Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-776/2021 27.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Rusiya Federasiyasının Amur vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndində qeydiyyatda olan, ünvan 2-də yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələri ilə xx xxxx 1983-cü ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2-də yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı olan “Vəli” adlı və digər şəxslərlə istintaqa məlum olmayan vaxtda və yerdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən istintaqa məlum olmayan vaxtda ünvan 3 ünvanda yerləşən “Bolmart” marketin qarşısında quraşdırılmış “xxxx” ASC-yə məxsus bankomatın arxasına qoyularaq gizlədilmiş bir ədəd sellofan bükümdə qablaşdırılmış ümumi xalis çəkisi 122,520 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini qrupun digər üzvünün verdiyi məlumat əsasında əldə edərək satışını həyata keçirmək məqsədilə 21 avqust 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 cinayətkar niyyəti barədə heç bir məlumat vermədən, sonuncuya guya kart hesabına köçürülmüş pulu birlikdə çıxarması üçün ünvan 3 ünvanda yerləşən “xxxx” ASC-yə məxsus bankomatın yanına getməyi xahiş edərək, Təqsirləndirilən şəxs2lə birlikdə həmin gün saat 03 radələrində dövlət qeydiyyat nişanları istintaqla müəyyən edilməmiş taksi sürücüsünün idarə etdiyi avtomobil ilə birlikdə həmin ünvanın qarşısına gəlmiş, orada Təqsirləndirilən şəxs2 şübhə yaratmaması üçün bankomatdan pul çıxartmaq görünütüsü yaradaraq Təqsirləndirilən şəxs2 bankomatın arxasında 1 ədəd sellofan büküm gördüyünü və sellofan bükümü götürməsini xahiş etdikdən sonra, Təqsirləndirilən şəxs2 içərisində narkotik vasitə heroin olan 1 ədəd sellofan bükümü gizlədilmiş yerdən götürüb içərisinə baxaraq narkotik vasitə olmasını görüb bu barədə onu məlumatlandırmış, həmin vaxt Təqsirləndirilən şəxs2 sellofan bükümün içərisində olan narkotik vasitədən istifadə etməsi məqsədi ilə verəcəyini vəd verərək sonuncuya sellofanı götürüb oradan birlikdə uzaqlaşmağı təklif etdikdə, Təqsirləndirilən şəxs2 etiraz etmədən sellofanı əynində olan şalvarının sol yan cibinə qoyaraq birlikdə oradan uzaqlaşan zaman daxil olmuş məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saat 02:45-də həmin ünvanın qarşısında saxlanılaraq Təqsirləndirilən şəxs2lə birlikdə Polis bölməsinə gətirilmiş, həmin gün saat 06:20-də Təqsirləndirilən şəxs2 vasitəsilə əldə etdiyi, gəzdirdiyi və daşıdığı ümumi xalis çəkisi 122,520 qram olan külli miqdarda narkotik vasitə heroin Təqsirləndirilən şəxs2 üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli parça şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 21 avqust 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışını həyata keçirməsi barədə şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı olan “Vəli” adlı və digər şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməsi, qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən bir ədəd sellofan bükümdə qablaşdırılmış ümumi xalis çəkisi 122,520 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin Təqsirləndirilən şəxs1 tərəfindən satış məqsədilə əldə edilməsi məqsədilə ünvan 3 ünvanda yerləşən “Bolmart” marketin qarşısında quraşdırılmış “xxxx” ASC-yə məxsus bankomatın arxasına qoyularaq gizlədilməsindən məlumatı olmadan, Təqsirləndirilən şəxs1 ona guya kart hesabına köçürülmüş pulu bankomatdan çıxarması üçün birlikdə qeyd olunan ünvana getmələri barədə xahişinə etiraz etmədən Təqsirləndirilən şəxs1lə birlikdə həmin gün saat 03 radələrində dövlət qeydiyyat nişanları istintaqla müəyyən edilməmiş taksi sürücüsünün idarə etdiyi avtomobil ilə həmin ünvanın qarşısına gəlmiş, orada Təqsirləndirilən şəxs1 onda və ətrafda ola biləcək digər şəxslərdə şübhə yaratmaması üçün bankomatdan pul çıxartmaq görünütüsü yaradaraq ona bankomatın arxasında gördüyü 1 ədəd sellofan bükümü götürməsini xahiş etdikdən sonra, Təqsirləndirilən şəxs2 içərisində narkotik vasitə heroin olan 1 ədəd sellofan bükümü gizlədilmiş yerdən götürüb içərisinə baxaraq narkotik vasitə olmasını görüb bu barədə Təqsirləndirilən şəxs1 məlumatlandırmış, həmin vaxt Təqsirləndirilən şəxs1 sellofan bükümün içərisində olan narkotik vasitədən istifadə etməsi məqsədi ilə ona da verəcəyini və sellofan bükümü götürüb oradan birlikdə uzaqlaşmağı təklif etdikdə, o, etiraz etmədən sellofan bükümün içərisində narkotik vasitə heroin olmasını bilə-bilə həmin narkotik vasitədən şəxsi istehlak miqdarından artıq miqdarda istifadə etmək məqsədilə sellofan bükümü əldə edərək əynində olan şalvarının sol yan cibinə qoyaraq saxlamış, daşımış və Təqsirləndirilən şəxs1lə birlikdə oradan uzaqlaşan zaman daxil olmuş məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saat 02:45 də həmin ünvanın qarşısında saxlanılaraq Polis bölməsinə gətirilmiş, həmin gün saat 06:20-də Polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda istifadə etmək məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı həmin narkotik vasitə heroin əynindəki qara rəngli parça şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 onun tanışıdır. Son bir neçə aydır ki, Orxana məxsus Yasamal rayonunda yerləşən evdə birlikdə yaşamışlar. Özü narkotik vasitə marixuana qəbul edir. Təqsirləndirilən şəxs2 də narkotik vasitələrə meylli şəxsdir, Orxanın da narkotik vasitələrdən istifadə etdiyini bilir. O, Rusiya Federasiyasında ailəsi ilə birlikdə yaşamış, lakin ona ölkədən çıxışa qadağa qoyulduğu üçün Rusiya Federasiyasına gedə bilməmişdir. Onun Türkiyə Respublikasında yaşayan Murad adlı tanışı var. Muradla 2020-ci ilin avqust ayının əvvəllərində “vatsap” mesencer ilə əlaqə saxlayıb ona heroin lazım olduğunu bildirmiş, Murad ona İran vətəndaşı Vəli adlı şəxsin bir neçə mobil nömrəsini vermişdir. O, Vəlinin mobil nömrəsi ilə “vatsap” vasitəsi ilə bir neçə dəfə zəng edib danışmış və Vəlidən 500 manatlıq heroin istəmişdir. O, Vəliyə hazırda pulunun olmadığını, narkotikanı göndərəndən bir neçə gün sonra pul verəcəyini bildirmişdir. 20 avqust 2020-ci il tarixdə gecə vaxtı Vəlinin mobil telefonuna “vatsap” vasitəsi ilə zəng edərək ondan yenidən mal istəmişdir. 21 avqust 2020-ci il tarixə keçən gecə Vəli onun mobil telefonuna “vatsap”la zəng edərək narkotik vasitənin ünvan 4 yerləşən “Bolmart” marketin yaxınlığında olan bankomatın arxasına qoyduğunu bildirmişdir. O, həmin vaxt Orxana məxsus evə qalxmış, Orxana Nəsimi rayonu ərazisində “Bolmart” marketin qarşısında yerləşən bankomatdan gedib pul çıxartmağı təklif etmiş, Orxan onunla razılaşmış, onlar bir yerdə Yasamal rayonunda Orxanın yaşadığı evin yaxınlığında tanımadığı taksi sürücüsünün avtomobilinə əyləşərək qeyd edilən ünvana gələrək, taksidən düşüb Orxanla birlikdə ünvan 4 yerləşən “Bolmart” marketin qarşısında olan bankomata yaxınlaşmışlar. O, fikirləşmişdir ki, bankomatın qarşısında dayansın, kənarda kimsə onları görsə elə bilsin ki, onlar bankomatdan pul çıxarırlar. Ona görə “xxxx”ın bankomatının qarşısında elə dayanmışdır ki, guya bankomatdan pul çıxardır, həm də tutulmaqdan qorxduğu üçün Orxana həmin bükülünü götürməsini deməyi fikirləşmişdir. O, həmin vaxt Orxana bankomatın arxasında sellofan olduğunu və içərisində nə olduğuna baxmasını demiş, Orxan həmin sellofana tərəf gedib sellofanı götürmüş, amma Orxan həmin vaxt sellofanı açıb içərisində nə olmasına baxmamışdır. Onlar bir neçə metr piyada hərəkət etdikləri zaman onlara 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək onları Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə dəvət etmişlər. Ona orada hüquq və vəzifələri izah edilmiş, polislərin təklifi əsasında baş vermiş hadisəni olduğu kimi danışmış və Vəli adlı şəxsin ona göndərdiyi heroinin Orxanın üzərində olduğunu bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Lakin sonradan Orxanın üzərindən Vəlinin ona göndərdiyi 500 manat dəyərində heroinin aşkar edildiyini bilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd “Samsung A40” markalı mobil telefon, 1 ədəd “Samsung J6 plus” markalı mobil telefon, bir ədəd Bank Respublikaya məxsus və öz adına olan 5417-35-48-0386-7271 nömərli Mastercard, 1 ədəd stiker kart, 1 ədəd ***-***-**-** mobil nömrəsi aşkar edilib götürülmüşdür. Həmin narkotik vasitə ona məxsusdur. Narkotik vasitədən istifadə üçün Orxana verəcəkdi, qalanını isə hissə-hissə istifadə edəcəkdi. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, 21 avqust 2020-ci il tarixə keçən gecə Vəli onun mobil telefonuna “vatsap”la zəng edərək narkotik vasitənin ünvan 4 yerləşən “Bolmart” marketin yaxınlığında olan bankomatın arxasına qoyduğunu bildirdikdən sonra o, Orxanla həmin ünvana getmiş, bankomatın yanında olarkən Orxana bankomatın arxasında sellofan olduğunu və içərisində nə olduğuna baxmasını bildirmiş, Orxan həmin sellofana tərəf gedib sellofanı götürmüş, Orxan sellofanı açıb ona içindəkinin “kakos” olduğunu bildirmiş, o, həmin vaxt Orxana sellofanı cibinə qoymağı, istifadəsi üçün Orxana “kakos”dan verəcəyini demişdir. Orxan da onun sözü ilə həmin bükümü götürmüş, oradan bir neçə metr piyada hərəkət etdikləri zaman onlara 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək onları Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə dəvət etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun tanışıdır. Bir neçə aydır ki, Yasamal rayonunda yerləşən özünə məxsus evdə yaşayırlar. O, narkotik vasitə heroini tüstü yolu ilə qəbul edir. Təqsirləndirilən şəxs1 də narkotik vasitələrə meylli şəxsdir. Elvin Rusiya Federasiyasına getmək istəyir, lakin “stopu” olduğu üçün gedə bilmir. Elvin də bilir ki, o, heroin qəbul edir. 21 avqust 2020-ci il tarixə keçən gecə o, evdə olduğu zaman Elvin evə gələrək ona Nəsimi rayonu, Səməd Vurğun küçəsinə gedərək orada yerləşən bankomatdan pul götürməyi təklif etmişdir. O, əvvəlcə getmək istəməmiş, sonra Elvinlə razılaşmış, bir yerdə evdən düşərək, yaşadıqları evin yaxınlığında tanımaqları taksi sürücüsünün avtomobilinə əyləşib Elvinin göstərməsinə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən “Bolmart” marketin qarşısına gəlmişlər. Elvinlə birlikdə “Bolmart” marketin qarşısında yerləşən “xxxx”ın bankomatının qarşısına getmişlər. Orada Elvin özü bankomatdan pul çıxardacağını, ona isə bankomatın arxasında sellofana baxıb nə sellofan olduğunu dəqiqləşdirməyi demişdir. O da Elvinin sözü ilə sellofanı götürmüş, Elvinə bu barədə demişdir. Elvin ona bükülünü cibinə qoymağı xahiş edərək həmin bükülüdə narkotik vasitə “kakos” olduğunu demiş və “kakos”dan istifadə üçün ona verəcəyini bildirmişdir. O, həmin bükülünü götürüb şalvarının sol yan cibinə qoymuş, Elvinlə bir neçə metr getdiyi zaman onlara 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək onlara narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirib 21-ci Polis bölməsinə dəvət etmişlər. O da Elvinlə birlikdə polislərin dəvəti ilə Polis bölməsinə getmişlər. Ona orada hüquq və vəzifələri izah edilmiş, sonra baş vermiş hadisəni danışmağı təklif etmişlər. O da hadisəni olduğu kimi danışmışdır. Sonra videokamera ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etmək təklif olunanda o, əynindəki şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş içərisində heroin olan bükümü və sağ yan cibindən “Redmi” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. O, həmin bükülünü götürdükdən sonra onun içərisində nə olduğunu bilməmiş, yolda olanda həmin bükülünün içərisində narkotik maddə olduğunu ona Elvin demişdir. Həmin bükülü Elvinə məxsus olmuşdur. Elvin ona narkotik vasitənin kimdən əldə etməsi barədə hər hansı bir söz deməmiş, Vəli adlı şəxsi tanımır, Elvinin narkotik vasitələrin satışı ilə məşğul olması barədə onun məlumatı yoxdur. Həmin narkotik vasitəni bankomatın arxasına kimin tərəfindən gətirilib qoyulmasından xəbəri olmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Bolmart”ın qarşısında yerləşən “xxxx”ın bankomatının yanında Elvin ona bankomatdan pul çıxardacağını, bankomatın arxasında sellofan olduğunu və ona sellofanda nə olduğunu bilmək üçün baxmağını bildirmiş, o da Elvinin sözü ilə sellofanı götürüb açıb baxanda içində “kakos” olduğunu görmüş, Elvinə həmin bükülünün kimin göndərdiyini soruşduqda Elvin ona bükülünü cibinə qoymağı xahiş etmiş və həmin bükülüdə olan “kakos”dan istifadə üçün ona verəcəyini bildirmişdir. O, həmin bükümü götürüb şalvarının sol yan cibinə qoymuşdur. Polis bölməsində əynində olan şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş içərisində heroin olan bükümü və sağ yan cibindən “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin bükülü Elvinə məxsus olmuş, bükülünün içərisində “kakos” kimi tanınan narkotik vasitə heroin olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri ilə bağlı qismən etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində isləyir. X7 oglunu əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz qəbulu va dövriyyəsi ilə məşğul olması barədə 21 avqust 2020-ci il tarixdə onun daxil olmuş əməliyyat məlumatı əsasında X3 cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə tərəflərindən həmin tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarla əməliyyat qrupu yaradılaraq bu baradə protokol tərtib edilmişdir. Qeyd olunan əməliyyat qrupu tərkibində o da qərara uygun olaraq 21 avqust 2020-ci il tarixdə saat 02:30 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış, əməliyyat tədbirinə uyğun olaraq Təqsirləndirilən şəxs1 yanındakı başqa bir şəxslə birgə həmin vaxt Bakı şəhəri, ünvan 4 əməliyyat müşahidəsinə götürüldükdən təxminən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 yanındakı şəxslə birlikdə həmin ünvanda hərəkət edərkən saat 02:45 radələrində Elvin və onun yanında olan Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr olması barədə məlumat alıb onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək gəlişlərinin səbəbini izah etmişlər. Həmin yerin şəraiti şəxsi axtarış keçirilməsi üçün münasib olmadığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ruhaddin oğlunu 21-ci Polis bölməsinə dəvət etmişlər. Həmin şəxslər onlarla birlikdə Polis bölməsinə gəlmişlər. Bundan sonra onun raportu əsasında toplanmış materialın icrası Polis bölməsinin baş təhqiqatçı Nicat Sadıqova və təhqiqatçi İlkin Nəbizadəyə həvalə edilmişdir. Həmin andan ilk olaraq Təqsirləndirilən şəxs2 ogluna mūvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, həmçinin ona şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan qanunvericiliyin tələblərinə uygun olaraq videoçəkiliş ilə onun üzərində şəxsi axtarış keçirilməsi izah edilmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs2 oğlunun üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli parça şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş bükümü, sağ yan cibindən isə qara rəngli mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz digər əşya olmadığını bildirmiş, buna görə də Orxanın üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən hər hansı narkotik vasitə və ya qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra Orxanın üzərindən aşkar edilmiş bükümün içərisindəkinin nə olduğu deməklə təqdim etməsi təklif olunmuş, Orxan 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “heroin” olduğunu bildirmişdir. Orxandan həmin narkotik vasitəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi soruşulanda o, uzun müddət ərzində narkotik vasitə istifadə etdiyini, 21.08.2020-ci il tarixdə gecə saat 02 radələrində ünvan 6 ünvanda yerləşən “Bolmart” marketin qarşısında yerləşən “ATM”-in yanında olan zaman tanışı Təqsirləndirilən şəxs1 ona həmin ATM-dən guya ki, pul çıxarmaqla məşğul olan zaman Təqsirləndirilən şəxs2 həmin ATM-in arxasından bükümü götürməsini və Təqsirləndirilən şəxs1 təhvil verməsini, sonradan isə Təqsirləndirilən şəxs1 həmin bükülünün üzərindən müəyyən hissəsini Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün pul müqabilində ucuz qiymətə verəcəyini bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs2 həmin bükümün Təqsirləndirilən şəxs1 məxsus olduğunu, satış məsələlərinə Təqsirləndirilən şəxs1 baxmasını və özünün aidiyyatı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 məxsus torbadan aşkar olunmuş içərisində heroinə oxşar maddə olan bükülü zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs2 imza etmiş, şəxsi axtarış və baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş ilə üzərində şəxsi axtarış keçirilməsi izah edilmiş, daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 könüllü olaraq əynindəki göy rəngli cins şalvarının qabaq sol yan cibindən 01 ədəd “Samsung A40” markalı, 01 ədəd “Samsung J6 Plus” markalı mobil telefonları və 01 ədəd “Bank Respublikaya” məxsus və öz adına olan 5417-3548-0386- 7271 nömrəli “Mastercard” kartı, 01 ədəd “Bank Respublika”ya məxsus üzərində “4520” və “07/24” rəqəmləri olan stiker kartını, “01” ədəd Nar şəbəkəsinə məxsus +994-77-599- 91-29 saylı GSM nömrənin mini kartı çıxarıb təqdim etmişdir. Bundan sonra Elvinin üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı narkotik vasitə, qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Elvinə üzərində olan əşyalarla bağlı ətraflı məlumat verməsi təklif olunmuş, Elvin 01 ədəd “Samsung A40” markalı mobil telefonu təqribən 1-2 il bundan əvvəl aldığını, əsas bu telefondan danışıq üçün istifadə etdiyini, həmin telefonla özünü İran İslam Respublikasının vətəndaşı və adını Vəli kimi bildiyi, şəxsən görmədiyi, şəxslə 15-20 gündür ki, əlaqə saxladığını, 21 avqust 2020-ci il tarixində isə həmin şəxsdən dəfələrlə xahiş edərək, borclarının olmasını, Rusiyada yaşayan ailə və uşağını görmək istədiyini deməsi və buna görə də özünə satması üçün narkotik vasitə verməsini təkid etməsini, satdıqdan sonra da pulun bir hissəsini verəcəyini söylədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 məxsus əşyalar zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid3 oğlu eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə barədə 21.08.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskin məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və bu zaman o, əynindəki şalvarın sol yan cibində səffaf sellofana bükülmüş bükümü təqdim edərək, bükümdəki əşyanın narkotik maddə olan heroin olduğunu bildirmiş, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin vasitənin Təqsirləndirilən şəxs1 məxsus olduğunu və onu sonuncunun xahişi ilə 21.08.2020-ci il tarixdə saat 02:00 radələrində ünvan 7 ünvanında yerləşən “Bolmart” marketin qarşısında olan ATM-in arxa hissəsindən götürərək Elvinə verəcəyini, sonradan Elvinin həmin bükümdən müəyyən hissəsini ona şəxsi istifadəsi üçün pul müqabilində ucuz qiymətə verəcəyini bildirmişdir. Bundan sonra həmin əşya müvafiq qaydada götürülmüşdür (cild 1, iş vərəqi 41-47). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə barədə 21.08.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskin məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və bu zaman onun üzərindən “Samsung A40” markalı və “Samsung J6 Plus” markalı telefonlar, “Masterkard” bank kartı aşkar edilmiş, Təqsirləndirilən şəxs1 “Samsung A40” markalı telefondan Vəli adlı İran vətəndaşı ilə əlaqə saxladığını, 21.08.2020-ci ildə Vəli ilə danışaraq borclarının olmasını, Rusiyada yaşayan ailə və uşağını görmək istədiyini və buna görə də özünə satması üçün narkotik vasitə verməsini təkid etməsini, satdıqdan sonra da pulun bir hissəsini verəcəyini söylədiyini bildirmişdir. Bundan sonra həmin əşyalar müvafiq qaydada götürülmüşdür (cild 1, iş vərəqi 113-119). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 22.08.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə yerinə çıxarılarkən törətdiyi cinayətin təfərrüatları barədə istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha əyani olaraq təsdiq etmişdir (cild 1, iş vərəqi 184-188). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 22.08.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 hadisə yerinə çıxarılarkən törətdiyi cinayətin təfərrüatları barədə istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha əyani olaraq təsdiq etmişdir (cild 1, iş vərəqi 189-193). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş mobil telefonlara baxış keşirilməsi haqqında 22.08.2020-ci il tarixli protokollardan görünür ki, həmin şəxslərin istifadə etdikləri ***-***- **-** və ***-***-**-** mobil telefon nömrələri 21.08.2020-ci il tarixdə saat 01 radələrindən sonra Bakı şəhəri, Nəsimi rayonun ərazisində, yəni hadisənin baş verdiyi ərazidə istifadə olunmuş, Təqsirləndirilən şəxs1 götürülmüş telefonun kitabçasına baxış zamanı “Veli qohum” **********91, “Ve” **********98, “Saxxxx” **********75, “Mustafa dayı” **********71, “Mustafa hekim” **********73, İran İslam Respublikasına məxsus nömrələr, Mehemmed İran ***-***-**-**, “Orxan Yasamal” ***-***-**-** nömrələri olması müyyən edilmişdir. “WhatsApp” mobil əlavəsində siyahıda olan “Mehemed İran” adı ilə qeyd edilmiş “***-***- **-**” nömrəli mobil nömrədən 20.08.2020-ci il tarixdə saat 15:30 da zəng edildiyi, “Mustafa hekim” adı ilə qeyd edilmiş “**********73” nömrəli mobil nömrədən 21.08.2020-ci il tarixdə saat 00:58, 02:14, 02:20, “Vee” adı ilə qeyd edilmiş **********98 nömrəli mobil nömrədən 21.08.2020-ci il tarixdə 01:13 də zəng edildiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 194-196). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş mobil telefonlara baxış keşirilməsi haqqında 26.10.2020-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1, ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs2 istifadə etmişdir. Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə 09.03.2020-ci il tarixdə saat 19-37-də həmin nömrədən ***-***-**-** nömrəsinə (kola istəyən var 10) sms göndərilmişdir. 09.04.2020-ci il tarixdə saat 00:35-də ***-***-**-** nömrəsinə (heresinen 10-10 verəcəm normal qiymətə prosto heç kim bilmesin 2-ci adam ok). 30.05.2020-ci il tarixdə saat 20-38-də ***-***-**-** mobil nömrəsinə (pt var tapdum uşaqlardan yıq meni). 31.05.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsinə (wey wüy var onları neter edey). 02.06.2020-ci il tarixdə 70267-97-77 mobil nömrəsinə (**********77070901******** Emanat milliön aparatdan). 18.06.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsinə (**********77070901******** Bank Respublika E-manat milliön aparatdan). 29.07.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsinə (Menim dobrom olmadan heç kim mennen 1 cet bele götürə bilməz ok mutkalık elemə). 29.07.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsinə (pulu hele at karta söz danışdıx axı sennen). 11.08.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsinə (he ama 3 k2 p olacaq helelik 10-10 götürdüm axşam o da 2-2 atdım öz adamlarıma amma axşama kimi pulun atda yaxşı axşama 25-25 götürerem ok). 30.03.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən (Men 05 istiyirdim 10 qram yox). 24.04.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən (240 manat var alınırsa 6 dənə tapşır). 24.04.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən (5 denə daş qoysan 3 dene qara 230 manat pul verəcəm. Daşın 2-sin ayrı 3-in ayrı qoysun ki buların yanında bölmüyüm 2-sin adam var onnan bölecem) məzmunlu smslər göndərilmişdir. Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən göndərilən SMS-lərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edilən hal müəyyən edilməmişdir (cild 1, iş vərəqi 1-16). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21.08.2020-ci il tarixli, 6/1627 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik maddə...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 122,520 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 55-59). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12.10.2020-ci il tarixli, 2823 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 19- 20). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 27 avqust 2020-ci il tarixli, 2358 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 21- 22). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ambulator psixiatrik ekspertizasının 03.11.2020-ci il tarixli, 2197 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 psixatrik müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 oğlu barəsində aparılan istintaq hərkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur (cild 2, iş vərəqi 110-111). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ambulator psixiatrik ekspertizasının 03.11.2020-ci il tarixli, 2198 saylı saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 psixatrik müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 barəsində aparılan istintaq hərkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründəöz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur (cild 2, iş vərəqi 112-113). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 229-230). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.11.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 həmin hökmlə Azərbaycan Respublikası CM-nin 179.3.2., 32.3,313-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir (cild 1, iş vərəqi 231-232, cild 2, iş vərəqi 33-55 ). Cinayət işinə əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 12.02.2007-ci ildə X5 ilə nikaha daxil olmuş və birgə nikahdan 19.03.2007-ci il təvəllüdlü Ayan adlı bir uşağı vardır. Qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur (cild 2, iş vərəqi 120-121). Cinayət işinə əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 15.01.2014-cü il təvəllüdlü Aysel, 05.03.2015-ci il təvəllüdlü Cahid, 11.10.2019-cu il təvəllüdlü Əli adlı üç uşağı var (cild 2, iş vərəqi 123). İşdə olan cinayət işinin ayrılması haqqında 27.01.2021-ci il tarixli qərardan görünür ki, narkotik vasitəni Təqsirləndirilən şəxs1 göndərmiş “Vəli” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********** saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 177-180). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 27.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 122,520 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və Təqsirləndirilən şəxs2 üzərində olan sellofan bükümə baxış keçirilərkən aparılmış videoçəkilişi əks etdirən disk və Təqsirləndirilən şəxs1 məxsus “Samsung A40” markalı mobil telefon maddi sübut kimi tanınmış, disk cinayət işinə əlavə edilmiş, ekspert tədqiqatından sonra qalıq qalan 122,470 qram heroin və mobil telefon isə Bakı şəhəri Nəsimi RPİ-yə saxlanca verilmişdir (cild 2, iş vərəqi 164-175, 213). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 əldə edərək saxladığı və daşıdığı narkotik vasitə və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıqdır. Bu səbəbdən, habelə Təqsirləndirilən şəxs1 istifadə etdiyi mobil telefondan narkotik vasitənin satışına dair digər şəxslərlə apardığı yazışmaları, Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən Vəli adlı İran vətəndaşı ilə əlaqə saxlamasını, 21.08.2020-ci ildə Vəli ilə danışaraq borclarının olmasını, Rusiyada yaşayan ailə və uşağını görmək istədiyini və buna görə də özünə satması üçün narkotik vasitə verməsini təkid etməsini, satdıqdan sonra da pulun bir hissəsini verəcəyini söylədiyini bildirməsi, həmçinin yuxarıda şərh olunan digər sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitəni öz istifadəsi məqsədilə əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə isə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib, saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.11.2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il sınaq müddəti başa çatdığından qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənildiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndiriilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cavanlığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayanı uşağının olmasını, cavanlığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, Təqsirləndirilən şəxs2 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməl ağır cinayət kimi, Təqsirləndirilən şəxs2 törətdiyi əməl az ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 21.08.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 22.08.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 avqust 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 90-91, 174-178; cild 2, iş vərəqi 74-77). İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 21.08.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 22.08.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 avqust 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 18-19, 179-183; cild 2, iş vərəqi 78-81). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisinin cəza çəkməsinin başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu 21 avqust 2020-ci il tarixdən hesablanmalı, barələrndə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq qalan 122,470 qram narkotik vasitə heroin məhv edilməli, təqsirləndirilən şəxslərin üzərinə keçirilmiş şəxsi axtarışın gedişatını əks etdirən disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 məxsus “Samsung A40” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq qalan 122,470 qram narkotik vasitə heroin məhv edilsin, təqsirləndirilən şəxslərin üzərinə keçirilmiş şəxsi axtarışın gedişatını əks etdirən disk iş materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs1 məxsus “Samsung A40” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-776/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-776/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver