Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-773/2025 21.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X13 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(008)-189/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7 iyul 2023-cü il tarixli, 7(010)-403/2023 saylı qərarı ilə həmin hökmlə təyin edilmiş cəzanın çəkilməmiş 2 (iki) ay 25 (iyirmi beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin məhkumluğu ödənilməmiş və üzərindən qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2assivində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 may 2025-ci il tarixdə, saat 10:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs qeyrisi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, qeyrisi “Whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə danışıq zamanı sonuncunun ona bildirdiyi Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisindən ümumi təmiz çəkisi 17725 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı 2(iki) ədəd sellofan torbada əldə edib saxlamaqla daşıyarkən 13 iyul 2024-cü il tarixdə, saat 22:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Mədən-1 ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin (bundan sonra mətndə - Sabunçu RPİ-nin 12-ci PŞ) inzibati binasına gətirilib 14 iyul 2024-cü il tarixdə, saat 01:05 radələrində etibarən xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan polietilen torbanın birindən ümumi sayı 4 (dörd) ədəd üzərinə şəffaf yapışqan lent yapışdırılmış sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2045 qram, 2150 qram, 2040 qram və 1065 qram olmaqla, ümumi çəkisi 7300 qram, əlində olan digər polietilen torbada ümumi sayı 3 (üç) ədəd üzərinə şəffaf yapışqan lent yapışdırılmış sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3945 qram, 3420 qram və 3060 qram olmaqla, ümumi çəkisi 10425 qram, cəmi çəkisi isə 17725 qram (17 kq 725 qram) olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən ittihamda göstərilən yerdə, tarixdə və saatda qamışlıq ərazidə saxlanılmışdır. Belə ki, o, hadisə yeri olan Balaxanı qəsəbəsindəki qamışlıq əraziyə iranlı “Səccad” adlı şəxsdən sonuncuya göndərdiyi 100 manat pul müqabilində öz şəxsi istifadəsi üçün 10 qram çəkidə narkotik vasitə almaq üçün getmiş, lakin orada qamışlığın içərisində böyük kisələr (torbalar) olduğunu görüb oradan qaçaraq uzaqlaşmaq istəmiş, 50-60 metr uzaqlaşdıqdan sonra təxminən gecə saat 22 radələrində polis əməkdaşları onu tutaraq həmin kisələrin yanına gətirib onları götürməsini tələb etmiş (məcbur etmiş), o da öz növbəsində sonuncuların göstərişini yerinə yetirib həmin kisələri götürdükdən sonra təxminən gecə saat 23 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-yə aparılmışdır. O, müdafiəçisinə baş vermiş hadisə barədə məlumat verməsə də, barəsində qətimkan tədbiri məsələsinə baxılarkən həqiqəti məhkəmə iclasında hakimə demişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zorakılıq və ya təzyiq olmamış, bədəni üzərində hər hansı xəsarət yaranmamış, hər hansı fiziki zorakılıq və ya təzyiqin olmaması üçün törətmədiyi əməli boynuna almışdır. O, “Səccad” adlı iranlı şəxslə vatsap vasitəsi ilə şəxsən danışmış, sonuncu kişi cinsli olmaqla danışıq tərzi İran İslam Respublikası vətəndaşının danışığına oxşamışdır. O, hadisə günü iranlı “Səccad” adlı şəxslə əlaqə saxlamış, lakin hadisə yerinə gedərkən üzərində hər hansı narkotik vasitə olmamışdır. O, ibtidai istintaq zamanı polis əməkdaşlarının ona bildirdikləri formada ifadə vermiş, müstəntiq ona həmin ifadəsini oxumağa icazə verməmiş, bu səbəbdən həmin ifadəsini təsdiq etmir. O, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuş, həmin məhkumluğu zamanı da ilkin tutularkən etiraf etməyərək onu tutan polis əməkdaşlarına etiraz etmiş, lakin sonda edilmiş təzyiqlər nəticəsində ona ittiham olunmuş əməli etiraf etmişdir.
3. Davam edən məhkəmə iclasları zamanı verilən suallara cavab olaraq təqsirləndirilən şəxs M.A.C.Quliyev ifadəsinə əlavə olaraq göstərdi ki, o, tutulduğu Balaxanı qəsəbəsindəki qamışlıq əraziyə 10 qram narkotik vasitə almaq üçün getmiş, mobil telefonunu isə polis əməkdaşlarından qaçarkən yerə çırpıb qırmışdır. Tutulduğu yerə mobil telefonundakı taksi tətbiqilə sifariş edərək çağırdığı “Tayota Prius” markalı avtomobillə getmiş, güman edir ki, onun polislər tərəfindən tutulduğunu görən həmin taksi sürücüsü qorxaraq avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin əks olunduğu videoçəkilişdən əvvəl polis əməkdaşları, eləcə də, Ömər adlı təhqiqatçı ona çəkiliş zamanı nəyi necə deməsini izah etmiş, o da videoçəkiliş zamanı ona deyilmiş həmin halları təkrar etmiş, ailə üzvləri ilə hədələndiyindən törətmədiyi əməli boynuna almışdır. Belə ki, polis əməkdaşları onların bildirdikləri qaydada demədiyi və etiraf etmədiyi halda yaşadığı evdə də axtarış aparacaqları, oradan da külli miqdarda narkotik vasitə aşkar edərək ailə üzvlərini də məsuliyyətə cəlb edəcəkləri ilə onu hədələmişlər. O isə yaşadığı evdə videoçəkiliş aparılmasından və ailə üzvlərinin də məsuliyyətə cəlb ediləcəyindən qorxub abır-həya edərək polis əməkdaşları ilə razılaşaraq narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. İfadəsinin sonunda M.A.C.Quliyev özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olduğunu, narkomaniya xəstəliyindən əziyyət çəkməklə həmin xəstəlikdən müalicə olunmaq istədiyini və 41 yaşında olmaqla himayəsində 2 (iki) azyaşlı uşağı və heç yerdə işləməyən arvadının olmasını bildirərək məhkəmədən əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edərək ona ədalətli cəza təyin edilməsini xahiş etdi.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə 14 iyul 2024 və 15 iyul 2024-cü il tarixlərdə şübhəli şəxs qismində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmişdir. M.A.C.Quliyev həmin izahat və ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum olunmuşdur. Təxminən iki-üç il əvvəl “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə təsadüfən “Səccad” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, arabir əlaqə saxlamış, lakin heç vaxt həmin şəxsdən narkotik vasitə əldə etməmişdir. 13 iyun 2024-cü il tarixdə, təxminən saat 20 radələrində “Səccad” adlı şəxs zəng edərək Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində narkotik vasitə olduğunu, həmin yerə gedərək narkotik vasitəni götürüb sonradan onun dediyi məkanlara qoymağını istəmiş və bunun qarşılığında ona 5000 manat pul verəcəyini bildirmişdir. “Səccad” adlı şəxsin dediyi kimi etmiş, tanımadığı şəxsin idarə etdiyi “Tayota Prius” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə narkotik vasitənin olduğu yerə getmiş, taksidən düşdükdən sonra taksi getmişdir. Narkotik vasitəni olduğu yerdən götürdükdən sonra taksi sifariş edib aparmağı düşünmüşdür. Balaxanı qəsəbəsi ərazisində bir müddət gözləmiş, sonra “Səccad” adlı şəxsin ona göndərdiyi məkana getmiş, iki ədəd üzəri yapışqanlı lentlə sarılmış qara sellofan bağlamaları götürüb avtomobil yoluna doğru hərəkət etməyə başlamış, bu zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək BNMİ-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına dəvət etmişlər, o da bu barədə polis əməkdaşlarına heç bir etiraz etmədən avtomobillə həmin polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona Bakı şəhəri 3 saylı Vəkil Bürosunda fəaliyyət göstərən müdafiəçilərin siyahısı təqdim edilmiş, təqdim olunmuş vəkillərin siyahısından X10 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X14 dəvət olunaraq ona təqdim edilmiş, daha sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Bundan sonra üzərində olan əşyaları masanın üzərinə qoyaraq təqdim etməyi təklif edilmiş, o, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılacağını bildiyi üçün əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən bir ədəd on və iki ədəd bir manatlıq pul əskinaslarını çıxararaq masanın üzərinə qoymuşdur. Ardınca üzərində şəxsi axtarış aparılmış, təqdim etdiyi əşyalardan əlavə əşya və ya predmet aşkar edilməmişdir. Saxlanılarkən əlində daşıdığı iki ədəd, üzəri yapışqanlı lentlə sarılmış, qara rəngli bağlamaları təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri xeyli müddət əvvəl mobil telefon vasitəsi ilə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxsin göndərdiyi məkana, yəni Bakı şəhəri Balaxanı qəsəbəsi Mədən 1 ərazisinə gedərək əldə etdiyini, həmin narkotik vasitələri Səccad adlı şəxsin sonradan dediyi məkanlara qoyaraq bunun qarşılığında 5000 (beş min) manat pul əldə edəcəyini bildirmişdir. Ardınca həmin iki ədəd, üzəri yapışqanlı lentlə sarılmış, qara rəngli bağlamalar açılmış, iki ədəd bağlamanın içərisindən ümumilikdə yeddi ədəd, üzəri yapışqanlı lentlə sarılmış sellofan bağlamalar aşkar edilmişdir. Həmin bağlamalara baxış keçirilmiş, hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmiş, bundan sonra həmin bağlamalar elektron tərəzidə çəkilmiş, sonra iki ədəd qara rəngli sellofan bağlamanın içərisinə qoyularaq müvafiq qaydada qablaşdırılmış, maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Üzərindən aşkar olunmuş bir ədəd “Samsung” markalı mobil telefonun içərisində sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar olması ehtimal edildiyinə görə həmin mobil telefon götürülmüşdür. Bundan başqa üzərindən aşkar olunmuş bir ədəd on və iki ədəd bir manatlıq əskinaslar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Əvvəllər narkotik vasitənin satışı ilə məşğul olmasa da, pul əldə etmək məqsədi ilə “Səccad” adlı İranlının vasitəsi ilə sonuncunun dediyi yerlərə qoymaq üçün ona göndərilən ünvandan Balaxanı qəsəbəsindən üzərindən aşkar edilən narkotik vasitə nəşəni əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. “Səccad” adlı İran vətəndaşının ancaq adını bilir, mobil nömrəsini isə əzbər bilməsə də, üzərindən götürülmüş mobil telefonda onun nömrəsi vardır. “Səccadla” “WhatsApp” proqramı vasitəsi ilə internet şəbəkəsi ilə əlaqə saxlamışdır. İstifadəsində olan “Samsung” markalı mobil telefonunda ***-***-**-** və ***-***-**-** nömrələri vardır və hər iki nömrəsində də “WhatsApp” mobil tətbiqi vardır (bax Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 38-40; 50-53; 71-74;). Həmin izahat və ifadələrinin sonunda müvafiq olaraq “İzahatımı oxudum. Düzdür. Əlavəm yoxdur. İmzamla təsdiq edirəm”, “İfadəmi oxudum düzdür. İmzamla təsdiq edirəm.” cümlələri M.A.C.Quliyev tərəfindən əlyazma ilə qeyd edilməklə izahat və protokol sonuncu və onun müdafiəçisi tərəfindən imzalanmışdır.
5. Məhkəməyədək icraat zamanı M.A.C.Quliyev müdafiəçisinin iştirakı ilə 5 noyabr 2024-cü il tarixdə verdiyi ifadəsində əvvəlki ifadələrinə əlavə olaraq göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmur, üzərindən aşkar edilmiş narkotik vasitəni pul əldə etmək məqsədi ilə “Səccad” adlı iranlının dediyi yerlərə qoymaq üçün əldə etmişdir. "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilməklə iş materiallarına əlavə edilmiş sms-yazışmalardakı ********** və ********** mobil telefon nömrələri ilə aparılmış yazışmalardakı qarşı tərəf narkoman olan məhlə uşağı Elnurdur. Elnur onun da narkotik vasitə istifadə etdiyini bildiyi üçün ondan hər hansı narkotik maddə istəmiş, lakin o, heç kimə pul müqabilində narkotik vasitə satmamışdır. Elnur ona ayrı-ayrı nömrələrdən yazaraq narkotik vasitə istəmiş, lakin o, imtina etdiyindən Elnur ona narazılığını bildirmişdir. Elnurun dəqiq anket məlumatlarını bilmir. Mobil telefonundan aşkar olunmuş +**********42 mobil nömrə isə özünü iranlı kimi təqdim etmiş “Səccad” adlı şəxsə məxsusdur, onunla vatsap zəngləşməsi isə öz istifadəsi üçün narkotik vasitə istəməsi ilə bağlı olmuşdur (Cild 1, i.v. 181-183;).
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı ədavət və düşmənçiliyi yoxdur. Məlum, qərəzsiz və etimad doğuran mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılmaqla Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə 13 iyul 2024-cü il tarixdə BNMİ-nin rəhbərliyinə raportla məruzə etmişdir. Həmin tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, həmin qərar rəhbərlik tərəfindən təsdiq edildikdən sonra onun rəhbərliyi ilə BNMİ-nin Qərb bölgəsində regional şöbəsinin (bundan sonra mətndə-QBRŞ) baş əməliyyat müvəkkilləri olmaqla Bakı şəhərinə ezam olunmuş polis kapitanı Şahid2, polis baş leytenantı Şahid3 və təhqiqatçı polis kapitanı Şahid4 ibarət tərkibdə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupunun daxilində onlara davranış xətti izah edilmişdir. Bundan sonra daxil olmuş əməliyyat məlumatı əsasında 13 iyul 2024-cü il tarixdə, saat 22:40 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaq və daşımaqda şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Mədən 1 ərazisində əlində olan iki ədəd üzəri yapışqanlı lentlə sarılmış qara bağlamaları daşıyarkən saxlanılmış və Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması BNMİnin QBRŞ-nin təhqiqatçısı polis kapitanı Şahid4 tapşırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əldə edilmiş məlumatla bağlı şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilməsi izah edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən bir ədəd on manatlıq və iki ədəd bir manatlıq əskinası çıxararaq masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində əlavə axtarış aparılmış, onun üzərindən başqa əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən əlində daşıdığı üzəri yapışqanlı lentlə sarılmış iki ədəd qara rəngli bağlamaları təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri xeyli müddət əvvəl mobil telefon vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxsin göndərdiyi məkana, yəni Bakı şəhəri Balaxanı qəsəbəsi Mədən 1 ərazisinə gedərək əldə etdiyini, həmin narkotik vasitələri “Səccad” adlı şəxsin sonradan dediyi məkanlara qoyaraq bunun qarşılığında 5000 (beş min) manat pul əldə edəcəyini bildirmişdir. Həmin iki ədəd qara rəngli bağlamalar açılaraq baxılan zaman içərisindən üzəri yapışqanlı lentlə sarılmış ümumilikdə yeddi ədəd sellofan bağlamalar aşkar edilmişdir. Həmin bağlamalara baxış keçirilərkən hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Bundan sonra həmin bağlamalar elektron tərəzidə çəkilmiş və çəkilərinin müvafiq olaraq 3105 qram, 3996 qram, 3481 qram, 2062 qram, 1074 qram, 2054 qram və 2152 qram, ümumilikdə isə 17 kiloqram 924 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr iki ədəd qara rəngli sellofan bağlamanın içərisinə qoyularaq müvafiq qaydada qablaşdırılıb ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Samsung” markalı mobil telefon içərisində sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar olması ehtimal edildiyinə görə götürülmüş, onun üzərindən aşkar olunmuş bir ədəd on manatlıq və iki ədəd bir manatlıq əskinaslar özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxsin göndərdiyi məkana gedərək əldə etdiyini, həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri 5000 (beş min) manat qarşılığında “Səccad” adlı şəxsin sonradan deyəcəyi məkana qoyacağını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, başqa narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetin olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət edilmədiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, doğruluğu şəxsi axtarış zamanı iştirak etmiş şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman, eləcə də, Sabunçu RPİ-nin 12-ci PŞ-yə aparılarkən və ya şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilənədək şöbədə olarkən ona qarşı hər hansı formada fiziki və ya psixi təsir göstərilməmiş, pis rəftara məruz qalmamışdır.
9. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs torbaları əlində götürüb qamışlıqdan avtomobil yoluna çıxarkən tərəflərindən saxlanılmış, həmin vaxt torbalar Molla Ağanın əlində olmuş, sonuncu saxlanılarkən, eləcə də sonradan onlara qarşı hər hansı etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq olmamış, sonuncu törətdiyi əməli səmimi olaraq etiraf etmiş, sonradan bildiyinə görə mobil telefonundan da iranlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaları aşkar olunmuş, habelə onun görəcəyi işin qarşılığında 5000 manat məbləğində pul alacağı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldığı üçün sonuncunu hadisə yerinə gətirmiş “Toyota Prius” markalı taksi sürücüsü avtomobili idarə edərək sürətlə oradan uzaqlaşmış, bu səbəbdən həmin taksi sürücüsünün şəxsiyyəti, habelə avtomobil tərəflərindən müəyyən oluna bilinməmişdir.
10. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, şahidlər Şahid1 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etdi.
11. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin QBRŞ-nin təhqiqatçısı polis kapitanı Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrində qeyd etdikləri ona aid xüsusatları təsdiq edərək verilən suallara cavab olaraq əlavə olaraq göstərdi ki, Quliyev X5 əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq həqiqətən də Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmişdir. Lakin tərəfindən tərtib edilmiş 14 iyul 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun sonuncu vərəqində şəxsi axtarış və götürmə hərəkətlərinin BNMİnin inzibati binasında keçirilməsinin qeyd edilməsi texniki səhv olmuş və həmin ünvan Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binası kimi oxunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən Sabunçu rayonu Balaxanı qəsəbəsi Mədən 1 ünvanında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmiş, tərəfindən müdafiəçi ilə təmin edilməklə hüquq və vəzifələri ətraflı izah olunduqdan sonra şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana götürülməklə ekspertiza tədqiqatına göndərilmiş və material aidiyyəti üzrə istintaq orqanına təhvil verilmişdir. O, əməliyyat qrupuna daxil edilsə də, faktiki olaraq təqsirləndirilən şəxs M.A.C.Quliyevin barəsində keçirilən əməliyyat-axtarış tədbirlərində iştirak etməmiş, sonuncunu ilk dəfə şöbədə olarkən görmüş, yalnız ilkin istintaq hərəkətlərinin keçirilməsində iştirak etmiş və prosessual sənədləşdirmə işlərini həyata keçirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 5000 manat qarşılığında əvvəllər tanıdığı iranlının göstərişi ilə sonuncunun dediyi yerdən götürüb deyəcəyi yerlərə qoymaqla pul qazanacağını bildirmişdir. O, ibtidai istintaq zamanı tərtib etdiyi protokolda olan texniki səhvi ilə əlaqədar dindirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı və sonradan hər hansı etirazını bildirməmişdir. O, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilərkən sonuncunun saxlanıldıqdan sonra yaxınlıqda yerləşən polis qurumuna gətiriləcəyini nəzərə alaraq baş idarənin əməliyyatçıları tərəfindən M.A.C.Quliyevin barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən Bakı şəhəri Sabunçu rayonu ərazisində avtomobilində olmuş və polis əməkdaşlarından cavab gözləmişdir.
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və çoxsaylı şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, 13 iyul 2024-cü il tarixdə, saat 22:40-da BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Mədən-1 ərazisində saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 12-ci PŞdə üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan 2 (iki) ədəd qara rəngli sellofan bağlamalarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkibinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 17725 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktına görə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X16 tərəfindən 14 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata götürülməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
14. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 13 iyul 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlaması, daşıması və Bakı şəhəri Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Ələkbər Xələfov tərəfindən təsdiq edilməklə Şahid1 rəhbərliyi ilə həmin Baş İdarənin QBRŞ-nin baş əməliyyat müvəkkilləri polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid3, təhqiqatçı polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.A.C.Quliyev 13 iyul 2024-cü il tarixdə, saat 22:40 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Mədən-1 ərazisində əlində olan 2(iki) ədəd üzəri yapışqanlı lentlə sarılmış qara bağlamaları daşıyarkən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmişdir (Cild 1, i.v. 3-10;).
15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 5(008)- 761/2024 saylı qərarından görünür ki, BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Ələkbər Xələfov tərəfindən təsdiq edilmiş 13 iyul 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir (Cild 2;).
16. “Şübhəli şəxsin tutulması haqqında” 13 iyul 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin QBRŞ-nin təhqiqatçısı polis kapitanı Şahid4 tərəfindən müdafiəçisi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə həmin tarixdə, saat 00:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, M.A.C.Quliyev azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 iyul 2024-cü il tarixdə, saat 22:40 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 11-12; 21;).
17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyul 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X7 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün BNMİ-nin QBRŞ-nin təhqiqatçısı polis kapitanı Şahid4 tərəfindən həmin baş idarənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, həmin şöbənin baş əməliyyat müvəkilləri polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid3, eləcə də, müdafiəçi X7 iştirakı ilə Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində həmin tarixdə, saat 01:05-dən saat 01:30-dək şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən onlara özlərini təqdim etməsi təklif edilmiş, M.A.C.Quliyev özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı şəkildə izah edilərək paltarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra M.A.C.Quliyev əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən bir ədəd on və iki ədəd bir manatlıq əskinasları çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, təqdim etdiyi əşyalardan başqa digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən əlində daşıdığı iki ədəd üzəri yapışqanlı lentlə sarılmış qara rəngli bağlamaları təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri xeyli müddət əvvəl mobil telefon vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxsin göndərdiyi məkana, yəni Bakı şəhəri Balaxanı qəsəbəsi Mədən 1 ərazisinə gedərək əldə etdiyini, həmin narkotik vasitələri “Səccad” adlı şəxsin sonradan dediyi məkanlara qoyaraq bunun qarşılığında 5000 (beş min) manat pul əldə edəcəyini bildirmişdir. Həmin iki ədəd qara rəngli bağlamalar açılaraq baxılan zaman içərisindən üzəri yapışqanlı lentlə sarılmış ümumilikdə yeddi ədəd sellofan bağlamalar aşkar edilmişdir. Həmin bağlamalara baxış keçirilərkən hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Bundan sonra həmin bağlamalar elektron tərəzidə çəkilmiş və çəkilərinin müvafiq olaraq 3105 qram, 3996 qram, 3481 qram, 2062 qram, 1074 qram, 2054 qram və 2152 qram olmaqla, ümumilikdə 17 kiloqram 924 qram olması müəyyən edilmiş, iki ədəd qara rəngli sellofan bağlamanın içərisinə qoyularaq müvafiq qaydada qablaşdırılıb ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Samsung” markalı mobil telefon içərisində sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar olması ehtimal edildiyinə görə götürülmüş, onun üzərindən aşkar olunmuş bir ədəd on manatlıq və iki ədəd bir manatlıq əskinaslar özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxsin göndərdiyi məkana gedərək əldə etdiyini, həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri 5000 (beş min) manat qarşılığında “Səccad” adlı şəxsin sonradan deyəcəyi məkana qoyacağını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət edilmədiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “Samsung” markalı mobil telefondan istifadə edilməklə polis əməkdaşı Şahid1 tərəfindən videoçəkiliş aparılması qeyd olunmuşdur. Bu barədə həmin tarixdə, saat 01:35-dən 02:00-dək protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 30- 33;).
18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyul 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı 1 (bir) ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 24 dəqiqə 6 saniyə olan həmin videogörüntüyə müstəntiq M.Ü.Məmmədov tərəfindən şübhəli şəxs M.A.C.Quliyev və onun müdafiəçisi Z.L.Kazımovun iştirakı ilə baxış keçirilməsinə dair 14 iyul 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxs M.A.C.Quliyevin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, M.A.C.Quliyevin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videogörüntüdən M.A.C.Quliyevin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda videogörüntüdən M.A.C.Quliyevin ona qarşı hər hansı fiziki və sair təzyiqlərin olub-olmaması barədə təhqiqatçı tərəfindən verilmiş, habelə istintaq hərəkətinin qeydə alındığı videoçəkilişdən hər hansı narazılığının olub-olmaması barədə müdafiəçi tərəfindən verilmiş suallara sərbəst və fəal şəkildə cavab verərək heç bir təzyiqə məruz qalmadığını, habelə istintaq hərəkətinin qeydə alındığı videoçəkilişdən narazılığının olmadığını bildirməsi müəyyən olunmuşdur. Həmçinin, videogörüntülərdən M.A.C.Quliyevin üzərində aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı iranlı “Səccad” adlı şəxsin göstərişi ilə onun bildirdiyi yerlərə qoymalı olduğunu, bunun müqabilində isə sonuncunun ona 5000 manat məbləğində pul vəd etdiyini bildirməsi müəyyən olunmuşdur (Cild 1, i.v. 33; 54-55;).
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-bioloji ekspertizasının” 14 iyul 2024-cü il tarixli, 3-16-16-2- 7/1150 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs əlində daşıdığı qara rəngli........marixuanaya bənzər kütlələr...” yazı və imzalar olan birinci polietilen bağlamada ümumi sayı 4 (dörd) ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2045 qram, 2150 qram, 2040 qram və 1065 qram olmaqla, ümumi çəkisi 7300 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs əlində daşıdığı qara rəngli........marixuanaya bənzər kütlələr...” yazı və imzalar olan ikinci polietilen bağlamada ümumi sayı 3 (üç) ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3945 qram, 3420 qam və 3060 qram olmaqla, ümumi çəkisi 10425 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanaların ümumi çəkisi 17725 qram olub, tərkiblərinə görə eynidir. Marixuananın ümumi çəkisi - 17725 qram, tədqiqata sərf edildi - 0,35 qram, qalıq - 17724,65 qram. Aparılmış tədqiqatın dəyərinin 70 (yetmiş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 41-45;).
20. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrlə müdafiəçisinin iştirakı ilə ona ittiham elan edilməklə hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1, i.v. 60-70;).
21. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 4(008)- 429/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 13 iyul 2024cü il tarixdə, saat 22:40 dəqiqədən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək narkotik vasitəni iran vətəndaşından atdığı “konum” üzrə götürdüyünü, onun dediyi yerə çatdırması müqabilində ona 5000 manat pul verəcəyini bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Həmin məhkəmənin 8 noyabr 2024-cü il tarixli, 4(008)-684/2024 saylı qərarından görünür ki, M.A.C.Quliyevin həbsdə saxlanılma müddəti 3 dekabr 2024-cü il tarixədək uzadılmışdır(Cild 1, i.v. 84-89; 211-215;).
22. “Maddi sübut kimi tanıma haqqnda” 15 iyul 2024-cü il tarixli qərardan və müvafiq raportlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş cəmi 17725 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmaqla tədqiqatdan sonra qalıq qalan 17724,65 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (Cild 1, i.v. 90-91; 93;191;).
23. “Mobil telefona baxış keçirilməsi haqqında” 20 iyul 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı, “A12” modelli mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun simkartlar yuvasında üzərində ***-***-**-** saylı "xxxx" mobil operatoruna məxsus və ***-***-**-** saylı "xxxx" mobil operatoruna məxsus abonent nömrələrinin olması müəyyən edilmişdir. Mobil telefona baxış zamanı telefonda “Whatsapp Messenger” və “Whatsapp Business” mobil tətbiqlərinin quraşdırıldığı müəyyən edilmişdir. “Whatsapp Business” mobil tətbiqinə baxış zamanı İran İslam Respublikası mobil şəbəkəsinə aid +**********42 mobil telefon nömrəsi ilə 13 iyul 22:35 dəqiqədə, 22:26 dəqiqədə və 21:43 dəqiqədə zənglərin olması müəyyən edilmişdir. Qeyd edilən “Whatsapp Messenger” və “Whatsapp Business” mobil tətbiqlərinə baxış zamanı sübut əhəmiyyətli digər məlumatlar aşkar edilməmişdir. Həmçinin mobil telefonun “Mesajlar”, “Zənglər”, “Qalareya” qovluqlarına və məlumatların saxlanıldığı digər bölmələrə baxış zamanı hər hansı maraq kəsb edən məlumat aşkar edilməmişdir (Cild 1, i.v 97;).
24. Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisi polis polkovnik-leytenantı Yunis Ələsgərovun müstəntiq Musa Məmmədovun əməliyyat tapşırığına 10 sentyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamış, onun narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına dair məlumatlar əldə edilsə də, konkret olaraq kimlərə narkotik vasitələr satması müəyyən edilməmiş, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir (Cild 1, i.v. 110;).
25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 18 sentyabr 2024-cü il tarixli cavabından, müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 1(008)-431/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 7(008)-78/2022 saylı qərarı ilə barəsində “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən cəzası 1(bir) il müddətə azaldılmışdır. Bundan başqa, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(008)-189/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7 iyul 2023-cü il tarixli, 7(010)-403/2023 saylı qərarı ilə həmin cəzasının çəkilməmiş 2 (iki) ay 25 (iyirmi beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 2 oktyabr 2023-cü il tarixdə M.A.C.Quliyevin cəza müddəti başa çatmış, lakin məhkumluğu ödənilməmiş və üzərindən qanunla müəyyən edilmiş qaydada götürülməmişdir (Cild 1, i.v. 119-132;).
26. “Telefon məlumatlarına baxış keçirilməsi barədə” 30 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı ilə götürülmüş 1 (bir) ədəd CD diskdəki məlumatlara baxış keçirilmiş, baxış zamanı ***-***-**-** mobil telefon nömrəsi ilə 1 dekabr 2023-cü il tarixdən 16 iyul 2024-cü il tarixədək olan müddət ərzində aparılmış danışıqlara dair sübut əhəmiyyəti kəsb edə biləcək aşağıdakı sms mətnləri aşkar edilmişdir: 16 mart 2024-cü il tarixdə **********71 mobil telefon nömrəsindən **********37 mobil telefon nömrəsinə “Qaw qor derman.qatirabilsan 2istayan vardi 2ed menda qoturardim.pulu amaqa risk etmiramki alinar?qalana sen?bir cvd bilim burax4m qetsin..,ya alim pulu.?”; 16 mart 2024-cü il tarixdə **********71 mobil telefon nömrəsindən **********37 mobil telefon nömrəsinə “Qalmiwam agrida.inamirsan”; 19 mart 2024-cü il tarixdə **********71 mobil telefon nömrəsindən **********37 mobil telefon nömrəsinə “Qaw senallah bu derman iwini mene awirt.uje bu .... axira cixacey”; 28 mart 2024-cü il tarixdə **********10 mobil telefon nömrəsindən **********37 mobil telefon nömrəsinə “Qaw agrairam bir yana.bu qeda 20m onudi s...b omrumu.qal cixda.”; 2 aprel 2024-cü il tarixdə **********71 mobil telefon nömrəsindən **********37 mobil telefon nömrəsinə “Bilmiram,o neidi,amma bundan qabaq buna baxanda wukur du.bidaki dermandi qatıblar apar qaytar soxsun q....a.”; 21 iyun 2024-cü il tarixdə **********71 mobil telefon nömrəsindən **********37 mobil telefon nömrəsinə “EQER ALİNSA DA. 5 DİK DASH PAS ATARDİN MENE. OZUMA QALİMDA.” məzmunlu sms-mesajlar göndərilməsi müəyyən edilmişdir. Diskə keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş, protokolda sms mətnlərində narkotik vasitələrin dövriyyəsi ilə bağlı yazışmalar müəyyən edildiyindən həmin sms mətnlərinin əks olunduğu çıxarışların çap edilərək protokola əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən məlumatlara məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış zamanı M.A.C.Quliyevin istifadəsində olmuş mobil telefon nömrəsi ilə müxtəlif şəxslərə məxsus mobil telefon nömrələri arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair jarqon ifadələrlə sms-yazışmaların aparılması, həmin nömrələrə “Kapitalbank” və “Unibank” banklarına məxsus plastik bank kart nömrələrini göndərilməsi müəyyən edilmişdir(Cild 1, i.v. 137-142;).
27. “Telefon məlumatlarına baxış keçirilməsi barədə” 4 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı ilə əldə edilmiş 1 (bir) ədəd CD diskdəki məlumatlara baxış keçirilmiş, baxış zamanı ***-***-**-** mobil telefon nömrəsi ilə 1 dekabr 2023-cü il tarixdən 16 iyul 2024-cü il tarixədək olan müddət ərzində aparılmış danışıqlara dair sübut əhəmiyyəti kəsb edə biləcək aşağıdakı sms mətnləri aşkar edilmişdir: 18 dekabr 2024-cü il tarixdə **********00 mobil telefon nömrəsindən **********75 mobil telefon nömrəsinə “Molla qaqas bidene kakos gelib qaqas usaqa qaqa 8 10 il bunan qabaqki kakoslardan qaqa circirtli 1 cete kulivat eleysen”; 26 fevral 2024-cü il tarixdə **********71 mobil telefon nömrədən **********75 mobil telefon nömrəsinə “NİYA SENDA MENE ATRAVAYA QORE YALAN DEYİRSEN. OZUDE İLQARKİMİSİNİN ATRAFİNDA. AU BLAAA”; 27 fevral 2024-cü il tarixdə **********80 mobil telefon nömrəsindən **********75 mobil telefon nömrəsinə “Kontur yoxdur Mollağa danlşmağa. 13m aşağı yeri yoxdu 12-ə özüm götürürəm mənədə 1 manat qalsında brat halallığla....”; 19 aprel 2024-cü il tarixdə **********09 mobil telefon nömrəsindən **********75 mobil telefon nömrəsinə “... o atravanin İçinə ki baLamin canina and diçim şorada emel ele meyim seni kisi biLirdim...”; 1 iyul 2024-cü il tarixdə **********25 mobil telefon nömrəsindən **********75 mobil telefon nömrəinə “Mollaga torpağ olsa de mene” məzmunlu sms-mesajlar göndərilməsi müəyyən edilmişdir. Diskə keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş, protokolda sms mətnlərində narkotik vasitələrin dövriyyəsi ilə bağlı hallar müəyyən edildiyindən həmin sms mətnlərinin əks olunduğu çıxarışların çap edilərək protokola əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən məlumatlara məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış zamanı M.A.C.Quliyevin istifadəsində olmuş mobil telefon nömrəsi ilə müxtəlif şəxslərə məxsus mobil telefon nömrələri arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair jarqon ifadələrlə sms-yazışmaların aparılması müəyyən edilmişdir (Cild 1, i.v. 143-149;).
28. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 29 iyul 2024-cü il tarixli, 5161 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, M.A.C.Quliyev deməsinə görə narkotik vasitə heroindən və narkotik vasitə olan marixuanadan çəkməklə istifadə edir (Cild 1, 151-152;).
29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X22 5 noyabr 2024-cü il tarixli 7986 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə hal-hazırkı tarixədək xəstəxanaya müraciət etməmişdir (Cild 1, i.v. 153;).
30. “Sübutların qiymətləndirilməsi haqqında” 5 noyabr 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, hazırkı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Səccad” adlı şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin ayrılaraq icraata qəbul edilməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi çəkisi 17725 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınmaqla tədqiqatdan sonra qalıq qalmış 17724,65 qram narkotik vasitə qurudulmuş marixuananın saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 1(bir) ədəd DVD formatlı diskin, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 (iki) ədəd diskin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı götürülmüş 1(bir) ədəd “Samsung” markalı, “A12” modelli mobil telefonun iş üzrə maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, şəxsi axtarış və götürmə protokolundakı sonuncu vərəqdə istintaq hərəkətlərinin “BNMİ-nin inzibati binasında” keçirilməsinin qeyd edilməsinin mexaniki səhv olduğu nəzərə alınmaqla həmin ünvanın “Sabunçu RPi-nin 12-ci PŞ-nin inzibati binası” kimi oxunmasının nəzərə alınması qərara alınmışdır (Cild 1, i.v. 154-169; 179;).
31. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 5 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılaraq istintaqı aparılır (Cild 1, i.v. 171-172;).
32. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq M.Ü.Məmmədov tərəfindən 7 noyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, qeyd edilən ittiham aktı həmin tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.192-203;).
33. Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs M.A.C.Quliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
34. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan və AZE №11784787 və AZE №11067694 seriyalı şəxsiyyət vəsiqələrindən, “Doğum haqqında” AZ-İİİ№509796 və AZ-İİİ№848547 nömrəli şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 20 iyun 1992-ci il təvəllüdlü arvadı X3, 25 iyun 2016-cı il təvəllüdlü qızı Humay Quliyeva və 1 avqust 2014-cü il təvəllüdlü oğlu Cabir Quliyevdən ibarətdir (Cild 1, i.v. 95-96;Cild 2;).
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 5599/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2024-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, M.A.C.Quliyev xəsarət almadığını (inkar edir) bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı sağ aşağı ətrafda köhnə çapıq toxuması aşkar olunmuşdur (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
36. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
38. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
39. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
40. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs M.A.C.Quliyevin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.
41. Belə ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.
42. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir.
43. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 17725 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarından təxminən 3545 dəfə, külli miqdarından isə təxminən 35 dəfədən artıq olması, narkotik vasitə qurudulmuş marixuananın çoxsaylı bağlamalara bükülmüş halda aşkar edilməsi, qeyrisi ilə qabaqcadan əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışına dair daxil olan və çıxan sms-mesaj yazışmaları və vatsap danışıqları, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən quruma bununla bağlı daxil olmuş məlum, etibarlı və qərəzsiz məlumatlar, eləcə də, məhkəməyədək icraat zamanı, o cümlədən videoçəkiliş vasitəsilə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçisinin iştirakı ilə qeyrisi ilə qabaqcadan əlbir olaraq özünün qazanc əldə etmək məqsədilə müəyyən pul (5000 manat) qarşılığında ona bildirilmiş yerlərə narkotik vasitə qoymaq məqsədinin olması ilə bağlı verdiyi və işin digər faktiki halları ilə eynilik təşkil edən etirafedici ifadələri, həmçinin məhkəməyədək icraat zamanı barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə özünü təqsirli bilərək törətdiyi əməli etiraf etməsi, çoxsaylı şahid ifadələri və digər mötəbər sübutlarla onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
44. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
45. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
47. Hökmün 46-cı bəndində qeyd edilən qərarın 12-ci bəndində göstərilmişdir ki, CMin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır....Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
48. Məhkəmə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaması, ittihamda göstərilən yerə 100 manat müqabilində öz şəxsi istifadəsi üçün sifariş etdiyi 10 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana götürməyə getməsi, lakin ona bildirilmiş ünvanda külli miqdarda narkotik vasitə olmasını gördükdən sonra həmin bağlamanı götürmədən oradan uzaqlaşmağa çalışması, saxlanılarkən əlində içərisində narkotik vasitə olan hər hansı bağlama olmaması, o cümlədən polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin bağlamanın sonuncular tərəfindən ona verilərək özünə məxsusluğunu boynuna alması üçün məcbur edilməsi, yaşadığı ünvanda videoçəkiliş aparılmasından, eləcə də ailəsi ilə bağlı hədələrə məruz qaldığından törətmədiyi əməli boynuna alması, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı polis əməkdaşları və təhqiqatçının bildirdiyi formada izahat verməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
49. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
50. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
51. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X4rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
52. Halbuki, Quliyev X1 və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə M.A.C.Quliyev hökmün 17-18, 21 və 35-ci bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən, sonradan həmin qətimkan tədbirinin müddətinin uzadılması məsələsinə müvafiq məhkəmədə baxılarkən, eləcə də, müstəntiq tərəfindən dəfələrlə, həmçinin əlavə dindirilməsi zamanı və ya ondan sonrakı dövrdə hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin hökmün 17-18, 21 və 35-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da, M.A.C.Quliyevin saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə, dindirmə və digər istintaq hərəkətləri keçirilərkən, hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs M.A.C.Quliyev əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla müvafiq məhkəmə qərarları ilə məhkum edilmiş, eləcə də, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə cəzaçəkmə yerində cəza çəkmiş, habelə məhkəməyədək icraat zamanı istintaq təcridxanasında çoxsaylı oxşar xarakterli ittihamlarla cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərlə birlikdə saxlanılmış, lakin məhkəməyədək icraat zamanı istər ibtidai istintaqı aparan müstəntiqə müdafiəçisinin iştirakı ilə ifadə verərkən və müxtəlif istintaq və prosessual hərəkətlərdə iştirak edərkən hər hansı etirazını (satışla məşğul olmamasını deməsindən başqa) bildirməmişdir. Həmçinin, M.A.C.Quliyevin guya iddia etdiyi kimi ibtidai araşdırmanın ilkin təhqiqat mərhələsində onu cinayət başında ifşa etməklə yaxalayan polis əməkdaşları və sonradan müvafiq sənədləşdirmə işlərini həyata keçirmiş təhqiqatçı tərəfindən psixi təzyiqə məruz qalması ilə əlaqədar ondan tələb edilən qaydada şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı deməsini bildirməsinə baxmayaraq, sonradan iş ibtidai istintaq orqanına verildikdən sonra nə müstəntiqə, nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də hər hansı digər şəxsə, habelə barəsində həbs qətimkan tədbiri seçilərkən və həmin qətimkan tədbiri uzadılarkən məhkəmələrə bu barədə hər hansı məlumat verməməsinin səbəblərini izah edə bilməmişdir. Nəzərə alınmalıdır ki, əməliyyataxtarış fəaliyyətini və təhqiqatı həyata keçirmiş polis orqanı ilə iş üzrə ibtidai istintaqı aparmış qurumlar arasında hər hansı tabeçilik münasibəti olmadığından və kifayət qədər uzun müddət ərzində davam etmiş ibtidai istintaq zamanı M.A.C.Quliyevin ondan aşkar edilmiş predmetləri ümumiyyətlə götürməməsi və sair işin faktiki halları ilə inkar edilən xüsusatları bildirməməsi sağlam məntiqə uyğun deyildir. Əksinə M.A.C.Quliyev tutulduqdan təxminən bir gün sonra ibtidai istintaq orqanına müdafiəçisinin iştirakı ilə ifadə verərkən törətdiyi cinayət əməli barədə istintaq orqanına ətraflı məlumat vermiş, həmin verdiyi ifadəni sonradan məhkəmə nəzarəti qaydasında da qapalı məhkəmə iclasında barəsində həbs qətimkan tədbiri seçilərkən təkrarlamış və ibtidai istintaqın sonrakı mərhələsində də qeyd edilən predmetləri götürməməsi, psixi təzyiqə məruz qalması və sair işin faktiki halları inkar edilən xüsusatları qeyd etməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin guya göndərdiyi 100 manat müqabilində 10 qram qurudulmuş marixuana əldə etmək üçün iranlının ona bildirdiyi həmin ünvana getməsini bildirməsi inandırıcı deyildir. Belə ki, istintaq və məhkəmə təcrübəsindən çıxış edərək çoxsaylı işlər üzrə qəbul edilmiş yekun məhkəmə qərarlarına əsasən əminliklə o qənaətə gəlmək mümkündür ki, narkotik vasitə istifadəçiləri tərəfindən qanunsuz olaraq qeyd edilən məbləğə 10 qram deyil dəfələrlə daha çox miqdarda qurudulmuş marixuana əldə etmələri hallarına rast gəlinir. Başqa sözlə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, M.A.C.Quliyevin sonradan məhkəmə icraatı zamanı verdiyi və işin faktiki halları ilə tam inkar edilən ifadələri ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq, habelə törədilmiş cinayət əməllərini pərdələmək məqsədi daşıyır.
53. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs M.A.C.Quliyevin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.
54. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
55. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. M.A.C.Quliyev CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.
57. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
58. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
59. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
60. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
61. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
62. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 41 yaşında olmaqla özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını və narkomaniya xəstəliyindən müalicə olunaraq sağalmaq istədiyini bildirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
63. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
64. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
65. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 25-ci bəndinə). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.
66. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın orta həddə yaxın həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
67. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
68. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
69. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
70. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
71. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 13 iyul 2024-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 8 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
72. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 iyul 2024-cü il tarixdən hesablanmalıdır.
73. Məhkəmə hökmün 28-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
74. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
75. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Sabunçu RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 17724,65 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 1 (bir) ədəd “Samsung” markalı, “A12” modelli mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videogörüntünün köçürüldüyü 1 (bir) ədəd disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
76. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
77. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
78. İş üzrə mülki iddia verilməməsi və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.
79. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
80. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X9 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
81. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında tədqiqatlardan sonra qalıq çəkisi 17724,65 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 1 (bir) ədəd “Samsung” markalı, “A12” modelli mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 3 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlakın, mülki iddianın olmaması nəzərə alınsın Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.