Məhkəmə qərarları › İş №1(101)-776/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-776/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-776/2024 18.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər - Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 (X3), müdafiəçilər - Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3, Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi X4 iştirakı ilə, xx.xx.1981-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, xx.xx.1984-cü ildə Gürcüstanda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 (X8) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, xx.xx.1986-cıildə Gürcüstanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və Gürcüstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 (X8) 23 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs yaşadığı Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, döngə 4, ev 5 ünvanında yerləşən evdən qaranlıq düşəndən sonra oğurluq etmək barədə razılaşaraq, cinayəti törədən zaman iz saxlamamaq üçün Təqsirləndirilən şəxs1 mağazadan aldığı iki cüt əlcəyin bir cütünü götürərək, sonra hər ikisinin tanıdığı Təqsirləndirilən şəxs3 Suraxanı dövlət Yol polisi bölməsinin yaxınlığındakı çayxanada olduqları yerə çağırandan sonra, sonuncudan idarə etdiyi VAZ-2107 markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları Dədə Qorqud qəsəbəsinə aparmasını xahiş edib, saat 20-21 radələrində avtomobilə oturaraq yola düşəndən sonra tanışlıqdan irəli gələn münasibətlərə görə gələcəkdə onların cinayət törətmələri barədə başqa şəxslərə məlumat verməyəcəyini hesab edərək, tanıyıb etibar etdikləri şəxs kimi Təqsirləndirilən şəxs3 getdikləri ünvanda yaşayış sahəsindən oğurluq edəcəklərini aşkar şəkildə deyib məlumatlandırmış, qabaqcadan əlbir olmadan cinayətin onlar tərəfindən törədilməsində köməkçi kimi iştirak etməyə razılıq vermiş Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobil ilə onları Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, döngə 4, ev 5 ünvanına gətirəndən sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşüb birlikdə hasardan keçməklə qanunsuz olaraq evin həyətinə, orada isə evin yataq otaqlarından birinin bayırdan vurulmuş dəmir barmaqlığını və pəncərəsini sındırıb açaraq yaşayış sahəsinə daxil olandan sonra otaqlarda axtarış aparmış, yataq otağındakı paltar dolabında asılmış pencəyin ciblərində saxlanılan, Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi satış məzənnələrinə görə ümumi dəyəri 187.011 manata bərabər olan 110.000 ABŞ dolları, ümumi dəyəri 2084 manat 20 qəpiyə bərabər olan 1.000 avro xarici valyuta vəsaitlərini, güzğülü türmonun siyirməsində saxlanılan ümumi qiyməti 4.000 manat olan iki ədəd qızıl qolbağı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 193.095,2 (yüz doxsan üç min doxsan beş manat) 20 qəpik məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, o, Namiq Bayramovla bir məhəllədə yaşayır. Bir gün yolla gedəndə oğurluq etdikləri evi görmüş və evə baxandan sonra oraya girib oğurluq etmək qərparına gəlmişdir. Evdən onlar 90.000 ABŞ dolları pul götürmüşlər. Həmin evə onları idarə etdiyi maşınla Niyazi aparmışdır. O, törətdikləri cinayət barədə istintaqda ətraflı ifadələr vermişdir və həmin ifadələri təsdiq edir. Həmin ifadəni məhkəmədə verdiyi ifadə kimi qəbul olunmasını xahiş edir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, o, oğurluq etmək üçün evə Namiqlə birlikdə girmiş, Niyazi isə onları maşınla həmin ünvana aparmışdır. O, əvvəlcədən həmin evdə pul olduğunu bilməmişdir. Hadisə 2018-ci ilin qış aylarında baş vermişdir. Zərərçəkmiş şəxsi əvvəlcədən onun qaynanasıgilllə qonşuluqda yaşadığı üçün tanımış, lakin onun nə işlə məşğul olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs onun uşağını Atatürk litseyinə qəbul etdirmişdir. Niyazi ilə danışıqları Namiq aparmışdır. X10 rayon hərbi komisarlığının yanında oğurluğa getdiklərini demiş, Niyazi isə bunu etməyi məsləhət görməmişdir. Onlar evin içərisinə pəncərənin dəmir barmaqlığını sındırıb girmişlər. Pulu evdəki şkafdan aşkar edərək götürmüşlər. Evdən 90.000 dollar aşkar olunmuş, həmin pulun 40.000 dollarını Namiq, 40.000 dollarını isə o, götürmüşdür. Sonradan 10.000 dolları Niyaziyə vermişlər. Törətdiyi əməldən peşmandır. Namiq hadisədən 1-2 gün əvvəl oğurluğa gedəcəklərini bilmişdir. Ehtiyacları olduğu üçün onlar həmin evə oğurluğa girmişlər. Onun özü cinayət hadisəsindən 6 il sonra tutulmuşdur. O, evdən oğurladıqları puldan özünə çatan pulların hamısını qaytarmış, ümumiyyətlə isə, zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilmişdir. İstintaqda verdiyi ifadələri təsdiq etməsi və onların məhkəmədə verilmiş ifadə kimi qəbul edilməsi barədə təqsirləndirilən şəxsin mövqeyi ilə bağlı onun həmin ifadələri məhkəmə iclasında tədqiq olundu. Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, 2018-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yaşayan qaynanasıgilin evinə getdiyi zaman onlarla üzbəüz yerləşən evdə qonşuluqda yaşayan Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs haqqında eşitmiş, onun Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olduğunu və hansısa şirkətə rəhbərlik etdiyini bilmişdir. Selçukun bahalı avtomobil idarə etdiyini də görmüş, ona görə də həmin şəxsin evindən oğuruluq etmək qərarına gəlmişdir. 2018-ci ilin yanvar ayında oğurluq etmək barədə fikirlərini uzun müddətdən tanıdığı və əvvəllər qonşusu olmuş X5 (Gürcüstan pasportunda adının Təqsirləndirilən şəxs2 yazılmasına baxmayaraq onu göstərdiyi kimi tanıyır) danışmış və razılaşmışlar ki, Zərərçəkmiş şəxs yaşadığı evdən birlikdə oğurluq etsinlər. Bu məqsədlə 23 yanvar 2018-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu ərazisində DYP bölməsinin inzibati binasının qarşısında olan çayxanada Namiklə gördüşmüş və oğurluğa getmək üçün havanın qaranlıq vaxtını gözləmişlər. Həmin gün saat 20-21 radələrində Namiklə çayxanadan çıxmış, yaxınlıqda olan tikinti materialları satılan mağazadan iki cüt əlcək almışdır ki, oğurluq yerində əl izlərini saxlamamaq üçün istifadə etsinlər və bir cütünü Namikə vermişdir Oradan oğurluq etmək üçün Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud yaşayış massivinə avtomobil ilə getməli olmuşlar. Özləri maşınsız olduqlarına görə və kənar adamla getməyə etibar etmədiklərinə görə hər ikisinin tanışı Təqsirləndirilən şəxs3 ilə mobil telefonla əlaqə saxlamışlar. Bir qədər sonra Niyazi həmin vaxt idarə etdiyi ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı “Vaz 2107” markalı avtomobili ilə onların olduqları yerə gəlmişdir. Niyazidən onları Dədə Qorqud qəsəbəsinə aparmasını xahiş etmişlər. Niyazi onlara etiraz etməmiş və maşına oturub yola düşəndən sonra Suraxanı rayonu, Hərbi komissarlığının yanında olduqları zaman onlar X16 qəsəbəsinə onun qaynanasıgilin məhəlləsinə oğurluq etməyə getdiklərini bildirmişlər. Niyazi əvvəl getmək istəmədiyini bildirmiş, amma Niyaziyə demişlər ki, oğurluğu özləri edəcəklər, Niyazidən onlara maşını ilə kömək etməsi lazımdır. Bundan sonra Niyazi onları oğurluq yerinə aparmağa razılaşmış və onlar Tapan Selcukun yaşadığı evin yerləşdiyi əraziyə çatandan sonra Niyazi onları düşürüb çıxıb getmişdir. O, Namiklə birlikdə Selçukun evinə yaxınlaşmış, evin işıqlarının yanmadığnı görüb evdə kiminsə olmadığına əmin olduqda, aralarında olan razılığa əsasən birinci Namİk hasardan keçərək həyətə daxil olmuş, sonra isə özü həmin qaydada həyətə atılmışdır. Evin yataq otağının pəncərəsində olan dəmir barmaqlığı iki nəfər birlikdə dartaraq qoparmağa çalışsalar da, bunun mümkün olmadığını görən Namik həyətdən çıxıb getmək istəmişdir. Bu vaxtı o, ayağı və əlləri ilə barmaqlığın bir hissəsini qopartmış, plastik pəncərəni əli iiə itələyib açmış və Namiki geri çağırıb həmin yerdən mənzilə daxil olmuş, işıqları yandırmadan ilkin olaraq yataq otağında axtarış aparmağa başlamışdır. Ardınca mənzilə daxil olan Namik həmin otaqda axtarış etdikdə özü dəhlizə çıxaraq digər otaqlarda axtarış aparmışdır. Oğurluq edən zaman əlcəklə hərəkət etmişlər. Bir qədər sonra Namik onu çağıraraq ilkin olaraq daxil olduqları yataq otağında paltar dolabında asılmış kişi pencəyinin ciblərində pullar olduğunu bildirmişdir. Onlar həmin pulları öz ciblərinə doldurduqdan sonra ilkin olaraq Namik gəldikləri yerdən mənzili tərk etmişdir. O, bir qədər də axtarış aparmış və yataq otağındakı güzgülü dolabın üzərindəki qabın içərisindən zinət əşyaları götürmüş, sonra pəncərədən çıxaraq mənzili tərk emişdir. Hasardan keçərək küçəyə çıxmışlar, bir neçə metr getdikdən sonra əlcəkləri atmışlar. Oğurluqdan sonra da Niyazini çağırmaq istəmişlər, sonra fikrilərindən daşındıb yola çıxaraq marşrut avtobusu ilə Suraxanı rayonu ərazisində “Balağanın qarajı” adlanan yerin yaxınlığına getmişlər. Namikdən soruşduqda, sonuncu hər biri 10000 ABŞ dolları olmaqla beş ədəd bağlamada pul götürdüyünü, özü isə dörd ədəd bağlamada pul və zinət əşyaları götürdüyünü Namikə bildirmişdir. Namik həmin əşyalara baxıb bijuteriya olduğunu bildirib zibilə atmışdır. Sonra onlar Niyazi ilə əlaqə saxlayıb olduqları yerə çağırmışlar. Niyazi gəldikdən sonra Namik bir ədəd bağlamada 10.000 ABŞ dolları pulu Niyaziyə vermiş və pulun oğurluqdan olduğunu bildirib, bu məbləğin ona çatacağını bildirmişdir. Beləliklə, Selçukun evindən oğurladıqları ümumilikdə 90.000 ABŞ dolları pulun 10.000 ABŞ dolları Niyaziyə çatmış, qalan hissəsini isə iki eyni hissəyə ayırmaqla Namiklə aralarında bölüşmüşlər. Sonra onlar da evlərinə getmişlər. Bundan bir neçə gün sonra tutulacağından qorxduğu üçün Gürcüstan Respublikasına getmiş, Namiklə mobil telefonla əlaqə saxladığı zaman sonuncuya da Gürcüstana gəlməyi təklif etmişdir. Bundan təxminən bir ay sonra Namik də Gürcüstanda olan qohumlarının yanına gəlmişdir. O, təxminən ay yarım orada yaşadıqdan sonra Bakı şəhərinə qayıtmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Onu da bildirir ki, Zərərçəkmiş şəxs evindən 110.000 ABŞ dolları və 1.000 avro oğurlandığını göstərsə də, onların oradan oğurladıqları 90.000 ABŞ dolları olmuşdur. Qızıl qolbaq dedikləri əşyaları güzgülü siyirmədən özü götürmüş, amma sonradan Namik onların sadə metaldan olan bijuteriya olduğunu dediyinə görə qolbağları zibilliyə atmışlar. Elan olunmuş ittihamda göstərilən ziyanın 50.000 ABŞ dollarını Zərərçəkmiş şəxs özü ödəmişdir. Tutduğu əmələ görə peşmandır, Təqsirləndirilən şəxs2 oğurladıqları puldan 10.000 ABŞ dollarını Təqsirləndirilən şəxs3 verəndə 5.000 ABŞ dollarını Niyaziyə olan borcunun ödənilməsinə hesablaması barədə ifdəsində göstərdikləri ilə əlaqədar bildirir ki, birlikdə oğurladıqları pulu böləndə Niyazinin cinayətdə köməkliyinin nə qədər olduğunu nəzərə alıb özlərindən az, yəni 10.000 ABŞ dolları vermişlər. Niyazi onların yanına gələndə pulu sonuncuya Namik vermişdir, onların arasındakı borcla bağlı məsələ özlərinə aiddir, onun buna qarışacağı yoxdur. 070 ***-**-** mobil nömrəsi ilə aparılmış telefon danışıqları və SMS mətnləri məhkəmənin qərarı ilə götürülmüş məlumatlarla bağlı bildirir ki, 2018-ci ilin yanvar ayında 070 ***-**-** mobil nömrəsindən istifadə etmiş, cinayətin törədilməsi zamanı həmin nömrədən tanışları ilə əlaqə saxlamışdır. 050 599-80-89, 055 ***-**-** mobil nömrələr Təqsirləndirilən şəxs3 nömrələridir, zənglərindən görünür ki, onlar oğurluğu edib hadisə yerindən uzaqlaşandan sonra Niyazi özü ona zəng vurmuş və bundan sonra bir-birinə zəngləri davam etmişdir. 055 ***-**-** mobil nömrə Namikin nömrəsidir ki, onunla cinayətin törədilməsinə qədər və sonra danışıqları çox olmuşdur, cinayət edən vaxt birlikdə olduqları üçün xx.xx.2018-ci il saat 19:30-dan 22:30 qədər nömrələrdən bir-birinə zəng yoxdur. SMS yazışması apardığı 055 ***- **-** mobil nömrə qardaşı Qismət Bayramovun nömrəsidir, oğurluqdan sonra tutulmaqdan qorxub evindən uzaqlaşmalı olduğuna görə qardaşına bəzi məsləhətlərini yazmışdır ki, məhəllədə ondan şübhələnməsinlər (2-ci cild, iş vərəqi 192-194). Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 (X8) ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 düzgün danışır, oğurluğa getmək barədə fikir Üzeyirə məxsus olmuşdur. Zərərçəkmiş şəxs Üzeyirin qaynanasının qonşusu olmuşdur. Niyaziyə isə onları maşını ilə aparmağı o, təklif etmiş, Niyaziyə oğurluga getdiklərini demişdir. Oğurluq puldan ona çatan 40.000 dollara görə o, zərərçəkmiş şəxsə öz evini vermiş və onunla barışığa gəlmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 ona çatan pulun əvəzində zərərçəkmiş şəxsə evini verdiyini, həmin evi alqı-satqı yolu ilə Səlcukun adına keçirdiyini, oğurluq zamanı pulu evdən Üzeyirlə birlikdə ikisinin götürdüyünü, evdən aşkar olunan pulun 40.000 dollarının ona, 50.000 dollarının isə Üzeyirə qaldığını, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasını xahiş etdiyini, oğurluq zamanı nə götürəcəklərini və onları necə böləcəklərini əvvəlcədən danışmadıqlarını, istintaq zamanı zərərçəkmiş şəxslə aralarında üzləşmə olmadığını, zərərçəkmiş şəxsə vurulmuş ziyan tam ödənildikdən sonra onların həbsdən azad edildiyini bildirdi. İstintaqda verdiyi ifadələri təsdiq etməsi və onların məhkəmədə verilmiş ifadə kimi qəbul edilməsi barədə təqsirləndirilən şəxsin mövqeyi ilə bağlı onun həmin ifadələri məhkəmədə tədqiq olundu. Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, 2000-ci ildən 2020-ci ilədək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yaşamış və həmin vaxtlarda Təqsirləndirilən şəxs1 ilə qonşu olmuş, həmişə münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs1 qaynanası Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yaşayır. 2018-ci İlin yanvar ayında söhbət zamanı Üzeyir ona qaynanası ilə qonşuluqda yaşayan bir nəfər Türkiyə vətəndaşı olduğunu, həmin şəxsin Azərbaycanda hansısa şirkətə rəhbərlik etdiyini, maddi vəziyyətinin yaxşı olduğunu, baldızları və digər qohumlarının toy məclislərində iştirak etdikləri zaman həmin şəxsin yoldaşından zinət əşyaları alaraq istifadə etdiklərini bildirmiş və sonradan adını bildiyi Türkiyə vətəndaşı Zərərçəkmiş şəxs adlı şəxsin yaşadığı evdən zinət əşyalarını birlikdə oğurlamağı təklif etmişdir. O, Üzeyirin təklifi ilə razılaşmışdır. 23 yanvar 2018-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu ərazində DYPB-nin inzibati binasının qarşısında olan çayxanada Üzeyirlə görüşmüş və oğurluğa getmək üçün havanın qaranlıq vaxtını gözləmişlər. Həmin gün saat 20-21 radələrində Üzeyirlə çayxanadan çıxmışlar, Üzeyir mağazadan iki cüt əlcək alıb bir cütünü ona vermişdir ki, oğurluqda iz saxlamamq üçün istifadə etsinlər. Sonra Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud yaşayış massivinə getmək üçün kənar şəxsə müraciət etmək istəməyib hər ikisinin tanışı olan Təqsirləndirilən şəxs3 ilə mobil telefonla əlaqə saxlamışlar ki, gəlib onları aparsın. Bir qədər sonra Niyazi həmin vaxt idarə etdiyi ağ rəngli "Vaz 2107” markalı avtomobili ilə onlar olan yerə gəlmiş, Niyazidən onları Dədə Qorqud qəsəbəsinə aparmasını xahiş etmişlər. Suraxanı rayonu, Hərbi komissarlığının yanında olduqları zaman Niyaziyə demişlər ki, Dədə Qorqud qəsəbəsinə Üzeyirin qaynanasının məhəlləsinə oğurluq etməyə gedirlər. Niyazi bunu eşidəndən sonra tərəddüd etdiyini göstərmiş, amma onlar demişlər ki, narahat olmasın, oğurluğa özləri gedəcəklər, Niyazidən ancaq maşını ilə onları aparmaqla kömək etməsini ictəyirlər. Bundan sonra Niyazi razılaşmış və onları həmin evin olduğu əraziyə çatdırıb düşürmüşdür. O, Üzeyirlə birlikdə Tapan Səlçukun evinə yaxınlaşmış, evin işıqlarının yanmadığını görüb evdə kiminsə olmadığına əmin olaraq, aralarındakı razılığa əsasən birinci özü hasardan keçərək həyətə daxil olmuş, sonra isə Üzeyir həmin qaydada həyətə atılmışdır. Evin yataq otağının pəncərəsində olan dəmir barmaqlığı iki nəfər birlikdə dartaraq qoparmağa çalışsalar da, bunun mümkün olmadığını gördüyü və kiminsə gələcəyindən qorxduğu üçün həyətdən çıxıb getmək istəmişdir. Bu vaxt Üzeyir ayağı və əlləri ilə barmaqlığın bir hissəsini qopartmış, plastik pəncərəni əli ilə itələyib açmışdır. Üzeyir onu geri çağırmış və həmin yerdən mənzilə daxil olmuş, Üzeyirin ardınca özü da mənzilə daxil olmuş və həmin otaqda işıqları yandırmadan axtarış aparmağa başlamışdır. Üzeyir isə artıq həmin otağı axtarmış və dəhlizə çıxaraq digər otağa keçmişdir. Oğurluq zamanı Üzeyirin aldığı əlcəkləri əllərinə keçirmişlər. O, ilkin olaraq içəri daxil olduğu pəncərənin yanında olan şkafdakı paltarların ciblərini axtarmış və bu zaman kişi pencəklərindən birinin ağır olduğunu görmüş, ciblərinə baxdıqda orada pul olduğunu görüb dərhal Üzeyiri çağırmış və bu barədə bildirmişdir. Onlar həmin pulları öz ciblərinə doldurduqdan sonra ilkin olaraq özü gəldiyi yerdən mənzili tərk etmişdir. Üzeyir isə bir qədər də axtarış aparmış və sonradan ona dediyinə görə yataq otağındakı güzgülü dolabın üzərindəki qabın içərisindən zinət əşyaları götürmüşdür. Sonra Üzeyir də həmin pəncərədən çıxaraq mənzili tərk etmişdir. Hasardan keçərək küçəyə çıxmışlar, bir neçə metr getdikdən sonra əlcəkləri atmışlar. Əsas yola çatdıqdan sonra marşrut avtobusu ilə Suraxanı rayonu ərazisində “Balağanın qarajı" adlanan yerin yaxınlığına gəlmişlər. Üzeyir ondan soruşduqda hər biri 10000 ABŞ dolları olmaqla beş ədəd bağlamada pul götürdüyünü, Üzeyir isə dörd ədəd bağlamada pul və zinət əşyaları götürdüyünü bildirmişdir. O, həmin əşyalara baxıb bijuteriya olduğunu bildirib zibilə atmışdır. Sonra onlar Niyazi ilə əlaqə saxlamış və olduqları yerə çağırmışlar. Niyazi gəldikdən sonra o, Niyaziyə bir ədəd bağlamada 10.000 ABŞ dolları pul vermiş və bunun Niyaziyə çatası məbləğ olduğunu bildirmişdir . Beləliklə Səlçukun evindən oğurladıqları ümumilikdə 90.000 ABŞ dolları pulun 10.000 ABŞ dolları Niyaziyə çatmış, qalan hissəsini isə iki eyni hissəyə ayırmaqla Üzeyirlə aralarında bölüşdürmüşlər. Sonra onlar da evlərinə getmişlər. Bundan bir neçə gün sonra Üzeyir tutulacağından qorxduğu üçün Gürcüstan Respublikasına getmiş, onunla mobil telefonla əlaqə saxladığı zaman ona da Gürcüstana getməyi demişdir. Bundan təxminən bir ay sonra özü də Gürcüstanda olan qohumlarımın yanına getmiş, təxminən ay yarım orada yaşadıqdan sonra Bakı şəhərinə qayıtmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan istintaq aparılanda məlum olmuşdur ki, Zərərçəkmiş şəxs evindən 110.000 ABŞ dolları və 1.000 avro oğurlandığını göstərmişdir. Amma onların oradan oğurladıqları 90.000 ABŞ dolları olmuşdur, qızıl qolbaq dedikləri əşyaları evdə Üzeyir axtarıb taparaq götürmüş, sonradan o, əşyaların sadə metaldan olan bijuteriya olduğunu görmüş, Üzeyirə demişdir ki, faydasız əşyadır və qolbağları zibilliyə atmışlar. İttihamda göstərilən oğurluq nəticəsində vurduqları ziyanın 50.000 ABŞ dollarını özü Zərərçəkmiş şəxs ödəmişdir. Tutduğu əmələ görə peşimandır. İlkin ifadələrinizdən fərqli olaraq, sonradan oğurladıqları puldan 10.000 ABŞ dollarını Təqsirləndirilən şəxs3 verəndə 5.000 ABŞ dollarını Niyaziyə olan borcunun ödənilməsinə hesablaması ilə əlaqədar bildirir ki, həmin vaxt Niyaziyə borcu olmuş, ona görə də pulu verəndən sonra razılaşmışlar ki, verdiyi pul ilə borcu da bağlanır. 2018-ci ilin yanvar ayında hazırda ittiham olunduğu cinayəti törədənə qədər və ondan sonra arvadı X6 adına olan 055 ***-**-** mobil nömrədən istifadə etmiş, nömrə ilə bütün danışıqlar özünə aiddir. Şübhəli şəxs qismində saxlanılandan sonra verdiyi ifadələrdə, ilkin ittiham üzrə təqsirləndirilən şəxs qismində ifadələrində və sonradan əlavə dindirmə zamanı ifadələrində özü, cinayətin digər iştirakçıları olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 işin halları barədə uyğun ifadələr verdikləri halda, Təqsirləndirilən şəxs3 bir müddət istintaqdan yayınıb axtarış yolu ilə gətirilməsindən sonra ifadələrini dəyişməsi, cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə ziddiyyətli dəlillər gətirməsi ilə eyni vaxtda Təqsirləndirilən şəxs3la üzləşdirmədə onun ifadələrində də, mahiyyətinə görə cinayətin iştirakçılarının heç birinin məsuliyyətini istisna etməyən ziddiyyətlərin ortaya çıxması ilə əlaqədar bildirir ki, polis tərəfindən saxlanıldıqları zaman artıq cinayətin üstündən xeyli müddət keçmiş, bəzi hallarda cüzi uyğunsuzluqlar olmasını təəccüblü saymır. Təqsirləndirilən şəxs3 mövqeyinə qarışmır, bununla bərabər ifadələrində hər şeyi olduğu kimi göstərmiş, indi də təsdiq edir ki, Tapan Selçuqun yaşadığı evdən oğurluq etmək təklifini Təqsirləndirilən şəxs1 alıb birlikdə oğurluq etməyə razılaşmış, sonra hər ikisinin tanışı olan Təqsirləndirilən şəxs3 müraciət edib onları maşını ilə oğurluq etməyə aparmaqla köməklik göstərməsini xahiş etmişlər, Niyazi təkliflə razılaşıb onları oğurluq etdikləri evin yerləşdiyi əraziyə gətirmiş, o, Üzeyirlə birlikdə evə girib oğurluq edərək çıxmış, sonra isə oğurladıqlarından 10.000 ABŞ dollarını elə həmin gün demək olar ki, oğurluqdan dərhal sonra Niyaziyə vermişlər, sonuncu pulu onlardan qəbul etmişdir (2-ci cild, iş vərəqi 211-213). Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində bildirdi ki, onun baş verən oğurluq barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Namiqlə onun arasında 5000 manat borc məsələsi olmuş, Namiq də 5000 manatı ona borcu kimi qaytarmışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs3 oğurluq barədə özünün xəbəri olmadığını, lakin Namiqin ona 5000 dollar verəndə, həmin pulun oğurluq pulu olduğunu dediyini, hadisə vaxtı Namiqgilin nə qədər pul oğurladıqlarını bilmədiyini, polis idarəsi tərəfindən tutulandan sonra 90.000 dollar pul oğurlandığını bildiyini və istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. İstintaq zamanı verdiyi ifadəni təsdiq etməsi ilə bağlı təqsirləndirilən şəxsin məhkəmədəki mövqeyi ilə əlaqədar onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olundu. Təqsirləndirilən şəxs3 istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qonşu olmuş və uzun müddətdir ki, münasibətləri vardır. Təqsirləndirilən şəxs2 bir neçə ildir ki, oniarın məhətləsindən köçüb və Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayır. 23 yanvar 2018-ci il tarixdə saat 20 radələrində onlardan biri onunla mobil telefonla əlaqə saxlayaraq Suraxanı rayonu ərazində DYPB-nin inzibati binasının yaxınlığına çağırmışlar. Həmin yerə getdikdən sonra tanışları ondan Dədə Qorqud qəsəbəsinə aparmağını istəmişlər. Həmin vaxtı o, özünə məxsus ağ rəngli “Vaz 2107" markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Bildiyinə görə, Üzeyirin qaynanası həmin qəsəbədə yaşamış və tanışlarının oraya onların qonaq getdiklərini düşünmüşdür. Onlar Suraxanı rayonu, Hərbi komisarlığının yanında olduğuqları zaman tanışları ona Dədə Qorqud qəsəbəsinə oğurluq etməyə getdiklərini bildirmişlər. Onlar bir neçə dəqiqə sonra həmin ünvanın yaxınlığına çatmışlar və tanışlarını əsas yolun kənarında düşürüb geri qayıtmışdır. Sonradan isə orada nə baş verməsindən xəbəri olmamışdır. Təxminən saat yarım sonra Üzeyir və Namik ona zənn edərək Suraxanı rayonu ərazisində ərazisində "Balağanın qarajı” adlanan yerin yaxınlığına çağırmışlar, o da, həmin yerə getmişdir. Tanışları ilə görüşdükdə, Namik onun avtomobilinin içinə bir ədəd bağlamda 10.000 ABŞ dolları pul atmış və "götür kasıb uşaqsan, bu sənə çatacaq” demişdir. O, daha Üzeyir və Namikdən haradan oğurluq etmələrini, hansı məbləğdə pul və ya digər əşyalar oğurlamaları barədə soruşmamış və çıxıb getmişdir. Sonradan həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı zaman Üzeyir və Namikin həmin oğurluq hadisəsi nəticəsində Türk vətəndaşına məxsus 90.000 manat pul oğurladığını öyrənmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi - 23 yanvar 2018-ci il tarixdə onun yaşadığı mənzilə daxil olmuş şəxs(lər)in oradan 110.000 ABŞ dolları, 1000 Avro və 40000 manat dəyərində iki ədəd qızıl qolbağı oğurlamaları barədə məlumatla bağlı bildirir ki, Üzeyir və Namikin həmin zərərçəkmiş şəxsin hansı məbləğdə pulunu və ya digər əşyasını oğurlaması ona məlum deyil, ona yalnız 10.000 ABŞ dolları pul vermişlər. O, cinayət məsuliyyətinə cəlb olunacağından qorxduğu üçün bu barədə heç kimə bildirməmişdir. 05 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilən zaman verdiyi ifadəsində də Təqsirləndirilən şəxs3 23 yanvar 2018-ci il tarixdə öz aralarında razılığa gələrək oğurluq cinayətinin törətmək barədə qabaqcadan əlbir olmuş tanışları X7 və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə oğurluq ediləcək ünvana aparmaqla oğurluq cinayətinin onların icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyini təsdiq etmişdir (1-ci cild iş vərəqi 179-180, 228-229). İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, azərbaycan dilində sərbəst danışır, latın qrafikalı əlifba ilə sərbəst yazıb oxuya bilir, tərcüməçiyə ehtiyacı yoxdur. Göstərdiyi ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır, özü "X18” şirkətinin sahibidir, işi xarici ölkələrdən avtomobil hissələrinin gətirilməsi və satışı ilə əlaqədardır. Yəni işi ilə əlaqədar xarici ölkələrə külli miqdarda pul göndərir, bunula əlaqədar evində həmişə pul olur. 16 yanvar 2018-ci il tarixdə şirkətində mühasib işləyən Ceyhundan 29.400 ABŞ dolları alıb yaşadığı evə qoymuşdur. Bundan başqa 17 yanvar 2018-ci il tarixdə Ceyhun yenə də ona 58.800 ABŞ dolları vermiş və həmin pulu da yaşadığı evə qoymuşdur. 18 yanvar 2018-ci il tarixdə tanışı Altaydan 28.900 ABŞ dolları alıb yaşadığı evdə saxlamışdır. Beləliklə, yaşadığı evdə 110.000 ABŞ dolları, 1000 avro pul olmuşdur. Həmin pulları yataq otağında olan paltar dolabının içərisində özünə məxsus pencəyin bütün ciblərində saxlamışdır. 23 yanvar 2018-ci il tarixdə saat 07:30 radələrində yaşadığı evdən çıxıb işə getmişdir. Həmin gün saat 20 radələrinə kimi işdə olmuş, opradan çıxıb “Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında yerləşən “Bəy hamamı”na getmiş və saat 22:30 radələrinə qədər hamamda olmuşdur. Sonra isə oradan çıxıb saat 23 radələrində evə gəlmişdir. Evin çöl darvazasını, sonra isə mənzilin seyf qapısını açıb içəri daxil olmuşdur. Evdə ilkin olaraq qonaq otağına daxil olub paltarını dəyişərək televizora baxmışdır. Sonra dəhlizə çıxanda görmüşdür ki, uşaqların yataq otağında olan paltar dolabının qapısı açıq vəziyətdədir. Daha sonra yataq otağına keçib həmin otaqda da paltar dolabının qapılarının açıq olduğunu görmüşdür. Yataq otağında işığı yandıranda otaqdakı əşyaların dağınıq olduğunu, otağın pəncərəsini açıq vəziyyətdə, pəncərədəki dəmir barmaqlığın sındırıldığını görmüşdür. Paltar dolabının içindəki özünə məxsus pencəyin cibinə baxanda görmüşdür ki, pencəyin cibində olan 110.000 ABŞ dolları və 1.000 avro oğurlanıb. Sonra görmüşdür ki, yataq otağında olan güzgülü termonun siyirməsi də açılıb, siyirmənin içərisinə baxanda oradan qızına məxsus olan iki ədəd qızıl qolbağın da naməlum şəxslər tərəfindən oğurlandığını görmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermiş, bir neçə dəqiqə sonra yaşadığı ünvana polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər, sonra o, baş vermiş hadisə ilə əlaqədar ərizə yazmışdır. Hadisədən qabaq 14 yanvar 2018-ci il tarixdə həyat yoldaşı və üç övladını Türkiyənin İğdır şəhərinə aparıb özü qayıtmış, evdə tək yaşayır. Yaşadığı evə üzbəüz yaşayan qonşusu Nicat, sonuncunun bacıları Aynurə və Sitarə gəlib-gedirlər. Təxminən 2017-ci ilin avqust ayında qonşusu Nicat demişdir ki, onun oğlu Əfəcan ona evdə pulların harada saxlanıldığını Nicata demişdir. O isə, Nicata demişdir ki, pulu götürəndən sonra işçilərinin maaşlarını və banklara borclarını ödəyir, ona görə də evdə pul saxlamır. Evindəki pulları ona şirkətdə işləyən Ceyhun və tanışı Altay vermişlər, lakin pulları harada saxlaması barədə özündən başqa heç kəs bilməmişdir. Yaşadığı evdən 110.000 ABŞ dolları, 1.000 avro və ümumi dəyəri 4.000 manat olan 2 ədəd qızıl qolbağ oğurlanmışdır. Buna görə də, ona ümumilikdə 193.000 manat maddi ziyan vurulmuşdur (1-ci cild, iş vərəqi 20-23). İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, döngə 4 ünvanında ailəsi ilə yaşayır, "xxxx" MMC-nin sahibidir, neft məhsullarının alqı-satqısı ilə məşğul olur. Selçuku 3-4 aydır ki, tanıyır, münasibətləri getdikcə yaxşılaşmış, oğlu Selçukun hazırlıq kursuna getdiyinə görə daim əlaqələri vardır. Təxminən on beş gün əvvəl Selçukla iş görməklə bağlı əlaqələri başlanmış, ticarət işlərini müzakirə edib yanvar ayının 14-15 tarixlərində işə başlamışlar. Yanvar ayının 15-dən başlayaraq keçirdikləri alqı-satqı əməliyyatlarının birincisində 50.000 manat, ikincisində 100.000 manat, üçüncü əməliyyatda 100.000 manat köçürmə olmuşdur. O isə, bu pullardan özü Türkiyədə olmuş Selçukun tapşırığı ilə sonuncunun mühasibi Ceyhuna 29.400 ABŞ dolları, sonra daha 58.800 ABŞ dolları vermişdir. X9yıtmış, onlar görüşəndə sonuncunun özünə də 28.900 ABŞ dolları verib birgə işinin yekunu ilə bağlı danışmışlar, Selçuq bir həftəyə haqq-hesabı sıfırlayacaqlarını bildirmişdir. Sonra isə ona məlum olmuşdur ki, Selçukun evindən 110.000 ABŞ dolları oğurlanmışdır (1-ci cild, iş vərəqi 27- 28). İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, münasibətləri yaxşı olmuşdur. Evləri qarşı-qarşıya yerləşir, Selçukun evinə tez-tez gedib-gəlmişdir. Selçukun yaşadığı evdən oğurluqla bağlı bildirir ki, 23 yanvar 2018-ci il tarixdə saat 10-da evdən çıxıb tanışı Samirin Suraxanı rayonunda yerləşən dəmir sexinə getmiş, saat 15dək həmin sexdə olmuş, sonra Samirlə birlikdə 8-ci km bazarının arxasına gedib oradan dəmir jalüzlü qapını sexə gətirmiş, saat 19 radələrində isə Suraxanı DTX-nın inzibatı binasının arxasında yerləçən tanışı Hümbətin evinə gəlmişdir. Hümbətin həyətində dəmir məmulatlarını maşınına yükləyib Hümbətlə birlikdə Dərnəgüldəki metaləritmə zavoduna aparıb təhvil vermiş və geri qayıdanda Hümbəti Əmircan qəsəbəsində 10-cu dairənin yanında düşürdüb özü saat 21-də yaşadığı evə gəlmişdir. Evdə hamamda yuyunmuş, geyinərək çölə çıxandan sonra rastlaşdığı Anardan eşitmişdir ki, Selçukun evinə oğru girib. Bundan sonra anası, Sitarə, Aynurə və Anarla birlikdə Selçukun evinə getmişdir. Evə gələndə Selçukun atası və qardaşını da orada görmüşlər. Bundan sonra məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evin yataq otağının pəncərəsinin dəmir barmaqlığını sındırıb içəri girərək orada paltar dolabından 110.000 ABŞ dolları və qızıl-zinət əşyalarını oğurlamışlar. Selşukun pulunu və qızılı harada saxladığını hadisəyə qədər bilməmiş, hadisədən sonra bilmişdir ki, paltar dolabında pencəyinin cibində saxlayırmış. Selçuk onların məhəlləsində 2017-ci ildən yaşamış, ondan başqa Cavanşir adlı qonşusu və ailə üzvləri-arvadı, iki oğlu da Selçukgil ilə yaxın münasibətdə olmuş və evinə getmişlər (1-ci cild, iş vərəqi 71-73). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 23 yanvar 2018-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs iştirakı ilə keçirilmiş istintaq hərəkəti zamanı sonuncunun yaşadığı evin ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin daş hasarlı həyətdə yerləşməsi, evin yataq otaqlarından birinin pəncərəsinin bayırdan vurulmuş dəmir barmaqlıqlarının sındırlması və pəncərəsi sındırılmış otaqdan evə daxil olunması, evin otaqlarında axtarış aparılmasını təsdiq edən hallar müəyyən edilmiş, eyni zamanda evin başqa pəncrə qapılarının, eləcə də həyət qapısının zədələri müəyyən edilməmişdir (1-ci cild, iş vərəqi 3-8). Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı ünvan 5 ünvanına gəldikdən sonra 23 yanvar 2018-ci il tarixdə cinayətin digər iştirakçıları olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə sonuncunun idarə etdiyi VAZ-2107 markalı avtomobildə həmin ünvana gəldiklərini bildirərək, Təqsirləndirilən şəxs2 ilə birlikdə göstərilən ünvanda yerləşən fərdi yaşayış evinin hasarından həyətə girdiyi yeri, həyətə girəndən sonra evin yataq otaqlarından birinin bayırdan dəmir barmaqlıqlar vurulmuş pəncərəsindən evə daxil olduqlari yeri göstərərək bildirmişdir ki, ifadələrin yerində yoxlanılması zamanı hörüldüyündən pəncərə və barmaqlıqlar yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs2 hadisə yerində cinayəti törətmələrinin faktiki halları ilə əlaqədar əvvəlki ifadələri ilə və digər sübutlarla uyğun gələn ifadələr vermişdir (2-ci cild, iş vərəqi 72-75). Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı ünvan 5 ünvanına gəldikdən sonra 23 yanvar 2018-ci il tarixdə cinayətin digər iştirakçıları olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə sonuncunun idarə etdiyi VAZ-2107 markalı avtomobildə həmin ünvana gəldiklərini bildirərək, Təqsirləndirilən şəxs1la birlikdə göstərilən ünvanda yerləşən fərdi yaşayış evinin hasarından həyətə girdiyi yeri, həyətə girəndən sonra evin yataq otaqlarından birinin bayırdan dəmir barmaqlıqlar vurulmuş pəncərəsindən evə daxil olduqlari yeri göstərərək bildirmişdir ki, ifadələrin yerində yoxlanılması zamanı həmin pəncərənin yeri daşla hörüldüyündən pəncərə və barmaqlıqlar yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs2 hadisə yerində cinayəti törətmələrinin faktiki halları iləəlaqədar əvvəlki ifadələri ilə və digər sübutlarla uyğun gələn ifadələr vermişdir (2-ci cild, iş vərəqi 67-70). İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, cinayətin törədildiyi vaxt Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-** mobil telefon nömrəsi, Təqsirləndirilən şəxs3 istifadəsində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri, Təqsirləndirilən şəxs2 istifadəsində isə arvadı X6 adına qeydiyyatda olan ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Məhkəmənin qərarı ilə "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli AZF/LGL-9069/23 nömrəli məktubla bir ədəd CD-R formatlı diskdə alınmış Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** mobil telefon nömrəsi aparılmış telefon danışıqları haqıında məlumatlar və SMS yazışmalarının mətnləri arasında iş üçün əhəmiyyətli olan aşağıdakı məlumatlar aşkar edilmişdir: X1 xx.xx.2023 14:55 MSİSDN: 705144642 İMSt: Vaxt aralığı: xx/xx/2018 00:00:00 - xx/xx/2018 00:00:00 A nömrəsi B nömrəsi Zəngin Zəngin tarixi müdd Anten Tipi ət (sani yə) **********42 GBBK6070D/GBBK6070 H. Aiiyev 17A Xirdalan D / xx.xx.2018 **********50 TC 5 " Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev 20:29:33 küçəsi'// 40, 464741/49, 722837 556432850 **********42 MTC xx.xx.2018 GBBK6070D/GBBK6070 H. Alİyev 17A XirdaianJD/" 20:29:33 Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev 5 küçəsi" //40, 464741/49, 722837 556432850 **********42 MTC xx.xx.2018 GBBK3057D/GBBK3057 Afsun WH D/ "Bakı 22:50:03 şəhəri, Suraxanı rayonu,Suraxanı-Zıg yolu, Əfsun 6 Şadlıq saray i"//40, 40755/50,0034 **********50 **********42 MTC GBBK3057D/GBBK3057 Afsun WH_D/ "Bakı şəhəri, xx.xx.2018 6 Suraxanı rayonu, Suraxanı-Zıg yolu, Əfsun Şadlıq 22:50:03 sarayı"//40, 40755/50, 0034 **********50 **********42 MTC xx.xx.2018 GBBK5127D/GBBK5127 Qulu Quliyev 30_D/'Bakı 22:54:31 şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsi, 28 saylı evin həyəti"//40,41253/49, 99793 556432850 **********42 MTC xx.xx.2018 GBBK5127D/GBBK5127 Qulu Quliyev30_D/ "Bakı 22:54:31 şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsi, 28 saylı evin həyətİ"//40, 41253/49, 99793 705144642 C**********85 MOC xx.xx.2018 GBBK5127D/GBBK5127 Qulu Quliyev30_D/ "Bakı 0 22:59:02 şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsi, 28 saylı evin həyətİ"//40, 41253/49, 99793 **********42 C**********85 0 MOC xx.xx.2018 GBBK5127D/GBBK5127 Qulu Quliyev 30_D/ "Bakı 22:59:02 şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsi, 28 saylı evin həyəti"//40, 41253/49, 99793 556432850 **********42 MTC xx.xx.2018 GBBK3057D/GBBK3057 Afsun WH_D/ "Bakı şəhəri, 16:22:35 2 Suraxanı rayonu, Suraxanı-Zıg yotu, Əfsun Şadiıq sarayı"//40,40755/50,0034 **********50 **********42 MTC xx.xx.2018 GBBK3057D/GBBK3057 Afsun WH_D/ "Bakı şəhəri, 16:22:35 2 Suraxanı rayonu, Suraxanı-Zıg yolu, Əfsun Şadlıq sarayı"//40,40755/50,0034 556432850 **********42 MTC xx.xx.2018 GBBK0237D/GBBK0237 Suraxani RWS_DrBakı 19:21:39 şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 10, 4 saylı Tikinti Quraşdırma darəsi"//40, 41983/50, 0033 **********50 **********42 MTC xx.xx.2018 19:21:39 GBBK0237D/GBBK0237 Suraxani RWS_D/ "Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 10, 4 saylı Tikinti Quraşdırma İdarəsi" //40, 41983/50, 0033 556432850 **********42 MTC xx.xx.2018 19:22:16 GBBK0237D/GBBK0237 Suraxani RWS_D/"Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 10, 4 saylı Tikinti Quraşdırma ldarəsi"//40,41983/50, 0033 **********50 **********42 MTC xx.xx.2018 GBBK0237D/GBBK0237 Suraxani RWS^DfBakı 19:22:16 şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 10,4 saylı Tikinti Quraşdırma ldarəsi"//40, 41983/50, 0033 505998089 550044633 RmC xx.xx.2018 F 22:00:53 8 505998089 **********42 MTC xx.xx.2018 GBBK3057D/GBBK3057 Afsun WH_D/"Bakı şəhəri, 22:00:53 8 Suraxanı rayonu, Suraxanı-Zıg yolu, Əfsun Şadlıq sarayı7/40,40755/50,0034 **********89 **********42 MTC xx.xx.2018 GBBK3057D/GBBK3057 Afsun WH_D/"Bakı şəhəri, 22:00:53 8 Suraxanı rayonu, Suraxanı-Zıg yolu, Əfsun Şadlıq sarayı7/40,40755/50,0034 705144642 d88d556432850 MOC xx.xx.2018 GBBK4275E/GBBK4275 AvtovagzaQE/"Bakı şəhəri, 22:43:51 Sumqayıt şossesi, ev 3, Bakı Beynəlxalq 5 Avtovağzal Kompleksinin ikinci mərtəbəsi"//40, 41584/49, 799467 **********42 d88d556432850 MOC xx.xx.2018 GBBK4275E/GBBK4275 Avtovagzal_E/ "Bakı 22:43:51 şəhəri, Sumqayıt şossesi, ev 3, Bakı Beynəlxalq 5 Avtovağzal Kompleksinin ikinci mərtəbəsi"//40, 41584/49, 799467 **********42 **********89 MOC xx.xx.2018 GBBK4275E/GBBK4275 Avtovagzal_E/ "Bakı 22:46:14 şəhəri, Sumqayıt şossesi, ev 3, Bakı Beynəlxalq 6 Avtovağzal Kompleksinin ikinci mərtəbəsi7/40, 41584/49, 799467 705144642 552998089 MOC 23,01.2018 GBBK4275E/GBBK4275 Avtovagzal_E/ "Bakı 22:46:14 şəhəri, Sumqayıt şossesi, ev 3, Bakı Beynəlxalq 6 Avtovağzal Kompleksinin ikinci mərtəbəsi7/40, 41584/49, 799467 556432850 **********42 xx.xx.2018 GBBK4299E/GBBK4299 Shems Restoran_E/ "Bakı 22:49:07 şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, TC 8 Matadromun şimal-qərb hissəsi "//40,41968/49, 793684 **********50 **********42 xx.xx.2018 GBBK4299E/GBBK4299 Shems Restoran_E/ "Bakı TC 22:49:07 8 şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Matadromun şimal-qərb hissəsi 7/40,41968/49, 505998089 **********42 xx.xx.2018 793684 GBBK0237F/GBBK0237 Suraxanı RWS_F/ "Bakı TC 15:39:18 8 şəhəri, Suraxanı rayonu, Balandın küçəsi 10, 4 saylı Tikinti Quraşdırma İdarəsi" //40, 41983/ 50, 0033 **********89 **********42 xx.xx.2018 GBBK0237F/GBBK0237 Suraxani RWS_F/ "Bakı TC 15:39:18 8 şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 10, 4 saylı Tikinti Quraşdırma İdarəsi" //40, 41983/50,0033 **********89 **********42 xx.xx.2018 GBBK0237F/GBBK0237 Suraxani RWS_F/ "Bakı TC 21:47:08 7 şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 10, 4 saylı Tikinti Quraşdırma İdarəsi" //40, 41983/50,0033 505998089 **********42 xx.xx.2018 GBBK0237E/GBBK0237 Suraxani RWS_E/ "Bakı TC 21:47:08 7 şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 10, 4 saylı Tikinti Quraşdırma İdarəsi" //40, 41983/50,0033 Od373737 705144642 xx.xx.2018 GBBK3057D/GBBK3057 Afsun WH_D/ "Bakı şəhəri, MSM 10:44:40 Suraxanı rayonu, Suraxanı-Zıg yolu,Əfsun Şadlıq sarayı'7/40,40755/50,0034 705144642 89 c**********0 17,04.2018 GBBK0237D/GBBK0237 Suraxani RWS_D/ "Bakı TOC 23:21:14 şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 10, 4 saylı Tikinti Quraşdırma İdarəsi" //40 41983/50, 0033 **********42 C**********0 89 xx.xx.2018 GBBK0237D/GBBK0237 Suraxani RWS_D/ "Bakı oc 23:21:14 şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 10, 4 saylı Tikinti Quraşdırma İdarəsi" //40, 41983/50,0033 505998089 **********42 18,04.2018 GBBK3057D/GBBK3057 Afsun WH_D/ "Bakı şəhəri, TC 20:17:59 0 Suraxanı rayonu, Suraxanı-Zıg yolu, Əfsun Şadlıq sarayı"//40,40755/50,0034 **********89 **********42 xx.xx.2018 GBBK3057D/GBBK3057 Afsun WH_D/ "Bakı şəhəri, TC 20:17:59 0 Suraxanı rayonu, Suraxanı-Zıg yolu,Əfsun Şadlıq sarayı"//40,40755/50,0034 SMS Tarixçəsi xx.xx.2023 01:47 qəbul edən nömrə: ********* xx/xx/2018 00:00:00 - xx/xx/2018 00:00:00 Göndərilən Daxil olan vaxt Göndərən nömrə Qəbul edən nömrə SMS mətni STATUS cəh vaxt dlər xx-xx-2018 xx-xx-2018 1.1.**********6 1.1.**********4 Tamojnuyu keçəndən xəbər ver Çatdırılmış 01:46:52 01:46:52 6 2 xx-xx-2018 1.1.**********6 1.1.**********4 Göndərilmi 01:46:52 6 2 Tamojnuyu keçəndən xəbər ver Ş xx-xx-2018 xx-xx-2018 1.1.**********9 1.1.**********4 STOP Çatdırılmış 11:03:51 11:03:51 8 2 xx-xx-2018 xx-xx-2018 1.1.**********3 1.1.**********4 +**********35 sebekeye qayitdi. Çatdırılmış 19:15:25 19:15:25 5 2 Ona yeniden zeng ede bilersiniz. xx-xx-2018 1.1.**********3 1.1.**********4 +**********35 sebekeye qayitdi. Göndərilmi 19:15:25 5 2 Ona yeniden zeng ede Ş bilersiniz. xx-xx-2018 1.1.**********9 1.1.**********4 Göndərilmi 14:29:58 6 2 Salam Üzeyir menem Sübhan Ş İmkan olsa meni yığ xx-xx-2018 xx-xx-2018 1.1.**********9 1.1.**********4 Salam Üzeyir menem Sübhan Çatdırılmış 14:29:58 14:29:58 6 2 İmkan olsa meni _____________________ SMS Tarixçəsi xx.xx.2023 01:47 Çıxan nömrə: ********* xx/xx/2018 00:00:00 - xx/xx/2018 00:00:00 Göndərilən Daxil olan vaxt Göndərən nömrə Qəbul edən nömrə SMS mətni STATUS cəh vaxt dlər xx-xx-2018 1.1.**********4 1.1.**********6 Göndərİlmi 22:56:45 2 6 Bizmkileri de bawa sal hec kme Ş demesn qaqaw sene emanet xx-xx-2018 1.1.**********4 1.1.**********6 Bizmkileri de bawa sal hec kme Çatdırılmış xx-xx-2018 22:56:45 2 6 22:56:45 demesn qaqaw sene emanet xx-xx-2018 1.1.**********4 1.1.**********6 Menim kedmeyimi bir ce nuriye Çatdırılmış 23:13:45 xx-xx-2018 2 6 23:13:45 de nenesi kil bilmesin bilseler deyec xx-xx-2018 1.1.**********4 1.1.**********6 Menim kedmeyimi bir ce nuriye Göndərİlmi 23:13:45 2 6 de nenesi kil bilmesin bilseler Ş deyec xx-xx-2018 xx-xx-2018 1.1.**********4 1.1.**********6 eyler ele bu edib de soruwan 23:13:49 23:13:49 2 6 olsa hemenki iwnde iwdiyir Çatdırılmış uwağlar sen xx-xx-2018 1.1.**********4 1.1.**********6 eyler ele bu edib de soruwan Göndərİlmi 23:13:49 2 6 olsa hemenki iwnde İwdiyir ş uwağlar sen xx-xx-2018 1.1.**********4 1.1.**********6 e emaned ilahim vüqar közün 23:13:53 2 6 üsdünde olsun vuqarn ne Göndərİlmi lazmdi ele qism Ş xx-xx-2018 1.1.**********4 1.1.**********6 e emaned İlahim vüqar közün Çatdırılmış xx-xx-2018 23:13:53 2 6 23:13:53 üsdünde olsun vuqarn ne lazmdi ele qism xx-xx-2018 1.1.**********4 1.1.**********6 ed yaxwi olar Göndərİlmi 23:13:56 2 6 $ xx-xx-2018 xx-xx-2018 1.1.**********4 1.1.**********6 ed yaxwi olar Çatdırılmış 23:13:56 23:13:56 2 6 xx-xx-2018 xx-xx-2018 1.1.**********4 0.1.777 STOP Çatdırılmış 11:03:50 11:03:50 2 xx-xx-2018 xx-xx-2018 1.1.**********4 0.1.777 STOP Çatdırılmış 11:03:50 11:03:50 2 xx-xx-2018 xx-xx-2018 1.1.**********4 1.1.**********6 Buraxmadilar cöle ceyran Çatdırılmış 20:09:53 20:09:54 2 0 xx-xx-2018 1.1.**********4 1.1.**********6 Buraxmadilar cöle ceyran Göndərİlmiş 20:09:53 2 0 Telefon danışıqları barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 **********42 mobil nömrəsi və Təqsirləndirilən şəxs2 **********50 mobil nömrəsi arasında cinayətin törədilməsindən əvvəl 22 yanvar 2018-ci il saat 20:29:33-dən 23 yanvar 2018-ci il saat 19:22:16dək davam edən intensiv bağlantılara 23 yanvar 2018-ci il saat 19:22:16-dən saat 22:43:51-dək ara verilmişdir və sonra müxtəlif intensivlikdə davam etmişdir ki, bu da onların cinayəti törətmək məqsədilə görüşüb bir yerdə olduqları müddətə təsadüf edir. Telefon danışıqlarından görünür ki, cinayətin törədilməsindən sonra təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs3 **********89 mobil nömrəsindən 23 yanvar 2018-ci tarixdə saat 22:00:53-də Təqsirləndirilən şəxs1 **********42 mobil nömrəsinə zəng vurulmuş, bu da Təqsirləndirilən şəxs3 oğurluqda köməkçilik etdiyi şəxslərlə cinayətin törədilməsindən sonra əvvəl öz təşəbbüsü ilə əlaqə yaratdığını, yəni onların oğurluq etmələrini bildiyini və nəticəsində maraqlı olduğunu təsdiq edir. Əldə edilmiş SMS mətnlərindən isə görünür ki, Təqsirləndirilən şəxs1 cinayəti törədəndən sonra barəsində şübhələr yaranacağından qorxduğu barədə fikirlərini qardaşı Qismət Bayramovla bölüşmüş və sonuncunu oğurluq etməsi barədə məlumatlandırıb şəxsi işləri ilə bağlı tapşırıqlar vermişdir (2-ci cild, iş vərəqi 152-159). "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli AZF/LGL-9069/23 nömrəli məktubla bir ədəd CD-R formatlı disk iş üçün əhəmiyyətli məlumatların elektron daşıyıcısı kimi maddi sübut kimi tanınaraq cinayət işində saxlanılır (2-ci cild, iş vərəqi 153, 180-181). Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi veb səhifəsindən (https://www.cbar.az/currencv/rates?date=xx/xx/2018) götürülmüş məlumatlara əsasən 23 yanvar 2018-ci il tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,7001 AZN, 1 avronun satış məzənnəsi 2,0842 AZN müəyyən edilmişdir. Odur ki, cinayətin törədildiyi tarixdə oğurlanmış 110.000(yüz on min) ABŞ dollarının dəyəri rəsmi satış məzənnəsi üzrə 187.011 manata, 1.000 avronun dəyəri isə 2.084 manat 20 qəpiyə bərabər olmuşdur. Bununla da, Zərərçəkmiş şəxs vurulmuş ziyan 193.095,2 (yüz doxsan üç min doxsan beş manat 20 qəpik) manat təşkil etmişdir (2-ci cild iş vərəqi 163). Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. O, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 (X8) himayəsində xx.xx.2017-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 2, iş vərəqi 90). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2023cü il tarixli tələbnamələrdən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 (X8) və Təqsirləndirilən şəxs3 məhkumluqları barədə heç bir məlumat yoxdur (cild 2, iş vərəqi 23, 38-39). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 69.3-cü maddələrinə əsasən qəti olaraq 2 il 3 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən cəza müddəti 1 il azaldılmış və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 2, iş vərəqi 24-37). Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 (X8) və Təqsirləndirilən şəxs3 onlara elan olunmuş ittihamlar üzrə özlərini təqsirli bilərək əməllərindən peşman olduqlarını bildirdilər və öz müdafiələri üçün dəlillər gətirmədilər. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 (X8) və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (X8) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin 32.5,177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 (X8) və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 (X8) və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağın olması Təqsirləndirilən şəxs2 (X8) münasibətdə, CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, CM-nin 59.1.13-cü maddəsinə uyğun olaraq, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələri və əməllərindən peşman olmaları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 (X8) və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 (X8) və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 69.3-cü maddələrinə əsasən qəti olaraq 2 il 3 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən həmin cəza müddəti 1 il azaldılmış və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün şəxs qeydiyyatdan çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərini 2021-ci ilin mart və aprel aylarında törətdiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilməli, bu zaman “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarının müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin Qərara uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan müddəasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 69.3-cü maddələrinə əsasən qəti olaraq təyin olunmuş 2 il 3 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzasının Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən 1 il azaldılaraq 1 il 3 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması nəzərə alınmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü üzrə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 3 ay 8 gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 7 (yeddi) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 7 (yeddi) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzasını qismən toplama yolu ilə Təqsirləndirilən şəxs1 qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü üzrə Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 3 ay 8 gün hissəsindən xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılması nəzərə alınmalı, yəni hazırkı hökm üzrə müəyyən edilmiş 7 (yeddi) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzası, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, məhkəməyədək icraat zamanı onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində çəkilməsi üçün qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 (X8) və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri həbs qətimkan tədbiri əvəz edilərək hər üç təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınmalı, barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 (X8) və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübut hesab edilən bir ədəd CD-R diski iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi ziyanın tamamilə ödənilməsi, mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmünə əsasən qəti olaraq təyin edilmiş 2 il 3 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 3 ay 8 gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 7 (yeddi) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 7 (yeddi) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzasını tamamilə toplama yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il 1 (bir) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs1 üçün müəyyən edilmiş və artıq çəkilmiş 7 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası, həmçinin məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 05 aprel 2023-cü il tarixdən 05 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində çəkilməsi üçün qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 18 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 (X8) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, məhkəməyədək icraat zamanı 05 aprel 2023-cü il tarixdən 05 iyul 2023-cü il tarixədək onun həbsdə saxlanıldığı 3 (üç) ay müddət təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs2 (X8) üzərində qəti olaraq 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 (X8) barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 (X8) təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 (X8) təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 18 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3 05 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək 1 (bir) gün, 20 iyul 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək 1 (bir) ay 11 (on bir) gün, ümumilikdə 1 (bir) ay 12 (on iki) gün həbsdə, 31 avqust 2023-cü il tarixdən 13 dekabr 2023-cü il tarixədək isə ev dustaqlığında olduğu 3 (üç) ay 13 (on üç) gün, ümumilikdə 4 (dörd) ay 15 (on beş) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 5 (beş) il 1 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 18 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilmiş 1 ədəd SD-R diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 (X8) və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar