Məhkəmə qərarları › İş №1(101)-777/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-777/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-777/2025 30.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X7 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi “Mirzəyev və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, “Azər Maya” şirkətində sürücü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Ağacan” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Ağacan” adlı şəxsin göstərişinə əsasən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq 0,58 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 4,433 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, həmin psixotrop maddə metamfetaminin 0,467 qram hissəsini və 0,58 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi “Hyundai Elantra” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobildə, psixotrop maddə metamfetaminin qalıq 3,966 qram hissəsini isə üzərində saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyul 2024-cü il tarixdə saat 19:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4erləşən Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin inzibati binasına aparılaraq orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 3,966 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 22:00-da Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 12 saylı ünvanın qarşısında idarə etdiyi “Hyundai Elantra” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda qabaq sol ayaqaltının altından 01 bükümdə 0,58 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və 01 bükümdə 0,467 qram çəkidə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, 24 iyul 2024-cü il tarixdə saat 18:00-da “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı Rəşid Məmmədov küçəsi, ev 25, mənzil 25 ünvanında 4-cü mərtəbə yerləşən mənzilinə 5 nəfər polis əməkdaşı gələrək qapıda dayanmış, o, qapını açmış, polis əməkdaşları içəri daxil olmuş və onun əllərini qandallamışlar. Həmin vaxt onun üzərində 0,5 qram çəkidə “patı” adlandırılan metamfetamin olmuşdur. Qolları bağlanıldıqdan sonra polis əməkdaşları mənzilin içərisində onu və arvadını döymüşlər. Polis əməkdaşlarından ikisi onu tutmuş, biri onu döymüş, biri arvadını tutmuş, biri isə evi axtarmışdır. Həmin polis əməkdaşları Nəsimi RPİ-nin 19-cu Polis bölməsinin əməkdaşları olmuşlar. Polis əməkdaşlarını ancaq üzdən tanımış, adlarını bilməmişdir. Sonra polis əməkdaşları mənzilin mətbəxinə keçmiş, onu və arvadını da ora çağırmış, mətbəxdə yuxarı tərəfdən, guya metamfetamin və marixuana tapdıqlarını demişlər. Ona narkotik vasitəni ya öz boynuna götürməsini, ya da ki, arvadını da onunla birlikdə cəlb edəcəklərini bildirmişlər. Onun yoldaşı da gözünün qabağında döyülmüşdür. Yoldaşını döymələrinin səbəbi isə polis əməkdaşlarına nə səbəbə evə icazəsiz daxil olduqlarını, nə axtardıqlarını soruşması olmuşdur. Yoldaşı mobil telefonu ilə polisə zəng vurmaq istəyərkən, onun mobil telefonunu da əlindən almışlar. Bundan sonra onu mənzilindən 19-cu Polis bölməsinə aparmışlar. Orada mobil telefonu da əlindən alınmışdır. Bölmədə ona narahat olmamasını, onu CM-in 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklərini demişlər. Halbuki onu həmin vaxt CM-in 234.1-1-ci maddəsi ilə rəsmiləşdirmişlər, sonra isə Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ortaya çıxmışdır. Şəxsi axtarış zamanı da ona əgər videoçəkiliş aparılarkən üzərindən metamfetamin çıxmasını deməsə, yoldaşını da gətirib onun da üzərinə maddə qoyacaqlarını bildirmişlər. Onun üzərinə bir bükümdə, 3 qrama yaxın çəkidə metamfetamin qoymuşlar, sonra da bunu boynuna götürsə, mənzilindən çıxartmayacaqlarını, lakin avtomobilinə qoyacaqlarını, guya 0,5 qram metamfetamin və marixuananın avtomobilində ayaqaltından aşkar edəcəklərini demişlər. Orada hal şahidi olmamışdır, ancaq videoçəkiliş olmuşdur. Videoçəkiliş zamanı da o, həmin maddələrin ondan çıxdığını təsdiq etmişdir. Səbəb də yoldaşını vəziyyətdən çıxarmaq olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, bir ilə yaxın müddətdir narkotik vasitələrdən istifadə edir. Bu maddələrin düşkünü olmuşdur. Həmin ərəfədə sürücü işləmişdir. Marixuanadan, bəzi vaxtlarda metamfetamindən də istifadə etmişdir, lakin sonra çəkilmişdir. Hər gün narkotik vasitə istifadə etməmişdir. Ayda bir dəfə istifadə etmiş, bəzən də 2-3 ay ara vermişdir. Müalicə almamışdır. Narkotik vasitəni və psixotrop maddəni İran vətəndaşından almışdır. İran vətəndaşı ilə sosial şəbəkədə tanış olmuş, “WhatsApp” yazışmaları olmuşdur. Dostlarına, tanışlarına, tanıdığı başqa kiməsə narkotik vasitə, psixotrop maddə verdiyi hallar olmamışdır. Narkotik vasitənin qramını neçəyə aldığını artıq xatırlamır, üzərindən 5 ay keçmişdir. Narkotik vasitənin pulunu ona verilən karta atmışdır. İran vətəndaşından başqa kiminləsə “WhatsApp” vasitəsilə danışıqlarının olub-olmamasını hazırda xatırlamır, olduğunu güman edir. Satışla bağlı başqa şəxslərlə yazışmaları olmamışdır, lakin başqa məzmunda yazışmalar olmuşdur, hansı məzmunda olması hazırda yadında qalmamışdır. İttiham aktında göstərilən “WhatsApp” danışıqlarını təsdiq edir, orada Ağacan adlı şəxs ilə danışmışdır. Tutulmamışdan 2-3 gün qabaq 3 qram metamfetamin almışdır. Üzərində 0,5 qram metamfetamin olmuşdur. Qalan 2,5 qram metamfetamini istifadə etmişdir. 2,5 qram metamfetamini bir dəfəyə istifadə etmişdir. O, Ağacan adlı şəxslə danışarkən narkotik vasitənin təsiri altında olmuşdur. Ağacanla apardığı danışığının məzmununu hazırda xatırlamır. Polis əməkdaşlarının döymələri nəticəsində həyat yoldaşı bir çox xəsarət almışdır, hətta onkoloji xəstəliyi ilə bağlı keçirdiyi əməliyyatın tikişləri də sökülmüşdür. Onu apardıqları üçün arvadının bədəni üzərində gözlə görünən hansı xəsarətlərin olduğunu görə bilməmişdir. Avtomobilində olan metamfetamin ona məxsusdur. Polis əməkdaşları ona həyat yoldaşına görə mənzilinə narkotik vasitə qoymayacaqlarını demiş, üzərindən çıxmış metamfetamini hara qoya biləcəklərini soruşmuşlar. O da hara istəyirlərsə, qoya biləcəklərini demişdir. Polis əməkdaşları da avtomobilinə qoyacaqlarını, videoçəkiliş zamanı da onu deməli olduğunu bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin istifadəsi və daşınması ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, bununla bağlı rəhbərliyə məruzə edilmiş, daha sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o və Şahid2 iştirak etmişdir. Həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Rəşid Məmmədov küçəsində hərəkətdə olan zaman tərəflərindən saxlanılmışdır. Saxlanılarkən şəxsin yanında başqa heç kəs olmamışdır. Raminə özlərini təqdim etdikdən sonra onunla birlikdə bölməyə gəlməli olduğunu bildirmişlər. Bölmədə şəxsin üzərinə baxış keçirilmiş, baxış zamanı Raminin üzərindən metamfetamin aşkar edilmişdir. Daha sonra Raminin maşınına baxış keçirilmiş, maşına baxış keçirilən zaman metamfetamin aşkar olunmuşdur. Ramindən narkotik vasitələri nə üçün üzərində daşıdığını soruşduqda sonuncu, onlara şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupunda o və digər əməkdaş Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi təzyiq olmamışdır. Bölmədə şəxsin üzərinə narkotik vasitə yüklənməsi halı baş verməmişdir. Raminin bölmədə ailə üzvləri ilə hədələnməsi, Raminin arvadının polis əməkdaşları tərəfindən döyülməsi kimi halları baş verməmişdir. Şəxsin üzərinə baxış bölmədə həyata keçirilmişdir. Şəxsin maşınına da baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs hər hansı etiraz bildirməmişdir. Baxış zamanı şəxsin müdafiə hüququ qorunmuşdur. Onlar Təqsirləndirilən şəxs evində olmamışlar. Təqsirləndirilən şəxs Rəşid Məmmədov küçəsində saxlamışlar. Həmin küçə “Əcəmi” metrosuna yaxın ərazidə yerləşir. Raminin üzərinə baxış keçirdikdən neçə müddət sonra nəqliyyat vasitəsinə baxış keçirdiklərini xatırlamır. Ramin nəqliyyat vasitəsinin ona məxsus olduğunu özü etiraf etmişdir. Hətta narkotik vasitəni könüllü şəkildə çıxarıb onlara təqdim etmişdir. Raportda və ittiham aktında yazılanları təsdiq edir. Əməliyyat məlumatında Raminin narkotik vasitələrin satışı ilə məşğul olması da qeyd olunmuşdur, lakin o, ifadə verən zaman həmin məqamları ötürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi və verilən əlavə suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, saxlanılarkən Təqsirləndirilən şəxs qarşıı fiziki və psixi təzyiq olunmadığını, Raminin digər polis əməkdaşları tərəfindən döyülməsinə də şahidlik etmədiyini bildirdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndrilən şəxsin qonşusu X4 ifadəsində göstərdi ki, hadisə günü günorta saat 16-17 radələrində balkonda durub ətrafı izləmişdir. Onlar binanın dördüncü mərtəbəsində yaşamış, balkonları Ramingilin mənzilinin balkonu ilə üzbəüz olmuşdur. Bu zaman bir maşının binanın önündə dayandığını görmüşdür. Ramin əlləri qandallanmış vəziyyətdə maşından düşmüş, yanında da 4 nəfər qara rəngli köynəkdə adamlar olmuşdur. Onlar binaya daxil olmuşlar. Həmin vaxt onların nə etdiklərini izləmişdir, çünki Raminin əllərini bağlı vəziyyətdə görən zaman nə baş verdiyini öyrənmək istəmişdir. 4 nəfər şəxs Ramingilin yaşadığı mənzilin önündə durmuş, heç bir icazə almadan, qapını döymədən açarla kilidi açıb içəri daxil olmuşlar. Polis əməkdaşları içəri daxil olduqdan sonra o da qapının önündən çəkilmişdir. 10-15 dəqiqə sonra məhəlləyə düşmək qərarına gəlmişdir, çünki nəvəsi də həyətdə imiş, onun yanına getməli olmuşdur. Tam qapıdan çıxıb həyətə düşəndə Ramingilin mənzilindən səs-küy gəldiyini eşitmişdir. Bir qədər gözləyib gələn səsləri dinləmiş, həmin vaxt Raminin “vurmayın, döyməyin” deyərək qışqırdığını eşitmişdir. Daha sonra Raminin arvadı Təranənin “yalvarıram, vurmayın mənə, döyməyin” deyərək qışqırdığına şahid olmuşdur. Tez qapıdan çəkilib məhəlləyə düşmüşdür. Bir qədər həyətdə gözləmiş, axşamtərəfi binadan 2 nəfər qara köynəkli şəxsin çıxdığını görmüşdür. Onlar Ramini də özləri ilə aparmışlar, lakin digər iki şəxs yanlarında olmamışdır. O da nəvəsini götürüb binaya daxil olmuşdur. Ramingilin mənzilində işıqların yanmadığını görmüş, Təranənin də səsini eşitməmişdir. Bir müddət sonra Ramingilin mənzilində işıqların yandığını görmüş və tez Təranənin yanına getmişdir. Qapını döydükdən sonra Təranə onu qarşılamışdır. Həmin vaxt Təranənin tamamilə pis vəziyyətdə olduğunu görmüşdür. Belə ki, bütün üzü yara içində imiş, təzyiqi də düşmüşdür. Təranənin özünə gələ bilməsi üçün iynə vurmuşdur. Təranədən nə baş verdiyini soruşduqda, sonuncu, evə gələn şəxslər tərəfindən döyüldüyünü demişdir. Təranəyə həmin şəxslərdən polislərə şikayət etməsini bildirmiş, Təranə isə onu döyən şəxslərin də polis olduğunu bildirib polisi polisə necə şikayət edə biləcəyi tərzində cavab vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən “Ramin” adlı şəxsin Bakı şəhəri Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, "Ramin” adlı şəxsin narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, daşıması, istifadə etməsi və satması barədə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə daxil olmuş məlumat əsasında onun şəxsiyyəti müəyyən edilərək xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, evli, əvvələr məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması bilinmişdir. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2024-cü il tarixdə, saat 19:00-da Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov 25 ünvanında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 3). - şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş bükümü, sol cibindən 1 ədəd "Redmi" markalı mobil telefonu və idarə etdiyi "Hyundai Elantra" markalı avtomobilin açarını çıxarıb masanın üzərinə qoymuş, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm barədə soruşulduqda, o, həmin bükümdə "patı" adlandırılan psixotrop maddə olduğunu, həmin maddədən istifadə etmədiyini, arada marixuana çəkdiyini, onu İran İslam Respublikasının vətəndaşından 130 manata alıb Sabunçu rayonu, Yeni Ramana kəndi ərazisində əldə etdiyini, həmin maddədən idarə etdiyi “Hyundai Elantra” markalı avtomobildə ayaqaltı tərəfdə də olduğunu bildirmişdir. Bundan sonra içərisində psixotrop maddəyə bənzər kütlə olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş "187" nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd mobil telefon iş üçün əhəmiyyətli olduğundan qablaşdırılıb götürülmüşdür. Saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən PŞ-yə gətirilən zaman və PŞ-də olduğu zaman hər hansı bir zorakılığın olubolmaması soruşulmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən PŞ-yə gətirilən və PŞ-də olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir (cild 1, iş vərəqi 48-50). - avtomaşına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 12 ünvanında yerləşən Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasının qarşısında saxlanılan, şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus “Hyundai Elantra” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş əşya və ya predmet olub-olmaması sual edildikdə, sonuncu, avtomobilin sürücü əyləşən hissəsində rezin ayaqaltının alt hissəsində 1 (bir) büküm "patı" və 1 (bir) büküm "nəşə" olmaqla 2 (iki) büküm narkotik vasitə olmasını bildirmiş, həmin bükülülər götürülərək açılmış, bükümlərdən birinin içərisində kristal şəkilli, digər bükümün içərisində isə narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Daha sonra avtomobilin digər yerlərinə baxış keçirilmiş, lakin avtomobildə iş üçün əhəmiyyət kəsb edən, eləcə də hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 53-54). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/1208 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs avtomob...” yazıları və imzalar olan kağız paketdəki torbacığın içərisində 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 0,58 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 01 (bir) ədəd bükümdə olduğu üçün eyni olub-olmaması sualına cavab verilmədi. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 65-68). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/3802 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N187” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 3,966 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N187” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunan...(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,467 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən və avtomobildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 4,433 qramdır və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 70-74). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, iş vərəqi 91-92). - maddi sübut qismində tanınma haqqında xx.xx.2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd sellofan kəsiyinə bükülmüş bükümdə olan 3,966 qram psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümdə olan 0,467 qram psixotrop maddə metamfetamin və 1 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş bükümdə çəkisi 0,58 qram narkotik vasitə marixuana maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 4,183 qram psixotrop maddə metamfetamin və 0,53 qram narkotik vasitə olan marixuana saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 122-123). - Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 9336 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 134). - 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, 1/2934 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə Bakı şəhəri 2 nömrəli X2 stasionar müalicə üçün müraciət etməmişdir (cild 1, iş vərəqi 135). - Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nəsimi RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini, avtomobilindən aşkar olunmuş psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi agentlər təlimatlandırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur (cild 1, iş vərəqi 136). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 137). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxışın gedişatı yazılmış 1 ədəd diskə baxış keçirildi. Diskdə birinci sırada yerləşən videogörüntüyə baxış keçirilən zaman müəyyən olundu ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu PŞ-nin təhqiqatçısı polis mayoru Rəşad Nuri tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 01 ədəd qara rəngli mobil telefon, 01 ədəd avtomobil açarı və şalvarın sağ yan cibindən 01 ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim olunmuş əşyalara baxış keçirilmiş, 01 ədəd mobil telefonun “Redmi” markalı olması, 01 ədəd açarın “Hyundai” markalı avtomobilə aid olması, 01 ədəd bükümün içərisində isə ağ rəngli kristalşəkilli kütlə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində "patı" adlandırdığı psixotrop maddə olduğunu, psixotrop maddədən istifadə etmədiyini, arada marixuana çəkdiyini, İran İslam Respublikasının vətəndaşından 130 manat müqabilində Sabunçu rayonu Ramana kəndi ərazisində əldə etdiyini, idarə etdiyi “Hyundai Elantra” markalı avtomobildə ayaqaltı tərəfdə də olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilmiş, bükümün içərisində ağ rəngli kristalşəkilli, psixotrop maddəyə bənzr kütlə olması müəyyən edilmiş, daha sonra həmin büküm qablaşdırılaraq götürülümşüdür. Diskdə üçüncü sırada yerləşən videogörüntüyə baxış keçirilən zaman müəyyən olundu ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu PŞ-nin təhqiqatçısı polis mayoru Rəşad Nuri tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs sual verildikdə, sonuncu avtomobilin ön sol qapısını açaraq ayaqaltıda olduğunu bildirmiş və göstərmişdir. Bundan sonra təhqiqatçı sürücü tərəfdə olan ayaqaltını qaldırıb altından 01 ədəd ağ rəngli büküm götürərək avtomobilin dam hissəsinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən avtomobilə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edəcək digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş büküm barədə sual verildikdə, sonuncu həmin bükümün içərisində "şüşə" adlandırılan psixotrop maddə və marixuana olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş həmin 01 ədəd bükümdəki kütlələri haradan əldə etməsi barədə sual verildikdə, sonuncu həmin kütlələri də İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Daha sonra həmin büküm qablaşdırılaraq götürülümşüdür (cild 1, iş vərəqi 141-142). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5087 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 147-148). - baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlar və antenn məlumatları ilə bağlı cinayət işi materiallarına əlavə edilmiş bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, bir ədəd diskdə aşağıdakı fayllar vardır: “Mexsusluq tarixchesi_998433626”; “Mushteri zenglerinin detallashmasi_MSİSDN_998433626”; “SMS detallashmasi_MSİSDN_998433626”; “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_998433626”. Diskdə olan məlumatlar təhlil olunarkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə narkotik vasitələrin satışına dair aşağıdakı məzmunda mesajların olması müəyyən olundu: “15qram sey war, 140manata vermey olar kimese vere bilsen hec 30man lazim deyil”; “Qaqaw dasin qalib pulnan isdiyen var”; “Qaqaw pati var sen 15iy kola gotur kamadan gel bize qaqawi qaldirdim bize Gelir”; “Gelirem sedmoya ne geder pull var dena ona uygun duzeldim”; “Kisi ol meni bloka niye qoymusan Men risk eliyib tema getirirem”; “Ramin pati var”. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir məlumat aşkar olunmamışdır (cild 1, iş vərəqi 162). - baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon “Redmi” markalı olmaqla, mobil telefonun qarşı hissəsi sensor ekrandan ibarətdir, telefonun arxa sol tərəfində kameraları vardır. Mobil telefon işlək vəziyyətdədir, işlənmişdir, üzərində işlənməsinə dair cızıqlar müşahidə olunur. Mobil telefonu işə salıb içərisində olan daxil olan və çıxan zənglərə, SMS-lərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmadı. Lakin mobil telefonun «Vatsapp» tətbiqinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs “Aram” adlı “+98 914 706 6873” nömrəli kontaktla aşağıda məzmunda səs yazılarının olması müəyyən olundu: “Aram” - abi sənin qadanalım onu hara qoymusan; Təqsirləndirilən şəxs - oxu hara işarəmişəm onu da ora qoymuşam; “Aram” - bildim, nağarsan, əldə 100 qram var bağlayıb qoyaq; Təqsirləndirilən şəxs - yaxşıyam, neynirsən xəbər yoxdu?; “Aram” - abi zəng edirəm, yığıram; Təqsirləndirilən şəxs - salam mənim ürəyim neynirsən nə var nə yox; “Aram” - Ramin bilirsən nə yadıma düşüb arada mənə ortaq deyirdine. Görüm səs atacaq. neynirsən nə var nə yox; “Aram” - abi sənin qadanalım o yerdə güclü gülümüzdən nə var qoy kuloka gör nə qədərdi; Təqsirləndirilən şəxs dəqiq orda belə djeyəkdə 700-750, çox güclüdü, arada qardaşında ordan bəhrələnir təmiz 700 yerdədi, 50yə dəymə 50 qaqanındı; “Aram” - 700 dənə qoy bir yerə qadalım, 700 dənə təmiz çəkisi klakdan sonra 705 edersen, Təqsirləndirilən şəxs mənə pul göndərdə pulum yoxdu. Bundan başqa, Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə narkotik vasitələrin satışının həyata keçirməsi ilə bağlı səs yazıları və SMS yazışmaları, narkotik vasitələrin qoyulduğu yerlərin fotoşəkilləri vardır (cild 1, iş vərəqi 168). - sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd "Redmi" markalı mobil telefon və "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 01 ədəd disk maddi sübut kimi tanınmış, mobil telefon saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 01 ədəd diskin isə cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır (cild 1, iş vərəqi 169-179). - cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi İran İslam Respublikası vətəndaşı "Ağacan" adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata başqa cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 181-182). - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 vƏ 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 186-187). Beləliklə, məhkəmə hərtərəfli tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Ağacan” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi”ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittiham tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, saxlanılması, daşınması əməllərinin Təqsirləndirilən şəxs və “Ağacan” adlı şəxsin qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“şəxsiyyəti istintaqa məlum olmayan “Ağacan” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Ağacan” adlı şəxsin göstərişinə əsasən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən”) ibarətdir. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, daşınması, saxlanması üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda – CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq təqsirləndirilən şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə belə qərara gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı narkotik vasitəni və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar, qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində cəmi 0,5 qram psixotrop maddə metamfetamin olması, evində qanunsuz axtarış aparılması, polislər tərəfindən döyülməsi, qeyri-rəsmi həyat yoldaşının da polislər tərəfindən döyülməsi, həyat yoldaşının da cinayət məsuliyyətinə cəlb edilməsi hədəsi altında polislərlə razılaşıb 3 qram psixotrop maddənin üzərindən çıxarılmasına, habelə üzərində olan 0,5 qram metamfetaminin və marixuananın maşınına yerləşdirilməsinə razılıq verməsi, həmin maddələrin üzərindən və avtomobilindən çıxarılmasını etiraf etməsi, özünün narkotiklərin yalnız istifadəsi ilə məşğul olması, narkotiklərin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilmiş və o, üzərində olan psixotrop maddəni, maşında olan psixotrop maddəni və narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın və baxışın nəticəsinə dair müvafiq protokollar tərtib edilmiş və həmin protokollar təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ilkin ifadələr verərkən üzərindən və avtomobilindən aşkar edilmiş psixotrop maddəni İran İslam Respublikasının vətəndaşından 130 manata alıb Sabunçu rayonu, Yeni Ramana kəndi ərazisində əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilən və şöbədə olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Bundan başqa, cinayət işinə əlavə edilmiş məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən o, əməlini səmimi etiraf etmiş, peşman olduğunu, həmçinin polis əməkdaşlarından heç bir şikayətinin olmadığını bildirmişdir. Lakin o, istintaqın sonrakı mərhələsində və məhkəmədə polislər tərəfindən fiziki və psixi təzyiqlərə məruz qaldığını bildirmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun xəsarət almadığını bildirməsi, bədəni üzərində yeni xəsarətlərin aşkar olunmadığı barədə qeydlər aparıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlara dair müvafiq mobil operatordan əldə edilmiş SMS məlumatlarından isə müəyyən olunur ki, həm ona daxil olmuş, həm də onun göndərdiyi mesajlardan aşkar görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qonşusu X3 yaşadığı binanın pilləkənlərindn düşərkən Təqsirləndirilən şəxs yaşadığı mənzilindən onun qışqırtısını eşidib döyülməsini başa düşdüyü barədə məhkəmədə verdiyi ifadəyə tənqidi yanaşır və hesab edir ki, həmin şahid məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə qonşuluq münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüş və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişdir. Bundan başqa, həmin şahidin ifadələri ilə təqsirləndidilən şəxsin məhkəmədə verdiyi ifadələr arasında kəskin ziddiyyət müəyyən edilmişdir. Təqsirlənsdirilən şəxs ifadəsində özü və həyat yoldaşı evdə olarkən mənzillərinin qapısının döyüldüyünü, o, mənzilin qapısını ağarkən 5 polis əməkdaşının evə daxil olduğunu göstərmişdir. Şahid X4 isə hadisə günü evinin balkonunda durub ətrafı seyr edərkən bir maşının binanın önündə dayandığını, Təqsirləndirilən şəxs əlləri qandallanmış vəziyyətdə maşından düşdüyünü, yanında da 4 nəfər qara rəngli köynəkdə adamlar olduğunu, onların binaya daxil olduqlarını, sonradan Raminin həyat yoldaşı ilə söhbət edərkən həmin şəxslərin polis əməkdaşları olduğunu dediyini bildirmişdir. Bundan başqa, həmin şahidin Təqsirləndirilən şəxs iddia edilən döyülmə səhnəsinə şahid olmadığını, bunu təqsirləndrilən şəxsin həyat yoldaşının söyləməsinə əsasən müəyyən etdiyini göstərmişdir. Qeyd edilən səbəblərdən məhkəmə həmin şahidin məhkəmədə vediyi ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəsi ilə narkotik vasitələrin alqı-satqısı ilə bağlı aparılmış sms yazışmalarını, ondan aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində zamanı verdiyi narkotiklərin əldə edilib saxlanması ilə bağlı etirafedici ifadələrini, həmin ifadələr müvafiq hissələrdə cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması tam sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Ləman Cəbrayıllı və xx.xx.2018-ci il təvəllüdlü Səid Cəbrayıllı adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 26 iyul 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23, 116-120, 229-232). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxsi kimi tutulduğu 24 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,183 qram psixotrop maddə metamfetamin və 0,53 qram narkotik vasitə olan marixuana məhv edilməli, iş materiallarında olan digər maddi sübutlar - Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Redmi" markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 192 (yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ümumi ittihamdan CM-nin 234.4.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,183 qram psixotrop maddə metamfetamin və 0,53 qram narkotik vasitə olan marixuana məhv edilsin. Digər maddi sübutlar – iş materiallarında olan, Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Redmi" markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. "xxxx" MMCdən əldə edilmiş 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 192 (yüz doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar