Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-773/2023 14.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs hüquqi varisi Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1965-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməyən, Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə 02 il 09 ay müddətinı azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 14-cü mədən ev 18, mənzil 7-də qeydiyyatda olmaqla yaşamış, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 2,276 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 15:00-da Bakı şəhəri Sabunçu rayonu Muxtarov qəsəbəsi 14-cü Mədən küçəsində özünü şübhəli apardığı üçün saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli idman şalvarın sağ yan cibindən içərisinə təmiz çəkisi 2,276 qram olan külli miqdarda narkotik vasitə kustar üsulla hazırlanmış heroin qablaşdırılmış bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb cinayət prosesinin tərəflərinin, o cümlədən müdafiə tərəfi olan təqsirləndirilən şəxsin yaxın qohumu-oğlu Təqsirləndirilən şəxs hüquqi varisi kimi tanınan Dövlət ittihamçısı cinayət işi üzrə icraata təqsirləndirilən şəxsin öldüyünə görə xitam verilməsinə etirazının və sonuncuya bəraət verilməsi barədə tələbinin olmadığına dair fikirlərini dinləyərək, hesab edir ki, Təqsirləndirilən şəxs öldüyünə görə onun barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********08 №-li ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə vərəmli empiema, bitişən perikardit, Qaraciyərin piy distrofiyası səbəbilə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü tarixli AZ-İİ 343725 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə Ağciyər vərəmi səbəbindən ölməsi 7 saylı Bakı Asan Xidmət X3 tərəfindən qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının CPM-nin 39.1-ci və 39.1.5-ci maddələrinə görə, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanmış cinayət təqibinə xitam verilməlidir, o cümlədən başlanılmıış cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə proses iştirakçıların fikirini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs öldüyünə görə, barəsində cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilməsinə onun hüquqi varisi etiraz etmədiyindən hazırki cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 39.1.5.-ci, 305.1-ci maddələrini rəhbər tutaraq qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata təqsirləndirilən şəxs öldüyünə görə xitam verilsin. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakimlər: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-773/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-773/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver