Məhkəmə qərarları › İş №1(101)-782/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-782/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-782/2024 24.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Dövlət ittihamçısı iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, orta təhsilli, subay, Tovuz rayonunun Qaradaş kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxansında saxlanılan Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Dövlət ittihamçısı tamah və qazanc əldə etmək niyyəti ilə müəyyən olunmamış mənbədən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş psixtrop maddələrin İİ siyahı»sına daxil edilmiş psixotrop maddə hesab edilən kustar üsulla hazırlanmış təmiz çəkisi 0,027 qram olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində 0,027 qram metamfetamini 25 manata tanışı X1 və xx.xx.2023-cü ildə saat 15:30 da Nərimnov RPl-nin CAŞ-ın əməkdaşları tərəfindən Şahid1 ünvan 2 ünvanda saxlanılaraq Nərimanov rayon Polis idarəsinə gətirildikdən sonra orada üzərində şəxsi axtarış aparılarkən şalvarının sağ yan cibində Dövlət ittihamçısı aldığı kibrit qutusuna qablaşdırılmış 1 ədəd sellofan bağlamada 0,027 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Dövlət ittihamçısı tamah və qazanc niyyəti ilə 2023-cü ilin may ayının 24-dən 25-nə keçən gecə İran İslam Respublikasının vətəndaşı şəxsiyyəti müəyyən olunmamış «Əli» adlı şəxslə sosial şəbəkədə əlaqə yaradıb onun bank hesabına 160 manat köçürərək ondan təkrarən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin İ və psixotrop maddələrin İİ siyahısı»na daxil edilmiş külli miqdarda olmaqla 7,230 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda olmaqla 5,045 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin əldə edib üstündə saxlayıb daşıyarkən, xx.xx.2023-cü ildə saat 19:15-də Nərimanov rayonu, Ə. Əliyev küçəsi- 8 ünvanda Nərimanov RPl-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, H. Məmmədov küçəsi-7 ünvanda yerləşən Nərimanov rayon Polis idarəsinə gətirilmiş və orada üzərində aparılan şəxsi axtarış zamanı əynindəki idman şalvarının sağ yan cibində olan sellofandan hazırlanmış bağlamadakı iki ədəd xırda bağlamalarda 7,230 qram heroin və 5,045 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Dövlət ittihamçısı Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 may 2023cü il tarixində günorta saatlarında evdə olarkən tanışı Elçin onun qeyri-rəsmi yaşadığı qadın Nəsrin qapını döymüş, qapını açdıqda Kərəm, Pərvin və Məzahir adlı 3 nəfər polis əməkdaşları içəri girmiş, evdə o və həyat yoldaşı olmuşdur, Nəsrin içəri girdikdən sonra polis əməkdaşları da içəri daxil olmuş və evi axtarmağa başlamışlar, evdə qanunsuz heç nə tapmamışlar, ondan narkotik və silahın harada olduğunu soruşmuşlar; narkotik vasitə istifadəçisi olduğu üçün həmin vaxt çantasının içərisində narkotik vasitə olmuşdur, həmin narkotik vasitəni polislərə təqdim etmişdir, polis əməkdaşları onu polis bölməsinə aparmış, narkotik vasitəni boynuna götürməsini tələb etmişlər, əks halda yoldaşını da onula birlikdə tutacaqlarını bildirmişlər; polis əməkdaşlarının təqdim etdiyi bir büküm narkotik vasitə və bükümdə limon duzu olmuşdur, narkotik vasitəni şəxsi istifadə üçün əldə etmişdir, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, Nəsrin adlı qadına heç vaxt narkotik satmamışdır, üzərində metamfetamin olmamış, 1 qrama yaxın narkotik və limon duzu olmuş, ona qarşı təzyiq evdə olmuş, polis əməkdaşları on döymüşlər, daha sonra polis bölməsində yoldaşını tutacaqları hədəsi ilə bağlı psixoloji təzyiq etmişlər, polis əməkdaşları tərəifndən döyülsə də nə həmin vaxt, nə də ki, sonra bədəninin hər hansı nahiyyəsində xəsarət, qançır və başqa döyülmə izləri qalmamışdır. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs Dövlət ittihamçısı ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 4 ildir ki, narkotik vasitə heroindən və psixotror maddə metamfetamindən istifadə edir. Həmin maddələrdən asıllığı yaranıb. Narkotik vasitəyə və ya psixotrop maddəyə tələbatı olanda həmin maddələri lİR-nın Əli adlı vətəndaşından alır. Əli adlı şəxs narkotik vasitələrin satışı ilə məşğul olur. Dövlət ittihamçısı internet vasitəsi ilə onunla əlaqə yaradır və lazım olan narkotik vasitəni sifariş edir. Əli isə WhatsApp proqramı ilə ona hesab kartının şəklini göndərir. Kart hesabına pul köçürtdükdən sonra Əli narkovtik vasitənin yerinin fotoşəklini göndərir və Azər həmin yerə gedib götürür. 24 may 2023-cü ildə gecə saatlarında narkotik vasitə «kokos» və psixotrop maddə «şüşə» almaq istədiyi üçün yenidən Əli ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaratmış, sonsuya 1 büküm «kokos» və 1 büküm «patı» sifariş vermişdir. Narkotik istifadəçiləri adətən heroini «kokos», psixotrop maddə metamfetamini isə «şüşə» adlandırırlar. Əli bank kartının fotoşəklini göndərdikdən sonra və həmin hesaba 160 manat köçürməyi tələb etmişdir. Azər onun tələbi ilə hesabına 160 manat göndərdikdən sonra Əli narkotik vasitə və psixotrop maddənin yerinin fotoşəklini göndərmişdir. Fotoşəklə əsasən Abşeron rayonu, Masazır qəsəbəsinə getmiş və «Ağ Hotel»in yanında olan boruların içindən bir ədəd sellofan kəsiyndən bağlamanı tapmışdır. Başa düşmüşdür ki, sifariş etdiyi şüşə və kokos həmin bağlamadadır Narkotki götürəndən sonra kirayədə yaşadığı Nərimanov rayonu, Ə. Əliyev küçsi, 8 ünvana gəlmişdir. Narkotik vasitə heroindən bir qədər istifadə etmişdir. Səhərisi gün də istifadə etmiş və xx.xx.2023cü ildə saat 19:15-də evdən çıxmış və yaşadığı küçə ilə hərəkətdə olarkən ona iki nəfər yaxınlaşmış polis əməkdaşları olduğunu bildirmişdilər, Azərdən özünü təqdim etməsi tələb etmişdilər. O soyadını adnı demişdir. Polis əməkdaşları onun narkotiklərdən istifadə və satışı ilə məşğul olmağı barədə məlumat daxil olduğunu bildirərək məlumatın yoxlanılması üçün Nərimanov RPİ-yə getməli olduğunu demişlər. O tabe olub və onlarla polis idarəsinə gəlmişdir. Polis idarəsində onu təhqiqatçıya təqdim etmişdilər. Təhqiqatçı izah etmişdir ki, narkotik satışı ilə məşğul olmaqda şübhəli olduğundan üstündə axtarış aparılması üçün tutulur və vəkil tutmaq və ya dövlət hesabına vəkilə malik olmaq hüququ izah edilmişdir. Dövlət ittihamçısı dövlət hesabına vəkillə təmin olunmasını istəmişdir. Vəkil dəvət olunmuş, ona təqdim edilmişdir. Təhqiqatçı videoçəkilişlə şəxsi axtarışa başladığını elan etdikdən sonra İlk növbədə ona üstündə olan əşyaları, eləcə də narkotik vasitələri təqdim etmək təklif olunmuşdur. Dövlət ittihamçısı əynindəki idman şalvarının sağ yan cibində saxladığı narkotik və psixotropla olan selofan bağlamanı masanın üzərinə qoymuşdur. Polis əməkdaşları selofan bağlamanı açanda içərisində əlavə 2 ədəd kiçik bağlamalar aşkar olunmuşdur. Həmin kiçik bağlamaları açanda isə birində qəhvəyi rəngli heroin, ikincisində ağ kristaliklərdən ibarət metamfetamin aşkar edilmişdir. Təhqiqatçı həmin maddələri haradan, nə vaxt, kimdən aldığı barədə suallar verəndə o İİR-nın vətəndaşı Əli adlı adlı şəxsdən sosial şəbəkədən istifadə etməklə aldığını bildirmişdir. Təhqiqatçı selofan bağlamaları onun iştirakı ilə zərfə qablaşdırmış, zərfi axtarışda iştirak edənlərə, həm də Azərə imza etdirib möhürləmişdir. Bundan sonra protokol tərtib etmiş, protokolu da imzalamışdır. Heroin və metamfetamini may ayının 24-dən 25-nə keçən gecə istifadə etmək üçün almışdır. Pulu hesaba yaşadığı evin yaxınlığındakı «Mi1li Ön» ATM vasitəsi ilə köçürmüşdür. Telefonunda əli adlı şəxsin narkotik vasitənin yerinin fotoşəkilləri saxlanılmayıb. Şahid1 ilə 2-3 aydır ki, onun sevgilisi Elçin vasitəsi ilə tanış olmuşdur. 21,05.2023-cü ildə Şahid1 ilə görüşməmiş, ona narkotik vasitə və psixotrop maddə satmamışdır. Nəsrin heroini və metamfetamini aldığı şəxs barədə məlumat vermək istəmədiyi üçün ondan almasını bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, narkotik vasitə heroin, eləcə də psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə edir. Bu səbəbdən narkotik vasitələrdən asıllığı yaranıb. Narkotik vasitə və psixotrop maddələrdən olan asılılığını təmin etmək üçün pul müqabilində alıb istifadə edir. O bir neçə dəfə Dövlət ittihamçısı narkotik vasitə almışdır. Dövlət ittihamçısı ********** nömrəli mobil telefonuna zəng edib ona bir büküm «kakos» və bir büküm «pati» sifariş vermişdir. O satmağa razılıq verdikdən sonra Nərimanov rayonu Əliyar Əliyev küçəsində görüşməyi razılaşdırmışlar.Azərə 25 manat ödəyəndən sonra o, bir ədəd kibrit qutusu vermişdir. Kibrit qutusunu götürüb oradan uzaqlaşmış və xx.xx.2023-cü ilə qədər həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini üstündə saxlamaqla gəzdirmiş və istifadə etmişdir. 25 may 2023-cü ildə saat 15:30 radələrində evdən çıxanda, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özü ilə götürmüşdür. Yaşadığı evin yaxınlığında onu mülki geyimdə iki nəfər saxlayıb özlərini Nərimanov RPİ CAŞ-ın əməkdaşları kimi təqdim etmişdilər. Polis bölməsinə aparılmış orada üzərindəki narkotik vasitələri xx.xx.2023-cü ildə Dövlət ittihamçısı aldığını söyləmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə polis serjantı Şahid3 ilə ərazidə xidmət aparmışlar. Saat 15:30-da Nərimanov rayonu, F. Yusifov küçəsində müşahidə apararkən 49 ünvanda bir qadının hərəkəti və durumu onlarda şübhə yaratmışdır. Həmin qadının üstündə narkotik vasitələr olmasını ehtimal edib ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Polis idarəsində şəxsi axtarışa aparılmış. Şahid1 əynindəki idman şalvarınınsağ yan cibindən bir ədəd kibrit qutusu, sol qabaq cibindən isə mobil telefon çıxartmışdır. Kibrit qutusu açıldıqda içərisində 2 ədəd şəffav selofandan hazırlanmış xırda bağlamaların olması müəyyən edilmişdir. Xırda bağlamaların birində ağ kristallardan ibarət, ikincisində qəhvəyi rəngli maddələrin olmuşdur. Şahid1 bildirmişdir ki, narkotik vasitələri Dövlət ittihamçısı 25 manata almışdır. Əvəllər də, Dövlət ittihamçısı narkotik almışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 Şahid1 saxlanılması, üstündə axtarış aparılması hissəsində işin faktiki hallarına uyğun ifadə vermiş və əlavə göstərmişdir ki, narkotik vasitəni Şahid1 satan şəxs Dövlət ittihamçısı müəyyən olunması üçün əməliyyat tədbiri keçirilmişdir. Şahid4la birlikdə Dövlət ittihamçısı yaşadığı ünvana, Ə.Əliyev küçəsinə, getmişlər. Həmin küçədə binanın Dövlət ittihamçısı yaxınlaşaraq özlərini təqdim etmişlər. Onu Nərimanov RPİ-nə dəvət etmişlər. İdarədə Dövlət ittihamçısı boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd salofandan hazırlanmış kiçik bağlamanı çıxardıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin kiçik bağlama açılanda içərisinlə əlavə 2 ədəd şəffav bağlamalar müəyyən olunmuşdur. Bağlmalar açılanla, birində qəhvəyi rəngi toz halında, ikincisində ağ kristal halında maddələr aşkar olunmuşdur. Dövlət ittihamçısı bildirmişdir ki, həmin maddələrdən biri narkotik vasitə «kokos», ikincisi ağ kristal maddə isə «patı»dır. Narkotik vasitələri instaqram vasitəsi ilə tanış olduğu İİR-nın vətəndaşından, 160 manat müqabilində aldığınıı bildirmişdir. İİR-nın vətəndaşı internet vasitəsi ilə ona narkotik vasitələrin saxlandığı yerin fotoşəklini göndərmiş, o həmin maddələri Masazır qəsəbəsində «Ağ Otel»in yaxınlığından götürmüşdür. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 və Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, məhkəmədə elan olunaraq tədqiq edilmiş cinayət işinin materiallarından görünür. Şübhəli şəxsin tutulması haqqında 25 may 2023-cü il tarixli protokoldan görünür ki, Dövlət ittihamçısı həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 18-19). Baxış və götürmə aparılması haqqında 25 may 2023-cü il tarixli protokoldan görünür ki, Dövlət ittihamçısı xx.xx.2023-cü ildə saat 19:15-də Nərimanov rayonu, Ə. Əliyev küçəsi-8 ünvanda Nərimanov RPl-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİnə gətirilmiş orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki idman şalvarının sağ yan cibində olan sellofandan hazırlanmış bağlamadakı iki ədəd xırda bağlamalarda 7,230 qram heroin və 5,045 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3015 saylı ekspert rəyi ilə müəyyən edilmişdir: -Dövlət ittihamçısı aşkar olunmuş iki xırda bağlamalardan birindəki maddə 5,045 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, digərində isə 7,230 qram qəhvəyi rəngli toz şəkilli maddə isə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid1 götürülmüş iki ədəd bükümlərin birində narkotik vasitə heroin izlərinin, ikinci bükümdə isə 0,027 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Nərimanov Rayon Məhkəməsinin 27 may 2023-cü il tarixli qərarından görünür ki, Dövlət ittihamçısı barəsində 4 (ay) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 144-148). Məhkəmə-narkoloji ekspertiza üzrə 12 avqust 2023-cü il tarixli 5163 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Dövlət ittihamçısı Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. (cild 2, iş vərəqi 24-25). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Dövlət ittihamçısı Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə Qaradağ rayon məhkəməsinin qərarı ilə 04 ay vaxtından əvvəl şərti azad edilmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 221.1-ci maddəsi ilə təqssirli bilinərək 09 ay müddətinə azadlıqdan məhurm etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixli Amnistiya aktına əsasən xx.xx.2016-cı ildə cəzadan azad olunmuşdur (cild 1, iş vərəqi 184-185). İşdə olan məhkəmə elektron məlumat sistemindən çıxarışdan görünür ki, Dövlət ittihamçısı himayəsində xx.xx.2010, xx.xx.2011 və xx.xx.2016 təvəllüdlü azyaşlı uşaqları var. Mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən məlumatlar aşkar edilmişdir. Dövlət ittihamçısı istifadəsində olan mobil telefonla **********, **********, 055 6980141, **********, **********75, ********** nömrəli abonentlərlə əlaqə yaradıb onlardan narktik vasitə və psixotrop maddə istəməsi, həmçinin istifadəsində olduğu ********** nömrəsi vəsaitəsi ilə xx.xx.2023-cü ildə ********** nömrəsinə: «Zaur, sabahın xeyir kola, patı metadon kim istəsə xəbər ver super maldır ikimizin canı çox istəyən olsa aşağı da verərəm», xx.xx.2023-cü il tarixdə ********** nömrəsinə «67534879 X8 çıxacaq», xx.xx.2023-cü ildə **********6 nömrəsinə «67534879 Leobank tez atda uşağı yola salım». 21.05,.2023-cü ildə « ********** GSM nömrəsindən qəbul etdiyi: «Saat 2-yə kimi yəni yarı «kolanın» pulu 25 manat, 5 dikdə «pati». Maksimum 2-yə qədər fonumda qoyaram, lap nömrə qatışıq, ancaq 11-də pul atacaqlar», həmin nömrədən qəbul edilən: «Aydındır qaqa, bilirəm utanırsan yox deməyə, pul tapım yığacam səni», ********** GSM nömrəsindən qəbul edilən: «Ay qaqaş burda «temanın» lazım olan vaxtı qara yuxu yatmısan. Heç, bir qram «kola» lazımdır, 5 dikdə «pati». ********** GSM nömrəsinə göndərilən cavab: «10 dəqiqə gözlə durquzum Aziki». ********** GSM nömrəsindən qəbul edilən: «pul çıxacaq əldən». Dövlət ittihamçısı GSM-nömrəsindən cavab: «qaqa, gəl puluqaranı neynirsən, gələr, gəlməz də haçan gələr göndərərsən. Ağrıda acıda qalma çıx gəl» kimi SMS-lər müəyyən olmuşdur (cild 1 iş vərəqi 27-57). Məhkəmə-kompüter ekspertizasının xx.xx.2023-cü il tarixli 5/783 nömrəli ekpert rəyindən görünür ki, «WhatsApp» proqramı ilə aparılan yazışmalarda təqsirləndirilən şəxs Dövlət ittihamçısı istifadəsində olan ********** nömrəsi ilə 25.05. 2023-cü ildə saat 12:57 İİR-nın abonenti olan **********37 nömrəsi ilə əlaqə yaratması, xx.xx.2023-cü ildə saat 21:40-da istifadəsindəki mobil telefon vasitəsi ilə ********** nömrəli abonentlə əlaqə yaradıb ona «pati» kimi tanınan narkotik vasitə göndərəcəyini vəd etməsi məlum olur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, təqsirləndirilən şəxs Dövlət ittihamçısı Azərbaycan Respublikası CM-in 234.4.2, 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Dövlət ittihamçısı polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində ittihamda qeyd olunan növdə və çəkidə narkotik vasitə olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitə və psixotrop maddələri videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və polis əməkdaşlarının təzyiqi nəticəsində etirafedici ifadələr verməsi, həmin bükümlərin ona məxsus olmaması, Şahid1 narkotik vasitə satmaması, narkotik vasitə istifadəçisi olsa da heç vaxt satışını həyata keçirməməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakteri daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Nərimanov Rayon Məhkəməsinin 27 may 2023-cü il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən təqsirləndirilən şəxs Dövlət ittihamçısı məhkəmədə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs Dövlət ittihamçısı ilkin izahat və ifadələrində, o cümlədən üzərinə baxış və götürmə aparılarkən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrin özünə məxsus olmasını etiraf etmişdir. Həmin protokolun məzmunundan görünür ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısıun polis əməkdaşları tərəfində fiziki və psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən təqsirləndirilən şəxs Dövlət ittihamçısıun sərbəst şəkildə üzərindən və evindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi öz əksini tapmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında, üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən təqsirləndirilən şəxs Dövlət ittihamçısı qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində Dövlət ittihamçısı həqiqətən də pul müqabilində dəfələrlə narkotik vasitə aldığını bildirmiş, həmçinin saxlanılarkən üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri də məhz Dövlət ittihamçısı aldığını söyləmişdir. Məhkəmə Dövlət ittihamçısı və Şahid1 məhkəmədə verdikləri ifadələri işin faktiki halları ilə müqayisəli təhlil edərək belə qənaətə gəlir ki, Dövlət ittihamçısı özünü müdafiə məqsədi ilə ifadəsində göstərdiyi Nəzrin Məmmədzadəyə narkotik vasitə satmaması, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı xüsusatlar həqiqətə uyğun deyildir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Dövlət ittihamçısı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ümumilikdə təmiz çəkisi 5,045 qram, narkotik vasitə olan heroinin ümumlikdə təmiz çəkisi isə 7,230 qram olmaqla külli miqdar təşkil edir. Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Dövlət ittihamçısı cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Dövlət ittihamçısı himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirlən hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Dövlət ittihamçısı cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Dövlət ittihamçısı münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı cəza çəkməsinin başlanğıcı tutulduğu 25 may 2023-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası Dövlət ittihamçısı cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən hallar kimi himayəsində iki azyaşlı uşağının olmasını cəza təyin edərkən nəzərə alır, həmçinin cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 25 may 2023-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Dövlət ittihamçısı barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 6/3015 saylı №lı ekspert rəyinə əsasən Dövlət ittihamçısı üzərinə baxış zamanı aşkar olunaraq götürülmüş 5,045 qram psixotrop maddə metamfetamin və 7,230 qram narkotik vasitə olan heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar- Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlana kamerasında saxlanılan Dövlət ittihamçısı üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 7,180 qram narkotik vasitə heroin və 5,032 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntününü köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 82 (səksən) manat Dövlət ittihamçısı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. . hökmetdi: Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Dövlət ittihamçısı azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət ittihamçısı təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 may 2023-cü il tarixdən hesablansın. Dövlət ittihamçısı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Nərimanov RPİnin maddi sübutların saxlana kamerasında saxlanılan Dövlət ittihamçısı üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 7,180 qram narkotik vasitə heroin, 5,032 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntününü köçürüldüyü 1 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 82 (səksən iki) manat Dövlət ittihamçısı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxs Dövlət ittihamçısı isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar