Məhkəmə qərarları › İş №1(101)-776/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-776/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-776/2025 13.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X8 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi – «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, şəxsiyyəti istintaqa məlum olmayan “Sahil” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Sahil” adlı şəxsin göstərişi ilə istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 16,776 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 20 iyul 2024-cü il tarixdə saat 22:40-da Bakı şəhəri Nəsimi rayonu S.Rüstəm küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsində saxlanılaraq Bakı şəhəri Azadlıq prospekti 28 ünvanında yerləşən Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərində olan əl çantasından satış məqsədilə əldə edib saxladığı 21 ədəd sellofan bükümlərdə ayrı – ayrılıqda təmiz çəkiləri 0,491 qram, 0,813 qram, 0,877 qram, 0,872 qram, 0,866 qram, 0,851 qram, 0,843 qram, 0,800 qram, 0,881 qram, 0,868 qram, 0,819 qram, 0,845 qram, 0,880 qram, 0,845 qram, 0,948 qram, 0,939 qram, 0,835 qram, 0,909 qram, 0,906 qram, 0,383 qram və 0,305 qram olmaqla, ümumi təmiz çəkiləri 16,776 qram təşkil edən kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o saxlanılmazdan 4 gün əvvəl şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. O narkotik vasitəni bükümlər formasında əldə etmişdir. Narkotik vasitəni almaq üçün instagram vasitəsilə yazışmış və 500 manat qarşılığında narkotik vasitələri əldə etmişdir. Narkotik vasitələri götürdükdən sonra yanında tərəzi də olduğunu görmüş, bu barədə narkotik vasitəni aldığı adama yazmış, lakin həmin şəxs ona cavab yazmamışdır. Narkotik vasitələr böyük qara bükümdə olmuş, götürən zaman içində tərəzi olduğunu görməmişdir. Yalnız otelə qayıtdıqdan sonra otağında bükümü açanda tərəzini görmüşdür. Daha sonra 2 gün ərzində oteldə olmuş və oradan çıxmamışdır. 2 gün sonra o paltarlarını təmizləməyə vermiş, narkotik vasitələrin olduğu çanta da paltarlarının yanında olmuşdur. Ümumiyyətlə onun tərəziyə heç bir ehtiyacı yoxdur, sadəcə unutduğu üçün tərəzi çantada qalmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o son zamanlarda metamfetamin istifadə etmişdir. Boksla məşğul olurmuş, pulu isə atasından alırmış. Atası onun narkotik vasitə istifadə etdiyini bilməmişdir. Əvvəllər marixuana istifadə etmişdir. O, həmin satıcıdan əvvəllər narkotik vasitə almamış, ilk dəfə imiş ki, narkotik vasitə alırmış. Onun narkotiki yeni satıcıdan almağının səbəbi həmin şəxsin narkotik vasitənin 1 qramını 30 manata satması olmuşdur. Onun ətrafında narkotik vasitə istifadəçisi olmamışdır. O, narkotik vasitə istifadə etməyə gecə klublarında başlamışdır. Tərəzini atmaq onun yadından çıxmışdır. O, öz uşaqlarının narkotik vasitə istifadəçisi ilə ünsiyyətdə olmasını istəməz. O, kokain də istifadə etmişdir. Kokaini klubda olan zaman oradakı dostlarından götürüb istifadə etmişdir. Şahid1 ona fiziki və psixi təsir etməmişdir. Şahid3 döymə ustasıdır, Ruslanın onun narkotik vasitə istifadə etməyindən xəbəri olmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə razıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 02 ildən artıq müddətdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Əvvəllər də narkotik vasitələrdən istifadə etdiyinə və oğurluq cinayəti törətdiyinə görə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 08 ay 26 gün müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş və Sabunçu rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 08 gün hissəsini qeydiyyatda olsa da, Bakı şəhəri ərazisində gündəlik kirayə verilən evlərdə kirayədə yaşayır. O, tutulmamışdan təxminən 10 gün əvvəl hazırda xatırlamadığı sosial şəbəkədə İran İslam Respublikasının “Sahil” adlı vətəndaşı ilə tanış olmuş və daha sonra onlar “votsapp” proqramı vasitəsi ilə əlaqə saxlamağa başlamışlar. Həmin vaxt aralarında olan söhbət zamanı Sahil adlı şəxsdən ona şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin satmasını xahiş etmişdir. Beləliklə, tutulmamışdan təxminən 05 gün əvvəl Sahil adlı şəxs “votsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon ərazisinə onun üçün 21 büküm psixotrop maddə metamfetamin qoyduğunu və gedib götürməsini bildirmişdir. Bundan sonra o, Sahil adlı şəxsin verdiyi kordinatlarla 4-cü mikrorayon ərazisinə getmiş və metamfetamini qoyduğu yerdən götürmüşdür. Həmin vaxt bağlamada əlavə 01 ədəd elektron tərəzi də olmuşdur. O, həmin elektron tərəzini və 21 ədəd bükümlərdə olan psixotrop maddə metamfetamini Sahil adlı şəxsin qoyduğu yerdən götürüb oradan dərhal uzaqlaşmışdır. Bundan sonra o, daimi yaşayış yeri olmadığına görə həmin elektron tərəzini və psixotrop maddəni həmişə üzərində gəzdirdiyi əl çantasının içərisinə qoyub saxlamışdır. Aralarında olan razılığa əsasən o, həmin 21 ədəd bükümdəki psixotrop maddə metamfetaminin pulunu 01 həftədən sonra Sahil adlı şəxsə ödəməli imiş. O, 20 iyul 2024-cü il tarixdə saat 22:40-da tanışı Şahid3lə Bakı şəhəri Nəsimi rayonu S.Rüstəm küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsində dayanan zaman əvvəllər tanımadığı iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim etdikdən sonra, polis əməkdaşları onun qanunsuz olaraq psixotrop maddələr əldə etməkdə, üzərində saxlamaqla daşımaqda və satmaqda şübhəli olduğunu deyərək onları Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 22-ci PŞ-nin inzibati binasına getmişlər. Orada xidməti otaqların birində təhqiqatçı Valeh Abdullayev tərəfindən onlara hüquq və vəzifələri izah edilmiş, nədə şübhəli olduqları izah olunmuşdur. Bundan sonra təhqiqatçı Valeh Abdullayev tərəfindən onlara vəkillər siyahısı təqdim olunmuş və istədikləri vəkili seçmələri təklif olunmuşdur. O isə ərizə yazaraq maddi imkanı olmadığını bildirmiş və istənilən bir vəkilin dövlət hesabına onun müdafiəçisi qismində dəvət edilməsini xahiş etmişdir. Bundan sonra müdafiəçi X9 onun hüquqlarının müdafiə edilməsi üçün Polis şöbəsinə dəvət olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra şəxsi axtarış və götürmə aparılan zaman videoçəkiliş aparılması üçün Polis şöbəsinə mütəxəssis dəvət olunmuşdur. Beləliklə, onlara hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçilərin, mütəxəssisin və polis əməkdaşlarının iştirakları ilə onların üzərlərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçı Valeh Abdullayev tərəfindən ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt o, üzərində olan əl çantasının içərisində saxladığı 21 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini və 01 ədəd elektron tərəzini, həmçinin əynindəki şortikin cibində olan Redmi markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 21 ədəd büküm təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Həmçinin, onun təqdim etdiyi 01 ədəd Redmi markalı mobil telefon və 01 ədəd elektron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyinə görə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Lakin şəxsi axtarış zamanı tanışı Şahid3 üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 21 iyul 2024-cü il tarixli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış və götürmə zamanı onun üzərindən aşkar edilərək götürülmüş 21 ədəd bükümdəki kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ümumi təmiz çəkiləri 16,776 qramdır. Əlavə olaraq bildirmişdir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilərək götürülmüş 21 ədəd bükümdə olan psixotrop maddə metamfetamindən cuzi bir miqdarda istifadə etmiş, lakin heç kimə pay verməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 21 ədəd bükümdə olan psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə saxlamışdır. 01 ədəd elektron tərəzini də nə vaxtsa istifadə edər deyə saxlamışdır. O, hazırda heç yerdə psixotrop maddə metamfetamin saxlamır. Üzərindən aşkar edilərək götürülmüş 21 ədəd bükümdəki psixotrop maddə metamfetamini aldığı “Sahil” adlı İran İslam Respublikası vətəndaşının digər anket məlumatlarını və ya istifadə etdiyi mobil telefon nömrəsini bilmir. Yuxarıda da qeyd etdiyi kimi, o, həmin şəxslə tutulmamışdan təxminən 10 gün əvvəl hazırda xatırlamadığı sosial şəbəkdə tanış olmuşdur. O, həmin “Sahil” adlı İran İslam Respublikası vətəndaşından əvvəllər psixotrop maddə metamfetamin almamışdır. “Sahil” adlı İran İslam Respublikası vətəndaşının 21 ədəd bükümdə olan psixotrop maddə metamfetamini və 01 ədəd elektron tərəzini hansı ünvana qoyduğunu, yəni psixotrop maddəni və elektron tərəzini hansı ünvandan götürdüyünü dəqiqliklə xatırlamır. Çünki o, həmin ünvana axşam saatlarında “Sahil” adlı şəxsin verdiyi kordinatlarla gedib çıxmışdır. Buna görə də həmin ünvanı hazırda dəqiqliklə xatırlamır. O, “Sahil” adlı İran islam Respublikası vətəndaşı ilə sosial şəbəkədə tanış olduqdan sonra “votsapp” proqramı vasitəsi ilə əlaqə saxlamağa başlamışlar. Buna görə o, sosial şəbəkədə yazdıqları mesajları silmişdir. Həmçinin o, “votsapp” proqramını “Sahil” adlı İran İslam Respublikası vətəndaşı ilə aralarında olan yazışmaları, danışıqları və səs mesajlarını 24 saat ərzində silinməsi üçün ayarlamışdır. Buna görə onlar danışdıqdan 24 saat sonra bütün yazışmalar, danışıqlar və səs mesajları avtomatik olaraq silinmişdir. Buna görə həmin yazışmaları, danışıqları, səs mesajlarını və “Sahil” adlı şəxsin ona verdiyi koordinatlar barədə məlumatları istintaqa təqdim edə bilməmişdir. “Sahil” adlı İran İslam Respublikası vətəndaşının həmin psixotrop maddəni və elektron tərəzini Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon ərazisinə hansı şəraitdə, kimin vasitəsi ilə, hansı yolla qoyması barədə onun heç bir məlumatı olmamışdır. “Sahil” adlı İran İslam Respublikası vətəndaşının həmin psixotrop maddəni və elektron tərəzini Azərbaycan Respublikası hüdudları daxilinə hansı yolla keçirmələri barədə onun heç bir məlumatı olmamışdır. Şəxsi axtarış zamanı təyziq altında və psixotrop maddənin təsiri altında olduğu üçün polis əməkdaşlarının diktəsi ilə həmin aldığı psixotrop maddələri pul müqabilində tanışlarına verəcəyini demişdir. Əslində isə heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış və təklif etməmişdir. Bununla bağlı heç kim onun narkotik vasitə və ya psixotrop maddə satdığını deyə bilməz. O, Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman, eləcə də Nəsimi RPİ-nin 22-ci PŞ-də olan zaman ona qarşı heç bir psixi və fiziki zor tətbiq edilməmişdir. (cild 1, iş vərəqə 241-245) Məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ 22-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 2024-cü ilin iyul ayının 20-də Təqsirləndirilən şəxs yanında olan digər bir şəxslə saxlanılmış və Şöbəyə dəvət olunmuşdur. Şöbədə təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən 20-21 büküm narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat məlumatı ona daxil olmuş, qrup rəhbəri o olmuşdur. Əməliyyat qrupu Şahid2 və ondan ibarət olmuşdur. Təqsirləndirilən şəxs 22-ci Polis Şöbəsinin yaxınlığında, saat 22-23 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitələr metamfetaminə bənzəyirmiş. Səhv etmirsə, narkotik vasitələrdən başqa tərəzi də olmuşdur. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxsla birlikdə saxlanılan şəxsin adını xatırlamır, həmin şəxsin üzərinə şəxsi axtarış keçirilib-keçirilmədiyini xatırlamır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı sonuncunun narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı heç bir müqavimət göstərməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 20 iyul 2024-cü il tarixdə “Əhməd” adlı şəxsin Bakı şəhəri Nəsimi rayonu ərazisində narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlaması, daşıması və satması barədə Nəsimi RPİ-nin 22-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuş, keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin xx xxxxxx 2002-ci il tarixdə Saatlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra həmin məlumat onun tərəfindən raportla Polis şöbəsinin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən müvaqiq qərar qəbul olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün rəhbəri o, üzvü 22-ci PŞ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 olmaqla əməliyyat qrupu yaradılmışdır. Beləliklə, həmin tarixdə saat 22:40-da Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Nəsimi rayonu S.Rəhimov küçəsi ilə S.Rüstəm küçələrinin kəsişməsində Təqsirləndirilən şəxs və həmin vaxt sonuncunun yanında olan Şahid3 yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər üzlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu deyərək onları dəvət edib Polis şöbəsinə aparmışlar. Polis şöbəsinə getdikdən sonra Təqsirləndirilən şəxs və Şahid3 hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı Valeh Abdullayev tərəfindən Fərhad Əliyev və Səhər Hüseynov müdafiəçi qismində Polis şöbəsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxsla Şahid3 şübhəli şəxs qismində tutulmuşlar. Daha sonra Təqsirləndirilən şəxsla Şahid3 üzərində aparılacaq şəxsi axtarış və götürmə prosesində videoçəkiliş aparması üçün Nəsimi RPl-nin KTQ-nun inspektor kriminalisti Vahid Kazımov mütəxəssis qismində Polis şöbəsinə dəvət olunmuşdur. Bundan sonra müdafiəçilərin, mütəxəssisin, onun və 22-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə təhqiqatçı Valeh Abdullayev tərəfindən şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid3 hüquq və vəzifələri izah edilməklə üzərlərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçı Valeh Abdullayev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərindəki əl çantasından içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan 21 ədəd sellofan bükümləri və 01 ədəd elektron tərəzini, həmçinin əynindəki şortikin cibindən 01 ədəd Redmi markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdəki kütlələrin psixotrop maddə metamfetamin olduğunu, təxminən 2 ildir narkotik vasitələr istifadə etdiyini və satdığını, üzərindən aşkar edilmiş bükümləri İran İslam Respublikasının adını bilmədiyi vətəndaşdan öz şəxsi istifadəsi və satış məqsədi ilə alıb əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 21 ədəd büküm təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd Redmi markalı mobil telefon və 01 ədəd elektron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyinə görə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Lakin şəxsi axtarış zamanı Şahid3 üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 1, iş vərəqə 198-200) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ 22-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında 2024-cü ilin yay aylarında Süleyman Rüstəm küçəsinin Süleyman Rəhimov küçəsi ilə kəsişməsində saxlamışlar. Daha sonra Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Şöbədə təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupu Şahid1 və ondan ibarət olmuşdur. Qrupun rəhbəri Şahid1 olmuşdur. Əməliyyat tədbiri zamanı əlavə dəstək almamışlar. Təqsirləndirilən şəxs axşam saatlarında, piyada hərəkət edərkən saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni özü təqdim etmiş, həmin narkotik vasitələr metamfetaminə bənzəyirmiş. Bükümlərin sayı 20-22 olarmış. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrdən başqa tərəzi də olmuşdur. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Narkotik vasitələr və tərəzi eyni çantada olmuşdur. Təqsirləndirilən şəxs telefonuna o baxış keçirməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırda Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı rütbəsini daşıyır. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, 20 iyul 2024-cü il tarixdə “Əhməd” adlı şəxsin Bakı şəhəri Nəsimi rayonu ərazisində narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlaması, daşıması və satması barədə Nəsimi RPİ-nin 22-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin xx xxxxxx 2002-ci il tarixdə Saatlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra həmin məlumat 22-ci PŞnin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən raportla Polis şöbəsinin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Şahid1 tərəfindən müvafiq qərar qəbul olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün rəhbəri PŞ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, üzvü o olmaqla əməliyyat qrupu yaradılmışdır. Beləliklə, həmin tarixdə saat 22:40-da Şahid1la birlikdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Nəsimi rayonu S.Rəhimov küçəsi ilə S.Rüstəm küçələrinin kəsişməsində Təqsirləndirilən şəxs və həmin vaxt Təqsirləndirilən şəxs yanında olan Şahid3 yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİnin 22-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər üzlərini təqdim etdikdən sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu deyərək həmin şəxsləri dəvət edib Polis şöbəsinə aparmışlar. Polis şöbəsinə getdikdən sonra Təqsirləndirilən şəxs və Şahid3 hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı Valeh Abdullayev tərəfindən Fərhad Əliyev və Səhər Hüseynov müdafiəçi qismində Polis şöbəsinə dəvət olunmuşlar və bundan sonra Təqsirləndirilən şəxsla Şahid3 şübhəli şəxs qismində tutulmuşlar. Daha sonra Təqsirləndirilən şəxsla Şahid3 üzərində aparılacaq şəxsi axtarış və götürmə prosesində videoçəkiliş aparması üçün Nəsimi RPİ-nin KTQ-nun inspektor kriminalisti Vahid Kazımov mütəxəssis qismində Polis şöbəsinə dəvət olunmuşdur. Bundan sonra müdafiəçilərin, mütəxəssisin, onun və 22-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə təhqiqatçı Valeh Abdullayev tərəfindən şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid3 hüquq və vəzifələri izah edilməklə üzərlərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçı Valeh Abdullayev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərindəki əl çantasından içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan 21 ədəd sellofan bükümləri və 01 ədəd elektron tərəzini, həmçinin əynindəki şortikin cibindən 01 ədəd Redmi markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdəki kütlələrin psixotrop maddə metamfetamin olduğunu, təxminən 2 ildir narkotik vasitələr istifadə etdiyini və satdığını, üzərindən aşkar edilmiş bükümləri İran İslam Respublikasının adını bilmədiyi vətəndaşdan öz şəxsi istifadəsi və satış məqsədi ilə alıb əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 21 ədəd büküm təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd Redmi markalı mobil telefon və 01 ədəd elektron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyinə görə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Lakin şəxsi axtarış zamanı Şahid3 üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 1, iş vərəqə 195-197) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, hazırda ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Rusiya Federasiyasında anadan olsa da, əslən Azərbaycanlıdır, Azərbaycanlı ailəsində doğulub boya-başa çatmışdır və uşaqlıqdan Bakı şəhərində yaşamışdır. Azərbaycan dilində yazıb oxumağı bacarır, buna görə tərcüməçinin və ya mütəxəssisin köməyinə ehtiyacı yoxdur. Verilən sualları, deyilənləri anlayır və cavablandırmaq iqtidarındadır. Əvvəllər məhkum olunmamış, hər hansı psixi və ya fiziki xəstəlik keçirməmişdir. O, Təqsirləndirilən şəxs ilə 2024-cü ilin mart ayında Nəsimi rayonu ərazisində təsadüfən tanış olmuşdur. Onun bildiyi qədərilə Əhməd də Nəsimi rayonu ərzisində yaşamışdır. Tanışlıqlarından sonra Əhmədlə bir neçə dəfə Nəsimi rayonu ərazisində rastlaşıb görüşərək hal-əhval tutumuşdur. Lakin, Əhmədlə onun arasında heç bir yaxın münasibət olmamışdır. O, 20 iyun 2024-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxsla təsadüfən Nəsimi rayonu S.Rəhimov küçəsi ilə S.Rüstəm küçələrinin kəsişməsində yenidən rastlaşmış və ayaq saxlayıb Təqsirləndirilən şəxsla görüşərək hal-əhval tutmuşdur. Onlar həmin yerdə təxminən 5-10 dəqiqə söhbət etdikdən sonra iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİnin 22-ci Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar, yəni Əhmədlə o, özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onları 22-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 22-ci PŞ-nin inzibati binasına getmişlər. Orada xidməti otaqların birində təhqiqatçı Valeh Abdullayev tərəfindən onlara hüquq və vəzifələri, həmçinin nədə şübhəli olduqları izah olunmuşdur. Bundan sonra təhqiqatçı Valeh Abdullayev tərəfindən onlara vəkillər siyahısı təqdim olunmuş və istədikləri vəkili seçmələri təklif edilmişdir. O da ərizə yazaraq maddi imkanı olmadığını bildirmiş və istənilən bir vəkilin dövlət hesabına onun müdafiəçisi qismində dəvət edilməsini xahiş etmişdir. Bundan sonra onun hüquqlarının müdafiə edilməsi üçün Polis şöbəsinə müdafiəçi dəvət olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra şəxsi axtarış və götürmə aparılan zaman videoçəkiliş aparılması üçün Polis şöbəsinə mütəxəssis dəvət olunmuşdur. Beləliklə, onla hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçilərin, mütəxəssisin və polis əməkdaşlarının iştirakları ilə onların üzərlərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçı tərəfindən Əhmədə üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Əhməd əl çantasının içərisindən 21 ədəd sellofan bükümdə olan maddələri, 01 ədəd elektron tərəzini və 01 ədəd mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı Əhmədin üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri və tərəzini “Sahil” adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Daha sonra Əhmədin təqdim etdiyi 21 ədəd büküm, 01 ədəd elektron tərəzi və 01 ədəd mobil telefon təhqiqatçı tərəfindən ayrı- ayrı zərflərdə qablaşdırılıb möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra o, əməlində cinayət tərkibi olmadığına görə təhqiqatçı tərəfindən azad edilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ümumiyyətlə narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmiş, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə edib-etmədiyini bilməmişdir. Polis şöbəsində olarkən Əhmədin narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməsi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olubolmaması barədə onun heç bir məlumatı olmamışdır. Onlar polis əməkdaşları tərəfindən saxlanılan zaman da Əhmədin üzərində qanunsuz əşya olub-olmaması barədə onun əvvəlcədən heç bir məlumatı olmamışdır. O, Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman, eləcə də Nəsimi RPİ-nin 22-ci PŞ-də olan zaman ona qarşı heç bir psixi və fiziki zor tətbiq edilməmişdir.(cild 1, iş vərəqə 209-211) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu S.Rəhimov küçəsi ilə S.Rüstəm küçələrinin kəsişməsində “Əhməd” adlı şəxsin qanunsuz olaraq psixotrop maddə, narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqə 3) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və həmin tarixli əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan görünür ki, “Əhməd” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Nəsimi RPİ-nin 22-ci PŞ-də əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 4-5) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid3 xx.xx.2024-cü il tarixdə, təxminən saat 22:40da Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi ilə S.Rüstəm küçələrinin kəsişməsində saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-ə gətirilmişdir. (cild 1, iş vərəqə 6) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 23:20-də şübhəli şəxs qismində tutularaq azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 22:40-dan tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 32,38) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 23:32-də şübhəli şəxs qismində tutularaq azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 22:40-dan tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 34, 39-40) “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 21 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 00:30 dəqiqədən saat 01:00 dəqiqəyədək olan müddət ərzində müdafiəçilərin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş. Təqsirləndirilən şəxs ilk növbədə qara rəngli çantanı, daha sonra əynində olan qara rəngli şortikin sol yan cibindən “Redmi T9” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub- olmaması sual edilmiş, sonuncu üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin heç bir əşya aşkar olunmamışdır. Sonra isə şübhəli Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli çantanın içərisinə baxılmış, çantanın içərisində şəffaf rəngli sellofan paketin içərisinə olan 18 ədəd ağ rəngli sellofan büküm və 02 ədəd qırmızı rəngli büküm olmaqla ümumilikdə 20 ədəd büküm, 01 ədəd tərəzi aşkar edilmiş, 01 ədəd üzərində “LD” yazısı olan siqret qutusunun içərisində isə 01 ədəd ağ rəngli sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş ümumilikdə 21 ədəd şəffaf sellofan bükümlərdəki ağ kristal şəkilli maddələrin metamfetamin olduğunu, təxminən 2 ildir narkotik vasitə istifadə etdiyini, həmçinin satdığını, həmin bükümləri İran İslam Respublikasının adını bilmədiyi vətəndaşından, şəxsi istifadəsi üçün və satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 21 ədəd bükümlər müvafiq ekspertiza təyin edilməsi məqsədi ilə zərfdə qablaşdırılaraq üzəri 190 saylı möhürlə möhürlənmiş və götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tərəzi və 01 ədəd “Redmi T9” markalı mobil telefon istintaq əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs vəkili X4 Əhmədova təqdim etdiyi 21 ədəd bükümdə olan maddələrin kimə məxsus olması, haradan və kimdən, hansı məqsədlə və neçəyə əldə etməsi barədə sual vermiş, Təqsirləndirilən şəxs isə təqdim etdiyi 21 ədəd bükümün özünə məxsus olduğunu, İran islam Respublikasının tanımadığı vətəndaşından şəxsi istifadəsi və satmaq məqsədi ilə pulsuz əldə etdiyini bildirmişdir. Sonda şəxs axtarış və götürmə aparılması barədə protokol tərtib edilərək ucadan oxunmuş və protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. (cild 1, iş vərəqə 71-75) Şəxsin prosesdə şübhəli şəxs qismində iştirakına xitam verilməsi haqqında 21 iyul 2024cü il tarixli qərardan görünür ki, Şahid3 əməlində cinayət hadisəsi olmadığından prosesdə şübhəli şəxs qismində iştirakına xitam verilmiş, Azərbaycan Respublikası CPM-nin 39.1.1ci maddəsinin tələblərinə əsasən Şahid3 barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 1, iş vərəqə 78-79) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3732 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 190” dairəvi möhür əksləri, “..(imza) Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan zərfin içərisində 21 (iyirmi bir) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,491 qram, 0,813 qram, 0,877 qram, 0,872 qram, 0,866 qram, 0,851 qram, 0,843 qram, 0,800 qram, 0,881 qram, 0,868 qram, 0,819 qram, 0,845 qram, 0,880 qram, 0,845 qram, 0,948 qram, 0,939 qram, 0,835 qram, 0,909 qram, 0,906 qram, 0,383 qram, 0,305 qram ümumi təmiz çəkiləri 16,776 qram olan ağ rəngli, kristallik maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: marixuananın ümumi təmiz çəkisi 16,776 qram, tədqiqata sərf edildi 0,21 qram, qalıq 16,566 qram. (Cild 1, iş vərəqə 86-89) Əməlin tövsif edilməsi haqqında 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 109-111) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 113-114) “Mobil telefona baxış keçirilməsi haqqında” 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:31 dəqiqədən saat 14:56 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Poco” markalı mobil telefonun bütün qovluqları incələnmiş, lakin həmin mobil telefonda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir zəng, danışıq, səs mesajları, SMS mətnləri, fotoşəkillər, videofayllar və sair aşkar edilməmişdir. (cild 1, iş vərəqə 129) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-370/2024 saylı qərarından (hakim:A.Q.İbadzadə) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 iyul 2024-cü il tarixdən, saat 22:40-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 141-145) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 verdiyi xx.xx.2024-cü il tarixli, 1/2828 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 6 ildə Bakı şəhəri 2 nömrəli X2 stasionar müalicə üçün müraciət etməmişdir. (cild 1, iş vərəqə 159) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Sabunçu rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (cild 1, iş vərəqə 170-171, 174-178) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Saatlı Rayon İcra və probasiya Şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli, 3-16-35-71/2-21186/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəzası xx.xx.2024-cü il tarixdə başa çatdığından Saatlı Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə-narkoloji ekspertizasının 05 avqust 2024-cü il tarixli 5343 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KOKAİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 179-180) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 avqust 2024-cü tarixli 6/4051 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün 186" dairəvi möhür əksi, "Nəsimi RPİ Elektron tərəzi c.i 2********." yazılar olan kağız paketdə qablaşdırılmış elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. Metamfetamin iz şəklində olduğundan çəkisini müəyyən etmək və müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. (cild 1,iş vərəqə 181-184) “Diskə baxış keçirilməsi haqqında” 28 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 17:10 dəqiqədən saat 17:30 dəqiqəyədək olan müddət ərzində DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə 22 iyun 2024-cü il tarixdən 19 iyul 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər və digər məlumatları özündə əks etdirən 01 ədəd CD diskinə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd CD diskində 03 ədəd fayl vardır. Lakin baxış zamanı diskdə iş üçün əhəmiyyət kəsb edəcək hər hansı SMS mətni, zəng və ya digər hər hansısa bir məlumat aşkar edilməmişdir. (cild 1, iş vərəqə 203) “Diskə baxış keçirilməsi haqqında” 29 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:30 dəqiqədən saat 18:45 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində 21 iyul 2024-cü il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞnin inzibati binasında şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd DVD diskində 02 ədəd videofayl vardır. DVD diskinə köçürülmüş 1-ci fayldakı 00071 adlanan videogörüntü 18 dəqiqə 55 saniyədən, 2-ci fayldakı 00072 adlanan videogörüntü isə 06 dəqiqə 19 saniyədən ibarətdir. 1-ci fayldakı videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Nəsimi RPİ-nin 22-ci PŞnin təhqiqatçısı polis mayoru Valeh Abdullayev tərəfindən müdafiəçilərin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşya və predmetləri təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərindəki qara rəngli çantanı, daha sonra əynindəki şortikin sol yan cibindən 01 ədəd “Redmi T9” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərisinə baxış keçirilərkən içərisindən ümumilikdə 21 ədəd sellofan bükümlərdə ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr və 01 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təxminən 2 ildir narkotik vasitə istifadə etdiyini, həmçinin satdığını, üzərindən aşkar edilmiş bükümlərdəki kütlələrin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni İran İslam Respublikasının adını bilmədiyi vətəndaşından həm şəxsi istifadəsi üçün, həm də satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 21 ədəd bükümlər 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. 2-ci fayldakı videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs vəkili X4 Əhmədova üzərindən aşkar edilmiş 21 ədəd bükümlərdəki maddələr barədə sual vermiş, Təqsirləndirilən şəxs isə həmin maddələrin özünə məxsus olduğunu, İran İslam Respublikasının tanımadığı vətəndaşından şəxsi istifadəsi və satmaq məqsədi ilə pulunu sonra ödəmək şərti ilə alıb əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd elektron tərəzi və 01 ədəd “Redmi T9” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Sonda şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. (cild 1, iş vərəqə 207-208) Sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymətin verilməsi və əməlin tövsif edilməsi haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı CM-nin 234.4.1 və 234.4.3-cü mаddələri ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddələrinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videoçəkilişlərin həkk olunduğu 01 ədəd DVD disk və DİN-nin BİKİ-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə 22 iyun 2024-cü il tarixdən 19 iyul 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər və digər məlumatları özündə əks etdirən 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti daşıdığından iş materiallarında saxlanılmaları nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefonun Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumilikdə 21 ədəd bükümlərdə ümumi təmiz çəkisi 16,776 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, qalıq təmiz çəkisi 16,566 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, ********* nömrəli cinayət işindən İran İslam Respublikasının vətəndaşı olan “Sahil” adlı şəxsin barəsində Аzərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış, 21 iyul 2024-cü il tarixdə Şahid3 prosesdə şübəhli şəxs qismində iştirakına xitam verilməsi və onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi nəzərə alınmışdır. (cild 1, iş vərəqə 212-225) Cinayət işinin ayrılması haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işindən İran İslam Respublikasının vətəndaşıolan “Sahil” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqə 227-229) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Əhmədov X5 Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 235-236) Bakı Şəhəri Nərimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-636/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in verdiyi xx.xx.2024-cü il tarixli, 10358 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2021-ci il tarixdə SHXÇÜDX-nin Saatlı rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 127 saylı göndərişinə əsasən yuxarıda adı göstərilən xəsatəxanada gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müayinəyə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə həkim psixiatr komissiyasına təqdim olunmuş və həmin tarixdə xəstəxanadan evə yazılmışdır. Diaqnoz: Şəxsiyyətin isterik tip pozuntusu, özünü kəsmələrlə, anamnezində kəllə-beyin travması. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Məməhəmməd oğlu 13-18 yanvar 2017-ci il tarixdə boks üzrə Bakı şəhər birinciliyində ikinci yerə görə, 12 yanvar 2018-ci il tarixdə birinci yerə görə, 04 mart 2018-ci il tarixdə “Yeniyetmələr 2002-2003 boks üzrə Azərbaycan birinciliyi” çempionatında birinci yerə görə, 22 dekabr 2018-ci il tarixdə birinci yerə görə və xx.xx.2020-ci il tarixdə “Azərbaycan birinciliyi Gənclər-2020” çempionatında birinci yerə görə diplomlarla təltif edilmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən psixotrop maddəni götürən zaman içində tərəzi olduğunu görmədiyini, yalnız otelə qayıtdıqdan sonra otağında bükümü açanda tərəzini gördüyünü, onun tərəziyə ehtiyacının olmadığını, sadəcə unutduğu üçün tərəzinin çantada qaldığını, tərəzini atmaöın onun yadından çıxdığını söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün məhkəmə tərəfindən müvafiq dövlət orqanlarına sorğu verilmiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-8009/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə Bakı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmış, müayinə zamanı deməsinə görə 2019-cu ildən qapalı kəllə beyin travması və hər iki çənə sümüyünün metaloplastika cərrahı əməliyyatı, Ruhi əsəb dispanserində müalicədə olduğunu bildirmişdir. Sorğu zamanı həbs olunan zaman zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman yeni xəsarət izi aşkar edilməmiş, sol saidin ön səthində və bayır ön nahiyəsində köhnə çapıq toxuması aşkar edilmişdir. İlkin tibbi müayinənin nəticəsi olaraq ona “Şəxsiyyətin isterik tip pozuntusu, özünü kəsmələrlə, Anamezində kəllə-beyin travması” diaqnozu qoyulmuşdur. Bundan başqa Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 51/2-49844/24 nömrəli məktubundan və məktuba əlavə edilmiş “MSY-də saxlanılan şəxslərin uçotu” kitabı,“Tibbi müayinənin keçirilməsi və Tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabı və xx.xx.2024-cü il tarixli müayinə aktının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin MSY-ə daxil olmuş, bu zaman üzərinə baxış keçirilmiş, baxış zamanı bədənində heç bir xəsarət aşkar edilməmişdir. Bundan başqa Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun xx.xx.2025-ci il məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Məmməd oğlunun polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə və təzyiqlərə məruz qalması ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmamışdır. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Nəsimi RPİ 22-ci PŞ-nin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olduğunu, əməliyyat qrupunun onlardan ibarət olduğunu, Təqsirləndirilən şəxs yanında olan digər bir şəxslə 22-ci Polis Şöbəsinin yaxınlığında, saat 22-23 radələrində saxladıqlarını, Şöbədə təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı sonuncunun üzərindən 20-21 büküm narkotik vasitə aşkar edildiyini, həmçinin, narkotik vasitələrdən başqa tərəzinin də olduğunu və tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təzyiq olmadığını bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməməsi iş materialları ilə də öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, yəni psixotrop maddəni götürən zaman içində tərəzinin olduğunu görməməsi, yalnız otelə qayıtdıqdan sonra otağında bükümü açanda tərəzini görməsini, sadəcə unutduğu üçün tərəzinin çantada qalmasını, tərəzini atmağın yadından çıxması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Bu hal artıq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına uyğun olmayan məlumatlar verərək həqiqəti təhrif etmiş və bununla da məsuliyyətdən yayınmaq istəmişdir. Məhkəmə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda şəxsi axtarış keçirilən zaman təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 16,776 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzinin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində olan şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Psixotrop maddənin külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs psixotrop maddə ilə yanaşı psixotrop maddələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanması, aşkar edilən psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi psixotrop vasitəni 21 ədəd xırda bükümlər halında üzərində gəzdirməsini və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi psixotrop maddənin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, psixotrop maddənin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanmasına, 21 ədəd xırda bükümlər halında üzərində gəzdirməsinə, psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə, həmçinin psixotrop maddələri qabaqcadan əlbir olduğu İran İslam Respublikası vətəndaşından almasına, əldə etdiyi külli miqdarda psixotrop maddəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs boks üzrə diplomlarla təltif edilməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 oktyabr 2023cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Sabunçu rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Eyni zamanda Saatlı Rayon İcra və Probasiya Şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli, 3-16-35-71/2-21186/2025 saylı məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cəzası xx.xx.2024-cü il tarixdə başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. "Məhkəmə Hökmü Haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş psixotrop maddənin növünü, həmçinin, çəkisini, iş üzrə cəzasını yüngülləşdirən halların müəyyən edilməməsini, iş üzrə cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivinin olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun faktiki tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 20 iyul 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 160 (bir yüz altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 16,566 qram psixotrop maddə metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk və DİN-nin BİKİ-dən daxil olmuş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Nəsimi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 16,566 qram psixotrop maddə metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk və DİN-nin BİKİ-dən daxil olmuş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 160 (bir yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar