Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-777/2021 01.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X5, müdafiəçilər: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi «A.İ.M» Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə xx xxxx 1990-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Quba şəhəri Əliqulu Nərimanov küçəsi, ev 81-də qeydiyyatda olub, Bakı şəhəri Nərimanov rayonu, H.Mirzəyev küçəsi, ev 420-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə, xx xxxxxx 1979-cu ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, Quba şəhəri H.Əliyev prospektində yerləşən «Nano-Texno» mağazasını icarə əsasında işlədən, Quba şəhəri H.Hacıyev küçəsi, ev 3-də qeydiyyatda olub, Quba şəhəri 30-cu kvartalda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq cinsi münasibətdə olmasını bildirdikdən sonra aralarında olan intim əlaqələrini videolentə alaraq Zərərçəkmiş şəxs pul tələb etmələri barədə Təqsirləndirilən şəxs2 təklifini qəbul edib, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşadığı ünvan 1 ünvanda yerləşən evin qonaq otağında «Dahua» markalı videokamera quraşdıraraq 5 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaqla baş verənlərin gizli videoçəkilişini apardıqdan sonra 2019-cu ilin avqustsentyabr aylarında özünün «Whatsapp» sosial şəbəkəsində və mobil telefonu ilə yazdığı SMS mesajlarla, həmçinin Təqsirləndirilən şəxs2 Quba rayonu Qəçrəş kəndində Zərərçəkmiş şəxs məxsus evdə sonuncu ilə şəxsən görüşərək həmin görüntüləri göstərib onun haqqındakı rüsvayedici məlumatları yaxın qohumları arasında və sosial şəbəkələrdə yayacaqları ilə hədələməklə həmin məlumatları yaymamaq müqabilində Zərərçəkmiş şəxs külli miqdarda, 75.000 (yetmiş beş min) manat məbləğində pul verməsini və ya həmin dəyərdə ev almasını tələb etmiş, Zərərçəkmiş şəxs həmin tələbləri yerinə yetirmədiyinə görə əldə etdikləri görüntüləri sonradan müxtəlif sosial şəbəkələrdə yaymışdır. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq cinsi münasibətdə olmasını bildikdən sonra sonuncuların arasında olan intim əlaqələrini videolentə alaraq Zərərçəkmiş şəxs pul tələb etmələri barədə Təqsirləndirilən şəxs1 təklif edib, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən evin qonaq otağında «Dahua» markalı videokamera quraşdıraraq 5 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 Əlumurad qızının aralarında baş verən cinsi əlaqənin gizli videoçəkilişini apardıqdan sonra, 2019-cu ilin avqust-sentyabr aylarında Təqsirləndirilən şəxs1 özünün «Whatsapp» sosial şəbəkəsində və mobil telefonu ilə yazdığı mesajlarla, həmçinin Təqsirləndirilən şəxs2 Quba rayonunun Qəçrəş kəndində Zərərçəkmiş şəxs məxsus evdə sonuncu ilə şəxsən görüşərək həmin görüntüləri göstərib onun haqqındakı rüsvayedici məlumatları yaxın qohumları arasında və sosial şəbəkələrdə yayacaqları ilə hədələməklə, həmin məlumatları yaymamaq müqabilində Zərərçəkmiş şəxs külli miqdarda, 75.000 (yetmiş beş min) manat məbləğində pul verməsini və ya həmin dəyərdə ev almasını tələb etmiş, Zərərçəkmiş şəxs həmin tələbləri yerinə yetirmədiyinə görə əldə etdikləri görüntüləri sonradan müxtəlif sosial şəbəkələrdə yaymışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2008-ci ilin may ayından Qubanın əfəndisi Zərərçəkmiş şəxs yanında dini təhsil almağa başlamışdır. Elnurdan Quran oxumağı və şəriət dərslərini öyrənmişdir. Sonuncu ona tələbə münasibəti göstərsə də, hər dəfə xətrini çox istədiyini demiş və yanına gələn digər qız tələbələrdən fərqli olaraq ona fərdi dərslər keçmiş, onu digər tələbələrindən çox istədiyini demişdir. Quran dərslərinə başlayan ərəfədə anası buna qarşı olsa da, öz istəyi ilə Elnurun yanına gedib gəlmişdir. Bu barədə Elnura deyəndə ki, anası yanına getməyini istəmir, Elnur ona gizlin gəlsə belə, dini baxımdan bunun savabı olduğunu demişdir. Elnurun yanına gedib gəldiyindən tədricən təsiri altına düşmüş və ona hədsiz inanmışdır. Söhbət zamanı Elnur tez-tez ona özünün Allahın övliyası olduğunu bildirmişdir. Əhatəsində olanların hamısı Elnura «Ustad», «Şeyx» və ya «Əfəndi» deyə müraciət etmişdir. 2008-ci ilin axırları, 2009-cu ilin əvvəllərində Elnurla təklikdə olarkən sonuncu ona, onun üçün fal açdığını, falda onun iki kəbinin göründüyünü, birinci dəfə quracağı ailənin dağılacağını və ikinci dəfə ailə quracağını demişdir. Eşitdiklərindən halı pisləşmiş və nə edəcəyini bilməmişdir. Həmin dövrdə Elnur onu yanında çalışan Seymurla evləndirmək istəmişdir. Bir müddət sonra Seymurun ailəsi onlara elçi gəlmiş və o, Seymura nişanlanmışdır. Nişanlandıqdan sonra Elnur ona Seymurla quracağı ailənin dağılacağını demişdir. Elnurdan ailəsinin dağılacağı halda niyə Seymuru da, özü kimi bədbəxt edəcəyini soruşduqda, sonuncu ona bu məsələnin bir çarəsi olduğunu bildirmişdir. Bu barədə Elnurdan soruşduqda sonuncu, onun taleyində iki kəbin göründüyünü, birinci kəbin formal olaraq kəsildikdən sonra onun talaq ediləcəyini, ikinci kəbinin isə uğurlu olacağını demişdir. 2009-cu ilin may ayı olduğundan və toyuna bir ay vaxt qaldığından Elnur ona psixoloji təzyiq göstərərək toyuna az qaldığını, bu məsələni yaxşıca götür-qoy etməyini, əgər Seymurdan əvvəl kəbin kəsilməyəcəyi halda Seymuru da, özünü də bədbəxt edəcəyini demişdir. Elnur ona birinci kəbini formal olaraq bağlamaq üçün təcili adam tapmasını deyəndə, Elnura kimi bu işə görə özünü fəda edə biləcəyini demişdir. Elnur ona, onun xoşbəxtliyi naminə özünü fəda edə biləcəyini, yəni birinci kəbini özü ilə kəsdirib və bu kəbinin gərəyi olaraq müəyyən qədər cinsi yaxınlıq edə biləcəklərini demişdir. Elnurun bu təklifini eşidib şoka düşdüyündən, Seymurun nişanını qaytarmaq istəmiş, lakin, Elnur buna imkan verməyərək bu məsələnin onun taleyi üçün pis olacağını bildirmişdir. Elnurdan bu işlərin nə ilə nəticələnəcəyini soruşanda sonuncu, onunla kəbin kəsdirdikdən sonra cinsi yaxınlığın təbii yolla olmasının vacib olmadığını, qeyri-təbii yolla, yəni qucaqlamaq, öpmək və hətta onunla oral sekslə məşğul ola biləcəyini, onun qızlıq bəkarətinə toxunmayacağını bildirmişdir. Əvvəlcə buna razılıq verməsə də, Elnur bunu etməyəcəyi təqdirdə bədbəxt olacağını deyib onu inandırmışdır. Toyuna az müddət qaldığından məcbur qalıb Elnurun təklifi ilə razılaşmışdır. 2009-cu ilin iyun ayının 1-də Elnur özü onunla kəbin kəsmiş və ilk dəfə onların yaxınlıqları Quba şəhərində yerləşən «Ağ məscid»in içindəki kabinetdə olmuşdur. Elnurla olan bu yaxınlıqdan sonra böyük psixoloji sarsıntı keçirmişdir. 2009-cu ilin iyun ayının 19-da Seymurla onun toyları olmuşdur. Ailəli odluğu müddətdə də, Elnur ona cinsi yaxınlıq təklif etmiş və məcburiyyət qarşısında qalıb sonuncunun təklifi ilə razılaşıb onunla cinsi əlaqədə olmuşdur. Seymurla evli olduğu 6 il ərzində Seymur Dərbənddə və digər yerlərdə olduğu zaman 5-6 dəfə Elnur Seymurun evinə gəlib onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin dövrdə Elnurdan niyə Seymurla ailə qurduqdan sonra onunla olan kəbininə son qoymadığını soruşduqda Elnur, bunun onun ailə rifahı və uşaqlarının taleyi üçün vacib olduğunu demiş, ona görə də, özünü ona fəda etməyə davam etmişdir. Elnur onu onunla kəbinli olduğu üçün cənnətə sorğu-sualsız gedəcəyinə inandırmışdır. 2015-ci ilin avqust ayında Seymurla yola getmədikləri üçün ayrılmışdır. Bu barədə Elnurdan soruşduqda sonuncu ona hər şeyin günahının onda olduğunu demişdir. Elnur ona aralarında olan kəbindən kiməsə bildirəcəyi təqdirdə, onun və uşaqlarının sonu olcağını, yəni bu barədə kiməsə danışacağı halda onun və uşaqlarının başına bədbəxt hadisələrin gələcəyini demişdir. 2016-cı ilin avqust ayında Quba şəhəri H.Əliyev prospektində yerləşən «Ağ məscid»ə namaz qılmaq üçün gedib gələn İftixarın telefon mağazasının qapısında iş elanı görmüşdür. Mağazaya daxil olub orada işləyən oğlandan mağazanın kimə məxsus olmasını soruşmuşdur. Sonuncu həmin mağazanın Hacı İftixara məxsus olduğunu demişdir. Həmin adını bilmədiyi oğlan İftixara zəng edib, mağazaya işləmək üçün adam gəldiyini demiş və İftixarı onunla telefonda danışdırmışdır. Sonuncu ona telefonda səhəri gün ona yaxınlaşmasını demişdir. Bu barədə Elnura bildirdikdə sonuncu, İftixarla danışacağını və onu işə götürməsini xahiş edəcəyini demişdir. Səhəri gün İftixarın mağazasında işə başlamışdır. Mağazada çalışdığı dövrdə Elnur tez-tez İftixarın ona qarşı münasibətini soruşub, ona hansı gözlə baxdığını bilmək istəmişdir. Elnura İftixarın ona pis gözlə baxmadığını, başqa gözlə baxsaydı, bunu hiss edəcəyini demişdir. İşdə olduğu müddətdə uşaqlar evdə tək və həm də nəzarətsiz qaldığından 2019-cu ilin iyun ayında İftixardan evində kamera quraşdırmasını xahiş etmiş və sonuncu onun evində video kamera quraşdırmışdır. İftixar kameranı iki otaqlı evin qonaq otağının içində, sağ tərəfdə yerləşən divara quraşdırmışdır. Kamera şarlarla əhatə olduğundan görünməmişdir. 2019-cu ilin avqust ayının əvvəllərində depressiyada olmuşdur. İftixar bunu hiss edib, ondan bu barədə soruşmuşdur. İftixara 10 il ərzində Elnurun onun başına açdığı oyunları barədə danışmışdır. İftixar onun danışdıqlarını eşidib şoka düşmüşdür. İftixar ona inandığını, lakin, başqa heç kimin ona inanmayacağını, bunu sübut etmək üçün ortaya dəlil qoyulmalı olduğunu demişdir. İftixara evində quraşdırdığı kamera ilə Elnurun onun evində münasibətdə olması ilə bağlı video çəkildiyini, istəyəcəyi təqdirdə həmin görüntünü çıxara biləcəyini demişdir. İftixar həmin görüntülərinə baxmaq istədiyini demişdir. Odur ki, evində quraşdırılmış kameranı və kameranın yaddaşını mağazaya gətirib İftixara vermişdir. İftixar görüntülərə baxdıqdan sonra nə deyəcəyini bilməmişdir. Zərərçəkmiş şəxs hədə-qorxu yolu ilə ev və yaxud pul tələb etməmişdir. Hesab edir ki, Elnur tərəfindən ona qarşı etdiyi əməlləri barədə danışdığı və ifşa olunduğu üçün ondan bu yolla qisas alır. Elnurla ər-arvad münasibətində olsa da, hər dəfə ondan uzaqlaşmaq istəmiş, lakin sonuncu buna imkan verməmişdir. İttiham aktında yazılanlarla razı deyildir. Barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 1990-cı ildən namaz qılmağa başlamış və həmin vaxtdan da Qubanın əfəndisi Zərərçəkmiş şəxs tanımışdır. Əvvəllər Elnurla münasibətləri çox yaxın olmuşdur. 2016-cı ilin avqust ayında Nübar mağazaya işə düzəlmək üçün müraciət etmiş və sonuncunu satıcı kimi işə qəbul etmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs Nübarla maraqlanıb, ona Nübardan muğayat olmasını demişdir. Nübarın Elnurun yanında Quran dərsi aldığını və onun Elnurun köməkçisi Seymurun keçmiş həyat yoldaşı olduğunu bilmişdir. Nübar bir müddət mağazasında işlədikdən sonra, onun «Whatsapp» hesabından paylaşdığı bədbin statusları görüb, bu barədə ondan soruşduqda, sonuncu həyatından bezdiyini demişdir. Səbəbini soruşsa da, Nübar ona bir söz deməmişdir. Xatırlamadığı tarixdə mağazada işdə olarkən təsadüfən Nübarın masa üzərində olan mobil telefonuna Elnurun Nübara: «əgər uşaqlar yatıbsa, qapını açıq tut, evə kolbasa alıb gətirəcəm» mesaj yazdığını görmüşdür. Bu barədə Nübardan soruşduqda sonuncu ona Elnur tərəfindən illərlə incidildiyi və cinsi istismara məruz qaldığı barədə danışmışdır. Nübara danışdıqlarına inanmadığını dedikdə sonuncu, evinə kamera quraşdırılacağı təqdirdə, bunu ona sübut edə biləcəyini demişdir. 2019-cu ilin avqust ayının əvvəllərində mağazasında olan «Dahua» markalı video kameranı götürüb Nübarın Quba şəhəri Gənclər küçəsində yerləşən evinə gedib, qonaq otağında pəncərənin içərisinə, heç kəsin görə bilməyəcəyi yerdə quraşdırmışdır. Həmin kameranı öz mağazasından götürdüyündən Nübardan heç nə almamışdır. Bu zaman onun başqa bir niyyəti olmamış, Nübarın danışdıqlarının həqiqət olub-olmadığını yoxlamaq və Zərərçəkmiş şəxs ifşa etmək olmuşdur. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs Nübarın evinə gəlib onunla cinsi əlaqədə olmuş və onlar evə quraşdırdığı kameraya düşmüşlər. Həmin günün səhərisi Nübar işə gələrək Zərərçəkmiş şəxs gecə saatlarında evinə gəlib onunla cinsi əlaqədə olduğunu ona demiş və ondan həmin görüntüləri kameranın yaddaşından götürməsini xahiş etmişdir. Nübarla birlikdə onun evinə gedib, kameranın yaddaşından həmin görüntüləri yaddaş kartına köçürmüşdür. Daha sonra işə gəlib həmin videogörüntüyə baxdıqda, Zərərçəkmiş şəxs Nübarla cinsi münasibətinin şahidi olmuşdur. Həmin video görüntünü namaz əhli olan tanışları Teymur, Məhəmməd, Rəsul və Elşada göstərmiş və sonuncular həmin görüntüyə baxıb şoka düşmüşlər. Qərara gəlmişlər ki, Elnurla görüşüb bu barədə ondan soruşsunlar. Bundan əvvəl birlikdə Dağıstan Respublikasında fəaliyyət göstərən dini liderlərdən biri olan İsaməddin Əfəndinin yanına gedib, baş vermiş hadisəni ona danışmışlar. İsaməddin Əfəndi onları dinləyəndən sonra məsələni şişirtməməyi məsləhət görmüş, Allah özü Elnurun cəzasını verəcəyini demişdir. Quba şəhərinə qayıtdıqdan sonra Elnur Əfəndi ilə rayonun Qəçrəş kəndi ərazisində yol kənarı çayxanaların birində oturub bu barədə ondan soruşmuşlar. Söhbət zamanı Əfəndi ilk öncə deyilənləri təsdiq etməmişdir. Ona bununla bağlı əllərində konkret sübutu olduğunu deyəndə sonuncu, hər şeyi etiraf edib, bütün bunları şəriət çərçivəsində, kəbin kəsdirərək etdiyini və nə edibsə belə, yaxşı etdiyini demişdir. Elnur onlara qəti cavab verdiyindən, ona ayrı bir söz demədən dağılışıb işləri dalınca getmişlər. Bu söhbətdən təxminən 2 gün sonra, təxminən 2019-cu ilin sentyabr ayında Elnur Əfəndi adlarını qeyd etdiyi namaz əhlini Quba rayonunun Qəçrəş kəndində yerləşən evinə dəvət etmişdir. Söhbət zamanı X8 əl basaraq Nübarla ərindən ayrılandan sonra, sonuncunun razılığı ilə, dini qaydada kəbin kəsdirməklə yaxınlıq etdiyini bildirib, onlardan üzr istəmişdir. Nə o, nə də ki, adları qeyd etdiyi namaz əhli Elnurdan hər hansı maddiyyət tələb etməmişdir. Videogörüntüləri ona göstərməkdə niyyətləri illər uzunu rayonun dini lideri sayılan bir şəxsin əsl simasının üzə çıxarmaq olmuşdur. Nübarın Elnurdan 75.000 manat pul və ya ev tələb etməsi ilə bağlı Nübarın ona nəsə deməsini xatırlamır. Sonradan bu məsələ polis şöbəsində araşdırılan zaman Nübarın Elnurdan ev və ya pul tələb etdiyini bilmişdir. Nübarın Elnurdan ev yaxud pul tələb etməsinin ona heç bir aidiyyəti olmadığından, bu barədə heç kimə heç bir söz deməmişdir. Nübar özü də ona bu barədə bir söz deməmişdir. Nə o, nə də adları çəkilən namaz əhli tərəfindən Elnura hədə-qorxu gəlinməmişdir. Rayonun Qəçrəş kəndi ərazisindəki çayxanada oturan zaman Elnura onun intim görüntülərini yayacağını deməmiş, sadəcə ona məsələdən məlumatlarının olduğunu demişdir. Elnuru video görüntüləri yayacağı ilə hədələməmişdir. İlkin izahatını yazan zaman həyəcanlı olduğundan Elnurla görüşən zaman sonuncu deyilənləri etiraf etmədiyindən bununla bağlı sübutun olduğunu bildirmişdir. Qeyd olunan video görüntüyə tanışları Teymur, Məhəmməd, Rəsul və Elşad baxmışlar. Görüntülərə baxdıqdan sonra görüntülərin yayılmaması üçün silmək qərarına gəlmişlər. Hacı Adil adlı şəxsi tanımır. Elnurla görüşən zaman yanlarında Hacı Adil adlı şəxs olmamış, İsaməddinlə görüşəndə isə bu işin aydınlaşdırılması üçün Hacı Adil adlı şəxs göndərməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ilin oktyabr ayınadək Quba şəhərində yerləşən «Hacı Cəfər» məscidinin imamı olmuşdur. Sünni təriqətinin «Şafei» məzhəbinə etiqad edir. 15 yaşından «Hacı Cəfər» məscidində dini fəaliyyətlə məşğul olmuşdur. Bununla bağlı yanına çox saylı insanlar gəlmiş, onlara Quran oxumağı, namaz qılmağı öyrətmişdir. Təqsirləndirilən şəxs1 2008-ci ildən tanıyır. Sonuncu onun fəaliyyət göstərdiyi məscidə dua etmək məqsədilə gəlmişdir. Nübar onun müəzzini Anar Eyyubovun yanında dini öyrənməyə başlamışdır. Nübar hamı kimi məscidə gəlib namaz qılıb dualar etmiş, dini ayinləri icra etmişdir. Nübar onun yanına məscidə gəlib-gedərkən şagirdi və ən yaxın adamı sayılan Seymur Əliyevlə tanış olmuşdur. X9 oxuyarkən Nübar onun səsini bəyənmiş, bundan sonra aralarında şəxsi münasibətləri yaranmışdır. Nübarla Seymurun ailə qurması məsələsi müzakirə olunarkən Seymur onunla məsləhətləşmiş, sonuncuya Nübarla ailə qurmasını məsləhət görmüş, toylarında da ağsaqqal kimi iştirak etmişdir. Onların kəbinini də, o, özü kəsmişdir. Ailə qurandan bir müddət sonra Nübarın xasiyyətinə görə onlar yola getməmişlər. X2 aralarında yaranmış mübahisəni yoluna qoyub, problemlərini həll etmişdir. 2015-ci ildə Seymur Nübarla «Hacı Cəfər» məscidinin hazırki imamı, Nübarın ilk müəllimi Anarla arasında telefon danışıqlarının şahid olmuş və buna görə də, aralarında problem yaranmışdır. Həmin məsələyə görə də 2015-ci ildə Seymurla Nübar məhkəmə qaydasında boşanmışlar. Bundan sonra Nübar məscidə də gəlməmişdir. Uşaq məsələsinə görə Nübarla Seymurun arasında yaranmış problemin həllinə kömək etmişdir. Belə ki, Seymur uşaqları Nübara vermək istəməmiş, onun məsləhətindən sonra Seymur uşaqları Nübara vermiş və Seymura uşaqları üçün aliment ödəməsini məsləhət görmüş və sonuncu onun tövsiyyələrinə qulaq asmışdır. Seymurdan ayrıldıqdan sonra Nübarın maddi sıxıntı içində yaşadığını görüb Təqsirləndirilən şəxs2 Nübarı yanına, telefon mağazasına satıcı kimi işə götürməsini xahiş etmiş və İftixar onu işə götürmüşdür. Nübar bir müddət İftixarın yanında işlədikdən sonra yanına gəlib İftixarın ona sataşdığını, ona qeyri-əxlaqi təkliflər etdiyini və işdən çıxarıldığını bildirmişdir. Bu barədə İftixardan soruşduqda sonuncu ona Nübarın başqa oğlanla münasibətdə olmasından şübhələndiyini, bu səbəbdən də Nübarı işdən çıxartdığını demişdir. İftixarla aralarında pərdəli münasibət olduğundan onun özünün Nübara qarşı qeyri-əxlaqi hərəkətlərə yol verib-vermədiyini soruşmamışdır. Bundan sonra da Nübar bir neçə dəfə yanına məsləhətə gəlmiş, yenidən İftixardan Nübarı yanına işə qaytarmasının xahiş edib, üstüörtülü şəkildə Nübara nəzarət etdiyini bildirmişdir. Nübar hər dəfə yanına gələndə onun hərəkətləri və danışığından ailəyə ehtiyacı olduğunu hiss etmişdir. Odur ki, Nübara onunla qeyri-rəsmi (dini kəbinlə) ailə qurmasını təklif etmiş və sonuncu razılaşmışdır. İlk dəfə 2018-ci ilin sonunda Nübarla sonuncunun yaşadığı evdə cinsi əlaqədə olmuşdur. Bundan sonra 2019-cu ilin mart ayında və avqust ayında da, Nübarın yaşadığı evdə görüşüb cinsi əlaqədə olmuşdur. 2019-cu ilin avqust ayının əvvəllərində, sonuncu dəfə Nübarla həmin evdə cinsi əlaqədə olarkən sonuncu, evinə quraşdırılmış gizli kamera vasitəsi ilə onların münasibətlərini videoya çəkərək ona hədə-qorxu gəlməyə başlamışdır. Belə ki, Nübar ondan özü üçün ev almasını, əks halda həmin video görüntüləri ictimailəşdirəcəyini demişdir. Avqust ayının sonlarında Dərbənd rayon İmamlarının rəhbəri Hacı Adil ona zəng edib Qubaya gəldiyini və görüşmək istədiyini bildirmişdir. Həmin gün gecə saatlarında Hacı Adil ilə görüşə getmişdir. Bu zaman orada Hacı Adildən başqa Təqsirləndirilən şəxs2, Şahid1, Şahid2, Şahid3 və Şahid4 da orada olmalarını görmüşdür. Sonuncularla görüşəndən söhbəti açan Teymur ondan Təqsirləndirilən şəxs1 ilə nə əlaqəsinin olmasını soruşmuş, ona 2018-ci ildən Nübarın onun kəbinli arvadı olduğunu bildirmişdir. Daha sonra Teymur Təqsirləndirilən şəxs1 ilə aralarında olan münasibətlə bağlı əllərində İftixarın Təqsirləndirilən şəxs1 evində quraşdırdığı kamera vasitəsi ilə qeydə alınmış videogörüntülərin olduğunu, adları çəkilən digər şəxslərlə birlikdə Dərbəndə gedib oranın imamı İsamuddin Seyidovla görüşdüklərini, həmin videogörüntülərini ona göstərdiklərini, sonuncu isə məsələnin həlli ilə əlaqədar Hacı Adili Azərbaycana göndərərək məsələnin yerində həll edilməsini demişdir. Həmin görüşdən bir neçə gün sonra yuxarıda adları qeyd olunan şəxslər yenidən ona zəng vurub görüşə dəvət etmişlər. 2019-cu ilin avqust ayının təxminən 9-10-da sonuncularla görüşərkən Şahid1 Nübarla aralarında olan münasibətdən xəbərlərinin olduğunu, bununla bağlı İftixarın Nübarın icazəsi ilə sonuncunun evinə kamera quraşdırdığını və Nübarla aralarındakı intim görüntülərin çəkildiyini bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış və o, Quba rayon polis şöbəsinə şifahi formada şikayət etmişdir. Sonra Nübar həmin görüntüləri Qafqaz Müsəlmanlar İdarəsinə göndərmiş və o, işdən çıxarılmışdır. Həmin dövrlərdə Nübar və İftixar birlikdə ondan ev və ya 75.000 manat pul tələb etmələrinə baxmayaraq, videogörüntülər sosial şəbəkələrdə yayılmadığı üçün barələrində etdiyi şikayəti davam etdirməmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 tələblərini yerinə yetirmədiyi üçün onun videogörüntülərini, həmçinin barəsində nalayiq ifadələri olan yazılar sosial şəbəkələrdə yaymağa başlamışlar. Təqsirləndirilən şəxs1 ilə sonuncunun istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə öz istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında SMS yazışmaları olsa da, bu yazışmaların məzmununu dəqiq xatırlamır. Nübarı heç vaxt aldatmamış, Seymurdan boşandıqdan sonra Nübarın öz razılığı ilə üç dəfə sonuncunun evində görüşərək cinsi əlaqədə olmuşdur. Nübarı dinə etiqad etməyə heç vaxt məcbur etməmişdir. İfitxarın istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə öz istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında qarşılıqlı zəngmələr olmuş, lakin İftixar sms və ya digər yazışma vasitəsi ilə hədə-qorxu gəlməmişdir. İftixar telefon mağazasını işlətdiyindən və mobil telefonlardan yaxşı anlayışı olduğundan iz buraxmamaq üçün telefondan istifadə edərək ona heç vaxt hədə-qorxu gəlməmişdir. 2019-cu ilin avqust ayının təxminən 9-10-da Təqsirləndirilən şəxs2lə üzbəüz görüşən zaman sonuncu, Təqsirləndirilən şəxs1 ilə aralarında olan münasibətlə bağlı video görüntünün olduğunu, təxminən 3-4 gün sonra onun Quba rayonunun Qəçrəş kəndində yerləşən evində baş tutmuş ikinci görüş zamanı da İftixar Nübara ev almasını ondan tələb etmişdir. Nübara ev almağa imkanının olmadığını deyəndə İftixar ona, yaşadığı evini satıb Nübar üçün hökmən ev almalı olduğunu, əks halda həmin video görüntünü sosial şəbəkələrdə yayacağını demişdir. İftixar ona qarşı bu tələbi Şahid1, Şahid2 və Şahid3 yanında irəli sürmüşdür. Həmin vaxt Şahid4 orada olub-olmadığını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1994-cü ildən namaz qılır. Namaza başladığı vaxtdan Elnur Əfəndini tanımışdır. Əvvəllər Elnurla münasibətləri yaxşı olmuşdur. 2019-cu ilin avqust ayının əvvəllərində tanışı, namaz əhli İftixarla söhbət zamanı sonuncu ona X4 keçmiş arvadı Nübarla münasibətinin olduğunu bildirmişdir. Bunun eşidib İftixara acıqlanmış, ona danışdıqlarına inanmadığını deyib, xahiş etmişdir ki, əfəndiləri barədə belə əsassız şaiələr yaymasın. İftixar ona bununla bağlı əlində sübutun olduğunu deyib, ona noutbuk vasitəsilə video görüntünü göstərmişdir. Həmin video görüntüyə baxdıqda həqiqətən X4 keçmiş arvadı Nübarla intim videosunu görmüşdür. Bu görüntünü görüb, yerində donub qalmış və nə edəcəyini bilməmişdir. Videonun necə çəkildiyini soruşduqda İftixar Nübarın təklifi ilə sonuncunun evinə gizli kamera quraşdırdığını və görüntülərin həmin kamera ilə qeydə alındığını bildirmişdir. Sonradan bu barədə namaz əhli olan tanışları Teymur, Elşad, Rəsul və Məhəmmədə də məlumat verildiyini bilmişdir. Videonun necə çəkildiyini soruşduqda İftixar ona Nübarın təklifi ilə sonuncunun evinə gizli kamera qoyduğunu, görüntülərin həmin kamera ilə çəkildiyini demişdir. Quba rayonunda sünni camaatının lideri sayılan Əfəndinin biyabırçı görüntüləri ilə bağlı nə edəcəklərini məsləhətləşəndən sonra birlikdə Dağıstan Respublikasında fəaliyyət göstərən dini liderlərdən biri İsaməddin Əfəndinin yanına getməyi qərarlaşdırmışlar. Sonuncunun yanına gedib baş vermiş hadisə barədə danışanda İsaməddin Əfəndi məsələni şişirtməməyi, Allahın Elnurun öz cəzasını verəcəyini bildirdimişdir. Quba şəhərinə qayıtdıqdan sonra Elnur Əfəndi ilə görüşüb, bu barədə ondan soruşmaq qərarına gəlmişlər. Elnur Əfəndi ilə Quba rayonunun Qəçrəş kəndi ərazisində yol kənarı çayxanaların birində oturub bu barədə Əfəndidən soruşmuşlar. Söhbət zamanı Əfəndi ilk öncə deyilənləri təsdiq etməsə də, İftixar mobil telefonunda bunun təsdiq edən videogörüntünün olduğunu demişdir. Əfəndi İftixarın mobil telefonunda ona qarşı sübutun olduğunu başa düşüb hər şeyi etiraf edərək, bütün bunları şəriyyət çərçivəsində, kəbin kəsdirərək etdiyini etiraf etmişdir. Bu söhbətdən təxminən 2 gün sonra Elnur Əfəndi adlarını qeyd etdiyi namaz əhlini Quba rayonunun Qəçrəş kəndində yerləşən evinə dəvət etmişdir. Ora gedəndə Elnur Əfəndi onların yanında Qurana əl basaraq Nübarla ərindən ayrılandan sonra intim münasibətlərinin başladığını demiş, hətta Nübarla dini kəbin kəsdirdiyini qeyd edərək, bununla bağlı onlardan üzr istəmişdir. Təqsirləndirilən şəxs1 Elnur Əfəndidən ev almaq üçün 75.000 manat pul istəməsi barədə eşitməmişdir. Təqsirləndirilən şəxs2 hansı məqsədlə Elnurun intim videosunu çəkməsinin səbəbini bilməmişdir. Zərərçəkmiş şəxslə görüş zamanı İftixar tərəfindən Nübara ev alması üçün Elnura hər hansı təklif olunmasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1, Şahid4 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. İşin 2-ci cildinin 59-61-ci vərəqələrindəki 16 yanvar 2021-ci il tarixli protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs1 əvvəllər kirayədə yaşadığı ünvan 2 ünvanda yerləşən, kamera quraşdırdığı evi əyani surətdə göstərmişdir. İşin 2-ci cildinin 22-26-cı vərəqələrindəki 17 oktyabr 2020-ci il tarixli protokol və fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs2 və adları çəkilən digər şəxslərlə Quba rayonunun Qəçrəş kəndi ərazisində görüşdükləri restoranı və həmin kənddə ikinci dəfə görüşərək söhbət etdikləri evini göstərərək, məhz həmin evdə Təqsirləndirilən şəxs2 ondan Təqsirləndirilən şəxs1 ev almasını tələb etdiyini, əks halda həmin video görüntünü sosial şəbəkələrdə yayacağını dediyini bildirmişdir. İşin 2-ci cildinin 13-14-cü vərəqələrindəki 17 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Bu zaman Zərərçəkmiş şəxs 2019-cu ilin avqust ayının təxminən 9-10-da İftixar və digər şəxslər, o cümlədən Dərbənddən gələn Hacı Adillə görüşərkən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ilə aralarında olan münasibəti etiraf etməyəcəyini düşünərək Nübarla aralarında olan münasibətə dair İftixarın əlində video görüntünün olduğunu, İftixarla Nübarın sonuncunun evinə kamera yerləşdirərək intim videolarını çəkdiyini, İftixar və digər şəxslərlə ikinci dəfə, təxminən 3-4 gün sonra Quba rayonu Qəçrəş kəndində yerləşən evində görüşən zaman İftixar ona Nübar üçün ev almasını deyəndə, o, İftixara Nübara ev almağa pulunun olmadığını dediyini, İftixarın da, öz evini sataraq hökmən Nübar üçün ev almasını, əks halda video görüntüləri yayacağını bildirməsini Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. İşin 2-ci cildinin 15-20-ci vərəqələrindəki protokollardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Şahid1, Şahid2 və Şahid3 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmişdir. Bu zaman Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Şahid1, Şahid2 və Şahid3 üzlərinə qarşı olduğu kimi demiş və sonuncular da, Elnurla qeyd olunan görüşlərdə məlum olan hadisələrlə bağlı həyəcanlı və stressli olduqlarından İftixarın Nübar üçün ev almasını və Elnurun ev almayacağı təqdirdə İftixarın həmin videonu yayacağını deməsini xatırlamadıqlarını bildirmişlər. İşin 2-ci cildinin 55 və 57-ci vərəqələrindəki protokollardan görünür ki, ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi, Zərərçəkmiş şəxslə intim görüntüləri əks olunmuş bir ədəd «micro-card»dakı görüntülər iş üzrə təyin edilmiş İnformatika və hesablama texnikası üzrə ali təhsilli mütəxəssis tərəfindən bərpa edilməklə DVD diskə köçürülməklə istintaqa təqdim edilmişdir. Qeyd olunan DVD diskə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə ayrıayırdıqda baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 görüntülərdə əks olunmuş qadının özü olduğunu, Təqsirləndirilən şəxs2 isə görüntüləri qeydə alan kameranın özü tərəfindən həmin otağa quraşdırıldığını bildirmişlər. İşin 2-ci cildinin 35-37-ci vərəqələrindəki kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 26 oktyabr 2020-ci il tarixli, 2138 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 Əlumurad qızının məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs1 intellektual imkanlarında, əqli və psixi inkişafında gerilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs1 yaddaş prosesləri (yadda saxlama, yada salma və s.) normaya uyğundur, yaddaş pozuntusu müəyyən edilmir. İşin 2-ci cildinin 38-40-cı vərəqələrindəki kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 26 oktyabr 2020-ci il tarixli 2139 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 yaddaş prosesləri (yadda saxlama, yada salma və s.) normaya uyğundur, yaddaş pozuntusu müəyyən edilmir. İşin 1-ci cildinin 85-129-cu vərəqələrindəki Təqsirləndirilən şəxs1 tərəfindən istintaqa təqdim olunmuş A4 kağız formatına köçürülmüş hədə-qorxu və təhdid xarakterli «Whatsapp» mesajlarının məzmunundan görünür ki, sonuncu Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə onun külli miqdarda əmlakını tələb etmişdir. İşin 2-ci cildinin 4-10-cu vərəqələrindəki 12 oktyabr 2020-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə təhdid xarakterli SMS-lər göndərildiyi müəyyən olunmuşdur. İşin 2-ci cildinin 218-220-ci vərəqələrindəki 16 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, «Youtube» internet sosial şəbəkəsi vasitəsilə yerləşdirilmiş, aşağı hissəsində «X10 Əfəndi bunun sifətinə tüpürüm. Buna salam verən var, görəsən?» yazıları olan videogörüntüyə baxış keçirilmişdir. Video yazıda Zərərçəkmiş şəxs çılpaq fotoşəkilləri və sonuncunun ünvanına təhqir xarakterli yazılar yazılmışdır. İşin 2-ci cildinin 63-79-cu vərəqələrindəki «Sübutların qiymətlləndirilməsi haqqında» 20 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxslə olan intim görüntüləri əks olunmuş bir ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 9 oktyabr 2020-ci il tarixli AZF/LGL-13474/20 nömrəli məktuba əlavə olunmuş bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşin 1-ci cildinin 174-cü vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 175-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 199-200-cü vərəqələrindəki şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Vaqif qızının himayəsində 13 dekabr 2013-cü il təvəllüdlü Əlili Həcər və 21 may 2010-cu il təvəllüdlü Əlili Zeynəb adlı iki azyaşlı uşaqları vardır. İşin 1-ci cildinin 198-ci vərəqəsindəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 15 noyabr 2012-ci il təvəllüdlü Muhamməd Ağayev və 30 iyun 2014-cü il təvəllüdlü Rasul Ağayev adlı iki azyaşlı uşağı vardır. İşin 1-ci cildinin 197-ci vərəqəsindəki Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşin 1-ci cildinin 195-ci vərəqəsindəki Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşin 2-ci cildinin 106-cı vərəqindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 21 yanvar 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cildinin 135-ci vərəqindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 22 yanvar 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxslərin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilmədilər. Onların bu ifadəsi məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi materiallarına əlavə edilmiş protokollar, maddi sübutlar, ekspertiza rəyləri və işin digər faktiki halları ilə təkzib edildiyindən, məhkəmə ifadələrinə tənqidi yanaşır, cəzadan yayınmaq məqsədi güdən ifadələr kimi qiymətləndirir və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların əməlləri Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə tövsif olunmalı, onlar həmin maddə ilə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumların islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 1 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 1 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxslə olan intim görüntüləri əks olunmuş bir ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 9 oktyabr 2020-ci il tarixli AZF/LGL-13474/20 nömrəli məktuba əlavə olunmuş bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 1 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 1 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübutlar: Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxslə olan intim görüntüləri əks olunmuş bir ədəd DVD disk, Azerfon MMC-dən daxil olmuş 9 oktyabr 2020-ci il tarixli AZF/LGL-13474/20 nömrəli məktuba əlavə olunmuş bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-777/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-777/2021
01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver