Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-782/2023 14.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1983-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəi, himayəsində azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 9, A/Y 22-də qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, 08 sentyabr 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq cinayətin haqqında icraat ayrılmış başqa şəxslə birlikdə külli miqdarda ümumi təmiz çəkisi 16,410 qram kutar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib daşımaqla üzərində saxlamış və 08 sentyabr 2022-ci il tarixdə saat 20:40-da Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən Heydər Əliyev parkında saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun əynində olan tünd boz rəngli xətli parça şalvarının sağ yan cibindən özünə məxsus istifadəsində olan bir ədəd “Nokia” markalı üzərində ***-***-**-** mobil nömrə olan telefon, sol yan cibindən 3 (üç) ədəd şəffaf sellofana bükülümüş bükümdə ayrı-ayrılıqda təmzi çəkiləri 5,120 qr, 6,140 qr, 5,150 qr olmaqla, ümumi çəkisi 16,410 qram çəhrayımtıl rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə görə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, saxlanıldığı 08 sentyabr 2022-ci il tarixə kimi patıdan istifadə etmişdir, narkomandır. Patını Hövsanda yaşayan bir nəfər şəxsdən əldə edirdi, həmin şəxs ona bildirmişdir ki, adamları var, patını onlardan alır. Patını 2022-ci ilin avqust ayına kimi istifadə etmiş, avqustdan sonra istifadə etməmişdir. 08 sentyabr 2022-ci il tarixdə axşam yaşadığı Hövsan qəsəbəsindəki evinin blokunda dayanıb siqaret çəkmiş, sonra oradan bacısıgilə gedib xərclik pul almaq məqsədilə binadan aralanıb yaxınlıqdakı parka getmiş və elə orada onu təxminən 5 nəfər mülki geyimdə olan polislər saxlamışlar. Polislər onu təhqir etmiş, onu maşina otuzdurub evinə aparmışlar. Onun üstünü yoxlayıb bir ədəd dırnaq tutan və «Nokia» markalı mobil telefon aşkar etmişlər, başqa bir şey olmamışdır. Evində bu şəxslər axtarış etmiş, bu vaxt qardaşı evdə olmuş, evində qanunsuz heç bir əşya aşkar etməmişlər. Onu evindən Suraxanı RPİ-nə aparmış, orada onu saxlayan əməliyyatçılar üzərinə 3 ədəd büküm qoymuşlar, hətta bildirmişlər ki, bu bükümlərdəki limon duzudur, həmin limon duzu ağ kristal formada olduğu üçün patıya bənzəyir. Hətta o ona heç olmasa bir büküm vermələrini desə də əməliyyatçılar şalvarının cibinə üç büküm limon duzu qoyaraq tapşırmışlar ki, üzərinə videoçəkilişlə baxış keçirilən zaman həmin bükümləri təhqiqatçıya təqdim etsin və bildirsin ki, bükümlərdəki patıdır. Əməkdaşlardan biri ona lənkəranlı olmasını bildirərək ona siqaret vermiş və bildirmişdir ki, qonşulardan 5-6 nəfər gətirəcək və qonşuları onun üzünə duracaqlar ki, o, narkotik satır, hətta orada tanımadığı əməkdaş onu vurub demişdir ki, onlarla razılaşmasa kiloqramları ona yükləyəcəklər. Bu hədələrdən qorxaraq polislərlə razılaşmış, bundan sonra onu təhqiqatçıya təhvil vermişlər. Sonuncu bir qadın vəkil dəvət edərək videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişdir. O da polislərin ona verdiyi üç bükümü şalvarının sağ yan cibindən çıxarıb təqdim etmiş, bükümlərdə patı olduğunu bildirmiş, baxışla bağlı olan protokolu imzası ilə təsdiq etmişdir. O, müstəntiqə də burada verdiyi ifadəni demiş, lakin müstəntiq ona ifadəsini oxumağa imkan yaratmamışdır. Həmin ifadə protokolunu oxumadan imzalamışdır. Onu prokurorun da yanına aparmışlar, ona da olanları demiş, lakin prokuror ona demişdir ki, «40 yaşın var, bilmirsən nəyə qol çəkirsən?». Onu sanksiyaya məhkəməyə aparmışlar, lakin onu dinləyərək barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçərək onu azad etmişlər. Lakin müstəntiq onun guya gizləndiyini bəhanə gətirərək onu axtarışa vermişdir, halbuki o, evində olmuş, ayağına isə xüsusi izləyici cihaz qoyulmuşdur, həmin cihazı probasiya xidməti quraşdırmışdır. İfadəsində göstərilənlərə əsasən özünü təqsirli bilmir, o heç bir cinayət törətməmiş, üzərində saxlanıldığı gün heç bir qanunsuz əşya olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Ona qədər onu tanımamış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, 08 sentyabr 2022-ci il tarixdə ona Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəisə raportla məruzə olunduqdan sonra Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmış, elə həmin gün saat 20:40-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən “Heydər Əliyev” parkında Təqsirləndirilən şəxs müşahidə etməklə ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib özünü təqdim etməsini tələb etmişlər. Bundan sonra həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməyərək onlarla birlikdə Suraxanı RPİ-nə getmişdir. Suraxanı RPİ-də Təqsirləndirilən şəxs təhqiqatçı polis mayoru Sail Hacıyevə təqdim etmişlər. Sonuncu öz xidməti otağında Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etmiş, sonra dövlət hesabına müdafiəçi dəvət etmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli xətli parça şalvarının sağ yan cibindən “Nokia” markalı mobil telefon, sol yan cibindən 03 ədəd şəffaf sellofan bükülüləri çıxarıb təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində metamfetamin olan, “patı” kimi tanıdığı psixotrop maddə olmasını, həmin bükümlərin onun özünə məxsus olmasını, həmin psixotrop maddə metamfetamini 40 manata Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir.Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana aparmamış, orada axtarış keçirməmişlər. Onu Hövsan qəsəbəsindəki Heydər Əliyev parkında saxlayıb idarəyə gətirmişlər. İstər saxlanılan zaman, istərsə də üzərinə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs qarşı onun və yaxud digər polis əməkdaşı tərəfindən heç bir fiziki zor və ya təzyiq olmamışdır. Əməliyyat tədbirində yalnız o və həmkarı Şahid1 iştirak etmişlər, başqa əməkdaşlar tədbirdə iştirak etməmişlər. Təqsirləndirilən şəxs saxlanılmasında və üzərinə baxış keçirilməsində o şəxsən iştirak etmişdir. Təqsirləndirilən şəxs onun saxlanılma zamanı olmadığını bildirir, lakin bu həqiqətə uyğun deyildir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və hal-hazırda Naxçıvan MR-sı DİN-də xidmət edən Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o Suraxanı RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili olmaqla və polis polkovnik-leytenantı xüsusi rütbəsi daşıyır. 08 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 20:40-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən “Heydər Əliyev” parkında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib və həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O və Şahid2 Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nə dəvət etmişlər, sonuncu da razı olaraq onlarla birlikdə Suraxanı RPİ-nə gəlmişdir. Suraxanı RPİ-də xidməti otaqların birində təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etmiş, sonra dövlət hesabına müdafiəçi dəvət etmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsini təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli xətli parça şalvarının sağ yan cibindən özünə məxsus “Nokia” markalı mobil telefon, sol yan cibində 03 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşmuş, Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində metamfetamin kimi tanıdığı psixotrop maddə olmasını, həmin bükümün onun özünə məxsus olmasını, həmin psixotrop maddə metamfetamini 40 manat məbləğində pula Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən almasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmış, bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş təhqiqat və istintaq protokolları, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Suraxanı RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Rəhimov X7 rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən Heydər Əliyev adına parkın yaxınlığında narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan və Suraxanı RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» qərar qəbul edilmiş və Rəhimov X7 rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən Heydər Əliyev adına parkın yaxınlığında saxlanılaraq həmin tarixdə saat 21:05-də Suraxanı RPİ-nə gətirilmiş, burada təhqiqatçı Sail Hacıyev şübhəli şəxsə müdafiəçi seçmək hüququnu izah edərək buna dair xx.xx.2022-ci il tarixli protokol tərtib etmiş, protokolun məzmunu və düzgünlüyü Təqsirləndirilən şəxs və Sail Hacıyevin imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs maddi imkanının olmadığını bildirərək dövlət hesabına müdafiəçi təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli ərizəsini təqdim etmiş və ona xx.xx.2022ci il tarixli “ vəkil dəvət edilməsi haqqında” qərara əsasən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci il tarixli qərar və protokola əsasən şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxsə aid və CPM-nin 90-cı və digər maddələrdə nəzərdə tutulan hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs onu şübhəli şəxs qismində cəlb olunması ilə bağlı qərar və protokolları heç bir qeyd və etiraz etmədən imzaları ilə təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “şübəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilinərək həmin tarixdə saat 21:35 radələrində müdafiəçisinin iştirakı ilə tutulmuşdur.Tutulması ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən heç bir əlavə və qeydlər olmamış, protokol Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən düzgünlüyünü təsdiq etməklə imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli Bakı şəhər Suraxanı rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində xx.xx.2023 cü il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştırakının olmamasına etiraz etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə videoçəkilişlə keçirilmiş, Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş əşya və sənədləri təqdim etməsi təklif edildikdən sonra , o əynindəki tünd boz rəngli xətli parça şalvarının sağ yan cibindən özünə məxsus istifadəsində olan bir ədəd “Nokia” markalı üzərində ***-***-**-** saylı mobil nömrə olan telefon, sol yan cibindən üç ədəd şəffaf sellofana bükülmüş içində kristal halda olan narkotik maddəyə bənzər maddə təqdim etmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs həmin bükülülərin metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə axşam tərəfi üzdən tanıdığı adını bilmədiyi şəxsdən Hövsan qəsəbəsində 40 manata öz istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmin bükülülər iş üzrə əhəmiyyət kəsb etdiyindən DİN-nin “Zərflər üçün” 45 saylı möhürü ilə möhürlənərək götürülmüş aşkarlanan “Nokia” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür.Protokol iştirakçılara ucadan oxunmuş, onlara , o cümlədən Təqsirləndirilən şəxs protokola qeydlər etmək hüququ izah edilmiş, heç bir qeyd verilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən müdafiəçisinin iştirakı ilə verilmiş izahatından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-də olarkən heç bir fiziki və mənəvi təzyiqlər olmamış və üzərindən aşkarlanmış psixotrop maddənin özünə məxsusdur. Həmçinin 09 sentyabr 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs izahatında və üzərinə baxış zamanı bildirdiklərini təsdiq edərək ona qarşı heç bir fiziki zor və təzyiq olmadığını bildirmişdir. Həmçinin 10 sentyabr 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində ondan aşkar olunmuş göstərmişdir ki, ondan aşkar olunmuş metamfetamin ona məxsusdur və ona qarşı polis əməkdaşlarının heç bir fiziki zor və təzyiqləri olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 6/4978 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddi sübut.......” yazısı və imzalar olan zərfdə 03 (üç) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 5,120 qr, 6,140 qram, 5,150 qram olmaqla, ümumi təmiz çəkisi 16,410 qram çəhrayımtıl rəngli krsitalşəkilli maddələr öz aralaırnda xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanuni ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələri»in, siyahısına(Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizası keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 5172 saylıi ekspert rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2627 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən “Nokia” markalı mobil içərisində 070 *** ** ** saylı nömrə olan telefonun yaddaşında iş üçün sübut əhəmiyyəti ola biləcək məlumat yoxdur. Məhkəmədə elan edilib araşdırılmış qəbzdən müəyyən olunur ki, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs aşkarlanaraq götürülmüş “Nokia” markalı mobil telefon sonuncunun özünə qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “CD kompakt diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, axtarış və götürmə zamanə Təqsirləndirilən şəxs aşkarlanmış “Nokia” markalı mobil telefonun içərisində olan ***-***-**-** saylı nömrədə olan məlumatlardan iş üçün əhəmiyyət kəsb edəcək zəng və sms mətnləri müəyyən olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nə ünvanlanan 097- 2416-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə metamfetamini satmış şəxsin şəxsi və mənbəni müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəisində 2016-cı və 2015ci il təvvəlüdlü iki azyaşlı uşağı vardır, əvvəllər məhkumluğu olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarına gəlməyərək gizləndiyi üçün barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “könüllü gəlmə barədə” protokoldan və “başqa yerə getməmək haqqında” iltizamdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti bitdiyi üçün barəsində “başqa yerə getməmək haqqında” iltizam alma qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs məhkəməyədək mərhələdə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 ay 28 gün hesaba alınmalıdır. Məhkəmədə tədqiq olunmuş «toplanmış sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-ci il tarixli qərardan müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 16,260 qram narkotik vasitə metamfetamin saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkarlanmış “Nokia” markalı mobil telefon onun özünə qaytarılmışır. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından ayrıca cinayət işi ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işindən ********** saylı cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən metamfetamin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik vasitə olan metamfetaminin təmiz çəkisi 16,410 qram olmaqla istehlak miqdarından qat-qat çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmə barədə xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Pürzə Əliyeva bildirmişlər ki, cinayət işinin materialları ilə birgə tanış olmuşlar, heç bir vəsatət və şikayətləri yoxdur. Məhkəmə nəzərə alır ki, məhkəməyədək mərhələdə həbsdə olmamasına baxmayaraq ona qarşı iddia etdiyi fiziki zorakılıqla bağlı Təqsirləndirilən şəxs müstəntiqə və istintaqa prosesual rəhbərliyi həyata keçirən prokurora barəsində məhkəmə-tibbi ekspertizasının keçirilməsi barədə vəsatətlə müraciət etməmiş, nə də ki özü tibbi müayinə üçün tibb müəssisələrinə müraciət etməmişdir, ibtida istintaq zamanı verdikləri izahat və müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində narkoman olmaqla metamfetamin istifadə etdiyini göstərmiş, xx.xx.2022-cil tarixdə saat 21:40-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən Heydər Əliyev adına parkda olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək Suraxanı rayon polis idarəsinə dəvət etmişlər, o da razılaşıb, etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmişdir. Orada ona hüquq və vəzifələri izah edilmiş, sonra dövlət hesabına müdafəçi dəvət olunmuş və müdafiəçisi ona hüquq və vəzifələrini bir daha izah etmişdir, sonra isə üzərinə baxış keçirilmişdir, baxış videoçəkilişlə keçirilmişdir. Baxış zamanı özü şalvarının sağ yan cibindən özünə məxsus “Nokia” markalı mobil telefonu və şalvarının sol yan cibindən 03 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Bu maddə ilə bağlı bildirmişdir ki, həmin metamfetamini 08 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri , Suraxanı rayonu, Hövsan qəsəbəsində adını bilmədiyi şəxsdən 40 manat ödəməklə almışdır. Həmin bükümlər polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırıldı, onun da tərəfindən zərfin üzərinə imzalanmış və zərf möhürlənmişdir. Ona qarşı mənəvi və fiziki təzyiqlər olmamışdır, üzərindən aşkar olunmuş maddə onun özünə məxsusdur. Məhkəmə hesab edir ki,ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə “baxış və götürmə aparılması haqqında” protokol, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi 09 sentyabr 2022-ci il tarixli şübhəli şəxs qismində və 10 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadələrə dair protokollar, materialların məhkəmə ekspertizası keçirilməsinə dair 09 sentyabr 2022-ci il tarixli 6/4978 saylı rəyi Azərbaycan Respublikasının CPM-nin 124.2-ci maddəsində qeyd olunan sübut növləri kimi qəbul edilməli və Azərbaycan Respublikasının CPM-nin 125-ci maddəsininin tələblərinə uyğun toplanıldığından mötəbər sübut hesab olunmalıdır. təqsirləndirilən şəxsin məhkəmə baxışında əməlini inkar edən ifadələri isə həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin məhkəməyədək olan mərhələdə barəsində fiziki zor və təzyiqlərin edilməsini bildirmədiyi, bununla bağlı hər-hansı tibbi sənəd təqdim etmədiyi halda məhkəmə baxışında bununla bağlı verdiyi məlumatları əsassız hesab edir. Məhkəmə hesab edir ki, ibtida araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı qərəzli münasibət göstərilməmiş, Təqsirləndirilən şəxs “ev dustaqlığı” qətimkan tədbirinin şərtlərinin pozmasına, barəsində axtarış elan edilməsinə baxmayaraq, istintaqa təqdim olunduqdan sonra barəsində “ev dustaqlığı” qətimkan tədbirindən daha yüngül olan “başqa yerə getməmək haqqında iltizama alma “ qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2023-ci il tarixdən hesablamalıdır, onun məhkəməyədək həbsdə və ev dustaqlığında olduğu 03 ay 28 gün hesaba alınmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq qalan 16,260 qram narkotik vasitə metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkarlanmış “Nokia” markalı mobil telefonun özünə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 120 AZN (yüz iyirmi manat) pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı – 03 (üç) ay 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 02 (iki) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların müvəqqəti saxlama kamerasına təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq qalan 16,260 qram narkotik vasitə metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkarlanmış “Nokia” markalı mobil telefonun onun özünə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 120 AZN (yüz iyirmi manat) pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-782/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-782/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver