Məhkəmə qərarları › İş №1(101)-773/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-773/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-773/2022 21.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 Əbülfəz oğlu, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, X27, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs15, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən xeyli miqdarda və külli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs14 ABŞ-dan “Hyundai Elantra”markalı avtomobil gətirəcəyini vəd verib 24 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 41 saylı Notariat ofisində Zərərçəkmiş şəxs14 “Hyundai i20” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilini Şahid23 adına keçirməklə və eyni zamanda həmin günü Şahid23 13500 manata satılmasına nail olaraq, Zərərçəkmiş şəxs14 13500 manat məbləğdə pulunu ələ keçirərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs1 «X32 Kredit» Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və Cabbar adlı şəxs kimi təqdim edərək kreditlə avtomobillər təşkil etməsini bildirib, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Araz” marketin yaxınlığında icarə əsasında işlətdiyi ofisdə 30 avqust 2020-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs1 yeni avtomobil təşkil edəcəyini vəd verərək onun 6000 manat dəyərində **-EX-*** dövlət qeydiyyat nişanlı «Passat B-5» markalı avtomobilini ələ keçirərək Zərərçəkmiş şəxs1 Xudaş oğluna 6000 manat olmaqla xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü «X32 Kredit» Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və Cabbar adlı şəxs kimi təqdim edərək kreditlə avtomobillər təşkil etməsini bildirib, ona avtomobil təşkil edəcəyini vəd verərək, 02 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Araz” marketin yaxınlığında icarə əsasında işlətdiyi ofisdə sonuncunun 1000 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünü «X32 Kredit» Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və Cabbar adlı şəxs kimi təqdim edərək kreditlə avtomobillər təşkil etməsini bildirib, ona avtomobil təşkil edəcəyini vəd verərək 03 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Araz” marketin yaxınlığında icarə əsasında işlətdiyi ofisdə 900 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 özünü «X32 Kredit» Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və Cabbar adlı şəxs kimi təqdim edərək kreditlə avtomobillər təşkil etməsini bildirib, ona avtomobil təşkil edəcəyini vəd verərək 03 sentyabr 2020-ci il tarixdə saat 16 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Araz” marketin yaxınlığında icarə əsasında işlətdiyi ofisdə Zərərçəkmiş şəxs4 7000 manat pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 özünü «X32 Kredit» Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və Cabbar adlı şəxs kimi təqdim edərək kreditlə avtomobillər təşkil etməsini bildirib, ona avtomobil təşkil edəcəyini vəd verərək 03 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Araz” marketin yaxınlığında icarə əsasında işlətdiyi ofisdə Zərərçəkmiş şəxs5 2700 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından suiistifadə edərək onun icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən «Naz Beauty» adlı gözəllik salonunu təmir etdirdiyi müddətdə özünə məxsus evdə müvəqqəti saxlaması və təmir işləri bitdikdən sonra gözəllik salonuna qaytarmasını vəd verib aldadaraq 01 oktyabr 2020-ci il tarixdə həmin ünvandan bir ədəd 14000 manat dəyərində «BDEM 3 in 1 laser» markalı lazer aparatını, 290 ABŞ dollarına nisbətdə 493 manat dəyərində bir ədəd lazer aparatı üçün lampanı, bir ədəd 320 manat dəyərində «rod» aparatı, bir ədəd 1659 manat dəyərində «Samsung» markalı «AR 24 TQHQAURNER-KİT» modelli kondisioneri, gözəllik salonuna məxsus bir ədəd 1400 manat dəyərində mebel dəstini, hər birinin qiyməti 70 manat olan beş ədəd kresloları, bir ədəd 350 manat dəyərində saç yuyan çanağı, bir ədəd 240 manat dəyərində «Bosch» markalı su dispanserini, 100 manat dəyərində «Birlink» internet şirkətinə aid avadanlıqları, bir ədəd 300 manat dəyərində müşahidə kamerasının «DVR İP» sistem aparatını, bir ədəd 200 manat dəyərində «DVR» sistem aparatını, səkkiz ədəd ümumi dəyəri 520 manat olan «Hikvision» müşahidə kamerasını, 150 manat dəyərində enerji doldurma cihazlı kabel sistemini, hər birinin qiyməti 80 manat olan iki ədəd müşahidə kamerasının monitorunu, bir ədəd 85 manat dəyərində vizaj tumbasını, bir ədəd 210 manat dəyərində masaj çarpayısını və bir ədəd icarəyə götürdüyü 45000 manat dəyərində “X18” markalı lazer aparatını yaşadığı evə aparıb Zərərçəkmiş şəxs6 ümumilikdə 65537 manat olmaqla, külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 özünü Cavid adlı şəxs kimi təqdim edərək sürücülük vəsiqəsi almaq üçün ona köməklik göstərəcəyini vəd verib aldadaraq onun etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 06 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77 ünvanda yerləşən «Hollywood» kinoteatrın yaxınlığında 700 manat, 16 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrarayon ərazisində yerləşən Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin yanında 200 manat pulunu alaraq, verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs7 cəmi 900 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 Əbürfərz oğluna özünü Cavid adlı şəxs kimi təqdim edərək ona, X2 üçün “Hyundai Elantra” və “Chevrolet Cruze” markalı avtomobillər gətizdirəcəyi adı ilə vəd edib 15 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində Xaçmaz rayonu, Qımıl kəndi ərazisində yerləşən “Qımıl” kafesində 2000 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs9 X14 əvvəllər işlədiyi vəzifəsinə bərpa etdirəcəyi adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə 12 noyabr 2020-ci il tarixdə saat 15 radələrində Şabran rayonunun Rəhimli kəndində yerləşən qəbristanlığın yanındakı bulağın yaxınlığında 8000 manat, 19 noyabr 2020-ci il tarixdə saat 16 radələrində eyni ünvanda 4000 manat pulunu ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs9 ümumilikdə 12000 manat olmaqla, xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs10 sonuncunun tanışı X8 məxsus “Mercedess C klass” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili alıb kredit şərtləri ilə ona satacağına vəd verib aldadaraq, 21 dekabr 2020-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı dairəsi adlanan yerdə idarə etdiyi “Range Rover” markalı avtomobilin içərisində Zərərçəkmiş şəxs10 3500 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X22 Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Bağçalı Evlər” yaşayış kompleksində ev alacağına vəd verərək aldadıb bu məqsədlə 18 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, metronun “Koroğlu” stansiyasınının yaxınlığında ilkin ödəniş qismində 500 manat, 23 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində sonuncunun idarə etdiyi “Land Rover” markalı avtomobilin içərisində 9500 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs11 ümumilikdə 10000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs12 Abşeron rayonu, H.Z.Tağıyev küçəsi, 2-ci döngədə ev alacağına vəd verərək aldadıb bu məqsədlə sonuncunun 01 fevral 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, “Misir parkı” yaxınlığında idarə etdiyi “Hyundai Sonata” markalı **-TA-*** qeydiyyat nişanlı avtomobilində ilkin ödəniş qismində 4400 ABŞ dollarına nisbətdə 7480 manat və 2320 manat pulunu almaqla ümumilikdə 9800 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs12 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs13 alacağı evi kredit yolu ilə köməklik edəcəyini yəni, ilkin olaraq evi kreditləşdirmək üçün 14500 manat ödəniş etməli və 10 il müddətində hər ay 250 manatdan ödəniş etməli olduğunu vəd verib inandırmaqla, 07 fevral 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində yerləşən “Cümə Məscid”in yaxınlığında Şamxal Qəhrəmanovun 14400 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs15 Bakı şəhəri, “Kənd Əhmədli” adlanan ərazidə 1.7 sot torpaq sahəsini satmaq və həmin torpaq sahəsini aldıqdan sonra orada onun üçün 65000 manat pul qarşılığında tikinti materialları və ustaların zəhmət haqqı daxil olmaqla bir mərtəbəli, dörd otaqdan ibarət ev tikib verəcəyi vədi ilə ilkin olaraq 30 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 16 saylı notariat ofisində sonuncunun 14000 manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs15 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə Zərərçəkmiş şəxs6 ilə bağlı epizod üzrə qismən, qalan bütün epizodlar üzrə isə tam təqsirli bilərək göstərdi ki, 2020-ci ilin avqust ayında Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən «Araz» marketin yaxınlığında özünə ofis götürmüşdür. Yalandan müştərilərə özünü şirkət rəhbəri kimi təqdim edib, avtomobil, ev və torpaq sahələrinin kreditləşdirməsini təşkil etdiyini bildirmişdir. Bundan başqa qarşısına çıxan şəxslərə guya anasının Prezident Aparatında işlədiyini və bəzi sənədləşmə işlərini həll etməyə gücü çatdığını demişdir. 2020-ci ilin avqust ayında adını sonradan bildiyi Zərərçəkmiş şəxs14 ilə tanış olmuş, Günaya yalandan avtomobil biznesi ilə məşğul olduğunu bildirmişdir. Günay avtomobil almağın şərtləri ilə bağlı ona suallar vermiş, o da avtomobili Amerikadan alıb Bakı şəhərinə gətizdirdiyini demişdir. Eyni zamanda Günaya avtomobil almaq istəsə ona köməklik edə biləcəyini təklif etmişdir. Günay isə hazırda avtomobil almağa maddi imkanı olmadığını demişdir. O, Günayın maşınının olduğunu görüb onun avtomobilini ələ keçirməyə çalışmışdır ki, başqasına satıb pul əldə etsin. Ona görə də Günaya “mən sənə bir şərtlə maşın gətizdirə bilərəm, sən öz maşınını etibarnamə ilə ilkin ödəniş əvəzinə mənə ver, sənin maşının dəyəri 13500 manat kimi nəzərə alaq, yeni alacağın maşının qiyməti isə 24500 manat olacaq, qalıq borc isə 11000 manat olacaq, onu da hissə-hissə ödəyərsən” deyə bildirmişdir. Günay isə ona əlində pul olmadığına görə 1 ay maşınsız qala bilməyəcəyini demişdir. Əlaqə saxlamaq üçün Günayın telefon nömrəsini götürmüş, sonra isə çıxıb getmişdir. Bir nəçə gündən sonra Günaya zəng edərək avtomobil məsələsi ilə bağlı təkrar maraqlanmış, Günay isə avtomobil almaq üçün pulunun olmadığını demişdir. Sonra Günayı danışmaq üçün icarəyə götürdüyü öz ofisinə dəvət etmişdir. Günay da Binəqədi rayonu, Kirov qəsəbəsi, “Favorit” marketin yanında yerləşən ofisə gəlmişdir. Günayla yenidən avtomobil ilə bağlı söhbət etmiş və ona bildirmişdir ki, “sənin maşınını 13500 manat olaraq hesablayım, sən maşını ilkin ödəniş əvəzinə mənə ver, 1 aya sənə “Hyundai Elantra” gətizdirirəm, qalan pulu da hissə-hissə ödəyərsən”. Günay da ona “maşını mənə ver deyirsen, bu nə deməkdir?” deyə soruşduqda ona “sən maşını ilkin ödəniş əvəzinə mənə ver” deyə cavab vermişdir. Günay bir ay maşınsız qala bilməyəcəyini, maşını gətirib ona verdikdən sonra öz maşınını pul əvəzində ona verə biləcəyini bildirmişdir. Amma o, Günayla razılaşmamış və maşını sifariş etmək üçün ilkin ödənişin lazım olduğunu, ilkin ödəniş yerinə öz maşınını verməyini, bir ay sonra sonra yeni maşın gələndə öz maşınını tam olaraq onun adına keçirdəcəyini demişdir. Həmçinin Günaya özlərinin maşınları icarəyə verdiklərini, anasının 11 dənə müxtəlif markalı maşınları olduğunu, onlardan birini bir aylıq ödənişsiz maşını gələnə qədər sürmək üçün ona verəcəyini demişdir. Əgər bu təklif ilə razılaşsa anasından pul alıb Amerikadakı adama ödəyəcəyini, oradakı adamən isə auksionda iştirak edib onun üçün maşın alacağını bildirmişdir. Sonda isə Günay onun bu təklifi ilə razılaşmış və çıxıb getmişdir. Həmin gün axşam Günaya zəng etmiş, maşının qiymətini dəqiqləşdirmək üçün özlərinin ustalarının maşına baxacağını bildirmişdir. Buna görə də Günaya maşını metronun “Əhmədli” stansiyasının yanına gətirməsini demiş, Günay da həmin gün axşam onun dediyi yerə gəlmişdir. O, Günayın xəbəri olmadan sonuncuya məxsus avtomobili “Turbo.az” internet səhifəsində satmaq üçün elan vermiş, Aleksandra adlı bir xanım da həmin avtomobili bəyənmiş və tanışı Cavanşir adlı şəxsi avtomobilə baxmaq üçün göndərmişdir. Cavanşir adlı şəxslə də əlaqə saxlayıb onu da avtomobilə baxmaq üçün metronun “Əhmədli” stansiyasının yanına dəvət etmişdir. Cavanşirə yalandan guya Günayın onun xanımı olduğunu, həmin avtomobili satıb, ona Amerikadan yeni avtomobil sifariş edəcəyini demişdir. Günay onların yanına gəldikdə sonuncuya keçib onun idarə etdiyi avtomobildə əyləşməsini, Cavanşirin avtomobilə baxacağını bildirmişdir. Cavanşir avtomobili bəyənmiş və o, sonuncuya avtomobili 12500 manata satdığını demişdir. Daha sonra Cavanşir telefonda Aleksandra ilə danışmış və ona avtomobilin yaxşı vəziyyətdə olduğunu demişdir. O, Cavanşirdən avtomobili almaq üçün 200 manat beh kimi pul verməyini istəmiş, amma sonuncu ona kart vasitəsilə 200 manat pul verə biləcəyini demişdir. Onun özündə kart olmadığı üçün Günaya yaxınlaşıb tanışının ona 200 manat borcu olduğunu, kartı olmadığına görə ona göndərə bilmədiyini, özünün də çıxıb rayona getdiyini demişdir. Günaydan kartın nömrəsini alıb Cavanşirə vermiş, Cavanşir də həmin kart hesabına 200 manat pul köçürmüşdür. Cavanşirlə də səhəri günü notariat ofisinə gedib Aleksandra xanıma baş etibarnamə verməyi planlaşdırmışlar. Həmçinin Günaya avtomobili elektron diaqnostika üçün ustaya aparmalı olduğunu, buna görə də səhər notariat ofisinə gedib orada ona avtomobilə görə etibarnamə verməyini demişdir. Günay da razılaşmış və 24 avqust 2020-ci il tarixdə 41 saylı notariat ofisinin qarşısında görüşmüşlər. Daha sonra birlikdə notariusa getmişlər və notariusun işçisi etibarnaməni hazırladıqdan sonra Günay da imzalamışdır. Sonra Günaya avtomobilin ustada qalacağını, axşam ona öz maşını gələnə qədər müvəqqəti sürmək üçün maşın verəcəyini demişdir. Həmin gün Cavanşirdən də təxminən saat 14 radələrində 12300 manat pulu almışdır. Sonra Günayla birlikdə onun ofisinə getmişlər və Günay yol üstü kart hesabından 200 manat pulu da çıxardıb ona vermişdir. Ofisdə yalandan Günayla müqavilə də bağlamış, bir aya ona avtomobil gətizdirəcəyini demiş, sonra isə Günay ofisdən çıxıb getmişdir. Həmin gün axşam icarəyə avtomobil götürmüş və gətirib Günaya vermişdir. Bir neçə gün keçdikdən sonra Günay ondan avtomobilin nə vaxt gətizdirəcəyini soruşduqda ona yalandan avtomobilin Gürcüstanda olduğunu, amma müharibə başladığı üçün yolların bağlandığını, buna görə də Azərbaycana keçə bilmədiyini bildirmişdir. Bir neçə gündən sonra Günay ona zəng edib sərhədlərin açıq olduğunu, nə üçün ona yalan danışdığını soruşduqda Günaya görüşüb söhbət edəcəklərini demişdir. Günayla görüşəndə onlar mübahisə etmişlər, sonuncu avtomobilinin harada olduğunu soruşduqda ona “maşın məndədir” demişdir. Amma Günay ona inanmamış və avtomobilini geri qaytarmağı tələb edərək ona noyabr ayının 2-nə kimi vaxt qoymuşdur. Sonra Günay ona avtomobil üçün zəng edəndə onun zənglərinə cavab verməmiş, cavab verəndə də yalandan rayonda olduğunu demişdir. Daha sonra Günaya yalandan biraz səbrli olmasını, onun avtomobilini tezliklə gətizdirəcəyini, Masazır qəsəbəsində ev tikdirdiyini, əgər avtomobil gec gələsi olsa, həmin evi 25000 manata satıb onun 13500 manat pulunu verəcəyini demişdir. Amma Günayın ona inanmadığını görüb inanması üçün yalandan ona gedib həmin yeri göstərcəyini bildirmişdir. Masazır qəsəbəsində həyətin içində tikilməkdə olan üç ev olmuş, həmin evi tikən ustalara da özünü makler kimi təqdim etmişdir. Günayın ona inanması üçün birlikdə ora getdikdə orada işləyən ustalara işlə bağlı suallar, müəyyən tapşırıqlar vermiş və Günay da ona inanmışdır. Daha sonra Günay yenidən ondan avtomobilini tələb etməyə başladıqda, Günayın telefon zənglərinə cavab verməmiş, həmin pulları da öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2020-ci ilin avqust ayında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında icarəyə ofis götürmüşdür. Həmçinin “İnstagram” sosial şəbəkəsində tanımadığı şəxsdən üzərində “X32 Kredit” Məhdud Məsuliyətli Cəmiyyət yazıları olan möhür sifariş edərək almışdır. İki nəfər şəxsi də aldadaraq işçi kimi işə götürmüşdür. Həmin ofisdə fəaliyyətinin adı kreditlə avtomobillərin yalandan satışını təşkil etmək olmuşdur. Belə ki, internet səhifəsində kreditlərin verilməsi, avtomobillərin kreditləşdirilməsilə bağlı reklam yerləşdirərək özünə məxsus ***-***-**-**, ***-***-**-** nömrələrini də qeyd etmişdir. Avtomobil almaq istəyən şəxslər həmin nömrələrə zəng etdikdə onları ofisə dəvət edərək işə götürdüyü şəxslərin vasitəsilə yaxud da özü birbaşa aldadıb onların pulunu alaraq kompyuterdə özünün düzəltdiyi formal müqavilələrə imza etdirmişdir. Ofisdəki iki nəfər işçi, həmçinin pulu verən şəxslər də müqavilələri imzaladıqdan sonra ona inanmışlar. 30 avqust 2020-ci il tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs1 özünü «X32 Kredit» Məhdud Məsuliyətli Cəmiyyətin təsisçisi kimi təqdim edərək kreditlə avtomobillər təşkil etdiyini bildirib, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi “Araz” marketin yaxınlığında sonuncunun 6000 manat dəyərində **-EX-*** dövlət qeydiyyat nişanlı «Passat B-5» markalı avtomobilini alıb adını xatırlamadığı şəxsə satmışdır. Bundan başqa 02 sentyabr 2020-ci il tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs2 özünü «X32 Kredit» Məhdud Məsuliyətli Cəmiyyətin təsisçisi kimi təqdim edərək kreditlə avtomobillər təşkil etdiyini bildirib, həmin ofisində Zərərçəkmiş şəxs2 avtomobil təşkil edəcəyimi vəd verərək ondan 1000 manat pul almışdır. Bundan başqa 03 sentyabr 2020-ci il tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs4 özünü «X32 Kredit» Məhdud Məsuliyətli Cəmiyyətin təsisçisi kimi təqdim edərək kreditlə avtomobillər təşkil etdiyini bildirib, həmin ofisində Zərərçəkmiş şəxs4 avtomobil təşkil edəcəyini vəd verərək ondan 7000 manat pul almışdır. Bundan başqa 03 sentyabr 2020-ci il tarixdə saat 14:00 radələrində Zərərçəkmiş şəxs3 özünü «X32 Kredit» Məhdud Məsuliyətli Cəmiyyətin təsisçisi kimi təqdim edərək kreditlə avtomobillər təşkil etdiyini bildirib, həmin ofisində Zərərçəkmiş şəxs3 avtomobil təşkil edəcəyini vəd verərək ondan 900 manat pul almışdır. Bundan başqa 03 sentyabr 2020-ci il tarixdə saat 15:00-da Zərərçəkmiş şəxs5 özünü «X32 Kredit» Məhdud Məsuliyətli Cəmiyyətin təsisçisi kimi təqdim edərək kreditlə avtomobillər təşkil etdiyini bildirib, həmin ofisində Zərərçəkmiş şəxs5 avtomobil təşkil edəcəyini vəd verərək ondan 2700 manat pul almışdır. Aldadaraq pullarını ələ keçirdiyi Ceyhun, Xəyal, Asif, Süleyman və Eldəniz adlı şəxslərə özünü Cabbar adı ilə təqdim etmişdir. Bunun səbəbi isə gələcəkdə ondan şikayət etdiklərində polis əməkdaşları tərəfindən şəxsiyyətinin müəyyən olunaraq tutulmamağı olmuşdur. Həmçinin həmin şəxsləri aldadıb pullarını ələ keçirməyilə bağlı ofisdə üzərində “X32 Kredit” MMC yazıları olan möhürü xatırlamadığı bir yerdə atmışdır. Bundan başqa 2020-ci ilin sentyabr ayında Quba və Xaçmaz şəhərlərində istirahətdə olduğu zaman ***-***-**-** saylı telefon nömrəsinə əvvəllər tanımadığı və sonradan adını Nəzakət olduğunu bildiyi qadın zəng edərək, onu Nazim adı ilə çağırmış və ona borclu olduğunu demişdir. Onunla danışanda həmin telefon nömrəsini yeni aldığını demiş və beləcə münasibətləri yaranmışdır. Nəzakət ona Badamdar qəsəbəsində gözəllik salonu işlətdiyini bildirmiş və onunla şərik olub salon işlətməkdə köməklik etməyini təklif etmişdir. Nəzakətlə razılığa gəlmişlər və bir neçə gün sonra o, Bakı şəhərinə qayıtmışdır. Nəzakətin işlətdiyi salona gedib orada bir qədər söhbət etdikdən sonra Nəzakət ilə salonda təmir işləri aparmaq və təmir üçün hərəsinin 15000 manat pul vermələri barədə razılığa gəlmişlər. Bunun üçün bir neçə gün gözəllik salonunun ətrafında olan elektrik naqillərini dəyişdirmiş və təmizlik işləri aparmışlar. Təxminən 2020-ci ilin oktyabr ayının əvvəllərində salonun daxilində təmir işlərini aparmağın vaxtı çatdıqda, «166» yük daşıma şirkətinə zəng etmiş, iki yük maşını gəlmişdir. Bir yük maşınına salonun bəzi əşyalarını yığıb Nəzakətin evinə göndərmiş, ikinci yük maşınına isə salonda olan bir ədəd «Aleksandrit» və bir ədəd «Diod» lazer aparatları, bir ədəd kondisioneri, 03 ədəd müşahidə kamerasını və kameranın 01 ədəd DVR yaddaş oxuyucu aparatını, 03 ədəd kreslonu, 03 ədəd tumbanı, 04 ədəd güzgünü, 01 ədəd inzibatçı masasını və 01 ədəd manikur stolunu yükləyib onun həmin vaxtı yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində yerləşən bağ evinə aparmışdır. Bundan başqa təmir üçün müxtəlif vaxtlarda pullar xərcləmiş, həmçinin Nəzakətin xahişi ilə uşaqlara dərs keçmək üçün üzbəüz ərazidə obyekt icarəyə götürərək icarə haqlarını ödəmişdir. Bundan bir neçə gün sonra onun borcu yarandığı üçün Nəzakətdən saxlamaq üçün götürdüyü lazer aparatını satmaq qərarına gəlmiş və bununla bağlı internetdə maraqlanmağa başlamışdır. İnternetdə Aqil adlı şəxsin telefon nömrəsini tapmış və zəng edib lazer aparatını ona satmağı təklif etmişdir. Lakin həmin şəxs bu barədə maraqlanmaq istəmədiyini bildirmişdir. Sonra qohumu Kənanın vasitəsi ilə bir neçə gözəllik salonlarına lazer aparatı satmaq barədə məlumat verməyi və ona köməklik göstərməsini istəmişdir. Həmin günlərdə Kənan onu Zabir adlı şəxslə tanış etmiş, Zabir onun bağ evinə gəlib lazer aparatına baxdıqdan sonra almaq qərarına gəlmiş və 350 manat pulu kart vasitəsi ilə, 500 manatı isə nağd şəkildə ona ödəyərək lazer aparatını aparmışdır. Ertəsi gün Zabir ona zəng edərək lazer aparatını almaq üçün pulu olmadığını və əvəzində ona müştəri tapdığını demişdir. Zabir onu Nəsimi rayonu, Tibb Universitetinin yaxınlığında işlətdiyi gözəllik salonuna dəvət etmiş, o da həmin yerə gedərək Zabirin tanışı olan bir nəfər kişiyə lazer aparatını 30000 manata satmış və həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Lazer aparatını satmağı barədə Nəzakətə isə heç bir məlumat verməmişdir. Bundan başqa bağ evində yer tutduğu üçün Nəzakətin gözəllik salonundan götürdüyü 03 ədəd müşahidə kamerasını və kameranın 01 ədəd DVR yaddaşı oxuyucu aparatını, 03 ədəd kreslonu, 03 ədəd tumbanı, 04 ədəd güzgünü, 01 ədəd inzibatçı masasını və 01 ədəd manikur stolunu Zabirə hədiyyə etmişdir. 01 ədəd «Diod» markalı lazer aparatını isə Zabirin anası Arzu adlı qadına 2000 ABŞ dollarına satmışdır. Nəzakətdən götürdüyü kondisioneri «Lalafo» online satış bazasında 500 manata satmış, kameraları və DVR yaddaş oxuyucusunu evinə gəldikdən sonra itirmiş və daha sonra isə heç axtarmamışdır. Daha sonra Nəzakətlə münasibətləri pozulmuş, onun salon əşyalarını satdığını öyrənmiş və bundan sonra Nəzakət ondan şikayət etməyə başlamışdır. Bundan başqa Nəzakətin salonunda olduğu vaxt həmin salonda işləyən bir nəfər qadının əri, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs7 adlı şəxs də oraya gəlmiş və ondan özü üçün sürücü işi axtarmağı xahiş etmişdir. Natiqdən sürücülük vəsiqəsi olub-olmadığını soruşduqda Natiq hal-hazırda sürücülük vəsiqəsi olmadığını, amma vəsiqə almaq üçün Ruslan adlı şəxsə pul verdiyini demişdir. Sürücülük vəsiqəsi işini Natiq üçün 700 manata həll edə biləcəyini, Ruslandan pulunu alıb ona verməyini demişdir. Həmin gün də Natiqlə birlikdə Badamdar qəsəbəsində yerləşən «Hollywood» kinoteatrın yanına getmiş, Natiq orada Ruslan adlı şəxsdən 700 manat pulu alıb ona vermişdir. Həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmiş. Bir neçə gün sonra pula ehtiyacı olduğu üçün Natiq vasitəsilə tanış olduğu Ruslandan 450 manat, daha sonra isə 200 manat da borc almışdır. Bundan başqa 10 oktyabr 2020-ci il tarixdə istirahət üçün Xaçmaz rayonuna getmiş, Qımıl kəndində “Qımıl” kafesini görüb çay içmək üçün həmin kafeyə daxil olmuşdur. Kafedə adını sonradan bildiyi Zərərçəkmiş şəxs8 Əbürfərz oğlunu görüb birlikdə oturmaq üçün icazə istəmişdir. Onlar birlikdə oturub çay içərək söhbət etməyə başlamışlar. Tofiqə özünü Cavid kimi təqdim edərək avtomobil ticarəti ilə məşğul olduğunu, avtomobili Amerikadan gətizdirib burada kredit yolu ilə satdığını bildirmişdir. Həmçinin Tofiqə əgər istəyirsə ona “Chevrolet Cruze” markalı, oğluna isə “Hyundai Elentra” markalı avtomobil gətizdirə biləcəyini demişdir. Tofiq avtomobilləri hansı şərtlər əsasında gətizdirəcəyini soruşduqda ona ilkin ödəniş kimi hər avtomobil üçün 1000 manat verəcəyini, sonra isə 36 ay ərzində ayda 400 manat ödəniş etməli olduğunu bildirmişdir. Tofiq də ayda hər avtomobil üçün 400 manat ödəniş etməyə imkanı çatmayacağını dedikdə sonuncuya hər avtomobil üçün ayda 200 manat ödəniş edə biləcəyini təklif etmişdir. Tofiq bu təkliflə razılaşmış və evdə oğlu ilə məsləhətləşib cavab verəcəyini bildirmişdir. Əlaqə saxlamaq üçün biri-birilərinin telefon nömrələrini də götürmüşlər. 15 oktyabr 2020-ci il tarixdə Tofiq onunla əlaqə saxlayıb onun təklifi ilə razılaşdığını demişdir. Həmin gün saat 15 radələrində “Qımıl” kafesində Tofiqlə görüşmüş və sonuncu 2000 manat pulu ona vermişdir. O da Tofiqə avtomobilləri ən geci 20 günə gətizdirəcəyinə söz vermişdir. Pulu götürdükdən sonra Tofiqə anasının Prezident Aparatında işlədiyini, əgər qohumlarından, tanışlarından kimsə harasa işə qəbul olmaq istəyirsə, anasının vasitəsilə köməklik göstərə biləcəyini də bildirmişdir. Bir neçə gündən sonra Tofiq ona zəng edib tanışı Zərərçəkmiş şəxs9 əvvəl polisdə işlədiyini, sonra onun X13 xaric edildiyini, yenidən polisə bərpa olunmaq istədiyini demiş, o da yalandan Pərvizi bərpa etdirəcəyini demişdir. X29 telefon nömrəsini vermiş və sonuncu ilə danışdıqda sözü tutmadığından ondan pul götürmək istəməmişdir. Ona görə də 2020-ci ilin oktyabr ayının sonlarında Tofiqin vasitəsilə 8000 manat və 2020-ci ilin noyabr ayının əvvəllərində 4000 manat olmaqla ümumilikdə 12000 manat pulunu almışdır. Həmin pulları da öz ehtiyaclarına xərcləmişdir. Daha sonra Tofiq ona zəng etsə də onun zənglərinə cavab verməmişdir. Bundan başqa icarə əsasında idarə etdiyi “Mercedes Maybach” markalı avtomobilini adətən Ramana qəsəbəsində yerləşən avtoyuma məntəqəsində adını sonradan bildiyi Şahid16 təmizləmişdir. Avtomobili yuyan zaman Rəşada anasının Prezident Aparatında işlədiyini, atasının şəhid olduğunu, özünün də əvvəllər polisdə işlədiyini amma sonradan xəstəliklə təqaüdə çıxdığını, avtomobil ticarəti ilə məşğul olduğunu və özünə Ramana qəsəbəsində ofis açmaq istədiyini demişdir. Həmçinin Rəşada açacağı ofisdə ayda 500 manat müqabilində onu işə qəbul edə biləcəyini təklif etmişdir. Rəşad da onunla razılaşmış və birlikdə Ramana qəsəbəsində ofis axtarmağa başlamışlar. Sonra həmin qəsəbədə makler ilə danışmış və onun vasitəsilə ofis tapmışdır. Təxminən 5 gündən sonra Rəşada zəng edib kirayə ofis götürdüyünü və onu da işləmək üçün işə dəvət etdiyini demişdir. Rəşad ofisə gəldikdən sonra ondan işinin nədən ibarət olacağını soruşmuş, o da ofis boş qalmasın deyə ofisdə oturacağını, gələn müştəriləri də ona yönləndirəcəyini bildirmişdir. Rəşaddan başqa Rahib adlı şəxsi də ofisə komputerdə yazı yazmaq üçün işə götürmüşdür. 2020-ci ilin noyabr ayının əvvəllərində “Xalqlar Dostluğu” adlı ərazidə gedəndə adını sonradan bildiyi Zərərçəkmiş şəxs15 idarə etdiyi “Kia Cerato” markalı, **- SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin buferində problem olduğunu görüb ona yaxınlaşmış və buferinin düşə biləcəyini demişdir. Gülnarə avtomobili yolun kənarında saxlamış, özü də həmin vaxt icarəyə götürdüyü “Lexus” markalı avtomobili onun yanında saxlamışdır. Gülnarəyə avtomobilin buferinin yerinə bağlanmasında köməklik etmiş, həmin vaxt Gülnarənin telefonuna bibisi qızı X10 ev almaq üçün onunla birlikdə evlərə baxmağa getmək üçün zəng etdiyini eşitmişdir. Bu vaxt Gülnarəyə Ramana qəsəbəsində oifisində avtomobil, ev, torpaq alqı-satqısı ilə məşğul olduğunu demişdir. Gülnarəyə onun avtomobilini də ala biləcəyini, həmçinin sonuncunun bibisi qızı Simaya da bir neçə ev satmaq üçün göstərə biləcəyini bildirmişdir. Bu məqsədlə bir-birilərinin telefon nömrələrini götürmüşlər. Səhəri günü Gülnarəyə zəng edib, Sima üçün “Qara Qarayev” adlı ərazidə ev tapdığını və həmin evə gedib baxmağı təklif etmişdir. Birlikdə görüşüb bir neçə evə baxmışlar, amma Sima bəyənmədiyi üçün evi almamışdır. Sonra Gülnarənin avtomobilinə baxıb avtomobilini satmaq istəyirsə, 17500 manat pul verə biləcəyini demişdir. Amma Gülnarə avtomobilini satmamış və özü üçün torpaq alıb ev tikdirmək istədiyini bildirmişdir. Daha sonra Gülnarə ilə birlikdə ofisə getmişlər. Gülnarəyə “Kənd Əhmədli” adlı ərazidə torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini ona sata biləcəyini, həmçinin satılacaq torpaq sahəsində tikinti işlərini də gördürə biləcəyini demişdir. Sonra Gülnarənin qardaşı Mahmud, özü və Gülnarə ilə birlikdə həmin torpaq sahəsinə baxmağa getmişlər. Torpaq sahəsi Ceyhun adlı şəxsə məxsus olmuş, Gülnarə həmin torpaq sahəsini bəyənərək almaq istəmişdir. Torpaq sahəsi 1,7 sot olmuş və 38000 manata satmışlar. Gülnarə həmin torpaq sahəsini aldıqdan sonra orada onun üçün 65000 manat pul qarşılığında tikinti materialları və ustaların zəhmət haqqı daxil olmaqla bir mərtəbəli, dörd otaqdan ibarət ev tikib verə biləcəyini demiş, Gülnarə də onunla razılaşmışdır. Gülnarə həmçinim Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsində 6 sot torpaq sahəsinin içərisində bağ evi olduğunu, həmin evi 65000 manata satıb yeni evi tikdirəcəyini demişdir. O da Gülnarəyə həmin bağ evini özü alıb 2 sot torpaq sahəsində ev tikib satacağını, belə olan halda evin tezliklə satılacağını bildirmişdir. Səhəri günü Gülnarəyə həmin torpaq sahəsini almaq üçün 14000 manat pul da verməli olduğunu demişdir. Gülnarə də pulu necə verməli olduğunu soruşduqda ona notariat ofisinə gedib orada rəsmi müqavilə ilə verməyini təklif etmişdir. Gülnarənin ona inanması üçün yalandan anası Prezident Aparatında işlədiyinə görə sənədləşməni öz adı ilə apara bilmədiyini demişdir. Ona görə də sənədləşməni işçi kimi götürdüyü Şahid16 adı ilə aparacağını bildirmişdir. Rəşadı da Gülnarəyə yalandan xalası oğlu kimi təqdim etmişdir. Sonra Rəşadla birlikdə Bakıxanov qəsəbəsində yerləşən 16 saylı notariat ofisinə getmiş, 30 noyabr 2020-ci il tarixdə saat 15 radələrində Gülnarə və Rəşad arasında borc müqaviləsi bağlanmışdır. Gülnarə 14000 manat pulu kassaya ödəmiş, sonra Rəşad kassadan 14000 manat pulu təhvil alıb ona vermişdir. Gülnarə getdikdən sonra torpağın sahibi Ceyhun, Rəşad və özü avtomobilə əyləşmiş, torpaq sahibinə 4000 manat beh kimi pul vermiş, behi verdikdən sonra Ceyhun da çıxıb getmişdir. Səhəri gün isə Ceyhunun yanına gedib ona torpağı alası olmadığını beh kimi verdiyi 4000 manat pulu qaytarmasını bildirmiş, Ceyhun da həmin pulu ona geri qaytarmışdır. Gülnarəni inandırmaq üçün onun verdiyi pul ilə Savalan qəsəbəsində yerləşən bağ evinə ustalar gətirmiş və yalandan tikinti materialları almış, ustalar da işləməyə başlamışdırlar. Rəşadın qardaşı Vüsalı da həmin ustalara nəzarət etmək üçün yalandan 500 manat ayda ona pul verəcəyini deyib işə götürmüşdür. Təxminən 3-4 gündən sonra Gülnarənin bağ evini almaq üçün ona yalandan beh kimi 10000 manat pulu, guya 14000 manat borcundan 10000 manatını ödəyirmiş kimi notariat ofisində Rəşadın adından verəcəyini bildirmişdir. Gülnarə razılaşmış, Rəşada da notariat ofisinə gəlməyini demişdir. Rəşad ilə Gülnarə həmin notariat ofisinə getmiş, amma özü getməmişdir. Gülnarə onunla əlaqə saxlayıb gözlədiklərini və gəlib pulu verməyini bildirdikdə Gülnarəyə “sən mənə pul verməmisən, pulu Rəşada vermisən, get pulunu Rəşaddan da al” demişdir. Daha sonra Gülnarə Rəşaddan polisə şikayət etmiş, Rəşad da ona zəng vurub Gülnarənin pulunu istədiyini demişdir. O, Rəşada özündən Gülnarəyə 7000 manat pul verməyini, bir neçə gün sonra həmin pulu qaytaracağını demişdir. Sonra Rəşad ona zəng vurub Gülnarəyə verdiyi 7000 manat pulunu istədikdə ona qaytaracağını desə də, Rəşadın pulunu qaytarmamışdır. Bundan başqa 2020-ci ilin dekabr ayında “Turbo.az” internet səhifəsində “Mercedess C klass” markalı avtomobili satmaq məqsədi ilə yalandan elan yerləşdirmiş və əlaqə saxlamaq üçün də ***-***-**-** saylı telefon nömrəsini yerləşdirmişdir. Adını sonradan bildiyi Zərərçəkmiş şəxs10 ona zəng edib həmin avtomobili bəyəndiyini və kreditlə almaq istədiyini demişdir. O, bəyəndiyi avtomobilin satıldığını, əgər istəsə ona “VAZ” markalı avtomobil təşkil edə biləcəyini bildirmiş, amma Həbib onunla razılaşmamışdır. Sonra ona internetdə özünün avtomobil axtarıb tapmağını, həmin avtomobili ona kredit yolu ilə sata biləcəyini demişdir. Həbib bu təklifi ilə razılaşmış və onunla əlaqə saxlayacağını bildirmişdir. Sonra Həbib ona zəng edib dostu Röyalın “Mercedess C klass” markalı avtomobilini almaq istədiyini, Röyalın avtomobili 9500 manata satmağını demişdir. O da Həbibə avtomobili almaq üçün Röyala 500 manat beh verməyini bildirmiş, Həbib də onun sözü ilə Röyala 500 manat beh vermişdir. Sonra Həbibə ilkin olaraq 3500 manat, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələrini sənədləşmə aparması üçün ona verməli olduğunu demişdir. 21 dekabr 2020-ci il tarixdə saat 07 radələrində Həbibə zəng edib sənədləri və 3500 manat pulu istəmişdir. Həbib də təxminən saat 08 radələrində “Yeni Suraxanı dairəsi” adlı yerdə icarə əsasında idarə etdiyi “Range Rover” markalı avtomobilində 3500 manat pulu və vəsiqələri ona vermişdir. Həbibə sənədləşmə işini axşama kimi hazırlayıb pulu ona verəcəyini, hər ay 370 manat olmaqla 24 ay ərzində kredit ödəməli olacağını demiş və sonra sağollaşıb çıxıb getmişdir. Həbibə aid sürücülük və şəxsiyyət vəsiqəsini də yolda tullamışdır. Axşam üstü Həbib ona zəng edib işin nə yerdə olduğunu soruşduqda ona yalandan sabah işini həll edəcəyini demiş, səhəri gün isə telefonu söndürmüşdür. Bundan başqa ev alqı-satqısı barədə “Lalafo” internet saytına elan vermişdir. 2021ci ilin avqust ayında Əli adlı cavan uşaq onunla mesajlaşaraq Neftçala rayonunun Bankə qəsəbəsində yaşadıqlarını və Bakı şəhərindən ev almaq istədiklərini demişdir. Daha sonra onun ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayıb onun elanda qoyduğu “Baxçalı” yaşayış massivində ev almaq istədiyini bildirmişdir. Əvvəlcə ona həmin evin nağd qiymətə satıldığını demiş, Əli də nağd qiymətə ev almağa pulları olmadığını, kredit ilə ev almaq istədiklərini bildirmişdir. 18 yanvar 2021-ci il tarixdə Əlinin atası Azər adlı şəxslə Bakı şəhərində metronun “Koroğlu” stansiyasının yaxınlığında görüşmüşdür. Söhbət zamanı Azər Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Baxçalı” yaşayış kompleksindən kreditlə ev almaq istədiyini demiş, o da bu barədə ona köməklik göstərə biləcəyini bildirmişdir. Həmçinin 70000 manata olan bir evi ilkin ödəniş kimi 10000 manat, qalan 60000 manat pulu isə 10 il müddətinə hər ay 500 manat ödəniş etməklə ala biləcəyini demiş, Azər də onunla razılaşmışdır. Azər ona 500 manat beh və şəxsiyyət vəsiqəsini vermiş, 22 yanvar 2021-ci il tarixdə həmin evi onun adına sənədləşdircəyi barədə razılaşmışlar. Həmin tarixdə Azər ona zəng edib görüşmək istədiyini bildirdikdə ona hazırda Masallı rayonunda olduğunu və sabah görüşə biləcəklərini demişdir. 23 yanvar 2021-ci il tarixdə Azərlə Xəzər rayonu, Şüvəlan qəsəbəsində görüşmüş və Azər onun “Rent a Car”dan götürdüyü “ Mersedes Gelandewagen” markalı 99-…- 063 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək evə dair sənədləşmə aparmaq üçün Xırdalan şəhəri ərazisində yerləşən “Kapital bank”a getməyi bildirmişdir. Bundan sonra Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Bravo” marketin yaxınlığında evi sənədləşdirib Azərin adına keçirilməsilə bağlı ondan 9500 manat pulu idarə etdiyi avtomobildə almış, daha sonra Azərlə birlikdə Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bravo” marketə getmişlər. Azərlə birlikdə marketə daxil olub “Milliön” ödəmə terminalına yaxınlaşaraq yalandan özünə məxsus kartdan pul çıxaracağını demiş, daha sonra Azərə yalandan kartdan pul çıxara bilmədiyini demişdir. Marketdən çıxıb avtomobilə yaxınlaşmış, Azərə avtomobili parlanmaya verib gələcəyini demiş və avtomobilə əyləşib oradan uzaqlaşıb getmişdir. Bundan sonra Azər ona zəng vurduqda ona gəlib pulunu qaytaracağını demiş, sonra isə telefonunu söndürmüşdür. Bundan başqa yalandan internet səhifəsində kreditlə ev satmaq üçün istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsini yerləşdirmişdir. Zərərçəkmiş şəxs12 ona zəng edib kreditlə ev axtardığını bildirdikdə ona Abşeron rayonu, Masazır qəsəbəsində və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində kredit şərtləri ilə fərdi yaşayış evlərinin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs12 Xırdalan şəhərindən ev almaq istədiyini bildirdikdə İsmayıla Xırdalan şəhərində ev olmadığını, istədiyi evi bəyəndikdən sonra həmin evi kredit şərtləri ilə ona təşkil edə biləcəyini demişdir. İsmayıl 30 yanvar 2021-ci il tarixdə ona zəng edib Abşeron rayonu, Xırdalan şəhəri, H.Z. Tağıyev küçəsi, 2-ci döngədə fərdi yaşayış evi tapdığını, ev sahibinin həmin evi 34000 manata satdığını bildirmişdir. O, İsmayıldan ev sahibinin telefon nömrəsini istəmiş, ev sahibi ilə əlaqə saxladıqdan sonra İsmayılı 31 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, metronun “Koroğlu” stansiyasının yaxınlığında görüşüb söhbət etməyə çağırmışdır. İsmayıla 34000 manatın 10000 manatını ona verəcəyini, bankdan pul çıxarıb pulu ev sahibinə verərək fərdi yaşayış evini ona təhvil verəcəyini demişdir. Sonra həmin fərdi yaşayış evinin aylıq ödənişini banka ödəyəcəyini demiş, İsmayıl da onunla razılaşmışdır. 01 fevral 2021-ci il tarixdə saat 12 radələrində İsmayılla görüşmüş və birlikdə onun bəyəndiyi evə baxmağa getmişlər. Həmin evə baxdıqdan sonra İsmayıldan pulu istəmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.tağıyev küçəsində yerləşən “Misir Parkı”nın yaxınlığında icarə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı avtomobildə İsmayıl ona 4400 ABŞ dolları və 2320 manat olmaqla, ümumilikdə 9800 manat pul vermişdir. Yalandan İsmayıla bankdan pul çıxarmağa getdiyini demiş, oradan çıxıb getdikdən sonra İsmayıl ona dəfələrlə zəng etsə də, onun zənglərinə cavab verməmiş və sonra da telefonu söndürmüşdür. Bundan başqa internetde “Tap.az” səhifəsində satılıq evlərin kreditləşdirilməsi üçün öz istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsini yerləşdirmişdir. Daha sonra Tağı adlı şəxs “WhatsApp” proqramı vasitəsilə ona səsli mesaj göndərərək tanış adamın pulu çatmadığından kredit yolu ilə ev almaq istədiyini demişdir. Həmin şəxs də Zərərçəkmiş şəxs13 olmuşdur. Onun nömrəsini Tağıdan alıb əlaqə saxlayaraq ona həmin evi kreditləşdirə biləcəyini, ilkin olaraq 14500 manat pul ödəyəcəyini, sonra 10 il müddətində də hər ay 250 manat pul ödəyəcəyini bildirmiş, Qəhrəman da onunla razılaşmışdır. 07 fevral 2021-ci il tarixdə saat 17 radələrində Yeni Suraxanı qəsəbəsində yerləşən “Cümə Məscidi”nin yaxınlığında 14400 manat pulu Qəhrəmandan almış, sonra Qəhrəmana sabah gedib sənədləşmə işlərini həll edəcəklərini demişdir. Qəhrəmana Xırdalan şəhərində yerləşən “Kapital Bank”ın binasının qarşısında görüşəcəklərini bildirsə də, səhəri gün oraya getməmişdir. Həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Etdiyi bütün əməllərə görə səmimi peşmandır, tutduğu əməllərə görə özünə haqq qazandıra bilmir. Amma vurduğu maddi ziyanları da ödəməyə heç bir imkanı yoxdur. Ancaq onu düşünür ki, gələcəkdə azadlığa çıxandan sonra işləyib pul qazana bilsə insanlara vurduğu ziyanı ödəyə bilər. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 Əbürfərz oğlu göstərdi ki, 10 oktyabr 2020-ci il tarixdə Xaçmaz rayonunun Qımıl kəndi ərazisində yerləşən “Qımıl” kafesində oturub çay içərkən kafeyə adını sonradan bildiyi Təqsirləndirilən şəxs və yanında da adını bilmədiyi bir nəfər qadın daxil olmuşdur. Kafedə masada tək əyləşdiyi üçün Cavad ona eyni masada əyləşməyi təklif etdikdə etiraz etməmişdir. Onlar söhbət etməyə başlamışlar və Təqsirləndirilən şəxs özünü ona Cavid kimi təqdim etmişdir. Cavad avtomobil ticarəti ilə məşğul olduğunu, Amerikadan avtomobil gətizdirib burada kredit yolu ilə satdığını bildirmişdir. Bundan başqa altı övladı olduğunu, anasının da Prezident Aparatında işlədiyini demişdir. O da oğluna və özünə avtomobil sifariş etməyi fikirləşmiş, Cavad ona “Chevrolet Cruze” markalı, oğluna isə “Hyundai Elentra” markalı avtomobil gətizdirə biləcəyini bildirmişdir. Cavaddan avtomobilləri hansı şərtlər əsasında gətizdirəcəyini soruşduqda sonuncu ilkin ödəniş kimi hər avtomobil üçün 1000 manat verəcəyini, sonra isə 36 ay ərzində ayda 400 manat ödəniş etməli olduğunu demişdir. O, Cavada hər avtomobil üçün ayda 400 manat ödəniş etməyə imkanı olmadığını dedikdə Cavad hər avtomobil üçün ayda 200 manat ödəniş etməyini təklif etmişdir. Cavadın bu təklifi ilə razılaşmış və ona evdə oğlu ilə məsləhətləşib cavab verəcəyini bildirmişdir. Cavadla əlaqə saxlamaq üçün onun telefon nömrəsini götürmüş, evdə oğlu ilə danışdıqdan sonra 15 oktyabr 2020-ci il tarixdə Cavada zəng edib onun təklifi ilə razılaşdığını demişdir. Cavadla həmin gün saat 15 radələrində “Qımıl” kafesində görüşmüş və 2000 manat pulu Cavada vermişdir. Cavad da avtomobilləri ən geci 20 günə gətizdirəcəyini söz vermişdir. Cavad pulu götürdükdən sonra ona bir daha bildirmişdir ki, anası Prezident Aparatında işləyir, əgər qohumlarından, tanışlarından kimsə harasa işə qəbul olmaq istəyirsə, anasının vasitəsilə köməklik göstərə bilər. Bu barədə tanışı Zərərçəkmiş şəxs9 ilə söhbət etmiş, Pərviz ona əvvəl polisdə işlədiyini, sonra isə X13 xaric edildiyini və yenidən polisə bərpa olunmaq istədiyini bildirmişdir. Bu barədə Cavadla danışmış, sonuncu da anasının vasitəsilə Pərvizi bərpa etdirəcəyini demişdir. Cavadın telefon nömrəsini Pərvizə vermiş, sonra Pərviz ona Cavadın dələduz adama oxşadığını və ona inanmadığını demişdir. O, özü Cavada inandığı üçün Pərvizə narahat olmamasını bildirmişdir. Sonra Pərviz Bakı şəhərinə Cavada tanış taksi sürücüsü ilə hissə-hissə olmaqla ümumilikdə 13000 manat pul göndərmişdir. Amma sonradan Cavad onlara verdikləri vədləri yerinə yetirməmiş və müxtəlif bəhanələr gətirərək onları aldatmışdır. Daha sonra o, özünə məxsus avtomobilini satmış, Pərvizin 13000 manat pulunu ona geri qaytarmışdır. Cavadı isə tapa bilmədiyi üçün ondan pulunu geri ala bilməmişdir. Ona ümumilikdə 15000 manat maddi ziyan dəymişdir. Pərviz iki dəfəyə olmaqla Təqsirləndirilən şəxs pul verilməsi məqsədilə ona ümumilikdə 12.000 manat pul vermişdir. Həmin pulları Pərvizin göndərdiyi tarixdə, yəni 12.11.2020-ci il tarixdə saat 15 radələrində ona məxsus Şabran rayonu Rəhimli kəndində yerləşən qəbristanlığın yanındakı bulağın yaxınlığında Təqsirləndirilən şəxs 8000 manat, 19.11.2020-ci il tarixdə saat 16 radələrində yuxarıda qeyd etdiyi eyni ünvanda Təqsirləndirilən şəxs 4000 manat pul vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 göstərdi ki, Təqsirləndirilən şəxs “Tap.az” saytında tanımışdır. Kredit şərti ilə ev axtardığı üçün Təqsirləndirilən şəxs yerləşdirdiyi ev elanı diqqətini cəlb etmiş və Cavada məxsus ***-***- **-** mobil nömrəsi ilə əlaqə saxlayıb ondan kredit ilə ev olub-olmamasını soruşduqda Cavad Abşeron rayonu, Masazır qəsəbəsində və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində kredit şərtləri ilə fərdi yaşayış evlərinin olduğunu bildirmişdir. Bundan sonra Cavada Xırdalan şəhərində ev almaq istədiyini bildirdikdə, sonuncu Xırdalan şəhərində ev olmadını, lakin özü istədiyi evi bəyəndikdən sonra kredit şərtlərilə ona təşkil edə biləcəyini demişdir. 30 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi 2-ci döngədə fərdi yaşayış evi tapmış, ev sahibi ilə həmin evi 34000 manata razılaşmışdır. Cavada zəng edərək onunla bu barədə danışmış və onunla 31 yanvar 2021-ci il tarixdə Bakı şəhərində, metronun “Koroğlu” stansiyasının yaxınlığında görüşmüşdür. Cavad 34000 manatın 10000 manatını ona verməli olduğunu, özü bankdan pul çıxarıb ev sahibinə pulu ödəyib evi ona təhvil verəcəyini, onun pulunu isə aylıq ödəniş kimi banka ödəyəcəyini demişdir. Bundan sonra Cavadla razılaşmışlar, 01 fevral 2021-ci il tarixdə saat 12 radələrində Cavadla görüşüb birlikdə bəyəndiyi evə baxmağa getmişlər. Həmin evə baxdıqdan sonra Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Misir Parkı”nın yaxınlığında Cavada məxsus “Hyundai Sonata” markalı avtomobildə sonuncuya 4400 ABŞ dollar və 2320 manat olmaqla ümumilikdə 9800 manat pul vermişdir. Pulu götürdükdən sonra Cavad guya bankdan pul çıxarmağa getmiş, sonradan onunla əlaqə saxlasa da, sonuncu müxtəlif bəhanələr gətirmiş və telefonuna zəng çatmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X27 göstərdi ki, 16 yanvar 2021ci il tarixdə oğlu Əli “Lalafo” saytında ev elanlarına baxan zaman Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Baxçalı” yaşayış massivində ev elanı görmüş, elanı yerləşdirən şəxslə telefonda mesajlaşarkən ondan həmin evi hansı şərtlərlə satdığını maraqlandıqda həmin şəxs evi nağd qiymətə satdığını bildirmişdir. Nağd qiymətə evi almağa maddi imkanı olmadığı üçün həmin şəxslə razılaşmamışlar. Daha sonra həmin şəxs vasitəçi Əli adlı şəxslə danışmağı, sonuncunun onlara köməklik göstərə biləcəyini bildirmiş və onun mobil nömrəsini vermişdir. 16 yanvar 2021-ci il tarixdə oğlu həmin nömrə ilə əlaqə saxlamış və özünü Əli kimi təqdim edən şəxs onlara köməklik edə biləcəyini bildirmişdir. 18 yanvar 2021-ci il tarixdə Əli adlı şəxslə Bakı şəhəri, metronun “Koroğlu” stansiyasının yaxınlığında görüşmüşlər, söhbət vaxtı ona Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “Baxçalı” yaşayıış massivində yerləşən evi kredit şərtlərilə almaq istədiyini bildirmişdir. Əli də ona köməklik edəcəyini deyərək, həmin evi almaq üçün 70000 manata 10000 manat ilkin ödəniş, qalan 60000 manatı isə hər ay 500 manat ödəniş etməklə 10 il müddətinə razılaşmışlar. Həmin gün Əli adlı şəxsə 500 manat beh və şəxsiyyət vəsiqəsini vermiş və 22 yanvar 2021-ci il tarixdə görüşüb həmin evi sənədləşdirəcəyi ilə bağlı razılaşmışlar. Amma həmin tarixdə Əli adlı şəxsə zəng vurub görüşməyi bildirdikdə o, Masallı rayonunda olduğunu deyib səhəri günü görüşə biləcəklərini demişdir. 23 yanvar 2021-ci il tarixdə saat 14 radələrində Əli adlı şəxslə Xəzər rayonu, Şüvəlan qəsəbəsində görüşmüş və sonuncunun idarə etdiyi “Land Rover” markalı 99-…-063 dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib evə dair sənədləşmə aparmaq üçün Xırdalan şəhəri ərazisində yerləşən “Kapital bank”a getməyi bildirmişdir. Bundan sonra Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Bravo” marketin yaxınlığında evi sənədləşdirib adına keçirməsi üçün 9500 manat pulu Əli adlı şəxsin idarə etdiyi avtomobildə sonuncuya vermişdir. Daha sonra Əli adlı şəxslə birlikdə Xırdalan şəhəri ərazisində yerləşən “Kapital bank”a getmişlər, amma bank bağlı olduğu üçün Əlinin idarə etdiyi avtomobilə əyləşib Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bravo” marketə getmişlər. Əli adlı şəxslə birlikdə həmin marketə daxil olmuşlar, sonuncu “Milliön” ödəmə terminalına yaxınlaşıb kartdan pul çıxaracağını bildirmiş, amma sonra kartdan pul çıxara bilmədiyini deyib getmişlər. Onlar marketdən çıxıb Əlinin avtomobilə yaxınlaşmışlar, Əli avtomobilini parlanmada saxlayacağını deyərək avtomobili sürüb getmişdir. Bundan sonra Əli adlı şəxsə zəng vurub haraya getdiyini soruşduqda sonuncu orada gözləməyini və gələcəyini bildirmiş, təxminən 30 dəqiqə onu gözlədikdən sonra gəlmədiyini görüb yenidən ona zəng vurduqda telefonuna zəng çatmamışdır. Bundan sonra Əli adlı şəxs tərəfindən aldadılığını başa düşüb bu barədə ərizə ilə polisə müraciət etmiş və həmin şəxsin əsl adının Cavad olduğunu öyrənmişdir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş şahid qismində dindirilmiş X28 zərərçəkmiş şəxs X19 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 6, iş vərəqə 15-18). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 Mirağa qızı göstərdi ki, 2020-ci ilin mart ayından etibarən ünvan 2 ünvanda yerləşən obyekti icarəyə götürmüş və «Naz Beauty» adlıgözəllik salonu kimi işlətməyə başlamışdır. Həmin salonda ondan başqa iki nəfər də usta işləmişdir. Gözəllik salonunu işlətdiyi müddət ərzində öz pulu ilə obyektin bütün istilik, su və qaz sistemini çəkdirmiş, həmçinin öz hesabına salona 14000 manat dəyərində bir ədəd «BDEM 3 in 1 laser» adlı lazer aparatı, həmin lazer aparatı üçün 290 ABŞ dolları dəyərində bir ədəd lampa və 320 manat dəyərində bir ədəd «rod» aparatı, həmçinin 1659 manat dəyərində bir ədəd «Samsung» markalı «AR 24 TQHQAURNER- KİT» modelli kondisioner, 1400 manat dəyərində gözəllik salonuna aid bir ədəd mebel dəsti, hər birinin qiyməti 70 manat olan 350 manat dəyərində 05 ədəd kreslo, 350 manata bir ədəd baş yuyan çanaq, 240 manata bir ədəd «Bosch» markalı su dispanseri, 100 manata olan «Birlink» internet şirkətinə aid avadanlıqları, 300 manata müşahidə kamerasının «DVR İP» sistem aparatını, 200 manata bir ədəd «DVR»sistem aparatını, ümumi dəyəri 520 manat olan «Hikvision» 08 ədəd müşahidə kamerası, 150 manata enerji doldurma cihazlı kabel sistemi, hər birinin qiyməti 80 manat olan 02 ədəd müşahidə kamerasının monitorları, 85 manata olan vizaj tumbası və 210 manata bir ədəd masaj çarpayısını alaraq salonda yerləşdirmiş və istifadə etmişdir. Bundan əlavə, 06 avqust 2020-ci il tarixdə Şahid3 məxsus bir ədəd 65000 manat dəyərində «Candella MGL» markalı lazer aparatını hər ay üçün 2000 manat ödəməklə icarə müqaviləsi əsasında almışdır. Buna gprə də ilk dəfə aldığı «BDEM 3 in 1 laser» adlı lazer aparatına ehtiyac olmadığı üçün satmaq qərarına gəlmişdir. Bu məqsədlə bir neçə gözəllik salonlarına zəng edərək onlara həmin lazer aparatını təklif etməyə başlamışdır. 2020-ci ilin sentyabr ayı ərzində salon işlədən adam kimi Təqsirləndirilən şəxs ***-***-**-** saylı telefon nömrəsinə zəng edib onuna danışmış və ona satış üçün lazer aparatının olmasını bildirmişdir. Cavad əvvəlcə onunla kobud danışmış və salon işlətmədiyini demişdir. Amma sonradan Cavad özü ona zəng etmiş, ondan işlətdiyi salonun ünvanını soruşmuş və salona gələrək özünü Cavid adı ilə təqdim etmişdir. Cavad özünü salon sahibi kimi təqdim edib «BDEM 3 in 1 laser» adlı lazer aparatına baxmaq istədiyini demişdir. Cavad bir həftə ərzində iki dəfə salona gələrək lazer aparatı ilə maraqlanmış, həmin ərəfədə salonda yaranmış bir neçə texniki xidmət işlərində köməklik göstərdiyinə görə ona etibarı yaranmışdır. 01 oktyabr 2020-ci ilin tarixdə Cavad salona gəldikdə tavandan su damdığını görüb salonu təmir etdirməkdə ona köməklik etməyi təklif etmişdir. Bir neçə dəfə ona kömək etmiş Cavada etibarı yarandığına görə onunla razılaşmışdır. Bu məqsədlə, 01 oktyabr 2020-ci il tarixdə Cavad «166» yük daşıma şirkətinə zəng etmiş və salonda olan ona məxsus bütün malları, o cümlədən Şahid3 məxsus «Candella MGL» markalı lazer aparatını bir ədəd yük maşınına yüklətdirib arvadı Təranə adlı qadının Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evinə boşaldacağını bildirərək salonu tamamilə boşaltmışdır. Cavad iki ay ərzində gözəllik salonunda köklü dəyişikliklər edib salondan apardığı malları geri qaytaracağını demişdir. Həmin ərəfədə Cavad özü ilə Kənan adlı şəxsi də gətirmiş və onu usta kimi təqdim etmişdir. Hətta Kənan adlı şəxs Cavadın anasının evini də asma tavan təmiri etdirdiyini deyib onu aldatmışdır. Amma sonradan ona məlum olmuşdur ki, Cavadın anası kirayədə yaşayır, onun evi heç vaxt təmir olunmamış və Kənan ümumiyyətlə, heç usta deyil. 2020-ci ilin oktyabr ayının ortalarında Şahid3 onunla əlaqə saxlayaraq, özünə məxsus «Candella MGL» markalı lazer aparatını ondan istəmiş və aparatı onun öz ofisində saxlamağı təklif etmişdir. O, Lalə xanımla razılaşmış və Cavada zəng edərək nə üçün salonda təmir işlərinin başlatmamasnı soruşmuş, həmçinin təmir başlamasa həm onun əşyalarını, həm də həmin «Candella MGL» markalı lazer aparatını geri qaytarmasını tələb etmişdir. Cavad bir neçə gün onu və Lalə xanımı müxtəlif vədlər verib aldatmış, 22 oktyabr 2020-ci il tarixdə onu arvadı Təranə adlı qadının yaşadığı Şüvəlan qəsəbəsinə dəvət etmişdir. Təranə adlı qadın da, Kənan adlı şəxs kimi onu guya Cavadın həqiqətən salonun təmiri ilə maraqlandığına və malların onun evində olduğuna inandırmağa çalışmışdır. Şahid3 ilə birlikdə Şüvəlan qəsəbəsinə getmişlər, amma mallarının orada olmadığını görmüşlər. Bundan sonra Cavadla əlaqə saxladıqda onları Badamdar qəsəbəsinə çağırmışdır. Badamdar qəsəbəsində də Cavad gəlib çıxmadığı üçün ertəsi gün, yəni 23 oktyabr 2020-ci il tarixdə Şahid3 onun və Cavadın barəsində polisə şikayət etmişdir. Bu ərəfədə öz əşyalarını, xüsusən də Şahid3 məxsus «Candella MGL» markalı lazer aparatını axtarmağa davam etmiş, Cavad isə onun telefon zənglərinə cavab verməmişdir. Həmin lazer aparatlarını axtaran zaman «AzBeauty» şirkəti ilə rastlaşmışdır. Həmin şirkətin sahibi Aqil adlı şəxslə əlaqə saxlamış və öyrənmişdir ki, Şahid3 məxsus «Candella MGL» markalı lazer aparatını Aqilə Zabir adlı şəxs təklif etmişdir. Xatırlamadığı tarixdə Cavad onun işlətdiyi salonda olan zaman telefonla Zabir adlı şəxslə danışmış, Cavaddan Zabirin kim olduğunu soruşduqda sonuncu Zabirin onun dostu və lazer ustası olduğunu, salon işlətdiyini bildirmişdir. Bir qədər araşdırdıqdan sonra o, Zabirin «Candella MGL» markalı lazer aparatını Şövkət adlı qadına satdığını öyrənmişdir. Zabirin telefon nömrəsini tapmış və 05 noyabr 2020-ci il tarixdə onunla əlaqə saxlamışdır. Telefonla danışanda Zabirə “Candella MGL» markalı və “Diod” markalı lazer aparatını Cavid adlı şəxsin aldadaraq ələ keçirdiyini, həmin aparatlardan xəbəri olub-olmadığını soruşmuşdur. Zabir isə Cavadın “Candella MGL» markalı lazer aparatını ona satmaq istədiyini və 850 manat beh aldığını, amma “Diod” markalı lazer aparatından xəbərinin olmadığını bildirmişdir. O, Zabirə “Diod” markalı lazer aparatını Mehin və Pervin adlı şəxslərin “Lalafo.az” internet portalında satışa qoyduğunu da bildirmişdir. Zabir ona Mehinin Cavadın həyat yoldaşı Təranənin rəfiqəsi olduğunu demişdir. Mehin adlı şəxslə danışdıqda isə sonuncu aparatın ona məxsus olmadığını, özünün əşyaların ikinci əl satışı ilə məşğul olduğunu bildirmişdir. Sonra isə eşitmişdir ki, Lalə xanıma məxsus lazer aparatı Zabirin vasitəsilə Şövkətə satılmış, Şövkət də həmin aparatın cinayət yolu ilə əldə olunduğunu bildikdən sonra onu dərhal polis əməkdaşlarına təhvil vermiş və polislər də həmin lazer aparatını Şahid3 qaytarmışdır. Sonradan ona məxsus lazer aparatının da Zabirin evində olması müəyyən olunmuş və həmin aparatı Zabirin evindən gedib götürmüşdür. Onun fikrincə “BDEM 3in1” markalı lazer aparatının qiyməti 14000 manat, “X18” markalı lazer aparatının qiyməti isə 45000 manatdır. Şahid3 ilə aralarında olan müqaviləyə və şifahi razılaşmaya əsasən həmin aparat onda olduğu müddət ərzində aparata cavabdeh şəxs birbaşa özü olmuşdur. Ona görə də, “X18” markalı lazer aparatının Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsilə bağlı ziyan ona dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 göstərdi ki, arvadı Şahid26 Zərərçəkmiş şəxs6 işlətdiyi Səbail rayonu, 6-cı Qarayev küçəsi 3 ünvanda yerləşən «Naz Beauty» gözəllik salonunda saç ustası işləmiş, Nəzakəti həmin vaxtdan tanımış və normal münasibətləri olmuşdur. 2020-ci ilin iyul ayının ortalarında Şahid4 sürücülük vəsiqəsi düzəltməkdə köməklik göstərməsi üçün 1200 manat pul vermişdir. Ruslanın dediyinə görə 2020-ci ilin sentyabr ayının 5-də sürücülük vəsiqəsi almaq üçün imtahan verməli və bundan sonra vəsiqə almalı idi. 06 oktyabr 2020-ci il tarixdə arvadınıiş yerindən götürmək üçün gözəllik salonuna getmiş və salonda bir nəfər əvvəllər tanımadığı, sonradan Nəzakətin ona Cavid müəllim kimi təqdim etdiyi bir nəfər kişinin oturduğunu görmüşdür. O, Cavidin kimliyi ilə maraqlanmış və Nəzakət Cavidin anasının Prezident Aparatında işlədiyini, Cavidin əlinin hər yerə çatdığını və salonun təmir işlərini öhdəsinə götürdüyünü demişdir. O, salona özünə məxsus 1200 manat dəyərində olan velosiped ilə getdiyi üçün Cavid ondan velosipedi görüb qiymətini soruşmuş və ona velosiped əvəzinə avtomobil almağı təklif etmişdir. O, Cavidə sürücülük vəsiqəsinin olmadığını, bunun üçün bir nəfər tanışına artıq 1200 manat pul verdiyini demişdir. Cavid isə ona 1200 manat pulun çox olduğunu və özünün bu işi 700 manata həll edə biləcəyini bildirmişdir. Cavidin yaxşı əlaqələrinin olduğunu zənn etdiyi üçün Şahid4la danışmış və ona verdiyi pulu geri qaytarmasını bildirmişdir. 06 oktyabr 2020-ci il tarixdə Ruslan ilə Badamdar qəsəbəsi, Badamdar şossesi 77 ünvanda yerləşən «Hollywood» kinoteatrının yaxınlığında görüşmüş və 1200 manat pulunu ondan geri almışdır. Eyni gündə saat təxminən 22 radələrində Cavidlə həmin ünvanda görüşmüş və 700 manat pulu ona vermişdir. 16 oktyabr 2020-ci il tarixdə Cavid təkrar ona zəng edərək, 200 manat da pul lazım olduğunu demişdir. Cavid işlədiyi Binəqədi rayonu 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin yanına gəlmiş, orada ona 200 manat məbləğdə pul vermişdir. Cavid ona 05 noyabr 2020-ci il tarixdə imtahandan keçiriləcəyini və sürücülük vəsiqəsini alıb ona verəcəyini demişdir. O da inanaraq gözləməyə başlamış, amma 05 noyabr 2020-ci il tarixdə artıq imtahandan keçirilmədiyi üçün Cavid tərəfindən aldadıldığını başa düşmüşdür. Bundan sonra Nəzakətlə əlaqə saxlayıb Cavidi tapa bilmədiyini demişdir. Nəzakətdən öyrənmişdir ki, həmin şəxsin adı Cavid yox, Təqsirləndirilən şəxsdur və o, ondan başqa Nəzakəti də aldadaraq salon mallarını ələ keçirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, özünə məxsus **-EX-*** qeydiyyat nişanlı “Passat B-5” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Həmin avtomobili 22 iyun 2020-ci il tarixdə 5500 manata almış və baş etibarnamə əsasında idarə etmişdir. Avtomobili aldıqdan sonra normal vəziyyətə salınması üçün 1200 manat da pul xərcləmişdir. 30 avqust 2020-ci il tarixdə həmin avtomobili satmaq qərarına gəlmiş və “Turbo.az” internet səhifəsində özünə başqa avtomobil axtarmışdır. Həmin səhifədə “Mercedes E class” markalı avtomobil görmüş və avtomobilin qiyməti 14600 manat qeyd edilmişdir. Avtomobili həmin səhifədə yerləşdirən Cabbar adlı şəxslə əlaqə saxladıqda sonuncu həmin avtomobilin artıq satıldığını və ona həmin avtomobilə oxşar avtomobillər təşkil edə biləcəyini bildirmişdir. Həmçinin Cabbar adlı şəxs avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildirərək ona işlədiyi ofisin yerini də demişdir. 30 avqust 2020-ci il tarixdə saat 10 radələrində Cabbarın dediyi Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Rəsulzadə küçəsində “Araz” marketin arxasında yerləşən ofisə getmişdir. Ofisdə Cabbar özü, onun işçiləri Elçin və Toğrul adlı şəxslər də olmuşdur. Cabbara ona nə avtomobil tapsa əvəzində öz avtomobilini verəcəyini və üzərində nə qədər pul lazım olsa həmin pulu kredit şəklində ödəyəcəyini demişdir. Cabbar da onunla razılaşmış və ona yaxşı bir avtomobil tapacağına söz vermişdir. Daha sonra Cabbar işçisi Elçin adlı şəxsə göstəriş verərək avtomobilə baxış keçirib qiymətləndirmələrini, şəkillərini çəkib satılması üçün “Turbo.az” saytına elan yerləşdirmələrini bildirmişdir. Elçin ofisin qarşısında avtomobilin şəkillərini çəkib Cabbara göstərmiş, sonuncu da avtomobili 6000 manata qiymətləndirmişdir. Daha sonra Cabbar ona ofisdə müqavilə təqdim etmiş və o da həmin müqaviləni imzalamışdır. Müqavilənin şərtlərinə görə avtomobilini 6000 manata Cabbara verməli, Cabbar da 4 gün müddətində onu yeni avtomobillə təmin etməli olmuşdur. Müqaviləni imzaladıqdan sonra Cabbar ona notariusa gedib işçisi Elçinə baş etibarnamə verməli olduğunu demişdir. Bundan sonra Elçinlə birlikdə Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən notariusa getmiş, orada Elçinə baş etibarnamə vermiş və avtomobili gətirib Cabbarın ofisinin qarşısında saxlayıb evinə getmişdir. Müqavilədə göstərilən müddət başa çatdıqda Cabbarla əlaqə saxlayıb ondan avtomobil barədə maraqlanmış, sonuncu başının qarışıq olduğunu bildirmişdir. Cabbarla həmin danışığından beş gün sonra onun ofisinə getdikdə sonuncunun orada olmadığını, həmçinin orada ondan başqa bir neçə nəfər tanımadığı şəxslərin də avtomobillərini tələb etdiklərini görmüşdür. Bundan sonra Cabbar adlı şəxs tərəfindən aldadıldığını anlamış, bu barədə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Sonradan bilmişdir ki, özünü ona Cabbar kimi təqdim edən Təqsirləndirilən şəxs ofisində işləyən Elçin və Toğrul adlı şəxsləri də onlara aylıq maaş verəcəyi və qanuni iş görmələri ilə bağlı aldatmışdır. Hadisə nəticəsində ona ümumilikdə 6000 manat maddi ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 göstərdi ki, 30 avqust 2020-ci il tarixdə özünə avtomobil almaq qərarına gəlmiş və “Turbo.az” saytında avtomobil axtararkən həmin səhifədə sərfəli kreditlər yazıldığını görmüşdür. Həmin səhifəyə nömrəsini yerləşdirən şəxslə əlaqə saxlamış, özünü Cabbar kimi təqdim edən şəxsə “Mercedes E Class” markalı avtomobili almaq istədiyini bildirmişdir. Cabbar adlı şəxs ona ofisinin Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Rəsulzadə küçəsində “Favorit” marketin arxasında yerləşdiyini bildirmiş, o da 31 avqust 2020-ci il tarixdə həmin ofisə getmişdir. Cabbar həmin avtomobilin qarşılığında ilkin ödəniş olaraq 3000 manat verməli olduğunu dedikdə onunla razılaşmamış və avtomobili nə vaxt götürsə pulunu da həmin zaman ödəyəcəyini bildirmişdir. Bu sözünə görə Cabbar ona irad bildirib çıxıb getməsini demiş, ofisdən çıxıb getmək istəyəndə isə Cabbar əgər Novxanıya gedirsə onu da apara biləcəyini təklif etdikdə onunla razılaşmışdır. Yolda söhbət zamanı Cabbar ona 03 sentyabr 2020-ci il tarixdə istədiyi avtomobili ona təşkil edə biləcəyini, amma ilkin ödəniş olaraq 3000 manat verməli olduğunu demiş, o isə yenə də razılaşmamışdır. 03 sentyabr 2020-ci il tarixdə Cabbar ona zəng vurub ofisə gəlməyini bildirmişdir. Belə ki, “Turbo.az” saytında bir avtomobil tapdığını, həmin avtomobilin sahibi ilə danışmağını, avtomobili Binəqədiyə onun ofisinin yanına gətirmələrini, işçiləri avtomobilə baxdıqdan sonra ilkin ödəniş olunmaqla avtomobili kreditləşməyə yönləndirəcəyini bildirmişdir. Bundan sonra həmin tapdığı avtomobilin sahibinə zəng vurub ona ofisinin yanına gəlməsini demiş, həmin şəxs də onunla razılaşıb ofisin yanına gəlmişdir. Cabbar ona zəng vurub avtomobilə baxdığını, yaxşı vəziyyətdə olduğunu, avtomobilin sahibinə 200 manat beh verməsini, sonra isə ofisdə işçilərlə müqavilə bağlamasını bildirmişdir. Bundan sonra ofisə gəlib Cabbarın işçisi Toğrul adlı şəxslə müqavilə bağlamış və 200 manat beh, həmçinin ilkin ödəniş olaraq 2500 manat Toğrul adlı şəxsə vermişdir. Toğrul da həmin pulları sayıb Cabbara vermişdir. Cabbar 200 manatı avtomobilin sahibinə verərək səhəri günü avtomobilin sənədləşməsi üçün gəlmələrini bildirmişdir. 04 sentyabr 2020-ci il tarixdə o, həmçinin avtomobilin sahibi Baş X35 İdarəsinə gəlmiş, Cabbara zəng vurduqda sonuncu “Meyvəli”də olduğunu və orada qeydiyyat aparacaqlarını bildirmişdir. Avtomobilin sahibi Cabbardan xahiş edərək tələsdiyini və avtomobili baş etibarnamə ilə onun adına keçirməyi xahiş etmiş, həmin şəxs Cabbara pulunu verməyini, qalan məsələləri də Cabbarla öz aralarında həll etməyi bildirmişdir. Bundan sonra 25 manat etibarnaməyə pul ödəyib Cabbara zəng vurmuş, Cabbar isə 10 dəqiqə ərzində gömrük postunda olacağını demişdir. Aradan təxminən bir saat keçməsinə baxmayaraq Cabbar gəlməmiş, bundan sonra sonuncu mobil telefonunu söndürdüyü üçün onunla əlaqə saxlaya bilməmişlər. Onlar dərhal Cabbarın ofisinə getmiş, orada bir neçə nəfər tanımadığı şəxslərin də avtomobillərini tələb etdiklərini görüb aldadıldığını başa düşmüşdür. Daha sonra avtomobilin sahibi ilə yenidən notariat kontoruna gedib etibarnaməni ləğv etdirmişdir. Hadisə barədə şikayət ərizəsi verdikdən sonra öyrənmişdir ki, özünü ona Cabbar kimi təqdim edən şəxs əslində Təqsirləndirilən şəxsdur. Həmçinin Təqsirləndirilən şəxs işçiləri Toğrul və Elçin adlı şəxslərə də özünü Cabbar kimi təqdim edib aylıq maaş verəcəyi adı ilə aldadıb işə götürmüşdür. Təqsirləndirilən şəxs ona 2700 manat maddi ziyan vurmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, 03 sentyabr 2020-ci il tarixdə özünə “Tofaş” markalı avtomobil almaq qərarına gəlmiş və “Turbo.az” internet saytında avtomobil axtararkən bir səhifədə sərfəli kreditlər yazıldığını görmüşdür. Bundan sonra elanı yerləşdirən Cabbar adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsinə zəng vurub kredit şərtləri əsasında “Tofaş” markalı avtomobil almaq istədiyini bildirmiş, sonuncu da onu ofisinə dəvət etmişdir. 03 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində Cabbarın dediyi Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Rəsulzadə küçəsində “Araz” marketin yaxınlığında yerləşən ofisinə getmiş, orada Toğrul adlı işçi onu qəbul edib Cabbarla görüşdürmüşdür. Cabbar ona ilkin ödəniş kimi 1000 manat pul verəcəyini, almaq istədiyi avtomobilin pulunun ofis tərəfindən ödəniləcəyini, qalan pulu isə 36 ay ərzində hər ay 275 manat olmaqla ofisə onlara ödəyəcəyini bildirmiş, o da bu təkliflə razılaşmışdır. Bundan sonra Toğrul adlı şəxs 1000 manat pulu ondan götürüb Cabbara vermiş, həmçinin Toğrul müqavilə yazaraq ona imzalatmışdır. Cabbar həmin puldan ona 100 manat pul verərək avtomobilin sahibinə beh kimi verməsini və sənədləşmə üçün ofisə gəlmələrini bildirmişdir. O, 100 manat pulu götürüb ofisdən çıxıb avtomobil axtarmağa başlamış, amma avtomobil tapa bilməmişdir. 04 sentyabr 2020-ci il tarixdə Cabbarın ofisinə getdikdə orada ondan başqa bir neçə nəfər tanımadığı şəxslərin də avtomobillərini tələb etdiklərini görmüş və başa düşmüşdür ki, Cabbar həmin şəxslər kimi onu da aldatmışdır. Sonradan bilmişdir ki, özünü ona Cabbar kimi təqdim edən şəxs əslində Təqsirləndirilən şəxsdur. Həmçinin Təqsirləndirilən şəxs işçiləri Toğrul və Elçin adlı şəxslərə də özünü Cabbar kimi təqdim edib aylıq maaş verəcəyi adı ilə aldadıb işə götürmüşdür. Təqsirləndirilən şəxs ona 900 manat maddi ziyan vurmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 göstərdi ki, 2020-ci ilin noyabr ayının əvvəllərində özünə məxsus “Kia Cerato” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Xalqlar Dostluğu” adlanan ərazidə gedərkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun avtomobilinə yaxınlaşaraq avtomobilinin buferində problem olduğunu və buferin düşə biləcəyini demişdir. O, avtomobilini yolun kənarında, Cavad da “Lexus” markalı avtomobilini onun yanında saxlamışdır. Cavad onun avtomobilinin buferinin yerinə bağlanmasında köməklik etmişdir. Həmin vaxt bibisi qızı X17 ona zəng edib ev almaq üçün onunla birlikdə evlərə baxmağa getməyini xahiş etmişdir. Cavad da bunu eşitdikdə avtomobil, ev və torpaq alıb satdığını, Simaya da bir neçə ev göstərə biləcəyini, həmçinin onun avtomobilini də ala biləcəyini demişdir. Bu məqsədlə Cavadla biri-birilərinin telefon nömrələrini götürmüşlər. Səhəri günü Cavad ona zəng edib Sima üçün “Qara Qarayev” adlanan ərazidə ev tapdığını və həmin evə gedib baxmağı təklif etmişdir. O, Sima ilə birlikdə Cavadla görüşmüş, bir neçə evlərə baxmışlar amma Sima bəyənmədiyi üçün evi almamışlar. Sonra Cavad onun avtomobilinə baxıb əgər satmaq istəsə, 17500 manat pul verə biləcəyini demiş, amma o, Cavada avtomobilini satmamışdır. Cavad daha sonra “Kənd Əhmədli” adlanan ərazidə torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini ona sata biləcəyini, həmçinin orada tikinti işlərini də gördürə biləcəyini demişdir. Bundan sonra qardaşı Mahmud, özü və Cavad birlikdə həmin torpaq sahəsinə baxmağa getmişlər. Torpaq sahəsi Ceyhun adlı şəxsə məxsus olmuş, o, həmin torpaq sahəsini bəyənmiş və almaq istəmişdir. Torpaq sahəsi 1,7 sot olmuş və 38000 manata satılmışdır. Cavad ona həmin torpaq sahəsini aldıqdan sonra orada onun üçün 65000 manat pul qarşılığında tikinti materialları və ustaların zəhmət haqqı daxil olmaqla bir mərətəbəli, dörd otaqdan ibarət ev tikib verə biləcəyini demiş, o da Cavadla razılaşmışdır. Cavada Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsində 6 sot tarpaq sahəsinin içərisində evi olduğunu, həmin evi 65000 manata satıb yeni evi tikdirəcəyini demişdir. Cavad da həmin bağ evini özü alıb, 2 sot torpaq sahəsində ev tikib satacağını və belə olan halda evini tezliklə satacağını təklif etmişdir. O, torpağın sahibi Ceyhuna beh kimi 1000 manat pulu vermək üçün qardaşı Mahmuda vermişdir. Mahmud da 1000 manat pulu onun yanında Ceyhuna vermiş, sonra oradan çıxıb getmişlər. Səhəri günü Cavad həmin torpaq sahəsini almaq üçün 14000 manat pul da verməli olduğunu bildirmiş, Cavada pulu necə verə biləcəyini soruşduqda Cavad da notariat ofisinə gedib orada rəsmi müqavilə verəcəyini demişdir. Cavad ona anasının Prezident Aparatında işlədiyi üçün sənədləşməni öz adı ilə apara bilmədiyini, ona görə də sənədləşməni xalası oğlu Rəşadın adı ilə aparacağını demişdir. Sonra Cavad, özünü Cavadın xalası oğlu kimi təqdim edən Rəşad ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 16 saylı notariat ofisinə getmişlər. Rəşaddan onun Cavadın xalası oğlu olub-olmamasını soruşduqda sonuncu Cavadın xalası oğlu olduğunu təsdiqləmişdir. Həmçinin Rəşada demişdir ki, 14000 manat pul verir, əgər nəsə problem olsa, pulunu ondan alacaqdır. Rəşad da narahat olmamasını, əgər problem olsa pulunu verəcəyini demişdir. 30 noyabr 2021-ci il tarixdə saat 15 radələrində özü və Şahid16 arasında borc müqaviləsi bağlanmış, 14000 manat pulu kassaya ödəmiş, sonra Rəşad kassadan 14000 manat pulu təhvil almış və oradan çıxıb getmişdir. Səhəri günü özünə məxsus Savalan qəsəbəsində yerləşən bağ evini Cavada göstərmiş, Cavad da səhəri günü ona məxsus bağ evinin həyətinə mişar daşları gətizdirib torpaq sahəsində tikinti işlərinə başalmışdır. Tikinti işlərinə də xalası oğlu kimi təqdim etdiyi Rəşadın qardaşı Vüsal nəzarət etmişdir. Təxminən 3-4 gündən sonra Cavad onun bağ evini almaq üçün ona beh kimi 10000 manat pul verəcəyini, amma pulu ona notariat ofisində Rəşadın adından verəcəyini bildirmişdir ki, guya 14000 manat borcunu ödəyir. O, Cavadla razılaşmış və Rəşadla birlikdə həmin notariat ofisinə getmişlər. Orada dayanıb Cavadı gözləmiş, amma Cavad gəlməmişdir. Sonra Cavadla telefonda əlaqə saxladıqda Cavad ona “sən mənə pul verməmisən, pulu Rəşada vermisən, get pulunu Rəşaddan da al ” deyə bildirmişdir. Həmin vaxt Rəşad özü də Cavadın səsini eşitmiş, buna görə də Rəşada bildirmişdir ki, “mən pulu sənə verən zaman əgər problem olsa pulumu səndən alacağımı sənə bildirmişdim və sən də əgər problem olsa mənim pulumu verəcəyini demişdin, mənim 14000 manat pulumu ver”. Sonra Rəşadın qaçıb getmək istədiyini görüb 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Daha sonra polislər gəlmiş və birlikdə 13-cü Polis Bölməsinə getmişlər. Bölmədə ərizə və izahatında bütün olanların hamısını qeyd etmişdir. Sonra Rəşad ona 7000 manat pulunu geri qaytarmış və qalan 7000 manat pulunu da 2 ay müddətində qaytaracağına söz vermişdir. Lakin, bu günə qədər Rəşad onun pulunu geri qaytarmamışdır. Hadisə nəticəsində ümumilikdə ona 14000 manat maddi ziyan dəymişdir. 14000 manatdan başqa 1000 manat da beh kimi torpaq sahibi Ceyhuna vermiş, Ceyhun onun 200 manat pulunu qaytarmış və 800 manat pulunu da qaytaracağına söz vermişdir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid9 Fazil oğlu Zərərçəkmiş şəxs15 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 7, iş vərəqə 89-93). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 göstərdi ki, 2020-ci ilin avqust ayında özünü ona Cavid kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuş və avtomobil biznesi ilə məşğul olduğunu bildirmişdir. Söhbət əsnasında avtomobil almağın şərtləri ilə bağlı məlumat almağa başlamış, Cavidə avtomobili Amerikadan necə almağını, necə gətirməsini və hansı müddətə gətirilir kimi suallar verdikdə Cavad istəsə ona avtomobil almaqda köməklik göstərə biləcəyini bildirmişdir. Ona hal-hazırda avtomobil almağa maddi imkanı olmadığını bildirdikdə Cavad bir daha bildirmişdir ki, “mən sənə bir şərtlə maşın gətizdirə bilərəm, sən öz maşınını etibarnamə ilə ilkin ödəniş əvəzinə mənə ver, sənin maşının dəyərini 13500 manat kimi nəzərə alaq, yeni alacağım maşının qiyməti isə 24500 olacaq. Qalıq borc 11000 manat olacaq, onu da hissə hissə ödəyərsən”. Həmin vaxt əlində pul olmadığına və bir ay maşınsız qala bilməyəcəyinə görə Cavadın təklif ilə razılaşmamışdır. Bir nəçə gün sonra Cavad ona zəng edərək avtomobil məsələsi ilə bağlı təkrar soruşduqda ona avtomobil almayacağını bildirmiş, Cavad isə onu öz ofisinə dəvət etmişdir. Cavadin Binəqədi rayonu, Kirov qəsəbəsi, “Favorit” marketin yanında yerləşən ofisinə getmiş, onunla avtomobil ilə bağlı söhbət etməyə başlamışlar. Cavad ona dəfələrlə demişdir ki, “sənin maşınını 13500 manat olaraq hesablayım, sən maşını ilkin ödəniş əvəzinə mənə ver, 1 aya sənə “Hyundai Elantra” gətizdirirəm, qalan pulu da hissə-hissə ödəyərsən”. O da Cavaddan soruşmuşdur ki, “maşını mənə ver deyirsen, bu nə deməkdir?. Cavad isə ona demişdir ki, “sən maşını ilkin ödəniş əvəzinə mənə ver”. Cavadın bu təklifi ilə razılaşmamış, 1 ay maşınsız qala bilməyəcəyini, maşını gətizdirdikdən sonra ona özü maşınını verə biləcəyini demişdir. Cavad bu təkliflə razılaşmamış və ona maşını sifariş etmək üçün ilkin ödəniş lazım olduğunu demişdir. Eyni zamanda ilkin ödəniş yerinə öz maşınını verməyini, 1 ay sonra ona yeni maşın gələndə öz maşınını tam olaraq onun adına keçirəcəyini, anasının 11 ədəd müxtəlif markalı maşınları olduğunu, maşınları icarəyə verdiklərini, onlardan birini bir aylıq ödənişsiz öz maşını gələnə qədər sürmək üçün verə biləcəyini bildirmişdir. Həmçinin Cavad onun bu təklifi ilə razılaşsa bu gün özü anasından pul alıb Amerikadakı adama ödəyəcəyini, həmin şəxs də auksionda iştirak edib onun üçün maşın alacağını demişdir. Bundan sonra Cavadla razılaşmış və evə gəlmişdir. Həmin gün axşam Cavad ona zəng vurub maşını metronun “Əhmədli” stansiyasının yanına gətirməyini istəmişdir. O, Cavadın dediyi yerə getmiş, Cavad və onun yanında olan xalası oğlu kimi təqdim etdiyi bir nəfər və usta dediyi başqa bir nəfərlə görüşmüşdür. Cavad ona maşına baxacaqları üçün öz maşınından düşüb onun maşınında oturmasını demişdir. Bir neçə dəqiqə sonra Cavad ona yaxınlaşıb ondan pul kartının olub-olmamasını soruşmuş və bir nəfər şəxsin ona borcu olduğunu, pulu karta göndərəcəyini, özünün isə kartının olmadığını demişdir. O da Cavada kartın nömrəsini vermişdir. Cavid ona səhər notariusa gəlməsini, orada ona maşına görə etibarnamə verməsini, eyni zamanda maşını elektron diaqnostika üçün ustaya aparacaqlarını bildirmişdir. Səhər Cavadla görüşmüş, sonuncu maşını ustaya vermiş və ona etibarnamə hazırlamaq üçün notariusa getməyi bildirmişdir. Sənədlərin şəkilini Cavadın dediyi nömrəyə göndərmiş, Cavadla bərabər notariusa gedib etibarnaməni imazalamışdırlar. Həmin vaxt tanımadığı və Cavadın isə öz yaxın adamı kimi tanıtdığı başqa bir nəfər də orda olmuşdur. Cavad ona maşının ustada qalmasını, axşam ona öz maşını gələnə qədər müvəqqəti sürmək üçün maşın verəcəyini demişdir. Cavadın dediyi kimi axşam ona tanımadığı adamlar maşını gətirib Cavadın yanında təhvil vermişlər. Notariusdan çıxıb Cavadın ofisinə gedib müqaviləni bağlamış, Cavad ona tam arxayın olmasını, bir aya yeni maşını ona təhvil verəcəyini demişdir. 27 sentyabr 2020-ci il tarixdə müharibə başlamış, həmin vaxt Cavada zəng edib maşının nə vaxta gələcəyini və işin nə yerdə olduğunu soruşduqda sonuncu ona maşının gəlib Gürcüstanda olduğunu, lakin müharibə başladığından sərhədlərin bağlı olduğunu və buna görə Azərbaycana keçə bilmədiyini demişdir. Bu formada ona bir neçə dəfə eyni qaydada məlumat vermiş, bir neçə gün sonra internetdə Amerikadan maşın gətirən şirkət tapmış, həmin şirkətlə əlaqə saxlayıb soruşduqda həmin şirkətin nümayəndəsi ona bildirmişdir ki, maşın gətirirlər və müharibəyə görə sərhəd bağlanmamışdır. Cavadla əlaqə saxlayıb ona bu barədə dedikdə Cavad ona müxtəlif bəhanələr gətirib görüşməyi istəmiş, onunla görüşən zaman Cavadla mübahisə etmişlər. Həmin vaxt Cavada maşınının harada olduğunu dedikdə sonuncu maşının onda olduğunu demiş, o da Cavaddan maşınını qaytarmağı tələb etmişdir. Həmin vaxt Cavad onun yanında anasına zəng etmişdir ki, müştəri maşın almaqdan imtina edir və öz maşınını geri tələb edir. Ana dediyi xanım telefonda ona demişdir ki, “müştəriyə de ki, maşın Gürcüstanda Potidədi, 1-2 günə maşını ona təhvil verəcəklər, heç nədən narahat olmasın”. Belə olan halda Cavada maşını ona təhvil verməyi üçün noyabr ayının 2-nə kimi vaxt qoymuşdur. Amma deyilən vaxt çatmış və maşın ona təhvil verilməmişdir. Artıq Cavad onun zənglərinə gec-gec cavab verməyə, müxtəlif bəhanələr gətirməyə və pulu ona verməkdən yayınmağa başlamışdır. Dekabr ayında Cavad ona Masazırda ev tikdirdiyini, həmin evi 25000 manata satıb ona 13500 manat pulu verəcəyini demişdir. Cavada artıq ona inanmadığını və gözləməyəcəyini bildirdikdə sonuncu ona “inanmırsansa gedək sənə evi göstərim” deyə bildirmişdir. O da Cavadla birlikdə Masazırdakı evə baxmağa getmiş, həmin yerdə eyni həyətin içində üç evin tikildiyini görmüşdür. Evlərə baxanda həyətdəki ustalar Cavada yaxınlaşmış, sonuncu onlara işlə bağlı suallar və müəyyən tapşırıqlar vermişdir. Cavad həmçinin ona həmin evləri satmaq üçün “Tap.az” saytına qoyduğunu bildirmişdir. 2021-ci ilin yanvar ayının sonu Cavad ona demişdir ki, evi satmaq üçün beh alıb, fevral ayının 8-də müştəri evin pulunu tam ödəyəcək, həmin vaxtı ona 13500 manat pulu verəcəkdir. Cavad fevral ayının 7-də ona zəng edərək bildirmişdir ki, İsmayıllı rayonuna gedir, orada evi alan müştəridən pulu alıb qayıdacaq, axşam saat 7-8 radələrində Bakıda olacaq və gətirib pulu verəcəkdir. 08 fevral 2020-ci il tarixdə Cavaddan heç bir xəbər çıxmamış və telefon zənglərinə cavab verməmişdir. Belə olan halda notariusa getmişdir ki, maşının etibarnaməsini kimin adına verdiyini dəqiq öyrənsin, çünki bu məsələ ilə bağlı polisə müraciət etmək qərarına gəlmişdir. Notariusda ona maşının etibarnaməsini X1 verildiyi məlum olmuş və maşının hələ də onun adında olması, istəsə etibarnaməni ləğv etdirə biləcəyi bildirilmişdir. Bundan sonra etibarnaməni ləğv etdirmiş və daha sonra baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə müraciət etmişdir ki, maşınını tapıb ona geri qaytarsınlar və Cavad barəsində cinayət işi açsınlar. Polis də maşının tapılması üçün yol polisinə müraciət etməyi bildirmişdir. Bundan sonra yol polisinə yazılı müraciət etmiş və bir neçə gün sonra onun maşınını tapıb ona təhvil vermişlər. Sonra Aleksandra xanım polisə baş vermiş hadisə ilə bağlı müraciət etmiş, polis onu çağıranda öyrənmişdir ki, Cavad maşını həmin xanıma satmışdır. O, Aleksandra adlı xanımı heç vaxt görməmiş və ona avtomobilini satmamışdır. Sonradan özünə qaytarılan avtomobilini pula ehtiyacı olduğu üçün tanımadığı şəxsə satmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 göstərdi ki, 2020-ci ilin dekabr ayında özünə avtomobil almaq istəmiş, bu məqəsədlə “Turbo.az” internet səhifəsində avtomobil axtararkən həmin saytda “Mercedess C klass” markalı avtomobili bəyənmiş və elanda olan ***-***-**-** saylı telefon nömrəsinə zəng etmişdir. Telefon zənginə cavab verən şəxs adının Cavad olduğunu, həmçinin onun bəyəndiyi avtomobilin satıldığını, əgər istəyirsə ona “VAZ” markalı avtomobil təşkil edə biləcəyini bildirdikdə o, Cavadla razılaşmamışdır. Cavad ona internetdə özünün avtomobil axtarıb tapmağını və həmin avtomobili ona kredit yolu ilə sata biləcəyini demişdir. Cavadın bu təklifi ilə razılaşmış və onunla əlaqə saxlayacağını bildirmişdir. Sonra dostu Röyalla danışmışdır, çünki Röyal özünə məxsus “Mercedess C klass” markalı avtomobili satmaq istəmişdir. Röyalla danışıb avtomobilini ona 9500 manata sata biləcəyini soruşmuşdur. Sonra bu barədə zəng edib Cavadla danışmış, Cavad da Röyala avtomobili almaq üçün 500 manat beh verməyini demişdir. O, Cavadın sözü ilə Röyala 20 dekabr 2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Aura” şadlıq sarayının yanında 500 manat beh vermişdir. Daha sonra Cavad ona demişdir ki, ilkin olaraq ona da 3500 manat və sənədləşmə aparması üçün özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələrini verməlidir. 21 dekabr 2020-ci il tarixdə saat 07 radələrində Cavad zəng edib sənədləri və 3500 manat pulu ona verməyi bildirmişdir. Bundan sonra pulu və sənədləri vermək üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı dairəsi adlanan yerə qonşusu və birlikdə usta işlədiyi Şahid17 ilə birlikdə getmişdir. Cavad “Range Rover” markalı avtomobil ilə gəlmiş, o, sonuncunun avtomobilinə əyləşərək təxminən saat 08 radələrində 3500 manat pulu və özünə məxsus vəqsiqələrini Cavada vermişdir. Cavad sənədləşmə işini axşama kimi hazırlayıb pulu ona verəcəyini və özü də hər ay 370 manat olmaqla 24 ay ərzində kredit ödəməli olacağını demişdir. Axşam üstü Cavada zəng edib işin nə yerdə olduğunu soruşduqda sonuncu işi sabah həll edəcəyini bildirmişdir. Səhəri günü Cavadla əlaqə saxlamaq istəsə də, onun telefonuna zəng çatmamışdır. Bundan sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldatmışdır. Sonra dostu Röyala bu barədə danışmış və o da beh kimi verdiyi 500 manatı ona geri qaytarmışdır. Hadisə nəticəsində ona ümumilikdə 3500 manat maddi ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 göstərdi ki, kredit yolu ilə ev almaq üçün internetdə ev axtarmış və “Tap.az” səhifəsində ev axtaran zaman Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin 35000 manata satıldığını görmüşdür. Həmin evin sahibi Tağı adlı şəxs olmuş və telefon nömrəsi qeyd olunmuşdur. Tağı adlı şəxslə əlaqə saxlamış, sonuncu da evdə olduğunu, gəlib evə baxdıqdan sonra razılaşacaqlarını demişdir. Qaynı Ənvər ilə birlikdə həmin evə gedib baxmış, evi bəyəndikdən sonra Tağıdan evi ona kredit ilə satmağını xahiş etsə də Tağı razılaşmamışdır. Təxminən 2 saatdan sonra Tağı ona zəng edib “Lalafo.az” internet səhifəsindən Cavid adlı şəxsi tapmağını, sonuncunun evlərin kredit yolu ilə satılmasında onlara köməklik göstərə biləcəyini bildirmişdir. Sonra yenidən Tağının evinə getmiş, sonuncu ona Cavid adlı şəxsi “Lalafo.az” internet səhifəsindən tapdığını demiş və Tağı onun telefon nömrəsini Cavidə vermişdir. Təxminən 10 dəqiqədən sonra Cavid adlı şəxs ona ***-***-**-** saylı nömrədən zəng etmiş və ona köməklik edə biləcəyini bildirmişdir. Cavid onun yanında Tağı ilə də telefonda danışmış və sonra Tağı bildirmişdir ki, Cavidlə razılığa gəlmiş və evi 33000 manat satır. Kredit yolu ilə də ev 40000 manata başa gələcəkdir. Həmçinin Tağı ondan ev üçün beh istədikdə ona 200 manat beh vermək istəmiş, amma Tağı 200 manatla razılaşmamış və ondan 500 manat pul istəmişdir. Həmin gün yəni ki, 02 fevral 2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən Tağıya məxsus evdə ona 500 manat beh vermiş və sağollaşıb getmişdir. Həmin günü saat 19 radələrində Cavid ona “WhatsApp” vasitəsilə mesaj yazıb bildirmişdir ki, sabah görüşüb onunla tanış olsun və sonra da kreditləşmə işlərini aparsın. Səhəri gün Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində Cavidlə görüşmüş və sonuncu şəxsiyyət vəsiqələrinə baxdıqdan sonra ona təklif etmişdir ki, ilkin ödəniş olaraq ona 15000 manat pul ödəsin, sonra isə 10 il ərzində ayda 250 manat pul ödəməli olacaqdır. Cavidlə razılaşmış və 07 fevral 2021-ci il tarixdə görüşüb pulu ona verəcəyini demişdir. 07 fevral 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Cümə məscid”in qarşısında Cavidlə görüşmüşdür. Cavid onun, həyat yoldaşının və iki azyaşlı uşaqlarının şəxsiyyət vəsiqələrini sənədləşmə üçün götürmüşdür. Həmçinin sənədləşmə işlərinin aparılması məqsədilə Cavidə 14400 manat pul verib 500 manat pulu beh kimi Tağıya verdiyini, 100 manat pulu da tezliklə gətirib verəcəyini bildirmişdir. Cavid də onunla razılaşmış və pulu ondan alıb səhəri günü gedib sənədləşmə işlərini həll edəcəklərini demişdir. Cavid ona səhəri gün Tağı ilə birlikdə Xırdalan şəhərində yerləşən “Kapital Bank”ın binasının qarşısında görüşəcəklərini, orada bankdan pul çıxardıb evi almağı üçün Tağıya pul verəcəyini demişdir. Sonra Cavid onun avtomobilinə əyləşmiş və onu “Sabunçu dairəsi” adlanan yerə aparmışdır. Səhəri günü Tağı ilə birlikdə saat 10 radələrində Xırdalan şəhərində yerləşən “Kapital Bank”ın binasının qarşısında görüşmüş və Cavidi gözləmişlər. Amma Cavid gəlməmiş və “WhatsApp” vasitəsilə ona səs göndərmişdir ki, işi çıxdığına görə gələ bilmir. Həmin vaxt hiss etmişdir ki, Cavid onu aldadır. Ona pulunu qaytarmasını, yoxsa polisə şikayət edəcəyini dedikdə Cavid onun telefon zənglərinə cavab verməmişdir. Sonradan öyrənmişdir ki, özünü ona Cavid kimi təqdim edən şəxs əslində Təqsirləndirilən şəxsdur. 09 fevral 2021-ci il tarixdə 102 xidmətinə və 31-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, Tağı sonradan ona beh kimi vermiş olduğu 500 manatı geri qaytarmışdır. Hadisə nəticəsində ona ümumilikdə 14400 manat maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 Zərərçəkmiş şəxs13 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 göstərdi ki, 2003-2019-cu illər ərzində X14 müxtəlif vəzifələrdə olmaqla, sonuncu dəfə Oğuz rayon X15 Qrupunun baş inspektoru işləmişdir. 08 fevral 2019-cu il tarixdə işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdir. 2020-ci ilin oktyabr ayının sonlarında mərhum atasının dostu Zərərçəkmiş şəxs8 ona zəng vurub bir nəfər tanışının olduğunu, həmin şəxsin anasının Prezident Aparatında işlədiyini, əgər istəyirsə onu əvvəl işlədiyi işinə bərpa edə biləcəyini bildirmişdir. O, Tofiqdən həmin şəxsin kimliyi barədə maraqlanmış və mobil nömrəsini verməyini istəmiş, sonuncu da həmin şəxsin adının Cavid olduğunu demiş və ***-***-**-** saylı mobil nömrəsini ona vermişdir. Bundan sonra həmin nömrə ilə əlaqə saxlamış, həmin şəxs özünü ona Cavid kimi təqdim etmiş və onu 20000 manat müqabilində işə bərpa edə biləcəyini bildirmişdir. Amma onun vədinə inanmadığı üçün Tofiqə zəng vurub bu barədə dedikdə sonuncu ona Cavid adlı şəxsin dələduz adama oxşamadığını, ona inandığını və əgər işi alınmasa verdiyi pulu özünün qaytaracağını demişdir. Tofiqin bu sözündən sonra onunla razılaşmış, 12 noyabr 2020-ci il tarixdə onu işə bərpa etdirəcəyinə görə sonradan adını bildiyi Təqsirləndirilən şəxs verməsi üçün 8000 manat, 19 noyabr 2020-ci il tarixdə isə 4000 manat olmaqla ümumilikdə 12000 manatı Tofiqə göndərmişdir. Sonra Tofiqə zəng vurub işə bərpa olunduqdan sonra yerdə qalan 8000 manat pulu da verəcəyini demişdir. Amma aradan xeyli müddət keçdikdən sonra Cavad adlı şəxsin verdiyi vədə əməl etmədiyini görüb Tofiqdən pulunu istədikdə sonuncu onun 12000 manat pulunu geri qaytarmışdır. İbtidai istinaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, 20 avqust 2020-ci il tarixdə özünə avtomobil almaq qərarına gəlmiş və internet üzərində “Turbo.az” saytında avtomobil axtararkən həmin saytda bir səhifədə sərfəli kreditlər yazıldığını görmüş, bundan sonra həmin səhifədə elanı yerləşdirən və adını da Cabbar kimi təqdim etmiş şəxsin ***- ***-**-** saylı mobil nömrəsinə zəng vurub həmin şəxsə kredit şərtləri avtomobil almaq istədiyini bildirmiş, söhbət zamanı Cabbar adlı şəxs ondan hansı məbləğdə avtomobil almaq istədiyini soruşduqda ona təxminən 11000 manat dəyərində avtomobil almaq istədiyini bildirmişdir. Cabbar adlı şəxs onu ofisinə dəvət etmiş, 03.09.2020-ci il tarixdə saat 16 radələrində Cabbar adlı şəxsin dediyi Binəqədi rayonu, Binəqədi qəsəbəsi M.Rəsulzadə küçəsində “Araz” marketin arxasında yerləşən ofisinə getmiş, orada Toğrul adlı işçi onu qəbul edib Cabbar adlı şəxslə görüşdürmüşdür. Həmin zaman ofisə dostu Elxan adlı şəxslə birlikdə getmişdir. Söhbət zamanı Cabbar adlı şəxs 7000 manat ilkin ödəniş edəcəyini və qalan 4000 manat pulu isə avtomobilin sahibinə özünün ödəyəcəyini, sonra ona həmin 4000 manat pulu kredit şərtlərilə iki il müddətində hər ay 252 manat olmaqla ödəyəcəyini bildirmişdir. Həmin zaman onunla razılaşmış, bundan sonra işçi Toğrul adlı şəxs 7000 manat pulu ondan qəbul edib Cabbara vermişdir. Eyni zamanda Toğrul adlı şəxs müqavilə yazıb ona imzalatmış, Cabbar ona 04.09.2020-ci il tarixdə avtomobili təqdim edəcəyini bildirmiş və metronun “Nərimanov” stansiyasının yanında avtomobilə baxacaqlarını demişdir. 04.09.2020-ci il tarixdə metronun “Nərimanov” stansiyasının yanında olmuş və Cabbara nə qədər zəng etsə də, sonuncun telefonuna zəng çatmadığını görüb onun ofisinə gəlmiş, orada ondan başqa bir neçə nəfər tanımadığı şəxslərin də avtomobillərini tələb etdiklərini görmüş və ona məlum olmuşdur ki, Cabbar adlı şəxs həmin şəxslər kimi onu da aldatmışdır. Həmçinin Toğrul və Elçin adlı işçilər də Cabbarı tapa bilmədiklərini bildirmiş, bundan sonra Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, özünü ona Cabbar kimi təqdim edən Təqsirləndirilən şəxs olmuş, Təqsirləndirilən şəxs işçiləri Toğrul və Elçin adlı şəxslərə də özünü Cabbar kimi təqdim edib aylıq maaş verəcəyi adı ilə aldadıb işə götürmüşdür (cild 3, iş vərəqə 99-101). İbtidai istinaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs2 göstərdi ki, 01.09.2020-ci il tarixdə özünə avtomobil almaq qərarına gəlmiş və “Turbo.az” internet səhifəsində avtomobil elanlarına baxarkən sərfəli kredit şərtilə avtomobil satıldığını görmüş, bundan sonra həmin səhifədə adını Cabbar kimi və mobil nömrəsini ***-***-**-** kimi qeyd etmiş şəxsin qeyd olunan mobil nömrəsinə zəng vurub kreditlə avtomobil almaq istədiyini bildirmiş, Cabbar adlı şəxs hansı məbləğdə avtomobil almaq istədiyini soruşduqda ona təxminən 6700 manat dəyərində avtomobil almaq istədiyini bildirmişdir. Cabbar adlı şəxs ona həmin məbləğdə avtomobil tapılarsa ilkin ödəniş olaraq onun ofisinə 1000 manat ödəniləcəyini, avtomobilin sahibinə ofis tərəfindən avtomobilin pulu ödəniləcəyini, həmin ofis tərəfindən ödənilən pul aylıqlara bölünərək 36 ay ərzində hər ay 272 manat olmaqla ofisə ödəniləcəyini qeyd etmişdir. Həmin şərtlərlə razılaşmış və Cabbara ofisinə gəlmək istədiyini bildirdikdə sonuncu ona ofisinin Binəqədi rayonu, Binəqədi qəsəbəsi M.Rəsulzadə küçəsində “Araz” marketin arxasında yerləşməsini bildirmişdir. 02.09.2020-ci il tarixdə həmin ofisə getmiş, ofisdə olan Elçin və Toğrul adlı işçilər onu qarşılamış, Elçin adlı şəxs ofisin müdirinin Cabbar adlı şəxs olduğunu və bir neçə dəqiqə ərzində gələcəyini bildirmişdir. Təxminən ofisdə 10 dəqiqə gözlədikdən sonra Cabbar adlı şəxs ofisə gəlmiş, Cabbar ona yuxarıda qeyd olunan şərtləri bir daha izah etmiş və onunla razılaşıb “Mercedes” markalı avtomobil almaq istədiyini bildirmişdir. Həmin zaman Elçin adlı şəxs “Mercedes” markalı avtomobil tapıb Cabbara göstərmiş, eyni zamanda özü də həmin avtomobilin fotoşəkillərinə baxıb bəyənmişdir. Bundan sonra Cabbar mobil telefonla həmin avtomobilin sahibi ilə danışıb onu ofisinə dəvət etmiş, sonra Cabbar ona həmin şəxs gələnədək getməsini, həmin şəxs gəldikdən sonra onunla danışıb 100 manat beh verəcəyini, 03.09.2020-ci il tarixdə ofisdə olmasını bildirmişdir. Bundan sonra Cabbarla danışıb Salyan rayonuna qayıtmış, 03.09.2020-ci il tarixdə saat 10 radələrində Cabbarın ofisinə gəlmiş, sonuncu ona həmin avtomobilin problemləri çox olduğundan almadığını və başqa avtomobil axtaracaqlarını bildirmişdir. Bu zaman Cabbar “Mercedes E class” markalı avtomobil tapıb həmin avtomobilin sahibi ilə danışmış və ona 04.09.2020-ci il tarixdə ofisdə olmasını demişdir. 04.09.2020-ci il tarixdə saat 10 radələrində yenidən Cabbarın ofisinə gəlmiş, lakin Cabbarın orada olmadığını görmüş, həmçinin tanımadığı bir neçə nəfər şəxslərin də Cabbardan avtomobillərini tələb etdiklərini gördükdə ona məlum olmuşdur ki, Cabbar onu da aldatmışdır. Hadisə nəticəsində özünü ona Cabbar kimi təqdim edən Təqsirləndirilən şəxs onun 1000 manat pulunu 02.09.2020-ci il tarixdə yuxarıda qeyd olunan ünvanda yerləşən ofisdə ələ keçirmişdir. Eyni zamanda sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs işçiləri Toğrul və Elçin adlı şəxslərə də özünü Cabbar kimi təqdim edib aylıq maaş verəcəyi adı ilə aldadıb işə götürmüşdür (cild 3, iş vərəqə 83- 85). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, müəllimə işləsə də, qazanclı başqa işlə məşğul olmaq istədiyi üçün bir müddət «Azbeauty» şirkətinin təşkil etdiyi lazeroloq kurslarına getmiş və lazer ustası kimi işləmək istəmişdir. Həmin ərəfədə şirkətin sahibi Aqil adlı şəxslə münasibəti olduğu üçün ondan xahiş etmişdir ki, hər hansı ucuz lazer aparatı tapsa ona xəbər etsin. O, işlətmək üçün icarə əsasında gözəllik salonu axtarmış və Nərimanov rayonu, Ağa Neymətulla küçəsində «Sabina beauty» adlı salonu icarəyə götürmək istəmişdir. 2020-ci ilin oktyabr ayında Aqil müəllim ona zəng edərək Şahid5 adlı şəxsin əlində satılıq ucuz lazer aparatı olduğunu və satmaq istədiyini bildirib həmin Zabir adlı şəxsin telefon nömrəsini ona vermişdir. Əvvəllər Zabir adlı şəxsi tanımamış və onunla münasibəti olmamışdır. 10 oktyabr 2020-ci il tarixdə Zabirə zəng etmiş və «X12» adlı lazer aparatını 45000 manata satdığını öyrənmişdir. Həmin günü atası Qəniyev X9 danışmış, Zabir öz avtomobili ilə onların yaşadığı evə gəlmiş və atasını özünün işlətdiyi, Nəsimi rayonu, R.Behbudov küçəsində, Azərbaycan Dövlət Tibb Universitetinin yaxınlığında yerləşən «Zenni» adlı gözəllik salonuna aparmışdır. Atası orada olarkən Zabir «WhatsApp» proqramı vasitəsi ilə ona satmaq istədiyi lazer aparatının fotoşəkillərini atmış və özü də atası ilə danışıb lazer aparatını bəyəndiyini, alması üçün etirazı olmadığını demişdir. Həmin gün, yəni 10 oktyabr 2020-ci il tarixdə atası içərisində 12 ədəd 100 ABŞ dolları olmaqla, ümumilikdə 30040 manat məbləğində pulu Şahid5, sonuncunun arvadı Vüsalə adlı qadının yanında vermiş və Zabir pulları sayaraq cibinə qoymuş, hətta atasına 40 manat məbləğdə qalıq pul qaytarmışdır. Atası ilə Zabirin arasında olan razılaşmaya əsasən, qalan 15000 manat pulu 2021-ci ilin fevral ayınadək tam ödəyib bitirməli idilər. 30000 manat pulu ödədikdən sonra atası Zabirdən lazer aparatının sənədlərini istəsə də, Zabir ona sənədləri verməkdən imtina etmiş və 45000 manat pulu tam ödəyib bitirdikdən sonra lazer aparatının sənədlərini onlara təqdim edəcəyini bildrimiş, atası da razılaşmışdır. 1-2 gün sonra Zabir dəfələrlə ona zəng edərək, cəld gəlib lazer aparatını aparmağını, oğurlanma ehtimalı olmasını demişdir. Ona görə də, 14 oktyabr 2020-ci il tarixdə «Sabina beauty» adlı gözəllik salonunu icarəyə götürmüş və Zabirdən aldığı lazer aparatını aparıb həmin gözəllik salonunda yerləşdirərək işlətməyə başlamışdır. 05 noyabr 2020-ci il tarixdə gecə saatlarında Aqil müəllim ona zəng etsə də, onun zəngini görmədiyindən 06 noyabr 2020-ci il tarixdə özü Aqil müəllimə zəng etmiş və sonuncu ona demişdir ki, bir ədəd oğurluq lazer aparatı vardır, yoxlayıb baxsın ki, aldığı lazer aparatı şifrə nömrəsi və istehsal ili ilə həmin oğurluq lazer aparatı ola bilərmi? Bunu yoxladıqdan sonra ona məlum olmuşdur ki, həqiqətən Zabir tərəfindən ona 30000 manata satılmış, 2013-cü istehsal ili olan «X12» adlı aparat oğurluq lazer aparatıdır. Dərhal Zabirə zəng etmiş və nəyə görə ona oğurluq lazer aparatı satdığını soruşduqda Zabir ona polisin onu çağırdığını demiş və onunla telefonda danışmamışdır. Ona görə də, dərhal 102 zəng xidmətinə zəng edib Şahid5 tərəfindən ona oğurluq lazer aparatının satıldığını bildirmişdir. 06 noyabr 2020-ci ildə işlətdiyi «Sabina Beauty» gözəllik salonuna polislər gəlib protokollaşdırıb həmin lazer aparatını özləri ilə aparmışdırlar. Hal-hazırkı vaxtadək Şahid5 ona vurduğu 30000 manat təşkil edən ziyandan heç nə geri qaytarılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, «Candela GentleLase Mini» markalı lazer aparatını 60000 manata almış və «Nikolay Maksakov» adlı şəxsə məxsus firmanın vasitəsi ilə müxtəlif gözəllik salonlarına icarəyə verərək icarə haqqı almışdır. Zərərçəkmiş şəxs6 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış və həmin şəxslərlə heç bir əlaqəsi olmamışdır. 2020-ci avqust ayında Nəzakət ona zəng edib lazer aparatını icarəyə götürmək istədiyini bildirdikdə ona lazer aparatını yalnız firma vasitəsi ilə icarəyə verdiyini bildirmişdir. Nəzakət onunla razılaşmış və 06 avqust 2020-ci il tarixdə Nikolay Maksakova məxsus firmada görüşdükdən sonra Nəzakətə məxsus «Naz beauty» gözəllik salonuna getmişlər. Orada icarə müqaviləsi bağladıqdan sonra ona məxsus lazer aparatını həmin gözəllik salonunda yerləşdirmişdir. Sonra isə iki ay ərzində Nəzakət tərəfindən icarə pulu vaxtı-vaxtında ödənilmişdir. 06 oktyabr 2020-ci il tarixdə Nəzakət ona zəng edərək, həyat yoldaşı Cavid adlı şəxslə gözəllik salonunda təmir işləri aparmağı planlaşdırdıqlarını bildirmiş və ondan həyat yoldaşı ilə telefonda danışmağını xahiş etmişdir. Bundan sonra özünü Cavid kimi təqdim edən şəxs salonda təmir işləri apardıqları üçün salonda olan bütün əşyaları, o cümlədən də, ona məxsus lazer aparatını da özünə məxsus Mərdəkan qəsəbəsində yerləşən bağ evinə aparacaqlarını demişdir. O etiraz edərək lazer aparatını onlara vermək istəmədiyini, əgər təmir işləri aparılacaqsa, həmin vaxt ərzində lazer aparatını özünə qaytarmalarını və təmir bitdikdən sonra yenidən yeni icarə müqaviləsi ilə aparatı götürə biləcəklərini bildirmişdir. Bu vaxt Cavid adlı şəxs ona sonra danışacaqlarını deyərək dəstəyi qoymuşdur. 06 oktyabr 2020-ci il tarixə Nəzakətə zəng edib lazer aparatını istədikdə sonuncu əri Cavid ilə rayonda olduqlarını, iki gündən sonra qayıtdıqda danışacağını demişdir. 08 oktyabr 2020-ci il tarixdə yenidən Nəzakətə zəng etmiş, həmin vaxtı Cavid ona müharibə olduğu üçün yaxın qohumlarının şəhid olduğunu, hüzr mərasimində olduqlarını və lazer aparatının evində olduğunu, 12 oktyabr 2020-ci il tarixdə metronun «Gənclik» stansiyasının yaxınlığında görüşə biləcəklərini bildirmişdir. Daha sonra məcbur olub razılaşmış və gözləməyə başlamışdır. 23 oktyabr 2020-ci il tarixədək Cavid onu bir neçə ünvana çağırsa da, lazer aparatını qaytarmadığı üçün bu barədə Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə müraciət etmişdir. Polis Bölməsində araşdırma aparıldığı zaman ona məlum olmuşdurdu ki, özünü ona Cavid»adı ilə təqdim edən şəxsin əsl adı Təqsirləndirilən şəxsdur. Cavad 06 oktyabr 2020-ci il tarixdən etibarən onu dəfələrlə müxtəlif ünvanlara çağırmasına baxmayaraq, o, artıq 04 oktyabr 2020-ci il tarixdə ona məxsus lazer aparatını bir nəfər başqa bir qadına 30000 manata satmış və pulunu ələ keçirmişdir. Araşdırma zamanı polislər tərəfindən həmin qadın və ona məxsus lazer aparatının yerləşdirildiyi yer müəyyən edilmiş və lazer aparatı 07 noyabr 2020-ci il tarixdə qəbzlə ona qaytarılmışdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində ona 45000 manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 2020-ci ilin iyul-avqust aylarında tanışı Zərərçəkmiş şəxs7 ona 1200 manat pul verərək özü xərcləməməsi üçün saxlamağını və sürücülük vəsiqəsi düzəltməkdə köməklik göstərə biləcək şəxs tapa bilsə həmin pulu ona sürücülük vəsiqəsi almaq üçün xərcləməyini bildirmişdir. Natiqlə razılaşıb həmin pulu özündə saxlamışdır. 06 oktyabr 2020-ci il tarixdə işlədiyi mağazada olan zaman Natiq əvvəllər tanımadığı və həmin günü özünü ona Cavid kimi təqdim etmiş şəxslə birlikdə mağazaya gəlmişdir. Natiq Cavid adlı şəxsin ona daha ucuz qiymətə sürücülük vəsiqəsi düzəltməyə söz verdiyini demiş və onda olan 1200 manat pulu geri istəmişdir. O, üzərində pul gəzdirmədiyi üçün qonşu mağazada tanışından 1200 manat pul toplayıb Natiqə vermişdir. Natiq də həmin pulun çox hissəsini onun yanında Cavid adlı şəxsə vermişdir. Amma dəqiq nə qədər pul verdiyini bilməmişdir. 07 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Cavid adlı şəxs ona zəng vurub 500 manat borc istəmiş, onu Natiqə görə tanıdığı üçün pulu verə biləcəyini deyib mağazasına dəvət etmişdir. Həmin günü günorta saat 14 radələrində Cavid “Mercedes Maybach” markalı sonu 444 qeydiyyat nişanlı avtomobillə mağazanın qarşısına gəlmiş və o, üzərində olan 450 manat pulu borc kimi Cavidə vermişdir. Cavid ondan 500 manat istəsə də, onun 450 manatı olduğu üçün ona 450 manat vermişdir. Təxminən bir həftə keçdikdən sonra Cavid yenidən ona zəng vurub 200 manat da borc istəmiş və sonuncu pulu Natiqin ondan gəlib götürəcəyini demişdir. Həmin gün axşam saat 22 radələrində Natiq mağazaya gəlib ondan 200 manat pul götürmüşdür. Cavid təxminən bir həftə ərzində onun pulunu qaytaracağını bildirsə də, sonrakı günlərdə dəfələrlə ona zəng etdikdə sonuncu Bakı şəhərinə gəlmədiyini, gələndə pulu verəcəyini demişdir. Bir müddət sonra isə Cavidin telefonuna zəng çatmamış, sonradan isə Cavidin dələduz olduğunu və bir neçə nəfər şəxsin pullarını ələ keçirdiyini öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, təxminən üç il əvvəl Tibb Universitetinin yanında, İmran Qasımov küçəsi 2 A ünvanda yerləşən «Z Studio» gözəllik salonunu işlətmiş, salonda əsasən kişilər üçün lazer epilyasiya xidməti göstərilmişdir. Təqsirləndirilən şəxs və X3 əvvəllər tanımamış və həmin şəxslərlə heç bir münasibəti olmamışdır. 2020-ci ilin sentyabr ayının axırı-oktyabr ayının əvvəllərində salonda olarkən bir nəfər əvvəllər tanımadığı Tural adlı şəxs salonda ona yaxınlaşmış və Kənan adlı tanışında satılıq lazer aparatı olduğunu və onu satmaq istədiyini bildirmişdir. O da Kənanla danışıb razılıq əldə edərsə, ondan həmin lazer aparatını almağa razılaşacağını demişdir. Daha sonra Tural Kənana zəng etmiş və onun telefon nömrəsini vermişdir. Kənan sonradan ona zəng edib bacısının ərinə məxsus salonda «X12» lazer aparatı olduğunu və onu 35000 manata satdığını demişdir. O Kənana usta aparata baxandan sonra razılıq versə alacağını demişdir. O, usta baxdıqdan sonra Kənana lazer aparatının 60000 manat qiyməti olduğunu və 35000 manata almağa dəydiyini, ona görə də Kənana lazer aparatını ala biləcəyini demişdir. Bir müddət sonra ona əvvəllər tanımadığı və sonradan adının Təqsirləndirilən şəxs Rüsətm oğlu olduğunu bildiyi bir nəfər şəxs zəng edərək Kənanın bacısının əri olduğunu bildirmiş, həmin lazer aparatının özünə məxsus olduğunu və 30000 manata sata biləcəyini demişdir. O da Cavadla razılaşmış və 04 oktyabr 2020-ci il tarixdə Cavadın yaşadığı Maştağa qəsəbəsində yerləşən evə gedib orada lazer aparatına baxmış, Cavad ona təcili pul lazım olduğunu dediyi üçün ona nağd şəkildə 500 manat pul vermişdir. Daha sonra ondan soruşmuşdur ki, əgər plastik bank kartı varsa, həmin kartın şifrəsini desin və onun kartına pul köçürsün. Cavad ona arvadına məxsus X6 adına olan, lakin özünün istifadə etdiyi «Kapital Bank»a aid bank kartını vermiş, həmin karta 350 manat məbləğdə pul köçürmüşdür. Nağd şəkildə pulu olmadığı üçün ertəsi gün banka getmiş və amma bank ona kredit vermədiyi üçün Cavada zəng edib ondan lazer aparatını ala bilməyəcəyini demişdir. Ona görə də Cavad ondan lazer aparatını satmaq üçün tanış tapmağını xahiş etmişdir. Bundan sonra Aqil adlı şəxsə zəng etmiş və ona “X12» lazer aparatı üçün müştərisi olub-olmadığını soruşduqda Aqil ona əvvəllər tanımadığı və sonradan adının Şahid2 olduğunu bildiyi şəxsin telefon nömrəsini vermişdir. Sonra həmin qadınla danışmış, sonuncu atası ilə məsləhətləşdikdən sonra ona geri zəng edəcəyini demişdir. Bir müddət sonra Şahid2 ona zəng etmiş və atası ilə məsləhətləşdiyini, atasının Masazır qəsəbəsində olduğunu demişdir. 06 oktyabr 2020-ci il tarixdə Şahid2 atasının yaşadığı Masazır qəsəbəsinə getmiş, oradan həmin şəxsi götürüb öz işlətdiyi salona gətirmişdir. Çünki Cavaddan aldığı lazer aparatı onun salonunda olmuşdur. Sonra Şahid2 atası Abdulhəmid adlı şəxslə Cavadı görüşdürmüş, həmin şəxs onun yanında 30000 manat məbləğdə pulu Cavada vermişdir. Bundan sonra Cavada 850 manat pulunu qaytarmağını demiş, amma sonuncu təcili pula ehtiyacı olduğu üçün onun pulunu bir müddət sonra qaytara biləcəyini demişdir. Bundan bir gün sonra Cavad ona hədiyyə kimi 04 ədəd gözəllik salonu üçün rulona bükülmüş vəziyyətdə güzgülər, 01 ədəd inzibatçı masası, 01 ədəd manikur stolu, 03 ədəd stul, 03 ədəd kreslo və 03 ədəd kamot vermişdir. Həmin əşyaları özünə məxsus obyektə yerləşdirmişdir ki, icarəyə yeni salon götürdükdə, həmin əşyaları salona yığıb işlətsin. 10 oktyabr 2020-ci il tarixdə anası Şahid8 və Təqsirləndirilən şəxs Nərimanov rayonunda «Nərimanov» parkının yanında görüşmüş və Cavadın ona təklif etdiyi bir ədəd «Diod 3D Max» lazer aparatını anası 2000 ABŞ dolları məbləğdə pul ödəyib almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 və Şahid7 Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, Şahid5 onun oğludur. 2020-ci ilin oktyabr ayının əvvəllərində Zabir ona satılıq iki ədəd lazer aparatının olduğunu deyib xahiş etmişdir ki, lazer aparatını almaqda ona maddi köməklik etsin. Zabirlə razılaşmış və onunla birlikdə özünü Cavid kimi təqdim edən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən evinə getmişdir. Cavadın yaşadığı evin həyətinə daxil olanda evin həyətində gözəllik salonuna aid stullar, iki ədəd lazer aparatları və digər müxtəlif əşyalar olduğunu görmüşdür. Cavad həmin aparatların və salona aid əşyaların özünə məxsus olduğunu, əvvəllər özünün gözəllik salonunun olmasını, indi isə avtomobil ticarəti ilə məşğul olduğunu, ona görə də gözəllik salonuna aid əşyaların hamısını satdığını bildirmişdir. Lazer aparatının qiyməti ilə maraqlandıqda Cavad kiçik ölçülü “Diod” markalı lazer aparatını 2000 ABŞ dollarına, böyük ölçülü lazer aparatını isə 30000 manata satdığını bildirmişdir. Oğlu böyük ölçülü lazer aparatını, özü isə kiçik ölçülü lazer aparatını almaq qərarına gəlmişlər. Cavad aparatı almaq üçün 1000 manat beh istəmişdir. Zabir isə üzərində 500 manat və kartında 350 manat pulunun olduğunu bildirmiş, Zabir onun yanında Cavada 500 manat beh vermişdir. Həmçinin Cavad həyat yoldaşının adına kart hesabının nömrəsini Zabirə vermiş və oğlu həmin kart hesabına 350 manat pul köçürmüşdür. Cavadla 30000 manat dəyərində olan lazer aparatını hissə-hissə və ya tam şəkildə, lakin bir müddətdən sonra verəcəyini demiş, Cavad da onunla razılaşmışdır. Behi verdikdən sonra Cavaddan böyük ölçüdə olan lazer aparatını götürüb öz avtomobillərinə yerləşdirmiş, sonra həmin lazer aparatını oğlu işlətdiyi salona aparıb qoymuşdur. Səhəri günü Cavad Zabirə zəng edib gömrükdəki avtomobillərini ödəniş edib götürməli olduğunu bildirmişdir. Ona görə də ona təcili pul lazım olduğu üçün lazer aparatının pulunu ona indi verməyi istəmişdir. Amma əllərində nağd pul olmadığından onunla razılaşmamışlar. Zabir də Cavada zəng edib 30000 manat pulun olmadığını bildirdikdə Cavad Zabirdən həmin lazer aparatının başqa şəxsə satmasında ona köməklik etməsini xahiş etmişdir. Ona görə də oğlu lazer satışı ilə məşğul olan Aqil ilə əlaqə saxlamış və Aqil də ona Şahid2 lazer aparatını almaq istədiyini bildirmişdir. Sonra Aqil oğlunun telefon nömrəsini Şövkətə vermiş, Zabir Şövkətin atası Abdulhəmid ilə telefon vasitəsilə əlaqə saxlamışdır. Həmin vaxt oğlunun yanında Cavad da olmuşdur. Abdulhəmid Masazır qəsəbəsində olduğunu dedikdə Cavad da Zabirdən xahiş etmişdir ki, Abdulhəmidi gedib birlikdə Masazır qəsəbəsindən götürüb salona gətirsinlər. Onlar birlikdə oğluna məxsus avtomobil ilə Masazır qəsəbəsinə gedib, Abdulhəmidi götürüb oğlunun işlətdiyi salona gəlmişlər. Salonda Abdulhəmid lazer aparatına baxmış və qızı Şövkət ilə məsləhətlişdikdən sonra lazer aparatını almaq qərarına gəlmişdir. Həmin vaxt Abdulhəmid Zabir, gəlini Vüsalə və Gülnarə, salonun işçisi Cavidan, həmçinin salonda olan müştəri İlkinin yanında 30000 manat pulu Cavada vermişdir. Təxminən bir həftə sonra, yəni 17 oktyabr 2020-ci il tarixdə Cavadda olan “Diod” markalı lazer aparatını alması üçün Zabirə 2000 ABŞ dolları pul vermişdir. Zabir də həmin günü Cavadla görüşmüş və 2000 ABŞ dollarını verib “Diod” markalı lazer aparatını almışdır. Həmin vaxt Cavad da hədiyyə olaraq Zabirə 04 ədəd gözəllik salonu üçün güzgülər, 01 ədəd inzibaçı masası, 01 ədəd manikur stolu, 03 ədəd stul, 03 ədəd kreslo və 03 ədəd kamotu hədiyyə etmişdir. Zabir də “Diod” markalı lazer aparatını gətirib ona vermiş, ona hədiyyə olunan əşyaları isə işlətdiyi salona aparmışdır. Amma sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlara satdığı “Diod” markalı lazer aparatı, hədiyyə etdiyi salon əşyaları, həmçinin oğlu Zabirin vasitəsilə Şahid2 satılmış lazer aparatı Cavada məxsus deyil. Cavad həmin əşyaları cinayət yolu ilə əldə etmişdir. Bunları bildikdən sonra Təqsirləndirilən şəxs aldıqları əşyaların hamısını sahiblərinə qaytarılması məqsədilə istintaqa təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, 2021-ci ilin yanvar sonlarında ona məxsus Xırdalan şəhəri, Quşçuluq Massivində yerləşən üç otaqlı həyət evini ehtiyacı olduğu üçün “Lalafo.az” internet səhifəsində 35000 manata satışa qoymuşdur. 02 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs13 ona zəng edib satdığı evinə baxmaq istədiyini bildirmişdir. Qəhrəman qohumu Ənvər ilə birlikdə onun evinə gəlib baxmış, evi bəyənmiş və evi ona kredit yolu ilə satmağını xahiş etmişdir. Amma o, Qəhrəmanla razılaşmamış və ona demişdir ki, internet səhifələrinə baxsın, orada satılan evlərin kreditləşdirilməsi ilə məşğul olan şəxslər elanlar verirlər. Daha sonra Qəhrəman və Ənvər çıxıb getmişlər. Onlar gedəndən sonra “Lalafo.az” internet səhifəsində “Kreditlə həyət evləri satışı” bölməsinə daxil olmuş və orada evlərin kreditlə satışı və kreditləşdirilməsi elanını görmüşdür. Həmin səhifəyə “Siz evlərin satışını kreditləşdirə bilirsiz?” yazmış, həmin səhifədən ona əlaqə saxlamaq üçün ***-***-**-** telefon nömrəsi verilmişdir. Bundan sonra həmin nömrənin “WhatsApp” proqramına səsli mesaj göndərib tanış adamın ev almaq istədiyini, amma pulu çatmadığından evi kreditləşdirmək istədiyini demişdir. Həmin şəxs də ona evi kim alacaqsa onun telefon nömrəsini verməyini və özünün həmin şəxslə əlaqə saxlayacağını demişdir. Sonra Qəhrəmanın telefon nömrəsinə zəng edib, “Lalafo.az” internet səhifəsindən evlərin kreditləşdirilməsi ilə bağlı bir nəfər şəxsi tapdığını və həmin şəxsin evlərin kredit yolu ilə satılmasında ona köməklik göstərə biləcəyini bildirmişdir. Sonra Qəhrəman və onun həyat yoldaşı, Ənvər və anası onun evinə gəlmiş, hamısının yanında Qəhrəmana “Lalafo.az” internet səhifəsindən telefon nömrəsini götürdüyü şəxsi tanımasını, evlərin kreditləşdirilməsi işinə baxdığını, özünün həmin şəxslə danışıb razılaşmasını, əgər razılaşsa evini kredit yolu ilə ala biləcəklərini bildirmişdir. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs telefon nömrəsini Qəhrəmana vermiş və onlar onun yanında Cavadla danışıb 04 fevral 2021-ci il tarixdə görüşüb sənədləşmə işlərini müzakirə etmək üçün razılaşmışlar. Həmçinin Cavad sonra onunla telefonla danışanda Qəhrəmandan biraz aralıya gedib onunla danışmağını istəmişdir. O da Qəhrəmandan biraz aralıya getmiş və Cavad telefonda ona demişdir ki, müştərini özü tapıbdır, gələcəkdə Qəhrəman ödənişi gecikdirsə, verdiyi ilkin ödəniş batacaq və evini sonradan onun özünə geri qaytaracaqdır. Sonra Cavadın ona telefonda dediyi sözləri Qəhrəmanın özünə demiş, həmçinin Qəhrəmanın onun evini almaqda ciddi olub-olmamasını yoxlamaq məqsədilə ondan 500 manat beh almışdır. Qəhrəmana bildirmişdir ki, Cavada pulu verməyə gedən vaxt onu da özü ilə aparsın ki, ondan pulunu alsın. Amma Qəhrəman onunla razılaşsa da, Cavadla görüşməyə onsuz getmişdir. 07 fevral 2021-ci il tarixdə Cavad ona zəng edib, Qəhrəmandan 14400 manat pulu aldığını, vaxtı az olduğu üçün ona xəbər edə bilmədiyini bildirmişdir. Cavada “Qara Qarayev” adlanan ərazidə görüşməyi və pulunu verməsini bildirdikdə sonuncu pulu hesabına köçürdüyünü və axşam pulu hesabından çıxardıb, sonra onunla görüşüb pulu verəcəyini bildirmişdir. Amma axşam onunla əlaqə saxlayanda işinin olduğunu və sabah onunla görüşəcəyini demişdir. 08 fevral 2021-ci il tarixdə Cavadla Qəhrəmanın iştirakı ilə 1 saylı Asan Kommunalın yanında görüşməyi planlaşdırmışlar. Qəhrəman ilə həmin ünvana getmiş, amma Cavad görüşə gəlməmiş və sonra onun telefonuna zəng çatsa da, o, zənglərə cavab verməmişdir. Bundan sonra Qəhrəmanın ona verdiyi 500 manat behi ona geri qaytarmışdır. Təqsirləndirilən şəxs özünü onlara Cavid kimi təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 göstərdi ki, ünvan 5 ünvanda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə satış müdürü vəzifəsində işləyir, şirkətin əsas fəaliyyəti qadın üçün lazer aparatların satışının təşkil edilməsindən ibarətdir. Şahid3 və Şahid2 şirkətin müştəriləri olmuşlar və Şahid3 şirkətdən bir ədəd «X12 Les» markalı, Şahid2 isə «3D Max» markalı lazer aparatlarını almışlar. Şahid2 şirkətə dəfələrlə ödənişlər edərkən ondan ucuz qiymətə lazer aparatı satan adam axtardığını və bu işdə ona köməklik göstərməyini xahiş etmişdir. Bundan əlavə şirkətdə işləyən Vüsalə adlı qadının əri Zabir adlı şəxsi də tanımış və Zabirin də pərakəndə kimi lazer aparatı alıb satdığını bilmişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində Şahid2 ondan yenidən ucuz lazer aparatı tapmağını istəyəndə, ona Zabir adlı şəxsin də lazer aparatlarının satışı ilə məşğul olduğunu demişdir. Şahid2 Zabirin telefon nömrəsini vermiş və daha sonra onların nə kimi münasibətləri olması barədə heç bir məlumatı olmamışdır. Bundan təxminən bir ay sonra lazer ustası kimi tanıdığı Nikolay adlı şəxs ona zəng edərək, bir ədəd «X31» markalı lazer aparatının oğurlandığını bildirmiş və kimsə ona həmin markalı lazer aparatı ilə bağlı icarəyə götürmək, satmaq və ya hər hansı digər bir formada müraciət edərsə bu barədə Nikolaya məlumat verməyini xahiş etmişdir. Ona görə də, bir neçə ay ərzində «X31» markalı lazer aparatı satdığı və ya ona müraciət edən şəxslərə bir-bir zəng edərək bu barədə maraqlanmışdır. Daha sonra Şahid2 da zəng edib ondan da lazer aparatı alıb-almadığını soruşduqda sonuncu həqiqətən də lazer aparatını aldığını bildirmiş və ondan lazer aparatını kimdən aldığını soruşduqda o, «X31» markalı lazer aparatını Vüsalənin əri Zabirdən aldığını demişdir. Bu səbəbdən Şövkətə aldığı «X31» markalı lazer aparatının şifrəsini Nikolayın oğurlandığını dediyi lazer aparatının şifrəsi ilə eyniliyini dəqiqləşdirməkdən ötrü bir-biri ilə əlaqə yaratmaqlarını bildirmişdir. Bir müddət sonra isə ona məlum olmuşdur ki, Şahid2 aldığı «X31» markalı lazer aparatı elə Nikolayın oğurluq olduğunu dediyi həmin lazer aparatı olmuşdur. Ona görə də Şövkətə bu barədə hüquq mühafizə orqanlarına məlumat verməyini və lazer aparatını polis əməkdaşlarına geri qaytarmağını demişdir. Bundan sonra polisə çağırıldıqda öyrənmişdir ki, Şahid2 həqiqətən də 30000 manat pul verib aldığı «X31» markalı lazer aparatını polis əməkdaşlarına təhvil vermiş və həmin lazer aparatı Şahid3 şirkətdən aldığı eyni lazer aparatıdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 göstərdi ki, Şahid2 tanıyır. 2020-ci ilin sentyabr ayında Şövkət ona zəng vurub bir nəfər şəxsin mobil telefon nömrəsini ona göndərmiş və həmin şəxsə pul verib lazer aparatı aldığını, danışıb lazer aparatını ondan götürməyini demişdir. Bundan sonra Şövkətlə razılaşıb həmin nömrəyə zəng vurmuş, Zabir adlı şəxs 1 saylı şəhər klinik xəstəxanası ilə üzbəüz gözəllik salonu olduğunu və lazer aparatının həmin salonda olduğunu bildirmişdir. O da həmin salona gedib Zabir adlı şəxslə görüşmüş, aparat ağır olduğu üçün onun avtomobilinə yerləşdirə bilmədiklərindən yük maşını çağırıb həmin maşınla lazer aparatını Şövkətin salonuna çatdırmaq barədə razılığa gəlmişlər. Fəhlə ilə birlikdə maşın sifariş edəndə 90 manata başa gəldiyi üçün Zabir razılaşmamış, bundan sonra yalnız yük maşını sifariş etmişdir. Yük maşını gələnə qədər Zabirlə söhbət etmiş, sonuncu həmin lazer aparatını Şövkətin ondan 30000 manata aldığını, qalan 15000 manatı isə sonra ödəyəcəyini bildirmişdir. Daha sonra yük maşını gəlmiş və lazer aparatını yük maşınına yükləyib Şövkətin Nərimanov rayonu ərazisində işlətdiyi gözəllik salonuna aparıb sonuncunun qardaşının həyat yoldaşına təhvil vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 göstərdi ki, əvvəllər yaşadığı ünvanın yaxınlığında yerləşən avtoyuma məntəqəsində işləmişdir. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs avtoyuma məntəqəsinə dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes Maybach” markalı avtomobillə gəlmişdir. Onun avtomobilini yuyarkən Cavad ona bildirmişdir ki, anası Prezident Aparatında işləyir, atası şəhiddir, özü də əvvəllər polisdə işləmiş, sonradan isə xəstəliklə təqaüdə çıxmışdır. Cavad həmçinin avtomobil ticarəti ilə məşğul olduğunu, özünə Ramana qəsəbəsində ofis açmaq istədiyini, həmin ofisdə ayda 500 manat verərək onu işə qəbul edə biləcəyini demişdir. O da Cavada inanmış və onun təklifi ilə razılaşmışdır. Sonra Cavadla birlikdə Ramana qəsəbəsində ofis axtarmışlar, Cavad həmin qəsəbədə makler ilə danışmış və onun vasitəsilə ofis tapmışdır. Cavadla biri-birilərinin telefon nömrələrini əlaqə saxlamaq üçün götürmüşlər. Təxminən 5 gündən sonra Cavad ona zəng edib Ramana qəsəbəsində kirayə ofis götürdüyünü və onu da işləmək üçün işə dəvət etdiyini bildirmişdir. O, ofisə gəlmiş və Cavaddan işinin nədən ibarət olacağını soruşduqda sonuncu ona yalnız ofisdə oturacağını, gələn müştəriləri də ona yönləndirəcəyini demişdir. Cavad ondan başqa Rahib adlı şəxsi də ofisə komputerdə yazı yazmaq üçün işə götürmüşdür. Ofisdə olanda Zərərçəkmiş şəxs15 bibisi qızı Sima adlı şəxslə ofisə gəlmişlər. Cavad Gülnarə üçün ev tikdirməyi öz üzərinə götürmüşdür. Gülnarə Cavadla söhbət etmək üçün ofisə təxminən 2-3 dəfə ayr-ayrı vaxtlarda əri ilə gəlmişdir. Gülnarə ofisdən çıxıb getdikdən sonra Cavad ona ofisdə təkcə avtomobil satışı ilə deyil, evlərin və torpaqların alqı-satqısı ilə də məşğul olacağını demişdir. X25 üçün kənd Əhmədlidə torpaq alıb ev tikdirəcəyini demişdir. 30 noyabr 2020-ci il tarixdə özü, Cavad, Gülnarə, Gülnarənin əri, torpağı satan şəxslə birlikdə Bakı şəhəri, Sabunçu rayonununda yerləşən 16 saylı notariat ofisinə getmişlər. Orada özü çöldə dayanıb siqaret çəkən zaman Cavad onu içəri dəvət edib Gülnarəyə xalası oğlu kimi təqdim etmişdir. Özü isə sakit dayanıb onların söhbətinə qulaq asmış, Cavad ondan şəxsiyyət vəsiqəsinin üstündə olubolmamasını soruşduqda şəxsiyyət vəsiqəsinin üstündə olduğunu demişdir. Cavad ondan vəsiqəsini istəmiş və öz şəxsiyyət vəsiqəsini itirdiyini demişdir. Cavada inanıb notariat ofisində öz şəxsiyyət vəsiqəsini vermiş və Gülnarə ilə aralarında 14000 manat borc müqaviləsi bağlanmışdır. İlk dəfə sənədləşmə işi ilə rastlaşdığı üçün sakitcə dayanıb onlara baxmışdır. Sənədləşmə işi qurtardıqdan sonra kassadan ona 14000 manat pul verilmiş və o da notariat ofisinin içərisində həmin pulu Cavada vermişdir. Sonra Gülnarə oradan çıxıb getmiş, Gülnarə getdikdən sonra Cavad, torpağın sahibi və o, Cavada məxsus avtomobilə əyləşmişlər. Cavad onun yanında torpaq sahibinə 4000 manat beh vermiş, behi verdikdən sonra həmin şəxs də çıxıb getmiş və o, Cavadla birlikdə ofisə getmişlər. Cavad Gülnarəyə məxsus avtomobili, Savalan qəsəbəsində yerləşən evini satıb, həmin qəsəbədə yerləşən torpaq sahəsində onun üçün ev də tikirdi. 08 dekabr 2021-ci il tarixdə Cavad zəng edib Gülnarənin bibisi qızı Simaya 9000 manat borc verməli olduğunu, buna görə də həmin notariat ofisinin qarşısına getməsini və özünün də gələcəyini bildirmişdir. Bundan sonra həmin yerə getmiş, amma Cavad ora gəlməmişdir. Orada olarkən Gülnarə də gəlmiş, sonuncu ondan həqiqətən Cavadın onun xalası oğlu olubolmadığını soruşmuşdur. O da Gülnarayə Cavadın özünün gəlib onla bu barədə danışacağını demişdir. Bu vaxt Gülnarə 102 xidmətinə zəng edib ondan şikayət etmiş, sonra Sabunçu rayon Polis Bölməsindən polislər gəlib onu Bölməyə aparmışlar. Bölməyə gedəndə Cavadla əlaqə saxlamış, Cavad da onun əvəzinə borc kimi 7000 manatı Gülnarəyə verməsini, sonradan Cavad ona həmin 7000 manat pulunu geri qaytaracağını demişdir. O da razılaşıb Gülnarayə Cavadın əvəzinə 7000 manat pul vermiş, sonra Cavaddan həmin 7000 manat pulunu geri qaytarmağını tələb etsə də, Cavad onun pulunu geri qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 göstərdi ki, avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olur. Şahid20 onun uşaqlıq dostudur. Şahin də avtomobil alqısatqısı ilə məşğul olur. 2020-ci ilin sentyabr ayının əvvəllərində Şahin **-EX-*** dövlət qeydiyyat nişanlı «Passat B-5» markalı avtomobili almış və ondan xahiş etmişdir ki, avtomobili onun adına sənədləşdirsin. Şahinlə razılaşmış və həmin avtomobil onun adına sənədləşdirilmişdir. Sonra Şahinin pula ehtiyacı olduğu üçün həmin avtomobili satmaq qərarına gəlmiş, 07 sentyabr 2020-ci il tarixdə həmin avtomobil üçün Şahinə baş etibarnamə vermişdir. Şahin də həmin avtomobili 07 sentyabr 2020-ci il tarixdə Şahid19 baş etibarnamə əsasında satmışdır. «Passat B-5» markalı avtomobil sənəd üzərində onun adına olsa da, əslində avtomobilin mülkiyyətçisi özü deyildir. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid19 göstərdi ki, özünə avtomobil almaq istəmiş və bu məqsədlə 06 sentyabr 2020-ci il tarixdə “Turbo.az” internet sahifəsində **- EX-*** dövlət qeydiyyat nişanlı «Passat B-5» markalı avtomobilin satıldığını görmüşdür. İnternet səhifəsindəki telefon nömrəsi ilə əlaqə saxlamış və Şahid20 avtomobili 5400 manata satdığını bildirmişdir. 07 sentyabr 2020-ci il tarixdə Şahinlə görüşmüş və avtomobilə baxıb bəyənmişdir. Həmin avtomobili almaq üçün Şahinə 5400 manat pul vermiş, sonra 54 saylı saylı notariat ofisinə getmişlər və orada Şahin ona baş etibarnamə vermişdir. Avtomobili aldıqdan təxminən 3-4 ay sonra öz adına sənədləşdirmək üçün X35 İdarəsinə müraciət etdikdə orada ona məlum olmuşdur ki, Binəqədi Rayon Polis İdarəsi tərəfindən avtomobilə həbs qoyulmuş, ona görə də avtomobili adına sənədləşdirə bilmir. Sonradan bilmişdir ki, avtomobil əvvəl Zərərçəkmiş şəxs1 Xudaş oğlunun olmuş və dələduzluq yolu ilə ondan alınmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid20 göstərdi ki, 30 sentyabr 2020-ci il tarixdə “Turbo.az” internet sahifəsində **-EX-*** dövlət qeydiyyat nişanlı «Passat B-5» markalı avtomobilin satıldığını görmüş, internet səhifəsindəki telefon nömrəsi ilə əlaqə saxlamış və həmin şəxs özünü ona Cavid kimi təqdim etmişdir. Ondan avtomobili hansı qiymətə satdığını soruşduqda adını sonradan bildiyi Təqsirləndirilən şəxs avtomobili 4500 manata satdığını və avtomobilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi “Araz” marketin yaxınlığında işlətdiyi ofisin həyətində baxa biləcəyini demişdir. O, həmin ünvana getmiş və avtomobilə baxıb bəyənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yanında Şahid25 da olmuşdur. Avtomobili almaq üçün 4500 manat pulu Cavada vermiş və Elçin ilə birlikdə 26 saylı notariat ofisinə getmişlər. Elçin ona həmin avtomobil üçün baş etibarnamə vermiş, sonra həmin avtomobili uşaqlıq dostu Şahid18 adına sənədləşdirmişdir. 07 sentyabr 2020-ci il tarixdə də həmin avtomobili Şahid19 5400 manata satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid21 göstərdi ki, 30 avqust 2020-ci il tarixdə baş etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı avtomobili 12000 manata satmaq üçün “Turbo.az” internet səhifəsinə yerləşdirmişdir. Zərərçəkmiş şəxs5 ona zəng edib avtomobilə baxmaq istədiyini, həmçinin Cavad adlı şəxsin onun avtomobilinin pulunu ona nağd formada verəcəyini, sonra özü Cavad adlı şəxsə kredit kimi ödəyəcəyini bildirmişdir. Eldəniz ondan avtomobili baxmaq üçün Cavadın Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən ofisinə aparmasını xahiş etmiş, o da Eldənizin xahişi ilə onun dediyi ünvana getmişdir. Orada Cavad adlı şəxs avtomobilinə baxış keçirmiş və Eldənizə avtomobili almaq üçün ona 200 manat beh verməsini demişdir. Eldəniz də ona 200 manat beh vermişdir. Həmçinin Cavad sabah gedib avtomobilin alqı-satqısını edəcəklərini demişdir. Səhəri günü Eldəniz ilə birlikdə Xırdalan şəhərində yerləşən Baş X35 İdarəsinə getmiş, orada Cavadı gözləmiş, amma Eldəniz Cavada zəng edib nə zaman gələcəyini soruşduqda Cavad Eldənizə “Meyvəli” adlanan yerə gedib orada sənədləşmə edəcəklərini bildirmişdir. Sonra həmin yerə getmişlər, amma Cavad həmin yerə gəlməmişdir. İşləri olduğundan tələsdiyi üçün Eldənizə baş etibarnamə vermiş, amma Cavad onların yanına gəlməmiş və Eldənizin zənginə də cavab verməmişdir. X21 ofisinə gəldiklərində ofisin qarşısında tanımadığı çox sayda adamların toplaşdığını və Cavad tərəfindən aldadıldıqlarını görmüşlər. Daha sonra Eldənizlə birlikdə ona baş etibarnamə verdiyi ünvana getmiş və ona vermiş olduğu etibarnaməni ləğv etdirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid22 göstərdi ki, əvvəllər Şahid5 məxsus salonda bərbər işləmişdir. Təxminən 10 oktyabr 2020-ci il tarixdə işdə olanda Zabir adını sonradan bildiyi Təqsirləndirilən şəxs və Şahid13 ilə birlikdə salona gəlmişlər. Onlar salonda divanda əyləşib söhbət etmişlər, Şahid13 onun yanına gəlib saçını da kəsdirmişdir. Eşitdiyinə görə Şahid13 qızı t üçün lazer aparatı almaq istəmişdir. Həmin vaxt salonda Zabirin həyat yoldaşı və baldızı da olmuşdur. Şahid13 lazer aparatını almaq üçün 30000 manat pulu sayıb hamının yanında Təqsirləndirilən şəxs vermişdir. Cavad pulu götürdükdən sonra çıxıb getmək istədikdə Zabir Cavaddan ona verdiyi behi istəmiş, Cavad isə hal-hazırda tələsdiyini sonra behi qaytaracağını deyib salondan çıxıb getmişdir. Təxminən 1 saatdan sonra isə Şövkət salona gəlib Zabirgillə söhbət edib çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid25 göstərdi ki, təxminən 2020-ci ilin avqust ayında iş axtardığı üçün “WhatsApp” qrupunda iş elanlarına baxmış bir elanda kompyuter işçisi tələb olunduğunu görmüş, bundan sonra elanda qeyd olunan mobil nömrəyə yazaraq həyat yoldaşı üçün iş axtardığını dedikdə bir xanım səs göndərərək Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində “Araz” marketin arxa hissəsində yerləşən ofisə gəlməyini demişdir. Həmin günü bazar günü olduğundan ofisin müdiri “BMW” markalı avtomobil ilə yaşadığı Masazır qəsəbəsində yerləşən “Araz” marketin qarşısına gələrək onunla görüşmüş və ona həyat yoldaşının aylıq 800 manat əmək haqqı müqabilində onun ofisində işləyəcəyini və işinin də avtomobillərin kreditlə satışının həyata keçirmək, kompyuterdə müqavilələrin yazılması olduğunu bildirmişdir. Səhəri günü həyat yoldaşı ilə birlikdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs ofisinə getmişlər. Özünü Cabbar kimi təqdim edən Cavad adlı şəxs ofisdə əvvəlcədən olan işçiləri qovduğunu və yenidən işçilər qəbul etdiyini bildirmişdir. Onlar razılaşmışlar, amma sonradan həmin yerə kişilərin çox gəlib-getdiyini görüb orada özü işləməyə başlamışdır. İşlədiyi müddət ərzində ofisə gələn müştərilərə kompyuter vasitəsilə müqavilələr yazmış, ofisdə işləyən Toğrul adlı şəxs də müqaviləyə həm özü imza etmiş, həm də müştərilərə imza etdirmişdir. Cavad adlı şəxs də müqaviləni möhürlə təsdiq edib bir nüsxəsini müştərilərə vermişdir. Müştərilər ilkin ödəniş kimi pulları Toğrula, sonuncu da həmin pulları Cavada vermişdir. 03 sentyabr 2020-ci il tarixdə Cavadla birlikdə “Şamaxinka” deyilən ərazidə yerləşən “Kapital bank”a getmiş, orada Cavad kassaya yaxınlaşaraq polis əməkdaşı olduğunu, pul ilə bağlı gəldiyini, pulu öz adına götürə bilmədiyini, həyat yoldaşının adına götürə biləcəyini, amma həyat yoldaşı ilə ayrıldıqlarını bildirmişdir. Daha sonra filial müdirinin yanına yaxınlaşmış, Cavad həmin şəxsə kartdan 50000 manat pul götürmək istədiyini demişdir. Filial müdiri də ona həyat yoldaşının şəxsiyyət vəsiqəsi ilə götürə biləcəyini demişdir. Bundan sonra orada pul götürə bilmədiyi üçün onlar ofisə qayıtmış, Cavad bir nəfər şəxsə zəng vurub pul götürdüyünü və hamının avtomobilini alıb verdikdən sonra 14000 manat artıq pul qaldığını, əgər istəyirsə onun üçün də avtomobil ala biləcəyini demişdir. Cavad tanımadığı müştərilərlə görüşərək avtomobilləri 04 sentyabr 2020-ci il tarixdə alıb verəcəyini söz vermişdir. 04 sentyabr 2020-ci il tarixdə işə gəldikdə Cavada zəng vurub müştərilərin gəldiyini demiş, amma Cavad ofisə gəlməmişdir. Təxminən bir saat keçdikdən sonra Cavada zəng vurduqda o, “Meyvəli”yə getdiyini, işini qurtardıqdan sonra ofisə qayıdacağını bildirmişdir. Daha sonra Cavad ümumiyyətlə telefonlara cavab verməmişdir. Sonradan o və Toğrul Cavadın həm işçi kimi onları aldatdığını, həm də ofisə gələn müştəriləri aldadıb pullarını ələ keçirdiyini bilmişlər. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid12 Əli oğlu göstərmişdir ki, təxminən bir il əvvəl Abşeron rayonu, Masazır qəsəbəsindəki “Baxçalı evlər” yaşayış kompleksində özünə məxsus iki otaqlı evi 62000 manat müqabilində satmaq məqsədilə internet vasitəsilə “Lalafo” saytına yerləşdirmişdir. 16.01.2021-ci il tarixdə X28 internet vasitəsilə sms yazaraq evini almaq istədiyini, evin sənədlərinin olub-olmamasını və kredit şərtlərilə satılıb-satılmadığını soruşduqda ona evin kupçası olmadığını, buna görə dəş evi rəsmi sənədləşmə ilə sata bilməyəcəyini, həmçinin evi nağd pula satdığını bildirmişdir. Əli Dadaşov nağd pulu olmadığını üçün onunla razılaşmamışdır. Bundan sonra 2021-ci ilin yanvar ayının ortalarında özünü Əli kimi təqdin edən, sonradan əsl adını bildiyi Cavad adlı şəxs internet vasitəsilə sms yazaraq bildirmişdir ki, onun evini nağd pulla alıb başqasına kredit şərtlərilə satacaqdır. Daha sonra Cavad adlı şəxs ona zəng vurub evi alan şəxsi Abşeron rayonu, Masazır qəsəbəsindəki “Baxçalı evlər” yaşayış kompleksinə gətirəcəyini, orada ona 62000 manat pulu nağd verəcəyini və evi öz adına sənədləşdirəcəyini, həmin şəxsə də evi kredit yolu ilə satacağını bildirmişdir. 23.01.2021-ci il tarixdə evin sənədlərini götürüb Masazır qəsəbəsi Qurtuluş 93 ünvanda yerləşən ev alqı-satqısı ofisinə gəlmiş, özünü Əli kimi təqdim edən şəxs ona zəng vurub evi almaq istəyən şəxslə yolda olduqlarını və gələcəklərini demiş, saat 11 radələrindən 14 radələrinədək onları gözləsə də, Cavad adlı şəxs gəlməmişdir. Daha sonra onun telefonuna zəng vurduqda mobil nömrəsinə zəng çatmamışdır. Daha sonra Əli Dadaşov ilə görüşdükdə sonuncu ona bildirmişdir ki, özünü Əli kimi təqdim edən şəxs ondan bir gün əvvəl 500 manat, həmin günü isə 9500 manat pul almışdır (cild 1, iş vərəqə 223-225). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid13 göstərmişdirdi ki, Şahid2 doğma qızıdır. Qızı Şövkət qazanclı başqa işlə məşğul olmaq istədiyi üçün bir müddət lazer kurslarına getmiş və lazer ustası kimi işləmək istəyirdi. Həmin ərəfədə Aqil adlı şəxslə əlaqə saxlayıb xahiş etmişdi ki, hər hansı ucuz lazer aparatı tapsa, xəbər etsin ki, alıb işlətsin. Eyni vaxtda Şövkət işlətmək üçün icarə əsasında gözəllik salonu axtarırdı və Nərimanov rayonu Ağa Neymətulla küçəsində «Sabina beauty» adlı salonu icarəyə götürmək istəyirdi. 2020-ci ilin oktyabr ayında Aqil adlı şəxs qızı Şövkətə Şahid5 adlı şəxsin əlində satılıq ucuz lazer aparatı olduğunu və satmaq istədiyini bildirib Zabir adlı şəxsin telefon nömrəsini vermişdir. 10 oktyabr 2020-ci il tarixdə qızı Şövkət Şahid5 adlı şəxsə zəng edib lazer aparatı ilə maraqlandıqda öyrənmişdir ki, Zabir «X12» adlı lazer aparatını 45000 manata satır. Həmin günü evdə olarkən Şahid5 adlı şəxslə danışmış, o, öz avtomobili ilə onların yaşadığı evə gəlmiş və onu götürüb özü işlətdiyi, Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsi, Azərbaycan Dövlət Tibb Universitetinin yaxınlığında yerləşən «Zenni» adlı gözəllik salonuna aparmışdır. Orada olarkən Şahid5 salonda işləyən bir nəfər qadını təqdim edib öz arvadı Vüsalə adlı qadın və bir nəfər 30-32 yaşlı qarayanız və üzü azcıq tüklü kişini göstərib öz şəriki olduğunu, gömrükdə avtomobili saxladıldığını və gömrükdən keçirtmək üçün həmin şəxsə təcili pul lazım olduğunu demiş, lakin sonuncunun adı və ya soyadını deməmişdir. Daha sonra Zabir öz telefonu ilə «WhatsApp» sosial şəbəkə vasitəsi ilə qızı Şövkətə satmaq istədiyi lazer aparatının fotoşəkillərini atmış, qızı onunla danışıb həmin lazeri aparatını bəyəndiyini, alması üçün etirazı olmadığını demişdir. Həmin gün, yəni 10 oktyabr 2020-ci il tarixdə içərisində 12 ədəd 100 ABŞ dolları pul əksinazları da olmaqla, ümumilikdə 30040 manat məbləğdə sayıb Şahid5, onun arvadı Vüsalə adlı qadının yanında vermiş və Zabir pulları sayaraq cibinə qoymuş, hətta ona 40 manat məbləğdə qalıq pul da qaytarmışdır. Aralarında olan razılaşmaya əsasən, qalan 15000 manat pulu 2021-ci ilin yanvar ayı ərzində, yəni 2021-ci ilin fevral ayınadək tam ödəyib bitirməli idilər. 30000 manat pulu ödədikdən sonra Şahid5 lazer aparatının sənədlərini istəsə də, Zabir sənədləri onda verməkdən imtina edib bildirmişdir ki, 45000 manat pulu tam ödəyib bitirdikdən sonra lazer aparatının sənədlərini təqdim edəcəkdir. Həmin tarixdən 1-2 gün sonra, yəni 11 və 12 oktyabr 2020-ci il tarixdə Şahid5 dəfələrlə qızı Şövkətə zəng edərək, cəld gəlib lazer aparatını aparmasını, oğurlanma ehtimalının olmasını demiş, ona görə də, 14 oktyabr 2020-ci il tarixdə qızı Nərimanov rayonu Ağa Neymətulla küçəsində «Sabina beauty» adlı gözəllik salonunu icarəyə götürmüş və Zabirdən aldığı lazer aparatını aparıb həmin gözəllik salonunda yerləşdirərək işlətməyə başlamışdır. 06 noyabr 2020-ci il tarixdə qızı Şövkət ona zəng edərək Şahid5 tərəfindən ona satılmış lazer aparatının oğurluq olmasını demişdir. Ona görə də, onunla məsləhətləşdikdən sonra qızı Şövkət 102 xidmətinə zəng edib Şahid5 tərəfindən ona cinayət yolu ilə əldə olunmuş lazer aparatının satıldığını bildirmiş, həmin tarixdə polis əməkdaşları qızı Şahid2 işlətdiyi Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən «Sabina Beauty» gözəllik salonuna gedərək protokollaşdırdıqdan sonra həmin lazer aparatını aparmışlar (cild 2, iş vərəqə 112-114). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid17 göstərmişdir ki, Zərərçəkmiş şəxs10 onun dostudur. Həbib 2020ci ilin dekabr ayında özünə avtomobil almaq istəyirdi. Bu məqəsədlə “Turbo.az” internet səhifəsində avtomobil axtarırdı. Həbib “Mercedess C klass” markalı avtomobili bəyənmiş və elanda olan ***-***-**-** saylı telefon nömrəsinə zəng etmişdir. Telefon zənginə cavab verən şəxs Həbibə adının Cavad olmasını bildirmişdir. Cavad Həbibə bildirmişdir ki, bəyəndiyi avtomobil satılmış, əgər istəyirsə “VAZ” markalı avtomobil təşkil edə bilər. Lakin, Həbib onunla razılaşmamışdır. Sonra Cavad bildirmişdir ki, internetdə Həbib özü avtomobil axtarıb tapsın, həmin avtomobili kredit yolu ilə sata bilər. Həbib, Cavadın bu təklifi ilə razılaşmış və onunla əlaqə saxlayacağını demişdir. Həbib dostu Röyalla əlaqə saxlamışdır. Röyal da özünə məxsus “Mercedess C klass” markalı avtomobili satmaq istəyirdi. Röyal Həbibə bildirmişdir ki, avtomobilini 9500 manata satır. Həbib də bu barədə zəng edib Cavada bildirmişdir. Cavada zəng edən zaman özü orada olmuşdur. Həbib telefonun səsini səs gücləndirici rejimə keçirtmişdir. Cavad telefonda bildirmişdir ki, Röyala onun avtomobilini almaq üçün 500 manat beh versin. Həbib də Cavadın sözü ilə Röyala 20 dekabr 2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Aura” şadlıq sarayının yanında 500 manat beh vermişdir. Sonra Cavad bildirmişdir ki, ilkin olaraq ona da 3500 manat, sürücülük və şəxsiyyət vəsiqələrini sənədləşmə aparması üçün verməlidir. 21 dekabr 2020-ci il tarixdə saat 08 radələrində Həbib ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı dairəsi adlanan ərazidə Cavadın idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı “Range Rover” markalı avtomobilə əyləşmiş və Həbib 3500 manat pulu və özünə məxsus vəqsiqələrini Cavada vermişdir. Cavad da bildirmişdir ki, sənədləşmə işini axşama kimi hazırlayıb pulu Həbibə verəcək, həmçinin Həbib də hər ay da 370 manat olmaqla 24 ay ərzində kredit ödəməli olacaqdır. Sonra sağollaşıb çıxıb getmişlər. Sonra Həbib bildirmişdir ki, axşam üstü Cavada zəng edib işin nə yerdə olmasını soruşmuş, Cavad da bildirmişdir ki, sabah işini həll edəcəkdir. Həbib səhəri günü əlaqə saxlamaq istəsə də, Cavadın telefonuna zəng çatmamış, sonra Həbib bu barədə ərizə ilə polisə müraciət etmişdir (cild 6, iş vərəqə 172- 175). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid23 göstərmişdir ki, 2020-ci ilin avqust ayında özünə avtomobil almaq istəmiş və bu məqsədlə “Turbo.az” internet portalında avtomobil almaq üçün axtarış zamanı “Hyundai i20” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmişdir. Həmin avtomobili portala yerləşdirən şəxs öz telefon nömrəsini də yerləşdirmişdir. Həmin telefon nömrəsini dəqiq xatırlamır. Həmin telefon nömrəsinə öz istifadəsində olan ***-***- **-** saylı telefon nömrədən zəng etmiş və telefon zənginə adını sonradan bildiyi Təqsirləndirilən şəxs cavab vermişdir. Cavada avtomobil haqqında suallar verdikdə Cavad da ona bildirmişdir ki, “Hyundai i20” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun xanımına məxsusdur və 12500 manata satır. Həmin xanımının avtomobilini satıb onun üçün X5 “Hyundai Elentra” markalı avtomobil gətizdirəcəkdir. Səhəri günü iş yoldaşı Cavanşir, Cavadla görüşmüş və avtomobilə baxmışdır. Sonra Cavanşir ona bildirmişdir ki, avtomobili ustaya göstərmiş və avtomobil saz vəziyyətdədir, almaq olar. Həmçinin Cavad avtomobil almaq üçün ondan beh istəmişdir. Cavad ona **********557152 kodlu kart hesabı vermiş və özü də həmin hesaba 200 manat pulu beh kimi köçürmüşdür. 2-3 gündən sonra yəni ki, 24.08.2021-ci il tarixdə özünün vaxtı olmadığından iş yoldaşı Cavanşirə 12300 manat pul vermişdir ki, Bakı şəhəri Nəsimi rayonunda yerləşən 41 saylı Notariat ofisinə gedib avtomobil üçün alqı-satqı olunsun. Sonra Canaşir notariat ofisinə getmiş, Cavad və Günay da həmin yerə gəlmişlər. Cavanşirin deməsinə görə o, pulu Günaya vermişdir. Günay da avtomobili satmaq adı ilə ona baş etibarnamə vermişdir. Lakin, özü orada iştirak etməmişdir. Sonra avtomobili Cavanşirdən təhvil almışdır. 2021-ci ilin fevral ayında avtomobili idarə edən zaman YPX-nin əməkdaşları avtomobili saxlamaq əmri verdikdə avtomobili saxlamış, polis əməkdaşları ona avtomobilin mülkiyyətçisi tərəfindən avtomobilin axtarışa verildiyini bildirmişdir. Polis əməkdaşları avtomobili ondan təhvil alıb cərimə meydançasına aparmış, sonra bununla bağlı vəkil tutmuş və Zərərçəkmiş şəxs14 Xətai Rayon Məhkəməsinə vermişdir. Xətai Rayon Məhkəməsi avtomobilin ona qaytarılması ilə bağlı qətnamə çıxarmış, sonra Zərərçəkmiş şəxs14 həmin qətnamədən Bakı Apelyasiya Məhkəməsinə şikayət vermiş və Bakı Apelyasiya Məhkəməsi də Xətai Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması ilə bağlı qərar qəbul etmişdir (cild 7, iş vərəqə 140-143). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid24 göstərmişdir ki, 4 il olar ki, ünvan 6 ünvanında yerləşən 41 saylı Notariat ofisində mütəxəssis vəzifəsində işləyir. Özünün isə işi etibarnamələri tərtib etməkdən ibarətdir. 24.08.2020-ci il tarixdə əvvəllər tanıdığı Cavanşir adlı şəxs onun işlədiyi ofisə gəlib avtomobil üçün baş etibarnamə verilməsi məqsədilə notariat ofisinə gələcəklərini və işdə adamların sayının çox olub-olmamasını ondan soruşduqda ona adamların sayı az olduğunu və gələ biləcəklərini bildirmişdir. Həmçinin Cavanşir ona bildirmişdir ki, baş etibarnamə verən şəxslər biraz problemli adamlardır. Təxminən 15 dəqiqədən sonra Cavanşir, adını sonradan bildiyi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs14 ofisə gəlmiş, Cavanşir ona bildirmişdir ki, Zərərçəkmiş şəxs14 ona öz avtomobili üçün baş etibarnamə verəcəkdir. Sonra Zərərçəkmiş şəxs14 adından Cavanşirin adına avtomobili üçün baş etibarnamə verilməsini tərtib etmiş, Zərərçəkmiş şəxs14 da həmin baş etibarnamə verilməsini öz imzası ilə təsdiq etmişdir. Sonra Cavanşir sayını bilmədiyi qədər pulu Günaya vermiş, Günay da həmin pulu Cavada vermişdir. Lakin həmin vaxt Şahid23 ofisə gəlməmişdir. Ofisə Cavanşir adlı şəxs gəlmişdir (cild 7, iş vərəqə 157-160). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid27 göstərmişdir ki, təxminən 2020-ci ilin avqust ayının ortalarında “Lalafo” internet saytında iş elanlarına baxarkən görmüşdür ki, müdir kimi işçi elanı verilib və aylıq əmək haqqı da 1000 manat qeyd olunubdur. Bundan sonra həmin səhifədə qoyulmuş ***-***-**-** saylı mobil nömrəyə zəng vurmuş, həmin nömrəyə cavab verən şəxs onunla görüşmək istəmişdir. Həmin şəxslə, yəni sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə “Aya Sultanova” deyilən ərazidə görüşmüş, həmin şəxs özünü ona Cabbar Ağayev kimi təqdim etmişdir. Eyni zamanda sonradan əsil adını bildiyi Cavad adlı şəxs “BMW” markalı **-TA-*** qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Görüş zamanı Cavad ondan təhsilinin olub-olmamasını soruşduqda ona bildirmişdir ki, hazırda Şamaxı rayon regional kollecində 3-cü kursda maliyyədə oxuyur. Bundan sonra həmin şəxs ona səhəri günü onun ofisinə gəlməyini bildirmişdir. Səhəri günü onun Binəqədi rayonunda M.Ə.Rəsulzadə qəsəbəsində “Araz” marketin yanında yerləşən ofisinə getmiş, ofisə daxil olduqda ofisdə Cavad adlı şəxsdən başqa heç kəs yox idi. Cavad adlı şəxs ofisdə işləyən işçiləri pul oğurladıqlarına görə işdən çıxardığını bildirmiş, həmin zaman Cavad ona bildirmişdir ki, özünə kostiyum al, bundan sonra burada müdir kimi işləyəcəksən. Aylıq əmək haqqının isə 1000 manat olacağını, daha sonra isə əmək haqqını qaldıracağını demişdir. Ofisdə işi isə müştəriləri qəbul etmək və müqavilələri imzalamaq, həmçinin avtomobillərə ilkin ödəniş alaraq avtomobilləri kreditləşdirib satışı ilə məşğul olacaqdır. Belə olan halda şərtlərlə razılaşmış, işə çıxdıqdan 2-3 gün sonra Cavad adlı şəxs ofisə əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Elçin adlı şəxsi də işə götürmüşdür. Elçin adlı şəxs də kompyuterdə oturaraq müqavilələrin çıxarılması və avtomobillərin qiymətləndirilməsi ilə məşğul olacaqdır. Həmin ofisdə 11 gün işlədiyi müddət ərzində 5 nəfər tanımadığı şəxslər qəbul edərək onların birindən avtomobil, 4 nəfər şəxslərdən isə pullar alındı. Müqaviləni isə özü çıxarıb özü və həmin şəxslər imzalayırdı. Daha sonra isə Cavad adlı şəxs möhürlə təsdiq edib bir nüsxəsini həmin şəxslərə vermişdir. Belə ki, Cavad adlı şəxs Zərərçəkmiş şəxs4 avtomobil təşkil edəcəyini vəd verərək ondan ilkin ödəniş kimi 7000 manat, Zərərçəkmiş şəxs1 6000 manat, Zərərçəkmiş şəxs2 1000 manat, Zərərçəkmiş şəxs3 1000 manat, Zərərçəkmiş şəxs5 2700 manat məbləğində pullar almışdır. Lakin, Cavad adlı şəxs həmin şəxslərə vermiş olduğu vədlərinə əməl etməyək ofisdən uzaqlaşmış və mobil nömrələrini söndürmüşdür. Sonradan yuxarıda adları qeyd olunan vətəndaşlar ona və Elçinə yaxınlaşdıqlarında artıq onlara məlum olmuşdur ki, Cavad tərəfindən aldadılmışlar (cild 7, iş vərəqə 164-167). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid26 göstərmişdir ki, 2020-ci ilin may ayından 01 oktyabr 2020-ci il tarixədək Zərərçəkmiş şəxs6 icarəyəyə götürərək ünvan 7 ünvanda yerləşən «Naz Beauty» gözəllik salonu da saç ustası işləmişdir. 2020-ci ilin təxminən sentyabr ayının əvvəllərində salona özünü Cavid kimi təqdim edən, lakin adını sonradan bildiyi Təqsirləndirilən şəxs salona gəlmişdir. Söhbət əsnasında bilmişdir ki, Nəzakət Cavadla razılaşmış ki, salonu təmir etdirib şərikli işləyəcəklər. 01 oktyabr 2020-ci il tarixdə Cavad salona gəldikdə, tavanın su damdığını görüb təklif etmişdir ki, salonu təmir etdirməkdə Nəzakətə köməklik etsin. Nəzakət də Cavadla razılaşmışdır. 01 oktyabr 2020-ci il tarixdə Cavad «166» yük daşıma şirkətinə zəng etmiş və salonda olan bütün malları, o cümlədən Nəzakətin icarəyə götürdüyü Şahid3 məxsus «Candella MGL» markalı lazer aparatını bir ədəd yük maşınına yüklətdirib dediyinə görə arvadı Təranə adlı qadının Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evinə boşaldacağını bildirərək salonu tamamilə boşaltmışdır. Cavadın sözlərinə görə o, iki ay ərzində gözəllik salonunda köklü dəyişikliklər edəcəkdi və iki ay sonra salondan apardığı malları geri qaytaracaqdı. Lakin, sonradan Nəzakətdən eşitmişdir ki, Cavad onu aldatmış və salondan götürdüyü əşyaları kimlərəsə satmışdır. Bundan başqa Cavad salona gəlib gedən zaman onun həyat yoldaşı Zərərçəkmiş şəxs7la da onu aparmaq üçün salona gələn zaman rastlamışlar. Onlar söhbət edən zaman Cavad əri Natiqə təklif etmişdir ki, onun üçün sürücülük vəsiqəsi ala bilər. Bu məqsədlə də əri Zərərçəkmiş şəxs7 iki dəfəyə olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 900 manat pul vermişdir (cild 7, iş vərəqə 168-171). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs12 və X27 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxslər ifadələrində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs də zərərçəkmiş şəxslərin onun üzünə qarşı dedikləri ifadələrini təsdiq etmişdir (cild 3, iş vərəqə 147-149, 153-160, cild 5, iş vərəqə 55- 60,65-68,74-77). Baxış keçirilməsi barədə 09 fevral 2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs 14500 manat pulu verdiyi Yeni Suraxanı qəsəbəsində yerləşən Məscidin yaxınlığındakı əraziyə baxış keçirilmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 84-87). Baxış keçirilməsi barədə 23 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X27 Təqsirləndirilən şəxs 9500 manat pulu verdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Bravo” marketin yaxınlığındakı yeri göstərmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 180-182). Baxış keçirilməsi barədə 01 fevral 2020-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs 9800 manat pulu verdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Misir Parkı”nın yaxınlığındakı yeri göstərmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 195-198). Cinayət işinin materiallarına əlavə edilmiş qəbzdən görünür ki, 9914-0880-5897 nömrəli 2012-ci il istehsalı olan “X18” markalı lazer aparatı 07 noyabr 2020-ci il tarixdə saxlanılması üçün Şahid3 verilmişdir (cild 2, iş vərəqə 31). Hadisə yerinə baxış keçirilməsi barədə 04 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, vətəndaşlar Təqsirləndirilən şəxs Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən ofisini göstərmişlər və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 2, iş vərəqə 230-242). Hadisə yerinə baxış keçirilməsi barədə 24 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs 3500 manat pulu verdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı dairəsi adlanan yeri göstərmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 6, iş vərəqə 100-103). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 fevral 2022-ci il tarixli 9/811 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda, əlavə məlumatda və fotoşəkillərdə göstərilən lazer aparatlarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 51800,0 manat müəyyən edilir. O cümlədən: -01 ədəd “BDEM 3in1” markalı lazer aparatı - 9800,0 manat; -01 ədəd “X18” markalı lazer aparatı – 42000,0 manat (cild 8, iş vərəqə 93-96). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 05 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 03 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 iyun 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 161-163). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2021-ci il tarixdə tutulmuş, Abşeron Rayon Məhkəməsinin 10 iyul 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 09 iyul 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 5, iş vərəqə 22, 96-104). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd “BDEM 3in1” markalı lazer aparatının Zərərçəkmiş şəxs6, 01 ədəd “X18” markalı lazer aparatının sahibi Şahid3 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 8, iş vərəqə 94, 331). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər cinayət əməli nəticəsində onlara vurulmuş ziyanla bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə əsasən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 8 (səkkiz) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - 01 ədəd “BDEM 3in1” markalı lazer aparatının Zərərçəkmiş şəxs6, 01 ədəd “X18” markalı lazer aparatının sahibi Şahid3 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına vəkil X11 üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş iş üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə onlara vurulmuş ziyanı tələb etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar