Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-778/2024 03.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X2 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Vəkillər Kollegiyasının “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 5 mart 1993-cü ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutusunun yanma yerləşdirdiyi qara rəngli sellofana bükülmüş bağlamada təmiz çəkisi 4070 qram (4 kq 70 qr) təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini 28 fevral 2023-cü il tarixdə saat 23:50 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin yerdən götürüb qeyd edilən narkotik vasitənin bir hissəsinin onlara verilməsi müqabilində satışının həyata keçirilməsi üçün qrupun digər üzvü şəxsiyyəti istintaqa məlum olmayan İİR vətəndaşının təlimatı ilə onun deyəcəyi yerlərə qoymaq üçün üzərilərində saxlamaqla daşımış, Yasamal RPİ-nin NMBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 01 mart 2023-cü il tarixdə saat 00:15 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 12 saylı ünavnın qarşısında Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı qara rəngli sellofana bükülmüş bağlamada təmiz çəkisi 4070 qram (4 kq 70 qr) təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, 28 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə olmaqla bir bükümdə təmiz çəkisi 0,194 qram olan qəhvəyi rəngli və digər bükümdə təmiz çəkisi 0,026 qram olan tünd qəhvəyi rəngli ümumilikdə təmiz çəkisi 0,22 qram təşkil edən maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini, eləcə də 1 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq olmayan miqdarda təmiz çəkisi 0,0964 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 1 mart 2023-cü il tarixdə saat 03:20 dəqiqədə Yasamal RPİ-nin X4 Azərbaycan Respublikası DİN-in xx.xx.2014-cü il tarixli Ə220-001-14 nömrəli əmrinə əsasən “Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydaları”-na müvafiq olaraq MSY-nin əməkdaşları tərəfindən tam axtarış müayinəsi aparılarkən onun əynində olan alt paltarında (trusikində) cinsiyyət orqanının alt hissəsində “Kinder sürpriz” şokoladının san rəngli slindirik qabının içərisində 2 ədəd bükümdə olmaqla bir bükümdə təmiz çəkisi 0,194 qram olan qəhvəyi rəngli və digər bükümdə təmiz çəkisi 0,026 qram olan tünd qəhvəyi rəngli ümumilikdə təmiz çəkisi 0,22 qram təşkil edən maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, eləcə də 1 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq olmayan miqdarda təmiz çəkisi 0,0964 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının (İİR) vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutusunun yanına yerləşdirdiyi qara rəngli sellofana bükülmüş bağlamada təmiz çəkisi 4070 qram (4 kq 70 qr) təşkil edən qəhvəyi rəngli toxşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini 28 fevral 2023-cü il tarixdə saat 23:50 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin yerdən götürüb qeyd edilən narkotik vasitənin bir hissəsinin onlara verilməsi müqabilində satışının həyata keçirilməsi üçün qrupun digər üzvü şəxsiyyəti istintaqa məlum olmayan İİR vətəndaşının təlimatı ilə onun deyəcəyi yerlərə qoymaq üçün üzərilərində saxlamaqla daşımış. Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 1 mart 2023-cü il tarixdə saat 00:15 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 12 saylı ünavnın qarşısında Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun sağ əlində saxladığı qara rəngli sellofana bükülmüş bağlamada təmiz çəkisi 4070 qram (4 kq 70 qr) təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan 1 il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 ilə eyni qəsəbədə yaşamış və aralarında dostluq münasibəti yaranmışdır. Hadisədən bir müddət əvvəl “İnstagram” sosial şəbəkəsində ona tanımadığı şəxs mesaj göndərib narkotik vasitə əldə etmək istəyib-istəmədiyini soruşmuş, o, narkotik vasitə istifadəçisi olduğundan həmin şəxsə narkotik vasitə əldə etmək istədiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitəni pul qarşılığında verəcəyini və onun qoyduğu yerdən götürməli olduğunu bildirmişdir. O, həmin şəxslə razılaşmışdır. 28 fevral 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxs dediyi yerdən 5 qram heroin götürə biləcəyini bildirmişdir. O, həmin şəxsə pulunun olmadığını, narkotik vasitəni götürdükdən sonra pulunu verə biləcəyini bildirmişdir. Həmin şəxs “Whatsapp” tətbiqi vasitəsilə onunla əlaqə saxlayaraq narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 12 ünvanın yaxınlığında olan zibil qabının yanına yerləşdirdiyini bildirmişdir. Həmin tarixdə o, dostu Təqsirləndirilən şəxs2la birlikdə “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsin dediyi ünvana yəni, ünvan 3 şəxsin dediyi yerə yaxınlaşdıqda yolun qarşısında “Mercedes Benz 180” markalı avtomobildə olan şəxslər avtomobildən düşüb onları saxlayıb avtomobilə əyləşdirmişlər. Həmin şəxslər Yasamal RPİ-nin əməkdaşları olduqlarını bildirib onları idarəyə aparacaqlarını və 4 kiloqram narkotik vasitənin onlara məxsus olduğunu bildirmişlər. Bundan əlavə avtomobildə olarkən polis əməkdaşları ona təzyiq edərək “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsə istifadəsində olan mobil telefonla “narkotik vasitəni götürdüm” məzmunda səsli mesaj göndərməyini bildirmiş və ona təzyiq etdiklərindən polis əməkdaşlarının dediklərini etmişdir. Onlar saxlanılarkən nə onun, nə də Əyyubun üzərində narkotik vasitə olmamışdır. Daha sonra Yasamal RPİ-də onlara fiziki və psixoloji təsir etdiklərindən onlar videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış zamanı 4 kiloqram narkotik vasitənin özlərinə məxsus olmasını bildirmişlər. O, narkotik vasitə istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. O, “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsə narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitəyə ehtiyacının olduğunu bildirmiş, həmin şəxs ona narkotik vasitə təklif etmişdir. O, həmin şəxsə narkotik vasitəni yerləşdirdiyi yerdə insanların intensiv hərəkət etdiyini və buna görə həmin əraziyə yaxınlaşmaqdan çəkindiyini bildirdikdə həmin şəxs rahatlıqla oradan narkotik vasitəni götürə biləcəyini bildirmişdir. 28 fevral 2023-cü il, saat 23:50 radələrində Əyyubla ünvan 4 ünvanın yaxınlığında olan zibil qabının yanına yaxınlaşdıqda 4 nəfər polis əməkdaşları onları saxlayıb avtomobilin arxa oturacağında əyləşdirmişlər. Polislərin biri kənardan, 3-ü isə avtomobildən düşərək onları saxlamışlar. Saxlanılarkən nə onun, nə də Əyyubun üzərində çanta olmamışdır. İlk dəfə idi ki, “zakladka” vasitəsilə narkotik vasitə əldə etməyə getmişdir. Onları əyləşdirdikləri avtomobilin üzərində “Taksi” fərqləndirici nişanı olmuşdur. Avtomobilə əyləşdirərkən istifadəsində olan mobil telefonu əlindən almışlar. Ona fiziki zor tətbiq etdiklərindən istifadəsində olan mobil telefon vasitəsilə narkotik vasitəni göndərən şəxsə narkotik vasitəni götürməsi və nə etməli olduğu barədə səsli mesaj göndərmişdir. Ona Yasamal RPİ-nin inzibati binasında fiziki təzyiq göstərmişlər. O, öz iradəsi ilə səsli mesaj göndərib deyilən ünvana gəldiyini bildirmiş, lakin narkotik vasitəni götürməyi ilə bağlı olan səsli mesajı isə polis əməkdaşları təzyiqindən sonra göndərmişdir. Saxlanılarkən polis əməkdaşlarından qaçmağa cəhd etməmişdir. Əyyubla onu rezin dəyənək vasitəsilə bədənlərinin müxtəlif nahiyələrinə zərbə endirməklə döymüşlər. Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənində xəsarət olsa da, bu barədə tibbi kitabçada qeyd olunmamışdır. Şəxsi axtarış zamanı 4 kiloqram narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Üzləşdirmə istintaq hərəkəti aparılarkən polis əməkdaşlarının üzünə qarşı döyüldüyünü bildirmişdir. Prokurorluq əməkdaşları tərəfindən təcridxanada olarkən izahatı alınmışdır. Əyyubun axtarışda olduğunu bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanına narkotik vasitə götürməyə getdiyini, onunla getməsini, əvəzində ona götürəcəyi narkotik vasitə heroindən verməyi vəd etmişdir. Aminin narkotik vasitəni haradan və kimdən götürəcəyi barədə əvvəlcədən xəbəri olmamışdır. O, narkotik vasitə istifadə etmək istədiyindən Aminlə birlikdə qeyd edilən ünvana getmişdir. Həmin narkotik vasitənin gizlədildiyi yerə yaxınlaşdıqda yolun qarşısında “Mercedes Benz 180” markalı avtomobildə olan şəxslər avtomobildən düşüb, onları saxlayıb avtomobilə əyləşdirmişlər. Həmin şəxslər Yasamal RPİ-nin əməkdaşları olduqlarını deyib onları idarəyə aparacaqlarını bildirmişlər. Avtomobilə əyləşərkən polis əməkdaşları onun ayağının altına böyük bağlama yerləşdirmişlər. Bundan sonra Yasamal RPİ-nin inzibati binasında xidməti otaqların birində şəxsi axtarış və götürmə zamanı üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Onun və Aminin üzərində şəxsi axtarış istintaq hərəkətləri ayrı-ayrı keçirilmişdir. Polis əməkdaşlarının fiziki və psixoloji təzyiqləri nəticəsində şəxsi axtarış zamanı polis əməkdaşlarının ona bildirdiyi kimi izahat vermişdir. Sonradan, Yasamal RPİ-nin X4 üzərinə baxış keçirilərkən alt paltarında aşkar edilərək götürülmüş narkotik vasitəni Aminlə tutulmamışdan əvvəl, yəni 28 fevral 2023-cü il tarixdə, saat 10:00 radələrində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə özünü təqsirli bilmir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman döyülmüşdür. İttiham aktında qeyd edilən 4 kiloqram narkotik vasitə onlara məxsus deyil. Təqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Aminlə birlikdə marketdə satıcı işləmiş və onunla yaxşı münasibətləri yaranmışdır. Aminin narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Amin narkotik vasitəni satan şəxslə “Whatsapp” vasitəsilə danışmışdır. Amin həmin şəxsdən əvvəllər narkotik vasitə almamışdır. Həmin şəxs qeyd edilən ərazidə 5 qram heroin yerləşdirdiyini bildirmişdir. Aminlə həmin əraziyə 5 qram heroin götürmək üçün getmişlər, həmin narkotik vasitəni götürdükdən sonra Amin ona 0,5 qram heroin verməli idi. Polis əməkdaşları onları saxlayarkən xidməti vəsiqələrini göstərməmişlər. Onu 4 nəfər polis əməkdaşı, Amini isə 3 nəfər polis əməkdaşı saxlamışdır. Onları əyləşdirdikləri avtomobilin üzərində “Taksi” fərqləndirici nişanı olmuşdur. Şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. 5 qram narkotik vasitəni qeyd edilən yerdən götürməmiş polis əməkdaşları onları saxlamışlar. Aminin üzərinə keçirilən şəxsi axtarışda iştirak etməmişdir. Onları saxlayarkən polis əməkdaşları tərəfindən əməliyyat çəkilişi aparılmamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olmaları qismən etirafedici ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq edilmiş aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Yasamal RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs1 Yasamal rayonunun inzibati ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əməliyyat marağı kəsb etdiyindən yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs1 cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Onun tərəfindən raportla Yasamal RPİ-nin rəisinə məruzə edilmiş və Yasamal RPİ-nin rəisi tərəfindən 28 fevral 2023-cü il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna o və Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. Yasamal RPİ-nin rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs1 barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan onun şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 28 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 müəyyən edilərək cinayət başında saxlanması məqsədi ilə əməliyyat tədbiri olaraq o, güdməyə götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 28 fevral 2023-cü il tarixdə saat 23:45 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ünvanından Dadaş Bünyadzadə 12 ünvanına kimi Təqsirləndirilən şəxs1 ətrafında soraqlaşma və güdmə həyata keçirilmiş və Təqsirləndirilən şəxs1 həmin ünvanın yaxınlığında piyada bir nəfər şəxslə birlikdə hərəkət etdikləri müşahidə edildiyindən həmin istiqamətdə hərəkətlərini davam etdirmişlər. Həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görüb yaxınlaşmışlar. Onlara polis əməkdşları olduqlarını bildirmişlər. Bundan sonra onlar tərəfindən saxlanılan şəxslərə şəxsiyyətləri haqqında məlumat vermələrini tələb etdikdə, həmin şəxslər onlara Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 onların narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə onlarda məlumat olduğunu izah edib onların üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onlarla birlikdə Azərbaycan Respublikası DİN-in Yasamal RPİ-yə getməli olduqlarını demişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 buna etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin inzbati binasına gəlmişlər. Yasamal RPİ-də xidməti otaqların birində təhqiqatçı tərəfindən dəvət edilmiş vəkillərin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə ayrı-ayrılıqda şəxsi axtarış keçirilmişdir. Belə ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 sağ əlində tutduğu qara rəngli sellofana bükülmüş bükülünü təqdim edərək içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu, həmin narkotik vasitəni 1 mart 2023-cü il tarixdə adını və anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşının ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə dediyi yerdən götürdüyü bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd qara sellofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, toz şəklində, spesifik qoxuya malik narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd bükülüdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan əlavə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın yan cibindən 1 ədəd “Bakıkart”, özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd “Pasha bank”a aid olan bank kartı, 1 ədəd “Umico” adlı bank kartı, şalvarın sol yan cibindən isə 1 ədəd “Redmi” markalı mobil telefon və 1 ədəd ədəd açar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol və zərfin üzəri Təqsirləndirilən şəxs1, onun vəkili və iştirakçlar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz əşya və ya predment olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə təhqiqatçı tərəfindən baxış keçirilən zaman əynində tünd boz rəngli şalvarın sağ yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsi, “Azəriqaz” qaz kartı və 2 ədəd açar aşkar edilmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol Təqsirləndirilən şəxs2, onun vəkili və iştirakçlar tərəfindən imzalanmışdır. Hər iki şəxsi axtarış və götürmə zamanı video kameradan istifadə etməklə videoçəkiliş aparılmış və 2 ədəd disk protokola əlavə edilmişdir. Şahid2 cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı yalnız Təqsirləndirilən şəxs1 barəsində daxil olmuşdur. Təqsirləndirilən şəxs1 tutan zaman iki nəfər olmuşlar. Digər əməliyyat müvəkkili Şahid1 olmuşdur. Tutulan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara müqavimət göstərməmişlər. Narkotik vasitə olan torba Təqsirləndirilən şəxs1 əlində olmuşdur. Aşkar olunmuş narkotik vasitələr polis idarəsində aktlaşdırılmışdır. “Əməliyyat-axtarış” tədbirləri haqqında əmrin məzmunu ilə tanışdır. Onlar əməliyyat-axtarış tədbirlərini güdmə və soraqlaşma formasında Əsəd Əhmədov və Dadaş Bünyadzadə küçələri boyunca həyata keçirmişlər. Əməliyyat-axtarış tədbirlərini piyada həyata keçirmişlər. Onlar şübhəli şəxslərə yaxınlaşan zaman, sonuncular narkotik vasitəni artıq götürmüşdülər. Şübhəli şəxslərin əllərində olan kütlə qara sellofana bükülmüş vəziyyətdə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1 mart 2023-cü il tarixdə, saat 03:20 radələrində Yasamal RPİ-nin X4 xidmətdə olarkən Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq MSY-yə təhvil verilən Təqsirləndirilən şəxs2 üzərinə Azərbaycan Respublikası DİN-in 14 mart 2014-cü il tarixli Ə220-001-14 nömrəli əmrinə əsasən “Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydaları”-na müvafiq olaraq onun və Şahid5 tərəfindən tam axtarış müayinəsi aparılarkən Təqsirləndirilən şəxs2 əynində olan alt paltarından cinsi orqanının alt hissəsində “Kinder sürpriz” şokoladının sarı rəngli slindirik qabı aşkar edilmişdir. Həmin qabın içərisində 2 ədəd siqaretin gümüşü kağızında və 1 ədəd sellofan paketdə bükülü aşkar edilmişdir. Bu barədə müvafiq raport tərtib edilərək Təqsirləndirilən şəxs2 barəsində tədbir görülməsindən ötrü rəhbərliyə məruzə edilmişdir. 1 mart 2023-cü il tarixdə, saat 3:50-də Yasamal RPİ-nin inzibati binasında MSY-də TŞ-nin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən onun, Şahid3 və Şahid5 iştirakı ilə MSY-də saxlanılan Təqsirləndirilən şəxs2 bədən baxışı keçirilən zaman onun əynində olan alt paltarından cinsi orqanının alt hissəsində “Kinder sürpriz” şokoladının sarı rəngli slindirik qabını aşkar edilməsi və həmin qabın içərisində 2 ədəd siqaretin gümüşü kağızında və 1 ədəd sellofan paketdə bükümlərin aşkar edilməsi ilə əlaqədar həmin bükümlərə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun üzərindən aşkar olunmuş üç büküm narkotik vasitələr qurudulmuş marixuana və heroindir, həmin heroini və qurudulmuş marixuananı 28 fevral 2023-cü il tarixdə yaşadığı Hövsan qəsəbəsində üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 20 manata əldə etmişdir. Daha sonra aşkar olunmuş həmin kütlələr zərfə yerləşdirilərək qablaşdırılmış, DİN-in zərflər üçün möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs2, onun müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, götürmənin gedişatını əks etdirən görüntülər “DVD-R” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Həmin protokol onun, Təqsirləndirilən şəxs2, müdafiəçiləri, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid3 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmunundan görünür ki, onlar Şahid4 ifadəsinə oxşar ifadə vermişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 1 mart 2023-cü il tarixli protokoldan görünür ki, 1 mart 2023-cü il tarixdə, saat 01:35-də Yasamal RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində Yasamal RPİ-nin TŞnin baş təhqiqatçısı Əli Məmmədov tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 sağ əlində tutduğu qara rəngli sellofana bükülmüş bükülünü təqdim edərək içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu, həmin narkotik vasitəni 1 mart 2023-cü il tarixdə adını və anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşının ona “WhatsApp” mobil tətbiqi vasitəsi ilə dediyi yerdən götürdüyü bildirdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd qara sellofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, toz şəklində, spesifik qoxuya malik narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edildi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd bükülüdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənərək götürüldü. Bundan əlavə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın yan cibindən 1 ədəd “Bakıkart”, özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd “Pasha bank”-a aid olan bank kartı, 1 ədəd “Umico” adlı bank kartı, şalvarın sol yan cibindən isə 1 ədəd “Redmi” markalı mobil telefon və 1 ədəd ədəd açar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (cild 1, iş vərəqə 44-45). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 1 mart 2023-cü il tarixli protokoldan görünür ki, 1 mart 2023-cü il tarixdə, saat 02:10-da Yasamal RPİ-nin inzibati binasında xidiməti iş otaqlarından birində Yasamal RPİ-nin TŞnin baş təhqiqatçısı Əli Məmmədov tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri,qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz əşya və ya predment olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman əynində tünd boz rəngli şalvarın sağ yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsi, “Azəriqaz” qaz sayğacı kartı və 2 ədəd açar aşkar edildi. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (cild 1, iş vərəqi 57-58). Cinayət işinin materiallarında olan “baxış və götürmə aparılması haqqında” 1 mart 2023-cü il tarixli protokoldan görünür ki, 1 mart 2023-cü il tarixdə, saat 03:50-də Yasamal RPİ-nin inzibati binasında MSY-də TŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 RPİ-nin MSY-nin növbətçisi polis Şahid3, postaçılar polis serjantları Şahid4 və Şahid5 tərəfindən MSY-də saxlanılan Təqsirləndirilən şəxs2 bədən baxışı keçirilən zaman onun əynində olan alt paltarından cinsi orqanının alt hissəsində “Kinder sürpriz” şokoladının sarı rəngli slindirik qabını aşkar edilməsi və həmin qabın içərisində 2 ədəd siqaretin gümüşü kağızında və 1 ədəd sellofan paketdə bükümlərin aşkar edilməsi ilə əlaqədar həmin bükümlərə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, onun üzərindən aşkar olunmuş üç büküm narkotik vasitələr qurudulmuş marixuana və heroindir. Həmin heroini və qurudulmuş maritxuananı 28 fevral 2023-cü il tarixdə yaşadığı Hövsan qəsəbəsində üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 20 manata əldə etmişdir. Sonra aşkar olunmuş həmin kütlələr zərfə yerləşdirilərək qablaşdırılır, DİN-in zərflər üçün möhürü ilə möhürlənir, üzəri Təqsirləndirilən şəxs2, onun müdafiəçisi və iştirakçılar tərəfindən imzalanır. Bu barədə protokol tərtib edilir, götürmənin gedişatını əks etdirən görüntülər “DVD-R” markalı diskə köçürülməklə iş materiallarına əlavə edilir. Həmin protokol Təqsirləndirilən şəxs2, müdafiəçiləri, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanır (cild 1, iş vərəqi 205-206). Cinayət işinin materiallarında olan “baxış aparılması haqqında” 1 mart 2023-cü il tarixli protokoldan görünür ki, videogörüntülər olan 1 ədəd “DVD-R” diskə baxış zamanı məlum olmuşdur ki, 1 mart 2023-cü il tarixdə, saat 01:35-də Yasamal RPİ-nin inzibati binasında xidiməti iş otaqlarından birində Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı Əli Məmmədov tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 sağ əlində tutduğu qara rəngli sellofana bükülmüş bükülünü təqdim edərək içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu, həmin narkotik vasitəni 1 mart 2023-cü il tarixdə adını və anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşının ona “WhatsApp” mobil tətbiqi vasitəsilə dediyi yerdən götürdüyünü bildirdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd qara sellofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, toz şəklində, spesifik qoxuya malik narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edildi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd bükülüdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənərək götürüldü. Bundan əlavə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın yan cibindən 1 ədəd “Bakı kart”, özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd “Pasha bank”-a aid olan bank kartı, 1 ədəd “Umico” adlı bank kartı, şalvarın sol yan cibindən isə 1 ədəd “Redmi” markalı mobil telefon və 1 ədəd ədəd açar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Həmin protokol müdafiəçi, iştirakçılar və təhqiqatçı tərəfindən imzalandı (cild 1, iş vərəqi 105). Cinayət işinin materiallarında olan “baxış aparılması haqqında” 1 mart 2023-cü il tarixli protokoldan görünür ki, videogörüntülər olan 1 ədəd “DVD-R” diskə baxış zamanı məlum olmuşdur ki, 1 mart 2023-cü il tarixdə, saat 02:10-da Yasamal RPİ-nin inzibati binasında xidiməti iş otaqlarından birində Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı Əli Məmmədov tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz əşya və ya predment olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman əynində tünd boz rəngli şalvarın sağ yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsi, “Azəriqaz” sayğac kartı və 2 ədəd açar aşkar edildi. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Həmin protokol müdafiəçi, iştirakçılar və təhqiqatçı tərəfindən imzalandı (cild 1, iş vərəqi 106). Cinayət işinin materiallarında olan “baxış aparılması haqqında” 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, video görüntülər olan 1 ədəd “DVD-R” diskə baxış zamanı məlum olmuşdur ki, 1 mart 2023-cü il tarixdə, saat 03:50-də Yasamal RPİ-nin inzibati binasında MSY-də TŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 RPİ-nin MSY-nin növbətçisi polis Şahid3, postaçılar polis serjantları Şahid4 və Şahid5 tərəfindən MSY-də saxlanılan Təqsirləndirilən şəxs2 bədən baxışı keçirilən zaman onun əynində olan alt paltarından cinsi orqanının alt hissəsində “Kinder sürpriz” şokoladının sarı rəngli slindirik qabını aşkar edilməsi və həmin qabın içərisində 2 ədəd siqaretin gümüşü kağızında və 1 ədəd sellofan paketdə bükümlərin aşkar edilməsi ilə əlaqədar həmin bükümlərə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, onun üzərindən aşkar olunmuş üç büküm narkotik vasitələr qurudulmuş marixuana və heroindir. Həmin heroini və qurudulmuş marixuananı 28 fevral 2023-cü il tarixdə yaşadığı Hövsan qəsəbəsində üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 20 manata əldə etmişdir. Sonra aşkar olunmuş həmin kütlələr zərfə yerləşdirilərək qablaşdırılır, DİN-in zərflər üçün möhürü ilə möhürlənir, üzəri Təqsirləndirilən şəxs2, onun müdafiəçisi və iştirakçılar tərəfindən imzalanır. Bu barədə protokol tərtib edilir, götürmənin gedişatını əks etdirən görüntülər DVD-R diskə köçürülməklə iş materiallarına əlavə edilir. Həmin protokol Təqsirləndirilən şəxs2, müdafiəçiləri, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanır (cild 2, iş vərəqi 41). Cinayət işinin materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə istintaq hərəkəti zamanı onlar verdikləri ifadələri bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 2, iş vərəqi 111-115). Cinayət işinin materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə istintaq hərəkəti zamanı onlar verdikləri ifadələri bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 2, iş vərəqi 101-105). Cinayət işinin materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə istintaq hərəkəti zamanı onlar verdikləri ifadələri bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 2, iş vərəqi 106-110). Cinayət işinin materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə istintaq hərəkəti zamanı onlar verdikləri ifadələri bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər(cild 2, iş vərəqi 116-120). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə kimyəviekspertizasının 1 mart 2023-cü il tarixli, 6/1234 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-ə məxsus “Zərflər üçün №42” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1 aşkar olunan (imza: Təqsirləndirilən şəxs1)” yazısı və imzalar olan bağlamadakı təmiz çəkisi 4070 qram (4 kq 70 qr) qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: Heroinin təmiz çəkisi 4070 qram, sərf edildi 0,2 qram, qalıq 4069,8 qram, cild 1, iş vərəqi 67-71). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 2 mart 2023-cü il tarixli, 6/12366 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-ə məxsus “Zərflər üçün №42” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs2 aşkar olunmuş maddə” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,194 qram qəhvəyi rəngli, tozşəkilli maddə və 0,026 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 0,194 qram və 0,026 qram, tədqiqata sərf edildi 0,05 və 0,01 qram, qalıqlar 0,144 qram və 0,016 qram (cild 1, iş vərəqi 213-216). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-bioloji ekspertizasının 2 mart 2023-cü il tarixli, 7/318 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Təqsirləndirilən şəxs2 aşkar olunmuş maddə” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,0964 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuananın təmiz çəkisi 0,0964 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,0764 qram (cild 1, iş vərəqi 217- 221). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 11 may 2023-cü il tarixli, 6/2182 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 59” ştamp əksi olan torbadakı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bağlamada olan narkotik vasitə heroin, üzərində AR ƏN MEM-in “Tədqiqat Obyekti № 59” ştamp əksi olan paketdəki Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdəki ilkin tədqiqat zamanı təmiz çəkisi 0,194 qram heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir, ilkin tədqiqat zamanı təmiz çəkisi 0,026 qram olan digər bükümdə heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidir. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinin təmiz çəkisi 1 mart 2023-cü il tarixli 6/1234 saylı, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdəki heroinlərin təmiz çəkiləri 2 mart 2023-cü il tarixli 6/1266 saylı ekspert rəylərində göstərilmişdir (cild 2, iş vərəqi 162-167). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 28 aprel 2023-cü il tarixli 1156 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Hal-hazırda Təqsirləndirilən şəxs1 öz hərəkəltərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 törətiyi əməl dövründə anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs1 özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilmədi, lakin o, situasiyanı öz xeyrinə yönəldib danışa bilər. O, cinayət törədən zaman və cinayət törətdikdən sonra yüksək ruhi həyəcan vəziyyətində olmamışdır (cild 2, iş vərəqi 168-171). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 28 aprel 2023-cü il tarixli, 1157 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu anamneslik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Hal-hazırda Təqsirləndirilən şəxs2 öz hərəkəltərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs2 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətiyi əməl dövründə anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs2 özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi, lakin o, situasiyanı öz xeyrinə yönəldib danışa bilər. O, cinayət törədən zaman və cinayət törətdikdən sonra yüksək ruhi həyəcan vəziyyətində olmamışdır (cild 2, iş vərəqi 172-175). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə narkoloji ekspertizasının 28 aprel 2023-cü il tarixli 2510 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqi 33-34). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2023-cü il tarixli 2511 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqi 35-36). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və onlar ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-kompüter texniki ekspertizasının 13 iyul 2023-cü il tarixli 5/900 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd sensor ekranlt “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “X10 10S” markalı “M2101K7BG” modelli “**********11081, **********11099” “imei” kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Tədqiq olunan “X10 10S” markalı “M2101K7BG” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, videofayllar, “TikTok”, “İnstagram” sosial şəbəkələrinə aid rəqəmsal izlər və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “X10 10S” markalı “M2101K7BG” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqramı təminatı vasitəsilə hər hansı bir məlumat (çat seansı və sairə mübadiləsinin aparılıb-aparılmaması üzrə tədqiqat işləri aparılmadı (cild 2, iş vərəqi 284-286). Cinayət işinin materiallarında olan 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “X10 10S” markalı “M2101K7BG” modelli “**********11081, **********11099 imei kodlu, gövdə hissəsi boz rəngli, ekranı isə qara rəngi olan üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan mobil telefona baxış keçirilərkən smartfonun mühafizə olunan ekran kilidinə “0000” rəqəmli parol şifrə ilə daxil olduqda mobil smartfonun yaddaşında kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “TikTok”, “İnstagram” sosial şəbəkələrinə aid proqların yüklənməsi müəyyən edilmişdir. Baxış keçirilərkən “X10 10S” markalı “M2101K7BG” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatı müəyyən olunmuş, “WhatsApp” proqramında olan yazışmalarda İran İslam Respublikasının mobil operator şəbəkəsinə aid olan +**********09 telefon nömrəsi ilə aşağıdakı məzmunda, “WhatsApp” yazışmaların olması müəyyən edilmişdir: Saat 23:34-də İran İslam Respublikasının mobil operator şəbəkəsinə aid olan +**********09 telefon nömrəsindən ***-***-**-** saylı mobil nömrəsinə “He sikdin a meni sen” məzmunzu yazılı ismarıc, saat 23:34-də ***-***-**-** saylı mobil nömrəsindən İran İslam Respublikasının mobil operator şəbəkəsinə aid olan +**********09 telefon nömrəsinə 0:10 dəqiqəlik “mən gedirəm malı götürməyə” məzmunlu səsli ismarıc, saat 23:34-də İran İslam Respublikasının mobil operator şəbəkəsinə aid olan +**********09 telefon nömrəsindən ***-***-**-** saylı mobil nömrəsinə “Men pox yedim mal atdım?” məzmunlu yazılı ismarıc, saat 23:34-də İran İslam Respublikasının mobil operator şəbəkəsinə aid olan+**********09 telefon nömrəsindən ***-***-**-** saylı mobil nömrəsinə “Gözdə” məzmunlu yazılı ismarıc, saat 23;35-də İran İslam Respublikasının mobil operator şəbəkəsinə aid olan +**********09 telefon nömrəsindən ***-***-**-** saylı mobil nömrəsinə “Girəndə sağda” məzmunzu yazılı ismarıc, saat 23:43-də İran İslam Respublikasının mobil operator şəbəkəsinə aid olan +**********09 telefon nömrəsindən ***- ***-**-** saylı mobil nömrəsinə “Götürdün ??” məzmunzu yazılı ismarıc, saat 23:46-da İran İslam Respublikasının mobil operator şəbəkəsinə aid olan +**********09 telefon nömrəsindən ***-***-**- ** saylı mobil nömrəsinə “Alo” məzmunzu yazılı ismarıc, saat 23:50-də ***-***-**-** saylı mobil nömrəsindən İran İslam Respublikasının mobil operator şəbəkəsinə aid olan +**********09 telefon nömrəsinə İran İslam Respublikasının mobil operator şəbəkəsinə aid olan +**********09 telefon nömrəsindən ***-***-**-** saylı mobil nömrəsinə 0:02 dəqiqəlik “Götürdüm” məzmunlu səsli ismarıcın. Saat 23:51-də İran İslam Respublikasının mobil operator şəbəkəsinə aid oİan +**********09 telefon nömrəsindən ***-***-**-** saylt mobil nömrəsinə “Çatdın eve mene de” məzmunzu yazılı ismarıc, saat 00:03-də İran İslam Respublikasının mobil operator şəbəkəsinə aid olan +**********09 telefon nömrəsindən ***-***-**-** saylı mobil nömrəsinə “O mal 2 kilo di maqa ged onu deyecem hara at” məzmunlu yazılı ismarıc, saat 00:03-də İran İslam Respublikasının mobil operator şəbəkəsinə aid olan +**********09 telefon nömrəsindən ***-***-**- ** saylı mobil nömrəsinə “Tay meni pis veziyetde qoyma” məzmunzu yazılı ismarıc. Həmçinin sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “X10 10S” markalı “M2101K7BG” modelli “**********11081, **********11099 imei kodlu mobil smartfona İran İslam Respublikasının mobil operator şəbəkəsinə aid olan +**********09 telefon nömrəsindən xüsusi işarələnmiş eyni məkana aid məkanın 2 ədəd fotoşəkillərinin göndərilməsi də müəyyən edilmişdir (cild 2, iş vərəqi 60-63). Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış 1 ədəd CD diskə köçürülmüş məlumatlarda 1 ədəd vinrar fayl və içərisində 11 ədəd sadə fayl müəyyən edilmiş, iş üzrə istintaq əhəmiyyəti kəsb edən hər hansı bir zənglərin daxil olması və çıxması, sms yazışmaların olması müəyyən edilməmişdir (Cild 2, iş vərəqi 44-46). Cinayət işinin materiallarında olan "xxxx" ASC-in 19 may 2023-cü il tarixli məktubundan görünür ki, 540269** ****4334 nömrəli plastik kartın Təqsirləndirilən şəxs1 məxsusdur, 1 yanvar 2023-cü il tarixdən 2 mart 2023-cü il tarixədək ilkin qalıq 0,67 manat təşkil etmiş, dövr üzrə 1325,56 manat mədaxil olunmuş və dövr üzrə 1324,89 manat məxaric olunaraq qalıq 0,67 manat təşkil etmişdir (cild 2, iş vərəqi 49-59). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 8 iyun 2023-cü il tarixli, BKC/LGL-5460/23 nömrəli məktubla istintaqa təqdim edilmiş 1 ədəd CD diskə köçürülmüş məlumatlardan görünür ki, üzərində Bakcell 5460 yazısı olan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 2 ədəd sadə fayl müəyyən edilmiş, iş üzrə istintaq əhəmiyyəti kəsb edən hər hansı bir zənglərin daxil olması və çıxması, sms yazışmaların olması müəyyən edilməmişdir (cild 2, iş vərəqi 64-66). Cinayət işinin materiallarında olan “Azerfon MMC”-dən alınmış 12 iyun 2023-cü il tarixli, AZ17LGL-8960/23 nömrəli məktubla istintaqa təqdim edilmiş 1 ədəd CD diskə köçürülmüş məlumatlardan görünür ki, üzərində Nar loqosu və 3-13-53/2-26606/2023 yazısı olan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 5 ədəd fayl olduğu müəyyən edilmiş, iş üzrə istintaq əhəmiyyəti kəsb edən hər hansı bir zənglərin daxil olması və çıxması, sms yazışmaların olması müəyyən edilməmişdir (cild 2, iş vərəqi 68-69). Cinayət işinin materiallarında olan "xxxx" ASC-in 1 avqust 2023-cü il tarixli 2023/111/6531 nömrəli məktubundan görünür ki, 416973** ****9279 nömrəli plastik kartın Təqsirləndirilən şəxs1 məxsusdur, 1 yanvar 2023-cü il tarixdən 2 mart 2023-cü il tarixədək ilkin qalıq 0,11 manat təşkil etmiş, dövr üzrə 219,00 manat mədaxil olunmuş və dövr üzrə 218.89 manat məxaric olunaraq qalıq 0,11 manat təşkil etmişdir (cild 2, iş vərəqi 225-227). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 255). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixə kimi tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 1, iş vərəqi 256-257 və cild 3). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 16 avqust 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 4070 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2nım üzərindən götürülmüş 0,194 qram və 0,026 qram çəkidə narkotik vasitə heroin, 0,0964 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd “X10 10S” markalı mobil telefon, 1 ədəd "xxxx" MMC-də daxil olmuş “CD” disk, 1 ədəd "xxxx" MMC-də daxil olmuş “CD” disk, 1 ədəd "xxxx" MMC-dən daxil olmuş “CD” disk, 1 ədəd "xxxx" ASC-yə aid plastik kart, 1 ədəd "xxxx" ASC-yə aid plastik kart, 1 ədəd xarici yaddaş qurğusu, Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən 1 ədəd DVD-R modelli disk, Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə, həmçinin baxış və götürmə keçirilən zaman videoçəkiliş aparılmasının görüntülərini özündə əks etdirən 2 ədəd DVD-R modelli disklər maddi sübut kimi tanınmış, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 4069,8 qram, 0,144 qram və 0,016 qram çəkidə heroin, 0,0764 qram çəkidə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs1 götürdülmüş 1 ədəd “X10 10S” markalı mobil telefon, 1 ədəd “Bakı kart”, 1 ədəd “Umico” kartı, 1 ədəd açar, Təqsirləndirilən şəxs2 götürdülmüş 1 ədəd “Azəriqaz” sayğac kartı, 2 ədəd açar Yasamal RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir (cild 2, iş vərəqə 299- 326). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 1 mart 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 mart 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 1 mart 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 189-193). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 1 mart 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 41). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 mart 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 1 mart 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 194-198). Cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasından daxil olmuş məktub və ona əlavə edilmiş tibbi kitabçaların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Muad oğlu 3 mart 2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı xəsarət aşkar edilməmiş, sol saidin ön səthində köhnə çapıq toxuma aşkar edilmiş, həmçinin Təqsirləndirilən şəxs2 3 mart 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmış, müayinə zamanı xəsarət aşkar edilməmiş, sol budun arxa səthində köhnə çapıq toxuma aşkar edilmişdir (cild 3). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddə ilə təqsirli bilinərək onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, Təqsirləndirilən şəxs2 isə təqsirləndirildiyi CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1, 66.3 və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixə kimi tutulduğu 2 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduqları və həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduqları 1 mart 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 380 manata görə Təqsirləndirilən şəxs1 114 manat və Təqsirləndirilən şəxs2 266 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş ekspertiza keçirildikdən sonra qalıq çəkisi 4069,8 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş ekspertiza keçirildikdən sonra qalıq çəkisi 0,114 qram və 0,016 qram olan narkotik vasitə heroin, 0,0764 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd “Bakı kart”, 1 ədəd "xxxx" ASC-yə aid plastik kart, 1 ədəd “Umico” kartı, 1 ədəd "xxxx" ASC-yə aid plastik kart, 1 ədəd “X10 10S” markalı mobil telefon, 1 ədəd açar onun qohumlarına qaytarılmalı, -Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd “Azəriqaz” sayğac kartı və 2 ədəd açar onun qohumlarına qaytarılmalı, -1 ədəd "xxxx" MMC-də daxil olmuş “CD” disk, 1 ədəd "xxxx" MMC-də daxil olmuş “CD” disk, 1 ədəd "xxxx" MMC-dən daxil olmuş “CD” disk, 1 ədəd "xxxx" ASC-yə aid plastik kart, 1 ədəd "xxxx" ASC-yə aid plastik kart, 1 ədəd xarici yaddaş qurğusu, Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən 1 ədəd “DVD-R” modelli disk, Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə, həmçinin baxış və götürmə keçirilən zaman videoçəkiliş aparılmasının görüntülərini özündə əks etdirən 2 ədəd DVD-R modelli disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 1 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixə kimi tutulduğu 2 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 10 (on) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 1 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və onlar ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 380 manata görə Təqsirləndirilən şəxs1 114 manat və Təqsirləndirilən şəxs2 266 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş ekspertiza keçirildikdən sonra qalıq çəkisi 4069,8 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş ekspertiza keçirildikdən sonra qalıq çəkisi 0,114 qram və 0,016 qram olan narkotik vasitə heroin, 0,0764 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd “Bakı kart”, 1 ədəd "xxxx" ASC-yə aid plastik kart, 1 ədəd “Umico” kartı, 1 ədəd "xxxx" ASC-yə aid plastik kart, 1 ədəd “X10 10S” markalı mobil telefon, 1 ədəd açar onun qohumlarına qaytarılsın, -Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd “Azəriqaz” sayğac kartı və 2 ədəd açar onun qohumlarına qaytarılsın, -1 ədəd "xxxx" MMC-də daxil olmuş “CD” disk, 1 ədəd "xxxx" MMC-də daxil olmuş “CD” disk, 1 ədəd "xxxx" MMC-dən daxil olmuş “CD” disk, 1 ədəd xarici yaddaş qurğusu, Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən 1 ədəd “DVD-R” modelli disk, Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə, həmçinin baxış və götürmə keçirilən zaman videoçəkiliş aparılmasının görüntülərini özündə əks etdirən 2 ədəd “DVD-R” modelli disklər cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Səbuhi Hüseynov
Hakimlər: Eldar İsmayılov
Cavid Hüseynov