Məhkəmə qərarları › İş №1(101)-779/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-779/2020

09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-779/2020 09.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu vә Qəniyev Faiq Əsədoğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi HüseynovaDürdanəMahirqızının, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru AzadəliyevSeyhun Cəbrayıloğlunun, Müdafiəçi – Bakı şəhəri 14 saylı vəkilbürosununvəkili DadaşovŞahinMərufoğlunun, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N. Məmmədov küçəsi, ev 17-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışXəzər rayon Məhkəməsinin qərarı ilə həbs edilərək, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cinayət işi üzrə toplanmış sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, xx.xx.2010-cu il tarixdə böyük qardaşı X5 qəsdən öldürmüş həmkəndlisi Zərərçəkmiş şəxs cəzasını çəkib azadlığa çıxmasından sonra qardaşını öldürməsinə görə sonuncunu qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gələrək, zavod üsulu ilə istehsal edilmiş “Özkan-arms” modelli, 12 kalibrli, 18 YD-0033 nömrəli, pompalı, təklüləli tüfəng-yivsiz odlu ov silahı əldə edib, Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəlmiş niyyətini həyata keçirmək üçün əlverişli məqam gözləmiş, xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs yaşadığı yerin yaxınlığındakı yas mərasimində olduğunu görüb, özünə məxsus “VAZ 2106” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evə gedib, yuxarıda qeyd edilən ov tüfəngini götürərək dörd ədəd patron ilə doldurub atəşə hazır vəziyyətə gətirməklə, evdən çıxıb həmin avtomobili ilə yas mərasiminin yaxınlığına qayıdaraq, Zərərçəkmiş şəxs oradan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 30A ünvanında yerləşən evinə doğru piyada hərəkət etdiyini müşahidə edib, sonuncunu qəsdən həyatdan məhrum etmək niyyəti ilə Zərərçəkmiş şəxs yaşadığı evinə yaxınlaşan zaman idarə etdiyi avtomobil ilə qarşısını kəsərək, avtomobildən düşüb, sonuncunun dərhal evinə doğru qaçmağa başladığını görərək, silahla nişan alıb, dörd dəfə atəş açaraq, Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid kəskin qanitirmə, dərin bud arteriyasının bud venasının zədələnməsi ilə müşayiət olunan sol bud nahiyəsinin 1 ədəd dəlib keçən odlu silah-qırma yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə yüngül dərəcəli zərərvurmaya aid sağ budun 3 ədəd, sağrı nahiyəsinin 1 ədəd oldu silah-qırma yaraları, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilməyən sol sağrının və sağ budun sıyrıqları kimi xəsarətlər yetirmiş, lakin, götürdüyü bütün patronlardan istifadə etdiyi üçün əlavə atəş açmaq imkanı olmadığından, həmçinin sonuncunun Bakı şəhəri, 3 saylı X3 çatdırılaraq, vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 29,120.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaq vaxtlarından tanıyır. Belə ki, Qamət onun mərhum qardaşı Afər Sultanov ilə dost olmuş, ondan 10-12 yaş böyük olmuş və kənd adamları kimi bir-biri ilə münasibətləri olmuşdur. Sonradan münasibətləri pozulduğundan xx.xx.2010-cu il tarixdə Qamət bıçaqla Afərə çox saylı xəsarətlər yetirmiş və qardaşı almış olduğu bıçaq zərbələrindən xəstəxanada ölmüşdür. Qardaşını öldürdüyünə görə Qamətə doqquz il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş və bir il əvvəl Qamət azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra Qaməti bir neçə dəfə digər şəxslərin yanında görmüş və ondan qisas almaq niyyətinə gəlmiş, ancaq fürsəti olmamışdır. Belə bir niyyətinin olması barədə də heç kimə bir söz deməmişdir. 2019-cu ilin may ayında özünə 12 kalibrli, “Özkan-arms” markalı ov silahı almış və həmin silaha dair ona DİN-dən silahın saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün sənəd verilmişdir. Həmin silahı, ilk olaraq, ov məqsədi ilə almış, çünki ovçuluq etməyə marağı olmuşdur. Həmçinin, silahı alarkən, Qaməti onunla öldürməyi də düşünmüşdür. Silah ilə bərabər bir qutu patron da almış, qutuda 10 ədəd patron olmuş və onlardan altısını arada bir evinin həyətində olarkən quş vurmaq üçün istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə, özünə məxsus “VAZ 2106” markalı,**-EO-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə kəndin içində hərəkət edərkən yaxınlıqdakı yas mərasiminin yanından keçən zaman Qaməti görmüşdür. Sonra oradan uzaqlaşıb, evə gedib, silahı qutuda qalan dörd ədəd patron ilə doldurub evdən çıxmışdır. Həmin vaxt qardaşı Anar evdə yatmış, anası Lumiya isə mətbəxdə olmuş və onun silahla çıxdığını görməmişlər. O, yenidən avtomaşınına oturub yas mərasiminin yaxın olduğu yerə gəlmiş, bir müddət sonra Qamətin tək öz evinə doğru dalan istiqamətində hərəkət etdiyini görüb, onun arxasınca getmişdir. Həmin vaxt ətrafda heç kim olmamış və o, surəti artırıb, qəflətən Qamətin qabağını kəsmişdir. Qamətin qarşısını kəsib maşından düşərkən, sonuncu öz evlərinə tərəf qaçmağa başlamışdır. O, silahı götürərək, maşından çıxıb Qamətin arxasınca qaçmış və dayanıb iki dəfə ardıcıl atəş açmış, ancaq heç biri Qamətə dəyməmişdir. Qamət artıq öz evlərinə gedən dalana dönmüş və evlərinə çatmağa təxminən 30-40 metr məsafə qalmışdır. O, həmin dalana çatan kimi nişan alıb 3-cü atəşi açmışdır. Atəş zərbəsinin Qamətin harasına dəydiyini görə bilməmiş, ancaq dəydiyini anlamış, çünki həmin an Qamət qışqırmağa başlayıb, ilk öncə hasara sürtünmüş, sonra isə arxası üstə yerə yıxılmışdır. Yerdə olarkən Qamət “gəl söhbət edək, belə hərəkət etmə” ifadələrini işlətmişdir. Ancaq o, Qamətə qulaq asmadan dördüncü və sonuncu atəşi açmışdır. Həmin atəşin Qamətə dəyib-dəymədiyini bilməmiş, ancaq ondan sonra Qamətin səsi kəsilmişdir. O, Qamətin öldüyünü düşünüb, dərhal maşınına oturub evinə doğru getmişdir. Evdə anası və qardaşına etdiyi hərəkəti demiş və təxminən 5- 10 dəqiqə sonra həyətlərinə polis əməkdaşı gəlmişdir. O, törətdiyi cinayəti etiraf edib, silahı polis əməkdaşına təhvil vermiş və onu 1-ci PŞ-nə aparmışlar. O, Qamətə öldürmək niyyəti ilə atəş açmış, ancaq şöbədə olarkən sonuncunun ölmədiyini və xəstəxanada olduğunu eşitmişdir. Təqsirləndirilən şəxs, əlavə olaraq ifadəsində Qaməti öldürmək istədiyini, belə ki, Qamətin 2010-cu ildə onun qardaşı Afəri bıçaqla qətlə yetirdiyindən, Qamətdən qisas almaq istədiyini, cinayət hadisəsi törədən zaman, həmin vaxt orada heç kimin olmadığını və hadisəni heç kimin görmədiyini, Qamətin təxminən bir ilə yaxındır ki, azadlığa çıxdığını və həmin vaxtdan sonuncunu öldürmək ağlından keçdiyini, lakin hadisəyə qədər bununla bağlı hər hansı bir hərəkətinin olmadığını, Qamət azadlığa çıxdıqdan sonra onunla heç bir təmasının olmadığını, hadisə zamanı da Qamətin onu maşında görən kimi qaçmağa başladığğını, o da arxasından silahdan atəş açmağa başladığını, yəni aralarında heç bir əlbəyaxa davanın olmadığını, hadisə nəticəsində özünü heç bir xəsarət almadığını, cəmi 4 ədəd patronunun olduğunu, sonuncu atəşdən sonra Qamətin səsi çıxmadığını sonuncunun öldüyünü düşündüyünü, həm də daha patronu qalmadığından oradan dərhal uzaqlaşdığını, hadisə vaxtı əynində qara rəngli cins materialdan şalvar və qəhvəyi rəngli qalın sviterin olduğunu, həmin paltarlarda heç bir zədə və ya ləkənin olmadığını, psixiatrik xəstəxanalarda qeydiyyatda olmadığını, əvvllər cinayət məsuliyyətinə cəlb edilmədiyini, əməlindən peşman və özünü təqsirli bildiyini qeyd etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaq yaşlarından tanıyır, belə ki, Rəhmanın böyük qardaşı Afər ilə kənd adamı kimi münasibətləri olmuşdur. Ancaq sonradan Afər ilə münasibətləri pozulmuş, çünki Afər sanki hər bir məsələni kənddə nəzarətdə saxlamağa çalışırmış, o da Afərə düzgün hərəkət etmədiyini dedikdə, sonuncu onu döymüş, ancaq o, heç bir yerə şikayət etməmişdir. Təxminən 2 ay sonra Afərdən onu döyməsinin səbəbini aydınlaşdırmaq üçün sonuncu ilə görüşən zaman Afər düzgün hərəkət etdiyini bildirmiş və o əsəbləşdiyindən üzərində olan açılıb qatlanan bıçaq ilə şox saylı zərbələr endirərək Afəri qətlə yetirmişdir. Həmin cinayət hadisəsinə görə o, doqquz ilə müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Həmin hadisə xx xxxx 2010-cu il tarixdə baş vermiş və o, xx xxxx 2019-cu il tarixdə azadlığa çıxmışdır. Evə qayıtdıqdan sonra demək olar ki, heç bir yerə çıxmırmış, belə ki, Afərin ailəsi ondan qisas alacaq deyə narahat olduğundan atası Firudin onun evdən çıxmağına çox da icazə verməmişdir. xx.xx.2020ci il tarixdə, saat 15 radələrində qonşuluqda olan yas mərasimindən yaşadığı evə doğru gəlirmiş. Qəflətən qarşından yaşıl rəngli “VAZ 2106” markalı avtomaşın keçib, onun sağ tərəfində saxlamışdır. Maşından cavan oğlan düşmüş və əlində odlu silah olmuşdur. Həmin şəxs silahı ona tərəf doğruldub atəş aşmış, ancaq ona dəyməmişdir. O, artıq evinə gedən dalana çatmış və dərhal ev istiqamətində qaçmağa başlamışdır. Həmin şəxs heç nə deməmiş, sadəcə qışqırırmış və ikinci atəşi açmış, ancaq o da dəyməmişdir. O, artıq öz dalanlarına tərəf dönmüş, evə doğru 5-6 metr irəlilədikdən sonra həmin şəxs arxadan üçüncü atəşi açmışdır. Hər iki ayağının yuxarı nahiyələri yaralanmış, belə ki, patronlar qırmalı olmuş və arxadan girib, ayaqlarının ön nahiyələrindən deşib keçmişdir. O, atəş zərbəsindən ilk olaraq, hasara sürtünmüş, sonra isə arxası üstə yerə yıxılmışdır. Həmin vaxt atəş açan şəxsə belə hərəkət etməməyini desə də, sonuncu heç bir söz demədən dördüncü atəşi açmışdır. Həmin atəş zərbəsinin başının üstündən keçdiyini hiss etmişdir. O, bir neçə saniyə səssiz qaldıqdan sonra yerdə ağrıdan qışqırmağa başlamış, həmin şəxs isə oradan qaçıb getmişdir. Qışqırıq səslərinə atası Firudin və qonşular gəlmişlər və onu maşına otuzdurub dərhal 26 saylı BŞX-na aparmışlar. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmiş, ancaq həkimlər qanaxmanın dayanmadığını görüb onu təcili tibbi yardım maşını ilə 3 saylı ŞKX-na aparmışlar. Həmin vaxt ağrıları olsa da, huşu özündə olmuş və ona atəş açanın Afərin kiçik qardaşı Rəhmanın olduğunu eşitmişdir. O, Rəhmanı uşaq yaşlarında görmüş, azadlığa çıxdıqdan sonra da Rəhmanı görmədiyindən, hadisə vaxtı sonuncunun tanımamışdır. Hazırda müalicəsinin davam etdiyini, damarı zədələndiyindən əməliyyat olunduğunu, çox güman ki, Rəhmanın qardaşının qisasını almaq üçün onu öldürmək istədiyini, çünki şəxsən onunla heç bir ədavət, düşmənçiliyinin olmadığını, hadisə zamanı ətrafda heç kimin olmadığını bildirmişdir. Hazırda Rəhmanı bağışlamışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Qamət 2010-cu ildə həmkəndlisi Afər Sultanov ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu bıçaqlayaraq qətlə yetirmişdir. Həmin cinayətə görə Qamət doqquz ilə müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının başa çatması ilə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra o, Qaməti demək olar heç bir yerə buraxmırmış, işləməyə belə qoymurmuş. Çünki Afərin yaxınlarının onun qisasını alacaqlarından və Qamətə nə isə edəcəklərindənehtiyatlanırmış. Afərin ailəsi ilə əvvəllər münasibəti çox yaxşı olmuş, Afərin atası Azad ilə də çox yaxın olmuşlar. Ancaq 2010-cu ildə baş vermiş hadisədən sonra münasibətlər pozulmuşdur. Təqsirləndirilən şəxs də kənd uşağı kimi tanıyır, belə ki, Rəhman Afərin kiçik qardaşıdır və hadisəyə qədər Rəhmanın barəsində mənfi bir söz, fikir eşitəmişdir. Qamət Afəri qətlə yetirən zaman Rəhman uşaq olmuş, ona görə Qamət azadlığa çıxdıqdan sonra Rəhmanı üzdən tanımamışdır. xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində arvadı Südabə Teymurova ilə evdə olmuşlar. Qəflətən iki dəfə silah səsinə oxşayan bərk səs-küy eşitmişlər. Südabə küçədən insan səsinin gəldiyini demişdir. O, dərhal qapıdan küçəyə çıxmış və qapıdan təxminən 10-15 metr məsafədə Qamətin arxası üstə yerdə olduğunu görmüş, Qamət tanımadığı adamın silahla onu vurub qaçdığını demişdir. Qamətin ayaqlarının yuxarı nahiyələrindən qan gəlirmiş, həmçinin, yerdə və divarda qan izləri varmış. O, evdən ağ rəngli örtük götürüb Qamətin ayağının yuxarı hissəsindən bağlamışdır. Səs-küyə qonşuluqda yaşayan Mehman gəlmiş və o, Mehmana maşınla olub-olmadığını soruşmuş, Mehman da maşınla olduğunu bildirmişdir. O, Mehmana Qaməti dərhal xəstəxanaya aparmasını demişdir. Mehman və digər qonşusu, həm də qohumu olan Şahid3 Qaməti xəstəxanaya aparmışlar. O isə qonşusu Sadiq və onun atası Samir ilə digər maşınla xəstəxanaya getmişlər. 26 saylı BŞX-na gəlmişlər, orada həkimlər Qamətin qanaxmasını dayandırmaq üçün ilkin tibbi yardım göstərmişlər, ancaq qanaxma güclü olduğundan Qaməti Sabunçu rayonunda yerləşən 3 saylı ŞKX-na aparmaq lazım olduğunu demişlər. Həmin vaxt polis əməkdaşları da gəlmiş və ondan hadisəni kimin törətdiyini soruşmuşlar. Sonra təcili tibbi yardım maşını ilə Qaməti 3 saylı ŞKX-na aparmışlar. O da tək xəstəxanaya getmiş və qonşulara evə getmələrini bildirmişdir. Xəstəxanaya çatdırılan zaman Qamətin huşu gedib gəlirmiş, bərk ağrıları olmuş və onu dərhal əməliyyata almışlar, şah damarını tikib, qanaxmanı dayandırmışlar. Əməliyyatdan sonra Qaməti reanimasiya şöbəsində saxlamışlar və ii gün sonra Qaməti palataya köçürmüşlər. Xəstəxanada olarkən hadisəni Afərin kiçik qardaşı Rəhmanın törətdiyini və tutulduğunu eşitmişdir. Qamət özünə gəldikdən sonra ondan hadisə barədə soruşduqda, sonuncu qonşuluqda olan yas yerindən evə qayıdan zaman qəflətən bir şəxsin yaşıl rəngli “VAZ 2106” markalı avtomaşın ilə yanından keçib saxladığını və maşından düşüb odlu silah ilə ona tərəf iki dəfə atəş açdığını demişdir. O, evə tərəf qaçmağa başlayıb və artıq dalana dönüb qapıya yaxınlaşan zaman həmin şəxs arxadan üçüncü dəfə atəş açmışdır. Həmin zərbə onun hər iki ayağını zədələyib və yerə yıxılmışdır. Yerdə olan zaman isə həmin şəxs dördüncü atəşi açmış, lakin zərbə Qamətə dəyməmiş və həmin şəxs oradan uzaqlaşmışdır. xx.xx.2020-ci il tarixdə isə Qamət xəstəxanadan çıxmış və evə gəlmişlər. Rəhmanın bu hərəkəti etməkdə məqsədinin böyük qardaşı Afərin qisasını almaq olduğunu, çünki Qamət ilə başqa heç bir ədavətinin olmadığını, Qamətin ümumiyyətlə Rəhmanı üzdən tanımadığını, Rəhmanın öldürmək məqsədi ilə Qamətə odlu silahdan atəş açdığını bildirmişdir. Məhkəmədə qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi nəvəsidir, eyni zamanda qonşudurlar. Qamət 2010-cu ildə həmkəndlisi Afər Sultanov ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu bıçaqlayaraq qətlə yetirmişdir. Həmin cinayətə görə Qamət doqquz ilə müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının başa çatması ilə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra ailəsi Qaməti demək olar heç bir yerə buraxmırmış, işləməyə belə qoymurmuşlar, çünki Afərin yaxınlarının onun qisasını alacaqlarından və Qamətə nə isə edəcəklərindənehtiyatlanırmışlar. Qamətin ailəsi ilə Afərin ailəsi əvvəllər yaxşı münasibətdə olmuşlar, hər ikisinin ataları dost olmuş, ancaq 2010-cu ildə baş vermiş hadisədən sonra münasibətlər pozulmuşdur. Təqsirləndirilən şəxs də kənd uşağı kimi tanıyırmış, elə bir yaxınlığı olmamış, Afərin kiçik qardaşı olduğunu bilirmiş və hadisəyə qədər barəsində mənfi bir söz, fikir eşitəmişdir. Qamət Afəri qətlə yetirən zaman Rəhman uşaq olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində o, evdə yatmışdır. Qəflətən silah səslərinə oyanmış, küçəyə çıxanda Qaməti yerdə uzanıqlı vəziyyətdə görmüşdür. Qamətin ayaq nahiyələrindən qan gəlirmiş və Qamətin silahla vurulduğunu başa düşmüşdür. Qamətin yanında atası Firudin, qonşusu Sadiq, sonuncunun atası Samir və yaxınlıqda qalan Mehman olmuşdur. Qamət ağrıdan qışqırırmış və onu Mehmanın maşını 26 saylı BŞX-na gətirmişlər. Orada Qamətin qanaxmasını dayandırmaq üçün ilkin tibbi yardım göstərmişlər, ancaq qanaxma güclü olduğundan həkimlər Qaməti Sabunçu rayonunda yerləşən 3 saylı ŞKX-na aparmaq lazım olduğunu demişlər. Həmin vaxt polis əməkdaşları da gəlmiş və Firudindən hadisəni kimin törətdiyini soruşmuşlar. Firudin də dəqiq olaraq bilmədiyini, ancaq Afərin ortancıl qardaşı Anardanşübhələndiyini demişdir. O özü də ilkin olaraq Anardan şübhələnmiş, çünki sonuncunun da məhkumluğu olmuşdur. Sonra təcili tibbi yardım maşını ilə Qaməti 3 saylı ŞKX-na aparmışlar, o isə evinə gəlmişdir. Sonradan polis əməkdaşlarından hadisəni Afərin kiçik qardaşı Rəhmanın törətdiyini və artıq tutulduğunu eşitmişdir. xx.xx.2020-ci il tarixdə isə Qamət xəstəxanada çıxmışdır. Yəqin ki, Rəhmanın bu hərəkəti etməkdə məqsədi böyük qardaşı Afərin qisasını almaq olub, çünki Qamət Afəri xx.xx.2010-cu il tarixdə qətlə yetirmişdir. Rəhmanın da məhz 20 mart gününü gözləyib Qamətə odlu silahdan atəş açaraq onu öldürməyə cəhd etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs kənd adamları kimi tanımış, hər ikisi ilə münasibətləri normal olmuşdur. Qamətin 2010-cu ildə həmkəndlisi Afər Sultanovu qətlə yetirdiyini eşitmiş, həmin vaxt özü uşaq olmuşdur. Qamət qapı qonşusu olduğundan onu tez-tez görürmüş, həyətləri yanbayandır və bir-birilərinin evinə gedibgəlirmişlər. Rəhmanın da barəsində mənfi bir söz, kimləsə mübahisə etdiyini, Rəhmanın ailəsinin Qamətdən nə vaxtsa qisas alacaq kimi söhbətlər etdiyini eşitməmişdir. xx.xx.2020-ci il tarixdə, günorta saatlarında evdə olmuşdur. Qəflətən səs küy eşidib, atası Samir ilə küçəyə çıxanda Qamətin yerdə qan içində olduğunu, yanında atası Firudin, qonşular Böyükağa və Mehmanın olduqlarınıgörmşüdür. Qamətə xəsarət yetirildiyini başa düşmüş. Qamət tanımadığı adamın onu vurub getdiyini demiş, Firudin də çox güman Afərin ailə üzvlərindən kiminsə Qaməti vurduğunu bildirmişdir. Firudin ağ mələfə götürüb Qamətin altına salmış və Qaməti Mehmanın maşınına otuzdurub, Böyükağa ilə birlikdə 26 saylı BŞX-na aparmışlar. O, atası Samir və Firudin isə onun maşını ilə Mehmanın arxasınca xəstəxanaya gəlmişlər. Qaməti 26 saylı BŞX-naçatdırmışlar, oradan isə onu 3 saylı ŞKX-na aparmışlar, onlar isə evə qayıtmışlar. Bir gün sonra atasını görən zaman Qamətin vəziyyətini soruşmuşlar. Firudin də Qamətin əməliyyat olunduğunu demişdir. Sonradan kənddə Qaməti Rəhmanın odlu silahdan atəş açaraq vurduğunu eşitmişdir. Rəhmanın qardaşı Afərin qisasını almaq məqsədi ilə belə hərəkət etdiyini düşündüyünü bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid2 ibtidai istintaqda şahid qismində dindirilərkən göstərmişdirki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs kənd adamları kimi tanıyır və hər ikisi ilə münasibətləri normaldır. Qamət 2010-cu ildə həmkəndlisi Afər Sultanovu qətlə yetirmişdir. Həmin cinayətin hansı səbəbdən baş verdiyini dəqiq olaraq bilmirmiş. Qamət azadlığa çıxdıqdan sonra onu heç görməmişdir. Rəhmanın da barəsində mənfi bir söz eşitməmişdir. xx.xx.2019-cu il tarixdə o, Qamətin evinin qarşısından keçən zaman səs-küy eşitmişdir. İlk olaraq, Qamətin atası Firudini görmüş və təlaşlı olduğunu hiss etmişdir. Maşından düşüb yaxınlaşan zaman Qamətin yerdə qan içində olduğunu görmüşdür. Firudin təcili tibbi yardıma zəng vurmaq üçün telefon axtarırmış, o da Qamətin qan itirdiyini və onu maşın ilə xəstəxanaya çatdırmaq lazım olduğunu demişdir. Firudin ağ mələfə götürüb Qamətin altına salmış, həmin vaxt onların qohumu Böyükağa da gəlmişdir. Qaməti maşınına otuzdurub 26 saylı BŞX-na aparmışdır. Firudin isə digər qonşular ilə arxadan xəstəxanaya gəlmişdir. Maşında olarkən Qamətdən hadisənin necə olduğunu soruşmuş, sonuncu da sadəcə vurulduğunu demiş, kimin vurduğunu deməmiş, o da soruşmamışdır. O, Qaməti 26 saylı BŞX-na çatdırmış və həkimlərə təhvil verib çıxıb getmişdir. Bir gün sonra atasını görən zaman Qamətin vəziyyətini soruşmuş, Firudin də Qamətin əməliyyat olunduğunu bildirmişdir. Sonradan kənddə Qaməti Rəhmanın odlu silahdan atəş açaraq vurduğunu eşitmişdir. Rəhmanın hansı səbəbdən belə hərəkət etdiyini bilməmiş, maraqlanmamışdır. Sadəcə bir vətəndaş borcunu yerinə yetirib, köməklik göstərdiyini bildirmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 tərəfindən keçiilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 251/2020-MTBŞ nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd örtük və üç ədəd çubuqlu pambıq üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız H antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri o alfa beta (İ) qrupu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa). Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar və bir ədəd sviter üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 tərəfindən keçirilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2020-cu il tarixli, 148/2020-MKTŞ nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa sağ yuxarı nahiyəsində üç ədəd və şalvarın arxa sol yuxarı nahiyəsində üç ədəd dəlib-keçən zədələr aşkar edildi. Bu zədələr patronu qurğuşun tərkibli mərmi (qırmalarla) doldurulmuş odlu silah zədələnməsinin giriş dəlikləridir, atəşin əlavə faktorlarının təsir etdiyi məsafədən açılmış atəş (atəşlər) nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sağ ayağının ön yuxarı nahiyəsində bir ədəd və şalvarın sağ ayağının arxa nahiyəsində bir ədəd aşkar edilmiş cırılma zədələri, şalvarın müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sağ yan tikişi üzərində bir ədəd və şalvarın sağ ayağının iş tikişi üzərində bir ədəd aşkar edilmiş natamam sökülmə zədələridir, şalvarın müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş parça fraqmenti (örtük) üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sviter və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 tərəfindən keçirilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 438 nömrəli rəyinə əsasən, Q.F. Teymurovun bədənində aşkar olunmuş xəsarətlər- kəskin qanitirmə, dərin bud arteriyasının və bud venasının zədələnməsi ilə (dəlib keçən) müşayiət olunan sol bud nahiyəsinin dəlib keçən 1 ədəd, sağ budun 3 ədəd, sağrı nahiyəsinin 1 ədəd (cəmi 5 ədəd) odlu silah-qırma yaraları, patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atə.in təsirindən; sol sağrının, ağ budun sıyrıqları isə küt əşya təsirindən törənmişlər, törənmə müddətləri onun 3 saylı ŞKX-na müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixə və şəraitdə törənmələri istisna olunmur. Dərəcələrinə görə dərin bud arteriyasının və bud venasının zədələnməsi ilə müşayiət olunan sol bud nahiyəsinin 1 ədəd dəlib keçən odlu silah-qırma yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sağ budun 3 ədəd, sağrı nahiyəsinin 1 ədəd odlu silah-qırma yaraları sağlamlığın qısa müddət pozulmasına səbəb olduqlarına görə istər birllikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmaya, sol sağrı və sağ budun sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə aiddirlər. İş materiallarındakı Xəzər rayon prokurorluğunun tərtib etdiyi xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarındakı Xəzər rayon prokurorluğunun xx xxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(003)-88/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 tərəfindən keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 286 nömrəli rəyinə əsasən, R.A. Sultanzadənin bədəni üzərində travma alması göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. İş materiallarındakı Xəzər Rayon Prokurorluğu tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə – Bakı şəhəri, Xəzər rayonu, Qazmaçılar küçəsində Zərərçəkmiş şəxs evinə gedən dalan ərazisinə və ətrafına baxış keçirilərkən iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək qanabənzər ləkə izləri olan yerdən götürülmüş 3 ədəd DNT çubuqları və həmin izlərin yanında iki ədəd tıxaca bənzər rezin əşya və karteçlərə bənzər beş ədəd metal əşyalar iş üçün əhəmiyyət kəsb etdiyi üçün hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 106 saylı MKİS-inin tərtib etdiyi 2018-ci il 28 dekabr tarixli arayışdan və xasiyyətnamədən görünür ki, X1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsi, ev 2 «a», mənzil 42 ünvanında arvadı və iki azyaşlı uşağı ilə birlikdə qeydiyyatda olmaqla müsbət xarakterizə edilir (iş vərəqi 90-91). İş materiallarındakı Xəzər Rayon Prokurorluğu tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, ifadəsi hadisə yerində yoxlanılan təqsirləndirilən İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-ballistik ekspertizasının xx.xx.2020ciil tarixli, 3/185 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş bir silah Türkiyədə zavod üsulu ilə istehsal edilmiş “Özkanarms” modelli, 12 kalibrli, 18YD-0033 nömrəli, pompalı, təklüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, tətiyini çəkmədən atəş açılmır və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş iki ədəd giliz zavod üsulu ilə hazırlanmış 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayırlmış hissələridir-gilizləridir. Həmin gilizlər 18YD-0033 nömrəli ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş dörd metal predmet yivsiz ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış, patronların daxilinə doldurulan atəş komponentlərinin atəşlə ayrılmış hissəsidir, 8.5 mm-lik karteçlərdir. Həmin karteçlərin üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər və bərk predmetə dəymə nəticəsində yaranan deformasiya, sıyrıq əlamətləri vardır. Həmin izlər xüsusi əlamətlərə malik olmadığından, onların 18YD-0033 nömrəli ov tüfəngindən atılıb-atılmadığını, eləcə də atəşdən əvvəl təqdim edilmiş gilizlərin hansının tərkibində olub-olmamasını və eyni patronun daxilində olub-olmamasını müəyyən etmək mümkün deyil. Karteçlərlə birlikdə təqdim edilmiş bir ədəd predmet çınqıl daş olduğundan tədqiqatı aparılmadı. Təqdimata təqdim edilmiş iki ədəd predmet yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış 12 kalibrli patronların daxilinə doldurulan atəş komponentlərinin hissəsidir, atəşlə ayrılmış polietilen (konteyner tipli) tixaclardır. Həmin tıxaclar atəş prosesində istifadə olunan zaman üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik sürtünmə izləri aşkar edilmişdir. Həmin izlər xüsusi əlamətlər malik olmadığından onların 18YD-0033 nömrəli ov tüfəngindən atılıb-atılmadığını, eləcə də atəşdən əvvəl təqdim edilmiş gilizlərinin hansının tərkibində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarındakı Xəzər Rayon Prokurorluğu tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məxsus, hadisə vaxtı əynində olmuş bir ədəd tünd göy rəngli cins şalvar və bir ədəd qəhvəyimtil-bənövşəyimtil rəngli sviter, Zərərçəkmiş şəxs məxsus, hadisə vaxtı əynində olmuş qara rəngli şalvar, bir ədəd ağ rəngli parça materialdan örtük, bir ədəd “Özkan arms” modeli, 12 kalibrli, 18YD-0033 nöməli yivsiz odlu silah və şəhadətnaməsi, hadisə yerindən götürülmüş iki ədəd atılmış giliz, iki ədəd tıxac, dörd ədəd karteç və üzərində qan ləkələri olan üç ədəd DNT çubuğu sübut əhəmiyyəti kəsb etdiklərindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmənin yekun qərarı ilə onların taleyi həll edilənədək Xəzər rayon prokurorluğunda saxlanılması qərara alınmışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,120.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29,120.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törət-məsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün ibtidai istintaq zamanı izahatında, şübhəli şəxs qismində, həmçinin təqsirləndirilən şəxs kimi ilkin ifadələrində tam, sonrakı qismən etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə ifadələri elan edilərək tədqiq olunmuş digər şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan istifadə etməklə törədilməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-nin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının CM-nin 63.3.-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Xəzər Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan iş üzrə Təqsirləndirilən şəxs məxsus, hadisə vaxtı əynində olmuş bir ədəd tünd göy rəngli cins şalvar və bir ədəd qəhvəyimtil-bənövşəyimtil rəngli sviter, Zərərçəkmiş şəxs məxsus, hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli vilvet şalvar, bir ədəd ağ rəngli parça materialdan örtük, bir ədəd “Özkanarms” modelli, 12 kalibrli, 18YD-0033 nömrəli yivsiz odlu ov silahı, qeyd edilən silahın şəhadətnaməsi, hadisə yerindən götürülmüş iki ədəd atılmış giliz, iki ədəd tıxac, dörd ədəd karteç və üzərində qan ləkələri olan üç ədəd DNT çubuğu məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 8 saylı hüquq məsləhətxanasının vəkili X2 360 (üç yüz altmış) manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə isə Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il martın 20-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351- 353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,120.1.-ci maddəsi ilə təqsirli bilinərək 10(on) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2020-ci il martın 20-dən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 8 saylı hüquq məsləhətxanasının vəkili X2 360 (üç yüz altmış) manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə isə Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Xəzər Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan iş üzrə Təqsirləndirilən şəxs məxsus, hadisə vaxtı əynində olmuş bir ədəd tünd göy rəngli cins şalvar və bir ədəd qəhvəyimtil-bənövşəyimtil rəngli sviter, Zərərçəkmiş şəxs məxsus, hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli vilvet şalvar, bir ədəd ağ rəngli parça materialdan örtük, bir ədəd “Özkanarms” modelli, 12 kalibrli, 18YD-0033 nömrəli yivsiz odlu ov silahı, qeyd edilən silahın şəhadətnaməsi, hadisə yerindən götürülmüş iki ədəd atılmış giliz, iki ədəd tıxac, dörd ədəd karteç və üzərində qan ləkələri olan üç ədəd DNT çubuğu məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar