Məhkəmə qərarları › İş №1(101)-772/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-772/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-772/2021 16.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli irfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, döngə 1, ev 13-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər yaşayış massivi, fərdi evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, qanunsuz olaraq yaşadığı evin həyətindəki istixanada külli miqdarda, yəni 223 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini xüsusi qulluq göstərərək əkib yetişdirməklə kultivasiya edib, həmin narkotik tərkibli çətənə bitkilərinin 10 ədədinin yarpaqlarını toplayaraq qanunsuz olaraq satış məqsədi olmadan 235,9 qram narkotik vasitə qurudulmuş marixuana əldə edərək, həmin narkotik vasitə qurudulmuş marixuananı iki ədəd şəffaf rəngli sellofana yığaraq daşımaqla yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin mətbəxindəki dolabda saxlamış, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində, evin həyətində və həyətdə olan tikililərdə həmin gün saat 16:35-də baxış keçirilən zaman yaşayış evinin həyətindəki istixanada qanunsuz olaraq qəsdən əkib becərdiyi, xüsusi aqrotexniki qaydada qulluq göstərərək yetişdirmə dərəcəsinə çatdırdığı 223 (iki yüz iyirmi üç) ədəd ümumi çəkisi 127200 qram (127 kq 200 qram) çəkidə çətənə (kannabis) bitkiləri və yaşayış evinin mətbəxindəki dolabdan iki ədəd şəffaf rəngli sellofan torbanın içərisində təmiz çəkiləri 149,0 qram və 86,90 qram olmaqla ümumi çəkisi 235,9 qram tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tək yaşamış və narkotik vasitə əkib yetişdirmək fikrinə düşmüşdür. İllərdir çəkdiyi nəşənin içərisindən çıxan toxumları yığaraq evində saxlamış və onları həyətdəki istixanada əkmək fikrinə düşmüşdür. 2020-ci ilin may ayının 30-da evində saxladığı toxumları həyətindəki istixanada əkmiş, sonra da onlara qulluq edərək su vermişdir. Toxumlar cücərib şitil halına gəldikdən sonra diblərinə sudan əlavə gübrə də verməyə başlamışdır. Əkdiyi toxumlardan 223 ədədi şitil halına gəlmiş, qulluq edərək onları bitki vəziyyətinə gətirmiş, bitkilər yetişmiş vəziyyətə çatmışdır. xx xxxxxx 2020-ci il tarixdə narkotik tərkibli çətənə bitkilərinin təxminən 10 ədədinin yarpaqlarını yığaraq qurutmuşdur ki, görsün necə nəşə alınıb. Daha sonra həmin nəşə quruduqdan sonra onları iki ədəd şəffaf rəngli sellofanlara yığmış, bir bükümünü isə həmin vaxt siqaretə doldurub çəkmişdir. İki ədəd şəffaf rəngli sellofana yığdığı nəşələri yaşadığı evdə mətbəxdə olan dolabın içərisinə qoymuşdur. Bu minvalla xx xxxxxx 2020-ci il tarixə qədər həmin sellofanlara yığdığı nəşənin bir hissəsindən özü istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində yaşadığı nömrəsiz fərdi yaşayış evində olduğu vaxt evin giriş qapısının döyüldüyünü eşidib gedib qapını açan zaman qapının qarşısında 1 nəfər polis əməkdaşı va 4 nəfər mülki geyimdə olan şəxs görmüşdür. Həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib- becərməklə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. O da səmimi olaraq etiraf edib bildirmişdir ki, yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən istixanada narkotik tərkibli çətənə bitkisi kolları əkib-becərməklə məşğul olur. Polis əməkdaşları təklif etmişlər ki, yaşadığı evin həyətyanı sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkisi kollarının olduğu sahəni onlara göstərsin. Bundan sonra polis əməkdaşlarını yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanaya dəvət edib orada əkdiyi narkotik tərkibli çətənə bitkisi kollarını göstərmişdir. Baxışda iştirak edən aqranom həmin bitkilərin yarpaqlarına və gövdəsinə baxıb bitkilərin narkotik xassəli çətənə bitkiləri olduğunu, diblərinin boşaldıldığını, diblərinə üzvi kübrə və su verilməklə bitkilərə qulluq göstərildiyini bildirmişdir. O, polis əməkdaşlarına çətənə bitkilərini əkməkdə məqsədinin bitkiləri yetişdirib, sonra bitkiləri qurudub onlardan öz istifadəsi üçün narkotik vasitə nəşə əldə etmək fikrinin olduğunu bildirmişdir. Polis əməkdaşları istixanada əkdiyi çətənə bitkilərini onun iştirakı ilə bir-bir torpaqdan çıxardıb saymışlar və aşkar olunmuş çətənə bitkisi kollarını 4 ədəd sellofanlara yığıb qablaşdırmışlar, qablaşmaların üzəri möhürlənmiş və tərəflərindən üzəri imzalanmışdır. Sonra polis əməkdaşları ona təklif etmişlər ki, yaşadığı evdə narkotik vasitələr, psixotrop maddələr və hər hansı qanunsuz saxladığı əşyalar varsa həmin maddələri və əşyaları təqdim etsin. O, səmimi olaraq bildirmişdir ki, yaşadığı ünvanda mətbəx otağında narkotik vasitə qurudulmuş marixuana var və özü evin mətbəx otağına keçib oradakı dolabın içində saxladığı 2 sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan bükümlər polis əməkdaşları tərəfindən açılmış və sellofan torbaların içindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Təqdim etdiyi iki ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən 1 ədəd sellofana qoyulub qablaşdırılmış, qablaşmanm üzəri möhürlənmiş və tərəflərindən qablaşmanın üzəri imzalanmışdır. Bundan başqa mətbəxt otağında olan ona məxsus “Nokia" və “Samsung" markalı mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsi davam etdirilmiş, lakin başqa qanunsuz əşyalar və maddələr aşkar olunmamışdır. Eyni zamanda üzərinə baxış keçirilmiş və üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Baxış keçirilməsi zamanı polis əməkdaşları tərəfindən video çəkiliş aparılmışdır. Baxışın keçirilməsi başa çatdıqda sonra sənədləşmə işlərinin aparılması ilə bağlı polis əməkdaşları onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər, orada yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirilməsinin nəticəsinə dair polis əməkdaşları tərəfindən protokol tərtib olunmış, protokol ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Özü mütəmadi narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyi və hər dəfə almağa pulu olmadığından qərara gəlmişdir ki, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı hissə-hissə özü istifadə edər. Hazırda törətdiyi əməldən səmimi olaraq peşimandır. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün 5 nəfərdən yəni, ondan, əməliyyat müvəkkili Şahid3, Şahid2, Şahid4 və təhqiqatçı Mirata Seyidovdan ibarət qrup yaradılmış, Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Kəbir Həsənovun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gəlib həmin evin giriş qapısı döyüldükdə qapını Təqsirləndirilən şəxs açmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib becərməklə kultivasiya etməkdə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı nömrəsiz fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə həmin gün videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısından içəridə həyətdə üzəri ağ şəffaf sellofanlarla örtülmüş istixananın olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində, yaşadığı evdə və evin həyətyanı sahəsində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, həmçinin evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan kultivasiya etdiyi bitkiləri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməyərək iştirakçıları yaşadığı evin həyətyanı sahəsində yerləşən istixana yerinə dəvət etmişdir. Təqsirləndirilən şəxsla birlikdə istixanaya daxil olmuşlar. İstixanada narkotik tərkibli bitkilərin əkildiyi məlum olmuşdur. Baxışda iştirak edən mütəxəssis Əli Əliyev həmin bitkilərin narkotik xassəli çətənə bitkisi olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini bildirmişdir. Təqsirləndirilən şəxs da istixanada əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, xx xxx 2020-ci il tarixdə özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su və üzvi gübrələr verərək onlara qulluq etdiyini, özünün də uzun illərdi narkotik vasitə olan marixuana qəbul etdiyini bildirmişdir. Bundan sonra istixanada olan narkotik tərkibli çətənə bitkisinə oxşar kollar bir-bir torpaqdan çıxarılıb ümumi sayının 223 ədəd olması müəyyən edilmişdir. Aşkar olunmuş çətənə tərkibli bitkilər 04 ədəd sellofanda qablaşdırılaraq üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İstixanaya baxış keçirilməsi başa çatdıqdan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan edilmiş predmetlər saxlayırsa həmin maddələri və əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə kollarının yetişmiş hissələrindən bir qədərini özü istifadə etmək məqsədilə yığıb qurudaraq yaşadığı evin mətbəx otağında saxladığını və həmin kütləni təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evin mətbəx otağına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs mətbəx otağındakı dolabın içində saxladığı iki ədəd şəffaf sellofan torbanı götürüb masanın üzərinə qoymuş, həmin sellofan torbalar açıldıqda torbaların içində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya oxşar kütləni istixanada əkdiyi narkotik tərkibli çətənə bitkilərindən yığıb qurudaraq əldə etdiyini və özü istifadə etmək məqsədi ilə yaşadığı evin mətbəxində saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə tərəflərindən bir ədəd sellofan torbaya qoyulub qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus "Samsung" və “Nokia" markalı mobil telefonlar da götürülmüşdür. Daha sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı evdən və evin həyətyanı sahəsindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün Təqsirləndirilən şəxs və digər iştirakçılar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşlar. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə dindirilmiş şahidlər Şahid3 və Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək hər biri həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 32-ci vərəqində olan Azərbaycan Respublikası Milli X1 İnstitunun xx xxxxxx 2020-ci il tarixli, 124 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının dəvəti əsasında xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə yerləşən istixanadan aşkar olunmuş bitkilər narkotik tərkibli çətənə bitkisi kollarıdır. Sahəyə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərinə yüksək səviyyədə aqrotexniki qaydada qulluq göstərilmişdir. Belə ki, bitkilər suvarılmış, torpaq sahəsi üzvi və mineral gübrələrdən istifadə edilməklə zənginləşdirilmiş və həmin bitkilərin əkildiyi sahə alaq otlarından təmizlənmişdir. Bitkilərin orta və tam inkişaf fazasında olması müşahidə edilmiş, hündürlükləri ortalama 0,3-1,8 metr ölçüsündədir. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə yerləşən istixanadan aşkar olunmuş narkotik tərkibli çətənə bitkisi kolları tək-tək sayılmış və bitkilərin ümumi sayının 223 ədəd olması müəyyən edilmişdir Cinayət işinin 47-48-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 7/544 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı...» yazıları və imzalar olan göy rəngli polietilen bağlamadakı 02(iki) ədəd sellofan bağlamaların içərisində ayrı-ayrılıqda təmiz çəkiləri: 149,0 qram; 86,90 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 235,9 qramdır, Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı. . . » yazıları və imzalar olan 04 ədəd şəffaf polietilen torbalardakı sayı 223 (iki yüz iyirmi üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi - 127200 qram (127 kq 200 qram) olan bitki nümunələrəi əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim olunmuş marixuanalar və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Cinayət işinin 140-141-ci vərəqlərində olan məhkəmə narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 2598 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 181-182-ci vərəqlərində olan xx xxxxxx 2021-ci il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib becərməklə kultivasiya etməkdə şübhəli olduğu bildirilir. Bundan sonra Təqsirləndirilən şəxs “Əməliyyat- axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilir. Təqsirləndirilən şəxs səmimi şəkildə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evin həyətyanı sahəsində yerləşən istixanada narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyini və həmin sahəni göstərə biləcəyini bildirərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd edir. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə qeyd olunan polis əməkdaşları tərfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim edir. Təqsirləndirilən şəxs yaşadığı ünvana və ünvanın həyətyanı sahəsinə baxış keçirilməzdən əvvəl baxışda iştirak edən şəxslərə və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə xx.xx.2020-ci il tarixdə saat 16:48-də “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılır. Baxışın keçirilməsi Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısının iki taylı dəmirdən hazırlanması, evin həyətyanı sahəsinin mişar daşı ilə əhatə olunması, giriş qapısının sağ tərəfində bir mərtəbəli yaşayış evinin və sol tərəfində ayaqyolu və vanna otağının, bağ sahəsinin torpaq hissəsində isə uzunluğu 11 metr, eni 10 metr və hündürlüyü 2 metr ölçüsündə olan ağ şəffaf sellofanlarla üzəri örtülmüş istixana formasında quraşdırılmış sahənin olması müəyyən olunur. Təqsirləndirilən şəxs üzərində, yaşadığı evdə və evin həyətyanı sahəsində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, həmçinin evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan kultivasiya etdiyi bitkiləri təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs buna etiraz etməyərək iştirakçıları yaşadığı evin həyətyanı sahəsində yerləşən, üzəri ağ rəngli şəffaf sellofanla örtülü istixana yerinə dəvət edir. Təqsirləndirilən şəxsla birlikdə istixanaya daxil olurlar. İstixanada hündürlüyü 0,3-1,8 metr ölçülü bitkilər əkildiyi məlum olmuşdur. Baxışda iştirak üçün dəvət olunmuş mütəxəssis Əli Əliyev həmin bitkilərə baxış zamanı yarpaqlarına, gövdəsinə, zoğuna və iyinə görə narkotik xassəli çətənə bitkisi olduğunu, bitkilərin ətrafının yabanı ot örtüyündən təmizləndiyini, diblərinin boşaldıldığını, diblərinə üzvi kübrə verildiyini, torpağında suvarılma əlamətləri aşkar edildiyini bildirərək gövdələrin inkişafda olması, budaqların və yarpaqların inkişaf müddətinə uyğun orta və tam inkişaf fazasında olduğunu həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs istixanada əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, xx xxx 2020-ci il tarixdə özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su və üzvi kübrələr verərək onlara qulluq etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs özünün uzun illərdir narkotik vasitə olan marixuana qəbul etdiyini və bitkiləri əkməkdə məqsədi özü istifadə etmək olduğunu bildirir. Bundan sonra istixanada olan narkotik tərkibli çətənə bitkisinə oxşar kollar bir-bir torpaqdan çıxarılıb sayılır və tam yığılıb qurtardıqdan sonra aşkar olunmuş bitkilərin ümumi sayının 223 ədəd olması müəyyən edilir. Bundan sonra aşkar olunmuş çətənə tərkibli bitkilər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 4 ədəd sellofanda qablaşdırılır və üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. İstixanaya baxış keçirilməsi başa çatdıqdan sonra Təqsirləndirilən şəxs təklif edilir ki, yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan edilmiş predmetlər saxlayırsa həmin maddələri və əşyaları təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə kollarının yetişmiş hissələrindən bir qədərini özü istifadə etmək məqsədilə yığıb qurudaraq yaşadığı evin mətbəxt otağında gizlədib saxladığını və həmin kütləni təqdim edə biləcəyini bildirir. Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evin mətbəxt otağına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs mətbəxt otağında yerləşən mətbəxt əşyaları yığılan dolabın içində gizlədib saxladığı iki ədəd şəffaf sellofan torbanı götürüb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin sellofan torbalar açıldıqda torbaların içində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni istixanada əkdiyi narkotik tərkibli çətənə bitkilərindən yığıb qurudaraq əldə etdiyini və özü istifadə etmək məqsədi ilə yaşadığı evin mətbəxt otağında gizlədib saxladığını bildirir. Bundan sonra aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd sellofan torbaya qoyulub qablaşdırılır və üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Bundan başqa mətbəxt otağından aşkar olunmuş Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı və “Nokia” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülür. Daha sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri. Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evindən və evin həyətyanı sahəsindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməyir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir və onun üzərindən qanunsuz əşya və predmetlər aşkar edilməyir. Video çəkiliş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 tərəfindən aparılmışdır.Video görüntü 1 saat 41 dəqiqə 55 saniyə davam etmişdir. Cinayət işinin 152-155-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş 223 ədəd çətənə bitkisi kollarının və 235,9 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınmış və 223 ədəd çətənə bitkisi kollarının və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 235,7 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın məhkəmənin hökmünə qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.6-cı maddəsində göstərilir ki, «tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır ». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli, 2 №-li qərarının 19-cu bəndində göstərilmişdir ki, «Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür». «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş İ siyahının 12-ci hissəsinin “b” bəndinə görə 2500 qram narkotik vasitə olan qurudulmayan marixuana külli miqdar hesab edilir. Təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri və iş üzrə digər sənədlərlə üst-üstə düşdüyündən, məhkəmə həmin ifadəni və qeyd olunan sənədləri ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qiymətləndirir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyi və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ifadəsini, CPM-in 144-146-cı maddəsinə əsasən isə şərh olunan şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 21 və 86-88-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 120-121-ci vərəqində olan tələbnamədən görünür ki, Nəsirov X4 Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-nin (köhnə redaksiyada) 93-3-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci il tarixdə vaxtından əvvələ şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən həmin hökm təqsirləndirilən şəxs üçün hər hansı hüquqi nəticə yaratmır. Cinayət işinin 124-125-ci vərəqlərində olan və Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti Başçısının Türkan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən alınmış arayış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2008-ci il təvəllüdlü bir nəfər azyaşlı uşağı var, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər yaşayış massivi, fərdi evdə qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Himayəsində azyaşlı uşağının olması, əməlindən səmimi peşiman olması, Azərbaycan Respublikası CMnin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddətə cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən 69,82 (altımış doqquz manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 223 ədəd çətənə bitkisi kolları və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 235,7 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.3-cü maddəsi ilə 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən 69,82 (altımış doqquz manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 223 ədəd çətənə bitkisi kolları və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 235,7 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar