Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-775/2025 21.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1998-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, Ağdam şəhəri, E.Bağırov küçəsi, ev 56-da qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi, yeni tikili fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhər, Yasamal rayon Məhkəməsinin 11 avqust 2024-cü il tarixli qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə şəxsiyyəti müəyyənləşdirilməmiş “Seyid” adlı İran İslam Respublikası (bundan sonra, İİR və ya İran) vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və müəyyənləşdirilməmiş vaxtda əldə edərək müəyyən olunmamış qaydada Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən yol kənarındakı binaların yaxınlığında yerləşdirdiyi 01 ədəd qara rəngli torbanın içərisindən 06 (altı) ədəd bükümdə, ayrı- ayrılıqda təmiz çəkiləri 670 qram, 1020 qram, 1015 qramm, 1000 qram, 1025 qram və 305 qram olan, ümumilikdə təmiz çəkisi 5035 qram təşkil edən külli miqdarda bitki mənşəli kütləni - tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 09 avqust 2024-cü il tarixdə, saat 22:29 radələrində həmin yerdən götürüb əldə edərək «Seyid» adlı şəxsin təlimatı ilə ayrı-ayrı naməlum şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində saxlamaqla daşımış, 09 avqust 2024-cü il tarixdə, saat 22:40 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 29-33 nömrəli ünvanın yaxınlığında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq orada, yəni saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi-axtarış və götürmə zamanı sağ əlində olan qara rəngli torbanın içərisindən 06 (altı) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 670 qram, 1020 qram, 1015 qramm, 1000 qram, 1025 qram və 305 qram olan, ümumilikdə təmiz çəkisi 5035 qram təşkil edən külli miqdarda bitki mənşəli kütləni - tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, üzərində gəzdirməsi, daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ildən başlayaraq psixotrop maddə olan metamfetamin istifadə etmiş, sonuncu dəfə tutulmazdan 03 il qabaq narkotik vasitə istifadə etmişdir. 2022-ci ildə bir dəfə CM-nin 234.1-ci maddəsi ilə tutulmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, saxlanıldığı gün iranlı ilə danışıb razılaşıb narkotik vasitəni götürməyə getmişdir. Belə ki, narkotiki götürməyi ona tanıdığı İran vətəndaşı “Seyid” adlı şəxs təklif etmiş, o da bunu qəbul etmişdir. O, Seyidi “WhatsApp” vasitəsilə tanımış, onunla üzbəüz görüntülü danışmış, sonuncu İranda yaşamışdır. O, Seyidlə əvvəllər görüntülü danışmış, salam-sağol etmiş, axırıncı dəfə ona gedib narkotik götürməyi təklif etmişdir. Seyidin deməsinə görə malı, yəni narkotiki tanıdığı adam qoyacaqmış. İlk olaraq narkotiki ona Seyid təklif etmişdir. Seyid yaşca ondan böyük olmuş, təxminən 40-45 yaşlarında şəxs olmuşdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsin göstərdi ki, o, əvvəllər narkotik vasitə görmüş, narkotik barədə məlumatlı olmuşdur. Seyid bundan əvvəl bir dəfə ona təklif etmiş, lakin təklifi qəbul etməmiş, narkotikin arxasınca getməmiş, ona istifadə etmədiyini bildirmişdir. Seyidlə onun ilk söhbəti yenicə, tutulmamışdan təqribən bir həftə qabaq olmuşdur. Narkotiki götürə bilməsi üçün iranlı ona konum, yəni qoyulduğu yer barədə məlumatları göndərmiş, 5 kq nəşə, yəni marixuana olduğunu, narkotik vasitənin Elmlər Akademiyasının binasının arasına qoyulmasını ona demişdir. Ünvana yaxınlaşmış, orada 1 dövrə fırlanmış, 1 dəfə tutulduğunu fikirləşib peşmançılıq hissi yaşamış və fikrini dəyişərək oradan çıxmaq istəyərkən 12 nəfər əməliyyatçılar onu tutmuşdur. O, kiminsə onu güddüyünü düşünüb narkotiki götürmək fikrindən daşınmamış, sadəcə özü peşiman olduğuna görə götürməkdən imtina etmişdir. O, saxlanılan zaman narkotik vasitə 100-200 metr ondan aralıda olmuşdur. O, narkotiki götürməsə də, əslində 5 kq marixuananın arxasınca getmiş, əməliyyatçılarla birlikdə gedib həmin narkotiki 01 ədəd qara rəngli sellofan torbada götürdükdən sonra elə həmin məhəllədə onun üzərinə videoçəkilişlə baxış başlamışdır. Narkotik onun yanına qoyulmuş, içərisindən 5 kq 580 qram mal çıxmışdır. Üzərinə baxış keçirilmiş, lakin onun üzərində heç nə olmamışdır. O, narkotiki götürmək istəmədiyini Seyidə bildirmək istəmiş, lakin əməliyyatçılar ona iranlıya malı götürdüyünü deməyi tapşırmış, o, təzyiq altında olduğundan iranlıya saxlanıldıqdan təqribən 10 dəqiqə sonra «malı götürmüşəm, məndədir» məzmunda səs atmışdır. Polis ona “mal dalınca gəlmisən, sən malı götürsən də, götürməsən də, mal sənindir, şəkil var, sübut var” demişlər. O, təqribən saat 22-23 radələrində tutulmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki təzyiq edilməmişdir. Lakin polislərə etiraz etdikdlə, onlar ona psixoloji təsir etmişlər ki, ona edilmiş psixi təzyiqlə bağlı hər hansı orqana və ya məhkəməyə şikayət etməmişdir. İlkin tibbi yoxlama zamanı İTda müayinə edilmiş, hər hansı xəsarət aşkar edilməmişdir. Saxlanılan zaman telefonumdan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı heç nə aşkar edilməmiş, saxlanılarkən əldə etdiyi narkotik vasitələri satacağıyla bağlı ifadə verməmişdir. Mən məhəllədən çıxırarkən onun arxasında 2-3 nəfər olmuş, arxadan 1 nəfər gəlib onun əlini saxlamış, 4-5 nəfər isə qabaqda olmuş, o, həmin gün tutulacağını hiss etmişdir. Məhəlləyə daxil olan zaman bir neçə nəfəri görüb şübhələnsə də, onların polis əməkdaşı olduqlarını düşünməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış və istifadəçisi olmamışdır. Müayinə olunan zaman əvvəllər narkotik vasitə istifadə etdiyini ekspertlərə də demişdir. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışında tədqiq olunarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, üç-dörd il ərzində narkotik istifadə etmiş, ilk olaraq marixuana ilə başlamış, sonralar isə əsasən “kola”, “kakos” kimi tanınan narkotik vasitə olan heroinə keçmiş, olmayanda da “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin istifadə etmiş, lakin təxminən son iki il ərzində ümumiyyətlə istifadə etməmişdir. Narkotik vasitə istifadə etdiyi zamanlarda, yəni, təxminən üç-dörd il bundan öncə xatırlamadığı üsulla “WhatsApp” tətbiqi vasitəsi ilə İran vətəndaşı olduğunu və orada yaşadığını bildiyi, “+98-***-***-**-**” saylı xarici mobil telefon nömrəsini istifadə edən “Seid” adlı şəxslə tanış olmuşdur. Həmin şəxslə “WhatsApp”da söhbət etdiyi zaman narkotik vasitə istifadə etdiyini, onun vasitəsi ilə əldə etmək istədiyini bildirmişdir. Həmin şəxslə ünsiyyət qurub etibarını qazandıqdan sonra dəfələrlə onun üçün narkotik vasitə yerləşdirib, ona məlumat vermiş, yönləndirməsinə əsasən həmin vasitənin pulunu göndərmiş və narkotik vasitəni əldə edib şəxsi istifadəsi üçün istifadə etmişdir. Sonuncu dəfə, yəni tutulmazdan öncə xx.xx.2024-cü il tarixdə özünə məxsus “Redmi Note 8 Pro” markalı mobil telefonunun üzərində olan, daim istifadə etdiyi, özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin “WhatsApp” tətbiqi vasitəsi ilə “Seid” adlı həmin şəxsin “+98-***-***-**-**” saylı xarici mobil telefon nömrəsi ilə yazılı və səsli olaraq yazışıb ünsiyyət quran zamanı sonuncu ona altı kiloqrama yaxın “gül”, yəni,“marixuana” yerləşdirtdirəcəyini və yerləşən həmin narkotik vasitəsinin özünün və yerləşdirildiyi yerin şəkillərini ona göndərəcəyini, sonra isə yerləşdirdiyi narkotik vasitəni istiqamətləndirməsinə əsasən onun götürəcəyini bildirmişdir. Seidin deməsinə görə bu proses uğurla tamamlandıqdan sonra isə onun (Təqsirləndirilən şəxs) göndərəcəyi bank kartına ***-**** manat məbləğində pul göndərəcəkdir. Sözügedən həmin “Seid” adlı şəxslə danışıb razılaşmışdır. Belə ki, “Seid” adlı şəxslə “WhatsApp” tətbiqi vasitəsi ilə ünsiyyət qurub yerləşdirilən malın yeri barədə məlumat verməsini demiş, götürmək üçün hazır olduğunu bildirmişdir. Həmin şəxs ona Bakı şəhəri, Yasamal rayonu istiqamətimdə hərəkət etməyi demiş, bir qədər vaxtdan sonra yerləşdirilən gizli yer barədə məlumat verəcəyini bildirmişdir. Bir qədər sonra “Seid” adlı şəxs yerləşdirilən marixuananın gizli yerinin işarələnmiş və istiqamətlənmiş foto görüntülərini və “məkan” məlumatlarını “WhatsApp” vasitəsi ilə qeyd etdiyi xarici nömrəsindən ona göndərmişdir. Narkotik vasitə olan marixuananın gizlədildiyi yerdən göndərilmiş “məkan” barədə məlumatın köməkliyi ilə xəritə üzərindən baxdıqda Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti olduğu qeyd edilmişdir. “Mal”ın, yəni narkotikin gizlədildiyi yer barədə “məkan” məlumatlarını bildirən istiqamətdə - Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti istiqamətində getmiş, 09 avqust 2024-cü il tarixdə, saat 22:29 radələrində məlumatlarını yuxanda qeyd etdiyi “Seid” adlı şəxsin “WhatsApp” vasitəsi ilə işarələnmiş və istiqamətlənmiş foto görüntüləri və “məkan” məlumatları göndərdiyi yerə yaxınlaşıb, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən, yol kənarındakı yaşayış binalarının yaxınlığında yerləşdiribmiş bir ədəd qara rəngli, içərisində təxminən beş-altı kiloqram qurudulmuş marixuana olduğunu bildiyi torbanı tapıb götmüş, kənar bir yerə çəkilib bir hissəsini aralayıb düzgün torbanı götürdüyündən əmin olması üçün içərisinə nəzər yetirmişdir. Dəqiqləşdirdikdən sonra içərisində təxminən beş-altı kiloqram qurudulmuş marixuana olduğunu bildiyi torbanı üzərində daşıyaraq saxlayıb piyada olaraq hərəkətinə davam etmişdir. Elə həmin gün, bir neçə dəqiqə sonra, yəni, 09 avqust 2024-cü il tarixdə saat 22:40 radələrində həmin qara torbanı sağ əlində saxlayaraq üzərində daşıyıb piyada olaraq ünvan 2 ünvanın qarşısında olan zaman dörd nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Onlardan bir nəfəri video çəkiliş etmiş və hamısı özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları olmalarını bildirib, narkotik vasitələr və psixotrop maddələrin qəbulunda, həmçinin satışı ilə məşğul olmağından şübhəli olduğunu bildirmiş, ona özünü təqdim etməyi, üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif etmişlər. Polis əməkdaşlarını görüb özünü itirmiş, lakin hər hansısa bir başqa hərəkət etməyə macal tapmamış və sağ əlində tutduğu 01 (bir) ədəd qara rəngli torbanı polisə təqdim etmişdir. Daha sonra elə oradaca üstü yoxlanılmış və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan bir ədəd “Redmi Note 8 Pro” markalı mobil telefonu, bir ədəd siqaret qutusunu, bir ədəd alışqanı, həmin şalvarının sol cibindən iki ədəd metro kartını, bir ədəd şəxsiyyət vəsiqəsini və 44 manat pulu təqdim etmişdir. Daha sonra qara rəngli torbanın içərsindən bir ədəd ağ rəngli kisədən altı ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 05 kiloqram 480 qram olduğu müəyyən edilmsişdir. X2 tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, sonra aşkar olunan həmin kütlə qablaşdırılmış, hamı imzaladıqdan sonra götürülmüşdürBundan başqa, ona məxsus bir ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşyaları isə onun özünə geri qaytarılrılmışdır. Bundan sonra, polis əməkdaşları ilə birlikdə Baş İdarənin inzibati binasına getmiş, orada onun öz istəyi ilə ona müdafiəçi dəvət edilmiş və dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələrim izah olunmuş, daha sonra isə müvəqqəti saxlama yerinə təhvil verilmişdir X2 tədqiq olunan ifadəsinin yekununda göstərmişdir ki, uzun müddət keçdiyi üçəün o, “WhatsApp” tətbiqində «Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş şəxlə apardığı sms yaşımaları xatırlamamış, «Seyid» adlı İran vətəndaşının anket məlumatlarını bilməmişdir (iş vərəqə: 238-242). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşı – əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki,barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİN-nin BNMİ-yə daxil olmuş əməliyyat məlumata əsasən onun ətrafında əməliyyat tədbiri keçirilmişdir. Qərəzsiz mənbələrdən əldə etdikləri məlumatlara əsasən Təqsirləndirilən şəxs İran vətəndaşı “Seid” adlı şəxslə sosial şəbəkələr vasitəsi ilə tanış olub əlaqə yaradaraq sonuncunun Bakı şəhəri ərazisinə gizlətdirəcəyi narkotik vasitələr və psixotrop maddələri gizlədilən yerlərdən götürəcəkmiş. Məlumatla bağlı görülən tədbirlər nəticəsində Təqsirləndirilən şəxs “Seid” adlı şəxslə narkotik vasitələrin və psixotrop maddələrin əvvəlcədən razılığa gəlib alqı-atqısını həyata keçirmələri dəqiqləşdirilmişdir. Daxil olmuş məlumatların əməliyyat yolu ilə yoxlanılması məqsədilə İdarə rəhbərliyinə raportla yazılı müraciət etmiş və icazə almışdır. Bundan sonra əməliyyat müvəkkilləri Şahid1, Miryusif Seyidov, Şahid4 və onun özündən ibarət əməliyyat qurupu yardılmış, müvafiq qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdə, saat 22:40-da Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 29-33 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılmışdır. O, saxlanılan an dərhal videoçəkiliş aparılmış, videoçəkiliş qrupun üzvlərindən Şahid1 tərəfindən həyata keçirilmişdir. Özlərini polis əməkaşı kimi ona təqdim edərək bir daha onun anket məlumatları dəqiqləşdirmiş, onu qərarla tanış edib saxlamaqda məqsədlərini izah etmiş, ona huquq və vəzifələri hzah olunduqdan sonra üzərinə video şəklişlə şəxsi axtarış keçirilmişdir. Ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli torbanı təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və yoxlama zamanı sonuncunun əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd «Redmi» markalı, üzərində ***-***- **-** nömrəsi olan mobil telefon, bir ədəd siqaret qutusu, bir ədəd alışqan, həmin şalvarın sol cibindən iki ədəd metro kartı, bir ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi və 44 manat pul aşkar olunmuşdur. Daha sonra qara rəngli torbanın içərisindən bir ədəd ağ rəngli kisədən altı ədəd bağlamada qrudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, qrudulmuş marixuanaya şübhəli maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 5480 qram olduğu müəyyən edilmişdir. Şahid əməliyyat müvəkkili Şahid3 ifadəsində həmçinin göstərdi ki, aşkar edilmiş narkotik vasitəyə şübhəli vasitə ilə əlaqədar Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni sosial şəbəkədən tanıdığı İran vətənadaşının vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı yerlərə atdırmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. İş üzrə əhəmiyyət kəsb edən 01 ədəd «Redmi» markalı mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, pul və digər əşyalar Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. İstintaq hərəkuəti protokolu isə yerində deyil, BNMİ-nin inzibati binasında tərtib edilmiş, bütün iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Şahid3 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxsla bağlı verilmiş əməliyyat tapşırıqları ətrafında araşdırmalar aparılmış, lakin onun narkotik vasitələrin və ya psixotrop maddələrinsatışı ilə məşğul olması və qeyd olunan maddə və ya vasitəli satdığı adamların dairəsini müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs qarşı hər hansı formada psixi və ya fiziki təsir göstərilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş, DİN-nin BNMİ-nin digər əməkdaşları – əməliyyat müvəkkilləri Şahid1, Şahid4 və X3 məhkəmədə dindirilmiş həmkarları - Şahid3 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 09 avqust 2024-cü il tarixli, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən tərtib olunmuş protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlində olan bir ədəd qara rəngli torbanın içərisindən 06 (altı) ədəd bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür(iş vərəqə: 8-9). Məhkəmə baxışı zamanı tədqiq olunan «təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə» barədə 10 avqust 2024-cü il tarixli protokoldan və cinayət işinə əlavə edilmiş təqmsirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanılması, üzərinə baxış keçirilməsi və aşkar edilmiş əşyaların götürülməsi prosesinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 07 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 09 avqust 2024-cü il tarixdə DİN-nin BNMİ-nin əməkdaşları - əməliyyat müvəkkilləri Şahid1, X3 və Şahid4 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29-33 ünvanında narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında saxlanılaraq, hüququ vəzifələrinin izah olunmuş Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 (bir) ədəd qara rəngli torbanı təqdim etmişdir. Tədqiq olunan protokollardan görünür ki, bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır, yoxlama zamanı sonuncunun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd «Redmi» markalı, üzərində ***-***-**-** nömrəsi olan mobil telefon, 01 (bir) ədəd siqaret qutusu, 01 (bir) ədəd alışqan, həmin şalvarın sol cibindən 02 (iki) ədəd metro kartı, 01 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 44 (qırx dörd) manat pul aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs özünün təqdim etdiyi 01 (bir) ədəd qara rəngli torbanın içərsindən 01 (bir) ədəd ağ rəngli kisədən 06 (altı) ədəd bağlamada qurudulmuş marixuana narkotik vasitəsinə şübhəli kütlə aşkar edilmişdir. Qurudulmuş marixuanaya şübhəli kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 5 (beş) kq 480 (dörd yüz səksən) qram olduğu müəyyən edilmiş və həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd mobil telefon və 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi götürüldü, pul və digər əşyalar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Ən nəhayət, tədqiq olunan protokollardan görünür ki, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni sosial şəbəkədən tanıdığını İİR vətəndaşı vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilən yerdən götürüb ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini bildirmişdir(iş vərəqə: 14-15, 16, 153). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 10 avqust 2024-cü il tarixli, 7/1328 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən.,” yazısı və imzalar olan sintetik torbadakı 06 (altı) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 670 qram, 1020 qram, 1015 qram, 1000 qram, 1025 qram və 305 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuşmarixuanadır, həmin marixuanaların ümumi təmiz çəkisi -5035 qram təşkil edir. Tədqiq olunan həmin rəydən görünür ki, təqdim edilmiş 06 (altı) ədəd ayrı-ayrı bağlamada olan marixuanalar tərkib əlamətlərinə görə enyidirlər(iş vərəqə: 39-41). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 22 avqust 2024-cü İl tarixli, 5785 №-li rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2021ci il tarixli, 421 saylı rəyi ilə onun çətənə bitkisi pereparatlarmdan və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asıllıq sindromu (narkomaniya xəstəliyi) diaqnozu müəyyən edilmişdir. Tədqiq olunan həmin rəydən görünür ki, hal-hazırda aparılan müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən asıllıq əlamətləri aşkar olunmamıvşdır və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: 178- 179). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəməpsixiatrik ekspertizasının 22 avqust 2024-cü il tarixli, 2449 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olounan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o,öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadar. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: 180-182). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kompüter-texniki ekspertizasının 11 sentyabr 2024-cü il tarixli, 5/943/2024 №-li rəyindən görünür ki, təqdim edilmiş obyektin sensor ekran və «Android 11» əməliyyat sistemi ilə təhsiz olunmuş «Redmi Note 8 Pro» markalı, «M1906G7G» modelli «**********87140», «**********87147» imei kodlu mobil smartfonun yaddaşlarından toplanmış mövcud olan və pozulmuş məlumatlar (telefon kitabçası daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar və «WhatsApp» proqram təminatında aparılmış məlumat mübadiləsi və s.) məlumatlar müəyyən olun. Həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat» Ekspertiza 5-943» adlı qovluqda 04 (dörd) ədəd «DVD-R» tipli optik diskə köçürülərək ekspert rəiynə əlavə olunmuşudr(iş vərəqə: 183-187). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Note 8 Pro” markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında 06 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, mobil telefon ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Mobil telefonu açıb “menyu” bölməsinə daxil olduqdan sonra ilkin olaraq “ismarıc” qutusuna baxış keçirildi. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilmədi. Baxış zamanı fotoşəkillər bölməsinə narkotik vasitlərin yerləşdirildiyi yerin məkanına əks etdirən, həmçinin Təqsirləndirilən şəxs özünə aid fotoşkəillər aşkar edildi. Bundan sonra mobil telefonun “daxil olan və çıxan zənglər” siyahısında istintaq üçün əhəmiyyətli bir hal müəyyən edilməmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, mobil telefonda olan “WhatsApp” tətbiqində «Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrə arasında səsli sms yazışmalar, Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrə ilə «Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə istifadəçiyə «He başa düşdüm» sms yazışması göndərilməsi, «Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrə arasında səsli sms yazışmaları,«Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrəyə «Abi sata gal» sms yazışması göndərilməsi, «Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrə arasında qarasılıqlı səsli sms yazışmalar, Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrə ilə «Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə istifadəçiyə «Ok» sms yazışması göndərilməsi, Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrə ilə «Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə istifadəçiyə «Çıxıram» sms yazışması göndərilməsi, «Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrə arasında qarasılıqlı səsli sms yazışmalar, «Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrəyə narkotik vasitələrin yerləşdiyi yerin işarələnmiş makanm və xəritənin fotoşəkillərinin göndərməsi, Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrəyə «Ok» sms yazışması göndərilməsi, Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrəyə «Cox bavaxda galdın» sms yazışması göndərilməsi, Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrəyə «?» sms yazışması göndərilməsi, Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrə ilə «Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə istifadəçiyə «Tapanmıram» sms yazışması göndərilməsi, Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrə ilə «Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə istifadəçiyə «Gözdə» sms yazışması göndərilməsi, «Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrə arasında səsli sms yazışmalar, «Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrəyə narkotik vasitələrin yerləşdiyi yerin işarələnmiş makanın və xəritənin fotoşəkillərinin göndərməsi, «Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrə arasında səsli sms yazışmalar, Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrəyə «Nigaran qaldım» sms yazışması göndərilməsi, «Seyid Müştəri» adı ilə qeydiyyatdan keçmiş +**********28 nömrə istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********02 nömrə arasında qarasılıqlı səsli sms yazışmaları müəyyən edilmişdir. “WhatsApp” tətbiqetməsində iş üçün əhəmiyyətli bir hal müəyyən edilməmişdir. Tədqiq olunan protokoldan görünür ki, baxış nəticəsində tədqiq olunan mobil telefonun yaddaşında müəyyən edilmiş iş üçün əhəmiyyətli olan fotoşəkillər götürülmüş və protokol vasitəsi ilə cinayət işinə əlavə edilmişdir(iş vərəqə: 145-147, 148-152). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Bakcell’ MMC-dən daxil olmuş 24 sentyabr 2024-cü il tarixli BKS/LGL-14378/24 nömrəli məktuba əlavə edilmiş telefon danışıqlarının və əhatə dairəsinin qeyd olunduğu bir ədəd diskə baxş keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən 01 yanvar 2024-ci il tarixdən 10 avqust 2024-cü il tarixə qədər müxtəlif vaxtlarda, müxtəlif antenlər vasitəsi ilə fərqli danışıqlar və sms yazışmaları aparılmışdır. Baxış zamanı istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə, saat 22:40-da Bakı şəhər, Yasamal rayonu, Mətbğuat prospektində yerləşən «Yasamal parkı» ünvanında müəyyən edilmişdir(iş vərəqə: 145-152). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 05 noyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkimi 5035 qram təşkil edən, kustar üsullu hazırlanmış qrudulmuş marixuana narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5034,4 qram narkotik vasitə qurudulmuş marixuana saxlanmasından ötrü Baki şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Bundan başqa, tədqiq olunan həmin qərardan, həmçinin görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, təqdim olunmuş əşyanın baxış keçirilməsi və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən 02 ədəd, kompüter-texniki ekspertizasından daxil olmuş yaddaş qurğusundan köçürülmüş 04 (dörd) ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd - cəmi 07 (yeddi) ədəd CD formatlı disklər cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan 05 noyabr 2024-cü il tarixli həmin qərardan daha sonra görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Redmi Note 8 Pro” markalı mobil telefon aparatının baxılan cinayət işindən ayrıca icraatda ayrılmalı olan cinayət işində saxlanılması qərara alınmışdır(iş vərəqə: 210-223). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 210-223, 227, 228). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən qurulumuş marixuana narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 50000 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 5035 qram qurulumuş marixuana narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»da nəzərdə tutulmuş qurulumuş marixuana narkotik vasitəsinin start külli miqdar həddindən təqribən on dəfə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixlə 8 №-li qərarında məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitələrini əldə edərək üzərində saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində şəxsi axtarış və götürmə prosesində, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində səmimi, məhkəmə baxışı zamanı qismən etirafı, o cümlədən özünün narkomaniya xəstəliyindən əzab çəkməməsi, aşkar olunub götürülən qurulumuş marixuana narkotik vasitəsinin start külli miqdar həddindən təqribən on dəfə artıq miqdarda olması, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil operatorlarda müəyyən olunan sms yazışmsalar, eyni istiqamətdə əməliyyat orqanının məlumatları təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəifndən satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə özünü qismən, yəni aşkar olunub götürülən narkotik vasitənin satış məqsədilə əldə olunub saxlanılmasında təqsirli bilməməsini, məhkəmə baxışı zamanı ifadələrində götürmək üçün getdiyi külli miqdarda narkotik vasitəni götürmədən getdiyi yerdən qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılması, narkotik vasitələrin satışı və ya istifadəsi məşğul olmaması, polis əməkdaşları tərəfindən ona qarşı fiziki deyil, psixoloji təsirlər göstərilməsi, barəsində olan sübutların qanun pozuntusu ilə əldə olunması barədə göstərdikləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs qarşı məhkəməyədək icraat mərhələsində polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlər göstərilməsi müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, təqsirləndirilən şəxs Cəfərov X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum məhrum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən həmin vaxt qüvvədə olan Amistiya aktı tətbiq edilməklə təyin olunmuş cəza 01 il azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır (iş vərəqə: 116-117). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan həmin məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələblərinə əsasən həmin cinayət əməlinin törədilməsi ilə bağlı Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, hazırda məhkumluğu olmayan şəxsdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.2-ci maddəsinin tələblərinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı nəticəsində müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2024-cü il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır ki, qeyd olunan bu hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə məhkumluğu olmayan şəxs kimi ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutuldubu 09 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 avqust 2024-cü il tarixdə barəsində müvafiq məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 avqust 2024-cü il tarixdən hesablanmışdır və Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdən başlayaraq məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Bu hissədə məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, yəni 09 avqust 2024-cü il tarixdən hesablanmaqla onun tutulduğu və həbsdə saxlanıldığı bütün müddət onun həbsdə saxlama müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 22 avqust 2024-cü İl tarixli, 5785 №-li rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5034,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, təqdim olunmuş əşyanın baxış keçirilməsi və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən 02 ədəd, kompüter-texniki ekspertizasından daxil olmuş yaddaş qurğusundan köçürülmüş 04 (dörd) ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd -cəmi 07 (yeddi) ədəd CD formatlı disklər cinayət işinin materiallarında saxlanılmalı; - Cinayət işi üzrə ibtidai istintaq orqanının 05 noyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Redmi Note 8 Pro” markalı mobil telefon aparatının baxılan cinayət işindən ayrıca icraatda ayrılmış ********* saylı cinayət işində saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 178 (yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli barəsində həbs qətimkan tədbirinin seçildiyi 09 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5034,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, təqdim olunmuş əşyanın baxış keçirilməsi və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən 02 ədəd, kompüter-texniki ekspertizasından daxil olmuş yaddaş qurğusundan köçürülmüş 04 (dörd) ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd - cəmi 07 (yeddi) ədəd CD formatlı disklər cinayət işinin materiallarında saxlanılsın; - Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Redmi Note 8 Pro” markalı mobil telefon aparatının baxılan cinayət işindən ayrıca icraatda ayrılmış ********* saylı cinayət işində saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 178 (yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-775/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-775/2025
21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver