Məhkəmə qərarları › İş №1(101)-771/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-771/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-771/2024 20.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri X3 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, 06 dekabr 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, 09 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 11 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq soyuq silah əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində üzərində gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 fevral 2023-cü il tarixdə saat 18:35-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4 yerləşən Baş idarəyə gətirilib, həmin gün saat 20:10-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin iç yan cibindən soyuq silah hesab edilən 1 ədəd qara rəngli metaldan hazırlanmış, dayaq və barmaq keçirmək üçün nəzərdə tutulmuş vurucu hissədən ibarət, üzərində 23 millimetr diametrində dörd ədəd dairəvi formalı dəlik olan, 110x56 millimetr qabarit ölçüdə və 05 millimetr maksimal qalınlıqda olmaqla, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik, istifadəyə yararlı və üzərində hər hansı dəyişiklik edilməmiş predmet aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs naməlum mənbədən, məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıları»na salınmış külli miqdarda olmaqla bir ədəd bükümdə 6,652 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu ərazisində daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 fevral 2023cü il tarixdə saat 18:35-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 5erləşən Baş idarəyə gətirilib həmin gün saat 20:10-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins materiallı şalvarın sol yan cibindən bir ədəd bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda - təmiz çəkisi 6,652 qram ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs sonuncu əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanılması və daşınması kimi qiymətləndirilmiş, həmin hissədə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədi. O, ifadəsində göstərdi ki, 2023-cü ilin fevral ayının 7-də «Tik-Tok» sosial şəbəkəsində bir çəkiliş etmişdir. «YouTube»da isə Rusiyada həbsdə olan həmyerlilərinə qarşı edlən haqsızlıqlarla bağlı çəkiliş etmişdir. O, həmin çəkilişdə bildirmişdir ki, Rusiyada olan həmvətənləri bir-birilərinə arxa-dayaq olsunlar. Həmin videoyazını çəkməsindən iki gün sonra, yəni fevral ayının 9-da ona bir xanım zəng etmiş, həmin xanım ona poçtun işçisi olduğunu, ona çatacaq bir məktubun olduğunu və avtovağzal ərazisində görüşərək məktubu ona verəcəyini bildirmişdir. O, həmin xanıma məktubu ünvana göndərməsini desə də, xanım razılaşmamışdır. Buna görə də, avtovağzala yaxınlaşmış və xanımın orada onu gözlədiyini görmüşdür. Xanım ona yaxınlaşanda məktubu götürmək üçün maşının şüşəsini endirmişdir. Xanım bəzi sənədlərin olduğunu və imza etməli olduğunu bildirib, özünün oturması üçün qapını açmasını ondan xahiş etmişdir. O, qapını açandan sonra xanım maşına oturarkən ardınca bir neçə mülki geyimli şəxslər maşına doluşmuşlar. Həmin şəxslər onu döyə-döyə maşından düşürmüş və boz rəngli «Hyundai Elantra» markalı maşına mindirib maşında döyə-döyə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparmışlar. Orada həmin şəxslər onu «rəis» kimi müraciət etdikləri şəxsin qəbuluna aparmışlar. Həmin şəxs ona "bu nə videodur, çəkmisən?" deyə soruşmuş, o da, "nə çəkmişəm ki, bir azərbaycanlı kimi demişəm ki, bir-birinizdən muğayat olun, sizi incitməsinlər" şəklində cavab vermişdir. Həmin şəxs ondan namaz qılıb-qılmadığını soruşmuş, o da, qıldığını bildirmişdir. Daha sonra ondan namazı möhürlə ya möhürsüz qıldığını soruşmuş, o da, möhürlə qıldığını bildirmişdir. Bundan sonra həmin şəxs "aparın, İrandan keçənlərdəndir" sözlərini demişdir. O, 8 gün orada döyülmüş, itin zülmünü çəkmişdir. Ona işgəncə verildikdən sonra sənədləri imzalamışdır. Bu günə qədər də onun bədənində xəsarət izləri vardır. Üstündə siqaretə qədər söndürmüşlər. Özü «panikatak» xəstəsidir, atası müharibə veteranıdır, dördüncü sinifdən atasına kömək edib çörək pulu qazanmışdır. Narkotik vasitə çəkməsi və ya satması ona yaraşmır. O, 4 il Penitensiar xidmətdə nəzarətçi işləmiş, həmin vaxt narkotik vasitələr qəbul etməmişdir. Hətta siqaret belə çəkməmişdir. Sidiyindən, qanından analiz götürülsə və bir şey çıxsa, o, bunlarla razılaşa bilər. Sonda polis işçiləri ona narkotik vasitəni qəbul etməyəcəyi halda, atasını və qardaşını da gətirəcəklərini, maşından kilo ilə narkotik çıxaracaqlarını bildirmişlər. Bundan sonra o, məcbur olub deyilənlərlə razılaşmış və sənədlərə imza etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs özünün 2023-cü il fevral ayının 9-da saxlanıldığını, bir həftə sonra Nərimanov rayon Məhkəməsinə çıxarıldığını, həmin məhkəmədə bir dəfə olduğunu, polis əməkdaşları tərəfindən saat 6-7 radələrində avtovağzal ərazisində saxlanıldığını, 6 gündən sonra videoçəkiliş aparıldığını, videoçəkilişdən əvvəl ona "narkotiki qoy cibinə, biz deyəndə çıxarıb təqdim edərsən" sözlərini dediklərini, o da, həmin şəxslərin dediyi kimi etdiyini, tibbi müayinədən keçdiyini, bu zaman bədənində xəsarət izlərinin olduğunu, həmin vaxt ona işgəncə verildiyini, onun avtoqəza keçirdiyini, lakin orada yalnız çiyninin sıxıldığını, ekspertin ondan avtoqəza keçirməsi bağlı bir şey soruşmadığını, tutulandan bir neçə gün sonra apellyasiya məhkəməsinə çıxan zaman vəkili gördüyünü, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində dindirilərkən ona vəkil təqdim edildiyini, avtoqəzadan sonra bədənində xəsarət izlərinin qalmadığını, idarədə onu ikinci mərtəbəyə qaldırdıqlarını, tutulan zaman əynində kurtka olduğunu, gödəkcə olmadığını, Bakı İstintaq Təcridxanasına gələndən sonra orada onu boksa gətirdiklərini və döydüklərini, polis əməkdaşlarının siqaretlərini onun bədənində söndürdüklərini, başına Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində dəyənəklə xəsarət yetirildiyini, sonra həmin idarədə ona gödəkcə verdiklərini, işgəncə verən şəxsləri görsə tanıya biləcəyini, onların adlarını bilmədiyini, 2014-2018-ci ilə qədər Penitensiar xidmətdə işlədiyini, onu BİT-da həkimin qəbul etdiyini, lakin onun ekspert olmadığını, məhkəməyə aparılan zaman bu gün ayın neçəsi olduğunu soruşduğunu, orada ona həftənin dördüncü günü olduğunu dediklərini, BİT-da olanda həkimə avtoqəza keçirməyi və döyülməyi barədə dediyini, narkotik vasitəni onun cibinə Turqay adlı polis işçisinin qoyduğunu, beşbarmağı isə qara dərili bir əməliyyatçının qoyduğunu məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək həmin ifadəsində göstərmişdir ki, hərdənbir psixotrop maddə metamfetamini çəkmək yolu ilə istifadə edir. Tutulmamışdan təxminən iki gün əvvəl yaşadığı evin yaxınlığında yerdən psixotrop maddə metamfetamin tapıb üzərində gəzdirməyə başlamışdır. 09 fevral 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şossesi 3/13A ünvanının yaxınlığında idarə etdiyi “KİA Sorento” markalı, **-HH-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq bildirmişdir ki, hazırda üzərində narkotik maddə “şüşə” vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə həmin polis idarəsinə getmişdir. Daha sonra müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, üstündə narkotik maddə olduğunu bildirib əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaf bükülünü çıxarıb təqdim etmişdir. Daha sonra o, əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən 1 ədəd qara rəngli dəmir predmeti və şalvarın sağ yan cibindən 1 ədəd mobil telefonu və 1 ədəd avtomobil açarını masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 1 ədəd «Redmi» markalı mobil telefona baxış keçirilmiş, telefonun özünə məxsus olmasını, içərisində 055 ***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Açarın idarə etdiyi “Kia Sorento” markalı, **-HH-*** qeydiyyat nişanlı avtomobilə aid olmasını demişdir. Daha sonra təqdim etdiyi 1 ədəd dəmir «beşbarmağa» və 1 ədəd şəffaf selofan bükümə baxış keçirilmişdir. Həmin büküm açıldıqda, içərisində ağ rəngli, kristallik formada “şüşə” adı ilə tanıdığı psixotrop maddə olması müəyyən edilmişdir. O, üstündən aşkar edilmiş 1 ədəd selofan bükümdə olan maddəni “şüşə” olaraq bildiyini, həmin maddəni təxminən 2 gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, bu maddələrin onda maraq yaratdığını və gələcəkdə şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, əvvəllər narkotik maddələrdən istifadə etmədiyini, üstündən aşkar olunmuş maddələri heç kimə satmaq, hədiyyə və ya pay vermək niyyətində olmadığını, üstündən aşkar edilmiş 1 ədəd qara rəngli «beşbarmaq» tipli dəmir predmeti də 1 gün əvvəl Binəqədi rayonu, «Avtovağzal» dairəsi yaxınlığında yerdən tapdığını, bu predmetin də onda maraq yaratmasını, bu səbəbdən üstündə saxlamaqla daşımasını, üzündə olan xəsarət izlərinin bir neçə gün əvvəl keçirdiyi yol-nəqliyyat hadisəsi zamanı yarandığını, həmin yol nəqliyyat hadisəsi zamanı çiyin və bel nahiyələrindən də xəsarət aldığını, hər hansı polis əməkdaşından şikayəti olmadığını, ona qarşı heç bir psixi və ya fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 1 ədəd selofan bükümdə olan maddə 1 ədəd kağız zərfdə, eləcə də 1 ədəd qara rəngli «beşbarmaq» tipli əşya 1 ədəd kağız zərfdə qablaşdırılmışdır. Daha sonra hər iki kağız zərf möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda üstündən aşkar edilmiş 1 ədəd “Redmi” markalı mobil telefon polis tərəfindən götürülmüş, 1 ədəd avtomobil açarı isə özünə qaytarılmışdır. Daha sonra idarə etdiyi “Kia Sorento” markalı, **-HH-*** qeydiyyat nişanlı avtomobilinə videoçəkilişlə baxış keçirilmiş, bu zaman avtomobildən hər hansı şübhəli əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 73-75). Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsində, həmçinin ilkin araşdırma zamanı verdiyi izahatında da eyni xüsusatları göstərmişdir (cild 1, iş vərəqi 46-48, 63-65). Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsi Bakı-Sumqayıt yolunda saxlayıb Baş idarəyə gətirmişlər. İdarəyə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman bir bükümdə psixotrop maddə metamfetamin və bir ədəd «beşbarmaq» aşkar olunaraq götürlümüşdür. Proses iştirakçılarının suallarını cavablandıran Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əməliyyat tədbirinin 09 fevral 2023-cü il tarixdə təxminən avtovağzal tərəfdə keçirildiyini, şəxsin saxlanıldığı yeri dıqiq xatırlamadığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə əməliyyat məlumatının ona daxil olduğunu, Təqsirləndirilən şəxs saxlanılan vaxt heç bir narazılıq bildirmədiyini, onu maşınının qarşısında dayandığı vaxt saxladıqlarını və öz maşını ilə idarəyə gətirdiklərini, həmin vaxt Fəridin maşında arxada bir polis əməkdaşının yanında oturduğunu, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdiklərini, yol tıxac olduğu üçün idarəyə bir az gec gəlib çıxdıqlarını, şəxsi xidməti otaqda təhqiqatçıya təqdim etdiklərini, lakin təhqiqatçının kim olduğunu hazırda xatırlamadığını, axşam saat 9-a işləmiş videoçəkiliş aparıldığını, bu zaman müdafiəçinin iştirakının təmin olunduğunu, videoçəkiliş aparılan zaman özünün də iştirak etdiyini, əməliyyat tədbirində iştirak edən bütün şəxslərin videoçəkilişdə iştirak etdiyini, çəkiliş zamanı Təqsirləndirilən şəxs özünün psixotrop maddəni və beşbarmağı çıxarıb təqdim etdiyini, şəxsin narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olduğunu, lakin narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı məlumat olmadığını, sorğu zamanı şəxsin həmin psixotrop maddəni tapdığını bildirdiyini, şəxsin başqa qanunsuz işlərlə məşğul olması barədə onda hər hansı məlumat olmadığını, tutularkən və polis idarəsində olarkən şəxsə qarşı hər hansı təsir və təzyiq olunmadığını, sonradan keçirilmiş tədbirlərlə də şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsinin sübut olunmadığını, Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadə məqsədi ilə saxladığını bildirdiyini, əməliyyat tədbirinin keçirilməsi barədə qərarı onun qəbul etdiyini, əməliyyat məlumatı ilə bağlı rəhbərliyə raportla müraciət edildiyini, əməliyyat məlumatlarının qeydiyyatının aparıldığını, məlumat verən şəxs barəsində məlumat verə bilməyəcəyini, şərait imkan vermədiyi üçün saxlanılan yerdə baxış keçirə bilmədiklərini, saxlanılan vaxtı Təqsirləndirilən şəxs üzərində xəsarət izlərinin olub-olmamasını xatırlamadığını, polis əməkdaşları tərəfindən Fəridə şər hansı xəsarət yetirilmədiyini, psixotrop maddənin şəffaf selofana bükülmüş vəziyyətdə olduğunu, narkotik vasitənin kütləsinin çəkilibçəkilməməsini xatırlamadığını, şəxsi axtarışın xidməti otaqda keçirildiyini, otaqda işığın yandığını və təqsirləndirilən şəxsin üzünü gördüyünü, lakin onun üzündə xəsarət izlərinin olmadığını, Təqsirləndirilən şəxs psixotrop maddəni üzərinə götürməsini təklif etmədiyini, videoçəkilişin kimin tərəfindən aparıldığını xatırlamadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsi Bakı-Sumqayıt yolunda saxlayıb Baş idarəyə gətirmişlər. İdarəyə gətiriləndən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı bir büküm psixotrop maddə metamfetamin və bir ədəd «beşbarmaq» aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsin avtomobilinə də baxış keçirilmiş, lakin avtomaşından qanunla qadağan olunan hər hansı əşya aşkar olunmamışdır. Proses iştirakçılarının suallarını cavablandıran Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsin narkotik vasitəni özünün təqdim etdiyini və öz istifadəsi üçün gəzdirdiyini bildirdiyini, saxlanılan vaxt təqsirləndirilən şəxs tərəfindən heç bir narazılıq olunmadığını, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq olunmadığını, lakin sifətində ləkə kimi nəsə olduğunu, həmin ləkənin soyuqdan və ya havadan əmələ gəldiyini bildirdiyini, əməliyyat tədbirində üç nəfər polis əməkdaşının iştirak etdiyini, saxlanılan vaxt şəxsin yanında başqa kimsənin olmadığını, əməliyyat tədbirində əməliyyat qrupunun üzvlərinin iştirak etdiyini, tədbirə xidməti maşınla getdiklərini, həmin vaxt maşını kimin sürdüyünü xatırlamadığını, tədbirdən qayıdan zaman təqsirləndirilən şəxsin maşınında onunla birlikdə oturduğunu, iş yoldaşı Turqayın isə maşını sürdüyünü, əməliyyat məlumatının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olduğunu, təqsirləndirilən şəxsin onun tərəfindən döyülmədiyini bildirdi. Məhkəmə iclasında şahid - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən, onun həmkarları Şahid1 və Şahid3 məhkəmədə verdiyi ifadələri ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 210-213). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 09 fevral 2023-cü il tarixli raporta əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməkdə və daşınmaqda şübhəli bilindiyi üçün 09 fevral 2023-cü il tarixdə saat 18:35-də ünvan 7 ünvanın yaxınlığında idarə etdiyi **-HH-*** qeydiyyat nişanlı «KİA Sorento» markalı avtomobilin yanında olduğu zaman saxlanılmış və həmin idarəyə gətirilmişdir. Həmin raport Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 09 fevral 2023-cü il tarixlə 3-13-6/2-1588 nömrə altında qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 13). İş materiallarında olan 09 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik maddə olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaf bükülünü çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən 1 ədəd qara rəngli dəmir predmeti çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Ardınca Təqsirləndirilən şəxs əynində olan həmin qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd mobil telefonu və 1 ədəd avtomobil açarını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara ardıcıllıqla baxış keçirilməyə başlanmış, ilkin olaraq onun təqdim etdiyi 1 ədəd mobil telefona baxış keçirilmişdir. Mobil telefon qara rəngli ekranlı, qara rəngli korpuslu, “Redmi” markalı olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs mobil telefonun özünə məxsus olmasını, içərisində isə 055 ***-**-** saylı mobil nömrə olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs açarın idarə etdiyi “Kia Sorento” markalı **-HH-*** qeydiyyat nişanlı avtomobilə aid olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd dəmir predmetə baxış keçirilmiş, dəmir predmet qara rəngli, beşbarmaq tipli olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf selofan bükümə baxış keçirilmiş, həmin büküm iştirakçıların şahidliyi ilə açılmış, içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri “şüşə” olaraq tanıdığını, həmin maddələri təxminən 2 gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, bu maddələrin onda maraq yaratmasını və gələcəkdə şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, əvvəllər narkotik maddələrdən istifadə etmədiyini, üstündən aşkar olunmuş maddələri heç kimə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını, sadəcə olaraq başqa şəxslərin istifadəsində bu maddələri gördüyü üçün həmin maddələrin narkotik maddə olmasını bildiyini, üstündən aşkar edilmiş 1 ədəd qara rəngli beşbarmaq tipli dəmir predmeti də 1 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, «Avtovağzal» dairəsinin yaxınlığında yerdən tapdığını, bu dəmir predmetin də onda maraq yaratdığını, bu səbəbdən üstündə saxladığını, üzündə olan xəsarət izlərinin bir neçə gün əvvəl keçirdiyi yolnəqliyyat hadisəsi zamanı yaranmasını, həmin yol-nəqliyyat hadisəsi zamanı çiyin və bel nahiyələrindən də xəsarət aldığını, hər hansı polis əməkdaşından şikayəti olmadığını, ona qarşı heç bir psixi və ya fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarışın keçirilməsi zamanı aparılmış videoçəkilişin olduğu bir ədəd disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 32-35). Məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2023-cü il tarixli 6/837 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd selofan bükümdə təmiz çəkisi 6,652 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 6,652 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 6,602 qram (cild 1, iş vərəqi 50-54). Məhkəmə-ballistik ekspertizasının 13 mart 2023-cü il tarixli 3/333 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, istifadəyə yararlıdır və üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir (iş vərəqi 153-155). Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 13 fevral 2023-cü il tarixli 796 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs müayinə zamanı bildirmişdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir (iş vərəqi 147-148). İbtidai istintaq orqanının 28 fevral 2023-cü il tarixli və 17 avqust 2023-cü il tarixli qərarları, həmçinin eyni tarixli raportları ilə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 1 ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 6,602 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd kağız paketdə qablaşdırılan «beşbarmaq» tipində hazırlanmış vurucuəzici xassəyə malik istifadəyə yararlı soyuq silah maddi sübutlar qismində tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 117-118, 218- 228). Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 09 fevral 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 108-110). Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 09 fevral 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 114-116). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 02 may 2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 127-128). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, Rusiyada həbsdə olan həmyerlilərinə qarşı edilən haqsızlıqlarla bağlı “Tik-Tok» və «YouTube» sosial şəbəkələrində videomüraciətlər paylaşdığına görə həbs edildiyini, özünün heç vaxt narkotik və psixotrop maddələrdən istifadə etmədiyini, aşkar olunmuş psixotrop maddənin və «beşbarmağın» ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyünü və ona qarşı edilən fiziki, psixoloji təzyiqlər nəticəsində cinayətləri etiraf etdiyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni və «beşbarmağı» polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddənin, həmçinin «beşbarmağın» özünə məxsus olduğunu, hərdənbir psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə etdiyini, üzərindən aşkar olunmuş psixotrop maddəni tutulmamışdan təxminən iki gün əvvəl yaşadığı evin yaxınlığında yerdən tapdığını, «beşbarmağı» isə bir gün əvvəl «Avtovağzal» dairəsi deyilən yerdən tapdığını və maraq yaratdığı üçün onları üzərində saxladığını, polis əməkdaşları tərəfindən saxlanılarkən həmin psixotrop maddənin və dəmir predmetin üzərində olduğunu və şəxsi axtarış zamanı könüllü çıxarıb təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrinə görə, üzündə olan xəsarət izləri bir neçə gün əvvəl keçirdiyi yol-nəqliyyat hadisəsi zamanı yaranmış, həmin yol nəqliyyat hadisəsi zamanı çiyin və bel nahiyələrindən də xəsarət almış, hər hansı polis əməkdaşı barədə şikayəti yoxdur, polis işçiləri tərəfindən ona qarşı heç bir psixi və ya fiziki güc tətbiq edilməmişdir. Eyni zamanda, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 11 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclası zamanı verdiyi izahatında əməlindən peşman olduğunu, aşkar edilmiş narkotik vasitəni təxminən iki gün öncə yol kənarından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs yalnız ibtidai istintaq zamanı müqavilə əsasında olan müdafiəçilərinin iştirakı ilə dindirilərkən ilkin ifadələrindən imtina etmiş, psixotrop maddənin özünə məxsus olmaması barədə hazırkı məhkəmə baxışı zamanı səsləndirdiyi ifadəsini vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Təqsirləndirilən şəxs əvvəllər heç vaxt narkotik və psixotrop maddələrdən istifadə etməməsi ilə bağlı məhkəmədə gətirldiyi dəlillə bağlı qeyd edilməlidir ki, iş üzrə keçirilmiş ambulator məcburinarkoloji tibbi yoxlamanın 13 fevral 2023-cü il tarixli 796 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, Təqsirləndirilən şəxs müayinə zamanı psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və ona qarşı edilən fiziki, psixoloji təzyiqlər nəticəsində cinayətləri etiraf etməyə məcbur olması ilə bağlı gətirdiyi dəlillər də həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı araşdırılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Bakı İstintaq təcridxanasında üzərinə baxış keçirilən zaman sağ gözaltı nahiyəsində tünd-bənövşəyi rəngli qançır izləri, sağ çiyin və bel nahiyələrində isə yumşaq toxumaların əziyi xəsarəti aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin xəsarətləri həbs olunmamışdan əvvəl aldığını bildirmişdir. Məhkəmə-tibb ekspertizasının 13 fevral 2023-cü il tarixli 69/MEŞ saylı rəyindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi keçirilmişdir. Müayinə olunanın deməsinə görə, xx.xx.2023-cü il tarixdə saat 20-21 radələrində Binəqədi rayonu ərazisində, Biləcəri qəsəbəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdur, həbs olunmazdan 2-3 gün əvvəl avtoqəza nəticəsində üz, bel nahiyələrindən və sağ yuxarı ətrafından xəsarət almışdır. Tibbi yardım üçün müraciət etməmişdir. Şikayəti avtoqəza nəticəsində xəsarət aldığı nahiyələrdə olan ağrılardandır. Rəyə əsasən, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sağ göz yuvası ətrafı yumşaq toxumaların qançırı bərk küt əşyanın təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir. Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi və ona işgəncə verilməsi, fiziki zorakılığa məruz qalması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış, qeyd olunan hallar öz təsdiqini tapmadığından, 14 iyul 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Müdafiə tərəfinin şikayəti əsasında həmin qərar mübahisələndirilmiş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərarı Nərimanov rayon prokurorluğunun 14 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş, təkrar araşdırma aparılaraq 23 noyabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanması yenidən rədd edilmişdir. Müdafiə tərəfi qeyd olunan qərarı apelyasiya instansiyası məhkəməsində mübahisələndirmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Nərimanov rayon prokurorluğunun 23 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş və araşdırma aparılması üçün yenidən prokurorluğa göndərilmişdir. Təkrar araşdırma zamanı yenidən məhkəmə-tibb ekspertizası keçirilmiş, Təqsirləndirilən şəxs özünün və onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının yenidən izahatları alınmış, həmçinin digər yoxlama hərəkətləri həyata keçirilmişdir. Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun 15 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi və ona işgəncə verilməsi, fiziki zorakılığa məruz qalması faktları öz təsdiqini tapmadığından Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi və ona işgəncə verilməsi, fiziki zorakılığa və psixoloji təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs 6,652 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İşin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxsin istifadəsində olmuş 055 211-38-21 saylı mobil telefona baxışı keçirilmiş, həmçinin məhkəmədə "xxxx" MMC-dən həmin mobil nömrə ilə aparılmış telefon danışıqlarına dair məlumatlar əldə olunub təhlil edilmişdir. Lakin bu zaman psixotrop və narkotik maddələrin satışı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 6,652 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin həmin hissədə onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1- 1-ci maddəsinə tövsif edilməli, həmçinin ona Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə verilmiş dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl isə ağır cinayətlər kateqoriyasına aiddir, hər iki əməl qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, CM-nin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllarini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, məcburi köçkün olmasını və ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 09 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 fevral 2023-cü il tarixli 796 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6,602 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd kağız paketdə qablaşdırılan «beşbarmaq» tipində hazırlanmış vurucu-əzici xassəyə malik istifadəyə yararlı soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, həmçinin avtomobilə baxış videogörüntülərinin əks olunduğu 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd “Redmi” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 129 (yüz iyirmi doqquz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 129 (yüz iyirmi doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi il 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6,602 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd kağız paketdə qablaşdırılan «beşbarmaq» tipində hazırlanmış vurucu-əzici xassəyə malik istifadəyə yararlı soyuq silah məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı götürülmüş 1 ədəd «Redmi» markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və avtomobilə baxış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 129 (yüz iyirmi doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar