Məhkəmə qərarları › İş №1(101)-778/2019

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-778/2019

06.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-778/2019 06.12.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 iştirakı ilə, 3 İyul 1982-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, 3 yanvar 2014cü ildən "xxxx" Mənzil Kooperativin İdarə heyətinin sədri vəzifəsində işləmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, mənzil 26-da qeydiyyatdaolub,Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3 (Qurban Xəlilov küçəsi ev 6), mənzil 10-da yaşamış, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə, 5 iyun 1976-cı ildə Ağstafa rayonunun Həsənsu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" Mənzil Kooperativin komendantı işləmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirli bilinib 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağstafa rayonunun Həsənsu kəndində qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü ildən "xxxx" Mənzil-Tikinti Kooperativinin İdarə heyətinin sədri vəzifəsində işləyərkən, həmin Koperativin təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Kooperativin komendantı Təqsirləndirilən şəxs2 məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliklə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, öz qulluq mövqeyindən, yəni "xxxx" Mənziltikinti Kooperativinin nizamnaməsinə əsasən Kooperativi idarə etmək, onun fəaliyyətinə aid bütün məsələləri həll etmək, ümumi yığıncağı çağırmaqla sahibi tərəfindən satışa çıxarılmış payın digər şəxsə verilməsini rəsmiləşdirmək və sair səlahiyyətlərindən yararlanaraq özgənin əmlakını Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmə məqsədilə Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 6 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 3) 13-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 80,9 kv.metr olan 37 №-li mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.1999-cu il tarixli 023739 nömrəli orderi əsasında X4 adına rəsmiləşdirilərək sonuncunun arvadı Zərərçəkmiş şəxs3 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək göstərilən mənzilin güya Təqsirləndirilən şəxs2 məxsus olduğunu sonuncu ilə birlikdə yalandan deməklə aldadaraq, inandırmaq üçün xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat kontorunda 7E-13687 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən mənzilin Şahid2 adına keçirilməsi və sənədləşdirilməsinə razılıq verilməsi barədə ərizə təqdim etməklə, həmin mənzilin Kooperativin iclasının xx.xx.2015-ci il tarixli 03 nömrəli protokolu əsasında 157.300 ABŞ dollarına, həmin dövrün rəsmi məzənnəsi ilə 165.055 manata Zərərçəkmiş şəxs2 qanunsuz satıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin həmin binada yerləşən ofisində sonuncudan alaraq, ümumi cinayətkar niyyətə uyğun olaraq təkrarən vəzifəli şəxs kimi mənzilin Zərərçəkmiş şəxs2 oğlu Şahid2 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - Kooperativin iclasının xx.xx.2015-ci il tarixli 03 nömrəli protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışını imzası və Kooperativin möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs2 verib, aldığı 157.300 ABŞ dollarını, həmin dövrün rəsmi məzənnəsi ilə 165.055 manat pulu Təqsirləndirilən şəxs2lə aralarında bölməklə, təkrarən, qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 6 nömrəli binanın (İ.Quqaşınlı küçəsi 3) 15-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 44,3 kv.metr olan 41 №-li mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2002-ci il tarixli 001572 nömrəli orderi əsasında Zərərçəkmiş şəxs4 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək göstərilən mənzilin güya Təqsirləndirilən şəxs2 məxsus olduğunu sonuncu ilə birlikdə yalandan deməklə aldadaraq, inandırmaq üçün xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 44 saylı Notariat kontorunda 7E-10075 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən mənzilin Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsinə etiraz etməməsi barədə ərizə təqdim etməklə, həmin mənzilin Kooperativin iclasının xx.xx.2015-ci il tarixli 02 nömrəli protokolu əsasında 99.000 ABŞ dollarına, həmin dövrün rəsmi məzənnəsi ilə 103.920 manata yenidən Zərərçəkmiş şəxs2 qanunsuz satıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin həmin binada yerləşən ofisində sonuncudan alaraq, ümumi cinayətkar niyyətə uyğun olaraq, təkrarən vəzifəli şəxs kimi mənzilin Zərərçəkmiş şəxs2 satılması barədə Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - Kooperativin iclasının xx.xx.2015-ci il tarixli 02 nömrəli protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışını imzası və Kooperativin möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs2 verib, aldığı 99.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 103.920 manat pulu aralarında bölməklə, təkrarən, qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 8 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 4) 4-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 39,5 kv.metr olan 53 №-li mənzilin Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2004-cü il tarixli 005269 nömrəli orderi əsasında Musayeva Yaqut Allahverdi qızına məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək göstərilən mənzilin güya Təqsirləndirilən şəxs2 məxsus olduğunu sonuncu ilə birlikdə yalandan deməklə aldadaraq, inandırmaq üçün xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat kontorunda 7E-20454 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən mənzilin Şahid1 adına keçməsinə etiraz etməməsi barədə ərizə təqdim etməklə, həmin mənzilin Kooperativin iclasının xx.xx.2015-ci il tarixli 05 nömrəli protokolu əsasında 90.000 ABŞ dollarına, həmin dövrün rəsmi məzənnəsi ilə 94.536 manata Zərərçəkmiş şəxs1 qanunsuz satıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin həmin binada yerləşən ofisində sonuncudan alaraq, ümumi cinayətkar niyyətə uyğun olaraq vəzifəli şəxs kimi mənzilin Zərərçəkmiş şəxs1 qohumu Şahid1 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - Kooperativin iclasının xx.xx.2015-ci il tarixli 05 nömrəli protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışını imzası və Kooperativin möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs1 verib, aldığı 90.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 94.536 manat pulu Təqsirləndirilən şəxs2lə aralarında bölməklə, həmçinin, Şahid3 həmin mənzili xx.xx.2016-cı il tarixdə 150.000 manata Zərərçəkmiş şəxs5 satmaqla mənzilin Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2016-cı il tarixli 02 nömrəli sərəncamı əsasında Zərərçəkmiş şəxs5 adına rəsmiləşdirilməsi ilə, təkrarən, qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 8 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 4) 4-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 30,99 kv.m. olan 56 №li mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.1995-ci il tarixli 022975 nömrəli orderi əsasında X1, sonuncunun vəfat etməsi ilə əlaqədar olaraq qeyd olunan mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 175 №-li sərəncamı ilə arvadı Zərərçəkmiş şəxs6 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək göstərilən mənzilin güya Təqsirləndirilən şəxs2 məxsus olduğunu sonuncu ilə birlikdə yalandan deməklə aldadaraq, inandırmaq üçün xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat kontorunda 7E-16222 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən mənzilin Şahid1 xeyrinə imtina edilməsi barədə ərizə təqdim etməklə, həmin mənzilin Kooperativin iclasının xx.xx.2015-ci il tarixli 04 nömrəli protokolu əsasında 90.000 ABŞ dollarına, həmin dövrün rəsmi məzənnəsi ilə 94.599 manata yenidən Zərərçəkmiş şəxs1 qanunsuz satıb, həmin pul vəsaitini göstərilən tarixdə kooperativin həmin binada yerləşən ofisində sonuncudan alaraq, ümumi cinayətkar niyyətə uyğun olaraq təkrarən vəzifəli şəxs kimi mənzilin Zərərçəkmiş şəxs1 qohumu Şahid1 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - Kooperativin iclasının xx.xx.2015-ci il tarixli 04 nömrəli protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışını imzası və Kooperativin möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs1 verib, aldığı 90.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 94.599 manat pulu Təqsirləndirilən şəxs2lə aralarında bölməklə, təkrarən, qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsində inşa edilmiş həmin binanın yanında iş mərkəzi, yəni qeyri-yaşayış binası inşa edəcəyini yalandan Zərərçəkmiş şəxs1 bildirib binanın tikintisi üçün pul lazım olduğunu, həmin qeyri-yaşayış sahəsindən ona da yer verəcəyini inandıraraq ona olan inam və etimadından suiistifadə etməklə 2017-ci ilin oktyabr ayında sonuncudan 65.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 110.513 manat pulu Kooperativin ofisində alaraq, aldığı həmin məbləği Təqsirləndirilən şəxs2lə aralarında bölməklə, özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, cəmi 4 mənzili və qeyri-yaşayış sahəsini 2 fiziki şəxsə qanunsuz satmaqla qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2lə birlikdə öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgələrin, yəni Zərərçəkmiş şəxs2 2 epizod üzrə 165.055 manat və 103.920 manat, Zərərçəkmiş şəxs1 3 epizod üzrə 94.536 manat, 94.599 manat və 110.513 manat məbləğində əmlaklarını ələ keçirib onlara külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs2 cinayətin törədilməsinə məsləhətləri və məlumatları, habelə maneləri aradan qaldırmaqda, yəni müştərilərin tapılması, onların sənədlərinin əldə olunaraq özünə təqdim olunması, özünün satılacaq mənzilin sahibi kimi təqdim edilməsi, notarial qaydada mənzildən imtina barədə ərizənin təqdim edilməsində ifadə olunan köməkçiliyi ilə tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs2 eyni xarakterli köməkçiliyi ilə 4 mənzilin mülkiyyətçisi olan 4 fiziki şəxsin, o cümlədən Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 faktiki olaraq mənzildən istifadə hüququndan məhrum etməklə onların əmlak hüquqlarını mütləq şəkildə pozub ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs2 "xxxx" Mənzil-tikinti Kooperativinin komendantı işləyərkən vəzifəli şəxs olan həmin Kooperativin İdarə heyətinin sədri Təqsirləndirilən şəxs1 onun "xxxx" Mənzil-tikinti Kooperativinin nizamnaməsinə əsasən Kooperativi idarə etmək, onun fəaliyyətinə aid bütün məsələləri həll etmək, ümumi yığıncağı çağırmaqla sahibi tərəfindən satışa çıxarılmış payın digər şəxsə verilməsini rəsmiləşdirmək və sair səlahiyyətlərindən yararlanaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və onun üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsinə məsləhətləri və məlumatları ilə, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliklə, həmçinin, özgənin əmlakını Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 6 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 3) 13-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 80,9 kv.m. olan 37 №-li mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.1999-cu il tarixli 023739 nömrəli orderi əsasında X4 adına rəsmiləşdirilərək sonuncunun arvadı Zərərçəkmiş şəxs3 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək göstərilən mənzilin güya özünə məxsus olduğunu Təqsirləndirilən şəxs1la birlikdə yalandan deməklə aldadaraq, inandırmaq üçün xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat kontorunda 7E-13687 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş özü tərəfindən mənzilin Şahid2 adına keçirilməsi və sənədləşdirilməsinə razılıq verilməsi barədə ərizə təqdim etməklə, həmin mənzilin Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2015-ci ildə 157.300 ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 165.055 manata Zərərçəkmiş şəxs2 qanunsuz satılıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncudan cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə alaraq, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq qeyd edilən qaydada köməkçiliyi ilə Kooperativin sədri Təqsirləndirilən şəxs1 məzmununa tamah niyyəti ilə biləbilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiqlədiyi saxta rəsmi sənədlərin-mənzilin Zərərçəkmiş şəxs2 oğlu Şahid2 adına rəsmiləşdirilməsi barədə qeyd olunan Kooperativin iclasının xx.xx.2015-ci il tarixli 03 nömrəli protokolunun, həmin tarixli protokoldan çıxarışının, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışının Təqsirləndirilən şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 verilməsinə nail olmaqla, sonuncunun 157.300 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 165.055 manat pulunu Təqsirləndirilən şəxs1la aralarında bölməklə, təkrarən, həmin vəzifədə işləyərkən vəzifəli şəxs olan həmin Kooperativin İdarə heyətinin sədri Təqsirləndirilən şəxs1 onun "xxxx" Mənzil-tikinti Kooperativinin nizamnaməsinə əsasən Kooperativi idarə etmək, onun fəaliyyətinə aid bütün məsələləri həll etmək, ümumi yığıncağı çağırmaqla sahibi tərəfindən satışa çıxarılmış payın digər şəxsə verilməsini rəsmiləşdirmək və sairsəlahiyyətlərindən yararlanaraq xidməti vəzifələrinin icrası ilə əlaqədarözüvəonunüçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsinə məsləhətləri və məlumatları ilə, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliklə, həmçinin, özgənin əmlakını Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 6 nömrəli binanın (İ.Quqaşınlı küçəsi 3) 15-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 44,3 kv.m. olan 41 №-li mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2002-ci il tarixli 001572 nömrəli orderi əsasında Zərərçəkmiş şəxs4 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək göstərilən mənzilin güya özünə məxsus olduğunu Təqsirləndirilən şəxs1la birlikdə yalandan deməklə aldadaraq, inandırmaq üçün xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 44 saylı Notariat kontorunda 7E-10075 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişözütərəfindən mənzilin Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsinə etiraz etməməsi barədə ərizə təqdim etməklə, həmin mənzilin Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2015-ci ildə 99.000 ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 103.920 manata yenidən Zərərçəkmiş şəxs2 qanunsuz satılıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncudan cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 vasitəsilə alaraq, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq qeyd edilən qaydada köməkçiliyi ilə Kooperativin sədri Təqsirləndirilən şəxs1 məzmununa tamah niyyəti ilə biləbilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiqlədiyi saxta rəsmi sənədlərin-mənzilin Zərərçəkmiş şəxs2 satılması barədə qeyd olunan Kooperativin iclasının xx.xx.2015-ci il tarixli 02 nömrəli protokolunun, həmin tarixli protokoldan çıxarışının, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışının Təqsirləndirilən şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 verilməsinə nail olmaqla, sonuncunun 99.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 103.920 manat pulunu Təqsirləndirilən şəxs1la aralarında bölməklə, təkrarən, həmin vəzifədə işləyərkən vəzifəli şəxs olan həmin Kooperativin İdarə heyətinin sədri Təqsirləndirilən şəxs1 onun "xxxx" Mənzil-tikinti Kooperativinin nizamnaməsinə əsasən Kooperativi idarə etmək, onun fəaliyyətinə aid bütün məsələləri həll etmək, ümumi yığıncağı çağırmaqla sahibi tərəfindən satışa çıxarılmış payın digər şəxsəverilməsini rəsmiləşdirməkvə sairsəlahiyyətlərindən yararlanaraq xidməti vəzifələrininicrasıilə əlaqədar özüvəonunüçünqanunsuzüstünlükəldəetməkməqsədiləqulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsinə məsləhətləri və məlumatları ilə, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliklə, həmçinin, özgənin əmlakını Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 8 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 4) 4-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 39,5 kv.m. olan 53 №-li mənzilin Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2004cü il tarixli 005269 nömrəli orderi əsasında Şahid3 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək göstərilən mənzilin güya özünə məxsus olduğunu Təqsirləndirilən şəxs1la birlikdə yalandan deməklə aldadaraq, inandırmaq üçün xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat kontorunda 7E-20454 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş özü tərəfindən mənzilin Şahid1 adına keçməsinə etiraz etməməsi barədə ərizə təqdim etməklə, həmin mənzilin Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2015-ci ildə 90.000 ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 94.536 manata Zərərçəkmiş şəxs1 qanunsuz satılıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncudan cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 vasitəsilə alaraq, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq qeyd edilən qaydada köməkçiliyi ilə Kooperativin sədri Təqsirləndirilən şəxs1 məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiqlədiyi saxta rəsmi sənədlərin - mənzilin Zərərçəkmiş şəxs1 qohumu Şahid1 adına rəsmiləşdirilməsi barədə qeyd olunan Kooperativin iclasının xx.xx.2015-ci il tarixli 05 nömrəli protokolunun, həmin tarixli protokoldan çıxarışının, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışının Təqsirləndirilən şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 verilməsinə nail olub, sonuncunun 90.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 94.536 manat pulunu Təqsirləndirilən şəxs1la aralarında bölməklə, həmçinin, Şahid3 həmin mənzili xx.xx.2016-cı il tarixdə 150.000 manata Zərərçəkmiş şəxs5 satmaqla mənzilin Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2016-cı il tarixli 02 nömrəli sərəncamı əsasında Zərərçəkmiş şəxs5 adına rəsmiləşdirilməsi ilə, təkrarən, həminvəzifədə işləyərkən vəzifəli şəxs olan həmin Kooperativin İdarə heyətinin sədri Təqsirləndirilən şəxs1 onun "xxxx" Mənzil-tikinti Kooperativinin nizamnaməsinə əsasən Kooperativi idarə etmək, onun fəaliyyətinə aid bütün məsələləri həll etmək, ümumi yığıncağı çağırmaqla sahibi tərəfindən satışa çıxarılmış payın digər şəxsə verilməsini rəsmiləşdirmək və sair səlahiyyətlərindən yararlanaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və onun üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsinə məsləhətləri və məlumatları ilə, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliklə, həmçinin, özgənin əmlakını Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 8 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 4) 4-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 30,99 kv.m. olan 56 №-li mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.1995-ci il tarixli 022975 nömrəli orderi əsasında X1, sonuncunun vəfat etməsi ilə əlaqədar olaraq qeyd olunan mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 175 №-li sərəncamı ilə arvadı Zərərçəkmiş şəxs6 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək göstərilən mənzilin güya özünə məxsus olduğunu Təqsirləndirilən şəxs1la birlikdə yalandan deməklə aldadaraq, inandırmaq üçün xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat kontorunda 7E-16222 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş özü tərəfindən mənzilin Şahid1 xeyrinə imtina edilməsi barədə ərizə təqdim etməklə, həmin mənzilin Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2015-ci ildə 90.000 ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 94.599 manata yenidən Zərərçəkmiş şəxs1 qanunsuz satılıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncudan cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə alaraq, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq qeyd edilən qaydada köməkçiliyi ilə Kooperativin sədri Təqsirləndirilən şəxs1 məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiqlədiyi saxta rəsmi sənədlərin-mənzilin Zərərçəkmiş şəxs1 qohumu Şahid1 adına rəsmiləşdirilməsi barədə qeyd olunan Kooperativin iclasının xx.xx.2015-ci il tarixli 04 nömrəli protokolunun, həmin tarixli protokoldan çıxarışının, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışının Təqsirləndirilən şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 verilməsinə nail olmaqla, sonuncunun 90.000 ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 94.599 manat pulunu Təqsirləndirilən şəxs1la aralarında bölməklə, təkrarən, özgənin əmlakını Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə birləşib aralarındakı cinayətkar niyyətə uyğun olaraq, sonuncu ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsində inşa edilmiş həmin binanın yanında iş mərkəzi, yəni qeyri-yaşayış binası inşa edəcəklərini yalandan Zərərçəkmiş şəxs1 bildirib binanın tikintisi üçün pul lazım olduğunu, həmin qeyri-yaşayış sahəsindən ona da yer verəcəklərinə inandıraraq özlərinə olan inam və etibardan sui-istifadə etməklə 2017-ci ilin oktyabr ayında sonuncudan Təqsirləndirilən şəxs1 vasitəsilə 65.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 110.513 manat pulu Kooperativin ofisində alaraq, həmin pulu Təqsirləndirilən şəxs1la aralarında bölməklə, özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, cəmi 4 mənzilin və qeyri-yaşayış sahəsinin 2 fiziki şəxsə qanunsuz satılmaqla qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgələrin, yəni Zərərçəkmiş şəxs2 2 epizod üzrə 165.055 manat və 103.920 manat, Zərərçəkmiş şəxs1 3 epizod üzrə 94.536 manat, 94.599 manat və 110.513 manat məbləğində əmlaklarını ələ keçirib onlara külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 tərəfindən tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı və 4 mənzilin mülkiyyətçisi olan 4 fiziki şəxsin, o cümlədən Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 faktiki olaraq mənzildən istifadə hüququndan məhrum etməklə onların əmlak hüquqlarını mütləq şəkildə pozub ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərinin törədilməsində məsləhətləri və məlumatları, habelə maneləri aradan qaldırmaqda, yəni müştərilərin tapılması, onların sənədlərinin əldə olunaraq özünə təqdim olunması, özünün satılacaq mənzilin sahibi kimi təqdim edilməsi və notarial qaydada mənzildən imtina barədə ərizənin təqdim edilməsində ifadə olunan hərəkətləri ilə köməkçi qismində iştirak etmişdir. Məhkəməiclasındatəqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1onaAzərbaycanRespublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,2012-ci ildə 180.000 ABŞ dollarıborc pul götürüb ticarətlə məşğul olmağa başlamışdır. İşləri alınmadığından borcunu qaytara bilməmişdir. 2013-cü ildə "xxxx" Mənzil Tikinti Kooperativininsədri seçilmişdir. Borclarını qaytarmaqdan ötrü MTK-nın əvvəllər satılmış mənzillərini yenidən saxta sənədlərlə başqa şəxslərə satmağa başlamışdır. Həmin əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17yanvar 2019cu il tarixli hökmü iləAzərbaycan Respublikası CM-nin 178.3.2, 308.2və 313-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarəorqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14ilmüddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. MTK-nın sədri olduğu dövrdə başqa cinayətlər də törətmişdir. Belə ki, 2015-ci ilin İyul ayındaBakı şəhəri İ.Qutqaşınlı küçəsi4-də yerləşən ofisdə olarkənZərərçəkmiş şəxs2alıcı kimi gəlib, mənzillərlə maraqlanmışdır. Həmin ünvanda yerləşən 37 №-li 4 otaqlı mənzilin yalandan Təqsirləndirilən şəxs2a məxsus olmasını bildirib, Vurğuna 157.300 ABŞ dollarına təklif etmiş və sonuncu razılaşmışdır. Əslində isə həmin mənzil Elçin Əliyev adlı şəxsə məxsus olmuş, sonuncu öldüyündən mənzil həyat yoldaşına qalmışdır. İyulayının sonlarında VurğunoğluKamranla birlikdəmənzili almaq üçün onun yanına gəlmişdir. Yalandan mənzilin Eynura məxsus olmasını bildirdiyindən sonuncu notariusdamənzildə imtina ərizəyazmışdır. Bundan sonra ofisdəVurğunona 157.300 ABŞ dolları pul ödəmiş, o da mənzili sonuncunun oğluKamranın adına rəsmiləşdirmişdir. Mənzildə kirayəçi olduğunu bildirib, bir neçə ay Vurğuna kirayə pulu vermişdir. Bundan başqa,2015-ciilin avqust ayındaeyni qayda ilə Vurğuna 41 saylı mənzili 99.000 ABŞ dollarına satmışdır. Satdığı mənzilin sahibi Ehtiram adlı şəxs olmuşdur.2015-ci ilin noyabr ayında Vurğunun qardaşı Zərərçəkmiş şəxs1 satışdaolan mənzillərlə maraqlanmışdır. O, Zərərçəkmiş şəxs5 məxsus 53№-limənziliAzərə təklif etmişdir. 11noyabr 2015-ciiltarixdəmənzili 90.000 ABŞ dollarına saxta sənədlərlə Azərə satıb, sonuncunun qohumu Əfsər adlı şəxsin adınarəsmiləşdirmişdir. Mənzilin sahibi İmamSüleymanlıya təklif etmişdir ki, mənzili kirayə versin. Razılaşandan sonra sonuncuya kirayə pulu ödəmişdir. Eyni zamanda Azərə də mənzildə kirayəçi yaşadığını bildirib, bir müddət ona da kirayə pulu vermişdir. Həmin mənzilin Təqsirləndirilən şəxs2 məxsus olmasını bildirsə də, aldığı puldan ona verməmişdir. Bundan başqa, 2015-ci ilin noyabr ayının sonlarında Azər yenə də ofisdə ona 90.000 ABŞ dolları pul verib, 56 №-li mənzili almışdır. Həmin mənzilin sahibi Xalidə adlı qadın olmuş, sonuncuya mənzili kirayə verdiyini bildirmiş və aylıq kirayə pulu vermişdir. Eyni zamanda Azərə də mənzildə kirayəçi yaşadığını bildirib,ona da bir neçə ay kirayə pulu vermişdir. Zərərçəkmiş şəxslərə satdığı mənzillərin Təqsirləndirilən şəxs2 məxsus olmasını bildirsə də, pulları özü almış və sonuncuya pul verməmişdir. 2017-ci ildə Azərə qeyriyaşayış sahəsi tikəcəyini bildirib pul lazım olduğunu, ona da qeyri-yaşayış sahəsi verəcəyini vəd edib, sonuncudan 65.000 ABŞ dolları pul almışdır. Həmin il həbs edilmiş və barəsində cinayət işi başlanmışdır. İş materiallarına əlavə edilmiş protokollar, çıxarışlarda MTK-nın sədri qrafasındakı imzalar və maliyyə arayışlarındak əlyazmalar, sədr və mühasib qrafasındakı imzalar ona məxsusdur. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2008-ci ildən "xxxx" Mənzil Tikinti Kooperativində mühafizəçi işləməyə başlamışdır. 2014-cü ildən etibarən mənzillərin alğısatqısı ilə də məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 MTK-da işlədiyi dövrdən tanımışdır. Emil MTK-nın inşa etdiyi binada yaşamışdır. Emil "xxxx" MTK-nin sədri təyin olunan ərəfədə o, bina sakinlərindən aylıq kirayə mənzillər götürüb, həmin mənzilləri əcnəbi vətəndaşlara gündəlik kirayəyə verib pul qazanmışdır. Emil sədr təyin olunduqdan sonra 2015-ci ilin əvvəllərində ona kirayəyə götürdükləri evləri satmağı, əldə olunan pulla başqa iş qurmağı təklif etmişdir. O isə həbs ediləcəklərini bildirmişdir. Emil iş qurduqdan sonra aldatdıqları şəxslərin pullarını qaytaracaqlarını bildirib, 2 otaqlı mənzillərə görə ona 2000, 3 otaqlı mənzillərə görə isə 3000 manat pul verəcəyini vəd verib onu inandırmışdır. Emillə razılaşıb, kirayə götürdüyü mənzilləri satmağa başlamışlar. Emil onu MTK-nın komendantı kimi təqdim etmişdir. Zərərçəkmiş şəxslərin şikayətləri əsasında barəsində cinayət işi başlanılmış və iş məhkəməyə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin məhkum olunduğu cinayətlərdən əlavə başqa cinayətlər də törətmişdir. Belə ki, Emillə birlikdə 2015-ci ilin İyul ayındaZərərçəkmiş şəxs2 ünvan 1-də yerləşən binanın 37 №-li 4 otaqlı mənzilini 157.300 ABŞ dollarına, 2015-ci ilin avqust ayındaEmillə birlikdə Vurğuna həmin binanın 41saylımənzilini 99.000ABŞ dollarına satmışdır. 2015-ci ilin noyabrayındaZərərçəkmiş şəxs2 qardaşı Azərə binanın 53və 56 №-li mənzillərinin hər birini 90.000 ABŞ dollarına olmaqla 180.000 ABŞ dollarına satmışdır. Mənzillər başqa şəxslərə məxsus olsa da, Emil mənzillərin sahibi kimi onu təqdim etmişdir. Bundan başqa Emil həbs edilməmişdən 2-3 ay əvvəlqeyri-yaşayış sahəsi tikmək adı ilə Zərərçəkmiş şəxs1 65.000 ABŞ dollarıpul almışdır. İş materiallarında olan xx.xx.2015, xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015-ci il tarixliərizələrdəadvəsoyadınınqarşısındakıimzalaronaməxsusdur. xx.xx.2015, xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015-ci il tarixli ərizələrdə «Xuduyev» soyadını özü yazmışdır. xx.xx.2015 və xx.xx.2015-ci tarixli pul alınması ilə bağlı əlyazmalarda yazıları da özü icra etmiş, imzalar da ona məxsusdur.Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2015-ci ilin sentyabr-oktyabr aylarında özünə mənzil almaq istəmişdir. ünvan 1 ünvanında 53 nömrəli mənzilin satılmasını öyrənmişdir. Binanın yerləşdiyi ünvana gedib Təqsirləndirilən şəxs1la tanış olmuş, sonuncu ona MTK-nın idarə heyətinin sədri işlədiyini, mənzilin isə Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. Emil ona mənzilin 90.000 ABŞ dollarına satıldığını demişdir. Qiymət münasib olduğundan mənzilə baxmaq istəmiş, Eynur mənzili göstərərək əşyaları ilə birlikdə satdığını qeyd etmişdir. Mənzil xoşuna gəldiyindən almaq qərarına gəlmişdir. 11 noyabr 2015-ci ildə bacısının həyat yoldaşı Şahid1 ilə birlikdə MTK-nın ofisinə getmişdir. Məqsədi alacağı mənzili Əfsərin adına sənədləşdirmək olmuşdur. Ofisdə Təqsirləndirilən şəxs1la görüşmüşlər. Emil Eynuru çağırıb birlikdə Notariat kontoruna gedərək imtina ərizəsi yazdırmağını tapşırdığı üçün Eynur və Əfsərlə birlikdə Notariat kontoruna getmişlər. Orada Eynur güya özünə məxsus olan 53 nömrəli mənzildən Şahid1 xeyrinə imtina barədə ərizə yazmışdır. Sonra yenidən Təqsirləndirilən şəxs1 yanına qayıtmış, orada 90.000 ABŞ dollarını Təqsirləndirilən şəxs1 vermişdir. Emil pulu sayıb, ondan götürmüşdür. Təqsirləndirilən şəxs2 öz xətti ilə ondan 90.000 ABŞ dolları almasını təsdiq edən sənəd yazaraq ona vermişdir. Emil də 53 nömrəli mənzili Şahid1 adına sənədləşdirmişdir. Emil ona mənzilin kirayəyə verildiyini, istəyəcəyi təqdirdə kirayədə qalacağını, istəmədiyi təqdirdə isə 2 aydan sonra mənzili ona təhvil verəcəyini bildirmişdir. O, kirayəçilərin mənzildə qalmalarına etiraz etməmişdir. Emil 2 ay ərzində hər ay 500 manat olmaqla ümumilikdə 1000 manat kirayə pulu vermişdir. Sonradan kirayə pulunu istədikdə Emil narahat olmamağını, kirayədə qalan şəxsin burada olmadığını, gəldikdən sonra pulunu verəcəyini demişdir. Dəfələrlə mənzili satmaq istəsə də, Emil ona mənzili satmağa icazə verməmişdir. Bundan əlavə, mənzili aldıqdan bir həftə sonra Emil ona zəng edib, Eynurun başqa mənzili də olduğunu, ucuz qiymətə satdığını bildirmişdir. Qiymətini soruşduqda 90.000 ABŞ dollarına demişdir. 26 noyabr 2015-ci ildə Emilin ofisinə gedərək eyni qaydada ona 90.000 ABŞ dolları pul ödəyib, həmin binada yerləşən 2 otaqlı 56 nömrəli mənzili qohumu Əfsərin adına almışdır. Emil həmin mənzilin də kirayədə olduğunu deyib, iki ay ərzində ona 1000 manat kirayə pulu vermişdir. 2017-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 yanına çağırıb ona binanın həyətində olan qarajların yerində iş mərkəzi inşa etmək istədiyini, ona da həmin yerdən sahə verəcəyini bildirib, ona layihənin sənədlərini göstərmişdir. O, sənədlərlə tanış olduqda müvafiq dövlət orqanlarının möhürlərini görüb Emilə inanmışdır. Sonuncu özünə təcili 65.000 ABŞ dolları məbləğində pul lazım olduğunu, tez bir zamanda qaytaracağını bildirdiyindən ona həmin məbləği vermişdir. 2017-ci ilin noyabr ayında "xxxx"MTK ilə bağlı problemlər olduğunu, Emilin sakinlərin mənzillərini ayrı-ayrı şəxslərə satmasını və qaçıb gizləndiyini eşitmişdir. Sonuncunu axtarsa da tapa bilməmişdir. Sonradan Emil ona zəng edib, narahat olmamağını, yaxın günlərdə pulunu qaytaracağını söz versə də, pulunu qaytarmamışdır. Mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəməiclasındazərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2015-ci ilin İyul aylarında mənzil almaq qərarına gəlmişdir. ünvan 2 ünvanda 37 saylı mənzilin satılmasını öyrənmişdir. Həmin binanın yerləşdiyi ünvana gedib Təqsirləndirilən şəxs1la tanış olmuşdur. Emil MTK-nın idarə heyətinin sədri olduğunu, satılan mənzilin isə Təqsirləndirilən şəxs2 adlı şəxsə məxsus olmasını bildirmişdir. Emillə söhbət zamanı hündürmərtəbəli yaşayış binasının "xxxx" Mənzil Kooperativi tərəfindən inşa olunduğunu və mənzilin 157.300 ABŞ dollarına satıldığını öyrənmişdir. Qiyməti münasib olduğu üçün mənzilə baxmaq istədiyini bildirmişdir. Odur ki, Emil Eynuru yanına çağırıb, birlikdə mənzilə baxmağını bildirmişdir. Eynurla birlikdə 3-cü binanın 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 37 nömrəli mənzilə qalxmışlar. Eynur mənzili göstərərək əşyaları ilə birlikdə satdığını bildirmişdir. Mənzil təmirli olduğundan bəyənib almaq qərarına gəlmişdir. Emilə mənzili bəyəndiyini bildirib, mənzili saxlamağını demişdir. 30 iyul 2015-ci ildə oğlu Şahid2la birlikdə MTK-nın ofisinə gedib Emillə görüşmüşdür. Sonuncu Eynuru çağırıb birlikdə Notariat Kontoruna gedərək mənzildən imtina ərizəsi yazmağını tapşırmışdır. Eynur və Kamranla birlikdə Notariat Kontoruna getmişdir. Orada Eynur özünə məxsus 37 nömrəli mənzildən Şahid2 xeyrinə imtina ərizəsi yazmışdır. Sonra Emilin ofisinə qayıdıb, orada 157.300 ABŞ dolları pulu sonuncuya vermişdir. Emil 37 nömrəli mənzili oğlu Şahid2 adına sənədləşdirərək onlara protokol, protokoldan çıxarış və maliyyə arayışı vermişdir. Emil ona mənzilin kirayəyə verildiyini, istədiyi təqdirdə mənzilin kirayədə qalacağını, istəmədiyi təqdirdə isə mənzili iki aydan sonra ona təhvil verəcəyini söyləmişdir. O da kirayəçilərin qalmalarına razılıq verib, kirayə pulunu özünün alacağını bildirmişdir. 3-4 ay ərzində ümumilikdə Emildən 2600 manat kirayə pulu almışdır. Sonradan kirayə pulunu istədikdə Emil narahat olmamağını, kirayəçinin burada olmadığını, gəldikdən sonra pulunu verəcəyini demişdir. Mənzili aldıqdan bir həftə sonra Emil ona zəng edib, Eynurun başqa mənzili də olduğunu, 99.000 ABŞ dollarına satdığını bildirmişdir. O, həmin mənzili də almaq istədiyini bildirmişdir. 08 avqust 2015-ci ildə Təqsirləndirilən şəxs1 yanına gedərək eyni qaydada ona 99.000 ABŞ dolları pul ödəyərək həmin binada yerləşən iki otaqlı 41 nömrəli mənzili almışdır. Həmin mənzilə görə də 2 ay ərzində Emildən ümumilikdə 500 manat kirayə pulu almış, sonradan ona kirayə pulu verilməmişdir. 2017-ci ilin noyabr ayında Emil və Eynurun sakinlərin mənzillərini ayrıayrı şəxslərə satmasını və qaçıb gizlənməsini eşitmişdir. Mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2002-ci ildə Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 3 nömrəli evin 41-ci mənzilini almışvə ona Bakı şəhər İcra Hakimiyyətindən 11noyabr 2002-ci il tarixli 001572 nömrəli order verilmişdir. Bir müddət həmin mənzildə yaşamışdır. Təqsirləndirilən şəxs1 Kooperativin sədri kimi tanımış, qonşu kimi yaxın münasibətləri olmuşdur. Sonradan başqa yerə köçüb, mənzili kirayəyə verməyə başlamışdır. 2015-ci ilin əvvəllərində Emilin təklifi ilə mənzili 800 manata kirayəyə vermək üçün açarları sonuncuya təqdim etmişdir. Bundan sonra Emil ona hər ay 800 manat kirayə pulu vermişdir. 2017-ci ilin noyabr ayında Emilin ona məxsus mənzili bir neçə şəxsə saxta sənədlər əsasında satdığını eşitmişdir. Bakı şəhəri Yasamal rayonu, Q.Xəlilov (İ.Qutqaşınlı) küçəsi, 6 nömrəli evin 41-ci mənzilini (İ.Qutqaşınlı ev 3, mənzil 41) heç kimə satmamış, mənzil hazırda da ona məxsusdur. Zərərçəkmiş şəxs2 tanımır, mənzilin qanunsuz olaraq sonuncuya satılmasından məlumatı olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 1995-ci ildə həyat yoldaşı X2 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 4 №-li evin 56-cı mənzilini almışdır. Mənzilin əri X1 məxsus olması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən xx.xx.1995-ci il tarixli 022975 nömrəli order verilmişdir. 2001-ci ildə həyat yoldaşı Məhərrəm Hüseynov vəfat etmiş, üç il sonra mənzili öz adına sənədləşdirmişdir. 2015-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs2 təklifi ilə mənzili aylıq 300-500 manata kirayə vermək məqsədi ilə açarları sonuncuya vermişdir. 2017-ci ilin sentyabr-oktyabr ayında mənzilin telefon pulunu ödəmək üçün poçt şöbəsinə getmiş və telefon nömrəsinin Ağarəhim Heydərovun adına rəsmiləşdirildiyini öyrənmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs1 zəng etmiş, sonuncu narahat olmamağı, texniki problem yarandığını və özünün həll edəcəyini demişdir. Emilin həyacanlandığını hiss etdiyinə görə onun yanına gedib, məsələni dəqiqləşdirmişdir. Sonuncu mənzilini qanunsuz olaraq satdığını etiraf etmişdir. Təcili mənzilinin açarlarını gətirməsini tələb etmiş, lakin Emil mənzilin açarlarını vermədiyinə görə qapını sındıraraq içəri daxil olmuşdur. Həmin ərəfədə Ağarəhim Heydərovda ora gəlib, mənzilin ona məxsus olduğunu bildirmişdir. Sonuncu ilə mübahisəsi düşdüyünə görə Yasamal RPİ-nə müraciət etmişdir. Aralarında mübahisələr yarandığına görə Emil məcbur qalaraq öz bağ evlərini və müəyyən qədər pulu Ağarəhimə qaytarmışdır. Emil və ailə üzvləri ondan şikayət etməməyini xahiş etdikləri üçün ərizə yazaraq şikayəti olmadığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs1 onun mənzilini saxta sənədlər əsasında ayrı-ayrılıqda 5 nəfər şəxsə satdığını öyrənmişdir. Mənzil ona məxsusdur və heç kimə satmamışdır. Zərərçəkmiş şəxs1 tanımır. Həmin şəxsə mənzilinin qanunsuz olaraq satılmasından məlumatı olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki, 9 yanvar 2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 4 nömrəli evin 53-cü mənzilinin ilkin sahibi Şahid3 150.000 manata almışdır.Həmin mənzil Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmişdir. Mənzilin ilkin sahibi Şahid3 adına xx.xx.2004-cü il tarixli 005269 nömrəli order olduğuna görə həmin orderin ləğvi ilə bağlı Bakı şəhəri 1 saylı İnzibati-İqtisad Məhkəməsində iddia qaldırmış, məhkəmənin qətnaməsinə əsasən ilkin order ləğv edilmiş və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2016-cı il tarixli 025 nömrəli sərəncamı ilə mənzil adına rəsmiləşdirilmişdir. Mənzili alarkən MTK-nın İdarə heyətinin sədri Təqsirləndirilən şəxs1, komendantı isə Təqsirləndirilən şəxs2 olmuşdur. Bir müddət sonra mənzili kirayəyə vermək qərarına gəlmiş, bu məqsədlə açarları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vermişdir. 2016-cı ilin sentyabr ayında Təqsirləndirilən şəxs2 ona zəng edib, mənzili 500 manata kirayəyə istəyən olduğunu bildirmişdir. Eynura mənzili kirayəyə verməsini tapşırmışdır. Sonuncu 2016-cı ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayına kimi ona hər ay 500 manat olmaqla, ümumilikdə 6000 manat kirayə pulu vermişdir. 2017-ci ilin oktyabr ayında "xxxx" Mənzil-Tikinti Kooperativində olan mənzillərin bir neçə şəxsə satıldığını eşitmiş və mənzili ilə maraqlanmaq üçün binanın həyətinə gəlmişdir. X10 mənzilini saxta sənədlər əsasında bir neçə şəxsə satdıqlarını öyrənmişdir. Bakı şəhəri Yasamal rayonu, Q.Xəlilov (İ.Qutqaşınlı) küçəsi, 8 nömrəli evin 53-cü mənzil (İ.Qutqaşınlı ev 4, mənzil 53) ona məxsusdur, heç kimə satmamışdır. Zərərçəkmiş şəxs1 tanımır. Həmin şəxsə mənzilinin qanunsuz satılmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar ifadə verərək Zərərçəkmiş şəxs1 onun yanında hər mənzilə görə Təqsirləndirilən şəxs1 90.000 ABŞ dolları olmaqla, ümumilikdə 180.000 ABŞ dolları məbləğində pul verdiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar ifadə verərək Zərərçəkmiş şəxs2 ilk mənzilə görə Təqsirləndirilən şəxs1 157.300 ABŞ dolları pul verdiyini göstərdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid MusayevaYaqutAllahverdi qızının ifadəsindən görünür ki, 2004-cü ildə Bakı şəhəri Yasamal rayonu,İ.Qutqaşınlı küçəsi ev 4-də yerləşən 53 saylı mənzili almış, ona Bakı şəhər İcraHakimiyyətindən xx.xx.2004-cü il tarixli 005269 nömrəli order verilmişdir. Təqsirləndirilən şəxs1 MTK-nın sədri, Təqsirləndirilən şəxs2 isə komendant kimi tanımışdır. Çox vaxtlar mənzili kirayəyə vermişdir. 2016-cı ilin yanvar ayında həmin mənzili 150.000 manata Zərərçəkmiş şəxs5 satmışdır. Həmin mənzillə bağlı heç bir iddiası və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımır. Mənzilinin həmin şəxslərə satılmasından xəbəri olmamışdır. İşin 1-ci cildinin 16-18-ci vərəqələrindəki "xxxx" Mənzil-tikinti Kooperativinin 11noyabr 2015-ciil tarixli 5 nömrəli iclas protokolundan, protokoldan çıxarışdan və maliyyə arayışından görünür ki, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 4 nömrəli evin 53-cü mənziliTəqsirləndirilən şəxs2 imtina ərizəsi əsasında Şahid1 satılmışdır. İşin 1-ci cildinin 20-ci vərəqəsindəki Təqsirləndirilən şəxs2 adından yazılmış11noyabr 2015-ci il tarixli ərizənin surətindən görünür ki, sonuncu «ünvan 3 ünvanda yerləşən 53 saylı mənzilin Şahid1 adına keçirilməsinə etiraz etmir. İşin 1-ci cildinin 21-ci vərəqəsindəki 11noyabr 2015-ci il tarixli əlyazmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Şahid1 Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 4 ünvanında yerləşən 53 saylı iki otaqlı mənzilin alqı-satqısı ilə əlaqədar 90.000 ABŞ dolları pul almışdır. İşin 1-ci cildinin 22-24-cü vərəqələrindəki "xxxx" Mənzil-tikinti Kooperativinin 26noyabr 2015-ci il tarixli 4 nömrəli iclas protokolundan, protokoldan çıxarışdan və maliyyə arayışından görünür ki, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 4 nömrəli evin 56-cı mənziliTəqsirləndirilən şəxs2 imtina ərizəsi əsasında Şahid1 satılmışdır. İşin 1-ci cildinin 26-cı vərəqəsindəki Təqsirləndirilən şəxs2 adından yazılmış 26noyabr 2015-ci il tarixli ərizənin surətindən görünür ki, sonuncu «ünvan 3 ünvanda yerləşən 56 saylı mənzilindən Şahid1 xeyrinə imtina etmişdir. İşin 1-ci cildinin 27-ci vərəqəsindəki 26noyabr 2015-ci il tarixli əlyazmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Şahid1 Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 4 ünvanında yerləşən 56 saylı iki otaqlı mənzilin alqı-satqısı ilə əlaqədar 90.000 ABŞ dolları pul almışdır. İşin 1-ci cildinin 215-ci vərəqəsindəki BakışəhərİcraHakimiyyəti Başçısının Aparatının Mənzil Kooperativ Təsərrüfat İdarəsinin 22fevral 2016-cı il tarixli 2nömrəli sərəncamından görünür ki, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 4 nömrəli evin 53-cü mənzili Zərərçəkmiş şəxs5 məxsusdur. İşin1-cicildinin214-cüvərəqəsindəkiBakı şəhər İcraHakimiyyəti Başçısının Aparatının 19oktyabr 2004-cü il tarixli 005269 nömrəli orderinin surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 4 nömrəli evin 53-cü mənzili Şahid3 məxsus olmuşdur. İşin 1-ci cildinin 143-148-ci vərəqələrindəki Bakı şəhər İcra Hakimiyyəti Başçısının 9avqust 2004-cü il tarixli 175 saylı sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Mənzil Məsələləri üzrə İctimal Komissiyanın iclasının 8B nömrəli 5avqust 2004-cü il tarixli protokolundan görünür ki, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 4 nömrəli evin 56-cı mənzili Zərərçəkmiş şəxs6 məxsusdur. İşin 1-ci cildinin 85-87-ci vərəqələrindəki "xxxx" Mənzil-tikinti Kooperativinin 30 İyul 2015-ci il tarixli 3 nömrəli iclas protokolundan, protokoldan çıxarışdan və maliyyə arayışından görünür ki, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 nömrəli evin 37-ci mənziliTəqsirləndirilən şəxs2 imtina ərizəsi əsasında Şahid2 satılmışdır. İşin 1-cicildinin 88-ci vərəqəsindəki Təqsirləndirilən şəxs2 adından yazılmış 30İyul 2015-ci il tarixli ərizənin surətindən görünür ki, sonuncu «ünvan 4 ünvanında yerləşən 37 saylı mənzilin Şahid2 adına keçirilməsinə etiraz etmir. İşin 1-cicildinin 89-91-ci vərəqələrindəki "xxxx" Mənzil-tikinti Kooperativinin 8avqust 2015-ci il tarixli 2 nömrəli iclas protokolundan, protokoldan çıxarışdan və maliyyə arayışından görünür ki, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 nömrəli evin 41-ci mənziliTəqsirləndirilən şəxs2 imtina ərizəsi əsasında Zərərçəkmiş şəxs2 satılmışdır. İşin 1-cicildinin 92-ci vərəqəsindəki Təqsirləndirilən şəxs2 adından yazılmış 8avqust 2015-ci il tarixli ərizənin surətindən görünür ki, sonuncu «ünvan 4 ünvanda yerləşən 41 saylı mənzilin Zərərçəkmiş şəxs2 adına keçirilməsinə etiraz etmir. İşin 1-ci cildinin 189-cu vərəqəsindəki Bakı şəhər İcra Hakimiyyəti BaşçısınınAparatının11noyabr 2002-ciil tarixli 001572 nömrəli orderindən görünür ki, Bakı şəhəriYasamalrayonu,İ.Qutqaşınlı küçəsi, 3 nömrəli evin 41-ci mənzili Zərərçəkmiş şəxs4 məxsusdur. İşin 1-ci cildinin 254-cü vərəqəsindəki 5İyul 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28iyun 2016-cı il tarixdə ölmüşdür. İşin 1-ci cildinin 255-260-cı vərəqələrindəki Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 1sentyabr 1999-cu il tarixli 023739 nömrəli orderindən görünür ki, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 nömrəli evin 37-ci mənzili X5 məxsusdur və sonuncu vəfat etdiyindən vərəsəsi arvadı Zərərçəkmiş şəxs3 tanınmışdır. Məhkəmə-xəttşünaslıq ekspertizasının 11 iyun 2019-cu il tarixli 14640 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş "xxxx" MK-nın adına olan 11 noyabr 2015-ci il tarixli 5 saylı protokolun kserosurətində əks olunmuş «Təqsirləndirilən şəxs1» soyadının əvvəlindəki imza, 11 noyabr 2015ci il tarixli 5 saylı protokoldan çıxarışın kserosurətində əks olunmuş «Təqsirləndirilən şəxs1» soyadının əvvəlindəki imza, 26 noyabr 2015-ci il tarixli 4 saylı protokolun kserosurətində əks olunmuş «Təqsirləndirilən şəxs1» soyadının əvvəlindəki imza, 26 noyabr 2015-ci il tarixli 4 saylı protokoldan çıxarışın kserosurətində əks olunmuş «Təqsirləndirilən şəxs1» soyadının əvvəlindəki imza, 11 noyabr 2015-ci il tarixli maliyyə arayışının kserosurətində əks olunmuş «MK-01/05, 11 noyabr,15, Yasamal r-nu, İ.Qutqaşınlı, 4, 2(iki), 4, 84.7, 2, 53, Təqsirləndirilən şəxs2» yazılar və «Bakı MK-nın idarə heyətinin sədri», «Mühasib» qrafaları qarşısındakı imzalar və «Təqsirləndirilən şəxs1» yazıları, 26 noyabr 2015-ci il tarixli maliyyə arayışının kserosurətində əks olunmuş «MK- 01/05, 26 noyabr,15,Yasamal r-nu, İ.Qutqaşınlı, 4, 2(iki), 4, 84.7, 2, 56, Şahid1» yazılar və «Bakı MK-nın idarə heyətinin sədri», «Mühasib» qrafaları qarşısındakı imzalar və «Təqsirləndirilən şəxs1» yazıları, 30 İyul 2015-ci il tarixli protokolun kserosurətində əks olunmuş «Təqsirləndirilən şəxs1» soyadının əvvəlindəki imza, 30 İyul 2015-ci il tarixli protokoldan çıxarışın kserosurətində əks olunmuş «Təqsirləndirilən şəxs1» soyadının əvvəlindəki imza, 30 İyul 2015-ci il tarixli maliyyə arayışının kserosurətində əks olunmuş «MK-01/05, 30 İyul,15,Yasamal r-nu, İ.Qutqaşınlı, 3, 1(bir), 13, 136.8, 4, 37, Şahid2» yazılar və «Bakı MK-nın idarə heyətinin sədri», «Mühasib» qrafaları qarşısındakı imzalar və «Təqsirləndirilən şəxs1» yazıları, 8 avqust 2015-ci il tarixli protokolunkserosurətində əks olunmuş «Təqsirləndirilən şəxs1» soyadının əvvəlindəki imza,8 avqust 2015-ci il tarixli protokoldan çıxarışın kserosurətində əks olunmuş «Təqsirləndirilən şəxs1» soyadının əvvəlindəki imza, 8 avqust 2015-ci il tarixli maliyyə arayışının kserosurətində əks olunmuş «MK-01/05, 8 avqust,15, Yasamal r-nu, İ.Qutqaşınlı, 3, 1(bir), 15, 84.7, 2, 41, Zərərçəkmiş şəxs2» yazılar və «Bakı MK-nın idarə heyətinin sədri», «Mühasib» qrafaları qarşısındakı imzalar və «Təqsirləndirilən şəxs1» yazıları Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 adından olan 11 noyabr 2015-ci il tarixli, 26 noyabr 2015-ci il tarixli, 30 İyul 2015-ci il tarixli və 8 avqust 2015-ci il tarixli ərizələrin kserosurətlərində əks olunmuş «Xuduyev» yazıları və həmin yazıların əvvəlindəki imzalar, həmçinin 11 noyabr 2015-ci il tarixli qəbzin kserosurətində əks olunmuş «Mən Təqsirləndirilən şəxs2 AZE ********...» sözləri ilə başlayıb, «... 90 min (doxsan min dollar) aldım. İmza Təqsirləndirilən şəxs2» sözləri ilə bitən yazılar və «İmza» yazısı qarşısındakı imza və 26 noyabr 2015-ci il tarixli qəbzin kserosurətində əks olunmuş «Mən Təqsirləndirilən şəxs2 … ev 4, mən 56-da...» sözləri ilə başlayıb, «...İmza AZE ******** Xuduyev» sözləri ilə bitən yazılar və «İmza» yazısı qarşısındakı imza Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. İşin 1-ci cildinin 135-138-ci vərəqələrindəki Bakı şəhər İcra HakimiyyətininBaşçısından daxil olmuş xx.xx.2019-cu il tarixli 7-1394/17 nömrəli məktubundan, məktuba əlavə edilmiş sənədlərdənvə iş materiallarından görünür ki, "xxxx" Mənzil-tikinti Kooperativinə məxsus yaşayış binalarının tikinti işləri 15 noyabr 2000-ci il tarixdə yekunlaşdırılmış, həmin tarixdə istismara verilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 29 may 2008-ci il tarixli 301 saylı sərəncamı ilə Dövlət qəbul komissiyası yaradılmış və komissiyanın aktı 5 aprel 2017-ci il tarixli 143 nömrəli sərəncamla təsdiq edilmişdir. İşin 1-ci cildinin 231-239-cu vərəqələrindəki Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 800 saylı sərəncamı ilə qeydə alınmış "xxxx" Mənzil-tikinti Kooperativinin nizamnaməsindən görünür ki, Kooperativin əsas fəaliyyəti üzvlərin səy və ehtiyyatlarını könüllü birləşdirmək yolu ilə onların yaşayış sahəsinə olan ehtiyaclarını ödəməkdən, binalar təhvil verildikdən sonra onun idarə olunması, istismarı və təmir-tikinti işlərinin həyata keçirilməsindən ibarətdir. "xxxx" Mənzil-tikinti Kooperativinin Nizamnaməsinə əsasən İdarə heyətinin sədri Kooperativi idarə etməli, onun fəaliyyətinə aid bütün məsələləri həll etməli, ümumi yığıncağı çağırmaqla sahibi tərəfindən satışa çıxarılmış payın digər şəxsə verilməsini rəsmiləşdirməli və sair səlahiyyətləri icra etməlidir. İşin 1-ci cildinin 241-ci vərəqəsindəki 3 yanvar 2014-cü il tarixli MK-01/05 №-li protokolun surətindən görürür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü il tarixdən "xxxx" Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri vəzifəsində işləmişdir. İşin 2-ci cildinin 167-168-ci vərəqələrindəki 11 iyun 2019-cu il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Şahid1 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 5 saylı "xxxx" MKnın üzvlərinin ümumi yığıncağının protokolunun, protokoldan çıxarışın, eyni tarixli maliyyə arayışının surətləri, Şahid1 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 4 saylı "xxxx" MK-nın üzvlərinin ümumi yığıncağının protokolunun, protokoldan çıxarışın, eyni tarixli maliyyə arayışının surətləri, Şahid2 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 3 saylı "xxxx" MK-nın üzvlərinin ümumi yığıncağının protokolunun, protokoldan çıxarışın, eyni tarixli maliyyə arayışının surətləri, Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 2 saylı "xxxx"MK-nın üzvlərinin ümumi yığıncağının protokolunun, protokoldan çıxarışın, eyni tarixli maliyyə arayışının surətləri, Təqsirləndirilən şəxs2 adından yazılmış xx.xx.2015, xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015-ci il tarixli mənzillərdən imtina barədə ərizələrin surəti, Təqsirləndirilən şəxs2 adından yazılmış 90.000 ABŞ dolları pulun sonuncu tərəfindən Şahid1 alınması barədə xx.xx.2015 və xx.xx.2015-ci il tarixli əlyazmaların surətləri cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və özündə cinayət hadisəsinin izlərini saxladığına görə maddi sübut kimi tanınmışdır. İşin 1-ci cildinin 108, 276-345və 2-ci cildinin 59-98-civərəqələrindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsi, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü iləAzərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 may 2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. İşin 1-ci cildinin 109 və 2-ci cildinin 239-303-cü vərəqələrindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdəki Zərərçəkmiş şəxs1 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilənşəxslər Təqsirləndirilən şəxs1Eldar oğlu və Təqsirləndirilən şəxs2 onun xeyrinə 245.000 ABŞ dolları pulun tutulmasını xahiş edir. İşdəki zərərçəkmiş şəxs MəcidovVurğun Ağahüseyn oğlunun təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xeyrinə 256.300 ABŞ dolları pulun tutulmasını xahiş edir. İşdəki Zərərçəkmiş şəxs6 təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur, onlara yüngül cəza təyin edilməsini xahiş edir. İşdəki Zərərçəkmiş şəxs4 təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur, onlara yüngül cəza təyin edilməsini xahiş edir. Beləliklə məhkəmə, məhkəmə İstintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1787.3.2, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 178.3.2, 32.5, 308.2 və 32.5, 313-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirlərini təkzib edə biləcək hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə,Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 178.3.2, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə tövsif edilməklə, onlar həmin maddələrlə təqsirli bilinməlidirlər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə cəza təyin edilməli, CM-nin 75-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.5, 308.2-ci maddələri ilə cəza təyin edilməli, CM-nin 75-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı CMnin 32.5, 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və ona cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8,41.2və58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilikdərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıranhalları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumunislah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindənyeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsinə münasibətdə cinayətlərin təkrar, tamah məqsədi ilə və başqa cinayətin törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsini CMnin 61.1.1 və 61.1.6-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 32.5, 308.2-ci maddəsinə münasibətdə cinayətlərin təkrar, tamah məqsədi ilə və başqa cinayətin törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsini CM-nin 61.1.1 və 61.1.6-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə qanunun yuxarıda qeyd edilən göstərişini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri CM-nin 178.3.2-ci maddəsi ilə əlavə cəza da təyin edilməli, onlar dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməlidir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası və CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilməli, CM-nin 308.2-ci maddəsi ilə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrıayrılıqda qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə ona qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5 və 66.4-cü maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü iləona təyin edilmiş 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının əsas və əlavə cəzalarını ayrıayrılıqda qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirməklə Təqsirləndirilən şəxs1 qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 75-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və ona cəza təyin edilməməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2017-ci il tarixdən hesablanmalı, hazırda cəza çəkdiyindən barəsində həbs qətimkan tədbirinin seçilmədiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası və CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilməli, CM-nin 32.5, 308.2-ci maddəsi ilə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrıayrılıqda qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə ona qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5 və 66.4-cü maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü iləona təyin edilmiş 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının əsas və əlavə cəzalarını ayrıayrılıqda qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirməklə Təqsirləndirilən şəxs2 qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 75-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı CM-nin 32.5, 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və ona cəza təyin edilməməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 21 yanvar 2018-ci il tarixdən hesablanmalı, hazırda cəza çəkdiyindən barəsində həbs qətimkan tədbirinin seçilmədiyi nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərin mülki iddiaları qismən təmin edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada Zərərçəkmiş şəxs1 xeyrinə 299.648 manat, Zərərçəkmiş şəxs2 xeyrinə isə 269.975 manat pul tutulmalıdır. Maddi sübutlar: Şahid1 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 5 saylı "xxxx" MK-nın üzvlərinin ümumi yığıncağının protokolunun, protokoldan çıxarışın, eyni tarixli maliyyə arayışının surətləri, Şahid1 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 4 saylı "xxxx" MK-nın üzvlərinin ümumi yığıncağının protokolunun, protokoldan çıxarışın, eyni tarixli maliyyə arayışının surətləri, Şahid2 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 3 saylı "xxxx" MK-nın üzvlərinin ümumi yığıncağının protokolunun, protokoldan çıxarışın, eyni tarixli maliyyə arayışının surətləri, Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 2 saylı "xxxx" MK-nın üzvlərinin ümumi yığıncağının protokolunun, protokoldan çıxarışın, eyni tarixli maliyyə arayışının surətləri, Təqsirləndirilən şəxs2 adından yazılmış xx.xx.2015, xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015-ci il tarixli mənzillərdən imtina barədə ərizələrin surəti, Təqsirləndirilən şəxs2 adından yazılmış 90.000 ABŞ dolları məbləğində pulun sonuncu tərəfindən Şahid1 alınması barədə xx.xx.2015 və xx.xx.2015-ci il tarixli əlyazmaların surətləri iş materiallarında saxlanıldığı nəzərə alınmalıdır. Ekspertizatədqiqatınasərfedilmiş112 (yüz on iki) manattəqsirləndirilənşəxslərTəqsirləndirilən şəxs1vəTəqsirləndirilən şəxs2müştərəkqaydadadövlətnəfinətutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona CM-nin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.5 və 66.4-cü maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü iləona təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilən 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının əsas və əlavə cəzalarını ayrı-ayrılıqda qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2017-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 hazırda cəza çəkdiyindən onun barəsində həbs qətimkan tədbirinin seçilmədiyi nəzə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 178.3.2ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası, CM-nin 32.5, 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3 və 66.4cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.5 və 66.4-cü maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü iləona təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilən 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının əsas və əlavə cəzalarını ayrı-ayrılıqda qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı CM-nin 32.5, 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 21 yanvar 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 hazırda cəza çəkdiyindən barəsində həbs qətimkan tədbirinin seçilmədiyi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərin mülki iddiaları qismən təmin edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada Zərərçəkmiş şəxs1 xeyrinə 299.648 manat, Zərərçəkmiş şəxs2 xeyrinə isə 268.975 manat pul tutulsun. Maddi sübutlar: Şahid1 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 05 saylı "xxxx" MK-nın üzvlərinin ümumi yığıncağının protokolunun, protokoldan çıxarışın, eyni tarixli maliyyə arayışının surətləri, Şahid1 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 04 saylı "xxxx" MK-nın üzvlərinin ümumi yığıncağının protokolunun, protokoldan çıxarışın, eyni tarixli maliyyə arayışının surətləri, Şahid2 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 03 saylı "xxxx" MK-nın üzvlərinin ümumi yığıncağının protokolunun, protokoldan çıxarışın, eyni tarixli maliyyə arayışının surətləri, Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 02 saylı "xxxx" MK-nın üzvlərinin ümumi yığıncağının protokolunun, protokoldan çıxarışın, eyni tarixli maliyyə arayışının surətləri, Təqsirləndirilən şəxs2 adından yazılmış xx.xx.2015, xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015-ci il tarixli mənzillərdən imtina barədə ərizələrin surəti, Təqsirləndirilən şəxs2 adından yazılmış 90.000 ABŞ dolları məbləğində pulun sonuncu tərəfindən Şahid1 alınması barədə xx.xx.2015 və xx.xx.2015-ci il tarixli əlyazmaların surətləri iş materiallarında saxlanılması nəzərə alınsın. Ekspertizatədqiqatınasərfedilmiş 112 (yüz on iki) manattəqsirləndirilənşəxslərTəqsirləndirilən şəxs1vəTəqsirləndirilən şəxs2müştərəkqaydadadövlətnəfinətutulsun. Hökmdən elan olunduğu (məhkumlara isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar