Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-779/2022 25.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X11 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X6 iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Respublikası CM-nin 29, 186.2.1 və 29.186.2.2-ci maddələri ilə Sabunçu rayon məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, M.F.Axunndzadə küçəsi, ev 5-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 07 ədəd bükümdə ümumi təmiz çəkisi 2,760 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 03 ədəd bükümdə ümumi təmiz çəkisi 1,307 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 11 dekabr 2021-ci il tarixdə saat 03:50-də tanışı olan X2 avtomobilində olan zaman əldə etdiyi psixotrop maddə metamfetamindən 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,072 qram və 0,210 qram olmaqla, ümumi təmiz çəkisi 0,282 qram olan metamfetamini tanışı X3 istifadə etməsi üçün vermiş, 11 dekabr 2021-ci il tarixdə saat 03:50-də Təqsirləndirilən şəxs tanışı X5 ilə birlikdə ünvan 1 ünvanda piyada olaraq hərəkət edən zaman Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 3-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş, polis şöbəsində videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə Əhmədovun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunun içindən külli miqdarda 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,703 qram; 0,402 qram; 0,419 qram; 0,502 qram və 0,452 qram olmaqla ümumi təmiz çəkisi 2,478 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,550 qram; 0,332 qram və 0,425 qram olmaqla ümumi təmiz çəkisi 1,307 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, özünü narkotik vasitələrin istifadəsində təqsirli bilir. Belə ki, o narkotik vasitə idtifadəçisidir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həbs olunmamışdın 1 əvvəl heroin və metamfetamin adlanan narkotik vasitələrindən istifadə etmişdir. 11 dekabr 2021-ci il tarixdə gecə saat 03-04 radələrində İlkin adlı şəxslə Əhmədli istiqamətinə gedərkən polis əməkdaşları onları saxlayaraq Xətai RPİ-nin 34-cü Polis şöbəsinə aparmışlar. İlkinin üzərindən heç nə aşkar olunmadığına görə onu buraxmışlar. Ancaq onun üzərində öz istifadəsi üçün saxladığı 2 büküm narkotik vasitə olduğuna görə onu saxlamışlar. Onun üzərinə baxış keçirilərkən həmin iki bükümü polislərə təqdim etmişdir. Lakin polislər ona məxsus olmayan narkotik vasitələri onun üzərinə qoymuşlar. Onun üzərində az miqdarda narkotik vasitə olmuş, ittiham aktında göstərilən miqdarda onun üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ilkin ifadələri məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ildən artıq müddətdir ki, narkotik vasitələr olan heroin və metamfetamindən istifadə edir. Narkotik vasitələri əsasən 5-6 ay əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı şəxsdən əldə etmişdir. Həmin şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuş, o, mütəmadi olaraq “Baba” adlı şəxsdən narkotik vasitə almışdır. Sonralar “Baba” adlı şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, ondan narkotik vasitələr istədikdə sonuncu müxtəlif bank kartlarının şəkillərini göndərib oraya pul göndərməyini demişdir. Həmin bank kartlarına pul göndərdikdən bir müddət sonra isə “Baba” narkotik vasitələrin harada yerləşməsi barədə şəkillər göndərib göstərilən yerlərdən götürə biləcəyini bildirmişdir. Narkotik vasitələri “Baba”dan müxtəlif qiymətlərə əldə edib onları özü istifadə etmişdir. Sonuncu dəfə həbs olunmamışdan 3-4 gün əvvəl yenə də “Baba” ilə “Whatsapp” sosial şəbəkəsində əlaqə saxladıqdan sonra onun təqdim etdiyi bank kartına 100 manat pulu köçürmüş və ondan şəxsi istifadəsi üçün 01 bükümdə olan sellofanda təxminən 5 qramdan bir az artıq çəkidə müxtəlif bükümlərə bükülmüş vəziyyətdə olan narkotik vasitə olan heroin və metamfetamin almışdır. Həmin 01 ədəd bükümün içərisində heroin və metamfetaminlər ayrı-ayrılıqda təxminən 04 ədəd bükümdə olmuşdur. Həmin narkotik vasitələri Sulutəpə qəsəbəsinin yaxınlığında “Baba”nın şəkli atdığı yerdən əldə etmiş və onu üzərində gəzdirmişdir. Narkotik vasitələri ayrı-ayrı vaxtlarda daha rahat şəkildə şəxsi istifadəsi üçün bükümlərə ayırmışdır. Həmin narkotik vasitələri çox almağına və üzərində gəzdirməsinə səbəb ağrıları olan zaman istifadə edə bilməsi üçün olmuşdur. Həmin narkotik vasitələrdən istifadə etdikdən sonra siqaret qutusunda 10 büküm qalmış, həmin bükümlərdən ikisini təxminən bir ilə yaxın tanıdığı İlkinə qarşılıqsız olaraq vermişdir. Narkotik vasitəni verməsinə səbəb isə İlkinin də onun narkotik vasitələrin istifadəçisi olduğunu bilməsi və onun da narkotik vasitənin olub olmadığını soruşması olmuşdur. Həmin narkotik vasitələri “Rothmans” markalı siqaret qutusunun içərisində əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlayırmış. 11 dekabr 2021-ci il tarixdə təxminən gecə saat 03 radələrində Babək prospektində olan zaman İlkinin taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyi üçün gecə gec olduğuna görə İlkinə zəng vurub olduğu yeri bidirmiş, bir az müddət keçdikdən sonra İlkin avtomobilini onun yanında saxlamış və Əhmədli istiqamətində getdiyini yolüstü onu da düşürə biləcəyini bildirmişdir. O, İlkinlə razılaşdıqdan sonra avtomobilə əyləşmiş, avtomobildə olan zaman İlkin ondan narkotik vasitəsinin olub olmadığını soruşmuş və o, İlkinə iki büküm “şüşə”ni təmənnasız vermişdir. İlkin Əhmədli qəsəbəsinə tanışının yanına getdiyini bildirmiş və o, İlkinə oradan öz yoluna gedəcəyini söyləmişdir. Kənd Əhmədli qəsəbəsinə çatdıqdan sonra avtomobildən hər ikisi enmiş piyada hərəkətdə olan zaman polis əməkdaşları təxminən saat 03:50 radələrində onlara yaxınlaşmış və onların narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləyərək onları Xətai RPİ-nin 34-cü Polis şöbəsinə dəvət etmişdirlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq şöbəyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən içərisində 03 ədəd bükümlərdə heroin, 05 ədəd bükümdə metamfetamin olan “Rothmans” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş və içərisində narkotik vasitələrin olmasını bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş və başqa bir əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitələr elektron tərəzidə çəkilmiş və heroin narkotik vasitənin ümumilikdə 2.06 qram çəkidə, metamfetaminin isə 2,77 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir. O, ifadəsində verilmiş suallara cavab olaraq, narkotik vasitələri satış məqsədi ilə deyil şəxsi istifadə məqsədi ilə əldə edərək daşıdığını heç kimə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələri oxumadan imzaladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyi ƏÇPA-nın 3-cü patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantı rütbəsi daşıyır. 11.12.2021-ci il tarixdə eyni avtopatrulda onunla birlikdə xidmət aparan Şahid2 ilə birlikdə xidmət aparan zaman təxminən saat 03:50-də Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 5 ünvanında olan zaman iki nəfər şəxsin yolun kənarı ilə piyada hərəkət etdiyini görmüşdür. Onlara yaxınlaşıb özlərini təqdim etdikdən və onlardan sənədlərini təqdim etmələrini xahiş etmişdirlər. Bu zaman onlar öz hərəkətlərində qeyri-adekvatlık göstərməyə başaldıqları üçün onların narkotik vasitələrin təsiri altında ola biləcəyindən şübhələnmiş və onları polis şöbəsinə dəvət etmişdirlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və 20.05.1994-cü il təvəllüdlü X4r. Hər iki şəxsin üzərlərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə ilk növbədə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Polis Şöbəsinin təhqiqatçısı Elxan Qəribov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən içərisində 03 ədəd şəffaf sellofanlara bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlələri və 05 ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan “Rothmans” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. X9 şübhəli şəxs Təqsirləndirilən şəxs bükümün içərisində nə olmasını soruşduqda , sonuncu bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı həmin narkotik vasitəni nə məqsədlə və kimdən aldığını soruşduqda, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 150 manat məbləğində əldə etdiyini bildirmişdir. Bundan sonra X9 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitədən başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs xeyr cavabı verdikdən sonra təhqiqatçı onun üzərində şəxsi axtarış aparmış və qanunla qadağan olunmuş heç bir əlavə əşya və predmet aşkar olunmamışdır. Həmin narkotik vasitəyə bənzər maddənin çəkisini müəyyən etmək üçün şöbənin təhqiqatçısı, polis baş leytenantı Elxan Qəribov həmin maddələri elektron tərəziyə qoymuş 03 ədəd şəffaf bükümlərdə olan heroinə bənzər kütlələrin isə ümumi çəkisinin 2,06 qram olması, 05 ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin isə ümumi çəkisinin 2,77 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 08 ədəd bükülü zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra digər şübhəli şəxs X2 üzərində şəxsi axtarış keçirilməsi başlanmışdır. Bu zamanda onun, müdafiəçinin, Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə digər şübhəli şəxs X2 üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Polis Şöbəsinin təhqiqatçısı Elxan Qəribov, X3 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. X5 əynindəki boz rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş və 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələri çıxarıb masanın üzərinə qoymuşdur. X9 şübhəli şəxs X1 bükümün içərisində nə olmasını soruşduqda , sonuncu bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı həmin narkotik vasitəni nə məqsədlə və kimdən aldığını soruşduqda, həmin narkotik vasitələri tanışı olan Ələkbərdən əldə etdiyini bildirmişdir. Bundan sonra X9 şübhəli şəxs X3 üzərində narkotik vasitədən başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet olmasını soruşmuşdur. X5 xeyr cavabı verdikdən sonra təhqiqatçı onun üzərində şəxsi axtarış aparmış və qanunla qadağan olunmuş heç bir əlavə əşya və predmet aşkar olunmamışdır. Onun Həmin narkotik vasitəyə bənzər maddənin çəkisini müəyyən etmək üçün şöbənin təhqiqatçısı, polis baş leytenantı Elxan Qəribov həmin maddələri elektron tərəziyə qoymuş 01 ədəd gümüşü kağızda və 01 ədəd şəffaf bükümlərdə olan ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin isə ümumi çəkisinin 0,41 qram olması müəyyən edilmişdir. Bundan sonra X2 üzərindən aşkar olunmuş 02 ədəd bükülü zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzəri şübhəli şəxs X5, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Şahid2 ibtdiai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, Şahid1 məhkəmədə verdiyi ifadəsindəki xüsusatlara uyğun ifadə vermişdir. Məhkəmədə ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; Cinayət işində olan 11 dekabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində 08 ədəd ağ rəngli sellofan torbaya bükülmüş, 03 ədəd qəhvəyi rəngli, toz şəkilli, 05 ədəd ağ rəngli kristal formalı narkotik vasitəyə bənzər maddələr olan 01 ədəd “Rothmans” markalı siqaret qutusunu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun üzərindən başqa əşya aşkar olunmadı. Daha sonra təqdim olunan bükümdə olan heroinə bənzər kütlələr və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə heroinə bənzər 03 ədəd bükümdə kütlələrin çəkisi 2,06 qram oldu metamfetaminə bənzər 05 ədəd bükümdə kütlələrin çəkisi 2,77 qram oldu. Daha sonra 08 ədəd bükümlərin ümumi çəkisi müəyyən edildi çəkisi 4,80 qram oldu. Sonra həmin kütlələr içi boş olan, ağ rəngli zərfə qoyuldu, həmin zərf möhürləndi, üzərində müvafiq qeydlər aparıldı, şübhəli şəxs, müdafiəçi, təhqiqatçı tərəfindən imzalandı və götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddələri tanımadığı şəxsdən 150 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Cinayət işində olan Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 01 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Həmin videogörüntünün adı "VİD_20211211_112346_367” adı ilə qeyd olunmuşdur. “VİD_20211211_112346_367 " adlı fayla baxış keçirdikdə, həmin faylın 08 dəqiqə 43 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elxan Qəribov özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlayır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirdi. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hərhansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən içərisində 03 ədəd şəffaf sellofanlara bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlələri və 05 ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan “Rothmans” markalı siqaret qutusunu çıxarıb təqdim edərək masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı narkotik vasitələri haradan və hansı məqsədlə əldə etdiyini soruşur. Cavabında Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri şəxsi istifadəsi üçün tanımadığı şəxsdən təxminən 150 manat müqabilində əldə etdiyini bildirdi. Daha sonra təqdim olunan narkotik vasitələrə bənzər kütlələr elektron tərəzidə çəkildi, 03 ədəd şəffaf bükümlərdə olan heroinə bənzər kütlələrin isə ümumi çəkisinin 2,06 qram olması, 05 ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin isə ümumi çəkisinin 2,77 qram olması, 08 ədəd bükümdə olan narkotik vasitələrə bənzər kütlələrin ümumi çəkisinin 4,80 qram olması müəyyən edildi. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, sonuncunun üzərindən bundan əlavə hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra masanın üzərinə qoyulan narkotik vasitələrə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Cinayət işində olan iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 11 dekabr 2021-ci il tarixli 6/5462 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Zərflər üçün 152 möhür əksi, ...Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,550 qram; 0,332qram; 0,425 qram; ümumi təmiz çəkiləri 1,307 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 03 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,703 qram; 0,402 qram; 0,419 qram; 0,502 qram; 0,452 qram ümumi təmiz çəkiləri 2,478 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 05 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işində olan iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 11 dekabr 2021-ci il tarixli 6/5463 saylı rəyindən görünür ki tədqiqata təqdim edilmiş, üzərində “Zərflər üçün 152 möhür əksi Alverdiyev İ...” və s sözlər, imzalar olan bir ədəd zərfdə təqdim olunmuşdur. Zərfdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,072 qram; 0,210 qram ümumi təmiz çəkiləri 0,282 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 02 ədəd bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işində olan məhkəmə ambulator narkoloji ekspertizasının 05 yanvar 2022ci il tarixli 11 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 dekabr 2021-ci il tarixli 4(011)-548/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 186.2.1 və 29.186.2.2-ci maddələri ilə təqsirli bilinərək Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 yanvar 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələri özünün şəxsi istifadəsi üçün əldə etməsini bildirməsi barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı iləəvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmasıüçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza vəya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi vardır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğu üçün o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilərək götürülməsi ilə bağlı içərisində videogörüntü olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 05(beş) ədəd bükümdə təmiz çəkisi 2,478 qram olan ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 03(üç) ədəd bükümdə ümumi təmiz çəkisi 1,307 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin sübut kimi tanınmış və saxlanış üçün Xətai RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə videogörüntüləri özündə əks etdirən DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq istintaq zamanı maddi sübut olaraq Xətai RPİ -nin maddi sübutların saxlanılması anbarına verilmiş Təqsirləndirilən şəxs üzərindən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 05 (beş) ədəd bükümdə təmiz çəkisi 2,478 qram olan ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 03 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 1,307 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə videogörüntüləri özündə əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 11 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 219 (iki yüz on doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X7 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 11 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq istintaq zamanı maddi sübut olaraq Xətai RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 05(beş) ədəd bükümdə təmiz çəkisi 2,478 qram olan ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 03 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 1,307 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə videogörüntüləri özündə əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 219 (iki yüz on doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X7 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-779/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-779/2022
25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver