Məhkəmə qərarları › İş №1(101)-781/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-781/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-781/2022 19.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1 mənzil 224 də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi ev 11 də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə “Ramin” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq 400-800 manat gəlir əldə etmək müqabilində “Ramin” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 2021-ci ilin noyabr ayının əvvəllərində sonuncunun tapşırığı ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş, təmiz çəkisi 310 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təmiz çəkisi 290 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək yaşadığı ünvan 1 ünvanına daşımaqla orada saxlamış, 12 noyabr 2021-ci il tarixdə saat 00:40 radələrində “Ramin” adlı şəxsin tapşırığına əsasən yaşadığı evdə saxladığı narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürərək satmaq məqsədi ilə üzərində saxlamaqla yaşadığı mənzildən çıxaraq ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olarkən onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin inzibati binasına gətirilib orada xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində tutmuş olduğu sarı rəngli çantanın içərisindən təmiz çəkisi 310 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 290 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetam və üzərində narkotik vasitə heroinin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 12 noyabr 2021-ci il tarixdə saat təxminən 00:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onu Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına dəvət etmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o sağ əlində tutmuş olduğu içərisində 2 ədəd elektron tərəzi, 1 bükümdə heroin və 1 bükümdə metamfetamin olan sarı rəngli çantanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***- ***-**-** GSM mobil nömrə olan "Samsung" markalı mobil telefon, içərisində 10 manat pul, ona məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, **********275519 nömrəli və **********030524 nömrəli plastik bank kartları olan pul kisəsi və sol əlində tutmuş olduğu içərisində ***-***-**- ** GSM mobil nömrə olan Alcatel markalı planşet aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin və metamfetamin elektron tərəzidə çəkilmiş, sonra aşkar olunmuş həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün içərisində "Samsung" markalı mobil telefon, ona məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, **********275519 nömrəli və **********030524 nömrəli plastik bank kartları və "Alcatel" markalı planşet bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 10 manat pul, sarı rəngli çanta və pul kisəsi isə ona geri qaytarılmışdır. Ramin adlı şəxsi tanımamış, üzərində az miqdarda heroin və metamfetamin olmuş, onların birgə çəkiləri təxminən 2-3 qram olmuş, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, ona heç vaxt kimsə mesaj yazaraq narkotik vasitə istəməmiş, telefonuna gələn mesajları çox vaxt oxumamış, ondan əvvəl nömrəsini İlkin adlı dostu işlətmiş, İlkinin narkotik vasitənin satışı ilə məşğul olması barədə eşitmişdir. Telefonuna gələn mesajlarda onun adı çəkilməmiş, üzərində 1 bank kartı olmuş, ikinci kart isə ona məxsus olmamış, onu yerdən tapmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadə məqsədi ilə əldə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis mayoru rütbəsi daşıyır. Sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. xx.xx.1985-ci il tarixdə ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonunda külli miqdarda narkotik vasitələri üzərində saxlaması, daşıması və satması ilə bağlı daxil olmuş məlumat barədə aidiyyəti üzrə 11 noyabr 2021 -ci il tarixdə raportla Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə məruzə olunaraq, alınmış əməliyyat məlumatının yoxlanılmasına razılıq əldə edildikdən sonra, yaradılmış əməliyyat qrupu üzvləri ilə birlikdə 12 noyabr 2021 -ci il tarixdə 00:40 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39 ünvanının yaxınlığına gəldikdə orada xarici əlamətləri Təqsirləndirilən şəxs xarici əlamətləri ilə üst-üstə düşən şəxsi görüb ona yaxınlaşaraq özlərim təqdim edib polis əməkdaşları olduqlarını bildirirərək, həmin şəxsə özünü təqdim etməyi təklif olunduqda o, özünü təqdim edərək, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmayan, ünvan 8 ünvanında qeydiyyatda olub, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi ev 11 də yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, daşıması və satmasında şübhəli olması və onlarla birlikdə Azərbaycan Respublikası DİN-in Nizami RPİ-nin 25-ci PŞ-nə getməli olması barəsində məlumat verib, onu DİN-in Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişdir. Nizami RPİ-nin 25-ci PŞ-nin İnzibati binasının xidməti otağında təyin edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyalar varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X2 əlində tutmuş olduğu sarı rəngli əl çantasım stolun üzərinə qoymuşdur. Həmin əl çantasını Təqsirləndirilən şəxs açarkən oradan 2 ədəd elektron tərəzi, 1 bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə və 1 bükümdə, ağ rəngli, kristal şəkilli, psixotorop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 313 qram (üç yüz on üç qram) olmuşdur. Daha sonra metamfetaminə bənzər kütlə tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 298 (doxsan səkkiz) qram omuşdur. Bundan sonra həmin kütlələr qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir, Əynində olan şalvarın sağ yan cibdindən içərisində 050- 327- 74-78 GSM mobil nömrə olan “Samsung” markalı mobil telefon, içərisində 10 manat pul, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, **********275519 nömrəli və **********030524 nömrəli plastik bank kartları olan pul kisəsi və sol əlində tutmuş olduğu içərisində ***-***-**-** GSM mobil nömrə olan “Alcate!” markalı planşet aşkar olunaraq götürülmüşdür, jş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, **********275519 nömrəli və **********030524 nömrəli plastik bank kartları və “Alcatei” markalı planşet götürülmüşdür. 10 manat pul, sarı rəngli çanta və pu! kisəsi isə şübhəli şəxsə geri qaytarılmışdır, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitələrin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı olan “Ramin” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin şəxsdən 3 dəfə narkotik vasitə götürdüyünü, üzərindən aşkar olunmuş narkotik vasitələri sonuncunun göstərişlərinə uyğun olaraq tutulmasından 5 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi müəyyən ünvandan əldə etdiyini, narkotik vasitələrin satışının hər kiloqramına görə 400 manat pul qazanmasını, ürnumillikdə isə narkotik vasitələrin qanunsuz dövriyyəsindən 800 manat pul əldə etdiyini, həmin pulların **********030524 nömrəli plastik bank kartına yükləndiyini, narkotik vasitə aludəçisi olduğunu, başqa yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs iiə 3 ildir ki, evlidir və o tutulmamışdan əvvəl onlar birlikdə yaşamışlar. Rəşad evliliyin ilk illərində klubda administrator vəzifəsində çalışmışdır, Onların münasibətləri əvvəllər yaxşı olmuşdur. Lakin 2021 -ci ilin sentyabr və ya oktyabr ayından Rəşad artıq işindən çıxmış və özünü şübhəli aparmaqla evə gec gəlməyə başlamışdır. O bununla bağlı Təqsirləndirilən şəxsla tez-tez mübahisə etmiş və Rəşadın evə gec gəlməsi və bu kimi digər məsələlərlə əlaqədar araıarında davalar da düşmüşdür. Rəşad gecələr yatmır, gözləri qızarır, halsız olur və s. bu kimi onun səhhətində dəyişikliklər olmuşdur. Həmin vaxtlar o Təqsirləndirilən şəxs başqa qadınlarla görüşməyindən şübhələnmiş və o evə gec gələrkən ona smslər yazıb nə üçün başqa əxlaqsız qadınlarla birlikdə olmasını və evə gəlməməsini bildirmişdir. Rəşaddan bu barədə soruşarkən o şəxsi işləri olmasını və onun işlərinə qarışmamağını bildirib ona hirslənmişdir. Onun şübhəli işləri olmasını düşünsə də nə Rəşad bu barədə ona deyir, nə də o Təqsirləndirilən şəxs nə işlər görməsini bilirmiş. Sonradan isə polis əməkdaşları Rəşadı narkotik vasitələrin qanunsuz dövriyyəsi əməllərinə görə həbs etmişdir. O, Təqsirləndirilən şəxs və evdə ona məxsus şübhəli əşya görməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5013 saylı 12 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi,,.» sözləri yazılmış kağız paketdəkı 1 ədəd bükümdə təmiz çəkisi 310 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 290 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə metamfetamindir. İki ədəd elektron tərəzinin səthində narkotik vasiti heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Heroin 28 iyun 2005-cı İl tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in siyahısına daxildir. (İş vərəqə- 38-44) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X7»in 20 noyabr 2021-ci il tarixli 4587 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metemfetamin birgə qəbulu nəticəsində qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş vərəqə- 143-144) 12 noyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkilləri və müdafiəçisinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində tutmuş olduğu içərisində 2 ədəd elektron tərəzi, 1 bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə və 1 bükümdə, ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sarı rəngli çantanı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** GSM mobil nömrə olan “Samsung” markalı mobil telefon, içərisində 10 manat pul, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, **********275519 nömrəli və **********030524 nömrəli plastik bank kartları olan pul kisəsi və sol əlində tutmuş olduğu içərisində 055- ***-**-** GSM mobil nömrə olan “Alcatel” markalı planşet aşkar olunaraq götürülür. Sonra həmin heroinə bənzər kütlə elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə çəkisi 313 qram olur. Daha sonra metamfetaminə bənzər kütlə tərəzidə çəkilir və çəkisi 298 qram olur. Bundan sonra həmin kütlələr qablaşdırılır, möhürlənir, üzərində müvafiq qeydlər aparılır, şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanaraq götürülür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, **********275519 nömrəli və **********030524 nömrəli plastik bank kartları və “Alcatel” markalı planşet götürülür, 10 manat pul, sarı rəngli çanta və pul kisəsi isə şübhəli şəxsə geri qaytarılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmasını və İran İslam Respublikası vətəndaşı olan “Ramin" adlı şəxsin vasitəsi ilə götürdüyünü, narkotik vasitəni götürdükdən sonra hər kiloqramına görə 400 manat pul əldə etdiyini, indiyə kimi ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsindən 800 manat pul əldə etdiyini, həmin pulları **********030524 nömrəli plastik bank kartına yükləndiyini, narkotik vasitə aludəçisi olduğunu, başqa yerdə narkotik vasitə saxlamadığı bildirir. (İş vərəqə 30,31) İş materiallarında olan 04 fevral 2022-ci il tarixdə tərtib olunmuş «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkilləri və müdafiəçisinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir, Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində tutmuş olduğu sarı rəngli ə! çantasını stolun üzərinə qoyur. Həmin əl çantasını Təqsirləndirilən şəxs açarkən oradan 2 ədəd elektron tərəzi, 1 bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə və 1 bükümdə, ağ rəngli, kristal şəkilli, psixotorop maddə olan metamfetaminə bənzər kütlə kütlələr aşkar olunur. Sonra həmin heroinə bənzər kütlə elektron tərəzidə çəkilir. Heroinə bənzər kütlə çəkisi qablaşdırma ilə birlikdə 313 qram (üç yüz on üç qram) olur. Daha sonra metamfetaminə bənzər kütlə tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə çəkisi 298 (doxsan səkkiz) qram olur. Bundan sonra həmin kütlələr qablaşdırılır, möhürlənir, üzərində müvafiq qeydlər aparılır, şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanaraq götürülür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və əynində olan şalvarın sağ yan cibdindən "Samsung” markalı mobil telefon, içərisində 10 manat pul, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, **********275519 nömrəli və **********030524 nömrəli plastik bank kartları olan pul kisəsi və sol əlində tutmuş olduğu "Alcatel” markalı planşet aşkar olunaraq götürülür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün ‘'Samsung” markalı mobil telefon, Rəşad Xəlilova məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, **********275519 nömrəli və **********030524 nömrəli plastik bank kartları və “Alcatel” markalı planşet götürülür. 10 manat pul, sarı rəngli çanta və pul kisəsi isə şübhəli şəxsə geri qaytarılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitələrin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı olan "Ramin” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin şəxsdən 3 dəfə narkotik vasitə götürdüyünü, narkotik vasitələri sonuncunun göstərişlərinə uyğun olaraq tutulmasından 5 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi müəyyən ünvandan əldə etdiyini, narkotik vasitələrin satışının hər kiloqramına görə 400 manat pul qazanmasını, ümumillikdə isə narkotik vasitələrin qanunsuz dövriyyəsindən 800 manat pul əldə etdiyini, həmin pulların **********030524 nömrəli plastik bank kartına yükləndiyini, narkotik vasitə aludəçısı olduğunu, başqa yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdi. (İş vərəqə-126) 04 fevral 2022-ci il tarixdə tərtib olunmuş «CD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, "xxxx" MMC-dən BKC/LGL-22779/21 nömrəli 21.12.2021-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd CD diskə baxış keçirilən zamanı üzərində "xxxx" fərqləndirici yazı olan 1 ədəd CD disk CD oxuyucusuna qoyulmuş və CD açılan zaman «SMS_Tarixçəsi **********1633 559543654», «SMS_Tarixçəsi **********1636 559543654»,«Zənglərin_Detallaşması********************654»,«Zənglərin_Məxsusluq_Tarix çələri ********************654__BKC» adlı fayllar olması müəyyən edilmiş, «SMSJTarixçəsi ********************654» adlı fayl açıldıqda **********01 mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş **********54 mobil nömrəyə "Qaqaw 30m verima yarlm kola 04 patl alınar”, **********40 mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş **********54 mobil nömrəyə "2 kola Qaqawim neyniyey vacib bir lazlmdlye”, **********24 mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş **********54 mobil nömrəyə “Ata men yoldeyam qardasim usdymde 48 manat pul var razindeyem ata 1 kakos isdırem yarida daw sabunçuda usaglar isdiyir divilenya eliyerdim umkan varsa” sms mətninin olması müəyyən olunmuş, "SMS Tarixçəsi ********************654” adlı fayl açıldıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş **********54 mobil nömrədən **********24 mobil nömrəyə "Ata 1 qram kakos yar”, Təqsirləndirilən şəxs istifadəsində olmuş **********54 mobil nömrədən **********24 mobil nömrəyə "Pati lazimdi a sene' kimi sms mətnlərinin olması müəyyən olunmuşdur. Digər qovluqlar açılarkən orada müxtəlif mobil nömrələrlə giriş-çıxış zənglərinin olması müəyyən olunmuş, başqa iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir danışığın müəyyən edilməsi mümkün olmamışdır. (İş vərəqə-131) Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X5 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X5 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarının 2-3 qram olması, ona heç vaxt kimsənin mesaj yazaraq narkotik vasitə istəməməsi barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi onun ibtidai istintaqa verdiyi ifadəsi, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması barədə” protokol, «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokol, məhkəmə ekspertizasının rəyi, «CD diskə baxış keçirilməsi haqqında» protokol və digər mötəbər sübutlar ilə tam təkzib olunur. Belə ki, 12 noyabr 2021-ci il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs izahatından, 13 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolundan görünür ki, 12 noyabr 2021-ci il tarixdə saat təxminən 00:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onu Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına dəvət etmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o sağ əlində tutmuş olduğu içərisində 2 ədəd elektron tərəzi, 1 bükümdə heroin və 1 bükümdə metamfetamin olan sarı rəngli çantanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** GSM mobil nömrə olan "Samsung" markalı mobil telefon, içərisində 10 manat pul, ona məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, **********275519 nömrəli və **********030524 nömrəli plastik bank kartları olan pul kisəsi və sol əlində tutmuş olduğu içərisində ***-***-**-** GSM mobil nömrə olan Alcatel markalı planşet aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin və metamfetamin elektron tərəzidə çəkilmiş, sonra aşkar olunmuş həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün içərisində "Samsung" markalı mobil telefon, ona məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, **********275519 nömrəli və **********030524 nömrəli plastik bank kartları və "Alcatel" markalı planşet bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 10 manat pul, sarı rəngli çanta və pul kisəsi isə ona geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzilərin ona məxsus olduğunu, həmin kütlələri tutulmasından 5 gün əvvəl İran İslam Respublikası vətəndaşı olan "Ramin” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, hazırkı vaxta kimi İran İslam Respublikası vətəndaşı olan "Ramin" adlı şəxsin vasitəsi ilə 3 dəfə narkotik vasitə götürdüyünü, narkotik vasitəni götürdükdən sonra sonuncunun göstərişi ilə müəyyən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında narkotik vasitələrin hər kiloqramına görə 400 (dörd yüz)manat pul əldə etdiyini, indiyə kimi ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsindən 800 (səkkiz yüz) manat əldə etdiyini, həmin pulların **********030524 nömrəli plastik bank kartına yükləndiyim, narkotik vasitə aludəçisi olduğunu, psixotrop maddə olan metamfetamindən təxminən 2 ildir ki, istifadə etdiyini, başqa yedə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 02.12.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş vərəqə- 84) Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X7»in 20 noyabr 2021-ci il tarixli 4587 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacları olduğundan, ona narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 310 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 290 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 309,9 qram olan heroin və qalıq çəkisi 289,9 qram olan metamfetamin, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 manat 82 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 noyabr 2021-ci il tarixli, 4(007)-364/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 21,74-79) Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cəzaçəkmə müddətinin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş qalıq çəkisi 309,9 qram olan heroin və qalıq çəkisi 289,9 qram olan metamfetamin, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 manat 82 qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar