Məhkəmə qərarları › İş №1(101)-781/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-781/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-781/2024 18.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittıhamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, azərbaycan-fars dilləri üzrə tərcüməçi X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər - Bakı şəhəri, 15 saylı Vəkil Bürosnun vəkili Müdafiəçi1 və Bakı şəhəri, "Fides" Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 12 fevral 1993-cü il tarixdə İran İslam Respublikasında doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125, mənzil 59 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, 20 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125, mənzil 59 ünvanında faktiki yaşamış, 20 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 370 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda - 810,829 qram çəkidə narkotik vasitə tiryəki satış məqsədilə qanunsuz olaraq əldə edib üzərlərində qanunsuz daşımaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125, mənzil 59 ünvanında qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün saat 17:45-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125 ünvanının qarşısında saxlanılaraq onların razılığı və iştirakı ilə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125, mənzil 59 ünvanında 20 yanvar 2023-cü il tarixdə saat 18:00-dan etibarən keçirilən baxış zamanı evin yataq otağında olan paltar dolabından 4 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 110 qram, 70 qram, 95 qram, 95 qram olmaqla, ümumi təmiz çəkisi 370 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 30,829 qram və 780 qram olmaqla, ümumi təmiz çəkisi 810,829 qram təşkil edən narkotik vasitə tiryək və üzərində narkotik vasitə tiryək izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Asiflə birlikdə 20 Yanvar günü məşq edən zaman polis əməkdaşları yaxınlaşıb onları saxlamış və onları ayrı-ayrı maşınlara mindirmişlər. Polis əməkdaşları maşında olan zaman onu vurmuş və ondan evin yerini soruşmuşlar. O, polis əməkdaşlarına evin Bakıxanov qəsəbəsində olduğunu bildirmişdir. Evin yerini deyəndən sonra da polis əməkdaşları onu vurmuş, sonra ondan narkotikin yerini soruşmuşlar. O, polis əməkdaşlarına onda narkotik vasitə olmadığını bildirmişdir. Sonra evə gətirilmiş, yenə evdə narkotikin harada olduğunu soruşmuşlar. O, bir daha onlarda narkotikin olmadığını bildirmişdir. Sonra o, idman edən vaxt qəbul etdikləri dərmanları, proteinləri və digər idman dərmanlarını təqdim etmişdir. Polis əməkdaşları yenə razılaşmayaaraq təkrar onu döymüşlər. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs2 tutulmamışdan 4 ay əvvəldən Azərbaycana gəlib-getdiyini, özünün İranda Ərdəbil şəhərində yaşadığını, təzyiq altında qalıb polislərin dedikləri ilə razılaşdığını, polis işçilərinin ondan narkotik istifadəçilərinin adlarını soruşduğunu, o da, Məhəmməd adını dediyini, özlərinin idmançı olduqlarını və yarışa hazırlaşdıqlarını, may ayında İngiltərədə keçirilən yarışa getməli olduqlarını, videoçəkilişin evdə aparıldığını, evə gətirilənə qədər polis əməkdaşlarının onu yolda maşında döydüklərini, sonra evə gətirildiyini, evdə də narkotiki boynuna almadığı üçün yenə döyüldüklərini, polis əməkdaşlarının əvvəlcədən narkotiki şkafa yerləşdirdiklərini, sonra çəkiliş apardıqlarını, təzyiqlər olduğu üçün bütün deyilənlərlə razılaşdığını, döyülməyi ilə bağlı şikayət etmədiyini, narkoloji ekspertizadan keçirildiyini, onların «Həzi Aslanov» metrosunun yanında təxminən saat 17:00-17:30-da zalda məşq edən vaxt tutulduqlarını, mənzilə baxış keçirilən zaman vəkilin iştirak etmədiyini, videoçəkilişdə tərcüməçinin iştirak etdiyini, üzləşmənin bir dəfə olduğunu, həmin vaxt müdafiəçisinin orada olmadığını, tutulmağı ilə bağlı səfirliyə məlumat verilmədiyini və çəkiliş vaxtı narkotik vasitənin şkafdan aşkar olunduğunu, həmçinin polis əməkdaşı Şahid1 ona təzyiq etdiyini, zaldan idarəyə gedən zaman maşını kənara çəkərək Şahid1 gəlib maşında oturduğunu və onu yumruqla vurduğunu, həmin şəxsin yumruq vurub malların harada olduğunu ondan soruşduğunu məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək xx.xx.2023-cü il tarixli şübhəli şəxs və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o, hər hansı narkotik vasitədən yaxud psixotrop maddələrdən istifadə etmir. İranda yaşayan tanışı Məhəmməddən bir dəfə borc pul istəmişdir. Məhəmməd də bir neçə ay öncə Bakı şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərlə onu tanış edəcəyini, həmin şəxslərlə işləməsi müqabilində pul qazana biləcəyini demişdir. O, adını bilmədiyi İran vətəndaşı ilə “Whatsapp” vasitəsilə danışırmış. O, bir evdə yaşadığı üçün bu barədə Asifə də məlumat vermişdir. Həmin şəxslər ona birlikdə işləməyi təklif etmişlər. Həmin İran vətəndaşı ona götürüb paylaması üçün iki dəfə narkotik vasitə göndərmişdir. Ancaq həmin narkotik vasitələri iranlının adamı düzgün yerə qoymadığından, yaxud iranlı ona hələ etibar etmədiyindən o, həmin malları götürə bilməmişdir. Sonuncu dəfə tutulmamışdan bir neçə gün öncə ona götürməsi üçün mal göndərmişdir. Həmin malı, yəni narkotik vasitəni iranlının dediyi yerə qoyması müqabilində ona 2000 manat pul verəcəyini demişdir. O, Bakı şəhərini yaxşı tanımadığı üçün bu barədə Asifə demiş, Asifə 1000 manat pul verəcəyini demişdir. Asif də onunla razılaşmışdır. Onlar Asiflə gedib Ramana qəsəbəsində iranlının dediyi yerdən narkotik vasitələri götürmüş və narkotiki gətirib yaşadıqları evdə dolabda gizlətmişlər. 20 yanvar 2023-cü il tarixdə tanışı və bir ünvanda yaşadığı Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadıqları mənzildən çıxıb gedən zaman saat 17:45 radələrində yaşadıqları binanın həyətində 4-5 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar da polis əməkdaşlarına özlərini təqdim etmişlər. Bundan sonra polis əməkdaşları onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla onları tanış etmişlər. Sorğu zamanı o və Təqsirləndirilən şəxs1 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi şəkildə etiraf edib yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125, mənzil 59 ünvanında “nəşə” və “tiryək” adı ilə tanıdıqları narkotik vasitələr gizlədib saxladıqlarını, yaşadıqları ünvanda saxladıqları narkotik maddələri təqdim edə biləcəklərini demişlər. Onlar yaşadıqları mənzilin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 125 saylı evin 10-cu mərtəbəsində yerləşdiyini bildirmişlər. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə yaşadıqları mənzilin qarşısına gəlmişlər. Onlara hüquq və vəzifələri izah edilmiş, o, İran İslam Respublikasının vətəndaşı olduğu üçün fars dilində tərcüməçi ilə təmin edilmişdir. Onlar yaşadıqları ünvan 2 ünvanda gizlədib saxladıqları narkotik vasitələri təqdim edə biləcəklərini bildirmiş və yaşadıqları ünvana baxış keçirilməsinə heç bir etirazları olmadığını qeyd etmişlər. Daha sonra o və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazları olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişlər. Baxış keçirilməzdən əvvəl onlara baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı bildirilmişdir. Bundan sonra yaşadıqları ünvana videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi onların razılığı və iştirakı ilə aparılmışdır. Bundan sonra onlara yaşadıqları ünvanda saxladıqları narkotik vasitələri və psixotrop maddələri təqdim etmələri təklif olunmuşdur. O və Təqsirləndirilən şəxs1 yaşadıqları mənzilin yataq otağına daxil olaraq narkotik vasitələri yataq otağında giriş qapısından sağ tərəfdə yerləşən paltar dolabının içində gizlədib saxladıqlarını bildirmiş və paltar dolabının sağ hissəsinin içində geyim əşyalarının altında olan 1 ədəd selofan torbanı götürüb polis əməkdaşlarına təqdim etmişlər. Onların təqdim etdikləri selofan torbaya baxış zamanı torbanın içərisindən 6 ədəd sellofan bağlama və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin selofan bağlamalar iştirakçıların şahidliyi ilə açıldıqda 2 ədəd selofan bağlamanın içərisindən narkotik vasitə tiryək və 4 ədəd selofan bağlamanın içərisindən isə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra aşkar edilmiş elektron tərəziyə baxış keçirilmiş və tərəzinin işlək vəziyyətdə olduğu müəyyən olunmuşdur. Bundan sonra təqdim etdikləri 2 ədəd selofan bağlamada olan narkotik vasitə tiryək, 4 ədəd selofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən 1 ədəd selofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış davam etdirilərkən yaşadıqları ünvandan qanunsuz digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Asifin üzərindən aşkar olunmuş “Redmi” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və 2 ədəd plastik bank kartı polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefon, 4.700 ABŞ dolları və 20 manat pul, pasport polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı o, yaşadıqları ünvandan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana və tiryəki adını və anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını, həmin şəxslə təxminən 1 ay əvvəl İran İslam Respublikasının vətəndaşı olan tanışı “Məhəmməd” adlı şəxsin vasitəsi ilə tanış olduğunu, adını və digər anket məlumatlarını bilmədiyi həmin şəxsin ona külli miqdarda narkotik vasitələr göndərəcəyini, həmin narkotik vasitələri götürüb özündə saxlayacağını, sonradan həmin şəxsin dediyi vaxtda narkotik vasitələri deyilən ünvanlara qoyub, həmin yerin şəkillərini çəkib iranlıya göndərməli olduğunu və bunun müqabilində ona 2.000 manat pul verəcəyini, İran İslam Respublikası vətəndaşının birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaq barədə təklifi ilə razılaşdıqdan sonra, bu barədə tanışı Təqsirləndirilən şəxs1 məlumat verdiyini və İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndəriləcək narkotik vasitələri gedib birlikdə götürmələrini və sonradan Bakı şəhərində müxtəlif ünvanlara qoyulmasında ona köməklik edəcəyi təqdirdə Asifə 1.000 manat pul verəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs1 də onun təklifi ilə razılaşdığını, təxminən 2 gün əvvəl axşam vaxtı həmin İran İslam Respublikası vətəndaşının “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb ona narkotik vasitə qurudulmuş marixuana və tiryək göndərdiyini, narkotik vasitələri gizlədildiyi yerdən gedib götürməsi üçün həmin yerin fotoşəkillərini və xəritə üzrə məkanı onun mobil telefonuna göndərdiyini, bundan sonra həmin günü axşam vaxtı Təqsirləndirilən şəxs1lə birlikdə Asifin idarə etdiyi “Mercedes” markalı, **-UJ-*** qeydiyyat nişanlı avtomobillə İran İslam Respublikasının vətəndaşının verdiyi məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə gələrək narkotik vasitələri gizlədildiyi yerdən götürüb birlikdə yaşadıqları ünvan 2 ünvana gətirib mənzilin yataq otağında paltar dolabının içində gizlədib saxladıqlarını, gətirdikləri narkotik vasitələri hansı ünvanlara qoyulması ilə bağlı həmin İran İslam Respublikasının vətəndaşından cavab gözlədiyini bildirmişdir. O, yaşadıqları ünvandan aşkar edilmiş elektron tərəzinin narkotik vasitələrin çəkisinin ölçülməsi üçün həmin İran İslam Respublikasının vətəndaşı tərəfindən narkotik vasitələrlə birlikdə göndərildiyini qeyd etmişdir. Eyni zamanda narkotik vasitələri göndərən İran İslam Respublikasının vətəndaşı tərəfindən ona İran İslam Respublikasına məxsus bank hesabına 1.500 manat pul köçürüldüyünü, lakin həmin pulu hazırda nağdlaşdırmadığını demişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 onunla birlikdə təxminən 4 aya yaxın müddətdir ünvan 2 ünvanda birlikdə kirayədə yaşadıqlarını, ona göndəriləcək narkotik vasitələri birlikdə gedib götürülməsində və sonradan Bakı şəhərində müxtəlif ünvanlara qoyulmasında ona köməklik etməsini təklif etdiyini və bunun müqabilində Asifə 1.000 manat pul verəcəyini, pula ehtiyacı olduğu üçün onun birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq barədə təklifi ilə razılaşdığını, bundan sonra təxminən 2 gün əvvəl axşam vaxtı narkotik vasitələrin göndərilməsi barədə Asifə məlumat verdiyini və həmin günü axşam vaxtı onunla birlikdə Asifin idarə etdiyi “Mercedes” markalı, **-UJ-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə gələrək narkotik vasitələri gizlədildiyi yerdən götürüb birlikdə yaşadığımız ünvan 2 ünvana gətirib mənzilin yataq otağında paltar dolabının içində gizlədib saxladıqlarını, gətirdikləri narkotik vasitələrin hansı ünvanlara qoyulması ilə bağlı məlumat verilməsini gözlədiklərini bildirmişdir. Daha sonra onlar polis əməkdaşları tərəfindən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşlar. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi ilə təmin olunmuşlar. Hüquqlarının ona təqdim edilən vəkil Cavid Abbasov tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təyin edilmiş vəkillə konfıdensial ünsiyyət saxladıqdan sonra onun şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra yaşadıqları ünvan 2 ünvanına baxış keçirilməsinin nəticəsinə dair polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O, törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. Həmin narkotik vasitələri satış məqsədi ilə əldə etmişdir. Aşkar edilmiş malları o, özü almasa da, həmin narkotiki adını bilmədiyi iranlının tapşırığı ilə götürmüşdür. Həmin şəxsin də tapşırığı ilə narkotiki müvafiq yerə qoymalı olduğunu bildirmişdir. Evdə külli miqdarda narkotik vasitə olması barədə yalnız Təqsirləndirilən şəxs1 məlumatı olmuşdur. Təqsirləndirilən şəxs2 21 avqust 2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilərkən özünü elan edilmiş ittihamla təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi barədə vəsatəti istintaq zamanı əsassız hesab edilmiş və cinayət işinin materialları ilə təkzib olunduğundan xx.xx.2023-cü il tarixli qərarla tam rədd edilmişdir (cild 1, iş vərəqi 108-112, 141-145, cild 2, iş vərəqi 147-152). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs2 dindirmə protokollarında olan imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, idarədə ona ifadəsini oxumadan imza etdirdiklərini, təzyiq altında olduğu üçün həmin ifadəni imzaladığını, həmin vaxt vəkilinin yanında olmadığını, vəkilin iştirakı olmadan imzaladığını, latın əlifbası ilə yazıb-oxuya bilmədiyini, döyülməyi ilə bağlı istintaq təcridxanasına gedən zaman orada dediyini və xəsarət ilə bağlı prokurorluqdan gəlib izahatını aldıqlarını məhkəməyə bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, 6 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu olmuşdur. O, dövlətə, dövlətçiliyə xidmət edən bir şəxs olmuş, dövlətin bayrağını qaldırmış, heç vaxt çirkin əməllərlə məşğul olmamışdır. Belə ki, onları məşq edən zaman polis əməkdaşları zala girərək tutmuşlar. Onlar 20 Yanvar günü saat 16:00-da tutulmuşlar. Həmin vaxtdan onlara təzyiqlər başlamışdır. Polis əməkdaşları ona evə zəng etməyə imkan verməmiş, onun saçını yolmuş və vurmuşlar. Onu öz maşınına mindirib evə aparmışlar və o, həmin vaxt arxada oturmuşdur. Evdə də ona işgəncələr verilmişdir. Evə baxış videoçəkilişlə aparılmışdır. Sualları cavablandıran Təqsirləndirilən şəxs1 özünün gözdən əlil olduğunu, Təqsirləndirilən şəxs2 ilə idman sferasında tanış olduğunu, Omıd ilə bir ünvanda qalmadığını, təzyiqlər olduğu üçün elə ifadə verdiyini, döyülməyi ilə bağlı şikayət etdiklərini, prokurorluqdan gəlib ifadələrinin alındığını, polis əməkdaşlarının ona əgər onların dedikləri kimi ifadə vermədiyi halda ona vətən xaini adı verəcəklərini dediklərini, onun İran vətəndaşı ilə dostuluq etdiyi üçün tutulduğunu, həmin vaxt vəkilin olmadığını, lakin tərcüməçinin iştirak etdiyini, 6-7 nəfər polis əməkdaşı olduğunu, videoçəkiliş isə 3-4 dəfə aparıldığını, Omıdın üstündən 4700 ABŞ dolları pulun çıxdığını, həmin pulu təhsil haqqını ödəmək üçün gətirdiyini, onların tutulmağlarını Rəşad, Zöhrab və Vüqarın gördüyünü, onların saxlanılan kimi birbaşa evə aparıldıqlarını, evin açarının Omıddə olduğunu, videoçəkilişdən əvvəl polis əməkdaşları evə girdiklərini, evə baxış keçirilən zaman müdafiəçinin iştirak etmədiyini, tərcüməçinin isə sonradan gəldiyini, onun qazancının idman sferasından olduğunu, həmçinin idman qidalarının satışından qazanc əldə etdiyini, aylıq qazancının təxminən 3- 4 min olduğunu, onları sonradan idarəyə gətirdiklərini, idarəyə gətiriləndən sonra sənədləşmənin olmadığını, Karımı ilə eyni yerdə dayandıqlarını və hər ikisinin də eyni anda tutulduğunu, həmçinin onlara ilk yaxınlaşan şəxsin polis əməkdaşı Şahid1 olduğunu, onun evə baxış keçirilməsində iştirak etmədiyini və Şahid1 ona təsir və təzyiq etmədiyini, Ədilin onun maşınını idman zalından evə qədər sürdüyünü məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o, narkotik vasitə yaxud psixotrop maddə istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 təqribən 2015-ci ildən tanımışdır. Omıd ona bir neçə müddət qabaq iranlı ilə danışdığını, həmin şəxsin Bakıda narkotik vasitələrin satış ilə məşğul olduğunu demişdir. Omıd onların da narkotik vasitə alaraq sata biləcəklərini demiş, ancaq o, müştəri tapa bilməyəcəyini bildirmişdir. Tutulmamışdan bir neçə gün öncə Omıd ona iranlının narkotik vasitə göndərəcəyini, həmin narkotiki iranlının dediyi yerə qoyacaqları təqdirdə, ona 1000 manat pul verəcəyini demiş, həmçinin Bakı şəhərini yaxşı tanımadığı üçün ondan kömək istəmişdir. O da, Omıdə kömək etmiş və onlar birlikdə gedib Ramana qəsəbəsində iranlının dediyi yerdən narkotiki götürüb evə gətirib paltar dolabında saxlamışlar. 20 yanvar 2023-cü il tarixdə tanışı və bir ünvanda yaşadığı İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları mənzildən çıxıb gedən zaman saat 17:45 radələrində yaşadıqları binanın həyətində 4-5 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim etmişlər. Bundan sonra polis əməkdaşları onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla onları tanış etmişlər. Sorğu zamanı o və Təqsirləndirilən şəxs2 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi şəkildə etiraf edib yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125, mənzil 59 ünvanında “nəşə” və “tiryək” adı ilə tanıdıqları narkotik vasitələr gizlədib saxladıqlarını, yaşadıqları ünvanda saxladıqları narkotik maddələri təqdim edə biləcəklərini demişlər. Onlar yaşadıqları mənzilin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 125 saylı evin 10-cu mərtəbəsində yerləşdiyini bildirmişlər. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə yaşadıqları mənzilin qarşısına gəlmişlər. Onlara hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı olduğu üçün fars dilində tərcüməçi ilə təmin edilmişdir. Onlar yaşadıqları ünvan 2 ünvanda gizlədib saxladıqları narkotik vasitələri təqdim edə biləcəklərini bildirmiş və yaşadıqları ünvana baxış keçirilməsinə heç bir etirazları olmadığını qeyd etmişlər. Daha sonra o və Təqsirləndirilən şəxs2 yaşadıqları ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazları olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişlər. Baxış keçirilməzdən əvvəl onlara baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı bildirilmişdir. Bundan sonra yaşadıqları ünvana videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi onların razılığı və iştirakı ilə aparılmışdır. Bundan sonra onlara yaşadıqları ünvanda saxladıqları narkotik vasitələri və psixotrop maddələri təqdim etmələri təklif olunmuşdur. O və Təqsirləndirilən şəxs2 yaşadıqları mənzilin yataq otağına daxil olaraq narkotik vasitələri yataq otağında giriş qapısından sağ tərəfdə yerləşən paltar dolabının içində gizlədib saxladıqlarını bildirmiş və paltar dolabının sağ hissəsinin içində geyim əşyalarının altında olan 1 ədəd selofan torbanı götürüb polis əməkdaşlarına təqdim etmişlər. Onların təqdim etdiyi sellofan torbaya baxış zamanı torbanın içərisindən 6 ədəd selofan bağlama və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin selofan bağlamalar açıldıqda 2 ədəd selofan bağlamanın içərisindən narkotik vasitə tiryək və 4 ədəd selofan bağlamanın içərisindən isə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra aşkar edilmiş elektron tərəziyə baxış keçirilmiş və tərəzinin işlək vəziyyətdə olduğu müəyyən olunmuşdur. Bundan sonra təqdim etdikləri 2 ədəd selofan bağlamada olan narkotik vasitə tiryək, 4 ədəd selofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən 1 ədəd selofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış davam etdirilərkən yaşadıqları ünvandan qanunsuz digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən aşkar olunmuş “Redmi” markalı mobil telefon, özünə məxsus olan şəxsiyyət vəsiqəsi və 2 ədəd plastik bank kartı polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefon, 4.700 ABŞ dolları və 20 manat pul, özünə məxsus olan pasport polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 yaşadıqları ünvandan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana və tiryəki adını və digər anket məlumatlarını dəqiq bilmədiyi İran vətəndaşından aldığını, həmin şəxslə təxminən 1 ay əvvəl İran vətəndaşı olan tanışı “Məhəmməd” adlı şəxsin vasitəsi ilə tanış olduğunu, adını və digər anket məlumatlarını bilmədiyi həmin şəxsin Omidə külli miqdarda narkotik vasitələr göndərəcəyini, həmin narkotik vasitələri götürüb özündə saxlayacağını, sonradan iranlının dediyi vaxtda həmin narkotik vasitələri deyilən ünvanlara qoyub, həmin yerin şəkillərini çəkib göndərməli olduğunu və bunun müqabilində Omidə 2.000 manat pul verəcəyini, İran İslam Respublikası vətəndaşının birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaq barədə təklifi ilə razılaşdıqdan sonra, bu barədə ona məlumat verdiyini və İran İslam Respublikasının vətəndaşı tərəfindən Omidə göndəriləcək narkotik vasitələri gedib birlikdə götürmələrini və sonradan Bakı şəhərində müxtəlif ünvanlara qoyulmasında Omidə köməklik edəcəyi təqdirdə ona 1.000 manat pul verəcəyini bildirdiyini, onun da Omidin təklifi ilə razılaşdığını, təxminən 2 gün əvvəl axşam vaxtı həmin İran İslam Respublikası vətəndaşının “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə Omidlə əlaqə saxlayıb, narkotik vasitə qurudulmuş marixuana və tiryək göndərdiyini, narkotik vasitələri gizlədildiyi yerdən gedib götürməsi üçün həmin yerin fotoşəkillərini və xəritə üzrə məkanı Omidin mobil telefonuna göndərdiyini, bundan sonra həmin günü axşam vaxtı onunla birlikdə onun idarə etdiyi “Mercedes” markalı, **-UJ- *** qeydiyyat nişanlı avtomobillə İran İslam Respublikasının vətəndaşının verdiyi məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə gələrək narkotik vasitələri gizlədildiyi yerdən götürüb birlikdə yaşadıqları ünvan 2 ünvana gətirib mənzilin yataq otağında paltar dolabının içində gizlədib saxladıqlarını, gətirdikləri narkotik vasitələri hansı ünvanlara qoyulması ilə bağlı həmin İran İslam Respublikasının vətəndaşından cavab gözlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 yaşadıqları ünvandan aşkar edilmiş elektron tərəzinin narkotik vasitələrin çəkisinin ölçülməsi üçün həmin İran İslam Respublikasının vətəndaşı tərəfindən narkotik vasitələrlə birlikdə göndərildiyini qeyd etmişdir. Eyni zamanda narkotik vasitələri göndərən İran vətəndaşı tərəfindən X8 Respublikasına məxsus bank hesabına 1.500 manat pul köçürüldüyünü, lakin həmin pulun nağdlaşdırılmadığını bildirmişdir. Sorğu zamanı o, tanışı İran İslam Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs2 ilə birlikdə təxminən 4 aya yaxın müddətdir ünvan 2 ünvanda birlikdə kirayədə yaşadıqlarını, Təqsirləndirilən şəxs2 ona göndəriləcək narkotik vasitələrin birlikdə gedib götürülməsində və sonradan Bakı şəhərində müxtəlif ünvanlara qoyulmasında Omidə köməklik etməsini təklif etdiyini və bunun müqabilində ona 1.000 manat pul verəcəyini, pula ehtiyacı olduğu üçün Təqsirləndirilən şəxs2 birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq barədə təklifi ilə razılaşdığını, bundan sonra təxminən 2 gün əvvəl axşam vaxtı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin göndərilməsi barədə ona məlumat verdiyini və həmin günü axşam vaxtı Təqsirləndirilən şəxs2 ilə birlikdə onun idarə etdiyi “Mercedes” markalı, **-UJ-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə gələrək narkotik vasitələri gizlədildiyi yerdən götürüb birlikdə yaşadıqları ünvan 2 ünvana gətirib mənzilin yataq otağında paltar dolabının içində gizlədib saxladıqlarını, gətirdikləri narkotik vasitələri hansı ünvanlara qoyulması ilə bağlı Təqsirləndirilən şəxs2 məlumat verilməsini gözlədiklərini bildirmişdir. Daha sonra onlar polis əməkdaşları tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşlar. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi ilə təmin olunmuşlar. Hüquqlarının ona təqdim edilən vəkil İqbal Həsənov tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmişdir və onlara konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təyin edilmiş vəkillə konfıdensial ünsiyyət saxladıqdan sonra onun şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra yaşadıqları ünvan 2 ünvanına baxış keçirilməsinin nəticəsinə dair polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. O, törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. Həmin narkotik vasitələri satış məqsədi ilə əldə etmişdir. Düzdür, aşkar edilmiş malları o, özü almasa da, həmin malları iranlının tapşırığı ilə Omıdlə birlikdə götürmüşdür. Həmin şəxslərin də tapşırığı ilə malları müvafiq yerə qoymalı olmuşdur. Yaşadıqları evdə külli miqdarda narkotik vasitə olması barədə yalnız Təqsirləndirilən şəxs2 məlumatı olmuşdur. Təqsirləndirilən şəxs1 22 avqust 2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilərkən özünü elan edilmiş ittihamla təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsi barədə vəsatəti istintaq zamanı əsassız hesab edilmiş və cinayət işinin materialları ilə təkzib olunduğundan xx.xx.2023-cü il tarixli qərarla tam rədd edilmişdir (cild 1 iş vərəqi 120-124, 156-160, cild 2, iş vərəqi 164-169). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 dindirmə protokollarında olan imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, lakin ifadədə yazılanlardan xəbərinin olmadığını, həmin vaxt işgəncə altında olduğunu və ona görə də imza etdiyini, barəsində qətimkan tədbiri seçilən zaman hakimə bu barədə bir şey demədiyini, polis əməkdaşlarının onu sağdan və soldan, bir də kürəyindən vurduqlarını, müstəntiq onu dindirməmişdən əvvəl əməliyyatçıların ona əgər onların dedikləri kimi danışmadığ halda, onlara İrana casusluq ittihamı veriləcəyini dediklərini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri tədbirlə əlaqədar tanımışdır. 20 yanvar 2023-cü il tarixdə Omid Karımının və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, qrupun digər üzvləri idarənin digər əməkdaşları Şahid3, Şahid2 və Şahid4 olmuş və Sabunçu rayonu, ünvan 4 ünvanına getmişlər. Məlumatda həmin şəxslər qeyd olunan ünvana gələcəkləri göstərildiyindən onlar da həmin ünvana getmişlər. Qeyd etdiyi şəxsləri həmin ünvanda görüb onlara yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Həmin şəxslərə narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiklərini izah etdikdən sonra qərarla onları tanış etmişlər. Həmin şəxslər evdə narkotik vasitənin olduğunu və saxladıqlarını bildirmişlər. Həmin şəxslərin kirayədə yaşadığı 10 cu mərtəbədə yerləşən evə qalxmışlar və həmin şəxslərin özləri yataq otağında dolabdan sellofanda olan narkotik vasitəni təqdim etmişlər. Bir sellofanın içində 6 ayrı-ayrı sellofan büküm olmuşdur. Omid və Asif özləri 2 bükümdə tiryək, 4 bükümdə isə marixuana olduğunu bildirmişlər. Həmin vaxt X9 Respublikasının vətəndaşı olan dostundan pul istədiyini, dostunun pulu olmadığını bildirdiyini, dostunun tanışı Azərbaycanda narkotik vasitələrin satışını təşkil etdiyini və həmin şəxsin ona kömək edəcəyini bildirmişdir. Yəni onlar Bakıda narkotik vasitələrin satışını həyata keçirdiyi halda həmin şəxsin onlara kömək edəcəyini, pul verə biləcəyini bildirmişdir. Omidin dostu həmin Məhəmməd adlı şəxslə Omidi tanış etmiş, həmin şəxs pul müqabilində həmin narkotik vasitələri müxtəlif ünvanlara konum qoymuş, Omidinin telefonuna həmin konumları atmışdır. Təqsirləndirilən şəxslərin bildirdiyinə görə sonuncu dəfə Mersedes markalı avtomobillə Ramana qəsəbəsindən götürmüşlər və bunun müqabilində onların kartlarına müəyyən məbləğdə pul atmışlar. Sualları cavablandıran Şahid1 təqsirləndirilən şəxslərin hər ikisini bir yerdə saxladıqlarını, təqsirləndirilən şəxslərə qarşı heç bir təsir və təzyiq olunmadığını, təqsirləndirilən şəxslərin də onlara heç bir müqavimət göstərmədiklərini, X7 vətəndaşı olduğunu bildiklərini, ona görə də müdafiçinin iştirakını təmin etdiklərini, tədbir zamanı protokolun tərtib olunduğunu və oxuyub imzaladığını, təqsirləndirilən şəxsləri saat 17:45-də saxladıqlarını və dərhal evə qalxdıqlarını, evdə özlərinin iştirakı ilə videoçəkilişlə qapının açıldığını, narkotik vasitə götürüldüyünü, sonra idarəyə gətirildiklərini və vəkilin iştirakı ilə sənədləşmə aparıldığını, evdə axtarışda vəkilin iştirak etmədiyini, tərcüməçinin iştirak etdiyini, təhqiqatçının tərcüməçi dəvət etdiyini, lakin vəkili niyə dəvət edibetmədiyini bilmədiyini, təqsirləndirilən şəxsləri saxlayan vaxtı təhqiqatçının da onlarla bərabər gəldiklərini, Omidin özünün narkotik vasitənin yataq otağında olduğunu bildirdiyini və özünün təqdim etdiyini, təqsirləndirilən şəxslərlə əvvəlcədən heç bir tanışlıqlarının olmadığını, həmin şəxsləri yaşadıqları binanın qarşısında saxladıqlarını, narkotik vasitəni konum vasitəsi ilə götürdüklərini bildirdiklərini, narkotik vasitəni qoyan şəxsi müəyyənləşdirə bilmədiklərini və narkotik vasitələrin satışı ilə bağlı qiyməti istintaqın verdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 20 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxslər barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar onların Bakıxanov qəsəbəsindəki yaşadıqları ünvana yollanmışlar. Təxminən saat 18 radələrində şübhəli şəxsləri görüb onlara yaxınlaşmış, özlərini təqdim edərək onların narkotik vsitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Asif və Omid üstlərində narkotik vasitə olmadığını, lakin evdə narkotik saxladıqlarını və onları təqdim edə biləcəklərini demişlər. Əməliyyat qrupunun üzləri kimi onlar, həmçinin təhqiqatçı və şübhəli şəxslərlə bilikdə onların yaşadığı mənzilə qalxmışlar. Sonra mənzilə baxış keçirməyə başlamışlar. Bu zaman şübhəli şəxslər yaşadıqları evin yataq otağındakı şkafın içərisində gizlətdikləri yerdən narkotik vasitələri çıxarıb təqdim etmişlər. Onlara təqdim olunmuş torbanın içərsində müxtəlif selofan bağlamalar olmuş, həmin bağlamalar açıldıqda onların içərisində qurudulmuş marixuna və tiryəkə bənzər maddələrin olması müəyyən edilmişdir. Omid adlı iranlı həmin narkotik vasitələri təxminən iki gün əvvəl başqa İran vətəndaşından onlayn şəkildə əldə etdiklərini və qazanc əldə etmək məqsədi ilə həmin narkotik vasitələri götürüb saxladıqlarını və sonradan iranlının deyəcəyi ünvanlara qoyaraq pul qazanacaqlarını bildirmişlər. Şübhəli şəxsin dediyinə görə, iranlı həmin işi görəcəkləri təqdirdə, onlara 2000 manat pul verəcəyini demişdir. Sonra Asif də bildirmişdir ki, bu barədə Omid ona məlumat vermiş və birlikdə gedib narkotik vasitəni götürmüşlər. Həmin işi görmək müqabilində Omid Asifə 1000 manat pul verəcəyinə söz vermişdir. Verilən suallara cavabında Şahid2 əməliyyat tədbirinə Şahid1 rəhbərlik etdiyini, əməliyyat qrupunda 4 nəfərin iştirak etdiklərini, şübhəli şəxsləri Bakıxanov qəsəbəsində yaşadıqları evin yaxınlığında saxladıqlarını, bu zaman təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki təsir və ya təzyiq olunmadığını, baxış keçrilməsində tərcüməçinin iştirak etdiyini, protokolun təhqiqatçı tərəfindən tərtib edildiyini və sonra onların həmin protokolu oxuyub imzaladıqlarını, təqsirləndirilən şəxslərin həmin vaxt haradan gəldiklərini bilmədiyini, şübhəli şəxs kimi onları binanın həyətində görüb saxladıqlarını və şübhənin mahiyyətini onlara izah etdiklərini, evə baxış zamanı üzərilərinə də baxış keçirdiklərini, evə baxış keçiriləndə şəxslərin özləri ərizə verib razılıqlarını bildirdiklərini, təhqiqatçı qismində Şahid6 iştirak etdiyini, mənzilə baxış zamanı müdafiəçilərin iştirak etmədiklərini və müdafiəçilərin Baş idarəyə gəldiklərini, mənzilə otaq-otaq baxış keçirildiyini və bu zaman çəkiliş aparıldığını, baxış protokolunun idarədə yazıldığını, həmin şəxslərə narkotik vasitələri vermiş İran vətəndaşının şəxsiyyətini müəyyənləşdirməyə çalışdıqlarını, lakin hələlik müəyyən edilmədiyini, saxlanılan zaman hər iki şəxsin birlikdə yaşadıqlarını dediklərini, videoçəkilişin bir dəfə aparıldığını, şübhəli şəxslər saxlanılan zaman onların döyülməsi, vurulması və ya hər hansı şəkildə təzyiqlər göstərilməsi kimi halların olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 20 yanvar 2023-cü il tarixdə şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müəyyən edilərək saxlanılmaları, kirayə yaşadıqları mənzilə baxış keçirilərkən külli miqdarda narkotik vasitə marixuana və tiryəkin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 və Şahid2 məhkəmədəki ifadələri ilə oxşar məzmunlu ifadələr verdilər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, təxminən iki il əvvəl o, Bakıxanov qəsəbəsində yerləşən özünə məxsus mənzili kirayə vermək üçün maklerə müraciət etmişdir. Aradan bir müddət keçəndən sonra makler ona zəng edərək mənzili kirayə götürmək istəyən şəxs olduğunu bildirmişdir. Bundan sonra o, Asif adlı həmin şəxslə və onun yanındakı dostu ilə görüşmüşdür. Makler evdə kirayə qalacaq şəxsin Asif olacağını bildirmişdir. O, Asifə kirayə şərtlərini demiş və razılaşdıqdan sonra evin açarını ona vermişdir. Bundan sonra demək olar ki, hər ay gəlib Asiflə görüşmüş və kirayə pulunu alıb getmişdir. Asif iki ildir ki, həmin evdə - Sabunçu qəsəbəsi, Vəzirov küçəsi, ev 8, mənzil 23-də yaşamışdır. Asif demək olar ki, daim həmin evdə qalmışdır, o da, ayda bir dəfə gəlib evə baxıb getmişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq idarəsinin müstəntiqi Şahid6 Mirmövsün oğlu ifadəsində bildirdi ki, hazırkı cinayət işi başlanarkən o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təhqiqatçı vəzifəsində işləmiş və işin təhqiqatını aparmışdır. Bu zaman o, Omid Kərimi və Təqsirləndirilən şəxs1 yaşadıqları evə baxış keçirmiş, şübhəli şəxs kimi onları tutaraq izahatlarını almış, ekspertiza təyin etmiş, sonra isə materialları istintaqa təqdim etmişdir. Həmin vaxt şəxslərin yaşadıqları ünvana və üzərlərinə baxış keçirilmişdir. Əməliyyat aparatından onlara həmin ünvanda iki nəfərin qalması barədə məlumat verilmişdir. Məlumata əsasən, iki nəfər yeni tikili binanın 10-cu, ya da 11-ci mərtəbəsində yaşayırlar, onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübəlidirlər, hətta onların birinin İran vətəndaşı olduğu da deyilmişdir. Buna görə onlar baxışa gedərkən tərcüməçi də dəvət etmişlər. Mənzilə daxil olduqdan sonra birinci Omid Karımı danışmış və narkotik vasitələrin harada gizlədildiyini bildirərək, onları təqdim etmişdir. Mənzildən nə aşkar olunurdusa, bunlar baxış protokolunda da öz əksini tapmışdır. Mənzildən qeyriqanuni saxlanılan narkotik vasitələr aşkar olunmuşdur. Həmin vaxt müdafiəçilər iştirak etməmiş, lakin tərcüməçi iştirak etmişdir. Baxış zamanı videoçəkiliş aparılmış, videoçəkilişi əməliyyatçılardan biri həyata keçirmişdir. Çəkiliş videokamera vasitəsi ilə aparılmışdır. Sonradan həmin videogörüntülər diskə köçürülmüş və iş materiallarına əlavə olunmuşdur. Videogörüntülərin nüsxəsinin Baş idarədə saxlanılıb-saxlanılmadığını dəqiq bilmir, lakin həmin videogörüntülərin nüsxəsinin saxlanıldığına inanmır. Baxış zamanı şübhəli şəxslər evində olanları çıxarıb təqdim etmiş, bu da, onlara kifayət etmişdir. Daha sonra həmin şəxslər idarəyə gətirilmiş, şübhəli şəxs qismində saxlanılmış, daha sonra onların üzərinə baxış keçirilmişdir. Təhqiqat və istintaq zamanı həmin şəxslərə qarşı heç bir təsir və təzyiq göstərilməmişdir. Onların özləri hər şeyi səmimi etiraf etmişlər. Mənzildə gizlətdikləri narkotik vasitələri onların özləri göstərmişlər. Hətta təhqiqatçı kimi birinci Omidi evə salmış, o, narkotik vasitənin yerini göstərmişdir. Daha sonra Omidi evdən çıxarmış, Asifi gətizdirmiş, Asif də eyni ilə narkotik vasitələri saxladıqları yeri göstərmişdir. Baxış protokolu onun tərəfindən tərtib olunmuş və ucadan oxunmuşdur. Şəxslərin də heç nəyə etirazları olmamışdır. Həmin şəxslər polis əməkdaşlarının onlarla hər hansı düşmənçilikləri və ya qərəzi olmaları, əvvəlcədən tanışlıqlarının olması barədə heç nə bildirməmişlər. Təqsirləndirilən şəxsləri yaşadıqları evlərinin qarşısında saxlamışlar, həmin vaxt müdafiəçilər dəvət olunmamışdır. Səfirliyə xarici vətəndaşın saxlanılması barədə məlumat verilməsi istintaqın səlahiyyətinə aid olan məsələdir. Həmin yerdə şərait olmadığı üçün, yəni printer, kompüter və sairə olmadığı üçün sənədləşmə işləri Baş idarədə aparılmışdır. Mobil telefona baxış istintaq orqanı tərəfindən aparılmışdır. Şəxslərin üzərinə baxış mənzildə olmuş, lakin bu barədə ayrıca protokol tərtib olunmamışdır. Baxış protokolu tərtib olunanda vəkillər iştirak etmişdir. Protokol tərtib edilməmişdən əvvəl saxlanılmış şəxslər şübhəli şəxs qismində tutulmuş, bundan sonra hər bir hərəkətlərdə müdafiəçinin iştirakı məcburi olduğu üçün vəkilin iştirakını təmin etmişlər. Baxış protokolu da vəkillərin yanında şəxslərə oxunmuşdur ki, şəxslərin hər hansı bir iradları olsa, protokola əlavə edilsin. Onlar şəxslərin mənzilinə getməmişdən qabaq onlardan mənzildə qeyri-qanuni əşyalar olub-olmamasını soruşmuşlar. Saxlanılan şəxslər də mənzilin yataq otağında dolabda narkotik vasitələr olduğunu etiraf etmişlər. Həmin şəxslərdən birinin xarici vətəndaş olduğunu bildiyi üçün əvvəlcədən tərcüməçinin iştirakını təmin etmişdir. Mənzilə baxış keçirilməsi barədə qərar əməliyyatçı tərəfindən qəbul edilmiş, bu barədə qərar onlar mənzilə gəlməmişdən qabaq olmuşdur. Şəxslərin yaşadıqları mənzilə baxış keçirilməsinə razılığı hər ikisindən alınmış, şəxslər özləri bu barədə yazılı ərizələr vermişlər. Lakin ehtiyac olmadığına görə o, mənzilin mülkiyyətçisini axtarmamış və onun baxışda iştirakını təmin etməmişdir. Baş idarədə şəxslərin izahatı videoçəkilişlə deyil, adi qaydada alınmışdır. Saxlanılan şəxsləri Müvəqqəti saxlama yerinə o, təhvil vermişdir. Bu zaman şəxslərin heç birinin üzərində xəsarət izləri olmamışdır. Təqsirləndirilən şəxs1 tərtib olunmuş bütün sənədləri özü imzalamışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunduqdan sonra imzalananda müdafiəçilər birmənalı olaraq Baş idarədə olmuşlar. Videogörüntülərin təkrar nüsxəsinin göndərilməməsini hadisələrin çox olması, kompüterin yaddaşında saxlanılmaması və əlavə nüsxəsinin olmaması ilə izah edə bilər. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq idarəsinin baş müstəntiqi Şahid7 ifadəsində bildirdi ki, hazırkı iş üzrə təhqiqat zamanı videoçəkiliş aparılmış və həmin çəkilişə aid videogörüntüləri müstəntiq kimi o, qəbul etmişdir. Həmin diskə onun özü də baxmış, daha sonra prokurorluqda da həmin diskə baxılmışdır. Daha sonra tutulmuş şəxslərin barəsində həbs qətimkan tədbiri seçiləndə hakim də həmin diskə baxış keçirmişdir. Sonra istintaq materialları ilə tanış olarkən təqsirləndirilən şəxslər və onların müdafiəçiləri də həmin diskdəki görüntülərə baxmışlar. Təhqiqat orqanı tərəfindən təqsirləndirilən şəxslər istintaqa təhvil veriləndə onların bədənləri üzərində gözlə görünən heç bir xəsarət izləri olmamışdır. Əgər xəsarət izləri olsaydı, o, dərhal məhkəmə-tibbi ekspertiza təyin edərdi. İstintaq zamanı təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixoloji təsirlər, təzyiqlər olunmamışdır. Ümumi qaydaya görə, tutulmuş şəxslər təhqiqat sənədləri ilə birlikdə istintaqa təqdim olunurlar. Materiallar təqdim olunduqdan sonra o, müstəntiq kimi MSY-nə düşüb onları qəbul edir. Şəxslərin yaşadıqları mənzilə baxış keçirilməsi videogörüntülərinə müstəntiq kimi onun tərəfindən dəfələrlə baxış keçirilmişdir. Lakin bu barədə o, protokol tərtib eğməmişdir. Çünki protokol yalnız videogörüntələrlə baxış protokolu arasında uygünsuzluq müəyyən olunduqda, tərtib olunur. Təhqiqatçı baxış protokolu yazmış, videogörüntüləri də oraya əlavə etmişdir. MSY-də onun tərəfindən təqsirləndirilən şəxslərin bədənlərinə baxış keçirilmiş, bununla bağlı müvafiq sənəd tərtib olunmuşdur. Onun tərəfindən həm də şəxslərin telefonlarına baxış keçirilmiş, bu zaman Omidin telefonunda başqa bir İran vətəndaşı ilə səs yazısı olmuşdur. Həmn səs yazısı ilə də təqsirləndirilən şəxslərin narkotiklərin satışı ilə məşğul olması təsdiq olunmuşdur. Səs yazılarına qulaq asanda da aydın olur ki, Omidin bu cür işlərlə məşğul olması birinci dəfə deyildir. Ona görə də hesab edir ki, Omidin üzərindən aşkar olunmuş 4700 dollar məbləğində pul vəsaiti narkotik vasitələrin satışından əldə olunan pul vəsaitidir. Aşkar olunmuş narkotik vasitələr təxminən 700-800 qram tiryək və 300-400 qram marixunadan ibarət olmuşdur. Xatırladığı qədər, iş materiallarında İran səfirliyinə məlumat verilməsi barədə məktub olmalıdır. İstintaq zamanı təqsirləndirilən şəxslər arasında üzləşdirmə aparılmışdır. İstintaqda təqsirləndirilən şəxslərin müdafiəçiləri və tərcüməçi də olmuşdur. Sübutların qiymətləndirilməsi qərarında göstərilmiş 13 mart 2023-cü il tarixli protokol cinayət işinə əlavə olunmuş mobil telefona baxış keçirilməsi barədə protokoldur. Həmin protokola əsasən o, mobil telefonda olan səs yazılarını diskə köçürmüşdür. O, istintaq zamanı mobil telefona baxış keçirmişdir. Protokolda tarixin 23 yanvar kimi göstərilməsi sadəcə mexaniki səhv olmuşdur. Hazırkı cinayət işi üzrə videoçəkiliş görüntülərinin əlavə nüsxəsi istintaqda və təhqiqat orqanında saxlanılmamışdır. Bu barədə məhkəmənin sorğusuna onlar tərəfindən cavab verilmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 23 may 2023-cü il tarixli üzləşdirmə protokoluna əsasən, təqsirləndirilən şəxslər arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 kirayə yaşadıqları ünvandan aşkar edilərək götürülmüş narkotik vasitələri 2023-cü ilin yanvar ayında tutulmazdan az öncə Təqsirləndirilən şəxs1lə birlikdə sonuncunun idarə etdiyi avtomaşınla gedib “Votsap”da ona atılmış “konum”da qeyd olunan yerdən götürdüklərini bildirmiş, Təqsirləndirilən şəxs1 də cinayət əməlinin törədilməsində iştirakını qismən etiraf etmişdir (cild 2, iş vərəqi 56-58). Cinayət işində olan 20 yanvar 2023-cü il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokola əsasən, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saat 17:45-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125 ünvanının qarşısında saxlanılmış, 20 yanvar 2023-cü il tarixdə saat 18:00-dan etibarən onların razılığı və iştirakı ilə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125, mənzil 59 ünvanında keçirilən baxış zamanı evin yataq otağında olan paltar dolabından 4 ədəd bükümdə ümumi təmiz çəkisi 370 qram olan narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bağlamada 810,829 qram çəkidə narkotik vasitə tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, vərəq 57-62). Məhkəmə-kimyəvi ekspertizasının 21 yanvar 2023-cü il tarixli 6/81 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvandan…» sözləri yazılmış kağız yapışdırılmış bağlamadakı iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 30,829 qram və 780 qram, ümumi təmiz çəkisi 810,829 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə tiryəkə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Məhkəmə-bioloji ekspertizasının 21 yanvar 2023-cü il tarixli 7/85 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvandan ...” yazısı və imzalar olan polietilen bağlamadakı 4 ədəd selofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 110 qram, 70 qram, 95 qram, 95 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 370 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur (cild 1, iş vərəqi 84-88, 91-96). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 aprel 2023-cü il tarixli 1815 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 aprel 2023-cü il tarixli 1816 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 83-84, 85-86). İbtidai istintaq orqanının 27 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 810,729 qram olan narkotik vasitə tiryək, 369,6 qram çəkidə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 225-227). İstintaq zamanı təqsirləndirilən şəxslərdən aşkar olunaraq götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən olunması məqsədilə BMCMİ-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli tapşırığa verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları və onlardan aşkar edilən narkotik vasitəni satış məqsədi ilə əldə edib daşımaqla saxlamaları aşkar edilmişdir. Lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdikləri narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etmələri, narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 248). İbtidai istintaq orqanının 21 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilən zaman maddi sübutların aşkar edilməsi və götürülməsini özündə əks etdirən bir ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 63, cild 2, iş vərəqi 114-128). Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş 1 ədəd “İphone” markalı mobil telefona 23 yanvar 2023-cü il tarixdə keçirilmiş baxış zamanı narkotik vasitələrin dövriyyəsi ilə bağlı səs yazıları və yazışmalar aşkar olunmuş, səs yazıları 1 ədəd “CD” diskə köçürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs2 səs yazılarının olduğu 1 ədəd “CD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 200-206). Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “İphone” markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 2, iş vərəqi 114-128). Təqsirləndirilən şəxs2 aşkar edilmiş 4700 ABŞ dolları və 20 manat pul vəsaiti maddi sübut kimi tanınmış, məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin Maliyyə-Rlan idarəsinin depozit hesabına təhvil verilmişdir (cild 2, iş vərəqi 69-70, ittiham aktına əlavə edilmiş arayış və qəbzin surəti). Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarı ilə BMCMİ-nin xmiü baş əməliyyat müvəkkili Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 20 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 208-209). Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin anası X2 poçt vasitəsilə ünvanladığı diplom və sertifikatların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 2007-2012-ci illər ərzində paurliftinq üzrə ölkə və Avropa miqyasında keçirilmiş beş yarışda iştirak etmiş və mükafatçılar sırasında yer almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-ci il tarixli tələbnamələrindən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs1 isə Biləsuvar rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 318.1, 69.4-cü maddələrinə əsasən 480 manat cərimə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur, hazırda məhkumluğu olmayan şəxs hesab edilir (cild 1, iş vərəqi 239). Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, polis əməkdaşlarının onları məşq etdikləri zalda saxladıqlarını və ayrı-ayrı maşınlara mindirərək kirayə yaşadıqları Bakıxanov qəsəbəsində yerləşən mənzilə gətirdiklərini, polis işçilərinin onları vuraqaq narkotik vasitələrin yerini soruşduqlarını, polis əməkdaşlarına onda narkotik vasitə olmadığını bildirdiyini, evə gətirildikdən sonra yenidən narkotikin yerini soruşarkən qəbul etdikləri dərmanları, proteinləri və digər idman dərmanlarını təqdim etdiyini, təzyiqlər altında qalıb polis işçilərinin dedikləri ilə razılaşdığını, özlərinin idmançı olduqlarını və yarışa hazırlaşdıqlarını, videoçəkilişin yaşadıqları evdə aparıldığını, evə gətirilənə qədər və evdə də narkotiki boynuna almadığı üçün döyüldüyünü, polis əməkdaşlarının əvvəlcədən narkotikləri şkafa yerləşdirdiklərini, sonra çəkiliş apardıqlarını, təzyiqlər olduğu üçün bütün deyilənlərlə razılaşdığını, döyülməyi ilə bağlı şikayət etmədiyini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Həmçinin məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs1 da elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, dünya çempionu, Avropa çempionu olmaqla dövlətçiliyə xidmət edən bir şəxs olduğunu, məşq edən zaman polis əməkdaşlarının zala girərək onları tutduqlarını, həmin vaxtdan onlara təzyiqlər başladığını, polis əməkdaşlarının ona evə zəng etməyə imkan verməyərək saçını yolduqlarını və vurduqlarını, onu öz maşınına mindirib evə apardıqlarını, evdə də ona işgəncə verildiyini, evə baxış keçirilərkən videoçəkiliş aparıldığını, Təqsirləndirilən şəxs2 ilə idman sferasında tanış olduğunu və onların bir ünvanda qalmadıqlarını, ona təzyiqlər olunduğu üçün istintaq zamanı etğirafedici ifadə verdiyini, döyülməyi ilə bağlı şikayət etdiklərini və prokurorluqdan onların izahatının alındığını, polis əməkdaşlarının ona dedikləri kimi ifadə verməyəcəyi halda, vətən xaini adı verəcəklərini dediklərini, onun İran vətəndaşı ilə dostuluq etdiyi üçün tutulduğunu, evin açarının Omıddə olduğunu, videoçəkilişdən əvvəl polis əməkdaşlarının evə girdiklərini, onları sonradan idarəyə gətirdiklərini, idarəyə gətiriləndən sonra sənədləşmə olmadığını bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmədə gətirdikləri həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla kirayə yaşadıqları mənzilə baxış keçirilərkən özləri heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxslər ilkin izahatlarında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində aşkar edilmiş narkotik vasitələrin və elektron tərəzinin özlərinə məxsus olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı və tiryəki adını, digər anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını, həmin şəxslə təxminən 1 ay əvvəl İran vətəndaşı olan tanışı “Məhəmməd” adlı şəxsin vasitəsi ilə tanış olduğunu, həmin şəxsin ona külli miqdarda narkotik vasitələr göndərəcəyini, onları götürüb özündə saxlaması və sonradan həmin şəxsin dediyi vaxtda narkotik vasitələri deyilən ünvanlara qoyaraq həmin yerin şəkillərini çəkib iranlıya göndərməli olduğunu və bunun müqabilində ona 2.000 manat pul verəcəyini təklif etdiyini, İran vətəndaşının təklifi ilə razılaşdıqdan sonra bu barədə tanışı Təqsirləndirilən şəxs1 məlumat verdiyini və bu işləri görməkdə ona köməklik edəcəyi təqdirdə Asifə 1.000 manat pul verəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs1 də onun təklifi ilə razılaşdığını, təxminən 2 gün əvvəl axşam vaxtı həmin İran vətəndaşının “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb ona narkotik vasitə qurudulmuş marixuana və tiryək göndərdiyini bildirdiyini, həmin yerin fotoşəkillərini və xəritə üzrə məkanı onun mobil telefonuna göndərdiyini, bundan sonra həmin günü axşam vaxtı Təqsirləndirilən şəxs1lə birlikdə sonuncunun idarə etdiyi “Mercedes” markalı **-UJ-*** qeydiyyat nişanlı avtomobillə İran İslam Respublikasının vətəndaşının verdiyi məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə gedərək narkotik vasitələri gizlədildiyi yerdən götürüb birlikdə yaşadıqları ünvan 2 ünvana gətirib mənzilin yataq otağında paltar dolabının içində gizlədib saxladıqlarını, gətirdikləri narkotik vasitələri hansı ünvanlara qoyulması ilə bağlı həmin İran İslam Respublikasının vətəndaşından cavab gözlədiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 yaşadıqları ünvandan aşkar edilmiş elektron tərəzinin narkotik vasitələrin çəkisinin müəyyən edilməsi üçün həmin İran vətəndaşı tərəfindən narkotik vasitələrlə birlikdə göndərildiyini qeyd etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 narkotik vasitələri göndərən İran vətəndaşı tərəfindən ona İran İslam Respublikasına məxsus bank hesabına 1.500 manat pul köçürüldüyünü, lakin həmin pulu hazırda nağdlaşdırmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində 18 yanvar 2023-cü il tarixdə tanışı və bir ünvanda yaşadığı Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadıqları mənzildən çıxıb gedən zaman saat 17:45 radələrində yaşadıqları binanın həyətində polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmasını bildirib onları bu barədə qərarla tanış etdiklərini, sorğu zamanı onun və Təqsirləndirilən şəxs1 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb, səmimi şəkildə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125, mənzil 59 ünvanında “nəşə” və “tiryək” adı ilə tanıdıqları narkotik vasitələr gizlədib saxladıqlarını və onları təqdim edə biləcəklərini dediklərini, sonra yaşadıqları mənzilə onların razılığı ilə videoçəkiliş aparılmaqla baxış keçirildiyini, bu zaman o və Təqsirləndirilən şəxs1 yaşadıqları mənzilin yataq otağına daxil olaraq narkotik vasitələri yataq otağında giriş qapısından sağ tərəfdə yerləşən paltar dolabının içərisində gizlətdikləri yerdən çıxarıb təqdim etdiklərini, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürüldüyünü, sonra onların polis idarəsinə gətirilərək sənədləşmə aparıldığını, saxlanılarkən, həmçinin mənzilə baxış keçirilərkən və polis idarəsində olarkən onlara qarşı fiziki və psixoloji təzyiqlər göstərilmədiyini bildirmişdir. Həmçinin istintaqda müdafiəçinin iştirakı ilə dindirilərkən Təqsirləndirilən şəxs1 də Təqsirləndirilən şəxs2 ilə oxşar məzmunlu etirafedici ifadələr vermişdir. Təqsirləndirilən şəxslər yalnız istintaqın sonunda müqavilə əsasında müdafiəçilərinin iştirakı ilə dindirilərkən Təqsirləndirilən şəxs2 qismən, Təqsirləndirilən şəxs1 isə tam şəkildə ifadələrini inkar etmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Təqsirləndirilən şəxslərin istintaq zamanı etirafedici ifadələrini fiziki təzyiqlər və işgəncə altında vermələri ilə bağlı müdafiə tərəfinin gətirdiyi dəlillərlə bağlı qeyd edilməlidir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müraciətləri əsasında Bakı şəhəri, Nərimanov rayon prokurorluğunda müvafiq araşdırma aparılmış, onların izahatları alınaraq, barələrində məhkəmə-tibbi ekspertizalar keçirilmişdir. İzahatlarında təqsirləndirilən şəxslər döyüldüklərini və işgəncəyə məruz qaldıqlarını, bədənləri üzərində xəsarətləri olduqlarını bildirsələr də, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 933 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 bədən səthi üzərində hər hansı xəsarət aşkar edilməmiş, Bakı İstintaq Təcridxanasında adına açılmış tibbi kitabçada göstərilən sol, sağ kürək və sol bazunun qançırları kimi xəsarətlər küt əşyanın təsirindən törənmişlər, tibbi kitabçada qeydiyyatı aparılan xx.xx.2023-cü il tarixdən 9-11 gün əvvələ müxtəlif şəraitlərdə əmələ gəlməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 934 saylı rəyi ilə Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmaları barədə 429-C-23 saylı araşdırma materiallarının nəticəsi olaraq Nərimanov rayon prokurorluğunun 02 avqust 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərar təqsirləndirilən şəxslər və müdafiəçilər tərəfindən mübahisələndirilməmişdir. Müdafiə tərəfinin təqsirləndirilən şəxslərin kirayə yaşadıqları mənzilə baxış zamanı çəkilmiş videogörüntülərin cinayət işinə əlavə olunmaması və məhkəmə istintaqı zamanı tədqiq edilməməsi, bu səbəbdən həmin materiala hökmdə istinad edilməsinin yolverilməzliyi ilə bağlı gətirdiyi dəlillə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Məhkəmədə tədqiq olunmuş 20 yanvar 2023-cü il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saat 17:45-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125 ünvanının qarşısında saxlanılmış, 20 yanvar 2023-cü il tarixdə saat 18:00-dan etibarən onların razılığı və iştirakı ilə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125, mənzil 59 ünvanına baxış keçirilmişdir. Baxış nəticəsində təqsirləndirilən şəxslərə verilmiş ittihamın əsasını təşkil edən narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Həmçinin, protokoldan görünür ki, həmin istintaq hərəkəti “Soni” markalı rəqəmsal videokamera vasitəsilə çəkilişi aparılmaqla qeydə alınmış, videogörüntülərin əks olunduğu bir ədəd “DVD” disk cinayət işinin 1-ci cildi, iş vərəqi 63-ə əlavə olunmuşdur. Cinayət işi məhkəmənin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 iş materiallarında olan bəzi sənədlərlə təkrar tanış olmaq və videogörüntülərə baxmaq üçün müraciət etmiş, həmin müraciət əsasında məhkəmənin vəkil otağında cinayət işinin materialları təkrar tanış olmaq üçün adı çəkilən vəkilə təqdim edilmişdir. Bundan sonra iş üzrə hökmün layihəsi hazırlanarkən həmin disk məhkəmə işçisi tərəfindən açılıb baxıldıqda, diskin boş olması və videogörüntülərin olmaması müəyyən edilmişdir. Bununla bağlı növbəti məhkəmə iclası keçirilərkən müdafiəçilərin bu barədə fikri soruşulmuş, Müdafiəçi2 ibtidai istintaq zamanı videogörüntülərin köçürüldüyü diskin tanış olmaq üçün ona təqdim olunduğunu və həmin görüntüləri izlədiyini bildirdi. Vəkil Müdafiəçi1 isə məhkəmə binasındakı vəkil otağında xidmət aparan məhkəmənin işçisi olan xanımın iştirakı ilə cinayət işində olan videodiski kompüterə yerləşdirib görüntülərə bir dəfə baxdığını, sonra həmin görüntüləri geri çəkməklə təkrar baxmaq istəyərkən, videogörüntülərin yoxa çıxdığını və təkrar ona baxılmasının qeyri-mümkün olduğunu göstərdi. Həmin məhkəmə iclasına məhkəmənin kompüter üzrə mütəxəssisi dəvət olunmuş, onun da diskdəki görüntülərin açılması üçün etdiyi cəhdlər uğursuz olmuş, mütəxəssis həmin diskin açılmamasını onun zədələnməsi ilə izah etdi. Cinayət işində olan 28 avqust və 31 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin iş materialları ilə tanış edilməsi haqqında protokollara əsasən, həmin “DVD” disk cinayət işinin digər materialları və maddi sübutlarla birlikdə Bakı İstintaq təcridxanasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin onların müdafiəçilərinə təqdim edilmiş, onlar tərəfindən həmin diskdəki görüntülərə baxış keçirilmişdir. Müdafiəçilərin sonradan istintaq orqanına təqdim etdiyi vəsatətlərdən də görünür ki, onlar işdə hesab etdikləri prosessual pozuntulardan bəhs etsələr də, videogörüntünün olmamasını mübahisələndirməmiş, bu isə, baxış istintaq hərəkətinin videoçəkiliş vasitəsilə aparıldığını təsdiq edir. Bununla əlaqədar, baxış keçirilməsi videogörüntülərinin diskə köçürülərək məhkəməyə təkrar təqdim olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu göndərilmiş, həmin sorğunun xx.xx.2024-cü il tarixli 3-13- 6/2-9771/2024 saylı cavab məktubu ilə müəyyən edilmişdir ki, 20 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125, mənzil 59 ünvanına baxış keçirilməsini özündə əks etdirən videogörüntü diskə köçürülərək iş materiallarına əlavə edildiyindən və yalnız bir nüsxədə hazırlandığından həmin videogörüntünün yenidən yenidən diskə köçürülüb təqdim edilməsi mümkün olmamışdır. Beləliklə, yuxarıda qeyd olunan məktubun məzmunu, həmçinin iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin ifadələri, onların müdafiəçilərinin məhkəmədə verdikləri arayışlar, şahid ifadələri, məhkəmədə tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvana baxış istintaq hərəkəti cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq videoçəkiliş vasitəsilə aparılmış, müvafiq videogörüntülərin yükləndiyi disk iş materiallarına əlavə edilmiş, müdafiə tərəfi həmin diskdəki görüntülərə baxış keçirmişdir. Bütün bunlar şübhə doğurmayan hallardır və məhkəmədə tədqiq olunmuş sənədlərlə sübut olunur. Bununla bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125, mənzil 59 ünvanına baxış keçirilməsi barədə 20 yanvar 2023-cü il tarixli protokolun mötəbərliyinə və onun şübhə altına alınmasına heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, baxış aparılması istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskin boş olması heç də həmin istintaq hərəkətinin videoçəkilişlə aparılmaması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iş materiallarında olan baxış və əşyaların götürülməsi haqqında protokol proses iştirakçılarına ucadan oxunmuş və protokolun düzgünlüyü şübhəli şəxslər tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin protokola əsasən baxış keçirilərkən “Soni” markalı videokameradan istifadə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 33.1-ci maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutlara və sübutetmə prosesinə münasibətdə qeyd edir ki, sübutların qiymətləndirilməsinin üsulu kimi məhkəmədə hakimin daxili inamı çıxış edir. Sübutlar heç kimdən və heç nədən asılı olmadan hər biri müstəqil olaraq sərbəst surətdə qiymətləndirilir. Sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik prosessual şəxsin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir. Sübutların qiymətləndirilməsi üsulu və nəticəsi kimi daxili inam sübutların bir hissəsinin məcmusuna və yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanır. Məhkəmə iclasında səsləndirilən digər dəlilləri - baxış keçirilməsi zamanı müdafiəçilərin iştirak etməməsi, baxışın prosessual qaydalara uyğun aparılmaması, Təqsirləndirilən şəxs1 baxış keçirilən ünvanda deyil, digər mənzildə yaşaması və s. barədə gətirilən dəlilləri isə qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, bunlar müdafiə tərəfinin subyektiv fikirləri olmaqla, cinayət işi ilə bu və ya digər formada əlaqəsi olmayan, cinayət işi üzrə toplanmış sübutları təkzib etməyən mülahizələr, ehtimallar və fərziyyələrdən ibarətdir. Qeyd olunan səbəblərdən məhkəmə kollegiyası müdafiə tərəfinin məhkəmədə qaldırdığı vəsatətləri – baxış keçirilməsi haqqında 20 yanvar 2023-cü il tarixli protokolun, xx.xx.2023-cü il tarixli şübhəli şəxs və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində dindirmə protokollarının, xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolunun sübutlar siyahısından xaric edilməsi haqqında vəsatətlərini əsassız hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin yaşadıqları ünvandan aşkar olunaraq götürülmüş narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrini, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş 1 ədəd “İphone” markalı mobil telefona keçirilmiş baxış zamanı narkotik vasitələrin dövriyyəsi ilə bağlı səs yazılarının və yazışmaların müəyyən edilməsini, həmçinin aşkar olunmuş maddələrin narkotik vasitələrin iki müxtəlif növlərdə olmasını, onların çəkisinin müəyyən edilməsi üçün narkotik vasitələrlə birlikdə həm də elektron tərəzinin aşkar olunmasını və həmin tərəzinin üzərində tiryək narkotik vasitəsinin iz hissəciklərinin müəyyən edilməsini, narkotik vasitələrin ayrı-ayrı bağlamalarda olmaqla hər birinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur (maddə 25.2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 himayəsində yaşlı anasının olmasını və əvvəllər idman yarışlarında qazandığı uğurları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59 və 61-ci maddələri ilə nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxslərin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldıqları bütün müddət onların cəzaçəkmə müddətlərinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı 20 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixdə adları çəkilən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılırlar. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 20 yanvar 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.lar. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli 1815 nömrəli və həmin tarixli 1816 nömrəli rəylərini əsas tutan məhkəmə kollegiyası hesab edir ki, hal-hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və onlar narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, həmin şəxslərin barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməməli, lakin onlar ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidirlər. Azərbaycan Respublikası CPM-nin 132.1.4, 132.1.5 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125, mənzil 59 ünvanından götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 810,729 qram çəkidə narkotik vasitə tiryək və 369,6 qram çəkidə qurudulmuş marixuana, həmçinin 1 ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd «iPhone» markalı mobil telefon onun ailə üzvlərinə təhvil verilməli, ailə üzvləri müəyyən edilmədiyi halda, gələcəkdə özünə təqdim edilməsi üçün saxlanıldığı cəzaçəkmə müəssisəsinə göndərilməli; - baxış keçirilməsi görüntülərinin yükləndiyi bir ədəd, Təqsirləndirilən şəxs2 səs yazılarının olduğu bir ədəd, cəmi 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı onun üzərindən 4.700 (dörd min yeddi yüz) ABŞ dolları və 20 (iyirmi) manat aşkar edilərək götürülmüş, həmin pul vəsaitləri məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin Maliyyə-Rlan idarəsinin depozit hesabına təhvil verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 həmin pul vəsaitinin ona təhsil haqqının ödənilməsi məqsədilə valideynləri tərəfindən göndərildiyini bildirdi və məhkəmədə onun ifadəsini təkzib edən bir hal müəyyən edilmədi. Həmçinin, aparılmış ibtidai istintaq zamanı həmin pul vəsaitinin üzərinə həbs qoyulmamış, istintaq orqanı tərəfindən xüsusi müsadirə üçün təklif edilməmiş, eyni zamanda təqsirləndirilən şəxsin həmin pul vəsaitini cinayət yolu ilə əldə etməsini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Qeyd olunanları ümumiləşdirən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BMCMİ-nin Maliyyə-Rlan idarəsinin depozit hesabına təhvil verilməklə Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı onun üzərindən aşkar edilərək götürülmüş 4.700 (dörd min yeddi yüz) ABŞ dolları və 20 (iyirmi) manat pul vəsaiti onun ailə üzvlərinə təhvil verilməli, ailə üzvləri müəyyən edilmədiyi halda, gələcəkdə Təqsirləndirilən şəxs2 təqdim edilməsi üçün sonuncunun etibarnamə üzrə səlahiyyət verdiyi şəxsə qaytarılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 159 (yüz əlli doqquz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, ekspertiza tədqiqatlarının dəyəri hesab edilən 159 (yüz əlli doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, yəni hər birindən 79 (yetmiş doqquz) manat 50 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125, mənzil 59 ünvanından götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 810,729 qram çəkidə narkotik vasitə tiryək və 369,6 qram çəkidə qurudulmuş marixuana, həmçinin 1 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd «iPhone» markalı mobil telefon onun ailə üzvlərinə təhvil verilsin, ailə üzvləri müəyyən edilmədiyi halda gələcəkdə özünə təqdim edilməsi üçün saxlanıldığı cəzaçəkmə müəssisəsinə göndərilsin. - baxış keçirilməsi görüntülərinin yükləndiyi bir ədəd, Təqsirləndirilən şəxs2 səs yazılarının olduğu bir ədəd, cəmi 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DİN BMCMİ-nin Maliyyə-Rlan idarəsinin depozit hesabına təhvil verilməklə Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı üzərindən aşkar edilərək götürülmüş 4.700 (dörd min yeddi yüz) ABŞ dolları və 20 (iyirmi) manat pul vəsaiti onun ailə üzvlərinə təhvil verilsin, ailə üzvləri müəyyən edilmədiyi halda, gələcəkdə Təqsirləndirilən şəxs2 təqdim edilməsi üçün sonuncunun etibarnamə üzrə səlahiyyət verdiyi şəxsə qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 159 (yüz əlli doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, yəni hər birindən 79 (yetmiş doqquz) manat 50 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar