Məhkəmə qərarları › İş №1(101)-779/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-779/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-779/2021 02.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2002-ci il yanvarın 16-da Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bağlar massivi, özəl tikilidə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 2020-ci il oktyabrın 31-də saat 20 radələrində ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs yaxınlaşıb ona narkotik vasitə satmasını deyərək iradını bildirdikdən sonra Zərərçəkmiş şəxs narkotik vasitə satmasını təkzib etməklə oradan uzaqlaşmaq istədikdə sonuncunun onun iradına qeyri-ciddi yanaşmasını cüzi səbəb kimi bəhanə gətirib xuliqanlıq niyyətilə üzərində gəzdirdiyi istintaqla müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs bir dəfə qarın nahiyəsindən qəsdən vuraraq Zərərçəkmiş şəxs qarın ön divarının daxilə nüfuz etməklə nazik bağırsaq müsariqəsini dəlib keçən və nazik bağırsağın eventerasiyasına (qarın boşluğundan xaricə çıxmasına) səbəb olaraq deşilmişkəsilmiş yarası ilə müşayiət edilməklə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, 2020-ci ilin avqust ayından sentyabr ayına kimi anası X3, dayısı X5 və qardaşı X6 ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış, həmin ilin sentyabr ayında Bakı şəhərinə gələrək müxtəlif yerlərində kirayə qalmış və Bakı şəhərindəki «Kubinka» adlanan ərazidə yaşamaqla «pişik» ləqəbli Zərərçəkmiş şəxs narkotik vasitə satan bir insan kimi tanımışdır. O, özü narkotik vasitə istifadə etməmiş və göstərilən maddələri istifadə edib satan adamları görməyə gözü olmamış, iradını bildirmək üçün 2020-ci il oktyabrın 31-də saat 20 radələrində «Kubinka» kimi tanınan əraziyə gələrək bir neçə nəfərdən Ceyhunun ünvanını öyrənməklə Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsinə yollanmış, qeyd edilən vaxt üzərində 2020-ci ilin oktyabr ayında «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən mağazadan iki manata aldığı, qatlanmayan, təxminən 20 sm uzunluğundakı mətbəx bıçağı olmuşdur. Ceyhunun yaşadığı həyət evinə daxil olub sonuncunu çağıranda çölə çıxan Ceyhuna «narkotik vasitə satırsan, camaatın uşaqlarını bədbəxt edirsən, yaxşı adam deyilsən» söyləyərək etirazını bildirmişdir. Ceyhun «Mən haqq verirəm» dedikdə o, «əgər haqq verirsənsə, mənə də pul ver, kasıblara çatdırım» bildirmiş, Ceyhunu hədələməmiş və sonuncuya qarşı heç bir silah və əşya nümayiş etdirməmişdir. Ceyhun əlini şalvarının bel hissəsinə aparan zaman sonuncunun onu bıçaqla vurmaq istədiyini zənn etməklə üzərindəki bıçağı çıxarıb Ceyhunun qarın nahiyəsindən iki dəfə vurduqda sonuncu yerə yıxılmış, o isə hadisə yerini tərk edərək yuxarı yolla qaçmağa başlamış, mobil telefonun nömrəsini çıxarmaqla sındırıb tullamış, əyləşdiyi taksi ilə «20 Yanvar» metrostansiyası tərəfə çataraq bıçağı avtomobilin arxa oturacağının ayaqlıq yerinə atmış, digər yol avtomaşını ilə «Koroğlu» metrostansiyası tərəfə, oradan da başqa maşın ilə Kürdəxanı qəsəbəsindəki X2 adlı dostunun evinə getmiş, sonuncuya bıçaqlama barədə heç nə danışmamış, Məhəmmədin evində iki-üç gün qalandan sonra həmin qəsəbədə yaşayan digər dostu Kamalın evinə getməklə orada qalmışdır. 2020-ci il noyabrın 05-də saat 07 radələrində Məhəmmədin evinə addımladığı vaxt sonuncunun evinin yanında bir neçə mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onu Bakı şəhərinin Nəsimi Rayon Polis İdarəsinə gətirmiş, ona qarşı heç bir güc, zorakılıq və ya hədə tətbiq edilməmişdir. Onun xuliqanlıq niyyəti olmamışdır. Zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Əməlindən peşmandır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci il oktyabrın 31-də saat 19-20 radələrində yaşadığı, ünvan 3 ünvanında yerləşən evdə yemək yediyi zaman kimsə küçədən onu səslədiyindən çölə çıxmaqla «kimdir məni çağıran» soruşmuş, bu vaxt həyətyanı sahədə adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona «mən Cəlilabadlı Paşayam, türməyə pul göndərməliyəm, məni Cəlilabadlı avara Teymur göndərib» deyəndə sonuncuya Teymuru tanımadığını, pulu olmadığını bildirsə də Nicat eyni sözləri təkrarlamağa davam etmişdir. O, Nicatın onu döyməsindən və xəsarət yetirməsindən ehtiyat edərək oğlana baş qoşmaq istəməmiş, əvvəllər boksla məşğul olmuş dostu Fikrətə zəng etməklə sonuncunu evinə çağırmış, telefonla danışan Nicata isə «darıxma, indi pul gəlir» bildirmişdir. Sonuncu telefon söhbətini qurtarandan sonra cihazı şalvarının cibinə qoyub iti alətlə onun qarnına bir zərbə endirərək göstərilən aləti qarnında fırlatmaqla çıxartmış və hadisə yerindən qaçmışdır. Onun səsinə anası və qonşular yığışmışlar, qeyd edilən an bağırsaqlarının çölə çıxdığını görmüşdür. Qonşular ona yardım edərkən huşunu itirib yerə yıxılmış, ayılaraq xəstəxanada olduğunu başa düşmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayəti, tələbi və iddiası yoxdur, sonuncuya cəza verilməməsinə etiraz etmir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, övladı Zərərçəkmiş şəxsla bərabər yaşayır. 2020-ci il oktyabrın 31-də saat 20 radələrində sonuncu evdə olarkən kimsə oğlunu səsləmiş, Ceyhun qapıdan həyətə çıxmaqla «kimdir məni çağıran» soruşduqda bir neçə dəqiqədən sonra qışqırdığından o və qonşular bayıra çıxdıqda Ceyhunun bağırsağının çölə töküldüyünü görmüşlər. Birazdan təcili tibbi yardım maşını hadisə yerinə çatıb oğlunu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. O, Təqsirləndirilən şəxs Ceyhunu bıçaqla vurduğunu bilavasitə görməmişdir. İş üzrə şahid qismində dindirilən zərər çəkiş şəxs Zərərçəkmiş şəxs qonşuları Şahid2 və Şahid3 Şahid1 ilə uyğun ifadələr verdilər. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmişdir (2-ci cild, iş vərəqi 49-52). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə şahid qismində Şahid4 dindirilərkən qardaşı Zərərçəkmiş şəxsla bir həyətdə ayrı-ayrı evlərdə yaşadıqlarını, 2020ci il oktyabrın 31-də saat 20 radələrində evdə olarkən Ceyhunun həyətdə qışqırmasını eşitməklə qardaşının yerə yıxıldığını gördüyünü, hadisəni törədən şəxsin Təqsirləndirilən şəxs olduğunu və sonuncunun Ceyhunu narkotik vasitə satması bəhanəsi ilə bıçaqla vurmasını öyrəndiyini göstərmişdir (1-ci cild, iş vərəqi 236-238). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 31 oktyabr tarixli protokoldan görünür ki, ünvan 3 ünvanındakı hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı qana bənzər ləkə, kəsicideşici alət və bıçaq aşkarlanmamış, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 4-10). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 02 noyabr tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd mayka götürülmüşdür (1-ci cild, iş vərəqi 29). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 02 noyabr tarixli protokoldan görünür ki, bir ədəd ağ rəngli kişi maykasına və bir ədəd sarı rəngli uzunqol kişi köynəyinə baxış keçirilərkən üzərlərində qırmızı rəngli ləkələr, maykanın ön tərəfində 4 sm, köynəyin ön tərəfinin aşağı hissəsindəki düymələrin qarşısında 6 sm ölçüdə kəsik izləri aşkarlanmış, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 34-37). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 05 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 63-64). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 06 noyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 85-86). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 06 noyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 3 ünvanında Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra hadisə yerindən qaçdığını bildirmiş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 103-105). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 06 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bağlar massivi, özəl tikilidə olan evində axtarış vaxtı iş üçün əhəmiyyət kəsb edən hər hansı bıçaq, narkotik vasitə və psixotrop maddə aşkarlanmamış, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 115-126). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2020-ci il 06 noyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il noyabrın 05-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 137-139). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 09 noyabr tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı qanunsuz əşya aşkarlanmamış, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 162-170). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il noyabrın 13-də tərtib etdiyi tələbnamədən, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 2020-ci il 18 dekabr tarixli 082-49552-1220 №-li məktubundan, məhkəmə hökmünün və qərarının kserosurətlərindən görünür ki, yetkinlik çatmadığı dövrdə Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 24 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il 09 ay 04 gün azadlıqdan məhrumetmə cəzasına 01 il sınaq müddəti ilə şərti məhkum olunmaqla 2020-ci il iyunun 12-də cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmış, Cəlilabad Rayon Məhkəməsinin 2020-ci il 19 mart tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib cinayət işinə xitam verilmiş, məhkumluğu ödənilmişdir (1-ci cild, iş vərəqi 197-199 və 235, 2-ci cild, iş vərəqi 2-7 və 56-60). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2020-ci il 23 noyabr tarixli 19/51-11319 №-li və «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2020-ci il 25 noyabr tarixli 8237 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan müəssisələrdə müalicədə olmamışdır (1-ci cild, iş vərəqi 209-210). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X4» publik hüquqi şəxsinin sağlamlığa zərərvurmanın təyininə dair 2020-ci il 27 noyabr tarixli 929 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət – qarnın ön divarının daxilə nüfuz edərək nazik bağırsaq müsariqəsini dəlib keçən və nazik bağırsağın eventerasiyasına (qarın boşluğundan xaricə çıxmasına) səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlməklə 2020-ci il oktyabrın 31-nə uyğundur, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, xəsarətin xarakterinə və lokalizasiyasına əsasən digər şəxs tərəfindən deşici-kəsici əşya ilə (alətlə), ola bilsin ki, bıçaqla yetirilən zərbə nəticəsində əmələ gəlməsi mümkündür (1-ci cild, iş vərəqi 215- 217). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X4» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2020ci il 03 dekabr tarixli 547/2020 MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sağ aşağı nahiyəsində aşkarlanan bir ədəd deşilmiş-kəsilmiş zədə və sonuncunun bədənindəki xəsarət – qarnın ön divarının daxilə nüfuz edərək nazik bağırsaq müsariqəsini dəlib-keçən və nazik bağırsağın eventrasiyasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası iti ucu, iti ülgücü və küpü olan deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir (1ci cild, iş vərəqi 219-220). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X4» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2020ci il 23 noyabr tarixli 855/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A-Beta/İİ/ olmaqla ekspertizaya təqdim edilən sonuncuya məxsus ağ rəngli mayka və sarı rəngli köynək üzərində olan ləkələrdə aşkarlanan insan qanı ləkələrində qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, həmçinin beta aqlyutinini alınmışdır, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (1-ci cild, iş vərəqi 222-224). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2020-ci il 24 noyabr tarixli 2330 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, eləcə də psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməməklə onda emosional davamsız şəxsiyyət pozuntusu aşkarlanmış, sonuncu xasiyyətcə əsəbi, qıcıqlara qarşı həssas, affektiv reaksiyalara meyilli, əsəbi gərginlik vaxtı özünə xəsarətlər yetirən, əhval-ruhiyyəsi dəyişkən, emosional dayanıqsızdır, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmiş, emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, emosional dayanıqsızlıq müşahidə olunmaqla sonuncu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl zamanı fizioloji affekt vəziyyətində olmamışdır (1-ci cild, iş vərəqi 226-229). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 16 dekabr tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka və bir ədəd köynək iş üzrə maddi sübut hesab edilməklə saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir (1-ci cild, iş vərəqi 230). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 19 dekabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd İQ 074866 №-li İlkin Hərbi Qeydiyyata Alınma haqqında vəsiqə və bir ədəd PC AZE C02772425 №-li pasport götürülmüşdür (1-ci cild, iş vərəqi 240-242). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 2020-ci il 21 dekabr tarixli 085-10695-1220 №-li və 085-10694-1220 №-li məktublarından, habelə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 24 dekabr tarixli protokoldan görünür ki, qeyd olunan məktublarla daxil olan bir ədəd DVD diskinə baxış vaxtı 12 saniyədən ibarət görüntünün 10-cu saniyəsində əynində göy rəngli gödəkcə, qara rəngli şalvar, qara rəngli idman köynəyi, ayağında qara və ağ rəngli idman ayaqqabısı olan 18-20 yaşlı kişi cinsinə mənsub şəxsin sağ əlini gödəkcəsinin sol iç cibində saxladığı halda qaçaraq kamera görüntüsündən uzaqlaşması müəyyən edilmiş, Təqsirləndirilən şəxs görüntüdəki şəxsin özü olduğunu, həmin görüntüyə Zərərçəkmiş şəxs vurub qaçdıqdan sonra düşdüyünü bildirmişdir (1-ci cild, iş vərəqi 248-250 və 2-ci cild, iş vərəqi 16). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 24 dekabr tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dedikləri ilə razılaşdığını bildirmişdir (2-ci cild, iş vərəqi 18-23). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 24 dekabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2020-ci il 25 dekabr tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsindən həmin Məcəllənin 126.2.4.-cü maddəsinə tövsif edilməklə ona qeyd olunan maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 29,120.1.-ci, 126.2.1.-ci, 126.2.3.-cü, 181.3.3.-cü, 182.3.3.-cü, 221-ci, 228.4.-cü maddələri, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, sonuncuya məxsus bir ədəd maykanın və bir ədəd köynəyin iş üzrə maddi sübut hesab edilməklə saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilməsi, bir ədəd DVD diskinin cinayət işinin materiallarna əlavə olunması nəzərə alınmışdır (2-ci cild, iş vərəqi 24-38 və 40-41). İş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin 2020-ci il 25 dekabr tarixli 142-38136-1220 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2020ci il iyunun 16-da şöbədən AA seriyalı ******* №-li yeni nəsil şəxsiyyət vəsiqəsi almışdır (2ci cild, iş vərəqi 53). İş materiallarındakı «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 28 dekabr tarixli BKC-LGL-27877/20 №-li məktubundan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 11 yanvar tarixli protokoldan görünür ki, daxil olan bir ədəd DVD diskinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən olunmamışdır (2-ci cild, iş vərəqi 64-69). Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2021-ci il 05 aprel tarixli və notariat qaydasında təsdiq olunan 2021-ci il 26 aprel tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, gələcəkdə də olmayacaqdır, sonuncuya cəza verilməməsinə etirazı yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün qismən etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı özünün təqsirləndirilən şəxs qismində və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla gənc olmaqla əməlindən peşman olmasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka və bir ədəd köynək məhv edilməli, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 50 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il noyabrın 05-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2020-ci il noyabrın 05-dən hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka və bir ədəd köynək məhv edilsin, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar