Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-774/2022 22.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X6 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 55/57 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstəriləcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Kəbleyi” təxəllüslü şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Kəbleyi” təxəllüslü şəxs və ya qrupun digər üzvləri istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 5939,699 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini və külli miqdarda - 5935 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib tanışları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Lökbatan qəsəbəsindən Masazıra gedən yolda yol nişanının altında gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 55/57 ünvanında yerləşən nömrəsiz fərdi evə daşıyaraq orada saxlamış, narkotik vasitə heroinin bir hissəsini isə üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində yerləşən, eyni adlı heykəlin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində yerləşən, eyni adlı heykəlin yaxınlığında saxlanılaraq adı çəkilən İdarəyə gətirilmiş və orada 10 dekabr 2021-ci il tarixdə saat 21:50dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli qısa qol gödəkcəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 69,699 qram olan narkotik vasitə heroin, həmin tarixdə saat 23:10-dan özünün razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 55/57 ünvanında yerləşən nömrəsiz fərdi evə baxış keçirilən zaman evin yataq otağında olan dolabın içərisindəki çantadan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 06 bükümdə ayrı-ayrılıqda çəkiləri 1060 qram, 1120 qram, 900 qram, 890 qram, 920 qram və 980 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 5870 qram olan narkotik vasitə heroin və 06 bükümdə ayrı-ayrılıqda çəkiləri 945 qram, 1000 qram, 920 qram, 940 qram, 990 qram və 1140 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 5935 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, bir müddətdir “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindən yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə istifadə edir. Subaydır, 2021-ci ilin mart ayında boşanmışdır, himayəsində iki övladı var. Əvvəllər fərdi əmək failəyyəti göstərsə də, hazırki iş üzrə tutulduqdan 1-2 ay əvvəlki müddətdə heç bir işlə məşğul olmamışdır. İran İslam Respublikasının vətəndaşı olan “Kəbleyi” ləqəbi ilə tanıdığı şəxsi bir ik əvvəl rəhmətə gedən Malik adlı tanışının vasitəsi ilə tanımışdır. Belə ki, X9 Respublikasının vətəndaşları vasitəsi ilə Azərbaycan ərazisinə gətirilən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmuş, bir neçə dəfə də onun telefonu ilə həmin “Kəbleyi” adlı şəxslə əlaqə saxlamışdır. Malik dünyasını dəyişəndən sonra “Kəbleyi” bir neçə dəfə onunla əlaqə saxlayaraq, ona müəyyən ödəniş müqabilində, göndərdiyi narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının ərazisində paylamasını təklif etsə də o, razı olmamışdır. Tutulmamışdan təxminən bir ay əvvəl “Kəbleyi” onunla yenə də əlaqə saxlamış və ona Azərbaycana göndərəcəyi narkotik vasitə və psixotrop maddələri qısa müddət ərzində özündə saxlamağı təklif etmiş, o da maddi ehtiyacı olduğundan onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə “Kəlbeyi” onunla əlaqə saxlayaraq, malın Lökbatan qəsəbəsindən Masazıra gedən yolda yol nişanının altında olduğunu demiş, o da həmin yerə gedərək malı götürmüşdür. Həmin vaxt onun götürdüyü torbanın içində hansı miqdarda və növdə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmamışdır. Götürdüyü narkotik vasitələrini yaşadığı evə apararaq yataq otağının sol tərəfindəki taxta konustruksiyalı dolabın içində gizlətmişdir. Həmin narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti olmamışdır. 10 dekabr 2021-ci il tarixdə axşam saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonunda, Nəriman Nərimanov heykəlinin yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etməklə, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etmədən onlarla birlikdə idarəyə getmişdir. İdarədə olarkən onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və təhqiqatçı tərəfindən üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroini təqdim etmişdir. Sorğu-sual zamanı o, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Kəbleyi” təxəllüslü şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində gizlədilən yerdən götürdüyünü, həmin İran İslam Respublikası vətəndaşı ilə “Malik” adlı dostunun vasitəsi ilə tanış olduğunu, əlavə olaraq Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 55/57 ünvanında yerləşən nömrəsiz fərdi evə getmiş və həmin evin yataq otağının sol tərəfindəki taxta konustruksiyalı dolabın içində gizlətdiyi bir ədəd çantanı təqdim etmişdir. Həmin çantanın içindən altı bükümdə psixotrop maddə metamfetamin, altı bükümdə narkotik vasitə heroin və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Verilən suallara cavab olaraq o, bildirmişdir ki, üzərindən və evindən aşkar edilmiş maddələri İran İslam Respublikası vətəndaşı olan “Kəbleyi” təxəllüsü ilə tanıdığı şəxsdən aldığını bildirmişdir. “Kəbleyi” ləqəbi ilə tanıdığı şəxslə heç vaxt görüşməmişdir. Əvvəllər istifadə etdiyi narkotik vasitələri Yasamal rayonunda tanımadığı şəxslərdən alırmış. Narkotik vasitə heroindən başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. O nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də mənzilinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. O, heç vaxt narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. 10 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili Şahid3 və polis nəfəri Şahid2 daxil edilmişdir. 10 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində yerləşən, eyni adlı heykəlin yaxınlığında olması müəyyən edilmiş və həmin yerə getmişlər. Axşam saatlarında onlar, qeyd edilən yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən edib, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Qrupunun təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa qol gödəkçənin cibindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Kəlbeyi” təxəllüslü şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində gizlədilən yerdən, deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, öldüyünü bildirdiyi “Malik” adlı dostunun vasitəsi ilə həmin şəxslə tanış olduğunu, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, əlavə olaraq Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmış və baxış keçirilməsi üçün həmin evə gəlmişlər. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs evdə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar varsa onları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin yataq otağının sol tərəfindəki taxta konustruksiyalı dolabın içində gizlətdiyi bir ədəd qırmızı rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içindən altı bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, altı bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələr və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Kəlbeyi” təxəllüslü şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində gizlədilən yerdən, deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, öldüyünü bildirdiyi “Malik” adlı tanışının vasitəsi ilə həmin şəxslə tanış olduğunu, narkotik vasitələrdən istifadə etmədiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təyziq olunmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə verməklə, verilmiş suallara cavab olaraq bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması qeyd olunurdu. Keçirdikləri tədbir zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində yerləşən, eyni adlı heykəlin yaxınlığında saxlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa qol gödəkçənin cibindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Onlarda ilkin daxil olan məlumat zamanı saxlanılan şəxsin İİR vətəndaşı ilə hər hansı bir əlaqəsinin olması barədə məlumat olmasa da, Təqsirləndirilən şəxs tərəflərindən saxlandıqdan sonra özü narkotik vasitələri və psixotrop maddəni adını «Kəbleyi» kimi bildiyi İran İslam Respublikasının vətəndaşından alaraq satış məqsədi olmadan saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman müqavimət göstərməmiş, müvafiq hərəkətlərin keçirildiyi zaman videoçəkilişdən istifadə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, tutmanın əsası kimi Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döviyyəsi ilə məşğul olmasında şübhəli olması olmuşdur (cild 01, iş vər 21). “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində yerləşən, eyni adlı heykəlin yaxınlığında saxlanılaraq BNMİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Huawei” markalı mobil telefon, bir ədəd açar, həmin şalvarın sağ arxa cibindəki pul qabının içindən 40 AZN pul və plastik bank kartı aşkar edilmişdir. Təqdim edilmiş bir bükümdə narkotik vasitə heroinə bənzər maddə, “Huawei” markalı mobil telefon və plastik bank kartı götürülmüş, bir ədəd açar, 40 AZN pul və bir ədəd pul qabı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 10 dekabr 2021-ci il tarixdə saat 21:50-də başlamış və həmin tarixdə saat 21:58-də bitmişdir (cild 01, iş vər. 30-32). “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində yerləşən, eyni adlı heykəlin yaxınlığında saxlanılmış və Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 55/57 ünvanında yerləşən nömrəsiz fərdi evə baxış keçirilən zaman sonuncu evin yataq otağının sol tərəfindəki taxta konustruksiyalı dolabın içində gizlətdiyi bir ədəd çantanı təqdim etmişdir. Həmin çantanın içindən altı bükümdə psixotrop maddə metamfetaminə bənzər, altı bükümdə narkotik vasitə heroinə bənzər kütlələr və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin bükümlər və 02 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Baxış keçirmə və götürmə istintaq hərəkəti 10 dekabr 2021-ci il tarixdə saat 23:10-da başlamış və həmin tarixdə saat 23:22-də bitmişdir (cild 01, iş vər. 36-37). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 11 dekabr 2021-ci il tarixli 6/5455 nömrəli materialların məhkəmə ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş: - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 69,699 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” və s. yazılar, imzalar olan çantadakı 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 945 qram; 1000 qram; 920 qram; 940 qram; 990 qram; 1140 qram; ümumi təmiz çəkiləri 5935 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 06 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1060 qram; 1120 qram; 900 qram, 890 qram, 920qram; 980qram; ümumi təmiz çəkiləri 5870 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 06 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 02 ədəd elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzilərin üzərində heroin iz şəklində olduğundan eyniləşdirmə üzrə tədqiqatın aparılması və təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş heroin kütlələri öz aralarında kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi (üzərindən və mənzilindən) təmiz çəkisi - 5939,699 qram, tədqiqata sərf edildi - 0,15 qram, qalıq - 5939,549 qram. Metamfetamin ümumi təmiz çəkisi – 5935 qram, tədqiqata sərf edildi - 0,12 qram, qalıq - 5934,88 qram (cild 01, iş vər. 46- 52). Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 fevral 2020-ci il tarixli, 4(005)- 11295/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəssi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər 93-98). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər 132-133). “Mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs götürülmüş “Huawei P20” markalı mobil telefona baxış keçirilən zaman “Whatsapp” mobil tətbiqinin “Kişilər” bölməsində adı “İlq” kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus +98 903 *** **** mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə iranlı şəxsdən Təqsirləndirilən şəxs qəbz şəkli göndərilir. Həmin qəbzdə X1 adına olan karta 595 manat pul köçürülməsi əks olunmuşdur. xx.xx.2021-ci il tarixdə göndərilmiş qəbz şəklində isə qeyd edilən karta 450 manat pul göndərilməsi göstərilmişdir. xx.xx.2021-ci il tarixdə iranlı şəxsdən Təqsirləndirilən şəxs “600 k 200 p”, “3 kilo kola 2 kilo pati”, “40 kola, 10 pati”, “100 kola, 25 pati” məzmununda ismarıclar göndərilmişdir. Həmin ismarıclara cavab olaraq Təqsirləndirilən şəxs “600 k 200 p bu bir ünvandı 3 kil k 2 kil p buda bir?” məzmununda ismarıc yazmışdır. İranlı şəxs iran ləhcəsi ilə Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək deyir ki, “o üç dənə ilə iki dənəni verəndən sonra sənə bu qalır?. Təqsirləndirilən şəxs cavab olaraq “5 dənə kilo kola 4 dənə təmiz kilo patı birdənə də yarımdan çıx” məzmununda ismarıc yazır və səsli ismarıc göndərərək bildirir ki, “gördün qaqaş hamısı açdıqlarım belə çıxıb brat. Bu qədər malın içindən bir dənə indi çıxdı 1 kilo 3, qalan hamısı 800 qram, 970 qram, 980 qram, 960 qram. Yəni biləsən sabah düz gəlməz tüpürərəm onun mahiyyətinə qardaşlığımıza ləkə düşər. Elə bilərsənsə əlim murdarlanıb. Mənim əlim Həzrəti Əlinin qəbrinə, İmam Hüseynin qəbrinə dəymiş əldir. Mən o əli ləkələyə bilmərəm ata”. Həmin səsli ismarıcdan sonra Təqsirləndirilən şəxs iranlı şəxsə 02 dənə şəkil göndərir. Həmin şəkillərdə elektron tərəzi üzərində içərisində narkotik vasitə heroinə bənzər maddələrin olduğu sellofon torba əks olunmuşdur. Həmin şəkillərdən sonra Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, “bax bu iki dənə kolanı qoydum, bax indi çəkib atdığım bu iki dənəni qoydum, indi patını da atıram”. Həmin səsli ismarıcdan sonra Təqsirləndirilən şəxs iranlı şəxsə 01 dənə şəkil göndərir. Həmin şəkildə elektron tərəzi üzərində içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu sellofon torba əks olunmuşdur. Həmin şəkildən sonra Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, “bir də bu patını qoydum, indi bir dənə də 600 ilə 200 bağlayıram. Onu da hansından bağlıyıram, onu da çəkəcəm”. Həmin səsli ismarıcdan sonra Təqsirləndirilən şəxs iranlı şəxsə 01 dənə şəkil göndərir. Həmin şəkildə elektron tərəzi üzərində içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğu sellofon torba əks olunmuşdur. Həmin şəkildən sonra Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, “600 ilə 200 bundan bağlayacam 800 dən. Qaldı bizim tərtəmiz açılmayan iki dənə malımız indi onları çəkirəm”. Həmin səsli ismarıcdan sonra Təqsirləndirilən şəxs iranlı şəxsə 02 dənə şəkil göndərir. Həmin şəkillərdə elektron tərəzi üzərində içərisində narkotik vasitə heroinə bənzər maddələrin olduğu sellofon torba əks olunmuşdur. İranlı şəxs “75 k” məzmununda ismarıc yazmış və səsli ismarıclar göndərərək bildirmişdir ki, “ağa bunu da götür, 600 ilə 200 götürmə”, “yekə tema Meyvəlidədir, Xochəsəndədir, başına dönüm bir az tez çıx evdən get birinci onu ver, sonra qayıt xırdaları qoy, elə o tərəflərdə dağıdarsan”, “ağa götürərsən 600 ilə 200”. Qeyd edilən telefonda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən həmin telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 146- 147). Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 37 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında 6 nəfər ailə üzvü ilə birlikdə yaşamaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, yaşadığı müddətdə onun və ailəsinin barəsində istər hüquq mühafizə orqanları, istərsə də qonşuları tərəfindən 37 saylı Mənzil Komunal İstismar Sahəsinə heç bir şikayət və təqsirləndirici material daxil olmamışdır (cild 01, iş vərəqə 155-157). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş X2 məxsus 4169 7385 0831 6399 nömrəli bank kartı ilə aparılmış əməliyyatları özündə əks etdirən sənədlərə və CD diskdə olan məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs istifadəsində olmuş 4169 7385 0831 6399 nömrəli bank kartına köçürmə, karta mədaxil və kartdan məxaric əməliyyatları aparılmışdır. Həmin sənədlərdə iranlı şəxsin Təqsirləndirilən şəxs göndərdiyi qəbz şəkillərində öz əksini tapmış əməliyyatlar, yəni, X2 məxsus 4169 7385 0831 6399 nömrəli karta xx.xx.2021-ci il tarixdə 595 manat, xx.xx.2021-ci il tarixdə isə 450 manat pulun terminaldan mədaxil üsulu ilə köçürülməsi əməliyyatları öz təsdiqini tapmışdır. Təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə bir ədəd faylın içərisində 18 ədəd qovluq vardır. Qovluqların içərisində isə müxtəlif tarixlərdə yuxarıda qeyd edilən kartla ATM-lərdə əməliyyatlar keçirilən zaman çəkilmiş fotoşəkillər öz əksini tapmışdır (cild 01, iş vər 158-176). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2022-ci il tarixli 28 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 180-181). “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aid hissəsə ibtidai istintaq tamamlandığından və cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verildiyini nəzərə alaraq, cinayət işi materiallarından Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinə görə və qrupun üzvü İran İslam Respublikasının vətəndaşı Kəbleyi təxəllüslü şəxsin, habelə qrupun digər üzvlərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin açılaraq ayrıca icraata qəbul edilməsi qərara alınmışdır (cild 01, iş vər. 208-209). Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd «DVD» diskdə olan video görüntülərə baxış keçirilmiş və baxış zamanı həmin video görüntülərdə “şəxsi axtarış və götürmə aparılması haqqında” və mənzilə baxış keçirilməsi və götürmə haqqında” 10 dekabr 2021-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq video görüntülərdə öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı, psixotrop maddələrin siyahısında isə metamfetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, həmin protokolların əyani əks etdirildiyi DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmiş video görüntülər, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən istifadəsində olmuş telefon nömrəsi ilə aparılmış sms yazışmalarının məzmununu və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs onlara qarşı irəli sürülmüş ittihamla bağlı özünü narkotik vasitələrin satışı ilə məşğul olmadığı və qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmədiyi, narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından və yaxud başqa ölkədən Azərbaycan Respublikasına gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə gətirilməsi barədə heç bir söhbət və ya razılaşma olmadığı barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmin qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrinin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edib peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyi və ilk dəfə ağır cinayət əməlləri törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizalarının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuş və onların ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görümüşdür. Odur ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir . Maddi sübutlar: Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübaizə Baş İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5939,549 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 5934,88 qram olan psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq məhv edilməli, bir ədəd “Huawei P20” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına təhvil verilməli, üzərindən aşkar olunmuş 1 ədəd plastik bank kartı, şəxsi axtarış və götürmə aparılmasının, eləcə də baxış keçirilməsi və götürmə aparılmasının videogörüntülərinin əks edildiyi 2 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci cəmi 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 346-347, 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübaizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5939,549 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 5934,88 qram olan psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq məhv edilsin, bir ədəd “Huawei P20” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına təhvil verilsin, üzərindən aşkar olunmuş 1 ədəd plastik bank kartı, şəxsi axtarış və götürmə aparılmasının, eləcə də baxış keçirilməsi və götürmə aparılmasının videogörüntülərinin əks edildiyi 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-774/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-774/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver