Məhkəmə qərarları › İş №1(101)-782/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-782/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-782/2020 08.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili X6, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1989-cu ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu omayan, Ağdam şəhəri, S.S.Axundov küçəsi ev 10 da pasport qeydiyyatında olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PXnin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanın qarşısında əvvəllər qeyri-rəsmi nikah münasibətində olmaqla sonradan ayrıldığı X2 həmin vaxt yaxın əlaqədə olduğu Şahid1 ilə təsadüfən rastlaşıb sonuncunun onun ünvanına qiyabi nalayiq ifadələr işlətməsinə iradını bildirib mübahisə edərkən həmin yerə gəlmiş Zərərçəkmiş şəxs Şahid1 sözlə müdafiə etməklə, tərəfini tutmasını bəhanə edərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi istintaqa məlum olmayan qatlanan tipli bıçaqla, oradan aralanıb getmək istəyən Zərərçəkmiş şəxs qəsdən, arxadan sağ kürək nahiyəsindən bir zərbə vuraraq, onun sağ ağciyərin zədələnməsi, sağ tərəfli qapalı hemopnevmotoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan sağ kürək nahiyyəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən, yəni Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla deyil, həmin Məcəllənin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdirki, o, Ağdam şəhərində qeydiyyatda olsa da ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs ilə onun arasında qeyri rəsmi ər-arvad münasibətləri olmuşdur və bir müddət onlar Mayisənin kirayə yaşadığı evdə yaşamışlar. Hadisə baş verməzdən 7 ay əvvəl münasibətləri pozulmuş, lakin onlar bir neçə dəfə görüşmüşlər. Mayisə ondan ayrılandan sonra Şahid1 adlı şəxslə yaşamışdır. O, bir dəfə Mayisəyə zəng etdiyi zaman Mayisənin telefonunu Mayıl açmış və telefonda ona nalayiq söyüşlər söyərək Mayisəyə zəng etməməsini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayının yanından keçərək Keşlə qəsəbəsinə gedərkən Mayisənin yaşadığı evin darvazasının yaxınlığında Mayıl ilə təsadüfən qarşılaşmışdır. O, Mayılı görən kimi sonuncudan onun ünvanına niyə söyüş söydüyünü soruşmuşdur. Mayıl yenə onu təhqir etmiş, onların arasında mübahisə yaranmışdır. Həmin vaxt Mayisədə ora gəlmişdir. Mayisə də onu təhqir etməyə başlamışdır. Mayıl da ona qarşı təhqirlərini davam etdirmişdir. O həmin təhqirlərdən əsəbləşərək cibində olan «brolok» kimi istifadə etdiyi aksesuarın içəsisində olan bıçağı açıb Mayılı vurmaq istəmiş bu zaman onları aralamaq istəyən Mayisənin kürək naiyyəsinə bıçaqla vurmuşdur. Sonra Mayisənin kürəyindən qan gəldiyini görərək dayanmışdır. O öz əməlindən görə peşman olub, həkim çağırmaq istəmişdir. Mayisə onun həkim çağırmağına etiraz etmiş və onun oradan getməsini tələb etmişdir. Hadisə yerindən uzaqlaşaraq Bulvara getmiş, sahildə xatırlamadığı yerdə broloku dənizə atmışdır. Sonradan polislər tərəfindən axtarıldığını öyrəndikdə xx xxxxxx 2020-ci il tarixdə Nizami rayon Polis İdarəsinə könüllü gedib törətdiyi cinayət əməlini etiraf edib təslim olmuşdur. O, törətdiyi əməldən peşman olduğunu bildirmiş və zərəçəkənlə barışdığını göstərmişdir. İbtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, 2020-ci ilin fevral ayının 16-18 arası o, Mayisə ilə görüşdükdə sonuncu ona demişdir ki, artıq o, onunla görüşməməlidir, onun Mayıl adlı şəxslə yaxın münasibəti vardır və Mayıl onun Mayisə ilə görüşməyini istəmir. Mayıl nalayıq sözlərlə deyib ki, o, bir daha Mayisəni narahat etməsin. O çıxıb getmişdir və sonradan Mayisəni axtarmamış və onunla görməmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayının yanında, Keşlə qəsəbəsində gedərkən orada olan evlərin qarşısında, Mayisənin yaşadığı evin darvazasının yaxınlığında Mayıl ilə təsadüfən qarşılaşmışdır. O, Mayılı görən kimi ona demişdir ki, niyə onun ünvanına söyüş söymüşdür. Mayıl onun ünvanına söyüş söymədiyini bildirsə də o, Mayıl ilə qışqıra-qışqıra danımış, onu söymüş, qolundan tutaraq qırağa, sakit yerə getməyi təklif etmişdir. O, Mayılın qolundan tutub onu kənara aparan zaman haradan isə Mayisə həmin yerə gəlmiş və Mayılın digər qolundan tutaraq onu özünə tərəf çəkmişdir. O, Mayisəyə qarşı nalayiq sözlər işlətməklə Mayılımı, onumu seçməsini soruşmuşdur. Mayisə isə ona demişdir ki, Mayıldan əl çəksin və bir daha onu da narahat etməsin. O, qışqıra-qışqıra Mayisəyə nalayiq sözlər demiş, öz cibindən qatlanan bıçağı çıxararaq açmışdır. Həmin vaxt onun fikiri yalnız Mayisəyə ağrı yetirmək olmuşdur. Mayisə və Mayıl dönərək darvazaya tərəf aralanmağa başlayanda o, Mayisəyə çataraq onun arxa sağ kürək nahiyyəsindən bir dəfə əlindəki bıçaqla vurmuşdur. Mayisə isə dayanaraq arxaya çönmüş və onun əlində bıçağın olmasını görmüşdür. O, Mayisənin kürəyindən qan gəldiyini görərək dayanmış və həkim çağırmaq istəmişdir. Mayisə onun həkim çağırmağına etiraz etmiş, o da həmin yerdən uzaqlaşaraq dəniz kənarı olan Bulvara getmişdir. Orada sahildə xatırlamadığı yerdə bıçağı dənizə atmışdır. Sonradan onun polis tərəfimdən axtarıldığını öyrəndikdə xx xxxxxx 2020-ci il tarixdə Nizami rayon Polis İdarəsinə könüllü gəlib törətdyi cinayət əməlini etiraf edib bu barədə səmimi olaraq məlumat vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Alakor kəndində pasport qeydiyyatında olsa da 2011-ci il tarixdən ünvan 1 ünvanında yetinlik yaşına çatmayan iki övladı ilə birlikdə kirayədə yaşamışdır. Hadisədən üç il əvvəl Təqsirləndirilən şəxs ilə tanış olmuş və onlar arasında qeyri-rəsmi ər-arvad münasibətləri yaranmışdır. O, Elnur ilə kirayədə yaşadığı evdə birlikdə yaşamışdır. Hadisədən 7 ay əvvəl aralarında olan münasibətlər pozulmuş, lakin onlar hərdən bir görüşmüşlər. Elnurdan ayrıldıqdan sonra o, Şahid1 adlı şəxslə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışdır. Bir dəfə Elnur ona telefonla zəng edəndə telefonu Mayıl açmış, Elnura nalayiq söyüş söymüşdür. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evin həyətində olarkən küçədə darvazanın yanında Mayıl ilə Elnurun səslərini eşidib həyətin darvazasından bayıra çıxmışdır. Həmin vaxt küçədə Elnur ilə Mayılın mübahisə etdiklərin görmüşdür. Elnur əli ilə Mayılı vurmaq istəyəndə o, əsəbləşərək Elnura naylayiq sözlər demişdir. Elnur ona fikir verməmiş, Mayıl ilə mübahisəsini davam etdirmişdir. Onların mübahisəsi daha da qızışmış, Mayıl Elnuru təhqir etmişdir. Elnur bu zaman əlində olan bıçaqla Mayılı vurmaq istəyəndə onların ortasına girmiş, Elnurun əlindəki bçıaq təsadüfən ona dəymişdir. Elnur həkim çağırmaq istədikdə isə o, Elnuru oradan qovmuşdur. Daha sonra isə özü həkimə müraciət etmişdir. Əvvəlcə həkimə yıxıldığını demiş, lakin sonra Nizami RPİnin 23-cü PB-nin əməkdaşına hadisə barədə olduğu kimi məlumat vermişdir. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs Maysə Sarıyeva bildirmişdir ki, hadisə olan zaman Elnurun ona xəsarət yetirmək niyyəti olmamışdır. Hadisə zamanı Mayıl Elnura demişdir ki, «məni heç kim vura bilməz, məni vurmaq istəyəni yenə söyərəm». Elnur onu vurmaq istəməmiş, Mayılı vurmaq istəyərkən bıçaq zərbəsi ona dəymişdir. İbtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2011-ci ildən etibarən ünvan 1 ünvanında 2007-ci il təvvəllüdlü oğlu X9 və 2009-cu il təvvəllüdlü oğlu X7 ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs ilə aralarında qeyri-rəsmi ər-arvad münasibətləri yaranmış və onlar bir müddət onun kirayədə yaşadığı evdə Elnurla bir yerdə yaşamışlar. Hadisədən 7 ay əvvəl aralarında olmuş münasibətlər pozulmuşdur. Buna baxmayaraq hərdən bir görüşmüşlər. Mayılı uzun müddətdir ki, tanısa da son zamanlar, yəni Elnurdan ayrıldıqdan sonra Mayıl ilə münasibətləri daha yaxın olmuşdur. O mütəmadi olaraq onun evinə gəlib qeyri-rəsmi olaraq onunla yaşamış və hər gələndə də evinə ərzaq məhsulları gətirmişdir. Elnur ara bir onlara gələndə Mayılı görmüş və onlar bir-birini tanımışlar. Sonuncu dəfə, 2020-ci ilin fevral ayının 16-18 arası o, Elnurla görüşdükdə Elnura demişdir ki, artıq onu axtarmasın, onun Mayıl ilə yaxın münasibəti vardır və Mayıl onun Elnurla görüşməsini istəmir. Söhbət zamanı hətta Elnura demişdir ki, Mayıl qəti olaraq onun Elnurla görüşməyinin əleyhinədir. Mayılın Elnur barəsində dediyi nalayiq sözləri ona demiş və bir daha onu narahat etməməsini, onunla münasibətini artıq kəsməyini tapşırmışdır. Elnur onu dinləyərək çıxıb getmiş və sonradan bir neçə gün ərzində o, Elnuru görməmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 22 radələrində o, yaşadığı evin həyətində olarkən Mayılla Elnurun bərk səslə danışmaqlarını eşitmiş və həyətin darvazasından bayıra çıxdıqda eşitmişdir ki, Elnur Mayıla deyir ki, «sən kimin ünvanına söyüş söymüsən?» Mayıl isə ona söyüş söymədiyini demiş, bu zaman Elnur özünü “lotu” kimi göstərərək Mayıla qarşı nalayiq sözlər işlətməyə başlamışdır və onun qolundan tutaraq qırağa, sakit yerə getməyi təklif etmişdir. Elnur Mayılın qolundan tutub onu kənara aparan zaman o, yaxınlaşıb Mayıldan tutaraq onu özünə tərəf çəkmişdir, bu zaman Elnur ona qarşı nalayiq sözlər işlətməklə ondan soruşmuşdur ki, onlardan hansını seçir. Həmin vaxt o, Elnura ondan əl çəkməsini və bir daha onu narahat etməməsini dedikdə Elnur yenə də qışqıra-qışqıra ona nalayiq sözlər demiş, cibindən qatlanan bıçaq çıxararaq onu açmışdır. Bu zaman o və Mayıl dönərək Elnurdan aralanmaq istəmişlər, onlar addımlayaraq darvazadan içəri yaşadığı evin həyətinə girmək istədikdə, arxa sağ kürək nahiyyəsindən nə isə kəsici deşici olan bir alətin girdiyini hiss etmişdir. Həmin vaxt başa düşmüşdür ki, Elnur onu bıçaqla vurmuşdur. O, arxaya dönüb görmüşdür ki, Elnurun əlindəki bıçağın tiyəsi qanlıdır. Sonra Elnur onun kürəyindən qan gəldiyini görərək duruxub dayanmış və həkim çağırmaq istəmişdir. Lakin o, Elnura etiraz etmiş və çıxıb getməsini demişdir. Elnur da oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadənin bir qisminin düzgün olmadığını, məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu, hadisədən sonra Elnura qarşı əsəbi olduğu üçün Elnurun onun səbəbsiz yerə qəsdən vurması barədə ifadələr verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Nizami RPİnin 23-cü PB-nin Cinyət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə 23-cü PB-nin növbətçi hissəsinə vətəndaş Zərərçəkmiş şəxs xəsarət alaraq X4 daxil olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında cinayətin açılması istiqamətində tərəfindən əməliyyat axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, həmin gün saat 22 radələrində ünvan 1 ünvanın qarşısında həmin ünvanda yaşayan əvvəllər qeyrirəsmi nikah münasibətində olmaqla sonradan ayrıldığı Elnur adlı şəxsin X2 həmin vaxt yaxın əlaqədə olduğu Mayıl adlı şəxs ilə təsadüfən rastlaşıb sonuncunun onun ünvanına qiyabi nalayiq ifadələr işlətməsinə iradını bildirib mübahisə edərkən həmin yerə gəlmiş Zərərçəkmiş şəxs Şahid1 sözlə müdafiə etməklə, tərəfini tutmasını Elnur bəhanə edərək, heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi qatlanan tipli bıçaqla, oradan aralanıb getmək istəyən Zərərçəkmiş şəxs qəsdən, arxadan sağ kürək nahiyyəsindən bir zərbə vuraraq ona bədən xəsarəti yetirmişdir. Eləcə də əməliyyat axtarış tədbirləri keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmiş şəxs Təqsirləndirilən şəxs, hadisə zamanı orada olmuş şəxs Şahid1dur. Bundan başqa göstərilən hadisə ilə bağlı ünvan 1 ünvanında olmuş, orada tərəfindən əməliyyat xarakterli sorğu suallar aparıldıqda müəyyən edilmişdir ki, hadisə bitdikdən sonra kürək nahiyyəsi qanlı vəziyyətdə olan Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayan X3 ilə rastlaşmış və Zərərçəkmiş şəxs baş vermiş hadisəni Rəfayizə danışaraq hansı səbəbdən kürək nahiyyəsinin qanlı olmasını izah etmişdir. Araşdırma apardığı zaman müəyyən etmişdir ki, qonşuluqda yaşayan şəxslər həmin hadisənin şahidləri olmamışlar və onların göstərilən hadisə ilə bağlı heç bir məlumatları yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi qatlanan bıçaqın müəyyən edilərək istintaqa təqdim edilməsi istiqamətində tərəfindən əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin həmin bıçağın müəyyən edilərək istintaqa təqdim edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs barəsində axtarış tədbiriləri keçirilən zaman Elnur özü xx xxxxxx 2020-ci il tarixdə könüllü olaraq Nizami rayon polis idarəsinin istintaq şöbəsinə gəlib törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Məhkəmədə Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanısa da, son zamanlar münasibətləri daha yaxın olmuşdur, o, mütamadi olaraq Mayisənin evinə gedib qeyri-rəsmi olaraq onunla yaşamış və hər gedəndə də evinə ərzaq məhsulları aparmışdır. O, Mayisənin Elnur adlı tanışının ara bir onun yanına gəlib getməsini görmüş və onlar bir birlərini üzdən tanımışlar. Mayisə ona bildirmişdir ki, təxminən üç ildir ki, həmin Elnuru tanıyır, onlar tanış olduqdan sonra aralarında qeyri-rəsmi ər-arvad münasibətləri yaranmış, həmin müddətdən onun kirayəşin yaşadığı evdə Elnurla bir yerdə yaşamışlar. Lakin təxminən 7 aydır ki, aralarında olan münasibətlər pozulmuşdur. Buna baxmayaraq hərdən bir görüşürlər. O, Mayisəyə söhbət zamanı bildirmişdir ki, Elnura desin ki, o, Mayisəni bir daha axtarmasın. Belə ki, o, Mayisə ilə yaxın münasibət yaratdığından Elnurun Mayisə ilə görüşməyini istəməmişdir. O, qəti olaraq onların görüşməyinin əleyhinə olmuş və əsəbləşərək hətda Mayisənin yanında Elnur barəsində nalayiq sözlər də demişdir. Mayisəyə də Elnurla olan münasibətlərini kəsmək lazım olduğunu tapşırmışdır. Mayisə Elnurla görüşən zaman onun sözlərini Elnura çatdırmışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 22 radələrində o, ərzaq məhsulları alaraq Mayisənin yaşadığı ünvan 1 ünvanına gələn zaman həmin ünavnın darvazasının yaxınlığında təsadüfən Elnurla rastlaşmışdır. Bu zaman Elnur uca səslə ona demişdir ki, “sən kimin ünvanına söyüş söymüsən?” O, Elnura onun barəsində söyüş söymədiyini demiş, bu zaman Elnur özünü “lotu” kimi göstərərək ona qarşı nalayiq sözlər işlətməyə başlamış və onun qolundan tutaraq qırağa, sakit yerə getməyi təklif etmişdir. Elnurun uca səsli danışığını eşidən Mayisə də darvazadan çıxaraq onlara doğru yaxınlaşmışdır. Elnur onun qolundan tutub kənara aparan zaman Mayisə onun digər qolundan tutaraq onu özünə tərəf çəkmişdir. Bu zaman Elnur Mayisəyə qarşı nalayiq sözlər işlətməklə ondan soruşmuşdur ki, Maysə onların hansını seçir. Mayisə Elnura ondan əl çəkməsini və bir daha onu narahat etməməsini dedikdə Elnur yenə də qışqıra-qışqıra Mayisəyə nalayiq sözlər demiş, cibindən qatlanan bıçaq çıxararaq onu açmışdır. Bu zaman o, Mayisə ilə Elnurdan aralanmaq istəmişlər, onlar addımlayaraq darvazadan içəri, Mayisənin yaşadığı evin həyətinə girmək istədikdə Mayisə qışqıraraq dayanmış, arxadan sağ kürək nahiyəsindən xəsarət aldığını bildirdikdə, başa düşmüşlər ki, Elnur Mayisəni bıçaqla vurmuşdur. O, arxaya çönərkən Təqsirləndirilən şəxs əlində olan bıçağın qanlı olmasını görmüş və ona aydın olmuşdur ki, Elnur həmin bıçaqla Mayisənin kürəyindən vuraraq ona xəsarət yetirmişdir. Elnur Mayiəsnin kürəyindən qan gəldiyini görərək dayanmış və həkim çağırmaq istəmişdir. Lakin Mayisə ona etiraz etmiş və çıxıb getməsini bildirmişdir. Sonra Elnur oradan çıxıb getmişdir. Bunan sonra Mayisə özü xəstəxanaya müraciət etmişdir. Həmin zaman o, da Mayisənin yanında olmuşdur, həkimə gedən kimi xəstəxanadan polisə məlumat verilmişdir. Xəstəxanaya polis əməkdaşları gəlmişlər. Mayisənin kürək nahiyəsindən bıçaqla vurub xəsarət yetirməsi təxminən 10 dəqiqə ərzində davam etmiş, bunu oraya gələn, lakin adlarını bilmədiyi şəxslər də görmüşlər. Məhkəmədə Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, o, Salyan rayonu, Təzəkənd kəndində qeydiyyatdadır, lakin ünvan 1 də kirayəşin yaşamışdır. Onunla qonşulqda əslən Tovuz rayonundan olan Zərərçəkmiş şəxs adlı qadını tanımışdır. Zərərçəkmiş şəxs tanışları Elnur və Mayıl adlı şəxsləri o, əvvəlcədən şəxsən tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Əvvəllər onların Mayisənin yanına gəlib-gedəndə üzdən görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində o, yaşadığı evin həyətində olarkən darvazanın qarşısından həyətə uca səslə qışqırıqların, danışığın gəlməsini eşitmişdir. O, bunun səbəbi ilə maraqlanaraq həyətin darvazasından bayıra çıxdıqda görmüşdür ki, Mayisə həyəcanlı vəziyyətdədir, onun arxa sağ kürək nahiyyəsindən qan axır və başa düşmüşdür ki, Maysə bıçaqla vurulmuşdur. O, Mayisədən nə baş verməsini soruşmuş, Mayisə ona danışmışdır ki, Elnur adlı şəxs münaqişə yaradaraq Mayıl adlı şəxsin qolundan tutub onu kənara aparmaq istəmiş, həmin zaman Mayisə Mayıldan tutaraq onu özünə tərəf çəkmişdir. Elnur Mayisəyə nalayiq sözlər işlətməklə ondan soruşmuşdur ki, onların hansını seçir. Həmin vaxt Mayisə Elnura ondan əl çəkməsini və bir daha onu narahat etməməsini dedikdə Elnur yenə də qışqıra-qışqıra ona nalayiq sözlər demiş, cibindən qatlanan bıçaq çıxararaq onlar aralanmaq istəyəndə Elnur Mayisənin arxa sağ kürək nahiyəsindən qatlanan bıçaqla vuraraq ona xəsarət yetirmişdir. O, hadisənin necə baş verməsini özü görməmişdir, çünki o, darvazadan çıxanda artıq dalaşma başa çatmışdır. Səhərisi Nizami RPİ-nin 23-cü Polis bölməsinin əməkdaşları hadisə ilə maraqlanmışlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdikləri və məhkəmədə elan olunmuş ifadələri, məhkəmədə dindirilmiş şahid ifadəsi və məhkəmədə ifadələri elan olunmuş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan raportdan məlum olur ki, Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı DİN Bakı şəhər Nizami rayon 23-cü polis bölməsinə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami RPİ-nə könüllü gələrək təqsirini boynuna almış və xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanın qarşısında əvvəllər qeyrirəsmi nikah münasibətində olmaqla sonradan ayrıldığı Zərərçəkmiş şəxs bıçaqla vurub ona bədən xəsarəti yetirdiyini etiraf etmişdir. Cinayət işinin materiallarında olan "cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 163 nömrəli rəyində ekspert göstərmişdir ki, Zərərçəkmiş şəxs sağ ağciyərin zədələnməsi, sağ tərəfli qapalı hemopnevmotoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan sağ kürək nahiyyəsinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarət kəsici kənara malik əşyanın təsirindən törədilmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yarana bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərə vurmaya aiddir. Lokalozasiya və xarakterinəəsasən demək olar ki, xəsarətin şəxsin özü tərəfindən özünə yetiriməsi nəticəsində yaranması inandırıcı deyil, lakin şəxsin öz boyu hündürlüyündən yıxılması zamanı yaranması inkar edilir. Cinayət işinin materiallarında olan məhkəmə- psixiatrik ekspertizasının xx xxx 2020-ci il tarixli 956 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri və s.sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işinin materialları və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərar gəlir: Təqsirləndirilən şəxs cinayəti törədərkən onda psixi xəstəlik əlamətləri qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 məlumatından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmədə verdiyi Elnurun Mayisəni bıçaqla qəsdən vurmaması, Elnurun Mayılı vurarkən bıçağın zərərçəkmişə təsədüfən dəyməsi kimi ifadələrini həqiqi ifadələr kimi qəbul etmir və həmin ifadələri təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Məhkəmə onların ibtidai istintaq zamını verdiyi və məhkəmədə elan olunmuş ifadələrini işin hallarına uyğun və daha inandırıcı hesab edir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən könüllü olaraq polis bölməsinə gedərək törətdiyi cinayət əməlini etiraf etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, məcburi köçkün olması, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin həmin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasının həddi təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin ümumi rejimi cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan –xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar