Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-771/2021 02.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X14 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmuş (X9 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş), məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, ev 17, mənzil 6-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib daşımaqla saxlamış və qanunsuz olaraq satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 3,385 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,363 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə daşıyaraq üzərində saxlamış, x xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində əldə edərək özündə saxladığı narkotik vasitə heroinin 1 ədəd kağıza bükülmüş təmiz çəkisi 0,302 qram təşkil edən hissəsini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində tanışı Şahid4 qanunsuz olaraq 10 manat müqabilində satmış, bu barədə daxil olmuş məlumat əsasında həmin gün saat 19:50 radələrində Xəzər RPİ-nin NMB-nin və 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 yaxalandıqdan sonra üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,302 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs aldığını bildirdiyi məlumat əsasında x xxxxxx 2020-ci il tarixdə saat 22:10 radələrində Xəzər RPİ-nin NMB-nin və 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, A.İldırım küçəsində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət olunmuş və həmin gün saat 23:15 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ cibindən öz aralarında və Şahid4 üzərindən aşkar edilərək götürülmüş heroin kütləsi ilə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 16 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,255 qram, 0,062 qram, 0,048 qram, 0,048 qram, 0,061 qram, 0,068 qram, 0,042 qram, 0,042 qram, 0,043 qram, 0,052 qram, 0,068 qram, 0,062 qram, 0,050 qram, 0,051 qram, 0,070 qram və 0,061 qram olmaqla ümumi təmiz çəkisi 3,083 qram, yəni külli miqdarda qəhvəyi rəngli maddə kütlələri olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd bükümdə öz aralarında kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram və 0,023 qram olmaqla ümumi təmiz çəkisi 0,363 qram ağ rəngli kristalşəkilli kütlələri olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, x xxxxxx 2020-ci il tarixdə axşam saatlarında polis əməkdaşları yaşadığı evə gəlib onu evdən döyərək polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu polis şöbəsinə gətirən polis əməkdaşları yenə də onu döyərək narkotik vasitə heroin və metamfetamini onun üzərinə qoymuşlar. O da qorxduğundan heroin və metamfetaminin ona məxsus olduğunu demişdir. Həmçinin ona demişlər ki, həmin narkotik vasitənin 1 bükümünü Elvin adlı şəxsə verdiyini bildirsin. O da polis əməkdaşlarına narkotik vasitələrin satışı ilə məşğul olmadığını demişdir. Polis şöbəsində olarkən polis əməkdaşları hüquqlarının müdafiəsi üçün təyin olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirib ona bildirmişlər ki, əgər üzərində narkotik vasitə və ya gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin, əks halda üzərinə baxış keçiriləcəkdir. O da baxış zamanı əynindəki göy rəngli cins şalvarının sağ cibindəki polis əməkdaşlarının əvvəlcədən ona verdikləri 16 büküm heroini və 2 büküm metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin maddələr heroin və metamfetamindir. Polis əməkdaşı üzərində şəxsi axtarış aprarmış, lakin təqdim etdiyi narkotik və psixotrop vasitələrdən başqa üzərindən saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Göstərilən narkotik və psixotrop maddələr polis əməkdaşları tərəfindən onun iştirakı ilə yerindəcə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı həmçinin üzərindən 10 manat pul və ona məxsus mobil telefon da götürülmüşdür. Bu barədə protokol tərtib edilib iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğunu, həmçinin üzərindən aşkar edilərək götürülmüş narkotik və psixotrop maddələrin qablaşdırıldığı zərfə o və digər iştirakçılar imza etmişlər. Üzərinə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Elvin adlı şəxs Xəzər rayonu ərazisində törətdiyi oğurluq cinayətinə görə polis tərəfindən hazırda axtarışdadır. Həmin narkotik və psixotrop vasitələr ona məxsus olmamışdır. Baxış zamanı üzərindən aşkar olunmuş narkotik və psixotrop vasitələri polis əməkdaşları ona vermişlər. Polis əməkdaşları ona fiziki və psixi təsir göstərmişlər. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsinə baxmayaraq onun həmin cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, x xxxxxx 2020-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, Şahid4 narkotik vasitələrin qəbulu ilə məşğul olur. Bundan sonra Şahid4 ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 daxil edilmişlər. Bundan sonra onlar Şahid4 narkotik vasitələrin qəbul ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Şahid4 ifşa etmək məqsədi ilə x xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə gedib orada müşahidələr aparmağa başlamışlar. Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində Şahid4 hərəkət etdiyini müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirib onu Xəzər RPİ-nin 1-ci PŞnə dəvət etmişlər. O da heç bir etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmişdir. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində şöbənin təhqiqatçısı Faiq Muradov tərəfindən Şahid4 hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X3 və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə ona hüquq vəzifələri izah olunmuş, sonra isə videoçəkiliş vasitəsi ilə Şahid4 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid4 üzərində qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Şahid4 də əynindəki göy rəngli cins gödəkcəsinin sağ cibində olan 1 büküm narkotik vasitə heroinə bənzər kütləni onlara təqdim etmişdir. Şahid4 həmin maddənin narkotik vasitə olduğunu bildirərək onu bir neçə saat əvvəl Mərdəkan qəsəbəsində yaşayan “Zaur” adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o və Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 və Xəzər RPİnin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 daxil edilmişlər. Bundan sonra o və qrupun digər üzvləri Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə Şüvəlan qəsəbəsinə getmişlər. x xxxxxx 2020-ci il tarixdə təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində hərəkət etdiyini müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİnin əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmişdir. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində şöbənin təhqiqatçısı Faiq Muradov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X3 və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki göy rəngli cins şalvarının sağ cibindən 1 ədəd şəffaf sellofana bükülü olan narkotik vasitə heroinə bənzər maddə və 1 ədəd sellofan paketin içərisində 17 ədəd xırda bükümlərdə heroinə və metamfetaminə bənzər kütlələri onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrdən həm özü istifadə etdiyini, həm də satışı ilə məşğul olduğunu bildirərək x xxxxxx 2020-ci il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitənin 1 bükümünü Mərdəkan qəsəbəsində Elvin adlı şəxsə 10 manata satdığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 218-220). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitələri əsasən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı adını bilmədiyi şəxslərdən alır. x xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsindən tanışı Zaur adlı şəxsdən 10 manat verərək narkotik vasitə heroin almış və həmin heroini cibinə qoyaraq üzərində saxlayıb gəzdirmişdir. Həmin gün saat 19:50 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində hərəkət edərkən ona 3 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrdən istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə onu Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin inzibati binasına getmişlər. Orada polis əməkdaşları hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirərək bildirmişlər ki, əgər üzərində narkotik vasitə və ya gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin, əks halda üzərinə baxış keçiriləcəkdir. O da başa düşmüşdür ki, polislər üzərinə baxış keçirsələr narkotik vasitəni aşkar edəcəklər, ona görə də əynində olan göy rəngli cins gödəkcəsinin sağ cibində olan 1 büküm narkotik vasitə olan heroini təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına həmin maddənin narkotik vasitə olan heroin olduğunu və bir neçə saat əvvəl Mərdəkan qəsəbəsində Zaur adlı şəxsdən özü istifadə etmək üçün 10 manata aldığını bildirmiş, həmin narkotik vasitədən başqa üzərində heç bir narkotik vasitə və qadağan olunmuş əşya olmadığını, polis əməkdaşı üzərində şəxsi axtarış apardığını, lakin təqdim etdiyi narkotik vasitə heroindən başqa üzərindən qanunla qadağan olunmuş heç bir maddə və ya əşya aşkar edilmədiyini demişdir. Göstərilən narkotik vasitə polis əməkdaşları tərəfindən onun iştirakı ilə qablaşdırıb götürülmüş, bu barədə protokol tərtib edilib iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğunu, həmçinin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin qablaşdırıldığı zərfi o və digər iştirakçılar imzalamışlar (cild 1, iş vərəqə 103-105). Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında x xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 şəxsi axtarış zamanı əynindəki göy rəngli cins gödəkcəsinin sağ yan cibində olan siqaretin göy rəngli kağızına bükülmüş spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddəni təqdim etmiş və həmin maddə təhqiqatçı tərəfindən götürülmüşdür (cild 1, iş vərəqə 27-28). Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında x xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ cibində olan 1 büküm şəffaf sellofana bükülmüş spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə, şəffaf sellofan paketin içərisində 17 ədəd siqaretin ağ kağızına bükülmüş spesifik iyə malik narkotik maddə heroinə bənzər maddə və ağ rəngli kristal şəkilli kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 62-63). Cinayət işinin materiallarında olan x xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 1 ədəd DVD diskə keçirilmiş xx xxxxxx 2020ci il tarixli baxış protokolundan görünür ki, Şahid4, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2, Xəzər RPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və Şahid4 hüquqlarını müdafiə edən Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Faiq Muradov tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Şahid4 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Şahid4 əynindəki göy rəngli cins gödəkcəsinin sağ yan cibindən siqaretin göy rəngli kağızına bükülmüş 1 ədəd narkotik vasitəni təqdim edərək həmin maddənin narkotik maddə olduğunu və şəxsi istifadəsi üçün Mərdəkan qəsəbəsi ərazisində “Zaur” adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Şahid4 təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Faiq Muradov tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 207). Cinayət işinin materiallarında olan x xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 1 ədəd DVD diskə keçirilmiş xx xxxxxx 2020ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2, Xəzər RPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Faiq Muradov tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ cibindən 1 büküm şəffaf sellofana bükülmüş və şəffaf sellofan paketin içərisində 17 büküm siqaretin ağ rəngli kağızına bükülmüş narkotik vasitəni təqdim edərək həmin maddələrin heroin və metamfetamin olduğunu bildirdi. Təqsirləndirilən şəxs həmin narkotik və psixotrop vasitələrdən həm özü istifadə etdiyini, həm də satdığını bildirərək Mərdəkan qəsəbəsi ərazisində Şahid4 1 büküm narkotik vasitə heroin satdığını dedi. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Faiq Muradov tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 208). Cinayət işinin materiallarında olan x xxxxxx 2020-ci il və xx xxxxxx 2021-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, şahidlər Şahid4, Şahid2, Şahid3 və Şahid1 ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 94-95; 253-258). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin x xxxxxx 2020-ci il tarixli 6/2416 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-nin “zərflər üçün №157” möhür əksi...Şahid4..” və s. yazılar və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,302 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin təmiz çəkisi 0,302 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,252 qram, cild 33-34). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin x xxxxxx 2020-ci il tarixli 6/2415 saylı rəyi ilə müəyyən edilmişdir ki: tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki (1 №-li zərf) 16 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,255 qram; 0,062 qram; 0,048 qram; 0,048 qram; 0,061 qram; 0,068 qram; 0,042 qram; 0,042 qram; 0,043 qram; 0,052 qram; 0,068 qram; 0,062 qram; 0,050 qram; 0,051 qram; 0,070 qram; 0,061 qram; ümumi təmiz çəkisi 3,083 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 16 bükümdəki heroin kütlələri öz aralarında və üzərində “...Şahid4..” və s. yazıları olan zərfdəki heroin kütləsi ilə kimyəvi tərkiblərinə görə eynilik təşkil edir (maddə barədə 7.11.2020-ci il tarixli 6/2416 saylı ekspert rəyində məlumat verilmişdir). 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram; 0,023 qram, ümumi təmiz çəkisi 0,363 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: Heroinin təmiz çəkisi 3,083 qram, tədqiqata sərf edildi 0,128 qram, qalıq 2,955 qram. Metamfetaminin ümumi təmiz çəkisi 0,363 qram, tədqiqata sərf edildi 0,06 qram, qalıq 0,303 qram, cild 1, iş vərəqə 72-73). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx xxxxxx 2020-ci il tarixli 3321 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 236-237). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİnin 1-ci PŞ-nin polis əməkdaşları tərəfindən şöbənin inzibati binasında döyülməsi və törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (cild 1, iş vərəqə 266-268). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi ümumi təmiz çəkisi 3,385 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 3,363 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 315-316). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3,083 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,363 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq çəkiləri 2,955 qram və 0,303 qram olan narkotik vasitələr Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmiş, cinayət işi üzrə əldə olunmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 304-313). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs X9 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin x xxxxxx 2011-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüşdür (cild 1, iş vərəqə 227, 266-273). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırki cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 6 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxxxxx 2020-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 48). İş materiallarında olan Xəzər rayon məhkəməsinin x xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli x xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 129-131). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 109,9 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq olan 2,955 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,303 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin qeyd edildiyi 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 109,9 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq olan 2,955 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,303 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin qeyd edildiyi 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-771/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-771/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver