Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-782/2021 17.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, ev 30, mənzil 54-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə ümumi təmiz çəkisi 3,571 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, xx xxxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində tanışı Şahid1 idarə etdiyi avtomaşınla Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 206 saylı ünvanın qarşısı ilə hərəkətdə olan zaman Azərbaycan Respublikası ərazisində tətbiq olunan Komendant saatı ilə əlaqədar həmin ünvanda yerləşən stasionar postda Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq müvafiq icazələri olmadan hərəkət etmələri səbəbindən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 saylı ünvanda yerləşən Nizamı RPİ-nin 23cü PB-nə gətirilmiş və PB-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ ayağından corabında 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.219qram, 1.075 qram və 1.277qram, ümumi təmiz çəkisi 3,571 qram olan qəhvəyi rəngli maddə kütləsi - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Onun 1 azyaşlı uşağı var. O, narkotik vasitə heroini burnuna çəkməklə qəbul edir. «İnstaqram» sosial şəbəkəsində narkotik vasitə satışı ilə məşğul olan şəxslə tanış olmuşdur. Həmin şəxsin adını və digər anket məlumatlarını bilmir. Sosial şəbəkədə hansı adla qeydiyyatdan keçməsini də xatırlamır. xx xxxxxxx 2020-ci il tarixdə o, həmin şəxslə «İnstaqram» sosial şəbəkəsində narkotik vasitənin alışı ilə razılaşdıqdan sonra «Paypoint» aparatı vasitəsi ilə həmin şəxsin verdiyi hesaba 45 manat köçürmüşdür. Həmin şəxs ona Bakı şəhəri, Yasamal rayonu ərazisində 20 Yanvar metrostansiyasına tərəf gələndə yolun sağ tərəfində yerləşən 9 mərtəbəli binanın həyətində zibil qutusunun yanından narkotik vasitəni oradan götürməyini demişdir. Həmin gün təxminən saat 23-24 radələrində o, narkotik vasitəni istifadə etmək üçün qeyd olunan yerə gedərək oradan 3 bükümdə narkotik vasitəni götürmüş və həmin narkotik vasitələri Bakı şəhəri ərazisində komendant saatı tətbiq olunduğundan postda yaxalanarsa tapılmaması üçün ayağında olan corabında gizlətmişdir. 3 büküm narkotik vasitəni ondan ötrü əldə etmişdir ki, həmin narkotikdən bir neçə gün istifadə etsin. Bundan sonra tanımadığı bir taksi avtomaşını ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gəlmiş və orada narkotik vasitənin bir hissəsini istifadə etdikdən sonra qalanını yenə də corabında saxlayaraq yaşadığı ünvana getmək üçün taksi saxlatmaq üçün yolun kənarına çıxaraq «Fidan» şadlıq sarayının yanında dayanmışdır. Artıq xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 00:40 radələri olmuşdur ki, bu zaman o, tanışı olan Şahid1 idarə etdiyi avtomaşınla yanından keçməsini görmüş və Raminin mobil telefonuna zəng edərək hara getməsini soruşduqda Ramin evə getdiyini bildirmişdir. O, Ramindən xahiş etmişdir ki, onu metronun Q.Qarayev stansiyasının yanına aparsın. Ramin razılaşmış və o, avtomaşında qabaq sağ oturacaqda əyləşmişdir. Bundan sonra təxminən saat 01 radələrində Raminin idarə etdiyi avtomaşınla Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun «Koroğlu» stansiyasının yanından keçən zaman orada olan postda polis əməkdaşları onları saxlamış və sənədlərini yoxlayan zaman onun bədənində ağrılar olduğu üçün bərk tərləmişdir. Bundan sonra polis əməkdaşları şübhələnərək onları Nizami RPİ-nin 23-cü PB-nə gətirmiş və PB-də onun üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirmişlər. Daha sonra ona üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif etmişlər. O, polis əməkdaşlarına üzərində narkotik vasitə olan heroin olmasını bildirərək, corabında gizlətdiyi üç bükümdə olan sellofan bükümləri polis əməkdaşlarına təqdim etmiş və həmin bükümlərdə olan narkotik vasitənin heroin olmasını, həmin narkotik vasitəni 45 manata öz istifadəsi üçün aldığını bildirmişdir. O, heç vaxt narkotik vasitələri satmamışdır. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni falqada çəkmişdir. Onda 3 büküm narkotik olmuş və hər bir bükümü 15 manata olmaqla, 3 bükümü 45 manata almışdır. Çəkisini bilməmişdir. Aldığı 3 büküm ona 1 həftəyə bəs edəcəkmiş. O, narkotiki alandan sonra heç kəslə telefon əlaqəsi olmamışdır. O, heç vaxt narkotik vasitəni heç kəsə satmamış, satmaq məqsədi olmamış, satmağa da cəhd etməmişdir. Hərdən özündə olan narkotik vasitədən tanışlarına istifadə etmək üçün bağışlamış və tanışları ilə birlikdə narkotik vasitədən istifadə etmişlər. Lakin, həmin şəxslərin adları, tam anket məlumatları yadında qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Azərbaycan Respublikası ərazisində Hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində komendant saatının təyin edilməsi ilə bağlı xx xxxxxxx 2020-ci il tarixdə iş yoldaşı Şahid3lə birlikdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində qurulmuş karantin postunda xidmət apararkən saat 01 radələrində postda olan zaman «KİA» markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomaşını postda saxlamışlar və avtomobildə sürücünün yanında bir nəfər oturmuşdur. Sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin sənədlərini yoxlamağa başlayarkən həmin şəxslərin komendant saatında gəzintiyə icazələrinin olmaması müəyyən edilmişdir. Avtomaşında olan Təqsirləndirilən şəxs özünü şübhəli aparması səbəbindən onların hər ikisi avtomaşın ilə birlikdə ərazi aidiyyatı üzrə Nizami RPİ-nin 23-cü PB-nə gətirilmişlər. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasında o da iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs ayağındakı corabından 3 ədəd ayrı-ayrılıqda sellofan bükümdə olan maddələri təqdim edərək həmin maddələrin narkotik vasitə olan heroin olmasını, şəxsi istifadəsi üçün internet vasitəsi ilə tanış olduğu şəxsdən 45 manata aldığını bildirmişdir. Bundan sonra aşkar olunmuş maddə qablaşdırılaraq bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şahid1 üzərindən hər hansı bir qanunsuz əşya müəyyən edilməmişdir. Bundan sonra Şahid1 məxsus avtomaşına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirildikdə avtomaşından hər hansı bir qanunsuz əşya müəyyən edilməmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və o, həmin protokolu oxuyub imzalamışdır. Hadisə gününə qədər təqsirləndirilən şəxsi tanımamışdır. Təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə onlarda heç bir məlumat olmamışdır. Elan olunmuş cinayət işinin 24-cü vərəqəsində olan şəxsin üzərinə axtarış keçirilməsi barədə protokola və protokolda şahidin adının qarşısında olan imzaya əsasən Şahid4 bildirmişdir ki, elan olunmuş protokolda ona təqdim olunmuş imza onun imzasıdır. Protokolda yazılanları təsdiq edir. Təqsiriləndirilən şəxsin üzərinə keçirilən axtarışda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. O, Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Azərbaycan Respublikası ərazisində Hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində komendant saatının təyin edilməsi ilə əlaqədar xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində qurulmuş karantin postunda xidmət aparan Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən həmin gün saat 01 radələrində postda sonradan şəxsiyyəti ona məlum olan Şahid1 idarə etdiyi avtomaşın saxlatdırılaraq sürücü və yanında olan sərnişin, şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs komendant saatı vaxtında gəzintiyə icazəsinin olmaması və sərnişinin özünün şübhəli aparması səbəbindən hər ikisi 23-cü PB-nə gətirilmişlər. İdarədə PPXB-nin əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs ayağındakı corabında gizlətdiyi 3 ədəd ayrıayrılıqda sellofan bükümdə olan maddələri təqdim edərək həmin maddələrin narkotik vasitə olan heroin olmasını, şəxsi istifadəsi üçün internet vasitəsi ilə tanış olduğu şəxsdən 45 manata aldığını bildirmişdir. Bundan sonra aşkar olunmuş maddə qablaşdırılaraq bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları tərəfindən Şahid1 üzərində hər hansı bir qanunsuz əşya müəyyən edilməmişdir. Bundan sonra Şahid1 məxsus avtomaşına baxış keçirildikdə avtomaşından hər hansı bir qanunsuz əşya müəyyən edilməmiş və bu barədə protokol tərtib olunaraq, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə işlədiyi Polis İdarəsində barəsində heç bir əməliyyat məlumatı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə onlarda heç bir məlumat olmamışdır. Narkotik vasitə 3 bükümdə olmuşdur. Təqsirləndirilən şəxs özü könüllü olaraq narkotik vasitəni corabından çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxsin yaşadığı mənzilə baxış keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-də təhqiqatçı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və sonuncu ilə heç bir münasibəti olmamışdır. Azərbaycan Respublikası ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Bakı şəhərində komendant saatının təyin edilməsinə görə xx xxxxxxx 2020-ci ıl tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində qurulmuş karantin postunda xidmət aparan Nizamı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən həmin gün saat 01 radələrində postda sonradan adının Şahid1 olmasını bildiyi şəxsin idarə etdiyi “KİA” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomaşın saxladılmışdır. Avtomobildə olan sürücü və yanında olan sərnişin Təqsirləndirilən şəxs kamendant saatı vaxtında gəzintiyə icazəsinin olmaması və sərnişin Təqsirləndirilən şəxs özünü şübhəli aparmasına görə hər ikisi 23-cü PB-nə gətirilmişlər. Həmin şəxslər 23-cü PB-nə gətirildiksən sonra onun tərəfindən PPXB-nin əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunduqda, sonuncu sağ ayağının corabında gizlətdiyi 3 ədəd ayrıayrılıqda sellofan bükümdə olan maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün internet vasitəsi ilə tanış olduğu şəxsdən 45 manata aldığını bildirmişdir. Həmin aşkar olunmuş maddə qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Avtomobilin sürücüsü olan X4 üzərinə şəxsi axtarış keçirilərkən, sonuncunun üzərindən hər hansı bir qanunsuz əşya aşka edilməmişdir. Bu barədə də müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid1 məxsus «KİA Optima» markalı avtomaşına dəvət olunmuş hal şahidlərinin baxış keçirilmiş və avtomobildən də hər hansı qanunsuz əşya aşkar edilməmiş və bu barədə protokol tərtib edilməklə, protokol iştirakçılar tərəfindən imzalanmıdşır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, o, xx xxxxxxx 2020-ci ii gecə saat 00:40 radələrində idarə etdiyi “Kia Optima” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində oian aptekdən övladı üçün iynə alıb yaşadığı evə qayıdan zaman “Fidan” şadlıq sarayının qarşısında əvvəllər tanıdığı Şiraz ona zəng vurub hara getdiyini soruşmuşdur. O, Şiraza yaşadığı evə getdiyini bildirəndə, sonuncu ondan onu metronun “Qara Qarayev” stansiyasının yanına aparmasını xahiş etmişdir. O, avtomaşını saxlayaraq Şirazı avtomobilə götürmüş, onlar təxminən saat 01:00 radələrində metronun “Koroğlu” stansiyasının yanında olan stansionar postdan keçən zaman polis əməkdaşları onları saxlayıb sənədlərini yoxlamağa başlamışlar. Həmin vaxt Şiraz bərk tərlədiyindən polis əməkdaşları ondan şübhələnib onları 23-cu PB-nə aparmışlar. Polis bölməsinin xidməti otaqlarının birində video çəkilişlə onun üzərində axtarış aparılmış və üzərindən heç bir qanunsuz əşya aşkar olnunmamışdır. Amma Şirazın üzərindən narkotik vasitə aşkar olunmuşdur. Onun Şirazın üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan Nizami RPİ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 xx xxxxxxx 2020-ci il tarixli raportundan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr 206 ünvanında yaradılmış stasionar postda olan zaman “KİA” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılmış və maşında olan sərnişin narkotik vasitənin istifadəsində şübhə yaratdığı üçün, həmin sərnişin - Təqsirləndirilən şəxs 23-cü PB-nə aparılıb, təhvil verilmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2020-ci il tarixli şəxsin üzərinə axtarış aparılması haqqında protokoldan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr 206 ünvanında yerləşən stasionar postda “KİA” markalı, **-GM- *** dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılmış və maşında olan sərnişin Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsində şübhə yaratdığı üçün 23-cü PB-nə gətirilmiş və onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsin üzərinə axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və predmet varsa, könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs sağ ayağında olan corabında gizlətdiyi 3 (üç) ədəd ayrı-ayrılıqda sellofana bükülmüş maddələri çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı sonuncu həmin maddələrin narkotik vasitə “kokos” olduğunu, özü üçün təxminən bir gün əvvəl internet vasitəsi ilə 45 manata almasını bildirmişdir. Aşkar olunmuş bükümlər qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Cinayət işinin 34-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış x xxxxxxx 2020-ci il tarixli baxışın və axtarışın aparılması haqqında protokoldan görünür ki, Şahid1 idarə etdiyi “Kia Optima” markalı, **-GM-*** nömrəli avtomaşına baxış keçirilmiş və baxış zamanı qanunla qadağan edilmiş hər hansı əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Cinayət işinin 37-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 6/2072 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №163» dairəvi möhür əksi, <03 bükümdə vasitə...» və s. yazılar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,219 qram, 1,075 qram, 1,277 qram, ümumi təmiz çəkiləri 3,571 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına {Siyahı İ) daxildir. Cinayət işinin 80-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2020-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs isə sağ ayağının corabında gizlətdiyi 3 ədəd ayrı-ayrılıqda sellofan bükülüdəki maddələri çıxararaq masanın üzərinə qoyaraq, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün 45 manata almasını bildirmişdir. Cinayət işinin 124-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 6/2162 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №163» dairəvi möhür əksi, «03 bükümdə vasitə...» və s. yazılar, imzalar olan zərfdəkı 03 ədəd bükümdə ümumi qalıq təmiz çəkiləri 3,511 qram heroin kütlələri xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (ilkin tədqiqat barədə xx.xx.2020-ci il tarixli, 6/2072 saylı ekspert rəyində məlumat verilmişdir) . Cinayət işinin 133-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli, ********** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 142-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Şirxan Allahverdiyevin xx xxxxxx 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyənləşdirmək üçün ********* saylı cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitəni ancaq özü istifadə etmək üçün almış, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə kollegiyası, ittihamda nəzərdə tutulan əməlin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs istintaq dövründə və məhkəmə iclasında verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında proses iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, “...hərdən özündə olan narkotik vasitədən tanışlarına istifadə etmək üçün bağışlamış və tanışları ilə birlikdə narkotik vasitədən istifadə etmişlər. Lakin, həmin şəxslərin adları, tam anket məlumatları yadında qalmamışdır. ...” “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 97-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 105-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin ksresurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X9 adlı bir azyaşlı uşağı vardır. Cinayət işinin 106-cı vərəqəsində olan Fizuli Rayon İcra Hakimiyyəti Başçısının Dədəli kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə atası - 1952-ci il təvəllüdlü X6, anası – 1959-cu il təvəllüdlü X1, həyat yoldaşı – 1978-ci il təvəllüdlü X5, qızları – 2004-cü il təvəllüdlü X2, 2005-ci il təvəllüdlü X7 və oğlu – 2012-ci il təvəllüdlü X9 daxildirlər. Yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Cinayət işinin 120-121-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 2950 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi nəticəsində asılılıq sindromu Narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 127-128-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X11 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2220 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinələrin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs oğunda törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllılığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai əməli törətdikdən sonra psixi xəstəliyə tutulmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyinı dərk etmək və həmin əməli idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istər ictimai təhlükəli-cinayət əməlini törədərkən, istərsə də törətdikdən sonra anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törətməsi sualının cavablandırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 16-cı vərəqəsində olan xx xxxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 65-68-ci vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(007)- 189/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 oktyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 3,451 qram heroin məhv edilməli, bir ədəd CD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 218 (iki yüz on səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 3,451 qram heroin məhv edilsin. Bir ədəd CD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 218 (iki yüz on səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-782/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-782/2021
17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver