Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-781/2023 01.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 14.15 Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 07 il 10 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 181.2.4-cü maddəsi hökmdən xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 1(008)-638/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Şəhriyar küçəsi, ev 11-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı massivi, ev 6/1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, naməlum vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq təmiz çəkisi 6,210 qram külli miqdarda psixotrop maddə metafetamin, təmiz çəkisi 6,993 qram narkotik vasitə asetilə edilən tiryək, ümumi təsiredici miqdarı 0,16 qram dörd ədəd həb halında sintetik narkotik vasitə metadon və təmiz çəkisi 9450 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək həmin narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 210 nömrəli yaşayış binasının qarşısında olan dəmir köşkün arxasına daşımaqla gizlətmiş, digər narkotik vasitə və psixotrop maddələri isə üzərində saxlamaqla daşımış, 14 sentyabr 2022-ci ildə saat 00:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 62 nömrəli ünvanda yerləşən “Rahat” marketin qarşısında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın arxa sol cibində olan bir ədəd qara rəngli qutunun içərisində bir ədəd plastik qabda təmiz çəkisi 6,210 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, üç ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,490 qram, 2,496 qram və 2,007 qram xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan ümumi təmiz çəkisi 6,993 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək, iki ədəd üzərində F40 yazılan tünd qəhvəyi rəngli, bir ədəd açıq qəhvəyi rəngli dairəvi formalı və bir ədəd konvalyut kəsiyində olan açıq qəhvəyi rəngli dairəvi formalı dörd ədəd tərkibində təsiredici maddənin ümumi miqdarı 0,16 qram olan sintetik narkotik vasitə metadon və səthində psixotrop maddə metamfetminə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 02:20 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən onun iştirakı ilə narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 210 nömrəli yaşayış binasının qarşısındakı yerə baxış keçirilən zaman dəmir köşkün arxasından bir ədəd ağ rəngli kisənin içərisində təmiz çəkisi 9450 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İttiham aktında qeyd olunanlarla razıdır, lakin ittiham aktında qeyd olunduğu kimi marixuanadan istifadə etməmişdir. Belə ki, o, narkotik vasitə olan tiryəki, psixotrop maddə metamfetamini Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında “Əbdül” adlı şəxsdən alıb qəbul etmişdir. 13 sentyabr 2022-ci ildə saat 22 radələrində o, Bakı şəhəri, Nizami rayonu metronun “Neftçilər” stansiyasının yaxınlığında özünü ona Əbdül kimi təqdim edən şəxslə görüşüb, ondan narkotik vasitə tiryək, psixotrop maddə metamfetamin istəmişdir. Əbdül ona demişdir ki, gözləsin tapıb gətirəcək və çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra Əbdül gəlib ona qara rəngli karton qutunu uzadaraq bildirmişdir ki, qutuda hər növ narkotik vasitə var. O, həmin qutunun içərisinə baxan zaman görmüşdür ki, qutuda narkotik tiryək, metamfetamin, metadon və bir ədəd kiçik formada elektron tərəzi var. O, Əbdüldən narkotik vasitə və psixotrop maddənin qiymətini soruşmuş, Əbdül bildirmişdir ki, 300 manat vermişdir. O da Əbdüllə 250 manata razılaşmış və 250 manatı Əbdülə verib şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 14 sentyabr 2022ci il saat 00:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Rahat” marketin qarşısında olarkən mülki geyimdə və polis formasında olan şəxslər ona yaxınlaşıb özlərini Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin polis əməkdaşları kimi təqdim etmişlər və ondan adını və soyadını soruşmuşlar. O da polis əməkdaşlarına anket məlumatlarını demiş və polis əməkdaşları üzərində şəxsi axtarış aparılması üçün onu Nizami Rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Nizami Rayon Polis İdarəsinə getmiş və orada səmimi olaraq tiryək, metamfetamin, metadon və bir ədəd kiçik formada elektron tərəzinin ona məxsus olmasını etiraf etmişdir. Həmin narkotiklər onun üzərindən çıxarılmış, lakin marixuana onda olmamışdır. Narkotik vasitələrdən tez-tez istifadə edirmiş. Əməlindən peşmandır. Elan olunmuş cinayət işinin 36-37-ci vərəqələrində olan şəxsi axtarış keçirilməsi barədə protokola əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolu qismən təsdiq edir, onda marixuana olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 42-43-cü vərəqələrində olan izahatında, 59-61 və 69-71-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... Bundan sonra Əbdül ona demişdir ki, onda külli miqdarda qurudulmuş marixuana var, həmin marixuananı ona nisyə sata bilər. Bir kisə qurudulmuş marixuananı ümumilikdə 8000 manata ona təklif etmişdir. O, Əbdülün təklifi ilə razılaşdıqda Əbdül onu Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında olan “İnterturan” mebel mağazasının yaxınlığındakı həyətə aparıb orada ağacların yanında gözləməsini bildirmişdir. O, həmin yerdə gözlədikdə Əbdül ona əlində kisə ilə yaxınlaşıb həmin kisəni ona vermişdir. O, bir daha onunla razılaşıb həmin kisədəki marixuananı ondan götürmüş və bildirmişdir ki, sataraq sonradan pulunu verəcək. Əbdül uzaqlaşdıqdan sonra o, biraz aralıda həmin marixuananı dəmir köşkün arxasında gizlətmişdir ki, səhəri gün gəlib onun götürəcək. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır, izahatı və ifadələri qismən təsdiq edir. Oxumadan imza etmişdir. Onda marixuana olmamışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nizami Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında 14 sentyabr 2022-ci il tarixdə axşam saat 00:00-00:01 radələrində Qara Qarayev prospektində yerləşən “Rahat” marketin qarşısında olan şəxsə özlərini təqdim etmişlər və şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Onlar şəxsi Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təhqiqatçı və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərindəkiləri təqdim edib etiraf etmişdir ki, qutuda narkotik vasitələr tiryək, metadon, psixotrop maddə olan metamfetamin var və onları “Əbdül” adlı şəxsdən 250 manata almışdır. Marixuana olmuşdur. Aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq, götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılar protokolu imza etmişlər. Marixuananı “Neftçilər” staniyasının yaxınlığında Təqsirləndirilən şəxs qeyd etdiyi yerdən aşkar edib götürmüşlər. Məhkəmnə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMBnin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Nizami Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında ondan, Şahid1, Şahid3, Şahid2 və X1 ibarət əməliyyat qrupu yaradılmışdır. 14 sentyabr axşam saat 00:00-00:01 radələrində Qara Qarayev prospektində yerləşən “Rahat” marketin qarşısında onlarda olan əlamətlərə oxşar olan şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, şəxs də özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Onlar şəxsi Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təhqiqatçı və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq şalvarının arxa cibindən qara qutunu çıxraraq təqdim edib etiraf etmişdir ki, qutuda narkotik vasitələr tiryək, “patı”, metadon var. Həmçinin, Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitələri “Əbdül” adlı şəxsdən 250 manata istifadəsi üçün aldığını etiraf etmişdir. Aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq, götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılar protokolu imza etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış X2 ifadəsindən görünür ki, sonuncu iş üzrə şahid qismində dindirilmiş Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 14 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, Bakı şəhəri, Nizami rayonunda “Nihad” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin rəisi, polis polkovniki Ziya Əliyevin 14 sentyabr 2022-ci il tarixli, Ə485-087- 22 saylı Əmrindən görünür ki, Bakı şəhəri, Nizami rayonunda “Nihad” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və pixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 14 sentyabr 2022-ci il tarixli təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonunda “Nihad” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və pixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 104-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 5(007)-452/2022 saylı qərarından görünür ki, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş 14 sentyabr 2022-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin 35-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçisinin iştirakını tələb etmədiyini bildirmişdir. Cinayət işinin 36-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 sentyabr 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçlməsindən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş predmetin olub-olmaması soruşulmuş, bundan sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sol cibində saxladığı 1 ədəd qara rəngli qutunu çıxarıb masanın üzərinə qoymuş, həmin qutunun içərisinə baxış keçirildikdə, 4 ədəd qəhvəyi rəngli dərman həbləri, 1 ədəd göy qapaqlı girdə plastik qabın içərisində kristal halında maddə, 3 ədəd şəffaf polietilen büküm və elektron tərəzi aşkar edilmişdir. Həmin bükümlərin hər birinin içərisinə baxış keçirildikdə, spesifik qoxulu, qəhvəyi rəngli maddələr olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş 4 ədəd dərman həblərinin narkotik vasitə metadon olduğunu, kristal halında olan maddənin metamfetamin olduğunu, bükümdəki maddələrin heroin olduğunu, onları adını “Əbdül” kimi tanıdığı şəxsdən ümumilikdə 250 manata alıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən axtarış zamanı digər əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs “Əbdül” adlı şəxsdən narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “İnterturan” mebel mağazasının yaxınlığında gizlətdiyini, həmin yeri göstərə biləcəyini bildirmişdir. Aşkar edilmiş bükümlər və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 39-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq narkotik vasitəni gizlətdiyi yerə keçiriləcək baxış axtarış zamanı müdafiəçisinin iştirakını tələb etmədiyini bildirmişdir. Cinayət işinin 40-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 sentyabr 2022-ci il tarixli şəxsin göstərdiyi ünvanda baxış və götürülmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi ünvana baxış keçirildikdə, həmin ünvanın ünvan 5 Təqsirləndirilən şəxs binanın qarşısındakı ağacların arasında, dəmir köçkün arxasına keçib bir ədəd ağ rəngli iri kisəni göstərmişdir. Həmin kisənin içərisinə baxış keçirildikdə, tam dolu, spesifik iyə malik, yaşıl rəngli ot kütləsi olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu, həmin marixuananı “Əbdül” adlı şəxsdən nisyə alaraq, satmaq niyyəti ilə həmin yerdə gizlətdiyini bildirmişdir. Aşkar edilmiş maddə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 48-52-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli, 6/5179-7/1029 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “İştirakçılar imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan torbada təmiz çəkisi 9450 qram (9 kq 450 qram) bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanandır. Tədqiqata təqdim edilmiş üzərində “...İştirak etdi Təqsirləndirilən şəxs... ” yazı və imzalar olan zərfdə 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,490 qram, 2,496 qram və 2,007 qram olmaqla, ümumi təmiz çəkisi 6,993 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. 01 ədəd yumru plastik qabda təmiz çəkisi 6,210 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 ədəd tünd qəhvəyi rəngli üzərində F40 yazılan həb,01 ədəd açıq qəhvəyi rəngli dairəvi formalı və 01 ədəd konvalyut kəsiyində olan açıq qəhvəyi rəngli dairəvi formalı həblər (cəmi 04 ədəd həb) sintetik narkotik vasitə metadondur. Təqdim olunmuş 04 ədəd həbin tərkibində metadonun təsiredici maddənin ümumi miqdarı 0,16 qramdır. Həmin zərfin içərisində olan 01 ədəd elektron tərəzinin səthində psixotrop maddə olan metamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Təqdim edilmiş asetilə edilən triyəklər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponenetlərinə görə eynidir. Asetilə edilən triyək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ); Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (siyahı İ); Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (siyahı İİ) daxildir. Cinayət işinin 112-113-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 oktyabr 2022-ci il tarixli DVD diskı baxış keçirilməsi haqqında protokoldan görünür ki, 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş predmetin olub-olmaması soruşulur, bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən 1 ədəd qara rəngli qutunu çıxarıb masanın üzərinə qoyur, həmin qutunun içərisinə baxış keçirildikdə, 4 ədəd qəhvəyi rəngli dərman həbləri, 1 ədəd göy qapaqlı plastik qabın içərisində kristal halında maddə, 3 ədəd şəffaf polietilen büküm və elektron tərəzi aşkar edilir. Həmin bükümlərin hər birinin içərisinə baxış keçirildikdə, qəhvəyi rəngli maddələr olması müəyyən edilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş 4 ədəd dərman həblərinin narkotik vasitə metadon olduğunu, kristal halında olan maddənin metamfetamin olduğunu, bükümdəki maddələrin heroin olduğunu, onları adını “Əbdül” kimi tanıdığı şəxsdən ümumilikdə 250 manata alıb istifadəsi üçün üzərində saxladığını, həmçinin, “Əbdül” adlı şəxsdən narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “İnterturan” mebel mağazasının yaxınlığında gizlətdiyini, həmin yeri göstərə biləcəyini bildirir. Təqsirləndirilən şəxs üzərindən axtarış zamanı digər əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 147-148-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, SMS mətnlərinə dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** telefon nömrəsinə 14 iyun 2022-ci il tarixdan 14 sentyabr 2022-ci il tarixədək daxil olan və çıxan sms mətnlərinə baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: -xx.xx.2022-ci ildə saat 23:46:26-da +**********90 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 saylı nömrəyə “Mrsjivi inid oxuyuram.... o patidan istifade edeninde ... menide senle bereber atib qacdi bundan ikinci defendi mene o hereketi edir mende seninde xeverin olsun gorsen denen …” məzmunlu mesaj; -xx.xx.2022-ci ildə saat 19:35:05-də +**********75 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 saylı nömrəyə “ ....srn menim ya pulumu ya malimi vermesen hörmetsizlik OLACAQ sen bunu isredin” məzmunlu mesaj; -xx.xx.2022-ci ildə saat 14:44:44-də +**********85 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 saylı nömrəyə “pati ezib cekdim bur” məzmunlu mesaj; -xx-xx-2022-ci ildə saat 10:13:19-da Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 saylı nömrədən +**********02 saylı nömrəyə “Hardasan qaqaş patynan İ dene deyşey imkan var başa baş etmeye soru” məzmunlu mesaj; -xx-xx-2022-ci ildə saat 14:44:39-da Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 saylı nömrədən +**********85 saylı nömrəyə “Nenisen qaqaw evdesen biraz tema saxlamiwam sene dunen geceden ogun ancaq sen meni firatdin teman ola ola ureymi paldatdin hersimden yarim qiram mal 03 pati ezib cekdim burnuma otaxda … senol heresinen bir bir varydi … pulsuz men bidene sene axiz acmiwam mala” məzmunlu mesaj; -xx-xx-2022-ci ildə saat 14:44:46-da Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 saylı nömrədən +**********85 saylı nömrəyə “bilrdim ee sendede azdi mal gözdurdum cixardasan onda mende cixardim deyim halaldi sene mende fikrlewdin gordum yox e gedrem tek qalsin malin elesin cixdim yene men colde gizetdim dawnan mal ki birden axrda olarsan deyerdim gedib gotrerdin sende mene cox elemisen” məzmunlu mesaj; -xx-xx-2022-ci ildə saat 22:58:12-də Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 nömrədən +**********71 saylı nömrəyə göndərilmiş “He qardawim tema deyrdim ha saata qarwlix onda indi gotrecem hemde bir yerdeyiy uvan qoyur beyaxdan yaxwi olacaq” məzmunlu mesaj; -xx-xx-2022-ci ildə saat 14:05:31-də Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 nömrədən +**********49 saylı nömrəyə “Qaqaw isafdan girdim patda qoyarsan gardawmsan” məzmunlu mesajlar göndərilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb eən başqa məlumatlar aşkar edilməmişdir. Cinayət işinin 176-177-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 07 yanvar 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, onda narkotik vasitə tiryək, metamfetamin, metadon olduğunu, ancaq marixuananın olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrıayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “metamfetamin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, asetilə edilən tiryək in 0,5 qramı şəxsi istehlak miqdarından artıq, 50 qramından artıq miqdarda külli miqdar, qurudulmuş marixuananın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 125-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 03 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 07 il 10 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 181.2.4-cü maddəsi hökmdən xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsindən daxil olmuş 24 fevral 2023-cü il tarixli, 3-16-17/48/232- 2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad edilərək, 09 dekabr 2021-ci il tarixdə Penitensiar Xidmətin 8 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsindən azad edilmişdir. Həmçinin, cinayət işinin 133-138-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 1(008)-638/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətlərin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs hazırda ittiham edildiyi cinayəti Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 1(008)-638/2022 saylı hökmündən qabaq törətdiyindən məhkəmə ona CM-nin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 09 fevral 2023-cü il tarixli, 21-1/3-3123/8 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 1(008)-638/2022 saylı hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Təqsirləndirilən şəxs Probasiya İdarəsində qeydiyyatdan keçmədiyindən çəkilməmiş qalmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 09 (doqquz) ay müddət azadlığın məhdudlaşdırılması cəzası tamamilə çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 (doqquz) ay müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda 04 (dörd) ay 15 (on beş) gün edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 09 9doqquz) ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 (doqquz) ay müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 04 (dörd) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Cinayət işinin 108-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X5 Şəxsindən daxil olmuş 07 oktyabr 2022-ci il tarixli, 9423 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 144-145-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 noyabr 2022-ci il tarixli 6916 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirilən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyyən edilmiş daha ciddi caza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 14 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 26-cı vərəqəsində olan 14 sentyabr 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 82-86-cı vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 sentaybr 2022-ci il tarixli 4(007)-502/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 6,993 qram narkotik vasitə asetilə edilən tiryək; 6,210 qram psixotrop maddə metamfetamin; 04 ədəd sintetik narkotik vasitə metadon həbi; 9450 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməli, iki ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 1(008)-638/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs 09 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 (doqquz) ay hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 04 (dörd) ay 15 ( on beş) gün müddət Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 6,993 qram narkotik vasitə asetilə edilən tiryək; 6,210 qram psixotrop maddə metamfetamin; 04 ədəd sintetik narkotik vasitə metadon həbi; 9450 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin. İki ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-781/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-781/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver