Məhkəmə qərarları › İş №1(101)-770/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-770/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-770/2025 09.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və həmin idarənin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş (FN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, 01 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə 5 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş, 30 yanvar 2024-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 13 aprel 2024-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə günorta saatlarında satış məqsədi ilə özünü İran İslam Respublikasının vətəndaşı və adını «Həsən» kimi təqdim edən məlum olmayan şəxsin kart hesabına 60 manat pul köçürməklə, sonuncu tərəfindən ünvan 3 ünvanında yerləşən «Gentleman» geyim mağazasının yaxınlığında gizlədilmiş külli miqdarda, yəni ümumi təmiz çəkisi 8,399 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroini və ümumi təmiz çəkisi 15,831 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 13 aprel 2024-cü il tarixdə narkotik vasitə heroindən bir bükümdə təmiz çəkisi 0,475 qramını Şahid4, psixotrop maddə metamfetamindən bir bükümdə təmiz çəkisi 0,292 qramını Şahid5, bir bükümdə təmiz çəkisi 0,217 qramını isə X9 satmış, 13 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 12:25-də Şahid4, Şahid5 və X6 birlikdə Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 89 ünvanının yaxınlığında küçədə saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, idarədə Şahid4 üzərində aparılmış şəxsi axtarış zamanı bir bükümdə təmiz çəkisi 0,475 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli uzun ölçülü gödəkçənin sağ yan cibindən, Şahid5 üzərində aparılmış şəxsi axtarış zamanı bir bükümdə təmiz çəkisi 0,292 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən, X7 üzərində aparılmış şəxsi axtarış zamanı bir bükümdə təmiz çəkisi 0,217 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin onun əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı narkotik vasitə heroindən qalıq qalan külli miqdarda, yəni ümumi təmiz çəkisi 7,924 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin öz aralarında və Şahid4 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,475 qram olan narkotik vasitə heroinlə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan təmiz çəkiləri 2,729 qram, 3,628 qram, 1,567 qram olmaqla 3 ədəd ağ şəffaf selofan bükümdə, ümumi təmiz çəkisi 15,322 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin öz aralarında və Şahid5 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,292 qram və X7 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,217 qram olan psixotrop maddə metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan təmiz çəkiləri 6,503 qram, 4,167 qram, 2,432 qram, 2,220 qram olmaqla 4 ədəd ağ şəffaf selofan bükümlərdə və 1 ədəd üzərində heroinin və metamfetaminin izləri olan elektron tərəzi onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü o, evdə olarkən qapı döyülmüş, qaynı və onunla birgə yaşayan xanım onlara gəlmişlər. Elə bu zaman onların dalınca polis əməkdaşları evə daxil olmuşlar. Həmin vaxt evdə stolun üstündə tərəzi, özünün üzərində isə 3 qram narkotik - 2 qram heroin və 1 qram metamfetamin olmuşdur. Qalan 20 qram çəkidə narkotik vasitələr Cəmilə ilə Muradın üstündə olmuşdur. Həmin vaxt onun yanında dostu Şövqi də olmuşdur. Polis işçiləri onları saxladıqdan sonra polis idarəsinə aparmış, digər şəxsləri idarədə ondan ayrı saxlamışlar. Sorğu zamanı o, 2 qram narkotiki 60 manata aldığını bildirmişdir. Əvvəlcə onun barəsində 234.1-ci maddə ilə cinayət işi qaldırmışlar, sonra isə onun üzünə duran olmadığı üçün barəsində 234.1-1-ci maddə ilə iş başlanılmışdır. Onun barəsində qətimkan tədbirinin müddəti uzadılanda, üzünə duran şəxsin olmadığını deyib, ona qarşı haqsızlıq edilməsinə etiraz etmişdir. Bundan sonra onu prokurorun yanına aparmışlar, orada ona demişlər ki, saxlanılan digər şəxslər onun üzünə durur. Yasamal rayon Polis idarəsi Narkoiklə mübarizə bölməsinin rəisi Anar ondan buraxılması üçün 5000 manat pul istəmiş, lakin həmin pulu vermədiyi üçün onu 20 qram narkotik vasitə ilə yükləyərək CM-nin 234.4.3-cü maddəsi ilə məhkəməyə göndərmişlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs özünün əvvəllər də məhkum olunduğunu və 2 il cəza aldığını, həmin vaxt Ədliyyə orqanlarında işlədiyini, adının Penitensiar xidmətdə getməsinə baxmayaraq, özünün əvvəlcə Nərimanov rayon probasiya şöbəsində, daha sonra isə Səbail rayonunda işlədiyini, czasının bitməsinə 6 ay qalmış amnistiyaya düşərək azad olunduğunu, saxlanılarkən üstündə 2 qram heroin, 1 qram isə metamfetamin olduğunu, həmin narkotik vasitəni iranlıdan aldığını, bunun üçün iranlının kartına pul atdığını, ittiham aktında göstərilən narkotik vasitələrin yanına gəldiyi şəxslərin üstündə olduğunu, lakin onun bundan məlumatı olmadığını, özünün qaynı ilə əvvəllər bir yerdə narkotikdən istifadə etdiklərini, həmin gün qaynının onlara gələcəyi barədə əvvəlcədən zəng etdiyini, mobil telefonunda narkotik satışı ilə bağlı “sms»lər olmadığını, 055 ***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, narkotik almaq üçün özünün “sms» yazdığını, üstünə polis işçiləri tərəfindən qoyulan əlavə narkotiklər barədə narkobiznesin rəisi Anara şikayət etdiyini, Anarın isə narkotiklərin onun üstündən aşkar olunmasına görə onları boynuna götürərsə, işinin yüngül olacağını dediyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, bir neçə ildir narkotik vasitə və psixotrop maddələrin istifadəsi ilə məşğul olsa da, satışı ilə məşğul olmur. Lakin bəzən narkotik vasitə və psixotrop maddələrdən tanıdığı şəxslərə kömək məqsədi ilə verir ki, istifadə etsinlər, lakin qarşılığında onlardan pul almır. 10 aprel 2024-cü il tarixdə əvvəllər sosial şəbəkə vasitəsilə tanış olduğu, özünü ona İran vətəndaşı, adını “Həsən” kimi təqdim edən şəxslə danışıb narkotik vasitə və psixotrop maddə lazım olduğunu bildirmişdir. Həmin şəxs də ona İran İslam Respublikası mobil operatorlarına məxsus +98-***-***-**-** nömrə ilə işlətdiyi “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə bank kartının şəklini göndərmiş və həmin karta 60 manat köçürməsini bildirmişdir. O da, həmin gün yaşadığı evin yaxınlığında olan marketlərdən birindəki ödəmə terminalı vasitəsilə həmin karta 60 manat pul göndərmişdir. Bundan sonra həmin şəxs Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Gentleman” geyim mağazasının yaxınlığına getməsini və orada istiqamətləndirici şəkillər vasitəsilə ona izah edəcəyi yerdən təxminən 23 qram çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin götürməsini bildirmişdir. Həmin gün günorta saatlarında həmin yerə getmiş və “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə yazaraq orada olduğunu bildirmişdir. Bundan sonra ona qeyd olunan şəxs tərəfindən narkotik vasitənin və psixotrop maddənin qoyulduğu yerin koordinatlarını və istiqamətləndirici şəkilləri göndərmişdir. O, həmin koordinatlar və istiqamətləndirici şəkillər vasitəsilə narkotik vasitə və psixotrop maddənin qoyulduğu yeri tapmışdır. Həmin yer A.M.Şərifzadə küçəsində yerləşən “Gentleman” geyim mağazasının yaxınlığında hasarın yanı olmuş, o, həmin yerdən ümumilikdə 7 ədəd selofan bükümdə olan kütlələri götürmüş və bu barədə həmin şəxsə bildirmişdir. Bundan sonra yaşadığı evə getmiş, özünü İran vətəndaşı “Həsən” kimi təqdim edən şəxsin yazılan mesajları və nömrəsini silməyi istədiyindən, o da, həmin şəxslə aralarında olan mesajları, nömrəsini və göndərdiyi fotoşəkilləri silmişdir. Əldə etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özünə məxsus elektron tərəzidə çəkib ona deyilən çəkidə olduğunu müəyyən etmişdir. 13 aprel 2024-cü il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxmış, bu zaman 7 ədəd bükümlərdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini, həmçinin elektron tərəzini əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 12:25 radələrində ünvan 1 ünvanın yaxınlığında gəzərkən 3 nəfər ona yaxınlaşaraq özlərini Yasamal rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları kimi təqdim etmiş, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, onu Yasamal rayon Polis idarəsinə dəvət etmişlər. O, etiraz etməyərək üzərində heroin və metamfetamin olduğunu bildirib onlarla birlikdə polis idarəsinə getmişdir. Orada müdafiəçi dəvət edilmiş və hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması soruşulmuş və təqdim etməsi təklif olunmuşdur. Həmin təklifdən sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 7 ədəd selofan bükümlərdə narkotik vasitə heroini, psixotrop maddə metamfetamini, həmçinin elektron tərəzini təqdim etmişdir. Eyni zamanda əynindəki qara rəngli idman şalvarının sol yan cibindən üzərində 055 ***-**-** saylı mobil nömrə olan özünə məxsus «Honor» markalı mobil telefonu və 10 manatlıq pul əskinasını təqdim etmişdir. Daha sonra aşkar olunmuş həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqdim etdyi mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş və 10 manatlıq pul əskinası isə özünə qaytarılmışdır. 13 aprel 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə aparılarkən, eyni zamanda polis idarəsində olarkən, üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir qanunsuz hərəkətlər olmamış, fiziki və ya psixi zor tətbiq olunmamışdır (Cild 1, iş vərəqi 72-76). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, onun küçədə tutulmadığını, məhkəmədə verdiyi ifadənin düzgün olduğunu və onu təsdiq etdiyini, üzərində 20 qram narkotik vasitənin olmadığını, polis işçilərinin təzyiqi ilə istintaq zamanı həmin ifadəni verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirdi ki, polis idarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumaı daxil olmuşdur. Rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. 13 aprel 2024-cü il tarixdə təxminən 12-13 radələrində Təqsirləndirilən şəxs onun yanında olan Şahid5, Şövqi Hətəmov və Şahid4 onlar tərəfindən saxlanılıb polis idarəsinə gətirilmişlər. İdarədə təhqiqatçının otağında müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən narkotik vasitə heroin və metamfetamin aşkar olunmuşdur. Sualları cavablandıran Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, əməliyyat qrupunun tərkibində onun, Etibarın və İlqarın iştirak etdiklərini, Naillə birlikdə saxlanılan şəxslərin də üzərində narkotik vasitə aşkar olunduğunu, təqsirləndirilən şəxsi yaşadığı ünvanın qarşısında saxladıqlarını, şəxslərin üzərinə saxlanıldığı yerdə baxış keçirmədiklərini, idarəyə aparılandan sonra onların üzərinə baxış keçirildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 13 aprel 2023-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılıb idarəyə gətirilməsi, üzərinə şəxsi axtarış zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 1 ədəd elektron tərəzinin aşkar olunması ilə bağlı keçirilmiş əməliyyat tədbirində əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, 2024-cü aprel ayının 13-də Nailin yanına narkotik vasitə almaq üçün gəlmişdir. Həmin vaxt polis əməkdaşları gəlib onları tutmuşlar. Bu zaman onun üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Verilən sualları cavablandıran Şahid4 özünün narkotik vasitələrdən istifadə etdiyini, həmin gün Naildən heroin aldığını, Naildən öz istifadəsi üçün bir “çet” heroin əldə etdiyini, saxlanılan vaxt Naildən aldığı həmin narkotik vasitənin üstündən aşkar olunduğunu, o, Nailin yanına gələndən təxminən 10-15dəqiqə sonra polis əməkdaşlarının onları tutduqlarını, orada olan hər üç şəxsin bir-birindən xəbərsiz oraya gəldiklərini, əvvəllər də Naildən narkotik vasitə aldığını, həmin gün aldığı narkotik vasitəyə görə Nailə 10-15 manat pul verdiyini, Muradın və tutulan digər şəxslərin hamısının qonşuluqda yaşadıqlarını bildirdi. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadə elan və tədqiq olunarkən müəyyən edildi ki, o, Təqsirləndirilən şəxs bacısının əri olmuş, əvvəllər də Təqsirləndirilən şəxs müxtəlif növlü narkotik vasitə və psixotrop maddələr alıb qəbul etmişdir. Sonuncu dəfə 13 aprel 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs narkotik vasitələr almaq üçün onun yaşadığı ünvan 6 evə getmiş, orada Təqsirləndirilən şəxs 10 manat pul ödəyib ondan şəxsi istifadəsi üçün metamfetamin almışdır. Həmin gün Bəşir Səfəroğlu küçəsi, ev 89 saylı ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq, Təqsirləndirilən şəxsla birlikdə polis idarəsinə aparılmış, orada müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən bir qədər əvvəl Təqsirləndirilən şəxs pul müqabilində aldığı psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (Cild 1, iş vərəqi 241-243). Məhkəmə iclasında şahid X10 ibtidai istintaq zamanı verdiyi ifadə elan və tədqiq olunarkən, onun da həmin gün səhər saatlarında ünvan 6 ünvana gedib tanımadığı şəxsdən 10 manat müqabilində bir bükümdə psixotrop maddə metamfetamin aldığını, ünvanı tərk edib getmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Təqsirləndirilən şəxsla birlikdə polis idarəsinə aparıldığını, orada müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən bir qədər əvvəl Təqsirləndirilən şəxs pul müqabilində aldığı psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyünü bildirdiyi müəyyən olundu (Cild 2, iş vərəqi 86-89). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 arasında arasında üzləşdirmələr keçirilmiş, həmin istintaq hərəkətləri zamanı adları qeyd olunan şəxslər sərbəst ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişlər (Cild 2, iş vərəqi 90-93). Cinayət işində olan 13 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 7 ədəd selofan bükümdə kütlələri, bir ədəd elektron tərəzini, həmin şalvarın sol yan cibindən bir ədəd mobil telefonu və 10 manatlıq pul əskinasını təqdim edib, həmin kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu deyərək, həmin kütlələri “Həsən” adı ilə tanıdığı, lakin üzdən görmədiyi İran vətəndaşı ilə telefonda “WhatsApp” vasitəsilə danışaraq sonuncu tərəfindən qoyulmuş yerlərdən götürdüyünü, narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, bəzən də tanışlarına pul qarşılığı olmadan istifadə etmələri üçün verdiyini, elektron tərəzidən də narkotik vasitə və psixotrop maddələri alarkən çəkisində aldanmaması üçün istifadə etdiyini, təqdim etdiyi narkotik vasitə və psixotrop maddələri 3 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Gentleman” geyim mağazasının yanında gizlədilmiş yerdən götürdüyünü, təqdim etdiyi mobil telefonun üzərində 055 ***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr və elektron tərəzi bir ədəd zərfə qablaşdırılaraq götürülmüşdür (Cild 1, iş vərəqi 34-35). Cinayət işində olan 15 aprel 2024-cü il tarixli baxış protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması videogörüntülərinin yükləndiyi 1 ədəd DVD diskdə əks olunanların 13 aprel 2024-cü il tarixli protokolda qeyd edilənlərlə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (Cild 1, iş vərəqi 36, 60). Məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2001 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 42” dairəvi möhür əksi və “...şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, dörd-imza, Tərtib etdi: O.Əliyev-imza,..» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 3 (üç) ədəd bükümlərdə təmiz çəkiləri 2,729 qram, 3,628 qram, 1,567 qram, ümumi təmiz çəkisi 7,987 qram olan qəhvəyi rəngli maddə kütlələri xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 4 (dörd) ədəd bükümlərdə təmiz çəkiləri 6,503 qram, 4,167 qram, 2,432 qram, 2,220 qram, ümumi təmiz çəkisi 15,322 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir (Cild 1, iş vərəqi 42-47). Məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2024-cü il tarixli 3-16-16/2-6/1999 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün № 42” dairəvi möhür əksi və “...şübhəli Şahid4 - imza, ...dörd-imza, tərtib etdi: M.Məlikov – imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,475 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Cild 1, iş vərəqi 216-217). Məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2000 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün № 42” dairəvi möhür əksi və “...şübhəli şəxs: Şahid5 - imza, üç-imza, Təhqiqatçı: A.Qədiməliyev - imza....” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,292 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (Cild 1, iş vərəqi 218-219). Məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2002 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün № 42” dairəvi möhür əksi və “...şübhəli şəxs: Şövqi Hətəmov - imza, üç imza, Təhqiqatçı: Həmidli Anar - imza....” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,217 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (Cild 1, iş vərəqi 220-221). Əlavə məhkəmə-kimyəvi ekspertizasının 19 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3646 saylı rəyindən görünür: Tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin "Tədqiqat Obyekti № 68" ştamp əksləri olan MEM-nin maddi sübutlar üçün nəzərdə tutulmuş, üzərində: "Ekspert rəyi N6/2001 ...HK-1/532...Yasamal RPİ-nin TŞ..Təqsirləndirilən şəxs ...yazısı və imza" yazı əlavələri olan 1 ədəd kağız paketdə olan heroinlər üzərində "Ekspert rəyi N6/1999...HK- 1/535...Yasamal RPİ-nin TŞ..Şahid4...yazısı və imza" yazı əlavələri olan 1 ədəd kağız paketdə olan heroin ilə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin "Tədqiqat Obyekti № 68" ştamp əksləri olan MEM-nin maddi sübutlar üçün nəzərdə tutulmuş üzərində: "Ekspert rəyi N6/2001 ...HK-1/532...Yasamal RPİ-nin TŞ..Təqsirləndirilən şəxs ...yazısı və imza” yazı əlavələri olan 1 ədəd kağız paketdə olan metamfetaminlər üzərində "Ekspert rəyi N6/2002...HK-1/534...Yasamal RPİ-nin TŞ..X11... yazısı və imza" yazı əlavələri olan 1 ədəd kağız paketdə olan metamfetamin ilə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin "Tədqiqat Obyekti № 68" ştamp əksləri olan MEM-nin maddi sübutlar üçün nəzərdə tutulmuş üzərində: "Ekspert rəyi N6/2001 ...HK-1/532...Yasamal RPİ-nin TŞ..Təqsirləndirilən şəxs ...yazısı və imza” yazı əlavələri olan 1 ədəd kağız paketdə olan metamfetaminlər üzərində "Ekspert rəyi N6/2000...HK-1/533...Yasamal RPİ-nin TŞ..Şahid5 Mirakif oğlu ...yazısı və imza" yazı əlavələri olan 1 ədəd kağız paketdə olan metamfetamin ilə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə öz aralarında eynilik təşkil edirlər (Cild 1, iş vərəqi 15-19, 213-215). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 14 aprel 2024-cü il tarixli 3-16- 16/2-6/2001 saylı rəyinin “qeyd” hissəsinin 1-ci bəndində heroinlərin ümumi təmiz çəkisinin 7,987 qram olması, tədqiqata 0,3 qram sərf edilməsi və 7,687 qram qalıq qalması göstərilmiş, 19 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3646 saylı rəyinin “qeyd” hissəsinin 1-ci bəndində isə tədqiqatdan sonrakı 7,687 qram qalan heroinlərdən tədqiqata 0,06 qram sərf edilməsi və 7,627 qram qalıq qalması göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 14 aprel 2024-cü il tarixli 3-16- 16/2-6/2001 saylı rəyində göstərilən narkotik vasitə heroinin 2,729 qram, 3,628 qram, 1,567 qram olan təmiz çəkilərini topladıqda 7,987 qram deyil, 7,924 qram olması müəyyən edilmişdir. Ona görə də, istintaq zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 14 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2001 və 19 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3646 saylı rəylərini tərtib edən ekspert X5 ifadəsi alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin fiziki-kimyəvi ekspertizalar şöbəsinin böyük eksperti X8 ifadəsində göstərmişdir ki, 14 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2001 nömrəli rəydə qeyd olunan 3 ədəd bükümdə narkotik vasitə heroinlərin hər bükümü elektron tərəzi vasitəsilə dəqiq çəkilərək təmiz çəkilərinin 2,729 qram, 3,628 qram, 1,567 qram olması müəyyən edilsə də, onların ümumi təmiz çəkisi texniki cəhətdən səhv olaraq 7,987 qram qeyd edilmişdir. Belə ki, narkotik vasitə heroinlərin ümumi təmiz çəkisi 7,987 qram deyil, 7,924 qram olmuşdur. Ona görə də, 14 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2001 nömrəli ekspert rəyində və rəyə əlavə edilmiş aktda narkotik vasitə heroinin ümumi təmiz çəkisinin 7,987 qram deyil, 7,924 qram kimi nəzərə alınmasını, tədqiqata sərf edildikdən sonra qalan narkotik vasitə heroinin qalığın ümumi təmiz çəkisinin 7,687 deyil, 7,624 qram, həmçinin tərəfindən tərtib edilmiş 19 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3646 nömrəli ekspert rəyində də tədqiqata sərf edildikdən sonra qalan narkotik vasitə heroinin qalığın ümumi təmiz çəkisinin 7,627 qram deyil, 7,564 qram nəzərə alınmalıdır. Həmin fərq onun tərəfindən qəsdən edilməmiş, texniki cəhətdən səhvən qeyd edilmişdir (Cild 2, iş vərəqi 71-73). Beləliklə, müəyyən edilmişdir ki, ekspertiza tədqiqatları nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd bükümdə olan narkotik vasitə heroindən qalan qalıq 7,564 qram, 4 ədəd bükümdə olan psixotrop maddə metamfetamindən qalan qalıq 14,842 qram, X7 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə olan psixotrop maddə metamfetamindən qalan qalıq 0,158 qram, Şahid4 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə olan narkotik vasitə heroindən qalan qalıq 0,405 qram, Şahid5 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamindən qalan qalıq 0,232 qram olmuşdur. İbtidai istintaq orqanının 17 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,924 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 15,322 qram olan psixotrop maddə metamfetamin, üzərində heroinin və metamfetaminin izləri olan 1 ədəd elektron tərəzi, eləcə də X7 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,217 qram olan psixotrop maddə metamfetamin, Şahid4 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,475 qram olan narkotik vasitə heroin və Şahid5 üzərindən aşkar edilərək götürülmüş 0,292 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (Cild 2, iş vərəqi 74-77, 162). Məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2024-cü il tarixli 4646 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 2, iş vərəqi 9-10). Məhkəmə-psixiatrik ekspertizasının 08 iyul 2024-cü il tarixli 1984 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə ondan əvvəlki və sonrakı tarixlərdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham elan edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarındadır (Cild 2, iş vərəqi 11-14). İbtidai istintaq zamanı "xxxx" MMC-dən 10 may 2024-cü il tarixli BKC/LGL-4668/24 nömrəli məktubla daxil olmuş bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşına aşağıdakı 10 (on) ədəd fayl yerləşdirilmişdir. «Nomrenin_Mexsusluq_Tarixcesi__**********1629__556671212», «Nomrenin_Mexsusluq_Tarixcesi__**********1840__557185307», «SMS_Tarixcesi__**********5343__556671212», «SMS_Tarixcesi__**********5346__556671212», «SMS_Tarixcesi__**********5353__557185307», «SMS_Tarixcesi__**********5356__557185307», «Zenglerin_Detallasmasi__**********0530___556671212», «Zenglerin_Detallasmasi__**********0543___557185307», «Zenglerin_Mexsusluq_Tarixceleri__**********0533___556671212_BKC», «Zenglerin_Mexsusluq_Tarixceleri__**********0545___557185307_BKC» «Nomrenin_Mexsusluq_Tarixcesi__**********1629__556671212» adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, +99455 ******* saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. «Nomrenin_Mexsusluq_Tarixcesi__**********1840__557185307» adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, +99455 ******* saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. «SMS_Tarixcesi__**********5343__556671212» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan +99455 ******* saylı mobil telefon nömrəsindən xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixlər arasında müxtəlif nömrələrə «sms» mətnləri göndərilmişdir.Həmin məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan +**********12 saylı mobil telefon nömrəsindən: xx.xx.2023-cü il tarixdə saat 06:09:54-də +**********04 saylı abunəçiyə “Adam gisi olar kolaya gore ... de versen seni ... qoyan var gimnen dalimca dansirsan seni ela salilar meni yaxsi ... dalca dansiram yunsun ....girirsen” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 23:26:43-də +**********15 saylı abunəçiyə “patval adam harda ne qehqe vari.yixib.narka prto aci.sen.bedbax sani” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 02:15:55-də “Qardasvin.2d X24.İse.Uzag.X21.” mövzuda; İş üzrə Şahid5 istifadəsində olmuş +99455 ******* saylı mobil telefon nömrəsinə aşağıdakı məzmunda sms mətnləri göndərilmişdir:

1. xx.xx.2024-cü il tarixdə saat 01:16:35-də “menim elag saxla is var xeyili”;

2. xx.xx.2024-cü il tarixdə saat 04:34:57-də “X22 Muro”;

3. xx.xx.2024-cü il tarixdə saat 08:53:05-də “Xasi.Yir Seni.Geli”

4. xx.xx.2024-cü il tarixdə saat 23:15:05-də “Rotmo N X23 X25 Packa”;

5. xx.xx.2024-cü il tarixdə saat 13:27:50-də “2 defe yarim goturdun eldi 50m 20m pul verdim sene 30m verceyim vari.”;

6. xx.xx.2024-cü il tarixdə saat 13:27:55-də “o ki qaldi gomek etmk baska sobet 50m ferdy ferd dirmdim İmə:Murad” ;

7. xx.xx.2024-cü il tarixdə saat 13:28:05-də “seni.2df bor almisan adi cekmisem meni”;

8. xx.xx.2024-cü il tarixdə saat 16:28:51-də “Bacin hedin asdi.meni basim soxdu yere varyoxuna.... ehed bele qalmhcagda siz 2basinda catycag usahg gorsedmir mene gori atir ki ozum biırem ki n oturub dura malabasin karsigdi gormur sen baci menem qarsi ne lerni etdi” - mövzuda sms mətnləri göndərilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 18:01:23-də +**********42 saylı abunəçiyə “Brat menı meslem uzanır ama bele oglan gotrem sende gotrem 40dan kartı atram negde ıstsen at gotrum 5411 2498 0156 4506 cefer Po v leyı bank oz kartım dı” mövzuda; xx-xx-2024-cü il tarixdə saat 17:54:10-da “35 gotrem lazım olsa de hel olun bugne” - mövzuda; xx-xx-2024-cü il tarixdə saat 21:42:00-da “Goturm sene 2hefte olmycag” mövzuda; xx-xx-2024-cü il tarixdə saat 21:51:36-da “Vura bilsen brat götrum catmir pul ona gore narhat etdim” - mövzuda sms mətnləri göndərilmişdir. «SMS_Tarixcesi__**********5346__556671212» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan +99455 ******* saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixlər arasında müxtəlif nömrələrdəm sms mətnləri daxil olmuşdur.Həmin məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan +**********12 saylı mobil telefon nömrəsinə iş üzrə Şahid5 istifadəsində olmuş +**********20 saylı mobil telefon nömrəsindən aşağıdakı mövzuda sms mətnlərinin daxil olması aşkar edilmişdir:

1. xx.xx.2024-cü il tarixdə saat 11:57:36-da “Klient var” ;

2. xx.xx.2024-cü il tarixdə saat 11:58:13-də “Nece edek”; Bundan başqa, +**********42 saylı abunəçidənTəqsirləndirilən şəxs istifadəsində olmuş +**********12 saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 03:12:02-də “Əziz Nəzərov 37 bakı Mən qetdim yatmaga poz bunu” - mövzuda; +**********14 saylı abunəçidən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********12 saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 00:38:40-da “Qaqaw menle elage saxlada sene duwe bilmirem e seni gozleyirem men elavede lazim oldu ikisinende” - mövzuda; +**********54 saylı abunəçidənTəqsirləndirilən şəxs istifadəsində olmuş +**********12 saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 15:05:05-də “Bu mənə 3 dene verecek 150 kapitala vuracam o borcuma uje məhkəməyə verir bana,150 qalır 100 ata bilərəm sene qoy qalanını düzəldim saat 3du 5 6 cin ataram pul onan sora vurarsan konum qoy burdan cixim” mövzuda və xx.xx.2024-cü il tarixdə saat 01:53:42də “What's apa gir menim muradnan heç bir elagem yoxdu yığ cemileden soruw” mövzularda; +**********11 saylı abunəçidənTəqsirləndirilən şəxs istifadəsində olmuş +**********12 saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 03:33:03-də “Nail rewad orda imkanuvuz varsa vezjetden clxardln ajaxlmda wiwib ne bojda” - mövzuda sms məntnləri daxil olmuşdur. «SMS_Tarixcesi__**********5353__557185307» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan +99455 ******* saylı mobil nömrəsinə xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində müxtəlif nömrələrdən və “WhatsApp Business” sosial media platformasından təsdiq şifrəsi ilə bağlı daxil olmuş sms mətnləri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. «SMS_Tarixcesi__**********5356__557185307» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan +99455 ******* saylı mobil nömrəsindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində müxtəlif nömrələrə göndərilmiş sms mətnləri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. «Zenglerin_Detallasmasi__**********0530___556671212» adlı fayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan +**********12saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan zəng danışıqları və anten dairələri yerləşdirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. «Zenglerin_Detallasmasi__**********0543___557185307» adlı fayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan +**********07saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan zəng danışıqları və anten dairələri yerləşdirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. «Zenglerin_Mexsusluq_Tarixceleri__**********0533___556671212_BKC» adlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********12saylı mobil nömrəsi və həmin nömrə ilə əlaqə saxladığı mobil nömrələrin abunəçiləri barədə məlumatlar yerləşdirilmişdir. Belə ki, baxış zamanı aşkar olunmuşdur ki: - +99455 671212 saylı mobil telefon nömrəsi ünvan 7 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs (şəxsiyyət vəsiqəsi AA*******); - +99455 ******* saylı mobil telefon nömrəsi ünvan 7 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs (şəxsiyyət vəsiqəsi AA*******); - +99455 ******* saylı mobil telefon nömrəsi ünvan 7 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs (şəxsiyyət vəsiqəsi AA*******); - +99455 ******* saylı mobil telefon nömrəsi ünvan 7 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs (şəxsiyyət vəsiqəsi AA*******) (Qeyd olunan nömrə hal-hazırda Şahid5 istifadəsindədir); - +99455 ******* saylı mobil telefon nömrəsi ünvan 8 ünvanda qeydiyyatda olan Şahid4 (şəxsiyyət vəsiqəsi ********); - +99455 ******* saylı mobil telefon nömrəsi ünvan 9 ünvanda qeydiyyatda olan X9 (şəxsiyyət vəsiqəsi AA4898452); - +99455 ******* saylı mobil telefon nömrəsi ünvan 9 ünvanda qeydiyyatda olan X9 (şəxsiyyət vəsiqəsi AA4898452); - +99455 ******* saylı mobil telefon nömrəsi ünvan 9 ünvanda qeydiyyatda olan X9 (şəxsiyyət vəsiqəsi AA4898452) və - +99455 ******* saylı mobil telefon nömrəsi Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 55, mənzil 9 ünvan 9 ünvanda qeydiyyatda olan X1 (şəxsiyyət vəsiqəsi AA1335998) məxsusdur. (Qeyd:X3 Təqsirləndirilən şəxs keçmiş arvadı və iş üzrə Şahid5 bacısıdır.) «Zenglerin_Mexsusluq_Tarixceleri__**********0545___557185307_BKC» adlı fayla baxış keçirildikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan +99455 ******* və +**********12saylı və mobil nömrələri onun adına qeydiyyatdan keçirilmişdir. Həmin məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (Cild 1, iş vərəqi 134-152). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 27 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə 5 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş, 30 yanvar 2024cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (Cild 1, iş vərəqi 126-127, 176-198). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, saxlanılarkən üstündə 2 qram heroin, 1 qram isə metamfetamin olduğunu, həmin narkotik vasitəni iranlıdan aldığını, bunun üçün iranlının kartına pul atdığını, ittiham aktında göstərilən narkotik vasitələrin yanına gəldiyi Cəmilə ilə Muradın üstündə olduğunu, lakin onun bundan məlumatı olmadığını, mobil telefonunda narkotik satışı ilə bağlı “sms»lər olmadığını, üzərində olmayan narkotikləri polis işçilərinin təzyiqləri nəticəsində boynuna götürdüyünü bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri, psixotrop maddələri və elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə əvvəllər sosial şəbəkə vasitəsilə tanış olduğu, özünü ona İran vətəndaşı, adını “Həsən” kimi təqdim edən şəxslə danışıb narkotik vasitə və psixotrop maddə lazım olduğunu bildirdiyini, həmin şəxsin də ona İran mobil operatorlarına məxsus +98-***-***-**- ** nömrə ilə işlətdiyi “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə bank kartının şəklini göndərib həmin karta 60 manat köçürməsini dediyini, o da, ödəmə terminalı vasitəsilə həmin karta 60 manat pul göndərdiyini, bundan sonra həmin şəxsin sözlərinə görə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Gentleman” geyim mağazasının yaxınlığına getdiyini və orada iranlının istiqamətləndirici şəkillər vasitəsilə ona izah etməsinə əsasən ümumilikdə 7 ədəd selofan bükümdə təxminən 23 qram çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin gizlədildiyi yerdən götürdüyünü, əldə etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özünə məxsus elektron tərəzidə çəkib ona deyilən çəkidə olduğunu müəyyən etdiyini, 13 aprel 2024-cü il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxarkən 7 ədəd bükümlərdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini, həmçinin elektron tərəzini də özü ilə götürdüyünü, həmin gün saat 12:25 radələrində ünvan 1 ünvanın yaxınlığında gəzərkən 3 nəfərin ona yaxınlaşaraq özlərini Yasamal rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları kimi təqdim edərək idarəyə dəvət etdiklərini və orada şəxsi axtarışı zamanı qeyd olunan narkotik və psixotrop maddələrin aşkar edilərək götürüldüyünü bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, hadisə günü Təqsirləndirilən şəxsla birlikdə saxlanılaraq polis idarəsinə aparılmış Şahid4, Şahid5 və X7 üzərlərinə şəxsi axtarış zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, onların hər biri həmin maddələri məhz Təqsirləndirilən şəxs aldıqlarını etiraf etmişlər. İstintaq zamanı keçirilmiş üzləşdirmələrdə Şahid5 və Şahid4 sərbəst ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişlər. Həmçinin hazırkı cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatları zamanı adları çəkilən şəxslərdən aşkar olunmuş heroinin və metamfetaminin xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrlə öz aralarında eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan +**********12 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə, SMS danışıqlarına dair məlumatlar "xxxx" MMC-dən götürülmüş, istintaq orqanı tərəfindən həmin məlumatların yükləndiyi SD diskə baxış keçirilərkən şəxsə ittiham elan olunduğu müddətə uyğun gələn dövrdə mobil telefonla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı SMS yazışmalarının aparıldığı müəyyən edilmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, ona edilən təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini şəxsin məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin, həmçinin elektron tərəzinin özünə məxsus olduğunu etiraf etməsini, aşkar olunmuş maddələrin iki növdə olmaqla ayrı-ayrı bükümlərə qablaşdırılmış vəziyyətdə olmasını, həmin narkotik və psixotrop maddələrin satışı zamanı onların çəkisini müəyyən etmək üçün avadanlığın, yəni elektron tərəzinin də aşkar olunmasını, həmçinin aşkar edilmiş maddələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki nəfər azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə 5 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş, 30 yanvar 2024-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən törətdiyi az ağır cinayət əməlinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir və bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəza müddətinə daxil edilməklə, təyin olunacaq cəzanın başlanğıcı 13 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Yasamal rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2024-cü il tarixli 4646 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi nərakoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunmalıdır: - Bakı şəhəri, Yasamal rayon Polis idarəsinin saxlanc yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3 bükümdə 7,564 qram çəkidə narkotik vasitə heroin və 4 bükümdə 14,842 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin 1 ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin yükləndiyi 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatları 184 (yüz səksən dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 184 (yüz səksən dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3 bükümdə 7,564 qram çəkidə narkotik vasitə heroin və 4 bükümdə 14,842 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin 1 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və götürmə zamanı çəkilmiş videogörüntülərin yükləndiyi 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 184 (yüz səksən dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar