Məhkəmə qərarları › İş №1(101)-775/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-775/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-775/2024 18.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, 08 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 mart 2023-cü il tarixdə barəsində polisin nəzrəti altına vertmə qətimkan tədbiri seçilmiş, 24 iyun 2023-cü il tarixdə barəsində axtarış elan edilmiş, 26 avqust 2023-cü il tarixdə tutulmuş və 27 avqust 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 4,731 qram təşkil edən psixotrop maddə metamafetamini əldə edib üzərində saxlayaraq daşımış, 08 mart 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ, 13-cü Polis bölməsinə gətirilib, üzərinə 13-cü Polis bölmənin inzibati binasında şəxsi axtarış keçirilən zaman əynindəki açıq boz rəngli qısa şalvarının sağ yan cibindən 1 ədəd bükümdə satış məqsədi ilə qanunsuz əldə edib daşıyaraq üzərində saxladığı təmiz çəkisi 4,731 qram təşkil edən psixotrop maddə metamafetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik maddə olan nəşədən istifadə etsə də, heç vaxt narkotiklərin satışı ilə məşğul olmamış və heç kimə narkotik maddələri pay verməmişdir. 08 mart 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularkən onun üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkəmədən qeyd etdiklərini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini və ifadəsində göstərdiyi hallara aydınlıq gətirilməsi məqsədi ilə hadisənin şahidi olmuş Şahid4 və atası Şahid3 şahid qismində dindirilməsini xahiş edir. Proses iştirakçılarıın suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, polis işçiləri onu birinci dəfə 8 mart günü Səbail rayonu, Sülh küçəsində axşam saat 17-18 radələrində saxlamışlar. Həmin vaxt onun tanıdığı bir xanım işdən çıxıb onun yanına gəlmiş, bu zaman o, evdə tək olmuşdur. Polis işçiləri həmin xanımla onu birlikdə aparmışlar. Ona demişlər ki, əgər qızın da qanında narkotik vasitə aşkar olunarsa, onu cəza çəkməyə göndərəcəklər. Onun yaşadığı evdə axtarış və baxış olmuşdur. Evdən aparanda onu döymüşlər, canında ağrılar olduğu üçün narkotiki boynuna götürmüşdür. Polis əməkdaşlarından Bəxtiyar, Şəhriyar və Seymur orada olmuş, digər əməkdaşların adlarını bilmir. Onu döyən şəxslərdən yalnız Bəxtiyarın adını bilir, digərlərinin isə adları ona məlum deyildir. Aldığı xəsarətlərə görə məhkəmə ona sanksiya verməmişdir. Ona demişlər ki, xəsarətlə bağlı eksperizadan keçər və özləri deyəndə ekspertizaya gedər. Lakin sonradan ona heç kim ekspertizadan keçməyə getməsi barədə məlumat verməmişdir. Özü narkotik kimi metamfetamindən istifadə etmişdir. O, heç kimlə telefon əlaqəsi saxlamamışdır. 070 355-63- 55 nömrəsi ona məxsus olmuşdur. Ona mesaj yazan şəxsin kim olduğunu bilmir, buna görə tanımadığı zənglərə cavab verməmişdir. Narkotiklə bağlı onun kiminləsə alış-verişi olmamışdır. Onun mobil telefonunda ola bilsin ki, “sms» yazışmaları olsun, lakin o, həmin “sms”lərin heç birinə cavab yazmamışdır. Evə onun yanına gəlmiş xanım onun nişanlısı olmuşdur. İstintaq zamanı da o, məhkəmədəki kimi ifadə vermişdir. İfadənin sonunda da qeyd vermişdir, lakin orada görmüşdür ki, guya ona heç bir təsir və təzyiq olunmaması yazılmışdır. O, bunu görəndən sonra imza etməkdən imtina etmişdir. Aldığı xəsarətlərlə bağlı bildirmək istəyir ki, onun başında şiş olmuşdur. Videoçəkiliş zamanı da onun hərəkətlərindən döyülməsinin hiss olunduğu görünür. Evə polis işçiləri gələndə özlərini təqdim etməmişlər. Onun üstündə və evdə axtarış aparılmış, lakin heç nə aşkar olunmamışdır. Polis bölməsinə gətiriləndən sonra onun üzərinə narkotiki qoymuşlar. Onu axşam saat 20 radələrində tutmuşlar, lakin səhərə yaxın üzərinə baxış keçirmişlər. Ondan mobil telefonu götürərək telefona da baxış keçirmişlər. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edəndən sonra müstəntiq «Asan xidmət»in qarşısında mobil telefonunu qaytarmışdır. Telefon ona tutulduqdan təxminən 7-10 gün sonra qaytarılmışdır. Bundan sonra o, həm mobil telefonunu, həm də nömrəsini dəyişmişdir. Məhkəməyə sanksiya üçün çıxarılanda onun bədənində xəsarətləri olmuş, ona görə də məhkəmə təqdimatı təmin etməmişdir. İttiham aktını məhkəmədə alandan sonra bilmişdir ki, ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham vermişlər. O, öz istifadəsi üçün lazım olan narkotik vasitəni çox çətinliklə tapmışdır. Heç kimə narkotik vasitə verməmişdir. Məhkəmədən çıxandan sonra prokurorluğa şikayət etmişdir. Onu şikayət etməyə sanksiya verən hakimin özü yönləndirmişdir. Sonra onu prokurorluğa dəvət etmişlər, orada ona demişlər ki, müayinəyə onların göndərdikləri yerə getmək və orada müayinədən keçmək lazımdır. Prokurorluğa ekspertizadan keçməkdən imtina etmək barədə ərizə verməmişdir. Sənədlərin tədqiqi mərhələsindən sonra elan olunmuş sualları cavablandıran Təqsirləndirilən şəxs 070 355-63-55 nömrəsinin atasına məxsus olduğunu və həmin nömrəyə «sms» yazan şəxsləri tanımadığını, onları tanımadığı üçün həmin «sms»lərə cavab yazmadığını, həmin şəxslərin kim olduqlarını da bilmədiyini, həmin «sms»lərin onun üçün problem yaradacağını fikirləşib onlara cavab yazmadığını, özünün narkotik vasitələrdən istifadə etdiyini, lakin onların satışı ilə heç vaxt məşğul olmadığını, narkotik vasitəni Bakıxanov qəsəbəsində yerləşən “Heydər parkı»nda tanımadığı şəxsdən aldığını, «sms» məlumatlarına baxış keçirilməsində iştirak etmədiyini, elan olunmuş «sms»lərlə onu vəkilinin tanış etdiyini, protokolda olan imzaların ona məxsus olmadığını, polis əməkdaşları onu saxlayanda üstündə 070 355-63-55 nömrə ilə işləyən mobil telefon olduğunu, telefonu müstəntiqin götürdüyünü, daha sonra onu məhkəməyə apardıqlarını, məhkəmədə onu buraxandan sonra müstəntiqin atasının telefonuna zəng edib əlaqə saxladığını və onlarla görüşdüyünü, görüş vaxtı telefonunu qaytaracağını bildirdiyini, təxminən bir ay sonra telefonu qaytardığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, orta təhsillidir, 070 355-63-55 nömrəsindən istifadə edir. Təxminən 2-3 ilə yaxındır ki, narkotik maddələrdən istifadə etsə də, son zamanlar tərgitmişdir. Buna baxmayaraq, arada psixotrop maddələrdən metamfetamindən istifadə edir. xx.xx.2023-cü il tarixdə Bakıxanov qəsəbəsi, «Bakıxanov» ticarət mərkəzinin yanında heç bir anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 100 manata bir büküm psixotrop maddə olan metamfetamin almışdır. Həmin maddəni üzərində gəzdirmişdir ki, lazım olanda istifadə etsin. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat təxminən 21:30 radələrində yaşadığı evin yaxınlığında Sülh küçəsi, 14/2 saylı ünvanda olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sabunçu RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin işçiləri olduqlarını deyib, ondan adının Murad olub-olmamasını soruşan zaman, o, artıq yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq adının Murad olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan üzərində qanunla qadağan olunan hər hansı əşya və ya predimet olub-olmamasını soruşanda, o, bir gün əvvəl aldığı metamfetamini üzərində daşıdığını bildirmişdir. Daha sonra onu 13-cü PB-yə gətirmişlər. Yolda olarkən üzərinə onlar ciddi nəzarət etdiklərindən psixotrop maddəni özündən kənara ata bilməmişdir. Xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunmuş, şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi seçmək hüququnun olmasını izah etmişlər. Ona müdafiəçi təqdim edilmiş və onun xahişi ilə vəkilin iştirakı olmadan üzərinə baxış keçirilməsini xahiş etmişdir. Daha sonra ondan üzərində olan əşyaları təqdim etməyi tələb etdikdə, o, əynində olan açıq boz rəngli qısa şalvarının (şort) sol cibindən 1 ədəd qara rəngli SAMSUNG DUOS S7582 markalı mobil telefon, sağ yan cibindən isə şəffaf selofana bükülmüş 1 ədəd içərisində ağ rəngli kristal şəkilli maddəni, yəni metamfetamini çıxarıb təqdim etmişdir. Həmin 1 ədəd şəffaf selofana bükülmüş, içərisində ağ rəngli maddənin "şüşə” kimi bildiyi psixotrop maddə olduğunu soruşanda, o, bir daha səmimi etiraf edərək öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, «Bakıxanov» ticarət mərkəzi yaxınlığında adını və anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən ümumilikdə 100 manata aldığını bildirmişdir. Aşkar olunmuş 1 ədəd şəffaf selofana bükülmüş, içərisində ağ rəngli, kristal şəkilli maddə bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmin psixotrop maddəni üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən Bakıxanov qəsəbəsində almışdır. Narkotikin və ya psixotrop maddənin satışı ilə məşğul deyildir, lakin bəzən tanışlarına pay kimi heroin və «patı» vermişdir. O, aldığı narkotik vasitəni özünə istifadə edir və bəzən pay verir . O, birinci dəfədir ki, həmin şəxsdən psixotrop maddə almış, başqa heç bir yerdə narkotik vasitə və ya metamfetamin saxlamır . Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı fiziki zor tətbiq edilməyib. Onun üzərinə yalnız təhqiqatçının iştirakı ilə baxış keçirilib, ona ciddi nəzarət olunduğundan patını özündən kənara ata bilməmişdir (cild 1, iş vərəqi 175-178). Elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı qeydlərin ona məxsus olduğunu, lakin imzaların ona aid olmadığını, elan olunmuş ifadə ilə bağlı heç nə demədiyini, istintaqda ondan ifadə alınmadığını, ifadəni müstəntiqin yazdığını və ona ifadəyə əlavəsi olmaması barədə qeyd yazmağı təklif etdiyini, həmin qeydi yazanda orada ona zor tətbiq edilmədiyi sözlərinin yazıldığını gördüyünü, bunu oxuyandan sonra protokolu imzalamaqdan imtina etdiyini, ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verildiyini ittiham aktını alandan sonra bildiyini, istintaq vaxtı heç bir sənədə imza atmadığını, ümumiyyətlə tutulan vaxt və istintaq zamanı heç bir sənədi imzalamadığını, təhqiqatçı tərəfindən alınan izahatlarda olan imzaların və qeydlərin ona məxsus olduğunu, sənədlərin ona idarədə olanda təqdim olunduğunu və orada da sənədləri imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Murad adlı şəxsin qanunsuz olaraq külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, üzərində daşıması, dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunduqdan sonra onun rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid1 da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Onlar tərəfindən Murad adlı şəxs Bakıxanov qəsəbəsi, Sülh küçəsində saxlanılmış və Sabunçu RPİ, 13-cü Rolis bölməsinə dəvət olunmuşdur. Bölmədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qısa şalvarın sağ yan cibindən 1 ədəd büküm aşkar edilmişdir. Həmin büküm açılarkən içərisində metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Sorğu zamanı Murad bükümün içərisində olan maddənin metamfetamin olduğunu bildirmişdir. Sualları cavablandıran Şahid2 bildirdi ki, onlar tərəfindən təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, onun yanında başqa kimsə olmamışdır. Saxlanılan zaman Muradın üzərində hər hansı xəsarət izləri olmamış, ola bilsin ki, həmin vaxt o, narkotik vasitənin təsiri altında olmuşdur. Onlar təqsirləndirilən şəxsi yaşayış binasının qarşısında saxlamışlar. Özlərini təqdim etdikdən sonra onu Polis bölməsinə aparmışlar. Bölmədə Muradın üzərinə baxış keçirilərkən o da, iştirak etmişdir. Həmin vaxt Muradın əynində qısa şalvar, yəni şort olmuşdur. Murad metamfetamini əynindəki qısa şalvarın sağ yan cibindən bir bükümdə çıxarıb təqdim etmişdir. Məhkəməyə sanksiya alınması üçün Muradı o, aparmışdır. Təqsirləndirilən şəxsi döyən olmamış, heç kim ona qarşı təsir və təzyiq etməmişdir. Prokurorluq tərəfindən hazırkı işlə bağlı çağırılıb izahat verib-vermədiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs 08 mart 2023cü il tarixdə saxlanılaraq 13-cü Polis bölməsinə gətirilməsi və bölmədə təhqiqatçı tərəfindən üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid2 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs atası Şahid3 məhkəmə iclasında əlavə şahid qismində verdiyi ifadəsində bildirdi ki, Muradın polis işçiləri tərəfindən tutulduğu evdə onlar kirayədə yaşamışlar. 2023-cü il mart ayının 8-də o, Suraxanı qəsəbəsində yaşayan xalasının yanına getmiş, həmin vaxt Muradın nişanlısı Fidan ona zəng edərək polis əməkdaşlarının evə gəldiklərini, Muradı tutduqlarını və incitdiklərini bildirmişdir. Aradan bir müddət keçmiş yenidən Fidan ona zəng edib polis işçilərinin Muradı apardıqlarını bildirmişlər. Bundan sonra o, evə yox, oğlunun dalınca polis idarəsinə getmişdir. İdarədə o, Muradın nişanlısını görmüş, Fidan ona bildirmişdir ki, polis əməkdaşları Murada təzyiq göstərmişlər, onun vəziyyəti pisdir. O, Muradın necə aparıldığını soruşanda, Fidan ona demişdir ki, Muradı əynində olan şortikdə aparmışlar. Bundan sonra o, qıza evə gedib Murada paltar gətirməyi tapşırmışdır. Sonra özü idarəyə daxil olmuş, orada polis işçilərindən kimə ona sabah gəlib müstəntiqlə görüşməyi məsləhət görmüşdür. Daha sonra o, evə qayıtmış, evdə hər yerin dağıldığın və evin pis vəziyyətə salındığını görmüşdür. Muradın nişanlısından evdə nə baş verdiyini soruşduqda, Fidan onu qapının dalında saxladıqlarını və içəri buraxmadıqlarını bildirmişdir. Sonra o, həmin evdən çıxaraq başqa bir evi kirayə etmişdir. Onun kirayədə qalmasının səbəbi odur ki, özü ürək əməliyyatı keçirmiş, bu zaman pul lazım olduğuna görə evini satmışdır. Tutulmamışdan qabaq o, oğlunun narkotikdən istifadə etdiyini eşitmişdir. Həmin müddətdə polis işçiləri onu və ya oğlunu idarəyə çağırmamışlar. Oğlu narkotikdən istifadə etdiyi müddətdə o, Muradın istifadə etdiyi “Nar” nömrəli mobil telefonu onun əlindən almışdır. Həmin telefonun nömrəsi 070 355-63-55 olmuşdur. O, Muradın bu işlə bağlı axtarışda olduğunu bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, Yasamal rayonunda “Araz market”də satıcı işləyir. 2023-cü il mart ayının 8-də işdən tez çıxıb Muradın yaşadığı evə gəlmişdir. Pilləkanlarla çıxanda arxadan kiminsə qaça-qaça gəldiyini görmüş, həmin şəxs gəlib onu keçərək bir-iki pilləkan yuxarı qalxmışdır. O, qapını döyəndə Murad qapını açmış, həmin şəxsdən burada nə etdiyini soruşmuşdur. Onlar Muradın boğazından sıxaraq içəri girmişlər, o isə, qapıdan çöldə qalmışdır. Polis işçiləri həmin vaxt onun əlindəki sumkanı almış və içərisini axtarmışlar. Daha sonra onların Muradı içəridə döydüklərini eşitmişdir. O, çöldə qışqıraraq kim olduqlarını soruşmuş, onlar isə səsini çıxarmamağı, yoxsa onu da içəri salıb döyəcəklərini bildirmişlər. Polis işçiləri Muraddan “mal haradadır?” deyərək soruşmuşlar. O, Muradı səsləyəndə, sonuncu atasına zəng vurub çağırmağı tapşırmış, o da, Muradın atasına zəng etmişdir. Bundan sonra həmin şəxslər Muradı aşağı düşürmüşlər. Həmin vaxt Muradın əynində şortikdən başqa heç nə olmamışdır. Yenə birinci mərtəbədə Muradı onun gözünün qarşısında döymüşlər və yenidən evə qaldırmışlar. Orada yenə səs-küy gəlmişdir. O, yenidən Muradın atasına zəng etmiş, həmin şəxslərin Muradı idarəyə apardıqlarını bildirmişdir. Daha sonra onun özü də polis idarəsinə getmiş, bu zaman Muradın atasının artıq idarədə olduğunu görmüşdür. Orada atası Murada paltar gətirmək lazım olduğunu demiş, o da, evə gəlmişdir. Həmin vaxt ev dağınıq vəziyyətdə olmuşdur. O, evdən Murada paltar seçib idarəyə gətirmiş, polis idarəsində onu Bəxtiyar adlı bir əməkdaşın otağına aparmışlar. İdarədə o, Muradın harada olduğunu soruşduqda, ona narahat olmamağı, Muradın da onunla eyni binada olduğunu demişlər. Bundan sonra onunla söhbətləri olduğunu bildirərək, Muradın nə işlə məşğul olduğunu ondan soruşmuşlar. O isə, Muradın nə işlə məşğul olduğunu bilmədiyini demişdir. Sonra kamera çəkilişinə düşməməkdən ötrü onu tulaetə salmışlar. Bundan sonra ona bir yaxşılıq edə biləcəklərini, əgər 5000 manat verərsə, onu buraxa biləcəklərini söyləmişlər. O isə, Muradsız getmək istəmədiyini deyərək, onun da buraxılmasını xahiş etmişdir. Bu zaman ona bildirmişlər ki, əgər Muradın da çıxmasını istəyirsə, 15000 manat verilsin, bu gecə onu da buraxacaqlar. O da, qardaşına zəng etmiş, onu və Muradı polisə gətirdiklərini, buraxılmaları üçün 15000 manat pul istədiklərini bildirmişdir. Qardaşı ona “102”-yə yığıb şikayət etməyi məsləhət görmüş, o isə, yığa bilməyəcəyini, polis idarəsinin içində olduğunu demişdir. Bundan sonra polis işçiləri telefonu ondan almışlar. Qardaşı təkrar ona zəng edəndə telefonu ona verməmişlər. Sonra Bəxtiyar onu öz maşını ilə 13-cü Polis bölməsinə gətirmiş, həmin vaxt Muradın çox çətinliklə pilləkanla qalxdığını görmüşdür. Sonra onları ayrı-ayrı otaqlarda saxlamışlar. Qardaşları oraya gəlmiş, lakin yenə onu buraxmamışlar və sabah Maştağaya analizə gedəçəyini bildirmişlər. Səhəri gün onu əməliyyatçı ilə birlikdə analiz verməyə göndərmişlər. Orada analiz verib təmiz çıxandan sonra yenidən 13-cü polis bölməsinə gəlmişlər. Yenə də onun qardaşlarını çağırmışlar, onu buraxmaq üçün onlardan pul alaraq onu buraxmışlar. Lakin Murad orada qalmışdır. Sonradan maraqlananda bildirmişlər ki, Muradı idarəyə aparmışlar, bazar günü isə məhkəmə olmuş və Muradı buraxmışlar. Muradın evi 2-ci mərtəbədə yerləşmiş, evə gələn polis əməkdaşları mülki geyimdə olmuşlar. Evə gələn polis işçiləri idarədə olan polislərlə eyni adamlar olmuş, onlardan yalnız Bəxtiyarın adını bilmişdir. Muradı görəndə onun bədənində xəsarət və qızartı izləri olmuşdur. Murad buraxılandan sonra da onun başında şişkinlik, bədənində isə xəsarətlər işləri olmuşdur. O, Muradın saxlanıldığı gün həmin evə axşam saat 17-30 radələrində gəlmişdir. Polis əməkdaşları evə girəndən 20 dəqiqə sonra Muradı evdən çıxarmış, daha sonra yenidən qaytararaq onu evdə döymüşlər, sonra isə yenidən evdən çıxarıb idarəyə aparmışlar. O, Muradın evinə gələndə özü ilə yemək və şirniyyat gətirmişdir. Onunla Murad nişanlıdır, onların nişanı 2023-cü ilin yanvar ayında olmuşdur. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 08 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən həmin tarixdə saat 21:30-da Sabunçu RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 14/2 ünvanının qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs qismndə saxlanılaraq 13cü Polis bölməsinə gətirilmiş və üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli qısa şalvarının (şort) sağ yan cibindən şəffaf selofana bükülmüş 1 ədəd içərisində ağ rəngli kristalşəkilli maddəni çıxarıb təqdim etmiş, həmin bükülünün içərisində “şüşə” kimi tanıdığı maddə olduğunu və öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, «Bakıxanov» ticarət mərkəzi yaxınlığında adını və anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 100 manata aldığını bildirmişdir. Aşkar olunmuş psixotrop maddə metaifetaminə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və ekspertiza tədqiqatına təqdim etmək üçün götürülmüşdür (cild 1, iş vərəqi 31-33). Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə “XİOMİ” markalı videokameradan istifadə edilməklə həyata keçirilmiş və DVD diskə köçürülərək protokola əlavə edilmişdir. 06 aprel 2023-cü il tarixli protokola əsasən diskə baxış keçirilmiş, bu zaman videogörüntülərin 08 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd olunanlarla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. Həmin diskdə olan videogörüntülər cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd DVD disk 07 iyun 2023-cü il tarixli qərarla ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 105-106). Məhkəmə-kimyəvi ekspertizasının 09 mart 2023- cü il tarixli 6/1434 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm maddə» sözləri qeyd olunmuş 1 ədəd kağız paketdə 4,731 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (cild 1, iş vərəqi 39-43). Təqsirləndirilən şəxs götürülmüş metamfetaminin təmiz çəkisi 4,731 qram olmuş, ekspertiza tədqiqatına 0,1 qram sərf edilmiş, qalıq 4,631 qramdır (cild 1, iş vərəqi 32-36). İbtidai istintaq orqanının 10 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4,731 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,631 qram hissəsi saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 93-94). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 iyun 2023-cü il tarixli 3536 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 111-114). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 aprel 2023-cü il tarixli 888 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (cild 1, iş vərəqi 116-117). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 103). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, narkotik maddə marixuanadan istifadə etsə də, heç vaxt narkotiklərin satışı ilə məşğul olmadığını, heç kimə narkotik maddələri pay kimi vermədiyini, 08 mart 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularkən onun üzərində narkotik vasitə olmadığını, onun yaşadığı evdə axtarış olduğunu, evdən aparanda onun döyüldüyünü, canında ağrıları olduğu üçün polis işçiləri tərəfindən ona təklif edilən metamfetaminin özünə məxsus olduğunu etiraf etməyə məcbur olduğunu, aldığı xəsarətlərə görə məhkəmə tərəfindən ona sanksiya verilmədiyini, ona heç kimin ekspertizadan keçməyə getməsi barədə məlumat vermədiyini, özünün narkotik kimi metamfetamindən istifadə etdiyini, heç kimlə telefon əlaqəsi saxlamadığını, 070 355-63-55 nömrəsinin ona məxsus olduğunu, lakin tanımadığı zənglərə cavab vermədiyini, narkotiklə bağlı kiminləsə alış-verişi olmadığını, mobil telefonunda “sms» yazışmalarının aşkar olunmasının mümkün olduğunu, lakin onun həmin “sms”lərin heç birinə cavab yazmadığını, evə onun yanına gəlmiş xanımın nişanlısı olduğunu, istintaq zamanı da məhkəmədəki kimi ifadə verdiyini, ifadənin sonunda qeyd verərkən ona heç bir təsir və təzyiq olunmamasının yazıldığını, bunu görəndən sonra imza etməkdən imtina etdiyini, onun başında şiş olduğunu, videoçəkiliş zamanı da onun hərəkətlərindən döyülməsinin hiss olunduğunu, evə polis işçiləri gələndə özlərini təqdim etmədiyini, onun üstündə və evdə axtarış aparılsa da, lakin heç nə aşkar olunmadığını, polis bölməsinə gətiriləndən sonra onun üzərinə narkotiki qoyduqlarını, onu axşam saat 20 radələrində tutduqlarını, lakin səhərə yaxın üzərinə baxış keçirdiklərini, 070 355-63-55 nömrəsinin atasına məxsus olduğunu və həmin nömrəyə «sms» yazan şəxsləri tanımadığını, onları tanımadığı üçün həmin «sms»lərə cavab yazmadığını, həmin şəxslərin kim olduqlarını da bilmədiyini, həmin «sms»lərin onun üçün problem yaradacağını fikirləşib onlara cavab yazmadığını, özünün narkotik vasitələrdən istifadə etdiyini, lakin onların satışı ilə heç vaxt məşğul olmadığını, protokollarda olan imzaların ona məxsus olmadığını, polis əməkdaşları onu saxlayanda üstündə 070 355-63-55 nömrə ilə işləyən mobil telefon olduğunu, telefonu müstəntiqin götürdüyünü və təxminən bir ay sonra telefonu qaytardığını bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddənin özünə məxsus olduğunu, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə Bakıxanov qəsəbəsi, «Bakıxanov» ticarət mərkəzinin yanında anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 100 manata aldığını, lazım olanda istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini və xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində yaşadığı evin yaxınlığında Sülh küçəsi, 14/2 saylı ünvanda olan zaman ona mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanıldığını, 13-cü Polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçrilərkən həmin psixotrop maddənin aşkar edilərək götürüldüynü, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilməmişdir. Cinayət işinə əlavə olunmuş 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki zorakılığa məruz qalıb-qalmamasının müəyyən edilməsi məqsədilə Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin müraciəti əsasında Sabunçu rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs, həmçinin onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları Şahid1 və Şahid2 izahatları alınmış, xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizası təyin olunmuş, lakin həmin vaxt azadlıqda olan təqsirləndirilən şəxs istintaqdan yayındığına və ekspertizadan keçmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya» Publik Hüquqi şəxsin Sabunçu rayon şöbəsinə müraciət etmədiyinə görə onun barəsində ekspertiza keçirilməmişdir. Toplanmış araşdırma materiallarına əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə Sabunçu rayon prokurorluğunun 06 aprel 2023-cü il tarixli qərarı ilə 185-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərar təqsirləndirilən şəxs və onun müdafiəçiləri tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə baxışı zamanı sənədlərin tədqiqi mərhələsində təqsirləndirilən şəxsin ona təqdim olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokolda və digər çoxsaylı prosessual sənədlərdə olan imzaların onun tərəfindən çəkilməməsi və saxtalaşdırılması ilə bağlı məhkəmədə gətirdiyi dəlillərin yoxlanılması məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Ekspertizanın 04 oktyabr 2024-cü il tarixli 4/1471 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş və cinayət işinin materiallarında ona aid olan bütün prosessual sənədlərdəki imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, fiziki zorakılığa və psixoloji təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə fikirlərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Məhkəmə kollegiyası, həmçinin məhkəmədə əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid3 və nişanlısı olduğu bildirilən Şahid4 ifadələrinə tənqidi yanaşaraq, həmin sübutları işdə olan digər sübutlarla müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, onların verdikləri ifadələr obyektiv həqiqəti əks etdirmir, adları çəkilən şahidlər də məhkəmədə həmin ifadələri verərkən təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi güdmüşlər. Qeyd olunanları qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı məhkəmədə gətirdiyi dəlillər tam, hərtərəfli yoxlanılmış, lakin öz təsdiqini tapmamışdır. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs 4,731 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Məhkəmə istintaq orqanının sübut kimi istinad etdiyi "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olan və çıxan mesaj mətnləri ilə bağlı qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə 055 ******* nömrəsindən “qardaşım alınmırsa ya gec alınırsa mən gedim gecikirəm ije soz gələr”, 08 dekabr 2022 tarixdə həmin nömrədən “qaqaşım birini az elə birini çox elədə”, 08 yanvar 2023 tarixdə yenə həmin nömrədən “sabahin xeyir qardaşım brat ağrıdan ölürəmnə olur təşkil elədə”, 25 yanvar 2023 tarixdə həmin nömrədən “brat ot ya şakalad alınsa vızıv verdə brat kimi” məzmunlu narkotik vasitənin və psixotrop maddənin satışına işarə edən mesajların göndərildiyi müəyyən edilmişdir. Həmin mesaj mətnləri ilə bağlı məhkəmədə sualları cavablandıran Təqsirləndirilən şəxs 070 355-63-55 nömrəsinin ona məxsus olduğunu, lakin ona mesaj yazan şəxsin kim olduğunu bilmədiyini, tanımadığı zənglərə cavab vermədiyini, narkotiklə bağlı onun kiminləsə alış-verişi olmadığını, onun mobil telefonunda ola bilsin ki, “sms» yazışmalarının olduğunu, lakin həmin “sms”lərin heç birinə cavab yazmadığını bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə yuxarıda qeyd olunan SMS yazışmalarını göndərmiş şəxs də müəyyən edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəyə daxil olan SMS yazışmalarını onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən sübut kimi qiymətləndirsə də, həmin “SMS” yazışmalarının məhkəmədə təhlili zamanı müəyyən edildi ki, həmin yazışmalar vaxt baxımından hazırkı iş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamla üst-üstə düşmür. Belə ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihama görə cinayət hadisəsi 08 mart 2023-cü il tarixdə baş vermiş, lakin SMS yazışmaları bundan xeyli əvvəlki müddəti, müvafiq olaraq 26 sentyabr 2022-ci il, 08 dekabr 2022-ci il, 08 yanvar 2023-cü il və 25 yanvar 2023-cü il tarixləri əhatə edir. Yəni sözügedən yazışmalarda Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 4,731 qram çəkidə psixotrop maddəni məhz satış məqsədilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən hər hansı sübut əhəmiyyətinə malik olan məlumat müəyyən edilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən heç biri Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı sübut əhəmiyyətli məlumat verməmişlər. Şahid qismində dindirilmiş polis əməkdaşları yuxarıda qeyd olunan psixotrop maddənin ancaq aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə baxışı zamanı onun psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar hər hansı sübut müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Həmçinin qeyd olunmalıdır ki, aşkar olunmuş psixotrop maddə ilə bağlı ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlamış, istintaqın gedişində isə hər hansı mötəbər sübut əldə edilmədən əsassız olaraq onun əməli CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş psixotrop maddəni satmaq üçün alıcı axtarması, onunla sonradan sövdələşərək həmin metamfetamini ona satacağı barədə hər hansı sübut mövcud olmamış və bütün bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, psixotrop maddənin satışı müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də məhkəmədə araşdırılmış sübutlarla müəyyən edilmir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmədə araşdırılmış bütün sübutları tədqiq etməklə həmçinin qeyd edir ki, şəxsin üzərindən bir ədəd bükümdə külli miqdarda psixotrop maddənin aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 4,731 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 08 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 10 mart 2023-cü il tarixədək 2 (iki) gün həbsdə saxlanılmış, həmçinin istintaqdan yayındığına görə 26 avqust 2023-cü il tarixdə tutularaq 27 avqust 2023-cü il tarixədək 1 (bir) gün, yəni ümumilikdə ibtidai istintaq zamanı 3 (üç) gün həbsdə saxlanılmışdır. Ona görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin istintaq zamanı həbsdə olduğu 3 (gün) ona təyin edilmiş cəza müddətinə daxil edilməklə çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 18 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2023-cü il tarixli 3536 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,631 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə videogörüntülərinin əks olunduğu 1 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 80 (səksən) manat və məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri 112 (yüz on iki) manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 192 (yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək 2 (iki) gün, 26 avqust 2023-cü il tarixdən 27 avqust 2023-cü il tarixədək 1 (bir) gün, ümumilikdə ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 3 (gün) ona təyin edilmiş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın başlanğıcı hökmün çıxarıldığı 18 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,631 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntülərinin əks olunduğu 1 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 192 (yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar