Məhkəmə qərarları › İş №1(101)-780/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-780/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-780/2024 24.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2 və X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 24 may 2024-cü il tarixdə, saat 17:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Mseyn" ləqəbli şəxsin sifarişi və 3600 manat pul təklifi ilə gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə qeyriləri vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlətdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan külli miqdarda - 2091,261 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 10105 qram çəkidə qurudulmuş marixuananı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan külli miqdarda - 2424,9 qram çəkidə psixotrop maddə metamfetamini həmin yerdən qanunsuz əldə etmiş, cinayətkar razılaşmaya uyğun olaraq əldə etdikləri maddələrdən narkotik vasitə heroinin bir hissəsini Təqsirləndirilən şəxs1, bir hissəsini Təqsirləndirilən şəxs2 üzərində, narkotik vasitə heroinin qalan hissəsini, eləcə də qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini isə taksi kimi sifariş verdikləri Şahid4 idarə etdiyi “Xəzər” markalı **-PX-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla Astara-Bakı magistral avtomobil yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 47-ci kilometrliyinə daşımışlar. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16 yanvar 2023-cü il tarixdə, saat 22:45-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq avtomobillə birlikdə BNMİ-yə gətirilmiş, orada 17 yanvar 2023-cü il tarixdə, saat 01:00-dən etibarən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1(bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 27,191 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən isə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1(bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 29,070 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 17 yanvar 2023-cü il tarixdə, saat 02:30dan etibarən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid4 razılıq və iştirakı ilə sonuncunun idarə etdiyi “Xəzər” markalı **-PX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirmə və götürmə istintaq hərəkəti zamanı avtomobilin arxa oturacaq hissəsindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxladıqları 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1010 qram və 1025 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 2035 qram olan narkotik vasitə heroin, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 809,9 qram, 810 qram və 805 qram olmaqla külli miqdarda təmiz çəkisi 2424,9 qram olan psixotrop maddə metamfetamin və 8 (səkkiz) ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1248,8 qram, 1330,5 qram, 1420 qram, 1304 qram, 1200,2 qram, 1100,8 qram, 1300,7 qram və 1200 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 10105 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

2. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Mseyn” ləqəbli şəxsin sifarişi və 3600 manat pul təklifi ilə gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə qeyriləri vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlətdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan külli miqdarda - 2091,261 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 10105 qram çəkidə qurudulmuş marixuananı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan külli miqdarda - 2424,9 qram çəkidə psixotrop maddə metamfetamini həmin yerdən qanunsuz əldə etmiş, cinayətkar razılaşmaya uyğun olaraq əldə etdikləri maddələrdən narkotik vasitə heroinin bir hissəsini Təqsirləndirilən şəxs1, bir hissəsini Təqsirləndirilən şəxs2 üzərində, narkotik vasitə heroinin qalan hissəsini, eləcə də qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini isə taksi kimi sifariş verdikləri Şahid4 idarə etdiyi “Xəzər” markalı **-PX-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla Astara-Bakı magistral avtomobil yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 47-ci kilometrliyinə daşımışlar. Bu barədə daxil olmuş məlumat əsasında BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16 yanvar 2023-cü il tarixdə, saat 22:45-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq avtomobillə birlikdə BNMİ-yə gətirilmiş və orada 17 yanvar 2023-cü il tarixdə, saat 01:00-dən etibarən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1(bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 27,191 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 29,070 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 17 yanvar 2023-cü il tarixdə, saat 02:30-dan etibarən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid4 razılıq və iştirakı ilə sonuncunun idarə etdiyi “Xəzər” markalı **-PX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirmə və götürmə istintaq hərəkəti zamanı avtomobilin arxa oturacaq hissəsindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxladıqları 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1010 qram və 1025 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 2035 qram olan narkotik vasitə heroin, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 809,9 qram, 810 qram və 805 qram olmaqla külli miqdarda təmiz çəkisi 2424,9 qram olan psixotrop maddə metamfetamin və 8(səkkiz) ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1248,8 qram, 1330,5 qram, 1420 qram, 1304 qram, 1200,2 qram, 1100,8 qram, 1300,7 qram və 1200 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 10105 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

3. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan dilində sərbəst danışan, özünü iranlı kimi təqdim etmiş Araz adlı şəxs İran İslam Respublikasına məxsus mobil telefon nömrəsi ilə ona zəng edərək onda bir kiloqram narkotik vasitə marixuana olduğunu bildirmiş, habelə həmin narkotik vasitəni Beyləqan rayonundan gedib götürməsi müqabilində pul təklif etməklə əlavə olaraq 30 manat da göndərmişdir. İranlıdan onun mobil telefon nömrəsini haradan tapdığını soruşduqda sonuncu hər dəfə fərqli cavablar verərək mobil telefon nömrəsini yaxın adamlarından aldığını bildirmişdir. Təxminən 15 gün həmin iranlı ilə danışmışdır. Daha sonra 2023-cü ilin yanvar ayında həmin şəxsin dediyi ünvana getdikdə ağ bağlamada olan narkotik vasitələrin bir kiloqram deyil, təxminən 5-6 kiloqram olduğunu görüb həmin şəxsə “Whatsapp” vasitəsilə zəng edib danışmış və narkotik vasitəni götürüb geri qayıdarkən Qaradağ rayonu ərazisində tutulmuşdur. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra götürdükləri 5-6 kiloqram narkotik vasitənin çəkisi polis əməkdaşları tərəfindən daha da artılaraq 15 kiloqram olmuş, habelə polis əməkdaşları tərəfindən üzərilərinə narkotik vasitə qoyularaq sonradan guya həmin narkotik vasitələr aşkar edilmişdir.

4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək göstərdi ki, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Araz adlı şəxs narkotik vasitələri götürüb Qaradağ rayonu ərazisindən keçərkən harasa atmasını tapşırmış, bunun müqabilində ona 1000 manat pul verəcəyini vəd etmişdir. Qeyd edilən narkotik vasitəni götürməyə 2023-cü ilin yanvar ayında tanışları Kamran və taksi sürücüsü Qəşəmlə birlikdə getmiş, bu zaman sonuncular onun Beyləqan rayonuna nə üçün getdiyini bilməmiş, sürücü olan Qəşəmə pul götürməli olduğunu, lakin alınmadığını, Bakı şəhərinə qayıdaraq oradan götürəcəklərini bildirmişdir. Belə ki, narkotik vasitəni götürməyə gedərkən əlindəki xəritə əsasında hərəkət etmiş, ona göndərilmiş yerə çatdıqda avtomobili saxlatdırdıqdan sonra hərəsi bir istiqamətə, özü isə narkotik vasitənin olduğu istiqamətə doğru hərəkət getmiş, ona bildirilmiş “paketi” çöllük ərazidən götürərək avtomobilə geri qayıtmışdır. O, geri qayıtdıqda Kamranla Qəşəmin hələ qayıtmadığını görüb götürdüyü narkotik vasitəni avtomobilə qoyub üzərini gödəkçəsi ilə örtmüş, Kamranla sürücü Qəşəm geri qayıtdıqda isə işinin alınmadığını, geri qayıtmalı olduqlarını demişdir. Narkotik vasitəni çöllük ərazidən, “90” yazısı olan yol nişanının yanından götürmüş, götürərkən narkotik vasitənin miqdarının çox olduğunu görüb əsəbiləşmişdir. İranlıya zəng edib narkotik vasitənin miqdarının nəyə görə çox olduğunu soruşduqda o həmin narkotik vasitənin başqasına məxsus olduğunu, yerinin səhv düşdüyünü, artıq götürdüyünə görə əvvəlki yerinə tullayıb özü ilə götürməsini, habelə adamlarının onları təqib etdiyini bildirmişdir. Həmin vaxt onların arxası ilə “Prius” markalı avtomobil də gəlmiş, bu səbəbdən iranlının adamları tərəfindən təqib edildiyini düşünmüş, lakin sürücü Qəşəmə və Kamrana bu barədə məlumat verməmiş, yoluna davam etmişdir. Dostluq münasibətində olduğu Kamran onun mobil telefonda kiminlə danışmasını bilməmişdir. Qaradağ rayonu ərazisinə çatdıqda polis əməkdaşları onları saxlayaraq döymüş, 10 manat pul və narkotik vasitə heroini cibinə qoyub videoçəkiliş zamanı cibindən çıxarmalı olduğunu, habelə qalan narkotik vasitənin isə avtomobildə olduğunu deməsini tələb etmişlər. Polislər taksi sürücüsü olan Qəşəmə məxsus avtomobili də özləri idarə etmiş, onları isə başqa avtomobilə əyləşdirmişlər. Polislər əvvəlcə onu döymüş, digərlərinin yanından başqa yerə aparmış, döyüldüyü üçün başında xəsarət izi olmuş, barəsində qətimkan tədbiri məsələsi seçilərkən bu barədə məhkəməyə hazırda verdiyi ifadəsi kimi ifadə vermişdir.

5. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, iranlı ilə razılaşmasına əsasən o, Qaradağ rayonu ərazisində yerləşən yol patrul xidməti postunu keçdikdən sonra bir kiloqram narkotik vasitə marixuananı qoyduğu yeri iranlıya göndərməli, sonuncu isə vəd etdiyi 1000 manat pulu onun bark kartına göndərməli olmuşdur. Onları Qaradağ rayonu ərazisində yerləşən yol patrul xidməti postunda yol polisi əməkdaşları saxlamış, sonuncular avtomobili idarə edən sürücü Qəşəmə sənədlərini təqdim etməsini tələb edib avtomobildən düşmələrini bildirmiş, sürücü isə qapını açıb avtomobildən düşərkən arxa qapılar qəfil açılmış, mülki geyimli əməliyyatçılar arxadan onun boğazını tutub onların üçünü də “Mercedes Vita” markalı 8 nəfərlik sərnişin yeri olan avtomobilə əyləşdirib BNMİ-yə aparmışlar. “Mercedes Vita” markalı maşında onlardan başqa üç nəfər polis əməkdaşları da olmuş, yolda olduqları təxminən 20 dəqiqə ərzində polis əməkdaşları tərəfindən döyülmüşlər. Polis idarəsində aparılmış videoçəkiliş zamanı müdafiəçi iştirak etmişdir. Polislər narkotik vasitəni onun cibinə qoyarkən iki nəfər şəxs içəri girmiş, bu zaman sonunculara “Görürsüz də üzərimə narkotik qoyurlar” demişdir. Onun məqsədi götürdüyü narkotik vasitəni Qaradağ yol patrul xidməti postunu keçəndən sonra harasa atıb iranlıdan pulunu almaq olmuşdur. İbtidai istintaq zamanı hazırda verdiyi kimi ifadə vermişdir. Polis əməkdaşları tərəfindən döyülməsinə səbəb cibinə qoyulmuş narkotik vasitənin ona məxsus olmasını etiraf etməməsi olmuşdur. İranlı şəxs Beyləqan rayonundan qayıdarkən yol boyu narkotik vasitəni atmamasını dediyinə görə onu yolda tullamamışdır.

6. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə olaraq göstərdi ki, Kamran əsgər yoldaşı ilə görüşmək üçün onunla birlikdə getmiş, iranlıdan narkotik vasitə götürəcəyi barədə Kamrana heç nə deməmiş, sonuncu geri qayıdarkən avtomobilin arxa oturacağında yatmış, Kamran ümumiyyətlə onun iranlı ilə danışdığını bilməmişdir. Polis əməkdaşları əvvəlcə onu digərlərinin yanında döymüş, daha sonra onları ayıraraq müxtəlif otaqlara aparıb orada döymüşlər. Nəcəf adlı təhqiqatçının otağında olarkən Nəcəf dediklərini etməli olduqlarını bildirdikdə o, sonuncuya etiraz edərək dediklərinə əməl etməyəcəyini bildirmişdir. Bundan sonra təqdim olunmuş narkotik vasitəni üzərilərinə qoyub çəkiliş aparılacağını bildirmişlər. Videoçəkilişdən sonra avtomobilin saxlanıldığı yerə aparılıb orada da çəkiliş aparmışlar. Avtomobilin yanında Kamranla birlikdə olmuşdur. O, vəd olunan pulu almaq, habelə iranlı ondan narkotik vasitəni atacağı yerin şəklini gözlədiyi üçün narkotik vasitəni atmamışdır. O, ilk dəfədir belə bir addım atmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri fiziki və psixi təzyiq altında vermişdir. Şahid2 onların saxlanılmasında, habelə şəxsi axtarış zamanı iştirak etməmiş, sonuncunu şəxsi axtarış aparıldıqdan sonra görmüşdür.

7. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 17 yanvar 2023-cü il tarixli izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin izahat və ifadələrdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2018-2020-ci illərdə hərbi xidmətdə olmuşdur. Əsgərlikdən qayıtdıqdan sonra ailə həyatı qurmuşdur. Hazırda bir azyaşlı övladı vardır. Heç bir xəstəlikdən, o cümlədən psixi xəstəlikdən əziyyət çəkməmişdir. Yay aylarında balıqçı işləyir, qışda isə fəhləliklə məşğul olur. Təqsirləndirilən şəxs2 yaxın dostudur və onunla yaxşı münasibəti olmuşdur. Təxminən 20 gündür iranlı Araz adlı şəxs ona “Whatsapp”da yazmış, sonuncudan nömrəsini haradan tapdığını soruşsa da, ona bu barədə məlumat verməmişdir. İranlı ona Azərbaycana narkotik göndərdiyini və göndərdiyi “malları” qəbul edib onun dediyi yerlərə qoysa bunun qarşılığında ona çoxlu pul verəcəyini demişdir. O, ilkin vaxtlar bu barədə razılıq verməmişdir. Lakin iranlı demək olar ki, hər gün ona yazmışdır. Onun fikri iranlı ilə razılaşıb “malı” götürmək və iranlı ona pul göndərdikdən sonra “malı” başqa yerə ataraq onunla əlaqəni kəsmək olmuşdur. Həmin vaxtı Kamran əsgərlikdən yeni gəlmiş və işə ehtiyacı olmuşdur. Buna görə də, o, Kamrana bu məsələni danışmış və ona bu işdə köməklik etməsini təklif etmiş, Kamran da razılaşmışdır. Bundan sonra o, iranlı ilə təkrar danışmış və onun göndərəcəyi malları qəbul etməyə razılıq vermişdir. Həmçinin iranlıya bu işdə ona Kamranın da köməklik edəcəyini demişdir. Kamranı iranlıya doğma qardaşı kimi təqdim etmişdir. Hətta Kamranın nömrəsini iranlı Araza göndərmişdir. 16 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Kamran onunla əlaqə saxlamış və təcili iranlı ilə əlaqə saxlamasını demişdir. O, iranlı Araz ilə əlaqə saxlamış, sonuncu ona “Təcili dayımla əlaqə saxla.” demişdir. O da iranlının dediyi nömrə ilə əlaqə saxlamışdır. Həmin iranlı adını “Mseyn” kimi təqdim etmişdir. Həmin iranlı ona Azərbaycana “mal” göndərdiyini və onu təcili götürüb dediyi yerə qoymaq lazım olduğunu demişdir. İranlı bu işə görə ona 3600 manat pul verəcəyini demişdir. O da iranlı ilə razılaşmışdır. Bundan sonra o, Kamranla danışmış və demişdir ki, malın arxasınca getsinlər. Kamran da razılaşmışdır. Kamranla razılaşması belə olmuşdur ki, veriləcək puldan yol xərcini çıxsınlar, yerdə qalan məbləğ isə yarıya bölünsün. Kamran da razılaşmışdır. İranlı malın Beyləqanda olduğunu demişdir. Onların heç birinin avtomobili olmadığından tanışları Qəşəmdən onları aparmasını deməyi qərara gəlmişlər. Bu barədə Qəşəmə dedikdə, sonuncu avtomobilin 80 manat məbləğində cəriməsi olduğunu və buna görə də, rayona gedə bilməyəcəyini demişdir. O, cəriməni ödəyib sonra getməyi təklif etmişdir. O, Qəşəmə Beyləqanda 1000 manat pulu olduğunu, həmin pulu götürüb geri qayıtmalı olduqlarını, həmin puldan da ona 400 manat verəcəyini demiş, Qəşəm də razılaşmışdır. Amma ilkin olaraq Qəşəmin 80 manat cəriməsini ödəmək lazım olmuşdur. Buna görə də, o, evdəkilərin qızıl üzüyünü götürüb lombarda qoymuş və oradan 105 manat pul almışdır. Həmin pulun 80 manatı ilə Qəşəmin cəriməsini ödəmişdir. Yerdə qalan 25 manat pulla isə avtomobilə benzin tökəcəyini demişdir. O da razılaşmışdır. Təxminən saat 3-4 radələrində onlar Qəşəmin idarə etdiyi “Xəzər” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakıdan çıxmışlar və Beyləqan rayonu istiqamətində hərəkətə başlamışlar. Hava qaralan vaxtı onlar Beyləqana çatmışlar. İranlının ona göndərdiyi “konum” istiqamətində hərəkətə davam etmişlər. İranlının dediyi yerə çatanda o, Qəşəmə “Avtomobili saxla ayaqyoluna gedək.” demişdir. Həmin ərazi çöllük bir yer olmuşdur. Qəşəm də onlar kimi avtomobildən enmiş və ayaqyoluna getmişdir. Qəşəm geri qayıdana kimi o, Kamran ilə həmin “malı” tapmış və avtomobilin arxa oturacağının ayaqaltına qoymuşdur. Qəşəm gəlib avtomobilə əyləşmiş və o, Qəşəmə geri qayıtmalı olduqlarını demişdir. Qəşəm də razılaşmışdır. Yolda olan zaman iranlı ilə danışmağa başlamış və “malın” çox olduğunu deyərək ondan əlavə pul istəmişdir. İranlıdan karta 6000 manat pul atmasını tələb etməyə başlamışdır. Bir qədər hərəkət etdikdən sonra telefonunun şarjı bitmiş və iranlı ilə danışa bilməmişdir. Kamrana arxadakı “malların” bir hissəsini üzərilərində saxlamağı demişdir. Kamran səbəbini soruşduqda “malların” hamısının ortalıqda olmaması üçün izah etmişdir. Kamran “maldan” bir büküm ona verəndə Qəşəm bunu görmüş və onun nə olduğunu soruşmuşdur. Həmin vaxtı artıq onlar Qaradağ rayonu ərazisində olmuşlar. O, Qəşəmə demişdir ki, bu “maldır”, iranlı göndərib, qarşıda bir yerə atacaqlar. Qəşəm buna etiraz edib onu zibilə salacaqlarını bildirmiş və onlarla mübahisə etməyə başlamışdır. Təxminən 3-4 dəqiqə getdikdən sonra polis əməkdaşları onları saxlamışlar. Onların narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onu və Kamranı Baş İdarəyə gətirmişlər, Şahid4 isə Baş İdarəyə dəvət edib avtomobili duracağa yerləşdirmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona və daha sonra Kamrana üzərilərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bundan sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 10 manat pul, bank kartı və ona məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 10 manat pul, “Redmi” markalı mobil telefon, sim kart və bank kartı aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş, həmin kütlələr qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. Mobil telefonlar da götürülmüş, digər əşya, predmet və pullar aidiyyatı üzrə geri qaytarılmışdır. O, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Araz” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri deyiləcək yerə çatdırıb əvəzində pul almaq üçün götürdüyünü, “Araz” adlı şəxslə “Whatsapp” vasitəsi ilə əlaqə saxladığını, Kamranın Arazla əlaqəsinin olmadığını və onunla danışmadığını, aşkar olunan narkotik maddələri Kamranla birgə əldə etdiyini, əlavə olaraq sərnişin qismində əyləşdiyi, Şahid4 idarə etdiyi “Xəzər” markalı, **-PX-*** nömrəli avtomobildə Kamran ilə birlikdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını, bu barədə sürücü Qəşəmin məlumatı olmadığını, ***-***-**-** mobil telefon nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, onun dediklərini təsdiq etdiyini, aşkar olumuş heroinin özünə məxsus olduğunu, həmin narkotikləri onun (Anarın) tanışı İran İslam Respublikası vətəndaşı “Araz” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, sonuncu ilə hər hansı əlaqəsinin olmadığını, əlavə olaraq Qəşəmin idarə etdiyi, sərnişin qismində əyləşdiyi “Xəzər” markalı, **-PX-*** nömrəli avtomobildə narkotik maddə saxladıqlarını, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını, bu barədə sürücü Qəşəmin məlumatı olmadığını, ***-***-**-** mobil telefon nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə “Xəzər” markalı, **-PX-*** nömrəli avtomobilin yanına getmişlər. Orada onlara təklif olunmuşdur ki, avtomobildə saxladıqları narkotik vasitə və psixotrop maddələri təqdim etsinlər. Bu təklifdən sonra o və Kamran həmin avtomobilin arxa hissəsindəki kütlələri təqdim etmişlər. Həmin kütlələrdən 2 bükümdə narkotik vasitə heroin, 3 bükümdə psixotrop maddə metamfetamin və 8 bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra həmin maddələr elektron tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Sürücü Şahid4 avtomobildə narkotik maddə saxlanılmasından məlumatı olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş maddələri iranlının dediyi yerə çatdırmaq məqsədi ilə əldə etmişlər. İranlı Araz və Mseyn adlı şəxslərlə görüşməmiş və anket məlumatlarını bilmir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Kamran narkotik vasitələrin nə istifadəsi, nə də satışı ilə məşğul olmamışdır. Üzərilərində və avtomobildə narkotik vasitə və psixotrop maddə olmasından yalnız ikisinin xəbəri olmuş, Qəşəm də saxlanılmaqlarına bir neçə dəqiqə qalmış məlumatlı olmuşdur. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Onların narkotik vasitə və psixotrop maddə götürmələrindən sürücü Qəşəmin xəbəri olmamış, Qəşəm onların rayona narkotik arxasınca getdiklərini bilməmiş, amma saxlanılmaqlarına bir neçə dəqiqə qalmış onun bu barədə məlumatı olmuşdur. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də avtomobilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) i.v. 65-67; 100- 104; 139-143;).

8. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi 21 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadəsi arasında ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, istintaqa verdiyi ilkin ifadələrini qismən təsdiq edir. O, avtomobildən aşkar edilmiş maddələri əldə etsə də, üzərindən aşkar edilmiş maddə ona məxsus deyildir. Belə ki, o, internetdə adını dəqiq xatırlamadığı bir nəfər şəxslə tanış olmuş, həmin şəxslə uzun müddət danışdıqdan sonra sonuncu ona bəzi hallarda rayonda narkotik maddələr olduğunu, həmin narkotik maddələri pul qarşılığında Bakı şəhərinə gətirməyə adam axtardığını demişdir. Həmin şəxs ona təklif etmişdir ki, əgər alınsa bu işdə ona kömək etsin və bunun qarşılığında isə ona pul versin. Həmin şəxsin kim olduğunu bilməmiş, lakin onun iranlı olmadığını dəqiq bilmişdir. Çünki o, Azərbaycan dilində və Bakı ləhçəsində sərbəst danışmışdır. Həmin vaxt onun pula ehtiyacı olduğundan həmin şəxslə razılaşmışdır. 16 yanvar 2023-cü il tarixdə həmin şəxs onunla əlaqə saxlayaraq Beyləqan rayonunda “mal” olduğunu, gedib həmin “malı” götürmək lazım olduğunu demişdir. O bu barədə razılıq vermiş, Hövsan qəsəbəsindən tanıdığı Kamran adlı dostuna Beyləqana gedəcəyini demişdir. Kamran isə ona Beyləqanda əsgərlik yoldaşları olduğunu deyərək onunla gedib əsgərlik yoldaşları ilə görüşə biləcəyini bildirmişdir. O isə Kamrana etiraz etməmişdir. Bundan sonra taksi axtarmağa başlamış, Hövsanda yaşayan, taksi fəaliyyəti ilə məşğul olan Qəşəm adlı tanışı ilə əlaqə saxlamışdır. Qəşəmə bir nəfər şəxsdən pul götürmək üçün Beyləqan rayonuna getmək lazım olduğunu və ona yol pulu olaraq 400 manat verəcəyini demiş, Qəşəm isə onunla razılaşmışdır. 16 yanvar 2023-cü il tarixdə, saat 3-4 radələrində o, Kamran və Qəşəm sonuncunun “Xəzər” markalı avtomobili ilə Beyləqan rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Yolda olan zaman danışdığı şəxs onun mobil telefonuna “konum” göndərmiş və həmin “konum” üzrə hərəkət edib qeyd olunan yerə çatmışlar. Həmin yerə çatdıqda Qəşəmdən avtomobili saxlamasını demiş, Qəşəm hansı səbəbdən avtomobili saxlamalı olmasını soruşduqda, ayaqyoluna gedəcəyini demişdir. Qəşəmd avtomobili saxlamış, həmin vaxt Kamran arxa oturacaqda uzanaraq yatmışdı. Qəşəm və Kamran da avtomobildən enərək ayaqyoluna getmişlər. O həmin ərazidə narkotik vasitələri tapdıqda, onların ona deyildiyi kimi bir bağlamada deyil, bağlamaların sayının çox olduğunu görmüşdür. Qəşəmlə Kamran geri qayıdana kimi o həmin bağlamaları avtomobilin arxa oturacağına yığmışdır. İlk olaraq Kamran gəlmişdir. Kamran avtomobilin arxa oturacağına yığdığı bağlamaların nə olmasını soruşduqda ona narahat olmamasını demişdir. Daha sonra Qəşəm geri qayıtmış, o, Qəşəmə Bakı şəhərinə qayıtmalı olduqlarını demişdir. Qəşəmə pulun kartına göndəriləcəyini demişdir. Bakı şəhərinə qayıdarkən yolda Kamranla Qəşəm götürdüyü maddələrin narkotik vasitə olduğunu bilmiş, lakin bir qədər gedəndən sonra polislər onları saxlamışlar. Onları BNMİyə apararaq, hər birini ayrı-ayrı otaqlara salmışlar. Orada polis əməkdaşları ona bir bükümdə narkotik vasitə verərək cibinə qoymasını tələb etmişlər. O, polis əməkdaşlarının tələblərini yerinə yetirməyərək etiraz etdikdə, polis əməkdaşları onu döymüşlər. Bu səbəbdən qorxub polis əməkdaşları ilə razılaşaraq onların hər dediyi ilə razılaşmışdır. Daha sonra onun və Kamranın üzərinə baxış keçirilmişdir. Kamran və o polislərin dediyi qaydada ifadə vermiş və təqdim edilmiş sənədləri oxumadan imza etmişlər. Daha sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar və orada heç bir sənədi oxumadan imza etmişdir. Qəşəm və Kamranın narkotik vasitə əldə etməsindən ilkin olaraq məlumatı olmasa da, geri qayıdan zamanı məlumatları olmuşdur (Cild 2, i.v. 152-156).

9. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 2018-ci ildən tanımış, hadisədən 3 ay əvvəl hərbi xidmətdən qayıtmışdır. 16 yanvar 2023-cü il tarixdə, təxminən saat 15 radələrində Hövsan qəsəbəsindən çıxmış, əsgərlik dostu ilə Beyləqan rayonu ərazisində görüşməyi planlaşdırmış, Anar da Beyləqandan pul götürəcəyini bildirmişdir. Anarın telefonu ilə dostuna mesaj yazmış, dostu da ona zəng edib görüşəcəklərini bildirmişdir. Yolda Anar ona işinin alınmadığını, geri qayıtmalı olduqlarını dedikdə o, əsgər yoldaşının onları gözlədiyini söyləmiş, lakin Anar “gecə vaxtıdır, biz həm də qonaq sayılırıq, bizim də üzərimizdə pul olmalıdır” demişdir. Geri qayıdarkən Qaradağ rayonu ərazisində yerləşən yol patrul xidməti postunda yol polisi əməkdaşları onları saxlayaraq sənəd tələb etmiş, onları avtomobildən düşürmüşlər. Həmin vaxt arxadan mülki geyimli polis əməkdaşları onların üstünə hücum edib saxlayaraq onları “Mercedes Vita” markalı avtomobilə əyləşdirməklə BNMİ-yə aparmışlar. Videoçəkiliş zamanı təhqiqatçı Nəcəf adlı şəxs onlara nəyi necə demək lazım olduğunu öyrətmişdirsə, eləcə də danışmışlar. Bundan sonra avtomobildə çəkiliş aparılmışdır. Onu Anar adlı polis əməkdaşı vurmuş, cibinə narkotik vasitə heroin qoyub videoçəkiliş aparmışlar. Anar Beyləqana pul götürmək üçün getdiyini demiş, lakin sonradan pulu götürə bilmədiyini, pulun kartla göndəriləcəyini bildirmişdir. Anar avtomobildə mobil telefonla danışarkən o, yatdığı üçün Anarın kiminlə nə danışdığını eşitməmişdir. Avtomobildə narkotik vasitə olmasını Qaradağ postunda bilmiş, onun narkotik vasitə götürmək niyyəti olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri təzyiq altında vermişdir.

10. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 17 yanvar 2023-cü il tarixli izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 həmin izahat və ifadələrdə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ilə əsasən eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, 2021-2022-ci illərdə hərbi xidmətdə olmuşdur. 3 ay olar hərbi xidmətdən gəlmişdir. Heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi olmamışdır. Subaydır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 yaxın dostudur və onunla yaxşı münasibəti olmuşdur. Təxminən bir neçə gün olar Anar ona Araz adlı iranlı bir nəfər şəxsin dayanmadan ona yazaraq Azərbaycana göndərdiyi “malları” götürüb onun dediyi yerə qoymasını və bunun qarşılığında ona pul verəcəyini demişdir. Anar iranlıya hələ ki, razılıq vermədiyini, amma, iranlının malını götürüb iranlı pulu göndərəndən sonra “malı” iranlının dediyi yerə yox, başqa bir yerə atıb iranlı ilə əlaqəni kəsmək fikri olduğunu demişdir. Anar bu işdə ona kömək etməsini təklif etmişdir. O da həmin vaxtı əsgərlikdən təzə gəldiyindən işə düzələ bilməmişdir. Buna görə də, Anara kömək edə biləcəyini demişdir. Bu səbəbdən Anar iranlıya göndərəcəyi malları tək yox, onunla gedib götürəcəyini deyərək və iranlıya onu doğma qardaşı kimi təqdim etmişdir. İranlı da bununla razılaşmışdır. Anar hətta onun nömrəsini iranlıya vermişdir. Buna görə də, iranlı onunla da “Whatsapp” mobil tətbiqində yazışmışdır. 16 yanvar 2023-cü il tarixdə iranlı ona yazaraq təcili Anarın onunla əlaqə saxlamasını istəmişdir. O da bu barədə Anara demişdir. Anar iranlı ilə danışdıqdan sonra ona demişdir ki, iranlı dayısının nömrəsini ona verib və Anar da onunla danışmışdır. O da demişdir ki, malı Beyləqana atacam, gedib götürərsiniz. İranlı bunun müqabilində 3600 manat pul vəd etmişdir. O da Anarla razılaşmış və ona gedə biləcəyini demişdir. Razılaşma belə olmuşdur ki, yol xərcləri çıxılandan sonra yerdə qalan məbləğ yarıbayarı bölünəcək. Bunun üçün Anar ortaq tanışları olan və taksi kimi fəaliyyət göstərən Qəşəmə demiş və ona təklif etmişdir ki, onları Beyləqana aparsın. Bu barədə Qəşəmə dedikdə, o demişdir ki, avtomobilin 80 manat cəriməsi var və buna görə də, rayona gedə bilməyəcək. Anar demişdir ki, cəriməni ödəyərik, sonra gedərik. Anar həmçinin, Qəşəmə demişdir ki, Beyləqana gedək və orada 1000 manat pul var onu götürüb geri qayıdaq. Həmin puldan da Qəşəmə 400 manat verəcəyik. Qəşəm də razılaşmışdır. Amma ilkin olaraq Qəşəmin 80 manat cəriməsini ödəmək lazım olmuşdur. Buna görə də, Anar evdəkilərin qızıl üzüyünü götürüb lombarda qoymuş və oradan 105 manat pul almışdır. Həmin pulun 80 manatı ilə Qəşəmin cəriməsini ödəmişdir. Yerdə qalan 25 manat pulla isə avtomobilə benzin tökəcəyini demişdir. O da razılaşmışdır. Təxminən saat 3-4 radələrində onlar Bakıdan çıxmış və Beyləqan istiqamətində hərəkətə başlamışlar. Hava qaralan vaxtı onlar Beyləqana çatmışlar. İranlının Anara göndərdiyi “konum” istiqamətində hərəkətə davam etmişlər. İranlının dediyi yerə çatanda Anar Qəşəmə demişdir ki, avtomobili saxla ayaqyoluna gedək. Həmin ərazi çöllük bir yer olmuşdur. Qəşəm də onlar kimi avtomobildən enmiş və ayaqyoluna getmişdir. Qəşəm geri qayıdana kimi o, Anarla həmin malı tapmış və avtomobilin arxa oturacağının ayaqaltına qoymuşlar. Qəşəm gəlib avtomobilə əyləşmiş və Anar Qəşəmə geri qayıtmalı olduqlarını demişdir. Qəşəm də razılaşmışdır. Yolda olan zaman Anar iranlı ilə danışmağa başlamış və “malın” çox olduğunu deyərək ondan əlavə pul istəmişdir. Anar iranlıdan tələb etməyə başlamışdır ki, karta 6000 manat pul atsın. Bir qədər hərəkət etdikdən sonra Anarın telefonunun şarjı bitmiş və o, iranlı ilə danışa bilməmişdir. Anar həmçinin Kamrana demişdir ki, arxadakı “malların” bir hissəsini üzərilərində saxlasınlar. O, Anardan səbəbini soruşduqda Anar demişdir ki, “malların” hamısı ortalıqda olmasın. Kamran “maldan” bir büküm Anara verəndə Qəşəm bunu görmüş və onun nə olduğunu soruşmuşdur. Həmin vaxtı artıq onlar Qaradağ rayonu ərazisində olmuşlar. Anar Qəşəmə demişdir ki, bu maldır, iranlı göndərib, qarşıda bir yerə atacağıq. Qəşəm buna etiraz edib onu zibilə salacağını bildirmiş və onlarla mübahisə etməyə başlamışdır. O, Anara bir büküm mal verəndə, bir büküm də öz cibinə qoymuşdur. Onların məqsədi həmin malları üzərilərinə yerləşdirmək olmuşdur ki, avtomobildən düşəndə əllərində çox narkotik görsənməsin. Təxminən 3-4 dəqiqə sonra polis əməkdaşları onları saxlamışlar. Onların narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Anarı Baş İdarəyə gətirmişlər, Şahid4 Baş İdarəyə dəvət edib avtomobili isə duracağa yerləşdirmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona və Anara üzərilərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bundan sonra Anar əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1(bir) bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra Anarın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 10 manat pul, bank kartı və şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmişdir. Sonra Kamran əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 bükümdə narkotik vasitə heroini təqdim etmiş, Kamranın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən 10 manat pul, “Redmi” markalı mobil telefon, sim kart və bank kartı aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmişdir. Həmin kütlələr qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. Mobil telefonlar götürülmüş, digər əşya, predmet və pullar aidiyyəti üzrə geri qaytarılmışdır. Anar üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Araz” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri deyiləcək yerə çatdırıb əvəzində pul almaq üçün götürdüyünü, “Araz” adlı şəxslə “Whatsapp” vasitəsi ilə əlaqə saxladığını, Kamranın Arazla əlaqəsi olmadığını və onunla danışmadığını, aşkar olunan narkotik maddələri onunla birgə əldə etdiklərini, əlavə olaraq sərnişin qismində əyləşdiyi, Şahid4 idarə etdiyi, “Xəzər” markalı, **-PX-*** nömrəli avtomobildə Kamran ilə birlikdə narkotik maddə saxladıqlarını, orada saxladıqları narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını, bu barədə sürücü Qəşəmin məlumatı olmadığını, ***-***-**-** nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona qarşı fiziki və psixi zor tədbiq edilmədiyini bildirmişdir. Kamran verilən suallara cavab olaraq, Anarın dediklərini təsdiq etdiyini, aşkar olumuş heroinin özünə məxsus olduğunu, həmin narkotikləri Anarın tanışı İran İslam Respublikası vətəndaşı “Araz” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, sonuncu ilə hər hansı əlaqəsinin olmadığını, əlavə olaraq Qəşəmin idarə etdiyi, sərnişin qismində əyləşdiyi “Xəzər” markalı, **-PX-*** nömrəli avtomobildə narkotik maddə saxladıqlarını, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını, bu barədə sürücü Qəşəmin məlumatı olmadığını, ***-***-**-** nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra onlar müdafiəçilərinin və polis əməkdaşlarının iştirakı ilə “Xəzər” markalı, ** PX *** nömrəli avtomobilin yanına getmişlər. Orada onlara təklif olunmuşdur ki, avtomobildə saxladıqları narkotik vasitə və ya psixotrop maddələri təqdim etsinlər. Bu təklifdən sonra Kamran və Anar həmin avtomobilin arxa hissəsindəki kütlələri təqdim etmişlər. Həmin kütlələrdən 2 bükümdə narkotik vasitə heroin, 3 bükümdə psixotrop maddə metamfetamin və 8 bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra həmin maddələr elektron tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş maddələri iranlının dediyi yerə çatdırmaq məqsədi ilə əldə etmişlər. İranlı Araz və Mseyn adlı şəxslərlə görüşməmişdir və anket məlumatlarını bilmir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Anar da narkotik vasitələrin nə istifadəsi, nə də satışı ilə məşğul olmamışdır. Üzərilərində və avtomobildə narkotik vasitə və psixotrop maddə olmasından yalnız o və Anarın xəbəri olmuş, Qəşəmin isə saxlanılmaqlarına bir neçə dəqiqə qalmış məlumatı olmuşdur. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Vəziyyətini ağırlaşdıracağını düşündüyü üçün videoçəkiliş zamanı və izahatında iranlı ilə əlaqəsinin olmadığını bildirmişdir. Onların narkotik vasitə və psixotrop maddə götürmələrindən sürücü Qəşəmin xəbəri olmamış, Qəşəm rayona narkotik arxasınca getdiklərini bilməmiş, amma saxlanılmaqlarına bir neçə dəqiqə qalmış onun bu barədə məlumatı olmuşdur. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də avtomobilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir (Cild 1, i.v. 68-70; 114-118; 159-163).

11. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi 24 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadəsi arasında ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadəsində göstərmişdir ki, istintaqa verdiyi ilkin ifadəni təsdir etmir. O, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, aşkar edilmiş maddələrə onun aidiyyatı yoxdur. Belə ki, o, hadisədən təxminəm 3 ay əvvəl əsgərlikdən gəlmiş və Hövsan qəsəbəsində atasının yanında qalmışdır. Orada onun bir neçə dostu olmuş, onlardan biri də Təqsirləndirilən şəxs1 olmuşdur. Anarla münasibəti yaxşı olmuş və aralarında düşmənçilik və ya ədavət olmamışdır. 16 yanvar 2023-cü il tarixdə Anar onunla əlaqə saxlayaraq Beyləqan rayonuna getməli olduğunu bildirərək ona yol yoldaşı olmağı təklif etmişdir. Anardan Beyləqan rayonuna nə üçün getdiyini soruşduqda Anar bir nəfər şəxsdən pul götürəcəyini bildirmişdir. O, Anarla razılaşmış, həm də Beyləqan rayonuna getmişkən orada yaşayan əsgərlik dostları ilə görüşə biləcəyini düşünmüşdür. Anara gedəndə ona da xəbər verməsini demişdir. 16 yanvar 2023-cü il tarixdə, saat 3-4 radələrində Hövsanda yaşayan tanışları Qəşəmin avtomobili ilə Beyləqan rayonu istiqamətində hərəkətə başlamışlar. Yolda Anar tez-tez mobil telefonla kiminləsə danışmış, lakin onun hansı mövzu ətrafında danışdığını başa düşə bilməmişdir. Belə ki, kimsə Anarın mobil telefonuna “konum” göndərmişdi və Anar həmin “konum” üzrə hərəkət etmələrini bildirirdi. O, avtomobildə arxa oturacaqda oturmuş, bir müddətdən sonra uzanaraq yatmışdır. Yuxudan ayılda avtomobilin saxlanıldığını görüb məsələ ilə maraqlandıqda Anar ayaqyoluna getmək istədiklərini bildirmişdir. O da orada olan çöllük ərazidə ayaqyoluna getmişdir. Belə ki, Qəşəm yolun digər tərəfinə keçmiş, o isə avtomobil saxlanılan tərəfdə çöllük bir yerə doğru getmişdir. Geri qayıdanda Anarın avtomobilin arxa oturacağına və ayaqaltına böyük bağlamalar yığdığını görmüş, Anardan həmin bağlamaların nə olması ilə maraqlananda, sonuncu sonra deyəcəyini demişdir. O, həmin bağlamalardakı maddələrin narkotik vasitə olmasını düşünməmişdir. Daha sonra Qəşəm gəldikdə, Anar Qəşəmə Bakı şəhərinə geri qayıtmalı olduqlarını bildirmişdir. Qəşəm səbəbini soruşduqda Anar ona pul verməli şəxsin pulu kartına göndərəcəyini bildirdi. O, Anara etiraz edərək əsgərlik yoldaşları görüşməli olduğunu bildirdikdə, Anar artıq gec olduğunu, kimisə narahat etməməyi, başqa vaxt gəlib görüşə biləcəyini demişdir. Yolda geri qayıdarkən Anar yenə də mobil telefonla kiminləsə danışmağa başlamış, artıq həmin danışıqlardan Anarın götürdüyü bağlamaların narkotik vasitə olmasını müəyyən etmişdir. Bir qədər getdikdən sonra Qəşəm də həmin bağlamaların narkotik vasitə olmasını bilmişdir. Onlar Anara etirazlarını bildirmiş, lakin artıq gec olmuş və əllərindən başqa heç nə gəlməmişdir. Bir qədər getdikdən sonra polis əməkdaşları onları saxlamış, o isə polis əməkdaşlarına səmimi şəkildə geri qayıdan zaman həmin məsələdən xəbərdar olduğunu demişdir. Polis əməkdaşları onu aldadaraq səmimi olduğu və onların dediyi ilə razılaşdığı halda, onu buraxacaqlarını bildirmiş, o isə polislərə inanaraq onlarla razılaşmışdır. Daha sonra polis əməkdaşları ona bir büküm verərək cibinə qoymağı tələb etmiş, videoçəkiliş zamanı həmin bükümü təqdim etmələrini izah etmişlər. O isə buraxılacağına inanaraq polis əməkdaşlarının ona bildirdikləri kimi etmişdir. Daha sonra avtomobilə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşlarının ondan istədikləri kimi həmin maddələri Anarla birlikdə əldə etməsini demişdir. Videoçəkiliş bitdikdən sonra ona çoxlu sayda sənədlər təqdim edərək imzalamasını bildirilmiş, o da həmin sənədləri imzalamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra ifadə verərkən də o, buraxılacağına inandığından ilkin olaraq onu tutan polis əməkdaşlarının ona dediyi kimi ifadə vermişdir. O, saxlanıldığı andan polis əməkdaşlarına inandığından və onların dediyi kimi hərəkət etdiyindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır (Cild 2, i.v. 184-188).

12. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

13. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

14. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 16 yanvar 2023-cü il tarixdə Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olmaları bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra həmin şəxslərin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa Baş İdarənin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 daxil edilmişdir. 16 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 **-PX-*** dövlət qeydiyyat nişanlı “Xəzər” markalı avtomobillə birlikdə Bakı-Astara magistral yolu ilə hərəkət etmələri müəyyən edilmiş və onlar həmin əraziyə getmişlər. Saat 22:45-də Bakı- Astara magistral yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 47-ci kilometrliyində avtomobili saxlayaraq özlərini təqdim etmiş və onların da özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişlər. Həmin vaxtı orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yanında başqa bir nəfər şəxsin də olmasını müəyyən etmişlər. Həmin şəxsin avtomobilin sürücüsü olması müəyyən edilmiş və o özünü təqdim edərək Şahid4 olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş qərarla tanış etmişlər. Onları BNMİ-yə gətirmişlər. Avtomobilin sürücüsü Şahid4 BNMİ-yə dəvət etmiş, sonuncunun idarə etdiyi avtomobili isə duracağa yerləşdirmişlər. Baş idarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakı ilə onlara hüquq və vəzifələri izah edilmiş və Baş idarənin Təhqiqat Qrupunun təhqiqatçısı Nəcəf Aburşu tərəfindən onların üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barələrində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək onlarda olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri vermələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın cibindən 1 bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 10 manat pul, 1 ədəd bank kartı və Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarın cibindən 1 bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın cibindən 10 manat pul, “Redmi” markalı mobil telefon, sim kart və 1 ədəd bank kartı aşkar olunmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, digər əşya, predmet və pullar aidiyyəti üzrə geri qaytarılmışdır. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Baş idarənin həyətində saxlanılmış Şahid4 idarə etdiyi “Xəzər” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri vermələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin avtomobilin arxa oturacaq və ayaqaltı hissəsindəki kütlələri təqdim etmişlər. Həmin kütlələrdən 2 bükümdə narkotik vasitə heroinə bənzər, 3 bükümdə psixotrop maddə metamfetaminə bənzər və 8 bükümdə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Bundan sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Bundan sonra avtomobilə keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxslər heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirilməmiş, onlar pis rəftara məruz qalmamışlar.

15. Şahid5 verilən suallara cavab olaraq ifadəsinə əlavə olaraq göstərdi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı barədə daxil olmuş əməliyyat məlumatı əsasında külli miqdarda narkotik vasitə və psixotrop maddələrinin qanunsuz dövriyyəsinin, o cümlədən satışının qarşısı alınmışdır. Təqsirləndirilən şəxslərin narkotik vasitə və psixotrop maddə əldə etməkdə məqsədləri iranlının deyəcəyi ünvana aparıb qoymaqla pul əldə etmək olmuşdur. Təqsirləndirilən şəxslər saxlanıldıqdan sonra həmin ərazidən dərhal BNMİ-yə aparılmış, orada təhqiqatçının otağında müdafiəçilərin iştirakı ilə dərhal eyni vaxtda üzərilərinə şəxsi axtarış keçirilmişdir.

16. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, Şahid5lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, verilən sullara cavab olaraq əlavə olaraq göstərmişdir ki, əməliyyat qrupunda dörd nəfər olmuş, təqsirləndirilən şəxsləri sonuncuların olduqları taksi avtomobilində idarəyə aparmış, bu zaman avtomobili dəqiq xatırlamadığı polis əməkdaşlarından biri idarə etmişdir. BNMİ-nin balansında “Mercedes Vito” markalı avtomobil ümumiyyətlə yoxdur. Təqsirləndirilən şəxslərin üzərinə narkotik vasitə qoyulmamış, sonuncular saxlanıldıqdan sonra ən qısa müddətdə, yəni təxminən 2-3 saat ərzində barələrində müvafiq sənədləşdirmə işləri aparılmışdır.

17. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat-müvəkkili, polis polkovnik-leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, şahidlər Şahid5 və Şahid2la oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, təqsirləndirilən şəxslər saxlanılarkən narkotik vasitəni satmaq niyyətlərinin olmadığını, habelə həmin narkotik vasitələri iranlı şəxsin dediyi ünvana çatdırmalarının müqabilində sonuncunun onlara pul verəcəyini bildirmişlər. İranlı şəxs təqsirləndirilən şəxsləri “kuryer” olaraq istifadə etmiş, sonuncuların konkret olaraq kiməsə narkotik vasitə satmalarının şahidi olmamışdır.

18. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, şahidlər Şahid5, Şahid2 və Şahid1lə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.

19. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2017- 2018-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Hazırda “Xəzər” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uzun müddətdir tanıyır. Belə ki, onlar da onun kimi Hövsan qəsəbəsində yaşamışlar. Əvvəllər bir neçə dəfə onlar onun taksi kimi xidmətindən istifadə etmişlər. 16 yanvar 2023-cü il tarixdə Anar onunla mobil telefonla əlaqə saxlayaraq Beyləqan rayonuna getmək lazım olduğunu demişdir. O nə məsələ olduğunu soruşduqda Anar “Bir nəfərdə 1000 manat pul var, onu götürəcəyik və oradan da sənə 400 manat yol pulu verəcəyik.” demişdir. O, Anara avtomobilin 80 manat məbləğində cəriməsi olduğunu və ona görə də rayona gedə bilməyəcəyini izah etmişdir. Həmçinin avtomobilə benzin tökmək lazım olduğunu, bunun üçün isə pulunun olmadığını bildirmişdir. Anar isə həmin məsələləri həll edəcəyini demişdir. Belə ki, Anar avtomobilin 80 manat məbləğində cəriməsini ödəmiş və avtomobilə 25 manatlıq benzin doldurmuşdur. Sonradan Anarın həmin pulları ailə üzvlərinin üzüyünü lombarda qoyaraq əldə etdiyi pulla etdiyini öyrənmişdir. Onlar təxminən saat 13-14 radələrində Bakı şəhərindən çıxmış və təxminən saat 19-20 radələrində Beyləqan rayonuna çatmışlar. Anar ön sağ sərnişin oturacağında, Kamran isə arxada oturmuşdur. Anar mobil telefonundakı “konum” üzrə hərəkət etməli olduğunu bildirmişdir. Yolda olan zaman Anar ona “Avtomobili saxla ayaqyoluna gedək.” demiş, O avtomobili saxladıqdan sonra onlar sağ tərəfdən düşüb çöllüyə tərəf getmişlər. O da yolu o biri tərəfə keçib ayaqyoluna getmiş, təxminən 1-2 dəqiqə sonra geri qayıtmışdır. Həmin vaxtı Anar və Kamran maşında olmuşlar. Anar ona Bakı şəhərinə geri qayıtmalı olduqlarını dedikdə, o nə məsələ olduğunu və niyə kimləsə görüşmədiyini soruşmuş, Anar isə “Pulu karta atacaqlar və narahat olma sənin qalıq 300 manatını da verəcəyik.” demiş, o da razılaşmışdır. Yolda olan zaman Anar kimləsə danışmış və “malın” çox olduğunu demişdir. O da nə məsələ olduğunu başa düşməmişdir. Onlar uzun məsafə gəlmiş və artıq Qaradağ rayonu ərazisində olmuşlar. Həmin vaxtı Anar Kamrana demişdir ki, “malların” bir hissəsini üzərimizdə saxlayaq və buna görə də Kamran əlində nəsə Anara vermişdir. Anar onu paltarının cibinə qoymaq istəyəndə o görüb nə olduğunu soruşmuşdur. Anar ona “narahat olma, sənlik bir şey yoxdur.” demiş, o artıq həmin bükümün narkotik vasitə olduğunu bilmiş və onlarla mübahisə etməyə başlamışdır. Anar isə “narahat olma bunları qabaqda bir yerə atacağıq və sənin də yol pulunu verəcəyik.” demiş, o yenə də onlarla mübahisə etməyə davam etmiş və az müddət keçmiş onları polislər saxlamışlar. O dərhal avtomobili saxlamışdır. Bundan sonra polislər özlərini təqdim etmiş və onlardan da özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim edəndən sonra polislər Anar və Kamranı qərarla tanış edib onların narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmalarını bildirmişlər. Bundan sonra onları Baş idarəyə aparmışlar. Orada o başqa bir xidməti otaqda gözləmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin müddətdə Anar və Kamranın üzərinə şəxsi axtarış keçirilmişdir. Sonradan ondan avtomobilə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar. O, avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizəni imzalamışdır. Sonra onun da iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Avtomobildən adlarını bilmədiyi, çoxlu sayda bağlamalarda narkotik vasitələr aşkar olunmuşdur. O həmin vaxtadək həmin maddələri görməmişdir. Sonradan bu barədə protokol tərtib olunmuş və protokol düzgün tərtib edildiyindən onu imzası ilə təsdiq etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Beyləqan rayonunda avtomobili saxlayan zaman Anar və Kamranın avtomobilə gətirib narkotik maddələr qoyduğunu görməmişdir. O, yalnız saxlanılmaqlarına bir neçə dəqiqə qalmış Anarın əlində bir büküm narkotik vasitə olduğunu müəyyən etmişdir. Avtomobilin arxa hissəsində isə o qədər “mal” olduğundan xəbəri olmamışdır. Anarın əlində narkotik vasitə olduğunu görəndə buna imkanı olmadığı üçün bu barədə polisə məlumat verməmişdir. Amma fikrində olmuşdur ki, ya onları düşürdükdən sonra, ya da yolda hansısa yolla bu barədə polisə məlumat versin. Narkotik vasitənin satışı ilə məşğul olmamış, həmçinin istifadə etməmişdir.

20. Verilən suallara cavab olaraq Şahid4 ifadəsinə əlavə edərək göstərdi ki, onlar təxminən gecə saat 22 radələrində saxlanılmış, saxlanıldıqdan təxminən 2-3 saat sonra hər üçünün iştirakı ilə maşına baxış keçirilmişdir. Onların üçü də idarədə bir otaqda olmuş, onun yanında Anar və Kamrana qarşı təzyiq olmamış, habelə sonuncuların dindirilməsində iştirak etməmişdir. Onun Anar və Kamranın narkotik vasitəni pul müqabilində bir yerdən götürüb başqa yerə qoymaq istəmələri barədə məlumatı idarədə öyrənmiş, sonuncuların həmin işin qarşılığında nə qədər pul alacaqlarından xəbəri olmamışdır. O, avtomobildə olarkən Anarın cibində narkotik vasitə olmasını görmüş, Kamranın üzərində isə büküm olmasını görməmişdir. Gecə vaxtı maşından düşüb ayaqyoluna gedərkən hər biri ayrı tərəflərə getmiş, bu zaman Kamranın hara getdiyini görməmiş, o, təxminən 3 dəqiqə sonra geri qayıtmış, geri qayıdarkən Anarla Kamran maşında olmuşlar. O, Anargilin maşına nəsə qoyduğunu görməmişdir. Onları idarədə ayrı-ayrı otağa salıb döyülmələrinin şahidi olmamışdır.

21. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

22. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması və daşımaları faktına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin (bundan sonra mətndə - BMCMİ İTİ) müstəntiqi, polis kapitanı X12 tərəfindən həmin tarixdə, saat 12:30-da fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

23. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 16 yanvar 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında onların ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid5 rəhbərliyi ilə həmin idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkilləri, polis kapitanları Şahid2 Sahib oğlu və Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16 yanvar 2023-cü il tarixdə, saat 22:45-də Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Astara magistral yolunun 47-ci kilometrliyinin yaxınlığında “Xəzər” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş, qeyd edilən avtomobilin sürücüsü Şahid4 BNMİ-yə dəvət olunmuş, həmin avtomobil isə duracağa yerləşdirilmişdir(Cild 1, i.v. 5-11).

24. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 5(002)- 18/2023 saylı qərarından görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 tərəfindən qəbul edilmiş və həmin baş idarənin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 16 yanvar 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuna uyğun hesab edilmişdir (Cild 2, i.v. 1-3).

25. “Şübhəli şəxsin tutulması haqqında” 16 yanvar 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X14 tərəfindən həmin tarixdə, saat 23:50-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qərar və protokola əsasən Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 yanvar 2023-cü il tarixdə, saat 22:45-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 30-31).

26. “Şübhəli şəxsin tutulması haqqında” 17 yanvar 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X14 tərəfindən həmin tarixdə, saat 00:25-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qərar və protokola əsasən Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 yanvar 2023-cü il tarixdə, saat 22:45-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 39-40).

27. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçilər X8 və X5 iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş müvafiq qərarlar əsasında həmin gün, saat 01:00-dan 01:13-dək BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X14 tərəfindən həmin İdarənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkilləri, polis kapitanları Şahid2 Sahib oğlu və Şahid3 iştirakı ilə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 10 (on) manat pul, **********902808 nömrəli bank kartı və Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 28 (iyirmi səkkiz) qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 10 (on) manat pul, “Redmi” markalı mobil telefon, sim kart və **********835658 nömrəli bank kartı aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 30 (otuz) qram olması müəyyən olunmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, şübhəli şəxslər, müdafiəçilər, təhqiqatçı tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, digər əşya, predmet və pullar aidiyyatı üzrə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Araz” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri deyiləcək yerə çatdırıb əvəzində pul almaq üçün götürdüyünü, “Araz” adlı şəxslə “Whatsapp” vasitəsi ilə əlaqə saxladığını, Kamranın Arazla əlaqəsinin olmadığını və onunla danışmadığını, aşkar olunan narkotik maddələri Kamranla birgə əldə etdiklərini, əlavə olaraq sərnişin qismində əyləşdiyi, Şahid4 idarə etdiyi “Xəzər” markalı, **-PX-*** nömrəli avtomobildə Kamran ilə birlikdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını, bu barədə sürücü Qəşəmin məlumatı olmadığını, ***-***-**-** mobil telefon nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona qarşı fiziki və psixi zor tədbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, aşkar olumuş heroinin özünə məxsus olduğunu, həmin narkotikləri Anarın tanışı İran İslam Respublikası vətəndaşı “Araz” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, sonuncu ilə hər hansı əlaqəsinin olmadığını, əlavə olaraq Qəşəmin idarə etdiyi, sərnişin qismində əyləşdiyi “Xəzər” markalı, **-PX-*** nömrəli avtomobildə narkotik maddə saxladıqlarını, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını, bu barədə sürcü Qəşəmin məlumatı olmadığını, ***-***-**-** mobil telefon nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-də yerləşən xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. İstintaq hərəkəti zamanı BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 01:20-dən saat 02:00-dək protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, sonuncular tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1 i.v. 48-54;).

28. “Avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş müvafiq qərar və Şahid4 razılıq ərizəsi əsasında 17 yanvar 2023-cü il tarixdə, saat 02:30-dan 02:50-dək müdafiəçilər X8 və X5, BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X14 tərəfindən həmin İdarənin baş əməliyyat müvəkkilli, polis kapitanı Şahid5, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkilləri, polis kapitanları Şahid2 Sahib oğlu, Şahid3 və Şahid4 iştirakı ilə Şahid4 məxsus **-PX-*** dövlət qeydiyyat nişanlı “Xəzər” markalı avtomobilə baxış keçirilmişdir. Protokoldan görünür ki, əvvəlcə avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vermələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin avtomobilin arxa hissəsindəki kütlələri təqdim etmişlər. Həmin kütlələrdən 2 (iki) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 3 (üç) bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər və 8 (səkkiz) bükümdə nisbətən iri həcmli yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 2 kq 74 qram (iki kq yetmiş dörd qram) olmuşdur. Daha sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 kq 500 qram (iki kq beş yüz bir qram) olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 11 kq 370 qram (on bir kq üç yüz yetmiş qram) olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş predmetlər qablaşdırılıb üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Avtomobilə baxış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Araz” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri deyiləcək yerə çatdırıb əvəzində pul almaq üçün götürdüyünü, “Araz” adlı şəxslə “Whatsapp vasitəsi ilə əlaqə saxladığını, Kamranın Arazla əlaqəsinin olmadığını və onunla danışmadığını, aşkar olunan narkotik maddələri Kamranla birgə əldə etdiklərini, bu barədə sürücü Qəşəmin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin narkotikləri Anarın tanışı İran İslam Respublikası vətəndaşı “Araz” adlı şəxsin vasitəsilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, sonuncu ilə hər hansı əlaqəsinin olmadığını, bu barədə sürücü Qəşəmin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir. Şahid4 verilən suallara cavab olaraq avtomobildə narkotik maddə saxlanılmasından məlumatı olmadığını bildirmişdir. İstintaq hərəkəti zamanı BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 03:00-dan saat 03:45-dək protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, sonuncular tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1 i.v. 61-64).

29. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 17 yanvar 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 13 dəqiqə 6 saniyə və 19 dəqiqə 39 saniyə olan həmin videoçəkilişin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə üzərilərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə avtomobildə keçirilmiş baxış və götürmə istintaq hərəkətləri zamanı xarici görkəmlərinin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, xüsusilə avtomobilə baxış zamanı fəal olmaları, onların hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 54;64).

30. “Məhkəmə-bioloji” ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 7/49 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2..... avtomobildən aşkar olunan maddi sübut......” yazı və imzalar olan 1 ədəd ağ rəngli sintetik torbada 8 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1248,8 qram, 1330,5 qram, 1420,0 qram, 1304,0 qram, 1200,2 qram, 1100,8 qram, 1300,7 qram və 1200,0 qram olmaqla, ümumi çəkisi 10105,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Marixuananın ümumi çəkisi - 10105,0 qram, tədqiqata sərf edildi -0,4 qram (hər birindən 0,05 qram), qalıq - 10104,6 qram. Aparılmış tədqiqatın dəyərinin 88 (səksən səkkiz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 75-79).

31. “Məhkəmə fiziki-kimyəvi” ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 6/259 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd ağ rəngli sintetik torbada olan: üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketi açdıqda içərisindən üzərində “Təqsirləndirilən şəxs1” qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 27,191 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər üzərində “Təqsirləndirilən şəxs2” qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 29,070 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 sərnişin qismində əyləşdiyi avtomobildən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd torbada üç ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 809,9 qram, 810,0 qram və 805,0 qram olmaqla, ümumi təmiz çəkisi 2424,9 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1010,0 qram və 1025,0 qram olmaqla ümumi təmiz çəkisi 2035,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim edilmiş dörd ədəd bağlama və bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 3 ədəd bağlamada olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi (Təqsirləndirilən şəxs1) - 27,191 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 27,141 qram. Heroinin təmiz çəkisi (Təqsirləndirilən şəxs2) - 29,070 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 29,020 qram. Heroinin təmiz çəkisi (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) - 2035,0 qram, tədqiqata sərf edildi- 0,1 qram, qalıq - 2034,9 qram. Metamfetaminin ümumi təmiz çəkisi (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) - 2424,9 qram, tədqiqata sərf edildi - 0,15 qram, qalıq - 2424,75 qram. Aparılmış tədqiqatın dəyərinin 65 (altmış beş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 80-85).

32. “Üzləşdirmə” 17 yanvar 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında hər ikisinin müdafiəçilərinin iştirakı ilə keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı hər ikisi məhkəməyədək icraat zamanı ilkin verdikləri ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə demişlər. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 təxminən bir neçə gün əvvəl Anar ilə söhbət edərkən sonuncu iranlı şəxsin ona dayanmadan yazdığını, Azərbaycana göndərdiyi malları götürüb onun dediyi yerə qoymasının qarşılığında pul verəcəyini bildirmiş, o həmin vaxtı əsgərlikdən təzə gəldiyindən hələ ki, işə düzələ bilməmiş, bu səbəbdən Anara kömək edə biləcəyini bildirmişdir. İranlı həmin işin müqabilində 3600 manat pul vəd etmiş, o da Anarla yol xərclərini çıxandan sonra yerdə qalan məbləği yarıbayarı böləcəklərinə dair razılaşmışdır (Cild 1, i.v.119-123).

33. “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” 17 yanvar 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçiələrinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 128-130; 148-150;).

34. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 4(005)- 64/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 16 yanvar 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 12 may 2023-cü il tarixli, 4(005)-677/2023 saylı və 10 avqust 2023-cü il tarixli, 4(005)-1207/2023 saylı qərarları ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 16 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. 12 may 2023-cü il tarixli, 4(005)-677/2023 saylı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərdilmişdir ki, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək, himayəsində azyaşlı övladının olmasının nəzərə alınmasını, eləcə də ona qarşı təzyiq və şiddətin olunmasını bildirərək təqdimatın təmin edilməməsini xahiş etmişdir (Cild 1, i.v.192-196; Cild 2, 62-67; 95-100;).

35. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 4(005)- 65/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 16 yanvar 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməldə özünü təqsirli bilməyərək həmin narkotik vasitəni öz istifadəsi üçün əldə edəcəyini bildirmiş və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Həmin məhkəmənin 12 may 2023-cü il tarixli, 4(005)-676/2023 saylı və 10 avqust 2023-cü il tarixli, 4(005)-1208/2023 saylı qərarları ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 16 oktyabr 2023-cü il tarixədək uzadılmışdır (Cild 1, i.v.197-202; Cild 2, 57-61; 102-106;).

36. “Maddi sübut hesab edilməsi haqqında” 19 yanvar 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, ********* nömrəli cinayət işi üzrə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətləri zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 10 kiloqram 104,6 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 2 kiloqram 91,061 qram narkotik vasitə heroin və qalıq çəkisi 2 kiloqram 424,75 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v. 213-216).

37. BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətovun 6 fevral 2023-cü il tarixli, 3- 13-7/2-1165/2023 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülən narkotik vasitə və psixotrop maddələri onların “Mseyn” və “Araz” adlı şəxslərin sifarişi ilə əldə etdikləri və pul müqabilində onların deyəcəyi yerə qoymaq və ya deyəcəyi şəxslərə vermək məqsədilə saxladıqları müəyyən edilmiş, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatları əldə edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Mseyn” və “Araz” adlı şəxslərin şəxsiyyətini müəyyən etmək və onları istintaqa təqdim etmək mümkün olmamışdır (Cild 1, i.v.239).

38. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə müsbət xaraterizə olunmaqla onun ailə tərkibi atası X6, anası X9 və bacıları Fatimə Nəzərli və Nəzrin Nəzərlidən ibarətdir (Cild 1, i.v. 244-248).

39. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X21 baş direktorunun 8 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına görə qeyd edilən xəstəxanada müalicədə olamamışlar (Cild 2, i.v.4).

40. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən məhkəmə qərarı ilə əldə edilərək ibtidai araşdırma orqanına daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məumatlar aşkar edilməmişdir (Cild 2, i.v.14).

41. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 3 mart 2023-cü il tarixli cavablarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış şəxslərdir (Cild 2, i.v. 15-18).

42. “Bank məlumatları barədə diskə baxış keçirilməsi” 6 mart 2023-cü il tarixli protokoldan görünür ki, “X13” ASC-dən məhkəmə qərarı ilə əldə edilərək HTİD/1805 nömrəli məktubla daxil olmuş və özündə "xxxx" KB ASC-yə məxsus bankomatlar vasitəsilə həyata keçirilmiş nağdlaşdırma əməliyyatları barədə fotogörüntüləri əks etdirən məlumatlara baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (Cild 2, i.v. 19-21).

43. “Mobil telefonlara baxış keçirilməsi barədə” 12 aprel 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, müstəntiq tərəfindən Ə.M.Nəcəfov tərəfindən Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd “Samsung Galaxy A52” və Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd “X25 8” markalı mobil telefonlara baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A52” markalı mobil telefonda “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı “Qeşemm” kimi qeyd edilmiş ***-***-**-** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs1 arasında yazışmalar müəyyən edilmişdir. Belə ki, 16 yanvar 2023-cü il tarixdə, saat 13:45-də Anar “Gör nə deyirəm? Beyləqana gedib-gələ bilərik,brat?" məzmununda səsli ismarıc göndərmişdir. Şahid4 cavabında ismarıc göndərərək bildirmişdir ki, “Nə vaxt getməlisən?”. Anar cavab olaraq “İndi brat, indilərdə getməliyəm” məzmununda səsli ismarıc göndərmişdir. Şahid4 ismarıc göndərərək bildirmişdir ki, “Yarım saata kimi deyirem sene”, “Masinin mende cermesi Var 80 manat Hepis qoyublar Ona Gore qalmisam”. Bundan sonra Anar ismarıc göndərərək bildirmişdir ki, “1000 manat pul olacaq”. Daha sonra Anar səsli ismarıc göndərərək bildirmişdir ki, “Yetim, gələndə 1000 manat pul olacaq, gələndə. Gedəndə yox, gələndə. Bildin? Onun 400-ü sənindir, brat. Bildin necə? 400 manatı sənindir, mənim qardaşım”. Şahid4 səsli ismarıcla cavab verərək bildirmişdir ki, “Bildim, qardaşım. İnan Allaha problem yoxdur. Gedək, “prosta” 80 manat maşınımın cəriməsi var, maşınıma həbs qoyublar mənim. Ona görə qalmışam. Birdə ki benzin pulu lazım olacaq bizə ora gedib çatmağımıza. Onlar biraz qalıb mənim gözümdə". Anar səsli ismarıcla “Necə edək, ay yetim? Bir fikirləş gör” cavabını vermiş, Şahid4 isə səsli ismarıc göndərərək bildirmişdir ki, “Benzin pulu heç, bircə 80 manat, inan Allaha, maşının cəriməsi var. Əsas vacib olan odur mənə. Harada tutsalar, aparacaqlar maşını”. Bundan sonra Təqsirləndirilən şəxs1 səsli ismarıclar göndərərək bildirmişdir ki, “İndi borc tapıb ödəyə bilməzsən, yetim? Gələndə verək", “Qəşəm, necə edək? Camaat gözləyir, brat”. Bundan başqa telefonun daxilində olan məlumatlara baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 götürülmüş “X25 8” markalı mobil telefonda olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (Cild 2, i.v. 28-30).

44. “Doğum haqqında” AZ-İV№677963 saylı şəhadətnamədən və AA614013 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ayla Əsgərli Təqsirləndirilən şəxs1 qızıdır (Cild 2, i.v.70).

45. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 7 avqust 2023-cü il tarixli qərardan görünür ki, Nərimanov rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X10 tərəfindən Təqsirləndirilən şəxs1 BNMİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında toplanmış 387-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıvı hissəsində göstərilmişdir ki, məhkəmə-tibbi ekspertizasının 2 avqust 2023-cü il tarixli 932 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində tibbi müayinə zamanı hər hansı xəsarət aşkar edilməmişdir (Cild 1, i.v.74-76).

46. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 18 mart 2023-cü il tarixli, 1631 və 1640 nömrəli ekspert rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müayinə zamanı narkotik vasitələrdən istifadə etmənin xarakterik əlamətləri və abstinensiya əlamətləri aşkar olunmur, narkotik vasitələrdən psixi və fiziki asılılıq yoxdur. Hal-hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi mülicəyə ehtiyacları yoxdur (Cild 2, i.v. 107- 110).

47. “Sübutların qiymətləndirilməsi haqqında” 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Avtomobilə baxış və götürmə aparılması haqqında” 17 yanvar 2023-cü il tarixli protokollara əlavə olunmuş həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 (iki) ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Eyni zamanda "xxxx" MMC, “Azerfon MMC və “X13” ASC-dən daxil olmuş ümumilikdə 3 (üç) ədəd diskin maddi sübut kimi tanınmadan cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 1 (bir) ədəd “Samsung Galaxy A52” və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 1 (bir) ədəd “X25 8” markalı mobil telefonların, habelə bank kartlarının onların yaxın qohumlarına və ya müdafiəçilərinə qaytarılması qərara alınmışdır (Cild 2, i.v. 113-132).

48. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 21 avqust 2023-cü il tarixli və 24 avqust 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (Cild 2, i.v. 139-141; 171-173).

49. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 ilə birgə imzaladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları üzləşməkdən imtina etmişdir (Cild 2, i.v.189;)

50. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinə görə və qrup üzvü “Mseyn” ləqəbli şəxsin, habelə qrupun digər üzvləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (Cild 2, i.v. 198-199;).

51. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ə.M.Nəcəfov tərəfindən 5 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, 7 sentyabr 2023-cü il tarixdə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.221- 238;).

52. Fəxri fərman və diplomlardan görünür ki, Təqsirləndirilən şəxs1 müxtəlif ölkədaxili idman yarışları üzrə müvafiq yerləri tutduğuna görə mükafatlandırılmışdır (Cild 3).

53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 604/2023 və 605/2023 saylı tibb kitabçalarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 18 yanvar 2023-cü il tarixdə həmin istintaq təcridxanasına daxil olmuş və təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adlarına tibbi kitabça açılmışdır. Həmin kitabçaların 12-ci bəndinddə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zədə almadığını bildirmişdir. Həmin kitabçaların 13-cü bəndində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəri səthinin müayinəsi zamanı hər hansı xəsarətin aşkar olunmaması qeyd edilmişdir (Cild 3).

54. Bakı şəhər 23 nömrəli şəhər poliknikasının ba həkimin arayışından görünür ki, X11 27 dekabr 2016-cı ildə “Şəkərli diabet İİ tip, diabetik polineyropatiya, arteria hipertenziya İİ tip, krizdən sonrakı vəziyyət, keçirilmiş insultun qalıq əlamətləri, aşağı ətraflarda venoz çatmamazlığı” diaqnozu ilə poliknikada dispanser qeydiyatındadır (Cild 3). Əməlin tövsifi və digər hüquqi məsələlər:

55. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

56. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

58. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

59. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

60. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.

61. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

62. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Həmin siyahının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

63. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində əldə edərək üzərilərində, o cümlədən onların sərnişin qismində əyləşdikləri Şahid4 idarə etdiyi avtomobildə saxlayaraq daşıdıqları ümumilikdə 2091,261 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının, ümumilikdə 10105,0 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının, habelə ümumilikdə 2424,9 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin külli miqdarından 1000 dəfələrlə artıq olması, eyni zamanda həmin narkotik vasitələrin müxtəlif növlərə aid olmaqla çoxsaylı bükümlərə bükülmüş halda aşkar edilməsi, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə istehlakçısı olmamaları və iş materiallarında olan digər sübutlar onların məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

64. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanunun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

65. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

66. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

67. Məhkəmə, Təqsirləndirilən şəxs1 Beyləqan rayonuna bir kiloqram narkotik vasitə marixuana götürmək üçün getməsi, lakin iranlının həmin əraziyə 5-6 kiloqram narkotik vasitə qoyması, üzərində ümumiyyətlə narkotik vasitə olmaması, üzərindən aşkar edilmiş narkotik vasitələrin polislər tərəfindən üzərinə qoyulması, dostu Kamranın ümumiyyətlə narkotik vasitə götürməyə getməsi barədə məlumatının olmaması, ittihamda göstərilən miqdarda narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmaması, yolda olarkən iranlı tərəfindən təqib edildiyini düşündüyündən narkotik vasitələri və psixotrop maddələri atmaması, ibtidai istintaq zamanı ifadələri təzyiq altında deməsi ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlər işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun və dostu Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

68. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs2 Beyləqan rayonuna əsgər yoldaşı ilə görüşmək üçün getməsi, ümumiyyətlə dostu Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələri götürmək üçün saxlanıldıqları əraziyə getməsindən xəbərinin olmaması, avtomobildə yatdığı üçün sonuncunun telefon vasitəsilə iranlı şəxslə danışığını eşitməməsini, avtomobildə narkotik vasitə və psixotrop maddə olması barədə Qaradağ rayonu ərazisindəki yol patrul xidməti postunda öyrənməsi ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlər işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun və dostu Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

69. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

70. Halbuki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı da onların hüquqlarını müdafiə etmiş müdafiəçilərinin iştirakı ilə məhkəməyədək icraat zamanı dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişlər. Hökmün 27-29, 32, 34-35, 45 və 53-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlər və sübutlarla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalmaları öz təsdiqini tapmamışdır.

71. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

72. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

73. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

74. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

75. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

76. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

77. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

78. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

79. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

80. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 23, Təqsirləndirilən şəxs2 21 yaşında olmaqla gənc olmalarını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamalarını, narkomaniya xəstəliyindən əziyyət çəkməmələrini, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs1 anasının müxtəlif xəstəliklərdən əziyyət çəkməsini və özünün idman yarışlarında nailiyyətlər əldə etməsini onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

81. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

82. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

83. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

84. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

85. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

86. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

87. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarları ilə barələrində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları 16 yanvar 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 12 may 2023 və 18 avqust 2023-cü il tarixli qərarları ilə təqsirləndirilən şəxslərin həbsdə saxlanılma müddəti 16 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 192-202; Cild 2, i.v. 57-67; 95-106; Cild 3).

88. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 16 yanvar 2023-cü il tarixdən hesablanmalıdır.

89. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

90. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla BMCMİ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkiləri 27,141 qram, 29,020 qram və 2034,9 qram olan (ümumi 2091,061 qram) narkotik vasitə heroin, tədqiqatlardan sonra qalıq çəkisi 10104,6 qram olan narkotik vasitə qurudulmuş marixuana və tədqiqatlardan sonra qalıq çəkisi 2424,75 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, “Şəxsi axtarış və götürmə” və “Avtomobilə baxış keçirilməsi və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntülərin köçürüldüyü 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

91. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

92. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 153 (bir yüz əlli üç) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

93. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

94. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

95. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

96. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 16 yanvar 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 16 yanvar 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkiləri 27,141 qram, 29,020 qram və 2034,9 qram olmaqla, cəmi 2091,061 qram olan narkotik vasitə heroin, tədqiqatlardan sonra qalıq çəkisi 10104,6 qram olan narkotik vasitə qurudulmuş marixuana və tədqiqatlardan sonra qalıq çəkisi 2424,75 qram olan psixotrop maddə metamfetamin məhv edilsin və 2 (iki) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılmasını nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 153 (bir yüz əlli üç) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci müştərək qaydada onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar