Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-780/2022 05.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 1 sentyabr 1992-ci il tarixdə Salyan rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Tərtər Hərbi Məhkəməsinin 20 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü tarixli Amnistiya qərarına əsasən cərimə cəzasından azad edilmiş), məhkumluğu ödənilmiş, Salyan rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Ə.Əhmədov küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilmiş 3,956 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in l siyahısına daxil edimiş 4,971 qram çəkidə psixotrop maddə metafetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroini 0,728 qram, 0,641 qram, 0,570 qram, 2,017 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 4 ədəd bükümdə, qeyd edilən çəkidə psixotrop maddə metafetamini 0,380 qram, 0,436 qram, 0,483 qram, 3,672 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 4 ədəd bükümdə qablaşdırıb üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 noyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 16:00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2da yerləşən həmin İdarəyə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ayrı-ayrılıqda çəkiləri 0,728 qram, 0,641 qram, 0,570 qram, 2,017 qram olmaqla ümumi təmiz çəkisi 3,956 qram narkotik vasitə olan heroin 4 ədəd sellofan bükümdə və külli miqdarda ayrı-ayrılıqda çəkiləri 0,380 qram, 0,436 qram, 0,483 qram, 3,672 qram olmaqla ümumi təmiz çəkisi 4,971 qram psixotrop maddə olan metafetamin 4 ədəd sellofan bükümdə olmaqla əynindəki boz rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 noyabr 2021-ci il tarixdə axşam saat 18-19 radələrində Məhərrəm adlı şəxslə 77 nömrəli avtobusun son duracağı adlandırılan yerin yaxınlığında saat təxminən 18-19 radələrində görüşmüş və həmin şəxsdən 3 qram psixotrop maddə olan metafetamin almışdır. Aldığı psixotrop maddədən 1 qram istifadə etmiş, qalan 2 qram maddəni isə kağız salfetə büküb əynində olan boz rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. 29 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Yeni Yasamal qəsəbəsində, Ə.Əhmədov küçəsində “Osmanlı” hamamının yaxınlığında qaldığı gündəlik evdə olan zaman 3 nəfər polis əməkdaşı evinə daxil olub narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. İdarədə üzərinə şəxsi axtarış keçirilən zaman 2 qram metafetamin aşkar olunmuşdur. İttihamda göstərilən miqdarda maddə isə Baş İdarədə polis əməkdaşları tərəfindən cibinə qoyulmuşdur. Psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Şəxsi axtarış zamanı üzərindən həmçinin 1 manat pul və mobil telefon aşkar edilmişdir. Mobil telefon da əhəmiyyət kəsb edildiyi üçün götürülmüş, 1 manat isə özünə qaytarılmışdır. Psixotrop maddədən hədiyyə kimi tanışlarına da vermişdir. Metafetamini tanımadığım şəxslərdən almışdır. Tutulan zaman üzərində 2 qram metafetamin olmuş, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Heç vaxt psixotop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Metafetamindən tanışları ilə birlikdə də istifadə etmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 28 noyabr 2021-ci il tarixdə axşam saat 18-19 radələrində yenə də Məhərrəmlə 77 nömrəli avtobusun son duracağı adlandırılan yerin yaxınlığında saat təxminən 18-19 radələrində görüşmüş və həmin şəxsdən 4 büküm metafetamin və 4 büküm heroin almışdır. Həmin bükümləri bir kağız salfet bükümnə qoyub əynində olan boz rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. 29 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Yeni Yasamal qəsəbəsində, Ə.Əhmədov küçəsində “Osmanlı” hamamın yaxınlığında qaldığı gündəlik evin qarşısında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, üzərində narkotik vasitə heroin və psixotrop maddə metafetamin vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O buna etiraz etməmiş və həmin idarəyə gəlmişdir. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş əşya və sənədlərin olubolmaması soruşulmuş və olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. O bundan sonra üzərində olan boz rəngli şalvarın sol yan cibində saxladığı 1 ədəd kağız salfetdə olan 8 bükümü təqdim etmişdir. Başqa həmin cibində olan 1 manat pul və digər cibində olan 1 ədəd mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqdim etdiyi kağız bükümdə 4 ədəd sellofan bükümdə narkotik vasitə heroin, digər 4 ədəd sellofan bükümdə isə psixotrop maddə metafetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərinə qoyduğunu etiraf etmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş cəmi 1 manat pul əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Lakin təqdim etdiyi 1 ədəd kağız salfetə qablaşdırılmış 8 ədəd sellofan büküm bir ədəd zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən onun iştirakı ilə imzalanmışdır. Bundan başqa mobil telefonu da əhəmiyyət kəsb edildiyi üçün götürülmüşdür. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılara ucadan oxunmuşdur. Protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamış, satmaq niyyəti olmamışdır (cild 1, iş vərəqə 60-63; 77-81). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 29 noyabr 2022-ci il tarixdə saat 16:00-da Yeni Yasamal qəsəbəsində, Ə.Əhmədov küçəsində “Osmanlı” hamamın yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla Baş İdarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıla bilməsi üçün müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edilmiş və üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş, videoçəkiliş isə tərəfindən aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə metafetamin və narkotik vasitə heroin olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 kağız salfet bükümü, 1 manatlıq əskinazı, sağ yan cibindən “Redmi” markalı mobil telefonu masa üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı başqa hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masa üzərinə qoyduğu 1 ədəd salfet bükümə baxış keçirilən zaman həmin bükümün içərisindən daha 8 ədəd sellofan büküm olduğu aşkar edilmişdir. Həmin bükümlər açıldıqda 4 bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər, 4 sellofan bükümün içərisində isə ağ rəngli kristalvari maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin maddələrdən 4 bükümdə narkotik vasitə heroin, digər 4 bükümdə isə psixotrop maddə metafetamin olduğunu, həmin maddələri 28 noyabr 2021-cİ il tarixdə yaşadığı evin yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 1 manat pul əhəmiyyət kəsb etmədiyi üçün geri qaytarılmış, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə və 4 ədəd sellofan bükümdə psixotrop maddə metafetaminə oxşar kütlə təhqiqatçı tərəfindən 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmşdır. Bundan başqa iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş “Redmi” markalı mobil telefon da təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuş və heç bir etiraz və qeyd daxil olmadan protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Tutulmazdan əvvəl təqsirləndirilən şəxslə mobil telefon əlaqəsi saxlamamışlar. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarışı tutduqdan dərhal sonra Baş İdarəyə gətirib orada həyata keçirmişlər. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələri tutulmazdan 1 gün əvvəl yaşadığı evin yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 noyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 16:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd 5 salfet bükdüyü 4 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, 4 ədəd sellofan bükümdə isə psixotrop maddə metafetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 27-29). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2021-ci il tarixli 6/5294 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,380 qram, 0,436 qram, 0,483 qram, 3,672 qram, ümumi təmiz çəkisi 4,971 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamindir, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,728 qram, 0,641 qram, 0,570 qram, 2,017 qram, ümumi təmiz çəkisi 3,956 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heorindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metafetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 4,971 qram, tədqiqata sərf olundu 0,08 qram, qalıq 4,892 qram, heroinin ümumi təmiz çəkisi 3,956 qram, tədqiqata sərf olundu 0,08 qram, qalıq 3,876 qram cild 1, iş vərəqə 41-46). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 2 fevral 2022-ci il tarixli 471 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 137-138). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə aşağıdakı məzmunda SMS mətnlərin daxil olması müəyyən olunmuşdur: 03-06-2021 02:33:18 03-06-2021 02:33:18 1.1.**********04 1.1.**********11 1 dene kola lazimdi;03-06-2021 02:36:32 1.1.**********04 1.1.**********11 QaqaWim biDene he yox de gozluyuller nagd pula;03-06-2021 17:50:37 1.1.**********44 1.1.**********11 50 2 alinir fanta;04-06-2021 13:51:17 04-06-2021 13:51:17 1.1.**********02 1.1.**********11 Qardaş prob isteyiler pulnan bir pati 5 köfe cavab de xosa gelen olsa 100 100 15-06-2021 14:26:49 15-06-2021 14:26:49 1.1.**********57 1.1.**********11 Qaga bir dene kol lazimdi duzeler he yox de gozduyuler;16-06-2021 21:46:37 16-06-2021 21:46:37 1.1.**********21 1.1.**********11 Nagarsan brat agriyirame men cxb gelmey isdiyireme men;18-06-2021 16:09:08 1.1.**********28 1.1.**********11 Mene tema lazimdi axwam saat 9da verecem pulunu lap sidesen kartada ataram 10Ofaiz;21-06-2021 06:10:53 21-06-2021 06:10:53 1.1.**********81 1.1.**********11 Qaqa biz ne o atrava da deyilik bede pul derdinde deyilik sadece sen bize dequq vaxt de ki bilek bizde yuxusuzq yorğunuq usdumuz de dolu;29-06-2021 21:49:48 1.1.**********88 1.1.**********11 menem kamil tema lazimdi 1 dene torpaq 05 pT menim oz nomreme he yox dene;18-07-2021 00:59:33 18-07- 2021 00:59:33 1.1.**********04 1.1.**********11 Qaqa sen harda qalırsan kimle qalirsan qizim gelir Yanma yer yoxdu qalmağa 10 manatda Pulum var 1 Denede piti var;09-08-2021 08:49:08 1.1.**********54 1.1.**********11 Qaqa mene bugunn ya pulu yadaki bidene seyy duzz qosde sencaninn pulumm yoxdu girinc qalmisamm25-08-2021 17:38:25 25-08-2021 17:38:25 1.1.**********24 1,1.**********11 qaqa 3-kola 0,5 pati;31-08-2021 20:03:26 31-08- 2021 20:03:26 1.1.**********42 1.1.**********11 Qaqa kolada verde 10 luq;02-09-2021 20:18:31 1.1.**********25 1.1.**********11 elvin patandarta gedirem gelim seni gorum gedim 25 manatliq qorxma nisiye deyil;03-09-2021 02:37:19 03-09-2021 02:37:19 1.1.**********24 1.1.**********11 mene tez xeber deyerdin tema goturerdim qaldim lomkada usaqlarin puluda pis veziyete dusdum cox pis telide yandirmirsan nece edek bir soz de;03-09-2021 02:39:43 1.1.**********24 1.1.**********11 veziyeyt pisdi pulda var;16-09-2021 10:19:04 16-09-2021 10:19:041.1.**********561.1.**********11Üreim.Qurbani.Bu.Terefe.KeÇiceysen?Bide.Tehmini. NeÇe.Saata?Torpah.Lasimiydi;16-09-2021 11:22:08 16-09-2021 11:22:08 1.1.**********56 1.1.**********11 15M.Pulumi.Var.1Dene.Alinar?;20-09-2021 21:44:14 1.1.**********71 1.1.**********11 Qaqa menem süleyman 24 manat var hara gelim sen menim sesimi ewitmirsen men senin senini ewidirem.mene xeber etde gozleyirem seni;22-09-2021 21:44:13 22-09-2021 21:44:131.1.**********561.1.**********11Mene.Nös.Egüb.Olsun?10M.Taxiye.Verip.Yasamala. Geldim.36M.Sene.Verdim.Verdüyüvü.Gördüm.Sabaxsi.Gün.Bacimla.Danisanda.Didün.Dün enden.10M, Borcum. Qalip.Özde 24-09-2021 16:04:08 24-09-2021 16:04:08 1.1.**********12 1.1.**********11 Mumkun olarmi goturerdim bilirem nisye vermirsiz ama bazar gunu verecem pulnu olarmi nolar Bilirem amaki men xanimamda vallah bazar gunu verecem;29-09- 202119:47:40 1.1.**********33 1.1.**********11 Qaqa men azadligdayam seni gozleyirem camat gefib bura torpag gozleyirler gelirsen bura ya yox telfonu ac he yox de mene pul mendedi ; 04-10-2021 22:58:04 1.1.**********90 1.1.**********11 Qaqa bidene baxda telefona di qadan allaran senol agridan olurem ozumde hecneyim yoxdur bidene daniwaq nese varindisa oturde menede qalmiwam evdede tek ; 09-10-2021 16:27:52 1.1.**********33 1.1.**********11 Qaqa dermanida gotur ama arginalin gotur gelende goturum senden;12-10- 2021 19:21:47 12-10-2021 19:21:47 1.1.**********82 1.1.**********11 Qaqa vatsapina yazımiwam wekil telefonumdadi seni gozdirem bele dvijeniya olmaz qardawlar lomkadadilar menimle tez elaqe saxla imkanin olan kimi;15-10-2021 00:57:27 15-10-2021 00:57:27 1.1.**********54 1.1.**********11 Senill menn elimi uzmusemm o puldann edike torpagi orda teledinn mene bele firratdinnsene halaldi Menn gunde 50 60 manat pull xejdiremm ama kisi kimi 30 manat mencinn birseyy deyili ama ozunu qoy menimm yerime seherr acilannann seni bele surundurserm;27-10-2021 15:22:20 27-10-2021 17:09:50 1.1.**********08 1.1.**********11 Qaqa necesen? Qaqa tema lazimdi ona gore yazirdim. Alindirmag olar? Ama day qaqa kecen defeki kimi olmasında sen cani. Mene bir cavab denen bilim qaqa;28- 10-2021 01:57:04 28-10-2021 01:57:04 1.1.**********29 1.1.**********11 hardasan ay elvin noldu gelmedun hele? yarim saat dimisdun ustunnen 3 saatdan cox kecibe uje nefes alammiram agridan Allahaqqi . seni gozduyrem axi acda teli;28-10- 202102:38:301.1.**********291.1.**********11Elvin.Dunenkinnen.Elave.Ustune.0.5De.Elave.E le.Yigiram. Acmırsan. He. Yox. Di. Vaxt.G edir.lwimi.Bilim;04-11-2021 21:17:13 04-11-2021 21:17:13 1.1.**********09 1.1.**********11 Gelim onun yerine 4bas sey ver;10-11-2021 21:59:58 1.1.**********07 1.1.**********11 İki dene wey verecem torpağ ver;10-11-2021 22:00:06 1.1.**********07 1.1.**********11 Brazda patı;10-11-2021 22:11:20 1.1.**********07 1.1.**********11 Gel cx bidewey cekey10-11-2021 22:13:10 1.1.**********07 1.1.**********11 Kola ne qeder qoymusan;10-11-2021 22:13:27 10-11-2021 22:13:27 1.1.**********07 1,1.**********11 Men weyi dobru qoymuwam;20-11-2021 19:02:19 20-11-2021 19:02:19 1.1.**********88 1.1.**********11 Kola 100 fayiz goturem patini diyirem;25-11-2021 15:36:45 1.1.**********50 1.1.**********11 Qaqa mene 3 qram kola lazimdi alinirsa bidene he yox de mene;26-11-2021 20:41:24 26-11-2021 20:41:24 1.1.**********39 1.1.**********11 Qaqa mene 2dene kola lazımdı goturmek olar hama tez olarsa;27-11-2021 03:42:01 27-11-2021 03:42:01 1.1.**********39 1.1.**********11 Qaqa fomkadan ölürem mene kömek ele 10 manatım var;Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsindən göndərilən SMS-lərin siyahısı olan qovluqda göndərilmiş aşağıda qeyd olunan SMS-lər müəyyən olunmuşdur:21-06-2021 02:23:07 1.1.**********11 1.1.**********25 Nəysə Əmrah saqol sənə daş lazmiydisə bele hərəkətə eytiyac yoxuydu;02-08-2021 23:29:52 02-08-2021 23:29:52 1.1.**********11 1.1.**********44 Yarı yoxdu ikidənə pitov var 50 verin verim daşda pay verərəm;7-08-2021 19:35:58 27-08-2021 19:35:58 1.1.**********11 1.1.**********06 Ayqaqa yanmdada adam varıydı diyə bilmirdi sənə yaxnam usdumde daş var onu verirdim catram sebrli ol;03-09-2021 04:54:40 1.1.**********11 1.1.**********24 Qaqa valah torpaq alnmadi.bu tək daş atb;03-09-2021 05:50:29 1.1.**********11 1.1.**********24 Heydar sənə torpaq axdarram məni necə bilsinki indi;21-09-2021 09:51:28 21-09-2021 09:51:28 1.1.**********11 1.1.**********29 1 dənə dobru kola ou verəcəy birində məni ama ou nəxdi birin verəcey;01-10-2021 18:45:47 1.1.**********11 1.1.**********52 Ay brat bidene daş lazmdi nəxdi;03-10-2021 10:36:27 03-10-2021 10:39:28 1.1.**********11 1.1.**********57 Ay brat çəkməyə daşın.var ? Gəli çölə görüşək gedirəm məni brat gəl;04-10-2021 15:38:53 04- 10-2021 15:38:54 1.1.**********11 1.1.**********30 Ay brat daş varundu ,tez yaz isdiyen var brar;11-10-2021 16:11:24 1.1.**********11 1.1.**********57 Ay qaqa hardasan denən gətirim verim sənə temalarii sənincun daşda tapmşam;27-10-2021 05:17:14 1.1.**********11 1.1.**********29 Qəhbə qanım qaraldı diyə bilmədim torpaq 1yari iydi sabah yarı verərəm;07-11-2021 20:55:47 1.1.**********11 1.1.**********25 Əmrah səni alah baqşla brat bu crx götürüb torpaqi indidə teli acmr;10-11-2021 22:13:43 10-11-2021 22:13:44 1.1.**********11 1.1.**********07 06 koladi birazda pati;12-11-2021 10:02:11 1.1.**********11 1.1.**********57 **********6433;14-11-2021 18:45:07 1.1.**********11 1.1.**********28 Ay nəzirin necəsən məni yq qurban sənə vacibdi torpaq lazmdi;17-11-2021 07:48:07 1.1.**********11 1.1.**********19 Sabahn xeyir qaqa 10 pati 15 kol var lazmdeyil?;18-11-2021 01:45:51 1.1.**********11 1.1.**********33 Dayçan sənə 2 torpaq lazm olacaq hə başqa nəsə olmayacaqkii (cild 1, iş vərəqə 121-126). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,876 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 4,891 qram olan psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışı və götürməni özündə əks etdirən CD disk və "xxxx" MMC-dən daxil olmuş CD disk maddi sübut qismində tanınmışdır (cild 1, iş vərəqə 140- 157). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 20 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü tarixli Amnistiya qərarı əsasında cərimə cəzasından azad edilmişdir (cild 1, iş vərəqə 116). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4 və 83.3.2-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 17). Cinayət işinin materiallarında olan Nərimanov rayon məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 noyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 91-95). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 29 noyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,876 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 4,891 qram olan psixotrop maddə metafetamin məhv edilməli; -Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışı və götürməni özündə əks etdirən CD disk və "xxxx" MMC-dən daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,876 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 4,891 qram olan psixotrop maddə metafetamin məhv edilsin; -Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışı və götürməni özündə əks etdirən CD disk və "xxxx" MMC-dən daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-780/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-780/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver