Məhkəmə qərarları › İş №1(101)-780/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-780/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-780/2021 14.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 27A/2, mənzil 8-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 22/13A-nın zirzəmisində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin 3 X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, iki gün əvvəl Biləsuvar rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni 955,00 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 16 noyabr 2020ci il tarixdə saat 10:01 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının Sumqayıt şəhəri, 4-cii mahalla ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən sol qoltuqaltı nahiyyasində saxladığı qırmızı rəngli sellofan torbanın içərisindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 450,00 qram və 505,00 qram, üımımi çəkisi 055,00 qram olan qəhvəyi rangli maddələr kustar üsullar hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmir və təxminən 10 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 234.1 -ci maddələri ilə məhkum olunmuşdur. 2019-cu ildə isə azadlığa çıxmışdır. Tutulduğu vaxtdan iki gün əvvəl o, şəxsi işi ilə əlaqədar olaraq Biləsuvar rayonuna getmişdir. O, orada olanda tanımadığı bir şəxslə söhbət edərkən onda narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, həmin şəxsə 1000 (min) manat pul verib ondan bir ədəd sellofan torbada içərisində olan 02 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə olan heroini almışdır. Bundan sonra o, Sumqayıt şəhərinə qayıtmışdır. 16.11.2020-ci il tarixdə saat 10:01 radələrində o, yaşadığı Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində olarkən mülki və polis formasında olan şəxslər çəkiliş apararaq ona yaxınlaşmışlar və polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar həmin vaxtı ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, narkotik vasitə qəbulunda, satışında və gəzdirilməsində şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə ediləcək. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra çəkiliş davam etmiş və onu avtomobilə mindirib 4-cü PB-nə aparmışlar. Orada xidməti otaqların birində ona müdafiəçi təqdim olunmuş və onun hüqüqlarını müdafiə edəcəyi bildirilmişdir. O, vəkilə etiraz etməmişdir. Bundan sonra ona üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. O, sol qoltuqaltı nahiyəsində saxladığı bir ədəd qırmızı rəngli sellofan torbanın içərisindəki 02 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, üzərindən aşkar olunmuş narkotik vasitəni iki gün əvvəl Biləsuvar rayonunda olarkən tanımadığı şəxsdən 1000 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Polis Bölməsində üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə heroin olan torbalar ayrı-ayrılıqda çəkilmişdir. Bundan sonra həmin narkotik vasitə qablaşdırılmış, möhürlənmiş və bununla əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O. saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkət olunmamışdır. O, narkotik vasitə olan heroini tutulduğundan iki gün əvvəl Biləsuvar rayonu ərazisində tanımadığı şəxsdən 1000 manata şəxsi istifadəsi üçün almışdır. O. heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2019-cu ildən Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin rəis müavini vəzifəsində xidmət edir. 16.11.2020-ci il tarixdə Sumqayıt şəhəri, 4-eii məhəllə, ev 27A/2, mənzil 86-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 22/13A-nın zirzəmi yerində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, qəbul etməsi, satması və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2, CAŞnin kiçik inspektoru, polis serjantı Şahid4, polis serjantı Şahid3 Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 10:01 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisinə gəlmişlər. Bu zaman kriminalist tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Ruzigar adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, saxlanılmasının səbəbini soruşduqda onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, satma, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Bundan sonra ona hüquq və vəzifələri ilə bağlı bildiriş verilmiş, eyni zamanda müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam elməklə Quliyev- Ruzigar Ramiz oğlu ilə birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gəlmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sol qoltuqaltı nahiyyəsində saxladığı qırmızı rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Torbanın içərisinə baxdıqda orada iki ədəd şəffaf rəngli sellofanın içərisində qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsinin olduğu müəyyən edilmişdir. Onlar ondan həmin kütlənin nə olduğunu soruşduqda o, həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni iki gün əvvəl Biləsuvar rayonu ərazisində tanımadığı şəxsdən 1000 (bir min) manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bank kartları bir qutıı siqaret, 10 rubl pub və pul qabı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Lakin 01 ədəd Samsung A 10 markalı mobil telefon isə götürülürək qablaşdırılmışdır. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni iki gün əvvəl Biləsuvar rayonu ərazisində tanımadığı şəxsdən 1000 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 ifadə verərək Şahid1 göstərdiyi xüsusatları özlərinə aid hissədə bird aha təsdiq etdilər. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 və digər şahidlərin ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. (i.v. 120-122) Cinayət işinin 35-41-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 16.11.2020-ci il tarixli, 6/2502 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 450,00 qram, və 505,00 qram ümumi təmiz çəkisi 955,00 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir. Cinayət işinin 88-89-cu vərəqlərində olan qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroinin ümumi təmiz çəkisi 955,00 qram olmuşdur. Lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra heroinin qalıq çəkisi 954,90 qram olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və qalıq çəkisi 954,90 qram çəkidə heroin maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 144-145-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 26.11.2020-ci il tarixli, 3320 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Hal- hazırda Təqsirləndirilən şəxs 2-ci qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq etmək mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə daşıma əməlini törətmədiyini desə də, həmin xüsusatlar özünü müdafiə xarakteri daşıyıb əsassız olduğundan və iş materialları ilə uyğunluq təşkil etmədiyindən iş üzrə protokollar, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və istintaq zamanı toplanmış digər istintaq sübutlarla tam təkzib olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 22 və 62-67-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 95-97-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 26.11.2010-cu il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02.02.2012-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə 01 ay 28 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. 25.12.2013-cü il tarixli Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23.09.2015-ci ildə cəzasını çəkib qurtarmışdır. Abşeron rayon məhkəməsinin 16.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 -ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin 26.04.2019-cu il tarixli qərarı ilə cəzası 03 il 09 aya endirilmiş, Bakı apellyasiya məhkəməsinin 27.06.2019-cu il tarixli qərarı ilə Qaradağ rayon məhkəməsinin 26.04.2019-cu il tarixli qərarı dəyişdirilərək cəzası 03 il 03 aya endirilmiş və 19.08.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan 26.11.2010-cu il tarixdə Sumqayıt şəhər məhkəməsinin və 25.12.2013-cü il tarixli Sumqayıt şəhər məhkəməsinin hökmləri üzrə olan məhkumluğu ödənildiyindən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Lakin Abşeron rayon məhkəməsinin 16.11.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən bu, onun barəsində CM-nin 18-ci maddəsinə müvafiq olaraq cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Təqsirləndirilən şəxs əməlindən peşiman olunması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olması təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 16 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 26.11.2020-ci il tarixli, 3320 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 955,00 qram olan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 954,90 qram çəkidə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil Müdafiəçi ödənilməli haqq 420 AZN ( dörd yüz iyirmi manat) Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 16 noyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 955,00 qram olan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 954,90 qram çəkidə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil Müdafiəçi ödənilməli haqq 420 AZN ( dörd yüz iyirmi manat) Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Eldar Mikayılov

3. Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar