Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-773/2024 05.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X4 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X5 və X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 15 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu yoxdur, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhərində müxtəlif ünvanlarda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 mart 2023-cü il tarixdə saat 1 radələrində ünvan 3 ünvanda olarkən tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisə zamanı sonuncunun onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən qisas almaq niyyəti ilə qəsdən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən zərbə vuraraq ona qapalı kəllə beyin travması, baş beyinin sol alın payının hemorragik əzilməsi, sol yan mədəciyə daxilə qansızma, sağ göz orbitasının iç divarından əsas sümüyünün qanabənzər çıxıntısına keçən sınığı ilə nəticələnən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verməzdən 1 ay əvvəl Vüsalə adlı qadınla tanış olmuş, Vüsalə ilə təxminən 1 ay sevgili olmuşdur. 21 mart 2023cü il tarixdə Vüsalə ona zəng edərək görüşmək istədiyini bildirmiş və o da Vüsalə ilə razılaşmışdır. Vüsalə ona Zahid adlı şəxsin ünvan 4 ünvanında olan evinə gəlməyini bildirmişdir. O, həmin ünvana getdikdə Vüsalə aşağı düşüb onu qarşılamış və onunla birlikdə həmin ünvana qalxmışdır. Evdə onlardan başqa digər şəxslər də olmuşdur. Bir müddət sonra qadınlar getdikdə evdə o, Vüsalə, Asif və başqa 3 nəfər qalmışlar. Bundan sonra o, Vüsaləyə getmək istədiyini dedikdə, Vüsalə bir az da oturmaqlarını bildirmişdir. Daha sonra Asif onun qardaşının narkotik vasitə təşkil edə biləcəyini deyib ona narkotik vasitə gətirməli olduğunu bildirmiş, əks halda onun üçün yaxşı olmayacağını demişdir. O da evi tərk etmək istədikdə, Asif qapının qarşısında dayanıb getməyə imkan verməmiş, o isə səbr edə bilməyib Asifin sifətindən yumruq zərbəsi vurmuş, sonra da qaçıb həmin mənzildən uzaqlaşmışdır. Vüsalə ilə birlikdə narkotik vasitədən istifadə etməmişdir. Vüsaləni qardaşı vasitəsilə tanımışdır. Otaqda olan digər şəxslər 35-40 yaşlarında kişi cinsindən olan şəxslər olmuşdur. Həmin şəxslərdən sakitcə ona “səni zibilə salacaqlar, buradan qaç get” desə də, onun sözlərini başa düşməyərək nə demək istədiyini soruşmuşdur. Asif qapının qarşısında, digər şəxslər isə sağında və solunda dayanmışlar. İbtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 5 il Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq birlikdə yaşamışdır. 22 mart 2023-cü il tarixdə səhər saat 9 radələrində tanışı Şahid3 ona zəng edib Asifin döyülərək xəsarət aldığını və hazırda Zahid adlı şəxsin evində olduğunu bildirmişdir. Bundan sonra o, Zahidin yaşadığı ünvan 5 ünvana getdikdə Asifin huşsuz vəziyyətdə oturduğunu gördükdən sonra onu X19 vasitəsilə 1 saylı X13 aparmışdır. Asif həmin xəsarəti 19 mart 2023-cü il tarixdə almışdır. Asifi xəstəxanaya apardıqdan sonra bu barədə polis əməkdaşlarına məlumat vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, Elnur kimi adını bildiyi şəxsi tanışı Vüsalənin hesabına təxminən 3-4 gün idi ki, tanımışdır. xx.xx.2023-cü il tarixdə o, Zahid adlı tanışının evmə getmişdir. Həmin ev Bakı şəhəri. Nəsimi rayonu. Azadlıq prospekti ünvanında yerləşmişdir. Həmin mənzilə çatdıqda Elnur kimi adını bildiyi şəxsin Vüsalə və daha bir neçə nəfər ilə orada olduğunu görmüşdür. Elnur adlı şəxsdən narkotik vasitə götürməli olmuşdur. Elnurla telefonla danışan zaman Elnur ona məsələnin alınmadığını və hazırda Yasamal rayonu ərazisində olduğunu bildirmişdir. Zahidin yaşadığı ünvana gedib həmin şəxsi orda gördükdə ona niyə yalan danışdığını Elnurdan soruşmuşdur. Bundan sonra Vüsaləni nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Daha sonra ortada olan hamıya söyüş söyməyə başlamışdır. Söyüş söyərkən həmin Elnur adlı şəxs onu yavmlaşmışdır. Elnur ona yaxınlaşaraq yumruq zərbəsi ilə onu vurmuşdur. O özündən getmiş və daha sonra nə olduğunu bilməmişdir. Ayılanda xəstəxanada olduğunu görmüşdür. Ona məlum olmuşdur ki, o həmin hadisədən sonra komaya düşmüşdür (cild 1, iş vərəqə 56-58). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Elnur və Asiflə birlikdə Zahidin yaşadığı ünvan 5 ünvana getmişdir. Həmin vaxt o və Zahid qonaq otağında oturmuşlar, təxminən 3-4 dəqiqə keçdikdən sonra Asif və Elnurun mübahisə səslərini eşitmişlər. Zahid dəhlizə həmin şəxslərin yanma getmiş, bu zaman Zahid qışqırmağa başlamış, o, dərhal həmin şəxslərə yaxınlaşdıqda Asifin sifətinin qan içində olduğunu Elnurun isə qaçıb getdiyinin şahidi olmuşdur (cild 1, iş vərəqə 20-22). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 3 radələrində yaşadığı mənzildə olduğu zaman tanışı Asiflə birlikdə gəlmiş Elnur adlı şəxs arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Asif Elnur adlı şəxsi müxtəlif nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra Elnur adlı şəxs təhqirlərə dözməyərək Asifin burun nahiyəsindən yumruq zərbəsi endirmişdir. Zərbədən Asif yerə yıxılmışdır. Bundan sonra Elnur qapını açıb qaçaraq uzaqlaşmışdır. Bu zaman o, X19 çağırmaq istəmişdir. Lakin Asif bundan imtina etmişdir. Bir qədər gözlədikdən sonra Asifin huşu getmişdir. Daha sonra Könül gəlib həmin şəxsi X19 vasitəsilə 1 saylı KTM-ə aparmışdır (cild 1, iş vərəqə 17-19). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqə 87-88). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X11 5 iyun 2023-cü il tarixli 693 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə yazılanlara əsasən, qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Vət. Zərərçəkmiş şəxs adına X14 tərəfindən verilmiş 4330 saylı xəstəlik tarixində Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müalicə alması qeyd olunmuşdur. Zərərçəkmiş şəxs kliniki müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir - qapalı kəllə beyin travması, baş beyinin sol alın payının hemorragik əzilməsi, sol yan mədəciyə daxilə qansızma. sağ göz orbitasının iç divarından əsas sümüyünün qanabənzər çıxıntısına keçən sınığı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən, onun tibbi yardım üçün X9 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (cild 1, iş vərəqə 61-63). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 19 avqust 2023-cü il tarixli 5331 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərdən istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 116-117). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 21 avqust 2023-cü il tarixli, 2424 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli kəmağıllıq, davranış pozuntuları müəyyən edilir. Qeyd edilməlidir ki, yoxlanılan şəxsdə müəyyən edilən əqli gerilik o dərəcə ifadə olunmayıb ki, o ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Bu onun anlamaq imkanını kifayət qədər inkişafı ilə, praktiki həyata qarşı bələdliyi ilə, tənqidi imkanların kifayət qədər olması ilə təsdiq olunur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs müəyyən edilən kəmağıllıq, davranış pozuntuları ilə əlaqədar o, törətdiyi əməl zamanı öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir (cild 1, iş vərəqə 120-122). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilərək barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə tətbiq olunmuşdur (cild 1, iş vərəqə 125 və 128-132). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs qismində törətmişdir (cild 1, iş vərəqə 120- 122). Məhkəmə Təqsirləndirilən şəxs cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs qismində törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu 12 iyun 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 99-103). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi 12 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi 12 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-773/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-773/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver