Məhkəmə qərarları › İş №1(101)-777/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-777/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-777/2020 01.12.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər- Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri- X22 və X13, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər kollegiyasının Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, ünvan 1-da qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki və metadon həblərini, bundan başqa şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla külli miqdarda psixotrop maddə metafetamini əldə edib, saxlamaqla üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in İİ siyahısına daxil edilən üzərində “F/M40” sözləri yazılmış təsiredici maddəsinin ümumi miqdarı 0,76 (sıfır tam yüzdə yetmiş altı) qram zavod üsulu ilə hazırlanmış 19 ədəd həbdən ibarət metadon dərman preparatım bir ədəd bükümdə, 0,768 qram, 0,703 qram, 0,485 qram, 0,465 qram, 0,963 qram, 0,478 qram, 0,473 qram, 0,488 qram, 0,452 qram, 0,464 qram, 0,518 qram, 0,468 qram, 0,499 qram, 0,962 qram, 0,459 qram, 0,490 qram, 0,480 qram, 0,487 qram, 0,479 qram, 0,446 qram, 0,978 qram, 0,468 qram, 0,477 qram, 0,488 qram və 7,435 qram çəkidə olan ayrı-ayrılıqda 25 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 20,873 (iyirmi tam mində səkkiz yüz yetmiş üç) qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki və 0,075 qram, 0,062 qram, 0,082 qram, 0,068 qram, 0,061 qram, 0,072 qram, 0,432 qram, 0,492 qram, 0,253 qram, 0,228 qram və 1,540 qram çəkidə olan ayrı-ayrılıqda 11 ədəd bükümdə «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən ümumilikdə külli miqdarda təmiz çəkisi 3,365 (üç tam mində üç yüz altmış beş) qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 00:12-də ünvan 1 ünvanının qarşısında saxlanılıb üzərinə baxış keçirilərkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə təsiredici maddəsinin ümumi miqdarı 0,76 (sıfır tam yüzdə yetmiş altı) qram narkotik vasitə metadon tərkibli 19 ədəd həbdən ibarət dərman preparatı, 25 ədəd bükümdə təmiz çəkisi 20,873 (iyirmi tam mində səkkiz yüz yetmiş üç) qram narkotik vasitə tiryək və 11 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,365 (üç tam mində üç yüz altmış beş) qram psixotrop maddə metafetamin əynindəki qara rəngli şalvarın sol yan cibində olan bir ədəd plastmas qutunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özü narkotik vasitə olan tiryək, psixotrop maddə metafetamin istifadəçisidir. Metadon həblərindən isə rəsmi qaydada qeydiyyata düşməklə istifadə etmişdir, çünki həmin vasitədən uzun müddət asılılığı olmuşdur. Hadisə ilə bağlı bildirir ki, tutulmamışdan 2-3 gün əvvəl özündə olan təxminən 700-800 manat pula şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almaq qərarına gəlmiş, bu məqsədlə «Papanin» adlanan əraziyə gedərək orada əvvəllər tanımadığı bir nəfər şəxsə yaxınlaşıb narkotik vasitə almaq istəməsi barədə bildirmişdir. Həmin şəxs də 20 qramdan bir qədər artıq tiryək, 19 həb metadon tableti və təxminən 3 qram metafetamini olduğunu, hamısını ona 1000 manata sata biləcəyini bildirmişdir. O isə həmin şəxsə həmin məbləğdə pulu olmadığını, cəmi 800 manat pulu olmaqla verə biləcəyini bildirdikdən sonra razılaşdıqları üçün üzərində olan 800 manat pulu verib sonuncudan çoxlu sayda bükümlərə bölünmüş vəziyyətdə sadaladığı narkotik vasitə və psixotrop maddəni almışdır. Həmin vaxt sonuncudan tiryək və metafetaminin niyə belə hissələrə bölünmüş şəkildə olduğunu soruşduğu zaman, həmin şəxs onun aldığı vasitələri özünün bölüb hissə-hissə müştəri düşdükcə satmaq barədə düşündüyündən, bükümlərə böldüyünü, hazırda onun həmin vasitələrin hamısını birdən aldığından elə bükümlərə bölünmüş şəkildə ona verdiyini bildirmişdir. O da sonuncunun narkotik vasitələri ona bu formada etiraz etməmiş, özündə tərəzi olmadığından elə rahat formada gündəlik istifadə etməyin ona da rahat olacağını düşünmüş və aldığı həmin vasitələri götürüb, üzərində olan plastmas dərman qabının içərisinə yerləşdirib cibinə qoyaraq oradan uzaqlaşmışdır. Həmin gün istifadə etməsə də, növbəti gün tiryəkdən çox cüzi miqdarda istifadə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında üstündə olan narkotik vasitə və psixotrop maddədən istifadə etmək üçün evdən çıxıb yenicə həyətin qarşısına keçdiyi vaxt mülki geyimdə olan bir neçə şəxs onu saxlayaraq, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitə istifadəsi və gəzdirməsi ilə bağlı məlumat daxil olduğunu bildirərək, onu əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış etmişlər. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla onun üzərində olan əşyaları təqdim etməsini xahiş etdikləri üçün əynindəki qara rəngli şalvarının sol yan cibindən 01 ədəd ağ rəngli dərman üçün nəzərdə tutulmuş plastmas qabı polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra yaşadığı evə baxış keçirilməsinə də zərurət yarandığını polis əməkdaşları bildirib, ondan bunun üçün icazə istəmiş, o da yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Evə daxil olduqdan sonra az əvvəl polis əməkdaşlarına təqdim etdiyi 01 ədəd ağ rəngli dərman üçün nəzərdə tutulmuş plastmas qab onun iştirakı ilə açılmış və həmin qabın içərisində 01 ədəd şəffaf polietilen bükümdə içərisində 19 ədəd metadon həbi, 25 bükümdə tiryək, cəmi 11 bükümdə psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Daha sonra həmin qab bükümlərdəki maddələrlə birlikdə zərfə qoyularaq möhürlənmiş, o da həmin zərfin üzərinə imza etmişdir. Daha sonra polis əməkdaşları yaşadığı evin digər otağına da baxış keçirsələr də, qanunsuz heç bir əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Baş X5 getmiş, orada dəvət olunmuş vəkil X7 iştirakı ilə sənədləşmə işləri aparılmışdır. İfadəsində göstərdiyi kimi, onun özü uzun müddətdir həm tiryək narkotik vasitəsi, həm metafetamin psixotrop maddəsi, eləcə də metadon həbinin istifadəçisidir. İndiyədək heç bir zaman narkotik vasitənin satışı ilə məşğul olmamış, polis əməkdaşlarına belə bir məlumatın necə daxil olması barədə xəbərsizdir. Belə ki, elə polis əməkdaşları ona ilk dəfə yaxınlaşıb ona daxil olmuş məlumat barədə bildirdikdə, onun narkotik vasitə istifadəsi və gəzdirməsi ilə bağlı məlumat daxil olduğunu bildirmişlər. O da əməlini etiraf edərək üzərində olan qanunsuz əşyaları polis əməkdaşlarına təqdim etmiş və narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Bir daha bildirir ki, o üzərindən aşkar olunmuş narkotik vasitə tiryək və psixotrop maddə metafetamini bükümlərə bölməmiş, həmin vasitələrə elə formada almışdır. Belə ki, həmin vasitələri ona satan şəxs həmin vasitələri adətən büküm büküm çoxlu şəxslərə satdığından, əvvəlcədən o formada hazırlayıb saxladığını, o aldığı vaxt isə hamısını birdən aldığı üçün o formada ona verdiyini bildirmişdir. Onun özündə narkotik vasitələri çəkib bağlamalara bölmək üçün tərəzi olmamış, əvvəllər də gözə yarı bölməklə istifadə etmişdir. Onun özü uzun illərdir Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda olmaqla, məlum xəstəlikdən əziyyət çəkir. Eyni zamanda ifadəsində qeyd etdiyi kimi, təxminən 2010-cu ildən asılı olduğundan Respublika Narkoloji Mərkəzində qeydiyyatda durmuş və metadon proqramına cəlb edilməklə, həmin həblərdən istifadə etmişdir. Lakin mərkəz tərəfindən ona yazılan doza artıq ona bəs etmədiyindən, özü kənar şəxslərdən qanunsuz yollarla əldə edərək metadon həblərini qəbul etmişdir. Narkotik vasitələrdən istifadə etməsinə də səbəbə məlum xəstəliyi olmuş və ağrılarını kəsməsi məqsədilə narkotik vasitə istifadə etmişdir. Bir daha bildirir ki, heç bir zaman narkotik vasitə satışı ilə məşğul olmamış, bu məqsədlə heç kimlə əlaqə saxlamamışdır. Əksər hallarda tanımadığı şəxslərdən bir miqdar narkotik vasitə alaraq bir neçə gün istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində aşkar olunmuş narkotik vasitəni də yalnız öz istifadəsi üçün əldə etmişdir. Həmin narkotik vasitələri o miqdarda əldə etməsinə səbəb, artıq xəstəliyi gücləndiyi üçün hər dəfə rahat şəkildə gedib narkotik vasitə ala bilməməsi, eyni zamanda həmin hərəkətlərin də özlüyündə təhlükəli olması olmuşdur. Bu səbəbdən sonuncu dəfə narkotik vasitə əldə edərkən özünə bir neçə günlük bəs edəcək miqdarda əldə etmişdir. Son olaraq göstərdi ki, ifadəsində göstərdiyi halları nəzərə alaraq, işinə düzgün baxılıb, əməlinin düzgün tövsif edilməsini və barəsində xəstəliyini və digər halları nəzərə alaraq yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətinin keçirilməsinə dair tərtib olunmuş protokollar, əməliyyat-axtarış tədbirinin keçirilməsini özündə əks etdirən video görüntü və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş X4 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in Baş X5 ünvan 2 ünvanında yaşayan, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan tiryək, metadon həbləri və psixotrop maddə metafetamini əldə edib üzərində gəzdirib, satışı ilə məşğul olması və yaşadığı evdə həmin maddələri saxlaması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş X4 rəhbərliyinə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və həmin qərar əsasında Baş idarə əməkdaşlarından ibarət qrup yaradılaraq tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan ünvan 2 ünvanının yaxınlığına getmiş və orada əməliyyat mövqeyi seçmişlər. Bir qədər gözlədikdən sonra, artıq xx xxxxxx 2019-cu il tarixində, saat 00:12 radələrində Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi ev 130 ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfəri görüb, sonuncuya yaxınlaşmışlar. Video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxladıqdan sonra xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib, sonuncunun şəxsiyyətini dəqiqləşdirdikdən sonra onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs izah edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin əldə edib üzərində gəzdirməsində, satışı ilə məşğul olmasında və yaşadığı evdə həmin maddələrin saxlamasında şübhəlidir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində nə əşya varsa təqdim etməsi təklif olunmuş, sonuncu da əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd ağ rəngli dərman üçün nəzərdə tutulmuş plastmas qabı onlara təqdim etmişdir. Onların müraciəti əsasında Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra isə evə daxil olmuşlar. Orada Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli dərman üçün nəzərdə tutulmuş plastmas qab sonuncunun iştirakı ilə açılmış və həmin qabın içərisində 01 ədəd şəffaf polietilen bükümdə içərisində 19 ədəd üzərində “F/M40” sözləri yazılmış tünd qəhvəyi rəngli, narkotik vasitə olan metadona oxşar, 25 ədəd şəffaf polietilen bükümlərdə içərilərində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan tiryəkə oxşar, 05 ədəd şəffaf polietilen və 06 ədəd göy rəngli kağız bükümdə içərilərində ağ rəngli, tozkristal formalı, psixotrop maddə olan metafetaminə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Həmin qab bükümlərdəki maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs də həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd «Rothmans» markalı siqaret qutusunu 01 ədəd alışqanla birlikdə, qara rəngli şalvarının sağ yan cibindən 15 manat pulu və otaqda qoyulmuş masanın üzərindən özünə məxsus 01 ədəd «Nokia» markalı mobil telefonu onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Rothmans” markalı siqaret qutusunu 01 ədəd alışqanla birlikdə, 15 manat pul özünə qaytarılmış, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə, həmin otağa və digər otağa baxış keçirilsə də, əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə Baş X5 gedərək, orada dəvət olunmuş vəkil X7 iştirakı ilə müvafiq sənədləşmə işləri icra edilmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuş, həmin məlumatda Təqsirləndirilən şəxs mütəmadi olaraq Yasamal rayonu ərazisində narkotik vasitə olan tiryəkin, metadon həblərinin və psixotrop maddə olan metafetamini əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə həmin maddələri saxlaması barədə olmuşdur. Tərəfindən ilkin olaraq həmin məlumatın mötəbərliyi yoxlanılmış və bu barədə raportla məruzə olunmuşdur. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri realizə edəcəklərini düşündüyündən həmin gün sonuncunun yeri müəyyən olunaraq tərəflərindən saxlanmış, bu səbəbdən hazırda verilmiş ittihamı təsdiq edə biləcək “nəzarət qaydasında mal alınması” növündə daha ətraflı əməliyyat tədbirinin keçirilməsinə imkanları olmamışdır. Təqsirləndirilən şəxs üzərindən bir ədəd ağ rəngli plastmas dərman qabı çıxdı, onun da içərisində həmin qabın içərisində 01 ədəd şəffaf polietilen bükümdə içərisində 19 ədəd üzərində “F/M40” sözləri yazılmış tünd qəhvəyi rəngli, narkotik vasitə olan metadona oxşar, 25 ədəd şəffaf polietilen bükümlərdə içərilərində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan tiryəkə oxşar, 05 ədəd şəffaf polietilen və 06 ədəd göy rəngli kağız bükümdə içərilərində ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metafetaminə oxşar maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən həmin vasitələri 700-800 manata “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən, özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən elektron tərəzi aşkar olunmamış, lakin tiryək və metafetamin bükümlərdə olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri kimlərəsə satmasına dair razılaşmış olmasına dair məlumatı olmamış, bu istiqamətdə Təqsirləndirilən şəxs tutulanadək heç bir əməliyyat-tədbiri keçirməmişlər. Daha sonra ibtidai istintaq aparılan zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmadığı yoxlanılmasına dair verilmiş əməliyyat tapşırığı üzrə tərəflərindən bir sıra tədbirlər keçirilsə də, müsbət nəticə əldə olunmamış, nəticədə Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr və psixotrop maddəni satmaq üçün kimlərləsə sövdələşmiş olmasına və satmasına dair məlumat əldə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələblərin əsasən şəxsin şübhəli şəxs qismində tutulması və müvafiq olaraq tutulduğu andan şübhəli şəxsə tutulduğu andan hüquqlarını bildirmək və tutulmasının səbəblərini izah etmək, eləcə də iş üzrə müvafiq məhkəmə ekspertizasının təyin edilməsi barədə qərar qəbul etməyin təhqiqatçının hüquq və vəzifələrinə aid olması, onun özünün belə bir səlahiyyətlərinin olmaması ona aydındır. Buna baxmayaraq Təqsirləndirilən şəxs tərəflərindən saxlandıqdan sonra, idarəyə gətirildikdə toplanmış materialın müvafiq təhqiqat idarəsinə verilməməklə, həmin prosessual hərəkətlərin keçirilməsi, şübhəli şəxs qismində tutma haqqında protokolun tərtib olunması və prosessual qərarların qəbul edilməsinin onun özü tərəfindən icra edilməsini hazırda həmin vaxt gecə saatları olduğundan və inzibati problemlərdən dolayı həmin vaxt idarədə təhqiqatçı olmaması ilə izah edir və cinayət işi üzrə araşdırmanın tezliyinin təmin olunması üçün bu kimi hallara yol verdiyini bildirir. İfadəsində ona daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs mütəmadi olaraq Yasamal rayonu ərazisində narkotik vasitə olan tiryəkin, metadon həblərinin və psixotrop maddə olan metafetamini əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə həmin maddələri saxlaması qeyd olunduğunu bildirdiyi halda, nümayiş etdirilməklə tədqiq edilən əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı qeydə alınmış videogörüntüdə tərəflərindən Təqsirləndirilən şəxs saxlanılarkən məhz onun özünün Təqsirləndirilən şəxs “narkotik vasitə istifadəsi və gəzdirməsi ilə bağlı məlumat daxil olduğunu” bildirməsini, yəni sonuncunun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair məlumatda qeyd olunan halı Təqsirləndirilən şəxs bildirməməsinin səbəbini izah edərkən qeyd edir ki, ola bilsin həmin vaxt gecə saatları olduğundan bir qədər yorğun olmuş və həmin nüansı Təqsirləndirilən şəxs saxlayarkən qeyd etməmişdir. Bildirir ki, həqiqətən də ona daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması da qeyd olunmuş, lakin sonuncu saxlandıqdan sonra keçirilmiş tədbirlər nəticəsində həmin halı təsdiq edəcək sübutları əldə edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş X4 əməliyyat müvəkkilləri olaraq xidmət etmiş Şahid2 və Şahid3 ifadələrində əməliyyat-axtarış tədbirini qrup rəhbəri olaraq keçirmiş digər Şahid1 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatının əməliyyat müvəkkili Şahid1 daxil olduğunu, yaradılmış qrup tərkibində onların da iştirak etdiklərini, qrupunun üzvləri ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan ünvan 2 ünvanının yaxınlığına getmiş və orada əməliyyat mövqeyi seçdikdən bir qədər sonra artıq xx xxxxxx 2019-cu il tarixdə, saat 00:12 radələrində ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxladıqlarını, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib, sonuncunun şəxsiyyətini dəqiqləşdirdikdən sonra onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etdiklərini, Təqsirləndirilən şəxs üzərində nə əşya varsa təqdim etməsi təklif olunduqda, sonuncunun əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd ağ rəngli dərman üçün nəzərdə tutulmuş plastmas qabı onlara təqdim etdiyini, müraciətləri əsasında Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra evə daxil olaraq orada Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli dərman üçün nəzərdə tutulmuş plastmas qab sonuncunun iştirakı ilə açıldığını və həmin qabın içərisindən 01 ədəd şəffaf polietilen bükümdə içərisində 19 ədəd üzərində “F/M40” sözləri yazılmış tünd qəhvəyi rəngli, narkotik vasitə olan metadona oxşar, 25 ədəd şəffaf polietilen bükümlərdə içərilərində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan tiryəkə oxşar, 05 ədəd şəffaf polietilen və 06 ədəd göy rəngli kağız bükümdə içərilərində ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metafetaminə oxşar maddələr aşkar edilərək götürüldüyünü, həmin qabın bükümlərdəki maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürləndiyini və Təqsirləndirilən şəxs də həmin zərfin üzərinə imza etdiyini, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirdikləri zaman qanunsuz heç bir əşya aşkar etmədiklərini bildirmişlər. Şahidlər həmçinin verilmiş suallara cavab olaraq qeyd etmişlər ki, əməliyyat məlumatı digər əməliyyat müvəkkili Şahid1 daxil olduğundan onlar dəqiq olaraq məlumatın məzmununda nə qeyd olunduğunu hazırda xatırlamırlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən həmin vasitələri 700-800 manata tanımadığı şəxsdən, özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən elektron tərəzi aşkar olunmamış, lakin tiryək və metafetamin bükümlərdə olduğundan satışı ilə məşğul olduğundan şübhələnmişlər. İbtidai istintaq aparılan zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmadığı yoxlanılmasına dair verilmiş əməliyyat tapşırığı üzrə tərəflərindən bir sıra tədbirlər keçirilsə də, müsbət nəticə əldə olunmamış, nəticədə Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr və psixotrop maddəni satmaq üçün kimlərləsə sövdələşmiş olmasına və satmasına dair məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlanması və icraata qəbul olunması barədə” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X25 tərəfindən toplanmış material əsasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlaməti olduğundan, həmin maddə ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 01, iş vər. 1) xx xxxxxx 2018-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Baş X4 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Azərbaycan Respublikası Baş X4 rəis müavininə yazılı şəkildə məruzə edərək, Azərbaycan Respublikası Baş X5 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə olan tiryəkin, metadon həblərin və psixotrop maddə olan metafetaminin əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə həmin maddələrin saxlaması barədə məlumat daxil olduğu barədə bildirmiş və Təqsirləndirilən şəxs ifşa edilməsindən ötrü əməliyyat axtarış tədbirinin keçirilməsinə icazə istənilmişdir. (cild 01, iş vər. 4) “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, baş əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində xx xxxxxx 2019-cu il tarixdən etibarən Bakı şəhəri, Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, zərurət yaranarsa üzərinə və yaşadığı ünvana baxış keçirilməsi, bu məqsədlə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (cild 01, iş vər. 5) Azərbaycan Respublikası DİN-nin Baş X4 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş «əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi ev 130 ünvanında yaşayan, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan tiryəki, metadon həblərini və psixotrop maddə olan metafetamini əldə edib üzərində gəzdirir, satışı ilə məşğul olur və yaşadığı evdə həmin maddələri saxlayır. Alınmış məlumat barədə raportla Baş X4 rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirinin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi ev 130 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 00:12-də ünvan 2 ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmişdir. Həmin şəxs özünü xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər Azərbaycan Respublikası CMnin 177.2.3, 177.2.4, 234.1, 263.1.1-ci maddələri ilə məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs xidməti vəsiqə göstərilmiş və özlərini təqdim etdikdən sonra o, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan tiryəkin, metadon həblərinin və psixotrop maddə olan metafetaminin əldə edib üzərində gəzdirməsində, satışı ilə məşğul olmasında və yaşadığı evdə həmin maddələrin saxlamasında şübhəlidir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ rəngli dərman üçün nəzərdə tutulmuş plastmas qabı tədbir iştirakçılara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ev birmərtəbəlidir, 2 otaqdan ibarətdir. Evə daxil olduqda Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi 01 (bir) ədəd ağ rəngli dərman üçün nəzərdə tutulmuş plastmas qab sonuncunun iştirakı ilə açılmış, həmin qabın içərisində 01 (bir) ədəd şəffaf polietilen bükümdə içərisində 19 (on doqquz) ədəd üzərində FM/40 sözləri yazılmış tünd qəhvəyi rəngli, narkotik vasitə olan metadona oxşar, 25 (iyirmi beş) ədəd şəffaf polietilen bükümlərdə içərilərində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan tiryəkə oxşar, 05 (beş) ədəd şəffaf polietilen və 06 (altı) ədəd göy rəngli kağız bükümlərdə içərilərində ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metafetaminə oxşar maddələr aşkar edilərək götürülmüş, həmin qab bükümlərdəki maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs də həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd «Rothmans» markalı siqaret qutusunu 01 (bir) ədəd alışqanla birlikdə, qara rəngli şalvarının sağ yan cibindən 15 (on beş) manat pulu və otaqda qoyulmuş masanın üzərindən özünə məxsus 01 (bir) ədəd «Nokia» markalı mobil telefonu tədbir iştirakçılarına təqdim etmişdir. V.Ə. Fətəliyevin təqdim etdiyi 01(bir) ədəd “Rothmans “ markalı siqaret qutusunu 01(bir) ədəd alışqanla birlikdə, 15 (on beş) manat pul özünə qaytarılmışdır, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə, həmin otağa və digər otağa baxış keçirilmiş, baxış zamanı, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən təqdim etdiyi narkotik vasitələri və psixotrop maddəni təxminən 2- 3 gün öncə tanımadığı İİR vətəndaşından 700-800 manata özü istifadə etmək məqsədilə almışdır. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxs Təqsirləndirilən şəxslə birlikdə Baş X5 yollanmışlar. Oraya gəldikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə ona Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarının müdafiə edilməsinə etiraz etməmişdir. Bu səbəbdən qərar əsasında Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X14 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Mobil telefon vasitəsilə aparılan videoçəkiliş diskə köçürülmüşdür, möhürlənmiş bir ədəd zərf, bir ədəd mobil telefon, bir ədəd disk protokola əlavə edilmişdir. (cild 01, iş vər 9-11) “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxxxxx 2019-cu il tarixli baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş protokoldan görünür ki, X16 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulduğu qeyd olunmuş, tutulmanın əsası kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddənin qanunsuz əldə etməsində və saxlamasında şübhə edildiyi qeyd olunmuş və tutmanın əvvəli xx.xx.2019-cu il tarixdən, saat 00:12-dən hesablanmışdır. (cild 01, iş vər. 26) Materialların məhkəmə ekspertizasının 29844 nömrəli, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan... » yazısı olan paketdə üzərində «Lamivudie ahd Zidovudine Tablets» yazısı olan plastik qutunun içərisindəki 25 (iyirmi beş) ədəd bükümdə, ümumi təmiz çəkisi 20,873 (iyirmi tam mində səkkiz yüz yetmiş üç) qram tünd qəhvəyi rəngli qətranabəzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, 11 (on bir) ədəd bükümdə, ümumi təmiz çəkisi 3,365 (üç tam mində üç yüz altmış beş) qram ağ rəngli kristal 1 şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir və 19 (on doqquz) ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər zavod üsulu ilə hazırlanmış metadon tərkibli dərman preparatıdır. 19 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,76 (sıfır tam yüzdə yetmiş altı) qram təşkil edir (bir həbdə 0,04 qram metadon olmaqla). Vət Təqsirləndirilən şəxs götürülmüş tiryəklər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs götürülmüş metafetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olduğu aşkar olunmuşdur.(cild 01, iş vər. 39-41). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər 73-75) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 5(004)- 591/2019 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx xxxxxx 2019-cu il tarixli qərar qanuni hesab edilmişdir. (cild 01, iş vər. 85) Azərbaycan Respublikası DİN BMCMİ-nnin rəis müavinin Azərbaycan Respublikası DİN BNMİ-nin rəisinə olan xx.xx.2020-ci il tarixli, 007-1642-1220 nömrəli tapşırığından görünür ki, cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmadığının yoxlanılması, müsbət halda əvvəllər kimə, harada və hansı şəraitdə narkotik vasitələr və psixotrop maddələr satması hallarının müəyyən olunması istiqamətində, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri nə vaxt, harada və kimdən, hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində, Təqsirləndirilən şəxs əlaqələrinin müəyyən edilərək, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin yoxlanması istiqamətində, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində və Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının, aidiyyətinin olub-olmadığının yoxlanması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, iş üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilərsə bu halların əməliyyat yolu ilə yoxlanılmasına, görülmüş tədbirlərin nəticəsi barədə məlumat verilməsinə göstəriş verilməsi qeyd olunmuşdur. (cild 01, iş vər. 105-106) xx xxxxxx 2020-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X8 üzərindən aşkar edilərək götürülmüş bir ədəd paketdə qablaşdırılmış halda tədqiqiatdan sonrakı qalıq 20,573 qram narkotik vasitə olan tiryək, 3,165 qram psixotrop maddə olan metafetamin və tərkibində narkotik vasitə metadon olan 17 ədəd dərman həbi maddi sübut kimi tanınmışdır. Baş X2 İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (cild 01, iş vər. 119-120) Azərbaycan Respublikası DİN BNMİ-nin rəisinin BMCMİ-nin rəisinə olan xx.xx.2020-ci il tarixli, 008-840-1220 nömrəli məktubundan görünür ki, qeyd olunan cinayət işi üzrə göndərilmiş xx.xx.2020-ci il tarixli, 007-1642-1220 nömrəli əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmadığını, narkotik vasitələri və psixotrop maddələri nə vaxt, harada, kimdən və hansı şəraitdə əldə etməsini, əlaqələrini, narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini və digər cinayət əməllərinin törədilməsində iştirakını müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində əlavə məlumat əldə etmək mümkün olmamışdır. Verilən tapşırıqla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Müsbət nəticə əldə olunduğu təqdirdə əlavə olaraq bildiriləcəyi qeyd olunmuşdur. (cild 01, iş vər. 125) “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixi protokoldan görünür ki, müstəntiq tərəfindən icraatında olan cinayət işi üzrə götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş “Nokia” markalı mobil telefon aparatına BMCMİnin inzibati binasındakı xidməti otaqda baxış keçirilmiş, baxış zamanı mobil telefon aparatında iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat, fotoşəkil, videogörüntü aşkar edilməmişdir. (cild 01, iş vər. 126) Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2-da qeydiyyatda olmaqla, həmin ünvanda qeydiyyatda olduğu müddətdə MKİS-ə Təqsirləndirilən şəxs haqqında nə yazılı, nə də şifahi şikayət daxil olmamışdır. (cild 01, iş vər 135) Yasamal rayon ƏSMM tərəfindən verilmiş 092029 nömrəli, xx.xx.2014-cü il tarixli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs ümumi xarakterli ikinci qrup əlildir. (cild 01, iş vər 136) AZ-İ 915290 və AZ-İ 915291 nömrəli “Doğum haqqında şəhadətnamə”lərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2004-cü il təvəllüdlü X15 olmaqla himayəsində biri yetkinlik yaşına çatmayan, iki övladı vardır. (cild 01, iş vər. 137,139) “Mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə qərarı əsasında “xxxx” MMC-dən götürülmüş bir ədəd CD diskdəki Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı “xxxx” mobil rabitə şəbəkəsinə məxsus telefon nömrəsi ilə ötürülən məlumatlara baxış keçirilmiş, baxış zamanı ***-***-**-** nömrəsindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə və ya SMS yazışmaları olmadığı müəyyən olunmuşdur. (cild 01, iş vər 158) Ambulator məcburi-narkoloji tibbi yoxlama ekspertizasının xx xxxxx 2020-ci il tarixli 1052 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs onda viruslu hepatit “B” və “C” aşkar olunduğunu, 2007-ci ildən HİV xəstəliyindən əziyyət çəkdiyini və bununla əlaqədar İİ qrup əlil olduğunu söyləmiş, təxminən 1989-cu ildən narkotik vasitə olan xaş-xaş küləşindən kustar üsulla hazırlanmış narkotik məhluldan inyeksiya yolu ilə istifadə etməyə başladığını, son illər arabir, düşəndə narkotik vasitə olan tiryək və heroindən inyeksiya yolu ilə istifadə etdiyini, inyeksiya yolu ilə dəri altına vurduğunu, həmçinin arabir düşəndə psixotrop maddə olan metafetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar Azərbaycan Respublikası SN RNM PHŞ-də stasionar müalicə kursu aldığını söyləmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə, psixotrop maddələrə qarşı absistensiya əlamətləri, patoloji meyl formalaşdığı, hal-hazırda narkotik vasitələrin, psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılıq vardır. Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 162-163) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli və “Cinayət işinin materiallarından cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1 və 234.4.2-ci maddələri ilə ittiham elan edilməsi rədd edilmiş, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin və külli miqdarda psixotrop maddənin əldə etmə mənbəyinin müəyyən etmək məqsədi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə tiryək, metadon, tərkibli dərman həbləri və külli miqdarda psixotrop maddə metafetamin əldə etmə daşıma və satma xüsusatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılması haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd paket də qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq 20,753 qram narkotik vasitə olan tiryək, 3,165 qram psixotrop maddə olan metafetamin və narkotik vasitə metadon tərkibli 17 ədəd həbdən ibarət dərman preparatı maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmiş, həmçinin “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokoluna əlavə edilmiş bir ədəd DVD diskin maddi sübut kimi tanınaraq materiallarda saxlanması və Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılması qərara alınmışdır. (cild 01, iş vər. 164-176, 178-179) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, xx/xx-10835 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-xx.xx.2010, xx.xx.2012-xx.xx.2012, xx.xx.2012-xx.xx.2012-ci il tarixlərdə qeyd olunan mərkəzdə stasionar müalicədə olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2010-cu ildən “metadon proqramı”na cəlb olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 04-01/08-377 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdən İİV-07/282 kodu ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülmüşdür. Məhkəmə baxışında tədqiq edilmiş 01 ədəd «DVD» diskdə olan video görüntülərdə “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxxxxx 2019-cu il tarixli protokolun məzmununda qeyd olunan halların əsas etibarı ilə əyani olaraq video görüntülərdə öz əksini tapması müəyyən edilmiş, bununla yanaşı baxış zamanı Təqsirləndirilən şəxs saxlanılarkən əməliyyat məlumatının daxil olduğu və əməliyyat tədbirinə rəhbərlik edən baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs “narkotik vasitələrin istifadəsi və gəzdirməsi ilə bağlı məlumat daxil olduğunu” bildirməsi, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün əldə etdiyini bildirməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə, yəni satış məqsədi olmadan Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon həblərini və şəxsi istehlak miqdarından artıq miqdar olmaqla külli miqdarda psixotrop maddə metafetamini əldə edib üzərində gəzdirməsi məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, əməliyyat tədbirinin keçirilməsinə dair protokol və videogörüntülər və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Bununla yanaşı, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in İİ siyahısına daxil edilən üzərində “F/M40” sözləri yazılmış bir ədəd bükümdə ümumi miqdarı 0,76 (sıfır tam yüzdə yetmiş altı) qram zavod üsulu ilə hazırlanmış 19 ədəd həblərdən ibarət metadon dərman preparatı, 25 ədəd bükümdə təmiz çəkisi 20,873 (iyirmi tam mində səkkiz yüz yetmiş üç) qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki hissələrə bölüb ayrı-ayrılıqda 0,768 qram, 0,703 qram, 0,485 qram, 0,465 qram, 0,963 qram, 0,478 qram, 0,473 qram, 0,488 qram, 0,452 qram, 0,464 qram, 0,518 qram, 0,468 qram, 0,499 qram, 0,962 qram, 0,459 qram, 0,490 qram, 0,480 qram, 0,487 qram, 0,479 qram, 0,446 qram, 0,978 qram, 0,468 qram, 0,477 qram, 0,488 qram və 7,435 qram çəkidə və külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 3,365 (üç tam mində üç yüz altmış beş) qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini hissələrə bölüb ayrı-ayrılıqda 11 ədəd bükümdə qablaşdıraraq 0,075 qram, 0,062 qram, 0,082 qram, 0,068 qram, 0,061 qram, 0,072 qram, 0,432 qram, 0,492 qram, 0,253 qram, 0,228 qram və 1,540 qram çəkidə üzərində saxlamaqla daşımış olduğu qənaətinə gəlinmiş və bununla bağlı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Lakin, həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs bir ədəd bükümdə ümumi miqdarı 0,76 (sıfır tam yüzdə yetmiş altı) qram olan zavod üsulu ilə hazırlanmış 19 həbdən ibarət metadon dərman preparatı, 25 bükümdə təmiz çəkisi 20,873 (iyirmi tam mində səkkiz yüz yetmiş üç) qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki, 11 bükümdə təmiz çəkisi 3,365 (üç tam mində üç yüz altmış beş) qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini məhz satış məqsədi ilə əldə edib saxlayıb daşımasını təsdiq edən hər-hansı bir mötəbər sübut əldə edilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, ibtidai istintaq orqanı bu kimi nəticələrə gələrkən iş materiallarında olan heç bir təkzibolunmaz sübuta istinad etməmiş və iş üzrə toplanmış sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, bükümlərə ayırması, saxlaması və daşımasını təsdiq edən heç bir hal mövcud deyildir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 6-cı bəndində göstərilir ki, cinayət- Prosessual Məcəlləsinin 334-cü maddəsinə əsasən ittiham hökmünün təsviri hissəsində sübut edilmiş hesab olunan cinayət əməlinin törədildiyi yer, vaxt, onun törədilmə üsulu, təqsirin xarakteri, cinayətin motivi və nəticələri göstərilməlidir. Hökmdə məhkəmənin əsaslandığı bütün suallar təhlil edilməli və bu zaman müttəhimi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Hökmün təsviri hissəsində həmçinin müttəhimin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Müttəhim tədqiqat və ya ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrindən, şəxsi axtarış və götürmənin aparıldığı zaman qeydə alınan video görüntülərdən və eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələri hazır bükülmüş şəkildə 700-800 manata öz istifadəsi üçün aldığını, özünün həmin vasitələrdən asılılığının olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üzrə gətirdiyi dəlillərə münasibətdə ilk növbədə qeyd olunmalıdır ki, işdə olan müvafiq raportda və həmin raportla məruzə etmiş baş əməliyyat müvəkkili Şahid1 ifadəsində ona daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə olan tiryəkin, metadon həblərin və psixotrop maddə olan metafetaminin əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə həmin maddələrin saxlamasının qeyd olunmasını göstərməklə, sənədləşdirilsə də, elə sözügedən əməliyyat tədbirinin keçirilməsinə dair protokolun əyani olaraq əksini tapdığı videogörüntüdə Təqsirləndirilən şəxs saxlanılarkən, elə əməliyyat məlumatı daxil olmuş baş əməliyyat müvəkkili Şahid1 tərəfindən ona barəsində “narkotik vasitələrin istifadəsi və gəzdirməsi ilə bağlı məlumat daxil olduğu” bildirilməklə ziddiyyət təşkil etmiş, göstərilən bu ziddiyyət elə həmin əməliyyat müvəkkili tərəfindən tərtib olunan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokolda tutulmanın əsası kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddənin qanunsuz əldə etməsində və saxlamasında şübhə edildiyi qeyd olunması ilə bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində BNMİ-yə daxil olmuş əməliyyat məlumatında iş üçün mühüm əhəmiyyət kəsb edən dəqiq olaraq hansı məzmunda məlumatın göstərildiyi iş materiallarında ziddiyyətlə əks etdirilmişdir ki, qeyd olunan ziddiyyət özlüyündə iş üzrə sənədləşdirilməklə qeyd olunmuş sözügedən əməliyyat məlumatının həqiqiliyinin şübhə altına alınmasına əsas verir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli, 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə olan tiryəkin, metadon həblərin və psixotrop maddə olan metafetaminin əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə həmin maddələrin saxlaması barədə məlumatı əldə etmiş və bununla bağlı keçirilmiş müvafiq əməliyyat tədbirinə rəhbərlik edərək həyata keçirmiş polis əməkdaşı Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs evinə baxış keçirilsə də, əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmadığını, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri 700- 800 manata tanımadığı şəxsdən, özünün istifadəsi üçün aldığını, ibtidai istintaq aparılan zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmadığı yoxlanılmasına dair verilmiş əməliyyat tapşırığı üzrə tərəflərindən bir sıra tədbirlər keçirilsə də, müsbət nəticə əldə olunmadığını, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr və psixotrop maddəni satmaq üçün kimlərləsə sövdələşmiş olmasına və satmasına dair məlumat əldə edilmədiyini, Təqsirləndirilən şəxs saxlanarkən üzərindən və yaşadığı evdən narkotik vasitələri çəkib bağlamalara bölünməsi üçün vasitə, yəni tərəzinin aşkar edilmədiyini göstərmiş, eləcə də əməliyyatda iştirak etmiş digər polis əməkdaşları Şahid2 və Şahid3 məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs onlar tərəfindən yaxalanıb sonuncunun barəsində cinayət təqibi başlandıqdan sonrakı vaxtlarda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmadığını, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddəni satmaq üçün kimlərləsə sövdələşmiş olmasına və satmasına dair məlumat əldə edilmədiyini göstərmişlər. Şahidlərin ifadələrində göstərdikləri Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbirləri üzrə hər hansı müsbət nəticənin əldə olunmaması Azərbaycan Respublikası DİN BNMİ-nin rəisinin BMCMİ-nin rəisinə olan xx.xx.2020-ci il tarixli, 008-840-1220 nömrəli məktubunda cinayət işi üzrə göndərilmiş xx.xx.2020-ci il tarixli, 007-1642-1220 nömrəli əməliyyat tapşırığına cavab olaraq, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmadığını, narkotik vasitələri və psixotrop maddələri nə vaxt, harada, kimdən və hansı şəraitdə əldə etməsini, əlaqələrini, narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini və digər cinayət əməllərinin törədilməsində iştirakını müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində əlavə məlumat əldə etmək mümkün olmadığı ilə də təsdiq olunmuşdur. Bununla yanaşı yuxarıda qeyd olunan “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixi protokol və “Mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokollardan da göründüyü kimi iş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən icraatında olan cinayət işi üzrə götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş “Nokia” markalı mobil telefon aparatına BMCMİnin inzibati binasındakı xidməti otaqda baxış keçirilmiş, baxış zamanı mobil telefon aparatında iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat, fotoşəkil, videogörüntü aşkar edilməmiş, həmçinin məhkəmə qərarı əsasında “xxxx” MMC-dən götürülmüş bir ədəd CD diskdəki Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı “xxxx” mobil rabitə şəbəkəsinə məxsus telefon nömrəsi ilə ötürülən məlumatlara baxış keçirilsə də, baxış zamanı ***-***-**-** nömrəsindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə və ya SMS yazışmaları olmadığı müəyyən olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunanları sadalamaqla qeyd edir ki, göstərilən hallar özlüyündə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə ümumi miqdarı 0,76 (sıfır tam yüzdə yetmiş altı) qram olan zavod üsulu ilə hazırlanmış 19 həbdən ibarət metadon dərman preparatı, 25 bükümdə təmiz çəkisi 20,873 (iyirmi tam mində səkkiz yüz yetmiş üç) qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki, 11 bükümdə təmiz çəkisi 3,365 (üç tam mində üç yüz altmış beş) qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib saxlayıb daşımasına dair irəli sürdüyü ittihamın, qeyd olunan cinayət əməlinin tərkib əlamətlərinin zəruri elementi olan məhz şəxsin əməlində satış məqsədi olmasına dair hissədə toplanmış sübutlarla sübuta yetmədiyi halda, yalnız mülahizələrə əsaslandığını təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi, bu barədə X6 Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunması, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zəruriliyinə cəlb edilsin. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında Narkotik vasitələrin siyahısında metadonun çəkisinin 0,02 qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq, tiryəkin çəkisinin 0,5 qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, Psixotrop maddələrin Siyahısında metafetaminin çəkisinin 2 qramdan artıq olması külli miqdar hesab olunur. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Bununla yanaşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, xx/xx-10835 nömrəli məktubu ilə də Təqsirləndirilən şəxs xx.xx.2010-xx.xx.2010, xx.xx.2012-xx.xx.2012, xx.xx.2012-xx.xx.2012-ci il tarixdlərdə qeyd olunan mərkəzdə stasionar müalicədə olduğu və xx.xx.2010-cu ildən “metadon proqramı”na cəlb olunduğu müəyyən olunmuşdur. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyi və Respublika Narkoloji Mərkəzinin müvafiq məktubunda göstərilənlərlə işin digər faktiki halları qarşılıqlı şəkildə təhlil edildikdə, müvafiq olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tiryək narkotik vasitəsi və metafetamin psixotrop maddəsindən sui-istifadə etməsi nəticəsində asılılıq sindromunun aşkar olunması, eləcə də üzərindən aşkar edilmiş digər narkotik vasitə olan metadondan artıq 10 ildən artıq müddətdə istifadə etməsi səbəbindən asılı olmaqla, hətta metadon proqramına belə cəlb olunması, sonuncunun həmin vasitələri məhz satış məqsədi ilə əldə edərək saxlayıb daşımasına dəlalət edən mötəbər sübutların olmadığı şəraitdə Təqsirləndirilən şəxs həmin narkotik vasitələr və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. Qeyd edilən tövsiyələrə və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə 0,76 (sıfır tam yüzdə yetmiş altı) qram narkotik vasitə olan metadon tərkibli 19 həbdən ibarət dərman preparatı şəxsi istehlak miqdarından artıq, 25 ədəd bükümdə təmiz çəkisi 20,873 (iyirmi tam mində səkkiz yüz yetmiş üç) qram narkotik vasitə olan tiryək şəxsi istehlak miqdarından artıq və 11 ədəd bükümdə təmiz çəkisi 3,365 (üç tam mində üç yüz altmış beş) qram psixotrop maddə metafetamin olmaqla psixotrop maddənin çəkisinin müvafiq növ üçün müəyyən edilmiş külli miqdarının minimal həddindən cüzi miqdarda çox olmaqla miqdar əlaməti belə, onun narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmiş, əksinə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxlayaraq daşıdığını göstərmiş və bu hal heç bir sübutla təkzib olunmamışdır. Məhkəmə hesab edir ki, digər müvafiq mötəbər sübutların mövcud olmadığı şəraitdə, göstərilən halda Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri zamanı üzərinə şəxsi axtarış keçirilən zaman onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir bükümdə 0,76 (sıfır tam yüzdə yetmiş altı) qram narkotik vasitə olan metadon tərkibli 19 həbdən ibarət dərman preparatı, 25 bükümdə təmiz çəkisi 20,873 (iyirmi tam mində səkkiz yüz yetmiş üç) qram narkotik vasitə olan tiryək, 11 bükümdə külli miqdarda təmiz çəkisi 3,365 (üç tam mində üç yüz altmış beş) qram psixotrop maddə metafetamin əynindəki qara rəngli şalvarının sol yan cibindən aşkar olunması ilə bağlı xüsusatlar, yəni təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin yalnız müvafiq bükümlərdə olması əlamətindən yanaşaraq Təqsirləndirilən şəxs ağır cinayət əməlini törətməkdə, yəni məhz satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib, saxlamaqla daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Belə ki, cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs elə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni elə bükülmüş halda aldığını bildirmiş, iş materiallarında təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi halları təkzib edən sübut olmamaqla yanaşı, həmin bükümlərin sonradan məhz Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə bükülməklə qablaşdırılmasına, yəni həmin vasitələrin çəkilərək xırda bağlamalar halına salınmasına yardım edən vasitə (elektron tərəzi və hər hansı digər avadanlıq) də aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmamışdır ki, məhkəmə göstərilən halların da ittihamın həmin hissədə əsassız hesab olmasına dəlalət edən hal olduğu qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş 0,76 (sıfır tam yüzdə yetmiş altı) qram çəkidə metadon narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq, 20,873 (iyirmi tam mində səkkiz yüz yetmiş üç) qram tiryək narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq, 3,365 (üç tam mində üç yüz altmış beş) qram metafetamin psixotrop maddəsinin də qeyd edilən ölçüdə olmaqla külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış məqsədi ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və yaxud onun bir hissəsini məhz satmaq məqsədi ilə əldə etmiş olduğu barədə heç bir mötəbər sübut əldə edilməmiş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş və bu barədə ibtidai istintaq orqanının gəldiyi nəticə heç bir mötəbər və təkzibolunmaz sübuta əsaslanmamaqla mülahizə xarakteri daşıyır və o da ittihamın əsasına qoyula bilməz. Məhkəmə belə nəticəyə gələrkən həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsini də nəzərə alır. Həmin qanunun tələblərinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Yuxarıda qeyd edildiyi kimi həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitələri əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut mövcud deyildir. «İnsan Hüquqlarının və X9 X12» -nın 6-cı maddəsinin müddəalarına əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin məhkəmələrin nəzərinə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “X1rşı” işində X24 Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X24 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə x xxxxxxx 1982-ci il tarixli qərar, X26rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyi, istintaq hərəkətlərinin həyata keçirilməsi barədə protokollar və müvafiq olaraq əks olunduğu video görüntü, iş üzrə maddi sübutlar və həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən digər sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qarşılıqlı şəkidə tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmasına baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlama espertizasının xx xxxxx 2020-ci il tarixli 1052 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və ömürlük 2-ci qrup əlil olmasını, “QİÇS” diaqnozlu xəstəlikdən əziyyət çəkməsini və himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. DİN-in Baş Əməliyyat və X10 tərəfindən verilmiş tələbnamə arayışı və məhkəmə hökm və qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon məhkəməsinin 1(001)-252/13 saylı, xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 232.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 67.1-ci maddələri tətbiq edilməklə qəti olaraq 02 (iki) il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin 7(0020-882/2018 saylı, xx xxxxx 2018ci il tarixli qərarı ilə Binəqədi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin tətbiqi xaric edilərək üzərində qəti olaraq 05 (beş) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə saxlanılmışdır. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 01, iş vər. 112-114, 128-133) Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkum olunduğu CM-nin 177.2.3 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayətlər az ağır cinayətlər kateqoriyasına aid olmaqla, həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməllərini törətdiyi tarixdə, yəni xx.xx.2019-ci il tarixdə yuxarıda qeyd olunan məhkəmə hökmü ilə üzərində yaranmış məhkumluğunun ödənilmədiyini müəyyən edərək, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutlar,- Baş X2 İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış,- 20,573 (iyirmi tam mində beş yüz yetmiş üç) qram çəkidə narkotik vasitə olan tiryək, 3,165 (üç tam mində yüz altmış beş) qram çəkidə psixotrop maddə metafetamin və narkotik vasitə metadon tərkibli 17 ədəd həbdən ibarət dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işində olan “Əməliyyataxtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokola əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- Baş X2 İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış,- 20,573 (iyirmi tam mində beş yüz yetmiş üç) qram çəkidə narkotik vasitə olan tiryək, 3,165 (üç tam mində yüz altmış beş) qram çəkidə psixotrop maddə metafetamin və narkotik vasitə metadon tərkibli 17 ədəd həbdən ibarət dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işində olan “Əməliyyataxtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokola əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza xərcləri cəmi 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Siyavuş Hacıyev Rahib Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar