdir. Onun bu cinayət hadisəsində heç bir rolu yox imiş. Fevralın 25-dən sonra Ruhlan hər gün Dəyanətlə Bravoya gedib güdürmüş. Onların evi Zığ qəsəbəsində yerləşir. Ruhlan deyirmiş ki, onların evinin qabağına Dəyanət taksi ilə gəlir, o da gedib taksiyə minir, gedib bravonun qarşısında Unibankın maşınının gəlməsini gözləyirlər. Güdmə prossesi hadisə baş verən günə qədər hər gün davam edirmiş. Güdmə zamanı o evdə olurmuş, Ruhlan hər detalı ona yazırmış, o da göstəriş verirmiş ki, belə etsinlər. O, heç vaxt orada olmamış, güdmə prosesində iştirak etməmişdir. Ruhlanla Dəyanət “Bravo” marketin qarşısında otururmuş. Ruhlan “Bravo” marketin qarşısında Unibankın əməkdaşlarının gəlməsini gözləyən zaman darıxanda ona yazıb deyirmiş ki, çox gözləyib, maşının içində oturub. Bir sözlə onunla dərdləşirmiş. O, Ruhlana kömək etməmiş, sadəcə dərdləşmişdir. Ruhlanla Dəyanət davamlı olaraq “Bravo” marketə gedirmiş. N-cü il 4 mart - hadisə günü də Ruhlanla Dəyanət “Bravo” marketə güdmək üçün getdiklərini ona demişdir. Hadisəni törətdikdən sonra Ruhlan evə gəlmiş, qapını döymüşdür. Ruhlanın çiynində bel çantası var imiş. Ruhlan demişdir ki, “Bravo” marketdə cinayət hadisəsini törədib, o atəş açıb və oğlan da yerə yıxılmışdır. O nə ilə atəş açdığını soruşduqda Ruhlan demişdir ki, Dəyanət də onun kimi atəş açıb amma Dəyanət qaçıb, o qalmışdır. O, demişdir ki, sadəcə 1 dənə silah var, digər silah səs siqnal silahıdırsa, Dəyanət nə ilə atəş açmışdır. Ruhlan demişdir ki, o, avtomat silahı da aparmışdır. Hətta Ruhlan demişdir ki, avtomat silahı işlətmək fikri olmamış, məqsədi sadəcə qorxulu atmosfer yaratmaq olmuşdur ki, bank işçiləri ilə mühafizəçi tez təslim olsunlar. Dəyanət atəş açıb qaçdıqdan sonra Ruhlan məcbur qalıb atəş açmışdır ki, oğlan da yerə yıxılsın amma o, Allaha dua etmişdir ki, həmin insan ölməsin. Sonra Ruhlan dostu Turquta zəng edib hal-əhval tutmuş, lakin Ruhlanın onu niyə etdiyini o da bilməmişdir. Ruhlan sonra da Azərə zəng etmişdir. Təqsirləndirilən şəxs2 gəlib Ruhlanı öz maşını ilə aparmışdır. Azərə zəng edəndə Ruhlan onun yanında danışmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs4 bildirmişdir ki, Ruhlan evə gələndən sonra onun xəbəri olmuşdur ki, “Bravo” marketdə cinayət hadisəsi törətmişdir. Ruhlan hadisəni törətmək üçün hər gün “Bravo” marketə gedirmiş. Ruhlan Azərə zəng edib ondan harada olduğunu soruşmuş, Azər də 28 may tərəfdə olduğunu demiş, Ruhlan da demişdir ki, onda gəlib «28 may» metrosu tərəfə aparsın. Azər isə biraz işi olduğunu və sonra gələ biləcəyini demişdir. Ruhlan isə demişdir ki, işlərini təxirə salıb təcili gəlməlidir. 30 dəqiqə sonra Azər onların evinin qabağına gəlmiş və Ruhlanı aparmışdır. Ruhlan evdən çıxanda özü ilə çantasını da aparmışdır. Ruhlanın apardığı çantada nə olduğunu görməmişdir. Evdə silah olmayıb, silah Ruhlanın özündə olmuşdur. Ruhlan Azərin maşınına minib getmiş, Ruhlan özü ilə kostyum və şalvarını da götürmüşdür. Ondan sonra o bir daha Ruhlanı görməmişdir. Təqsirləndirilən şəxs3 tanımır. X46 Qurbanovun adını eşitmiş, X76 Qurbanovun onun iş yoldaşı olduğunu demişdir. X46 Qurbanovun adını baş vermiş cinayət hadisəsi ilə bağlı eşitməmişdir. X35 Qurbanovun adını eşitmişdir. X47 əsgərlikdən yeni gələn dostu olduğunu demişdir. O. Ruhlan və Dəyanətin heç bir görüşündə və ya telefonla danışıqlarında yanlarında olmamışdır. O, Dəyanəti heç vaxt görməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Dəyanət Qüdrətovla birlikdə Binə qəsəbəsi 326 №-li orta məktəbdə birlikdə təhsil almış və yaxın dostluq münasibətləri var. O, 2020-ci il tarixdə Ruhlan İsmayılovdan 1 ay müddətinə “tufan m50” motosikleti arendaya götürmüş və həmin motosiklet üçün günə 10 manat ödəyirmiş. O, Ruhlan İsmayılovdan motosiklet kirayə götürdüyü üçün onun nömrəsi Ruhlan İsmayılovda var imiş. Lakin motosikleti qaytarandan sonra onun Ruhlan İsmayılovla heç bir əlaqəsi olmamışdır. O, 20 iyun 2021ci il tarixdə hərbi xidmətə getmişdir. 23 yanvar N-cü ildə xərbi xidməti başa vurub qayıtmışdır. Qayıdandan sonra onunla məktəb yoldaşı olmuş Dəyanət Qüdrətovla görüşüb evlərində çay içmişdir. N-cü ilin fevral ayının ortalarında Suraxanı rayonunda yerləşən “Doneritto” restoranında kuryer işləməyə başlamışdır. Hadisə baş verən gün saat 10:00- 11:00 radələrində Dəyanətdən ona mesaj gəlmiş, mesajda Dəyanət ona Əhmədli qəsəbəsinə getdiyini, xəbər gəlsə ona deməyini yazmışdır. O, Dəyanətə cavab olaraq mesajından heçnə anlamadığını yazmışdır. Dəyanət mesajını silib onu bloka atmışdır. Saat 13:00 radələrində Dəyanət ona zəng edib ona konum atmağını istəmiş və yanına gələcəyini demişdir. O, işdə imiş və Dəyanətə iş yerinin konumunu göndərmişdir. Dəyanət yanına gəlmiş və internetdə yayılan videoları göstərib hadisəni onun törətdiyini demişdir. Dəyanətin üzərində silah olduğundan o qorxmuş və polislərə xəbər verə bilməmişdir. Sonra Dəyanət silahın içində güllənin qaldığını, gülləni boşaltmaq üçün onu boş bir əraziyə aparmağını istəmişdir. O, qorxduğundan Dəyanəti “Tatar qəbristanlığı” tərəfdə boş bir əraziyə aparmışdır. Dəyanət silahın içini boşaltmışdır. Sonra ona yeni sifariş gəlmişdir. Dəyanət ona hara gedirsə onun da onla gələcəyini və telefonunu sındırmalı olduğunu demişdir. O da silahın onda olmasına görə qorxub razı olmuşdur. X120 qəsəbəsi yaxınlığında mobil telefon ilə iki nömrəsini çıxarıb yerə tullamışdır. Sifarişi verib qayıdanda Dəyanət onun telefonu vasitəsilə özünə taksi sifariş edib çıxıb getmişdir. Ruhlan tanımadığı nömrədən ona mesaj atıb Dəyanətin harda olduğunu soruşmuşdur. O, X36 getdiyini demişdir. X92 hadisəni yalnız onun bildiyini, bunu heç kimə söyləməməyini yazmış və bundan sonra onunla bir daha əlaqəsi olmamışdır. Sonra o işə getmişdir. Axşam saat 22:50 radələrində polis əməkdaşları onu saxlamışlar. Hadisə günü Dəyanət yanına gələndə ona kömək etməyinin səbəbi ondakı silahı görüb qorxmağı olmuşdur. Dəyanət silahını ona göstərmişdir. Dəyanət Tatar qəbristanlığında silahın içini boşaltmağa çalışsa da bacarmamışdır. Dəyanətdə olan silahın içində güllə var imiş, silahın içi dolu olduğundan o qorxmuş və polisə xəbər verməmişdir. Dəyanət ona hədə qorxu gəlməyib, amma ona dolu silahı çıxarıb göstərmişdir. O, fikirləşmişdir ki, başqasını vuran adam onu da vura bilər. Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs3 bildirmişdir ki, o, məkəmədə verdiyi ifadəni təsdiq edir. Əvvəlcədən ona “Bravo” marketə basqın ediləcəyi barədə heç bir məlumat verilməmişdir. Dəyanətlə o sinif yoldaşı olmuş, həmçinin onlar qonşu olmuş və yaxın dostluq münasibətləri vardır. Dəyanət Qüdrətov silahı boşaltdıqdan sonra silahı qarnına tərəf qoymuş, sonra onunla birlikdə gedib telefonunu sındırmış və onun telefonu vasitəsilə özünə taksi sifariş vermişdir. O, təqsirləndiirlən şəxslərdən sadəcə Dəyanət Qurbanovu tanıyır. Onun kimləsə telefon danışığı olmamışdır. Dəyanət Qurbanov hadisədən əvvəl ona silah göstərib ova həvəsi olduğu üçün aldığını demişdir. Səhv etmirsə silahın növü tapança imiş. Hadisə günü Dəyanət Qurbanovun ona mesaj atıb silməsinin səbəbi deyəsən hadisəni ona əvvəlcə demək istəməsi olmuş, amma sonra o, fikrindən daşınmışdır. Hadisədən əvvəl onun xəbəri olmamışdır. O, Ruhlanla ən son 2021-ci ildə görüşmüş, bu hadisə ilə bağlı da heç vaxt görüşüb danışmamışlar. Onun Təqsirləndirilən şəxs2la heç bir görüşü olmamışdır. Hadisədə istifadə olunan silahları o əvvəlcədən görməmişdir. Onun avtomobillərlə bağlı heç bir məlumatı olmamışdır. Hadisə günü “Bravo” marketdə olmamışdır. Plana əsasən güya pul bölgüsündə ona pul verilməyəcəkmiş çünki, onun hadisədən xəbəri yox imiş. Ona əvvəlcədən kiminsə gizlənməsində kömək etməyi deyilməmişdir. O, Təqsirləndirilən şəxs2 adını eşitməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunmuş, ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 30-34, 2-ci cild 239-243 və 8-ci cild 143-145-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir:«...ona elan edilmiş ittiham üzrə özünü təqsirli hesab edərək ifadələrində bildirmişdir ki, O, Dəyanətin dostu Ruhlan İsmayılovu 3-4 ildir tanımış. O, gündəlik olaraq Dəyanətlə əlaqə saxlayıb daha çox Binə qəsəbəsində yerləşən “Çay evi 900” adlı çayxanada görüşmüş, fevral ayının əvvəllərindən Ruhlan da onlarla birlikdə görüşməyə başlamışdır. Həmin tarixlərdə görüşlərdən birində Ruhlan söhbət açaraq ona Dəyanət ilə birlikdə Əhmədli qəsəbəsində yerləşən “X62”na məxsus bankomatda pul dəyişən inkassator əməkdaşlarına silahlı basqın etməyi və özləri ilə gətirəcəkləri pulları ələ keçirəcəklərini planlaşdırdıqlarını demiş və ona birlikdə cinayəti törətməyi təklif edib əldə olunacaq qəniməti 3 yerə böləcəklərini bildirmişdir, lakin o, qorxduğuna görə tərəddüd edib razılıq verməmişdir. Bundan sonra onu razı salmaq üçün Dəyanət ona mobil telefonundakı masa üzərində ayrı-ayrılıqda çəkilmiş bir ədəd qara rəngli tapanca və bir ədəd qundağı qatlanan avtomatın fotoşəkilini göstərərək həmin silahları məhz hadisəni törətmək üçün aldıqlarını, tapancanın özünə, avtomatın isə Ruhlana məxsus olduğunu bildirmiş, razı olacağı halda onun üçün də avtomat alacaqlarını, sonradan silahın dəyərini ona çatası qənimətdən çıxacaqlarını demişdir. Dəyanətin göstədiyi fotoşəkildə avtomatın lüləsinin alt tərəfdən əli ilə tutacaq hissəsi skoçlanmışdır. O, mühafizəçiləri öldürməyi təklif etdikləri üçün qorxub razılaşmamışdır. Sonuncu dəfə o, Ruhlanı həmin vaxt çayxanada görmüş, lakin Dəyanət ilə isə görüşləri davam etmişdir. Sonrakı günlərdə Dəyanət ona “vvhatsapp” proqramında hər dəfə yazaraq Ruhlan ilə birlikdə hadisə yeri olan “Bravo” marketə getdiklərini, inkassatorları güddüklərini, lakin sonuncuların gəlmədiyi üçün cinayətin baş tutmadığını demişdir, eyni zamanda o da Dəyanətə suallar verərək Dəyanət və Ruhlanın hər gün gedib Əhmədli qəsəbəsində quraşdırılmış Bravoda “X62”na məxsus ATM-də pul dəyişən inkassatorları gözlədiklərini, “X62”ın inkassatorlarını müşahidə edərək banklar arasında ən çox pul vəsaitinin məhz həmin bankın inkasatorları tərəfindən dəyişdirildiyini, buna görə də daha çox pul əldə etmək məqsədlə həmin bankın inkassatorlarını hücum üçün seçdiklərini, digər inkassatorların az pul daşıdıqları üçün onlara hücum etmədiklərini, güdməyə gedəndə Ruhlana məxsus “Opel Vectra” markalı avtomobil ilə getdiklərini, avtomobilin üzərinə Ruhlanın Qala qəsəbəsində “Mercedes Benz” markalı avtomobilin üzərindən oğurladığı 11 seriyalı nişanı taxdıqlarını, planlarına görə Dəyanət ilə Ruhlan birlikdə hadisə yerində “Opel” ilə Qala qəsəbəsinə gedib avtomaşını yandırmalı, pulları Ruhlan ilə Dəyanətin birlikdə Qala qəsəbəsində, silahları isə Ruhlanın kirayədə qaldığı ünvanda gizlətməli olduqlarını, bir neçə gün sonra isə Ruhlanın bilmədiyi tanışına məxsus “BMVV X5” markalı avtomaşını ilə Qəbələ rayonuna gedib meşəlikdə-zadda yer tutub qalacaqlarını və digər məsələləri öyrənmişdir. Hətta, Dəyanət hər şey yolunda getsə çoxdandır onun arzu etdiyi bir motosikleti almaq üçün ona 3000 manat pul verəcəyini də demişdir. Hadisə günü saat 10 radələrində Dəyanət ona “vvhatsapp” proqramında “Əhmədliyə gedirik Ruhlanla birlikdə” məzmunlu sms yazmış və o da Dəyanətlə Ruhlanın məhz Əhmədli qəsəbəsindəki “Bravo” marketin içindəki bankomatdakı pul vəsaitlərini dəyişməyə gələcək inkassator üzvlərinə silahla hücüm edərək onları öldürəcəklərini və pulları ələ keçirəcəklərini başa düşmüşdür. Dəyanət ona əlavə olaraq “xəbərlərdə nəsə çıxsa bizə xəbər edərsən” məzmunlu sms yazmış və o da “yaxşı” deyə cavab vermişdir. Ardınca isə Dəyanət sms-ləri iki tərəfli olaraq silmişdir. ...İşə çatandan az sonra saat 13 radələrində Dəyanət ona zəng edərək harada olduğunu soruşmuş və onunla görüşüb sonra işə gedəcəyini deyərək ona “vvhatsapp” proqramında konum atmasını istəmişdir. O, iş yeri olan “Döneretta”dan Dəyanətə konum atmış və təxminən yarım saat sonra Dəyanət taksi avtomaşını ilə təkcə və qara rəngli xidməti mühafizəçi iş geyimində onun iş yerinə gəlmiş, ilk öncə ona sosial şəbəkələrdə yayılmış hadisənin kamera tərəfindən qeydə alınmış video görüntülərini öz mobil telefonunda göstərmiş, sonra isə həmin hadisəni Ruhlanla birlikdə ona qabaqcadan çayxanada dedikləri kimi də etdiklərini demişdir. Orada Dəyanətin ona tapancanı göstərmək imkanı olmamış, amma o, Dəyanətin üzərində tapanca olduğunu bilib ona kömək etmək məqsədilə öz xidməti mopedi ilə Dəyanəti təxminən 3 kilometr məsafədə yerləşən “Tatar qəbiristanlığı” adlanan yerə aparmışdır. ...Bu zaman Ruhlan hazırda xatırlamadığı ****-06-76 saylı mobil nömrədən “vvhatsapp”da sms yazaraq Dəyanəti soruşmuş, çünki qabaqcadan Dəyanət Ruhlana telefonu işləməsə Səbuhinin yanında olacağını bilməsini demişdir. Ruhlan ona telefonu Dəyanətə verməsini bildirmiş və Dəyanətlə onun yanında yazışmağa başlamışlar. Dəyanət Ruhlandan yerini soruşsa da sonuncu cavab verməmiş, əvəzində Ruhlan Dəyanətdən harada olduğunu soruşduqda sonuncu “Səbuhinin yanındayam” deyərək cavab vermişdir. Daha sonra Ruhlan Dəyanətdən silahı nəzərdə tutaraq “şey” üstündədi? düzəldə bildin o içində qalanı?” soruşmuş, Dəyanət “yox çıxmadı” demişdir. Ruhlan Dəyanətə evə - zada getməməsini, ancaq işə getməsini və gizlənməsini tapşırmış və sonda hər ikisi ertəsi gün saat 08-də onun yaşadığı ünvanın qarşısında görüşəcəkləri barədə razılaşıb sağollaşmışlar. ...Ruhlan “ona de işə getməsin, sənin yanında qalsın” məzmunlu sms yazmış, o da sifariş verərkən qeydiyyata düşmüş taksi sürücüsünə zəng edərək Dəyanət ilə danışmış və Ruhlanın sms-i barədə bildirmişdir. Dəyanət “baxaram, bəlkə” desə də sonradan onun yanına qayıtmamışdır. Bundan sonra da Ruhlan bir neçə dəfə ona sms yazıb Dəyanəti maraqlansa da, taksidən düşdüyü üçün Dəyanətlə əlaqə saxlaya bilmədiklərini demişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs3 bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolları təzyiq altında imzalamış, onun məhkəmədə verdiyi ifadə doğrudur. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərin heç birini tanımır. O, təxminən 5-6 il əvvəl Bakı şəhərinə işləmək məqsədilə gəlmişdir. 17 avqust 2022-ci il tarixdən Bakı şəhəri, 3-cü mkr ərazisində yerləşən Vahid adlı şəxsə məxsus motosiklet təmiri sexində usta vəzifəsində işləməyə başlamışdır. Hadisədən 1 il əvvəl Ruhlan İsmayılovla elan saytlarının birində tanış olmuşdur. O, motosiklet almaq məqsədilə Ruhlan İsmayılovun elanda yerləşdirdiyi nömrəyə zəng etmiş və Ruhlan İsmayılovla danışıb razılığa gəlmişlər. O, 1 gün X92dan motosiklet almışdır. Həmçinin sonra təsadüfən o yenidən saytda Ruhlan İsmayılovun tərəfindən elan paylaşıldığını görmüşdür. Ona məlum olmuşdur ki, Ruhlan İsmayılovda motosikletlərin alqı-satqısı, təmiri ilə məğul olur. Beləcə onun Ruhlan İsmayılovla tanışlığı olmuş və onlar bir yerdə işləməyə başlamışlar. 2022-ci ilin avqust aylarında o qərara almışdır ki, 3-cü mikrorayon bazarında təmir sexi açsın. Amma ona burda usta, usta köməkçisi, bir sözlə yeni işçi lazım imiş. O, Ruhlan İsmayılovdan tanıdığı usta olubolmadığını soruşmuşdur. Ruhlan İsmayılov ona elə özünün taksi fəaliyəti ilə məşğul olduğunu və pula ehtiyacı olduğunu demişdir. O, Ruhlan İsmayılovun bacarığı olduğunu görüb onu işə götürmək qərarına gəlmişdir. Təxminən 2 ay ərzində Ruhlan İsmayılov onların servisində usta kimi fəaliyyət göstərmişdir. Amma 2 ay X92un işə olan davamiyyəti dayanmışdır. Ruhlan İsmayılov işə gecikirmiş və ya gəlmirmiş, həmçinin hər dəfə də müxtəlif bəhanələr göstərirmiş. O, müdriyyətdən xahiş etmişdir ki, Ruhlan İsmayılovu işdən uzaqlaşdırsınlar. Ruhlan İsmayılov işdən uzaqlaşandan sonra vaxtı olanda ayda 1-2 dəfə onlarla hal-əhval tutmaq üçün servisə gəlirmiş. O, Ruhlan İsmayılovla ayda 1 dəfə müxlətif yerlərdə də rastlaşırmış. Onun dediklərinin tək sübutu işlədiyi servisdə olan videokameradır. Sonuncu dəfə hadisədən əvvəl Ruhlan İsmayılov servisə gəlmişdir. Onun əvvəlcədən onun servisə gələcəyindən xəbəri yox imiş. O, isə həmin vaxt çöldə işi olduğuna görə servisdən çıxmağa hazırlaşırmış. O, Ruhlan İsmayılovla görüşüb nə məqsədlə servisə gəldiyini soruşmuşdur. Ruhlan İsmayılov ona rayondan uzaq yoldan gəldiyini və onlarla hal-əhval tutmaq istədiyini demişdir. Sonra o işdən çıxmış və 2 saat sonra geri qayıtdığında Ruhlan İsmayılovun artıq getdiyini görmüşdür. O, servisdəki işçilərdən Ruhlan İsmayılovun servisə gəlmə səbəbini soruşmuşdur. İşçilər onun ümumi hal əhval tutduğunu, uzaq yoldan gəldiyi üçün maşınında nasazlıq yarandığını və onu aradan qaldırdıqdan X92un yarım saat sonra çıxdığını demişlər. Ruhlan İsmayılovun maşını əvvəlki ilin modeli olduğundan maşının tez-tez təmirə ehtiyacı olurmuş. Ruhlan İsmayılovun texniki bacarığı olduğu üçün maşınını elə özü daima təmir edirmiş. Ona görə də bu hadisə ona adi gəlmişdir. Sonuncu dəfə Ruhlan İsmayılovu hadisə günü görmüşdür. Hadisə günü, yəni 4 mart N-cü il tarixdə o həmişəki kimi evdən işə getmişdir. İşdə ehtiyat hissəsi çatışmadığından Bakı şəhəri, Babək prospektində “HMM” adlı ehtiyat hissələrinin satış yerinə getmişdir. O, ehtiyat hissələrini alan kimi işə qayıtmışdır. Onun maşınının texniki baxışı mart ayının 5-i bitəcəyindən o 4 mart N-cü il, yəni hadisə günü saat 15:00-da tanışı Vahid adlı şəxslə texniki baxışa getməyi planlamışdır. 4 mart N-cü il tarixdə saat 13:00-da Ruhlan İsmayılov ona zəng edərək halının pis olduğunu, ona kömək edib “28 may” ərazisinə aparmağını istəmişdir. O, Ruhlan İsmayılova getməli olduğu yer olduğunu deyib kömək edə bilməyəcəyini demişdir. X108 israr edərək qazdan zəhərləndiyi üçün vəziyətinin çox pis olduğunu, onu “28 May”-a aparmağını və sonra hara istəsə gedə biləcəyini demişdir. O, işdən çıxıb birbaşa Ruhlan İsmayılovun yaşadığı Zığ dairəsindəki evə getmişdir. Evin qapısını döymüş və Ruhlan İsmayılov qapını açıb çölə çıxmışdır. Ruhlan İsmayılovun üzü-bənizi ağarmış, özünü pis hiss edirmiş. Həmçinin o, ayaqlarını çəkirmiş və axsayırmış. Onlar maşına əyləşmişlər. Ruhlan İsmayılovun bir əlində içində nə olduğunu bilmədiyi çanta, digər isə asılqandan asılmış kostyum var imiş. Ruhlan İsmayılov maşının arxa oturacaqları üzərində uzanıb yol boyunca danışmamışdır. X48 həyəcanlı imiş və rəngi ağarmış, halı pis görünürmüş. Ruhlan İsmayılov ondan onu “Tarqovu”-da «Mojo» klubların arxasında düşürməyini istəmişdir. O, “Tarqovu”-da Ruhlan İsmayılovun istədiyi ünvana çatmaq istəyəndə qarşıdan maşın gəlmiş və o maşına yol verməli imiş. Məcburi o sağa dönüb fikirləşmişdir ki, qabaqdan sola dönər amma qabaqdan sol əks olduğu üçün o məcburi dövr edib eyni istiqamətə geri qayıtmışdır. Eyni istiqamətə qayıdanda yol çox tıxac olduğu üçün Ruhlan İsmayılov özü orda düşmək istəmişdir. Ruhlan İsmayılov maşından düşərkən ona atasının arxada onu gözlədiyini və onu xəstəxanaya aparacağını demişdir. İttiham aktındakı çəkilişdə də yolun necə sıxlıq olduğu görünür. O, sonra ordan işə qayıtmış və saat təqribən 16:00-17:00-a işləmiş işdə imiş və yarım saat sonra işdə ona zənglər gəlməyə başlamışdır. Zəng edənlər onun 5 ay əvvəl paylaşdığı motosiklet elanı haqda maraqlanırmış. Amma o motosiklet artıq satıldığı üçün elanı deaktiv etmiş və bu zəng ona çox qəribə gəlmişdir. Artıq aktiv olmayan elan üçün 5 ay sonra zəng gəlməsi onda şübhə yaratmışdır. İkinci dəfə gələn zəng 211 lə başlayırmış və bu nömrəni yalnız sistem işçiləri, polislər işlədir. O, onlardan nə məqsədlə yığdıqlarını soruşmuşdur. Onlar ona “whatsapp” sosial şəbəkəsindən şəkil atdıqlarını və həmin şəkildəki maşını tanıyıb-tanımadığını soruşmuşlar. “Vhatsapp” sosial şəbəkəsindən 211-lə başlayan nömrədən ona motosiklet şəkli atılmış, amma motosikletin arxasında 10- 15 ədəd maşın dayanırmış. Polis əməkdaşları ona Ruhlan İsmayılova aid maşını işarəliyib atmışlar. Polis əməkdaşları ondan şəklin harda çəkildiyi və maşının sahibinin harda olduğunu soruşurmuşar. O, onlara şəklin onun tərəfindən iş yerində çəkildiyini, Ruhlan İsmayılovun da əvvəllər onlarla işlədiyini və maşının da şəkilə düşdüyünü demişdir. O, polis əməkdaşlarına Ruhlan İsmayılovun hal-hazırda harda olduğunu bilmədiyini amma 2 saat əvvəl bir yerdə olduqlarını demişdir. Polis əməkdaşları bunu deyən kimi onun harda olduğunu soruşmuşlar və iş yerinə gəlmək istəmişlər. Yarım saat gözləmiş, artıq saat 17:00 olmuşdur. Sonra polis əməkdaşları ona zəng edib 3-cü mikrorayon ərazisində bazara dönən hissədə tıxac olduğu üçün ona 3-cü mikrorayon dairəsinə yaxınlaşmağını demişlər. O, iş yerindən uzaqlaşıb 3-cü mikrorayon dairəsinə yaxınlaşmışdır. 30-40 dəqiqə gözlədikdən sonra 2 avtomobil gəlmişdir. Polis əməkdaşları Xətai RPİ-nin əməkdaşları imiş. O, maşına əyləşmiş və polis əməkdaşları onu “Tarqovu”-da onun Ruhlan İsmayılovu düşürdüyü yerə aparmışlar. Onlar ora çatanda maşınlar çoxalmışdır. Polis əməkdaşları Ruhlan İsmayılovu axtarırmış. Onun heçnədən xəbəri yox imiş, çünki kimsədə ona heçnə demirmiş. Təqribən saat 19:00-20:00-a işləmiş 2 nəfər polis əməkdaşı əlini bağlamış və onu köhnə buraxılış “Mercedes-Benz” yəni onların “S clas” kimi tanıdığı öz şəxsi maşınına əyləşdirib Hövsan, Dəniz kənarı və s. şəhərin müxtəlif istiqamətlərinə aparmışlar. Maşını sürən polis əməkdaşının adı İsa imiş. Polis əməkdaşları maşında onu döyərək hər cür fiziki təzyiq göstərmişlər. Polis əməkdaşları maşında onun üstünə silah çəkib, bildiklərini danışmasa onu öldürəcəklərini demişlər. O, bildiklərini polis əməkdaşlarına danışmışdır. O, saat təxminən 20:00-21:00-a işləmiş BMCMİ-nə gətirilmişdir. Artıq orda ona Ruhlan İsmayılovun törətdiyi cinayət hadisəsi barədə məlumat vermişlər və tutulma səbəbini demişlər. BMCMİ-də də ona qeyri-insanı rəftarlar edilmiş, işgəncə verilmişdir. Onlara işgəncə verilmədiyi deyilsə də, amma hal hazırda 10 aydır ki, onun qoluna verilən elektro tokun yeri qalmaqdadır. Hətta kəlbətinlə onun üzünü, saçını çəkirmiş, dubinka ilə vururmuşlar. O, səhəri gün rəisin otağına aparılmışdır. X87 axtarışların nəticəsi olaraq bu işdə heç bir əlaqəsi olmadığını, sadəcə hadisə hələ yeni olduğundan onu buraxa bilməyəcəklərini demişdir. Həmçinin X121 onun da tutulmağı üçün səbəb lazım olduğundan ona narkotik vasitəni üzərinə götürməyini bildirmişdir. Əbülfət Rzayev bir müdət sonra da onu buraxacaqlarını demişdir. Onun indiyə kimi narkotik vasitəsi ilə əlaqəsi olmamışdır. Polis əməkdaşları rəisin otağında onu döymüşlər. O, özündən gedəndən sonra polis əməkdaşları onu geri qaytarmışlar və 3-4 dəfə də çəkiliş üçün döymüşlər. Axırda polis əməkdaşları onu otağa qaldırıb qardaşının şəklini göstərmişlər və evinə 2 qram narkotik vasitə qoyaraq qardaşını da tutmaqla hədə-qorxu gəlmişlər. O, çarəsizlikdən razılaşmış və 5 büküm narkotik vasitəni üzərinə götürmüşdür. O, qətiyyən narkotik vasitələrdən istifadə etməmiş, polis İdarəsində videoçəkiliş olmuş və o 3 dəfə narkotik vasitəni üzərinə götürməyə etiraz etdiyi üçün hər dəfə döyülmüşdür. İttiham aktında qeyd olunmuşdur ki, o 4 mart N-cü il, saat 17:00-da tutulmuş, amma onun əlində sübut da var ki, o saat 18:00-a qədər şəhərdə kameranın altında olmuşdur. O, işgəncə ilə bağlı həbs olunduğu 10 ay ərzində cənab Prezidentə, “Ombudsman”-a, “Qızıl Xaç Cəmiyyəti”-nə, vitse-prezidentə, Apellyasiya Məhkəməsinə müraciət etsə də, müraciətlərinə baxılmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndiirlən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2 bildirmişdir ki, istintaqda verdiyi ifadələri təsdiq etmir. Ruhlan İsmayılovun deməyinə görə evində su qızdırıcı «pətiminutka» var və qaz sızıntısı buraxır. Təxminən 2 ay əvvəl Ruhlan evində qazdan zəhərləndiyi üçün bu hadisə ona normal gəlmişdir. Ruhlanın özünün maşını olmuşdur. Ruhlanın maşını qızılı rəngdə “Opel Vectra B” imiş. Ban nömrəsi səhv etmirsə 838 imiş. X77 törətdiyi cinayət hadisəsindən xəbəri olmamışdır. O, Ruhlanın Dəyanət, Səbuhi və ya başqası ilə telefon danışıqlarını eşitməmişdir. O, silah başlığı dəyişməyəcəkmiş, X49 aparmaqla baglı heç bir məlumatı yoxdur, əldə edilən pulun qara bazarda başqa pulla dəyişdirilməsi barədə o heçnə bilmir. Elana görə ona zəng edənlər özünü tanıtdırmamışlar, amma danışıqlarından polis olduqları ona məlum olurmuş. Polis əməkdaşlarının yanına gedərkən cibinə narkotik qoyub getməmişdir. Polis əməkdaşları 3-cü mikrorayon dairəsində ondan telefonu almışlar və telefona proqramlar yükləyirmişlər. “Tarqovu”-da başqa əməkdaşlar telefona fərqli bir proqram yükləmişlər, nəyisə geri qaytarıb baxış keçirirmişlər. 06 mart N-cü il tarixdə ona sanksiya verilmişdir. O, saxlanılan gün üzərindəki telefonda ***-***-**-** mobil nömrəsi olmuşdur. Polis əməkdaşları onu tutarkən təxminən saat 18:00 radələrində telefonu əlindən almışlar. Saat 19:10-dan sonra telefonunda edilən danışıqları kimin etdiyini bilmir. Onun telefonu həmin gün saat 18:00-dan sona polis əməkdaşlarında olmuşdur. Elan olunmuş cinayət işinin 3-cü cild 70-71-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən təqsirləndirilən şəxs-mülki cavabdeh Azər Məmməd bildirmişdir ki, imza onun imzasıdır. O, təzyiq altında protokola imza çəkmiş və protokolu təsdiq etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 3-cü cild 74-75-ci vərəqəsində olan izahatında, 3-cü cild 83-85ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: «...Əvvəllər narkotik vasitə qurudulmuş marixuana və heroindən istifadə etmişdir. xx.xx.Ncü ildə yaşadığı ünvanın yaxınlığında gəzərkən məişət tullantıları üçün nəzərdə tutulmuş qabların yanında bir neçə bükümlərin olmasını görmüşdür. Həmin bükümlər diqqətini cəlb etdiyi üçün ətrafa baxıb kiminsə onu görmədiyinə əmin olduqdan sonra bükümləri götürüb cibinə qoymuşdur. Həmin 05 ədəd bükümün içərisində narkotik vasitə heroin olmasını müəyyən etmişdir. Həmin bükümlərin içərisində olan narkotik vasitə heroini uyğun vaxt tapdıqda istifadə etmək məqsədi ilə yenidən şalvarının cibinə qoymuşdur. 04 mart N-cü il tarixdə 16:55-də ünvan 14 ünvanının yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəmdə qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. ...Üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 05 ədəd sellofan bükümü, şalvarının sağ yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu və 44 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 05 ədəd sellofan büküm açılarkən bükümlərin içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 05 ədəd sellofan bükümdə narkotik vasitə heroin polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş narkotik vasitə heroini dünən yaşadığı ünvanda yerləşən məişət tullantıları olan ərazidə yerdən tapdığını, şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imzalar onun imzasıdır. O, təzyiq altında izahata və protokola imza çəkmiş və izahatı, protokolu təsdiq etmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs6 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Ruhlan İsmayılovun atasıdır. Onun digər oğlu hərbi xidmətdədir. X78 orta ixtisas təhsili var imiş, o, motosiklet təmiri ilə məşğul olur, bəzi hallarda isə taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. Ruhlan İsmayılov onlarla yaşamırmış, çünki motosiklet işinə görə hər dəfə onların evinə gəlib-gedə bilmirmiş. Buna görə Ruhlan İsmayılov ayrı evdə yaşayırmış. O, özü də evlərin təmir işi ilə məşğul olur. “Minta 37” markalı odlu silah bacısı oğlu Təqsirləndirilən şəxs5 məxsusdur. Həmin silah ona babasından yadigar qalmışdır. Belə ki, təxminən 2022-ci ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs5 “Minta 37” markalı odlu silahını ona göstərərək təmir etdirərək suvenir kimi saxlamaq istədiyini, Bakı şəhərində yaşadığından tanış usta tanıyıb-tanımadığını soruşmuşdur. O, Təqsirləndirilən şəxs5 bildirmişdir ki, ətrafında belə bir usta tanımır və silahı Təqsirləndirilən şəxs5 geri vermişdir. Bu zaman yaxınlıqlarında dayanan oğlu X94 İsgəndərova bildirmişdir ki, o silahı təmir etdirə bilər. O, oğluna etiraz etsə də, Ruhlan İsmayılov onu dinləməmiş və Təqsirləndirilən şəxs5la birlikdə kənara çəkilmişdir. O, X78 törətdiyi cinayət əməlindən xəbərsiz olmuş, o cinayət hadisəsi baş verdikdən sonra sosial şəbəkədə Əzizə İsmayılova və Natiq İntiqam oğlunun səhifələrindən bu cinayət barədə məlumat almışdır. O, dərhal DİN-in 102 xidmətinə zəng edərək adı hallanan şəxsin oğlu olduğunu bildirmişdir. O, elan olunmuş ittihamla ona görə razı deyil ki, “Minta 37” markalı odlu silahı oğluna o verməmiş, o, əksinə silahı Təqsirləndirilən şəxs5 özünə geri qaytarmışdır. Proses iştirakçıalrının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs6 bildirmişdir ki, Ruhlan İsmayılov əvvəllər hər hansı silah təmir etdirməmişdir. Oğlu aqressiv biri imiş və silahı təmir etdirməməsini bildirsə də, oğlu Ruhlan İsmayılov onu dinləməmişdir. Oğlunun silahı təmir etdirmək istəməsi onu şübhələndirmişdir. O, təqsirləndirilən şəxslərdən yalnız qohumu Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 tanıyır. O, Sabunçu bazarı tərəfdə avtobusa minərək oğlunu izləmiş və oğlu Zabrat qəsəbəsində tanımadığı yerdə “Nikoil” yanacaq doldurma məntəqəsi tərəfdə düşərək hansısa evə getmişdir. O, onun arxasınca evə girəndə oğlunu Təqsirləndirilən şəxs4la görmüşdür. O, oğlunun İbrahimlə yaşamasına etiraz etmişdir. Bir müddət sonra oğlu ona Təqsirləndirilən şəxs4la yaşamadığını bildirmişdir. O, oğlunun cinayət hadisəsi törətməyə hazırlaşmasından şübhələnməmişdir. O, Qala qəsəbəsində yaşayır. Oğlu 1 neçə ildir ki, onlarla yaşamır. Oğlu planları barədə onlara danışmamış, sadəcə olaraq işində irəliləyiş olduğunu, hər şeyin yaxşı olacağını bildirmişdir. O, əvvəlcədən Təqsirləndirilən şəxs5 babasından yadigar silah qaldığını bilmirmiş. O, Ruhlan İsmayılova demişdir ki, silahı təmir etdirsə sonra hansısa bir problem yaranar. O, bilmişdir ki, Təqsirləndirilən şəxs5 silahı Ruhlan İsmayılova vermişdir. O, oğlundan Təqsirləndirilən şəxs3 barədə hər hansı bir məlumat eşitməmişdir. Silahı oğlu özü Təqsirləndirilən şəxs5 götürmüş, o silahı Ruhlan İsmayılova verməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ifadəsində göstərmişdir ki, o, 13 il 07 ay müddətində “ANAMA” təşkilatında işləmiş, 3 il ordu sıralarında xidmət etmişdir. O, Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmiş və 44 günlük Vətən Müharibəsində iştirakına görə "Xocavənd uğrunda”, “Füzuli uğrunda” və “X27” medalları ilə təltif olunmuşdur. Ruhlan İsmayılov onun dayısı oğludur. “Minta 37” markalı tapanca babasından atasına, atasından da ona nəslin 1 simvolu, yadigarı kimi qalmışdır. Həmin silah 1941-1945-ci il müharibəsindən qalan silahdır, silahın heç bir sənədi yoxdur. Silahın nə iynəsi, nə də darağı yox imiş və silah işlək vəziyyətdə deyilmiş. Silah yerə basdırılıdığından paslanmışdır. O, silahın pasının təmizlənməsi, yaxşı vəziyyətə salınmasını istəyirmiş və buna görə X66la danışmışdır. Amma X66 silahın düzəldilməsindən başının çıxmadığını bildirmişdir. Bu vaxt dayısı oğlu Ruhlan İsmayılov ona demişdir ki, o, silahı düzəltdirə bilər. X1 İsmayılovun silahı düzəltdirməsinə etiraz etsə də, Ruhlan İsmayılov silahı düzəltdirmək üçün ondan almışdır. Ruhlan sonradan telefonla danışanda tapancanı hazır etdiyini yəni iynəsi və purjinini dəyişdiyini, özünün də pasını təmizləyib qara rəngli boya ilə boyadığını bildirərək tapancanın fotoşəkilini ona göndərmişdir. O, silahı Ruhlan İsmayılova verdikdən bir müddət sonra cinayət hadisəsi baş vermişdir. Onun ən böyük səhvi silahı Ruhlan İsmayılova vermək olmuşdur. O, onun cinayət hadisəsi törədəcəyindən xəbərsiz imiş. O, bilmirmiş ki həmin silahdan Ruhlan İsmayılov cinayətdə istifadə etmişdir. Proses iştirakçıalrının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs5 bildirmişdir ki, onun məqsədi silahı təmizlətdirib evə qoymaq imiş. X122, nə də Təqsirləndirilən şəxs6 ona “Bravo” marketə hücüm planı barəsində heçnə deməmişdir. O, silaha sənəd verilməsi üçün müraciət etməyi düşünürmüş, elə bu baxımdan da silahı təmizlətdirmək istəyirmiş. O, silahı evdə bağlı sandıqda saxlayırmış, ailə üzvləri silah barəsində məlumatlı imiş. O, X66a silahla bağlı danışarkən onlar toy evində imiş. Rövşən İsgəndərov silahı Ruhlan İsmayılovun götürmək istəməyinə acıqlanıb çıxıb getdiyindən onun fikrincə onun silahı Ruhlan İsmayılova verməyini bilməmişdir. X79 gedəndən sonra o Ruhlan İsmayılova silahı vermişdir. O, silahı Ruhlan İsmayılova verəndən sonra bu barədə Rövşən İsgəndərovla arasında heç bir söhbət olmamışdır. O, X66dan başqa heç bir təqsirləndirilən şəxsi tanımır, heç bir təqsirləndirilən şəxslə əlaqəsi olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, “2011-ci ildən "X62” Açıq Səhmdar Cəmiyyətinin Təhlükəsizlik şöbəsində inkassator sürücüsü işləyir. Onun vəzifəsi inkassator heyətini hər gün əvvəlcədən Açıq Səhmdar Cəmiyyətinin Təhlükəsizlik şöbəsinin müdiri tərəfindən təyin olunmuş marşrut üzrə Cəmiyyətə məxsus verilənlərin asinxron vasitələrinin, yəni bankomatların quraşdırıldıqları müxtəlif ticarət mərkəzlərinə, mağazalara, apteklərə çatdırılmasını həyata keçirməkdən ibarətdir. Onun iş funksiyamsın həyata keçirmək üçün ona “Renault Master” markalı Az **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim olunsa da, həmin avtomobili 03 mart N-cü il tarixdə təmir işləri aparılması üçün təhvil vermişdir. 04 mart N-cü il tarixdə ağ rəngli “Ford Transit” markalı Az **-JD-*** dövlət qeydiyyat nişanlı inkassator avtomobili ilə Cəmiyyətin ünvan 15 ünvanında yerləşən “Uniplaza” adlı binadakı baş ofisindən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 götürüb birlikdə müxtəlif ünvanlarda yerləşən bankomatlara pul yerləşdirmək üçün yola düşmüşlər. Saat 12:00-da onlar “Bravo” hipermarketə yaxınlaşmışlar. Kassir və mühafizəçi marketin qarşı tərəfində yerləşən əsas giriş qapısından içəri daxil olaraq pulu kassasiya etməyə getmişlər. O, təlimata uyğun olaraq avtomobilin qapılarını kilidləyib sükan arxasından düşmədən kassirlə mühafizəçinin qayıtmalarını gözləmişdir. Təxminən 5 dəqiqə sonra marketin giriş qapısı tərəfdən ardıcıl atılmış silah səslərinə bənzər səslər eşitmişdir. Hadisə zamanı o kassirin vurulduğunu görmüş, sonra marketdən çıxan şəxslərin maşına 2 metr məsafədən atəş açdıqlarını görmüşdür. O, maşına minən zaman da maşına atəş açılmışdır. O, maşında olarkən 2 güllə başının üstündən keçərək maşına dəymiş, 2 güllə isə ayağının altından keçərək maşına dəymişdir. O, atəş açanları təxminən görmüşdür. Ona fiziki olaraq xəsarət dəyməsə də o qorxduğu üçün müalicə almışdır. Onun təqsirləndirilən şəxslərə qarşı tələbi yoxdur. O, təqsirləndirilən şəxslərlə barışmamış, onlardan şikayətçidir. O, təqsirləndirilən şəxslər barəsində ağır cəza verilməsini xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, atəş açılandan sonra “Bravo” hipermarketin şüşələri sınmış və o ətraflı olaraq içəridə nə baş verdiyini görməmişdir. O, “Bravo” hipermarketə neçə nəfərin hücum etdiyini görməmiş, o yalnız 1 nəfər atəş açan şəxsi görmüşdür. O, Təqsirləndirilən şəxs2 görməmişdir. Atəş açan şəxs Təqsirləndirilən şəxs2 olmamış, başqa şəxsi görmüşdür. O, hadisədən əvvəl ən son hansı tarixdə işlə bağlı “Bravo” hipermarketə getdiyini xatırlamır. O, heç bir təqsirləndirilən şəxsi tanımır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təqsirənirilən şəxslərin heç birini tanımır. O, “X80” ASC-də inkassator-kassiri işləyir. İnkassator-kassir olaraq o həftənin altı günü, saat 09:00-dan 18:00-dək işləyir, əmək funksiyalarına iş zamanı xəzinə bölməsinin həmin günə qalıq pulları dəyişdirməli olan ATM-lər, hər ATM-də qalıq və dəyişdirməli olan məbləğlər və s. barədə hesabatlara əsasən kassadan dəyişdirilməsi nəzərdə tutulan pul vəsaitlərini sayıb qəbul etmək, xəzinədarın təqdim etdiyi məxaric qəbzinə imza atmaq, hər bir ATM üçün ayrıca nəzərdə tutulmuş çantalar üzrə pulları dəyişdirdikdən sonra geri qayıdanda yenidən özü ilə götürdüyü qalıq pulları sayıb kassaya mədaxil etmək və bu barədə mədaxil qəbzini imzalamaq və s. ibarətdir. “X62" ASC-nin iş fəaliyyətinə əsasən o ATM-lərdə pulları həmişə kasetlə deyil, əl ilə dəyişdirir. O, hadisə günü “Bravo” hipermarketdə quraşdırılmış “X62” ASC-yə yaxınlaşmış, o kasetləri bir-bir çıxararaq pul yükləməyə başlamışdır. O, 3 kaseti yükləmiş, 4-cü kaseti yükləyən zaman sağ qulağının yaxınlığından çox gur səs eşitmişdir. O, ayağa qalxan zaman sağ nahiyəsində ağrı hiss edib yerə yıxılmışdır. Cinayət zamanı açılan atəş nəticəsində xəsarət almış və güllələrdən biri bədənində sağ qolunun altından girib, sol kürək nahiyəsindən çıxmışdır. Onu vuran şəxsi görməmişdir. O, 1 aya yaxın xəstəxanada müalicə almışdır. Ekspertiza rəyi ilə tanış olub-olmamağını xatırlamır. Təqsirləndirilən şəxslər və ya onların ailə üzvləri tərəfindən onun müalicə xərcləri ödənilməmişdir. O, təqsirləndirilən şəxslərdən şikayətçidir, barışmamış, təqsirləndirilən şəxslərə ən ağır cəza vermələrini xahiş edir. Zərərçəkmiş şəxs1 hüquqi varisi X59 teleqramla müraciət edərək, məhkəmə iclasında iştirak etmək istəmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslərə ən ağır cəza-ömürlük cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X30 ifadəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 onun doğma qardaşıdır. Rüfət uşaq vaxtlarından kikboks, daha sonra isə boks idman növü ilə məşğul olmuş, 2012-ci ildən 2020-ci ilə qədər idman karyeriyası ilə əlaqədar Almaniyada yaşamış, 2020-ci ildə deport olunduqdan sonra ölkəyə qayıdıb Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hərbiləşdirilmiş müdafiə idarəsində işə başlamış, “44 günlük Vətən Müharibəsi” başlayanda Rüfət də iş yerindən döyüşlərə cəlb edilərək bir neçə rayonun alınmasında göstərdiyi cəsarətinə görə medallar da almışdır. 2022-ci ilin sonlarında Rüfətin işlədiyi yer ilə “X62” ASC ilə bağlanmış müqaviləyə əsasən Rüfət və bir neçə iş yoldaşları bankın ATM-lərinə pulların daşınması və dəyişdirilməsində inkassator-mühafizəçi kimi işə başlamışlar. N-cü ilin yanvar ayında Rüfətin Almaniyadan tanıdığı, Almaniya vətəndaşı Yevgeniya adlı qadınla Bakı şəhərində nikahı bağlanmış və nikahdan sonra Yevgeniya Almaniya şəhərinə qayıtmış, Rüfət isə viza sənədlərinin hazırlanması üçün müraciət etmiş və hadisə nəticəsində ölməsəydi az sonra sənədləri hazır olacaq və arvadının yanına Almaniyaya gedəcəkmiş. Hətta, arvadı Yevgeniya da Rüfətə son vaxtlar işi təhlükəli olduğuna görə işdən çıxıb köçməyə hazırlaşmasını demişdir. Rüfət hər gün saat 07:30 radələrində işə gedir və iş vaxtı saat 17:00-da başa çatırmış. Hadisə günü Rüfət həmişəki vaxtda səhər yeməyini yeyib işə getmiş, bundan sonra saat 11 radələrində o, övladları və anası ilə birlikdə Bulvara gedib gəzib saat 13:00 radələrində evə qayıtmışlar, geri qayıdanda binanın qarşısında Rüfətin tanımadığı iş yoldaşları ilə rastlaşmışlar və onların danışığından bir şey başa düşməsələr də ardınca qohumların zəngi başlamışdır, lakin dəqiq bir məlumat verən olmasa da sosial şəbəkələrə daxil olanda yayılan xəbərlərdə həmin gün iki nəfər tanımadıqları şəxsin Əhmədli qəsəbəsində yerləşən Bravo marketdə quraşdırılmış “X62”na məxsus ATM-də pul dəyişdirilərkən Rüfətə və kassirə silahlardan hücum etdikləri, açılan atəşlər nəticəsində Rüfətin öldüyü, kassirin isə yaralandığını öyrənmişlər. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Ruhlan İsmayılov adlı şəxsləri tanımır, Rüfətin də həmin şəxsləri tanımadığını və heç bir əlaqəsi olmadığını hesab edir. Məhkəmə iclasında zərəçəkmiş hüquqi şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs4 MMCnin nümayəndəsi X38 izahatında göstərmişdir ki, hadisə nəticəsində Ruhlan İsmayılovun atəş açdığı güllələrin Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Bravo" hipermarketin şüşələrinə dəyərək sındırıb məhv etməsi və alıcılar üçün nəzərdə tutulmuş dolaba dəyərək zədələməsi nəticəsində şirkətə 12.556 manat zərər dəymişdir. Hazırda mülki iddiaçı qismində tanınırlar. Təqsirləndirilən şəxs-mülki cavabdehlər-X31, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şikayətçidirlər, barışmamışlar və 12.556 manat zərəri tələb edirlər. Məhkəmə iclasında zərərçəkmiş-hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 izahatında göstərmişdir ki, xx.xx.N-cü il tarixdə “Bravo” marketə hücum zamanı Dəyanət Qüdrətov tapança tipli silahı çıxarıb “X62” ASC-nin ATM-in qarşısında ayaq üstə dayanaraq Zərərçəkmiş şəxs1 başına tuşlayıb təxminən 1 metr məsafədən atəş açır, Zərərçəkmiş şəxs1 kənara çəkilməsi nəticəsində açılan atəş Rüfətə dəyməyərək həmin səmtdə təxminən 3 metr aralıda quraşdırılmış "xxxx" ASC-nin ATM-nə dəyir. "xxxx" ASC-yə məxsus ATM-ə 1670 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslər- mülki cavabdehlər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, X5 şikayətçidirlər, barışmamışlar və təqsirləndirilən şəxslər-mülki cavabdehlər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, X5 "xxxx" ASC-ə vurulmuş 1670 manat maddi ziyanı tələb edirlər. Məhkəmə iclasında zərərçəkmiş-hüquqi şəxs “X62” ASC-nin nümayəndəsi X39 izahatında göstərmişdir ki, xx.xx.N-cü il tarixdə “Bravo” marketə hücum zamanı “X62” ASC-nin ATM-i və zirehli maşına zərər vurulmuşdur. Lakin həmin zərərlər sığorta şirkəti tərəfindən ödənildiyindən təqsirləndirilən şəxlsərə qarşı mülki iddia verməmişlər. Həmçinin, 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaiti oğurlanmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin pul məbləğlərinin, yəni meyitin aşkar olunduğu otaqdakı bir ədəd çantadan aşkar edilmiş 16.835 manat va 20.100 ABS dolları məbləğində pul vəsaitinin banka təhvil verilməsi məsələsi ********* №-li ayrıca cinayət işində həll olunacaqdır. Təqsirləndirilən şəxslərlə barışmamışlar, lakin sığorta şirkəti tərəfindən “X62” ASC-ə dəymiş zərər ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 16 ildir ki, taksi sürücüsü olaraq fəaliyyət göstərir. O, adətən Xətai rayonu, Ramiz Quliyev küçəsi 3 ünvanında yerləşən "Bravo” hipermarketin qarşısında dayanaraq müştəri sifarişi götürür. 04 mart N-cü il tarixdə 189 taksi xidmətindən ona sifariş gəlmiş, lakin 2 dəqəqidən sonra həmin sifariş ləğv olunduğu üçün yenidən qayıdaraq əvvəl dayandığı yerdə, yəni Bravo” hipermarketin orta qapısında, bankomat olan hissədə dayanmışdır. Qapının üzərində isə Novruz bayramı ilə əlaqədar reklam şəkilləri yapışdırılmışdır. Saat 12, 1-ə işləmiş partlayış səsinə oxşayan səs eşitmişdir. O, düşünmüşdür ki, hansısa müştəninin əl arabasından qazlı su şüşəsi yerə düşüb və bu cür səs verir. O, avtomobilin arxa tərəfində digər sürücü ilə söhbət etməyə davam etmişdir. O, Bravo” hipermarketin orta qapısına tərəf boylananda görmüşdür ki, göy gödəkcədə əlində avtomat olan şəxs 15 metr məsafədən atəş açmışdır. O, yanındakı yoldaşı itələmiş və həmin şəxs qaçmışdır. O da avtomobilinin qapısı açıq qalsa da, əks tərəfə doğru qaçmışdır. Onun ayağı su borularına dəymiş və yerə yıxılmışdır. Bu zaman yenidən atəş açılmış və o ayağa qalxa bilməmişdir. O, vurulduğunu düşünmüş və otların arası ilə sürünə-sürünə əks tərəfə doğru getmişdir. Bu vaxt hələ də atəş səsləri gəlirmiş. Az sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polislər ona kömək edərək 5 dəqiqə sonra gələn təcili yardım avtomaşını ilə xəstəxanaya yola salmışlar. O, xəstəxanada çiyin sümüyünün sındığını öyrənmişdir. O, hadisə zamanı yalnız əlində silah olan göy gödəkcəli şəxsi görmüş və atəş səsləri eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, usta kimi fəaliyyət göstərir. N-cü ildə xatırlamadığı tarixdə o işdən evə qayıtdığı saatlarda avtobusda olarkən oğlu ona zəng edərək məhlədə polis əməkdaşlarının olduğunu demişdir. Bu zaman sahə rəisi evin həyətinə gəlib oğlundan telefonu götürüb onunla danışmış və narahat olmamağını, yaşadıqları evin qapısının qarşısında gümüşü rəng nömrəsiz “Opel” markalı maşın olduğunu deyərək maşının kimə məxsus olması və nə vaxt oraya gətirilməsi barədə suallar vermişdir. O, sahə rəisinə maşını olmadığını və həmin maşının kimə aid olduğunu bilmədiyini demişdir. Sonra o evə çatmış və polislərin suallarını cavablandırmışdır. O, hadisə barədə məlumatsızdır, hadisə ilə bağlı heçnə görməmiş və bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən Qara Qarayev stansiyasının yaxınlığında “Ovçuluq və balıqçılıq" mağazasında işləyir. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsində vətəndaşın psixoloji və narkoloji vəziyyəti yoxlanılır, rəy onlara verilmir, vətəndaş ətraflı yoxlanıldıqdan sonra DİNdən şəxsin adına şəhadətnamə onlara verilir, onlar bundan sonra silaha sənəd verir. Onların dükanına ilk əvvəl Ruhlan İsmayılov silah almaq üçün müraciət etmişdir. Lakin müvafiq yoxlamalardan X92un psixi-narkoloji problemləri olduğuna görə ona silah verilməmişdir. Daha sonra Dəyanət Qüdrətov N-cü ilin fevral ayında mağazaya yaxınlaşıb silah almaq üçün müraciət etmişdir. Dəyanət Qüdrətov ilk əvvəl silah almaq üçün Əlövsət adlı şəxsin mağazasına müraciət etmişdir. Lakin Əlövsət adlı şəxs silah satmadığından X50 birlikdə silah almaq üçün onların mağazasına gəlmişlər. Müvafiq yoxlamalardan sonra 16 fevral N- cü il tarixdə Dəyanət Qüdrətova 1 saat təlimat keçib, “AKS lancaster” markalı silahı 3300-3400 manata satmışlar. X56 ov üçün hara gedəcəyini soruşmuşlar. Dəyanət Qüdrətov silahı ova getmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Silahın pulunu Əlövsət adlı şəxs ödəmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid11 bildirmişdir ki,silahı satmaq üçün əvvəlcə DİN-də yoxlama aparılmalıdır. Həmin yoxlamanın müddətindən asılı olaraq onlar silahı gec və ya tez satır. Silah 3250 manata satılmışdır. Həmin pulu Dəyanətin yanında Əlövsət vermişdir. Dəyanətə təxminən 2-3 paçka, yəni 40 və ya 60 ədəd həmin silahın patronları da satılmışdır. Yəqinki, Əlövsət adlı şəxs Dəyanət Qüdrətov onun öz müştərisi olduğuna görə silahın pulunu ödəmişdir. Dəyanət Qüdrətov silahı ov məqsədi ilə aldığını demişdir. Silahın 1 darağı var, daraq 10 ədəd güllə tutur. Dəyanət Qüdrətovun götürdüyü patronlar heyvan ovu üçün nəzərdə tutulmuşdur. O, Səbuhi adlı şəxsi görməmiş, adını eşitməmiş, tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır. O, 2022-ci ilin təxminən iyun-iyul aylarında Sumqayıt şəhərində yerləşən maşın bazarından tanımadığı şəxsdən boz rəngli “Opel Vectra” markalı avtomobil almışdır. Təxminən 1-2 ay avtomobili təmir edib saz vəziyyətə gətirdikdən sonra 2022-ci ilin təxminən iyun-iyul aylarında Sumqayıt şəhərində yerləşən maşın bazarına satışa çıxarıb təxminən tanımadığı şəxsə 4500 manat məbləğində pula satmışdır. Təxminən 4-5 ay sonra “Bravo” hipermarketdə baş vermiş cinayət hadisəsini eşitmişdir. O, hadisədən xəbərsizdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, təqsirləndirlən şəxsləri tanımır. O, Bakı şəhəri Əhmədli qəsəbəsində “Bravo” hipermarketdə mühafizə xidmətinin rəisi vəzifəsində işləyir. Onun vəzifəsi daxili oğurluq hallarına baxmaqdır. Onların üzərində silah olmur. 04 mart N-cü il tarixdə saat 12 radələrində o marketin çöl hisəsində dayanmış və anidən partlayış səsi eşitmişdir. O, elə bilmişdir ki, bankomatlardan hər hansı birində partlayış olmuşdur. O, marketə yaxınlaşmaq istəyəndə görmüşdür ki, avtomatdan açılan atəş nəticəsində marketin şüşəsi sınmışdır. O, dərhal 15-20 metr aralıda olan maşının arxa tərəfinə keçmişdir. Sonra o əlində sumka və avtomat olan şəxsin qaçdığını görmüşdür. Sonra həmin şəxs inkassatorun maşınına da 2- 3 güllə atıb uzaqlaşmışdır. Videokameralara baxan zaman görmüşdür ki, sonradan adını bildiyi təqsirləndirilən şəxs Dəyanət Qüdrətov əvvəlcə silahdan atəş açmaq istəyir atəş açılmır, sonra Dəyanət Qüdrətov inkassatora atəş açır və sonra camaatla birlikdə çölə qaçır. O, marketə silahlı şəxslərin daxil olduğunu görməmişdir. O, həmin müddətdə çöldə dayanmışdır. O, xəsarət almamışdır. O, Səbuhi adlı şəxsin adını eşitməmiş, görməmişdir. O, Dəyanət Qüdrətovu arxadan görmüş, onu kameradan görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır. O, yalnız Dəyanət Qüdrətovu vidoekameralardan görmüşdür. O, ov silahlarının satışı ilə məşğul olan “Safari-Azəri" MMC-nin direktorudur. İşçiləri ona məlumat vermişdir ki, N-cü ilin yanvar ayının sonlarında Əlövsət adlı şəxs mağazaya Ruhlan adlı bir nəfər gətirib həmin şəxsin silah, yəni “Lancaster” markalı tüfəng almaq istədiyini bildirmişdir. Daxili İşlər Nazirliyinə müraciət etdikdə Ruhlanın əvvəllər Maştağa qəsəbəsində yerləşən Psixiatrik dispanserdə qeydiyyatda olduğuna görə ona silah verilməsinin qadağan olduğu bildirilmiş və Ruhlana silah satılmamışdır. N-cü il fevral ayının ilk günlərində Əlövsət yenə mağazaya Dəyanət adında bir nəfərin şəxsiyyət vəsiqəsini təqdim edib, həmin şəxsin silah, yəni “Lancaster” markalı tüfəng almaq istədiyini bildirmişdir. Daxili İşlər Nazirliyindən Dəyanətə silah verilməsinə xüsusi icazə və şəhadətnamə mağazaya daxil olduqdan sonra “AKS lancaster-03” markalı ov silahı Dəyanətə satılmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid10 bildirmişdir ki, DİN-dən daxil olan sənəd əsasında silah Dəyanət Qüdrətova satılmışdır. Dəyanətə təxminən 2-3 paçka, yəni 40 və ya 60 ədəd həmin silahın patronları da satılmışdır. O, silahın Dəyanət Qüdrətova verilməsində iştirak etməmişdir. O, videokameralardan X51 adlı şəxslə mağazaya gəldiyini görmüşdür. O, Əlövsət adlı şəxsi tanıyır. Əlövsət adlı şəxs ovçu dükanı işlədir. O, silahın pulunu kimin ödədiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, “Ovçuluq və balıqçılıq" mağazası işlədir. O, yalnız ov-bağ ləvazimatları satır, silah satmır. O, təqsirləndirilən şəxslərdən yalnız Dəyanət Qüdrətovu tanıyır. Dəyanət Qüdrətovun dostu Ruhlan İsmayılov dükanının qarşısındakı yazılardan əlaqə nömrəsini götürüb ona zəng edib silah almaq istədiyini bildirmişdir. 5-6 ay X92 ona yenidən zəng edərək ov silahı almaq istədiyini demişdir. O, telefonuna baxdıqda həqiqətən də onun ondan əvvəllər də silah istədiyini görüb ona inanmışdır. O, silah almaq üçün lazım olan sənədlər barədə Ruhlana məlumat vermişdir. Ruhlan İsmayılov sənədləri toplayıb yanına gəlmişdir. Onun silah satmaq üçün xüsusi icazəsi olmadığından o Ruhlan İsmayılovla birlikdə “Safari” ovçu dükanına getmişdir. Lakin DİN-dən Ruhlan İsmayılovun psixoloji problemi olduğuna görə ona silah satılmasına dair icazə verilməmişdir. Ruhlan İsmayılov ona demişdir ki, ova 3 nəfərlə çıxacaq və onun silahı yoxdur, hətta dükanda əyləşən işçi də demişdir ki, düz deyir, 3 nəfərdən az şəxs heyvan ovuna buraxılmır. Sonra N-cü ilin fevral ayında Ruhlan İsmayılov ona Dəyanət Qüdrətovun sənədlərini gətirmişdir. X54 yaxınlarda Polis İdarəsində işləyəcəyini demişdir. O, Dəyanət Qüdrətovu “Safari” ovçu mağazasına aparmışdır. “Safari” ovçu mağazasına ilk gedəndə Ruhlan İsmayılov silahın pulunu ona vermişdir. Satcıcıya da pulu o vermiş, çünki mağaza müştəri gətirdiyinə görə ona da pul verəcəkmiş. Dəyanət Qüdrətov 9 kalibr avtomat tipində silahı 3600 manata yaxın qiymətə almışdır. Patrona da pul ödəmişlər. Dəyanət Qüdrətov 2-3 paçka patron almışdır. Onun başqa hadisələrdən xəbəri yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid12 bildirmişdir ki, o, Ruhlan İsmayılova əvvəllər silah satmamışdır. O, X57 İsmayılov vasitəsilə tanış olmuşdur. O, silah satmır. O, “Safari” ovçu dükanına bir neçə dəfə müştəri götürmüş və müştəri gətirdiyinə görə pul almışdır. X82 İsmayılovun maşını ilə dükana gəlmişdir. “Safari” ovçu mağazasına gedərkən maşını Ruhlan İsmayılov sürürmüş, o qabaqda oturmuş, Dəyanət Qüdrətov da arxada əyləşmişdir. O, silahlar təqdim olunana kimi çöldə siqaret çəkmişdir. Silah təqdim olunarkən o iştirak etmişdir. Ruhlan İsmayılov ona demişdir ki, ova 3 dost gedirlər. İki dostunun silahı var, lakin onun silahı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır. O, avtomobil təmir profilaktoriya sexində mühərrik çilingəri işləyir. N-cü ilin fevral ayının 15-16-sı Şahid18 ona zəng edərək “Mercedes-Benz” markalı avtomobilinin mühərrikinin nasaz olduğunu və avtomobilinin işə düşmədiyini bildirmişdir. 17 fevral N-cü il tarixdə Şahid18 avtomobili evakuatorla gətirib profilaktoriyadan təxminən 50 metr kənarda yerə buraxmışdır. Təxminən 1-2 gün sonra iş yoldaşıyla birlikdə avtomobili itələyərək profilaktoriyaya daxil edib mühərriki çıxarıb çöldə əvvəlki saxlanıldığı yerdə saxlamışlar. Nüsrət ona zəng edib mühərrikin təmiri üçün nə qədər pul edəcəyini soruşduqda o təxminən 1000-1700 manat xərc tələb edəcəyini demişdir. Nüsrət isə kifayət qədər pulu olmadığına görə sexdəki digər avtomobilləri təmir etməyini və pulu olduqda isə öz avtomobilini təmir etdirəcəyini bildirmişdir. 05 mart N-cü il tarixdə Nüsrət sexə gələrək mühərriki təmir etdirməyin ona sərf etmədiyini bildirmişdir. 07 mart N-cü il tarixdə polis əməkdaşları profilaktoriyaya gələrək “Mercedes Benz 190” markalı avtomobilin dövlət qeydiyyat nişanının harada olduğunu soruşduqda o bilmişdir ki, avtomobilin üzərində dövlət qeydiyyat nişanı oğurlanmış, çünki avtomobil gətiriləndə üzərində nömrələri var imiş. Sonradan ona məlum olmuşdur ki, “Bravo”da cinayət hadisəsini törədən şəxslərin idarə etdikləri avtomobildə Şahid18 məxsus avtomobilin dövlət qeydiyyat nişanları aşkar edilmişdir. O, həmin avtomobilin qeydiyyat nişanlarının hansı şəraitdə və necə oğurlanmasını bilmir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid17 bildirmişdir ki, Bakı şəhər Polis İdarəsində bilmişdir ki, maşının nömrəsi oğurlanmışdır. Avtomobilin nömrəsi N-cü il tarixdə, “Bravo” hipermarketdə baş vermiş cinayət hadisəsindən 2-3 gün əvvəl oğurlanmışdır. O, polis idarəsində suallara cavab vermişdir. Sonradan avtomobolilin nömrələri qaytarılmışdır. O, “Bravo” hipermarketdə baş vermiş cinayət hadisəsi barədə heçnə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır. O, Ncü ilin yanvar ayında hərbi xidmətdən gəldikdən sonra qardaşı Azərin yanında usta köməkçisi kimi işləmişdir. O, təxminən 2 dəfə Ruhlan İsmayılovu qardaşı Azərin iş yerində görmüşdür. Hadisədən 20 gün əvvəl Ruhlan İsmayılov qardaşının sexinə gəlib sexdən elektrik mişarı götürmüşdür. O, Ruhlandan elektrik mişarını nə edəcəyini soruşanda Ruhlan ona demişdir ki, avtomobilində çürük hissə var, o hissəni çıxaracaq. Ondan telefonun işığını tutmağını istəmiş, o da telefonun işığını yandıraraq Ruhlanın təmir etməsinə kömək etmişdir. Sonra o motorxananı açmış, Ruhlan motorxanaya baxmışdır. Həmçinin hadisə günü qardaşı Azər ehtiyyat hissəsi almaq üçün Bakı şəhərinə getmişdir. Qardaşı geri gəldikdən sonra qardaşı Azərin telefonuna müxtəlif nömrələrdən zənglər gəlmişdir. Qardaşı zəngi açanda qardaşından onun hansısa tanışını soruşmuşlar və qardaşı da tanışını hansı ərazidən götürüb hansı əraziyə çatdırdığını bildirmişdir. O, qardaşından zəngdə deyilənləri soruşmamışdır. Qardaşı telefonla danışa-danışa getmişdir. O, istintaq zamanı bilmişdir ki, qardaşına zəng edən polis əməkdaşları imiş və qardaşından Ruhlan İsmayılovu maşını ilə harda düşürdüyünü soruşmuşlar. O, hadisə barəsində heçnə bilmir. O, Ruhlanı 2 dəfə görmüşdür. Ruhlan sexə aradabir gəlirmiş. O, bilirmiş ki, Ruhlan haçansa qardaşının yanında işləmişdir. O, hadisədən 3-4 gün sonra hadisəni eşitmişdir. Dəyanət Qüdrətovu qardaşının sexində görməmiş, tanımır. O, onu hadisədən sonra istintaq zamanı görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən təkcə Təqsirləndirilən şəxs3 tanıyır. O, Bakı şəhəri, Suraxanı rayonu, İlham Şükürov küçəsi ilə Zığ şosesinin kəsişməsində yerləşən “Döneritto” adlı kafeni icarə əsasında işlədirmiş. Təqsirləndirilən şəxs3 onun kafesində 9-10 gün kuryer olaraq işləmişdir. O, Təqsirləndirilən şəxs3 sakit biri kimi tanıyırmış. O, “Bravo” hipermarketdə baş verən hadisəni mediadan öyrənmiş və həmin günün axşamı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs3 da həmin cinayət hadisəsi ilə bağlı polis bölməsinə aparılmışdır. Hadisə günü Təqsirləndirilən şəxs3 işdə olmuşdur. O, cinayət hadisəsi barədə heçnə bilmir. Təqsirləndirilən şəxs3 işlədiyi müddətdə o onun şübhəli hərəkətini görməmiş, hətta Təqsirləndirilən şəxs3 o qədər utancaq imiş ki, o nahar fasiləsində ona zorla yemək yeməyini tapşırırmış. Təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs3 yanına gedib-gəldiklərini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, o, təqsirəndirilən şəxslərdən Dəyanət Qüdrətov və Təqsirləndirilən şəxs3 tanıyır. Belə ki, o təqsirləndirilən şəxs Dəyanət Qüdrətovun anasıdır. Təqsirləndirilən şəxs3 isə onlarla eyni məhlədə yaşayır. X109 hərbi xidmətdən N-cü ilin yanvar ayında qayıtmışdır. Oğlu Dəyanət onlarla birlikdə yaşayırmış. Ruhlan İsmayılov onların evinə 1 dəfə Dəyanət hərbi xidmətdən gələn zaman gəlmişdir. O, hadisə barədə məlumatsızdır və hadisə baş verəndən sonra cinayət hadisəsini bilmişdir. Təqsirləndirilən şəxs3 sonuncu dəfə onların evinə Dəyanət hərbi xidmətdən gələn vaxt gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X55 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Dəyanət Qüdrətovun atasıdır. O, sürücü işləyir. Oğlu Dəyanət hərbi xidmətdən gəldikdən 2 gün sonra ona demişdir ki, dostu onlara gəlmək istəyir. O, etiraz etməmiş və oğlunun dostu Ruhlan İsmayılov onlara gəlmişdir. İkinci dəfə o oğluyla Qala qəsəbəsindən gələn zaman yolda Ruhlan İsmayılovu görmüşdür. X83 nəsə barədə söhbət edirmişlər. O, onlardan soruşmuşdur ki, nə barədə söhbət edirlər. Ruhlan İsmayılov ona demişdir ki, işə düzəlmək istəyir amma sağlamlıq haqqında arayış ala bilmir, çünki ruhi dispanserdə qeydiyyatdadır. Həmin müddətdə isə o oğlunu “Gesko” mühafizə şirkətinə işə düzəldirmiş. O, oğlunu hər gün özü işə aparıb işdən gətirirmiş. Hadisədən 1 həftə əvvəl oğlunu işdən götürərkən oğlu Dəyanət ona demişdir ki, ola bilsin ki, onları işlə bağlı Türkiyəyə aparsınlar. O, səbəbini soruşanda Dəyanət ona demişdir ki, Türkiyədə baş vermiş zəlzələ hadisəsinə görə dəqiq bilmədiyi tarixdə Humanitar Yardıma gedəcəklər. O, oğluna xarici pasportunun olmadığını demişdir. Amma Dəyanət demişdir ki, şirkət özü onun xarici pasport məsələsini həll edəcək. O, hadisə günü işdə olmuşdur. Oğlu da həmin gecə işdə növbədə olacağından o və həyat yoldaşı oğlu Dəyanətə zəng etməmişlər. Hadisə olandan sonra oğlu Dəyanət ona saat 13:00-14:00 radələrində zəng edərək Türkiyəyə yola düşdüyünü demişdir. O, oğluna yemək, pul götürmədiyini, tələsik yola çıxıldığını deyəndə Dəyanət demişdir ki, şirkət özü hər şeyi həll edəcək. O, 04 mart N-cü il tarixdə axşam saatlarında Polis Bölməsinə çağırılarkən hadisə barədə məlumat almışdır. Polis Bölməsində oğlunun şəkli ona göstərilib harda olduğunu soruşmuşlar. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Canəli Qüdrətov bildirmişdir ki, oğlu Dəyanət 1 yanvar N-cü ildə hərbi xidmətdən gəlmişdir. Oğlu Dəyanət hərbi xidmətdən qayıtdıqdan 15-20 gün sonra işə düzəlmişdir. Ruhlan İsmayılov onların evinə 1 dəfə qonaq kimi gəlmişdir. Oğlu Dəyanət işə düzələnə kimi olan 15-20 gün ərzində demək olar ki, evdə olmuşdur. Sonradan isə oğlu Dəyanət işi ilə bağlı sənədləri düzəltmək üçün onun xəbəri olmaqla çölə çıxırmış. Oğlu Dəyanət səhər saat 08:00-da işə gedirmiş, axşam növbəsi olan günlər isə 17:00-da işə gedirmiş. O, həmişə oğlu Dəyanəti özü işə aparıb gətirmişdir. Lakin hadisə baş verən gündən 2-3 gün əvvəl ona zəng edib arxasınca gəlməmiyini, tanışları ilə çay içəcəyini demişdir. O, tanışlarının kim olduğunu soruşanda oğlu Dəyanət demişdir ki, əsgər yoldaşı və “Opel” markalı maşın sürən Ruhlan İsmayılovdur, onlarla çay içəcək. O, oğlu Dəyanətə demişdir ki, çay içəndən sonra özü onu evə gətirəcək. Amma oğlu Dəyanət razı olmamışdır. O da oğlu Dəyanətə evə saat 22:00dək gəlməyini tapşırmışdır. Oğlu Dəyanət isə evə gecə saat 12-ə işləmiş gəlmişdir. O da oğlunu evə gec gəldiyinə görə danlamışdır. O, qətiyyən oğlu Dəyanətdə şübhəli hərəkətlər görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid28 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs3 əməliyyat tədbiri ilə bağlı tanıyır, digər təqsirləndirilən şəxsləri tanımır. 04 mart N-cü il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şahid26 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, Şahid27 daxil imiş. 04 mart N-cü il tarixdə saat 21:30 radələrində ünvan 16 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs3 oxşayan şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs3 olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasına dair qərarıla tanış edərək onu DİN-in BMCMİ-yə dəvət etmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin edilmişdir. Şəxsi axtarış və götürmə zamanı Səbuhi üstündən mobil telefon və şalvarının sağ yan cibindən 04 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üstünə qoyaraq həmin bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələr olduğunu, həmin maddələri xx.xx.N-cü il tarixdə səhər saatlarında anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 150 manata aldığını, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, həmin maddələri şəxsi istifadə məqsədi ilə üstündə saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 üstündən aşkar olunmuş 04 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şəxs İdarəyə gətirilərkən və İdarədə olarkən tərəflərindən ona qarşı fiziki və psixi təzyiq olmamışdır. Proses iştirakçılarının suallarını cavablanıdraraq Şahid28 bildirmişdir ki, Təqsirləndirilən şəxs3 axşam saat 21:30 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs3 şəxsiyyəti onlara əvvəlcədən məlum imiş. Yəni onun fotoşəkili əsasında Təqsirləndirilən şəxs3 oxşayan şəxsə yaxınlaşmışlar. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olması bərədə imiş. Əməliyyat məlumatı Şahid26 daxil olmuşdur. Təqsirləndirilən şəxs3 evinə baxış keçirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs3 əməliyyat tədbiri ilə bağlı tanıyır, digər təqsirləndirilən şəxsləri tanımır. 04 mart N-cü il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şahid26 rəhbərliyi ilə o və Əmrə Şıxıyedən ibarət əməliyyat qrupu yaradılmışdır. 04 mart N-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi ünvanının yaxınlığında 15 dəqiqə müşahidə apardıqdan sonra zahiri görünüşdən Təqsirləndirilən şəxs3 oxşayan şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs3 olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs3 şübhə və tutulmanın əsaslarını izah edərək onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasına dair qərarla tanış etmişlər. Onlar Təqsirləndirilən şəxs3 DİN-in BMCMİ-yə dəvət etmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin edilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs3 şalvarının cibindən 04 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üstünə qoyaraq təqdim etmişdir. Həmin bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələr olduğunu, həmin maddələri xx.xx.N-cü il tarixdə səhər saatlarında anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 150 manata aldığını, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, həmin maddələri şəxsi istifadə məqsədilə üstündə saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 üstündən aşkar olunmuş 04 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs3 qarşı heç bir fiziki və psixoloji təzyiq olmamışdır. Şəxsi axtarış zamanı müdafiəçi iştirak etmişdir. Şəxs saxlanılandan sonra Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs3 küçədə dayanmış, onlar onun şəxsiyyətinin eyniləşdirilməsi tədbirini aparmışalr. Təqsirləndirilən şəxs3 saxlayarkən üzərinə baxış aparmamışlar. Təqsirləndirilən şəxs3 İdarəyə gətirilməsi İdarənin kameralarına düşmüşdür. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid27 bildirmişdir ki, əməliyyat qrupuna Şahid26 rəhbərlik edirmiş. Təqsirləndirilən şəxs3 evinə baxış keçirməmişlər. Çünki Təqsirləndirilən şəxs3 könüllü etiraf etmişdir ki, digər yerlərdə narkotik vasitə və psixotrop maddə gizlətməmişdir. Onlar da onun səmimiyyətinə inanaraq evə baxış keçirməmişlər. Onlar qanunvericiliyə uyğun olaraq informasiya bazası əsasında şəxsin fotoşəklini əldə etmiş, daha sonra həmin əraziyə gedərək müşahidələr aparmağa başlamışalr. O, əməliyyat məlumatı ilə tanış deyil, amma yəqin ki, şübhəli şəxsin olduğu yer məlumatda qeyd olunubmuş. Onlar hazırda qeydiyyat nömrəsini xatırlamadığı 1 ədəd xidməti avtomobillə əməliyyat tədbirinə getmişlər. Avtomobildə o, Şahid28 və Şahid26 var imiş. Həmin gün xəbərlərdən Bravo hipermarketində baş verən hadisəni eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid26 eyni məzmunlu ifadə verərək iş üzrə şahidlər Şahid27 və Şahid28 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Dəyanət Qüdrətovu hadisə zamanı görmüş, digər təqsirləndirilən şəxsləri isə tanımır. O, “Bravo” hipermarketin daxilində Tural adlı şəxsə məxsus telefon aksesuarlarının satışı həyata keçirilən stenddə satıcı kimi işləyir. 04 mart N-cü il tarixdə günorta saatlarında işləyən zaman sağ tərəfdən atəş səslərini eşitmişdir. O, şok vəziyyətdə hərəkətsiz qalmış, hücum edənlər içəri daxil olmuşlar. O, stendin sağ küncündə avtomat tutan şəxsi görmüşdür. Dəyanət Qüdrətov avtomatı tutan şəxs imiş və o, silahı atış vəziyyətində saxlayıb tək-tək atəş açırmış. 1 müddət ərzində birinci, ardınca sonra ikinci dəfə atəş açmışdır. Həmin şəxs içəri girəndə onlar qaçmağa çalışmış, həmin vaxt o bankomatların yanında 1 nəfər əlində tapança olan şəxsi görmüşdür. O, çıxış qapısına doğru qaçıb oradan marketə daxil olmaq istəyən şəxslərə marketə daxil olmamaları barədə xəbərdarlıq edib içəridə silahlı şəxsin olmasını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid7 bildirmişdir ki, o, hadisə baş verən gün istintaqda ifadə vermiş və həmin ifadəni təsdiq edir. O, xəsarət almamışdır. Hadisə 6 dəqiqə çəkmişdir. Atəş açılanda o ayaqüstündə imiş və ön tərəfdən hadisəni müşahidə edirmiş. O da elə düşünmüşdür ki, terror hadisəsidir. Sonradan görmüşdür ki, bankomatdakı pullar üçün baş verən hadisədir. O, marketdən uzaqlaşanda da atəş səsləri davam edirmiş. Təxminən 3-4 atəş istifadə olunmuşdur. Atəşlərdən 1-2-si atılmış, sonra 3cü atəş və 4-cü atəşdə yaralananlar olmuşdur. O, binadan son anda çıxa bilmişdir. O, şəxsləri aydın görə bilməzmiş, çünki üzlərində maska var imiş. O, əlində tapança tutan şəxsi 30 faiz aydın görə bilərmiş. X67 üzündə tibbi maska və başında qış fəslinə aid papaq var imiş. O, onun burun və çənə nahiyəsini görürmüş. O, Təqsirləndirilən şəxs3 adını eşitməmişdir. Dəyanətin avtomatı tuşladığını görmüş, amma kimi vurmaq istədiyini görməmişdir. Avtomatdan atəş açıldığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır. O, 05 mart N-cü il tarixində evində olarkən saxlanılmışdır. Əməliyyat müvəkkilləri ona bildirmişlər ki, o şübhəli şəxsdir. Polis Bölməsində onun üzərinə baxış keçirilmiş və üzərində heçnə aşkar olunmamışdır. O, BMCMİ-nə aparılmışdır. BMCMİ-də Ruhlan İsmayılovu tanıyıb–tanımadığı soruşulmuşdur. O, Ruhlan İsmayılovun “Grand Avro” şirkətində iş yoldaşı olduğunu bildirmişdir. O, “Bravo” marketdə baş verən hadisələrdən xəbərsiz olduğunu bildirmişdir. “Bravo” marketdə baş verən hadisələri o İdarədə öyrənmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, Ruhlan İsmayılovu 2 ilə yaxındır ki, tanıyır. Ruhlan İsmayılov onun evinə 1-2 dəfə gələrək oğurluq etməyi təklif etmişdir. O, namaz qılan dindar adam olduğundan onun təklifini qəbul etməyərək onu da fikrindən yayındırmışdır. O, təklifindən X92dan uzaq durmuş, buna görə də onun sonradan kiminlə görüşüb nə iş gördüyündən xəbərsizdir. Ruhlan İsmayılov ona əvvəlcədən Bravoda törədəcəyi hadisə barəsində heçnə deməmişdir. O, Ruhlan İsmayılovun üzərində silah görməmişdir. O, X46 Qurbanovun adını eşitməmişdir. Ruhlan İsmayılov ona marketə girərək kassanı, bankomatı yarmağı təklif etmişdir. Ruhlan İsmayılov ona bank yaxud market yarmağı demiş, amma “Bravo” market adı çəkməmişdir. Ruhlan İsmayılov ona planı barədə heçnə deməmişdir. Dəyanətin və ya digərlərinin döyülməyini xatırlamır. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 5-ci cild 81-85-ci vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «...Təxminən 3-4 ay əvvəl bir dəfə Ruhlan ona məxsus telefonun “galereya” bölməsində onun alışqan tapanca ilə olan fotoşəkilini görüb maraqlananda Ruhlana həmin silahın həqiqi silah olduğunu demiş, Ruhlan silahı haradan əldə etdiyini soruşanda isə “tanımazsan bir dostum var o düz-qoş edib” demişdir. Bundan bir müddət sonra 2022-ci ilin dekabr ayında Ruhlan Qala kəndinə gəlib onun evinin yanındakı çayxanada onunla görüşmüş və ona Qala kəndinin içində “dörd yol” deyilən yoldan Türkan istiqamətində təxminən 2-3 km məsafədə yolun kənarında yerləşən “Al market” yaxud “Albalı market” adlanan mağazanın yanında “Kapital Bank”a məxsus ATM olduğunu, həmin ATM-i bir müddətdir güddüyünü, inkassator avtomaşını ilə pul gətirib ATM-ə yükləyəndə inkassatordakı mühafizəçilərə silahla basqın edib pulları tələb etməyi, müqavimət olacağı halda isə onlara atəş açıb öldürəcəyini deyib onun da həmin cinayətin törədilməsində iştirak etməsini və ələ keçirəcəkləri pulları tən ortadan bərabər bölməyi təklif etmişdir. O, əvvəlcə qismən razılıq verib gedib birlikdə ATM-i güdməyi və yerində planı müzakirə etmək barədə Ruhlanın təklifini qəbul etmiş və təxminən 4-5 dəfə Ruhlan ilə birlikdə Ruhlanın “Opel” markalı avtomaşını ilə həmin “Kapital Bank”ın ATM-in yaxınlığına gedib güdməyə başlamışlar. Plana əsasən, Ruhlan arxası qatlanan avtomat alıb həmin avtomatla inkassator mühafizəçilərə hücum edib pul tələb etməli, o, pulların olduğu torbanı ya çantanı götürüb avtomobilə qaçıb sürücü yerində əyləşməli, onun ardınca Ruhlan da qaçaraq avtomobilə əyləşməli, onlar avtomobili Qalanın içərisinə qəbiristanlıq tərəfdə dayandırmalı və həmin istiqamətdə hərəkət etməli, o, avtomobili idarə edərək sonda “Bəkməndər yolu” və ya “Mədənlik tərəf” deyilən yerə sürməli, orada Ruhlanın avtomobilini qabaqcadan alacaqları 2 litrlik benzinlə yandırmalı, çatmasa avtomobilin bakından benzin çəkib istifadə etməli imişlər. Bundan sonra o, öz evinə, Ruhlan isə deməsinə görə gizlənmək üçün kirayə tutduğu yaxud tutacağı Binə qəsəbəsindəki evə gedib gizlənməli imiş. Həmçinin, hadisə vaxtı Ruhlana məxsus “Opel Vectra” markalı avtomobildən istifadə etməyi planlaşdırmışlar. Ruhlan avtomobilin və mühərrikin ban nömrələrini özünün silib pozacağını demişdir. Ruhlan hadisə vaxtı iz qoymamaq üçün avtomobilin üzərindəki 77 ilə başlayan nömrələrini söküb yerinə kənar nömrələr vurmağı təklif etmiş, o da təxminən 4-5 il əvvəl Qala qəsəbəsində, yaşadığı evin yaxınlığında tapdığı 11 ilə başlayan nömrələri hadisə vaxtı avtomaşının üzərinə bağlaması üçün Ruhlana vermişdir. Həmin nömrənin kimə və hansı avtomobilə məxsus olduğunu bilməmişdir. Təxminən 4-5 dəfə Ruhlanla ərazini güddükdən sonra bu hadisədə ölüm olacağından bilib qorxduğu üçün Ruhlana silahlı basqından imtina etdiyini demişdir. Ruhlan bir neçə dəfə təkid etsə də o, açıq formada qorxduğunu deyib fikrindən dönməmiş və yavaş-yavaş Ruhlandan uzaqlaşmışdır. Ruhlandan ayrılandan sonra ehtiyacı olmadığına görə nömrəni geri istəməmiş, lakin Ruhlanın onunla başladığı “işi” başa çatdıracağını başa düşmüşdür. ...Ümumiyyətlə, hadisə günü günorta saatlarında Ruhlan ona zəng edərək “Qala” qəsəbəsinə gələcəyini və çatanda ona zəng edəcəyini" bildirmiş, lakin o, söz demək imkanı olmadan adboy getdiyinə görə sonradan Ruhlana zəng etsə də sonuncu zəngi açmamışdır. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, imza onun imzasıdır, o istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır. O, ekskortla məşğul olur, yəni eyni cinsdən olan müxtəlif şəxslərlə görüşüb cinsi əlaqədə olurmuş. O, Ruhlan İsmayılovu tanıyırmış. O, Ruhlanın soyadını tutulandan sonra öyrənmiş, o Ruhlan adı ilə tanımırmış. O, Ruhlan İsmayılovla «pornet» adlı gey saytında tanış olmuş və Ruhlan İsmayılov 1 ilə yaxın müştərisi olmuşdur. Onun Ruhlanla bundan başqa əlaqəsi olmamışdır. O, Tarqovuda aylıq 800 manat kirayə mənzildə yaşayır. 04 mart N-cü il tarixində Ruhlan İsmayılov ona zəng edərək evinə gələcəyini demişdir. Xatırlamadığı saatda Ruhlan İsmayılov evinə gəlmişdir. Onun əynində kostyum və belində çanta var imiş. Ruhlan İsmayılov demişdir ki, gecə burda qalacaq. O, yuyunmaq üçün hamama keçmişdir. O, Ruhlanın özü ilə gətirdiyi iri ölçülü çantasını açıb içərisinə baxanda silah, çoxlu patronları, 100 ABŞ dolları, 100 AZN, 50 AZN-lik pul "paçka”larını görmüşdür. 10 dəqiqə keçdikdən sonra qapı döyülmüş, elə bilmişdir ki, qonşudur. Adətən qonşu qadın marketə gedəndə qapını döyüb qaçırmış, eyni zamanda bu hərəkəti o da əvvəllər ona qarşı etmişdir. Qapı dəfələrlə döyülməyə başlamışdır. Qapıya tərəf gedəndə Ruhlan qapını açmamağını demiş və digər otağa keçmişdir. O, qapını açdıqda bir neçə nəfər hündürboylu adamlar görmüşdür. Onlar polis əməkdaşları imiş. Polis əməkdaşları ondan evdə kimin olduğunu soruşmuşlar. Polis əməkdaşları mənzilə daxil olan kimi Ruhlan onu arxadan itələmiş və atəş açmışdır. Atışma başlamış və o pilləkənlərdən yıxılmışdır. O, özünü qorumaq üçün qapının arxasına keçmişdir. Sonradan iki polis əməkdaşı onun qoluna girərək sürüyərək aparmışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, Ruhlan təxminən evə günorta saatlarında gəlmişdir. O, instaqram sosial şəbəkəsində “Bravo” hipermarketində baş vermiş hadisə ilə bağlı paylaşım görmüş, amma hadisənin Ruhlan tərəfindən törədildiyini bilmirmiş. X77 törədəcəyi hadisə ilə bağlı əvvəlcədən məlumatı yox imiş. Polis əməkdaşları onu İdarəyə aparmışlar və demişlər ki, sənədləri imzalasın, o da imza çəkmişdir. O, saxlanılan gün telefonu əlindən alınmışdır. O, saxlanılarkən artıq hava qaralmışdır. Ruhlan onun yanına aradabir gəlirmiş. Ruhlan İsmayılov hadisə barəsində ona qətiyyən danışmamışdır. Ruhlan İsmayılov çox sakit adam imiş, hər dəfə gələndə ona 150-200 manat verirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən yalnız Dəyanət Qüdrətovu tanıyır. O, hazırda reklam şirkətində işləyir. N-cü ilin mart ayında isə o “Bolt” taksi şirkətində işləyirmiş. Hadisə günü o Suraxanı ərazisində müştərini gedəcəyi yerə aparmış və “Dönəretto”-nun qarşısında növbəti müştərinin sifarişini qəbul etmişdir. O, müştərini Bülbülə şadlıq sarayında düşürmüşdür. Lakin müştəri birdə onu geriyə götürdüyü məkana qaytarmağını istəmişdir. Onun maşınının benzini az olduğundan o onu apara bilməmişdir. Müştəri həmçinin yolda gedərkən üzərində telefonun olmadığını bildirərək onun şəxsi telefonundan istifadə etmişdir. O, onun kimlə danışdığını bilmir. O, onun telefonda nə danışdığını xatırlamır, lakin yadındadır ki, o, harasa getməli imiş lakin alınmadığı üçün geri qayıtmaq istəyir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid21 bildirmişdir ki, müştəri telefonda həyəcanla yox, normal danışırmış. Getdiyi məsafə 4,5 km olduğu üçün müştərini 12 dəqiqəyə ünvana çatdırmışdır. Müştəri təxminən günorta saat 3-4 arası maşınına minmişdir. Müştəri maşına tək minmişdir. O, dəqiq xatırlamır, yəqin ki, maşınına minən Dəyanət olmuşdur. O, onların adlarını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid29 ifadəsində göstərmişdir ki, 04 mart N-cü il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 04 mart N-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 olacağı Bakı şəhəri, ünvan 17 ünvanın qarşısında Təqsirləndirilən şəxs2 bənzər şəxsin hərəkət etməsini görüb həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələri göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini bildirdikdə Təqsirləndirilən şəxs2 olduğunu söyləmiş və onlar ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs2 müdafiəçi təyin olunmuş, hüquq və vəzifələr izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olduğunu bildirib, cibindən 05 ədəd sellofan bükümü mobil telefonu, pul vəsaitini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroini tutulmamışdan bir gün öncə yerdən tapdığını, şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs2 üzərində prekursorların olması deyildiyindən raporta da belə yazılmışdır. Təqsirləndirilən şəxs2 saxlayarkən ehtiyac olmadığından onun qoluna qandal vurmamışlar, həmçinin, onu saxlayarkən üzərinə baxış aparmamışlar. Çünki hava küləkli imiş, ətrafda insanlar var imiş. Bu səbəbdən Təqsirləndirilən şəxs2 üzərinə İdarədə baxış keçirilmişdir. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs2 olduğu istiqaməti müəyyən etmişlər. Onlar müşahidə edib Təqsirləndirilən şəxs2 tapmışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid29 bildirmişdir ki, o, Qanuna əsasən əməliyyat məlumatının mənbəyi barədə məlumat verə bilməz, çünki həmin məlumatlar məxfi məlumatlardır. Təqsirləndirilən şəxs2 anket məlumatlarını əməliyyat məlumatı daxil olan gün çıxarmışlar. Ola bilər ki, anket məlumatları əvvəlcə yaxşı çap edilməyib və sonra yenidən çap edilmişdir. Əməliyyat qeydiyyat işi yoxdur. Əməliyyat qeydiyyat işinin açıldığı hallar qanunda qeyd olunmuşdur. Əməliyyat tədbiri zamanı o şəxsi mobil telefondan istifadə etməmiş, xidməti telefondan istifadə etmişdir. Əməliyyat çəkilişindən istifadə etməmişlər. O, axtarışın neçə müddət sonra aparıldığını xatırlamır. Təqsirləndirilən şəxs2 İdarəyə gətirəndə növbətçi hissə əməkdaşları onu görüb, İdarədə olan videokameralar da çəkmişdir. O, Təqsirləndirilən şəxs2 telefonuna saat 18:00-dan sonra zənglərin gəlməsini xatırlamır, bu haqda məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 İdarəyə gətirilmiş və neçə saat sonra vəkilin gəldiyi yadında deyil. Təqsirləndirilən şəxs2 vəkil gələnə kimi İdarədə otaqda saxlanılmışdır. Otaqda onu tutan əməkdaşlar var imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid30 və məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid31 ifadələrindən görünür ki, sonuncular eyni məzmunlu ifadə verərək Şahid29 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləyir. O, 2022-ci ilin sentyabr ayında Sumqayıt maşın bazarında özünə məxsus “Opel” markalı avtomobili səhv etmirsə, Bravoya basqın edən və rəhmətə gedən Ruhlan adlı şəxsə 3400 manata satmışdır. Lakin o maşını satarkən Ruhlan adlı şəxsin maşını hansı məqsədlə aldığını bilmirmiş. Səhv etmirsə, Ruhlan maşını almağa tək gəlmiş və onlar maşını Sumqayıt şəhər Notariusunda Ruhlanın adına rəsmiləşdirmişlər. O, alqısatqıdan 8-9 ay sonra “Bravo” marketdə baş verən hadisə barəsində eşitmişdir. Ruhlan maşını aldıqdan sonra maşınla bağlı onunla heç bir halda əlaqə saxlamamış, onların ünsiyyəti bir daha olmamışdır. O, Səbuhi adlı şəxsi görməmiş, adını eşitməmiş, tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır. O, usta işləyir. Hadisə baş verən gün, yəni 04 mart N-cü il tarixdə onun yaşadığı ünvanın qarşısında “Opel vectra” markalı başqa bir maşın dayanmışdır. O, düşünmüşdür ki, maşın qonşuya qonaq gələn şəxsin maşınıdır. Lakin maşının nömrəsinə baxmamışdır. O, sonradan eşitmişdir ki, “Bravo” hipermarketində cinayət hadisəsi baş vermişdir. O, maşına kimin mindiyini görməmiş, o evə qayıdarkən maşını məhlədə görmüşdür. O, maşının əzik olmasına fikir verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən yalnız Dəyanət Qüdrətovu tanıyır. Dəyanət Qüdrətovla o 15 ay hərbi xidmətdə olmuş və həmin müddətdə tanış olmuşlar. 01 yanvar N-cü ildə Dəyanət Qüdrətov, 10 yanvar N-cü il tarixdə o tərxis olunmuş və tərxis olunandan sonra da onlar 2- 3 dəfə görüşmüşlər. O, cinayət hadisəsindən məlumatsız olmuş və yalnız sosial şəbəkədən cinayət hadisəsini eşitmişdir. O, Dəyanət Qüdrətovla cinayət hadisəsindən sonra yox, cinayət hadisəsindən əvvəl iki dəfə görüşmüşdür. X2 zəngindən 10 gün əvvəl görüşmüşlər. Sonuncu dəfə Dəyanət Qüdrətov onunla görüşmək istədiyini deyəndə o işdə imiş və çıxa bilmirmiş. Həmin vaxt o “Çingiz Xan” şadlıq sarayında ofisiant işləyirmiş. Dəyanət Qüdrətov sonra ona zəng edərək getdiyini, görüşə bilməyəcəklərini, onu soruşan kimsə olarsa rayonda olacağını demişdir. O, Dəyanət Qüdrətovun bu sözü niyə dediyini bilməmişdir. Yəni onların görüşü baş tutmamışdır. Dəyanət Qüdrətov ona hansı məqsədlə görüşmək istədiyini deməmişdir. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, istintaq zamanı ifadəni özü imzalamışdır. O, istintaq zamanı 1 dəfə ifadə vermişdir. Onu müstəntiq Tural müəllim dindirmişdir. O, Təqsirləndirilən şəxs2 adını Dəyanət Qüdrətovdan eşitməmişdir. Dəyanət Qüdrətov ona “Vhatsapp” sosial şəbəkəsinə Təqsirləndirilən şəxs2 barəsində heçnə yazmamışdır. O, 10 mart N-cü il tarixində izahat verərkən izahatını oxuyub imzalamışdır. O, istintaq zamanı verdiyi ifadəni dəqiq xatırlamır. O, Səbuhi adlı şəxsin adını eşitməmiş, onu görməmişdir. Dəyanət Qüdrətov ona cinayət hadisəsi törədəcəyi barədə heçnə deməmişdir. İstintaq zamanı ifadə verərkən ona fiziki təzyiq göstərilməmiş, o ifadəni oxuyub imzalamışdır. Şahid3 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 4-cü cild 297-300-cü vərəqələrində olan ifadəsində Şahid3 aşağıdakıları göstərmişdir: «...Təxminən 2022-ci ilin fevral ayının ortalarında hərbi xidmətdə olarkən poliqondan qayıtdıqları gün Dəyanət ona silahı və patronları olduğunu demişdir. Həmçinin, buraxıldıqdan sonra N-cü ilin fevral ayının ortalarında Dəyanət ilə “vvhatsapp” proqramı vasitəsilə danışanda ona bu yaxınlarda “partlayış edib pul tutacağını” demiş, lakin ətraflı məlumat verməmişdir. Bu söhbət səhv etmirsə bir dəfə aralarında yazışma zamanı onun Dəyanətə “qorxaq” deməsindən sonra danışanda olmuş, hətta Dəyanət “bilsən mən nə işlə məşğulam, onda görərsən kimdi qorxaq” deyə bildirmişdir. ...Dəyanət ona mart ayında İsmayıllı rayonuna gəzməyə getməyi də planlaşdırdığını deyib özü ilə getməyi ona da təklif etmişdir. O, nə zaman gedəcəyini soruşanda isə Dəyanət “bu işi nə qədər tez qurtarsa o qədər tez gedecəyini, martın 15 və ya 20-sinə kimi işi qurtarmalı olduqları” demişdir. Dəyanət həmin danışıqda ilk dəfə bir ədəd ağ parça üzərində qundağı açıq vəziyyətdə olan AKS tipli avtomat fotoşəkili göndərərək “bu işi həmin silahla görəcəyini” demiş, hətta ələ keçirəcəyi pul vəsaiti ilə onun üçün “əla ad günü mərasimi” keçirəcəyini də vəd vermişdir, əks halda yəni tutulacağı halda isə “yanıma gələrsən, siqaret gətirərsən ha yanıma”, eləcə də “tutulmasam özümə yutubda baxacam” deyərək onunla zarafatlaşmışdır. O, Dəyanətə söhbət zamanı “elə silahla törədəcəyini başa düşmüşdüm” demiş çünki hər xidmətdə olanda hələ Dəyanət ona silahı olduğunu və “partlayış tema” olacağını, pul ələ keçirəcəyini deyəndə onun ağlına elə silahlı basqın gəlmişdir. O, Dəyanətə özünü zibilə salmamasını bildirsə də Dəyanət onsuz da zibilin içində olduğunu, narahat olmamasını, “bu boyda Azərbaycanda kimdi bizi tapan” deyə cavab vermişdir. Dəyanət həm də ona hadisədən sonra rayonlardan birinə qaçacağını demişdir. O, cinayətin - nə zaman, harada, kimə qarşı törədiləcəyini, nə qədər pul ələ keçiriləcəyini, adam öldürüləcəyini, qrupun üzvləri, hadisədən sonra pulun necə bölünəcəyi, iştirakçıların kim olması və harada gizlənməsi və s. kimi hallar barədə məlumatsız olmuş, əgər Dəyanət ilə bu barədə danışıqları olubsa da əhəmiyyətli olmadığına görə yadında qalmamışdır. Hadisə günü saat 13 radələrinə qədər Dəyanət ilə əlaqəsi olmamış, “Bravo”da silahlı basqının törədilməsi barədə iş yerində iş yoldaşlarının danışıqlarından eşidib biləndə artıq bu hadisəni Dəyanətin tərəfindən törədildiyini ehtimal etmiş, lakin əmin olmamışdır. Saat 13 radələrində Dəyanət ona əvvəlcə “xəbərlərdə bizi göstərsələr xəbər elə” məzmunlu sms göndərmiş, o, artıq bir qədər də əmin olsa da işdən vaxt tapa bilmədiyinə görə məsələni tam ətraflı öyrənə bilməmiş, bundan 1-2 saat sonra Dəyanət ona “Bravo” marketdə silahlı basqına aid sosial şəbəkələrdə yayılmış bir fotoşəkil ataraq “uje məni axtarıllar” məzmunlu sms yazmış və “telefonu, nömrəni qırıb atacam. Sən də nə yazışmışıq hamısını sil, əsas pul idi onu da götürdük” məzmunlu sms göndərmişdir. Bunun ardınca onlar “vvhatsapp” proqramı vasitəsilə təxminən 2-3 dəqiqə danışmışlar və Dəyanət hadisə barədə heç nə demədən Binədə olduğunu və təcili Bakıdan rayonlardan birinə qaçacağını deyib onunla Koroğlu metrostansiyasının yanında sonuncu dəfə görüşüb ayrılmaq istədiyini demişdir, amma o, restorandan çıxa bilməyəcəyini bir daha demiş və əgər gələ bilirsə onun gəlməsini təklif etmişdir. Sonda Dəyanət ona mobil nömrə tapan kimi əlaqə quracağını deyib sağollaşmış, bundan sonra onun Dəyanət ilə bir daha nə görüşü, nə də əlaqəsi olmamışdır. O, hadisə barədə qabaqcadan bilsə də səhv edib hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Onun bu cinayətlə heç bir əlaqəsi olmamış, ona bu cinayətdə heç bir rol və pul bölgüsünə aid vəd verilməmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı ifadəsini oxuyaraq imzalamış, o ifadəsini təsdiq edərək bildirmişdir ki, ifadəsində silahla bağlı dedikləri, Dəyanət Qüdrətovun ona İsmayıllı rayonunda ad günü keçirəcəyini deməyi, Dəyanət Qüdrətovun ona pulla bağlı dedikləri doğrudur. Dəyanət Qüdrətov ona silahdan hansı məqsədlə istifadə etdiyini deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs4 tanıyır, digər təqsirləndirilən şəxsləri tanımır. Belə ki, Təqsirləndirilən şəxs4 və Ruhlan İsmayılov onun evində kirayəçi olaraq yaşayırmışlar. Ruhlan İsmayılov işə gedib-gəlirmiş. O, Təqsirləndirilən şəxs4 və Ruhlan İsmayılovu yaxşı olaraq tanıyırmış, onlar onunla və ya qonşularla hər hansı problem yaşamamışlar. O, həmişə Təqsirləndirilən şəxs4 və Ruhlan İsmayılovun yaşadığı kirayə evə baş çəkib, onların evi necə saxladıqlarına və dolandıqlarına nəzarət etmişdir. Təqsirləndirilən şəxs4 və Ruhlan İsmayılov evi yaxşı vəziyyətdə saxlayırmışlar. Cinayət hadisəsi baş verməmişdən əvvəl yəni son 1 ay müddətində isə o Təqsirləndirilən şəxs4 və Ruhlan İsmayılovun yaşadıqları evə baş çəkməmişdir. O, cinayət hadisəsinin nə vaxt planlaşdırılmasından necə olmasından məlumatsızdır. Cinayət hadisəsi baş verən gün onun evinə polis əməkdaşları gəlmiş və polis əməkdaşları ona bildirmişlər ki, Ruhlan İsmayılov ölmüşdür. Həmin vaxt İbrahim evdə imiş. Polis əməkdaşları ilə birlikdə qapını döymüşlər, amma İbrahim qapını açmamışdır. Polis əməkdaşları pəncərəni sındırıb mənzilə daxil olmuşlar. Polis əməkdaşları ona bildirmişlər ki, onluq bir hal yoxdur və o öz evinə gedə bilər. O da evinə qayıtmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid24 bildirmişdir ki, o, İbrahim və Ruhlan İsmayılovun əlində silah görməmişdir. O, İbrahim və X46 adlı şəxsin adını eşitməmişdir. O, polis əməkdaşları pəncərəni sındırıb mənzilə daxil olarkən mənzildən narkotik vasitə çıxdığını görməmişdir. O. İbrahimin narkotik vasitədən istifadə etdiyinin şahidi olmamışdır. İbrahim və Ruhlan İsmayılov dost imiş. O, onların başqa hansı münasibətdə olduqlarını bilmir. O, İbrahim və Ruhlan İsmayılovun evə silah gətirdiklərini görməmişdir. Əgər belə hal olsa imiş, o polisə məlumat verərmiş. İbrahim və Ruhlan İsmayılov kirayə qaldıqları vaxtda evə başqa şəxslər gəlib-getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır. O, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində maşın, traktor, velosiped və s. vasitələrin ustası kimi fəaliyyət göstərir. O, istintaq zamanı öyrənmişdir ki, o cinayət hadisəsi törədənlər üçün motosiklet dəmiri düzəltmişdir. Müstəntiq ona “Whatsapp” sosial şəbəkəsində olan yazışmanı göstərəndə o bunu xatırlamışdır. Səhv etmirsə adlarını bilmədiyi şəxslər ona yaxınlaşaraq onlarda hindistan motosikleti olduğunu və motosiklet üçün dəmiri Hindistandan gətirə bilmədiklərini deyib ona balaca bir dəmir düzəltdirmişlər. Amma əslində onlar ona balaca dəmiri tapança üçün düzəltdirmişlər. O, həmişə işi görəndə nə üçün düzəldildiyini soruşur ki, əgər problemli bir şey düzəltdirirsə dərhal onun iş yerinin yanında olan 3-cü Polis Bölməsinə məlumat versin. Təqsirləndirilən şəxslər onu aldadaraq dəmiri düzəltdirmişlər. O, istintaq zamanı öyrənmişdir ki, o aldadılmışdır. O, Dəyanət Qurbanovu tanımır. Ona kimin bu işi gördürdüyünü də xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 Natiq oğlu Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən öz oğlu Təqsirləndirilən şəxs2 qarşı ifadə vermək istəmədiyini bildirdiyindən məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid15 cinayət işinin 3-cü cild 199-203-cü vərəqələrində olan ifadəsindən görünür ki, təxminən 2006-2007-ci illərdə oğlu Təqsirləndirilən şəxs2 1-ci sinifdə oxuduğu vaxtlarda məktəbdən gələndə Qəbələ rayon sakini Amil adlı şəxs tərəfindən cinsi təcavüzə məruz qaldığına görə psixoloji durumu pisləşmiş, Amil adlı şəxs isə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, Azər ruhi-əsəb xəstəliyindən əziyyət çəkməyə başlamış və Respublika Psixiatriya xəstəxanasında ruhi-əsəb xəstəsi kimi qeydiyyatda olmuşdur. Təqsirləndirilən şəxs2 2019-cu ilin avqust ayında Qəbələ rayonundan Bakı şəhərinə gələrək Bakı şəhərində kuryer, fəhlə və sairə kimi işlərdə çalışdıqdan sonra 2022-ci ilin avqust ayından etibarən Bakı şəhəri, 3-cü mkr ərazisində yerləşən Vahid adlı şəxsə məxsus motosiklet təmiri sexində fəhlə vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, X126 küçəsində yerləşən mənzillərin birində adlarını bilmədiyi tələbələrlə birgə yaşamışdır. Təqsirləndirilən şəxs2 təxminən 3 ay əvvəl qara rəngli “BMW X5” markalı **- MP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil almış, həmin avtomobillə yalnız 1 dəfə Qəbələ rayonunun Həzrə kəndinə tək gəlib bir gün qaldıqdan sonra 14 fevral N-cü il tarixdə Bakı şəhərinə qayıtmışdır. Ümumiyyətlə, işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs2 Qəbələ rayonunun Həzrə kəndinə təxminən 3-4 aydan bir gəlib-gedirmiş. Təqsirləndirilən şəxs2 qapalı insan olmuş, öz işləri, dostları barədə ona və ya digər ailə üzvlərinə heç bir məlumat verməmiş, hətta 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs2 bir dəfə onun tanımadığı şəxslə Qəbələ rayonuna istirahətə gəlmiş, lakin bu barədə ona mobil telefonla Bakı şəhərinə qayıtdıqdan sonra xəbər vermişdir. Hadisə günü, yəni, 04 mart N-cü ildə saat təxminən 13-14 radələrində mobil telefon vasitəsilə Azərlə danışanda ona hansısa mağazaya motosiklet detalları gələcəyini və gedib götürəcəyini bildirmiş, lakin N-cü ilin mart ayının hər hansı bir günündə tək və ya dostları ilə birgə rayona gələcəyi barədə heç bir söz deməmişdir. Onun cinayət hadisəsi barədə heç bir məlumatı olmamış və bu barədə yalnız xəbərlərdən eşitmişdir. Həmçinin o, X29, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 barədə yalnız hadisədən sonra xəbərlərdən eşitmiş, həmin şəxslərdən heç kimi tanımamış, Azər də həmin şəxslərin barəsində ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, o, «Bolt» şirkətində taksi sürücüsü olaraq fəaliyyət göstərir. Belə ki, o “Mercedez Benz E 220” markalı avtomobil ilə "BOLT" mobil tətbiqində qeydiyyatdan keçərək həmin tətbiq vasitəsilə gündəlik olaraq göndərilən çoxlu sifarişləri ünvandan qarşılayıb təyinat ünvanına çatdırır. O, təqsirləndirilən şəxsləri tanımır. Xətai Rayon Polis İdarəsinin əməkdaşları ona yaxınlaşaraq cinayətkar şəxsi avtomobiliylə apardığını bildirmişlər. Belə ki, ona bolt tətbiqi üzərindən daxil olan sifariş əsasında bir nəfəri “Lukoil” adlanan yerdən “Koroğlu” körpüsünün altına aparmışdır. Sonra isə o işinə davam etmişdir. O, gün ərzində 20-25 nəfər sifariş yerinə yetirdiyindən taksidə əyləşən şəxsin kim olduğunu bilmir, hadisə barəsində məlumatsızdır. Maşınına minən şəxs tək olmuşdur. Onun maşınına əyləşən şəxsdən şübhələnməyinə əsas verən hal olmamış, o rahat şəkildə sifarişi yerinə yetirərək sərnişini ünvana çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır. O, “Vetart” dərman şirkətində sürücü ekspeditor olaraq fəaliyyət göstərir. Onun “Mercedes Benz 190” markalı maşınının motoru dağıldığından o 17 fevral N-cü il tarixdə Stansiya Qala ərazisində maşınını Rasim ustaya vermişdir. Rasim usta maşınının motorunu çıxararaq sexə qoymuş, maşın stoyankada olarkən hər iki **- OH-*** dövlət qeydiyyat nişanının oğurlanmasını müşahidə etmişdir. O, həmin vaxt iş üçün Qəbələ-Göyçay ərazisində ezamiyyətdə imiş. O, şirkətə çağırılmış və şirkətdən Polis Bölməsinə aparılmışdır. Nömrələrin nə vaxt oğurlandığını bilmir. Maşınının nömrələri 3 ay bundan əvvəl Polis Bölməsində ona qaytarılmışdır. Onda nömrə kapron olduğundan nömrəni çəkən kimi çıxarmaq olur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, təqsirləndirilən şəxslər Ruhlan İsmayılov və Təqsirləndirilən şəxs1 birlikdə traktor liseyində təhsil aldığı vaxtdan tanımış, aralarında yaxın münasibət olmuşdur. 02 iyul 2021-ci il tarixdən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində hərbi xidmətdə olmuş və təxris vaxtı xəstəliyi ilə əlaqədar buraxılışda müəyyən problemlər yarandığına görə 11 yanvar N-cü ildən 10 fevral N-cü ilədək məzuniyyətdə Bakı şəhərində yaşadığı ünvanda olmuşdur, 11 fevral N-cü ildə yenidən hərbi hissəyə qayıdıb N fevral N-cü ildə təxris olunmuşdur. Məzuniyyətdə olduğu müddətdə yanvar ayının sonlarında Dəyanət Qüdrətov onu ikilikdə görüşə çağırmış, onlar Binə qəsəbəsində yerləşən “900 çay evi”ndə görüşməli imiş. Yolda o, Təqsirləndirilən şəxs3la təsadüfən görüşmüş, Səbuhi hərbi geyim formasında olmuşdur. Onlar salamlaşdıqdan sonra ondan haraya getdiyini soruşub Dəyanət ilə görüşəcəyini biləndən sonra “mən də gəlim, yaxşı oldu elə çoxdandı Dəyanəti də görmürəm” deyərək ona qoşulmuşdur. Təqsirləndirilən şəxs3 o, Dəyanətin dostu kimi xeyli vaxt əvvəl tanımış, birlikdə dəfələrlə görüşüb vaxt keçirmişlər. Bildiyinə görə onlar rastlaşanda Səbuhi 1-2 gün əvvəl əsgərlikdən təxris olmuşdur. “900 çay evi”ndə görüş zamanı Dəyanət ilə görüşüb üçü əsgərlik barədə söhbətlər etmişlər və təxminən yarım saat – bir saat sonra Ruhlan da oraya gəlmişdir. Ruhlan ilə bir qədər ümumi söhbət aparandan sonra əvvəlcə ov silahlarından, sonra isə “Makarov” tipli silahdan söhbət düşmüş, lakin o, həmin vaxtı onun ağzını niyə aradıqlarını bilməmiş və ona hər hansı basqın barədə məlumat verilməmişdir. O, hərbi xidmətə gedəndən əvvəl təxminən 2020 və ya 2021-ci ilin əvvəllərində dayısı oğlu Elmir Həsənzadəgildə olarkən Elmir salafan torbanın içində özünə aid sənədlərin arasında hansısa sənədi axtaran vaxt o, salafan torbanın içində bir ədəd tapancanın dəstək və tətik hissəsi görmüş, həmin vaxt Elmir artıq məhkum edilmiş və cəzasını çəkirmiş, buna görə də Elmirin tapancası olduğunu düşünmüş, lakin Elmirdən çəkindiyi üçün bu barədə bildirməmişdir. O, ümumiyyətlə gördüyü tapancanın həqiqi yaxud oyuncaq olduğunu bilməmiş, sadəcə həqiqi olacağını zənn etmişdir. Ona görə də Ruhlan və Dəyanət ilə söhbət zamanı səbəbsiz yerə dayısı oğlu Elmirin "Makarov” tipli tapancası olduğunu demiş, Dəyanətgil də ona dayısı oğlu ilə danışmasını və silahı neçiyə satmaq istədiyini öyrənməsini istəmişlər və onlara silah lazım olduğunu bildirmişlər, lakin nə üçün lazım olduğunu deməmişlər, əslində o, Elmirin silahı olması barədə danışdığına peşman olsa da, sonradan söhbəti fırlada bilməmiş və danışıb qiyməti öyrənəcəyini demişdir. Sonrakı günlərdə o, Dəyanətin əl çəkmədiyini, zəng edərək maraqlandığını görüb ona dayısı oğlu ilə danışdığını və silahı 3000 manata satdığını demiş, bundan sonra Dəyanət Ruhlan ilə müzakirə edib ona yenidən dayısı oğlu ilə danışıb qiyməti aşağı salmasını xahiş etmişlər, lakin o, bu xahişi də müxtəlif yollarla “fırlada”, yəni müxtəlif bəhanələrlə aldada bilmişdir. Daha sonra isə o, əsgərliyə getmiş və təxris olandan bir neçə gün sonra Ruhlan və Dəyanətlə birlikdə “Binə” qəsəbəsində yerləşən “Bağ” restoranında yemək yeyərkən ona şəhərdə bir mənzilə silahlı basqın etməyi planlaşdırdıqlarını, Ruhlanda avtomat, Dəyanətdə tapanca olduğunu bildirib onlarla birlikdə basqında iştirak etməsini təklif etmişlər, dediklərinə görə məqsədləri mənzildə yaşayanları öldürmək deyil onların yanında atəş açıb onları qorxudaraq 200.000 dən çox pulu götürüb qaçmaq olmuşdur. Onun da iştirak edəcəyi halda ona da tapanca verəcəklərini və onun da havaya atəş açacağını demişlər. O, xəstə anasına görə imtina edəndə ona heç olmasa tapancasız da olsa, birlikdə basqına gedib onlara kömək etməsini təklif etmişlər. O, yenə də imtina edəndə Ruhlan üzərindən bir ədəd tapancanı çıxarıb ona göstərərək gülərək “zarafat eləmirik e silahımız var” demiş, lakin o, yenə də qəti olaraq imtina etmişdir. Bundan sonra onun Dəyanət və Ruhlangil ilə bir daha hər hansı cinayət barədə söhbəti olmamış, ümumiyyətlə yeni işə başladığına görə Dəyanət və Ruhlanla da görüşməmişlər. Növbəti dəfə o, hadisə günü hadisədən sonra xəbərlərdə eşidib Ruhlangilin birlikdə “Bravo” marketdə silahlı basqın törətdiklərini öyrənmişdir. O vaxta qədər isə onun basqın barədə məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin izahatları ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 8-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 mart N-cü il tarixli hadisə yerinin baxış protokolundan görünür ki, hadisə yeri ünvan 20 ünvanında yerləşən “Bravo” hipermarketinin Rahib Məmmədov küçəsi istiqamətində yerləşən girişidir. Girişdə "xxxx", “X62”, “Kapital Bank”, “Bank of Baku”, “ZiraatBank” və "xxxx" ASC-lərə məxsus bankomatlar, “Million” və “MPay” şirkətlərinə məxsus ödəniş terminalları və marketə gələn müştərilər üçün şəxsi əşyalarının saxlanc yeri kimi nəzərdə tutulmuş dolablar quraşdırılmışdır. Giriş hissəyə daxil olduqdan sonra marketə daxil olmaq üçün içəridə ikinci qapı da var. Baxış zamanı “X62” ASC-yə məxsus bankomatın qarşısında döşəmə üzərində qanabənzər gölməçə, bankomatın sol yan tərəfinə bir ədəd güllənin dəyməsi nəticəsində dəmir səthin sürtünüb deformasiya olunması və 70 sm arxada yerləşən şüşə - divarın səthinin dalğavari çatlaması, "Azərbaycan Beynlxalq Bankı”na məxsus bankomatın ekran şüşəsinin, girişin işlək olmayan ikinci şüşə qapısının sol tayının sınması, habelə həmin qapının yan tərəfindəki şüşə divarın səthinin dalğavari çatlaması aşkar edilmişdir. Mərhumun meyiti girişdən sol tərəfdə, saxlanc qutuların qarşısında döşəmə üzərində üzüyuxarı vəziyyətdə aşkar edildi, əynində xidməti mühafizə geyimi və bədəninin gövdə nahiyyəsini örtən bronjileti var, “Makarov” tipli, AP3129 seriya nömrəli xidməti tapancası onun sağ əlindən 15 sm aralıda döşəmə üzərində aşkar edildi, tapancanın qoruyucusu açıq vəziyyətdədir tapancanın kaburası meyitin əynindəki şalvarın kəmərinin sağ yan tərəfində yerləşir, kaburada həmçinin içərisində 8 ədəd patron olan ehtiyat sandıqça da aşkar edildi, tapancanın içərisindəki sandıqçaya baxış zamanı 7 ədəd patron aşkar edildi. Meyitin aşkar olduğu sahədə 05 ədəd giliz aşkar edilərək götürülmüşdür. Girişin çölündə bir ədəd “X119” markalı **-JD-*** qeydiyyat nişanlı, damında sayrışan işıq siqnalları quraşdırılmış inkassator avtomaşını aşkar edildi, avtomaşının üzərində iki ədəd güllə zədəsi aşkar edildi, güllələrdən biri qabaq sağ qanadın (krilonun) aşağı qurtaracaq küncündən (təkərin üst hissəsi tərəfdə) girib qabaq sağ ayaqaltı hissəsindən çıxmışdır və ayaqaltın orta hissəsində bir ədəd metal hissəcik aşkar edilərək götürülmüşdür. Güllələrdən digəri qabaq sağ qapını dəlib keçərək sürücünün “başlıq hissəsi”ndən 20 sm ara məsafəsi ilə hərətək edib avtomobilin korpus divarına dəymişdir. Avtomaşının arxa kabinə hissəsində döşəmə üzərində metal hiccəsiklər, avtomobilin çölündə isə ön hissəsindən 15 metr məsafədə yerin səthində bir ədəd, həmin gilizdən avtodayanacağa tərəf 3 metr aralıda yer səthində bir ədəd və sonuncudan 17 metr aralıda avtodayanacağın içərisində bir ədəd olmaqla 03 ədəd giliz aşkar edilib götürülmüşdür. Cinayət işinin 1-ci cild 36-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış hadisə yerində aşkar edilmiş inkassator – avtomaşına məxsus qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, həmin **-JD-*** qeydiyyat nişanlı “Ford” markalı “Transit Custom 270 xüsusi təyinatlı” modelli avtomaşın “X62” ASC-nin mülkiyyətində olmaqla 2022-ci ildə dövlət qeydiyyatına alınmışdır. Cinayət işinin 1-ci cild 37-55-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış meyitə baxış protokolundan görünür ki, meyitin sol kürək nahiyyəsində bir ədəd giriş dəliyi və eyni hündürlükdə sağ kürək nahiyyəsində bir ədəd çıxış dəliyi olmaqla odlu silah yarası, həmçinin sol təpə-ənsə nahiyyəsində bir ədəd qansızmalı əzilmiş yara aşkar edilmişdir. Meyitin əynində olmuş gövdəni ön və arxa tərəfdən mühafizə edən bronjiletin səthində zədə aşkar edilməmiş, lakin digər üst geyim əşyalarında bədənindəki odlu silah yarasının giriş və çıxış dəlikləri ilə eyni hissədə zədələr aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 77-79-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 mart N-cü il tarixli hadisə yerinin baxış protokolundan görünür ki, meyitin aşkar olunduğu sahədə divar boyu yerləşdirilmiş və müştərilərin əşyalarının saxlanc yeri kimi nəzərdə tutulmuş dolablardan 30 №-li dolabın qapısının yarıya qədər açıq vəziyyətdə olduğu, qapıda bir ədəd 1 sm diametri olan dəlik və dolabın içərisində, arxa divarında bir ədəd eyni diametrli zədə, dolabın qarşısında - döşəmə üzərində isə atəş zamanı hipermarketin qapısının sınmış şüşə qırınıtıları arasında bir ədəd güllə aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 84-85-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 mart N-cü il tarixli hadisə yerinin əlavə baxış protokolundan görünür ki,meyitin sağ ayağından 65 sm aralıda, dəmir örtüklü döşəmə səthində mühafizəçinin xidməti silahından açılmış patrona aid olduğu ehtimal edilən bir ədəd güllə aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 86-89-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 mart N-cü il tarixli hadisə yerinin əlavə baxış protokolundan görünür ki, hadisə yerində aşkar edilmiş “X62” ASC-yə məxsus ATM-in pul seyfi açıq vəziyyətdədir. Pul seyfinin içərisində 5 ədəd pul kaseti yerləşir, lakin baxış zamanı seyfdə üzərində "100 azn”, "20 azn”, “1 azn” qeyd olunmuş 03 ədəd və üzərində heç bir qeydiyyat olmayan 01 ədəd olmaqla cəmi 04 ədəd pul kaseti aşkar edildi, içərisində ABŞ dolları pul əskinaslarının yerləşdirilməsi nəzərdə tutulan pul kaseti isə ATM-in yan tərəfində döşəmə üzərində aşkar edildi. Sayım nəticəsində pul kasetlərində 290000 AZN və 17400 ABŞ dolları pul aşkar edildi, yəni hadisə zamanı inkassator-kassir dəyişdirmək üçün gətirdiyi 290000 AZN pulu dəyişdirmiş və 10395 AZN qalıq pulu (ilkin bank məlumatlarına əsasən) çantaya yığmış, lakin 17500 ABŞ dolları qalıq pulu dəyişdirmək istəyərkən cinayət törədildiyi üçün 20000 ABŞ dolları pulu çantadan çıxarmaq imkanı olmamışdır. Həmçinin, baxışda iştirak edən bankın əməkdaşının izahına əsasən, 17500 ABŞ dolları puldan 100 ABŞ dolları dövriyyə üçün tam yararlı olmadığına görə qeydiyyatsız kasetə düşmüş və hazırda həmin qeydiyyatsız kaset boş olduğu üçün belə bir nəticə çıxır ki hadisədən əvvəl inkassator-kassir həmin kaseti də açaraq içərisindəki 100ABŞ dolları pulu çantaya qoymuşdur. Cinayət işinin 1-ci cild 97-102-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış avtomobilə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın yaxınlığında nömrələri sökülüb atılmış vəziyyətdə aşkar edilmiş “Opel Vectra” markalı avtomobilin ön sağ oturacağından 02, ön sol oturacağından 02 və arxa oturacağından 02 ədəd olmaqla, cəmi 06 ədəd tük nümunəsi, avtomobildə sürücü oturacağı hissədə ön sol qapının daxili və xarici tərəfindən, sükandan, habelə avtomobilin saxlanc hissələrinin qapaqları da daxil olmaqla bütün oturacaqlarından və qapılarından 22 ədəd əl-barmaq izləri və 01 ədəd ovuc içi, ön sağ oturacağın üzərindən **-BC-*** və **- OH-*** dövlət qeydiyyat nişanları, 01 ədəd tibbi maska, 01 ədəd papaq, 1 ədəd içərisində yanacaq maye olan plasmas su qabı, “Cappy Şaftalı” və “Sirab” etiketli su butulkaları aşkar edilərək götürülmüşdür. Baxış zamanı kapotu açmaq üçün nəzərdə tutulmuş dartının qırıldığı və kapotun açılmadığı, açıldıqdan sonra mühərrikxanada, qabaq sağ qapı çərçivəsində və qabaq sağ oturacağın yanında döşəmədəki gizli qapağın altında nəzərdə tutulmuş ban nömrələrin kustar üsulla kəsilərək silindiyi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 126-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin xx.xx.N-cü il tarixli 9496/N №-li məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində silahlı basqını törətməkdə şübhəli şəxslərdən birinin Təqsirləndirilən şəxs1 olması müəyyən edilərək saxlanılmış və saxlanılarkən üzərində hadisə zamanı istifadəsində olmuş “Blow TR92D” markalı tapanca və 11 ədəd qurğuşun başlıqlı patronlar aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cild 157-183-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Səbail rayonu X64 küçəsi bina 19 mənzil 2 ünvanında yerləşən mənzilə baxış protokolundan görünür ki, Ruhlan İsmayılov Bakı şəhəri Səbail rayonu X64 küçəsi bina 19 mənzil 2 ünvanında yerləşən üç otaqlı mənzildə zərərsizləşdirilmişdir. Mənzilin giriş qapısından başlayaraq çoxlu sayda giliz, güllə, metal hissəciklər, divarlarda zədələr aşkar edilmişdir. Mənzilin yataq otağına daxil olduqda qapının ağzında Ruhlan İsmayılovun meyiti arxası üstə uzanıqlı vəziyyətdə və çənə nahiyəsinin altında dəlib keçən bir ədəd odlu silah yarası aşkar edilmişdir. Meyitin əynindəki şalvarın cibindən 366 kalibrli, “AKS Lancaster-03" markalı, 7VC07696 nömrəli yivsiz lüləli ov silahına aid xx.xx.N-cti il tarixli, 575 nömrəli şəhadətnamə, meyitin ayaqları arasında həmin avtomat tipli ov silahı və silahın içərisində 1 ədəd, sandıqçasında 12 ədəd olmaqla 13 ədəd 366 kalibrli patron aşkar edilmişdir. Meyitin baş tərəfində bir ədəd "PM" markalı “BK4016K” seriya nömrəli tapança, tapancanın içərisində 1 ədəd, sandıqçasında 1 ədəd olmaqla 2 ədəd patron aşkar edilmişdir. Meyitin aşkar olunduğu otaqda çarpayının üzərində bir ədəd üzərində marka olaraq “37M” yazısı həkk olunmuş “112033” seriya nömrəli tapança, bir ədəd avtomat darağı və çoxlu sayda 366 kalibrli yivsiz ov patronu, 9 mm kalibrli travmatik patron, qırma, barıt tozu, silindrik ov patronları, həmçinin 1 ədəd avtomat patronu (yivli silah üçün nəzərdə tutulmuş), 2 ədəd maska, 4 ədəd əlcək, 1 ədəd papaq və bir ədəd çanta aşkar edilmişdir. Çantaya baxış zamanı içində 16,835 manat və 20,100 ABŞ dolları məbləğində pul vəsaiti aşkar edilmişdir. Cinayət işinin 3-cü cild 36-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-in Baş Dövlət Yol Polisi idarəsinin xx.xx.N-cü il tarixli 28754 №-li məktubundan görünür ki, hadisə vaxtı cinayətin izlərini itirmək üçün “Opel Vectra” markalı avtomobilin üzərinə bağlanmış **-BC-*** dövlət nömrə nişanı Beyləqan rayon sakini X14 adına və 1981-ci il istehsallı VAZ 2103 markalı avtomobilin üzərinə qeydiyyatdadır. Cinayət işinin 3-cü cild 196-198-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 mart N-cü il tarixli hadisə yerinin əlavə baxış protokolundan görünür ki, hadisə yeri olan “Bravo” hipermarketin əsas giriş qapısından 18 metr aralıda metlaxın üzərində 1 ədəd patron hissəsinə bənzər sursat aşkar edilmişdir. Cinayət işinin 03-cü cild 204-207-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid10 könüllü olaraq istintaqa təqdim etdiyi silah mağazasının kamera görüntülərindən görünür ki, xx.xx.N-cü il tarixdə Ruhlan İsmayılovun idarə etdiyi “Opel Vectra” markalı avtomobil mağazanın qarşısında dayanır, Şahid12la Təqsirləndirilən şəxs1 birlikdə avtomobildən enib mağazaya doğru addımlayır və içəri daxil olaraq silahı satın aldıqdan sonra mağazadan çıxaraq yenidən avtomobilə əyləşib uzaqlaşırlar. Cinayət işinin 03-cü cild 229-234-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Bolt” taksi şirkətində daxil olmuş məlumatlara baxış protokolundan müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən: - xx.xx.N-cü ildə hadisə günü 3 dəfə - saat 09:33-də “Mərdəkan” ünvanından Bravonun yerləşdiyi “Rahib Məmmədov 132” ünvanına, saat 12:23-də Bravo-nun yerləşdiyi “Ramiz Quluyev 4” ünvanından “Əzizbəyov” metrosunun yerləşdiyi “Heydər Əliyev pr.172” ünvanına və saat 14:58-də “Rəhman market” ünvanından “Caspian Oil” ünvanına sifariş vermişdir. - xx.xx.N-cü ildə saat 09:29-də yaşadığı “Binə 4, Əli İsazadə” ünvanından Bravo-nun yerləşdiyi “Rahib Məmmədov 134” ünvanına, saat 16:36-da əksinə “Rahib Məmmədov 59” ünvanından “Binə 1, zabit heyəti” ünvanına sifariş vermişdir. - xx.xx.N-cü ildə saat 11:07-də yaşadığı “Binə 4, Əli İsazadə” ünvanından Bravo-nun yerləşdiyi “Rahib Məmmədov 134” ünvanına, saat 16:45-də “Rahib Məmmədov 59” ünvanından “Mərdəkan pr 89” ünvanına, saat 17:28-də “Mərdəkan pr 89” ünvanından yaşadığı “Binə 8, Əli İsazadə” ünvanına, saat 19:45-də Ruhlanın yaşadığı “Ziğ qəsəbəsi, Zığ yolu 24b” ünvanına sifariş vermişdir. - xx.xx.N-cü ildə saat 10:37-də yaşadığı “Mərdəkan” ünvanından Bravo-nun yerləşdiyi “Rahib Məmmədov 134” ünvanına, saat 16:27-da əksinə “Ramiz Quluyev 4” ünvanından “Binə 8, Əli İsazadə” ünvanına sifariş vermişdir. - xx.xx.N-cü ildə saat 10:38-də yaşadığı “Mərdəkan” ünvanından Bravo-nun yerləşdiyi “Rahib Məmmədov 59” ünvanına, saat 16:25-də əksinə “Rahib Məmmədov 59” ünvanından “Binə 8, Əli İsazadə” ünvanına sifariş vermişdir. - xx.xx.N-cü ildə saat 10:30-da yaşadığı “Binə 8, Əli İsazadə” ünvanından Bravo-nun yerləşdiyi “Rahib Məmmədov 59” ünvanına, saat 16:59-da əksinə “Rahib Məmmədov 59” ünvanından “Əzizbəyov stansiya” ünvanına sifariş vermişdir. - xx.xx.N-cü ildə saat 11:42-da yaşadığı “326 saylı məktəb” ünvanından “Suraxanı” ünvanına, saat 16:57-də əksinə “Ramiz Quluyev 4” ünvanından “Bakı” ünvanına sifariş vermişdir. Cinayət işinin 03-ci cildin 306-307-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış fotoşəkillərlə tanıma haqqında protokolundan görünür ki, Şahid20 Təqsirləndirilən şəxs1 tanıyaraq həmin şəxsn ifadəsində göstərdiyi kimi 04 mart N-cü il tarixdə saat 12:23-də “Bravo” hipermarketin yanında sifariş üzrə onun avtomobilinə əyləşdiyini və “Koroğlu” metrostansiyasının yanında körpünün altında düşdüyünü bildirmişdir. Cinayət işinin 04-cü cild 19-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “X62” ASC-nin xx.xx.N-cü il tarixli məktubundan görünür ki; - Banka məxsus ATM-ə pul vəsaitlərinin daxil edilməsi Azərbaycan Respublikası Mərkəzi Bankının “Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası” və “X62” ASC-də “Nağd pul vəsaiti və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası” ilə tənzimlənir. ATMlərə vəsaitlərin yüklənməsinin konkret müddətləri olmur və ATM-lərdən istifadədən asılı olaraq ehtiyaca uyğun inkassasiya həyata keçirilir. Həmin ATM üzrə hadisədən əvvəl sonuncu dəfə inkassasiyalar xx.xx.N-cü il və xx.xx.N-cü il tarixlərdə icra edilmişdir. - xx.xx.N-cü il tarixində “Bravo" hipermaketində olan inkassasiya marşrutuna Zərərçəkmiş şəxs2 (inkassator-kassir), Zərərçəkmiş şəxs1 Sahib oğlu (mühafızəçiinkassator), Zərərçəkmiş şəxs3 (sürücü-inkassator) və ** JD *** dövlət nömrə nişanlı “X119” markalı avtomobil ayrılmış, ATM-ə 290,000 (iki yüz doxsan min) manat (2000 ədəd 5 manatlıq, 2000 ədəd 20 manatlıq, 2400 ədəd 100 manatlıq əskinaslar), 20,000 (iyirmi min) ABŞ dolları (200 ədəd 100 ABŞ dolları əskinası) məbləğində vəsaitin mədaxil edilməsi planlaşdırılmışdır. - Zərərçəkmiş şəxs2 xx.xx.2010-cu il tarixli müqavilə əsasında, Bankda “Təhlükəsizlik” bölməsinə operator-mühafizəçi işinə götürülmüş, xx.xx.2012-ci il tarixdə Nağd vəsaitlərin dövriyyəsi xidmətinin inkassator-kassir işinə keçirilmiş və xx.xx.2018-ci ildən isə vəzifəsinin adı dəyişdirilərək Nağd vəsaitlərin idarə edilməsi şöbəsinin Mərkəzi xəzinə bölməsinin baş inkassator-kassiri olmuşdur. - “X62” ASC ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 23 №-li müqaviləyə əsasən, "xxxx" MMC-nin 7 (yeddi) nəfər (bunlardan ehtiyat bir nəfər zərurət yarandığı halda cəlb edilir) həftənin 5 günü (zərurət yarandıqda şənbə və bazar günləri əlavə ödəniş hesablanmaqla), silahlı mühafizəçiləri tərəfindən səhər saat 9:00-dan saat 18:00-dək Sifarişçi tərəfindən müəyyənləşdirilmiş marşrutlar üzrə nağd pul vəsaitlərinin, qiymətli kağızların və digər qiymətlilərin “Sifarişçi”nin zirehli maşınları ilə mühafizə (müşayiət) edilməsini həyata keçirir. Cinayət işinin 4-cü cild 95-137-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin xx.xx.N-cü il tarixli məktubundan görünür ki; - Zərərçəkmiş şəxs1 oğiu xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, HMİ MMC-də mühafizəçi işinə götürülmüş, xx.xx.2022-ci il tarixli 124-K №li daxili əmrlə HMİ MMC-nin Bakı şəhəri üzrə 2 saylı bölməyə (“X62” ASC-yə) mühafizəçi təyin olunmuşdur. - xx.xx.N-cü il tarixi şənbə gününə təsadüf etdiyi üçün bankın iş həcmi məhdud olduğundan bank tərəfindən 3 nəfər mühafizəçi - Zərərçəkmiş şəxs1 oğiu, X103 və X69 xidmətə cəlb olunmuşlar. - xx.xx.N-cü il tarixində Zərərçəkmiş şəxs1 HMİ MMC-nin “Silah və sursatların təhviltəslim kitabı”nda imza atmaqla “Makarov” tipli, AP3129 seriya nömrəli xidməti silah və ona aid 16 ədəd döyüş sursatı (patron) təhvil götürmüşdür. Cinayət işinin 04-cü cild 245-246-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış fotoşəkillərlə tanıma haqqında protokolundan görünür ki,şahid X115 Qudrətov və Ruhlan İsmayılovu üz-sifət cizgilərinə, göz-qaş nahiyyələrinə əsasən tanıyaraq həmin şəxslərin ifadəsində göstərdiyi kimi onların 27 fevral N-cü il tarixdə saat 16:59-da “Rahib Məmmədov 59” ünvanında yerləşən “Bravo” supermarketinin arxasından götürdüyü şəxslər olduğunu, Təqsirləndirilən şəxs1 “Mühafizə” geyimində öndə oturduğunu və Binə qəsəbəsində düşdüyünü, Ruhlan İsmayılovun isə Zığ qəsəbəsində düşdüyünü bildirmişdir. Cinayət işinin 04-cü cild 258-259-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış fotoşəkillərlə tanıma haqqında protokolundan görünür ki,Şahid29 Təqsirləndirilən şəxs1 və Ruhlan İsmayılovu üz-sifət cizgilərinə, göz-qaş nahiyyələrinə əsasən tanıyaraq həmin şəxslərin ifadəsində göstərdiyi kimi onların 28 fevral N-cü il tarixdə saat 10:38-də “Rahib Məmmədov 59" ünvanında yerləşən “Bravo” marketin yanında düşürdüyü şəxslər olduğunu, Təqsirləndirilən şəxs1 öndə oturduğunu və Binə qəsəbəsində avtomobilə əyləşdiyini, Ruhlan İsmayılovun isə Zığ qəsəbəsində avtomobilə əyləşdiyini bildirmişdir. Cinayət işinin 04-cü cild 272-273-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış fotoşəkillərlə tanıma haqqında protokolundan görünür ki, şahid X97 Qudrətov və Ruhlan İsmayılovu üz-sifət cizgilərinə, göz-qaş nahiyyələrinə əsasən tanıyaraq həmin şəxslərin ifadəsində göstərdiyi kimi 01 mart N-cü il tarixdə saat 10:37-də Binə qəsəbəsində avtomobilin ön oturacağına əyləşən şəxsin Təqsirləndirilən şəxs1, Zığ qəsəbəsində arxada əyləşən şəxsin isə Ruhlan İsmayılov olduğunu, həmin şəxsləri aparıb “Bravo” marketin yanında düşürdüyünü bildirmişdir. Cinayət işinin 04-cü cild 232-233-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış fotoşəkillərlə tanıma haqqında protokolundan görünür ki,şahid X85 Qudrətov və Ruhlan İsmayılovu üz-sifət cizgilərinə, göz-qaş nahiyyələrinə əsasən tanıyaraq həmin şəxslərin ifadəsində göstərdiyi kimi 02 mart N-cü il tarixdə saat 11:07-da sifariş üzrə onun avtomobilinə Binə qəsəbəsində əyləşən şəxsin Təqsirləndirilən şəxs1, Zığ qəsəbəsində əyləşən şəxsin isə Ruhlan İsmayılov olduğunu bildirmişdir. Cinayət işinin 04-cü cild 209-211-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış fotoşəkillərlə tanıma haqqında protokolundan görünür ki,şahid X111 Qudrətov və Ruhlan İsmayılovu tanıyaraq həmin şəxslərin ifadəsində göstərdiyi kimi 03 mart N-cü il tarixdə saat 16:36-da “Bravo” hipermarketin arxasında sifariş üzrə onun avtomobilinə əyləşdiklərini və X98 qəsəbəsində, Təqsirləndirilən şəxs1 isə Binə qəsəbəsində düşdüyünü bildirmişdir. Cinayət işinin 04-cü cild 218-219-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış fotoşəkillərlə tanıma haqqında protokolundan görünür ki, Şahid21 Təqsirləndirilən şəxs1 tanıyaraq həmin şəxsin ifadəsində göstərdiyi kimi 04 mart N-cü il tarixdə saat 18:08-də “Bakı. Suraxanı, Caspian Oil” ünvanında, yolun kənarında olan adını bilmədiyi "dönərxana”nın qarşısında sifariş üzrə onun avtomobilinə əyləşdiyini və Bülbülə şadlıq evinin qarşısında düşdüyünü bildirmişdir. Cinayət işinin 05-ci cild 3-22-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs4 MMC ilə “X62” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, həmin tarixdən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev 4 ünvanda “Bravo Hipermarketi" binasında yerləşən sahə “X62” ASC-yə icarəyə verilmişdir. Cinayət işinin 05-ci cild 78, 197-198-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “X62” ASC-nin xx.xx.N-cü il tarixli aktdan və xx.xx.N-cü il tarixli məktubdan görünür ki, hadisədən sonra Bankın Xəzinə bölməsində aparılmış monitorinqin nəticəsinə əsasən, ATM-in təkrar dövriyyə kasetlərində 17400 ABŞ dolları və 10395 manat, depozit kasetində isə 6440 manat və 100 ABŞ dolları olmuşdur, beləliklə də, ATMdən 17500 ABŞ dolları və 16835 manat geri qayıtmalı olduğu halda, cinayət nəticəsində inkassasiya zamanı boşaldılan 16835 manat, 100 ABŞ dolları və ATM-ə yüklənməsi üçün göndərilən 20000 ABŞ dolları pul ələ keçirilmişdir. Cinayət işinin 05-ci cild 50-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “X62” ASC-nin xx.xx.N-cü il tarixli texniki baxış aktından görünür ki, cinayət nəticəsində Banka məxsus “X119” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı zirehli avtomaşına 1994 manat zərər dəymişdir. Cinayət işinin 05-ci cild 56-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “X62” ASC-nin xx.xx.N-cü il tarixli servis aktından görünür ki, cinayət nəticəsində Banka məxsus 0025 saylı “GRG P5800L” tipli bankomata 2500 manat zərər dəymişdir. Cinayət işinin 05-ci cild 53-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" ASC-nin xx.xx.N-cü il tarixli qüsur aktından görünür ki, cinayət nəticəsində Banka məxsus 2203 saylı “NCR 6683” tipli bankomata 1670 manat zərər dəymişdir. Cinayət işinin 05-ci cild 97-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs4 MMC-nin xx.xx.N-cü il tarixli aktdan görünür ki, cinayət nəticəsində “Bravo” hipermarketə 12.556 manat zərər dəymişdir. Cinayət işinin 05-ci cild 142-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-in Kriminalistik Tədqiqatlar idarəsinin xx.xx.N-cü il tarixli 3913 №-li məktubundan görünür ki, Ruhlan İsmayılovun əl-barmaq izləri ADİS məlumat bankında olan açılmamış cinayət işləri üzrə götürülmüş əl izləri ilə müqayisə edilmiş, lakin eynilik aşkar edilməmişdir. Cinayət işinin 05-ci cild 64-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Bravo” hipermarketdə quraşdırılmış kamera görüntülərinə baxış protokolundan görünür ki, xx.xx.N-cü il tarixdə saat 12:29:02-də “Opel Vectra” markalı avtomobil marketin ərazisinə daxil olub dayanacaqda dayanır və həmin gündən başlayaraq Təqsirləndirilən şəxs1 və Ruhlan İsmayılov hər gün saat 11 radələrindən başlayaraq marketin ərazisinə gələrək başlarına geyindikləri papaq və sifətlərinə tibbi maska ilə şəxsiyyətlərini gizlətməyə çalışıb “X62” ASC-yə məxsus inkassator avtomaşının gəlməsini gözləmişlər, bu günlərdə ayrı banklara (“Kapital”, "xxxx" və s.) məxsus inkassator avtomaşınları gələndə dərhal hər iki şəxsin plana uyğun hərəkətə başladıqları, yəni Təqsirləndirilən şəxs1 avtomaşından düşüb bankomatlar otağına gəldiyi, Ruhlan İsmayılovun isə “Opel Vectra” markalı avtomobili hərəkətə gətirib inkassator avtomaşının qarşısında dayandığı, hər dəfə Təqsirləndirilən şəxs1 bankomatlar otağına gələrək inkassatorların başqa banka məxsus olduğunu görüb bu barədə telefonla Ruhlan İsmayılova məlumat verməsinin ardından sonuncunun yenidən “Opel Vectra” markalı avtomobili əvvəlki yerinə qaytarıb dayandırdığı müəyyən edilir. - xx.xx.N-cü il tarixdə saat 12:12:03-də “X62” ASC-yə məxsus inkassator avtomaşını “Bravo” marketin dayanacağına daxil olaraq orta giriş qapısından bir qədər qarşıda dayanır, əvvəlcə mühafizəçi Zərərçəkmiş şəxs1 ön sağ qapını açaraq avtomaşından düşüb ətrafa göz gəzdirdikdən sonra arxa qapını açır və kassir Zərərçəkmiş şəxs2 əlində bir ədəd iri ölçülü idman çantası ilə avtomaşından düşür, hər ikisi birlikdə saat 12:12:46-da “Bravo” marketin bankomatlar və ödəniş terminalları olan sahəsinə daxil olurlar, saat 12:12:52-də Zərərçəkmiş şəxs1 “X62” ASC-yə məxsus ATM-in qarşısında (arxası ATM-ə tərəf) dayanıb mühafizəni təmin edir, Zərərçəkmiş şəxs2 isə saat 12:13:41-də ATM-in pul seyfini açaraq içərisindəki kassetləri ardıcıl olaraq bir-bir açıb özü ilə gətirdiyi çantadakı pulları həmin kassetlərdəki qalıq pullar ilə əvəz etməyə başlayır. Saat 12:14:00-da Dəyanət sağ əlində mobil telefonla orta giriş qapısından marketin içərisinə daxil olub ödəmə terminallarının yanında dayanaraq “X62” ASC-yə məxsus bankomatda inkassasiya xidmətini (kassetlərin dəyişdirilməsi) həyata keçirən inkassator Zərərçəkmiş şəxs2 və onu mühafizə edən digər inkassator Zərərçəkmiş şəxs1 görür, ardınca mobil telefonla danışaraq (ehtimal ki Ruhlana xəbər verir) marketin qapısından çölə çıxıb dərhal da geri qayıdır və girişdə yerləşən “Milli Ön” ödəmə terminalının qarşısında dayanıb həm çöldəki sürücünün hərəkətlərini, həm də içəridə mühafizəçi ilə kassiri müşahidə etməyə başlayır. Bu zaman ətrafda quraşdırılmış digər ATM-lərin qarşısında müştərilərin olduğu, habelə marketə daxil olan və çıxan müştərilənin sıxlığı müşahidə edilir. Saat 12:16:02-də Ruhlan əynində göy rəngli gödəkçə ilə qeyd olunan qapıdan marketin içərisinə daxil olur və ATMlər olan sahənin qapısından da keçib satış həyata keçirilən sahədə, Dəyanəti görə biləcək tərəfdə - elektron siqaretlər satılan köşkün qarşısında dayanır. Saat 12:16:57-də Ruhlanın «Kalaşnikov» tipli silahı gödəkçəsinin içərisindən çıxarmaqla baş hərəkəti ilə işarə etməsindən sonra Dəyanət hərəkətə keçərək sağ əli ilə gödəkçəsini yuxarı qaldırmaqla qurşaq nahiyəsində gizlətdiyi tapança tipli silahı çıxarıb “X62” ASC-nin ATM-in qarşısında ayaq üstdə dayanmış Rüfətin sağ çiyni tərəfdən ona yaxınlaşaraq tapançanı onun başına tuşlayıb təxminən 1 metr məsafədən atəş açır, lakin açılan atəş Rüfətə dəyməyərək həmin səmtdə təxminən 3 metr aralıda quraşdırılmış "xxxx" ASC-nin ATM-inə dəyir, bu zaman istintaqa məlum olmayan bir şəxsin həmin ATM-in qarşısında dayanıb bank əməliyyatı həyata keçirdiyi və güllənin ona dəymə ehtimalının çox yüksək olduğu görünür, hətta atəş sonrası həmin şəxs həyatını qurtarmaq üçün əməliyyatı yarımçıq qoyaraq dərhal oradan uzaqlaşır. Ətrafdakı insanlar atəşin qorxusundan müxtəlif istiqamətlərdə qaçmağa, ATM-lər olan sahədə ilişib qalmış şəxslər isə ATM-lərin arxalarında yerə əyilərək gizlənməyə çalışırlar. Rüfətin açılan atəşdən yayınaraq saxlanc rəflərinə doğru qaçdığı zaman Dəyanət yenidən ona atəş açmaq üçün silahı hazır vəziyyətə gətirməyə cəhd edir, bu zaman Ruhlan da silahla "xxxx" ASC-yə məxsus bankomatın qarşısında əyilmiş vəziyyətdə olan Samirə təxminən 3 metr məsafədən atəş açır və atəş nəticəsində Samir xəsarət alaraq Dəyanətin dayandığı səmtə doğru yerə yıxılır, hətta yıxılarkən Dəyanətin ayaqlarından tutmağa çalışır, lakin Dəyanət tapançanın alt hissəsi ilə onun baş nahiyyəsinə bir dəfə üstdən aşağı zərbə endirir, bundan sonra silahında nasazlıq səbəbindən növbəti atəşin açılmadığını və Rüfətin öz xidməti silahını çıxarıb onun üzərinə gəldiyini görüb saat 12:17:04-də marketdən çıxaraq dayanacaq istiqamətində qaçmağa məcbur olur. Zərərçəkmiş şəxs2 atəş açılması ilə eyni vaxtda onun arxasında 1-2 metr məsafədə yerləşən şüşənin də çatlaması görünür ki, bu da güllənin Samirin bədənindən çıxıb həmin şüşəyə dəydiyini ehtimal etməyə əsas verir. Görüntülərə əsasən, Rüfət xidməti silahı çıxarıb Dəyanətin üzərinə getdiyi və Dəyanətin də hadisə yerindən geri çəkilməyə məcbur olduğu an qəfildən Ruhlan market tərəfdən qapıdan çıxaraq Rüfətə təxminən 3 metr məsafədən ardıcıl atəş açmağa başlayır və Rüfət yenidən arxa-arxaya dolablara tərəf çəkilməyə başlayır, Ruhlanın açdığı atəşlər nəticəsində dolabların yanındakı 2-ci (işlək olmayan) giriş qapısının sağ şüşəsinin, ona bitişik yan şüşənin çatlaması və dolablardan birinin gözünün deşilməsi və nəhayət Rüfətin arxası üstdə yerə yıxılıb hərəkətsiz qalmasından belə nəticəyə gəlmək olur ki, Ruhlanın açdığı atəşlər nəticəsində güllələrdən biri Rüfətin bədəninə girib ona xəsarət yetirmiş və daha sonra çıxıb şüşələrə və ya da rəfin gözünə dəymişdir. Bundan sonra Ruhlan bankomat kassetlərinin yanında içərisində pul vəsaitləri olan qara rəngli çantanı yerdən götürür, həmin vaxt bankomatın qarşısında yerdə uzanmış Zərərçəkmiş şəxs2 hərəkətsiz olması onun öldüyünü ehtimal etməyə əsas verir. Saat 12:17:11-də Ruhlan marketdən çıxaraq “Opel Vectra” markalı avtomobili istiqamətində qaçır və qaçarkən yanından keçdiyi inkassator avtomobilinin içərisində oturmuş sürücüyə tərəf bir neçə dəfə atəş açdıqdan sonra öz avtomobilinə oturub idarə edərək marketin ərazisindən Ramiz Quliyev küçəsinə çıxmaqla hadisə yerindən uzaqlaşır. Saat 12:19:06-da Dəyanət də Ramiz Quliyev küçəsi tərəfdən marketin ərazisini tərk edir. Cinayət işinin 05-ci cild 176-178-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış bankomatın kamera görüntülərinə baxış protokolundan görünür ki, xx.xx.N-cü il tarixdə saat 12:20:06-ya qədər Zərərçəkmiş şəxs1 bankomatın qarşısında dayanıb ətrafı gözdən keçirdiyi, Zərərçəkmiş şəxs2 pul kasetlərini sıra ilə inkassasiya etdiyi, ətrafda həm bankomatlar qarşısında dayanmış, həm də marketə girib-çıxan insanların sıxlığı müəyyən edilir. Saat 12:20-06-da başında qara papaq və ağzında qara rəngli tibbi, qara rəngli gödəkçə geyinmiş Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 tərəfindən ona atəş açaraq görüntüyə daxil olur, bu zaman nə baş verdiyini başa düşməyən Zərərçəkmiş şəxs1 başını və sağ çiynini nisbətən aşağı əyərək sol tərəfə (dolablar olan səmtə) qaçır və çevrilib atəş açılan istiqamətdə baxır, ilk atəşdə qarşıdakı "xxxx" ASC-yə məxsus bankomat qarşısında əməliyyat həyata keçirən şəxs dərhall başını çiyinlərinin arasına əyərək oradan uzaqlaşmağa başlayır, insanlar isə bəziləri sol tərəfə bankomatların arasına qaçıb gizlənir, bəziləri isə marketin içinə tərəf qaçırlar, Təqsirləndirilən şəxs1 ilk atəş uğursuz olduqdan sonra Zərərçəkmiş şəxs1 uzaqlaşdığını görüb ona tərəf 1-2 addım ataraq əlindəki tapancanı onun səmtinə tuşlayır, daha sonra tapancanın lüləsini tutub geri dartır, bu zaman artıq başında kepka, üzündə tibbi maska və əyninə göy rəngli gödəkçə geyinmiş Ruhlan İsmayılov əlində avtomat tipli silahla marketin qapısından yaxınlaşır və ilk olaraq silahı Təqsirləndirilən şəxs1 yanında dayanmış Zərərçəkmiş şəxs2 tərəf tuşlayaraq atəş açır, atəş nəticəsində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 tərəf müvazinətini itirib yerə yıxılır və yıxılarkən Təqsirləndirilən şəxs1 köynəyindən tutub aşağı dartır, Təqsirləndirilən şəxs1 isə həmin vaxt tapancanın lüləsini çəkməyə çalışarkən Zərərçəkmiş şəxs2 hərəkətindən sonra tapanca ilə onun sifət nahiyyəsinə tərəfə zərbə endirir, bu müddətdə Zərərçəkmiş şəxs1 dolabların qarşısına çəkilib orada üzərindəki xidməti silahı çıxarıb iki əlində tutaraq yenidən bankomatın qarşısına qayıdaraq silahı Təqsirləndirilən şəxs1 doğru tuşlayır, lakin bunu görən Təqsirləndirilən şəxs1 haisə yerini tərk etməyə məcbur olur, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 oranı tərk edənə qədər Ruhlan İsmayılovu görmür, yalnız Təqsirləndirilən şəxs1 bankomatın qarşısından qaçandan X92 Zərərçəkmiş şəxs1 tərəf avtomatı tuşlayaraq ardıcıl atəş açmağa başlayır, Zərərçəkmiş şəxs1 ikinci dəfə dolablara tərəf geri çəkilir, mərhumun bədənindəki xəsarəti (yara kanalının istiqamətini), özünün və Ruhlan İsmayılovun dayandıqları yerləri nəzərə aldıqda saat 12:20:13-də Zərərçəkmiş şəxs1 özünü müdafiə üçün geri çəkilərkən Ruhlan İsmayılovun açdığı atəş nəticəsində xəsarət aldığı və dərhal döşəmə üzərinə yıxılması müəyyən edildi. Cinayət işinin 05-ci cild 88-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış təhlükəsiz şəhər kameraların görüntülərinə baxış protokolundan görünür ki; - Ruhlan İsmayılovun yaşadığı evin qarşısında quraşdırılmış kamera görüntülərindən onun evə gəlməsini müəyyən etmək mümkün olmadı, lakin həmin kamera və TŞ kameraları vasitəsilə saat 15:06-da Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMVV X5” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ruhlan İsmayılovun yaşadığı binanın qarşısına gəldiyi, saat 15:10-da həmin küçədən çıxıb Zığ şosesi ilə üzü şəhər istiqamətində hərəkətə başladığı, saat 16:07-də Zərifə Əliyeva küçəsinin R.Rza küçəsi ilə kəsişməsində görünür və düz istiqamətdə Z.Əliyeva küçəsi ilə hərəkət edərək “Tarqovı” deyilən yerə daxil olur, saat 16:08-də Z.Əliyeva küçəsinin Y.Məmmədəliyev küçəsi ilə kəsişməsində görünür və Z.Əliyeva küçəsi ilə hərəkətinə davam edir, saat 16:08-də Z.Əliyeva küçəsinin H.Z.Tağıyev küçəsi ilə kəsişməsindən H.Z.Tağıyev küçəsinə dönüb hərəkətinə davam edir, saat 16:09-da H.Z.Tağıyev küçəsində təyinat nöqtəsinə çatsa da birinci dəfə avtomobili dayandırmadan hərəkətini davam etdirərək H.Z.Tağıyev küçəsindən sağa Ə.Əlizadə küçəsi, qarşıda sağa Y.Məmmədəliyev küçəsinə, sağa Z.Əliyeva küçəsi və yenidən sağa, yəni H.Z.Tağıyev küçəsinə dönərək saat 16:11-də eyni yerə gəlib çıxır və ikinci səfərində dayanır.Avtomobil 6 saniyə dayandıqdan sonra arxa sağ qapısı açılır və açıq vəziyyətdə 25 saniyə qaldıqdan X92 avtomobildən düşüb avtomobilin arxası ilə binalara tərəf addımlayır və arka formalı girişdən binaların həyətinə daxil olur. Baxış zamanı avtomobilinin aydın görünən görüntülərinə əsasən, Təqsirləndirilən şəxs2 qarşıda təkcə əyləşdiyi və əynində qısaqol köynək olduğu görünür, avtomobilin qabaq sərnişin oturacağı isə boşdur. Baxış zamanı görünür ki, Ruhlan İsmayılovun avtomobildən düşdükdən sonra çiynində çanta və sağ əlində asılqanda paltar tutaraq avtomobilin arxası ilə addımlayıb yenidən Z.Əliyevə küçəsinə daxil olur və arka formalı hissədən binaların həyətinə daxil olub orada yerləşən Şahid4 kirayədə yaşadığı ünvan istiqamətində hərəkətinə davam edir. Ruhlan İsmayılovun istifadəsində olan “Opel Vectra” markalı avtomobilin kamera görüntülərinə baxış zamanı müəyyən edilmişdir ki; - **-GA-*** nömrə nişanı altında avtomobil son bir ay ərzində müxtəlif yerlərdə şəhər nəzarət kameraları tərəfindən görüntülənmiş və xx.xx.N-cü il tarixdə saat 02:32-dən saat 05:23-dək Təqsirləndirilən şəxs2 istifadəsində olan “BMVV X5” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə “Dalğa Plaza”nın yaxınlığında qeydə alınmışdır. - **-GA-*** nömrə nişanı altında avtomobil sonuncu dəfə xx.xx.N-cü il tarixdə saat 00:54-də Ruhlan İsmayılovun yaşadığı ünvanın yaxınlığında qeyd alınmışdır. - **-BC-*** nömrə nişanı ilk dəfə xx.xx.N-cü il tarixdə saat 12:26-da “Naximov dairəsi” yaxınlığında və “Naximov dairəsi” istiqamətində, yəni “Bravo” hipermarketi istiqamətində görüntülənmişdir. Bu da Ruhlan İsmayılov xx.xx.N-cü il tarixdə qəti olaraq cinayət törətmək üçün plan üzrə hərəkətə başladığını və plana uyğun olaraq avtomobilin üzərində əvvəlki nömrələri çıxarıb, yeni nömrələri taxdığını göstərir. - **-BC-*** nömrə nişanı növbəti dəfə hadisədən dərhal sonra xx.xx.N-cü il tarixdə saat 12:24-də eyni yerdə lakin “Zığ şosesi” istiqamətində, saat 12:25-də “Zığ şossesi 14.7ci km Hava Limanı” istiqamətində, saat 12:28-də “Zığ şossesi 8-ci km Hava Limanı istiqamətində” görüntülənmişdir. Həmin görüntülərə əsasən, avtomobilin qabaq sərnişin oturcağı boşdur. Cinayət işinin 05-ci cild 36-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs2 iş yeri olan motosiklet təmir sexində quraşdırılmış kameralarının görüntülərinə baxış protokolundan görünür ki, xx.xx.N-cü il tarixdə saat 19:38-də isə Təqsirləndirilən şəxs2 işlədiyi sexin qarşısında dayandırdığı avtomobilinə əyləşib mühərriki işlək vəziyyətə gətirir və gözləyir, saat 19:42-də Ruhlan İsmayılov silahlı basqın zamanı istifadə etdiyi “Opel Vectra” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs2 işlətdiyi motosiklet təmir sexinin qarşısına gəlib avtomobilini orada dayandırır, Ruhlan İsmayılov avtomobildən endikdə əynində silahlı basqın zamanı geyindiyi göy rəngli traktorçu paltarı var, həm Təqsirləndirilən şəxs2 qardaşı Şahid16, həm də Təqsirləndirilən şəxs2 özü avtomobildən enib Ruhlan İsmayılovla səmimi formada öpüşüb görüşür, 2 dəqiqə söhbət etdikdən sonra saat 19:44-də avtomobilinə əyləşərək uzaqlaşır. Daha X92 avtomobilin baqajından bir neçə mişar daşı çıxarıb qabaq sağ tərərin qarşısına pilləkən kimi düzür və sonra avtomobilə əyləşir, Şahid16 qabaq sağ təkərin qarşısında dayanıb Ruhlan İsmayılova avtomobili mişar daşlarının üstünə çıxarmaq üçün nə qədər önə sürmək lazım olduğunu əl işarəsi ilə bildirir, qabaq sağ təkər mişar daşı üzərinə qaldırılandan sonra Şahid16 avtomobilin baqajını açıb orada mişar daşı götürüb arxa sol tərəfin qarşısına qoyur, X92 avtomobili söndürüb düşüb qabaq sağ qapını açır, Şahid16 sexə girib orada laqonda aparatını elektrik qovşağına taxdıqdan sonra gətirib sağ qapının qarşısına yerə qoyur və daha X92 ilə birlikdə avtomobilin ehtimal ki ban nömrəsini axtarırlar, sonra isə Şahid16 əlindəki mobil telefonun işığını tutur və Ruhlan İsmayılov isə laqonda aparatı ilə avtomobilin altına uzanıb ban nömrəni kəsir. Daha X92 avtomobilin kapotunu qaldırıb açır və Şahid16la birlikdə matorxanada olan ban nömrəsini kəsir, sonra birlikdə matorxanada başqa ban nömrənin olub-olmamasını yoxlayır və axtarış keçirirlər, sonra Şahid16 sexə qayıdır, Ruhlan İsmayılov mişar daşlarını yenidən baqaja yığır, əynindəki göy rəngli taktorçu paltarını çıxarıb avtomobilə qoyur və özü də avtomobilə əyləşib saat 20:30-da çıxıb gedir. Cinayət işinin 05-ci cild 109-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-in Baş İctimai Təhlükəsizlik idarəsinin xx.xx.N-cü il tarixli 7484 №-li məktubundan görünür ki, Ruhlan İsmayılovun zərərsizləşdirildiyi ünvana baxış zamanı götürülmüş “PM” markalı BK4016k nömrəli və “Minta 37” markalı 112033 nömrəsi silahlar barədə X6 Sistemində məlumat aşkar edilməmişdir. Cinayət işinin 05-ci cild 118-121-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış mobil telefonlara baxış protokolundan görünür ki: 1) Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş olan “Samsung” markalı mobil telefonun kontakt bölməsində ***-***-**-** saylı nömrə “Ruhlan Usda”, ***-***-**-** saylı nömrə “Ruhlan Usda” və ***-***-**-** saylı nömrə “Ruhlan Ruhlanov” adı ilə qeyd olunmuşdur. “ Whatsapp” proqramına əsasən, hadisə günü, yəni xx.xx.N-cü il tarixdə saat 17:36-da Təqsirləndirilən şəxs2 Ruhlan İsmayılovun ***-***-**-** saylı nömrəsinə zəng etmiş, lakin zəngə cavab verilməmişdir 2) Şahid4 üzərində aşkar edilmiş olan “Samsung” markalı mobil telefonun “vvhatsapp” proqramına əsasən, hadisə günü, yəni xx.xx.N-cü il tarixdə saat 13:27-də Ruhlan İsmayılov ona zəng edib 11 saniyə danışmışdır. 3) hadisədən X92un istifadəsində olmuş “Samsung A10” markalı mobil telefonun içərisində olan ***-***-**-** saylı mobil nömrəyə 18:01-də “vvhatsapp” proqramından qeydiyyat əməliyyatı ilə əlaqədar sms göndərilmişdir ki, bu da telefonun məhz həmin vaxt Ruhlan İsmayılova verildiyini və sonuncunun nömrəni qeydiyyatdan keçirdiyini göstərir. - hadisə günü, yəni xx.xx.N-cü il tarixdə saat 18:06-da o, adı kontakt bölümündə qeyd olunmuş Təqsirləndirilən şəxs3 zəng etmişdir, lakin danışıq müddətini və ya danışıq olub-olmadığını müəyyən etmək mümkün olmur. - “vvhatsapp” proqramında həmin gün saat 18:09-da əvvəlcə o, Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan məzmunda sms yazıb daha sonra silmiş, ardınca Təqsirləndirilən şəxs3 da eyni vaxtda ona “salam” məzmunlu mesaj yazmışdır. 4) Şahid1 üzərində aşkar edilmiş “Xiomi” markalı mobil telefonun “vvhatsapp” proqramına əsasən, hadisə günü hadisədən sonra saat 14:17-də Ruhlan İsmayılov ona “vvhatsapp” proqramı ilə zəng etmiş və 12 saniyə danışmışlar. 5) Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş “huavvei” markalı mobil telefonun “vvhatsapp” proqramına əsasən, hadisə günü xx.xx.N-cü il tarixdə saat 12:37-də o, Təqsirləndirilən şəxs1 zəng edib 17 saniyə danışmış, saat 14:17-də isə Dəyanət ona cavabsız zəng etmişdir. - “Bolt” proqramından görünür ki, hadisədən sonra, yəni xx.xx.N-cü il tarixdə saat 18:08-də onun iş yeri ilə üzbəüz yerləşən “Caspian Oil” deyilən yerdən “Bül-Bülə şadlıq sarayı” deyilən ünvana sifariş verib saat 18:14-də taksiyə əyləşmiş və saat 18:29-da sifariş verilən ünvana çatmışdır. Ehtimal ki, burada sifariş Təqsirləndirilən şəxs1 üçün verilmiş və taksi ilə hərəkət edən şəxs məhz Təqsirləndirilən şəxs1 olmuşdur. 6) Dadaşov Xandadaşın istifadəsində olan mobil telefonun “vvhatsapp” proqramında Təqsirləndirilən şəxs1 (***-***-**-**) ilə 18 yanvar N-cü ildən başlayaraq hadisə gününə qədər mütəmadi olaraq gündəlik mövzular, əsgərlik xatirələri, işsizlik və s. barədə yazışma (o cümlədən səsli mesajlar) aparıldığı aşkar edildi. 02 fevral N-cü il tarixli yazışmalarda Xandadaş D. ona 20 martda ad gününün olduğunu və tədbir təşkil edəcəyini deyib onun da gələ bilib-bilməyəcəyini Dəyanət Q.-dan soruşur, sonuncu da ona əlbətdə gələcəyini bildirir. 06 fevral N-cü il tarixli yazışmalarda pulsuzluq mövzusunda söhbət zamanı Dəyanət Q. ona “4-5 ay keçsin qardaşıvın elinə gəşəy pul gələcəy gedərik Nabrana dincəlməyə” məzmunlu sms göndərir. 20 fevral N-cü il tarixli yazışmalarda Salyan rayonunda olan Xandadaş D. Təqsirləndirilən şəxs1 hansısa qızla tanış olmaq barəsində hünərlə danışaraq “qorxma xiyar” məzmunlu sms göndərir, Dəyanət Q. isə ona “Mən gördüyüm işləri görsən eee onda görərsən qorxaq kimdi” məzmunlu sms-lə cavab verir. 22 fevral N-cü il tarixdə Xandadaş D. - “İsmayıllıya nəvaxt gedmək istəyirsən e?”, Dəyanət Q. - “bidənə bu söhbət qutarsın, gecəcik hardasa martın 15-i, 20-si, nə qədər tez qutarsa o qədər tez gedəcik, bidənə bu söhbət qutarsın inşAllah 20-si sənincün dəbdəbəli bidənə ad günü elicəyəm”, Xandadaş D. - “görəkdə qardaşım təki problem olmasın”, Dəyanət Q. - “işdi tutulub eləsəm içəri mənimçün siqaret zad gətirərsən a” məzmunlu səsli sms, ardınca isə birdəfəlik baxış üçün nəzərdə tutulan (baxışdan sonra silindiyi üçün görünmür) bir ədəd fotoşəkil və altında susmaq smayliki göndərir. Fotoşəkilə cavab olaraq Xandadaş D. – “hə, belə denən, elə bunu başa düşmüşdüm, keçən dəfə mənə demisən bunu”, Dəyanət D. – “hə, bunnan görəcik də işi, videolarımız Youtube-da paylaşacaqlar, ona baxıb o qədər güləcəm”, Xandadaş D. – “abi elə elə zibilə salmasınlar səni”, Dəyanət D. –“ inşAllah, bu boyda Azərbaycanda hardan tapacaqlar e bizi” məzmunlu sms göndəriblər. 04 mart N-cü il tarixdə saat 12:48-də (hadisədən sonra) Dəyanət Q. – “Nağayrsan braat, qardaşım bizi xəbərlərdə göstərsələr xəbər elə mənə” məzmunlu sms və sonunda lağa qoyurmuş kimi gülüş smayliki göndərib, saat 13:03-də Xandadaş D. heç nədən xəbəri yoxmuş kimi “axşam zəng vurasaydım sənə, gec oldu, ona görə yazmadım sənə, özün nətərsən e vəziyyət nətərdi?” məzmunlu sms göndərir, cavab gəlmədiyini görüb saat 14:34-də “səs ver də, sabah hardasan səhər?” məzmunlu sms göndərir. Saat 15:12-də Dəyanət Q. ona “patrul.az” instagram səhifəsində məlum hadisə barədə paylaşımın fotoşəkilini göndərib altında “danışırsan e elə, deyirəm uje axtarırlar” məzmunlu sms göndərir, ardınca Xandadaş D. – “gij**qsan da sən”, Dəyanət Q. – “p** p**a dəyib, telefonu birazdan qırıb tullayıram, nömrə qarışıq, başqa nömrə - telefon alım sonra səni yığaram, əsas pul idi, onu da götürdük, nə yazmışam hamısını sil” məzmunlu sms göndərib. Cinayət işinin 05-ci cild 169-170-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Prokurorluğun Xüsusi Müsadirə Məsələlərinin əlaqələndirilməsi idarəsinin “avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair akt”ından görünür ki, Ruhlan İsmayılovun hadisə vaxtı istifadəsində olan “Opel Vectra” markalı avtomobilin orta bazar qiyməti 3000 manat müəyyən edilmişdir. Cinayət işinin 05-ci cild 236-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-in Baş Dövlət Yol Polisi idarəsinin xx.xx.N-cü il tarixli 46576 №-li məktubundan görünür ki, “Opel Vectra” markalı **-GA-*** dövlət nömrə nişanlı avtomobil X7 adına qeydiyyatdadır, belə ki, avtomobil xx.xx.2022-ci ildən X12 adına qeydiyyata salınmış və xx.xx.2022-ci ildə xx.xx.N-cü ilədək etibarnamə ilə Ruhlan İsmayılova verilmişdir. Cinayət işinin 06-cı cild 118-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Ruhlan İsmayılovun istifadəsində olmuş mobil nömrələrin dublikatı əsasında bərpa olunmuş məlumatlara xx.xx.N-cü il tarixli baxış protokolundan görünür ki: - Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs6 arasında aparılan yazışmalara əsasən, Təqsirləndirilən şəxs6 yanvar ayından başlayaraq avtomat və tapanca tipli silahlar axtardığı, Təqsirləndirilən şəxs1 hərbi xidmətdə tanıdığı bir nəfərin AKS-74U markalı avtomatı 4 ədəd darağı ilə birlikdə 7500 manata satdığı, Saday adlı ortaq tanışlarının 3000 manata tapanca satdığı, başqa bir nasaz tapanca tipli silahın iynəsini tokar ustası vasitəsilə dəyişdirib saz vəziyyətə gətirdikləri, qeydiyyatsız avtomobil nömrələri axtardıqları, Təqsirləndirilən şəxs6 cinayəti tanışı Turqutla (Bayramov) törətmək istəməməsi və əgər birlikdə törəcəklərsə hadisədən sonra Turqutu da öldürəcəyi, xx.xx.Ncü ildə silahlı basqın cinayətini törətməkdə istifadə etmək üçün silah axtarmaq məqsədilə görüş zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 da onun yanında olmasını bildirdiyi, X44 Qudrətovdan silah məsələsini Təqsirləndirilən şəxs3 yanında açıbaçmamağı soruşduqda isə Təqsirləndirilən şəxs1 onun etibarlı olmasına işarə vuraraq “hə, gəl” deməsi, xx.xx.N-cü ildə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs6la silahlı basqını birlikdə törədəcəkləri barədə razılığa gəldikləri və növbəti günlərdə mütəmadi olaraq planı müzakirə etdikləri, Təqsirləndirilən şəxs1 hadisədə istifadə etdiyi “Blow TR92 D” markalı tapancanın Təqsirləndirilən şəxs6 məxsus olduğu və yaşadığı “Zığ” qəsəbəsindəki evində saxladığı, əvvəlcə “Qala” qəsəbəsində istintaqa məlum olmayan banka məxsus bankomatı güddükləri, xx.xx.N-cü ildə Təqsirləndirilən şəxs6 təklifi ilə plan dəyişdirilərək “Bravo” marketdəki “X62” ASC-nin bankomatına yönəldiyi və həmin bankomatda 300 000 manat pul olacağını planlaşdırdıqları, 16 fevral N-cü ildə birlikdə gedib “Lancaster” markalı silahı aldıqları və axşam vaxtı Təqsirləndirilən şəxs6 həmin silahdan atəş açaraq silahın sazlığını yoxladığı, xx.xx.N-cü ildə gecə vaxtı Təqsirləndirilən şəxs6 “3-cü mkr bazarı” deyilən yerdə motosiklet təmir sexinin qarşısında “Opel vectra” markalı avtomobil ban nömrələrini laqonda aparatı ilə kəsdiyi, hadisə vaxtı istifadə etmək məqsədilə **-BC-*** seriyalı avtomobil nömrəsini Təqsirləndirilən şəxs6 Şahid1 götürdüyü və həmin nömrənin 6-7 ildir sonuncuda olduğu, həmçinin Şahid1 həyətlərindəki Vaz 21011 markalı avtomobilin nömrələrini istəsələr də həmin nömrəni verə bilmədiyini və əvəzində başqa nömrə tapacağına söz verdiyi, xx.xx.N-cü ildə artıq Təqsirləndirilən şəxs2 hadisə yerinə gəlməyə ürək etmədiyi və hadisə yerindən qaçmaqda istifadə etmək üçün özünə məxsus “BMVV X5” markalı avtomobili verməyə razılıq vermədiyi, xx.xx.N-cü ildə saat 01-02 radələrində Təqsirləndirilən şəxs6 Təqsirləndirilən şəxs2la birlikdə Bayraq meydanı və Bayıl tərəfdə istifadəsiz avtomobil axtardıqları (nömrələrini oğurlamaq üçün), xx.xx.N-cü ildə saat 02:26da Təqsirləndirilən şəxs6 “Qala” qəsəbəsində **-OH-*** seriyalı nömrə nişanını oğurladığı, son plana əsasən Şahid1 verdiyi **-BC-*** seriya nömrəsini “Opel Vectra” markalı avtomobil üzərinə vurub başlarında papaq və sifətlərində tibbi maskalar ilə cinayəti törədəcəkləri, sonra yaxınlıqdakı “kamerasız” yerdə nömrəni ikinci nömrə ilə dəyişib Binə qəsəbəsində taksilər duran yerə qədər gedəcəkləri və oradan avtomobili yandırıb taksi ilə uzaqlaşacaqları və xx.xx.N – xx.xx.N-cü il tarixlərdə birlikdə “Bravo” marketə gedib cinayəti törətmək üçün fürsət gözlədikləri müəyyən edilmişdir --***-***-**-** saylı mobil nömrə istifadəçisi olan Elməddin adlı şəxs (tanışı) ilə Təqsirləndirilən şəxs6 arasında aparılan yazışmalara əsasən; xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs6 ona rayonda toy mərasimində olduğunu və tapancası ilə havaya səkkiz dəfə atəş açdığını, Elməddin adlı şəxs “səndə Turqut kimi dalbadal atıb xarab eliyəssən” deyir və silahın şəklini istəyir, Təqsirləndirilən şəxs6 ona silahın fotoşəkili göndərir. xx.xx.N-cü ildə Təqsirləndirilən şəxs6 ona sms-lər göndərib ardınca silir, Elməddin adlı şəxs – “nə temadı ki, ucundan qulağından de görüm. Nömrəni dəyişib gedəssən?” məzmunlu sms göndərir, Ruhlan İsmayılov isə ona göndərib ardınca sildiyi sms-ləri bərpa etmək mümkün olmamışdır. - ***-***-**-** saylı mobil nömrə istifadəçisi olan Behzad adlı səxlə aparılan yazışmalara əsasən, abonent sırf silah, patron satışı ilə məşğul olur. xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs6 Behzad adlı şəxsin paylaşdığı tapanca fotoşəkilini işarələyərək həmin silahın barəsində soruşur və Behzad silahın yeni olduğunu, “Blow TR92” model olduğunu və 1300 manata satıldığını bildirir, daha sonra Təqsirləndirilən şəxs6 həmin gün silahı “20 Yanvar dairəsi” deyilən yerdə Behzadla görüşüb satın alır. - 1(302)-2161009 saylı mobil nömrə istifadəçisi ilə aparılan danışıqlara əsasən, onun Təqsirləndirilən şəxs6 birlikdə Zığ qəsəbəsində yaşadığı Təqsirləndirilən şəxs4 olduğu müəyyən edilmişdir. Yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs4 baş verəcək silahlı basqın barədə tam məlumatlıdır və Təqsirləndirilən şəxs6 ona basqın planı üzrə atdıqları hər addım barədə, o cümlədən də Təqsirləndirilən şəxs2la sahibsiz avtomobil nömrəsi axtarması, “Bravo”-da Təqsirləndirilən şəxs1la güdmə əməliyyatı keçirməsi, hər gələn bank nümayəndələri və onların əllərindəki çanta, içərisindəki pulun miqdarı, əskinasları və s. barədə məlumat verir. xx.xx.N-cü il tarixdə Təqsirləndirilən şəxs4 – “Bu əziyyətlərinin bəhrəsini görəsən ay mnoş, bir ömür, cici masın ev iş, gəzmək tozmax, milyoner”, Təqsirləndirilən şəxs6 – “Bakının sahibi olacam biznesmen. Azər zbdajax elece”, Təqsirləndirilən şəxs4 – “Azər fs, o hara sən hara, onun fərasəti yoxdu, sənə çatmaq nedi heç sənnən müqayisə ediləməz bilə, bidənə dılğır x5 almağnan döyül ha, o da kredit qohum gücüne, amma sən iyicə iş adamı lotu, Azər day-day gücüne ortalığdadı, özü bir zırt eliyen döyl, it damının kölgesini görüb elə bilir özüdü yeke olan”, Təqsirləndirilən şəxs6 – “Əsəbləşirəm uje o danisanda, bir şey bilənlər kimi”, Təqsirləndirilən şəxs4 – “Rövşən kimilərini dünya tanıyır, Azərin götünə yaraşıb elə o yolu getmək. O yol seçmə adamların yoludu, Azərin ağlı-ruhu o döyül çünki canında ola gerək. Azər Məşdibadın hambalına oxşuyur lotu yolu gedendi?! Dəyanət də uşaqlıqdan sənin yanında olubdu azca sənə oxşuyur. Hər yeri gezibsizmi?” xx.xx.N-cü ildə “Bravo”-da güdmə əməliyyatı zamanı Təqsirləndirilən şəxs6 – “Dəyanət ümidsizləşib, deyir qaçırmışıq Unibankın maşını. Bax gör nətər görürsən Unibank maşını nə vaxt gələcəy?”, Təqsirləndirilən şəxs4 – “məncə gələcəy yaxınlarda”, Təqsirləndirilən şəxs6 – “Bugün gələcəy səncə? Hiss eliyirsən?”, Təqsirləndirilən şəxs4 – “Gelmiş olsaydı da bele ayın axrı hamı maaşını çıxardıb, ona görə azalıb pul, gelmesi lazım”, Təqsirləndirilən şəxs6 – “Unibank aparatın qabağı həmişə boş olur, çoxu Kapitaldan zaddan çixardir. Unibank gelibmi görən bizden evvel?”, Təqsirləndirilən şəxs4 – Olmaz məncə, olsa da oraya bir aydan bir gəlmir ki, tez-tez gəlir, no, məncə gələcək”, Təqsirləndirilən şəxs6 – “Bidənə Unibank gəlsəydi”, Təqsirləndirilən şəxs4 – “Gələcək minoş, sebrli ol”, xx.xx.N-cü ildə “Bravo”-da güdmə əməliyyatı zamanı Təqsirləndirilən şəxs6 – “Dəyanət yaxından baxib (ayrı bankomatdan söhbət gedir, lakin adı çəkilmir), təkcə 100-lük paçkasında 200 min var imiş, 30/40 sm uzunluqda 100-lük pullar olub, gör indi Unibank-da nə qədər var”, Təqsirləndirilən şəxs4 – “təkcə o balacalıqda pul o qədərdisə, gör o birində nə qədərdi də”, Təqsirləndirilən şəxs6 – “o boyda idman sumkasinda rahat 500 min olar”, Təqsirləndirilən şəxs4 - “Bəlkə də çox”, Təqsirləndirilən şəxs6 – “Hə, bunda tek 100-lüklər rahat 200 min idi”, Təqsirləndirilən şəxs4 – “O birinde 200-lük də var, 50 - 100 – 200, 5 – 10 – 20”, Təqsirləndirilən şəxs6 – “Dəyanet deyir buna girməyə dəyərdi, deyirəm Unibankda lap çox olacaq səbirli ol”, Təqsirləndirilən şəxs4 – “hə. O dəfə gördük doluydu. Daha de eliyirik birdefelik eliyek, sənə də çox düşsün ona da. Bunu böyük eləsəz daha başqa nəsə eləməyinizə ehtyac olmaz, birdəfəlik bəs eliyər sizə”, Təqsirləndirilən şəxs6 – “Bu gün dəysəydim 200 varımız idi”, Təqsirləndirilən şəxs4 – “Dqaxca da səbr et 2 qatı olacaq. Özümüz fakt gördük onsuz, onda çox idi, bir sumka idi”, Təqsirləndirilən şəxs6 – “Orada dəqiq 200-lük paçkasi görmüşdük?”, Təqsirləndirilən şəxs4 – “Mən 200 ve 500-lük görmüşdüm o gün, bəlkə bu imiş 200-lük, növbəti də 500-lük olacaq”. -- xx.xx.2021-cı ildən başlayaraq Ruhlan İsmayılovun özünü Mohammad Amin kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə **********09 saylı mobil nömrə vasitəsilə əlaqə saxlayaraq İrandan motosiklet almaq istəyi ilə başlayan təsadüfi danışıq xx.xx.2022ci ilə qədər davar edir və bu müddətdə qarşı tərəf Təqsirləndirilən şəxs6 etibarını qazanaraq ondan Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə, habelə benzin qiymətləri, hərbi qulluqçuların əmək haqqı və s. barədə məlumatlar soruşur, onun hakimiyyətdən narazı olub-olmaması mövzusunda danışıq aparır və Təqsirləndirilən şəxs6 dövlətdən narazılığını bildirməklə verilən sualları məlumatı çərçivəsində cavablandırır Cinayət işinin 06-cı cild 219-224-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə - tibb ekspertizasının xx.xx.N-cü il tarixli 25 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Sahib oğlunun meyitində döş qəfəsinin bir ədəd dəlib keçən odlu silah (güllə) yarası (sol kürək nahiyəsindən giriş yarası, sağ kürək nahiyəsində çıxış yarası), ağciyərin və onurğanın zədələnməsi, başın sol təpə-ənsə nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarətlər həyatidir, ölümündən az əvvəl törənmişlər, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir və baş vermiş ölümlə səbəbli əlaqəlidirlər. Qeyd olunan xəsarətlərdən başın sol təpə-ənsə nahiyəsinin əzilmiş yarası bərk küt əşya təsirindən törənmişdir, o cümlədən öz boyu hündürlüyündən arxası üstə yıxılması zamanı da əmələ gəlməsi inkar olunmur. Zərərçəkmiş şəxs1 Sahib oğlunun ölümünə səbəb ağciyərin və onurğanın travması ilə müşayiət olunan döş qəfəsinin bir ədəd dəlib keçən odlu silah (güllə) yaralanması nəticəsində travmatik və hemorraqik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-6 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs1 Sahib oğlunun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Cinayət işinin 06-cı cild 215-218-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə - tibb ekspertizasının xx.xx.N-cü il tarixli 600 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 döş qəfəsinin dəlib keçən güllə yaralanması, sağ ağciyərin aşağı payının odlu silah yaralanması, bilateral travmatik pnevmotoraks, sağ tərəfli Vİİİ-İX qabırğaların sınıqları, İX döş fəqərəsinin sınığı, alt çənə nahiyəsinin səthi əzilmiş yarası müəyyən edildi. Xəsarətlərdən döş qəfəsinin dəlib keçən güllə yaralanması, sağ ağciyərin aşağı payının odlu silah yaralanması, bilateral travmatik pnevmotoraks, sağ tərəfli Vİİİ-İX qabırğaların sınıqları, İX döş fəqərəsinin sınığı odlu silah (güllə), alt çənə nahiyəsinin əzilmiş yarası isə bərk-küt əşya təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.N-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi. Dərəcəsinə döş qəfəsinin dəlib keçən güllə yaralanması, sağ ağciyərin aşağı payının odlu silah yaralanması, bilateral travmatik pnevmotoraks, sağ tərəfli Vİİİ-İX qabırğaların sınıqları, İX döş fəqərəsinin sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, alt çənə nahiyəsinin səthi əzilmiş yarası isə sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin 06-cı cild 188-191-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə - tibb ekspertizasının xx.xx.N-cü il tarixli 119 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs4 xarici cinsiyyət üzvləri nahiyyəsində cinsi əlaqədə ola bilmə qabiliyyətinə maneə törədə biləcək obyektiv əlamətlər aşkar edilməmişdir. Arxa keçəcək dəliyi nahiyyəsində qeyri-təbii yolla mütəmadi cinsi əlaqədə olma nəticəsində yaranmaya uyğun dəyişiklik və əlamətlər aşkar edilmişdir. Cinayət işinin 06-cı cild 192-194-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə - tibb ekspertizasının xx.xx.N-cü il tarixli 120 №-li rəyindən görünür ki, Şahid4 bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Şahid4 xarici cinsiyyət üzvləri nahiyyəsində cinsi əlaqədə ola bilmə qabiliyyətinə maneə törədə biləcək obyektiv əlamətlər aşkar edilməmişdir. Arxa keçəcək dəliyi nahiyyəsində qeyri-təbii yolla mütəmadi cinsi əlaqədə olma nəticəsində yaranmaya uyğun dəyişiklik və əlamətlər aşkar edilmişdir. Cinayət işinin 06-cı cild 279-335-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə - ballistik ekspertizasının xx.xx.N-cü il tarixli 272 №-li rəyinə əsasən, 1) Ruhlan İsmayılov hadisə vaxtı istifadə etdiyi 01 ədəd 17 VCO-7696 №-li silah 366 TKM kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində VYATSKİE POLYANİ şəhərində MOLOT-ORUZHİE LTD silah zavodunda istehsal olunmuş 366 TKM (9,5 mm) kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı AKS-366 Lankaster 03 modelli, sürgülü, lüləsi lankaster tipində yonulmuş, öz-özünə dolan hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - 02 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir - darağlarıdır, texniki cəhətdən sazdırlar və təyinatı üzrə istifadə üçün yararlıdırlar. - 88 ədəd patron zavod üsulu ilə Rusiya dövlətində ZAO “Tex Krim” qapalı səhmdar cəmiyyətində istehsal olunmuş 7,62x39 mm kalibrli patronun gilizindən 2015-ci ildən indiyə qədər istehsal olunan 366 TKM (9,5 mm) kalibrli olmaqla, AKS-366 Lankaster 03 modelli və həmin kalibrli digər yivsiz ov tüfənglərinin ştat patronlarıdır və döyüş ov sursatıdırlar və atəş üçün yararlıdırlar. - 09 ədəd giliz (yeddisi hadisə yeri, ikisi Təqsirləndirilən şəxs6 zərərsizləşdirildiyi ünvandan götürülüb) zavod üsulu ilə Rusiya dövlətində ZAO “Tex Krim” qapalı səhmdar cəmiyyətində istehsal olunmuş 7,62x39 mm kalibrli patronun gilizindən 2015-ci ildən indiyə qədər istehsal olunan 366 TKM (9,5 mm) kalibrli olmaqla, AKS-366 Lankaster 03 modelli və həmin kalibrli digər yivsiz ov tüfənglərindən atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir, atılmış gilizləridir. Həmin gilizlər tədqiqata təqdim edilmiş 17 VCO-7696 N2-İİ Kalaşnikov konstruksiyalı AKS-366 Lankaster 03 modelli tüfəngdən atılmışdır. - 01 ədəd güllə zavod üsulu ilə istehsal olunmuş 366 TKM (9,5 mm) mm kalibrli olmaqla həmin kalibrli hamar lüləli ov tüfənglərindən atəş açmaq üçün nəzərdə tutulmuş 366 TKM (9,5 mm) kalibrli patronun bir hissəsidir atılmış deformasiyaya uğramış gülləsidir və döyüş sursatı hesab edilmir. Həmin güllənin deformasiyaya uğramasından tədqiqata təqdim edilmiş, 366 TKM (9,5 mm) kalibrli 17VCO-7696 N2-li Kalaşnikov konstruksiyalı Lankaster 03 modelli tüfəngdən atılmasını müəyyən etmək mümkün olmadı. 2) Ruhlan İsmayılovun zərərsizləşdirildiyi ünvandan götürülmüş 01 ədəd, 112033 №li silah, zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş 1937-ci ilin nümunəsi olan 9 mm kalibrli “Minta 37” modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. 3) İnkassator-mühafizəçiyə məxsus olan 01 ədəd AP-3129 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1978-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - Ruhlan İsmayılovun zərərsizləşdirildiyi ünvandan götürülmüş 01 ədəd BK-4016K №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1958-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - 03 ədəd daraq (ikisi mühafizəçinin, biri Təqsirləndirilən şəxs6 silahına aiddir) zavod üsulu ilə istehsal olunmuş hər biri 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidirdarağlarıdır, texniki cəhətdən sazdırlar və təyinatı üzrə istifadə üçün yararlıdırlar. - 23 ədəd patronlardan (on beşi mühafizənin, ikisi Təqsirləndirilən şəxs6 silahından, altısı Təqsirləndirilən şəxs6 zərərsizləşdirildiyi ünvandan götürülüb) 15 ədədi Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, 08 ədədi isə keçmiş SSRİ dövlətində, Steçkin (APS) və Makarov (PM) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. - 19 ədəd giliz Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və PA-63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir atılmış gilizləridir. Həmin gilizlərdən 04 ədədi tədqiqata təqdim edilmiş BK-4016K №-li və 01 ədədi AP-3129 Na-li Makarov konstruksiyalı PM modelli tapançalardan atılmışdır. Digər 14 ədəd giliz isə həmin kalibrli eyni bir Makarov konstruksiyalı PM modelli tapançadan atılmışdır. - 18 ədəd güllə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və PA-63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş 9x18 mm kalibrli patronun bir hissəsidir atılmış güllələridir və döyüş sursatı hesab edilmirlər. Həmin güllərdən 05 ədədi tədqiqata təqdim edilmiş BK-4016K №-li və 01 ədədi AP-3129 №-İi Makarov konstruksiyalı PM modelli tapançalardan atılmışdır. Digər 05 ədəd güllələr həmin kalibrli eyni bir Makarov konstruksiyalı PM modelli tapançadan atılmışdır. Həmçinin 07 ədəd güllə tam deformasiyaya uğradığından onların müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. 4) Təqsirləndirilən şəxs1 hadisə vaxtı istifadə etdiyi 01 ədəd №-si silinmiş silah zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 9 mm kalibrli BLOW TR 92D modelli idman yarışlarında istifadə olunan səs-siqnal tapançasıdır, odlu silah hesab edilmir, lakin yuxarıda göstərilən səbəblərə görə, həmin silah 9 mm kalibrli səs-siqnal patronlarla, travmatik patronlarla, qaz patronları ilə və tədqiqata təqdim edilmiş kustar üsulla 9 mm kalibrli səs-siqnal patronlarının daxili komponentləri dəyişdirilmiş (kustar üsulla düzəldilmiş güllə yerləşdirilmişdir) patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş tapançadır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - silah natamam vəziyyətdə söküldükdə onun potan yuvasında 01 ədəd 9mm kalibrli patronun atılmış gilizi aşkar edildi. - 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli BLOW TR 92D modelli səs-siqnal tapançalarının komplekt hissəsidir-darağıdır texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. - 39 ədəd patron, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli səssiqnal patronlarıdır, döyüş sursatı hesab edilmirlər və təyinatı üzrə istifadə üçün yararlıdır. Həmin patronlar idman məşqlərində səsli siqnal vermək üçün 9 mm kalibrli tapançalardan atəş üçün nəzərdə tutulmuşdur. - 14 ədəd patronlar 9 mm kalibrli olmaqla, zavod üsulu ilə istehsal olunmuş, səssiqnal verməklə həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlardır və döyüş sursatı hesab edilmirlər, lakin tədqiqat zamanı məlum oldu ki, ilkin variantda səs-siqnal səsini imitasiya edən patronlar sonradan kustar üsulla gilizlərinin daxilinə barıt komponenti və uc hissəsinə isə 6,82 mm diametrli yumru formalı, kustar üsulla düzəldilmiş metal güllə yerləşdirilərək ilkin təyinatı dəyişdirilmişdir, hal-hazırda döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. - 29 ədəd giliz zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, idman məşqlərində səsli siqnal vermək üçün 9 mm kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir, atılmış gilizləridir. Tədqiqata təqdim edilmiş 25 ədəd 9 mm kalibrli gilizlər, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş həmin kalibrli BLOW TR 92D modelli səs-siqnal tapançasından atılmışdır. Digər 03 ədədi gilizlər isə başqa bir 9 mm kalibrli tapançadan atılmışdır. Lakin 01 ədəd 9 mm kalibrli səs-siqnal patronunun atılmış gilizinin alışdırıcı kapsulu yerində olmadığından, onun üzərində müqayisəli tədqiqat aparmaq mümkün olmadı. 5) Polis əməkdaşlarının əməliyyat tədbirində istifadə etdikləri 03 ədəd AZTKA-8463 19, T0620-13D01684, T0620-13D02144 №-li silahlar, Azərbaycan Respublikasında İQLİM X19 zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli ZƏFƏR-K modelli tapançalardır, yivli odlu silahlardır, texniki cəhətdən sazdırlar və atəş üçün yararlıdırlar. - 03 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 15 ədəd 9x19 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Zəfər modelli tapançaların komplekt hissəsidir-darağlarıdır, texniki cəhətdən sazdırlar və təyinatı üzrə istifadə üçün yararlıdırlar. - 20 ədəd giliz Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 9x19 mm Kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir atılmış gilizləridir. Həmin gilizlərdən 01 ədəd giliz AZTKA-8463 19 №-li, 07 ədəd giliz T0620-13D02144 №-li, 12 ədəd giliz T0620-13D01684 №-li Zəfər-K modelii tapançalardan atılmışdır. - 13 ədəd güllə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9 mm kalibrli olmaqla, həmin Kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir atılmış güllələridir, döyüş sursatı hesab edilmirlər. Həmin güllərdən 01 ədədi tədqiqata təqdim edilmiş T0620-13D01684 №-li və 01 ədədi AZTKA- 8463 №-li Zəfər-K modelli tapançalardan atılmışdır. Digər 11 ədəd güllə tam deformasiyaya uğradığından onların müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. 6) 01 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1978-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronudur və döyüş sursatıdır, təyinatı üzrə istifadə və atəş üçün yararlıdır. 7) 01 ədəd güllə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli olmaqla, həmin kalibrli (SKS) karabindən, Kalaşnikov konstruksiyalı AK-47 və AKM modelli avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x39 mm kalibrli ştat patronların bir hissəsidir, demontaj olunan gülləsidir və döyüş sursatı hesab edilmir (patron yalnız tam şəkildə, yəni metaldan hazırlanmış gilizi, patronun dib hissəsində olan alışdırıcı kapsulu, içərisində barıt komponenti və gülləsi olduqda döyüş sursatı hesab olunur). 8) 04 ədəd patron zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. - 05 ədəd patron Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş 12x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. - 01 ədəd 12 kalibrli patronun gilizi zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronlarının bir hissəsidir, demontaj olunmuş gilizidir. Həmin giliz hal-hazırda natamamdır, atəş üçün yararsızdır və yuxarıda qeyd olunan komponentlər yerində olduqda təyinatı üzrə istifadə və atəş üçün yararlı hesab ediləcək. - 01 ədəd 12 kalibrli ov patronunun dib hissəsi zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ovsilahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronunun kustar üsulla kəsilmiş dib hissəsidir. Həmin ov patronunun dib hissəsi hal-hazırda təyinatı üzrə istifadə və atəş üçün yararsızdır. - 02 ədəd əşya ov silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 12x70 kalibrli ov patronunun bir hissəsidir - pıjlarıdır, təyinatı üzrə istifadə üçün yararlıdırlar. - ov patronunun içərisində yerləşən komponentlərdən biri olan qırmalar döyüş sursatı hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdırlar. 9) 10 ədəd əşyalardan 07 ədədi müxtəlif kalibrli zavod üsulu ilə hazırlanmış patronların atılmış güllələrinin əzilmiş, deformasiyaya uğramış hissəcikləridir. 01 ədədi qurğuşun materialdan hazırlanmış metal möhürdür, 02 ədədi patronlara və silahlara aid olmayan plastik hissələrdir. Təqdim edilmiş 07 ədəd patronların atılmış güllələrinin hissəcikləri əzilmiş, deformasiyaya uğramış olduğuna görə müqayisəli tədqiqat aparılmadı. 10) Eksperimental atəşlər zamanı AP-3129 №-li, 5K-4016K №-li PM modelli və 01 ədəd 112033 №-li Minta-37, AZTKA-8463 19 №-li, T0620-13D01684 №-li, T0620- 13D02144 №-li Zəfər-K modelli silahlardan əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» Kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilmədi. - DİN-in KTİ-nin güllə-giliz kartotekasında yalnız yivli odlu silahların qeydiyyatı aparıldığından tədqiqata təqdim edilmiş 01 ədəd 9 mm kalibrli №-si silinmiş BLOW TR 92D modelli səs-siqnal tapançası və 01 ədəd 366 TKM (9,5 mm) kalibrli 17VCO-7696 №-li AKS Lancaster 03 modelli, ov tüfəngi həmin kartotekada yoxlanılmadı. Cinayət işinin 06-cı cild 258-269-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə - daktilokopik ekspertizasının xx.xx.N-cü il tarixli 245 №-li rəyindən görünür ki, hadisədə istifadə olunmuş “Opel Vectra” markalı avtomobilin içərisindən götürülmüş 25 ədəd müxtəlif ölçüdə yapışqanlı lent kəsikləri üzərlərində olan 22 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 06 ədədi X3 əlinin böyük (04 ədəd),orta və sol əlinin şəhadət barmaqlarının əksi ilə, 16 ədədi isə Təqsirləndirilən şəxs1 sağ əlinin böyük (03 ədəd), adsız (04 dəfə), çeçələ (07 dəfə), sol əlinin şəhadət və adsız barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. 01 ədəd ovuc izi DİN KTİ - nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən təqdim edilmiş X7, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid1 ovuc izi ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 06-cı cild 246-257-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə - genetik ekspertizasının xx.xx.N-cü il tarixli 264 №-li rəyindən görünür ki, hadisədə istifadə olunmuş “Opel Vectra” markalı avtomobilin içərisindən götürülmüş 01 (bir) ədəd “Sirab” markalı plastik içki qabının ağızlıq hissəsində kifayət qədər yararlı bioloji mənşəli material mövcuddur və həmin bioloji mənşəli materiallar Şahid4 məxsusdur. 01 (bir) ədəd “Cappy” markalı plastik içki qabının ağızlıq hissəsindən tədqiqat nümunəsindən əldə edilmiş DNT profili özündə qismən deqradasiya əlamətlərini əks etdirir və əldə edilmiş profil ilə DİN-nin DNT məlumat bankında olan DNT profilləri arasında eynilik aşkar edilmədi. - avtomobilin ön sol oturacağının başlıq hissəsi, ona quraşdırılmış boyunluq, 01 (bir) ədəd tibbi maska üzərində kifayət qədər yararlı bioloji mənşəli material mövcuddur və həmin bioloji mənşəli materiallar X15 məxsusdur. - avtomobilin ön sol oturacağının başlıq hissəsinə quraşdırılmış boyunluq və avtomobilin arxa sağ oturacağının başlıq hissəsi üzərində kifayət qədər yararlı bioloji mənşəli material mövcuddur və həmin bioloji mənşəli materiallar X16 məxsusdur; - avtomobilin arxa sol və arxa orta oturacağının başlıq üzərində kifayət qədər yararlı bioloji mənşəli material mövcuddur və həmin bioloji mənşəli materiallar kişi cinsindən olan eyni naməlum şəxsə məxsusdur və həmin bioloji mənşəli materiallardan əldə edilmiş DNT profilləri ilə DİN-nin DNT məlumat bankında olan DNT profilləri arasında eynilik aşkar edilmədi; - avtomobilin ön sağ oturacağının başlıq hissəsindən götürülmüş tədqiqat nümunəsindən əldə edilmiş DNT profili qarışıq tiplidir və müqayisəli tədqiqatın keçirilməsi üçün yararsızdır; - 01 (bir) ədəd papağın daxili səthində həm X16 və həm də X15 məxsus bioloji mənşəli materialların mövcuddur; - 06 (altı) ədəd tük nümunəsi, 01 (bir) ədəd papaqdan götürülmüş tük nümunəsi, günəbaxan tumlarının qabıqları, həmçinin “AKS-Lancaster-03” markalı 17 VCO-7696 nömrəli, “Blow TR 92D” markalı, “PM” markalı EK4016k nömrəli və “MİNTA 37” markalı 112033 nömrəli silahlar üzərində kifayət qədər yararlı bioloji mənşəli materialın mövcud olmadığı aşkar edildi və bu səbəbdən müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı. - hadisə yerində ATM-in qabağından 01 (bir) ədəd tamponda götürülmüş qan nümunəsi, Zərərçəkmiş şəxs2 məxsus mayka üzərində olan qan nümunəsi və Zərərçəkmiş şəxs2 əl dırnaq kəsikləri altında olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs2 məxsusdur; - hadisə yerində mərhumun (Zərərçəkmiş şəxs1 Sahib oğlu) başının arxasından 01 (bir) ədəd tamponda götürülmüş qan nümunəsi və Zərərçəkmiş şəxs1 Sahib oğlunun əl dırnaq kəsikləri altında olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs1 Sahib oğluna məxsusdur. Cinayət işinin 06-cı cild 236-245-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə - genetik ekspertizasının xx.xx.N-cü il tarixli 422 №-li rəyindən görünür ki, Ruhlan İsmayılovun zərərsizləşdirildiyi ünvanda aşkar edilmiş göz nahiyyəsində yarıq olan 01 (bir) ədəd maskanın daxili səthində müqayisəli tədqiqat üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcuddur və həmin bioloji mənşəli materiallar X15 məxsusdur; - göz və ağız nahiyyəsində dəliklər olan 01 (bir) ədəd maskanın daxili səthində müqayisəli tədqiqat üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcuddur və həmin bioloji mənşəli materiallar X16 məxsusdur; - 04 (dörd) ədəd qara rəngli əlcək və 01 (bir) ədəd qara rəngli papaq üzərində müqayisəli tədqiqat üçün kifayət qədər yararlı bioloji mənşəli materialın mövcud olmadığı aşkar edildi və bu səbəbdən həmin 04 (dörd) ədəd qara rəngli əlcək və 01 (bir) ədəd qara rəngli papaq üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı. Cinayət işinin 06-cı cild 270-278-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə - trasoloji ekspertizasının xx.xx.N-cü il tarixli 629/630 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Samir Şadayevin hadisə vaxtı üzərində olduğu” qeyd edilən bir ədəd idman köynəyinin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və mis metal izinin aşkar edilməməsinə baxmayayaraq, onların formasına, morfoloji quruluşuna əsasən, bir ədəd köynəyin ön,sağ hissəsində olan zədə giriş, arxa nisbətən sol hissəsində olan zədə isə çıxış zədəsi olmaqla, yivli odlu silahdan açılmış bir atəş nəticəsində, diametri 10 mm olan güllənin təsirindən, 1,5 metrdən yuxarı məsafədən, öndən arxaya, sağdan sola doğru istiqamətdə yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş “AKS Lancaster-03” markalı 17 VC07696 nömrəli silahdan açılan atəş nəticəsində güllənin təsirindən yarana bilər. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs1 meyitinin üzərində olduğu” qeyd edilən bir ədəd xidməti gödəkçə, bir ədəd xidməti köynək və bir ədəd uzunqol alt köynəyinin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və mis metal izinin aşkar edilməsinə əsasən, bir ədəd xidməti gödəkçə, bir ədəd xidməti köynək və bir ədəd uzunqol alt köynəyinin sol qolluğunun arxa, yuxarı hissəsində olan zədələr giriş, arxa, sağ hissəsində olan zədələr isə çıxış zədəsi olmaqla, yivli odlu silahdan açılmış bir atəş nəticəsində, tərkibində mis metalı olan, diametri 10 mm olan güllənin təsirindən, 1 metrdən yuxarı məsafədən, soldan sağa doğru istiqamətdə yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş “AKS Lancaster-03” markalı 17 VC07696 nömrəli silahdan açılan atəş nəticəsində güllənin təsirindən yarana bilər. Zədələrin ətrafından aşkar edilmiş hissəciklər təqdim edilmiş silahların lülə kanallarından aşkar edilmiş hissəciklərlə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Lakin yivli odlu silahların patronlarına doldurulan barıtlar kimyəvi tərkibinə görə eyni olduğundan zədələrin ətrafından aşkar edilmiş barıt hissəciklərinin konkret olaraq təqdim edilmiş hansı silahdan açılan atəş nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində “Samir Şadayevin hadisə vaxtı üzərində olduğu” qeyd edilən bir ədəd cins şalvar, üzərində “Zərərçəkmiş şəxs1 meyitinin üzərində olduğu” qeyd edilən bir ədəd qoruyucu jilet, bir ədəd qalstuk, bir ədəd qolsuz mayka, bir ədəd belində qara kəməri və silah qabı olan, xidməti şalvar, bir ədəd isti alt şalvarı, bir ədəd alt tumanı, bir cüt idman ayaqqabısı, bir cüt corab, üzərində “Ruhlan İsmayılovun meyitinə baxış keçirilən zaman götürüldüyü” qeyd edilən geyim əşyaları və üzərində “Dəyanət Qüdrətovun yaşadığı mənzildən götürüldüyü” qeyd edilən geyim əşyalarının üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə (lər) aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs1 meyitinin üzərində olduğu” qeyd edilən bir ədəd qolsuz mayka, bir ədəd qalstuk, bir ədəd alt şalvarı, bir ədəd alt tumanı, bir cüt corab, üzərində “Dəyanət Qüdrətovun yaşadığı mənzildən götürüldüyü” qeyd edilən iki ədəd papaq, bir ədəd gödəkçənin papağı (kapeşon) və üç ədəd tibbi maskanın səthindən atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş silahların lülə kanallarından, üzərində “Zərərçəkmiş şəxs1 meyitinin üzərində olduğu” qeyd edilən bir ədəd qoruyucu jilet, bir ədəd belində kəməri və silah qabı olan, xidməti şalvar və bir cüt idman ayaqqabısının, üzərində “Ruhlan İsmayılovun meyitinə baxış keçirilən zaman götürüldüyü” qeyd edilən geyim əşyaları və üzərində “Dəyanət Qüdrətovun yaşadığı mənzildən götürüldüyü” qeyd edilən iki ədəd gödəkçənin səthindən atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi. Geyim əşyalarının səthlərindən aşkar edilmiş hissəciklər təqdim edilmiş silahların lülə kanallarından aşkar edilmiş hissəciklərlə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Lakin yivli odlu silahların patronlarına doldurulan barıtlar kimyəvi tərkibinə görə eyni olduğundan geyim əşyalarının səthərindən aşkar edilmiş barıt hissəciklərinin konkret olaraq təqdim edilmiş hansı silahdan açılan atəş nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində “Samir Şadayevin hadisə vaxtı üzərində olduğu”, üzərində “Zərərçəkmiş şəxs1 meyitinin üzərində olduğu”, üzərində “Ruhlan İsmayılovun meyitinə baxış keçirilən zaman götürüldüyü” vəüzərində “Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən götürüldüyü” qeyd edilən geyim əşyalarının səthində qarşılıqlı mübarizəyə, dalaşmaya, əlbəyaxa olmaya xarakterik izlər, zədələr aşkar edilməmişdir. Cinayət işinin 06-cı cild 225-235-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə - əmtəəşünaslıq və ballistik-trasoloji ekspertizasının xx.xx.N-cü il tarixli 3/452, 9/1771 №-li rəyindən görünür ki, hadisə yerində quraşdırılmış “X62” ASC-nə məxsus verilənlərin ötürülməsinin asinxron vasitəsi (ATM)-nin, giriş-çıxış qapısının sol hissəsində, “X62” ASC-nə məxsus ATM-nin arxasında olan şüşənin, saxlama dolabının, digər giriş-çıxış qapısının solunda, saxlama dolabının yanında olar şüşənin və döşəmənin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafından atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və mis metal izinin aşkar edilməsinə əsasən, “X62” ASC-nə məxsus ATM-nin sağ yan hissəsində olan “a” zədəsi (sürtüb keçən) və giriş-çıxış qapısının sol hissəsində, “X62” ASC-nə məxsus ATM-nin arxasında olan şüşənin üzərindəki “b” zədəsi (kor zədə) bir-birinin davamı olan, bir atəş nəticəsində yaranan giriş zədələri, 30 nömrəli saxlama dolabının qapısının üzərində və iç hissəsində olan “d”, “e” və “f” zədələri bir-birinin davamı olan, bir atəş nəticəsində yaranan giriş-çıxış-giriş zədələridir və sonuncu “f” zədəsi deşib-keçməyən kor zədədir, digər girişçıxış qapısının solunda, saxlama dolabının yanında olan şüşənin üzərindəki “c” zədəsi və döşəmənin üzərində olan “g” zədəsi isə deşib-keçməyən kor giriş zədələri olmaqla, yivli odlu silahlardan açılmış ən az dörd atəş nəticəsində, “X62” ASC-nə məxsus ATM-nin, onun arxasında və giriş-çıxış qapısının solunda olan şüşənin, saxlama dolabının və onun yanında və digər giriş-çıxış qapısının solunda olan şüşənin üzərində olan zədələr diametri təxminən 9,5 mm olan güllələrin təsirindən, döşəmədə olan zədə isə diametri təxminən 9 mm olan güllənin təsirindən, 1 metrdən yuxarı məsafədən, “X62” ASC-nə məxsus ATM-nin və onun arxasında və giriş-çıxış qapısının solunda olan zədələr öndən arxaya, saxlama dolabının üzərində olan zədələr dolabın qapısının çöl hissəsindən iç hissəsinə doğru, saxlama dolabının yanında və digər giriş-çıxış qapısının solunda olan şüşənin üzərindəki zədə aşağıdan yuxarıya, döşəmənin üzərində olan zədə isə yuxarıdan aşağıya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Qeyd edilən zədələrdən “X62” ASC-nə məxsus ATMnin, onun arxasında və giriş-çıxış qapısının solunda olan şüşənin, saxlama dolabının, onun yanında və digər giriş-çıxış qapısının solunda olan şüşənin üzərindəki zədələr təqdim edilmiş “AKS Lancaster-03” markalı silah və təqdim edilmiş həmin silahdan atıldığı ehtimal edilən 9,5 mm kalibrli güllələrin təsirindən, döşəmənin üzərində olan zədə isə təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən “Makarov” markalı, AP 3129 nömrəli silah və təqdim edilmiş həmin silahdan atıldığı ehtimal edilən və üzərində döşəmədən çıxarıldığı qeyd edilən 9 mm kalibrli güllənin təsirindən yarana bilər. -Tədqiqata təqdim edilmiş “Ford Transit” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, hər iki yan hissəsində və ön hissəsində göy zolaqları olan inkassator avtomobilinin üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və mis metal izinin aşkar edilməməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, avtomobilin üzərindəki “h”, “i”, “j”, “k”, “İ” (sürtüb-keçən), “m”, “n”(sürtüb-keçən), “o” (sürtüb-keçən), “p”(sürtüb-keçən), “q”, “r”(batıq), “s” və “t” (sürtübkeçən) zədələri bir-birinin davamı olan bir atəş nəticəsində yaranmış giriş-çıxış-giriş-çıxışgiriş-giriş-giriş-giriş-giriş-giriş-giriş-giriş-giriş zədələri, “u”, “v”, “w”, “x” və “y” zədələri isə birbirinin davamı olan bir atəş nəticəsində yaranan giriş-giriş-çıxış-giriş-giriş zədələri olmaqla,diametri təxminən 9,5 mm olan güllələrin və güllə hissələrinin təsirindən, 2 metrdən yuxarı məsafədən soldan sağa doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədələr təqdim edilmiş “AKS Lancaster-03” markalı silah və təqdim edilmiş həmin silahdan atıldığı ehtimal edilən avtomobilin içərisindən və yanında götürüldüyü qeyd edilən güllələrin və onların hissələrinin təsirindən yarana bilər. - Təqdim edilmiş cinayət işinin materiallarında olan hadisə yerinə baxış protokollarında qeyd edilən məlumatlara, fotocədvəllərə və bir ədəd DVD tipli diskdəki videogörüntülərə əsasən, hadisə baş vermiş “Bravo” hipermarketdə olan "xxxx" ASC-nə məxsus ATM-in monitorunun şüşəsinin yuxarı hissəsi və “Bravo” hipermarketin saxlama dolablarının yanında olan giriş-çıxış qapısının şüşəsi sınmış-çatlamış vəziyyətdədir. 09 mart N-cü il tarixdə ekspert tərəfindən hadisə yerinə baxış keçirilən zaman həmin ATM və qapının şüşəsi dəyişdirilmişdir. Təqdim edilmiş hadisə yerinə baxış protokolundakı məlumatlara və fotocədvəldə olan ATM-in və saxlama dolabının yanındakı giriş-çıxış qapısının fotoşəklinə əsasən ATM-in ekranının şüşəsində olan və giriş-çıxış qapısının şüşəsinin üzərindəki zədələr öz morfoloji xüsusiyyətini itirdiyindən həmin zədənin konkret olaraq odlu silahdan açılan atəşlər nəticəsində güllələrin təsirindən yaranıbyaranmamasını müəyyən etmək mümkün deyil. Lakin bu zədələrin güllələrin və onun parçalanmış hissələrinin təsirindən yaranması istisna edilmir. - Nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, “X124” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 1690,0 manat müəyyən edilir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.N-cü il tarixli qüsur aktından istifadə edilməklə,”ABB” ASC-yə məxsus ATM-ə dəymiş ziyan 1670,0 manat müəyyən edilir. - “Caspa” tərəfindən tərtib edilmiş xx.xx.N-cü il tarixli servis aktından istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən "X62” ASC-yə məxsus ATM-ə dəymiş ziyan 2500,0 manat müəyyən edilir. - Zərərçəkmiş şəxs4 tərəfindən tərtib edilmiş xx.xx.N-cü il tarixli zərər aktından istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən Zərərçəkmiş şəxs4 MMC-nə dəymiş ziyanın məbləği 12556,0 manat müəyyən edilir. Cinayət işinin 07-cı cild 17-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış telefon məlumatlarına baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs6 ilə Ruhlan İsmayılovun arasında aşağıdakı məzmunda yazışma aparılmışdır; - xx.xx.2022-ci il tarixdə Rövşən İ. səsli mesaj göndərərək Feyruz adlı qohumunun qız toyunun xx.xx.2022-ci ildə, oğlan toyunun xx.xx.2022-ci ildə baş tutacağını, Ruhlan İ. da ona xx.xx.2022-ci ildə rayona getmək lazım olduğunu bildirir. - xx.xx.2022-ci il tarixdə aparılan səsli mesajlara əsasən hər iki şəxsin Ağcabədi rayonunda Feyruz adlı qohumlarının həyət evində olduqları, toy mərasiminə hazırlıq etdikləri müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixdə Rövşən İ. – “Babək mənə səs atmışdı deyir “o dəmir (yəni tapanca) düzəlif?”, dedim “dəmir düzəlmək üzrədi 1-2 yer var aparır ora”, dedi “əsas o qırılan yeridi, onu düzəltsə qalan yeri..”, dedim “ə qalan yerin hamısını düzəltdirib yaxşıdı, bidənə o qırılan dəmirdi onu bir yer var ora aparmalıdı düzəltməlidi ki yaxşı olsun”. Onu düzəltsən şey elə gəlsin aparsın onu”. Ruhlan İ. – “Onu biraz vaxt lazımdı, işlərim var həll eliyim məşğul olacam onnan, həm də bir adam var onu gözdüyürəm onnan dəmir alım sora, hər dəmirdən olmaz onu düzəltmək”. Rövşən İ. – “işdi əgər Babək uşaqlardan nömrəni alıb sənə zəng eliyərsə denən əsas təkərin ispisləridi, onu düzəltməliyəm ki şaltay-maltay vurmasın, o hər mataskletddə olmur, diski – zadı denən hər bir şeyi düzəltmişəm, paslanmış pakrışka girmirdi, düzgünün de ona, mən özüm də deyəjəm ona”. - xx.xx.N-cü il tarixdə Ruhlan İ. - atasından Babək adlı qohumun “VVhatsapp”ı olan mobil nömrəsini istəyib ardınca üç ədəd fotoşəkil və “hazırdı uje” məzmunlu sms göndərir. Rövşən İ. - “belə şəkil çəkmə” Ruhlan İ. - “bir dəfə baxmaq olar sonra silinir” Rövşən İ. – “zəng eliyib Babəklə danışa bildin? Onnan yaxşı bir şirinlik al e, almasan şey eləmə, danışmamısansa istiyirsən mən deyim ki bu işin biraz xərci var, ən azından bir dənə çəpiş boynuna qoymaq lazımdı”. Ruhlan İ. – Hələ danışmamışam özüynən. Neynirəm çəpişi, mən ondan başqa şey istəyəcəm, ta telefonda demirəm, ucuzvari başqasını tapsa.. demiyəcəm e al ver mənə, satan adam tapsın mən pulunu verib özüm alacam. Bilirsən neynəmişəm onu? Elə bir qəşəng materialdan yonub iynə düzəltmişəm ki ona heç zavodskoy elə olmur, çəkiclə ortadan vurdum qırılmadı da. Özünü elə polnu şkurkalamışam ki zavodskoy metalına çıxmışam parıldayana qədər, üstündən də qara boya ilə rəngləmişəm, .baxanda elə bilirsən təptəzədi. Rövşən İ. – Bayramqabağı ondan bir yaxşı çəpiş almaq olar. Deyərsən də apardım tokara, düzəltdirdim elədim, hər adama etibar eləmirəm. Həm bəlkə onu rənglədiyivə görə xoşu gəlməsə deyərsən sonradan paslanmasın deyə ona rəng vurmusan. Ruhlan İ. - çəpiş – zad lazım deyil, düzəltməyə vermişdi düzəltmişik də, xərc deməyin yeri yoxdu, özü bilmir guya?! Düzəldə bilsəydi rayonda düzəldərdi də. Bilirəm də mən onnan nə istəyəcəm. Kraska deyəndə ki, o pasın içində çürüyürdü, iynəsini düzəltdin başqa yerləri çürüyüb qopub gedirdi, onu mən nəyi var tərtəmiz eləmişəm, bütün pası – çürüyü çıxdı, təzədən kraska vurmuşam, bundan sonra yüz il qala çürüməz. Rövşən İ. – hərlənib bir gələndə gətirərsən baxaram görüm nətərdi. Ruhlan İ. – Bəlkə axşam gətirdim yoxlamaqdan ötrü, düzdü kraskadan qabab iynəsini düzəldib atıb yoxlamışam özüm bir dənə atmışam işliyir, yenə də axşam tərəfi fırlanıb gələcəm birin də atacam. xx.xx.N-cü il tarixdə Rövşən İ. – Babəkə zəng eləsə heç nə demə, denən ki “hazırdı, prosto təkərin bir dənə purjini dəyişməlidi”. Babəkə dedim “təkərin içində iki dənə purjin var iki dəfə sürüb yoxluyub (yəni iki dəfə atəş açılmasından söhbət gedir) yaxşı işləyir, bütün diskin ətrafındakı pası par-par parıldadıb, üstünün krişkasını da qəşəng rəng vurub, amma mühəndis boynuma bir dənə hədiyyə qoyub”, sənə də desə denən “nə bilim atamla xeyli danışıb mən ustanın yanındaydım bilmədim nə qoyub boynuna”. Mən bilirəm sən ondan nə istiyəcəksən amma düzələn şey deyil o, deyəcək alınmaz o, sən ondan nə istədiyini mən bilirəm təxminən. amma ən yaxşısı çəpiş ya iki dənə hinduşkadı. Babək dedi “mühəndis nə istəsə qarşılayacam”. Ruhlan İ. – purjini dəyişmişəm. Babək nəsə istəsə denən ancaq biz rayona nə vaxt gedərik onda. Rövşən İ. – dəyişmisənsə lap əla. Bilirəm onu heç kimə vermək olmaz, birdən desə ver kiməsə deyəcəm onu kiməsə vermək, kimnənsə göndərmək olmaz, deyəcəm ancaq ya özü gəlsə ya da biz kəndə gedəndə. Rövşən İ. – Babək adlı şəxsin ona göndərdiyi “Dayı, Allah səni var eləsin. Hər nədisə mən onun əziyyətini çəkirəm, lijbi o düzəlsin” məzmunlu sms-i göndərir. Cinayət işinin 07-ci cild 124-126-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs4 istifadəsində olmuş “Samsung J6” markalı bərpa olunmuş telefonuna baxış protokolundan görünür ki, mobil nömrə ilə Ruhlan İsmayılovla aşağıdakı yazışmalar müəyyən edilmişdir; -(302)-216-1009 saylı mobil nömrənin apardığı yazışmalarda Ruhlan İsmayılova göndərdiyi ayrı-ayrı şəxslərə məxsus fotoşəkillərin hamısı həm ayrı – ayrılıqda, həm də montaj edilərək birləşdirilmiş şəkildə Təqsirləndirilən şəxs4 mobil telefonunda aşkar edildi. -Aşağıdakı fotoşəkil 1(302)-216-1009 saylı mobil nömrə tərəfindən Ruhlan İsmayılova göndərilməklə üzərində “Yusif və Ülviyyə” sözləri yazılmışdır. Təqsirləndirilən şəxs4 mobil telefonunda həmin fotoşəkil və əlavə olaraq “Yusif – Ülviyyə” adlarına icra olunmuş ritual (ayin) fotoşəkili aşkar edildi. Ehtimal edilir ki, fotoşəkillər ayrı-ayrılıqda Təqsirləndirilən şəxs4 göndərilmiş, sonuncu həmin fotoşəkilləri montaj edib birləşdirərək adlarına müxtəlif ritual (ayin) icra etmişdir. -1(302)-216-1009 saylı mobil nömrənin Ruhlan İsmayılov ilə apardığı yazışmalarda sonuncu güdmə zamanı ictimai xadim Anar Vəziroğlunun onları avtomobildən düşürüb ətrafda kameraların olduğunu, buna görə də burada pis işlərlə məşğul olmamağı (ehtimal ki onların narkotik vasitə istifadə etdiklərini zənn edib) tapşırdığını demiş və qarşı tərəfdən Anar Vəziroğlu barəsində nə hiss etdiyini soruşmuş, qarşı tərəf isə hər hansı narahat bir vəziyyət hiss etmədiyini deməklə Anar Vəziroğlunun fotoşəkilini Ruhlan İsmayılova göndərmişdir. Ümumiyyətlə, bu və ayrı-ayrı hallarda Ruhlan İsmayılovun qarşı tərəfdən basqın ilə bağlı “bax gör” deməsi onun fal və bu kimi ayin icrası ilə məşğul olan şəxs olduğunu göstərir. Təqsirləndirilən şəxs4 mobil telefonunda eyni tarixdə internet üzərindən “google”da həmin şəxsin kim olması barədə axtarış edilməsi və həm Ruhlan İsmayılova göndərilmiş fotoşəkil, həm də Anar Vəziroğlunun başqa internetdən skrinşot fotoşəkilləri aşkar edildi. - Təqsirləndirilən şəxs4 mobil telefonunda Ruhlan İsmayılovun hadisə vaxtı istifadə etdiyi AK-S avtomat tipli silahla kirayədə yaşadıqları ünvanda çəkilmiş fotoşəkilləri aşkar edildi. - Təqsirləndirilən şəxs4 mobil telefonun “kontaktlar” bölümünün yaddaşında 1(302)- 216-1009 saylı mobil nömrənin “X” kimi qeydiyya alındığı və sonradan silindiyi aşkar edilmişdir. - Təqsirləndirilən şəxs4 mobil telefonunda quraşdırılmış “instagram” proqramın yazışma bölümündə onun özünü müştərilərə “Sevda” adı ilə təqdim edərək qadın səsi ilə danışdığı, onun bank hesabına 10-20 manat pul göndərməsi müqabilində həmin şəxslərin falına baxdığı və ya onların ailə həyatı ilə bağlı müxtəlif ayinlər (xeyirli olması, bağlılıq, ayrılıq və s.) etdiyi aşkar olundu. Pul vəsaitlərinin göndərilməsi üçün təqdim olunan bank kartları sırasında “Ruhlan İsmayılovun” adına "xxxx" ASC – yə məxsus bank kartı olduğu da müəyyən edilmişdir. Həmçinin, o, müştərilər ilə əlaqə saxlamaq üçün özünün istifadəsində olan başqa bir Amerika nömrəsi olan 1(604)-330-6968 saylı mobil nömrəni təqdim edir. Məlumatlar sırasında Təqsirləndirilən şəxs4 “elə qadın səsi çıxarıram ki heç qızlar eşidəndə deyillər a bu necə olur” məzmunlu səs yazısının olduğu da aşkar edildi. - 1(302)-216-1009 saylı mobil nömrənin Ruhlan İsmayılov ilə apardığı yazışmalardan görünür ki, Ruhlan İsmayılov xx.xx.N-cü ildə saat 14:35-də yazdığı “evə çatdım süz”, xx.xx.N-cü ildə saat 23:55-də yazdığı “gəlirəm”, xx.xx.N-cü ildə saat 05:29-da Təqsirləndirilən şəxs2la birlikdə «Bayraq» meydanı – Bayıl tərəfdə sahibsiz avtomobil nömrəsi axtardıqdan sonra yazdığı “gəlirəm”, xx.xx.N-cü ildə saat 17:01-də yazdığı “gəlirəm. Taksidəyəm”, xx.xx.N-cü ildə saat 17:04-də yazdığı “15 dəq çatıram” və s. məzmunlu sms-lərindən 15-20 dəqiqə X92un mobil nömrəsi Təqsirləndirilən şəxs4la birlikdə yaşadığı Ziğ qəsəbəsindəki ünvanın anten dairəsində görünür. Cinayət işinin 07-ci cild 226-227-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin xx.xx.N-cü il tarixli 9193 №-li məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ruhlan İsmayılovun Təqsirləndirilən şəxs4 istifadə etdiyi X25 məxsus **********9 mobil telefon nömrəsinin “WhatsApp” ani mübadilə proqramı vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlamaqla “Bravo” hipermarketində törətdikləri cinayətin gedişatı barədə biri-birinə məlumat və məsləhət vermələri, eləcə də həmin cinayətin törədilməsində əlbir olmaqla birgə iştirakçılıqları müəyyən edilmişdir. Cinayət işinin 08-cı cild 149-151-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış üzləşmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmə zamanı Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2 ifşa edərək Ruhlan İsmayılovun hadisədən sonra evdə onun yanında Azərə zəng edərək bir kəlmə “hardasansa gəl məni götür” demiş, təxminən yarım saat sonra Azər gəlib, Ruhlan isə sərbəst hərəkət edərək, səhhətində heç bir problem olmayaraq əvvəlcə öz iri ölçülü çantasını aparıb Azərin avtomobilinin arxa oturacağına qoyaraq, Azərin avtomobilinə minərək, yola düşməsi barədə ifadəsini bir daha təsdiq etmişdir. Qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama, daşıma, gəzdirmə epizodu üzrə aşağıdakı sübutlar əldə edilmişdir: Cinayət işinin 06-cı cild 279-335-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Məhkəmə - ballistik ekspertizasının xx.xx.N-cü il tarixli 272 №-li rəyinə əsasən, tədqiqata təqdim olunmuş silahın hissə və mexanizmlərinin üzərində əzilmə və zədə müşahidə olunmur. Metal hissələrinin oksid təbəqəsi pozulmuş və sonradan kustar üsulla qara rəngli boya vasitəsilə rənglənmiş vəziyyətdədir. Patron yuvası boşdur. Silah çərçivədən, vurucu-buruxacı mexanizimdən, çaxmaqdan, tətikdən, lülədən, qaytarıcı yaydan, vurucu mildən, çaxmaq saxlayıcıdan və dəstəkdən ibarətdir. Tədqiqata təqdim olunmuş tapançanın hissə-mexanizmlərinin üzərində: çərçivəsində zavod nömrəsini «112033», modelini «37M» göstərən hərf- rəqəmlər həkk edilmişdir. Silahın lüləsinin daxilinə süni işıq altında baxdıqda daxili divarında dörd ədəd sağ istiqamətli yiv müşahidə edildi. Konstruktiv əlamətlərinə və kriminalistik ədəbiyyatlardakı məlumatlara əsasən müəyyən edildi Kİ, tədqiqata təqdim edilmiş 01 ədəd 112033 N2-İİ silah, zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş 1937-ci ilin nümunəsi olan 9 mm kalibrli “Minta 37” modelli tapançadır, yivli odlu silahdır. Həmin silah natamam vəziyyətdə söküldükdə müəyyən edildi ki, onun hissə və mexanizmləri yerindədir, onların bir-biri ilə qarşılıqlı əlaqəsi-işləməsi normaldır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Silahın atəşə yararlı olub-olmamasını müəyyən etmək üçün tədqiqata təqdim edilmiş ümumi sayı 23 ədəd olan 9x18 kalibrli patonlardan ixtiyari seçmə yolu ilə 03 ədədi tədqiq edilən silahın darağina doldurularaq silaha Beləliklə də, Ruhlan İsmayılovun zərərsizləşdirildiyi ünvandan götürülmüş 01 ədəd, 112033 №-li silah, zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş 1937-ci ilin nümunəsi olan 9 mm kalibrli Minta 37 modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Cinayət işinin 06-cı cild 118-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Ruhlan İsmayılovun istifadəsində olmuş mobil nömrələrin dublikatı əsasında bərpa olunmuş məlumatlara baxış protokolundan görünür ki, “galeriya” bölməsində xx.xx.N-cü ildə qeydə alınmış 13 saniyəlik video aşkar edildi. Video Təqsirləndirilən şəxs1 tərəfindən mobil telefon vasitəsilə qeydə alınıb və çəkiliş zamanı Ruhlan İsmayılov “Minta 37” markalı tapanca silahının sazlığını yoxlamaq üçün bir dəfə atəş açır. Görüntüdə silahın lüləsinin boyasız (sürtünmüş halda) olduğu görünür. Cinayət işinin 06-cı cild 225-227-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin xx.xx.N-cü il tarixli 9193 №-li məktubundan görünür ki, Ruhlan İsmayılovun meyiti üzərindən aşkar olunmuş “Minta 37” markalı tapançanın sonuncunun Ağcabədi rayonunda yaşayan bibisi oğlu Təqsirləndirilən şəxs5 məxsus olduğu, 2022-ci ilin sonlarında Ruhlan İsmayılov və atası Təqsirləndirilən şəxs6 Ağcabədi rayonunda Təqsirləndirilən şəxs5 həmin silahı təmir etmək məqsədi ilə götürüb Bakı şəhərinə gətirmələri, N-cü ilin yanvar ayında X44 Qudrətovla birlikdə qeyd olunan silahı təmir etdirib yoxlama atəşi açmaqla silahın saz və işlək vəziyyətdə olması barədə Təqsirləndirilən şəxs6 Təqsirləndirilən şəxs5 məlumat verməsi, Ağcabədi rayonuna qayıtdıqda silahı özü ilə gətirib qaytaracağını bildirməsi müəyyən edilmişdir. Satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə etmə, saxlama və daşıma epizodu əlaqədar aşağıdakı sübutlar əldə edilmişdir: Cinayət işinin 03-cü cild 117-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid26 xx.xx.N-cü il tarixli raportundan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs3 olduğu yer müəyyən edilərək 04 mart N-cü il tarixdə saat 21:30-da ünvan 25 ünvanının yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üstünə şəxsi axtarış aparılmasına şərait olmadığına görə müşayiət altında Baş İdarəyə gətirilmişdir. Cinayət işinin 03-cü cild 135-136-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsi axtarış və götürmə protokolundan görünür ki, 05 mart N-cü il tarixdə saat 00:04-də şübhəli şəxs Təqsirləndirilən şəxs3 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. xx.xx.N-cü il tarixdə saat 23:40-da şübhəli şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 üstündə “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd “Huawei” markalı mobil telefonu, şalvarının sağ yan cibindən 04 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmiş və həmin 04 ədəd şəffaf sellofan bükümlər açıldıqda bükümlərin içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs3 üstündən aşkar edilmiş 04 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri həmin gün, yəni xx.xx.N-cü il tarixdə səhər saatlarında anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 150 manata aldığını, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, həmin maddələri şəxsi istifadə məqsədi ilə üstündə saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 üstündən aşkar olunmuş 04 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Cinayət işinin 06-cı cild 135-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.N-cü il tarixli Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid26 tərəfindən qəbul edilmiş “əməliyyat – axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.N-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 03-cü cild 150-153-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə - kimyəvi ekspertizasının xx.xx.N-cü il tarixli 6/1340 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 üstündən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş paketdəki içərisində 04 (dörd) ədəd sellofan bükümdə ayrı - ayrılıqda təmiz çəkisi 5,016 qram, 5,091 qram, 3,605 qram, 3,111 qram ümumi təmiz çəkisi 16,823 qram olan ağ rəngli kristal formada maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 03-cü cild 49-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid29 xx.xx.N-cü il tarixli raportundan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək 04 mart N-cü il tarixdə saat 16:55-də ünvan 14 ünvanının yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üstünə şəxsi axtarış aparılmasına şərait olmadığına görə müşayiət altında Baş İdarəyə gətirilmişdir. Cinayət işinin 03-cü cild 70-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsi axtarış və götürmə protokolundan görünür ki, 04 mart N-cü il tarixdə saat 18:41-də şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 05 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş və həmin 05 ədəd sellofan büküm açılarkən bükümlərin içərisində qəhvəyi rəngli, spesfik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 05 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroini dünən yaşadığı ünvanda yerləşən məişət tullantıları olan ərazidə yerdən tapdığını, şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin 06-cı cild 69-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.N-cü il tarixli Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid29 tərəfindən qəbul edilmiş “əməliyyat – axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.N-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 03-cü cild 78-82-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə - kimyəvi ekspertizasının xx.xx.N-cü il tarixli 6/1339 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş paketdəki içərisində 05 (beş) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,336 qram, 2,205 qram, 2,173 qram, 2,186 qram, 2,125 qram ümumi təmiz çəkisi 12,025 qram olan qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 8-ci cild 2-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas Tural Hümmət-zadənin 14 avqust Ncü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərarına əsasən aşağıdakılar müəyyən edilmişdir; -Şahid12, Şahid10 və X60 silahlı basqın barədə qabaqcadan məlumatlı olmadıqlan üçün barələrində Azərbaycan Respublikası CM-in 32.5, 120, 32.5, 181 ve 307.1-ci maddələri ilə apanlan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, -Şahid25 ona sifariş verilən vurucu iynənin silahın komplekt hissəsi olmasından xəbərsiz olduğu üçün barəsində Azərbaycan Respublikası CM-in 228 və 229-cü maddələri ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, -Ruhlan İsmayılovun zərərsizləşdirilməsi xüsusatı üzrə əməliyyat tədbirinə cəlb olunmuş polis əməkdaşlarının hərəkətlərində hər hansı cinayətin tərkib əlamətləri müəyyən edilmədiyinə görə barələrində Azərbaycan Respublikası CM-in 309 və 120-ci maddələri ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, - Silahlı basqında hər hansı formada iştirakı müəyyən edilmədiyinə görə X9 barəsində Azərbaycan Respublikası CM-in 120 və 181-ci maddələri ilə aparılan cinayət təqibinə xitam verilmiş, lakin xüsusilə ağır cinayətin hazırlanmasını bilərək xəbər vermədiyə görə barəsində Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə cinayət təqibi ayrılan cinayət işində davam etdirilməsi qərara alınmış, - Silahlı basqında hər hansı formada iştirakı müəyyən edilmədiyinə görə X17 barəsində Azərbaycan Respublikası CM-in 120 və 181-ci maddələri ilə aparılan cinayət təqibinə xitam verilmiş, lakin xüsusilə ağır cinayətin hazırlanmasını bilərək xəbər vermədiyə görə barəsində Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə cinayət təqibi ayrılan cinayət işində davam etdirilməsi qərara alınmış, - Silahlı basqında hər hansı formada iştirakı müəyyən edilmədiyinə görə Şahid4 və X32 barələrində Azərbaycan Respublikası CM-in 120 və 181-ci maddələri ilə aparılan cinayət təqibinə xitam verilmiş, lakin xüsusilə ağır cinayətin hazırlanmasını bilərək xəbər vermədiyə görə barələrində Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə cinayət təqibi ayrılan cinayət işində davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin 8-ci cild 102-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas Tural Hümmət-zadənin 14 avqust Ncü il tarixli qərarından görünür ki, X7 barəsində, habelə bütün digər tamamlanmamış xüsusatlarla bağlı Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 1202.4, 29, 1202.11, 29, 120.2.7, 181.3.2. 181.3.3, 186.2.2, 228.2.1, 228.2.2, 229.2.1, 229.2.2, 307.1, 307.3 və 315-ci maddələri ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması qərara alınmış və tamamlanmamış bütün xüsusatlar üzrə cinayət təqibinin ayrılan cinayət işində davam etdirilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3,Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 Ağasalam oğlu onlara elan edilmiş ittihamlar üzrə cinayət əməllərini törətməkdə özlərini təqsirli bilməmişlər. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 bildirmişlər ki, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən onlar işkəncəyə məruz qalmışlar. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varisinin, şahidlərin ifadələrini, zərərçəkmiş-hüquqi şəxslərin nümayəndələrin izahatlarını, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Belə ki, telefon yazışmalarına baxış protokolundan görünür ki, 04 fevral N-cü il tarixdə X63 Qudrətovla qrup halına gəlmiş, 14 fevral N-cü il tarixdə silahlı basqını “Bravo” hipermarketində törətməyə qərar verib plan qurmağa başlamışlar. Qrupun üzvü Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı göstərmişdir ki, X105 Məmmədovla razılaşmışlar ki, basqından sonra o və Ruhlan İsmayılov sağ-salamat gizlənəcəkləri ünvana çatandan sonra Təqsirləndirilən şəxs2 da həmin ünvana gələrək şəhərdə rahat hərəkət etmələri və pulları daşımaq üçün öz “BMVV X5” markalı avtomobilini onların istifadəsinə verəcək, Ruhlan basqında ələ keçirdikləri pulları həmin avtomobil ilə daşıyıb “qara bazardakı” tanışları vasitəsilə “yuyacaq” və bir neçə gün şəhərdə gizləndikdən sonra Təqsirləndirilən şəxs2 adına avtomobil alaraq şəhəri tərk edəcəklər. Digər Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ona cinayət planı barədə danışarkən basqının sonrası bir neçə gün şəhərdə gizlənəcəklərini, sonra isə Ruhlan İsmayılovun “BMVV X5” sürən dostunun adına avtomobil alaraq şəhəri tərk edəcəklərini demişdir. Digər qrup üzvü Təqsirləndirilən şəxs4 da istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Ruhlan İsmayılov ona Azərin “BMW X5” markalı avtomaşını onun “Opel” markalı avtomobilindən daha sürətli olduğu üçün onunla hadisə yerindən qaçacaqlarını demiş, hadisədən sonra isə Ruhlan İsmayılovun evdə onun yanında Təqsirləndirilən şəxs2 zəng edərək “hansı tərəfdəsənsə, gəl məni götür” dediyini, sonuncu gələndə isə əvvəlcə əlində çantasını aparıb avtomobilə qoyduğunu və arxa oturacağında əyləşdiyini göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 ifadəsində göstərmişdir ki, Ruhlan İsmayılovun ona deməsinə əsasən, hadisə vaxtı Təqsirləndirilən şəxs1 tərəfindən istifadə edilməsi planlaşdırılmış səs patronlarının öldürücü olması üçün X105 Məmmədovun işlətdiyi motosiklet təmir sexində və sonuncu ilə birlikdə sexdə olan dəzgahla həmin patronların uc hissəsinin ölçüsünə uyğun qurğuşun yonub patronların içərisinə yerləşdirmişlər, Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı ifadəsini davam edərək göstərmişdir ki Ruhlan İsmayılov basqını törətməkdə Təqsirləndirilən şəxs2 ona çox kömək olduğunu və bütün köməklərinə görə Təqsirləndirilən şəxs2 basqın nəticəsində əldə olunacaq pulun məbləğindən asılı olaraq 10 min - 20 min manat arası pul verəcəyini demişdir. Həmçinin, kamera görüntülərinə əsasən, Ruhlan İsmayılov “Tarqovu”da Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən özü sərbəst şəkildə enərək, çantası və pencəyini əlində tutub axsamadan, sağlam şəkildə təxminən 200 metr məsafəni sürətlə addımlayaraq Şahid4 yaşadığı mənzilə getmişdir. Kamera görüntülərinə baxış zamanı görünür ki, Təqsirləndirilən şəxs2 Ruhlan İsmayılovu avtomobili ilə “Tarqovu”ya gətirib təyinat nöqtəsinə çatdırsa da, əvvəlcə avtomobili saxlamadan sürətini azaldıb hərəkətinə davam edərək təyinat nöqtəsindən uzaqlaşır və yaşayış binasının başına dövrə vuraraq yenidən eyni təyinat nöqtəsinə çatıb avtomobili ikinici səfərində dayandırır ki, bu da Təqsirləndirilən şəxs2 özünün və Ruhlan İsmayılovun yaxalanmamaları üçün ətrafın təhlükəsizliyini, kənarda polis olub-olmamasını yoxlamaq məqsədilə birinci halda avtobili dayandırmadığını və tam arxayın olduqdan sonra ikinci halda avtomobili dayandırdığını sübut edir. Telefon məlumatlarına baxış və kamera görüntülərinə baxış protokollarına əsasən, Ruhlan İsmayılov basqında iz buraxmamaq üçün hadisə yerindən qaçmaqda istifadə etməyi planlaşdırdıqları “Opel” markalı avtomobilin ban nömrələrini 19 fevral N-cü il tarixdə gecə vaxtı Təqsirləndirilən şəxs2 işlətdiyi motosiklet təmir sexinin qarşısında və Təqsirləndirilən şəxs2la görüşərək həmin sexdə olan dəzgah ilə kəsmişdir. Telefon yazışmalarına baxış protokolundan görünür ki, qrup üzvü Təqsirləndirilən şəxs1 tanışı Şahid3 silahlı basqın cinayəti barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, hadisədən əvvəl telefonla danışanda hissə-hissə Xandadaşa ad çəkmədən iki nəfər tanışı ilə birlikdə silahlı basqın edib “iş” görəcəyini və çoxlu pul ələ keçirəcəyini demiş, həmçinin dediyi həmin iki nəfər şəxs Ruhlan İsmayılov ilə Təqsirləndirilən şəxs2 olmuşdur. Ruhlan İsmayılovun qrupun digər üzvü Təqsirləndirilən şəxs1la yazışma zamanı sonuncuya avtomobil nömrəsi oğurlamaq üçün «Bayraq» meydanı tərəfdən Bayıl tərəfə gələrək 20 avtomobilə işarə vermişdir, Təqsirləndirilən şəxs1 isə ona sahibsiz avtomobilləri Bakı kəndlərində tapa biləcəyini məsləhət gördüyü müəyyən edilmişdir. Bərpa olunmuş telefon məlumatlarına əsasən xx.xx.N-cü ildə cinayətin törədilməsində istifadə etmək üçün silah axtarmaq məqsədilə görüşə gedərkən Təqsirləndirilən şəxs1 əvvəlcədən Ruhlan İsmayılova sms yazıb Təqsirləndirilən şəxs3 da onun yanında olduğunu bildirməsi, Ruhlan İsmayılovun silah məsələsini Təqsirləndirilən şəxs3 yanında açıb-açmamağı soruşduqda isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 etibarlı olmasına işarə vuraraq “hə, gəl” deməsi onun ilkin ifadəsində göstərdiyi kimi silahlı basqın planı barədə qabaqcadan məlumatlı olması, ona basqında iştirak etmək barədə təklif olunması kimi xüsusatların doğruluğu ehtimalını təsdiq edir. İstintaq zamanı Təqsirləndirilən şəxs3 ilkin ifadəsində hadisədən əvvəl Binə qəsəbəsində “900 çay evi” deyilən yerdə Təqsirləndirilən şəxs1 və Ruhlan İsmayılovla görüş zamanı ona “Bravo”-da quraşırılmış “X62” ASC-yə məxsus bankomatda pul dəyişəcək inkassatorlara silahlı basqın etməyi planlaşdırdıqlarını, onu da cinayətin törədilməsində iştiraka dəvət etdiklərini və əldə ediləcək pulu üç bərabər yerə bölməyi vəd etdiklərini bildirmişdir. Hadisə günü Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 sosial şəbəkələrdə törədəcəkləri basqın barədə paylaşım olacağı halda dərhal onlara məlumat verməyi tapşırması və Təqsirləndirilən şəxs3 da “yaxşı” deyə bu tapşırığı qəbul etməsi, hadisədən sonra basqın xəbərləri hər yerdə yayıldığı bir vaxtda, yəni saat 14:37-də Təqsirləndirilən şəxs3 ona tapşırıldığı kimi iş yerindən Təqsirləndirilən şəxs1 «vızov» atması, Təqsirləndirilən şəxs1 isə hamıdan gizləndiyini bir şəraitdə saat 14:41-də ona zəng edib 27 saniyə danışmaları, ardınca saat 14:58-də Təqsirləndirilən şəxs1 onun yanına gəlməsi, Ruhlan İsmayılovun hadisədən sonra öz mobil telefonunu məhv edib müvəqqəti istifadə üçün başqa telefon əldə etdikdən sonra kontakt bölümündə yeganə bir nömrə kimi Təqsirləndirilən şəxs3 nömrəsini iz qoymamaq məqsədilə “.” kimi qeyd etməsi və saat 18:01-də “VVhatsapp” proqramını aktivləşdirəndən sonra ən birinci saat 18:06-da Təqsirləndirilən şəxs3 zəng etməsi, ardınca sms yazıb silməsi, Təqsirləndirilən şəxs3 özünün ifadəsinə əsasən Təqsirləndirilən şəxs1 əgər nömrəsinə zəng çatmayacağı halda onun yanında olacağı barədə Ruhlan İsmayılova qabaqcadan bildirməsi, Təqsirləndirilən şəxs1 onun mobil telefonu vasitəsilə Ruhlan İsmayılovla səsli sms ilə əlaqə saxlayıb ümumi vəziyyəti müzakirə etmələri, Ruhlan İsmayılovun əvvəlcə Təqsirləndirilən şəxs1 iş yerinə gedib orada gizlənməsini və evə getməməsini tapşırdığı üçün Təqsirləndirilən şəxs3 saat 18:08-də Təqsirləndirilən şəxs1 üçün taksi sifariş verməsi, Təqsirləndirilən şəxs1 yola düşdükdən sonra isə Ruhlan İsmayılovun onun vasitəsilə Təqsirləndirilən şəxs1 iş yerinə getməməsini, onun yanında gizlənməsini, ertəsi gün saat 08:00-da məhz onun yaşadığı ünvanın qarşısında görüşmələrini bildirməsi bütün bu hərəkətlərin qabaqcadan cinayətkar planın tərkib hissəsi kimi razılaşdırıldığını, Ruhlan İsmayılovun da bu səbəbdən Təqsirləndirilən şəxs1 məhz Təqsirləndirilən şəxs3 yanında olacağını dəqiqliklə bildiyini göstərir və Təqsirləndirilən şəxs3 qeyd olunan silahlı basqında köməkçi qismində iştirakçı olduğunu sübut edir. Təqsirləndirilən şəxs2 ilkin ifadəsində heroini əldə edib saxladığını etiraf etsə də məhkəmədə heroinin ona məxsus olmadığını və əsassız yerə tutulub DİN-in BMCMİ-nə gətirildiyini, orada olarkən qaldığı işgəncələr nəticəsində heroinin özünə məxsus olduğunu deməyə məcbur edildiyini göstərmişdir.Təhqiqat və istintaq zamanı ifadələrində Təqsirləndirilən şəxs2 hər hansı zorakılığa məruz qalıb-qalmaması sualına “qalmadığını” bildirmiş, məhkəmə-tibb ekspertizasının rəyinə əsasən üzərində işgəncə və digər zorakılığa işarə edən hər hansı xəsarət aşkar edilməmiş, Nərimanov rayon prokurorluğunun 25 may N-cü il tarixli qərarına əsasən onun BMCMİ-də şantaj və işgəndələrə məruz qalması, üzərinə narkotik vasitənin qoyulması xüsusatları üzrə araşdırma aparılmış lakin təsdiqini tapmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir, o cümlədən məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən sidik, qan nümunələrində heroin aşkar edilmiş, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən onda narkomaniya xəstəliyi aşkar olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 narkotik vasitənin ona məxsus olmadığını göstərməsi toplanmış istintaq sübutları ilə təkzib olunduğundan ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə özünün müdafiəsi üçün gətirilmiş dəlillər kimi qiymətləndirilmiş və vəsatət kimi qəbul edilməklə rədd edilmişdir. Belə ki, cinayət işinin 06-cı cild 170-172-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə - tibb ekspertizasının xx.xx.N-cü il tarixli 92/meş №-li rəyindən görünür ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs2 bədən səthində xəsarət aşkar olunmamışdır. Cinayət işinin 06-cı cild 180-182-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə - tibb ekspertizasının xx.xx.N-cü il tarixli 94/meş №-li rəyindən görünür ki, tibbi müayinə zamanı Səbuhi Məmmədovun bədən səthində xəsarət aşkar olunmamışdır. Cinayət işinin 6-cı cild 170-172-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X52 publik hüquqi şəxsinin 01 aprel Ncü il tarixli, 92 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin 6-cı cild 180-182-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X52 publik hüquqi şəxsinin 06 aprel Ncü il tarixli, 94 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası DİN-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını, saxlanıldığı istintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlərin olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına və Baş Prokurorluğana sorğu ilə müraciətlər edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 27 noyabr N-cü il tarixli, 3-16-17/38/2-8038/N nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kartoçkanın ksrerosurətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və X10 bədəni üzərində yeni xəsarət izləri aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin MSY-nin 17 avqust N-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs4 bədəni üzərində xəsarətlər aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğundan 27 yanvar 2024-cü il tarixli, 767-C- 23 nömrəli məktubla daxil olmuş, Nərimanov rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X24 19 dekabr N-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və X10 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizə əsasında toplanmış 767-C-23 saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Nərimanov rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X33 25 may Ncü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə yoxlama öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 Ağasalam oğlunun məhkəmədə, ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrindən fərqli ifadələr vermələri araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı ilkin ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığı qənaətinə gəlir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş-hüquqi şəxslərin izahatlarını və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki: Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.11, 29, 120.2.7, 181.3.2, 181.3.3, 186.2.2, 228.2.1, 228.2.2, 229.2.1, 32.5, 229.2.1 və 32.5, 229.2.2-ci maddəlləri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.4, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 32.5, 181.3.3, 32.5, 186.2.2, 228.2.1, 229.2.1 və 234.4.3-cü maddəlləri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.4, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 32.5, 181.3.3, 32.5, 186.2.2, 228.2.1 və 32.5, 229.2.1-ci maddəlləri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.4, 32.5, 29, 120.2.7, 32.5, 29, 120.2.11, 32.5, 181.3.2, 32.5, 181.3.3, 32.5, 186.2.2, 228.2.1, 32.5, 229.2.1, 234.4.3-cü maddəlləri ilə, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CMnin 228.2.1 və 32.5, 229.2.1-ci maddəlləri ilə, Təqsirləndirilən şəxs5 Ağasalam oğlunun Azərbaycan Respublikası CM-nin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onların cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli 2 nömrəli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 nömrəli, Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli qərarların və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» qanunlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, “Azərbaycan Respublikası CM-nın 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. CM-nin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs6 və onun deməsi əsasında Təqsirləndirilən şəxs5 subyektiv cəhətdən tapancanı Ruhlan İsmayılovun Bakı şəhərində özünün mühəndis tanışları ilə birlikdə təmir edəcəklərini, yəni tapancanın bir neçə icraçı tərəfindən təmir ediləcəyini bilmiş və bunun ictimai təhlükəli nəticələrini qabaqcadan görərək bunu arzu etmişlər. Ruhlan İsmayılov isə tanışı Təqsirləndirilən şəxs1la birlikdə yay (“purjin”) alıb tapancanın purjinini yenisi ilə əvəz etmiş, həmçinin Təqsirləndirilən şəxs1 vurucu iynə sifariş vermək üçün tornacı axtarıb tapmış və Ruhlan İsmayılovun ona göndərdiyi səs yazısını həmin tornacıya yönləndirməklə vurucu iynəni sifariş vermişlər, sonda isə tornacının hazırladığı vurucu iynəni Ruhlan İsmayılov tapancaya yerləşdirməklə tapancanın təmirini tamamlamış və Təqsirləndirilən şəxs1la birlikdə atəş açaraq tapancanın hazır olmasını sınaqdan keçirmişlər. Göründüyü kimi tapancanın təmiri Ruhlan İsmayılov və Dəyanət İsmayılov tərəfindən birgə hazırlanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs6 tapancanın təmir edildiyi təxminən bir aylıq dövr ərzində mütəmadi olaraq təhrikçi (sifarişçi) Təqsirləndirilən şəxs5la icraçı Ruhlan İsmayılovun arasında əlaqə qurmuş, yəni birinin məlumatını digərinə ötürmüş, habelə tapancanın tam yararlı hala salınması üçün purjinin dəyişdirilməsini Ruhlan İsmayılova məsləhət görmüş, eləcə də hələ Təqsirləndirilən şəxs5la tapancanın təmiri barədə razılaşmaqla həm də təmir başa çatandan sonra təhvil verəcəyi vaxta qədər tapancaya sahiblik edəcəkləri və onu gizlədəcəkləri barədə də razılaşmışdır ki, bu da Azərbaycan Respublikası CM-in 32.5ci maddəsinə əsasən köməkçiliyə görə cinayət məsuliyyətinə səbəb olur. Beləliklə də, “Minta 37” markalı odlu silah hesab edilən tapancanın təmir edilməsi xüsusatı üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 229-ci maddəsi ilə, Təqsirləndirilən şəxs5 CM-in 32.3, 229.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs6 isə 32.5, 229.2.1-ci maddəsi ilə düzgün olaraq ittiham elan edilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 7-ci bəndinə əsasən, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə onun dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür. Qərarının 8-ci bəndinə əsasən, ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə ... kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Ümumi təhlükəli üsulla adam öldürmə özgə əmlakının məhv edilməsi ilə müşayiət olunarsa təqsirkarın əməli CM-nin 120.2.4-cü maddəsi ilə yanaşı özgə əmlakının məhv edilməsinə görə məsuliyyət nəzərdə tutan CMnin 186 və 349-cu maddələri ilə də tövsif edilməlidir. Qərarın 5-ci bəndinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 Sahib oğlu "xxxx" MMC-də rəsmi qaydada mühafizəçi işinə götürülmüş, şirkət ilə “X62” ASC arasında bağlanmış müqavilə əsasında bankın nağd pul vəsaitlərinin, qiymətli kağızların və digər qiymətlilərin mühafizə (müşayiət) edilməsi şirkətə həvalə edilmiş və şirkət də həmin müqavilədən irəli gələn öhdəliklərinin icrası məqsədilə bir qrup mühafizəçisini, o cümlədən də Zərərçəkmiş şəxs1 banka ezam etmişdir. Hadisə günü Zərərçəkmiş şəxs1 xidməti vəzifələri ona təhkim olunmuş xidməti silahı ilə “X62” ASC-yə məxsus nağd pul vəsaitlərinin mühafizəsini təşkil etmək olmuş və məhz qəsdən öldürülməsində məqsəd də ələ keçirilməsi planlaşdırılmış pul vəsaitlərinin mühafizəsini aradan qaldırmaq olmuşdur. Həmçinin, inkassator – sürücü Namiq Qəhərmanovun xidməti vəzifəsi sürücü olub xidmət zamanı avtomaşını tərk etməmək və avtomaşında olan digər pul vəsaitlərini sahibsiz qoymamaq olsa da, basqın iştirakçıları onun bu vəzifələrini bilməmiş və əksinə ATM-də pul dəyişdirən inkassatorlara silahlı hücum edəcəkləri halda Zərərçəkmiş şəxs3 da avtomaşından enib pul vəsaitlərini qorumaq məqsədi ilə onlara müqavimət göstərəcəyini və üzərində silah olacağını zənn etmiş və qabaqcadan buna hazırlanmışlar, basqın iştirakçılarının ümumiyyətlə inkassator avtomaşına hücum etmək, avtomaşının içindəki pul vəsaitlərini də ələ keçirmək niyyəti olmamışdır, hətta Ruhlan İsmayılov hadisə vaxtı pul vəsaitlərini ələ keçirəndən sonra “Bravo”dan çıxıb qaçmağa çalışarkən yaxında dayanmış inkassator avtomaşının içindəki Zərərçəkmiş şəxs3 bir neçə dəfə atəş açanda onun qəsdi avtomaşının içərisində olan pul vəsaitlərini ələ keçirməyə deyil, Zərərçəkmiş şəxs3 ona xidməti vəzifəsini yerinə yetirib silahdan atəş açacağı ehtimalını qabaqlamaq və basqını uğurla tamamlamaq üçün onu da öldürmək olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.2.3-cü maddəsi ilə, cinayətin digər iştirakçılarına isə Azərbaycan Respublikası CM-in 32.5, 120.2.3-cü maddəsi ilə ittiham düzgün olaraq elan edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, qrup üzvləri “Bravo” hipermarketin içərisində odlu silahlardan atəş açmaqla basqın törətməyi planlaşdırmışlar və törətmişlər. Həmin yerdə kənar insanların olduğunu və digər şəxslərə məxsus əmlakın yerləşdiyini qrupun bütün üzvləri, o cümlədən də köməkçilər də bilmişlər. Kənar müştərilərin olduğu və ayrı-ayrı subyektlərə (hipermarketə məxsus əmlak, banklara məxsus bankomatlar və s.) məxsus əmlak olduğu yerdə nizamsız olaraq atəş açılması ümumi təhlükəli üsul kimi qiymətləndirilir və bu üsulla cinayətin törədilməsi qabaqcadan bütün qrup üzvləri tərəfindən qəbul edilməklə razılaşdırılmışdır. Həmçinin, Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsində nəzərdə tutulur ki, ümumi təhlükəli üsulla qəsdən özgə əmlakını məhv etmə və ya zədələmə 5000 manatdan artıq ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Basqında ətrafa nizamsız atəş nəticəsində Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Bravo” əmtəə nişanı altında fəaliyyət göstərən hipermarketə 12556 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, qeyd olunan xüsusat üzrə qrup üzvlərindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.2.4 və 186.2.2-ci maddələri ilə, cinayətin digər iştirakçılarına isə Azərbaycan Respublikası CM-in 32.5, 120.2.4 və 32.5, 186.2.2-ci maddələri ilə düzgün olaraq ittiham elan edilmişdir. Həmçinin, basqında açılan atəş nəticəsində güllələrin bankomatlara və inkassator avtomaşınına dəyməsi nəticəsində “X62” ASC-yə 4190 manat və "xxxx" ASC-yə məxsus ATM-ə 1670 manat ziyan dəymişdir. Həmin maddi ziyan məbləğləri ayrı – ayrılıqda Azərbaycan Respublikası CM-in 186-cı maddəsinin tərkibini yaratmasa da, nəzərə almaq lazımdır ki, basqın iştirakçılarının quldurluq zamanı açılan atəş ilə güllələrin ətrafa səpələnməsi nəticəsində ətrafda yerləşən əmlaka dəyə biləcək maddi ziyana münasibətdə niyyətləri vahid qəsdlə əhatələndiyinə görə onların cinayət məsuliyyəti də 12556, 4190 və 1670 manat olmaqla ümumilikdə 18416 manata münasibətdə müəyyən edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, Ruhlan İsmayılov birlikdə yaşadığı cinsi azlığın nümayəndəsi olan Təqsirləndirilən şəxs4la intim münasibətdə olub həm Qala qəsəbəsində "xxxx" ASC-yə, həm də sonradan “Bravo” supermarketdə “X62” ASC-yə silahlı basqın planı hazırlaması barədə ona qabaqcadan məlumat verib həmin cinayət nəticəsində külli miqdarda pul ələ keçirəcəklərini, ondan üz döndərmiş ailəsi və yaxınlarının peşman olub onun ayağına gələcəklərini vəd vermiş, özünü həyatda “qəribsənmiş, sındırılmış” biri kimi hiss edən Təqsirləndirilən şəxs4 üçün bu cür vəd bir növ “qisas” kimi səslənərək onda bu cinayətin uğurla baş tutmasına həvəs yaratmışdır. Təqsirləndirilən şəxs4 fala baxmaq fəaliyyəti ilə məşğul olduğuna görə Ruhlan İsmayılov hadisədən əvvəl cinayətin uğurlu olub-olmayacağı, habelə güdmə dövründə qarşıya çıxan hər xırda məsələ ilə bağlı onun fala baxıb nə hiss etdiyini xahiş etmiş, sanki plan üzrə növbəti addımın nə olması Təqsirləndirilən şəxs4 fala baxaraq görəcəyi nəticələrdən asılı olmuş və Ruhlan İsmayılov plan üzrə hərəklətləri onun verdiyi məlumatlara uyğun seçmişdir. Təqsirləndirilən şəxs4 da cinayətin törədilməsində maraqlı olduğuna görə guya fala baxaraq heç bir problem olmayacağı və hər şeyin yolunda olacağı barədə məlumatları Ruhlan İsmayılova söyləməklə onda cinayəti törətməyə motivasiya yaratmış, habelə bilavasitə güdmə prosesində Ruhlan İsmayılova nə zaman silahlı hücum etməsi, hansı halda daha uğurlu olacağı və daha çox pul ələ keçirə biləcəkləri kimi məsləhətlər vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs4 cinayətin törədilməsində istifadə edilən alətləri hadisə gününə qədər Ruhlan İsmayılovla birlikdə yaşadıqları evdə gizlətmiş, cinayətdən sonra da Ruhlan İsmayılovun cinayətin törədilmə alətləri, o cümlədən cinayət yolu ilə ələ keçiriləcək pul vəsaitləri ilə birlikdə onunla yaşadıqları evdə gizlənməsini qabaqcadan vəd vermiş və hadisədən sonra qısa zaman kəsiyində də olsa vədinə əməl etmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs4 əməllərində Ruhlan İsmayılov və Təqsirləndirilən şəxs1 birgə icraçılığı ilə törədilmiş cinayətdə köməkçiliyə görə məsuliyyət yaradan tərkib əlamətləri vardır. Ona görə də Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.4, 32.5, 29, 120.2.7, 32.5, 120.2.11, 32.5, 181.3.2, 32.5, 181.3.3, 32.5, 186.2.2, 228.2.1 və 32.5, 229.2.1-ci maddələri ilə düzgün olaraq ittiham elan edilmişdir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli qərarına əsasən, hədəfi zədələmək və məhv etmək üçün nəzərdə tutulan elementi (mərmisi, gülləsi, qırması və s.) olmayan və canlı hədəfi məhv etmək təyinatına malik olmayan işarəverici, işıqverici, tikinti-montac işlərində istifadə edilən qaz və təlim patronları döyüş sursatlarına aid deyillər. CM-nin 229-cu maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradan qanunsuz olaraq döyüş sursatını hazırlama dedikdə, onların yaradılması və ya itirilmiş məhv etmə qabiliyyətinin bərpa edilməsi, habelə başqa predmetlərin (məsələn, raket atanların, qaz, start və tikinti-montac, məişət və idman təyinatlı inventarların) üzərində dəyişikliklər etmə nəticəsində onların odlu və ya soyuq silah, döyüş sursatı, yaxud partlayıcı maddə xüsusiyyətlərinə gətirilməsi başa düşülməlidir. Şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırladıqdan və ya onları təmir etdikdən sonra gəzdirir, satır, daşıyır, başqasına verir və ya saxlayırsa, onun əməli cinayətlərin məcmusu qaydasında – CM-nin 228 və 229 - ci maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 228.2.2-ci maddəsində nəzərdə tutulan təkrarlıq tövsifedici əlaməti təqsirkar şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1, 228.2.1, 228.2.2 və 228.3-cü maddələrində nəzərdə tutulan cinayətlərdən hər hansı birinin iki və ya iki dəfədən çox törədilməsi hallarında mövcud olur. Məhkəmədə müəyyən edilmişdir ki, Ruhlan İsmayılov və Təqsirləndirilən şəxs1 N-cü ilin yanvar ayı ərzində odlu silah hesab edilən “Minta 37” markalı tapanca tipli odlu silahı, N-cü ilin fevral ayında isə silahlı basqında istifadə edilən 15 ədəd səs-siqnal patronlarını (kustar üsulla hazırlandığı üçün döyüş sursatı hesab edilən) qanunsuz olaraq əldə edib, saxlayıb, daşıyıb gəzdirməklə başqasına vermişlər. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 228.2.2-ci maddəsi ilə düzgün olaraq ittiham elan edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri isə 2 qram müəyyən edilmişdir. İstintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 üzərində 4 ədəd xırda bağlama şəklində ümumi çəkisi 16,823 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından 112 dəfə çox, Təqsirləndirilən şəxs2 isə üzərində 5 ədəd bağlama şəklində ümumi təmiz çəkisi 12,025 qram şəxsi istehlak miqdarından 80 dəfə çox aşkar edilərək götürülmüşdür, qeyd olunan hal da onların narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Həm aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin xırda bağlamalara bükülməsi, həm də onların külli miqdarda çəkisi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin maddələri satış məqsədilə əldə edib saxlamaqla daşımasını təsdiq edir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 Ağasalam oğlu barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 5-ci cild 111-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 25 fevral N-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 5-ci cild 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 21 fevral N-cü il tarixli, 2264 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 5-ci cild 113-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 20 fevral N-cü il tarixli, xx/xx-2038 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 6-cı cild 202-205-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X52 publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə - psixiatrik və psixoloji ekspertizasının xx.xx.N-cü il tarixli 1412 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 əməl törətməzdən əvvəl və cinayət əməli törətdiyi dövrdə hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabliyyətində olmuşdur. Təqsirləndirilən şəxs1hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. X31 başqalarının hiss və yaşantılarına qarşı laqeydlik, soyuqqanlılıq, kobudluq,eqosentrizm və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs1 əvvəlcədən plan qurması və məqsədyönlü şəkildə hərəkət etməsi ilə əlaqədar cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Həmin vaxt psixi-emosional halında niyyətlilik, qətiyyətlilik, qərarlılıq yaranmışdır. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.2-ci maddəsinə əsasən cinayətin ağır nəticələrə səbəb olması, CM-nin 61.1.4-cü maddəsinə əsasən cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Cinayət işinin 6-cı cild 106-cı vərəqəsində olan 08 iyun N-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Cinayət işinin 6-cı cild 198-201-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X52 publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə- psixiatrik və psixoloji ekspertizasının 22 may N-cü il tarixli 1414 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 əməl törətməzdən əvvəl və cinayət əməli törətdityi dövrdə hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabliyyətində olmuşdur. Təqsirləndirilən şəxs3hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 adaptivlik, ünsiyyətçillik, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs3 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs3 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs3 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. Cinayət işinin 6-cı cild 183-184-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 mart N-cü il tarixli, 1340 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindroumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 06-cı cild 185-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə - kimyəvi ekspertizasının xx.xx.N-cü il tarixli 981 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 götürülmüş qan nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Cinayət işinin 6-cı cild 106-cı vərəqəsində olan 08 iyun N-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 6-cı cild 176-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X52 publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 22 may N-cü il tarixli 1415 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə də “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs2 aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs2 hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hövsələsizlik, emosional reaksiyalara meyillilik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. Cinayət işinin 6-cı cild 168-169-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 mart N-cü il tarixli, 1343 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindroumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müəlicəyə əks təsiri yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 06-cı cild 173-175-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə - kimyəvi ekspertizasının xx.xx.N-cü il tarixli 982 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Cinayət işinin 7-ci cild 196-cı vərəqəsində olan 18 iyul N-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu olmamışdır. Lakin, cinayət işi materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 1(101)-462/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 04 mart N-cü il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 may 2024-cü il tarixli, 1(101)-462/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 1(101)-462/2024 nömrəli hökmü 22 fevral 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Təqsirləndirilən şəxs4 hazırda ittiham edildiyi cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 1(101)-462/2024 nömrəli hökmündən qabaq törətdiyindən məhkəmə ona CM-nin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Təqsirləndirilən şəxs4 hazırda ittiham edildiyi cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 1(101)-462/2024 nömrəli hökmündən qabaq törətdiyindən onun əməli cinayətlərin residivini yaratmır. Cinayət işinin 7-ci cild 229-232-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X52 publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə - psixiatrik və psixoloji ekspertizasının 22 iyul N-cü il tarixli 2014 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 aşkar edilən “qarışıq tip şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs4 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs4 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs4 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs4 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Qıcığa qarşı həssaslıq, yüngül ifadə olunmuş emosional dayanıqsızlıq, ünsiyyətçillik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs4 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs4 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs4 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 7-ci cild 186-cı vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs6 məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Cinayət işinin 7-ci cild 195-ci vərəqəsində olan 18 iyul N-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 18 sentyabr 2019cu il tarixli hökmü ilə əməlində cinayət tərkibi olmadığından, cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.3-cü, 62, 69.3-cü maddələrinə əsasən aylıq pul təminatından 20% dövlət nəfinə tutulmaqla 01 il 11 ay 22 gün hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 706 nömrəli Hərbi Hissəsindən daxil olmuş 02 iyul 2024-cü il tarixli, 1442 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs5 barəsində olan, qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin 12 aprel 2021ci il tarixli, 1-1(106)-01/2021 nömrəli hökmü icra olunmamışdır. Tərtər Hərbi Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 7-1(098)-25/2024 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs5 ərizəsi təmin edilmiş, 8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.7-ci bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs5 Şirvan Apellyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 1- 1(106)-01/2021 nömrəli hökmü ilə ona təyin edilmiş, aylıq pul təminatından 20% dövlət nəfinə tutulmaqla 01 il 11 ay 22 gün hərbi xidmət üzrə məhdudlaşdırma cəzasından azad edilmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə görə, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs5 məhkumluğu ödənilməmiş, lakin, cinayətin residivini yaratmır. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs5 himayəsində 02 azyaşlı uşağı xx.xx.2013-cü il təvəllüdlü X41 və xx.xx.2015-ci il təvəllüdlü X42 vardır. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərin təsdiq edilmiş kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs5 X27 medalı, Füzulinin azad olunmasına görə medalı və Xocavəndin azad olunmasına görə medal ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs5 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, X27 olmasını və medallarla təltif edilməsi isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 bir nəfər şəxsi qəsdən öldürdüyü, digər şəxsi öldürməyə cəhd etdiyi üçün ona, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1,120.2.3,120.2.4,120.2.11-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın ən yuxarı həddində - ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edildiyi üçün, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq ömürlük azadlıqdan məhrum etmə növündə cəza həbsxanada çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün cəzanın çəkilmə yeri həbsxana müəyyən edilir. Məhkəmə kollegiyası belə hesab edir ki, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzasının bir hissəsini həbsxanada qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş az ağır, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 04 mart N-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 129-130-cu vərəqələrində olan 04 mart N-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X31 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 183-186-cı vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart N-cü il tarixli, 4(001)-205/N nömrəli qərarından görünür ki, X31 barəsində həbsetmənin əvvəli 04 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 04 mart N-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 3-cü cild 59-cu vərəqəsində olan 04 mart N-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 216-220-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart Ncü il tarixli, 4(001)-207/N nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 04 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 04 mart N-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 3-cü cild 133-cü vərəqəsində olan 04 mart N-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 255-258-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart Ncü il tarixli, 4(001)-208/N nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 04 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 04 mart N-cü il tarixdən hesablanmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 1(101)- 462/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs4 barəsində cəzaçəkmə müddətinin əvvəlinin 04 mart N-cü il tarixdən hesablanması nəzərə alınmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onların məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Cinayət işinin 7-ci cild 25-26-cı vərəqələrində olan 04 iyul N-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs6 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 7-ci cild 78-79-cu vərəqələrində olan 06 iyul N-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs6 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 7-ci cild 47-48-ci vərəqələrində olan 06 iyul N-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 7-ci cild 99-cu vərəqəsində olan 08 iyul N-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs5 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 04 iyul N-cü il tarixdən 06 iyul N-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün, Təqsirləndirilən şəxs5 06 iyul N-cü il tarixdən 08 iyul N-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındıqları gündən, yəni 12 iyul 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan - 01 ədəd “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngi və 02 ədəd darağı, 78 ədəd 366TKM kalibrli patronu, 09 ədəd həmin kalibrli patrona aid giliz və 01 ədəd güllə, 01 ədəd 9 mm kalibrli “BLOW TR 92D” modelli idman yarışlarında istifadə olunan səs-siqnal tapançası və 01 ədəd darağı, 36 ədəd səs-siqnal patronu, 11 ədəd kustar üsulla içərisinə güllə yerləşdirilmiş səs-siqnal patronu, 29 ədəd səs-siqnal patronuna aid giliz, Ruhlan İsmayılovun zərərsizləşdirildiyi ünvandan götürülmüş 01 ədəd 5K-4016K №-li “PM” modelli tapança və 01 ədəd darağı, 14 ədəd 9x18 mm kalibrli patron, 19 ədəd həmin kalibrli patrona aid giliz və 18 ədəd güllə, 01 ədəd “Minta 37” modelli tapança, Zərərçəkmiş şəxs1 təhkim olunmuş 01 ədəd AP-3129 №-li “PM” modelli tapança və 02 ədəd darağı, 01 ədəd 5,45 mm kalibrli “Kalaşnikov” avtomatlarının patronu, 01 ədəd 7,62 mm kalibrli “Kalaşnikov” avtomatlarının patronuna aid güllə, 07 ədəd patronların atılmış güllələrinin hissəcikləri, 02 ədəd 16 kalibrli ov patronu, 03 ədəd 12 kalibrli ov patronu, 01 ədəd ov patronunun gilizi, 01 ədəd ov patronunun dib hissəsi, 02 ədəd ov patronunun pıjı, qırmalar, **-BC-*** və **-OH-*** dövlət qeydiyyat nişanları və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 575 №-li silah şəhadətnaməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi Texniki Təminat İdarəsinə təhvil verilməli; -Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan -bir ədəd iri ölçülü idman çantası, Təqsirləndirilən şəxs6 zərərsizləşdirildiyi ünvandan götürülmüş 04 ədəd əlcək, 02 ədəd maska və 01 ədəd papaq, “Opel Vectra” markalı avtomobildə götürülmüş 01 ədəd papaq, 01 ədəd tibbi maska, 05 ədəd oturacaq başlığı, 02 ədəd oturacaq boyunluğu, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş xidməti gödəkçə, xidməti köynək, uzunqol alt köynək, qoruyucu jilet, belində qara kəməri və silah qabı olan xidməti şalvar, qolsuz mayka, idman ayaqqabısı, Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş idman köynəyi, cins şalvar, mayka, Ruhlan İsmayılovun meyitinin əynində olan uzunqol köynək və cins şalvar, Təqsirləndirilən şəxs1 hadisə günü istifadəsində olmuş “Xiomi” markalı mobil telefon parçalanmış hissəsi, Ruhlan İsmayılova məxsus mobil nömrələrin dublikat nüsxəsi üzrə bərpa olunmuş məlumatların əks olunduğu elektron daşıyıcı, 16.423 qram psixotrop maddə olan metamfetamin, 11.775 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 480 (dörd yüz səksən) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçılar – Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi və "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş mülki iddiaların əsaslığını araşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı –Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi mülki iddia ilə çıxış edərək, dəymiş maddi ziyan 12,556 (on iki min beş yüz əlli altı) manat pul vəsaitinin təqsirləndirilən şəxslər mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 tutularaq ödənilməsini xahiş etmişdir. Həmçinin, zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı – "xxxx" ASC-nin nümayəndəsi mülki iddia ərizəsi ilə çıxış edərək, 1670 (min altı yüz yetmiş) manatın təqsirləndirilən şəxslər mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 tutularaq ödənilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 cinayət əməlləri nəticəsində zərərçəkmiş hüquqi şəxslər mülki iddiaçılar "xxxx" ASC və Zərərçəkmiş şəxs4 MMC-yə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, verilmiş mülki iddialar təmin olunmalı, zərərçəkmiş hüquqi şəxslər mülki iddiaçılar "xxxx" ASC-yə dəymiş maddi ziyan 1670 manat və Zərərçəkmiş şəxs4 MMC-yə dəymiş maddi ziyan 12,556 manat -təqsirləndirilən şəxslər mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 alınaraq zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçılar "xxxx" ASC və Zərərçəkmiş şəxs4 MMC-yə ödənilməlidir. Bundan başqa, cinayət işinin 4-cü cild 30-32-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart N-cü il tarixli, 5(001)-675/N nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X15 məxsus “Opel Vectra” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Cinayət işinin 5-ci cild 169-170-ci vərəqələrində olan Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair 06 aprel N-cü il tarixli rəydən görünür ki, “Opel Vectra” markalı maşının bazar qiyməti 3000 (üç min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 38.3-cü maddəsində qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul qanuni sahiblərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə Binəqədi Rayon Məhkəməsinin 14 mart N-cü il tarixli, 5(001)-675/N nömrəli qərarı qüvvədə qalmaqla, üzərinə həbs qoyulmuş X15 məxsus “Opel Vectra” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş hüquqi şəxs mülki iddiaçı "xxxx" ASC və Zərərçəkmiş şəxs4 MMC-yə dəymiş maddi ziyanın ödənilməsi məqsədilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməlidir. Bundan başqa, cinayət işinin 1-ci cild 157-183-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Səbail rayonu X64 küçəsi bina 19 mənzil 2 ünvanında yerləşən mənzilə baxış protokolundan görünür ki, həmin mənzildən çantanın içərisindən baxış zamanı içində 16,835 manat və 20,100 ABŞ dolları məbləğində pul vəsaiti aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsindən daxil olmuş 30 noyabr N-cü il tarixli, xx/xx-00341 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, 16,835 manat və 20,100 ABŞ dolları –yəni 51,005 manat pul vəsaiti ayrılmış ********* nömrəli cinayət işi üzrə Baş Prokurorluğun depozit hesabına qoyulmuşdur. Bundan başqa, təqsirləndirilən şəxslər mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 181.3.2, 181.3.3, 186.2.2, 228.2.1, 228.2.2, 229.2.1, 32.5, 229.2.1 və 32.5, 229.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.11-ci maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11-ci maddələri ilə təqsirli bilinərək 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2, 181.3.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on ) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 229.2.1 və 32.5, 229.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə Təqsirləndirilən şəxs1 qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhküm edilsin. Təqsirləndirilən şəxs1 cəzasını həbsxanada çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 04 mart N-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.4, 32.5, 29, 120.2.7, 32.5, 29, 120.2.11, 32.5, 181.3.2, 32.5, 181.3.3, 32.5, 186.2.2, 228.2.1, 229.2.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.4, 32.5, 120.2.11-ci maddələri ilə təqsirli bilinərək 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.4, 32.5, 29, 120.2.7, 32.5, 29, 120.2.11-ci maddələri ilə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 181.3.2, 32.5, 181.3.3cü maddələri ilə təqsirli bilinərək 10 (on ) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasının ilk 03 (üç) ilini həbsxanada, qalan 16 (on altı) ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 04 mart N-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 3.Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.4, 32.5, 29, 120.2.7, 32.5, 29, 120.2.11, 32.5, 181.3.2, 32.5, 181.3.3, 32.5, 186.2.2, 228.2.1, 32.5, 229.2.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5,120.2.4, 32.5, 120.2.11-ci maddələri ilə təqsirli bilinərək 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.4, 32.5, 29, 120.2.7, 32.5, 29, 120.2.11-ci maddələri ilə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 181.3.2, 32.5, 181.3.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on ) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 229.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 04 mart N-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 4.Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.4, 32.5, 29, 120.2.7, 32.5, 29, 120.2.11, 32.5, 181.3.2, 32.5, 181.3.3, 32.5, 186.2.2, 228.2.1 və 32.5, 229.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.4, 32.5, 120.2.11-ci maddələri ilə təqsirli bilinərək 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.4, 32.5, 29, 120.2.7, 32.5, 29, 120.2.11-ci maddələri ilə təqsirli bilinərək 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 181.3.2, 32.5, 181.3.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on ) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 229.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 1(101)-462/2024 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli hökmü ilə cəza çəkməsi və hazırda həbsdə olması nəzərə alınaraq sonuncunun cəzaçəkmə müddətinin əvvəli 04 mart N-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 5.Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 32.5, 229.2.1-ci maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 229.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs6 qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs6 04 iyul N-cü il tarixdən 06 iyul N-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs6 qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs6 cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi və həbsə alındığı 12 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs6 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 6.Təqsirləndirilən şəxs5 Ağasalam oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 229.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs5 Ağasalam oğlu qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 06 iyul N-cü il tarixdən 08 iyul N-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs5 Ağasalam oğlu qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs5 cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi və həbsə alındığı 12 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 7.İş üzrə maddi sübut kimi tanınmış və Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan - 01 ədəd “AKS-366 Lankaster 03” modelli yivsiz ov tüfəngi və 02 ədəd darağı, 78 ədəd 366TKM kalibrli patronu, 09 ədəd həmin kalibrli patrona aid giliz və 01 ədəd güllə, 01 ədəd 9 mm kalibrli “BLOW TR 92D” modelli idman yarışlarında istifadə olunan səs-siqnal tapançası və 01 ədəd darağı, 36 ədəd səs-siqnal patronu, 11 ədəd kustar üsulla içərisinə güllə yerləşdirilmiş səs-siqnal patronu, 29 ədəd səs-siqnal patronuna aid giliz, Ruhlan İsmayılovun zərərsizləşdirildiyi ünvandan götürülmüş 01 ədəd 5K-4016K №-li “PM” modelli tapança və 01 ədəd darağı, 14 ədəd 9x18 mm kalibrli patron, 19 ədəd həmin kalibrli patrona aid giliz və 18 ədəd güllə, 01 ədəd “Minta 37” modelli tapança, Zərərçəkmiş şəxs1 təhkim olunmuş 01 ədəd AP-3129 №-li “PM” modelli tapança və 02 ədəd darağı, 01 ədəd 5,45 mm kalibrli “Kalaşnikov” avtomatlarının patronu, 01 ədəd 7,62 mm kalibrli “Kalaşnikov” avtomatlarının patronuna aid güllə, 07 ədəd patronların atılmış güllələrinin hissəcikləri, 02 ədəd 16 kalibrli ov patronu, 03 ədəd 12 kalibrli ov patronu, 01 ədəd ov patronunun gilizi, 01 ədəd ov patronunun dib hissəsi, 02 ədəd ov patronunun pıjı, qırmalar, **-BC-*** və **-OH-*** dövlət qeydiyyat nişanları və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 575 №-li silah şəhadətnaməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi Texniki Təminat İdarəsinə təhvil verilsin. 8.Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan -bir ədəd iri ölçülü idman çantası, Təqsirləndirilən şəxs6 zərərsizləşdirildiyi ünvandan götürülmüş 04 ədəd əlcək, 02 ədəd maska və 01 ədəd papaq, “Opel Vectra” markalı avtomobildə götürülmüş 01 ədəd papaq, 01 ədəd tibbi maska, 05 ədəd oturacaq başlığı, 02 ədəd oturacaq boyunluğu, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş xidməti gödəkçə, xidməti köynək, uzunqol alt köynək, qoruyucu jilet, belində qara kəməri və silah qabı olan xidməti şalvar, qolsuz mayka, idman ayaqqabısı, Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş idman köynəyi, cins şalvar, mayka, Ruhlan İsmayılovun meyitinin əynində olan uzunqol köynək və cins şalvar, Təqsirləndirilən şəxs1 hadisə günü istifadəsində olmuş “Xiomi” markalı mobil telefon parçalanmış hissəsi, Ruhlan İsmayılova məxsus mobil nömrələrin dublikat nüsxəsi üzrə bərpa olunmuş məlumatların əks olunduğu elektron daşıyıcı, 16.423 qram psixotrop maddə olan metamfetamin, 11.775 qram narkotik vasitə olan heroin məhv edilsin. 9.İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 480 (dörd yüz səksən) manat təqsirləndirilən şəxslər-mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin.

10. Zərərçəkmiş hüquqi şəxslər, mülki iddiaçı "xxxx" ASC və Zərərçəkmiş şəxs4 MMC tərəfindən verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən şəxslər-mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tutularaq 1670 manat zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə; 12,556 manat isə Zərərçəkmiş şəxs4 MMC-yə ödənilsin. 11.İş üzrə Binəqədi Rayon Məhkəməsinin 14 mart N-cü il tarixli, 5(001)-675/N nömrəli qərarı qüvvədə qalmaqla, üzərinə həbs qoyulmuş X15 məxsus “Opel Vectra” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azad Məcidov

Hakimlər: Səbinə Məmmədzadə

Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar