Məhkəmə qərarları › İş №1(101)-775/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-775/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-775/2022 10.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin Bakı Ağır Cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1990-cı ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olub, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdi ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,112 qram, 0,218 qram ümumi təmiz çəkisi 3,330 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 01 ədəd 1 ml-lik şprisdəki 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vastiə heroini və üzərində heroin izləri olan elektron tərəzini əldə edib boz rəngli əl çantasının və onun içərisində olan sarı rəngli pul qabının içərisində saxlayaraq daşımış, 21 oktyabr 2021- ci il tarixdə saat 18:30 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxlayaraq daşıdığı içərisində narkotik vasitə heroin izləri olan 01 ədəd boz rəngli əl çantasının içərisindəki sarı rəngli pul qabının içərisindən 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 3,330 qram təşkil edən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə fərqlilik təşkil edən narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram psixotrop maddə metamfetamin, əl çantasının içərisindən isə 01 ədəd 1 ml-lik şpirsdəki 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vastiə heroin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü əvvəl təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 21 oktyabr 2021-ci il tarixdə saat 16:45 radələrində yaşadığı evdə olan zaman, evin qapısı bərkdən döyüldü, o qapını açmaq üçün çölə çıxdıqda, qapını açanda sahə inspektoru və əməliyyat müvəkkili onu tutub çölə çıxardı. Onlar evinin həyətinin qarşısında onun üzərini axtarmağa başladılar və heç nə tapmadılar. Bundan sonra polis əməkdaşları onu evin həyətinə gətirdilər və onlardan sahə inspektoru Azər adlı şəxs isə çölə çıxdı. Bu vaxt əməliyyat müvəkkili Elçin onun yanında idi. Azər adlı şəxs Elçinini yanına çağıraraq əlində olan çanta və sarı rəngdə qabı ona göstərərək, bunları tapdıqlarını bildirəndə, o həmin çanta və qabın ona məxsus olmadığını onlara bildirdi. Polis əməkdaşları onu polis bölməsinə apardılar. Polis bölməsində polis əməkdaşları ona büküm təqdim edərək, onu cibinə yerləşdirməyini və ona məxsus olduğunu bildirməyini istədikdə, o ona edilən təzyiqlərə baxmayaraq həmin bükümü cibinə yerləşdirmədi və ona məxsus olduğunu demədi. Buna görə də polis əməkdaşları digər otaqda ona təzyiq göstərdi. Bundan sonra onlar bükümü stolun üzərinə yerləşdirərək videoçəkiliş etdilər. O da məcbur olub stolun üzərindəki narkotik vasitənin onun olduğunu dedi. Daha sonraki məhkəmə prosesində Təqsirləndirilən şəxs ifadə verərək, bildirdi ki, saxlanılarkən üzərində 1 ədəd şprisdə narkotik vasitə olub, əvvəlki məhkəmə iclasında valideynləri zalda olduğundan onlardan utandığı üçün bu barədə deyə bilməmişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün peşmandır. Bundan sonra narkotik vasitədən istifadə etməyəcək. Narkotik vasitəni Zığ qəsəbəsində tanışlara pul verirdi, onlar alırdı. Narkotik vasitəni heç vaxt satış məqsədilə əldə etməmişdir. Narkotik vasitəni iki gündən bir təqribən 60 manata əldə edirdi, lakin pulu tam ödəməmişdi, borclu qalmışdı. Narkotik vasitədən istifadə etdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili işləyir. 21 oktyabr 2021-ci il tarixdə Şəhriyar adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat məlumatının yoxlanılması məqsədilə onun rəhbərliyi ilə əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupunda o və digər polis əməkdaşı Tərlan Bebudov da iştirak edirdi. Həmin gün daxil olmuş məlumat əsasında ünvan 4 ünvanın qarşısında Şəhriyar adlı şəxsi onun əlamətlərinə görə tanıyıb ona yaxınlaşaraq xidməti vəsiqələri göstərib özlərini təqdim edib, onun da özünü təqdim etməsini xahiş etdilər. Həmin şəxs özünü təqdim etdi və adsoyadının Təqsirləndirilən şəxs olduğunu bildirdi. Bundan sonra onu Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə dəvət etdilər. Həmin şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinin inzibati binasına gəldi. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirildi. Şəxsi axtarışın keçirilməsi zamanı Təqsirləndirilən şəxs əlindəki qol çantasında xatılamadığı miqdarda narkotik vasitə aşkar edildi. Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. 22 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxsın yaşadığı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirildi və evdən narkotik və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitənin satmasına dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəni heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmədə verdiyi ifadələrində narkotik vasitəni satış məqsədi ilə aldığını etiraf etməmişdir, eyni zamanda şahidlər də hər biri ayrı ayrılıqda verdikləri ifadələrində Təqsirləndirilən şəxs sorğu sual zamanı onun narkotiki özü istifadə etməsi üçün aldığını bildirməsini göstərmişdirlər. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışalara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir. Bundan başqa, adı çəkilən Plenumun Qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlarə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 349-cü maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi qəbul edilə bilənlərə yalnız şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlərin aid edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanın Təqsirləndirilən şəxs verdiyi izahatlara istinad etməklə onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticələri , İslamovun narkotik vasitə satması kimi ilə bağlı ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə hesab edir ki, X2 əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin xırda bağlamalara bükümlərdə olsa da belə həmin narkotik vasitələrinin məhz satış məqsədi ilə almasına dəlalət etmir. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Cinayət işində olan 21 oktyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə 22 oktyabr 2021-ci il tarixli, 6/4704 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş kağız paketdəki 01 ədəd boz rəngli əl çantasında 01 ədəd 1ml-lik şprstdəki 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin müəyyən edildi, elektron tərəzinin üzərində və əl çantasında heroinin izləri müəyyən edildi. Həmin predmetlərdə heroin iz şəkilində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Çantadakı pul qabının içərisində olan 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,112 qram, 0,218 qram ümumi təmiz çəkiləri 3,330 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin təmiz çəkisi 0,178 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,138 qram. Heroinin təmiz çəkisi 3,330 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 3,250 qram. Heroin məhlulu 0,87 ml- quru qalıq 0,434 qram tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,394 qram.(ekpertizanın dəyəri 109, 90 manat) Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə 11 fevral 2022-ci il tarixli, 6/805 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroin kütlələri kimyəvi tərkiblərinə görə fərqlidirlər ( şprisdə olan 0,8 ml həcmində tünd qəhvəyi rəngli məhlulun qurudulmasından alınmış qalıq təmiz çəkisi 0,394 qram heroin kütləsi ilkin olaraq məhlul vəziyyətində olduğundan tərkibi dəyişmişdir və bu səbəbdən də eyniləşdirmə üzrə tədqiqat aparılmır) Heroinin qalıq 3,250 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 3,170 qram. Heroin məhlulu 0,87 ml- quru qalıq 0,394 qram (istifadə olunmadı) Metamfetamin qalıq 0,138 qram (istifadə olunmadı)(ekpertizanın dəyəri 110 manat) Cinayət işində olan 21 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokollardan görünür ki, polis əməkdaşları Suraxanı RPİ-nin 33-cu PB-nin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilir, Təqsirləndirilən şəxs əlindəki boz-yaşıl rəngli əl çantasının içərisində olan sarı rəngli pul qabınım içərisindən üç ədəd büküm kütləni təqdim edərək bildirir ki, təqdim etdiyi iki ədəd büküm kütlə narkotik vasitə olan heroin, bir büküm kütlə isə psixotrop maddə metamfetamindir özü istifadə etmək məqsədilə ümumilikdə 80 manata almışdır. Təqsirləndirilən şəxs əl çantasından içərisində məhlul olan 01 ml-lik şpristi və 01 ədəd elektron tərəzini təqdim edərək şprsitin içərisindəki məhlulun heroin olduğunu və özü istifadə etmək məqsədilə əl çantasında saxlayaraq daşıdığını bildirmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin verdiyi 10.02.2022-ci il tarixli, 627 sayli rəydən görünür ki, Təqsirləndirilən şəxs «opioidlərin» qəbulu nəticəsində yaranan asilliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsnа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 21 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hall kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Suraxanı RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 3,250 qram heroin, 0,87 mlquru qalıq 0,394 qram geroin məhlulu, qalıq 0,138 qram metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs oğlunun barəsində şəxsi axtarışın keçirilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 219 (iki yüz on doqquz) manat, 9 (doqquz) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 219 (iki yüz on doqquz) manat, 9 (doqquz) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Suraxanı RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 3,250 qram heroin, 0,87 ml- quru qalıq 0,394 qram geroin məhlulu, qalıq 0,138 qram metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar