Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-780/2020 05.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək fərdi əməklə məşğul olmuş, üzərində məhkumluğu olmayan, ünvan 1 mənzil 4-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxxxxx 2020ci il tarixdə, saat 05:00 radələrində yaşadığı ünvan 1 mənzil 4 ünvanında evinə qonaq dəvət etdiyi və birlikdə yemək yeyib spirtli içki qəbul etdiyi Zərərçəkmiş şəxs evindən çıxıb getməsini bildirmiş, Zərərçəkmiş şəxs isə onu əvvəlcə yatdığı otaqda ağır təhqiredici ifadələrlə söyərək gecə vaxtı evdən getməyəcəyini demişdir. Sonra Zərərçəkmiş şəxs mənzilin mətbəxində təkrarən Təqsirləndirilən şəxs ağır təhqiredici ifadələrlə söymüş və sillə vurmaq məqsədi ilə Təqsirləndirilən şəxs üstünə getmişdir. Şəxsi münasibətlərin pozulması zəminində onların arasında mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərini yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 5 (beş) ildir ki, Zərərçəkmiş şəxs tanıyır. Son iki il ərzində o, tanışı Süleymanı görməmişdir. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə o, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Adil Mirzəyev küçəsində təsadüfən tanışı Süleymanla və sonuncunun yanında olan Vüqar adlı şəxslə rastlaşmışdır. O, Süleyman və Vüqarla görüşmüş və həmin şəxsləri evinə qonaq dəvət etmişdir. Süleyman və Vüqar da onunla razılaşaraq onun yaşadığı evə gəlmişlər. Onlar evdə pivə içib yemək yemişlər. Onlar yemək yedikdən bir qədər sonra Vüqar siqaret almaq üçün marketə getmişdir. O və Süleyman isə evdə qalmışlar. Vüqar evdən çıxdıqda, o, Vüqarın birdəfəlik getdiyini düşünmüşdür. Lakin sonradan o, Vüqarın siqaret almaq üçün getdiyini bilmişdir. Təxminən saat 04:00 radələrində onun qadın tanışı ona zəng edərək evinə qonaq gələcəyini bildirmişdir. O da Süleymana evinə başqa şəxsin qonaq gələcəyini bildirərək Süleymandan çıxıb getməsini xahiş etmişdir. Lakin Süleyman evdən qovulduğunu bildirərək ona təhqiredici sözlər deməyə başlamış və onların arasında sözlü mübahisə yaranmışdır. Mübahisə davam edərkən o, içkili olduğundan su içmək üçün mətbəxə keçmişdir. O, mətbəxə keçdikdən sonra Süleyman da onun arxasınca mətbəxə gəlmişdir. Süleyman mətbəxdə yenə onu ağır təhqiredici ifadələrlə söymüş, vurmaq üçün üzərinə gəlmiş və onun üz nahiyəsinə vurmuşdur. O da mətbəx bıçağını götürərək Süleymanı qorxutmaq niyyəti ilə istəmədən sonuncunun qarın nahiyəsinə 1 (bir) dəfə bıçaqla xəsarət yetirmişdir. Sonra isə nəyin baş verdiyini o, xatırlamamışdır. Təqsirləndiirlən şəxs ifadəsində, həmçinin törətdiyi əməldən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışdığını bildirmişdir. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində iş yoldaşı Vüqarla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində işlədiyi yerdən çıxıb evə gedən zaman Buzovna qəsəbəsində köhnə tanışı Pünhanı görmüşdür. Pünhan evdə tək yaşadığını deyərək onları evə pivə içməyə dəvət etmişdir. Onlar Pünhanla birlikdə Pünhanın yaşadığı mənzilə qalxmışlar. Evdə Pünhan yeyib içmək təşkil etmiş və onlar birlikdə süfrə arxasında əyləşib içki içmişlər. Onlar yeyib içdikdən sonra o, elə evdə yuxulamışdır. Gecə təxminən saat 05:00 radələrində o, Pünhanın qışqırıq səsini eşitmişdir. Pünhan ona evinə başqa şəxsin gələcəyini demiş və gecə yarısı onun evdən çıxıb getməsini tələb etmişdir. Pünhanın gecə yarısı onu evdən çıxıb getməsini tələb etməsi ona xoş gəlməmiş və o, Pünhanı söyərək sonuncudan nə üçün belə hərəkət etdiyini soruşmuşdur. Pünhan da onun üstünə qışqıraraq yataq otağına bitişik mətbəxə keçmişdir. Bundan sonra o, Pünhanın arxasınca mətbəxə keçmiş və gecə yarısı onu niyə evdən qovduğunu aydınlaşdırmaq istəmişdir. Pünhan yenə mətbəxdə ondan evdən getməsini tələb etmiş və o, içkili vəziyyətdə olduğu üçün yenidən Pünhanı təhqiredici ifadələrlə söyərək gecə vaxtı evdən getməyəcəyini deyərək Pünhanın üstünə getmiş və Pünhana sillə vurmaq istəmişdir. Bu vaxt Pünhan onun qarın nahiyəsindən vurmuşdur. O, Pünhanın sakitləşməsi üçün sonuncunu qucaqlamışdır. O, əvvəlcə Pünhanın onu əlindəki stakanla vurduğunu fikirləşmişdir. Bundan sonra Pünhan əlini atıb onun kürək nahiyyəsindən bir neçə dəfə bıçaqla vurmuşdur. O da Pünhanı özündən kənarlaşdırmışdır. Bundan sonra Pünhan bir qədər ayılmış və ona yardım etmək istəmişdir. Bu vaxt Vüqar da evə qayıtmış və onun yaralı olduğunu görmüşdür. Onlar sonra təcili tibbi yardıma zəng vurmuşlar. Sonra təcili tibbi yardım gəlmiş və onu 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, motor ustasıdır və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində avtomobillərin təmiri işi ilə məşğul olur. Cinayət hadisəsi baş verən ərəfədə Süleyman onun yanında köməkçi kimi işləyərək işi öyrənmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində o, Süleymanla birlikdə işdən çıxıb evə getmişdir. Onlar Buzovna qəsəbəsindən keçən zaman Süleyman Pünhan adlı bir nəfərlə rastlaşmışdır. Pünhan həmin binada yaşadığını onlara bildirmiş və yeyib-içmək üçün onları evinə dəvət etmişdir. Onlar işdən gəldiklərini və yorğun olduqlarını Pünhana desələr də, Pünhan təkid etdiyindən o və Süleyman Pünhanın yaşadığı evə qalxmışlar. Pünhan süfrə hazırlamış və süfrəyə araq gətirmişdir. Süleymanla Pünhan araq içmişlər, o isə ancaq onlarla birlikdə yemək yemişdir. Sonra o, süfrə arxasında biraz yuxulamışdır. Bir qədər keçdikdən sonra o, yuxudan ayılmış və siqaret çəkmək istəmişdir. Lakin heç kimdə siqaret olmamışdır. O, siqaret almaq üçün evdən çıxmış və dükana getmişdir. Həmin vaxt artıq gecə saat 04:00 radələri olduğundan binanın yanındakı dükan bağlı olmuşdur. Ona görə o, qəsəbədəki dükana getmiş və təxminən 20 dəqiqədən sonra Pünhanın yaşadığı evə qayıtmışdır. O, evə girdikdə, Süleyman ona Pünhan tərəfindən bıçaqla vurulduğunu demiş və o, Süleymanın yaralı vəziyyətdə olduğunu görmüşdür. O, tez Süleymanı bloka çıxarmışdır. O, kömək üçün qonşuların qapısını döymüş və onun çağırışına bir nəfər oğlan çıxmışdır. Onlar həmin şəxsdən təcili tibbi yardıma zəng etməsini xahiş etmişlər. Həmin şəxs təcili tibbi yardıma zəng vurmuşdur. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım onların olduğu yerə gəlmiş və Süleymanı xəstəxanaya aparmışdır. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, ünvan 1 mənzil 16-da yaşayır və xx xxxxxx 2020-ci il tarixdə yaşadığı mənzildə istirahət etmişdir. Həmin gün təxminən saat 05:00 radələrində onun yaşadığı evin qapısı möhkəm döyülmüşdür. O, qapını açmış və bir nəfər şəxsin yaralı vəziyyətdə blokda uzandığını görmüşdür. Yaralı şəxsin yanında bir nəfər şəxs də olmuşdur. Həmin şəxs ondan təcili tibbi yardıma zəng vurmasını xahiş etmişdir. Bundan sonra o, evə keçmiş və mobil telefonu ilə təcili tibbi yardıma zəng vuraraq yaralı şəxsə yardım göstərilməsi üçün həkim çağırmışdır. O, həmçinin təcili tibbi yardımdan yaralı vəziyyətdə olan vətəndaş barəsində polisə məlumat vermələrini xahiş etmişdir. Bundan sonra onlar yaralı şəxsi küçəyə çıxarmışlar. Bir qədər sonra təcili tibbi yardım briqadası gəlmiş və onlar yaralı şəxsi təcili tibbi yardım maşınına mindirmişlər. Təcili tibbi yardım briqadası həmin yaralı şəxsi xəstəxanaya aparmışdır. Sonradan o, qonşularından yaralı şəxsin onunla eyni binada yaşayan Pünhan adlı şəxs tərəfindən bıçaqla vurulduğunu eşitmişdir. Onun hadisə barədə başqa məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild İ, iş vərəqə 17) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində şübhələr olduğuna görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild İ, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild İ, iş vərəqə 33-34) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-14/2020 saylı qərarından (cild İ, iş vərəqə 52-54) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild İ, iş vərəqə 58-60) görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evdə baş vermiş mübahisənin yerini, mübahisənin səbəbini, Zərərçəkmiş şəxs bıçaqla zərbə endirdiyi yeri, törətdiyi cinayətin mexanizmini və üsulunu əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən (cild İ, iş vərəqə 63-65) görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağı qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin 57 nömrəli canlı şəxsin ekspertizası rəyindən və ona əlavə edilmiş fotoşəkildən (cild İ, iş vərəqə 81-82) görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol saidin, qarnın, sol ayağın sıyrıqları küt əşya (əşyalar), sağ və sol əlin səthi kəsilmiş yaraları isə kəsici təsirə malik əşyanın (alət, ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddətləri xx xxxxxx 2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin 67 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild İ, iş vərəqə 84-86) görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - nazik və “S”vari bağırsağın zədələnməsi ilə müşayət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 1 (bir) ədəd və döş qəfəsinin sağ plevra boşluğuna (daxilə) nüfuz edən 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən deşilmişkəsilmiş yaraları, çənəaltı nahiyənin kəsilmiş yarası deşici-kəsici alətin (ola bilsin bıçağın) deşici-kəsici və kəsici təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi daha inandırıcıdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 1, iş vərəqə 87) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə xitam verilmişdir. Bundan başqa, o, cinayət məsuliyyətinə cəlb edilməmiş, eləcə də məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli zərərçəkmiş şəxsin notarial qaydada təsdiq edilmiş ərizəsindən (cild 1, iş vərəqə 102) görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ona ödənilməsini, təsqirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi” X8 222/2020 saylı maddi sübutların ekspertizası rəyindən (cild İ, iş vərəqə 115-120) görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu, ABO sistemi üzrə A beta (İİ). Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu, ABO sistemi üzrə AB (İV). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt köynəyi, Təqsirləndirilən şəxs məxsus köynək üzərində olan ləkələrdə AB(İV) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri AB(İV) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyi” X8 133/2020 saylı maddi sübutların ekspertizası rəyindən və ona əlavə edilmiş fotoşəkildən (cild İ, iş vərəqə 123-127) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt köynəyin arxa hissəsinin sağ-orta nahiyəsində 2 (iki) ədəd və alt köynəyin ön hissəsinin sağ-orta nahiyəsində 2 (iki) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt köynəyin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin eyni bir alətin və ya eyni konstruktiv xüsusiyyətlərə malik alətlərin təsirindən yaranması istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt köynəyin arxa hissəsinin sağ-orta nahiyəsində aşkar edilmiş 2 (iki) ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin arxa divarının sağ yarısında olan 2 (iki) ədəd eyni xarakterli zədələrlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt köynəyin ön hissəsinin sağ-orta nahiyəsində aşkar edilmiş 2 (iki) ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız paltarların zədələnməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarət - qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ona məxsus olan alt köynəkdə öz əksini tapmamışdır. Bunu da zədə yetirilən zaman köynəyin yerdəyişməsi ilə izah etmək olar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol saidin, qarnın, sol ayağın sıyrıqları, həmçinin sağ və sol əlin səthi kəsilmiş yaraları ona məxsus olan köynəkdə öz əksini tapmamışdır. Bu da həmin nahiyələrin köynəklə örtülməməsi və sıyrıqların isə küt əşya (əşyalar) təsirindən yarandığı üçün paltarda əks olunmaması ilə izah oluna bilər. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış bıçaqlara uyğun gəlir və soyuq silah hesab edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-130/2020 saylı qərarından (cild İ, iş vərəqə 143-144) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 1 (bir) ay müddətinə, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli xasiyyətnamədən (cild İ, iş vərəqə 147) görünür ki,Təqsirləndirilən şəxs yaşadığı yerə üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi” X8 11-ə/67 saylı canlı şəxsin ekspertizası rəyindən (cild İ, iş vərəqə 180-183) görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - nazik və “S”vari bağırsağın zədələnməsi ilə müşayət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 1 (bir) ədəd və döş qəfəsinin sağ plevra boşluğuna (daxilə) nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən deşilmişkəsilmiş yaraları, çənəaltı nahiyənin kəsilmiş yarası deşici-kəsici alətin (ola bilsin bıçağın) deşici-kəsici və kəsici təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən nazik və “S”vari bağırsağın zədələnməsi ilə müşayət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 1 (bir) ədəd və döş qəfəsinin sağ plevra boşluğuna (daxilə) nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları istər birlikdə, istərsə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya, çənəaltı nahiyənin kəsilmiş yarası və döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli zərərçəkmiş şəxsin ibtidai istintaq orqanına təqdim etdiyi ərizəsindən (cild 1, iş vərəqə 162) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-168/2020 saylı qərarından (cild İ, iş vərəqə 176-178) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti daha 1 (bir) ay müddətinə, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild İ, iş vərəqə 187-193) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə yeni məzmunda ittihamın irəli sürülməsi, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə sonuncu barəsində cinayət təqibinin rədd edilməsi, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağının, cinayət hadisəsi zamanı zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd alt köynəyinin maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlancına verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild İ, iş vərəqə 197-198) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə yeni məzmunda ittiham irəli sürülmüş və o, həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X7 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, məhkəmə istintaqında təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamı və tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən gecə saat 01:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı binanın həyətində əvvəldən tanıdığı Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Bu vaxt Zərərçəkmiş şəxs yanında Şahid1 da olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və sonuncunun yanında olan Şahid1 yeyib-içmək məqsədi ilə yaşadığı evə dəvət etmiş və əldə edilmiş razılığa əsasən Zərərçəkmiş şəxs və Şahid1 Pünhanın evinə getmişlər. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin Pünhanın yaşadığı evdə spirtli içki içmələri təsdiq edilsə də, Şahid1 həmin evdə spirtli içki içməsi təsdiq edilməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla spirtli içki içdikdən sonra yuxuya gedərək yatmışdır. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 05:00 radələrində Təqsirləndirilən şəxs yatmış vəziyyətdə olan Süleyman Ağayevdən onun evini tərk etməsini tələb etmişdir. Zərərçəkmiş şəxs isə gecə vaxtı olduğundan Təqsirləndirilən şəxs tələbini yerinə yetirməkdən imtina etmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs haqsız etiraz edərək sonuncunu söyməyə başlamışdır. Qeyd edilən səbəbdən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sözlü mübahisə baş vermişdir. Baş vermiş sözlü mübahisəyə səbəb Təqsirləndirilən şəxs haqlı iradına (evi tərk etməsinə dair) qarşı Zərərçəkmiş şəxs sərgilədiyi əxlaqsız hərəkətləri olmuşdur. Onların arasında sözlü mübahisə baş verdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxinə keçmişdir. Zərərçəkmiş şəxs öz əxlaqsız hərəkətlərini davam etdirərək Təqsirləndirilən şəxs arxasınca mətbəxə keçmiş və orada Təqsirləndirilən şəxs ağır söyüşlərlə təhqir etməyə davam etmişdir. Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərinə son qoymasını tələb etsə də, sonuncu daha da aqressivləşmiş və Təqsirləndirilən şəxs daha ağır söyüşlərlə təhqir etməyə davam etmişdir. Hətta mətbəxdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zor tətbiq edərək sonuncuya sillə vurmuşdur. Yaranmış vəziyyətdə Təqsirləndirilən şəxs mətbəxdə olan mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs bir neçə zərbə endirmişdir. Həmin zərbələrdən biri daxilə nüfuz etmiş və Zərərçəkmiş şəxs ağır xəsarət almışdır. Nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Əksini təsdiq edəcək heç bir hal məhkəmə istintaqında müəyyən edilmədi. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən onların evdə tək olmaları öz təsdiqini tapmışdır. Belə ki, həmin gün onlarla yemək yeyən Şahid1 evdə olmamışdır. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında sözlü mübahisə başlamamışdan əvvəl Şahid1 siqaret almaq üçün evdən çıxaraq dükana getmiş və o, baş vermiş cinayət hadisəsini görməmişdir. Şahid1 siqaret alıb Pünhanın yaşadığı evə qayıtdıqda, artıq cinayət hadisəsi baş vermişdir, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilmədi. Qeyd edilən halları məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli üzrə tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, törətdiyi cinayət əməlindən peşman olmasını, onun cinayəti məhz zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8 və 59.1.12-ci maddələrinə əsasən - cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən - Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin məhz zorakı cinayətə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Cəza təyini ilə əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən çoxlu sayda hallar olduğundan, ələlxüsus onun tərəfindən cinayət məhz zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildiyindən, onunla zərərçəkmiş şəxs barışdığından və o, törətdiyi cinayət əməlindən peşman olduğundan ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağı, cinayət hadisəsi zamanı zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd alt köynəyi məhv edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağı, cinayət hadisəsi zamanı zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd alt köynəyi məhv edilsin. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-780/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-780/2020
05.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver