Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-775/2020 28.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X8, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- X2, Müdafiəçi- Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4, Tərcüməçi – X3 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta-ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə qazancından 15 faiz tutulmaqla 12 (on iki) ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs 2019-cu ilin dekabr ayının sonralarında satdığı 20 manat dəyərində kompüter hissəsi olan operativ yaddaş kartının (RAM) pulunun ödəməmiş olduğu 10 manat hissəsini Zərərçəkmiş şəxs ödəmədiyinə görə xx xxxxxx 2020-ci il tarixdə onunla telefonda danışarkən Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, bundan sonra Zərərçəkmiş şəxs məsələni aydınlaşdırmaq üçün onu ünvan 2 ünvanında yerləşən “Şəhriyar” parkına çağırmış, xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində sonuncu ilə həmin ünvanda görüşmüş və aralarında bir-birilərinin ünvanına işlətdikləri təhqiramiz ifadələrə görə mübahisə zamanı Zərərçəkmiş şəxs ilə əlbəyaxa olmuş, həmin vaxt hadisəni törətməmişdən əvvəl qabaqcadan əldə edib özündə gəzdirdiyi açılıb-qatlanan bıçaqla Zərərçəkmiş şəxs bədəninin döş qəfəsinin sol və sağ yarısına 3 dəfə zərbə endirərək həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid sol ağciyərin aşağı payının və sol döş boşluğuna çoxlu qanaxma (500 ml) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthində kürək xətti üzrə İX-X qabırğaarası sahədə yerləşən, sol döş boşluğuna 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yarısının arxa səthində arxa qoltuq xətti üzrə İX-X qabırğaarası sahədə yerləşən, döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd və döş qəfəsinin sağ yarısının arxa səthində onurğayam xətti üzrə İX-X qabırğaarası sahədə yerləşən, döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara ilə müşaiyət olunan, yetirildiyi anda ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, Şahid2 və Şahid1 təxminən 2 ildir ki tanıyır, onların hər biri ilə münasibətləri normal olmaqla, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Onlar tez-tez Bakı şəhərində görüşüb birlikdə vaxt keçirmiş, əylənmiş və həmişə aralarında mehriban münasibətlər olmuşdur. 2019-cu ilin dekabr ayının sonlarında Mürsəl ondan 20 manat dəyərində kompüter hissəsi olan operativ yaddaş kartını (RAM) 10 manat verib almış, pulun qalan hissəsini, yəni 10 manatı isə bir gün sonra verəcəyini bildirmişdir. Lakin Mürsəl ona söz verdiyi kimi bir gün sonra pulunu verməmiş, səbəb olaraq isə detalın işləmədiyini bildirmişdir. O, Mürsələ həmin detalı ona verərkən yoxlayıb verdiyi, həmin detalın işlək olduğunu bildirsə də, sonuncu onun sözlərinə əhəmiyyət verməmişdir. Sonrakı müddətdə Mürsələ dəfələrlə zəng edib, mesaj yazaraq pulunu tələb etsə də, sonuncu onun mesajlarına cavab verməmiş, zənglərini açmamışdır. xx xxxxxx 2020-ci il tarixdə, axşam saatlarında Mürsəlin ona qarşı etdiyi bu hərəkətlərə görə əsəbləşərək, mesajlaşarkən Mürsəlin onun anasının ünvanına nalayiq ifadələrlə söyüş qoymuşdur ki, bir daha yalan danışmasın. Bununla bağlı onunla Mürsəl arasında telefon danışığı zamanı söz mübahisəsi yaranmış və onlar görüşüb məsələni aydınlaşdırmağa qərar vermişlər. Lakin, həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə o, evdə olduğundan yatıb qalmış və Mürsəllə görüşməyə getməmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 21 rədələrində Mürsəl «Whatsapp» sosial şəbəkəsində yazaraq onu «Şəhriyar park»ı adlanan parkda görüşməyə və aralarındakı mübahisəni aydınlaşdırmağa çağırmışdır. O, da həmin vaxt evdən çıxıb Mürsəlin yerini öyrənmək üçün bir daha ona zəng vurmuş və harada olduğunu soruşmuş, o da, parka yaxınlaşacağını bildirmişdir. Bundan sonra o, R.Behbudov küçəsində yerləşən «Şəhriyar park»ına gəldikdə, artıq Mürsəl və Jenya ləqəbi ilə çağırdıqları Yevgeniy Leontyev orada olmuşlar. Həmin vaxt Mürsələ yaxınlaşarkən, Mürsəl aqressiv şəkildə ondan nəyə görə söyüş söydüyünü soruşmuş, o isə sonuncuya qarşı söyüş söymədiyini, sadəcə telefon zənglərinə mesajlarını görə-görə yalan danışaraq görmədiyini bildirdiyinə görə söyüş qoyduğunu, yəni əgər yalan danışarsa həmin söyüşün ona aid olacağını izah etməyə çalışdıqda, aralarında sözlə mübahisə yaranmış və Mürsəl onun üstünə gəlmişdir. Həmin vaxt Mürsəli itələmək üçün yumruqla zərbə endirmiş, Mürsəl isə onun boynundan tutub fənd işlədərək onu yerə yıxmış və üzərinə çıxaraq, başı ilə başını sıxmağa başlamışdır. Həmin vaxt o, Mürsəli üstündən durması üçün itələməyə çalışsa da, Mürsəl onun üstündə olduğundan onu itələyə bilməmişdir. Həmin an əsəbləşmiş və nə etdiyini bilməmişdir, birdən cibində adətən işlə bağlı üzərində gəzdirdiyi bıçağı xatırlamış və bıçağı sağ əli ilə cibindən çıxararaq açmış və Mürsəlin altında yerdə olduğu vaxt onun başı Mürsəlin alın nahiyəsinə dirənən vəziyyətdə Mürsəlin bədəninin müxtəlif nahiyələrinə səhv etmirsə iki və ya üç dəfə zərbə endirmişdir. Zərbələrdən sonra isə artıq Mürsəl onu buraxmış və onlar ayağa qalxmışlar. O, Mürsəli bıçaqla vurmağına görə dərhal peşmançılıq keçirmiş və ona tibbi yardım göstərmək üçün orada olan Yevgeniyə aptekdən bint və spirt alıb gətirməsi üçün pul vermiş, sonuncu aptekə getdikdən sonra o, Mürsəli parkda olan skamyada əyləşdirmişdir. Yevgeniy aptekdən spirt və bint gətirdikdən sonra Mürsəlin bədəninə nəzər yetirdikdə, onun kürək nahiyəsində bıçaq yarası olduğunu görmüş və həmin yaraya spirt tökərək, bintlə bağlamışlar. Həmin vaxt hadisə yerinə Yevgeniyin məlumatı əsasında Mürsəlin sevgilisi Sevinc və həmin qızın rəfiqəsi Tamella gəlmişlər. O, təcili tibbi yardıma da zəng vurmuş və Mürsəli xəstəxanaya aparmaq lazım olduğunu qızlara və Jenyaya bildirmişdir. Daha sonra, qızlar və Yevgeniy ona oradan çıxıb getməyini bildirdikləri üçün oradan yaşadığı evə getmişdir. Sonradan isə Mürsəli oradan xəstəxanaya necə apardıqlarını bilməmişdir. Evdə olarkən Mürsəlin vəziyyəti ilə maraqlanmaq üçün «WhatsApp» mobil proqramı vasitəsilə Sevincə həm mesaj yazmış, həm də zəng etmiş, sonuncu isə hələ heç nə bilmədiyini, Mürsəlin cərrahiyyə əməliyyatında olduğunu bildirmişdir. Bundan sonra siqaret almaq üçün çölə çıxmış və törətdiyi hadisəyə görə bir daha əsəbləşərək istifadəsində olan “Samsung” markalı mobil telefonu “Axundov” bağının yanında yerə çırparaq sındırmışdır. Bir müddət sonra, xx xxxxxx 2020-ci il tarixdə, gecə saatlarında yaşadığı evə Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları gələrək, Mürsəli bıçaqla vurmağı ilə bağlı onu polis bölməsinə dəvət etdikləri üçün, polis bölməsinə gələrək hadisə barədə şifahi məlumat vermiş və hadisəni törədərkən istifadə etdiyi bıçağı könüllü şəkildə təqdim etmişdir. Bundan sonra o, şübhəli şəxs qismində tutulmuş və ifadə verdikdən sonra Səbail RPİ-nin MSY-nə yerləşdirilmişdir. Hadisənin şahidi Yevgeniy olmuş, hadisə vaxtı sonuncu heç bir müdaxilə etməmişdir. Hadisə təxminən 10 dəqiqə ərzində baş vermişdir. O Mürsələ yumruq atdığında Mürsəl ona fənd ataraq yerə yıxıb sıxaraq boğduğundan Mürsəllə bacara bilməyəcəyini düşünüb cibindəki bıçaqla sonucunu vurmuş, lakin həmin vaxt Mürsəlin harasından bıçaq zərbəsi yetirdiyini görməmişdir. Onun özü 2019-cu ildə 2 saylı Ruhi Əsəb xəstəxanasında müalicə almış, əsəbiləşəndə özümdən çıxaraq, özünü idarə edə bilmir. Zərərçəkmiş şəxslə görüşə gedərkən dava etmək niyyəti, sonuncuya xəsarət yetirmək fikri olmamışdır. Həmin gün və eləcə də heç vaxt spirtli içki qəbul etməmişdir. Kompüter təmiri ilə məşğul olduğundan bəzən sifarişlər zamanı üzərində olan bıçaqdan təmir zamanı detalları sökmək üçün istifadə etsə də, həmin bıçağı həmişə üzərində gəzdirmir, hadisə günü isə bıçaq təsadüfən üzərində olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında mübahisə onun sonuncuya verdiyi detala görə pulu ödəməkdən imtina etməsinə görə başlamış, aralarında dava isə söyüşə görə olmuşdur. Mürsələ bıçaq zərbəsi endirdikdən sonra onlar aralanmış, sonucunun pis olduğunu görüb yanında qalıb, təcili yardıma zəng etsə də, cavab verilmədiyindən, Yevgeniyə bint və spirt alması üçün pul verib, Mürsələ ilkin tibbi yardım göstərmişdir. Hadisə yerindən getməsinə səbəb Mürsəlin münasibətdə olduğu sevgilisi Samirənin hayküy salıb ona oradan çıxıb getməsini bildirməsi olmuşdur. Baş vermiş hadisədən dərhal sonra əməllərindən peşman olmuş, Mürsələ tibbi yardım göstərməyə çalışmışdır. Həmçinin zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Göstərdiklərini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün hadisələrin baş vermə yeri, ardıcıllığı və işin digər faktiki hallarına uyğun etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 2 ildir ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Azərlə tanışlıqları onun komyuter ustası kimi fəaliyyət göstərməsi ilə bağlı olmuşdur. O, səs rejissoru olduğu üçün ondan komyuter avadanlıqları alırmış və onlar bu minvalla tanış olmuşlar. Sonralar onların münasibətləri tanış kimi yaxınlaşmış, o, dostu Jenya ləqəbli Yevgeniy Leontyev, sevgilisi Sevinc Cəbiyevə və sonuncunun rəfiqəsi Şahid3 ilə görüşüb Bakı şəhərində vaxt keçirirmişlər. Sonuncu dəfə Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayının sonlarında kompüter üçün operativ yaddaş kartı (RAM) almış və onunla 20 manata razılaşmışlar. O, Mürsələ əvvəlcədən 10 manat pul vermiş, lakin həmin hissəni kompüterinə taxdıqda işləmədiyini müəyyən etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Azərlə görüşüb operativ yaddaş kartı RAMı ona qaytarmış və 10 manat pulunu ondan tələb etmişdir. Lakin Azər cihazın işləməməsinə görə cavabdeh olmamasını deyib, qalan 10 manatı da ondan tələb etmiş, o, isə ona həmin məbləği verməyəcəyini bildirmiş, Azər isə həmin pulu nə olur olsun ondan alacağını deyib getmişdir. xx xxxxxx 2020-ci il tarixdə Azər ona “WhatsApp” mobil proqramı ilə mesaj yazaraq bildirmişdir ki, ona qalan 10 manatı da qaytarsın. Həmin vaxt onun yanında Sevinc, Jenya və Tamilla olmuşlar. O, bir daha ona həmin məbləği verməyəcəyini dedikdə, sonuncu ona demişdir ki, “Bu cür hərəkəti anası fahişələr edir”. O, da ona qarşı nalayiq ifadələr işlətsə də, Azərin ailə üzvlərinin ünvanına söyüş söyməmiş və bir daha ona etdiyi hərəkətin düz olmadığını bildirmişdir. Bundan sonra Azər ona məsələni görüşüb aydınlaşdırmağı təklif etdikdə razılaşmış və həmin görüşə gəlməyəcəyi təqdirdə Azərin ünvanına nalayiq ifadələrlə söyüş qoymuşdur. Azər həmin gün görüş yerinə, yəni MUM-un qabağına gəlməmiş və ondan xəbər çıxmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində sevgili kimi münasibətdə olduğu Şahid2 dostu Yevgeniy Leontyev ilə birlikdə Bakı şəhəri «Sahil» metrosunun yaxınlığında işdən çıxarkən qarşılamaq üçün yolda gedərkən, Azər ona zəng edərək harada olduğunu soruşmuş, Azərə «Sahil» metrosunun yaxınlığında olduğumu dedikdə, sonuncu onu dünənki məsələni aydınlaşdırmaq üçün görüşə dəvət etmişdir. Bu zaman o, Azəri ünvan 2 ünvanında yerləşən “Şəhriyar” bağında gözləyəcəyini bildirmiş və Yevgeniy ilə birlikdə oraya getmişdir. Təxminən 10-15 dəqiqə sonra Azər həmin bağa gəlmiş, ora gələn kimi birinci Yevgeniyin orada olduğuna etiraz edib, ona oradan çıxıb getməsini bildirmiş, o isə Azərə Yevgeniydən nə istədiyini, həmçinin nə üçün onun anasının ünvanına söyüş söydüyünü deyib Azərin üzərinə getdikdə, Azər ona yumruq atmış və bədəninin sol hissəsinə zərbə endirmişdir. Hadisə vaxtı biraz sərxoş vəziyyətdə olduğu üçün həmin zərbənin bədəninə dəyib-dəymədiyini xatırlamır. Azər ona zərbə atan kimi o, qaydasız döyüşlə məşğul olduğu Azərə fənd işlədərək onu yerə yıxıb, sağ dirsəyi ilə onun sinəsini sıxıb yerdə saxlamış, Yevgeniy isə onlardan 25-30 metr uzaqda dayanmışdır. Bu zaman ani momentdə Azərin əlində dəstəyi qara rəngli bıçaq görmüş və belindən istilik hiss etmişdir. Həmin vaxt Azərin onu bıçaqladığını başa düşmüş, lakin Azərin konkret olaraq ona neçə zərbə vurduğunu bilməmiş, yalnız xəstəxanada müalicə alarkən Azərin ona 3 bıçaq zərbəsi vurduğunu bilmişdir. Azər ona bıçaqla xəsarət yetirdikdən sonra yerdən duraraq onu bıçaqladığını bildirmiş və onlara yaxınlaşan Yevgeniyə gedib spirt və bint alması üçün pul vermişdir. Yevgeniy getdikdən sonra o, və Azər R.Behbudov küçəsi ilə yolun qırağına tərəf gedərkən, Azər ona TTY çağırmalı olduğunu desə də, o, lazım olmadığını demişdir. Bir az sonra Yevgeniy aptekdən gəlmiş və Azər onun yarasına spirt töküb, Yevgeniy ilə birlikdə yaranı bintlə sarımağa başlamışlar. Azər yenidən TTY-ə zəng etmək lazım olduğunu bildirdikdə, o, artıq bədəninin keyidiyini hiss etmiş və Azərə 103-ə zəng etməsini demişdir. Bundan sonra Azər telefonla zəng edib onlardan qırağa çəkilmişdir. Bu zaman Sevinclə Tamilla hadisə yerinə gəlmiş və Sevinc onun vəziyyətini görən kimi Azərə onu öldürəcəyini deyib, oradan çıxıb getməyini bildirmişdir. Bundan sonra Azər hadisə yerindən çıxıb getmiş, Sevinc də 103-ə zəng etdikdən sonra onlar skamyada oturub TTY-ı gözləsələr də, TTY maşınının gecikdiyini görüb, yoldan taksi ilə KTM-ə gəlmişlər və onu orada əməliyyat etmişlər. Təqsirləndirilən şəxslə mübahisələri söyüşə görə olmuş, ilkin olaraq Azər ona telefonda söyüş yazmış, sonrakı müddətdə isə hər ikisi bir-birinə söyüş söymüşlər. Hadisə vaxtı Azər ona yumruq atdıqdan sonra Azəri fəndlə yerə yıxmış və sinəsindən sıxaraq nəzarətdə saxlamışdır. Həmin vaxt Azəri boğduğunu düşünmür, çünki çox güc tətbiq etməmişdir. Hadisə təxminən 10 dəqiqə ərzində baş verməklə, kənar heç bir şəxs onlara yaxınlaşmamış, narahatçılıq keçirməmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə təxminən 5-6 ildir ki, dostluq münasibətləri vardır, belə ki, onlar Bakı şəhərindəki ortaq tanışları vasitəsilə ünsiyyət qurmuş və sonradan dostlaşmışlar. Təqsirləndirilən şəxs isə, 2019-cu ilin yay aylarından Zərərçəkmiş şəxs vasitəsilə tanımış, Mürsəl Azərlə birlikdə onun yanına gələndə tanış olmuş münasibətləri yaranmışdır. Onlar, yəni Azər, Mürsəl, Mürsəlin sevgilisi Şahid2 tez-tez birlikdə Bakı şəhərində görüşüb vaxt keçirirdilər. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 21 radələrində, o, Sevinc və Mürsəl birlikdə görüşmüş və «Rus dram» teatrının qarşısında olduqları zaman Mürsəl telefonda «WhatsApp» proqramı vasitəsi ilə Azərlə danışmış və birdən Mürsəl əsəbləşməyə başlamışdır. O və Sevinc nə baş verdiyini soruşduqda, Mürsəl onlara Azərin onun anasının ünvanına nalayiq söyüş söydüyünü bildirmişdir. Bundan sonra Mürsəl artıq əsəbi olduğundan ona heçnə deyə bilməmiş və Azərlə aralarında nə kimi mübahisə olduğunu soruşa bilməmişdir. Mürsəl də Azərə «WhatsApp» mobil proqramında səsli mesaj göndərərək, saat 22-yə qədər görüşə gəlməsini bildirsə də, Azər Mürsəl ilə görüşə gəlməmiş və onlar ayrılıb yaşadıqları evə getmişlər. xx xxxxxx 2020-ci il tarixdə, saat 20:30 radələrində o, Mürsəl ilə yaşadığı evdə görüşmüş və bundan sonra birlikdə ikisi Mürsəlin yaşadığı evin yaxınlığında, mağazadan 1 litr «Coca Cola» və 250 qramlıq araq alaraq qarışdırıb içmişlər. Daha sonra birlikdə Sevinci işdən çıxarkən qarşılamaq üçün «Sahil» metrostansiyasının qarşısına gedərkən, yolda Azər Mürsələ zəng vuraraq bir gün əvvəl aralarında olan mübahisəni aydınlaşdırmaq üçün Mürsəli «Şəhriyar parkı»na dəvət etmişdir. Bununla əlaqədar olaraq o, da Mürsəl ilə birlikdə «Şəhriyar parkı»na getmiş və saat 21 radələrində oraya çatmışdır. Təxminən bir neçə dəqiqə sonra Azər də, həmin parka gəlmiş və ona nə üçün gəldiyini, söhbətin Mürsəllə onun arasında olduğunu deyərək oradan getməyini tələb etmişdir. Bundan sonra Mürsəl aqressiv şəkildə Azərin qarşısına getmiş və Azərə çatan kimi, onlar bir-birindən tutaraq, yerə yıxılmışlar. Təxminən 10-15 saniyə onlar yerdə bir-biri ilə güləşmişlər. Onlara yaxınlaşıb ayırmağa çalışdıqda isə artıq onlar hər ikisi ayağa qalxmışlar və həmin vaxt Mürsəl Azərin ünvanına nalayiq ifadələr işlətmiş və əli ilə kürəyinin sağ tərəfini tutub ağrıdığını bildirmişdir. O, baş verənlərdən şokda olmuş və nə edəcəyini bilməmişdir. Həmin vaxt Azər ona 3 manat pul verərək, aptekə getməyini, bint və spirt alıb gətirməyini bildirmişdir. Həmin vaxt Azərin Mürsəli bıçaqla vurduğunu başa düşmiş, dərhal aptekə gedib spirt və bint alıb onların yanına qayıtmışdır. Aptekdən qayıdanda yolda olarkən Sevincə zəng edib Azərin Mürsəli bıçaqla vurduğunu, dərhal 103-ə zəng etməsini bildirmişdir. Təxminən Onun aptekə gedibgəlməyi 5-7 dəqiqə çəkmiş, Azər və Mürsəlin yanına qayıtdıqda isə, onlar artıq Rəşid Behbudov küçəsində yolun qırağına çıxmışlar. Həmin vaxt Mürsəl kürəyinin sol tərəfini tutub ağrıdığını bildirdiyindən, o və Azər Mürsəlin həmin nahiyəsinə baxdıqda, həmin nahiyədə bir ədəd kəsilmiş yara olduğunu görmüşlər. Azər onun aldığı spirti həmin yaranın üzərinə tökmüş, o da, bintlə yaranı bağlamağa başlamışdır. Həmin vaxt Azər Mürsələ TTY-ə zəng vurmaq lazım olduğunu bildirib telefonda zəng edib onlardan aralanmış, bir qədər sonra isə Sevinc və onun rəfiqəsi Tamilla hadisə yerinə gəlib çatmışdır. Həmin vaxt Sevinc Azərə əsəbləşib ona oradan çıxıb getməsini bildirmişdir. Təcili tibbi yardım gecikdiyindən onlar yoldan keçən taksi ilə Mürsəli oradan xəstəxanaya aparmışlar. Həmin hadisə təxminən 5-6 dəqiqə ərzində baş vermiş, həmin hadisəni kənar şəxslərdən görən olmamış, orada yalnız o, Azər və Mürsəl olmuşlar. Sonradan özü Sevincə zəng vurub çağırmış, o da, rəfiqəsi Tamilla ilə birlikdə hadisə yerinə gəlmişdir. Hadisə vaxtı Azərlə Mürsəldən təxminən 25-30 metr aralıda dayandığından və hava qaranlıq olduğundan Azərin Mürsəli bıçaqla vurmasını dəqiq görməmişdir. Azərlə Mürsəl hər ikisi yerdən özləri durmuş, Mürsəl əli ilə kürəyini tutmuş və o, həmin vaxt onun kürəyindən qan gəldiyini görmüşdür. Aptekdən qayıtdıqdan sonra yarasını sarıyanda Mürsəlin bədənində bir xəsarət izi görmüş, ola bilsin ki Mürsəlin aldığı digər iki xəsarət paltarın altında qaldığından onları hadisə vaxtı görməmişdir. Mürsəl Azərə fənd tətbiq edib, yerə yıxaraq altına salmışdır, bu zaman onlar təxminən 10-15 saniyə yerdə güləşmişlər. Onlar yerdən qalxdıqdan sonra bir-birilərinə daha xəsarət yetirməmişlər. Mürsəlin bıçaqlandığını onun yanına gedib belindən qan gəldiyini gördükdə müəyyən etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2018-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Silver style” mağazasında məsləhətçi-satıcı vəzifəsində işləmiş, bir müddət qabaq həmin mağazadan işdən çıxmışdır. Zərərçəkmiş şəxs ilə 2012-ci ilin avqust ayından sevgili münasibətləri vardır. Təqsirləndirilən şəxs isə 1-2 ildir tanıyır, münasibətləri sevgilisi Zərərçəkmiş şəxs vasitəsi ilə yaranmışdır. Həmin dövrdən onlar, yəni, Azər, Mürsəl, o, Mürsəlin dostu Jenya və onun rəfiqəsi Tamilla tez-tez birlikdə Bakı şəhərində görüşüb vaxt keçirmişlər. xx xxxxxx 2020-ci il tarixdə o, satıcı işlədiyi «Silver Style» mağazasından çıxıb, Mürsəl ilə görüşmüş və onunla «Rus dram» teatrının qarşısında olduqları zaman Mürsəl telefonda «WhatsApp» vasitəsi ilə Azərlə danışmış və birdən Mürsəl əsəbləşməyə başlamışdır. Həmin vaxt Mürsəlin dostu Jenya ləqəbli Şahid1 də onların yanında olmuşdur. O nə baş verdiyini soruşduqda, Mürsəl ona Azərdən 20 manata kompüter üçün operativ yaddaş kartı (RAM) aldığını və buna görə Azərə 10 manat borcunun qaldığını bildirmişdir. Azər isə bayaqki telefon danışığında onu “borcunu qaytarmıyanın anası fahişədir” deyərək nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra Mürsəl artıq əsəbi olduğundan ona heçnə deyə bilməmiş və Azərlə aralarında nə kimi mübahisə olduğunu soruşa bilməmişdir. Mürsəl Azərə «WhatsApp» mobil proqramında səsli mesaj göndərərək, saat 22-yə qədər məsələni aydınlaşdırmaq üçün onu görüşə çağırmışdır. Buna baxmayaraq Azər Mürsəl ilə görüşə gəlməmişdir. Sonradan Mürsəldən ayrılıb yaşadığı evə getmişdir. Mürsəl və Azərin arasında olan problemin nə olduğunu bilməmiş, həmçinin onların işinə də qarışmaq istəmədiyindən bununla bağlı Mürsəldən heç nə soruşmamışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında işə gəlmiş, gün ərzində Mürsəl ilə danışmış və onunla işdən çıxanda görüşməli olduqları üçün saat 21 radələrində işdən çıxarkən Mürsəli gözləsə də, sonuncu gəlmədiyindən Mürsələ məxsus ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, lakin ona cavab verməmişdir. Bundan sonra o, tanışları Yevgeniyə məxsus 050- ***-**-** mobil nömrəsinə də zəng vursa da, Yevgeniy də onun zənginə cavab verməmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra Jenya özü ona zəng vurub, təcili olaraq bint alıb «Şəhriyar park»ma gəlməyini və təcili tibbi yardıma zəng vurmağını tələb etmişdir. Həmin vaxt qonşusu olan rəfiqəsi Şahid3 da onun yanında olduğundan onlar dərhal qaçaraq yaxınlıqda yerləşən «Şəhriyar parkı»na tərəf getmiş və həmçinin yolda təcili tibbi yardımı çağırmışlar. Parka çatdıqda, Mürsəlin əlini elektrik dirəyinə yasladığını və bir əli ilə də kürəyini tutduğunu, Yevgeniyin onun döş qəfəsini bintlə sarıdığını, Azərin isə əlində spirti Mürsəlin yarasına tökdüyünü görmüşdür. Mürsəl və Yevgeniyin yanına çatdıqda nə baş verdiyini soruşmuş, sonuncu Mürsəl və Azərin dalaşdıqdarını və Azərin Mürsəli bıçaqla vurduğunu bildirmişdir. Bundan sona o, əsəbiləşmiş və Azərə dərhal oradan çıxıb getməsini bildirmişdir. Onun sözlərindən sonra Azər əlindəki spirti Yevgeniyə verib oradan çıxıb getmişdir. Mürsəli skamyada əyləşdirmiş və təcili tibbi yardımın gəlməsini gözləmişlər. Həmin vaxt Azər ona «WhatsApp» mobil proqramında zəng etmiş və Mürsəllə maraqlanmış, nə edə biləcəyini soruşmuş, o, isə ona artıq edəcəyini etdiyini, əgər Mürsəl ölərsə onun başına oyun açacağını bildirmişdir. Bundan sonra o və Yevgeniy təcili tibbi yardımın gec gəldiyini görüb, yoldan tanımadıqları taksi ilə Mürsəli oradan KTM-ə aparmışlar. Daha sonra KTM-ə polis əməkdaşları gəlmiş və onlar hadisə barədə məlumat vermişlər. Onlar oraya çatdıqda Yevgeniy Mürsəlin bədənini sarımış, Azər isə yaraya spirt tökmüşdür. Azərin təcili tibbi yardım çağırmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 7-8 ildir ki, tanıyır. O,onun həm qonşusu, həm də rəfiqəsi Şahid2 Mürsəl qızı ilə sevgili kimi münasibətdədir, həmin vaxtdan da o, sonuncularla dostluq edir. Təqsirləndirilən şəxs isə 1-2 ildir ki, tanıyır. Onunla da münasibətləri Zərərçəkmiş şəxs vasitəsi ilə yaranmışdır. Həmin dövrdən onlar, yəni, Azər, Mürsəl, o, Mürsəlin dostu Jenya ləqəbli Yevgeniy və rəfiqəsi Sevinc tez-tez birlikdə Bakı şəhərində görüşüb vaxt keçirmişlər. xx xxxxxx 2020-ci il tarixdə satıcı işlədiyi «Greenwich» mağazasından çıxıb, həmişə olduğu kimi evə getmək üçün Sevinclə «Rus dram» teatrının qarşısında görüşmüş, Sevincin yanında Mürsəl və onun Jenya ləqəbli dostu Yevgeniy Leontyev olmuşlar. Həmin vaxt Mürsəl telefonda «WhatsApp» vasitəsi ilə Azərlə danışmış və birdən əsəbiləşməyə başlamışdır. Sevinc ondan nə baş verdiyini soruşduqda, Mürsəl Azərdən 20 manata kompüter üçün operativ yaddaş kartı (RAM) aldığını və buna görə Azərə 10 manat borcunun qaldığını, Azərin isə bayaqkı telefon danışığında onu “borcunu qaytarmayanın anası fahişədir” deyərək nalayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. Bundan sonra Mürsəl artıq əsəbi olduğundan ondan heç nə soruşmamışlar. Mürsəl isə Azərə «WhatsApp» mobil proqramında səsli mesaj göndərərək, saat 22-yə qədər məsələni aydınlaşdırmaq üçün görüşə çağırmışdır. Buna baxmayaraq Azər Mürsəl ilə görüşə gəlməmiş, onlar da Mürsəldən ayrılıb Sevinclə birlikdə yaşadıqları evə getmişlər. O, yenə də, Mürsəl və Azərin arasında olan problemin nə olduğunu bilməmiş, həmçinin onların işinə də qarışmaq istəmədiyindən bununla bağlı Mürsəldən heçnə soruşmamışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında işə gələrək gün ərzində işdə olmuşdur. Saat 21 radələrində işdən çıxaraq həmişə olduğu kimi Sevinclə görüşmüşdür. Həmin vaxt Sevinc Mürsəlin gəlməsini gözləsə də, Mürsəl gəlmədiyi üçün Sevinc sonuncuya zəng vurmuş, lakin telefona cavab vermədiyindən, Sevinc ortaq tanışları olan Yevgeniyə zəng vurmuş, bu zaman sonuncu da zəngə cavab verməmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra Yevgeniy Sevincə zəng vurub, təcili olaraq bint alıb «Şəhriyar park»ına gəlməsini və təcili tibbi yardıma zəng vurmağını tələb etmişdir. Həmin vaxt onlar dərhal qaçaraq yaxınlıqda yerləşən «Şəhriyar parkı»na tərəf getmiş və həmçinin yolda təcili tibbi yardımı çağırmışlar. Parka çatdıqda, Mürsəlin elektrik dirəyinə əlini yasladığını və bir əli ilə kürəyini tutduğunu, Yevgeniyin Mürsəlin döş qəfəsini bintlə sarıdığını, Azərin isə əlində spirti Mürsəlin yarasına tökdüyünü görmüşlər. Mürsəl və Yevgeniyin yanına çatdıqda nə baş verdiyini soruşmuş, Jenya Mürsəl və Azərin dalaşdıqlarını və Azərin Mürsəli bıçaqla vurduğunu bildirmişdir. Mürsəli skamyada əyləşdirib təcili tibbi yardımın gəlməsini gözləsələr də, təcili tibbi yardımın gec gəldiyini görüb, yoldan tanımadıqları taksi ilə Mürsəli oradan KTM-ə aparmışlar. Daha sonra o, xəstəxanadan yaşadığı evə getmişdir. O, Azərin Mürsələ bıçaqla xəsarət yetirdiyini görməmiş, hadisə yerinə Jenya onları çağırdıqdan sonra getmişdir. Onlar oraya çatdıqda Yevgeniy Mürsəlin bədənini sarımış, Azər isə yaraya spirt tökmüşdür. Azərin təcili tibbi yardım çağırmasının şahidi olmamışdır. Təcili tibbi yardımı hadisə yerinə gedərkən Sevinc çağırmışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi Bakı şəhəri, Səbail RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdır. (cild 01, iş vər. 01). “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş foto cədvəldən görünür ki, Bakı şəhəri, Səbail RPİ-nin İŞ-nin müstəntiqi X5 tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakı ilə hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı hadisənin ünvan 2 saylı ünvanda yerləşən “Şəhriyar” adlı parkda baş verdiyi müəyyən olunmuş, hadisə yerindən bir ədəd siqaret kötüyü və qan nümunələri götürülmüş, fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. (cild 01, iş vər. 3-10). xx xxxxxx 2020-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 35). xx xxxxxx 2020-ci il tarixli “Təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, müstəntiq tərəfindən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi, törədilmiş cinayət zamanı silah qismində istifadə etdiyi bıçaq götürülmüş və baxış keçirilərkən həmin bıçağın ümumi uzunluğunun 15 sm, tiyəsinin uzunluğunun 8 sm, tiyənin üzərində insan başı skeleti əks edilmiş olması müəyyən edilmişdir. (cild 1, iş vər. 59-60) İşdə olan portaldan çıxarışdan və Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, həmin məhkəmə hökmünədək məhkum olunmamış olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək hər ay qazancından 15% məbləğində pul dövlət nəfinə tutularaq 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. (cild 01, iş vər. 16, 62-69). xx xxxxxx 2020-ci il tarixli “Cinayət əməlinin tövsif edilməsi və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilmiş və cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyatı üzrə Səbail Rayon Prokurorluğuna göndərilmişdir. (cild 01, iş vər. 78-79) xx xxxxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, müstəntiq tərəfindən cinayət işi üzrə Səbail RPİ-dən daxil olmuş 01 ədəd bağlamada olan Zərərçəkmiş şəxs məxsus paltarlara baxış keçirilməklə müəyyən edilmişdir ki, bir ədəd polietilen torba içərisində aşkar edilmiş paltarlar aşağıdakılardır. Zərərçəkmiş şəxs məxsus 01 ədəd üzərində tünd qırmızı, ağ və qara rəngləri olan sviter. Etiket hissəsində “BAGATİR 33 SPORT WEAR” sözləri yazılmışdır. Sviterin arxa tərəfində alt tikişdən 12 sm, sol yan tikişdən 8 sm məsafədə 2,8 x 0,4 sm ölçüdə 1 ədəd, alt tikişdən 17,5 sm, sol yan tikişdən 9 sm məsafədə 2 x 0,4 sm ölçüdə 1 ədəd, alt tikişdən 22 sm, sağ yan tikişdən 13 sm məsafədə 1,4 x 0,3 sm ölçüdə 1 ədəd, ümumilikdə 03 ədəd deşilmiş zədə izləri vardır. Sviterin üzərində qana bənzər ləkələr vardır. Zərərçəkmiş şəxs məxsus 1 ədəd uzunboğaz, boz rəngli, uzunqol kofta. Koftanın arxa tərəfində alt tikişdən 11 sm, sol yan tikişdən 8 sm məsafədə 2,2 x 0,4 ölçüdə 1 ədəd, alt tikişdən 14,5 sm, sol yan tikişdən 10 sm məsafədə 2 x 0,4 ölçüdə 1 ədəd, alt tikişdən 19,5 sm, sağ yan tikişdən 15 sm məsafədə 1,1 x 0,2 sm ölçüdə 01 ədəd, ümumilikdə 03 ədəd deşilmiş zədə izləri vardır. Koftanın üzərində qana bənzər ləkələr vardır. Zərərçəkmiş şəxs məxsus 1 ədəd göy rəngli cins şalvar. Şalvarın belində 1 ədəd qara rəngli, üzərində “VERSACE” sözü yazılmış qara rəngli dəriyə bənzər materiala malik toqqa vardır. Ön hissədə 2 ədəd yan cibi, arxa hissəsində isə 2 ədəd cib vardır. Arxa sağ cibin üzərində “S.R.” hərifləri yazılmışdır. Şalvarın üzərində qanabənzər ləkələr vardır. Zərərçəkmiş şəxs məxsus 1 ədəd tünd göy rəngli kapişonlu gödəkçə. Etiket hissəsində “G.R.C. MAN” sözləri yazılıb, qabağı zəncirbənd və düymələrlə bağlanır, hər iki yan tərəfində 2 ədəd olmaqla ümumilikdə 4 cibi vardır. Gödəkcənin üzərində qanabənzər ləkələr müşahidə olunur. (cild 1, vər. 85-89) xx xxxxxx 2020-ci il tarixli “Götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə hadisə baş verən vaxt əynində olmuş bir ədəd qabağı zəncirbəndlə bağlanan, yan tərəflərində iki ədəd cibləri olan, sağ qolunda isə «Fashion» sözləri yazılmış və Böyük Britaniyanın bayrağı əks etdirilmiş qara rəngli kapişonlu gödəkcəni könüllü olaraq istintaq orqanına təqdim etmiş və müstəntiq tərəfindən hal şahidlərinin iştirakı ilə baxış keçirilməklə götürülmüşdür. (cild 1, vər. 106-108) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 115-117) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Orxan Süleymanlı tərəfindən Təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanmış, ifadəsi hadisə yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs hadisənin təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərdiyi şəraitdə baş verdiyini bildirmiş və əyani olaraq hadisə yerində göstərmişdir. (cild 01, iş vər. 118-122) “Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qan nümunəsi sol bilək venasından birdəfəlik şprislə 5 qram həcmində mütəxəssis Tağıbəyova Röya Rafiq qızı tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs tük, ağız suyu və dırnaq nümunələri mütəxəssis Tağıbəyova Röya Rafiq qızı tərəfindən götürülmüş və qablaşdırılmışdır. (cild 01, iş vər. 125) “Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əl-barmaq izi sağ və sol əl barmaqlarının izi nümunəsi “Poppilion” tipli daktiloskopik skaner vasitəsilə mütəxəssis Səbail RPİ-in KTQnin baş inspektor kriminalisti, polis mayoru X6 tərəfindən götürülmüş və daktilo-xəritə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 126) Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 05 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət-sağ əlin İİ (şəhadət) barmağının dırnaq falanqasının ovuc səthinin səthi kəsilmiş yarası iti kənarlı alətin (əşyanın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə başqasını bıçaqla vuran zaman əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş sol saidin ön səthinin çoxsaylı çapıq toxumaları, hansı ki, keçmişdə həmin nahiyələrdə olmuş kəsilmiş yaraların izləri olub iti kənarlı əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti müayinədən 1,5 il (18 ay) və daha əvvəlki tarixlərə uyğun gəlir, şəxsin özü tərəfindən yetirilməyə xarakterikdir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (cild 01, iş vər. 144-146) Səbail RPİ-nin 39-cu PB-nin məsul növbətçisinin həmin bölmənin rəisinə xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, məsul növbətçi məruzə edərək həmin gün saat 21.55-də 1 saylı KTM-dən tibbi bacısı Nurməmmədovanın məlumat verərək, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 50-də yaşayan 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Səbail rayonu, Sahil bağında bıçaqlanaraq qarının sol tərəfinin kəsilmiş, deşilmiş yarası diaqnozu ilə müraciət etməsi barədə məruzə etmişdir. (cild 01, iş vər. 189) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5(009)-1231/2020 nömrəli, xx xxxx 2020ci il tarixli qərarından görünür ki, “xxxxxxx” və “Azərfon” operatorlarından ***-***-**-** və ***-***-**-** GSM nömrələrindən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan dövr ərzində çıxan və həmin telefon nömrələrinə daxil olan zənglərin, göndərilmiş və qəbul edilmiş qısa mesajların mətnləri. Mobil telefonun olduğu əhatə dairəsi nömrə sahiblərinin adı, soyadı, ünvanı göstərilməklə məlumatların ələ keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 214) Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 100 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir sol ağciyərin aşağı payının və sol döş boşluğuna çoxlu qanaxma (500 ml) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthində kürək xətti üzrə İX-X qabırğaarası sahədə yerləşən, sol döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yara, döş qəfəsinin sol yarısının arxa səthində arxa qoltuq xətti üzrə İX-X qabırğaarası sahədə yerləşən, döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd və döş qəfəsinin sağ yarısının arxa səthində onurğayam xətti üzrə İX-X qabırğaarası sahədə yerləşən, döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş (ümumilikdə 3 ədəd) yaralar deşici-kəsici xarakterli alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər..Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sol ağciyərin aşağı payının və sol döş boşluğuna çoxlu qanaxma (500 ml) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthində kürək xətti üzrə İX-X qabırğaarası sahədə yerləşən, sol döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş- sol döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yara, döş qəfəsinin sol yarısının arxa səthində arxa qoltuq xətti üzrə İX-X qabırğaarası sahədə yerləşən, döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd və döş qəfəsinin sağ yarısının arxa səthində onurğayam xətti üzrə İX-X qabırğaarası sahədə yerləşən, döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaralar isə dərəcəsinə görə həm ayrı-ayrılıqda, eləcə də, ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər.(cild 1, vər. 222-226) Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxx 2020ci il tarixli 646 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vər. 229-232) İşdə olan “Əməlin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-nin 29,120.1-ci maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 126.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyatı üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. (cild 01, iş vər. 239-240). Materialların məhkəmə ekspertizası, lifli materialların tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/369 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 №-li cədvəldə göstərilib. Həmin kənar lif mikrohissəciklərin arasında, Təqsirləndirilən şəxs gödəkçəsinin üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs gödəkcəsinin tərkib lillərinə uyğun gəlmirlər, Zərərçəkmiş şəxs gödəkcəsinin üzərindən tapılmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs gödəkcəsinin tərkib liflərinə uyğun gəlirlər, Təqsirləndirilən şəxs dırnaq nümunələrində Zərərçəkmiş şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur. (cild 02, iş vər. 27-32) Məhkəmə-daktiloskopik, məhkəmə-ballistik və məhkəmə trasoloji ekspertizaların xx xxxxx 2020-ci il tarixli 3/209, 3/210, 3/211 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçağın səthindəki əl-barmaq və papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu kəsici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində «Zərərçəkmiş şəxs məxsus...» yazı qeydləri olan kağız bükülülərdən aşkar edilmiş boz rəngli sviterin (qərarda göstərilən koftanın) və qırmızı-ağ-göy (qərarda göstərilən ağ-qara) rəngli sviterin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və s.) təsirindən yaranmağa xarakterik deşilməkəsilmə zədələridir. Lakin təqdim edilmiş sviterin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş sviterlərin material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilmə-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. Təqdim edilmiş üzərində «Zərərçəkmiş şəxs məxsus...» yazı qeydləri olan kağız bükülülərdən aşkar edilmiş gödəkcənin, şalvarın və üzərində «Təqsirləndirilən şəxs məxsus ...» yazı qeyd olan kağız bükülüdən aşkar edilmiş gödəkcənin səthində trasoloji zədə yoxdur. (cild 2, iş vər. 33-37) Məhkəmə-tibbi-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli 254/2020-MTBŞ nömrəli rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqatına əsasən, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0 alfa, beta /1/- dir,(təqdim olunan sənədin surətinə əsasən), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A beta (H) /İİ/-dir. Ekspertizaya təqdim edilmiş bıçaq, Zərərçəkmiş şəxs məxsus gödəkcə, uzunqol sviter, şalvar (kəmər ilə), uzunqol kofta, Təqsirləndirilən şəxs məxsus gödəkcə üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni alındı. «H» antigeni O alfa, beta /1/ qrupunun əsasını təşkil edir. Bu qan ləkələri O alfa, beta /1/ qrupu bir şəxsə, o, cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq, Zərərçəkmiş şəxs məxsus gödəkcə, uzunqol sviter, şalvar (kəmər ilə), uzunqol kofta, Təqsirləndirilən şəxs məxsus gödəkcə üzərində tükə bənzər obyekt və tər-piy ifrazata şübhəli ləkə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş siqaret kötüyü üzərində olan ləkələrdə ağız suyu aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş maddi sübutlar üzərində olan qan ləkələrdə yararlı hüceyrə elementləri aşkar olunmadığı üçün regionu (bədənin hansı nahiyəsinə aid olması) təyin etmək mümkün olmadı. (cild 2, iş vər. 39-47) «xxxxxxx» MMC və «xxxxxxx» MMC tərəfindən istintaqa təqdim edilmiş CD-disklərə və iş materiallarına əlavə edilmiş çıxarışlara baxış keçirilməsinə dair xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi 070 ***-**-** nömrədən Zərərçəkmiş şəxs istifadə etdiyi 055 ***-**-** nömrəsinə xx xxxxxx 2020-ci il tarixdə saat 20:39:07-də, xx xxxxxx 2020-ci il tarixdə saat 21:01:16-da və xx xxxxxx 2020-ci il tarixdə 12103 nömrəsinə saat 21:12:58-də zəng olunmuşdur. (cild 2, iş vər. 48-106) Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx xxx 2020-ci il tarixli məktubundan görünür ki, Səbail Rayon Məhkəməsinin 1(009)-41/19 saylı xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs aylıq qazancından 15% məbləğində pul dövlət nəfinə tutulmaqla 12 ay islah işləri cəzasına məhkum olunmuş, xx xxxxx 2019-cu il tarixdən Yasamal rayon İcra və Probasiya şöbəsində probasiya nəzarətindədir. Məhkum tərəfindən 12 ay islah işləri cəzasının 04 ayı çəkilmişdir.(cild 02, iş vər. 118) «Sübutların qiymətləndirilməsi haqqında» xx xxx 2020-ci il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, CM-in 221.3-cü maddəsinin təkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibinə xitam verilmiş, CM-nin 29,120.1-ci maddəsinin tərkibi olmadığından həmin epizod üzrə cinayət təqibi xitam edilmiş və Təqsirləndirilən şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsaərtlərin əmələ gəlmə epizodu üzrə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs məxsus məişət təyinatlı turist bıçağı və Zərərçəkmiş şəxs məxsus boz rəngli və qırmızı-ağ-göy rəngli sviterlər, bir ədəd gödəkcə, bir ədəd şalvar və siqaret kötüyü maddi sübut kimi tanınaraq Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (cild 02, iş vər. 119- 141). İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün məhkəmə iclasında verdiyi hadisələrin baş vermə yeri, ardıcıllığı və işin digər faktiki hallarına uyğun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, iş üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyləri ilə müəyyən edilmiş hallar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun törətmiş olduğu cinayət əməli, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edərək, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödəməsini, cinayətin törədilməsindən sonra hadisə yerində zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməyə çalışmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki ittiham üzrə cinayəti törətdiyi zaman müvafiq olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli hökmü ilə üzərində yaranmış məhkumluq ödənilmədiyi və götürülmədiyinə baxmayaraq, sonuncu müvafiq hökmlə azadlıqdan məhrumetmə ilə bağlı olmayan islah işləri cəzasına məhkum edildiyindən, göstərilən hal Təqsirləndirilən şəxs münasibətdə residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.4.1-ci bəndindən göründüyü kimi, 68.1.3-cü maddədə “üç” sözü “dörd” sözü ilə əvəz edilmiş, yəni hazırki halda Təqsirləndirilən şəxs münasibətdə qəti cəzanın müəyyənləşdirilməsi üçün hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd gününün bərabər tutulmalı olması müəyyənləşdirilməklə, hazırki halda Təqsirləndirilən şəxs vəziyyəti yüngülləşdirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın xx xxxxx 2019-cu il tarixə çəkilməmiş qalan hissəsi, - qazancından 15 faiz tutulmaqla 08 (səkkiz) ay müddətinə islah işləri cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişiklik nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən dörd günə bir gün hesabı ilə hesablanaraq 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək cəza ilə tam birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar,- Səbail RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus məişət təyinatlı turist bıçağı və Zərərçəkmiş şəxs məxsus boz rəngli və qırmızı-ağ-göy rəngli sviterlər, bir ədəd gödəkcə, bir ədəd şalvar və siqaret kötüyü dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri cəmi 314 (üç yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş qazancından 15 faiz tutulmaqla 12 (on iki) ay müddətinə islah işləri cəzasının çəkilməmiş qalan hissəsi,- 08 (səkkiz) ay müddətinə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən dörd günə bir gün hesabı ilə hesablanaraq 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki cəza ilə tam birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus məişət təyinatlı turist bıçağı və Zərərçəkmiş şəxs məxsus boz rəngli və qırmızı-ağ-göy rəngli sviterlər, bir ədəd gödəkcə, bir ədəd şalvar və siqaret kötüyü dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərcləri cəmi 314 (üç yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-775/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-775/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver