Məhkəmə qərarları › İş №1(101)-774/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-774/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-774/2025 15.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Səbuhi Sabir oğlunun sədrliyi, hakimlər Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Füzulu rayonu, Pirəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 2 ədəd qara rəngli sellofan bağlamalardan birindən içərisində çəkisi 74,0 qram olan 37 ədəd çətənə bitkisinin hissələri olan bitki kökləri ilə birlikdə cəmi təmiz çəkisi 1421,71 qram, digər qara rəngli sellofan bağlamadan isə içərisində çəkisi 210,0 qram olan 160 ədəd çətənə bitkisinin hissələri olan bitki kökləri ilə birlikdə cəmi təmiz çəkisi 1015,9 qram olmaqla, cəmi çəkisi 284,0 qram, cəmi sayı 197 ədəd çətənə bitkisinin hissələri olan bitki kökləri ilə birlikdə ümumi təmiz çəkisi 2437,61 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə marixuananı əldə edib saxlamaqla daşımışdır. İşin faktiki halları

1. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Rahman» adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, «Rahman» adlı şəxsin «WhatsApp» ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı ona bildirdiyi istintaqa məlum olmayan yerdən ümumi təmiz çəkisi 2437,61 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 24 may 2024-cü il tarixdə saat 01:30-da Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində yerləşən gölün yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi Sabunçu Rayon Polis İdarəsinin 13- cü Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı 2 ədəd qara rəngli sellofan bağlamalardan birindən içərisində çəkisi 74,0 qram olan 37 ədəd çətənə bitkisinin hissələri olan bitki kökləri ilə birlikdə cəmi təmiz çəkisi 1421,71 qram, digər qara rəngli sellofan bağlamadan isə içərisində çəkisi 210,0 qram olan 160 ədəd çətənə bitkisinin hissələri olan bitki kökləri ilə birlikdə cəmi təmiz çəkisi 1015,9 qram olmaqla, cəmi çəkisi 284,0 qram, cəmi sayı 197 ədəd çətənə bitkisinin hissələri olan bitki kökləri ilə birlikdə ümumi təmiz çəkisi 2437,61 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

2. “Şəxsi axtarış və götürmə haqqında” və “diskə baxış keçirilməsi haqqında” 24 may 2024-cü il tarixli protokollardan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, sol yan cibindən 1 ədəd cib dəsmalı və əlində olan 2 ədəd qara selofana bükülmüş maddələri təqdim edərək İran İslam Respublikası vətəndaşından aldığını və həmin qara rəngli selofanda olan maddənin nəşə olduğunu bildirmişdir. Aşkar olunmuş 2 ədəd qara selofana bükülmüş qurudulmuş otşəkilli maddə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 160 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək əlavə əşya və ya predmet aşkar olunmamışdır.

3. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 2 ədəd qara selofana bükülmüş qurudulmuş ot şəkilli maddə təhqiqatçı tərəfindən qabaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 160 saylı möhürü ilə möhürlənib iştirakçılar tərəfindən üzəri imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilsə də iş üçün sübut əhəmiyyətinə malik ola biləcək əlavə əşya və ya predmet aşkar olunmamışdır (cild 1, iş vərəqi 33-35, 56).

4. Məhkəmə-bioloji ekspertizasının 24 may 2024-cü il tarixli, 3-16-16/2-7/823 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: “Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik sellofan bağlamada təmiz çəkisi 1421,71 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kütlənin içərisində ümumi sayı 37 ədəd, ümumi çəkisi 74,0 qram olan bitki kökləri çətənə kannabis bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər maddə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış 2 nömrəli qara rəngli sellofan bağlamada təmiz çəkisi 1015,9 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kütlənin içərisində ümumi sayı 160 ədəd, ümumi çəkisi 210,0 qram olan bitki kökləri çətənə kannabis bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş 2 ədəd qara rəngli sellofan bağlamada olan marixuanaların ümumi çəkisi 2437,61 qram, bitki köklərinin ümumi sayı 197 ədəd, ümumi çəkisi 284,0 qramdır. Qeyd: Marixuanaların ümumi çəkisi 2437,61 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 2437,41 qram”. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir” (cild 1, iş vərəqi 42-44).

5. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, bir neçə ildir narkotik maddələrdən istifadə edir. Narkotik maddələri adətən Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı, heç bir anket məlumatlarını bilmədiyi şəxslərdən alır. Sonradan belə bir qərara gəlmişdir ki, İran İslam respublikası vətəndaşı ilə əlaqə yaradıb ondan narkotik vasitə alaraq istifadə etsin. Eləcə də özünü ona Rahman adı ilə təqdim edən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və ona narkotik vasitə lazım olduğunu bildirmişdir. Onunla müvafiq razılığa gəldikdən sonra xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, saat təxminən 01:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində göl yaxınlığında İran vətəndaşının “Whatsapp” vasitəsi ilə göndərdiyi məkana əsasən narkotik vasitə axtarmışdır. İki ədəd qara selofanda olan narkotik vasitəni tapıb götürərək oradan uzaqlaşmaq istəyən zaman 2 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edib ondan adının Vüqar olubolmamağını soruşmuşlar. O, adının Vüqar olduğunu dedikdə, polis əməkdaşları onlarda olan məlumat əsasında onun üzərində narkotik maddə olduğu barədə məlumatları olduğunu bildirmişlər. Sonra isə onu özləri ilə birlikdə Sabunçu RPİ-nin 13-cü PŞ-yə gətirmişlər. Polis şöbəsində xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunmuş, şübhəli şəxs qismində tutulmuş və vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparacaqlarını təklif etdikdə, vəkilin iştirakından könüllü imtina etmişdir ki, sonuncu üzərindən narkotik aşkar edilməsinə şahid olmasın və gələcəkdə onu daha yaxşı müdafiə etsin. Daha sonra ondan üzərində olan əşyaları təqdim etməyi tələb etdikdə, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd Samsung markalı mobil telefon, sol yan cibindən 1 ədəd cib dəsmalı və əlində saxladığı qara rəngli selofanda olan narkotik maddələri təqdim etmişdir. Təqdim etdiyi 2 ədəd qara rəngli sellafonların içərisində qurudulmuş ot şəkilli kütlənin narkotik maddə olmasını etiraf etmişdir. Polis əməkdaşı ondan həmin narkotik maddələri hansı məqsədlə və kimdən əldə etdiyini soruşanda, hər şeyi səmimi etiraf edərək narkotik maddəni “online” yolla tanış olduğu Rahman adlı İran İslam Respublikası vətəndaşının dediyi yerdən götürdüyünü, lakin iranlıya hər hansı pul göndərmədiyini, narkotiki özü istifadə etmək üçün aldığını bildirmişdir. Narkotik maddə istifadəçisi olsa da, heç vaxt satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Həmin narkotiki satmaq və ya qazanc əldə etmək niyyəti olmamışdır. Maddi imkansızlığı üzündən narkotik almağa pulu olmadığı üçün iranlının dediyi şərtlərlə şifahi razılaşıb almışdır. “Rahman” adlı İran İslam Respublikası vətəndaşının ancaq adını bilir, mobil nömrəsini isə əzbər bilməsə də, üzərindən götürülmüş mobil telefonda onun nömrəsi vardır. Rahman adlı şəxslə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Öz istifadəsində olan Samsung A10 markalı mobil telefonunda ***-***-**-**, ***-***-**-** abonent nömrələri vardır və “Whatsapp” da hər iki nömrədədir (cild 1, iş vərəqi 70-72).

6. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 24 may 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında və keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi ərazisində Təqsirləndirilən şəxs saxlayıb Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə aparmışlar. Şöbənin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonra o, təhqiqatçıya təhvil verilmişdir. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Əməliyyat məlumatı əvvəlcədən daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış və müvafiq tədbirlər nəticəsində şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onun əlində 2 ədəd sellofan büküm olmuşdur. Əməliyyat zamanı Təqsirləndirilən şəxs izlənilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təstiq edir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 digər polis əməkdaşı Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir.

8. Məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2024-cü il tarixli əməliyyat raportundan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə gəzdirməsi, saxlaması, daşınması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 3).

9. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən müəyyən olunub saxlanılaraq Sabunçu RPİ-yə gətirilmişdir (cild 1, iş vərəqi 22).

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X2 şəxsin 2 sentyabr 2024-cü il tarixli, 7934 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə hal-hazırkı tarixədək xəstəxanaya müraciət etməmişdir (cild 1, iş vərəqi 137).

11. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 4971 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 138-139).

12. Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərar və raportdan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş ümumi çəkisi 2437,61 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş, ekspert tədqiqatından sonra qalıq qalmış 2437,41 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılmasından ötrü Sabunçu RPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 88-90).

13. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 1 ədəd DVD disk, "xxxx" MMC-dən 04,09.2024-cü il tarixli, 9222/24 saylı məktub vasitəsilə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə ötürülən məlumatları əks etdirən 1 ədəd CD disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı, “A10S” modelli mobil telefon cihazı və həmin mobil telefona baxış zamanı aşkar edilmiş videogörüntülərin, səs qeydlərinin və fotoşəkillərin köçürüldüyü 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, mobil telefon saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmiş, disklər isə cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 170-186).

14. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuanam əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Rahman” adlı şəxsin və istintaqla müəyyən edilməyən digər şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 188-189).

15. 22 avqust 2024-cü il tarixli «mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon “Samsung” markalı, “A10S” modelli, sensorlu, qara rənglidir. Üzərində ***-***-**-** və ***-***-**-** saylı "xxxx" abonent nömrələri vardır. Mobil telefonun kilidi açılaraq baxış keçirilən zaman telefonda olan “Whatsapp Messenger” mobil tətbiqiinin deaktiv olunduğu müəyyən edilmişdir. Mobil telefonun “Mesajlar" və “Zənglər” qovluğuna baxış zamanı 23 may 2024-cü il tarixdə saat 22:29 dəqiqədə “rahman” adı ilə qeydə alınmış İran İslam Respublikasının mobil telefon şəbəkəsinə aid olan +**********29 saylı mobil nömrədən buraxılmış zəngə dair məlumat aşkar edilmişdir. Mobil telefonun “Qalareya” adlı qovluğuna baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən fotoşəkillər və videolar aşkar edilmişdir. Qeyd edilən fotoşəkillər və videolar Samsung A24 markalı mobil telefonun videokamerası vasitəsilə qeydə alınaraq 1 ədəd DVD diskə köçürülmüşdür. Mobil telefonda quraşdırılmış “Whatsapp Business” mobil tətbiqinə baxış zamanı “Vüqar Mehdiyev (Siz)” adlı (***-***-**-**) söhbət pəncərəsində iş üzrə əhəmiyyət kəsb edən səs qeydləri aşkar edilmişdir. Həmin səs qeydləri bir bir açılaraq dinlənilən zaman aşağıdakı məzmunda danışıqlaraparılması müəyyən edilmişdir: A-Salam axşamın xeyir nə var nə yox ağsaqqal A-Əleykə salam Vüqar əmi əleykə saiam canımdı ağsaqqal deyil canın canım mənim ciyarim B-Hərvaxtın xeyir nətərsən qaqa nə var nə yox? A-Səə qurban olum səsvi eşidək səsivi eşidək canım qurban nə ğaynsan yaxşıfıxdı uşaxlar nə ğayırır evdə eşihdə? A-Haralardasan ağsaqqal neylirsən vəziyət necədi oraların işi gücü necədi yaxşıdı ? B-Hə sənin sağlığın şükür Allaha Allah köməyin olsun Allah balalarını saxlasın salamatçılıxdı yaxşı ol B-Səndən bərk incimişdim nəbilim yenə də demişdim ki öz özümə zəng vurmayacam saa yenə də əlaqə saxlayıram sənnən A-X7 min şükür səsivi eşitdim xoşhal oldum Allaha and olsun başıva dolanım sənin A-başıva dolanım bə sən mənim ağsaqqalımsan necə yəni sənə zəng eləmiyəcəm mənim ağsaqqalım yoxdu ki bir dənə mənim ağsaqqalım baba yerində elə sənsən də ürəyim saa qurban niyə inciyirsən mənnən səə canım qurbane canım B-sağol var ol hörmətinə görə minnətdaram Allah səni var eləsin B-Ama bu keçən dəfə bu gül inən bu daşı gördün də gül də zay çıxmışdı zaydı o daşı da elə şey elədim heç bişey yəni yalannan bezpantovu bişey hamısı qaldı üstümdə də yəni heçkəsə heç zad ötürmədim vermədim hamısı qaldı üstümdə elə belə yalannan fıs fıs fıs heçnə onagörə dilxor idim incimişdim sənnən ki bəs danışıram mənə ağsaqqal deyir mənə göndərdiyi verdiyi gül daş da zaydı ona görə incimişdim sənnən A-məndən inciyə biiməszsən bilirəm elə dəməyivə baxma çün özün bilisən mən sənin ehtiramıvı çox istiyirəm dünyacan A-hərnəyim varıydı yevlaxda, yevlaxda anbarım varıydı yevlax bərdə də... iki gün üç gün bundan qabaq vəsaitimi orda küllən cəmlədilər tutdular yəni evdə tutulmadı ha çöldə tutuldu adamım tutulmadı ona beş on gündü ə! aparmışam birazın almışam Vüqar əmi Allaha and olsun bitəhərbən on bir kilo almışam qalanı qalır onu da alsam yaxşı olacağ inşallah A-Qurana and otsun o yerdibin vermişdi sənə balamcanı dedim əvəzin çıxacıyamda bə sənə nə dedim ki dedim əvəzin çıxaram özdə zəng elədim ki at bi yerə qoy satım qəbul eləmədin B-hə nəysə canın sağolsun Allah köməyin olsun B-indi vəziyət nə yerdədi nə ğayrısan nə iş görüsən nətərdi işlər güclər? A~qadavi alım sənin Vüqar əmi lap gözəl Allah sənin balalarını saxlasın lap qəşəngdi belə normal işlər qəşəng gedir pis deyil Allaha min şükür A-bişey götürəcəksən onu mənə deyərsən götürsən mənə ordan qəşəng bir klent zad ayır verdə nolar orda mənim ağsaqqalımsan...... B-bu daşın keyfiyyəti nətərdi yaxşıdı layixlidi sora gül nətərdi yəni qəşəngi keyfiyyətlidi yəni mənə verəcəyin ötürəcəyin əgər götürəsi olsam daş gül qəşəng iayixli ötürəcəysən yoxsa elə zay ötürəcəysən? A-baxe xarab mal olsa Vüqar qaytarıb qoyasan yerə kartıvı atassan mənə puluvu vuracam yerinə karta bildin bax atamın qəbrinə and olsun inan xarab olsa özümündü arxayın ol sən yəni birdən deyecəm vüqar kartıvı at mənə pulu yükləyim ora A-...qəbrinə and olsun bomba kimidi daş o qırıq daşdan deyil daş şənşiyirlilərdəndir barmaq kimi belə uzun daş varha olardandı gül də ki bombadı o səfər nəm nə cür olub onu sənə vermişdi heç bilmədim. Bundan başqa, mobil tətbiqin “X 0919” adlı (***-***-**-**) söhbətlər pəncərəsində iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı mətnlər aşkar edilmişdir: C-ay qaqa mən daşı verməmişəm hələ gözdüyürəm gelsin o gele kimi menə siqaret pulu at da B-neynədin vəziyyət nə yerdədir gül daş pul para? hansınnan var C-neynirsən ay qaqa konub atıb mənə 3 dene daş taksi lazımdı gedim geliç, Raboçiye gedib qaytmağa 10 manat paşti lazım idi nece ed ük edek evdeyem danışa bilmireç tez bazar eliyek qaqa 10 manat 50 atmışam 50 de borcum qalıb sabaha verecem o hasandı 1 qramı sabah adam var ona pula görə 50 verecem ki atım Resula 2 dene de bizim 50 ev pulunnan zor befaynan aldım ne deyirsen başqasını calasam 10 manata görə o da bize qemiş olacaq ele eiiyim heç üreyimce deyil ama mecbur 10 manata göre onda verecem vacib olan zaman mən səni tapa bilmirəm qaqa sonra menen narazı olursane 2 gündü pul istiyirsen ama 2 günde menim sene pulun olub atmamışamsa ola ola sene men mümkün deyil ki menim pulum olsum sene atmayım inamasan da beledi qaqa bax yoxsan lazim olan vaxt e buna dedim ki seher gedim götürüm yox deyib nece cırır özünü ki sabaha tapa bilmesen meni günahkar görme deyirem deyen olmasa orda da qalacaq deyir ele yere qoyublar ki götüreier nece edek ne ise sikdirsine 50 de çıxacaq borcuma behanesi oldu gedmesem e ona borcum var 150 manata yaxın Bundan başqa, mobil tətbiqin “Vüqar” (***-***-**-**) adlı söhbətlər pəncərəsində Təqsirləndirilən şəxs ilə İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən istintaqa məlum olmayan şəxs arasında narkotik vasitələrin dövriyyəsi ilə bağlı aparılmış danışıqların əks olunduğu səs qeydləri aşkar edilmişdir. Diskə baxış keçirilməsi ilə bağlı tərəfimdən protokol tərtib edilmiş, mobil telefona baxış zamanı müəyyən edilən sübut əhəmiyyətli səs qeydləri 1 ədəd CD diskə köçürülərək protokola əlavə edilmiş, tərtib edilmiş protokol 1 ədəd DVD disk, 1 ədəd CD disk və fotoşəkillərlə birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 114-136).

16. 4 sentyabr 2024-cü il tarixli «telefon məlumatlarına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, diskin yaddaşında «Zenglerin _ Mexsusluq _ Tarixceleri __ **********0024 __ 709730007_NAR_4», «Zenglerin _ Mexsusluq __ Tarixceleri __ **********0007 __ 777140007J\İAR_4», «Zenglerin _ Detallasmasi **********0019 __ ********* _ 4», «Zengierin _ Detallasmasi **********5952 __ ********* _ 4», «SMS _ Tarixcesi __ **********0849 __ 709730007», «SMS _ Tarixcesi __ **********0841 _ 709730007», «SMS _ Tarixcesi _ **********0821 __ 777140007», «SMS _ Tarixcesi __ **********0813 __ 777140007» adlı 8 ədəd fayl mövcüddur. Həmin fayllar ardıcıllıqla açılaraq baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, nömrə X3 adlı şəxsin adına qeydiyyatdadır. Sms mətnlərinə dair məlumatların əks olunduğu fayllara baxış zamanı iş üzrə əhəmiyyətli ola biləcək aşağıdakı sms mətnləri aşkar edilmişdir: xx-xx-2023 19:47:19 xx-xx-2023 19:47:19 1.1.**********07 1.1.**********97 “Gör neynirsən 20 30 m lıq daş verək da Pul siqarer zad yoxdu xx-xx-2024 20:50:25 xx-xx-2024 20:50:25 1.1.**********07 1.1.**********03 Alınmadı nəsə vermək ? xx-xx-2024 15:23:41 1.1.**********07 1.1.**********03 Salam Dünən dediyini həll eliyə biləssən ..? xx-xx-2024 21:38:12 xx-xx-2024 21:38:13 1.1.**********07 1.1.**********29 X10 anamın dərman pulun götürüb verdim sənə ki g xx-xx-2024 21:38:13 xx-xx-2024 21:38:14 1.1.**********07 1.1.**********29 ülü istiyən vardı verəcəydim ona daş mənə qalsın ... sən xx-xx-2024 21:38:14 xx-xx-2024 21:38:15 1.1.**********07 1.1.**********29 də mənə pislik eliyirsən ... xx-xx-2024 21:41:29 xx-xx-2024 21:41:30 1.1.**********07 1.1.**********29 Əsəbimnən Ürəyim partdıyır axı ...Mənim əmanətimi ya ver y xx-xx-2024 21:41:30 xx-xx-2024 21:41:30 1.1.**********07 1.1.**********29 a da pulumu qaytar ...Kişi kimi sağollaşaq ... xx-xx-2024 23:38:28 xx-xx-2024 23:38:28 1.1.**********07 1.1.**********04 Yemək içmək necəydi? İçkidən zaddan nə var? Hərəkət elə xx-xx-2024 23:38:29 1.1.**********07 1.1.**********04 Haqq hesab eliyəndə denən hanı bəs abizalovka pay ? qəşə xx-xx-2024 23:38:29 1.1.**********07 1.1.**********04 ng pay olur ( içkilərdən hərəsinnən 2 dənə + nə var nə yoxd xx-xx-2024 23:38:30 1.1.**********07 1.1.**********04 an biraz )Düzəltdir dart apar evə xx-xx-2023 14:24:29 xx-xx-2023 14:24:29 1.1.**********03 1.1.**********07 Salam aleykun ay qaqa tort isdiyen var xx-xx-2023 19:18:31 xx-xx-2023 19:18:31 1.1.**********03 1.1.**********07 Qaqa 3 dene hemeşeki kimi düzelt gelirem ne olar ay qaqa 3 denenin xx-xx-2023 19:18:32 1.1.**********03 1.1.**********07 birin rızlaya düzelt de qaqa xayiş edirem xx-xx-2023 19:47:20 1.1.**********97 1.1.**********07 Gör neynirsən 20 xx-xx-2023 17:15:33 1.1.**********03 1.1.**********07 Ay qaqa eiimde sunka var siz terfe gelirem yığ da meni xx-xx-2023 17:36:19 xx-xx-2023 17:36:19 1.1.**********03 1.1.**********07 Kuloku qapıdan asım qaydım qaqa nece edek vaaxtsız gelmişem qaqa xx-xx-2023 17:42:09 xx-xx-2023 17:42:09 1.1.**********03 1.1.**********07 Qapıdaym e qaqa xx-xx-2023 21:08:23 1.1.**********03 1.1.**********07 Qaqa 5 manat var üstümde onu verecem sabah yene ataram. Sen ne vere xx-xx-2023 21:08:24 xx-xx-2023 21:08:25 1.1.**********03 1.1.**********07 bilirsen ver sabah yene ataram pul. Çatıram size xx-xx-2023 21:14:28 xx-xx-2023 21:14:28 1.1.**********03 1.1.**********07 Falqa vere bilersen qaqa xx-xx-2023 21:18:15 xx-xx-2023 21:18:15 1.1.**********03 1.1.**********07 Qapıdayam xx-xx-2023 15:38:49 1.1.**********03 1.1.**********07 Qaqa nefçiler terfdeye. Keçim siz terfe Tortun hele qalıb memde. xx-xx-2024 20:44:46 xx-xx-2024 20:44:47 1.1.**********03 1.1.**********07 Qaqam hele atmıyıblar VALLAHİ sistem qoşmşdular mene börekfüçün gör xx-xx-2024 20:44:47 1.1.**********03 1.1.**********07 üm yene atsalar ataram qaqam xx-xx-2024 20:50:26 xx-xx-2024 20:50:26 1.1.**********03 1.1.**********07 Alınmadı nəsə xx-xx-2024 15:42:38 xx-xx-2024 15:42:38 1.1.**********03 1.1.**********07 10 manatım 12 xx-xx-2024 21:44:59 xx-xx-2024 21:44:59 1.1.**********03 1.1.**********07 Qaqa 28 verdiler niye bilmirəm mendə tükana girdim 8 manat qalmışdı xx-xx-2024 21:45:00 1.1.**********03 1.1.**********07 balans atım onu,da senə xx-xx-2024 19:45:00 1.1.**********04 1.1.**********07 Mosbete isdemirdim pul sənən siqaret pulu isdiyirdim xx-xx-2024 22:22:35 xx-xx-2024 22:22:35 1.1.**********60 1.1.**********07 Qaqa menəm xala oğlu varsa vacib di karta 3 ya 4 at da menə vacibdi xx-xx-2024 18:47:05 1.1.**********99 1.1.**********07 Neynədin Pul vaar” (Cild 1, iş vərəqi 142-153).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

17. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitəsi istifadəçisidir. İttihamda qeyd olunan İran İslam Respublikasının vətandaşından ümumilikdə 2-3 dəfə 50 AZN pul müqabilində narkotik vasitə olan marixuana almışdır. İlk dəfə o, 2023-cü ildə X9 Respublikasının vətəndaşına 150 manat pul vermişdir. Ancaq həmin şəxs 150 AZN pulun qarşılığında ona hər hansı bir narkotik vasitə verməmişdir. Sonra o, yenidən X9 Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb narkotik vasitənin əldə edilməsi müqabilində ona 74 AZN pul göndərmişdir. X8 Respublikasının vətəndaşı yenidən ona hər hansı bir narkotik vasitə verməmişdir. Daha sonra artıq İran İslam Respublikasının vətəndaşı özü onunla əlaqə saxlayaraq hüquq mühafizə orqanları tərəfindən tutulduğu üçün bir müddət onunla əlaqə saxlaya bilmədiyini, narahat olmamağını, ona narkotik vasitə verəcəyini bildirmişdir. 23 may 2024-cü il tarixdə X9 Respublikasının vətəndaşı sosial şəbəkə üzərindən ona yazaraq 200 qram narkotik vasitə verəcəyini bildirmiş və həmçinin narkotik vasitənin yerləşdiyi məkanı ona göndərmişdir. Narkotik vasitənin müqabilində veriləcək pul vəsaiti ilə bağlı o, sosial şəbəkə üzərindən həmin şəxsə video zəng etmiş, ancaq həmin şəxs zəngi açmamışdır. Bu səbəbdən o, özünü mobil telefon vasitəsi ilə çəkərək: “Əgər pulunu tələb etsən mən yanlız narkotik vasitənin istifadə etdiyim hissəsinin pulunu ödəyəcəm. Geridə qalan hissəni isə götürdüyüm yerə qoyacam” - deyə bildirmişdir. O, evə gəldikdən sonra İran İslam Respublikasının vətəndaşı ona narkotik vasitənin yerləşdiyi məkanı atmışdır. O, həmin məkana getdikdə narkotik vasitəni götürməmişdən qabaq polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hadisə baş verən yerdə polis əməkdaşları onun üstünə baxış keçirmişlər, ancaq üzərindən heç nə aşkar olunmamışdır. Polis əməkdaşları ondan həmin əraziyə necə gəldiyini soruşduqda o, əraziyə piyada gəldiyini bildirmişdir. Polislər onu özlərinə məxsus maşına mindirmiş və Sabunçu Rayon Polis İdarəsinə aparmışlar. İdarədə polis əməkdaşları onun qabağına 2 ədəd büküm qoyub həmin bükümlərin ona məxsus olduğunu bildirmişlər. O, qabağına qoyulan bükümlərin ona məxsus olmadığını bildirmişdir. Sonra polis əməkdaşları onu Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin aparmışlar. Bölmədə bir neçə dəfə onun üstünə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. İlk çəkilişdə o, həmin bülükmərin özünə məxsus olmadığını, həmin bükümlərin əldə daşımaq üçün uyğun olmadığını, əgər onlar özündə olsa idi onları bir ədəd paketə qoya biləcəyini bildirmişdir. Daha sonra yenidən üzərinə baxış keçirilməzdən qabaq bir nəfər polis əməkdaşı həmin bükümləri bir ədəd zibil paketinə yerləşdirərək həmin paketi əlində saxlamağını ondan tələb etmişdir. Sonuncu çəkilişdə o, həmin zibil paketini əlində saxlasa belə zibil paketinin ona məxsus olmadığını və onun içərisində nə olduğunu bilmədiyini bildirmişdir. Ona təyin olunmuş vəkil keçirilmiş şəxsi axtarışdan sonra gəlmişdir. Bundan başqa istifadə etdiyi mobil telefonu cinayət işi materiallarındadır. Xahiş edir ki, həmin telefonda onun İran İslam Respublikasının vətəndaşı ilə olan yazışmaları araşdırılsın. O, heç kimə narkotik vasitə satmamış, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, hadisədən qabaq narkotik vasitəni müxtəlif insanlarla əlaqə saxlayaraq əldə etmişdir. Atası rəhmətə getdiyindən və anası xəstələndiyindən sonra vaxtının böyük qismini evdə keçirdiyindən ona sosial şəbəkə vasitəsi ilə narkotik vasitə əldə etmək daha uyğun olmuşdur. O, X9 Respublikasının vətəndaşından müxtəlif miqdarlarda narkotik vasitə əldə etmişdir. X9 Respublikasının vətəndaşının şəkli onun mobil telefonunda qalmışdır. Sonuncu onunla Azərbaycan dilində danışmışdır. ***-***-**-**, ***-***-**-** ona məxsus nömrələrdir. Onlardan biri Elmir Məmmədovun adınadır. O, narkotik vasitə istifadəçisidir. Hesab edir ki, narkotik vasitə əldə etmək məqsədi ilə əlaqə saxladığı şəxs polis əməkdaşları ilə əlbir şəkildə işləyir və bu səbəbdən o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, hadisə baş verən əraziyə 200 qram narkotik vasitə əldə etmək məqsədi ilə getmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq göstərilməmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

18. CM-in 234.4.1. və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

19. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

20. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

21. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

22. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

23. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

24. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

25. Maddə 83.3.3. və 83.6. maddələri. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

26. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

27. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

28. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

29. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

30. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

31. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

32. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

33. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

34. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə qurudulmuş marixuananın 2437,61 qramı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

35. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

36. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

37. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

38. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

39. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı

40. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CMin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

41. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

42. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

43. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

44. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin İran İslam Respublikasının vətəndaşı ilə apardığı telefon danışıqlarının mövcudluğu və narkotik vasitələrin satışı ilə bağlı sms yazışmaları, həmin yazışmaların mətni təsdiq edir ki, tərəflər narkotik vasitələrin əldə edilməsi və reailzəsi ilə bağlı əvvəlcədən razılığa gəlmiş və birgə fəaliyyət göstərmişlər. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.

45. Narktoik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 27-ci bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

46. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 35-38-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

47. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs özünə məxsus olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə İran İslam Respublikasının vətəndaşına məxsus +**********29 mobil telefon nömrəsi ilə dəfələrlə danışıqlar aparmış və həmin danışıqların məzmunu narkotik vasitənin əldə edilməsi və realizə olunması ilə bağlı olmuşdur.

48. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə aşkar edilmədiyini, narkotik vasitəni götürmək üçün İran İslam Respublikasının vətəndaşı ona göndərdiyi yerə getdiyi, lakin, narkotik vasitəni götürməmişdən qabaq polis əməkdaşları tərəfindən saxlanıldığını, narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu göstərərək özünü təqsirli bilməmişdir.

49. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, məhkəmə baxışı zamanı ifadəsində polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiq göstərilmədiyini bildirmişdir.

50. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 29, 39, 40, 41, 42-ci bəndləri).

51. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, narkotik vasitənin əldə edilməsi və realizə edilməsi ilə bağlı İran İslam Respublikası vətəndaşı ilə telefon danışıqlarının və narkotik vasitələrin satışı ilə bağlı sms yazışmalarının olmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmişdir.

52. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 26-cı bəndi).

53. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

54. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 19, 20, 21, 22-ci bəndləri).

55. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

56. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarına əsasən 7 ay 7 gün vaxtından əvvəl şərti azad edilmiş, 03,05.2019-cu il tarixdə təyin edilmiş sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (cild 1, iş vərəqi 108).

57. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ödənildiyindən qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır (qərarın 25-ci bəndi).

58. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

59. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 23-cü bəndi).

60. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 25 may 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 80-84). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 24, 30 və 31-ci bəndləri).

61. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 24 may 2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

62. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

63. İş üzrə maddi sübut olan, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalan 2437,41 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə ötürülən məlumatlarının saxlanıldığı 1 ədəd CD disk və onun istifadəsində olmuş “Samsung” markalı, “A10S” modelli mobil telefona baxış zamanı aşkar edilmiş videogörüntülərin, səs qeydlərinin və fotoşəkillərin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, onun istifadəsində olmuş “Samsung” markalı, “A10S” modelli mobil telefon cihazı onun qohumlarına qaytarılmalıdır (qərarın 32-ci bəndi).

64. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

65. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 33-cü bəndi).

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 24 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ona narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq qalan 2437,41 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -"xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə ötürülən məlumatlarının saxlanıldığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, -Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı, “A10S” modelli mobil telefona baxış zamanı aşkar edilmiş videogörüntülərin, səs qeydlərinin və fotoşəkillərin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, -Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı, “A10S” modelli mobil telefon cihazı onun qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar