Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-773/2021 15.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri, 23 fevral 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Abşeron rayonunun, Xırdalan şəhəri, H.Əliyev prospekti, Abşeron RPŞ-nin inzibati binasında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndi, Həsən Əliyev küçəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1, əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamış, 2020-ci ilin iyun ayının təxminən 12-13 tarixlərində tanışı Təqsirləndirilən şəxs3 ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun Təqsirləndirilən şəxs3 fiziki zor tətbiq etməsi səbəbindən həmin mübahisənin səbəblərini aydınlaşdırmaq məqsədilə 17 iyun 2020-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs3 və digər tanışları X7 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısına gəlib ictimai yer hesab olunan həmin ərazidəki binada yaşayan çoxsaylı sakinlərin gözləri qarşısında həmin vaxt orada olan Zərərçəkmiş şəxs1 ilə söhbət zamanı onun Təqsirləndirilən şəxs3la bir-birinə qarşı əl-qol hərəkətləri ilə fiziki zor tətbiq etdiyini görüb heç bir əsaslı səbəb olmadan uca səslərlə nalayiq ifadələr işlətməklə ictimai qaydanı və ictimai asayişi kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyətdə bərqərar olmuş etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq, hər kəsin gözü qarşısında silah qismində istifadə olunan əşyalardan, yəni əynindəki şalvarın bel kəmərinə yerləşdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış turist bıçağını çıxardaraq həmin bıçağın dəstəyinin alt hissəsi ilə Zərərçəkmiş şəxs1 başının təpə nahiyəsinə bir dəfə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid başın təpə nahiyəsində olan çapıq toxuma xəsarətini yetirmiş, ardınca da yumruqla sifət nahiyəsinə zərbə vurub onu yerə yıxmış, sonra qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək Təqsirləndirilən şəxs3, Elnur Şəmsiyev və Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında yerdə olduğu zaman Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə təpiklə və Təqsirləndirilən şəxs2 istifadə etdiyi beyzbol toxmağı ilə çoxsaylı zərbələr vuraraq silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmin vaxt təsadüfən hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 al-qan içində olduğunu görüb, Təqsirləndirilən şəxs3 və Elnur Şəmsiyevə kəllə ilə zərbələr vurmasını, ona cavab qaytarmasını, habelə onunla mübahisə etməsini özü üçün qəbul edilməz hal hesab edib, qeyd edilənləri cüzi səbəb kimi bəhanə edərək Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə əlindəki bıçaqla onun üzərinə doğru hücum çəkərək qəsdən bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq çoxsaylı zərbələr endirməklə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan 02 (iki) ədəd - sağ saiddə səthi kəsilmiş yara, hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid 04 (dörd) ədəd - sağ bazu oynağı, sağ bazu, sağ said və sağ əlin İİ-İİİ barmaqlarında olan kəsilmiş yaralar xəsarətlərini və kəskin qanitirmə ilə nəticələnərək onun ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid 01 (bir) ədəd - sağ qabırğaaltı nahiyədə olan, qarın boşluğuna nüfuz edən qaraciyərin, mədənin və bağırsaq müsaqirəsinin yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş xəsarət yetirməklə Zərərçəkmiş şəxs2 qəsdən xuliqanlıq niyyəti ilə öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2, əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamış, 2020-ci ilin iyun ayının təxminən 12-13 tarixlərində tanışı Təqsirləndirilən şəxs3 ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun Təqsirləndirilən şəxs3 fiziki zor tətbiq etməsinə görə həmin mübahisənin səbəblərini aydınlaşdırmaq məqsədilə 17 iyun 2020-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs3 və digər tanışları X7 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısına gəlib ictimai yer hesab olunan həmin ərazidəki binada yaşayan çoxsaylı sakinlərin gözləri qarşısında Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək uca səslərlə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, Zərərçəkmiş şəxs1 ilə söhbət zamanı onun Təqsirləndirilən şəxs3la bir-birinə qarşı əl-qol hərəkətləri ilə fiziki zor tətbiq etdiyini, ardınca da digər tanışı Təqsirləndirilən şəxs1 əlindəki bıçağın dəstəyinin alt hissəsi ilə Zərərçəkmiş şəxs1 başının təpə nahiyəsinə və yumruqla onun sifət nahiyəsinə zərbə vuraraq onu yerə yıxdığını görüb, silah qismində istifadə olunan əşyasını, yəni idarə etdiyi **-NZ-*** dövlət nömrə nişanlı, «Hyundai Accent» markalı nəqliyyat vasitəsinin baqaj hissəsində olan soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış beyzbol toxmağını götürərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı və ictimai asayişi kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyətdə bərqərar olmuş etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq, hər kəsin gözü qarşısında tanışları Təqsirləndirilən şəxs3, Elnur Şəmsiyev və Təqsirləndirilən şəxs1lə birlikdə bir qrup şəxs halında yerdə olduğu zaman Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə təpiklə və əlindəki beyzbol toxmağı ilə çoxsaylı zərbələr endirərək ona fiziki zor və başın təpə nahiyəsində olan çapıq toxuma və qarın nahiyəsində olan çapıq toxuma xəsarətləri kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini etmişdir. Təqsirləndirilən şəxs3, 2020-ci ilin iyun ayının təxminən 12-13 tarixlərində tanışları - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun ona fiziki zor tətbiq etməsinə görə həmin mübahisənin səbəblərini aydınlaşdırmaq məqsədilə 17 iyun 2020-ci il tarixdə saat 23 radələrində tanışları X7, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M. Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısına gəlib ictimai yer hesab olunan həmin ərazidəki binada yaşayan çoxsaylı sakinlərin gözləri qarşısında Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək uca səslərlə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozub heç bir əsaslı səbəb olmadan əlilə onun sifət nahiyəsinə vuraraq ona qarşı fiziki zor tətbiq etmiş, ardınca da tanışı Təqsirləndirilən şəxs1 əlindəki bıçağın dəstəyinin alt hissəsi ilə Zərərçəkmiş şəxs1 başının təpə nahiyəsinə və yumruqla onun sifət nahiyəsinə zərbə vuraraq onu yerə yıxdığını görüb ictimai qaydanı və ictimai asayişi kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyətdə bərqərar olmuş etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq, hər kəsin gözü qarşısında Təqsirləndirilən şəxs1, Elnur Şəmsiyev və Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında yerdə olduğu zaman Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə təpiklə və Təqsirləndirilən şəxs2 silah qismində istifadə etdiyi beyzbol toxmağı ilə çoxsaylı zərbələr endirərək ona başın təpə nahiyəsində olan çapıq toxuma və qarın nahiyəsində olan çapıq toxuma xəsarətləri kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə qarşı zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 15 iyun 2020-ci il tarixdə saat 22 radələrində dostu Təqsirləndirilən şəxs2la birlikdə onun idarə etdiyi avtomobili “Sovetski” deyilən ərazidə təmir üçün ustaya vermişlər. Maşını ustaya verdikləri zaman digər dostu Elnur Şəmsiyev həmin yerə gələrək ortaq tanışları olan Təqsirləndirilən şəxs3 “Sovetski”də Rüfət və Cəlal adlı şəxslər tərəfindən bilmədiyi səbəbdən döyüldüyünü demişdir. Ona görə də Elnur və Turalla birlikdə Rüfətlə Cəlalı axtarmağa getmiş, lakin Turalın Rüfətlə aralarında nə kimi mübahisəsinin olduğunu bilməmişlər. Onlar sadəcə olaraq X15 tərəfindən təkləndiyini və Cəlalın onu vurduğunu bilmişlər. Ramil ustanın yanında qaldığı üçün həmin vaxt onunla gəlməmiş, Elnur və Turalla birlikdə həmin gün onları tez-tez gəldikləri, yaşadıqları köhnə məhəllələrində axtarsalar da həmin vaxt heç birini tapa bilməmişlər. X10 axtarmaqda məqsədləri onlarla söhbət edib aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək və həmin mübahisəni sülh qaydasında yoluna qoymaq olmuşdur. 17 iyun 2020-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 və onun qohumu Aydın Abbasovla görüşüb gün ərzində qısa fasilələrlə bir yerdə olmuş, həmin gün saat təxminən 21-22 radələrində Ramillə yenidən görüşmüşlər. O, Ramillə görüşüb onun idarə etdiyi qara rəngli “Hyundai Accent” markalı avtomobilə minmiş, avtomobildə olduqları zaman görüşmək məqsədilə istifadəsində olan mobil nömrədən ortaq dostları olan Elnurun istifadəsində olan mobil telefona yığıb onun harada olduğunu maraqlanmışdır. Sonuncu telefonda danışıq zamanı Turalla birlikdə onun avtomobili ilə “Sovetski” deyilən ərazidə olduqlarını, hazırda bir qədər işləri olduğunu bildirdiyi üçün ona olduqları dəqiq ünvanı deməsini xahiş etmişdir. Onun xahişindən sonra da Elnur ona dəqiq bir məlumat verməmiş, bu zaman dostu Elnurun kimlərləsə mübahisə etməyə getməsindən şübhələnib ondan telefonu Turala verməsini tələb etmişdir. Telefonu Tural götürdüyü zaman ondan harada olduqlarını soruşmuş, Tural da ona “Sovetski” deyilən ərazidə olduqlarını və “Cəlalgilin” məhəlləsi tərəfə getdiklərini bildirdiyindən onların həmin yerə mübahisə etmək məqsədi ilə getdiklərinə əmin olmuşdur. O da o səbəbdən Turala onları gözləmələrini, tez bir zamanda orada olacaqlarını bildirərək, Ramilə avtomobili “Cəlalgilin” köhnə məhəlləsinə - Mirzəağa Əliyev küçəsinə tərəf sürməyini demişdir. Hadisə yerinə getməkdə də məqsədi hər hansı mübahisə və ya münaqişə baş verəcəyi təqdirdə dostu Elnurun yanında olmaq, onu tək qoymamaq, məsələni sakitləşdirmək olmuşdur. Təxminən 5-10 dəqiqə ərzində hadisə yerinə çatdıqda Turalın idarə etdiyi qara rəngli, dövlət nömrə nişanını xatırlamadığı “Tofaş” markalı avtomobilin hadisənin baş verdiyi yerdə - Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısında dayandığını görüb Ramilə avtomobili idarə edərək onun avtomobilini keçib binanın qarşısında saxlamasını demişdir. Ramil də Turalın avtomobilini keçib bir qədər irəlidə avtomobilini saxlamış, lakin ilk öncə maşından düşməyib Ramillə birlikdə arxa tərəflərində nə baş verdiyini izləməyə başlamış, bu zaman Turalın avtomobilinin sükanı arxasında oturub onun avtomobilinə yaxınlaşmış Zərərçəkmiş şəxs1 ilə söhbət etdiyini görmüş, lakin Ramillə birlikdə həmin vaxt avtomobildə olduqları üçün onların söhbətinin məzmununu eşidə bilməmişlər. Bundan sonra bir anda Rüfətlə Tural arasında münaqişə yarandığını, onların bir-birinə qarşı əl-qol hərəkətləri ilə fiziki zor tətbiq etməyə başladığını, bu səbəbdən Turalla Elnurun maşından düşdüyünü görüb Ramillə birlikdə maşından düşmüşlər. Lakin həmin vaxt ilkin olaraq Turalın Rüfətə və yaxud Rüfətin Turala fiziki zor tətbiq etdiyini dəqiq görməmiş, həmin vaxt hava qaranlıq olduğundan ətrafda kimlərin olduğunu dəqiq seçə bilməmişdir. Ramil avtomobilinin baqaj hissəsində olan beyzbol idman növündə istifadə olunan özünə məxsus taxta sopasını götürmüş və birlikdə onlara yaxınlaşaraq üzərində olan dəstəyi qəhvəyi rəngli bıçağını çıxararaq həmin bıçağın dəstəyinin arxa hissəsi ilə Rüfətin başının təpə nahiyəsinə bir dəfə zərbə vurmuş, onun ardınca da yumruqla onun sifətinə vurub yerə yıxmışdır. Zərbənin təsirindən Rüfətin təpə nahiyəsindən qan axmağa başlamış, Rüfət yerdə onların ünvanına qarşı söyüş söydüyü üçün birlikdə onu yerdə təpikləməyə başlamışlar. Həmin vaxt Valeh və sonradan adının Ceyhun olduğunu bildiyi şəxs onlara yaxınlaşaraq aralamağa başlamış, Ceyhunu tanımadığı üçün ilk öncə onun Rüfəti müdafiə etmək məqsədi ilə onlara hücum çəkdiyini düşünüb əlindəki bıçaqla onun üzərinə doğru hücum çəkmiş, lakin Valeh ona qışqıraraq Ceyhunun onun qohumu olduğunu bildirməsi səbəbindən Ceyhuna heç nə etməmiş, Ceyhun da məhəllənin aşağısına doğru hərəkət edərək hadisə yerindən uzaqlaşmağa başlamışdır. Həmin vaxt Ceyhuna bıçaqla hücum etməkdə məqsədi onu qorxudaraq hadisə yerindən uzaqlaşdırmaq olmuş, Ceyhuna bıçaqla və ya digər şəkildə xəsarət yetirmək niyyəti olmamışdır. Təxminən 3-4 dəqiqə ərzində münaqişə davam etmiş, daha sonra ara sakitləşmiş, həmin vaxt Rüfət yerdə al-qan içində uzanmış vəziyyətdə olmuşdur. Özü, Ramil, Tural və Elnurun Rüfətə qarşı fiziki zor tətbiq etməsindən ibarət hadisənin şahidləri Ceyhun və Valeh adlı şəxslər olmuş, həmin vaxt ətrafda əlavə kimlərinsə olub olmamasından məlumatı olmamışdır. Ara sakitləşdikdən sonra Rüfət ayağa qalxıb özünə gəlməyə çalışmış, bundan sonra şifahi söhbət əsnasında aralarında qismən də olsa barışıq olmuş və onlar həmin yerdən uzaqlaşmaq üçün avtomobillərinə tərəf getmək istəyərkən küçənin yuxarı tərəfindən Zərərçəkmiş şəxs2 yanında bir neçə nəfər şəxslə birlikdə gəldiyini görmüş, hava qaranlıq olduğu üçün onun yanında neçə nəfərin olduğunu və həmin şəxslərin kimliyini bilməmişdir. Həmin vaxtı Cəlal onların yanına çatıb Rüfətin üz-gözünü al-qan içində görüb nə baş verdiyini və onu kimin vurduğunu maraqlanmış, sonra ilk öncə Turalın, ardınca da Elnurun sifət nahiyəsinə kəllə ilə vurmuşdur. Bu zaman ara yenidən qarışmış, hadisə yerində həmin vaxt neçə nəfərin olmasını və əlavə şəxslərin olub-olmasını dəqiq bilməmişdir. Turala və Elnura Cəlal tərəfindən fiziki zor tətbiq edildiyini görüb onlara tərəf getmiş və bıçağını nümayiş etdirərək aralanıb kənarlaşması üçün Cəlalın ünvanına qarşı “sənin üz-gözüvü kəsmək lazımdı” demiş və bu sözlərdən sonra niyyətinin ciddi olduğunu düşünüb Cəlalın kənarlaşacağını zənn etmişdir. Bundan sonra Cəlal da sağ əlini belinə tərəf keçirib sürətlə ona tərəf gəlməyə başlamış və yaxınlaşdıqda belindən bıçaq çıxartmışdır. Hava çox qaranlıq olduğu üçün onun əlindəki alətin parıltısından bıçaq olduğunu bilmiş, ancaq həmin bıçağın əlamətlərini (ölçüsü, dəstəyinin rəngi, forması və s.) görməmişdir. Onun həmin vaxt niyyəti bıçaqla Cəlalın arxa yan nahiyəsindən vurub xəsarət yetirərək onu tanışları arasında rüsvay etmək olmuş, onu öldürmək kimi bir niyyəti olmamışdır. Bu zaman əlindəki bıçaqla ona tərəf getmiş və aralaşması üçün bıçağı kortəbii şəkildə ona doğru sağa sola hərəkət etdirməyə başlamış, Cəlal ona bıçaqla hücum etməyə çalışsa da, ona heç bir xəsarət yetirə bilməmişdir. O, özü də həmin vaxt ona xəsarət yetirməmiş, lakin hava qaranlıq olduğu üçün bunu dəqiq bilməmişdir. Bundan sonra qəfil Cəlalın ayağı sürüşərək səndələməyə başlamış, özü də bu zaman sağ əlində tutduğu bıçaqla onun qarın nahiyəsinə doğru bir dəfə zərbə endirmiş, bıçaq ona batmış, lakin bıçağın onun bədəninin hansı nahiyəsinə batdığını qaranlıqda dəqiq görə bilməmişdir. Bıçaqla zərbə endirdikdən sonra Cəlal xəsarət aldığı üçün qışqıraraq öz tanışları – Tural, Elnur və Ramilə səslənib az müddətdə polis əməkdaşlarının hadisə yerinə gəlib onları polis şöbəsinə aparacaqlarını bildirib hadisə yerindən təcili şəkildə uzaqlaşmalı olduqlarını demiş, bu səbəbdən də o, Elnur və Ramil sonuncunun maşınına tərəf getmiş, Turala da maşınına minib onların arxasınca gəlməsini demişdir. Zərərçəkmiş şəxs2 hadisə yerinə gəldikdən sonra baş vermiş münaqişə bir neçə dəqiqə müddətində davam etmiş, Rüfət həmin vaxt aldığı xəsarətlərlə əlaqədar hadisə yerinin yaxınlığında özünə gəlməyə çalışmış və özünü çox pis hiss etdiyi üçün münaqişəyə müdaxilə edə bilməmişdir. Ceyhun isə hadisə yerindən xeyli aralanaraq məhəllənin aşağı hissəsinə tərəf getmiş, bu səbəbdən onun Cəlala bıçaqla xəsarət yetirməyini görməmişdir. Valeh münaqişə zamanı onu aralamağa, Cəlalla əlbəyaxa olmağına mane olmağa çalışsa da o, əlində bıçaqla Cəlala hücum çəkdikdən sonra Valehin nə etdiyini bilməmiş, Ramili həmin vaxt hadisə yerinin yaxınlığında ümumiyyətlə görməmişdir. Sonda özü Cəlalla təkbətək münaqişədə olduğu üçün Turalla Elnurun nə etdiyini, hadisə yerində olan digər şəxslərlə münaqişəyə qoşulub qoşulmadığını bilməmişdir. Yəni, Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirməyini kimin görməsini bilməmiş, habelə həmin vaxt onların yanında, yaxınlığında kim və yaxud kimlərin olmasından məlumatsız olmuşdur. Bundan sonra Ramil öz idarə etdiyi “Hyundai Accent” markalı avtomobilinin sürücü üçün nəzərdə tutulmuş qabaq oturacaq hissəsində, özü avtomobilin qabaq sağ oturacağında, Elnur isə arxa oturacaqda oturmuş, Ramil avtomobili sürətlə idarə edib hadisə yerindən uzaqlaşmışdır. O, arxa tərəfə çevrilən zaman Ramillə birlikdə Elnurun sifət nahiyəsinin al-qan içində olduğunu görüb ondan hansı nahiyəsindən xəsarət aldığını soruşmuş, sonuncu da çətinliklə nəfəs alaraq boğaz nahiyəsindən bıçaq xəsarəti aldığını, lakin xəsarətinin ağır olmadığını düşündüyünü demişdir. Elnur danışmaqda və nəfəs almaqda çətinlik çəkmiş, ona kimin xəsarət yetirdiyini soruşduqda əlindəki bıçağın arxası ilə hadisə yerində tanımadığı kiməsə vurmaq istədiyi vaxt bıçağın tiyəsinin onun öz boğazına batdığını, yəni bıçaqla ehtiyatsızlıqdan özü özünə xəsarət yetirdiyini bildirmişdir. Avtomobildə olduqları zaman Ramil və Elnura Cəlala bıçaqla xəsarət yetirdiyini bildirmiş, Elnurla Ramil bunu avtomobildə öyrəndikdən sonra bu barədə ondan heç nə soruşmamışlar. Bundan sonra Tural istifadəsində olan mobil nömrə ilə Elnura yığıb harada olduqlarını maraqlanmış, Elnur da onun təşəbbüsü ilə ona “5 mərtəbə” tərəfə “Cuhudlar məhəlləsi” deyilən əraziyə gəlməsini, orada görüşmələrini bildirmiş və həmin yerə gedib Turalı orada gözləməyə başlamışlar. Tural bir neçə dəqiqə sonra həmin yerə gəlmiş, orada birlikdə görüşüb, həmin yerdə təcili şəkildə parçalanaraq hər biri ayrı-ayrı istiqamətlərə getmələrini qərarlaşdırmışlar. Belə ki, birlikdə olduqları zaman polisə daha tez ələ keçəcəklərini düşünmüş, bundan sonra qərarlaşdırdıqları kimi özü və Ramil birgə hərəkət etməyi, Turalla Elnur da onlardan ayrı hərəkət etməyi, lakin bir-biri ilə mütəmadi olaraq telefon vasitəsi ilə əlaqə saxlamağı qərarlaşdırmışlar. Bu səbəbdən həmin yeri Ramillə birlikdə tərk etmiş, Elnurla Turalın da hara getməsini bilməmişdir. 18 iyun 2020-ci il tarixdə gecə saatlarında Ramil istifadəsində olan mobil telefonla tanışlarından kiməsə yığaraq M.Əliyev küçəsində hadisə baş verdiyini, guya həmin hadisədən məlumatsız olduğunu bildirərək hadisənin təfərrüatlarını öyrənmək istəmişdir. Həmin şəxs də Ramilə bıçaqlanma hadisəsinin olduğunu və bıçaqlanan Zərərçəkmiş şəxs2 aparıldığı xəstəxanada aldığı xəsarətlərdən öldüyünü demiş, Cəlalın ölməsi barədə həmin vaxt məlumat aldıqdan dərhal sonra Elnur və Turalla telefon vasitəsilə əlaqə saxlayaraq bu barədə onlara da bildirmişlər. Həmin gecə Cəlalın aldığı xəsarətlərdən ölməsi barədə məlumat aldıqdan sonra bu barədə Elnur və Turalla da əlaqələri kəsilmiş, belə ki, özü və Ramil telefon vasitəsi ilə izlənə biləcəklərindən ehtiyatlanıb mobil nömrələrini qıraraq telefonunu və mobil nömrələrin qırıntılarını xatırlamadığı yerə tullamışlar. Hadisədən sonra ancaq Ramillə bir neçə gün onun maşınında hazırda ünvanlarını dəqiq xatırlamadığı müxtəlif yerlərdə gecələmişlər. Bir neçə gün sonra isə Ramilin maşınının üzərinə həbs qoyulacağını düşündükləri üçün həmin maşını Yasamal rayonu, Mətbuat prospektində saxlayıb piyada hərəkət etməyə başlamışlar. Əsasən Yasamal qəbiristanlığında, o cümlədən Yasamal rayonu ərazisində ayrı-ayrı yerlərdə, qeyriyaşayış tikililərdə, binaların bloklarında, küçələrdə gecələmişlər. 23 iyun 2020-ci il tarixdə Ramillə birlikdə N.Nərimanov heykəlinin yaxınlığındakı təpəlikdə olduqları zaman bir qədər aşağıya düşüb yoldan keçən tanımadığı bir şəxsin mobil telefonu ilə tanışı Aydınla əlaqə saxlayıb olduqları yeri bildirərək pullarının qurtardığını, gəlməsini və onlara pul gətirməsini xahiş etmişlər. Bir neçə saat sonra Aydın gələrək onlarla görüşüb təslim olmalarını, cinayət hadisəsinə görə hər ikisinin axtarışda olduğunu bildirmiş, onlar da yaxın günlərdə könüllü təslim olacaqlarını ona demişlər. Bu zaman artıq polis əməkdaşları qəfil onların olduqları yerə tərəf gəlib onları saxlamağa çalışmış, Ramillə birlikdə qaçaraq onlardan yayınmağa çalışsalar da polis əməkdaşları hər ikisini saxlayaraq xidməti avtomobillərinə mindirib polis bölməsinə aparmışlar. Məhkəmədən onun ikinci dərəcəli əlil olmasının nəzərə alınaraq barəsində mümkün qədər aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15 iyun 2020-ci il tarixdə saat 22 radələrində dostu Təqsirləndirilən şəxs1lə birlikdə idarə etdiyi avtomobili “Sovetski” deyilən ərazidə təmir üçün ustaya vermək istəmişdir. Bu zaman digər dostu Elnur Şəmsiyev həmin yerə gələrək onların tanışı olan Tural adlı şəxsin “Sovetski”də Rüfət və Cəlal adlı şəxslər tərəfindən bilmədiyi səbəbdən döyüldüyünü bildirmişdir. Bundan sonra Rauf və Elnur Turalla birlikdə Rüfətlə Cəlalı axtarmağa getmiş, həmin vaxt Təqsirləndirilən şəxs3la Zərərçəkmiş şəxs1 arasında harada, necə və nə səbəbə mübahisə baş verməsindən məlumatsız olmuşdur. 17 iyun 2020-ci il tarixdə günorta saatlarında qohumu (arvadının dayısı oğlu) Aydın Abbasovla birlikdə Təqsirləndirilən şəxs1lə görüşüb gün ərzində qısa fasilələrlə bir yerdə olmuşlar. Həmin gün saat təxminən 21-22 radələrində Raufla yenidən görüşmüş, avtomobildə olduqları zaman Rauf istifadəsində olan mobil telefondan Elnur Şəmsiyevi yığıb harada olduğunu maraqlanmış, Elnur telefonda danışıq zamanı Turalla birlikdə onun avtomobili ilə “Sovetski” deyilən ərazidə olduqlarını demişdir. Rauf Elnura olduqları dəqiq ünvanı bildirməsini xahiş etsə də, Elnur bu barədə ona dəqiq bir məlumat verməmiş, bu zaman Rauf Elnura telefonu Turala verməsini tələb etmiş və Turaldan harada olduqlarını maraqlanmış, onunla danışdıqdan sonra onu gözləmələrini, tez bir zamanda orada olacağını Turala bildirərək ona avtomobili Yasamal rayonu, M.Əliyev küçəsi istiqamətində idarə etməyini, Elnurla Turalın da həmin yerə getdiklərini bildirmişdir. Təxminən 5-10 dəqiqə ərzində hadisə yerinə - Yasamal rayonu, M.Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısına çatdıqda Turalın idarə etdiyi qara rəngli, dövlət nömrə nişanını xatırlamadığı “Tofaş” markalı avtomobilin həmin binanın qarşısında dayandığını görmüş, özü həmin avtomobilin Turala məxsus olmasını Raufun ona deməsindən sonra bilmişdir. Onun avtomobilini təxminən 10 metr keçib binanın qarşısında avtomobilini saxlamış, ilk öncə maşından düşməyib Raufla birlikdə arxa tərəflərində nə baş verdiyini izləməyə başlamışlar. Tural avtomobilinin sükanı arxasında oturub onun avtomobilinə yaxınlaşmış sonradan adının Rüfət olduğunu bildiyi şəxslə söhbət etmiş, lakin Raufla birlikdə həmin vaxt avtomobildə olduqları üçün onların söhbətinin məzmununu eşidə bilməmişlər. Bu zaman Rüfətlə Tural arasında münaqişə yarandığını, onların bir-birinə qarşı əl-qol hərəkətləri ilə fiziki zor tətbiq etməyə başladığını, bu səbəbdən Turalla Elnurun maşından düşdüyünü görüb Raufla birlikdə maşından düşmüş, həmin vaxt hava zülmət qaranlıq olduğundan ətrafda kimlərin olduğunu dəqiq seçə bilməmiş, bu səbəbdən də ehtiyat məqsədi ilə idarə etdiyi avtomobilinin baqaj hissəsində olan beyzbol idman növündə istifadə olunan taxta sopasını götürmüş və Raufla birlikdə onlara yaxınlaşmışdır. Bu zaman Rauf üzərində olan bıçağını çıxararaq həmin bıçağın dəstəyinin arxa hissəsi ilə Rüfətin başının təpə nahiyəsinə bir dəfə zərbə vurmuş, ardınca da yumruqla onun sifətinə vurub yerə yıxmış, zərbənin təsirindən Rüfətin təpə nahiyəsindən qan axmağa başlamışdır. Rüfət yerdə onların ünvanına qarşı söyüş söydüyü üçün birlikdə onu yerdə təpikləməyə başlamışlar. Həmin vaxt sonradan adlarının Valeh və Ceyhun olduğunu bildiyi şəxslər yaxınlaşaraq onları aralamağa başlamış, bu zaman Rauf əlində bıçaqla Ceyhun adlı şəxsin üzərinə doğru hücum çəkmiş, lakin Valeh adlı digər şəxsin Raufa qışqıraraq Ceyhunun qohumu olduğunu ona bildirməsi səbəbindən Rauf Ceyhuna heç nə etməmişdir. Ceyhun adlı şəxs də məhəllənin aşağısına doğru hərəkət edərək hadisə yerindən uzaqlaşmağa başlamışdır. Həmin vaxt özü əlindəki taxta sopadan Rüfətə qarşı istifadə etməmiş, ona sadəcə təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq fiziki zor tətbiq etmişdir. Təxminən 3-4 dəqiqə ərzində münaqişə davam etdikdən sonra ara sakitləşmiş, Rüfət yerdə al-qan içində uzanmış vəziyyətdə olmuş, ara sakitləşdikdən sonra Rüfət ayağa qalxıb özünə gəlməyə çalışmışdır. Bundan sonra söhbət əsnasında aralarında qismən də olsa barışıq olmuş və birlikdə həmin yerdən uzaqlaşmaq üçün avtomobilə tərəf getmək istəyərkən, küçənin yuxarı tərəfindən Zərərçəkmiş şəxs2 yanında bir neçə nəfər şəxslə birlikdə gəldiyini görmüşdür. Hava qaranlıq olduğu üçün onun yanında neçə nəfərin olduğunu və həmin şəxslərin kimliyini bilməmiş, Cəlal onların yanına çatıb Rüfətin üz-gözünü al-qan içində görüb nə baş verdiyini və onu kimin vurduğunu maraqlanmış, sonra ilk öncə Turalın, ardınca da Elnurun sifət nahiyəsinə kəllə ilə vurmuşdur. Bu zaman ara yenidən qarışmış, hadisə yerində həmin vaxt neçə nəfərin olmasını və əlavə şəxslərin olub-olmasını dəqiq bilməmiş, həmin vaxt kimin kiminlə dava etdiyini, kimin kimə hansı şəkildə fiziki zor tətbiq etdiyini görməmişdir. Ancaq hadisə vaxtı Cəlala hücum çəkməmiş, onunla qarşılıqlı münaqişədə olmamış, habelə Cəlalın kim və yaxud kimlərlə və hansı şəkildə qarşılıqlı münaqişədə olmasını da görməmişdir. Xatırladığı qədəri ilə Cəlal hadisə vaxtı Raufla əlbəyaxa olmuş, Cəlal hadisə yerinə gəldikdən sonra bir neçə dəqiqə ərzində münaqişə davam etmişdir. Bir anda Rauf qışqıraraq onlara az müddətdə polis əməkdaşlarının hadisə yerinə gəlib onları polis şöbəsinə aparacaqlarını bildirib hadisə yerindən təcili şəkildə uzaqlaşmalı olduqlarını demişdir. Bu səbəbdən o, Elnur və Rauf onun avtomobilinə tərəf getmiş, Turala da avtomobilinə minib onların arxasınca gəlməsini demişlər. Özü avtomobilinin sürücü üçün nəzərdə tutulmuş qabaq oturacaq hissəsində oturmuş, Rauf avtomobilin qabaq sağ oturacağında, Elnur isə arxa oturacaqda oturmuşdur. Avtomobili sürətlə idarə edib hadisə yerindən uzaqlaşmış, arxa tərəfə çevrilən zaman Raufla birlikdə Elnurun sifət nahiyəsinin al-qan içində olduğunu görüb ondan hansı nahiyəsindən xəsarət aldığını soruşmuş, sonuncu da çətinliklə nəfəs alaraq boğaz nahiyəsindən bıçaq xəsarəti aldığını, lakin xəsarətinin ağır olmadığını düşündüyünü demişdir. Elnur danışmaqda və nəfəs almaqda çətinlik çəkmiş, ona kimin xəsarət yetirdiyini soruşduqda əlindəki bıçağın arxası ilə hadisə yerində tanımadığı kiməsə vurmaq istədiyi vaxt bıçağın tiyəsinin onun öz boğazına batdığını, yəni bıçaqla ehtiyatsızlıqdan özü özünə xəsarət yetirdiyini bildirmişdir. Avtomobildə olduqları zaman Rauf Cəlala bıçaqla xəsarət yetirdiyini bildirmiş, lakin bıçağı Cəlalın bədəninin hansı nahiyəsinə və necə vurduğunu, habelə bıçaqla ona neçə dəfə xəsarət yetirdiyini bildirməmiş, özü də bu barədə ondan heç nə soruşmamışdır. Bu zaman Tural istifadəsində olan mobil nömrə ilə Elnura yığıb harada olduqlarını maraqlanmış, Raufun təşəbbüsü ilə ona “5 mərtəbə” tərəfə “Cuhudlar məhəlləsi” deyilən əraziyə gəlməsini, orada görüşmələrini bildirmiş və həmin yerə gedib Turalı orada gözləməyə başlamışlar. Tural bir neçə dəqiqə sonra həmin yerə gəlmiş, orada görüşüb təcili şəkildə parçalanaraq hər biri ayrıayrı istiqamətlərə getmələrini qərarlaşdırmış, belə ki, birlikdə olduqları zaman polisə daha tez ələ keçəcəklərini düşünmüşlər. Bundan sonra qərarlaşdırdıqları kimi özü Raufla birgə hərəkət etməyi, Turalla Elnur da onlardan ayrı hərəkət etməyi, lakin bir-biri ilə mütəmadi olaraq telefon vasitəsi ilə əlaqə saxlamağı qərarlaşdırmışlar. Bu səbəbdən həmin yeri Raufla birlikdə tərk etmiş, Elnurla Turalın da hara getməsini bilməmiş, yolda olduqları zaman hadisə vaxtı əlində olmuş beyzbol toxmağını hazırda xatırlamadığı yerə tullamışdır. Özü həmin vaxt istifadəsində olan mobil telefonla hazırda xatırlamadığı məhəllədən olan tanışlarından birinə yığaraq M.Əliyev küçəsində hadisə baş verdiyini, guya özünün həmin hadisədən məlumatsız olduğunu bildirərək hadisənin təfərrüatlarını öyrənmək istəmiş, həmin şəxs də ona bıçaqlanma hadisəsinin olduğunu və bıçaqlanan Zərərçəkmiş şəxs2 aparıldığı xəstəxanada aldığı xəsarətlərdən öldüyünü demişdir. Cəlalın ölməsi barədə həmin vaxt məlumat almış və dərhal Elnur və Turalla telefonla əlaqə saxlayaraq bu barədə onlara da bildirmişdir. Həmin gecə Cəlalın aldığı xəsarətlərdən ölməsi barədə məlumat aldıqdan sonra bu barədə Elnur və Turalla da əlaqələri kəsilmiş, belə ki, Raufla birlikdə telefon vasitəsi ilə izlənə biləcəklərindən ehtiyatlanıb mobil nömrələrini qıraraq telefon və mobil nömrələrinin qırıntılarını hazırda xatırlamadığı yerə tullamışlar. Hadisədən sonra ancaq Raufla bir neçə gün onun maşınında hazırda ünvanlarını dəqiq xatırlamadığı müxtəlif yerlərdə gecələmiş, bir neçə gün sonra isə maşının üzərinə həbs qoyulacağını düşündüyü üçün həmin maşını Yasamal rayonu, Mətbuat prospektində saxlayıb piyada hərəkət etməyə başlamışlar. Əsasən Yasamal qəbiristanlığında, o cümlədən Yasamal rayonu ərazisində dəqiq ünvanlarını xatırlamadığı ayrı-ayrı yerlərdə, qeyri-yaşayış tikililərdə, binaların bloklarında, küçələrdə gecələmişlər. 23 iyun 2020-ci il tarixdə Raufla birlikdə N.Nərimanov heykəlinin yaxınlığındakı təpəlikdə olmuş, həmin vaxt Rauf bir qədər aşağıya düşüb yoldan keçən tanımadığı bir şəxsin mobil telefonu ilə Aydınla əlaqə saxlayıb olduqları yeri bildirərək pullarının qurtardığını, gəlməsini və onlara pul gətirməsini xahiş etmişdir. Bir neçə saat sonra Aydın gəlib onlarla görüşüb təslim olmalarını, cinayət hadisəsinə görə hər ikisinin axtarışda olduğunu bildirmişdir. Onlar da yaxın günlərdə könüllü təslim olacaqlarını ona demiş, bu zaman artıq polis əməkdaşları qəfil onların olduqları yerə tərəf gəlib onları saxlamağa çalışmış, Raufla birlikdə qaçaraq onlardan yayınmağa çalışsalar da polis əməkdaşları hər ikisini saxlayaraq xidməti avtomobillərinə mindirib polis bölməsinə aparmışlar. Hazırda əməlindən peşmandır, himayəsində azyaşlı uşağının olmasının, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ona qarşı şikayət tələbinin olmamasını, xəstə anasının onun qayğısına ehtiyacının olmasını nəzərə alaraq barəsində mümkün qədər aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin iyun ayının təxminən 12-13 tarixlərində idarə etdiyi avtomobillə tanışı Zərərçəkmiş şəxs1 oğlunu onunla birlikdə idmana aparıb onu yenidən məhəlləyə qaytaran zaman Rüfət vaxt edib onu Nizami metrosunun yaxınlığına apara bilib bilməyəcəyini soruşmuş, bu zaman özü də işinin olduğunu, vaxtının olmadığını deyib ona etiraz etmişdir. Bu zaman Rüfətlə aralarında həmin vaxt sözlü mübahisə yaranmış, mübahisə zamanı sonuncu onunla kobud rəftar etmiş və səsini yüksəltmişdir. Səs-küyə Rüfətin tanışı olan Zərərçəkmiş şəxs2 yaxınlaşaraq avtomobilin qabaq sağ oturacağı tərəfdən qapının açıq olmasına görə avtomobilin kabinəsinə girib ona səbəbsiz yerə bir dəfə şillə ilə üz nahiyəsinə zərbə vurmuş, bu səbəbdən özü avtomobildən düşüb onunla dava etmək istədiyi zaman Rüfət ona mane olmuşdur. Özü də onların həmin vaxt onu təkləyəcəyini düşündüyü üçün həmin yeri tərk etmiş və bu barədə dostu Elnur Şəmsiyevə məlumat vermişdir. Elnur da bu barədə sonradan Raufa məlumat vermiş, hətta bir dəfə 15 iyun 2020-ci ildə axşam saatlarında dostu Rauf və Elnurla birlikdə Rüfətlə Cəlalı əvvəllər yaşadıqları köhnə məhəllələrində axtarsalar da həmin vaxt heç birini tapmamışlar. Cəlalla Rüfəti axtarmaqda məqsədləri onlarla söhbət edib aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək və həmin mübahisəni sülh qaydasında yoluna qoymaq olmuş, onlarla münaqişə etmək kimi bir fikirləri olmamışdır. 17 iyun 2020-ci il tarixdə saat 21-22 radələrində idarə etdiyi **-LC-*** dövlət nömrə nişanlı, qara rəngli, “Tofaş Doğan” markalı avtomobillə şəhər ərazisində dostu Elnur Şəmsiyevlə birlikdə olduğu zaman Rüfət və Cəlalın əvvəllər yaşadıqları və tez-tez gəldikləri köhnə məhəllələrində olub olmadıqlarını görmək üçün avtomobilini Yasamal rayonu, Mirzəağa Əliyev küçəsinə tərəf idarə etməyə başlamışdır. Elnur da həmin vaxt hara getdiklərini soruşduqda ona Cəlalı və ya Rüfəti tapmaq üçün Yasamal rayonu, M.Əliyev küçəsinə tərəf getdiyini bildirmişdir. Bu zaman Rauf Elnurun telefonuna zəng edib ondan harada olduğunu soruşmuş, Elnur ona “Sovetski” ərazisində olduqlarını dedikdən sonra Raufla danışmağı üçün telefonu ona vermiş, özü telefona cavab verərək Raufa “Cəlalgilin” məhəlləsinə tərəf getdiklərini dedikdə Rauf onu da gözləmələrini bildirmişdir. Lakin o, Raufu gözləməyərək avtomobili M.Əliyev küçəsinə doğru sürməyə davam etmiş, ümumiyyətlə Raufun həmin yerə gəlib-gəlməyəcəyini, habelə gələcəyi təqdirdə də kiminlə gələcəyini bilməmişdir. Cəlalla Rüfəti həmin vaxt axtarmaqda məqsədi də onlarla söhbət edib aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək olmuşdur. Avtomobili idarə edərək M.Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısından keçdiyi zaman təsadüfən Rüfətin köhnə qonşuları olan Şahid1 və Şahid2la birlikdə küçənin tinində dayandığını görüb avtomobili saxlayaraq maşından Rüfəti yanına çağırmış, həmin vaxt ətrafda əlavə şəxslərin olub olmamasını görməmişdir. Zərərçəkmiş şəxs1 yanına çağırdıqdan sonra sonuncu onun avtomobilinə tərəf yaxınlaşaraq pəncərədən hər ikisi ilə görüşmüş, özü Rüfətə bir neçə gün əvvəl aralarında yaşanmış mübahisəni xatırladaraq həmin vaxt ona qarşı düzgün hərəkət etmədiyini, həmin məsələni aydınlaşdırmaq üçün onu çağırdığını bildirmişdir. Bu səbəbdən də aralarında sözlü mübahisə yaranmış, həmin vaxt mübahisənin gedişində bir-birinə qarşı nalayiq söyüşlər söyməyə başlamışlar. Bu zaman başqa qara rəngli, sedan tipli, xarici markalı (markasını və modelini bilmir), dövlət nömrə nişanını xatırlamadığı, sonradan Təqsirləndirilən şəxs2 idarə etdiyini bildiyi avtomobil binanın yuxarı tərəfindən (yoxuşdan) aşağıya doğru gəlib onun avtomobilini keçərək bir qədər irəlidə dayanmış, həmin vaxt həmin avtomobildə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bilməmişdir. Rüfətlə arasında yaranmış sözlü mübahisənin gedişində əlilə onun sifət nahiyəsinə şillə vuraraq avtomobildən aşağı düşmüş, onunla eyni vaxtda yanında olan Elnur da avtomobildən düşüb onlara tərəf gəlmiş, bu zaman bir qədər irəlidə dayanmış digər qara rəngli avtomobildən Ramil və Rauf da düşüb onlara doğru hərəkət etmişlər. Bundan sonra Rauf yaxınlaşaraq bel kəmərində olan bıçağını çıxarıb həmin bıçağın dəstəyinin arxa hissəsi ilə Rüfətin başının təpə nahiyəsinə bir dəfə zərbə vurmuş və bu zərbənin təsirindən Rüfətin başından qan axmağa başlamışdır. Ardınca da Rüfətə yumruqla sifət nahiyəsinə bir dəfə zərbə endirib onu yerə yıxmış, yerdə olarkən Rüfət onların ünvanına qarşı söyüş işlətdiyindən hər biri – həm özü, həm də ki, Ramil, Elnur və Rauf onu təpikləmişlər. Həmin vaxt Valeh və Ceyhun onlara yaxınlaşaraq aralamağa başlamış, bu zaman Rauf əlində bıçaqla Ceyhun adlı şəxsin üzərinə doğru hücum çəkmiş, lakin Valeh adlı digər şəxsin Raufa qışqıraraq Ceyhunun qohumu olduğunu ona bildirməsi səbəbindən Rauf Ceyhuna heç nə etməmiş, Ceyhun da məhəllənin aşağısına doğru hərəkət edərək hadisə yerindən uzaqlaşmağa başlamışdır. Təxminən 3-4 dəqiqə ərzində münaqişə davam etdikdən sonra ara bir qədər sakitləşmiş, Rüfətlə aralarındakı münaqişədən sonra şifahi söhbət əsnasında qismən də olsa barışıq olmuş və onlar həmin yerdən uzaqlaşmaq üçün avtomobillərinə tərəf getmək istəyərkən küçənin yuxarı tərəfindən Zərərçəkmiş şəxs2 yanında bir neçə nəfər şəxslə birlikdə gəldiyini görmüşlər. Hava qaranlıq olduğu üçün onun yanında dəqiq olaraq neçə nəfərin olduğunu və həmin şəxslərin kimliyini bilməmişdir. Cəlal hadisə yerinə gəldikdən sonra Rüfətin üz-gözünü al-qan içində görüb nə baş verdiyini və onu kimin vurduğunu maraqlanmış, daha sonra da ilk öncə onun, ardınca da Elnurun sifət nahiyəsinə kəllə ilə vurmuş, bu zaman ara yenidən qarışmışdır. Hadisə yerində həmin vaxt neçə nəfərin olmasını və əlavə şəxslərin olub-olmasını dəqiq bilməmiş, həmin vaxt sifət nahiyəsindən zərbə aldığı üçün kənarda dayanıb özünə gəlməyə çalışmışdır. Bu səbəbdən həmin vaxt kimin kiminlə dava etdiyini, kimin kimə hansı şəkildə fiziki zor tətbiq etdiyini görməmiş, ancaq özü hadisə vaxtı Cəlala hücum çəkməmiş, onunla qarşılıqlı münaqişədə olmamış, habelə Cəlalın kim və yaxud kimlərlə və hansı şəkildə qarşılıqlı münaqişədə olmasını da görməmişdir. Cəlal hadisə yerinə gəldikdən sonra təxminən bir neçə dəqiqə ərzində münaqişə davam etmiş, bir anda Rauf qışqıraraq onlara az müddətdə polis əməkdaşlarının hadisə yerinə gəlib onları polis şöbəsinə aparacaqlarını bildirib hadisə yerindən təcili şəkildə uzaqlaşmalı olduqlarını dediyi üçün Rauf, Elnur, Ramil qaçaraq sonuncunun avtomobilinə minib hadisə yerini tərk etmişlər. Avtomobilə minməmişdən əvvəl ona da avtomobilinə minib onların arxasınca gəlməyini demiş, özü nə baş verdiyini ilk öncə anlamamış, bir anda Cəlalın səndələdiyini və Rüfətin onu yerə uzatdığını, yerdə olarkən Cəlalın huşsuz vəziyyətdə olduğunu, habelə onun bədəni üzərində qan ləkələrinin olduğunu görüb bıçaqlandığını bilmişdir. O, bunu bilən kimi qorxduğu üçün avtomobilinə minib hadisə yerini tərk etməyə çalışmışdır. Həmin vaxt Cəlalın yanında olan tanışları onu səsləyərək Cəlalın xəsarət aldığını, onu xəstəxanaya aparmağını demiş, özü ilk öncə maşını saxlasa da, sonradan həmin şəxslərin ona hücum edəcəyindən qorxub tərəddüd edərək avtomobilini irəliyə sürmüşdür. Bu zaman həmin şəxslər yenidən onu səsləmiş və avtomobili saxlamağını bildirmiş, özü də bir daha avtomobilini geriyə doğru vermiş, Rüfət və Valeh onun avtomobilinə yaxınlaşdığı zaman qorxduğu üçün yenidən tərəddüd edib avtomobilini irəliyə doğru idarə edərək hadisə yerini tərk etmişdir. Bundan sonra istifadəsində olan mobil nömrə ilə Elnura yığıb harada olduqlarını maraqlanmış, sonuncu da ona “5 mərtəbə” tərəfə “Cuhudlar məhəlləsi” deyilən əraziyə gəlməyini, orada görüşəcəklərini bildirmişdir. Bir neçə dəqiqə sonra həmin yerə gəlmiş, orada görüşmüşlər, həmin yerdə olarkən Elnurun boğaz nahiyəsindən xəsarət aldığını görmüş, nə baş verdiyini maraqlandıqda Rauf Cəlalı bıçaqladığını, Elnurun da hadisə vaxtı tanımadığı kiməsə müqavimət göstərərkən ehtiyatsızlıqdan üzərindəki bıçaqla özünə xəsarət yetirdiyini bildirmiş, özü də Cəlalın Rauf tərəfindən bıçaqlanmasını həmin vaxt bilmişdir. Lakin Rauf ona Cəlala neçə bıçaq zərbəsi vurduğunu, habelə nə səbəbə bıçaqla ona xəsarət yetirdiyini bildirməmiş, özü də bu barədə ondan heç nə soruşmamışdır. Bundan sonra təcili şəkildə parçalanaraq hər biri ayrı-ayrı istiqamətlərə getməyi qərarlaşdırmış, belə ki, birlikdə olduqları zaman polisə daha tez ələ keçəcəklərini düşünmüşlər. Bundan sonra qərarlaşdırdıqları kimi Ramil və Rauf birgə hərəkət etməyi, Elnurla özü isə onlardan ayrı hərəkət etməyi, lakin birbiri ilə mütəmadi olaraq telefon vasitəsi ilə əlaqə saxlamağı qərarlaşdırmışlar. Bundan sonra Ramil onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs2 aparıldığı xəstəxanada aldığı bıçaq xəsarətlərindən öldüyü məlumatını vermiş, Cəlalın ölməsi barədə həmin vaxt məlumat aldıqdan sonra qorxduğu üçün telefon vasitəsi ilə izlənə biləcəyindən ehtiyatlanıb mobil nömrələrini qıraraq telefonunu və mobil nömrəsinin qırıntılarını xatırlamadığı yerə tullamışdır. Hadisədən sonra ünvanlarını dəqiq xatırlamadığı müxtəlif yerlərdə, əsasən Yasamal rayonu ərazisində ayrı-ayrı yerlərdə, qeyri-yaşayış tikililərdə, binaların bloklarında, küçələrdə gecələmişlər. 27 avqust 2020-ci il tarixdə saat 18-19 radələrində isə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 37-nin qarşısında piyada gəzərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal rayon polis idarəsinə gətirilmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ona qarşı şikayət tələbinin olmamasını nəzərə alaraq barəsində mümkün qədər aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 əri X4 ilə birgə nikahından doğulmuş doğma oğludur. Əvvəllər ailə üzvləri ilə birlikdə Yasamal rayonunda “Sovetski” adlanan Qədirli küçəsində yaşamışlar. Yaşadıqları ev planlı qaydada dövlət qurumları tərəfindən söküldüyündən 2018-ci ilin dekabr ayından ünvan 5 ünvanda yaşamağa davam etmişlər. Oğlu Zərərçəkmiş şəxs2 173 saylı tam orta məktəbdə natamam orta təhsil almış, 8-ci sinifdən sonra orta təhsilini yarımçıq buraxaraq təhsilini davam etdirməmiş, Lənkəran rayonunda AR Müdafiə Nazirliyinə məxsus N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Zərərçəkmiş şəxs2 heç bir yerdə işləməmiş, sadəcə idarə etdiyi “BMW” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Oğlu Zərərçəkmiş şəxs2 uzun müddət narkotik vasitə istifadəçisi olmuş, bununla bağlı Narkoloji dispanserdə onun qeydiyyatı da olmuş və ayrı-ayrı vaxtlarda müalicə də almışdır. Cəlal əvvəllər üç dəfə ayrı-ayrı vaxtlarda narkotik vasitələrdən istifadə etdiyinə görə məhkumluq həyatı yaşamışdır. 17 iyun 2020-ci il tarixdə gecə saat 11-12 radələrində qohumu Şahid2 qızı İzətxanımın istifadəsində olan mobil telefonuna zəng vuraraq Cəlalın bıçaqlandığını, aldığı xəsarətlərə görə aparıldığı Respublika Kliniki Xəstəxanasında öldüyünü bildirmiş, xəbəri eşidən kimi dərhal taksi sifariş edərək Respublika Kliniki Xəstəxanasına getmişdir. Xəstəxanaya çatdıqda xəstəxananın həyətində olan qohumları Cəlalın bıçaqlanaraq öldüyünü ona bildirmiş, qısa müddət sonra Cəlalın meyiti daxili müayinə edilməsi üçün xəstəxanadan morqa köçürülmüşdür. Sonradan eşitdiyinə görə oğlu Zərərçəkmiş şəxs2 17 iyun 2020-ci il tarixdə gecə saat 11-12 radələrində Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində Ramil, Elnur, Rauf və Tural adlı şəxslərin Rüfət adlı başqa şəxslə aralarında bilmədiyi səbəbdən baş vermiş münaqişəyə müdaxilə edərkən Rauf adlı şəxs tərəfindən bıçaqlanaraq aldığı xəsarətlərdən ölmüşdür. Hazırda təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı şikayət, tələbinin olmadığını, Təqsirləndirilən şəxs1 isə şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2020-ci ilin iyun ayının təxminən 12-13 tarixlərində Tural idarə etdiyi avtomobillə onun oğlunu idmana aparıb onu yenidən məhəlləyə qaytaran zaman özü ona vaxt edib onu Nizami metrosunun yaxınlığına apara bilib bilməyəcəyini soruşmuş, bu zaman Tural da işinin olduğunu, onsuz da onun vaxtını kifayət qədər apardığını bildirib kobud şəkildə ona etiraz etmişdir. Özü Turala kobud şəkildə danışmağa ehtiyac olmadığını, ona vaxtının olmadığını deməsinin kifayət etdiyini dediyi zaman aralarında sözlü mübahisə yaranmış, Tural maşında yüksək səslə danışdığı üçün ona məhəllədə olduğunu xatırladıb səsini yüksəltməməsi barədə dəfələrlə xəbərdarlıq etmiş, buna baxmayaraq sonuncu onun sözlərinə məhəl qoymadan yüksək səslə onunla mübahisəyə davam etmişdir. Bu zaman səs-küyə kənarda olan Zərərçəkmiş şəxs2 yaxınlaşaraq nə baş verdiyini maraqlanmış və o da Turala səsini yüksəltməməsi barədə xəbərdarlıq etmişdir. Bu zaman Tural ona da kobud tərzdə cavab qaytarmış və nalayiq ifadələr işlətməyə başlamışdır. Bunu eşidən kimi Cəlal əlilə Turalın ağız nahiyəsindən şillə ilə vurmuş, Tural da onunla dava etmək üçün avtomobilindən düşməyə çalışarkən özü ona mane olmuş və Cəlala da ona yenidən vurmasına imkan verməmiş və maşından düşüb Turala yoluna davam etməsini bildirmişdir. 17 iyun 2020-ci il tarixdə saat 21-22 radələrində məhəllədə - hadisənin baş verdiyi Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısında tək dayandığı zaman köhnə qonşuları olan Şahid1la Şahid2 təsadüfən məhəlləyə gəlmiş, onların məhəlləyə nə səbəbə gəldiklərini həmin vaxt bilməmişdir. Onlarla görüşüb bir qədər söhbət edən zaman həmin məhəllədə yaşayan tanışı Tural idarə etdiyi - dövlət nömrə nişanının son seriyası “241” olan, qara rəngli, “Tofaş” markalı avtomobillə məhəllənin yuxarı tərəfindən gəlib binanın yaxınlığında, təxminən 3-4 metr məsafədə dayanıb maşından onu yanına çağırmış, özü də ona tərəf getmiş, Ceyhunla Valeh isə həmin yerdə dayanmışdır. Turalın maşınında qabaq tərəfdə məhəllədən tanıdığı Elnur da olmuş, maşında başqa heç kim olmamışdır. Elnurla salamlaşıb görüşdükdən sonra əl ilə Turala da salam vermiş, lakin Tural sərt şəkildə onun əlini geri çevirmiş, özü də Turaldan bu hərəkətinin səbəbini soruşmuşdur. Tural da ona bundan bir neçə gün əvvəl aralarında yaşanmış mübahisəni xatırladaraq həmin vaxt ona qarşı düzgün hərəkət etmədiyini, həmin məsələni aydınlaşdırmağa gəldiyini bildirmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin vaxt mübahisənin gedişində Tural nalayiq söyüşlər söyməyə başlamış, bu zaman başqa qara rəngli, sedan tipli, xarici markalı (markasını və modelini bilmir), dövlət nömrə nişanını xatırlamadığı başqa bir maşın binanın yuxarı tərəfindən (yoxuşdan) aşağıya doğru gəlib Turalın maşınını keçərək bir qədər irəlidə dayanmış, lakin onların kim olduğuna həmin vaxt fikir verməmişdir. Tural əlilə onun sifət nahiyəsinə vuraraq maşından aşağı düşən zaman onun maşınında olan Elnur da maşından düşüb ona tərəf gəlmiş, bu zaman digər qara rəngli maşından da iki nəfər – əlində taxta sopası olan Ramil və Rauf kimi tanıdığı şəxslər düşüb ona doğru gəlmişlər. Həmin vaxt kimsə onun ünvanına qarşı nalayiq sözlərdən istifadə edib başının arxa nahiyəsindən küt alətlə vurduğu üçün başından xəsarət alaraq yerə yıxılmışdır. Əlində taxta sopa olduğu üçün ilk öncə Ramilin həmin taxta sopa ilə onun başına vurduğunu düşünmüş, lakin bunu görməmişdir. Yerdə olduğu zaman da onun ünvanına nalayiq söyüşlər söyərək bədəninin müxtəlif nahiyələrinə vurmağa davam etmişlər, lakin qorunmaq məqsədilə hər iki əlilə üzünü tutduğu üçün, habelə hava zülmət qaranlıq olduğundan onu konkret olaraq kimin və necə vurduğunu görməmişdir. Buna baxmayaraq o, yerdə olarkən onu bir neçə nəfərin təpiklədiyini dəqiq bilmişdir. Həmin vaxt Ceyhunla Valeh isə onları aralayaraq onu vurmalarına mane olmağa çalışmış, onların müdaxiləsindən sonra ara bir qədər sakitləşmiş, bu zaman ayağa qalxıb özünə gəlməyə çalışarkən yuxarı tərəfdən Cəlalın təsadüfən piyada gəldiyini görmüş, Cəlal onun yanına çatıb üz-gözünü al-qan içində görüb nə baş verdiyini və onu kimin vurduğunu maraqlanmış, sonra ilk öncə Turalın, ardınca da Elnurun baş nahiyəsinə kəllə ilə vurmuşdur. Bu zaman ara yenidən qarışmış, Valeh həmin vaxt münaqişənin yenidən başlanmasına mane olmağa çalışmış, Ceyhun isə hadisə yerində aralaşdığı üçün bir qədər kənarda olmuşdur. Özü həmin vaxt aldığı xəsarətlərlə əlaqədar özünə gəlməyə çalışmış, bu səbəbdən hadisənin həmin hissələrini, yəni Cəlala qarşı kimin və yaxud kimlərin zor tətbiq etmələrini görməmişdir. Cəlalın Tural və Elnura fiziki zor tətbiq etməsindən sonra onun əlini belinə ataraq kiçik ölçülü bıçaq çıxardığını görmüş, lakin onun bıçaqdan kimə qarşı və hansı şəkildə istifadə etdiyini görməmişdir. Qısa müddət ərzində Elnur, Rauf və Ramil qaçaraq Ramilin idarə etdiyi xarici markalı avtomobilə minib hadisə yerini tərk etmiş, Tural da maşınına minib getmək istəyərkən Cəlal bir neçə addım atıb səndələmiş, özü yaxınlaşaraq yıxılmaması üçün dərhal onu tutmağa çalışmış, bu zaman Cəlal ona sadəcə “məni vurdular” deyib yerə yıxılmış, lakin onu kimin vurduğunu deməmişdir. Özü hələ də aldığı xəsarətlərlə əlaqədar özündə olmadığı üçün nə baş verdiyini dəqiq bilməmiş, vurulduğunu dediyi üçün əlilə onun bədən nahiyəsini yoxlayan zaman xəsarət izi görməmişdir. Bu zaman Ceyhunla Valeh də artıq onun yanında olmuş, yerdə olduğu zaman Cəlalın bədəni üzərində qan ləkələrinin olduğunu görüb bıçaqlandığını bilmiş, bunu bilən kimi Tural da maşınına minib hadisə yerini tərk etməyə çalışmışdır. Bu səbəbdən Turalı səsləyərək Cəlalın xəsarət aldığını, onu xəstəxanaya aparmağını demiş, Tural ilk öncə maşını saxlasa da, sonradan tərəddüd edib maşını irəliyə doğru sürdüyündən yenidən onu səsləmiş və maşını saxlamasını bildirmişlər. Tural bir daha maşını geriyə doğru vermiş, o və Valeh onun avtomobilinə yaxınlaşdıqları zaman Tural yenidən tərəddüd edib maşını irəliyə doğru idarə edərək hadisə yerini tərk etmiş, bu zaman həmin məhəllədə yaşayan Orxan və Ağababa adlı tanıdığı şəxslər də onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Özü də dava olduğunu və Cəlalın bıçaqlandığını bildirmiş, Cəlal yerdə olarkən Valeh onun bel kəmərinə bərkitdiyi avtomobilinin açarını götürərək Cəlalın bir qədər kənarda saxladığı avtomobilini idarə edib onların yanına gəlmiş, bundan sonra Cəlalı avtomobilin arxa hissəsinə yerləşdirmiş, Ağababa da avtomobilin arxa hissəsində, Cəlalın yanında oturmuş, Valeh isə avtomobili idarə edərək xəstəxanaya sürmüşdür. Özü və Ceyhun isə hadisə yerində qalmış, qısa müddət sonra da Cəlalın aparıldığı Respublika Kliniki xəstəxanasında öldüyü xəbərini eşitmiş və bu səbəbdən həmin xəstəxanaya getmişdir. Münaqişə vaxtı Raufun da əlində bıçaq görsə də, onun əlindəki həmin bıçaqla kimə hücum etməsini, ümumiyyətlə münaqişə vaxtı Cəlalla qarşılıqlı münaqişədə olub olmamasını, Cəlala bıçaqla xəsarət yetirilib yetirilməməsini görməmiş, ancaq Cəlala məhz Raufun bıçaqla xəsarət yetirdiyini düşünmüşdür. Belə ki, münaqişənin gedişində Rauf qışqıraraq tanışlarını səsləyib hadisə yerini tərk etməli olduqlarını, az sonra hadisə yerinə polis əməkdaşlarının gəlib onları bölməyə aparacağını bildirmiş və bundan sonra onlar gəldikləri avtomobillərinə minərək hadisə yerini tərk etmişlər. Habelə münaqişə vaxtı Raufdan başqa hadisənin digər iştirakçılarının əlində bıçaq və ya digər kəsici-deşici predmet görməmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 17 iyun 2020-ci il tarixdə saat 21-22 radələrində dayısı oğlu Şahid1la birlikdə avtobusla əvvəllər yaşadıqları köhnə məhəllələrinə - hadisənin baş verdiyi Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısına getmişlər. Onların ora getməkdə məqsədləri dayısı oğlu Zərərçəkmiş şəxs2 köhnə məhəllələrində quraşdırdığı quşxanasında saxladığı göyərçinlərə yem vermək olmuşdur. Köhnə məhəllələrinə çatdıqda əvvəllər qonşusu olmuş Zərərçəkmiş şəxs1 tək görüb salamlaşaraq onunla söhbət etməyə başlamış, bir qədər söhbət edən zaman məhəllədə yaşayan tanışı Turalın idarə etdiyi qara rəngli, “Tofaş” markalı avtomobillə (dövlət nömrə nişanını xatırlamır) məhəllənin yuxarı tərəfindən gəlib binanın yaxınlığında, təxminən 3-4 metr məsafədə dayandığını görmüşdür. Bundan sonra “Tofaş” markalı avtomobilin sürücüsü Tural avtomobildən Rüfəti yanına çağırmış, Rüfət də ona yaxınlaşmış, Ceyhunla özü isə həmin yerdə dayanmışlar. Turalın maşınında qabaq tərəfdə məhəllədən tanıdığı Elnur da olmuş, maşında onlardan başqa heç kim olmamışdır. Rüfət Turalın maşınına yaxınlaşaraq söhbət etdiyi zaman bir anda aralarında bilmədiyi səbəbdən sözlü mübahisə yaranmış, həmin vaxt mübahisənin gedişində Tural və Rüfət bir-birinə qarşı nalayiq söyüşlər söyməyə başlamışlar. Bu zaman başqa qara rəngli, sedan tipli, xarici markalı (markasını və modelini bilmir), dövlət nömrə nişanını xatırlamadığı başqa bir maşın binanın yuxarı tərəfindən (yoxuşdan) aşağıya doğru gəlib Turalın maşınını keçərək bir qədər irəlidə dayanmış, lakin onların kim olduğuna həmin vaxt fikir verməmişdir. Tural mübahisə zamanı əlilə Rüfətin sifət nahiyəsinə vuraraq maşından aşağı düşən zaman onun maşınında olan Elnur da maşından düşüb Rüfətə tərəf gəlmiş, bu zaman digər qara rəngli maşından da iki nəfər – əlində taxta sopası olan sonradan adının Ramil və Rauf olduğunu bildiyi şəxslər düşüb Rüfətə doğru gələrək uca səslə onun ünvanına qarşı nalayiq sözlərdən istifadə edib onu döyməyə başlamışlar. Zərbələrin təsirindən Rüfət yerə yıxılmış, nə baş verdiyini aydınlaşdırmaq məqsədi ilə Ceyhunla birlikdə yaxınlaşaraq onları aralamağa çalışmışlar. Həmin şəxslərdən hansısa biri Rüfətin başına hər hansı alətlə zərbə vurmuş, bir anda ara qarışmış, hava da qaranlıq olduğu üçün konkret olaraq kimin Rüfətə nə ilə vurduğunu görməmişdir. Zərbənin təsirindən Rüfətin başı yarılmış, başından qan axmağa başlamış, həmin vaxt əlində taxta beyzbol sopası olan Ramilin Rüfətin başına vurduğunu düşünmüş, lakin bunu görməmişdir. Çünki hadisə vaxtı ondan başqa hadisə yerində olan digər şəxslərin əlində ilkin olaraq başqa alət olub olmadığını görməmişdir. Ceyhunla birlikdə onları aralamağa çalışarkən Rauf Ceyhunun üzərinə bıçaqla hücum çəkmiş, bu zaman özü bunu görən kimi Raufa qışqıraraq Ceyhunu göstərib “Rauf neyləyirsən, bu mənim dayım oğludur” demiş, bundan sonra Rauf Ceyhunun üstünə getməmiş, Ceyhun da onlardan bir qədər aralanaraq məhəllənin aşağısına doğru hərəkət etmişdir. Rüfət aldığı xəsarətlərdən yerdə alqan içində uzanmış, onu döyən şəxslər də artıq ondan aralanmışdır. Təxminən 3-4 dəqiqə davam edən münaqişə sonrası ara bir qədər sakitləşmiş, bundan sonra Rüfət ayağa qalxıb özünə gəlməyə çalışarkən yuxarı tərəfdən Cəlalın təsadüfən tək piyada gəldiyini görmüşdür. Cəlal hadisə yerinə gəlib Rüfəti al-qan içində görüb nə baş verdiyini və onu kimin vurduğunu maraqlanmış, daha sonra da Turalın sifət nahiyəsinə kəllə ilə vurmuşdur. Bu zaman ara yenidən qarışmış, Ramil əlində taxta sopası ilə kənarda duraraq münaqişəyə qarışmamış, Tural da münaqişəyə müdaxilə etməmişdir. Elnur isə həmin vaxt artıq Cəlalla əlbəyaxa olmuş, belə ki, Elnur sifəti qan olmaqla sol əlilə Cəlalın yaxasından tutub sağ əlilə onun sifətinə yumruq zərbəsi endirmiş, Cəlal da yumruqla Elnurun sifətinə, bədəninə yumruqlar atmışdır. Bunu görən kimi Rauf əlində bıçaqla Cəlalın üzərinə hücum çəkərkən özü onun qarşısını almağa çalışmış, lakin onu saxlaya bilməmişdir. Rauf Cəlalın üzərinə bıçaqla hücum çəkdiyi vaxt Elnur kənara çəkilib yerə oturub sifətini tutmuş, sonra ayağa qalxıb Rauf və Cəlala doğru addım atmaq istəsə də, getməyib yenidən əvvəlki vəziyyətinə qayıtmışdır. Raufun Cəlalın üzərinə bıçaqla hücum çəkməsindən 1-2 dəqiqə sonra Rauf Cəlaldan aralanmış, üç nəfər – Rauf, Elnur və Ramil sonuncunun idarə etdiyi qara rəngli xarici markalı avtomobilə minib hadisə yerini tərk etmiş, Tural isə hadisə yerində qalmışdır. Bu zaman Cəlal bir neçə addım atıb səndələmiş, Rüfət yaxınlaşaraq yıxılmaması üçün dərhal onu tutmağa çalışsa da Cəlal yerə yıxılmışdır. Ceyhunla birlikdə dərhal Cəlala yaxınlaşıb onun bədəni üzərində qan ləkələrinin olduğunu görüb bıçaqlandığını bilmiş, bunu bilən kimi Tural da maşınına minib hadisə yerini tərk etməyə çalışmışdır. Bu zaman Turalı səsləyərək Cəlalın xəsarət aldığını, onu xəstəxanaya aparmağını demiş, Tural ilk öncə maşını saxlasa da, sonradan tərəddüd edib maşını irəliyə doğru sürmüş, bu səbəbdən yenidən Turalı səsləyərək maşını saxlamasını bildirmişdir. Tural bir daha maşını geriyə doğru vermiş, özü və Rüfət onun avtomobilinə yaxınlaşdıqları zaman Tural yenidən tərəddüd edib maşını irəliyə doğru idarə edərək hadisə yerini tərk etmişdir. Bu zaman həmin məhəllədə yaşayan Orxan və Ağababa adlı köhnə qonşuları da yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Rüfət də dava olduğunu və Cəlalın bıçaqlandığını onlara bildirmişdir. Cəlal yerdə olarkən onun bel kəmərinə bərkitdiyi avtomobilinin açarını götürmüş və Cəlalın bir qədər kənarda saxladığı avtomobilini idarə edib Cəlalın olduğu yerə gəlmiş, adı çəkilən şəxslərlə birlikdə Cəlalı köməkli şəkildə avtomobilin arxa hissəsinə yerləşdirmiş, Ağababa avtomobilin arxa hissəsində, Cəlalın yanında oturmuş, özü də avtomobili idarə edərək xəstəxanaya sürmüşdür. Rüfət və Ceyhun isə hadisə yerində qalmış, qısa müddət sonra da Respublika Kliniki xəstəxanasında həkimlər Cəlalın öldüyü məlumatını ona vermiş, özü də bu barədə Ceyhuna zəng edərək bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 17 iyun 2020-ci il tarixdə saat 22-23 radələrində işdən yaşadığı evin yaxınlığına - hadisənin baş verdiyi Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısına gəldiyi zaman yaşadığı məhəllədən tanıdığı Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs1 həmin yerdə dayandığını, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 da yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. O, onlardan nə baş verdiyini öyrənmək məqsədi ilə onlara yaxınlaşdıqda Orxan adlı başqa bir tanışı da həmin yerə gəlmişdir. Onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs1 də dava olduğunu və Cəlalın bıçaqlandığını bildirmişdir. Həmin vaxt Cəlalın vəziyyəti çox pis olmuş, bədənindən qan axmış və huşsuz vəziyyətdə olmuşdur. Cəlal yerdə olarkən Valeh onun bel kəmərinə bərkitdiyi avtomobilinin açarını götürmüş və Cəlalın bir qədər kənarda saxladığı avtomobilini idarə edib yenidən onların yanına qayıtmışdır. Cəlalı avtomobilin arxa hissəsinə yerləşdirmiş, özü avtomobilin arxa hissəsində, Cəlalın yanında oturmuş, Valeh də avtomobili idarə edərək xəstəxanaya sürmüş, Rüfət, Ceyhun və Orxan isə hadisə yerində qalmışdır. Valehlə birlikdə Cəlalı Respublika Kliniki Xəstəxanasına aparmış, sonradan xəstəxananı tərk edərək evə getmiş, həmin gecə Cəlalın Respublika Kliniki Xəstəxanasında öldüyü xəbərini eşitmişdir. Həm hadisə yerində olarkən, həm də avtomobildə Cəlalı xəstəxanaya apardıqları zaman Cəlal huşsuz vəziyyətdə olduğu üçün danışa bilməmişdir. Hadisə yerinə sonradan gəldiyi üçün Zərərçəkmiş şəxs2 bıçaqlanmasından ibarət hadisənin şahidi olmamış, habelə ona hadisənin təfərrüatı, Cəlalın kim tərəfindən, necə, nə səbəbə bıçaqlanması barədə heç bir məlumat verməmişlər. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 17 iyun 2020-ci il tarixdə saat 22-23 radələrində “Qış parkı” deyilən ərazidən yaşadığı evin yaxınlığına hadisənin baş verdiyi Yasamal rayonu, Mirzağa Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısına gəldiyi zaman yaşadığı məhəllədən tanıdığı Şahid3, Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs1 həmin yerdə dayanmışlar. Əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 da yerdə uzanmış vəziyyətdə olmuşdur. O, nə baş verdiyini öyrənmək məqsədi ilə onlara yaxınlaşmışdır. O, onlara yaxınlaşaraq nə baş verdiyi soruşmuşdur. Ona dava olduğunu və Cəlalın bıçaqlandığını bildirmişlər. Cəlal yerdə olarkən Valeh onun bel kəmərinə bərkitdiyi avtomobilinin açarını götürmüşdür və Cəlalın bir qədər kənarda saxladığı avtomobilini idarə edib bizim yanlarına gəlmişdir. Cəlalı avtomobilin arxa hissəsinə yerləşdirmişlər, Ağababa da avtomobilin arxa hissəsində, Cəlalın yanında oturmuşdur. Valeh avtomobili idarə edərək xəstəxanaya sürmüşdür. Rüfət, Ceyhun və o isə hadisə yerində qalmışlar, daha sonra isə o, evə getmişdir. Həmin gecə Cəlalın Respublika Kliniki Xəstəxanasında öldüyü xəbərini eşitmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 iyun 2020-ci il tarixdə saat 20-21 radələrində bibisi oğlu Şahid2la birlikdə avtobusla əvvəllər yaşadıqları köhnə məhəllələrinə - hadisənin baş verdiyi Yasamal rayonu, Mirzağa Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısına getmiş, həmin vaxt köhnə məhəllələrinə getməkdə də məqsədi orada quraşdırdığı quşxanasında saxladığı göyərçinlərə yem vermək istəməsi olmuşdur. Köhnə məhəllələrinə çatdıqda əvvəllər qonşusu olmuş Rüfəti tək görüb salamlaşmış, orada onunla müxtəlif mövzularda söhbət etdikləri zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs3 idarə etdiyi - dövlət nömrə nişanının son seriyası “241” olan, qara rəngli, “Tofaş” markalı avtomobillə məhəllənin yuxarı tərəfindən gəlib binanın yaxınlığında, təxminən 3-4 metr aralı məsafədə dayanmışdır. Bundan sonra “Tofaş” markalı avtomobilin sürücüsü Tural avtomobildən Rüfəti yanına çağırmış, Rüfət də ona yaxınlaşmış, Valehlə özü isə həmin yerdə dayanmışlar. Rüfət Turalın avtomobilinə yaxınlaşıb onunla söhbət edən zaman qısa bir anda hər ikisi bir-birinə qarşı nalayiq ifadələr işlətməyə başlamış, bu zaman başqa qara rəngli, sedan tipli, xarici markalı (markasını və modelini bilmir), dövlət nömrə nişanını xatırlamadığı bir maşın binanın yuxarı tərəfindən (yoxuşdan) aşağıya doğru gəlib Turalın maşınını keçərək bir qədər irəlidə dayanmış, lakin onların kim olduğuna həmin vaxt fikir verməmişdir. Tural əlilə Rüfətin sifət nahiyəsinə vurmuş, bundan sonra maşından aşağı düşmüşdür. Bu zaman onun maşınında olan sonradan adının Elnur Şəmsiyev olduğunu bildiyi digər şəxs də maşından düşüb Rüfətə tərəf gəlmiş, həmin vaxt digər qara rəngli maşından da sonradan adlarının Təqsirləndirilən şəxs1 və Şahid2 olduğunu bildiyi şəxslər düşüb Rüfətə doğru gələrək birlikdə uca səslə onun ünvanına qarşı nalayiq sözlərdən istifadə etmiş və orada onu vuraraq yerə yıxıb döyməyə başlamışlar. Həmin şəxslərdən Təqsirləndirilən şəxs2 əlində taxta beyzbol sopası olmuş, sonuncu münaqişə vaxtı əlindəki taxta sopa ilə Rüfətin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Aldığı zərbələrin təsirindən Rüfətin başı yarılmış, başından qan axmışdır. Həmin vaxt nə baş verdiyini aydınlaşdırmaq məqsədi ilə Valehlə birlikdə yaxınlaşaraq onları aralamağa çalışmış, özü Valehlə birlikdə onları aralamağa çalışarkən Rauf əlində tutduğu bıçaqla kortəbii şəkildə onun üzərinə hücum çəkmiş, bu zaman bunu görən kimi bibisi oğlu Valeh onu əvvəllər tanıdığı üçün qışqıraraq onu göstərib “Rauf neynirsən, bu mənim dayım oğludu” demiş, bundan sonra Rauf üstünə gəlməmiş, özü də qorxduğu üçün onlardan bir qədər aralanmış və məhəllənin aşağısına doğru hərəkət etmişdir. Təxminən 3-4 dəqiqə ərzində davam edən münaqişə nəticəsində Rüfət aldığı xəsarətlərdən yerdə al-qan içində uzanmış vəziyyətdə olmuş, onu döyən şəxslər də artıq ondan aralanmışdır. Özü onlardan aralaşıb məhəllənin aşağı tərəfində olduğu zaman yenidən səs-küy gəldiyini eşidib geri dönüb baxmış, bu dəfə həmin şəxslərin qardaşı Cəlalın üzərinə binanın qarşısında hücum çəkdiklərini görmüş, Cəlalın həmin yerə nə zaman, hansı anda gəldiyini, həmin şəxslərlə arasında həmin anda nə baş verdiyini bilməmişdir. Çünki həmin vaxt özü onlardan xeyli, təxminən 50-60 metr aralaşmış, qardaşı Cəlalın da hadisə yerinə gəldiyini və həmin şəxslərlə dava etdiyini görüb qardaşına doğru hərəkət etməyə başlamışdır. Əlilliyi ilə əlaqədar sürətli yeriyə bilmədiyi üçün hadisə yerinə bir qədər gec çatmış, bu zaman Turaldan başqa hadisə yerində olan digər şəxslərin təlaşlı şəkildə qaçaraq hadisə yerinə gəldikləri qara rəngli xarici markalı avtomobilə minib hadisə yerini tərk etdiklərini görmüşdür. Qardaşına tərəf çatdığı zaman onun yerə yıxıldığını, huşunun getdiyini, danışa bilmədiyini görmüş, həmin vaxt Cəlalın yanında özü, Rüfət və Valeh olmuşdur. Yerdə olduğu zaman Cəlalın bədəni üzərində qan ləkələrinin olduğunu görüb onun bıçaqlandığını bilmiş, bunu bilən kimi Tural da maşınına minib hadisə yerini tərk etməyə çalışmış, onlar da Turalı səsləyərək Cəlalın xəsarət aldığını, onu xəstəxanaya aparmağını demiş, Tural ilk öncə maşını saxlasa da, sonradan tərəddüd edib maşını irəliyə doğru sürmüş, yenidən Turalı səsləyərək maşını saxlamasını bildirdiklərində Tural bir daha maşını geriyə doğru vermiş, Rüfət və Valeh onun avtomobilinə yaxınlaşdığı zaman Tural yenidən tərəddüd edib maşını irəliyə doğru idarə edərək hadisə yerini tərk etmişdir. Bu zaman həmin məhəllədə yaşayan Ağababa və Orxan adlı tanıdığı şəxslər də onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Rüfət də dava olduğunu və Cəlalın bıçaqlandığını bildirmişdir. Bibisi oğlu Valeh bu zaman qardaşı Cəlalın bel kəmərinə yerləşdirdiyi avtomobilinə məxsus açarı götürüb onun avtomobilini qardaşının olduğu yerə sürmüş, Ağababa və Orxanla birlikdə köməkli şəkildə Cəlalı onun idarə etdiyi **-LL-*** dövlət nömrə nişanlı, “BMW 325” markalı avtomobilə mindirmişlər. Ağababa avtomobilin arxa hissəsində, Cəlalın yanında oturmuş, Valeh avtomobili idarə edərək xəstəxanaya sürmüş, özü, Rüfət və Orxan isə hadisə yerində qalmışdır. Baş verənlərdən şoka düşmüş, qardaşına bıçaqla xəsarət yetirən şəxsin kimliyini müəyyənləşdirmək üçün həmin yerdə qalmışdır. Qısa müddət sonra bibisi oğlu Valeh istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan mobil nömrəyə zəng vurub qardaşının xəstəxanada vəfat etdiyini bildirmiş, bu xəbəri eşitdikdən sonra dərhal Respublika Kliniki xəstəxanasına getmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirli “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin Yasamal rayon şöbəsindən verilmiş 18.06.2020-ci il tarixli 112 saylı rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: Sağ qabırğaaltı nahiyədə olan, qarın boşluğuna nüfuz edən, qaraciyərin, mədənin və bağırsaq müsariqəsinin yaralanması ilə müşayiət olunan 01 (bir) ədəd deşilmiş-kəsilmiş yara, sağ bazu oynağının ön səthində, sağ bazuda, sağ saiddə, sağ əlin İİ-İİİ barmaqlarında olan kəsilmiş yaralar, sağ saiddə 02 (iki) ədəd səthi kəsilmiş yara, kəllənin sol təpə nahiyəsinin yumşaq örtük toxumasına qansızma, sağ bilək və sağ diz oynağı nahiyəsində olan sıyrıqlar. Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl törənmişdir, sağ qabırğaaltı nahiyədə olan kəsilmiş-deşilmiş yara deşici-kəsici alətin (alətlərin), sağ bazu oynağı, sağ bazu, sağ said və sağ əlin İİ-İİİ barmaqlarında olan kəsilmiş yaralar iti kənarlı alətin (alətlərin) təsirindən törənmişlər. Belə ki, bu yaralar bir bıçağın tiyəsinin təsirindən törənə bilərdi, sağ bilək və sağ diz oynağı nahiyəsində olan sıyrıqlar isə küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə canlı şəxslərdə sağ qabırğaaltı nahiyədə olan qarın boşluğuna nüfuz edən qaraciyərin, mədənin və bağırsaq müsariqəsinin yaralanması ilə müşayiət olunan 01 (bir) ədəd deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın, sağ bazu oynağı, sağ bazu, sağ said, sağ əlin İİ-İİİ barmaqlarında olan kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərini daşıyırlar, sağ saiddə səthi kəsilmiş yaralar, kəllənin sol təpə nahiyəsinin yumşaq örtük toxumasına qansızma, sağ bilək və sağ diz oynağı nahiyəsində olan sıyrıqlar hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Vət. Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlərdən sol çiyin qurşağı və sol bazu nahiyəsində aşkar edilmiş sıyrıqlar həyatidir, küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Törənmə müddəti ölüm baş verdiyi vaxtdan 3-4 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərini daşıyır. Ölümün baş vermə səbəbi ilə heç bir əlaqəsi yoxdur. Sol said nahiyyəsində olan çapıq yerləri keçmiş kəsilmiş yara yerləri olub, hər iki qasıq nahiyəsində olan mazollaşmış iynə yerləri köhnədir. Vət. Zərərçəkmiş şəxs2 ölümünə səbəb sağ qabırğaaltı nahiyədə olan yaradan qaraciyər, mədə və bağırsaq müsariqəsinin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən təqribən 8-12 saat əvvəl baş vermişdir. Vət. Zərərçəkmiş şəxs2 sağ qabırğaaltı nahiyəsində olan deşilmiş-kəsilmiş yara kanalının istiqaməti öndən-arxaya, yuxarıdan aşağıya və bir qədər sağdan-sola doğru olmuşdur. Digər yaralar kəsilmiş yaralar olduğundan, yəni yara kanalları olmadığından onların istiqamətini müəyyən etmək mümkün deyil. Vət. Zərərçəkmiş şəxs2 yuxarıda qeyd olunan xəsarətləri alan zaman xəsarəti yetirən şəxslə qarşı-qarşıya ayaq üstə olan vəziyyətdə ola bilərdi. Vət. Zərərçəkmiş şəxs2 sağ qabırğaaltı nahiyəsində olan deşilmiş-kəsilmiş yara ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçaqla və ona oxşar bıçaqla əmələ gələ bilərdi.(Cild 02, iş vərəqə 192-201) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirli “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin Yasamal rayon şöbəsindən verilmiş 06.07.2020-ci il tarixli 515/A saylı rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər – başın təpə nahiyəsində olan çapıq toxuma (keçmiş əzilmiş yara izi) küt əşyanın, qarın nahiyəsində olan çapıq toxuma (keçmiş kəsilmiş yara izi) isə iti kənarlı alətin (əşyanın) təsirindən törənmişdir, 17.06.2020-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (Cild 02, iş vərəqə 189-191) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 24.08.2020-ci il tarixli 6/1392 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 geyim paltarlarının üzərilərində olan kənar lif mikrohissəcikləri arasında - Zərərçəkmiş şəxs2 köynəyinin üzərindən tapılmış mavi rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs2 geyim paltarlarının üzərində Təqsirləndirilən şəxs2 məxsus geyim paltarının tərkib liflərindən yoxdur. (Cild 02, iş vərəqə 203-208) İş materiallarında olan kompleks məhkəmə-trasoloji, məhkəmə-daktiloskopik və məhkəmə-soyuq silah ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 26.08.2020-ci il tarixli 3/834, 3/835, 3/840 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulu ilə hazırlanmış beysbol toxmağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs2 məxsus” yazı qeydləri olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin, maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs2 məxsus” yazı qeydləri olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin, maykanın səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs2 məxsus” yazı qeydləri olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin səthində olan “a”, “c”, “d” zədələri qərarın təsviri hissəsində göstərilmiş bədəndə yerləşən “sağ çiyin qovşağının ön səthində, sağ bazunun ön səthində orta 3/1-də, qarın nahiyəsinin sağ yuxarı hissəsinə daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara ....” xəsarətləri ilə, maykanın səthində olan “a” zədəsi qərarın təsviri hissəsində göstərilmiş bədəndə yerləşən “qarın nahiyəsinin sağ yuxarı hissəsinə daxilə nüfuz edən kəsilmiş-deşilmiş ...” xəsarəti ilə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Uzunqol köynəyin səthində olan “b” zədəsi ehtimal ki, bədənə nüfuz etməyib. (Cild 02, iş vərəqə 210-214) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirli “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12n daxil olmuş 12.10.2020-ci il tarixli 757/2020-MTBŞ saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu: A-beta/H/İİ/. Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qan qrupu: A/İİ/. Təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qan qrupu: AB/İV/. Sonuncuların qrup mənsubiyyəti barədə qərarın təsviri hissəsində olan məlumata əsasən: ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs2 məxsus şalvar, köynək, mayka üzərində periferik mənşəli insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Bu ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs1 qanının ola bilməsi də ABO sistemi ilə inkar olunmur, əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa və onun qanında müşayiətçi H antigeni varsa. Ləkələrdə AB/İV/ qruplu Təqsirləndirilən şəxs2 qanın olması ABO sistemi ilə inkar olunur. (Cild 03, iş vərəqə 138-143) İş materiallarında olan əlavə məhkəmə-tibb ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirli “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin Yasamal rayon şöbəsindən verilmiş 15.12.2020-ci il tarixli 01/112 saylı rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda aşkar olunmuş sağ qabırğaaltı nahiyədə olan deşilmiş-kəsilmiş yara, sağ bazu oynağı, sağ bazu, sağ said və sağ əlin İİ-İİİ barmaqlarında olan kəsilmiş yaralar eyni bir alətlə, o cümlədən ekspertizaya təqdim olunmuş bıçaqla yetirilə bilərdi. (Cild 03, iş vərəqə 204-211) İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X12n daxil olmuş 22.12.2020-ci il tarixli, 2488 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 tez özündən çıxmaq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, inadkarlıq, özünəməxsus mövqe və prinsiplərə malik olmaq, kobudluq və.s kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (Cild 04, iş vərəqə 93-96) İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X12n daxil olmuş 22.12.2020-ci il tarixli, 2489 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 tez özündən çıxmaq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, inadkarlıq, özünəməxsus mövqe və prinsiplərə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (Cild 04, iş vərəqə 89-92) İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X12n daxil olmuş 22.12.2020-ci il tarixli, 2487 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 ünsiyyətcillik, özünü psixoloji müdafiə etməyə meyillilik, adaptivlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs3 ittiham olunduğu cinayət əməlini törədərkən psixi emosional halında hirslilik yaranmış, həmin halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (Cild 04, iş vərəqə 97-99) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12n daxil olmuş 28.12.2020-ci il tarixli, 3550 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 hadisədən əvvəl narkotik vasitə qəbul edib etməməsini uzun müddət keçməsi ilə əlaqədar hal-hazırda müəyyən etmək mümkün deyildir. Hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 alkoqolizm xəstəliyindən əzab çəkmir. Alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərdən (heroin) istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs1 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs1 2016-cı il mart ayından “Opioidlərdən (heroin) istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Dispanserində” qeydiyyatdadır. (Cild 04, iş vərəqə 100-101) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12n daxil olmuş 28.12.2020-ci il tarixli, 3549 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 hadisədən əvvəl narkotik vasitə qəbul edib etməməsini uzun müddət keçməsi ilə əlaqədar hal-hazırda müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya və ya alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya və ya alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və ya Alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 04, iş vərəqə 102-103) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12n daxil olmuş 28.12.2020-ci il tarixli, 3548 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs3 hadisədən əvvəl narkotik vasitə qəbul edib etməməsini uzun müddət keçməsi ilə əlaqədar hal-hazırda müəyyən etmək mümkün deyildir. Hal-hazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 alkoqolizm xəstəliyindən əzab çəkmir. Alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs3 2011-ci il oktyabr ayından “Opioidlərdən (heroin) istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəz” X12 qeydiyyatdadır. (Cild 04, iş vərəqə 104- 105) İş materiallarında olan Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri – ünvan 6 ünvanının qarşısındakı yoldur. Həmin bina çoxsaylı sakinlərin yaşadığı hündürmərtəbəli binadır. Həmin yaşayış binası ilə üzbəüz avtomobil yolunun digər tərəfində tikinti tullantıları vardır. Bundan başqa həmin ərazidə tikinti işləri aparıldığı üçün yaşayış binası ilə üzbəüz avtomobil yolunun digər tərəfi dəmir hasarlar ilə örtülmüşdür. Tikinti tullantılarının olduğu yerdə qum və müxtəlif adda məişət tullantıları vardır. Dəmir hasardan 2.1 metr məsafədə, tullantıların arasında olan avtomobil şininin və mişar daşlarının üzərində qana bənzər ləkələr vardır. Qana bənzər ləkələr toz və torpaqla qarışdığı üçün ondan nümunə götürülməsi mümkün olmadı. Hadisə yerinə baxış keçirilərkən cinayət təqibi üçün əhəmiyyət kəsb edən əlavə hər hansı xüsusat aşkar edilmədi və maddi sübut götürülmədi. (Cild 01, iş vərəqə 6-13) İş materiallarında olan könüllü təqdim edilmiş əşyanı götürmə və ona baxış keçirilməsi haqqında protokoldan görünür ki, saxlanılarkən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bıçaq tiyə və dəstək hissədən ibarət olub ümumi uzunluğu 255 mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli materialdan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Tiyənin ucu kəsici tərəfin maili formada əyilərək küt tərəfə birləşməsi nəticəsində əmələ gəlmişdir. Bıçağın üzərində təyinatını dəyişdirəcək əlavə və dəyişikliklər edilməmişdir. Tiyənin üzərində STAİNLESS yazıları həkk edilmişdir. Tiyənin ölçüləri: uzunluğu 160 mm, orta hissədən eni 21 mm, maksimal qalınlığı 2,2 mm-dir. Dəstəyin üzərində gümüşü və qəhvəyi rəngli materialdan hazırlanmış üzlüklər birləşdirilmişdir. Dəstəyin ölçüləri: uzunluğu 95 mm, orta hissədən eni 21 mm, orta hissədən qalınlığı 17 mmdir. Təqsirləndirilən şəxs1 həmin bıçağın 17 iyun 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirərkən istifadə etdiyi bıçaq olduğunu bildirdi. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törətdikdən sonra həmin bıçağı dəfələrlə yuyub təmizlədiyini bildirdi. (Cild 01, iş vərəqə 120-130) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə özlərini qismən təqsirli bilmələri barədə ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun gəlməyərək, özlərini müdafiə xarakteri daşımaqla, iş üzrə şahidlərin ifadələri, ekspert rəyləri, baxış protokolları və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs3 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi düzgün tövsif edilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 6-8-ci bəndlərində qeyd edilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, AR Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. X13 8 və 9-cu bəndlərinə əsasən, Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Odur ki, Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 120.2.2, 221.3, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 221.3, Təqsirləndirilən şəxs3 isə həmin Məcəllənin 221.2.1-ci maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və iş materiallarında olan hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Qarnizonu Hərbi Məhkəməsinin 22.12.1999-cu il tarixli ittiham hökmü ilə Azərbaycan Respublikası CM-nin 239-cu maddəsinin “B” bəndində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14.12.2004-cü il tarixli ittiham hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.3.2; 181.2.1; 181.2.2; 181.2.5; 29, 120.2.3, 29, 120.2.6-cı və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29.04.2016-cı il tarixli hökmü ilə cəzasının çəkilməmiş qalan hissəsi yeni hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək, qəti olaraq 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07.06.2019-cu il tarixli qərarı ilə 04 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuş, 29.10.2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin xüsusilə təhlükəli residivi halı müəyyən edilir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və iş materiallarında olan hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02.06.2003-cü il tarixli ittiham hökmü ilə Azərbaycan Respublikası CM-nin 221 və 29, 120.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 26.02.2015ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi halı müəyyən edilir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və iş materiallarında olan hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13.12.2011-ci il tarixli ittiham hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18.01.2013-cü il tarixli ittiham hökmü ilə cəzasının çəkilməmiş qalan hissəsi yeni hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək, qəti olaraq 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29.12.2015-ci il tarixli qərarı ilə 11 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Odur ki, AR CM-in 83.3.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmişdir və onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. İş materiallarında olan AR Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin 29.12.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ikinci dərəcəli əlildir. (cild 04, iş vərəqə 87) İş materiallarında olan 61 saylı MKİs-in rəisi tərəfindən verilmiş 18.12.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Məhkəmə AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 səhhətini, yəni ikinci dərəcəli əlil olmasını, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət, tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi, cinayətlərin xüsusilə təhlükəli residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. İş materiallarında olan Abşeron RİHB-nın Masazır kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. (cild 03, iş vərəqə 173) İş materiallarında olan AZ-İİİ seriyalı 738095 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 15.03.2016-cı il təvəllüdlü X6 olmaqla bir azyaşlı övladı vardır. (cild 04, iş vərəqə 86) İş materiallarında olan Patohistoloji müayinədən çıxarışdan və X17 Xəstəxanasının epikrizindən görünür ki, Təqsirləndirilən şəxs2 anası 04.04.1947-ci il təvəllüdlü X1 “uşaqlığın mioması” diaqnozu qoyulmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 31.05.2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 Təqsirləndirilən şəxs2 qarşı şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, həmçinin yaşlı və xəstə anasının onun qayğısına ehtiyacının olmasını, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət, tələbinin olmamasını və zərərçəkmiş şəxsin hüquqi varisi X3 ilə barışmasını cəzanı yüngülləşdirən hallar kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. İş materiallarında olan 64 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur. (cild 03, iş vərəqə 246) Məhkəmə Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunmasını, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət, tələbinin olmamasını və zərərçəkmiş şəxsin hüquqi varisi X3 ilə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, onun barəsində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından, onlara təqsirli bilindikləri maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin məcmusuna xüsusilə ağır və az ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin xüsusilə təhlükəli residivi halı müəyyən edildiyindən, onun barəsində cəza AR CM-in 65.2-ci maddəsinin qaydaları əsasında, yəni Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az olmamaqla təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Məhkəmə AR CM-in 56.1.4 və 56.2-ci maddələrini rəhbər tutaraq, belə qərara gəlir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 03 (üç) ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli qərarının 8-ci bəndində qeyd edilir ki, xüsusilə ağır cinayətlər törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkəmələr CM-in 56.2-ci maddəsinə əsasən cəzanın bir hissəsini həbsxanada çəkilməsinə dair qəbil etdikləri qərarı əsaslandırmaqla yanaşı, həm də hökmdə göstərməlidirlər ki, məhkumlar cəzanın həbsxanada çəkməli hissəsini çəkib qurtardıqdan sonra cəzanın qalan hissəsini kişilər, xüsusilə təhlükəli residivə görə xüsusi rejimli cəzaçəkmə müəssisəsində, qadınlar isə xüsusilə ağır cinayətləri törətmələrinə görə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. X13 9-cu bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, CİM-in 70-ci maddəsinin müəyyən etdiyi qaydada məhkum azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini çəkmək üçün həbsxanadan digər növ cəzaçəkmə müəssisəsinə göndərilərkən, onun istintaq təcridxanasında saxlanıldığı müddət hökmlə məhkuma təyin edilmiş həbsxana müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi halı müəyyən edildiyindən, onun barəsində cəza AR CM-in 65.2-ci maddəsinin qaydaları əsasında, yəni Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.3-cü maddəsinə uyğun olaraq ekspertiza tədqiqatının dəyərini təşkil edən 370 (üç yüz yetmiş) manat pul, şəxslərin təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyətləri nəzərə alınaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 123,34 (yüz iyirmi üç manat otuz dörd qəpik ) manat, Təqsirləndirilən şəxs2 123,33 (yüz iyirmi üç manat otuz üç qəpik) manat və Təqsirləndirilən şəxs3 123,33 (yüz iyirmi üç manat otuz üç qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Yasamal rayon prokurorluğunda saxlanılan (01) bir ədəd bıçaq, 01 (bir) ədəd beyzbol toxmağı, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd ağ rəngli qısaqol köynək, 01 (bir) ədəd ağ rəngli mayka, 01 (bir) ədəd tünd mavi rəngli cins şalvar, Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd açıq mavi rəngli qısaqol köynək, 01 (bir) ədəd qara rəngli idman şalvarı və Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd qara rəngli mayka qohumlarına qaytarılmalı, əl-barmaq iz nümunələri cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarında olan 23 iyun 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Yasamal rayon Məhkəməsinin 25.06.2020-ci il tarixli, 4(004)-421/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 23 iyun 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 92-93; 226-230) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 23 iyun 2020-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 23 iyun 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Yasamal rayon Məhkəməsinin 25.06.2020-ci il tarixli, 4(004)-422/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 23 iyun 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 133-134; 231-235) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 23 iyun 2020-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 02.08.2020-ci il tarixli, 4(004)- 525/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 27 avqust 2020-ci il tarixdən hesablanmışdır. (cild 02, iş vərəqə 114-115) Odur ki, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 27 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyidirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs3 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 17 il 10 ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 18 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 03 (üç) ilini həbsxanada, qalan hissəsini xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza xərcinin dəyərini təşkil edən 370 (üç yüz yetmiş) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 123,34 (yüz iyirmi üç manat otuz dörd qəpik ) manat, Təqsirləndirilən şəxs2 123,33 (yüz iyirmi üç manat otuz üç qəpik) manat və Təqsirləndirilən şəxs3 123,33 (yüz iyirmi üç manat otuz üç qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - Yasamal rayon prokurorluğunda saxlanılan (01) bir ədəd bıçaq, 01 (bir) ədəd beyzbol toxmağı, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd ağ rəngli qısaqol köynək, 01 (bir) ədəd ağ rəngli mayka, 01 (bir) ədəd tünd mavi rəngli cins şalvar, Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd açıq mavi rəngli qısaqol köynək, 01 (bir) ədəd qara rəngli idman şalvarı və Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd qara rəngli mayka qohumlarına qaytarılsın, əlbarmaq iz nümunələri cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi4 təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs3 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə BakıApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-773/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-773/2021
15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver