Məhkəmə qərarları › İş №1(101)-771/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-771/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-771/2023 19.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10 və Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında pasport qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 may 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu 7 ünvanında yerləşən, vətəndaşların azad girib-çıxa biləcəyi binanın 4-cü blokuna daxil olub 6-cı mərtəbədə dəhlizə qoyulmuş, Zərərçəkmiş şəxs məxsus, məhkəmə -əmtəəşünaslıq ekspertizasının 13 iyul 2022-ci il tarixli qərarı ilə 550 manat dəyərində qiymətləndirilən “Vilano VL” markalı 26 ölçülü velosipedi gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, oğurluq əməli ilə əlaqədar ona elan edilmiş ittihamı qəbul edir. Tərəfindən törədilmiş oğurluq hadisəsi ittiham aktında təsvir edilmiş qaydada baş vermişdir. Belə ki, iş axtarmaq üçün Badamdar qəsəbəsinə getmiş, orada binaların birinə daxil olaraq velosipedin sahibsiz olduğunu görüb oğurlamışdır.Velosipedi pula ehtiyacı olduğuna görə götürmüş, 20 Yanvar ərazisinə həmin velosipedlə getmiş, 20 Yanvar metrostansiyası ərazisində həmin velosopedi tanımadığı şəxsə 40 manata satmışdır. Bu əməli tək həyata keçirmiş, etdiyi əməl barədə heç kəsə məlumat verməmişdir. Lakin üzərində külli miqdarda narkotik vasitənin aşkar edilməsi ilə bağlı ittihamı qəbul etmir. Belə ki, bir ilə yaxındır ki, narkotik vasitənin heroin növündən istifadə etsə də, tutularkən onun üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. Narkotik vasitəni axrıncı dəfə tutulmadan 15-20 gün əvvəl əldə etmişdir. Narkotik vasitəni hər dəfəsində 5-6 manat pul verməklə, birdəfəlik istifadə üçün bir çimdik duz qədər balaca kağıza bükülü şəkildə əldə edərək, 10-15 gün ara verməklə istifadə etmişdir. Narkotik vasitəni əldə edərkən qramını heç vaxt müəyyənləşdirməmiş, hesab edir ki, əldə etdiyi narkotik vasitənin miqdarı təxmini 0.1 qram olmuşdur. Hadisə baş verən gün yolda getdiyi yerdə saxlanılmış, bölməyə aparılacağı, izahatının alınacağı və ona 1-2 sual veriləcəyi bildirilmişdir. O, bölməyə aparılaraq işgəncəyə məruz qalmış, ona qarşı fiziki və psixoloji təzyiq göstərilmiş, daha sonra videoçəkiliş aparılmışdır. Barəsində həbs qətimkan tədbiri seçirlərkən məhkəmə iclasında və təcridxanada da işgəncəyə məruz qaldığını bildirmişdir. İstintaq Təcridxanasına müayinədən keçirilərkən tibbi kitabçasına üzərində xəsarətlərin aşkar edildiyi yazılmışdır. O, bu hadisə ilə bağlı şikayət də etmişdir. Məsuliyyətdən yayınmaq üçün belə ifadə verdiyi bildirilsə də, belə bir hal olmamışdır.Videoçəkiliş başlamadan öncə narkotik polis əməkdaşı tərəfindən onun cibinə qoyulmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında polis əməkdaşları yanında olmadığından narkotikin ona məxsus olmamasını bildirmişdir. Həmin məhkəmə iclasına onu müstəntiq aparmışdır. Bölmədə isə ona qarşı işgəncə olduğuna görə narkotikin ona məxsus olmaması ilə bağlı nəsə deyə bilməmişdir. Onu təhdid, təhqir etmiş, əlini arxadan bağlayaraq döymüşlər, döyülməklə bağlı istintaq dövründə araşdırma aparılmış, ifadəsini almışdırlar. İstintaq Təcridxanasına yerləşdirilənə qədər xəsarətləri qeydə alınmamışdır. Təcridxanada müayinə edilərkən xəsarətləri olması aşkar edilmiş, qeyd edilən xəsarətlərlə bağlı ekspertiza rəyi tərtib edilmişdir. Bölməyə gətirilməmişdən əvvəl yıxılmamışdır. Müdafiəçi isə yalnız videoçəkilişdən sonra gəlmişdir. Ona göz-qaşla döyüldüyünü demək istəmişdir. Lakin vəkil başa düşməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadə verərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsi oğurluq hadisəsini özündə əks etdirən və cinayət işi materiallarına əlavə edilmiş videogörüntülərə baxan zaman ona məxsus velosipedi sürüb aparardığını görmüşdür. Həmin velosipedi 1200 manata almışdır. Oğurlanmasaydı cari dövrdə qeyd edilən velosipedi 600 manata sata bilərdi. Ona dəymiş ziyanın ödənilməsini xahiş edərək təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi bölməyə gətirilən vaxt tanımışdır. Şəxslə bağlı xidmət etdiyi bölməyə əməliyyat məlumatı daxil olmamışdır. Müvafiq ərazidə xidmət apararkən danışıq tərzinə və özünü narahat hiss etdiyinə görə təqsirləndirilən şəxsin özünü şübhəli aparmasını hiss edərək ona yaxınlaşmışlar. Həmin an təqsirləndirilən şəxs özü narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan sonra onu bölməyə dəvət etmişdirlər. Bölmədə də, təhqiqatçının otağında üzərində olan narkotik vasitəni təqdim etmişdir. Onlar şəxsə təzyiq etməmiş, şübhəli şəxs qismində dəvət etmişdirlər. Onlar şəxsi şöbəyə aparmadan öncə, izahat vermiş, raport yazmışdırlar. Təqsirləndirilən şəxs tərəfindən onlara qarşı heç bir müqavimət göstərilməmiş, saxlanılan şəxs sərbəst olaraq oturmuşdur. Təqsirləndirilən şəxsi səhər saxlamış, axşam isə çəkiliş olmuşdur. Şəxsi təhqiqatçıya təhvil vermiş, təhqiqatçı tərəfindən şəxsin üzərinə axtarış keçirilməsində o da iştirak etmişdir. Ondan başqa orada vəkil, təhqiqatçı, bir də çəkilişi aparan şəxs olmuşdur.Şəxs özü üzərində olan narkotik vasitələri təqdim etmiş və həmin narkotik vasitələrin heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Onlar bölmədə saxlayan zaman üzərində narkotik vasitənin olduğunu bədəninin səpkilərindən, bədənində yaralar olmağıdan, ayağının şişməsindən görmüşdürlər. Şəxsin döyülməsi ilə bağlı prokurorluqda ondan izahat alınmışdır. İzahatında şəxsə qarşı heç bir təzyiq olmadığını bildirmişdir. Onu saxlayarkən şəxs tək olmuşdur. Həmin ərazidə telefon oğurluqları çox olduğundan ondan telefon oğurladığını soruşmuşdurlar. Şəxs özü səmimi etiraf etmişdir ki, Səbail rayonu ərazisindən velosiped oğurlamışdır. Sonradan eşitmişdir ki, dəyəri 1200-1300 manat olub. Onlar onu saxlayanda şəxsin üzərində xəsarət yox, narkotik vasitə yaraları olmuşdur. Yaralar şəxsin ayaqlarında olmuş, daxildən olan yaralar olmuşdur. Saxlanılarkən şəxsin üzündə-gözündə xəsarət görməmişdir. Şəxsin üzündə qeyd etdiyi yaralar olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi üzrə sahə inspektoru, polis leytenantı, Şahid2 ifadəsində göstərmişdir ki, xidmət apardıqları zaman vətəndaşı şübhəli şəxs qismində saxlamışdırlar. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı olmamış, proflaktik tədbirlərlə bağlı mütəmadi olaraq əraziyə çıxaraq yoxlama tədbirləri aparılan zaman vətəndaş özünü şübhəli apardığına görə saxlanılmış, ad və soyadı portal vasitəsilə dəqiqləşdirilmişdir. Əlləri- ayaqları şiş içində olduğundan şəxsin narkotik vasitələrin istifadəçisi olduğunu başa düşmüşlər. Polis əməkdaşı olduqları bildirildikdən sonra təqsirləndirilən şəxsə özünü şübhəli apardığı üçün 21-ci polis bölməsinə dəvət edildiyi izah edilmişdir. Bölmədə təhqiqatçının iştirakı ilə videoçəkiliş zamanı şəxs özü üzərindəki maddəni çıxararaq təqdim etmişdir. Şəxsə qarşı işgəncə verməmiş, fiziki-psixi təzyiq göstərməmişlər. Belə hallar olduqda müvəqqəti saxlama mərkəzi götürdükdə də akt tərtib edir. Şəxs barəsində fiziki zorakılıq olmadığından akt tərtib edilməmişdir. Şəxs bölməyə gətirildikdə onda xəsarət olmamışdır. Üzü və ya gözündə xəsarət olmasını yadina gəlmir. Saxlanıldığı zaman üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən onlara qarşı müqavimət göstərilməmişdir. Şəxsin geyiminin necə olduğu yadına gəlmir. Narkotik vasitəni şəxsin sağ cibindən aşkar edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 22 may 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxs Teymur Müslümzadənin iştirakı ilə hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu 7 ünvanında yerləşən, vətəndaşların azad girib-çıxa biləcəyi binanın 4-cü blokuna daxil olub 6-cı mərtəbəsinə baxış keçirilmişdir(cild 1, iş vərəqə 128-130) 22 may 2022-ci il tarixli “ Video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş videogörüntü olan diskə baxış zamanı Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus olan “Vilano VL” markalı, 26 ölçülü velosipedi oğurlaması müəyyən edilmişdir ( cild 1, iş vərəqə 131) 13 iyul 2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 il əvvəl yeni vəziyyətdə alınmış, 01 ədəd 26 ölçülü “Viano VL” markalı velosipedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 550,00 manat müəyyən edilmişdir (cild 1, iş vərəqə 149-151). 03 noyabr 2022-ci il tarixli “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayonu, Badamdar yolu 7 ünvanında yerləşən sarı rəngli fasad boyası olan 12 mərtəbəli binanın 4-cü blokun 6-cı mərtəbəsində yerləşən 31 nömrəli mənzilin giriş qapısından mavi rəngli velosipedi götürərək pilləkənlə birinci mərtəbəyə düşürmüşdür (cild 1, iş vərəqə 192- 196). 08 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, polis əməkdaşları Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə yaxınlaşaraq özünü təqdim etdikdən sonra üzərində cinayət məsuliyyətinə səbəb ola biləcək qanunla qadağan olunmuş hər hansı bir əşya, eləcə də narkotik vasitə olub olmaması güman edildiyindən həmin şəxsi polis bölməsinə dəvət etmişlər ( cild 1, iş vərəqə 3). 08 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə ünvan 5 ünvanının qarşısından bölməyə gətirilməmişdən əvvəl yıxılmış, üz, alın və qol nahiyələrində xəsarətlər aşkar olunmuşdur (cild 1, iş vərəqə 4). 08 sentyabr 2022-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, bükümə baxış keçirilən zaman bükümün içərisində olan tünd qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmiş və o bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin, yəni “kakos” olduğunu və Papanin adlanan yerdən tanımadığı şəxsdən 08 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində 40 manata almasını bildirmişdir ( cild 1, iş vərəqə 47-52). 09 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün №188” möhür əksi, “Şübhəli şəxs...Təqsirləndirilən şəxs...” və s.sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,570 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,520 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 62-64). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən zor tətbiq edilərək döyülməsi və üzərinə narkotik vasitə qoyulması barədə ifadə vermişdir(Cild 1, iş vərəqə 62-64). 03 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 103- 104). 15 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,570 qram narkotik vasitə hesab olunan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq çəkisi 2,520 qram təşkil edən narkotik vasitə hesab olunan heroinin saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin sübutların saxlanma otağına təhvil verilməsi müəyyənləşdirilmişdir (cild 1, iş vərəqə 221-230). İttiham aktından görünür ki, təqsirləndirilən şəxs həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,570 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 08 sentyabr 2022-ci il tarixdə saat 16:00-da ünvan 6 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 01 bükümdə, təmiz çəkisi 2,570 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə istintaqı yolu ilə hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, onların əməlində cinayət tərkibi müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə verdiyi ifadələrdən görünür ki, oğurluqla bağlı ittihamı qəbul etsə də üzərindən aşkar edilən narkotik vasitənin ona aid olmadığını bildirərək döyülməsi səbəbindən həm şəxsi axtarış istintaq hərəkətlərinin videogörüntüləri qeydə alınarkən üzərindən narkotik vasitə çıxararaq təqdim etməyə, həm də ibtidai istintaq zamanı etirafedici ifadələr verməyə razı olduğunu bildirmişdir. Barəsində guya tutulmamışdan əvvəl yıxılması barədə akt tərtib edilsə də həmin akta da döyülməsi səbəbindən imza etmişdir. Cinayət işi materiallarından görünür ki, şəxs şübhəli şəxs qismində tutulduqdan və barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparıldıqqdan sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 232 və 234-cü maddələrinin tələblərinə uyğun olaraq dindirilməmiş, ondan yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar edilməklə izahat alınmışdır. 10 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən isə o, saxlanılan zaman hər hansı fiziki və psixi təzyiqə məruz qalması barədə suala xeyr cavabı versə də, təqsirləndirilən şəxs qismində yenidən dindirilərkən həmin suala cavab hissəsi ümumiyyətlə açıqlanmayaraq boş qalmışdır. Bundan başqa hər iki dindirmə protokolundan görünür ki, elan edilmiş ittiham üzrə özünü təqsirli bilib-bilməməsi məsələsi aydınlaşdırılarkən həmin xanada əlyazma ilə “təqsirli bilirəm” deyil “təqsirli bilir” yazılmışdır. Raportda təqsirləndirilən şəxsin özünü şübhəli apardığına görə üzərində cinayət məsuliyyətinə səbəb ola biləcək qanunla qadağan olunmuş hər hansı bir əşya, eləcə də narkotik vasitə olub-olmaması güman edildiyindən onun polis bölməsinə dəvət olunduğu, habelə şahidlər Şahid2 və Şahid1 şifahi sorğu zamanı suallarına təqsirləndirilən şəxsin vermiş olduğu cavabların onlarda şübhə yaratdığını bildirmələri göstərilsə də məhkəmə iclasında hər iki şahid əlləri- ayaqları şiş içində olması səbəbindən təqsirləndirilən şəxsin narkotik vasitələrin istifadəçisi olduğunu başa düşdüklərini bildirmişlər. Təqsirləndirilən şəxs isə eyni xüsusat üzrə ifadə verərkən yolda getdiyi yerdə saxlanıldığnı, bölməyə aparılacağı, izahatının alınacağı və ona 1-2 sual veriləcəyi bildirildiyini, bölməyə aparılaraq işgəncəyə məruz qaldığını, ona qarşı zor və psixoloji təzyiq tətbiq olunduğunu, daha sonra videoçəkiliş aparıldığını, həm barəsində həbs qətimkan tədbiri seçirlərkən, həm də təcridxanaya daxil olarkən döyülməsini qeyd etdiyini göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərinin qeydə alındığı DVD diskə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs alın, göz üstü, göz altı nayihələrində gözlə görünən şişkinlik, üzərinə baxış keçirilərkən yerindən qalxaraq hərəkət edərkən axsadığı müşaiyət olunmuşdur. Bundan başqa təqsirləndirilən şəxsin ifadəsi əsasında barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar yerləşdirildiyi İstintaq Təcridxanasından əldə edilmiş tibbi kitabça sənədlərinin surətindən görünür ki, təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirmiş, onda hər iki göz nahiyəsi sarımtıl yaşıl, sol kürək nahiyəsində sarımtıl yaşıl, sol bazunun arxa sükan 1/3-i tünd bənövşəyi qançırlar, sol baldır yumşaq toxuma əziyi xəsarətləri, çoxsaylı işemik yaralar aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 26 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar Bakı İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçirilməsi zamanı bədəni üzərində xəsarətlərin aşkar edilməsi faktı üzrə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılmış və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması faktı ilə bağlı cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işi başlanılması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs araşdırma zamanı da məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi xüsusatları vurğulayaraq 08 sentyabr tarixdə dörd nəfər mülki geyimli şəxslərin nahardan sonra yaşadığı evin yaxınlığında ona yaxınlaşaraq şübhəli olmağına görə bölməyə getməli olduğunu və izahatını alacaqlarını bildirsələr də ona işgəncə vermiş, həmin işgəncəyə dözə bilmədiyi üçün onların dedikləri ilə razılaşmış, bundan sonra üzərinə narkotik vasitə qoyulmuş və videoçəkiliş aparılmışdır. Qərardan görünür ki, araşdırma ilə əlaqədar izahatı alınmış X8 əvvəllər təqsirləndirilən şəxsi tanımamış heç bir münasibəti olmamışdır, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin istifadəsi və şəxsi istehlak miqdarından artıq həddə daşınması ilə bağlı əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs tutularkən o və digər polis əməkdaşları tərəfindən hər hansı xəsarət yetirilməmiş, aralarında heç bir mübahisə baş verməmişdir. Araşdırma materialına əlavə edilmiş, X8 tərəfindən tərtib olunmuş və Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş aktdan isə görünür ki, sonuncu üzərində aşkar edilmiş xəsarətləri tutulmamışdan əvvəl almışdır. Məhkəmə qərarda göstərilənlərlə bağlı əvvəla bildirir ki, cinayət işi materiallarına əlavə edilmiş raportdan, həm ibtidai istintaq dövründə, həm də məhkəmə iclasında verilmiş şahidlərin ifadələrindən görünür ki, təqsirləndirilən şəxsin tutulmasına əsas onun özünü şübhəli aparması olmuş, yuxarıda göstərilən qərarda vurğulandığı kimi barəsində hər hansı əməliyyat məlumatı daxil olmamış, şəxsin tutulmasında isə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları Şahid2 və Şahid1 iştirak etmiş, aktın özü isə Fərid Məmmədov tərəfindən deyil, Orxan Məmmədov tərəfindən tərtib edilməklə təqsirləndirilən şəxs və yuxarıda adı sadalanan polis əməkdşları tərəfindən imzalanmışdır. Göründüyü kimi araşdırma ilə bağlı izahatı alınmış X5 nə şübhəli şəxsin tutulmasında, nə müvafiq aktın tərtib və imzalanmasında iştirakı cinayət işi materialları ilə təsdiq olunmaamışdır. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bədən səthində xəsarətlər aşkar edilməsi barədə məlumat üzrə aparılan araşdırma hazırkı cinayət işi materialları ilə uyğunluq təşkil etməməklə həqiqəti əks etdirmir. Məhkəmə həmçinin bildirir ki, cinayət işinin başlanılması rədd edilərkən qəbul edilmiş qərarda istinad edilən məhkəmə tibb ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş hər iki göz nahiyəsi sarımtıl yaşıl, sol kürək nahiyəsində sarımtıl yaşıl, sol bazunun arxa yuxarı 1/3-nin tünd bənövşəyi rəngli qançırı, sol baldırın yumşaq toxumalarının əziyi xəsarətləri bərk küt əşyanın təsirindən onun təcridxanaya üzərinə baxış keçirildiyi vaxtdan, yəni 12 sentyabr 2022-ci il tarixdən 4-6 gün əvvəl əmələ gəlmişlər,müxtəlif şəraitlərdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aiddir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tutularkən hər hansı xəsarətlərin olubolmaması məsələsinə aydınlıq gətirilərkən dindirilmiş şahidlərdən hər biri isə təqsirləndirilən şəxsin üzündə-gözündə hər hansı xəsarət müşaiyət etmədiyini, təqsirləndirilən şəxsin ümumiyyətlə onlara müqavimət göstərmədiyini bildirmişlər. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs tutulmamışdan əvvəl xəsarət alması barədə akt imzalayarkən, şübhəli şəxs qismində qanunvericiliklə nəzərdə tutulmuş qaydada dindirilmədən izahat verərkən, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra birbaşa təqsirləndirilən şəxs qismində dindirilərkən 10 sentyabr 2022-ci il il tarixdə polis əməkdaşlarının təsiri altında olmuşdur. Yuxarıda sadalanan sübutlarin məcmu şəkildə tədqiqi məhkəməyə belə qəanətə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə aparılarkən tam sağlam olmuş, sonradan 10 sentyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasında daxil olarkən bədənində aşkar edilmiş “hər iki göz nahiyəsi sarımtıl yaşıl, sol kürək nahiyəsində sarımtıl yaşıl, sol bazunun arxa sükan 1/3-i tünd bənövşəyi qançırlar, sol baldır yumşaq toxuma əziyi, çoxsaylı işemik yaralar”dan ibarət xəsarətləri, bundan başqa məhkəmə tibb ekspertizasının 05 noyabr 2022-ci il tarixli rəyində qeyd olunmuş “hər iki göz nahiyəsi sarımtıl yaşıl, sol kürək nahiyəsində sarımtıl yaşıl, sol bazunun arxa yuxarı 1/3-nin tünd bənövşəyi rəngli qançırı, sol baldırın yumşaq toxumalarının əziyi xəsarətləri”ndən ibarət xəsarəti 08 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində alması tam təsdiq olunur. Bu hallar isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-cı X7 Şöbəsində 08 sentyabr 2022-ci il tariхdə şəxsi axtarış və götürmə aparılarkən videogörüntü altında izahat verərkən, 08 sentyabr 2022-ci il tarixdə izahatı alınarkən, həmçinin 10 sentyabr 2022-ci il tariхdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ittiham üzrə qismən təqsirli bilib narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün əldə etdiyini bildirməsi zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadələrinin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin təsiri altında alınmasını təsdiq edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs həmin ifadələri, 08 sentyabr 2012-ci il tariхdə şəxsi axtarış və götürmə aparılma protokolu, həmin istintaq hərəkətinin videogörüntülərini özündə əksa etdirən DVD disk, habelə tutulmamışdan əvvəl xəsarət alması barədə tərəfindən imzaladığı akt Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən sadalanmış digər hallarla yanaşı insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə), habelə zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə) əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Həmçinin qeyd olunmalıdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı i tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Adı çəkilən Qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X1 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X3 Azərbaycana qarşı şikayəti ilə bağlı iş üzrə qəbul etdiyi qərarda (11 yanvar 2007-ci il) məhkəmə belə bir nəticəyə gəlmişdir ki, “şəxs həbsdə olarkən zədələndiyi hallarda, zədələrin səbəbləri ilə bağlı qənaətbəxş və inandırıcı izahatların təqdim olunması ilə əlaqədar sübutetmə yükü hakimiyyət nümayəndələrinin üzərinə düşür”. Məhkəmə kollеgiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə qarşı vеrdiyi еtirafеdici ifadələrinə bir daha münasibət bildirərək qеyd еdir ki, Cinayət Prosеssual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Lakin iş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, daşıması, saxlanılması barədə ümumiyyətlə əməliyyat məlumatı olmamış, o məhz özünü şübhəli aparmasına görə saxlanılaraq bölməyə gətirilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimdən və hardan əldə etməsi və bu istiqamətdə digər məsələlərin aydınlaşdırılması barədə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə 12 sentyabr 2022-ci il tarixdə verilmiş əməliyyat tapşırığına əsasən sonuncu bölmənin rəisi tərəfindən 01 oktyabr 2022-ci il tarixdə imzaladığı məktubda Təqsirləndirilən şəxs narkotik vasitə heroin satan şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirlərinin müsbət nəticə əldə edilməməsi göstərilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cari məhkəmə iclaslarında narkotik vasitənin ona aid olmaması barədə verdiyi ifadələri məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarına uyğun ifadələr olduğuna görə inandırıcı və mötəbər sübutlar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvеriciliyə uyğun mövqе formalaşmışdır. Bеlə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tariхli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar еdilən еtirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə pеrspеktivləri üçün hər hansı həllеdici nəticələr doğurmur. (bеlə bir mövqе Con Mürrеyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollеgiyası hеsab еdir ki, təqsirləndirilən şəхsin еtirafеdici ifadəsi bir sübut növü kimi digər sübutlardan hеç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəхsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası tərəfindən aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs verdiyi ifadələrinin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs narkotik vasitə heroinin saxlaması və gəzdirməsi öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs Nəsimi rayon Polis İdarəsinin 20-cı Polis Bölməsinə 08 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində gətirilməsi, ona polis əməkdaşları tərəfindən zorakılıq, işgəncə və digər qəddar, qeyriinsani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi yolu ilə özünə qarşı ifadələrinin alınması ilə bağlı hadisənin məhz yuxarıda təsvir olunan qaydada cərəyan etməsi isə kifayət qədər şübhəli “sübutlar”dan ibarət olan cinayət işinin materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir.Hakim qanunu və vicdanını rəhbər tutaraq cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 23 avqust 2007-ci ildə dərc olunmuş “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il tarixli Beynəlxalq Paktın 14-cü maddəsinə dair 32 saylı ümumi şərhində BMT-nin İnsan Hüquqları Komitəsi təqsirsizlik prezumpsiyası ilə əlaqədar bildirmişdir ki, insan hüquqlarının müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edən təqsirsizlik prezumpsiyası ittiham tərəfinin üzərinə ittihamı sübut etmək vəzifəsini qoyur, ittiham əsaslı şübhə yeri qalmadan sübuta yetirilməyənə qədər şəxsin təqsirkar sayılmamasını təmin edir, təqsirliliklə əlaqədar şübhənin təqsirləndirilən şəxsin xeyrinə həll olunmasını təmin edir və cinayət əməlində təqsirləndirilən şəxs ilə təqsirsizlik prezumpsiyasına uyğun surətdə davranılmasını tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı külli miqdarda 2,570 qram çəkidə narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktı üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, Nəsimi rayon Polis İdarəsində saxlanılan yuxarıda qeyd olunmuş maddi sübutlar, eləcə də şəxsi axtarış istintaq hərəkətinin videogörüntüsünü əks etdirən 1 (bir) ədəd disk həmin materiallara əlavə edilməlidir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyinin sübuta yetirilməməsi - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmaması və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etməsi əsası ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə bəraət verilməli, o, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə və həmin maddənin Qeyd hissəsinə əsasən əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda oğurluq, yəni özgə əmlakını gizli talama əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə icraatı zamanı “Vilano VL” markalı 26 ölçülü velosipedini gizli olaraq talaması ilə əlaqədar etirafedici ifadələrini, zərərçəkmiş şəxsin ifadələri, məhkəmə- əmtəəşünaslıq ekspertizası rəyi, velosipedin təqsirləndirilən şəxs tərəfindən oğurlamasının videogörüntülərini özündə əks etdirən DVD diskin məlumatlarını birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir, həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs oğurluqla bağlı əməlindən peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirməsini, talanan əmlakın dəyərini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 21-22), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 180-183). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs həbsdə olduğu müddəti aşmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 507.3.4-cü maddəsinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli,o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd DVD disk Təqsirləndirilən şəxs cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən “Vilano VL” markalı 26 ölçülü velosipedin qiymətləndirilməsi üçün çəkilmiş 50 (əlli) manat məbləğində məhkəmə -əmtəəşünaslıq ekspertizasının xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (149). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində, pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”, haqqında 3 mart 2005-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 350-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən həbsdə olması və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə həbsdə olduğu müddəti aşmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi əsası ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 507.3.4-cü maddəsinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. “Vilano VL” markalı 26 ölçülü velosipedin qiymətləndirilməsi üçün çəkilmiş 50 (əlli) manat məbləğində məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı hissədə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə mindikdən sonra həmin hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,520 qram təşkil edən heroin, eləcə də hazırkı cinayət işi materiallarında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk həmin materiallara əlavə edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Məhkəmə mərhələsində göstərilmiş 50(əlli) iş saatı hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar