Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-778/2021 17.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşamış, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs icarə əsasında verdiyi “KHAZAR” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilini sonuncu idarə etdiyi müddətdə yol hərəkəti qaydalarını pozduğuna görə tətbiq edilmiş 120 manat inzibati cəriməni ödəmədiyindən xx xxxxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində bu münasibətlərə aydınlıq gətirməsi üçün yaşadıqları Abşeron rayonu, Saray qəsəbəsi “Saray MTK”-nın 69 saylı yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs ilə görüşmüş, sonra isə heç kimin olmadığı yaşayış binasının arxasına keçib orada bu zəmində mübahisə edərkən özü ilə götürdüyü dəmir zəncirlə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona sol baldır (qamış və incik) sümüklərinin aşağı 1\3-nin qapalı, qəlpəli, yerdəyişən sınıqları, bel nahiyəsinin sağ yarısının və sol baldır nahiyəsinin orta aşağı 1/3nin qançırları, sol əlin ovuc səthinin, sol əlin arxa səthinin, sağ iç topuq nahiyəsinin sıyrıqları ilə nəticələnən ümumi əmək qabiliyyətinin 1\3 hissəsindən az olmamaqla daimi (dayanıqlı) itirilməsinə səbəb olmuş qəsdən sağalamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qonşusudur, sonuncu ilə münasibətləri bir qonşu kimi həmişə normal olmuşdur. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2020-ci ilin mart ayından özünə məxsus olan “Xəzər Lada” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilini Ülfət heç bir yerdə işləmədiyi üçün sonuncuya aylıq 450 manata icarəyə vermiş, həmin avtomobil ilə Ülfət taksi sürücüsü kimi fəaliyyət göstərmiş, lakin ona öncə işə gedib gəlmək üçün icarəyə götürdüyünü bildirmiş, aralarında heç bir rəsmi müqavilə olmamışdır. Ülfət avtomobili təxminən 4 ay sürdükdən sonra gətirib təhvil vermiş, o da avtomobili götürdükdən sonra avtomobilin 140 manat cəriməsi olduğunu görmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat təxminən 21 radələrində Ülfət ilə yaşadığı binanın qarşısında rastlaşmış, həmin vaxtı söhbət əsasında Ülfətdən radara verdiyi 140 manat pulu istəmişdir. Sonuncu da radara düşdüyü pulu verməyəcəyini dedikdən sonra o da Ülfətə öz etirazını bildirmişdir. Belə ki, aralarında olan razılığa görə avtomobili sürdüyü müddətdə radara düşərsə cərimələri Ülfət özü ödəməliymiş. Lakin Ülfət pulu ödəməyəcəyini dedikdən sonra bununla əlaqədar sonuncu ilə aralarında sözlü mübahisə baş vermiş, mübahisə zamanı Ülfətlə birlikdə binanın arxasına keçmişlər. Həmin vaxt Ülfət yerdən götürdüyü taxta parçası ilə onun kürəyinə vurmuş, o da yerdən zəncir parçası götürüb Ülfətin sol ayağına vurmuşdur. Zərbədən Ülfət yerə yıxılmış, sonradan Ülfətin ayağının sındığını görüb, dərhal Sumqayıt şəhər xəstəxanasına aparmış və orada həkimlər Ülfətə ilkin tibbi yardım göstərmişlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxtı binanın arxasında həyətdə qonşuları Həsən və Fariz olmuş və sonuncular Ülfətin onu vurmasını görmüşlər. Ülfət onun avtomobilini sürərkən 140 manat məbləğində qayda pozuntuları etdiyi üçün radara düşmüş, o da həmin avtomobilin radar cərimə borcunu ödəmiş, lakin Ülfət onun pulunu verməkdən boyun qaçırır. Ülfəti söyüb təhqir etməmiş, Ülfəti zəncirlə vurduqdan sonra zənciri zibilliyə tullamışdır. Ülfətin müalicəsinə təxminən 2300 manat pul xərcləmiş, bütün müalicə xərcini özü qarşılamışdır. Əməlindən peşmandır, Ülfətlə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir (iş vərəqə: səh. 47-49). Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşamış, sonuncu ilə münasibətləri bir qonşu kimi həmişə normal olmuşdur. 2020-ci ilin mart ayından Təqsirləndirilən şəxs məxsus olan Xəzər Lada markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili aylıq 450 manata icarəyə götürərək sürmüş, lakin aralarında heç bir rəsmi müqavilə olmamışdır. O, həmin avtomobili sürdüyü vaxt bir dəfə radara düşümş, həmin radarın pulunu da ödəmişdir. Bundan təxminən 2 ay sonra yenə avtomobili idarə etdiyi vaxt radara düşmüş, bu zaman SMS Oqtayin özünə getdiyi üçün sonuncu ona 120 manat avtomobil cəriməsini ödəməsini bildirmişdir. O da Oqtaya təqaüdünü alıb ödəyəcəyini demiş, sonra bir neçə dəfə Oqtayla bunun üstündə aralarında mübahisələr olmuşdur. Müvafiq pandemiya xəstəliyinə görə işləyə bilməmiş, bu səbəbdən də radarı ödəyə bilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat təxminən 21 radələrində yaşadığı 69 saylı binanın qarşısında əyləşmiş, bu zaman 2 nəfər qonşuluqda yaşayan uşaq ona yaxınlaşmış, Oqtayın onu çağırdığını demişlər. O da Oqtayın yaşadığı binanın qarşısına getmişdir. Bu zaman Oqtay ondan pulu ödəməməsinin səbəbini soruşmuş, bu səbəbdən də aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Oqtay onun ünvanına nəlayiq ifadələr işlətməyə başlamış, o da Oktaya «gəl keçək binanın arxasına heç kim olmayan yerə, burada bizim mübahisəmizi qonşular eşidər» demişdir. Sonra Oqtayla birlikdə binanın arxasına keçmişlər. Həmin vaxtı yanlarında başqa heç kəs olmamış, Oqtay binanın arxasına keçəndə özü ilə dəmir zəncir götürmüşdür. O, binanın arxasında Oqtayla ikilikdə olduqda sonuncuya yaxınlaşıb ona iradını bildirərkən sonuncu əlində olan dəmir zəncirlə onun bel nahiyyəsindən və ayaq nahiyyəsindən vurmuş, həmin vaxt ayağında bərk ağrılar olduğu üçün yerə yıxılmışdır. Oqtay isə xəsarət alaraq yıxıldığını görüb onu özünə məxsus olan avtomobil ilə Sumqayıt şəhərində yerləşən Sumqayıt şəhər TTY xəstəxanasına aparmış, orada həkimlər ona ilkin tibbi yardım göstərmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, Oqtay onu vurarkən yanında heç kim olmamış, sonradan Oqtay özü onu xəstəxanaya aparmışdır. Aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxtı binanın arxasına çəkildikləri üçün Oqtayın onu vurmasını heç kim görməmişdir. Hadisə vaxtı Oqtayı vurmamış və heç bir bədən xəsarəti yetirməmiş, əlində taxta parçası olmamışdır. Təqsirləndirilən şəxs onun bütün müalicə xərclərini qarşılamış, o, Oqtayla barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşularıdır və onlarla münasibəti bir qonşu kimi həmişə normal olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 21 radələrində yaşadığı binanın həyətində skamyada əyləşmiş, bu zaman 69 saylı binanın qarşısında qonşuları Oqtay və Ülfətin sözlə mübahisə etdiyini görmüşdür. Həmin vaxtı sonunculara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, bu zaman Oqtay ona özünə məxsus avtomobili Ülfətə arendaya verdiyini, lakin avtomobili qaytarsa da Ülfət 120 manat radar borcunu ödəmək istəmədiyini bildirmiş, o da sonuncuları sakitləşdirmək istəmişdir. X3 mübahisəsinin əlbəyaxa dava-dalaşa çevrilcəyini görüb onlara gedib hər ikisinin oturub söhbət etmələrini məsləhət görmüşdür. Bundan sonra, onların hər ikisi bınanın arxasına keçmiş, o da bir qədər sonra evinə getmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, təxminən 15-20 dəqiqədən sonra Oqtay ona zəng vuraraq Ülfəti vurduğunu və sonuncunun ayağının sındığını bildirmiş, xəstəxanaya aparmaq lazım olduğunu demişdir. O da aşagı düşüb digər qonşusu Fariz ilə birlikdə Ülfəti xəstəxanaya aparmış, orada həkimlər Ülfətə ilkin tibbi yardım göstərmişlər. Ülfət və Oqtay mübahisə edərkən onların yanında ondan və Farizdən başqa heç kim olmamış, o, sonuncuların mübahisə etmələrini görmüş, lakin aralarında olan mübahisəni təklikdə həll etmələrini məsləhət görmüşdür. Onların arasında olan mübahisənin səbəbi isə Ülfətin Oqtayın avtomobilinin 120 manat cərimə borcunu ödəməməsi olmuşdur. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 şahid ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid2 tədqiq edilən həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşularıdır. Onlarla münasibəti bir qonşu kimi həmişə normal olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 21 radələrində yaşadığı binanın həyətində olmuş, bu zaman 69 saylı binanın qarşısında qonşuları Oqtay və Ülfətin sözlə mübahisə etdiyini görmüş, həmin vaxtı onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Bu zaman Oqtay ona özünə məxsus avtomobili Ülfətə arendaya verdiyini, lakin avtomobili qaytarsa da Ülfətin 120 manat radar borcunu ödəmək istəmədiyini demişdir. O da sonuncuları sakitləşdirmək istəmiş, lakin onların mübahisəsinin əlbəyaxa dava-dalaşa çevriləcəyini görmüşdür. O da həyətdə olan ailə üzvülərini evinə aparmaq üçün binaya girmişdir. Binaya qalxarkən Oqtayla Ülfətin yenə də mübahisə etdiyini görmüşdür. Ailə üzvlərini evə qoyub aşağı düşərkən Oqtay onu görüb kömək etməsini istəmişdir. Belə ki, Oqtay dəmirlə vuraraq Ülfətin ayağını sındırdığını bildirmişdir. O da köməklik göstərib Oqtayın avtomobili ilə Ülfəti Sumqayıt şəhərində yerləşən xəstəxanaya aparmış, orada həkimlər Ülfətə ilkin tibbi yardım göstərmişlər (iş vərəqə: səh. 53-55). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmiş, sonuncu isə üzünə qarşı deyilənləri inkar etməmişdir (iş vərəqə: səh. 82-85). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 2079 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol baldır (qamış və incik) sümüklərinin aşağı 1\3-nin qapalı, ləlpəli, yerdəyişən sınıqları, bel nahiyəsinin sağ yarısının və sol baldır nahiyəsinin orta aşağı 1/3-nin qançırları, sol əlin ovuc səthinin, sol əlin arxa səthinin, sağ iç topuq nahiyəsinin sıyrıqları bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi müddətdə və şəraitdə, yəni xx xxxxxxxx 2020-ci il tarixdə dava dalaş nəticəsində zərər çəkən şəxsin qeyd etdiyi kimi ağır çəkiyə malik zəncirlə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsi zərərçəkənin müalicəsi başa çatdıqdan və təkrari müayinəsi aparıldıqdan sonra aydınlaşdırılacaqdır (iş vərəqə: səh. 19-21). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 41Ə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol baldır (qamış və incik) sümüklərinin aşağı 1\3-nin qapalı, qəlpəli, yerdəyişən sınıqları, bel nahiyəsinin sağ yarısının və sol baldır nahiyəsinin orta aşağı 1/3-nin qançırları, sol əlin ovuc səthinin, sol əlin arxa səthinin, sağ iç topuq nahiyəsinin sıyrıqları bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi müddətdə və şəraitdə, yəni xx xxxxxxxx 2020-ci il tarixdə dava dalaş nəticəsində zərər çəkən şəxsin qeyd etdiyi kimi ağır çəkiyə malik zəncirlə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsi zərərçəkənin müalicəsi başa çatdıqdan və təkrari müayinəsi aparıldıqdan sonra aydınlaşdırılacaqdır (iş vərəqə: səh. 50-52). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 44Ə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol baldır (qamış və incik) sümüklərinin aşağı 1\3-nin qapalı, qəlpəli, yerdəyişən sınıqları, bel nahiyəsinin sağ yarısının və sol baldır nahiyəsinin orta aşağı 1/3-nin qançırları, sol əlin ovuc səthinin, sol əlin arxa səthinin, sağ iç topuq nahiyəsinin sıyrıqları bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi müddətdə və şəraitdə, yəni xx xxxxxxxx 2020-ci il tarixdə dava dalaş nəticəsində zərər çəkən şəxsin qeyd etdiyi kimi ağır çəkiyə malik zəncirlə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1\3 hissəsindən az olmamaqla daimi (dayanıqlı) itirilməsi ilə əlaqədar olan sağlamlığa ağır zərərvurmaya aiddir (iş vərəqə: səh. 59-61). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 2097 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və xəsarətin izi aşkar olunmamışdır (iş vərəqə: səh. 22). Məhkəmə baxışı zamanı tədqiq olunan, Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsindən daxil ola xx xxxxxx 2021-ci il tarixli cavab məktubundan görünür ki, cinayətin predmeti olan zəncirin tapılması, həmçinin hadisənin əlavə şahidlərinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır (iş vərəqə: səh. 124). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə özünü təqsirli bilmiş, müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Həmçinin son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirmiş və törətdiyi əmələ görə cəza təyin edilərkən barəsində olan bütün yüngülləşdirici halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 38). Həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışdıqlarını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir (iş vərəqə: səh. 115, iş materialları). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində xx xxxxxx 2015-ci il təvəllüdlü bir nəfər azyaşlı, sağlamlıq imkanları məhdud və xx xxxx 2003-cü il təvəllüdlü bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır (iş vərəqə: səh. 42, iş materialları). Belə ki, Tibbi-Sosial Ekspert Komissiyasının işdə olan məlumaktından görünür ki, Təqsirləndirilən şəxs oğlu - xx xxxxxx 2015-ci il təvəllüdlü X2 “Spastik Hemiplegiya, sol tərəfli spastik hemiplegiya” diaqnozu ilə sağlamlıq imkanları məhdud insandır (iş materialları). İşdə olan, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı Mənzil Kommunal sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: səh. 40). Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ikinci qrup Qarabağ müharibəsi əlilidir (iş vərəqə: səh. 43-44, iş materialları). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını qüvvədə olan Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, hadisədən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi yardım göstərməsini Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərər çəkmiş şəxsə vurmuş olduğu ziyanı könüllü olaraq tamamilə ödəyərək aradan qaldırmasını Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, əvvəllər məhkum olunmamasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, 2-ci qrup Qarabağ əlili olmasını, himayəsində sağlamlıq imkanları məhdud azyaşlı uşağının olmasını və himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, nəhayət tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin: 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsi; 59.1.13-cü maddəsinə əsasən isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərdən keçirib belə neticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah oluna biləcəyi mümkündür və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020ci il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Odur ki, ona təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edildiyindən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunan əsas cəza müddətinə hesablanmaqla çıxılmalı və üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası, həmçinin təqsirləndirilən şəxsə təyin olunmalı olan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış "həbs" qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş "həbs" qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmünün elan olunduğu xx xxxx 2021-ci il tarixədək fasiləsiz olaraq həbsdə saxlanıldığı 2 (iki) ay 22 (iyirmi iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 08 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-778/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-778/2021
17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver