Məhkəmə qərarları › İş №1(101)-772/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-772/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-772/2020 20.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx xxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaqla müəyyən edilməmiş mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 2,401 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,378 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 4,598 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, təmiz çəkisi 0,181 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi çəkisi 0,12 qram olmaqla ayrılıqda çəkiləri 0,04 qram olan 03 ədəd metadon dərman preparatını əldə edib, üzərində və idarə etdiyi “Renault Megane” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq ünvan 2 ünvanının qarşısına daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 21:30-da qeyd olunan ünvanda idarə etdiyi “Renault Megane” markalı avtomobildə olan zaman özünü şübhəli apardığına görə Xətai rayon X18 Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılmış, idarə etdiyi avtomobillə birlikdə Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 2,189 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,212 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd kağız bükümdə ayrılıqda çəkiləri 0,069 qram və 0,080 qram olmaqla ümumi təmiz çəkisi 0,149 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ardınca idarə etdiyi “Renault Megane” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılan zaman nəqliyyat vasitəsinin sol ön qapısının cibliyindən ağ rəngli, üzərində “Sobranie” sözləri yazılmış siqaret qutusunun içərisindən 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 4,598 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,181 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi çəkisi 0,12 qram olmaqla ayrılıqda çəkiləri 0,04 qram olan 03 ədəd metadon dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşamış, heç yerdə işləməmişdir. Təxminən dörd il olar ki, narkotik vasitə aludəçisidir. Bədənində ağrılar olduğu üçün müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitələr əldə edərək qəbul etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını dəqiq bilmədiyi Rəşad adlı şəxsdən özünün istifadə etməsi üçün bir neçə büküm narkotik vasitə olan heroin, metamfetamin, tiryək və bir neçə ədəd metadon dərmanını 127 manata almışdır. Heroinin bir bükümünü istifadə etmiş, qalan bükümləri isə əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə, qara rəngli cins şalvarın sağ yan cibinə, digər bükümləri isə siqaret qutusuna yerləşdirərək etibarnamə ilə idarə etdiyi “Renault Megane” markalı avtomobilin qabaq sol qapısının cibliyinə qoymuşdur. Həmin gün Xətai rayonu ərazisində Naxçıvanski adına hərbi liseyin yaxınlığında piyada gəzərkən yerdə 1 ədəd büküm olduğunu görərək yerdən götürmüş, bükümü açıb baxdıqda içərisində marixuana olduğunu aşkar etmiş və onu da digər narkotik maddələri saxladığı siqaret qutusuna qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində ünvan 2 ünvanın qarşısında “Renault Megane” markalı avtomobildə əyləşən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və kimliyi barədə suallar verməyə başlamışlar. O, polis əməkdaşlarının ondan şübhələndiklərini hiss edərək avtomobili işə salıb oradan uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları onlarla birlikdə 35-ci Polis Bölməsinə getməli olduğunu söyləmişlər. O, polis əməkdaşları ilə birlikdə 35-ci Polis Bölməsinə getmiş və orada xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o da əynindəki qara rəngli gödəkçənin sağ yan cibindəki və qara rəngli cins şalvarın sağ yan cibindəki bükümləri polis əməkdaşlarına təqdim edərək bükümlərin içərisindəki maddələrin heroin və metamfetamin olduğunu bildirmişdir. Ondan aşkar edilmiş bükümlər zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra “Renault Megane” markalı avtomobildə polis əməkdaşları tərəfindən axtarış aparılmışdır. Axtarış zamanı avtomobilin qabaq sol qapısının cibliyində saxladığı, içərisində narkotik vasitələr və narkotik tərkibli dərmanlar olan siqaret qutusu aşkar edilərək götürülmüşdür. Avtomobildən aşkar edilmiş bükümlər və həblər zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitələri aldığı şəxsin yalnız adının Rəşad olduğunu bilir, həmin şəxslə başqa heç bir əlaqəsi olmamışdır. O, narkotik vasitələri yalnız öz istifadəsi üçün əldə etmiş, heç kəsə narkotik vasitə satmamışdır. Üzərindən və avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitələrin hamısı özünə məxsus olmuş, lakin bir büküm marixuananı isə Xətai rayonu, C.Naxçıvanski adına hərbi liseyin yaxınlığında yerdən tapmışdır. Nəqliyyat vasitəsinin yük yerindən aşkar edilmiş 2 ədəd **- FK-*** nömrəli dövlət qeydiyyat nişanı Rüfət adlı dostuna məxsusdur. Tutlmamışdan təxminən bir ay əvvəl Rüfət həmin nömrələri ona verərək özündə saxlamasını xahiş etmiş, o da nömrələri götürərək avtomobilinin yük yerinə qoymuşdur. Rüfətin həmin dövlət qeydiyyat nişanlarını nə üçün ona verdiyini bilmir. Üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin özünə məxsus olduğunu etiraf edir, narkotik vasitə aludəçisi olduğu üçün onları öz istifadəsi üçün almışdır və bu əməlinə görə peşmandır. Lakin o, heç kəsə narkotik vasitə satmamış, heç vaxt belə bir niyyəti və məqsədi olmamışdır. Bütün bu halları, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini, əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək ona məhz bu maddə ilə cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Xətai rayon X18 Patrul Xidməti Bölüyünün polis nəfəridir. xx xxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində iş yoldaşları ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 2 ünvanının qarşısında **- PZ-*** dövlət qeydiyyat nişanlı tünd göy rəngli “Renault Megane” markalı avtomobilin yolun qırağında hərəkətsiz dayandığını görüb həmin avtomobilə yaxınlaşmışlar. Avtomobilin sürücü oturacağında əyləşən şəxsə özlərini təqdim edərək bir neçə sual vermişlər. Həmin şəxsin suallara qeyri-adekvat cavablar verdiyini, bəzi suallardan yayındığını və qaçmağa cəhd göstərdiyini hiss edərək onun ya ərazidə oğurluq etməsindən, ya da üstündə narkotik vasitə olduğundan şübhələnmişlər. Buna görə də həmin şəxsi Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gətirmişlər və bu barədə Polis Bölməsinin rəisinə raport yazmışlar. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx xxx 1990-cı il təvəllüdlü, ünvan 3 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından bölməyə müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai rayon X18 Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid2, Şahid3, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili Şahid5 və ekspertkriminalist X10 iştirakı ilə 35-ci Polis Bölməsinin təhqiqatçısı X16 tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa onu könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs də əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümü, qara rəngli şalvarının sağ yan cibindən üç ədəd bükümü, gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu könüllü olaraq çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin bükümlər açılaraq içərisində spesifik iyli, qəhvəyi rəngli, mum şəkilli narkotik vasitə hesab olunan heroinə və şəffaf rəngli, kristal şəkilli metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olduğu soruşulduqda sonuncu gödəkçəsinin və şalvarının cibindən çıxartdığı dörd ədəd bükümün içərisindəki maddələrin narkotik vasitə olan heroin və metamfetamin olduğunu, həmin narkotik vasitələri Suraxanı rayonunda üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi “Rəşad” adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi bükümlər zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 154 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs məxsus **-PZ-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sol ön qapısının cibliyindən ağ rəngli, üzərində “Sobranie” sözü yazılmış siqaret qutusu, həmin siqaret qutusunun içərisindən isə bir neçə büküm və dərmanlar aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş bükümlər barəsində Təqsirləndirilən şəxs soruşulduqda sonuncu həmin bükümlərin içərisində olan maddələrin narkotik vasitə olan “nəşə”, “metamfetamin”, “qara” və narkotik vasitələri tərgitmək üçün istifadə etdiyi dərmanlar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilərək götürülmüş bükümlər və dərmanlar zərfə qoyulmaqla qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 154 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki güc və ya psixi təsir tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid5, həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadələri elan olunaraq tədqiq olunmuş Şahid2 və Şahid4 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 123-125, 134-136) . İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş X11 ifadəsində göstərmişdir ki, o, Gürcüstan Respublikasının vətəndaşı olsa da 1989-cu ildən Bakı şəhərində yaşayır və hər dəfə 5 il müddətinə müvəqqəti qeydiyyata alınır. Sonuncu dəfə 2016-cı ildə 5 il müddətinə qeydiyyata düşmüşdür. O, 1996-cı ildən ünvan 4 mənzil 8 ünvanında müvəqqəti qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. X2 onun həyat yoldaşıdır və o, hazırda Türkiyə Respublikasında olduğu üçün işlə bağlı ifadə verə bilməyəcəkdir. O, 2018-ci ildə nağd qiymətə maşın alıb kreditlə sataraq pul qazanmaq qərarına gəlmiş və həmin ilin oktyabr ayında 11000 manata **-FK-*** dövlət qeydiyyat nişanlı “VAZ 2173” markalı avtomobil almış, lakin xarici vətəndaş olduğu üçün avtomobili həyat yoldaşının adına rəsmiləşdirmişdir. Oktyabr ayında həmin avtomobili əvvəlcədən tanıdığı X1 16850 manata satmışdır. Şahmar ilkin ödəniş olaraq ona 3500 manat pul vermiş, qalan 13350 manatı isə hər ay 450 manat olmaqla hissə-hissə verəcəyini söyləmişdir. Bir müddətdən sonra o, Şahmara verdiyi etibarnaməni ləğv etdirərək onun qardaşı X9 etibarnamə vermişdir. Beş-altı aydan sonra Şahmar onu X12 ilə tanış edərək daha maşının kreditini verə bilməyəcəyini, buna görə də maşını Rüfətə vermək istədiyini bildirmişdir. O, əvvəlcə buna razı olmasa da, sonradan onunla razılaşmış və Rüfət Tahirliyə avtomobili idarə etməsi üçün etibarnamə vermişdir. Bir müddətdən sonra Rüfətin aylıq pulu ödəmədiyini görüb ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Sonradan ona məlum olmuşdur ki, xx xxxx 2019-cu il tarixdə Rüfət həmin avtomobillə yol nəqliyyat hadisəsi törədərək maşını yararsız vəziyyətə salmışdır. Hadisə ilə bağlı Baş İstintaq və X14 nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılmış və araşdırma zamanı ona bildirmişlər ki, hadisə zamanı avtomobilə məxsus **-FK-*** dövlət qeydiyyat nişanı avtomobilin üzərində aşkar edilməmişdir. Bununla bağlı o, ərizə ilə Suraxanı rayon məhkəməsinə müraciət etmiş və məhkəmə onun iddiasını qismən təmin edərək X4 12000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qərar qəbul etmişdir. X24 bu günədək məhkəmənin qərarını icra etməyərək ona dəymiş maddi ziyanı ödəməmişdir. O, Təqsirləndirilən şəxs tanımır və onunla heç bir münasibəti olmamışdır. **-FK-*** dövlət qeydiyyat nişanı həyat yoldaşının adına aldığı “VAZ 2173” markalı avtomobilin üzərində olmuş və o, avtomobili Rüfət Tahirliyə verdikdən sonra həmin avtomobili görməmişdir. Rüfətin törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırma zamanı polis idarəsindən ona bildirilmişdir ki, hadisə yerində avtomobilin üzərində heç bir qeydiyyat nişanı aşkar edilməmişdir. Həmin qeydiyyat nişanının harada olması barədə heç bir məlumatı olmamışdır. X15 rayonundan olduğunu, Bakı şəhəri, Suraxanı rayonu ərazisində ailəsi ilə birlikdə kirayə yaşadığını bilsə də lakin dəqiq ünvanını bilmir (cild 1, iş vərəqə 143-145). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli bükümdə təmiz çəkisi 2,189 qram olan narkotik vasitə heroin, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli bükümdə ümumi təmiz çəkisi 0,212 qram olan narkotik vasitə heroin və 02 ədəd bükümdə ayrılıqda çəkiləri 0,069 qram və 0,080 qram olmaqla ümumi təmiz çəkisi 0,149 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 22-23). Nəqliyyat vasitəsinə axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol ön qapısının cibliyindən ağ rəngli, üzərində “Sobranie” sözləri yazılmış siqaret qutusunun içərisindən 01 ədəd qızılı rəngli bükümdə təmiz çəkisi 4,598 qram olan narkotik vasitə tiryək, 01 ədəd ağ rəngli bükümdə təmiz çəkisi 0,229 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,181 qram olan narkotik vasitə marixuana və ümumi təmiz çəkisi 0,12 qram olan 03 ədəd metadon dərman preparatı aşkar edilərək götürülmüşdür. Həmin axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 25-26) Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 4257 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs ...” sözləri yazılmış 2 ədəd zərfdə: 1) 02 ədəd bükümdə ümumi təmiz çəkisi 2.401 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,149 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 2) 1 ədəd bükümdə, təmiz çəkisi 4,598 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, 1 ədəd bükümdə, təmiz çəkisi 0,229 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 3 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır. 3 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 0,12 qamdır (bir həbdə 0,04 qram metadon olmaqla). Təqsirləndirilən şəxs götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 0,378 qram təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı heroinin ümumi xalis çəkisi 2,401 qram olmuş, tədqiqata 0,1 qram sərf edildikdən sonra qalıq çəkisi 2,301 qram qalmış, metamfetaminin ümumi xalis çəkisi 0,378 qram olmuş, tədqiqata 0,1 qram sərf edildikdən sonra qalıq çəkisi 0,278 qram qalmış, tiryəkin ümumi xalis çəkisi 4,598 qram olmuş, tədqiqata 0,2 qram sərf edildikdən sonra qalıq çəkisi 4,398 qram qalmış, 3 ədəd həbdən 1 ədəd həb tədqiqata sərf edildikdən sonra qalıq 02 ədəd həb qalmışdır (cild 1, iş vərəqə 36-40). Məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 4263 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,181 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuanadır. İlkin tədqiqat zamanı marixuananın təmiz çəkisi 0,181 qram olmuş, tədqiqata 0,02 qram sərf edildikdən sonra qalıq çəkisi 0,161 qram qalmışdır (cild 1, iş vərəqə 42-44). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxx 2020-ci il tarixli 1330 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 161-162) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən ona külli miqdarda narkotik vasitə satan, istintaqa adı Rəşad kimi məlum olan şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 198-199). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var (cild 1, iş vərəqə 100- 101) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 104-105). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 13, 78-81). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan qalıq çəkiləri 2,301 qram olan heroin, 0,278 qram metamfetamin, 4,398 qram tiryək, 02 ədəd metadon tərkibli dərman preparatı və 0,161 qram qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən sinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 183 (bir yüz səksən üç) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X5 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində, ibtidai istintaq mərhələsində göstərilmiş 40 iş saatı həcmində iş hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 220). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan 2,301 qram olan heroin, 0,278 qram metamfetamin, 4,398 qram tiryək, 02 ədəd metadon tərkibli dərman preparatı və 0,161 qram qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 183 (bir yüz səksən üç) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına X13 üçün 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına X7 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar