Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-78/2021 25.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X22, İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X15 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə Şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcə hüquqşünas Dövlət ittihamçısı2 müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi1, fars-azərbaycan dilləri üzrə tərcüməçi X34 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 10 fevral 1975-ci ildə Fizuli rayonunun Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10.01.2012-ci il tarixli hökmü ilə CM-nin 228.1, 71.5 və 67-ci maddələri ilə 08 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin 12.01.2018-ci il tarixli qərarına əsasən hökmlə təyin olunmuş cəzası 05 il 05 aya endirilərək cəzası çəkmiş hesab olunmaqla azadlığa buraxılmış, Fizuli rayonu, Horadiz qəsəbəsi, S.Vurğun küçəsi, ev 7-də qeydiyyatda olan, 24 sentyabr 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 sentyabr 2018ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 24 yanvar 2020-ci il tarixədək uzadılmış, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxxxx 1972-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Füzuli rayonunun Əhmədbəyli kəndində qeydiyyatda olan, 09 aprel 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 aprel 2019-cu il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan X27 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, 27 iyun 1992-ci ildə İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran)Ərdəbil şəhərində anadan olmuş, İran vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, İİR, Ərdəbil şəhəri, Danışabad küçəsi, ev 25 ünvanında qeydiyyatda olan, 09 aprel 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 aprel 2019-cu il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan X2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən və buna görə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən cinayətlərin residivi formasında, 2018-ci ilin sentyabr ayının ortalarında Azərbaycan Respublikası vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarına və Azərbaycan Respublikası CPM-nin 50.1, 50.3-cü maddələrinə əsasən barəsində ayrıca icraatda cinayət işi ayrılmış X54 və şəxsiyyəti müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun üzvü X54 naməlum vaxtda və naməlum mənbədən külli miqdarda - 1482,691 qram qurudulmuş marixuana narkotik vasitəsi və külli miqdarda - 855 qram tiryək narkotik vasitəsini qəsdən qanunsuz əldə etmiş, daşımış, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində olan yarı tikili evə apararaq orada satış məqsədilə gizlədib saxlamış, ümumi cinayətkar niyyətə uyğun olaraq, o, 24 sentyabr 2018-ci il tarixdə, günorta saatlarında X54 ilə birgə sonuncunun idarə etdiyi “Az Samand” markalı, ** BJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə getmiş, orada Ü.Əsədov həmin yarım tikili evdə qanunsuz saxladığı 1 ədəd sellofan paketdə külli miqdarda, 1482,691 qram qurudulmuş marixuana narkotik vasitəsi və külli miqdarda, 855 qram tiryək narkotik vasitəsini oradan çıxararaq, həmin qurudulmuş marixuana narkotik vasitəsindən 2,691 qramını üzərindən ayıraraq götürmüş, geriyə qalan külli miqdarda, 1480 qram qurudulmuş marixuana narkotik vasitəsi və külli miqdarda, 855 qram tiryək narkotik vasitəsini realizə edilməsi üçün gətirib ona vermiş, öz növbəsində o, həmin narkotik vasitələri satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış, daşımış, həmin gün saat 21:10 radələrində Bakı şəhəri, Səbail rayonu, “Şəki” restoranının qarşısında şərti alıcı qismində çıxış edən əməliyyat işçisinə satarkən keçirilmiş əməliyyat tədbiri nəticəsində əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmış və ondan külli miqdarda, 1480 qram qurudulmuş marixuana narkotik vasitəsi və külli miqdarda, 855 qram tiryək narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə təqsirləndirilən şəxs X41 İİR vətəndaşı, baxılan iş üzrə digər təqsirləndirilən şəxs X9, Azərbaycan Respublikası vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2020ci il tarixli qərarına və Azərbaycan Respublikası CPM-nin 50.1, 50.3-cü maddələrinə əsasən barəsində ayrıca icraatda cinayət işi ayrılmış X54, şəxsiyyəti müəyyənləşdirilməmiş, lakin “Yaşar”, “Əsgər” və “Firudin” adı ilə məlum olan İran vətəndaşları və qeyriləri ilə külli miqdarda narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşıb cinayət əlaqəsinə girmiş, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq İran vətəndaşı X9 ümumi cinayətkar niyyəti həyata keçirmək üçün 08 aprel 2019-cu il tarixdə İİR-dan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 165,484 qram heroin narkotik vasitəsini şəxsiyyətləri müəyyənləşdirilməmiş “Yaşar”, “Əsgər” və “Firudin” adlı şəxslərdən əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daxili orqanı olaraq düz bağırsağında yerləşdirib həmin gün saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin X46 rayonunda yerləşən «Astara» sərhəd nəzarəti məntəqəsində İİR-dən Azərbaycan Respublikası istiqamətində rəsmi qaydada gələrkən, düz bağırsağında gizlətdiyi həmin külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına daşıyaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin (DSX-nin) və Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun əməkdaşları tərəfindən saxlanılmış, şübhə doğurduğundan tibb müəssisəində daxili orqanlarının müayinəsi zamanı qeyd olunan külli miqdarda - 165,484 qram heroin narkotik vasitəsi aşkar olunaraq xaric edilməklə götürülmüş, X41 isə cinayətkar qrupun digər üzvü X54 birgə həmin gün - 08 aprel 2019-cu il tarixdə Asghar Ghanbarı tərəfindən daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilən qeyd olunan külli miqdarda narkotik vasitəni əldə etmək məqsədi ilə X60i məntəqəsinə gəlmiş, həmin tarixdə saat 23 radələrində ümumi cinayətkar niyyəti həyata keçirib qeyd olunan külli miqdarda narkotik vasitələri əldə etmək üçün Asghar Ghanbari ilə Astara SNM-də görüşən zaman DSX-nin əməkdaşları tərəfindən saxlanılmışdır, yəni qeyd olunan bu hərəkətləri ilə X41 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Ən nəhayət, məhkəmə baxışı nəticəsində müəyən edildi ki, baxılan iş üzrə digər təqsirləndirilən şəxs, İİR vətəndaşı Ghanbari Alinoulia Asghar Nouraldin oğlu Azərbaycan Respublikası vətəndaşları X55, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarına və Azərbaycan Respublikası CPM-nin 50.1, 50.3-cü maddələrinə əsasən barəsində ayrıca icraatda cinayət işi ayrılmış X54, şəxsiyyəti müəyyənləşdirilməmiş, lakin “Yaşar”, “Əsgər” və “Firudin” adı ilə məlum olan İran vətəndaşları və qeyriləri ilə külli miqdarda narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə onun (Ghanbari Alinoulia Asghar Nouraldin oğlu) tərəfdən Azərbaycan Respublikasına gətirilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşıb cinayət əlaqəsinə girmiş, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq o, ümumi cinayətkar niyyəti həyata keçirmək üçün 08 aprel 2019-cu il tarixdə İranda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 165,484 qram heroin narkotik vasitəsini şəxsiyyətləri müəyyənləşdirilməmiş “Yaşar”, “Əsgər” və “Firudin” adlı şəxslərdən əldə edərək saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daxili orqanı olaraq düz bağırsağında yerləşdirib həmin gün saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin X46 rayonunda yerləşən «Astara» sərhəd nəzarəti məntəqəsində İİR-dən Azərbaycan Respublikası istiqamətində rəsmi qaydada gələrkən, düz bağırsağında gizlətdiyi həmin külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına daşıyaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin (DSX-nin) və Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun əməkdaşları tərəfindən saxlanılmış, şübhə doğurduğundan tibb müəssisəində daxili orqanlarının müayinəsi zamanı qeyd olunan külli miqdarda - 165,484 qram heroin narkotik vasitəsi aşkar olunaraq xaric edilməklə ondan götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə X9 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X41, X9 və qeyriləri yuxarıda göstərilən cinayət əməlini həm də tamah niyyəti ilə törətmişlər. Təqsirləndirilən şəxslərə münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü, X41 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü və X9 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmələri tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, X54 ilə cəzaçəkmə müəssisəsində tanış olmuşdur. Belə ki, Ürfət qanunsuz silah saxlamağa, o isə həm qanunsuz silah saxlamağa və həm də dələduzluğa görə cəza çəkmiş, o, 2018-ci ilin yanvar ayında cəzasının sonu ilə azad olunmuşdur. Qardaşı isə həmin vaxt 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsinin davamında ona qarşı irəli sürülən ittihamın mahiyyəti üzrə göstərdi ki, o, azadlıqda olarkən baxılan bu işlə bağlı tutulmazdan 15-20 gün sonra 15 saylı cəzaçəkmə müəssisəsində qardaşı Rövşənlə bərabər cəza çəkən, sonuncunun dostu Gündüz adlı şəxs ona zəng edib Qaqaş adlı bibisi oğlunun olduğunu demiş, onalara “kakos” narkotik vasitəsi tapıb verməyi xahiş etmişdir, əlaqə telefonlarını vermişdir. Qaqaşla telefonla danışdıqda isə o, Rusiyaya işlədiyini demiş, İranlı tanışları olduğu təqdirdə onlardan Rusiyaya göndərmək üçün heroin narkotik vasitəsi tapıb verməyi istəmişdir. O isə yalnız nəşə çəkdiyini bildirmiş, onlar üçün də yalnız çəkmək üçün nəşə tapıb verə biləcəyini demişdir. Özünü Qaqaş kimi təqdim edən şəxs onunla görüşə tanımadığı, kök bədən quruluşlu, narkomana oxşayan başqa bir nəfərlə gəlməmişdir. Özünü Qaqaş kimi təqdim edən və ya onun yanındakılar özlərini Gömrük orqanının əməliyyatçıları kimi deyil, avtoritet kimi aparmış, hətta bir neçə avtoritetlərin adlarını çəkmiş, Rusiyada türmədə yatdıqlarını bildirmişdilər. Məqsədləri onlara Rusiyaya göndərmək üçün herion tapıb vermək olmuşdur. Lakin onun hər hansı bir iranlı ilə tanışlığı olmamış, heç vaxt narkortik vasitələrin alveri ilə məşğul olmamışdır. Ona görə də belə bir işdən imtina etmişdir. Lakin Gündüzün qohumları ona tez-tez zəng etdiklərinə görə cəzaçəkmə müəssisəsinə qardaşına zəng edib Gündüzün qohumlarının onu bezdirdiyini, onlara narkotik maddə tapıb verməyi istədiklərini demişdir. Qardaşı isə 4-5 günlük telefonunu söndürməyi məsləhət bilmişdir. Odur ki, o, telefonunu 4-5 günlük söndürmüşdür. Lakin heç cür alınmamış, hətta özünün bibisi oğlu ona Gündüzün dostlarının “ara uşaqları” olduqlarını demiş, onlara narkotik tapıb verməyi tapşırmışdır. 2018-ci ilin avqust ayında gömrüyün əməliyyatçıları, onun Gündüz kimi tanıdığ şəxs hətta onun 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşına da zəng etmiş, onlara nəşə tapıb verməyi qardaşına (Təqsirləndirilən şəxs1) tapşırmağı xahiş etmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, bundan sonra Qaqaşgillə tez-tez görüşmüş, 15-20 gün biryerdə oturub yeyib-içmiş və hətta bir yerdə nəşə də çəkmişlər. Belə ki, onlar münasibətləri dövründə onun nəşə çəkdiyini bilmiş və ondan nəşə olarsa, onlara da verməyi istəmişdilər. O isə onlara nəşə olmadığını, tapa bilmədiyini demişdir. Bir yerdə olduqları müddətdə əsasən xərcləri onlar çəkmişlər. Bundan sonra onlar 15-20 gün ərzində ona pul tökdüklərini və onun onlara narkotik verəcəyini düşündüklərini bildirmişlər. Həmin ərəfədə onun Rusiyaya gedən bir tanışı ona istifadə etməsi üçün təqribən 200 qram nəşə vermiş, o, istifadə etdiyini etmiş, qalanını isə saxlamışdır. Qaqaşgil israr etdikdə o, onlara özündə 200 qram nəşə olduğunu demiş və həmin nəşəni onlara verə biləcəyini bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, o, Ürfətlə tez-tez görüşmüş onunla münasibət saxlamışdır. Ürüfət də nəşə çəkən olmuşdur. Belə ki, Ürfətin ciyərində şiş xəstəliyi olmuş, xəstəliyi ilə əlaqədar o, tez-tez İrana gedib gəlmişdir. O, Ürfəti də Gündüzün qohumları ilə, yəni Qaqaşgillə tanış etmişdir. Tutulan gün, yəni 24 sentyabr 2018-ci il tarixdə Ürfətlə “20 yanvar” metrostansiyasının yaxınlığında görüşmüş, onu axşam yeyib-içməyə dəvət etmişdir. Həmin vaxt Ürfətin maşınında tanımadığı, lakin adının Tiflis olduğunu sonradan öyrəndiyi daha bir nəfər olmuşdur. Axşam görüşəcəklərinə razılaşdıqdan sonra o da Ürfətin maşınına oturmuş, axşam görüşmək ümidi ilə Qaradağ yolunda bazarın yanında düşüb onlardan ayrılmışdır. Məqsədi, əvvəllər bazarda işlədiyindən tanışları vasitəsi ilə icarəyə konteyner götürüb işlətmək olmuşdur. Həmin gün axşam saat 20-21 radələrində qayıdarkən yolda Qaqaşa zəng etmiş, ona “nəşə çəkmək istəyirsinizsə, gəlin birlikdə çəkək” deyib onları nəşəyə qonaq etmək istəmişdir. Qaqaş nəşənin onun üstündə olub-olmadığını soruşduqda o, təsdiqləmişdir. Belə ki, Rusiyaya gedən tanışının ona verdiyi iki ovuc, təxminən 200 qram nəşə onun üstündə olmuşdur. Belə olduqda Qaqaş ona “Qurd Qapısı” qəbristanlığının yanında olduğunu bildirmiş və həmin yerdə görüşməyi təklif etmişdir. Təqribən yarım saat sonra razılaşılan yerə gedib Qaqaşgili təqribən yarım saat gözləmiş və nəhayət görüşmüşlər. Onlar üç nəfər olmuş, o da maşına oturmuşdur. Dostu Ürfətlə görüşməli olduğunu bildirib, onu da dəvət etməyi təklif etmiş və Ürfətə zəng edib olduqları yerə dəvət etmişdir. Ürfət isə “20 yanvar” metrostansiyasının yaxınlığında həmişə oturduqları kafenin qarşısında olduğunu demiş və onları olduğu yerə dəvət etmişdir. Qaqaşgil Ürfətin yerini öyrəndikdən sonra artıq hüquqmühafizə orqanının əməkdaşları olduqlarını bildirib onu tutmuşlar. İdarədə olarkən təqribən yarım saat sonra Ürfəti və Tiflis adlı başqa bir tanışlarını ora gətirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsində daha sonra göstərdi ki, onlar işgəncələrə məruz qoyulmuş, ona həmin narkotik vasitəni Ürfətdən aldığımı deməyi təldəb etmişlər. İşgəncələrə dözə bilməyib, nəşəni tanımadığı İranlıdan aldığımı deyə biləcəyini bildirmiş, lakin tək bu onları qane etməmiş, ona Ürüfətlə və uşaqlarla yeyib içməyə gedərkən nəşəni tanımadığı iranlıdan almağı ifadəsində göstərməyi tələb etmişlər. Tiflis adlı tanışlarına isə narkotiki Ürfət və Elşəndən aldığını demək tapşırılmış, Tiflis də tələb olunan formada ifadə vermiş və yalnız bundan sonra Tiflis buraxılmışdır. Narkotiki Ürfətdən aldığımızı deyəcəyimiz təqdirdə Ürfətin buraxılacağı vəd verilmiş, əks halda isə Ürfətin elə orada da öləcəyi deyilmişdir. Belə ki, Ürfətin xəstə olması barədə artıq əməliyyatçılarda məlumat olmuşdur. Ürfətin buraxılmasından ötrü o, əməliyyatçıların təklifi ilə razılaşıb dedikləri kimi ifadə vermişdir. Daha sonra təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, onda cəmi 200 qram nəşə, yəni marixuana narkotik vasitəsi olmuş, həmin narkotiki özünün istifadəsi üçün saxlamış və gömrük əməkdaşlarına əvəzsiz olaraqverməyi nəzərdə tutmuşdur. Onda və ya Ürfətdə ittihamda göstərilən 1482,691 qram qurudulmuş marixuana və 855 qram tiryək narkotik vasitəsi olmamışdır. Onda olan 200 qram marixuana narkotik vasitəsi küllü miqdar təşkil etmədiyindən ittihamda göstərilən miqdarda narkotik vasitə onlara “yüklənmişdir”. O, Qaradağ rayonunun Qızıldaş qəsəbəsinə getməmiş, oradan hər hansı miqdarda narkotik vasitə götürməmiş, nə Ürfətə və nə də qeyrisinə verməmiş, Ürfətdən narkotik vasitə almamışdır. Heç bir iranlı ilə tanış olmamış, Namiq Əsgərovu və iranlı X5 tanımamış, onları ilk dəfə məhkəmə zalında görüb tanımış, o, tutulduqdan 8 ay sonra Namiqlə iranlı X45 tutulmuşdur. Özünə və Ürfətə verilmiş işgəncələrlə bağlı heç kimə şikayət etməmiş, ifadəsini dəyişməmiş, əsil həqiqəti danışmamış, inanan olmayacağını fikirləşmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 verdiyi ifadələri ilə, onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu sərbəst ifadələri elan edilməklə tədqiq olundu. Belə ki, Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsində ittihamın mahiyyəti üzrə göstərmişdir ki, 2011-ci ildə CM-nin 178-ci maddəsi ilə azadlıqdan məhrum edilmiş, cəzasını Qaradağ rayonu 13 saylı CÇM-də çəkmiş, 2018-ci ilin yanvar ayının 12-də azadlığa buraxılmışdır. Arada narkotik vasitələrdən - nəşədən istifadə etmişdir. X54 ilə 2014-cü ildə Penitensiar Xidmətin müalicə müəssisəsində müalicədə olarkən tanış olmuşdur. Belə ki, Ürfət xərçəng xəstəliyindən əziyyət çəkmiş, o, Ürfətlə 2 ay eyni palatada yatmışdır. Çıxdıqdan sonra zəngləşib Ürfətlə əlaqə saxlamış. söhbət zamanı isə ona yaşadığı rayonda narkotik vasitə olarsa xəbər etməsini tapşırmışdır. Həmin vaxt Ürfət onun özündə narkotik vasitə olduğunu bildirmiş, istəyən olarsa, təşkil edə biləcəyini demişdir. Onun həm də Ürfətin özünün narkotik istifadəçisi olduğunu bilmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsində daha sonra göstərmişqdir ki, 15 saylı CÇM-də cəza çəkən qardaşı Rövşənin məhkum yoldaşı Gündüz adlı şəxs ona zəng vurub, onun Qaqaş adlı xalası oğlu olduğunu, nəşə, yaxud başqa narkotikdən olarsa, Qaqaşın almaq istədiyini, yaxşı mal olacağı təqdirdə, Qaqaşa xəbər etməyi bildirmiş, sonuncunun yaxşı da pul verəcəyini demişdir. Bundan sonra Qaqaşın nömrəsini ona vermişdir. Təxminən 5-6 gün sonra o, Qaqaş adlı şəxsin telefon nömrəsi ilə əlaqə saxlamış və özünü Gündüzün tanışı kimi təqdim edərək, narkotik vasitənin satıcısı olduğunu bildirmişdir. Bir qədər söhbətdən sonra növbəti gün metronun «Qara Qarayev» stansiyası yaxınlığında görüşmək barədə razılaşmışlar. 23 sentyabr 2018-ci il tarixdə, saat təxminən 15:00 radələrində «Qara Qarayev» metrostansiyası yaxınlığında əvvəllər tanımadığı iki nəfər şəxslə görüşüb narkotik vasitənin alqı-satqısı üçün məkan və qiymət şərtlərini müzakirə etmiş, hətta onlarla görüş zamanı narkotikin qiyməti və miqdarı barədə də onların yanında telefonla zəng edib Ürfətlə danışmışdır. Ürfətlə telefonda danışarkən sonuncu ona 6 min manata 1,5 kq. qurudulmuş marixuana və 1 kq. tiryək narkotik vasitəsi təşkil edə biləcəyini demişdir. O da öz növbəsində bu barədə həmin adamlara demişdir. Sövdələşməyə əsasən 1,5 kq. qurudulmuş marixuana və 1 kq. tiryək narkotik vasitəsini 6 min manat müqabilində onlara satacağını bildirmiş, növbəti gün alqı-satqı edəcəyi barədə razılığa gəlmişdir. 24 sentyabr 2018-ci il tarixdə, saat təxminən 16 radələrində həmin adamlarla telefonla danışaraq «Qurd Qapısı» kimi tanınan ərazidə görüşməyi planlaşdırmışdır. Daha sonra o, istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən Ürfətin ***-***-**-** saylı nömrəsinə zəng vurmuş və Ürfətə narkotik vasitəni ona çatdırmasını xahiş etmişdir. Bundan sonra o, Ürfətlə «20 Yanvar» dairəsinin yanında görüşmüş, onun idarə etdiyi «Az Samand» markalı maşına əyləşmiş, biraz hal əhval tutduqdan sonra, Ürfət və onun maşınında ön oturacaqda əyləşən və Ürfətin tanışı kimi təqdim etdiyi, adını sonradan bildiyi Tiflislə birgə Qızıldaş qəsəbəsinə getmişlər. Orada əsas yoldan ara küçəyə girmiş və maşını sökülmüş vəziyyətdə olan yarımtikili evin yaxınlığında saxlamışdır. Ürfətlə birgə maşından düşüb evə tərəf gedərkən Ürfət ona həmin yerdə gözləməyi tapşırmış və özünün gedib narkotik vasitəni götürüb gələcəyini bildirmişdir. O maşının yanına qayıdıb Tiflislə birgə Ürfəti gözləmiş, bir müddət sonra isə Ürfət əlində göy sellofanla geri qayıtmış və həmin kisəni ona vermişdir. O, yaxınlıqda üzərində taksi işarəsi olan VAZ 2107 markalı maşına oturmuş və sürücüyə onu şəhərə aparmağı sifariş vermişdir. Ürfətlə danışığa görə o, gedib narkotiki həmin adamlara satmalı və bir neçə saata da pulu gətirib ona təhvil verməlidir. Bundan sonra o, şəhərə, «Qara Qarayev» metrostansiyası tərəfə yollanmış, ilk əvvəl evə gedib “malı” evə qoymağı, sonra həmin adamlarla görüşüb vəziyyəti yoxlamağı planlaşdırmış, sakitçilikdirsə, gətirib malı onlara verməyi düşünmüşdür. Ona görə Ürfətə gəlib onu «Qara Qarayev» metrostansiyası tərəfdə gözləməyi tapşırmışdır. Yolda gedərkən həmin malı almaq istəyən Qaqaş ona zəng vurmuş və harada olduğunu soruşmuşdur. O isə öz növbəsində Qızıldaşdan qayıtdığını dedikdə, Qaqaş elə yolüstü görüşüb narkotiki təhvil almağı təklif etmişdir. Ona görə o da taksiylə Səbail rayonu, “Şəki” restoranının qarşısına gəlmişdir. Axşam saat təxminən 8 radələrində o, Qaqaş və sonuncunun yanında olan 2 nəfərlə görüşmüş, sellofan torbada olan narkotiki açıb onlara göstərmək məqsədilə üst sellofandakı bıçağı götürüb onunla sellofanı kəsərək açmışdır. Bundan sonra onlar gömrük əməkdaşları olduqlarını bildirib onu oradan DGK-nın inzibati binasına aparmışlar. Orada həmin sellofan paketə baxış keçirilmiş, torbanın içərisində 863 qram narkotik vasitə tiryək və 1,5 kq qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan əlavə narkotik vasitənin saxlanıldığı sellofan torbanı kəsmək üçün istifadə etdiyi bir ədəd bıçaq da protokolla götürülmüşdür. Daha sonra üzərinə baxış keçirilmiş, lakin üzərində qanunsuz hər hansı əşya aşkar etməmişdir. Daha sonra narkotik vasitəni ona təhvil verən Ürfətin saxlanılması üçün əməkdaşlara məlumat verilmiş və o, Ürfətlə telefon danışığı apararaq onu saat 23:30 radələrində metronun «20 Yanvar» stansiyasına çağırmışdır. Orada Ürfət və onun yanında olan Tiflis əməkdaşlar tərəfindən saxlanılmış və DGK-nın inzibati binasına aparılmışdır (iş vərəqə: cild Vİ, səh. 110-113). Cinayət işi üzrə məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində dindirilmiş, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarına və Azərbaycan Respublikası CPM-nin 50.1, 50.3-cü maddələrinə əsasən ağır xəstəliyi ilə əlaqədar barəsində ayrıca icraatda cinayət işi ayrılmış X35 məhkəmə baxışında iştirakının mümkünsüzlüyü nəzərə alınmış və onun məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuşdur. X54 özünü qismən təqsirli bilərək tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Füzuli rayonunun Mahmudlu-2 kəndində qeydiyyatdadır, ailəlidir, 3 azyaşlı övladı var. Rəsmi olaraq işəlmir, xərçəng xəstəliyindən əziyyət çəkir və buna görə də dövlət tərəfindən pensiya alır. 2013-cü ildə CM-nin 228-ci maddəsi ilə azadlıqdan məhrum edilmiş, cəzasını Qaradağ rayonu ərazisində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM-də) çəkmiş, 2014-ci ilin dekabr ayının 12-də azadlığa buraxılmışdır. Xəstəliyi ilə əlaqədar həkim resepti əsasında tramadoldan istifadə etmiş, ağrılarıyla əlaqədar arada narkotik vasitələrdən - nəşədən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 ilə 2014-cü ildə PX-in müalicə müəssisəsində olarkən tanış olmuşdur. O da həmin vaxt həbsdə olarkən orada müalicə almış, 2 ay onunla eyni palatada yatmış, daha sonra çıxdıqdan sonra arada zəngləşib əlaqə saxlamışdır. Şəxsi işləri ilə əlaqədar hərdən bir Bakı şəhərinə gəlib getmişdir. Barəsində ayrıca icraatda cinayət işi ayrılmış X54 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, bir neçə müddət əvvəl Bakı şəhərində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində kafedə əyləşib çay içdikdən sonra, 2 manat çay pulunu verib oradan çıxmış, oranın ayaqyolusu olmadığından arxa tərəfdə təbii ehtiyacını ödəmək məqsədilə kafenin arxasına getmişdir. Kafenin arxa tərəfi boş sahə olmuş, ətrafında da hasarlar olmuşdur. Həmin ərəfədə bir nəfər şəxsin əlində bir sellofan paketi hasarın yanına qoyduğunu və üzərinə də ot örtüyü atdığını görmüşdür. O, həmin paketdən şübhələnmiş və həmin adam oradan uzaqlaşdıqdan sonra ora yaxınlaşıb paketi açmışdır. Sellofan paketin içərisində narkotik vasitə olduğunu, onun qurudulmuş ot yəni marixuana və tiryək olduğunu görmüşdür. O, özü də nəşədən istifadə etdiyindən həmin paketi götürmüş, üzərindən biraz da götürüb çəkmiş, amma köhnə olduğunu hiss etmişdir. Bundan sonra, o, həmin narkotiki götürüb oradan uzaqlaşmış, onu hansısa bir yerdə gizlətməyi fikirləşmişdir. Bu məqsədlə Qızıldaş qəsəbəsi istiqamətdə getmiş, orada əsas yoldan aralıda, söküntü vəziyyətində olan, sahibsiz bir yarımtikili ev görmüş və oranın etibarlı olacağını düşünərək narkotiki aparıb orada gizlətmişdir. Bir neçə müddət sonra tanışı Elşənlə danışarkən onda narkotik vasitə marixuana və tiryək olduğunu, almaq istəyən olarsa, ona verə biləcəyini demiş, hətta Elşənə onu harada gizlətdiyini də demişdir. Elşən isə maraqlanıb deyəcəyini bildirmişdir. Daha sonra Elşən onunla görüşərkən, həmin narkotiki almaq istəyən adam tapdığını, danışıb bu barədə ona deyəcəyini bildirmişdir. Ürfət Əsədov tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, 23 sentyabr 2018-ci il tarixdə Elşənlə telefonda danışarkən ona Bakıya gələcəyini dedikdə Elşən onunla görüşməyi xahiş etmişdir. 23 sentyabrda gecə saatlarında həmyerlisi Şahid6lə onun Müşfiqabad qəsəbəsindən Sumqayıta gedən yolun üstündə icarəyə götürmək üçün maraqlandığı obyektə getmiş, səhər saat 5 radələrində idarə etdiyi “Az Samand” markalı nəqliyyat vasitəsi ilə Müşfiq qəsəbəsində yerləşən Tiflisin icarəyə götürmək istədiyi obyektin yanına gəlib çatmışdır. Lakin Tiflisin işi baş tutmamış, yəni obyektin sahibi ilə razılığa gəlməmiş və orada nahar etdikdən sonra Bayıl qəsəbəsinə gedib maşını avtoyuma məntəqəsinə vermişlər. Orada olarkən Elşənə zəng vurmuş və onunla «20 yanvar» metrostansiyası tərəfdə görüşməyə razılaşmışlar. Axşam saat təxminən 5-6 arası «20 yanvar» metrostansiyasının yaxınlığına getmiş, orada Elşənlə görüşmüş, sonuncu avtomobilə əyləşmiş, orada bir neçə dəqiqə hal-əhval tutduqdan sonra, maşını irəlidə mağazanın yanında saxlamış və mağazaya girmək üçün avtomobildən düşmüşdür. Elşən də onunla birgə maşından düşmüşdür. Orada olarkən Elşən həmin narkotiki gedib götürüb aparıb almaq istəyən adamlara birgə verməyi təklif etmişdir. O isə qorxduğunu, gedə bilməyəcəyini demişdir. Bundan sonra Elşən ondan maşınını istəmiş, özünün gedib təhvil verəcəyini demişdir. O, yenə razı olmamış və bir yerdə gedib narkotiki gizlətdiyi yerdən çıxarıb Elşənə verməyi, sonuncunun özünün aparıb onlara təhvil verməsini və axşam tərəfi görüşməyi təklif etmişdir. Onlar razılaşmış, mağazaya girib su və başqa şeylər aldıqdan sonra çıxıb maşına əyləşmiş və Qızıldaş qəsəbəsinə, yəni narkotiki gizlətdiyi evin yanına getmişlər. Yolda Tiflis ondan hara getdiyini soruşduqda o, X47 işi ilə bağlı getdiyini demiş, bundan başqa məlumat verməmişdir. Axşam tərəfi o, Qızıldaş qəsəbəsinə çatmış, əsas yoldan ara küçəyə girərək həmin yarımtikili evin yaxınlığında maşını saxlamış, Elşənlə maşından düşərək həmin evə tərəf getmiş, lakin Elşən həmin tikiliyə daxil olmamışdır. O özü gedib həmin tikilidən gizlətdiyi narkotiki götürmüş və marixuananın üzərindən bir bükümlük öz istifadəsi üçün götürüb ayrıca bükümə qoymuşdur. Geri qalanlarını sellofan paketdə gətirib Elşənə vermiş və ayrıca taksiylə şəhərə getməsi üçün Elşən 20 manat pul da vermişdir. Bundan sonra maşına minmiş, narkotiki Elşənə təhvil verərkən üzərindən götürdüyü marixuananı isə bir bükümdə maşınına qoymuş və oradan uzaqlaşmışlar. Elşən isə taksiyə əyləşib oradan çıxmışdır. Tədqiq olunan həmin ifadəsində Ürfət Əsədov daha sonra göstərmişdir ki, həmin gün axşam tərəfi Elşən telefonla ona zəng etmiş və «Qara Qarayev» metrostansiyasının yaxınlığına çağırmışdır. Ora çatdıqdan sonra mobil telefon vasitəsi ilə Elşənlə danışmış, Elşən ona «Elmlər Akademiyası» metrostansiyasının yanına gəlməyi təklif etmişdir. Lakin o, həmin tərəfin tıxac olduğunu bildirmiş və ona «20 yanvar» dairəsinə gəlməyi təklif etmişdir. O, «20 yanvar» dairəsinə getmiş, orada Elşənə zəng vurub onu gözlədiyini bildirmişdir. Təqribən 20 dəqiqə sonra mülki geyimli şəxslər ona yaxınlaşaraq gömrük əməkdaşları olduqlarını bildirərək onu və Tiflisi DGK inzibati binasına aparmışlar. Orada avtomobilinə baxış keçirilmiş və əvvəlcədən avtomobilinin salonunda əl əyləcinin plastik korpusunun altına qoyduğu təxminən 2,9 qram marixuananı aşkar etmişlər. Daha sonra sənədləşmə aparılmış və o da protokolu imzalamışdır. Təqsirləndirilən şəxs X54 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, yuxarıda göstərilən faktla bağlı cinayət işi başlandıqdan sonra barəsində seçilmiş həbs qətimkan tədbiri xəstəliyilə əlaqədar ev dustaqlığı ilə əvəz olunmuş və o, kənddə yaşamağa davam etmişdir. 08 aprel 2019-cu il tarixdə nənəsinin yası olan zaman, dostu və həmyerlisi olan Namiqlə birlikdə çöldə siqaret çəkib söhbət edərkən Namiq ona İrandan tanışı Firudinin zəng etdiyini, gedib İrandan gələcək qonağı qarşılamağı ondan xahiş etdiyini demişdir. 2018-ci ilin aprel ayında Namiqlə birlikdə, onun xəstəliyi ilə bağlı İrana gedəndə orada Firudin adlı bir şəxslə tanış olmuş və həmin şəxs İranda olan zaman onlara çox köməklik etmişdir. Həmin vaxtdan Firudinlə əlaqələri olmuşdur. Namiq ona birlikdə Astaraya gedib Firudinin göndərdiyi həmin qonağı qarşılamağı xahiş etmişdir. Həmin vaxt o, özünün maşını olmadığını demiş və qardaşı Məzahirin maşını ilə gedə biləcəklərini bildirmişdir. Bundan sonra o, Məzahiri çağırmış və ona maşınına benzin tökəcəklərini və əlavə olaraq 40-50 manat taksi pulu verəcəklərini demişdir. Danışığa əsasən həmin pulu da Namiq verəcəkdi. Nahardan sonra onlar Məzahirin maşını ilə Astaraya getmiş, təxminən saat 20 radələrində onlar X60 Məntəqəsinə (SNM) çatmışlar. Orada çayxanada oturmuşdur. Həmin vaxt Namiqin telefonu söndüyündən o, Firudinin nömrəsini Məzahirin telefonuna yazmış və həmin telefondan «WhatsApp» proqramı ilə danışmışdır. Həmin vaxt Firudinin nömrəsi Məzahirin telefonunda qalmışdır. Namiq, onlara demişdir ki, gedin maşında gözləyin qonağı qarşılayıb qayıdır. Təxminən 30 dəqiqə sonra o Firudinə zəng edib Namiqin telefonuna zəng çatmadığını və göndərdiyi qonağı qarşılamağa getdiyini, zəng edib qonağın harda olduğunu öyrənməyini bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra Firudin zəng edib, onun qonağının taksilərin yanında gözlədiyini və onun üzərində narkotik olduğunu demiş, onu tez oradan götürməsini Namiqə deməyi bildirmişdir. Qeyd olunan qonağın üzərində narkotik vasitə olduğunu o, həmin vaxt bilmişdir. Az sonra Firudin yenə zəng etmiş və Namiqlə qonağın artıq görüşdüklərini, tualetdə olduqlarını bilodirmiş, az sonra gələcəklərini demişdir. O bir neçə dəfə Firudinlə danışmış, artıq saat 00 radələrində o, Namiqin və həmin qonağın gəlmədiyini görüb Məzahirlə birgə Füzuliyə geri qayıtmaq qərarına gəlmişdir. Yolda olan zaman yenidən Firudinə zəng etmiş, öz qonağına zəng etməyi, onu Namiqlə mobil “konfransa” qoşmağı, Namiqlə danışmağa şərait yaratmasını tapşırmışdır. Firudin də onun tapşırdığı kimi etmiş, Namiqlə danışıq zamanı sonuncu ona Astarada xəstəxanasının qarşısında olduqlarını demişdir. Onlar dərhal geri qayıtmış və xəstəxananın yanındakı yanacaq doldurma məntəqəsinin yanında onlar sərhədçilər tərəfindən saxlanılmış və məntəqəyə aparılmışlar. Məntəqədə olan zaman o, iranlı qonağın daxili orqanlarında narkotik vasitə gətirdiyini və Namiq onu qarşılayan zaman saxlanıldığını öyrənmişdir. O, həmin iranlını ilk dəfə orada görmüşdür (iş vərəqə: cild Vİ, səh. 67-71). Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən X41 ifadəsində göstərdi ki, o, əvvəllər Rusiyada yaşamış, sonra Rusiyadan deport olunmuş, Fizulidə yaşamağa başlamışdır. Barəsində xəstəliyi ilə bağlı cinayət işi ayrılmış X31 qonşu olmuşdur. 2018-ci ildə gözlənilmədən Ürfətin vəziyyəti ağırlaşmış, müayinə nəticəsində Ürfətdə onkoloji şiş tapılmışdır. İranda yaxşı həkimlər olduğuna görə o, Ürfətlə birlikdə İrana getmiş, 10 gün orada qalmışlar. Ürfət İranda analizlər vermiş, lakin növbədə çox adam olduğundan tez cavab ala bilməmiş, cavab 10 gün sonra veriləcəyindən onlar qayıdıb Azərbaycana gəlmişlər. Bir müddət sonra İrandan zəng gəlmiş, xəstəxanadan Ürfəti İrana dəvət etmişlər. Yenədə o, Ürfətlə İrana getmiş, orada Ürfətə onun ayağının kəsilməli olduğunu demişlər. Lakin Ürfət razı olmamışdır. Onlar İrana ümumilikdə bir neçə dəfə - bir dəfə analiz vermək üçün, bir dəfə müalicəyə, bir dəfə də “Azsamand” markalı maşına detal almağa getmişlər. Həkimlə münasibətləri yarandığından İranda qaldıqları uzun müddəti həkimin oğlunun evində qalmışlar. Hər dəfə qayıdan baş onlar sərhəddə yoxlanılmış, lakin heç nə tapılmamışdır. Təqsirləndirilən şəxs Namiq Əsgərzadə ifadəsinin davamında göstərdi ki, 06 aprel 2019-cu il tarixdə Ürfətin nənəsi rəhmətə getmiş, 08 aprel 2019-cu il tarixdə Ürfət nənəsinin hüzr məclisində olarkən iranlı həkimin oğlu Firudin ona zəng etmiş və İrandan bir nəfər qonağının gələcəyini, həmin şəxsin Astara SNM-də qarşılanmalı olduğunu və həmin qonağın 08 aprel 2019-cu il tarixdə saat 23:00 radələrində İrandan Azərbaycana keçəcəyini bildirmiş, onu qarşılamağı xahiş etmişdir. Firutdinin atası həkim işləmiq, o, özü isə atasının xəstələrinin növbəsini tənzimləmişdir. Firutdinin deməsinə görə həmin şəxs özü Bakını tanımışdır. Lakin həkimin oğlu həmin şəxsin Bakıda hara getməli olduğunu ona deməmiş, özünün bildiyini demişdir. Ürfət gələn iranlını qarşılamaq üçün qardaşı Məzahirin maşını ilə getməyi təklif etmişdir. Amma Məzahirin sürücülük vəsiqəsi olmadığından maşını Ürfətin balaca qardaşı idarə etmişdir. Həkim və onun oğlu ilə münasibətləri yaxşı olduğundan onun xahişini yerə sala bilməmişlər. O, və Ürfət Əsgərin qonağını Astara gömrük postunda qarşılamaq üçün Füzuli rayonunun Əhmədbəyli kəndindən kəsə və daşlıq yolla getmiş, hətta yolhaqqı olaraq maşına 40 manat da pul vermişdir. Astara gömrük postuna gəlmiş, orada bir xeyli gözləmiş, lakin gələn olmamışdır. Belə ki, hələ əvvəldən tanıya bilmələri üçün gəlməli olan iranlının, baxılan iş üzrə təqsirləndirilən şəxs Ghanbarının şəkli göndərilmişdir. Qayıtmaq istədikdə İrandan Firutdin zəng etmiş, o da heç kimin gəlmədiyini Firutdinə demişdir. Firutdin ona artıq Ghanbarının gəldiyini və orada gözlədiyini bildirmişdir. Elə həmin vaxt onun telefonumun enerjisi bitdiyindən o, telefonunu cərəyana qoşmuş və sərhəd məntəqəsinə tərəf getmişdir. Ghanbarını qırmızı gödəkçədə görmüş, onun adını ona Əsgər dediklərinə görə o, həmin şəxsə yaxınlaşıb ona “Əsgər sənsən?” deyə soruşmuşdur. Həmin vaxt o, tutulmuşdur. Onu və Ghanbarını tutub apardıqdan sonra Ghanbarıya gedib qarnındakıları çıxartmaq tapşırılmışdır. Bundan sonra Ghanbarinin düz bağırsağında narkotik vasitə keçirdiyini öyrənib bilmişdir. Daha sonra təqsirləndirilən şəxs Namiq Əsgərzadə ifadəsinin davamında göstərdi ki, o, ilkin izahat və ya ifadə verərkən etirafedici ifadə verməmiş, İranlının telefonla ona zəng edərək Əsgərdə narkotik olduğunu və onu qarşılamaq lazım olduğunu deməsini yazmamışdır. O, izahatını və başqa sənədləri oxumadan imzalamışdır. Belə ki, o, latın qrafikası ilə yazma-oxuma bilməmiş, izahatı yazılı vəziyyətdə ona təqdim olunmuş və “tələsirik tez imzala” sözlərini demiş, Yrfətin qardaşını buraxacaqlarına söz vermişlər. O da oxumadan təqdim olunan sənədləri imzalamışdır. Ghanbarının gətirdiyi narkotik vasitə ilə onun heç bir əlaqəsi olmamış, o, narkotikə görə heç kimlə cinayət əlaqəsinə girməmiş, heç kimə narkotik vasitə satmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən X10 ifadəsində göstərdi ki, 1992-ci ildə İİR-in Ərdəbil şəhərində anadan olmuş və ailəlidir. 4 yaşında bir övladı vardır. Həyat yoldaşı ikinci uşağa hamilədir. Bir müddət əvvəl İranda restoranda əyləşdiyi zaman əvvəllər tanıdığı Yaşar Bərği adlı tanışı onunla mobil telefon vasitəsilə əlaqə saxlamış və ona Əsgər adlı tanışının olduğunu, həmin şəxslə qaçaqmalıçılıq yolu ilə narkotik vasitələri İrandan Azərbaycana göndərdiyini, qaçaqmalıçılıq yolu ilə göndəriləcək narkotik vasitəyə görə Əsgərin ona yaxşı pul verəcəyini vəd etmişdir. X42 qonşusudur, onun vasitəsilə Əsgərlə tanış olmuşdur. Əsgər isə Aslandüz şəhərində yaşayır. Həmin vaxt o Yaşardan qaçaqmalçılıq yolu ilə narkotik vasitələrini İrandan Azərbaycana gətirəcəyi halda tutulub-tutulmayacağını soruşmuşdur. Yaşar ona tutulmayacağını demişdir. Daha sonra Yaşar onu Əsgərlə görüşdürmüşdür. Bundan sonra o ailəsini fikirləşmiş və qaçaqmalçılıq yolu ilə narkotik vasitələrini İrandan Azərbaycana gətirmək fikrindən daşınmışdır. Lakin pul borcu olduğundan, borcu olduğu şəxsin ondan pulunu tez-tez istədiyindən, həmçinin psixi xəstəliyi ilə əlaqədar sürücülük vəsiqəsi ala bilmədiyindən Yaşarın təklifini qəbul etmiş və Yaşar onunla əlaqə saxladığı zaman pasportunu Yaşara vermişdir. Belə ki, xəstəliyi ilə əlaqədar sürücülük vəsiqəsi ala bilməmiş, lakin yaşar həkimlə danışdığını, ona sürücülük vəsiqəsi alıb verəcəyini söz vermişdir. 08 aprel 2019-cu il tarixdə səhər saatlarında Yaşar onunla əlaqə saxlamış və sənədlərin hazır olduğunu, pasporta viza vurdurduğunu bilirmişdir. Yaşarın kirayə tutduğu oteldə olduqları zaman Əsgər də onların yanına gəlmiş, həmin vaxt Yaşar ona 4 büküm vermiş və həmin bükümlərin içərisində narkotik vasitə olduğunu, çəkisinin 200 qram olduğunu, həmin bükümləri düz bağırsağında gizlətməklə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirəcəyini demişdir. Bundan sonra o, Yaşarın köməkliyi ilə həmin narkotik vasitə olan bükümləri qatıqla içib udmaq istəmiş, lakin ürəyi bulandığından kola içkisi verilmiş və o, kola ilə birlikdə həmin narkotik vasitə olan bükümləri uda bilmişdir. Bundan sonra Yaşarla Əsgər onu maşına əyləşdirərək İran-Azərbaycan sərhədinə gətirmiş, maşından düşdükdə Yaşarla Əsgər ona sərhədi keçən zaman Azərbaycan tərəfdə onu Namiq adlı şəxsin qarşılayacağını, narkotikin müqabilində ona 1500 manat pul verəcəyini, həmin pulu İranda onlara verdikdən sonra ona 500 manat pul verəcəklərini demişlər. Namiq adlı şəxsin zahiri görkəmi barədə də ona məlumat verilmişdir. Təqsirləndirilən şəxs X52 ifadəsinin davamında göstərdi ki, bundan sonra o, dövlət sərhədini İrandan Azərbaycan istiqamətində keçmək üçün 08 aprel 2019-cu il tarixdə, saat təxminən 22 radələrində “Astara” məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. “Astara” məntəqəsindən Azərbaycan Respublikası tərəfə keçdikdən sonra sərhədçilər onu saxlamış və «Qəmbərisən?” sualı verildikdə o, təsdiq etmişdir. Bir nəfərin ona salam göndərdiyi deyilmiş, lakin o, həmin şəxsi tanımadığını bildirmişdir. Bundan sonra o, ikinci mərtəbəyə xidməti otaqların birinə aparılmış, orada məmurlar onun üzərini və əl yükünü axtarmağa başlamış və onun üzərindən və əl yükündən qadağan olunmuş predmet aşkar edilməmişdir. Bundan sonra ondan birbaşa narkotiki kimə verəcəyini soruşmuşlar. O, narkotiki etiraf edib Bakıya aparacağını bildirmişdir. Bundan sonra yoxlanılmaq üçün o, buraxılmış, o, sərhəddi keçib maşınların dayandığı yerə gəlmişdir. Orada ona Namiq yaxınlaşmış və “Əsgər sənsən?” deyə soruşmuşdur. O, Əsgər olduğunu demiş və onunla görüşərkən onlar tutulmuşdur. Daha sonra o, yerli xəstəxanaya aparılmış və müayinə zamanı düz bağırsağında yad cism olduğu bilinmiş və həkim düz bağırsağında gizlədilən içərisində narkotik vasitələr olan 4 bükülünü çıxartmışdır. Təqsirləndirilən şəxs X52 ifadəsinin davamında göstərdi ki, o, özü narkotik vasitədən istifadə etməmiş, lakin tutulmazdan əvvəl bir dəfə eyni üsulla Gürcüstana narkotik vasitə aparmış, lakin tutulmamışdır. Məhkəmə araşdırması nəticəsində İİR vətəndaşı X2 və Azərbaycan Respublikası vətəndaşı X27 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmələri həm şahid ifadələri və həm də məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə də təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Əməliyyat- Axtarış şöbəsinin böyük əməliyyat müvəkkili Şahid11 ifadəsində göstərdi ki, Əməliyyat İdarəsinə İİR-dən Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitənin “Elşən” adlı şəxs tərəfindən realizə olunacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. 2018-ci ilin sentyabr ayının əvvəllərində əməliyyat məlumatı ilə adı açıqlanmayan şəxs vasitəsilə Azərbaycan Respublikası vətəndaşı “Elşən” adlı şəxs +**********67 saylı telefon nömrəsindən onun istifadəsində olan, əməliyyat məqsədləri üçün ayrılmış +**********18 telefon nömrəsi ilə onunla əlaqə saxlayıb görüşmək istədiyini bildirmişdir. Özünü “Elşən”adı ilə təqdim edən şəxslə ilk dəfə «20 yanvar» metrostansiyası yaxınlığında yerləşən “Ucuzluq” marketin yanında görüşmüşdür. Görüş zamanı Elşən, İrandan Füzuli rayonunun Horadiz qəsəbəsinə külli miqdarda narkotik vasitə gətirildiyini və almaq istədiyi təqdirdə ondan təhvil ala biləcəyini bildirmişdir. O, ilk əvvəl Elşənə narkotik vasitə almaq istəyi barədə razılıq verməmiş, onunla bir neçə dəqiqə söhbətdən sonra oradan çıxıb getmişdir. Bir neçə gün sonra Elşən yenidən onunla əlaqə saxlayıb görüşmək istədiyini bildirmişdir. Növbəti görüş zamanı Elşənlə «Qara Qarayev» metrostansiyasının yaxınlığında, “Sevinc” k/t-nın yanında yerləşən kafedə oturub çay içmişlər. Söhbət zamanı Elşən yenə ona narkotik vasitəni sata biləcəyini demiş, hətta həmin malı Qızıldaş qəsəbəsində saxladığını bildirmişdir. O həmin narkotik vasitənin miqdarı, növü və qiyməti barədə soruşduqda, Elşən onun yanında telefonla başqa bir şəxslə əlaqə saxlamış və daha ətraflı soruşub ona deyəcəyini bildirmişdir. Elşənlə növbəti görüşü sentyabr ayının ortalarında «Koroğlu» metrostansiyasının yanında olmuşdur. Həmin görüş vaxtı Elşən 1,5 kq marixuana və təxminən 880 qram tiryək narkotik vasitəsi olduğunu, marixuananın kilosunu 4000 manatdan, ümumilikdə isə hamısını 10.000 manata satmaq istədiyini bildirmişdir. O, Elşənlə razılaşmış, pulu hazırladıqdan sonra ona xəbər verəcəyini demişdir. O, Elşənlə sağollaşdıqdan sonra, Elşən telefonla mütəmadi şəkildə onunla əlaqə saxlayaraq narkotik vasitəni nə vaxt götürəcəyi barədə soruşmuşdur. O isə son zənglərdən birində artıq pulu düzəltdiyini və onunla görüşə biləcəyini demişdir. Şahid qismində dindirilən Şahid11 ifadəsinin davamında göstərdi ki, 24 sentyabr 2018-ci il tarixdə Elşənlə görüşməyi qərarlaşdırmışdır. Odur ki, zəruri əməliyyat tədbirlərinin görülməsi və cinayətin işritakçılarının müəyyən edilməsi üçün Dövlət Gömrük Komitəsinin sədr müavini tərəfındən təsdiq edilən 24 sentyabr 2018-ci il tarixli “əməliyyat qrupu yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərara əsasən əməliyyat qrupu yaradılmışdır. Həmin qərara əsasən o, Əməliyyat İdarəsinin rəis müavini Şahid14 Mehdixan oğlu, Əməliyyat İdarəsi əməliyyat–axtarış şöbəsinin inspektorları Şahid3, Şahid9, təhqiqat şöbəsinin təhqiqatçısı X43 əməliyyat qrupunun tərkibinə daxil edilmiş, qrupa rəhbərlik Rafael Əhmədova həvalə olunmuşdur. Eyni zamanda o, Elşən adlı şəxslə əlaqə yaratması üçün “Qaqaş” şərti adı ilə şərti alıcı qismində iştirak etməsi üçün təyin edilmişdir. Həmin qərarla DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: BNMİ) əməkdaşları ilə birgə zəruri əməliyyat–axtarış tədbirləri həyata keçirilməsi tapşırığı verilmişdir. 24 sentyabr 2018-ci il tarixdə o, Elşənlə telefonla əlaqə saxlamış, Elşən ona Qızıldaş qəsəbəsindən narkotik vasitəni götürərək «Qara Qarayev» metrostansiyası tərəfə getdiyini bildirmiş, onun da ora gəlməsini istəmişdir. Bir neçə dəqiqə sonra Elşənlə yenidən danışmış və Səbayıl rayonu ərazisində yerləşən «Şəki» restoranının qarşısında görüşmək barədə razılaşmışlar. Bundan sonra əməliyyat qrupunun üzvləri və DİN-in BNMİ–nin əməliyyat müvəkkili Şahid8, həmin İdarənin baş əməliyyat müvəkkili Şahid10 ilə birgə həmin gün təxminən saat 21 radələrində Bakı şəhəri, Səbayıl rayonu, “Şəki” restoranının qarşısına getmişdir. Orada Təqsirləndirilən şəxs1 əlində olan 1 ədəd göy rəngli selofan paketlə birlikdə onun əyləşdiyi “Jeep” markalı avtomobilə əyləşmiş, əlində gətirdiyi sellofan paketdə olan danışdıqları narkotiki üzərində olan 1 ədəd tiyəli bıçağı cibindən çıxararaq narkotik vasitəni nümunə üçün kəsmək istədiyi zaman o işarə verərək əməliyyat qrupunun üzvlərini çağırmışdır. Bundan sonra əməliyyatçılar avtomobilə yaxınlaşaraq özlərini təqdim etmiş və Elşən saxlanılaraq DGK-nın inzibati binasına aparılmışdır. DGK-da video çəkiliş tətbiq etməklə Elşənin ona verdiyi 1 ədəd göy rəngli sellofan torbaya baxış keçirilmiş, baxış zamanı sellofan torbanın içərisində şəffaf sellofana bükülmüş qurudulmuş marixuana və spesifık iyə malik tiryək narkotik vasitəsinə bənzər maddələr aşkar edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər maddənin 1512 qram, spesifık iyə malik tiryəkə bənzər maddənin çəkisinin 863 qram olduğu müəyyən olunmuşdur. Qeyd olunan maddələr və Təqsirləndirilən şəxs1 həmin sellofan paketi kəsmək üçün üzərində götürdüyü 1 ədəd bıçaq götürülərək polietilen paketə qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib edilmiş və imzalamışdır. Təqsirləndirilən şəxs1 verdiyi izahatında narkotik vasitənin satışından əldə olunan vəsaiti “Rüfət” adlı şəxsə çatdırmalı olduğunu bildirmişdir. Daha sonra şahid qismində dindirilən Şahid11 ifadəsinin davamında göstərdi ki, bundan sonra gömrükçülər tərəfindən əməliyyat tədbiri davam etdirilmiş, Təqsirləndirilən şəxs1 verdiyi izahatında narkotik vasitənin satışından əldə olunan vəsaiti çatdırmalı olduğu “Rüfət” adlı şəxsin müəyyən edilib saxlanılması üçün Təqsirləndirilən şəxs1 özünə məxsus ********** nömrəli mobil telefonla “Rüfət” adlı şəxsin ********** saylı telefon nömrəsinə zəng edərək narkotik vasitənin satışından əldə edilmiş gəliri ona təhvil vermək adı altında həmin gün saat 23:30-da Bakı şəhəri, «20 yanvar dairəsi» yaxınlığında görüş təyin edilmişdir. Həmin gün saat 23:30 radələrində orada keçirilmiş əməliyyat tədbirləri zamanı şəxsiyyəti sonradan ona məlum olan X54 idarə etdiyi qara rəngli, “Az Samand” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə birgə saxlanılmışdır. Ürfət Əsədovla birgə həmin nəqliyyat vasitəsində olmuş sərnişin Şahid6 Heydər oğlu da saxlanılaraq DGK-nın inzibati binasına aparılmışdır. İnzibati binanın həyətində X35 idarə etdiyi qara rəngli “AZ Samand” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə video görüntüdən istifadə etməklə keçirilmiş yoxlama zamanı nəqliyyat vasitəsinin əl əyləcinin plastik korpusunun altından 1 ədəd sellofan bükümdə qurudulmuş marixuana narkotik vasitəsinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş DGK-nin Əməliyyat- İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin rəis müavini Şahid14 Mehdixan oğlu, şahid qismində dindirilmiş DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Əməliyyat- Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid9, şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid3 ifadələrində məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ilə oxşar məzmunulu ifadə verib Təqsirləndirilən şəxs1 DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində saxlanıldığını, sonuncudan satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 1512 qram qurudulmuş marixuana və 863 qram tiryək narkotik vasitəsinə bənzər maddələrin aşkar edilərək götürüldüyünü, Təqsirləndirilən şəxs1 verdiyi izahat və yaratdığı şərait əsasında X54 adlı şəxsin saxlanıldığını, sonuncunun idarə etdiyi “AZ Samand” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən, əl əyləcinin plastik korpusunun altından 1 ədəd sellofan bükümdə qurudulmuş marixuana narkotik vasitəsinə bənzər maddənin aşkar edilərək götürüldüyünü, bütün prosesin video çəkilişdən istifadə edilməklə aparıldığını bir daha təsdiq etdilər. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid19 məhkəmə baxışında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu şahid ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, iş üzrə məhkəmədə şahid kimi dindirilmiş Şahid11, Şahid14 Mehdixan oğlu, Şahid9 və Şahid3 ilə oxşar məzmunlu ifadə verib onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: İİ cild səh.146-148). Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN BNMİ-nin baş əməliyyat müvəkkili Şahid10 ifadəsində göstərdi ki, 24 sentyabr 2018-ci il tarixdə o, və İdarənin əməliyyat müvəkkili Şahid8 DGK-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbayıl rayonu ərazisində külli miqdarda narkotik vasitənin dövriyyədən çıxarılması məqsədi ilə keçirilməli olan əməliyyat tədbirinə cəlb olunmuşlar. Hər iki əməkdaş Şahid14 Mehdixan oğlunun rəhbərlik etdiyi DGK-nin digər əməkdaşları ilə görüşərək keçiriləcək əməliyyat tədbiri barədə məlumat əldə etmiş, DGK-nin əməkdaşı Şahid11 narkotik vasitənin alqı-satqısında iştirak edəcəyini öyrənmiş və tədbir barədə təlimat almışlar. Onlar və DGK-nin digər əməkdaşları nəqliyyat vasitəsi olaraq cəlb edilmiş “Jeep” markalı avtomaşını müşahidə altına almış və təlimatlanmaya uyğun olaraq həmin gün, saat təxminən 21 radələrində Səbayıl rayonu ərazisində yerləşən “Şəki” restoranının qarşısına getmişlər. Həmin vaxt baxılan iş üzrə Təqsirləndirilən şəxs1 əlində olan l ədəd göy rəngli selofan paketlə birlikdə Şahid11 əyləşdiyi nəqliyyat vasitəsinə əyləşmişdir. Həmin vaxt, o, Təqsirləndirilən şəxs1 tanımamış, onunla heç bir münasibəti olmamışdır. Bir neçə dəqiqə sonra Şahid11 müvafıq işarə verdikdən sonra onlar avtonəqliyyat vasitəsinə yaxınlaşmış və özlərini təqdim edib Təqsirləndirilən şəxs1 saxlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 DGK-nin inzibati binasına aparılmış, DGK-də video çəkiliş tətbiq etməklə Elşənin Nihada verdiyi l ədəd göy rəngli sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı sellofan torbanın içərisində şəffaf sellofana bükülmüş qurudulmuş marixuana və spesifik iyə malik tiryək narkotik vasitəsinə bənzər maddələr aşkar edilmiş, həmin maddələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər maddənin 1512 qram, spesifık iyə malik tiryəkə bənzər maddənin çəkisinin 863 qram olduğu müəyyən olunmuşdur. Qeyd olunan maddələr və Təqsirləndirilən şəxs1 üzərində götürdüyü 1 ədəd bıçaq götürülüb polietilen paketdə qablaşdırılmış, bununla bağlı protokol tərtib olunmuş və o da imzalamışdır. Şahid10 ifadəsinin yekununda göstərdi ki, o, X35, iranlı Qənbərinin və Namiq Əsgərzadənin saxlanılmasında və onlardan narkotik vasitə aşkar olunub göbtürülməsi prosesində iştirak etməmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən digər polis əməkdaşı - BNMİ-nin əməliyyat müvəkkili Şahid8 ifadəsində həmkarı – əməliyyat müvəkkili Şahid10 ilə oxşar məzmunda ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə baxışında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu şahid ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, dindirilərkən tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 24 sentyabr 2018-ci il tarixdə, saat 22:30 radələrində DGK-nin əməkdaşlarının dəvəti ilə bir “Az Samand” markalı, **-BJ-*** nömrəli minik avtomobilinə DGK-nin həyətində baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Əvvəlcə hər kəsə hüquq və vəzifələri izah olunmuşdur. Onların iştirakı ilə şəxsiyyəti sonradan ona məlum olan X35 etibarnamə əsasında idarə etdiyi qara rəngli, “Samand” markalı, **-BJ-*** nömrəli minik avtomobili yoxlanılmış, yoxlama zamanı həmin nəqliyyat vasitəsinin əl əyləcinin plastik korpusunun altından 1 ədəd şəffaf rəngli sellofana bükülü 1 ədəd bükümdə qurudulmuş marixuana narkotik vasitəsinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş maddə tərəzidə çəkildikdən sonra həmin madddənin ümumi çəkisinin 2,9 qram olduğu müəyyən edilmişdir. X26 qeyd olunan maddənin narkotik vasitə olan qurudulmuş marixuana oluğunu etiraf etmişdir. Bundan sonra aşkar olunmuş maddə qablaşdırılaraq götürülmüşdür. Sonda bütün bunlarla bağlı protokol tərtib edilmiş və o da protokolla tanış olub, protokolu imzalamışdır. Daha sonra o, və Məhəmməd adlı digər hal şahidi gömrük əməkdaşlarının xahişi ilə X35 üzərində aparılan şəxsi yoxlamada hal şahidi qimində iştirak etmiş, yoxlama başlamazdan əvvəl gömrük əməkdaşı X44 onun hal şahidi qismində iştirak edəcəyi haqda məlumat vermiş, Ürfət Əsədovdan üzərində qanunla qadağan edilmiş predmetlərin olubolmadığını soruşmuş, varsa təqdim etməyi təklif etmişdir. Ürfət Əsədov öz növbəsində belə əşyaların olmadığını bildirmişdir. Sonra gömrük əməkdaşları Ürfət Əsədovun üzərinə şəxsi yoxlama aparmış, lakin şəxsi yoxlama zamanı Ürfət Əsədovun üzərindən şəxsi əşyalarından başqa, hər hansı predmet və ya qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Sonda bununla bağlı protokol tərtib edilmişdir və o da imzalamışdır(iş vərəqə: İİ cild səh.152-154). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə baxışında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu şahid ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, iş üzrə məhkəmədə şahid kimi dindirilmiş Şahid4 ilə oxşar məzmunlu ifadə verib onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: İİ cild səh.156-158). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindlirilən Şahid6 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsindən fərqli ifadə verib göstərdi ki, o, təqsirləndirilən şəxslərdən Namiq Əsgərzadəni və Ürfət Əsədovu həmkəndliləri kimi tanımış, digər təqsirləndirilən şəxsləri isə tanımamışdır. İbtidai istintaqda verdiyi ifadələrinin bir çox hissəsi onun yadında qalmamışdır. Yadında qalanı budur ki, o, və Elşən Ürfətin idarə etdiyi avtomaşına əyləşmiş, X56 qəsəbəsində düşəcəyini bildirmişdir. X69 yolda düşürtmüş, lakin həmin vaxt o, Ürfətin Elşənə nəsə verməsini görməmişdir. Sonra o, Ürfətlə birlikdə olarkən o, maşının yanında dayandığı vaxt arxadan kimsə onun qolundan tutmuş, DGK-nin əməkdaşları olduqlarını bildirib sakit dayanmağı tələb etmişlər. Onlar Ürfəti də tutmuş və onları DGK-nin inzibati binasına aparmışlar. Həmin vaxt onlar Elşəni DGK-nin inzibati binasında görmüşlər. Elşənin narkotiklə tutulduğunu orada öyrənmişdir. Onun özündə narkotik vasitə olmadığından buraxılmışdır. İbtidai istintaq zamanı isə verdiyi ifadəsini oxumadan imzalamışdır. Məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı məhkəmədə şahid qismində dindlirilən Şahid6 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi eldan edilməklə tədqiq olundu. Şahid6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Müşfiq qəsəbəsindən Sumqayıta gedən yolun üstündə icraəyə götürmək üçün bir obyektlə maraqlanmış, ora gedib baxmaq üçün özünün maşını olmadığından hərməyerlisi və əvvəlcədən tanıdığı X32 xahiş etmişdir. O, Ürfəti bir ilə yaxın bir müddətdə tanımışdır. Belə ki, Ürfət bir il bundan əvvəl onun yaşadığım Füzuli rayonun Qarabağ kəndinə köçmüşdür. Bu məqsədlə 24 sentyabr 2018-ci il tarixdə gecə saatlarında Ürfətlə birlikdə Füzuli rayonunun Qarabağ kəndindən çıxaraq, səhər saat 5 radələrində Ürfətin idarə etdiyi “AZ Samand” markalı maşınla Müşfiq qəsəbəsində yerləşən obyektin yanma gəlib çatmışlar. Biraz erkən vaxt olduğundan o, maşında ön oturacaqda yatmış, səhər saat 8 radələrində durub obyektə baxmışdır. Həmin obyekti işlədən Maarif adlı şəxslə bir qədər söhbət etdikdən sonra o, tanımadığı bir obyektin sahibinə zəng vurmuş və ondan həmin obyekti icarəyə veribvermədiyini soruşmuşdur. O, isə həmin obyekti icarəyə vermək niyyətində olmadığını bildirmişdir. Bundan sonra onlar orada nahar etdikdən sonra Ürfətlə Bayıl qəsəbəsinə gəlib maşını avroyuma məntəqəsinə vermişlər. Orada olarkən Ürfət ona özünün bir tanışı olduğunu bildirmiş, biryerdə “20 yanvar” metrosu tərəfə gedib onunla görüşməyi təklif etmişdir. Axşam saat təxminən “20 yanvar” metrosunun yaxınlığına getmiş, orada Ürfətin tanışı olan adını Elşən olararq bildiyi şəxs gələrək Ürfətin avtomobilinə əyləşmişdir. Bir neçə dəqiqə onlar hal-əhval tutduqdan sonra, Ürfət maşını işə salmışdır. O, Ürfətdən hansı istiqamtə getdiklərini soruşduqda Ürfət ona Qızıldaş qəsəbəsinə getdiklərini bildirmişdir. O, Ürfətdən Qızıldaş qəsəbəsinə getmələrinin səbəbini soruşduqda, Ürfət ona Elşənə çatası əmanət olduğunu demiş, onu götürüb qayıdacaqlarını bildirmiş, lakin əmanətin nə olduğunu deməmişdir. Bir saat sonra, artıq hava qaralan ərəfədə onlar Qızıldaş qəsəbəsinə çatmış, Ürfət orada maşınla əsas yoldan ara küçəyə girmiş, söküntü vəziyyətində olan yarımtikili bir evdən bir az aralıda saxlamışdır. Ürfətlə Elşən maşından düşərək həmin yarımtikiliyə getmiş və orada Ürfət həmin yarımtikili evdən bir ədəd göy rəngli sellofan torbanı götürərək Elşənə vermişdir. Elşən isə həmin yarımtikilidən bir az aralıda olan “Lada 2107” markalı maşına əyləşərək oradan uzaqlaşmışdır. Az sonra Ürfət gələrək maşına əyləşmiş və onlar oradan çıxmışlar. Ürfət ona Elşənin bir azdan ona 500 manat pul çatdıracağını demiş, onu gözləyib sonra rayona geri qayldacaqlarını bildirmişdir. O, Ürfətdən torbada nə olduğunu soruşduqda o, heç nə deməmiş, sadəcə həmin torbanı götürdüyü uçuq evin sahibsiz ev olduğunu bildirmişdir. Bir neçə saat sonra Elşən Ürfətə zəng edərək onu “Qura Qarayev” metrosunun yaxınlığına çağırmışdır. O, Ürfətlə birgə oraya getmiş, onlar ora çatdıqda Ürfət mobil telefon vasitəsi ilə Elşənlə danışmışdır. Ürfətlə birlikdə olduğu müddətdə onun çox narahat olduğunu görmüş, lakin narahatlığının hansı səbəbdən olmasını başa düşməmişdir. Ürfət Elşənlə telefonda yenidən danışmış və Elşən Ürfəti “Elmlər Akademiyası” metrostansiyasının yanına gəlməyi təklif etmiş, lakin Ürfət o tərəflərin tıxac olduğunu bildirib, “20 yanvar dairəsi”ndə görüşməyi təklif etmişdir. Onlar “20 yanvar dairəsi”nə getmiş, Ürfət orada Elşənə zəng vuraraq onu gözlədiyini demişdir. Təqribən 20 dəqiqə sonra, mülki geyimli şəxslər onlara yaxınlaşaraq gömrük əməkdaşları olduğunu bildirərək onu və Ürfəti DGK-nin inzibati binasına aparmışlar. Ürfətin Elşənə verdiyi göy rəngli sellofan torbanın içərisində narkotik vasitə olduğunu o, daha sonra öyrənib bilmişdir. Şahid6 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, o, X35 narkotik vasitələrdən onkoloji xəstəliyi ilə əlaqədar istifadə etdiyini bilsə də, amma satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 tanımamış, onu ilk dəfə Ürfətin maşınında görmüş, Ürfət onu tanışı kimi ona təqdim etmişdir. Lada vaz 2107 markalı maşın ağ rəngli maşın olmuş, həmin maşının üstündə taksi tanınma nişanı olmuşdur. Nömrəsinə fikir verməmiş, onlar oraya çatanda maşın artıq orada olmuşdur. Qaranlıq olduğundan sürücüsünü görməmiş, Ürfətdən maşının kimə məxsus olduğunu soruşduqda isə o, maşının sahibini tanımadığını bildirmişdir. O, özü narkotik vasitələrdən və ya bu qəbildən olan maddələrdən istifadə etməmişdir. DGK əməkdaşları tərəfindən saxlanılarkən hər hansı psixi və ya fiziki zorakılığa məruz qalmamışdır. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin “Astara” sərhəd nəzarəti məntəqəsində sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində xidmət edən Şahid7 ifadəsində göstərdi ki, 08 aprel 2019-cu il tarixdə, saat 20:00-dan 09 aprel 2019-cu il saat 09:00-dək “Astara” sərhəd nəzarəti məntəqəsində Azərbaycan Respublikasına gəliş xəttində “Sənədlərin yoxlanılışı” xidmətində xidmətdə olarkən 08 aprel 2019-cu il tarixdə saat 22 radələrində növbə rəisi Şahid4 göstərişi ilə o, Azərbaycan Respublikasına gələn İİR vətəndaşı Asghar Ghanbarinin sənədlərini rəsmiləşdirdikdən sonra onun gəlməsi barədə növbə rəisi Şahid4 özünə məruzə etmişdir. Bundan sonra Asghar Ghanbari şəxsi yoxlama otağına dəvət olunmuş, üzərində qadağan edilmiş hər hansı bir predmetin və ya narkotik vasitənin olubolmaması soruşulmuşdur. X64 üzərində heç bir narkotik vasitənin olmadığını bildirdi. Asghar Ghanbari haqqında əməliyyat məlumatı daxil olduğundan və buna görə şübhə doğurduğundan o, daxili orqanlarının müayinə edilməsi üçün Astara rayon xəstəxanasına aparılmışdır. Asghar Ghanbarinin daxili orqanlarından 4 bükümdə heroinə bənzər narkotik vasitələr həkimin müdaxiləsi ilə çıxarılmış və bundan sonra Asghar Ghanbari saxlanılmışdır. Aşkar olunub götürülən narkotik vasitənin, deməsinə görə, Azərbaycanda kimə çatacağı barədə Asghar Ghanbarinin əvvəlcədən dəqiq məlumatı olmamışdır. Lakin sonradan əməliyyat tədbiri davam etdirilmiş, Asghar Ghanbarini qarşılamaq üçün Namiq adlı Füzuli rayon sakininin Astara SNM-nə gəldiyi müəyyən edilmişdir. Əməliyyat tədbiri keçirilərək X57 SNM-nə gətirilmiş, burada Asghar Ghanbari ilə Namiq adlı şəxs arasında telefon əlaqəsi yaradılmışdır. Asghar Ghanbari ilə Namiq adlı şəxs görüşən zaman sonuncu onlar tərəfindən saxlanılmışdır. Bundan sonra tədbirin davamı zamanı X41 adlı şəxslə birlikdə gələn digər iki şəxs - Füzuli rayon sakinləri X54 və X14 rayonu ərazisində saxlanılmışdır. Məhkəmə baxışı zamanı cinayət işi üzrə şahid qismində dindirilən DSX-nin Sərhəd Nəzarətinin “Astara” sərhəd nəzarəti məntəqəsində sərhəd nəzarəti bölməsinin əməkdaşarı Şahid5, Şahid17 və Şahid18 məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Astara SNM-nin əməkdaşı Şahid16 ifadəsində göstərdi ki, 29 mart 2019-cu il tarixdə SNM-də xidmətdə olarkən Azərbaycan Respublikasına gələn İİR vətəndaşı Asghar Ghanbarinin sənədləri rəsmiləşdirildikdən sonra şəxsi yoxlama otağına dəvət olunmuş, üzərində qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olub-olmaması soruşulmuşdur. Asghar Ghanbari üzərində heç bir narkotik vasitə olmadığını ona bildirmişdir. X64 daxili orqanlarında narkotik vasitə daşımaqda şübhəli olduğundan o, X29 aparılmışdır. Orada əməkdaşların və hal şahidlərinin iştirakı ilə həkim tərəfindən Asghar Ghanbarinin daxili orqanları müayinə edilmiş və onun düz bağırsağında 4 bükümdə yad cism aşkar edilərək çıxarılmışdır. Ona görə də Asghar Ghanbari saxlanılmışdır. Asghar Ghanbarinin düz bağırsağında aşkar olunan bükümlər bir-bir açılmış və baxış keçirilən zaman həmin bükümlərdə heroinə bənzər narkotik vasitələrin olması müəyyən edilmişdir. Sonradan həkim bükümlərdə olan narkotik vasitələri elektron tərəzi vasitəsi ilə çəkmiş və ümumi çəkisinin 211 qram olduğu müəyyən edilmişdir. Həkim tərəzinin səhv ölçmə ehtimalını diqqətə çatdırmışdır. Aşkar olunan heroin narkotik vasitəsinə bənzər maddələr götürülərək qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunan həmin protokol bütün iştirakçılar, o cümlədən hal şahidləri və əməkdaşlar tərəfindən imzalanmışdır. Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid13 ifadəsində göstərdi ki, 09 aprel 2018-ci il tarixdə o, və iş yoldaşı Şahid15 hal şahidi kimi Astara gömrük postunun inzibati binasına dəvət olunmuşlar. Onlara İİR vətəndaşı Asghar Ghanbarinin daxili orqanlarında narkotik vasitələr gətirməsində şübhəli olduğu bildirilmiş və Ghanbari onların iştirakı ilə X29 aparılmış və orada həkim tərəfindən Ghanbarinin daxili orqanları müayinə edilmiş və onun düz bağırsağında 4 bükümdə yad cism aşkar edilərək çıxarılmışdır. Qeyd olunan bükümlər onların iştirakı ilə açılıb baxılarkən həmin bükümlərdə heroin narkotik vasitəsinə bənzər maddələr olması müəyyən edilmişdir. Sonradan həkim bükümlərdə olan narkotik vasitələri elektron tərəzi vasitəsi ilə çəkmiş və ümumi çəkisinin 211 qram olduğu müəyyən edilmişdir. Bundan sonra narkotik vasitəsinə bənzər maddələr götürülərək qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunan həmin protokol bütün iştirakçılar, o cümlədən hal şahidləri tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid15 məhkəmədə dindirilmiş Şahid13 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Baxış keçirilməsi və götürmə” barədə 24 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 “Qaqaş” şərti adı ilə alıcı qismində çıxış edən Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi Əməliyyat Axtarış şöbəsinin əməkdaşı Şahid11 narkotik vasitələr satarkan yaxalanmış və ondan bir ədəd mavi rəngli polietilen torbanın içərisindən şəffaf sellofana bükülmüş, qablaşdırma ilə birlikdə çəkisi 1512 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinə oxşar bitki mənşəli kütlə və şəffaf sellofana bükülü vəziyyətdə olan müxtəlif ölçülü iri və kiçik həcmli qırıntılardan ibarət, qablaşdırma ilə birlikdə çəkisi 863 qram olan tiyək narkotik vasitəsinə oxşar maddə və narkotik vasitəni nümunə üçün kəsmək məqsədilə cibindən çıxardığı 1 ədəd 260 mm ölçüdə açılıbbağlanan tiyəli bıçaq aşkar edilərək götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, tədbir prosesində Təqsirləndirilən şəxs1 izahat verib, aşkar olunan narkotik vasitəni əməliyyat işçisinə satmaq məqsədilə «Rüfət» adlı şəxsdən aldığını və satdıqdan sonra əldə edəcəyi pul vəsaitini «Rüfət» adlı şəxsə verəməli olduğunu bildirmişdir. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, «Rüfət» adlı şəxsin ağır xəstəliyi ilə əlaqədar barəsində ayrıca icraatda cinayət işi ayrılmış X54 olduğu müəyyən edilmişdir. İstintaq hərəkəti videolentə alınmışdır(iş vərəqə: İ cild səh.09-10). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq edilən Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi və götürmə istintaq hərəkətinin yükləndiyi bir ədəd CD diskdə olan videogörüntülərdən görünür ki, videogörüntülər “Baxış keçirilməsi və götürmə” barədə 24 sentyabr 2018-ci il tarixli protokola uyğundur, protokolda qeyd olunanlar bir daha təsdiq olunur. Həmçinin işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «video görüntülərə baxış keçirilməsi» barədə 25 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi və götürmə istintaq hərəkətinin yükləndiyi bir ədəd CD diskdə olan videogörüntülər tərtib olunan həmin protokola və “Baxış keçirilməsi və götürmə” barədə 24 sentyabr 2018-ci il tarixli protokola uyğundur(iş vərəqə: İ cild səh.87-a). Məhkəmə baxışı zamanı tədqiq edilmiş “Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” 25 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, ağır xəstəliyi ilə əlaqədar barəsində ayrıca icraatda cinayət işi ayrılmış X35 etibarnamə ilə idarə etdiyi “SAMAND” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonuna baxış keçirilərkən avtomobilin əl əyləcinin plastik korpusunun altından şəffaf sellofana bükülü vəziyyətdə bir ədəd bükümdə ümumi çəkisi 2,9 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinə şübhəli maddə aşkar edilərək götürülmüşdür İstintaq hərəkəti videolentə alınmışdır (iş vərəqə: İ cild səh.35-36). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq edilən X35 idarə etdiyi “Azsamand” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi prosesini özündə əks etdirən videogörüntülərlə müəyyən edildi ki, videogörüntülər “Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” 25 sentyabr 2018-ci il tarixli protokola uyğundur və protokolda qeyd olunanlar bir daha təsdiq olunur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «videogörüntülərə baxış keçirilməsi» barədə 25 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, X35 idarə etdiyi “Azsamand” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi istintaq hərəkətinin yükləndiyi bir ədəd CD diskdə olan videogörüntülər tərtib olunan həmin protokola və “Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” 25 sentyabr 2018-ci il tarixli protokola uyğundur(iş vərəqə: İ cild səh.88, 89). Məhkəmə baxışı zamanı məhkəmə-bioloji ekspertizasının 11 oktyabr 2018-ci il tarixli, 25712 saylı rəyindən görünür ki, X32 götürülməklə ekspertiza tədqiqatına təqdim edilmiş qəhvəyi rəngli kağız paketdəki 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 2,671 qram və Təqsirləndirilən şəxs1 götürülməklə ekspertiza tədqiqatına təqdim edilmiş qəhvəyi rəngli kağız paketdəki 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 1479,98 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi-1482,651 qramdır(iş vərəqə: İ cild səh.224-226). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 12 mart 2019-cu il tarixli, 5638 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş təmiz çəkisi 1479,93 qram qurudulmuş marixuana ilə X35 idarə etdiyi “Samand” markalı nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 2,621 qram qurudulmuş marixuana narkotik vasitəsi tərkiblərinə görə eynilik təşkil edir (iş vərəqə: İİ cild, səh.159-161). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 oktyabr 2018-ci il tarixli, 25713 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülməklə ekspertiza tədqiqatına təqdim edilmiş, üzərində “N 100149 A.R. Dövlət Gömrük Komitəsi” sözləri yazılmış, paketdə təmiz çəkisi 854,9 qram olan tünd qəhvəyi rəngli spesifik tiryək iyli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir(iş vərəqə: İ cild səh.231-234). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 24 oktyabr 2018-ci il tarixli, 1868 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi nakoloji dispanserində qeyiyyata alınması məsləhət görülür(iş vərəqə: İ cild səh.235-237). Məhkəmə baxışı zamanı tədqiq olunan sərhədkeçmənin yoxlanılması ilə əlaqədar baxış keçirilməsi barədə protokoldan görünür ki, X35 və Təqsirləndirilən şəxs1 dövlət sərhədini keçib-keçməməsini müəyyən etmək məqsədi ilə vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilmiş və müəyyən edilmişdir ki, X54 dəfələrlə gömrük sərhədindən keçməklə İran İslam Respublikasına getmiş və geri qayıtmışdır. Sonuncu dəfə o, 16 sentyabr 2018-ci il tarixdə, saat 03:54-də Biləsuvar istiqamətində gömrük sərhədindən keçməklə İİR-na getmiş, 18 sentyabr 2018-ci il tarixdə, saat 02:55-də Biləsuvar istiqamətində gömrük sərhədindən keçməklə eyni qaydada İİR-dən ölkə ərazisinə geri qayıtmışdır. Lakin keçirilmiş baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1ə ölkə sərhədini keçməsi ilə əlaqədar məlumat qeydə alınmamışdır(iş vərəqə: İ cild səh.87). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şəxsi axtarış və götürmə barədə 08 aprel 2019-cu il tarixli protokoldan görünür ki, İİR vətəndaşı X6 üzərində şəxsi axtarış aparılan zaman onun üzərində qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Lakin onun daxili orqanlarının müayinədən keçirilməsi zərurəti yarandığından müayinə üçün Astara rayon Mərkəzi Xəstəxanasına aparılmış, orada tibbi müdaxilə nəticəsində onun daxili orqanından – düz bağırsağından şəffaf sellofan bükülmüş 4 ədəd büküm aşkar edilərək çıxarılmışdır. Həmin bükümlərin içərisində açıq qəhvəyi rəngli, heroinə oxşar narkotik vasitə maddələr olduğu məlum olmuşdur. Sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş və 4 ədəd bükümün qablaşdırılmaları ilə birlikdə ümumi çəkisinin 211 qram olduğu müəyyən edilmişdir (iş vərəqə: İİİ cild, səh.14- 17). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 09 aprel 2019-cu il tarixli, 9292 №-li rəyindən görünür ki, X3 götürülməklə tədqiqata təqdim edilmiş, üzərində “...İİR vətəndaşı X51 Nouraldin barəsində...” sözləri olan polietilen paketdəki ayrı-ayrılıqda təmiz çəkiləri 34,835 qr., 38,283 qr., 57,984 qr., 34,381 qr. ümumi təmiz çəkisi 165,484 qram olan maddələr küstar üsulla hazırlanmış narkotik vasitə - heroindir(iş vərəqə: İİİ cild, səh.67-70). Məhkəmə baxışı zamanı tədqiq olunan sərhədkeçmənin yoxlanılması ilə əlaqədar baxış keçirilməsi barədə protokoldan görünür ki, X27 dövlət sərhədini keçib-keçməməsini müəyyən etmək məqsədi ilə vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilmiş və müəyyən edilmişdir ki, vətəndaş X41 dəfələrlə gömrük sərhədindən keçməklə İran İslam Respublikasına getmiş və geri qayıtmışdır. Sonuncu dəfə o, 16 sentyabr 2018-ci il tarixdə, saat 03:53-də Biləsuvar istiqamətində gömrük sərhədindən keçməklə İİR-na getmiş, 18 sentyabr 2018-ci il tarixdə saat 02:56-də Biləsuvar istiqamətində gömrük sərhədindən keçməklə eyni qaydada İİR-dən ölkə ərazisinə geri qayıtmışdır(iş vərəqə: İV cild, səh.06). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan sərhədkeçmənin yoxlanılması ilə əlaqədar baxış keçirilməsi barədə protokoldan görünür ki, X27 dövlət sərhədini keçib-keçməməsini müəyyən etmək məqsədi ilə vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilmiş və müəyyən edilmişdir ki, İİR vətəndaşı X48 dəfələrlə gömrük sərhədindən keçməklə İrandan Azərbaycan Respublikasına gəlmiş və geri qayıtmışdır. Sonuncu dəfə o, 08 aprel 2019-cu il tarixdə, saat 21:53-də Astara istiqamətində gömrük sərhədindən keçməklə İİR-dən ölkə ərazisinə gələrkən saxlanılmışdır(iş vərəqə: İV cild, səh.08). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2019-cu il tarixli, 1572 saylı məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, təqsirləndirilən şəxs X28 narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi nakoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (iş vərəqə: İV cild, səh.101-102). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2019-cu il tarixli, 1643 saylı məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, tədqiqat nəticəsində təqsirləndirilən şəxs X4 narkomaniya xəstəliyinin aşkar olunmamışdır, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: İV cild, səh.103-104). Məhkəmə baxışı zamanı iş üzrə elan olunmaqla tədqiq edilən ambulator məhkəməpsixiatrik ekspertizasının 21 may 2019-cu il tarixli, 866 saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs X28 hər hansı psixi xəstəliyin əlamətlərinin aşkar olunmamışdır, cinayətdən sonra və əvvəl öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, ona ittiham olunan əməl barəsində anlaqli hesab olunur(iş vərəqə: İV cild, səh.72-77). Daha sonra məhkəmə baxışı zamanı iş üzrə elan olunmaqla tədqiq edilən ambulator məhkəmə-psixiatrik ekspertizasının 21 may 2019-cu il tarixli, 867 saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs X4 hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır, hal-hazırda emosional-davamsız şəxsiyyət pozuntusu, kompensasiya vəziyyəti müəyyən olunur, lakin bu vəziyyət onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Ghanbarı Alınoulıa öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, ona ittiham olunan əməl barəsində anlaqli hesab olunur(iş vərəqə: İV cild, səh.72-77). Məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq qərarlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 855,0 qram tiryək narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 854,8 qram hissəsi, 1480,0 qram qurudulmuş marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1479,93 qram hissəsi və 1 (bir ədəd) ədəd soyuq silah hesab edilməyən bıçaq, təqsirləndirilən şəxs X1 götürülmüş 165,484 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 165,404 qram hissəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına saxlanca verilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram, «tiryək» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 50 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 855,0 qram tiryək, 1480,0 qram qurudulmuş marixuana narkotik vasitələrinin, həmçinin təqsirləndirilən şəxs X1 götürülmüş 165,484 qram heroin narkotik vasitəsinin hər üç növü 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən olunan külli miqdarın minimum həddindən qat-qat çoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə aşkar edilib götürülmüş hər üç növ narkotik vasitənin çəkisinin külli miqdar təşkil etməsi ilə yanaşı narkotik vasitələrin növ müxtəlifliyi, heroin narkotik vasitəsinint külli miqdarda qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 əməliyyat işçisi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qanunsuz əlaqəyə daxil olub narkotik vasitələrin satışına cəhd göstərməsi təqsirləndirilən şəxslərin narkotik vasitələri satmaq niyyətində olmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış niyyəti ilə əldə etmək, saxlamaq və daşımaq cinayətini, X2 X41 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini satış niyyəti ilə qanunsuz olaraq əldə etmək, saxlamaq, daşımaq məqsədilə narkotik vasitələrin külli miqdarda qaçaqmalçılığı cinayətini törətmələri, yəni Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri, X2 və X27 isə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Həmin Məcəllənin 206.3.2-ci maddəsində Azərbaycan Respublikası CM-nin 206.1 və 206.2-ci maddələrində nəzərdə tutulan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutulur. Baxılan cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini narkotik vasitə olan tiryəkin İİR ərazisindən Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsi ilə bağlı hərəkətlər təşkil edir. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının altıncı bəndində məhkəmələrə tövsiyə olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X30 və Namiq Əsgərzadənin məhkəmə baxışı zamanı qeyri-etirafedici və ziddiyyətli ifadələrini onların ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmələri üçün seçmiş olduqları müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdikləri dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur və əksinə, onların təqsirliliyini təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri, X2 və X27 əməli isə həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və təqsirləndirilən şəxslərin hər biri onlara istinad olunan maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X2 və X27 əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışlarından və müvafiq məhkəmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27.10.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il şərti sınaq müddəti tətbiq edilməklə 06 il 08 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 31.01.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutlan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, həmin hökmlə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27.10.2009-cu il tarixli hökmü üzrə müəyyən olunan şərti məhkumetmə ləğv edilmiş və Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən hər iki hökm üzrə təyin edilmiş cəzalar birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 08 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Ən nəhayət, Qaradağ rayon Məhkəməsinin 12.01.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4 maddələrinə tövsif edilməklə cəzası 05 il 05 aya endirilmiş və həmin tarixə artıq cəzasını çəkilmiş hesab edilməklə cəza çəkməkdən azad edilmişdir(iş vərəqə: cild İ, səh.204). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən iki dəfə – Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27.10.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi və Xətai Rayon Məhkəməsinin 31.01.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkməklə 12.01.2018-ci il tarixdə azad olunmuş, lakin həmin hökmlər üzrə olan məhkumluqları ödənilmədən 24 sentyabr 2018-ci il tarixdə yeni, baxılan iş üzrə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlləri təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid cinayətlər hesab olunur və Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə görə bu kateqoriyadan olan cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin məhkumluqlarının ödənilməsi üçün cəzalarını çəkib qurtardıqları gündən iki il müddət tələb olunur. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli cinayətlərin təhlükəli residivini yaradır və bu ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs Ağayev X38 şəhəri, S.Vurğun küçəsində daimi qeydiyyatda olmaqla yanaşı məcburi köçkün kimi Sumqayıt şəhərinin, Tağıyev qəsəbəsində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs X13 dəfə Rusiya Federasiyası Tulsk Vilayəti Dosnkoy şəhər məhkəməsinin 13.02.2009-cu il tarixli hökmünə əsasən Federasiyası CM-nin 228.1-ci maddəsi ilə 05 il 04 ay müddətinə azadlıqdan məhrum edilmiş, 07.02.2013-cü ildə azadlığa buraxılmışdır. Lakin qeyd olunan hökm Azərbaycan Respublikası Qanunlarına əsasən tanınmamış, icraya yönəldilməmişdir. Odur ki, X41 məhkum edilmiş şəxs kimi qəbul edilməməlidir(iş vərəqə: cild İİİ, səh.197- 198). Ən nəhayət, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, baxılan iş üzrə təqsirləndirilən şəxs, İİR vətəndaşı X6 məhkumluğu barədə Azərbaycan Respublikası DİNnin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(iş vərəqə: cild İİİ, səh.200). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivinin müəyyən edilməsi Azərbaycan Respublikası CMnin 61.1.1-cı maddəsinə əsasən onun cəzasını ağırlaşdıran, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxslər X27 və X2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X33 və X7 qarşı ittiham irəli sürərkən həmin ittihamın mətnində təqsirləndirilən şəxslərin onlardan aşkar edilib götürülmüş narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə etmələrini, daşımalarını və saxlamalarını qeyd etməklə yanaşı, həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda narkotik vasitələrin satış məqsədilə əldə edilməsində ehtiva olunduğundan "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, təqsirləndirilən şəxslər X33 və X7 qarşı isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamın mətnindən xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X41 və X9 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onların törətmiş olduğu cinayətin ağır cinayətlər kateqoriyasına aid olması nəzərə alınmalı, təqsirləndirilən şəxslərin islah olunması, həm onların özləri, həm də başqa şəxslər tərəfindən belə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsinin sanksiyası daxilində təhlükəli residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, təqsirləndirilən şəxslər Namiq Əsgərzadə və X40 isə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, ədalətli, şəxsiyyətlərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Qeyd olunanlardan başqa, məhkəmə təqsirləndirilən şəxs X6 xarici ölkə vətəndaşı olduğunu, həmçinin onun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını istisna edən Azərbaycan Respublikası CM-nin 52.2.1 - 52.2.7-ci maddəsində nəzərdə tutulan konkret halların müəyyən edilmədiyini nəzərə alaraq, belə hesab edir ki, X6 ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkib qurtardıqdan sonra onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs X10 İran İslam Respublikasının vətəndaşıdır, orada doğulmuşdur, Azərbaycan Respublikasının ərazisində daimi və ya müvəqqəti yaşamaq hüququ və yeri yoxdur. Barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olmamış, onun valideynlərindən heç biri Azərbaycan Respublikasının vətəndaşı olmamış, özü qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxs deyil, himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ qrup əlili olan şəxs deyil, məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal olunmur və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxs deyildir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün təyin olunan cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslər Namiq Əsgərzadə və X40 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Namiq Əsgərzadə və X45 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 24 sentyabr 2018-ci il tarixdə, X41 və X9 isə 09 aprel 2019cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs1 barəsində 26 sentyabr 2018-ci il tarixdə, Namiq Əsgərzadə və X45 barəsində isə 10 aprel 2019-cu il tarixdə müvafiq məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və adı çəkilən şəxslər məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz odaraq həbsdə saxlanılmışlar. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin əvvəli 24 sentyabr 2018-ci il tarixdən, X27 və X8 həbsdə saxlanılma müddətinin əvvəli 09 aprel 2019-cu il tarixdən hesablanmalı, onların cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlanılma müddəti məhkəmə tərəfindən onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onlarn barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın 24 oktyabr 2018-ci il tarixli, 1868 saylı, 08 iyul 2019-cu il tarixli, 1572 saylı və 15 iyul 2019-cu il tarixli, 1643 saylı rəylərini nəzərə alıb belə nəticəyə gəlir ki, tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi ilə əlaqədar rəylərə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və X27 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və onlar yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Lakin X4 narkomaniya xəstəliyi aşkar olunmadığından və onun bu xəstəlikdən müalicəyə ehtiyacı olmadığından qeyd olunan şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmamalıdır. Qeyd olunanlardan başqa, məhkəmə iş üzrə maddi sübutların taleyi ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 855,0 qram tiryək narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 854,8 qram hissəsi, 1480,0 qram qurudulmuş marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1479,93 qram hissəsi və 1 (bir ədəd) ədəd soyuq silah hesab edilməyən bıçaq, X1 götürülmüş 165,484 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 165,404 qram hissəsi barədə məsələyə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarına əsasən X35 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraatda ayrılmış 1(101)-258/2021 saylı cinayət işi üzrə hüquqi qiymət verilməlidir. Məhkəmə baxılan iş üzrə məhkəmə məsrəflərinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, hazırda baxılan cinayət işindən X35 barəsində ayrıca icraatda cinayət işinin ayrılması nəzərə alınmalı və məhkəmə baxışı zamanı müəyyən olunan 532,96 (532 manat 96 qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X2 və X27 hər birindən 133,24 (yüz otuz üç manat 24 qəpik) manat olmaqla müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 24 sentyabr 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. X41 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. X41 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X33 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X41 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X27 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 09 aprel 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. X27 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. X9 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X7 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X9 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 09 aprel 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. X9 ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkdikdən sonra barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilsin. İş üzrə maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 855,0 qram tiryək narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 854,8 qram hissəsi, 1480,0 qram qurudulmuş marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1479,93 qram hissəsi və 1 (bir ədəd) ədəd soyuq silah hesab edilməyən bıçaq, X1 götürülmüş 165,484 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 165,404 qram hissəsi barədə məsələyə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarına əsasən X35 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraatda ayrılmış 1(101)-258/2021 saylı cinayət işi üzrə hüquqi qiymət verilsin. İş üzrə məhkəmə məsrəfləri – 532,96 (532 manat 96 qəpik) manat məbləğində ekspertiza xərci məhkumlar Təqsirləndirilən şəxs1, X2 və X27 hər birindən 133,24 (yüz otuz üç manat 24 qəpik) manat olmaqla müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. X35 barəsində ayrıca icraatda cinayət işinin ayrılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1, X33 və X7 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-78/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-78/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver