Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-778/2022 25.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 02 avqust 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 1-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq soyuq silahı əldə etməklə gəzdirmiş və xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 20 dekabr 2021ci il tarixdə, saat 23:00 radələrində ünvan 1 ünvanda yerləşən “Fəhlə Əlləri” parkında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ucadan danışmasına və söyüş söyməsinə irad bildirərkən, sonuncunun həmin iradı qəbul etməməsini özü üçün qəbul olunmaz hal hesab edib, bunu cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən xəsarət yetirmək məqsədilə Zərərçəkmiş şəxs söhbət etmək adı ilə həmin parkın yaxınlığındakı Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, 2 saylı evin qarşısına gətirib orada üzərində gəzdirdiyi, soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən 1 (bir) dəfə zərbə vurub, qaraciyərin və köndələn çənbər bağırsağın zədələnməsi, qarın boşluğuna qanaxma (500ml) ilə müşayiət olunan qarın nahiyəsinin sol yarısının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisə baş verən gün, yəni 20 dekabr 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən «Playstation» oyun zalında olmuşdur. O, orada olduğu vaxt tanışı Ədalət də oyun zalına gəlmiş və ona küçədə bir neçə nəfər şəxsin toplaşaraq sözlü mübahisə etdiyini, eləcə də nalayiq ifadələr işlətdiklərini və söyüş söydüklərini bildirmişdir. Onun olduğu oyun zalı yaşadığı məhəllənin yaxınlığında yerləşmişdir. Ədalət bunu ona dedikdən sonra o, oyun zalından çölə çıxaraq mübahisə edən və söyüş söyən şəxslərə yaxınlaşmışdır. Mübahisə parkın yaxınlığında baş vermiş, həmin park da onların yaşadıqları məhəlləyə yaxın olmuşdur. O, mübahisə edən şəxslərə yaxınlaşdıqda, orada təxminən 4-5 nəfər şəxsin olduğunu görmüş və həmin şəxslərin söyüş söydüklərini eşitmişdir. O, yaxınlaşdıqda üzərində bir gün əvvəl “Çapayev” kimi adlanan ərazidən evdə istifadə etmək üçün aldığı mətbəx bıçağı olmuşdur. O, həmin bıçağı evdə işlətmək üçün almışdır. O, əvvəlcə söyüş söyən şəxslərə yaxınlaşmamışdır. Lakin həmin vaxt oradan bir nəfər qadın keçmiş və orada dayanan şəxslər söyüş söyməyə davam etmişlər. Oradan keçən qadın söyüşləri eşitmişdir. Həmin şəxslərin qadının yanında söyüş söymələri onun xoşuna gəlməmişdir. Ona görə də o, söyüş söyən şəxslərə yaxınlaşaraq demişdir ki, “camaatın anası-bacısı var, ayıbdır, burada söyüş söyməyin”. Həmçinin o, həmin şəxslərə küçədən qadınların keçdiyini bildirmiş və niyə nalayiq ifadələr işlətdiklərini soruşmuşdur. O, həmin şəxslərin arasındakı mübahisənin nə üçün baş verdiyini bilməmişdir. O, həmin şəxslərə söyüş söydüklərinə görə irad tutduqdan sonra sonuncular ondan üzr istəmişlər və aralarındakı mübahisəni özləri həll edəcəklərini demişlər. O da bundan sonra həmin yerdən uzaqlaşmağa başlamışdır. O, uzaqlaşdıqda, orada mübahisə edən şəxslərdən biri, yəni Araz onun qoluna girərək demişdir ki, “nə demək istəyirdin? Sənin bizimlə problemin var? Problemin varsa gedək söhbət edək”. O da duruxmuş və Araza demişdir ki, “burada adam çoxdur, keçək kənara söhbət edək”. Sonra onlar ikisi bir qədər aralıda yerləşən məhəllənin içəri tərəfinə keçmişlər. Həmin vaxt digər şəxslər də onların arxasınca məhəlləyə doğru gəlmişlər. Həmin vaxt onun Arazı bıçaqlamaq kimi fikri olmamışdır. Sonra Araz ona əlini nə üçün tez-tez cibinə saldığını soruşmuşşdur. O da Araza əlini indi cibinə atmadığını, mübahisə yerinə gələn vaxtdan bəri əlinin cibində olduğunu bildirmişdir. Araz da ona demişdir ki, “məndə də o bıçaqdan var”. Araz bunu ona dedikdən sonra əli belinə ataraq onun üstünə gəlmişdir. O, Arazın onu bıçaqlayacağından ehtiyat edərək özü birinci olaraq üzərində olan bıçaqla Arazın qarın nahiyəsinə bıçaqla zərbə vurmuşdur. O, bıçaqla Araza xəsarət yetirdikdən sonra sonuncu əli ilə qarın nahiyəsini tutmuşdur. O, Arazı bıçaqla vurduqdan sonra oradan uzaqlaşmışdır. O ehtiyat etmişdir ki, Araz onu bıçaqlayacaq. Ona görə də o, özü birinci olaraq Arazı vurmuşdur. Araz həm də həmin vaxt sərxoş olmuşdur. Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini, Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 onun yeznəsidir. O, 20 dekabr 2021-ci il tarixdə, axşam saatlarında yeznəsi Raufla birlikdə işdən çıxıb bazarın yaxınlığında olan kafelərin birində əyləşərək yeyib-içmiş, eləcə də bir qədər araq içmişdir. O, təxminən 2 qədəh araq içmişdir. Lakin o, həmin vaxt sərxoş olmamış və özünü idarə edə bilmişdir. Bu səbəbdən də o, baş vermiş hadisəni xatırlayır. Belə ki, o, Rauf ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahədə yerləşən «Dünya» marketin yaxınlığına getmişdir. Rauf orada telefonla Şahid2 zəng edib sonuncunu olduqları yerə çağırmışdır. Təxminən yarım saatdan sonra Seymur və Nahid onların olduqları yerə gəlmişlər. Sonra onlar birlikdə, yəni Rauf, Pərviz, Seymur və Nahid parkın yanından keçən zaman o, telefonla danımışdır. Həmin vaxt birdən Təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. O, əvvəllər həmin şəxsi, yəni Təqsirləndirilən şəxsı tanımamışdır. O, Anarın ad və soyadının Təqsirləndirilən şəxs olduğunu ibtidai istintaq zamanı bilmişdir. Təqsirləndirilən şəxs ondan nə üçün söyüş söydüklərini soruşmuşdur. O da Anara söyüş söymədiyini bildirmişdir. Anar isə ona təkidlə söyüş söydüyünü, həmin ərazinin onun yaşadığı ərazinin yaxınlığı olduğunu, ətrafda özünün qohumları ola biləcək qadınların ola biləcəyini bildirmişdir. O isə Anara bildirmişdir ki, “mən söyüş söyməmişəm, ola bilər ki, yeznəm Rauf söyüş söyüb, buna görə də yeznəmin yerinə mən səndən üzr istəyirəm”. Lakin Anar buna məhəl qoymamış və ona israrla söyüş söydüklərini demişdir. Sonra Anar onu söhbət etdikləri yerdən, yəni onunla olan şəxslərin yanından bir qədər kənara çağırmışdır. O da Anarla birlikdə sonuncunun dediyi yerə getmişdir. O, Anarla üz-üzə dayanıb söhbət edən zaman Anar birdən əlini arxa cibinə atmış və cibindən bıçaq çıxararaq 1 (bir) dəfə onun qarın nahiyəsinə vurmuşdur. O, zərbədən sonra əli ilə qarın nahiyəsini tutmuşdur. O, Anar ilə söhbət edən vaxt üzərində hər hansı bıçaq olmamış və Anarla söhbət edən zaman əlini belinə aparmamışdır. Anar onu bıçaqla vurduqdan sonra Seymur və Nahid ona ilkin tibbi yardım göstərməyə çalışmışlar. Seymur və Nahid ona kömək edərək yaxınlıqdan keçən tanımadığı taksi avtomobili ilə X9 Stansiyasına aparmışlar. Oradan isə onu 1 saylı X7 aparmışlar. Ona 1 saylı X6 tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Təqsirləndirilən şəxs ilə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 20 dekabr 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində yaşadığı evdən çıxıb Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən «Playstation» oyun zalına getmişdir. O, oyun zalına gedən zaman parkın kənarında tanımadığı bir neçə şəxsin toplaşdığını və sözlü mübahisə etdiklərini, eləcə də həmin şəxslərin söyüş söydüklərini görmüşdür. Bundan sonra o, oyun zalına getmiş və orada olan şəxslərə gördüyü hadisə barədə məlumat vermişdir. Həmin vaxt onun dostları Anar və Sübhan da həmin oyun zalında olmuşlar. Sonra Anar və Sübhan oyun zalından küçəyə çıxmışlar. O da Anargilin arxasınca küçəyə çıxmışdır. Anar çölə çıxdıqdan sonra sözlü mübahisə edən şəxslərə yaxınlaşıb nə məsələ olduğunu, nə üçün nalayiq ifadələr işlətdiklərini soruşmuş və ətrafda qadınların keçdiyini, nalayiq ifadələrin işlədilməsinin, eləcə də söyüş söyülməsinin düzgün olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs İmanov X5 özündən razı formada danışmışdır. Araz həmin vaxt sərxoş olmuşdur. X12 qolundan tutaraq sonuncu ilə söhbət etmək istədiyini bildirmiş və Anardan dayanmasını tələb etmişdir. Buna görə də Anar Araza kənara çəkilib söhbət etməyi və məsələyə aydınlıq gətirməyi demişdir. Sonra Anar və Araz mübahisə edilən yerdən bir qədər kənara çəkilmişlər. Anarla Araz kənara çəkildikdən sonra Araz əlini belində saxlayıb Anar ilə sözlü mübahisə etmişdir. Sonra Anar bıçaqla 1 (bir) dəfə Arazın qarın nahiyəsinə vurmuşdur. Zərbədən sonra Araz əli ilə qarın nahiyəsini tutmuşdur. Bundan sonra Arazın tanışları Arazı xəstəxanaya aparmışlar. Bundan sonra o, Sübhan və Anar həmin yerdən uzaqlaşmışlar və hər biri öz evinə getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 oxşar məzmunlu ifadə verməklə Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, onun Zərərçəkmiş şəxs ilə qohumluq münasibəti olsa da, onlar yaxın qohum deyillər. O, Cəlilabad rayonu, Əliqasımlı kəndində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə fərdi yaşayış evində kirayədə yaşayır. Belə ki, o, Bakı şəhəri, Nizami rayonunda yerləşən «8-ci kilometr» bazarında ayaqqabı satışı ilə məşğul olub ailəsini dolandırır. Şahid1 onun həmyerlisi olduğundan o, Raufu tanımışdır. Rauf Arazın yeznəsidir. O, 20 dekabr 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahədə yerləşən “Dünya” marketin qarşısında Araz və Rauf ilə görüşmüşdür. Təxminən yarım saatdan sonra ora Seymur və Nahid də gəlmişdir. Onlar səhərisi gün “Binə” ticarət mərkəzindən mal alacaqları üçün gecəni onun kirayədə yaşadığı evdə gecələməli olmuşlar. Seymur və Nahid ora gəldikdən sonra onlar görüşüb söhbət etmişlər. Sonra o, Araz, Rauf, Seymur və Nahid ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən parkın kənarından keçərək onun kirayədə yaşadığı evə getmişlər. Onlar onun yaşadığı evə getdikləri zaman tanımadıqları təxminən 2-3 nəfər onlara yaxınlaşmışdır. Həmin şəxslərdən biri, yəni Təqsirləndirilən şəxs onlara yaxınlaşıb ucadan danışmamaqlarını, nalayiq sözlərdən istifadə etməmələrini demişdir. Həmin vaxt Seymur da həmin şəxsə, yəni Təqsirləndirilən şəxs üzrlü hesab etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs söhbət etmək üçün onlardan bir qədər qarşıya keçib söhbət etməyi Araza təklif etmişdir. Təqsirləndirilən şəxs bu zaman təkidlə Araza söyüş söydüyünü, bunun doğru olmadığını, ətrafda qadınların olduğunu, buna görə də söyüşün əxlaqa sığmayan hərəkət olduğunu bildirmişdir. Araz isə Anara söyüş söymədiyini, əgər onlardan kimsə söyüş söyübsə buna görə də üzr istədiyini demişdir. X10 əl çəkməmiş, öz aqressiv hərəkətlərini davam etdirmiş və Arazı söhbət etmək üçün kənara çağırmışdır. Buna görə Araz da onlara bir qədər arxada gəlmələrini bildirmişdir. Bundan sonra Anar və Araz onlardan bir qədər kənara gedərək söhbət etməyə davam etmişlər. Bu zaman Təqsirləndirilən şəxs yanında tanışı olan iki nəfər şəxs də olmuşdur. Lakin o, həmin şəxslərin adlarını bilməmişdir. Həmin vaxt Arazla Anarın dayandığı yerlə onların dayandığı yer arasında təxminən 7-8 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxsla Araz söhbət edə-edə həyət evlərinin yaxınlığına çatmışlar. Sonra o, dostları ilə Araza çatmış və Arazın müvazinətini itirdiyini görmüşlər. Bu zaman Araz iki əli ilə qarın nahiyəsindən tutmuş və Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını onlara bildirmişdir. O, Arazın Təqsirləndirilən şəxs tərəfindən necə bıçaqlandığını, yəni bıçaqlanma anını dəqiq olaraq görməmişdir. O, Arazın Anar tərəfindən bıçaqlandığını Arazdan öyrənmişdir. Həmin vaxt Nahid əynində olan köynəyini çıxarıb Arazın yarasının üstünə qoymuş və ilkin tibbi yardım göstərməyə başlamışdır. Bundan sonra isə Seymur və Nahid Araza kömək edərək sonuncunu hadisə yerindən götürərək xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qaynıdır. O, Cəlilabad rayonu, Əliqasımlı kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində qaynı Araz ilə birlikdə fərdi evdə kirayədə yaşayır. Belə ki, onun qaynı Bakı şəhəri, Nizami rayonunda yerləşən «8-ci kilometr» bazarında satıcı işləyir. O isə səyyar qaydada müxtəlif paltarların satışı ilə məşğul olub ailəsini dolandırır. 20 dekabr 2021-ci il tarixdə, təxminən saat 19:00 radələrində o, Arazın yanına gedib işlədiyi vitrinləri yığmağa kömək etmiş və bir neçə dəqiqədən sonra Araz ilə birlikdə ikisi bazardan çıxıb «8-ci kilometr» bazarının yaxınlığında yerləşən adını bilmədiyi kafedə əyləşib yemək yemişdir. Həmin vaxt onlar spirli içki olan araq içməyə başlamışlar. Təxminən 40-50 dəqiqə sonra Şahid4 ilə görüşmək və Pərvizin yaşadığı ünvanda gecələmək məqsədilə onlar Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahədə yerləşən «Dünya» marketin qarşısına getmişlər. Onlar orada Pərviz ilə görüşmüşlər. Onun bildiyinə görə Pərvizə Araz zəng edib oraya çağırmışdır. Belə ki, onun Araz ilə Pərvizin yaşadığı ünvana getməyinə səbəb, səhəri gün «Binə» ticarət mərkəzindən mal alacaqları olmuşdur. Orada olarkən o, həmyerliləri olan və Bakı şəhəri, Nizami rayonunda yerləşən «8-ci kilometr» bazarında işləyən Şahid2 və Şahid3 zəng edib Bayıl qəsəbəsində olduğunu demişdir. Seymur və Nahidin də gəlməyinə səbəb sonuncuların səhəri gün «Binə» ticarət mərkəzindən mal alacaqları olmuşdur. Onun zəngindən təxminən yarım saatdan sonra Seymur və Nahid də ora gəlmişlər. Bundan sonra o, Araz, Pərviz, Seymur və Nahid ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən parkın kənarında gəzməyə başlamışlar. Onlar bir qədər gəzdikdən sonra Pərvizin yaşadığı ünvana getməli imişlər. 21 dekabr 2021-ci il tarixdə, təxminən saat 01:00 radələrində o, Araz, Pərviz, Seymur və Nahid ilə birlikdə parkın kənarında gəzərkən tanımadığı təxminən 2-3 nəfər onlara yaxınlaşmışdır. Həmin şəxslərdən biri onlara yaxınlaşıb ucadan danışmamağı, nalayiq sözlərdən istifadə etməməyi demişdir. Həmin vaxtı Seymur həmin şəxsə üzrlü saymasını demişdir. Bundan sonra tanımadığı şəxslərdən biri Araz ilə söhbət etmək üçün onlardan bir qədər qarşıya keçib söhbət etməyi qərara almışdıır. Buna görə Araz da onlara arxadan gəlməyi demişdir. Həmin vaxt onun tanımadığı şəxs ilə Araz qarşıda gedərək söhbət etmişlər. Arxada isə Arazla söhbət edən tanımadığı şəxsin təxminən iki nəfər tanışı, sonra isə Pərviz, Seymur, Nahid və o, getmişdir. Həmin vaxt Arazla onların arasında təxminən 7-8 metr məsafə olmuşdur. Onun tanımadığı şəxs ilə Araz sakit söhbət edə-edə həyət evlərinin yaxınlığına çatmışdır. O, qeyd etdiyi tanışları ilə Araza çatanda Araz iki əli ilə özünün qarın nahiyəsindən tutaraq bıçaqlandığını bildirmişdir. Həmin vaxt Nahid əynində olan köynəyini çıxarıb Arazın yarasının üstünə qoymaqla ilkin tibbi yardım göstərməyə başlamışdır. Həmin vaxt Seymur ilə Nahid Araza kömək edərək sonuncunu hadisə yerindən yolun kənarına aparmışlar və yol kənarından keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili ilə Arazı X9 stansiyasına aparmışlar. Həmin vaxt Pərviz onların yanında olmamışdır. O, Pərvizin harada olmasını bilməmişdir. X9 stansiyasında həkimlər Arazı X9 avtomobilinə qoymuşlar. Həmin vaxt Seymur da Arazın yanında xəstəxanaya getmişdir. O, həkimlərin sözündən eşitmişdir ki, Arazı 1 saylı X7 aparırlar. Buna görə də o, yoldan keçən dövlət qeydiyyat niaşınını xatırlamadığı, gümüşü rəngli «Mercedes E» markalı taksi avtomobili ilə qeyd olunan xəstəxaya yollanmışdır. Həmin vaxt o, Araz, Seymur, Pərviz və Nahidin xəstəxanada olduğunu görmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 dekabr 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 51-56) görünür ki, hadisə vaxtı cinayətin aləti kimi istifadə olunan 1 (bir) ədəd dəstəyi qırmızı rəngdə olan bıçaq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Mürsəlov küçəsində yerləşən 47 saylı evin Təqsirləndirilən şəxs məxsus yataq otağında yerləşən çarpayının sol tərəfdən ayaq hissəsində döşəyin altından aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 68) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 70) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 92-93) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 dekabr 2021-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-544/2021 saylı qərarından (cild 1, iş vərəqə 110-112) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 21 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 dekabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 113-120) görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, eləcə də törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yerində, yəni Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 58) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X8 856 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 156-159) görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - qaraciyərin və köndələn çənbər bağırsağın zədələnməsi, qarın boşluğuna qanaxma (500ml) ilə müşayiət olunan qarın nahiyəsinin sol yarısının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, deşici-kəsici xarakterli alətin (bıçağın) bir zərbəsinin təsirindən törənməklə 20 dekabr 2021-ci il tarixdə kənar şəxs tərəfindən qarnı nahiyəsinə ekspertizaya təqdim edilmiş bıçaqla vurma nəticəsinə əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 105 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 152-154) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/30 nömrəli ekspert rəyindən (cild 1, iş vərəqə 149-150) görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 160-170) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.2.4 və 228.4-cü maddələrinə tövsif edilməsi və həmin maddələr üzrə ona yeni ittihamın elan olunması, 1 (bir) ədəd soyuq silah hesab edilən ov bıçağının maddi maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc otağına verilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işinin mareriallarından hadisənin baş verdiyi tarixin “20 dekabr 2021-ci il tarixdə, saat 23:00 radələri” kimi qəbul edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxsə yeni ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 194-195) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 aprel 2022-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 40) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi iki müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də məhkəmə istintaqında təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamı və tədqiq edilmiş sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verməmişdən əvvəl Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən «Playstation» oyun zalında olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yanında onun tanışı Şahid6 da olmuşdur. O, oyun zalında olarkən onun digər tanışı Şahid5 həmin oyun zalına gələrək oyun zalının yerləşdiyi yaxın ərazidə bir neçə şəxsin sözlü mübahisə etdiyini və söyüş söydüklərini bildirmişdir. Qeyd edilən hallar məhkəmə istintaqında həm təqsirləndirilən şəxsin, həm də şahid qismində dindirilmiş Şahid5 və Şahid6 ifadələri ilə təsdiq edildiyindən cinayət işinin mübahisəsiz hallarıdır. Şahid5 oyun zalında Təqsirləndirilən şəxs bu barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs oyun zalını tərk edərək küçəyə çıxmış və həmin vaxt orada sözlü mübahisə edən, ucadan danışan və nalayiq ifadələr işlədən şəxslərə yaxınlaşaraq gecə vaxtı göstərilən hərəkətlərin edilməsinin düzgün olmadığını qeyd edərək iradını bildirmiş və həmin şəxslərdən belə neqativ hərəkətlərə son qoyulmasını tələb etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs yaxınlaşaraq irad bildirdiyi şəxslərin dairəsini müəyyən etmək mümkün olmuşdur. Belə ki, məhkəmə istintaqında ifadə vermiş Zərərçəkmiş şəxs, habelə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 ifadələrindən məlum olmuşdur ki, cinayət hadisəsi baş verənədək Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid3 və Şahid4 birlikdə görüşərək gecələmək məqsədi ilə Şahid4 kirayədə yaşadığı evinə getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs və şahid qismində çıxış edən Şahid1 sərxoş olmuşlar. Onlar birlikdə Şahid4 kirayədə yaşadığı evə gedərkən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən parkdan keçmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid4 ucadan danışaraq sözlü mübahisə etmişlər və təhqiramiz ifadələr işlətmişlər. Bu səbəbdən də Təqsirləndirilən şəxs yaxınlaşdığı şəxslərin Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid3 və Şahid4 olması məhkəmə istintaqında müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid3 və Şahid4 yaxınlaşaraq sonuncuların arasında olan şəxslərin söyüş söydüklərinə, ucadan danışmalarına, sözlü mübahisə etmələrinə dair bildirdiyi irad haqlı irad olmuşdur. Belə ki, gecə vaxtı ictimai yerdə zərərçəkmiş şəxsin və sonuncunun qaynı Şahid1 sərxoş halda ucadan danışmaları, sözlü mübahisə etmələri, nalayiq ifadələr işlətmələri özü-özlüyündə əxlaqsız hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs qeyd edilən neqativ hərəkətlərlə bağlı Zərərçəkmiş şəxs və sonuncunun yanında olan şəxslərə irad bildirməsi haqlı davranışdır. Belə ki, Təqsirləndirilən şəxs iradını bildirdikdən sonra orada olan Şahid4 söyüş söydüklərinə görə öz adından üzr istəmiş və həmin vaxt tərəflər arasında yaranmış gərginlik aradan qalxmağa başlamışdır. Şahid4 üzr istəməsindən sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs, sonuncunun yanında olan şəxslər birbirilərindən aralanmışlar. Lakin bir qədər sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs digər şəxslərdən aralaşaraq söhbət etmək məqsədi ilə adamların daha az olduğu yerə getmişlər. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs yaxınlıqda yerləşən məhəllənin iç tərəfinə keçməsi cinayət işinin mübahisəsiz hallıdır. Tərəflər arasında yaranmış gərginlik səngidikdən sonra Anarla Arazın kənara çəkilməsinin təşəbbüskarının kim olması da iş üçün əhəmiyyət kəsb edən hallardan biridir. Belə ki, məhkəmə istintaqında ifadə vermiş Təqsirləndirilən şəxs, Anarın tanışları olan şahidlər Şahid5 və Şahid6 ifadələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qoluna girərək Anarı söhbət etmək üçün kənara çəkməsini göstərmişlər. Zərərçəkmiş şəxs isə məhkəmə istintaqında ifadə verərkən yuxarıda göstərilən halı təqzib edərək Təqsirləndirilən şəxs onu kənara çəkdiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs göstərilən hissədə bir-birinə ziddiyyətli ifadələr vermişlər. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs göstərilən halı mübahisələndirsələr də, məhkəmə istintaqında müəyyən edilmişdir ki, məhz Zərərçəkmiş şəxs sərxoş olduğundan Təqsirləndirilən şəxs onlara irad bildirməsini qəbul etməmiş və ona görə də Təqsirləndirilən şəxs oradan kənarlaşmağa sövq etmişdir. Bu səbəbdən də Anarla Arazın orada olan şəxslərdən bir qədər kənarlaşması mübahisəsizdir. Eyni zamanda bu xüsusla bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında dindirilmiş şəxslər Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs söhbət etmək məqsədi ilə kənara çəkilmələrini bildirsələr də, məhkəmə belə nəticəyə gəlir ki, onların kənara çəkilmələrinin əsl məqsədi bir qədər əvvəl Təqsirləndirilən şəxs bildirdiyi haqlı iradın Zərərçəkmiş şəxs qəbul etməməsi və buna görə də həmin məsələyə Arazın aydınlıq gətirmək istəməsi olmuşdur. Bu səbəbdən də məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməllərinin tövsifində mühüm və əsas rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs haqlı şəkildə irad bildirməsi, Zərərçəkmiş şəxs onu kənara çəkməsi ilə onun sonraki hərəkətləri arasında heç bir əlaqə yoxdur və bu səbəbdən də onun haqlı şəkildə irad bildirməsi və Zərərçəkmiş şəxs onu kənara çəkməsi onun sonradan törətmiş olduğu cinayət əməllərinə haqq qazandıra bilməz. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında Zərərçəkmiş şəxs 1 (bir) dəfə üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirdiyini bildirmiş və buna əsas kimi həmin vaxt Zərərçəkmiş şəxs əlini belinə ataraq “səndə olan məndə də var” deməsini, başqa sözlə, Zərərçəkmiş şəxs birinci olaraq ona bıçaqla xəsarət yetirməsindən qorxaraq və ehtiyat edərək özünün birinci olaraq Zərərçəkmiş şəxs 1 (bir) dəfə xəsarət yetirməsini göstərmişdir. Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs üzərində bıçaq olduğunu, Arazın əlini belinə atdığını bildirsə də, məhkəmə istintaqında dindirilmiş digər bütün şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tanışları olan şəxslər Ədalət və Sübhan da Təqsirləndirilən şəxs bildirdiyi halları təqzib edərək həmin vaxt Zərərçəkmiş şəxs üzərində bıçağın olduğunu, Arazın əlini belinə atdığını görmədiklərini bildirmişlər. Bu hissədə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında Zərərçəkmiş şəxs əlini belinə atdığını, Arazın üzərində bıçaq olduğunu, Arazın Anara “səndə olan məndə də var” dediyini deməklə özünün qanunsuz hərəkətlərinə haqq qazandırmaq istəmişdir. Halbuki məhkəmə istintaqında dindirilmiş şahidlərin heç biri Təqsirləndirilən şəxs bu hissədə bildirdiklərinin heç birini təsdiq etməmişlər. Bundan başqa, məhkəmə göstərilən və təhlil edilən halları məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirərkən həmin vaxt Zərərçəkmiş şəxs üzərində bıçaq olmamış, başqa sözlə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir təhlükə törətmədiyi vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirmişdir. Bu isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini bilavasitə xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan cinayət əməlini törətməsini təşkil edir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, 20 dekabr 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində ünvan 1 ünvanda yerləşən “Fəhlə Əlləri” parkında Təqsirləndirilən şəxs əvvəllər tanımadığı Zərərçəkmiş şəxs 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, onun əməlində Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri də var. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs hər iki cinayət əməlini qəsdən törətmişdir. Onun hər iki cinayət əməli ayrı-ayrılıqda başa çatmış cinayətlərdir, həmin cinayətlərdən biri (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi) cinayətlərin təsnifatına görə ağır cinayət, digəri isə (Cinayət Məcəlləsinin 228.4-cü maddəsi) cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri üzrə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cavan olmasını, himayəsində yaşlı nənəsinin olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə), eləcə də təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmçinin, yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində cinayətlərin məcmusu var və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla onun təqsirli bilindiyi həmin Məcəllənin 126.2.4 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 21 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd ov bıçağı məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 21 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd ov bıçağı məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Yasamal Rayon Polis İdarəsində oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-778/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-778/2022
25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver